Məhkəmə qərarları › İş №1(099)-76/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-76/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-76/2024 15.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X16, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi-Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işləməyən, Ağcabədi şəhəri, Səməd Vurğun küçəsi, ev 176-da qeydiyyatda olmaqla yaşamış, 19 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(055)-10/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxx 1995-ci ildə Bərdə rayonu, Körpüqıran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, Laçın rayonu, Qarakeçdi kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Taxa Körpü adlanan ərazidə yerləşən məcburi köçkünlər qəsəbəsində yaşamış, 19 fevral 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(055)-11/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən Saatlı rayonu, Sarıcalar kəndində yerli icra nümayəndəliyinin inzibati binasının yaxınlığında, avtomobil yolunun kənarındakı yararsız vəziyyətdə olan tikilinin yaxınlığına atılmış polietilen bağlamanın içərisində olan 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda-2010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda-2055 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 19 fevral 2023-cü il tarixdə saat 20:45 radələrində əldə etmişlər, həmin vaxtı əməliyyat-axtarış tədbiri həyata keçirən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları onları saxlayaraq Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirib, 19 fevral 2023-cü il tarixdə saat 22:45-də göstərilən polietilen bağlamaya baxış keçirərkən həmin külli miqdarda narkotik vasitələri aşkar edib götürmüşlər. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, 50 qram narkotik vasitə (nəşə) dalınca getdiyini, ittihamda qeyd olunan çəki ilə razı olmadığını deyərək ifadəsində göstərmişdir ki, 19 fevral 2023-cü ildə dostu Həsən ona zəng vuraraq harada olduğunu soruşmuş və ona görüşüb çay içməyini bildirmişdir. Həsən ona pulu olmadığını demiş, Həsənə taksiyə minib gəlməyini, yolun ödənişini verəcəyini bildirmiş və «Camal» marketin yanında Həsənlə görüşmüşdür. Sonra tanışı Zabil gəlmişdir. Həsənlə çay içərkən ona iranlıdan zəng gəlmiş, Saatlı rayonu, Sarıcalı kəndinə 50 qram mal qoyduğunu və onu götