Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-759/2024 02.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X5 iştirakları ilə, - xx xxxxxx 1983-cü ildə İran İslam Respublikası Parsabad şəhərinin Güvəşli kəndində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay (boşanmış), yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə (fəhləlik) məşğul olmuş, Biləsuvar Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarı ilə əməlində cinayətlərin residivinin olmasına dair müddəa hökmdən xaric edilməklə barəsində 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 03 fevral 2024-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Parsabad şəhəri, Güvəşli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz əldə olunmuş külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi və eyni məqsədlə saxlanılması, daşınması, göndərilməsi və qanunsuz olaraq satılması niyyəti ilə istintaqla şəxsiyyəti araşdırılan İran İslan Respublikası vətəndaşı Əlirza adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın müvafiq miqdarları əks etdirən İ siyahısının 109.1 və 111-ci sətirlərinə əsasən narkotik vasitə hesab edilən çətənə bitkisindən kustar üsulla hazırlanmış doqquz ədəd bükülü halında 5.695 qram ümumi təmiz çəkiyə malik külli miqdarda qurudulmuş marixuana və tərkibində metadon maddəsi olan 71,44 qram ümumi təmiz çəkiyə malik 179 blister qablaşdırmada 1.786 ədəd külli miqdarda həbi yuxarıda qeyd edilən niyyətlərlə 13 iyul 2024-cü il tarixdə, saat 21 radələrində İran İsam Respublikasının Parsabad şəhəri, Güvəşli kəndində Azərbaycan Respublikası ilə sərhədboyu zonaya yaxın ərazidə tanışı Əlirza adlı şəxsdən bir ədəd ağ rəngli polietilen materialdan hazırlanmış torbaya yığılaraq şəffaf rəngli yapışqan lentlə bağlanmış vəziyyətdə vahid niyyətlə əldə etmiş, bundan sonra həmin narkotik vasitələri istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən Cəbrayıl rayonu istiqamətində gömrük nəzarətindən kənar keçirib qaçaqmalçılıq etmiş, bununla da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmiş, Azərbaycan Respublikasının ərazisinə daxil olduqdan sonra isə qeyd edilən narkotik vasitələri cinayətkar qrupun üzvləri ilə əldə edilmiş ümumi razılığa uyğun olaraq gələcəkdə Azərbaycan Respublikasının ərazisində satmaq niyyəti ilə qanunsuz olaraq dövlət sərhədinin yanından Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa olunmuş 3 saylı qəsəbənin yaxınlığında yerləşən qəbiristanlığın yanındakı işıq dirəyinin yanınadək qanunsuz olaraq daşıyıb, həmin yerdə gizlətməklə saxlamış, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa olunmuş 3 saylı qəsəbədə yerləşən qəbiristanlığın istiqamətində yolun kənarı ilə piyada hərəkət edərkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra İran İslam Respublikasının vətəndaşı olduğunu, dövlət sərhədindən narkotik vasitələri qanunsuz keçirdiyini bildirdiyi üçün özünün göstərdiyi narkotik vasitələrin gizlədildiyi yerə baxış keçirilən zamanı təqdim etdiyi bir ədəd ağ rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış, hər biri ayrı-ayrılıqda 1.640 qram, 500 qram, 450 qram, 440 qram, 500 qram, 500 qram, 750 qram, 495 qram və 420 qram təşkil edən doqquz bükülüdə 5.695 qram ümumi təmiz çəkiyə malik külli miqdarda qurudulmuş marixuana və hər birində on ədəd olmaqla üzərinə “F/M 40” sözləri yazılmış 179 blisterdə, ümumilikdə 1.786 ədəd təşkil edən 71,44 qram təmiz çəkiyə malik külli miqdarda metadon maddəsi tərkibli həblər aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinə (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) əsasən elan olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadəsində ona, elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, İran İslam Respublikasının Parsabad şəhəri, Güvəşli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamışdır, əslən cənubi azərbaycanlıdır, latın qrafikası ilə yazıb-oxuya bilməsə də, azərbaycan dilində danışıqları başa düşür. Yaşadığı yerdə təxminən iki-üç il əvvəl narkotik vasitə hesab edilən “patı”, yəni metamfetamin istifadə etmiş, lakin iyun ayının əvvəllərindən heç bir növ narkotik vasitə istifadə etməmişdir. 2007-ci ilin mart ayında Azərbaycan Respublikasına qanunsuz keçdiyi üçün sərhəd pozuntusu ilə bağlı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanmış, 2007-ci ilin avqust ayında Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə barəsində 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası seçilmiş və 2008-ci ilin mart ayında cəzası bitdiyi üçün azadlığa buraxılmışdır. Bundan sonra, 2021-ci ilin iyul ayında yenidən Azərbaycan Respublikasına qanunsuz keçdiyi üçün sərhəd pozuntusu ilə bağlı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanmış, 2021-ci ilin sentyabr ayında Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə barəsində 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası seçilmiş, lakin amnistiya qərarı ilə 2021-ci ilin dekabr ayında cəzadan azad edilərək azadlığa buraxılmışdır. Bundan əlavə, 2022-ci ilin avqust ayında yenidən Azərbaycan Respublikasına qanunsuz keçdiyi üçün sərhəd pozuntusu ilə bağlı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanmış və 2022-ci ilin oktyabr ayında Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə barəsində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası seçilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 1 (bir) il 6 (altı) ay müddətə qədər azaldılmış və 2024-cü ilin fevral ayında cəza müddəti bitdiyi üçün azadlığa buraxılmışdır. Cəzası bitdikdən sonra azadlığa buraxılmış və yaşadığı Parsabad şəhərinə geri qayıtmışdır. 13 iyul 2024-cü il tarixdə, saat 15 radələrində İran İslam Respublikasının Parsabad şəhərində yaşayan tanışı Əlirza adlı şəxslə söhbət edən zaman Əlirza ona bir ədəd kisədə narkotik vasitəni Azərbaycan Respublikasına aparmağı və qarşılığında 30.000.000 (otuz milyon) tümən pul verəcəyini, həmin narkotik vasitəni aparıb yaşadığı kəndlə üzbəüz olan Azərbaycan Republikasının ərazisində qəbiristanlıq yaxınlığındakı işıq dirəyinin yanında gizlətməsini, işıq dirəyinin yuxarı hissəsinə uzaq məsafədən də işıq göründüyü üçün həmin istiqamətdə getməsini bildirmişdir. Ona kisədə olan narkotik vasitəni gizlətdikdən sonra əlaqə saxlamağı və Əlirzanın sonradan deyəcəyi adam gəlib həmin narkotik vasitəni götürəcəyini demişdir. İmkansızlıqdan Əlirza ilə razılaşmış və gün ərzində həmin narkotik vasitələr olan kisəni sərhəddən digər tərəfə keçirəcəyinə razı olmuşdur. Həmçinin, mobil telefon istifadə etmədiyi üçün Əlirza ona bir ədəd mobil telefon vermiş və narkotik vasitəni onun dediyi yerdə gizlətdikdən sonra əlaqə saxlamağını demişdir. Əlirza öz nömrəsini mobil telefonun ilk zənginə yazmış, lakin nömrəsinin neçə olduğuna fikir verməmiş və telefonu Əlirzadan götürmüşdür. Həmçinin, həmin kisəni Əlirzadan götürmüş və yaşadığı evin yaxınlığında gizlətmişdir. Həmin gün saat 17 radələrində Əlirzanın ona verdiyi və içində narkotik vasitələr olan ağ rəngli kisəni götürərək, yaşadığı Parsabad şəhərinin Güvəşli kəndindən düz istiqamətdə Azərbaycan Respublikasının sərhədi tərəfə piyada hərəkət etməyə başlamışdır. Qarşısına çıxan su kanalını keçən zaman cibində olan mobil telefon suya düşmüşdür. Bundan sonra düz istiqamətdə hərəkət etməyə başlamış, bir neçə kilometr yol qət etdikdən sonra İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan sərhəd simlərinə çatmışdır. Həmin simlərə çatarkən ətrafda heç kimin olmadığını və havanın qaranlıqlaşdığını görüb simləri aralayıb arasından keçmişdir. Sərhəd simlərini keçdikdə artıq hava qaranlıqlaşmış, lakin üzərində heç bir elektron daşıyıcı olmadığına görə dəqiq saatın neçə olduğunu bilməmişdir. Ətrafa baxan zaman onunla üzbəüz hündürdə işıq parıltısı olduğunu görüb həmin istiqamətdə hərəkətini davam etdirmişdir. Piyada yoluna davam edərkən təxminən 500-600 metr yol getdikdən sonra qarşısına qəbiristanlıq çıxmışdır. Qəbiristanlığın yanına gəlmiş və parlayan işıq dirəyinin orada olduğunu görmüşdür. Əlirzanın həmin işıq dirəyini dediyini düşünüb çiynində daşıdığı və içində narkotik vasitələr olan ağ rəngli kisəni həmin işıq dirəyinin yanında gizlətmişdir. Sonra kisə ağ rəngli olduğu üçün kənardan göründüyünü görüb, ətrafda olan qurumuş tikanlarla həmin kisənin üzərini örtərək kənardan görünməməsini təmin etmişdir. Bundan sonra ac olduğu üçün işıq gələn tərəfə hərəkət edərək qarşısına çıxan şəxslərdən yemək üçün çörək aldıqdan sonra təkrarən yaşayacağı əraziyə qayıdacağını fikirləşmişdir. Buna görə də, kisəni gizlətdikdən sonra qəbiristanlığa tərəf olan yol kənarı ilə əkilmiş ağacların arası ilə piyada işıq gələn tərəfə hərəkət etməyə başlamışdır. Bu zaman bir neçə nəfər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyərək, onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etmədən könüllü olaraq polis şöbəsinə gəlmişdir. Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında polis əməkdaşları ondan azərbaycan dilində danışıb-yazmağını soruşmuşlar, azərbaycan dilində danışmağı bildiyini, lakin latın qrafikası ilə yazıb-oxumağı bilmədiyini demişdir. Polis əməkdaşları ona tanımadığı bir şəxsi tərcüməçi kimi dəvət etmiş, tərcüməçinin iştirakı ilə ona hüquq və vəzifələrini, o cümlədən vəkil dəvət etmək hüququnu izah etmişlər. Vəkilinin olmadığını bildirdikdən sonra polis əməkdaşları ona vəkillərin siyahısını təqdim etmişlər. Həmin siyahıdan vəkil kimi X2 və onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra vəkil X19 Rayon Polis Şöbəsinə gəlmişdir. İlk olaraq polis əməkdaşları onun üzərində tərcüməçi Ülfət Həsənov və müdafiəçi Araz Əliyevin iştirakı ilə videoçəklişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməyə başlanılmazdan əvvəl polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, o, isə üzərində heç bir əşya olmadığını bildirmişdir. Sonra tanımadığı polis əməkdaşı üzərində şəxsi axtarış keçirməyə başlamış, lakin üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ondan həmin əraziyə nə üçün gəldiyini soruşmuşlar. Polis əməkdaşlarına İran İslam Respublikasının vətəndaşı olan tanışı Əlirzanın ona verdiyi bir ədəd ağ rəngli kisədə olan narkotik vasitəni Azərbaycan Respublikasına keçirmək üçün gəldiyini demişdir. Polis əməkdaşları həmin narkotik vasitəni harada gizlətdiyini soruşmuş, onlara narkotiki dəqiq yerini tanımadığını, lakin saxlandığı yerin yaxınlığında olan qəbiristanlıq ətrafındakı işıq dirəyinin yanında gizlətdiyini demişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu baxış iştirakçıları, o və müdafiəçisi Araz Əliyev, eləcə də tərcüməçi Ülfət Həsənovun imzaları ilə təsdiq edilmişdir. Daha sonra müdafiəçisi Araz Əliyev, tərcüməçi Ülfət Həsənov və polis əməkdaşları ilə birlikdə onu saxladıqları qəbiristanlıq ərazisinə getmək üçün hərəkətə başlamışlar. Həmin əraziyə çatdıqda polis əməkdaşlarına içində narkotik vasitələr olan kisəni gizlətdiyi yeri, yəni işıq dirəyinin yanını təqdim etmişdir. Baxış iştirakçıları ilə birlikdə həmin əraziyə baxış keçirilmiş və qurumuş tikanlar altında gizlətdiyi bir ədəd ağ rəngli kisə aşkar edilmişdir. Kisənin ağzı açılmış və həmin kisənin içindən dörd ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış dərman həbləri və doqquz ədəd qara rəngli üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bükümlər aşkar edilmişdir. Kisədən aşkar edilmiş dərman həbləri olan dörd ədəd bükülü elektron tərəzinin üzərinə qoyulmuş və ümumilikdə çəkisi 1.073 qram olduğu müəyyən edilmişdir. Sonra həmin dərman həbləri olan bükülülər açıldıqda birinci bükülüdə üzərində “Methadone 40” sözləri yazılmış əlli ədəd list və hər birində on ədəd olmaqla, ümumilikdə 500 (beş yüz) ədəd həb; ikinci bükülüdə üzərində “Methadone 40” sözləri yazılmış əlli ədəd list və hər birində on ədəd olmaqla, ümumilikdə 500 (beş yüz) ədəd həb; üçüncü bükülüdə üzərində “Methadone 40” sözləri yazılmış əlli ədəd list və hər birində on ədəd olmaqla, ümumilikdə 500 (beş yüz) ədəd həb; dördüncü bükülüdə üzərində “Methadone 40” sözləri yazılmış otuz ədəd list və hər birində on ədəd olmaqla, ümumilikdə 300 (üç yüz) ədəd həb olduğu müəyyən edilmişdir. Üzərində “Methadone 40” sözləri yazılmış ümumilikdə 1800 (min səkkiz yüz) ədəd olan dərman həbləri aşkar edilərək bir ədəd zərfdə qablaşdırılmış və üzəri möhürlənmişdir. Həmin zərfin üzəri tərəflərindən imzalanmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra kisədən aşkar edilmiş doqquz ədəd qara rəngli sellofan bükülüdə üzəri yapışqan lentlə sarınmış bükümlərin nə olduğu soruşulmuş, narkotik vasitə olan marixuana olduğunu demişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən bıçaqla kəsilmiş və bükülülərdə olan kütlənin yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Kütlələr ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş və narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlənin hər biri ayrılıqda 534 qram, 793 qram, 526 qram, 482 qram, 1676 qram, 545 qram, 532 qram, 460 qram və 482 qram çəkidə olması müəyyən edilmişdir. Həmin doqquz ədəd bükülüdə olan narkotik vasitələr bir ədəd ağ rəngli kisədə qablaşdırılmış və üzəri baxış iştirakçıları tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş, baxış iştirakçıları, həmçinin tərcüməçi, o və müdafiəçisi Araz Əliyev tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd etmişdir ki, həmin narkotik vasitəni 13 iyul 2024-cü il tarixdə Əlirza adlı iranlıdan götürmüş və 30.000.000 (otuz milyon) tümən pul qarşılığında qanunsuz olaraq sərhəd keçid məntəqəsindən kənar ərazidən Azərbaycan Respublikasının ərazisinə keçirib Əlirzanın dediyi yerdə, yəni yaşadığı Parsabad şəhərinin Güvəşli kəndi ilə üzbəüz olan Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələr ərazisində olan qəbiristanlıq yaxınlığındakı işıq dirəyinin yanında gizlətməli olmuşdur. Daha sonra Əlirzanın Azərbaycan Respublikasında olan tanışları həmin narkotik vasitəni onun gizlətdiyi yerdən götürməli olduğu üçün Əlirzanın ona verdiyi içində narkotik vasitələr olan ağ rəngli kisəni Azərbaycan Respublikasına keçirib qəbiristanlıq yaxınlığında olan işıq dirəyinin yanında gizlətmiş və üzərini qurumuş tikanlarla örtmüşdür. Bundan başqa, Əlirza adlı şəxsin İran İslam Respublikasının Parsabad şəhərində yaşadığını bilmiş, lakin həmin şəxsin ad, soyadını və atasının adını dəqiq bilməmişdir. 13 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə keçən zaman üzərində özünə məxsus mobil telefon olmamışdır. Lakin həmin vaxt Əlirza ona mobil telefon vermiş və üzərində gətirmiş, amma həmin mobil telefonun üzərində olan nömrəni bilməmişdir. Həmin mobil telefon su kanalını keçən zaman suya düşərək itmişdir. Bundan əlavə, 13 iyul 2024-cü il tarixdə, saat 21 radələrində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə bir ədəd kisədə gətirdiyi narkotik vasitələri Azərbaycan Respublikası ərazisində sərhəd simlərini keçdikdən sonra qəbiristanlıq yaxınlığında olan işıq dirəyinin dibində gizlətdikdən sonra həmin narkotik vasitəni Əlirzanın deyəcəyi şəxslər götürəcəyinə görə həmin şəxsləri tanımamışdır. Həmçinin, 13 iyul 2024-cü il tarixdə onu polis əməkdaşları saxlayaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirən zaman və istintaq zamanı ona heç kim fiziki zor və ya psixi təsir göstərməmişdir (iş vərəqi 247-250). Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq əvvəlcə bildirmişdir ki, İran İslam Respublikasında yaşayan anası vəfat edəndən sonra onun qalmağa yeri olmamış, yeri narahat olduğundan Azərbaycan Respublikasının ərazisinə keçmişdir. Qanunsuz olaraq Araz çayından keçməklə dövlət sərhədini pozmuşdur. Sərhədi keçdiyi zaman tək olmuşdur. Narkotik vasitəni qəbiristanlığa qoyub qayıdacaqmış. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra narkotik vasitənin yerini onlara göstərmişdir. Sərhədi keçəndə əynindəki paltar zədələnmişdir. Təqsirləndirilən şəxs sonrakı cavablarında bildirmişdir ki, onu tutan polislər şöbənin inzibati binasındakı otaqların birindən bir “sumka” narkotik çıxarıb gətirərək qabağına qoyub boynuna götürməsini istəmiş və boynuna götürəcəyi halda ona köməklik ediləcəyini bildirmişlər. Buna görə etirafedici ifadə verərək “mal”ın onun olduğunu bildirmişdir. Əslində isə onda narkotik vasitə olmamış, sərhəddən qanunsuz predmet keçirməmişdir və yeganə təqsiri Azərbaycan Respublikasının ərazisinə sərhəddən kənar, yəni qanunsuz keçməsidir. Polis əməkdaşları tərəfindən döyülməmiş, ona hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Son qərarın məhkəməyə aid olduğunu deyib, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsi və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi X4 əməliyyat müvəkkili, polis serjantı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onunla qohumluğu, ədavət və ya düşmənçiliyi yoxdur. Cəbrayıl Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin sabiq əməliyyat müvəkkili Şahid1 İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən kənar keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olaraq Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələr ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və dövriyyəsi ilə bağlı 13 iyul 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı raportla şöbə rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verildikdən sonra bu barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Şahid1, Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 13 iyul 2024-cü il tarixdə, saat 20:40 radələrində tərəflərindən əməliyyat tədbiri keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə yaxınlığındakı qəbiristanlıq yerləşən ərazidən keçdikdən sonra əməliyyat müşahidəsinə götürülmüş və qəbiristanlığın qarşısından təxminən 30-35 metr irəlidə kənarları ağaclıq olan yol kənarı ilə gedən zaman sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək, onu Cəbrayıl Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi, tərcüməçi və əməliyyat qrupu üzvlərinin iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı əşya və ya qanunla qadağan edilmiş predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs həmin əraziyə nə üçün gəldiyi soruşulmuş, o da cavabında İran İslam Respublikasının vətəndaşı olan tanışının ona verdiyi bir ədəd ağ rəngli kisədəki narkotik vasitəni Azərbaycan Respublikasına keçirmək üçün gəldiyini, narkotiki gizlətdiyi yeri dəqiq tanımadığını, amma saxlandığı yerin yaxınlığında olan qəbiristanlıq ətrafındakı işıq dirəyinin yanında gizlətdiyini demişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs saxlanıldığı yerdən təxminən 30-35 metr irəlidə, qəbiristanlığın yanındakı işıq dirəyinin yanına getmişlər və işıq dirəyinin ətrafına baxış keçirilmişdir. Baxış zamanı dirəyin ətrafında olan qurumuş tikanların altından bir ədəd ağ rəngli kisə aşkar edilmişdir. Kisə tərəflərindən açılmış və içindən dörd ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış dərman həbi və doqquz ədəd qara rəngli üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış büküm aşkar edilmişdir. Kisədən aşkar edilmiş dərman həbləri olan dörd ədəd bükülü elektron tərəzinin üzərinə qoyulmuş və ümumilikdə çəkisinin 1.073 qram olduğu müəyyən edilmişdir. Həmin bükülülərdən üzərində “Methadone 40” sözləri yazılmış, ümumilikdə 1.800 ədəd olan dərman həbi aşkar edilərək götürülmüşdür. Daha sonra doqquz ədəd bükülüyə baxış keçirilmiş və içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılarkən onlardan yayınmağa çalışmamış, qorxusundan narkotik vasitəni qoyduğu yeri onlara göstərmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixoloji təsir və ya təzyiq göstərilməmiş, saxlanılan zaman əynindəki paltarlar cırılmış vəziyyətdə olmuş, ona başqa paltar vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis X22 X21 Patrul Xidmətinin inspektorları, polis baş serjantları Şahid4 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlər. Şahid4 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində heç bir sənədi olmamış, onu şəxsiyyətini müəyyən etmək məqsədilə Cəbrayıl Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmədə ibtidai istintaqa verdiyi, cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəb) əsasən elan olunmaqla tədqiq edilmiş şahid Cəbrayıl Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin sabiq əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsindən məlum olmuşdur ki, o, Şahid2lə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur (iş vərəqi 134-137). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis X12 xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.3 və 318.1-ci maddələri ilə cinayət işi başlanılaraq, aidiyyəti üzrə şöbənin istintaq qrupuna göndərilmiş və icraata qəbul edilmişdir (iş vərəqi 01). Cəbrayıl Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportu, qərar və protokollarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonunda yerləşən 1-11 saylı qəsəbə ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və o, həmin tarixdə, saat 20:40 radələrində dövlət sərhədini qaçaqmalçılıq yolu ilə keçərək Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində qəbirstanlıq yerləşən hissədən çıxarkən əməliyyat müşahidəsinə götürülmüş, qəbirstanlıqdan “Şirvan Post” adlanan hissə istiqamətinə hərəkət edən zaman saxlanılaraq şöbəyə aparılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa məlumat verilmişdir (iş vərəqi 05; 07-11). Cəbrayıl Rayon Polis X12 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 12; 26-27). Cəbrayıl Rayon Polis X12 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan iş üzrə tərcüməçi təyin olunmuş və sonuncu ona təqdim olunmuşdur (iş vərəqi 13; 16). Cəbrayıl Rayon Polis X12 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzrərində aparılmış şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, videokamera ilə qeydə alınmış videogörüntülərin əks olunduğu DVD disk protokola əlavə edilmiş və həmin diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 34-36). Cəbrayıl Rayon Polis X12 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə yaxınlığında olan qəbiristanlığın yan tərəfindəki işıq dirəyinin ətrafında onun gizlətdiyi bir ədəd ağ rəngli kisə aşkar edilmiş və həmin kisədə dörd ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış üzərində “Methadone 40” sözləri yazılmış 180 ədəd list və hər birində on ədəd olmaqla, ümumilikdə 1.800 ədəd dərman həbinin, eləcə də doqquz ədəd qara rəngli üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış, hər biri ayrılıqda 534 qram, 793 qram, 526 qram, 482 qram, 1676 qram, 545 qram, 532 qram, 460 qram və 482 qram olmaqla, cəmi 6030,0 qram çəkidə narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlənin olduğu büküm müəyyən olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüş və baxış keçirilməsi zamanı videokamera ilə qeydə alımış videogörüntülər əks olunan DVD disk protokola əlavə edilmiş, həmin diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 37-39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi X10 3-16- 16/2-18/663 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...X1 təqdim etdiyi...” sözləri yazılmış sintetik torbada doqquz ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1640,0 qram, 500,0 qram, 450,0 qram, 440,0 qram, 500,0 qram, 500,0 qram, 750,0 qram, 495,0 qram, 420,0 qram və ümumi çəkisi 5695,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qurudulmuş marixuananın 5694,10 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (iş vərəqi 48-52). Cəbrayıl Rayon Polis X13 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti (hər iki dildə) təqdim olunmuşdur (iş vərəqi 82-83). Cəbrayıl Rayon Məhkəməsinin 4(072)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 iyul 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 118-120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, hökm və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya qərarı”nın 2.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş; Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza (ciddi rejimli və Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması) təyin edilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsi cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasına dair müddəa hökmdən xaric edilmiş və Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmışdır (iş vərəqi 131-133; 152-154; 156-161). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.2-1-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.4-cü maddənin tələbinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunmur. Məhkəmə Ekspertizası Mərkəzi X10 3-16-16/2-6/3664 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-fiziki-kimyəvi ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün № 147” möhür əksi, “Ağ rəngli kisədə aşkar edilmiş üzərində Methone 40 sözləri yazılmış dərman həbləri; İştirak etdi: 1. /imza/ Şahid1; 2. /imza/ Şahid4; 3. /imza/ Şahid3; 4. /imza/ Şahid2; 5. /imza/ Behnam Nəsrullayi;
6. /imza/ Ülfət Həsənov; 7. /imza/ Araz Əliyev; Tərtib etdi: /imza/ Rauf Şahverənov yazıları olan bağlamadakı 179 ədəd konvalyutda ümumi sayı 1786 ədəd üzərində “F/M 40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 71,44 qram olan (üzərindəki göstəricilərə əsasən bir ədəd həbdə 0,04 qram) narkotik vasitə metadondur və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Ekspertiza tədqiqatından sonrakı ümumi sayı 1780 ədəd “F/M40” həbi ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (iş vərəqi 167-172). Cəbrayıl Rayon Polis X13 xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bildirmişdir (iş vərəqi 178-183). Cəbrayıl Rayon Polis X13 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, 13 iyul 2024cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən, yəni Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə yaxınlığında yerləşən qəbristanlığın yanında olan işıq dirəyinin ətrafından götürülmüş bir ədəd ağ rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış doqquz ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 5695,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı təmiz çəkisi 5694,10 qram qalığı və 179 ədəd konvalyutda ümumi sayı 1.786 ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 71,44 qram olan narkotik vasitə hesab edilən metadon maddəsi olan həblərin tədqiqatdan sonra qalan 1.780 ədədi maddi sübut kimi tanınmış və şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 188-189). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 X14 X11 xx.xx.2024-cü il tarixli, 5644 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 191- 192). Cəbrayıl Rayon Polis X13 “sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.3, 318.1-ci maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrinə tövsif edilmiş, ona həmin maddələr üzrə yenidən ittiham elan edilmiş, narkotik vasitələrin mənbəyinin, eləcə də digər şəxslərin onunla əlbir olubolmaması, onların şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (iş vərəqi 196-215; 218-220; 230-231). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 14 (on dörd) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, onu tutan polis əməkdaşlarının şöbənin inzibati binasındakı otaqların birindən bir “sumka” narkotik çıxarıb qabağına qoyaraq boynuna götürməsini istəmələri və boynuna götürəcəyi halda ona köməklik ediləcəyini bildirmələri, buna görə də ibtidai istintaq zamanı etirafedici ifadə verərək, “mal”ın onun olduğunu bildirməsi, əslində isə onda narkotik vasitə olmaması, sərhəddən qanunsuz predmet keçirməməsi və yeganə təqsirinin Azərbaycan Respublikasının ərazisinə sərhəddən kənar, yəni qanunsuz olaraq keçməsinin olması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisi və tərcüməçinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) ona ünvanlanmış suallara cavab olaraq 13 iyul 2024-cü il tarixdə İran İslam Respublikasının Parsabad şəhərində Əlirza adlı tanışının ona narkotik vasitə verməsini, həmin narkotik vasitəni Azərbaycan Respublikasının ərazisinə keçirməsini və sərhədi keçdikdən sonra qəbiristanlığın yaxınlığında yerləşdirdiyini bildirmişdir. Bundan başqa, o, ibtidai istintaq ərəfəsində hadisə yerinə baxış keçirilməsi, habelə ifadəsinin hadisə yerində yoxlanılması zamanı, həmçinin ilkin izahat, şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi ifadələrində eyni məzmunlu etirafedici fikirlər səsləndirmişdir. Bundan başqa, o, Cəbrayıl Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmədə özünü təqsirli bilərək, törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Bundan əlavə, o, btidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitələr barədə məhkəmə-bioloji və məhkəmə-fiziki-kimyəvi ekspertizalarının rəyləri ilə tanış olarkən hər hansı bir vəsatəti və ya şikayəti olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmiş, eyni zamanda polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə gətirilərkən və sonrakı mərhələlərdə ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamasını bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının deməsi əsasında etirafedici ifadələr verməsini, lakin polislərin dediyi kimi ifadə verməsinə gətirdiyi əsası, yəni anası rəhmətə gedəndən sonra qalmağı yeri olmadığından, rahat olmadığı üçün sərhədi keçməsini bildirməsini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi ifadələr işlətməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi izahat və ifadələr cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin, tərcüməçinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti araşdırılan İran İslan Respublikasının vətəndaşı Əlirza adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, göndərmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməklə qaçaqmalçılıq etmiş, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmişdir. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana, metadon kimi müxtəlif növdə olmaları, çəkiləri narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi həmin Məcəllənin 206.2-ci maddəsində (narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində isə satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə; 318.1-ci maddəsi isə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı tarixli, 10 nömrəli qərarında göstərilir ki, Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük ərazisində qanunvericilikdə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür. Həmin Qərarın 5-ci bəndinə əsasən, şəxsin əməllərində Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, Gömrük Məcəlləsinin 82.5-ci maddəsi və sair). Qərarın 9-cü bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Belə əməlləri törətmiş şəxsin eyni zamanda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi də müəyyən edildikdə təqsirkarın əməlləri Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə tövsif edilir. Həmin Qərarın 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, yəni Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, Cinayət Məcəlləsinin 228, 234, 240-cı və s.) tövsif olunmalıdır. Sözü gedən qərarın 15-ci bəndinə görə, konkret işlərə baxarkən qaçaqmalçılıq cinayətinin başa çatma anını malların keçirilmə forması və üsulundan (ölkəyə gətirilməsi, ölkədən çıxarılması, göndərilməsi, boru kəməri ilə nəqli və ya elektrik ötürücüsü xətləri ilə daşınması), qaçaqmalçılığın törədilməsi üsulundan (gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə) asılı olaraq, eləcə də Gömrük Məcəlləsi ilə müəyyən edilmiş daşınma mərhələlərini (prosedurlarını), məsələn, bəyanetmə (146-156-cı maddələr), buraxılış (162 və 163-cü maddələr), tranzit (174 və 175-ci maddələr) nəzərə almaqla müəyyən edilməlidir. Qərarın 16-cı bəndinin 1-ci abzasına görə, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. 16-cı bəndin 4-cü abzasına əsasən, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözü gedən Qanunun 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli, 13 nömrəli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd və gömrük nəzarəti həyata keçirilir. 12-ci maddənin 1 və 5-ci hissələrinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar. Sözü gedən Qanunun 20-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda hər hansı vasitə ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə, cəhd göstərmiş, ya da sərhədkeçmə qaydalarını pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədi keçmiş və ya keçməyə cəhd göstərmiş şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar sayılırlar. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-cı bəndinə əsasən marixuana dövriyyəsi qadağan olunmuş, İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrdir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana külli miqdar; 111-ci bəndinə əsasən təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə metadon külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri ilə yanaşı, məhkəmədə verdiyi qismən etirafedici, habelə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürmə haqqında”, “baxış keçirilməsi haqqında”, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış ayrı-ayrı növdə olan narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələr və psixotrop maddələrin istifadəsi və ya satışında təqsirli bilinməsə də, dəfələrlə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçmiş və bununla əlaqədar hər dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yektinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində cinayətlərin tamah məqsədilə törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə İran İslam Respublikasının Parsabad şəhəri, Güvəşli kəndində anadan olmuşdur, İran İslam Respublikasının vətəndaşıdır, Parsabad şəhərinin Güvəşli kəndində qeydiyyatda olmaqla, orada yaşamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası, həmçinin, İran İslam Respublikasının vətəndaşı olmaqla, əcnəbi olduğuna və ona münasibətdə Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən hallardan hər hansı biri olmadığına görə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.2 və 15.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən götürülmüş bir ədəd ağ rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış doqquz ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 5695,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı təmiz çəkisi 5694,10 qram qalığı və 179 ədəd konvalyutda ümumi sayı 1.786 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 71,44 qram olan narkotik vasitə hesab edilən metadon maddəsi olan həblərin tədqiqatdan sonra qalan 1.780 ədədi məhv edilməli; baxış, şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 91 (doxsan bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 13 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1, 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 318.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilsin və əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaya birləşdirilməklə, o, əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 91 (doxsan bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən götürülmüş bir ədəd ağ rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış doqquz ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 5695,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı təmiz çəkisi 5694,10 qram qalığı və 179 ədəd konvalyutda ümumi sayı 1.786 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı 71,44 qram olan narkotik vasitə hesab edilən metadon maddəsi olan həblərin tədqiqatdan sonra qalan 1.780 ədədi məhv edilsin; baxış, şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.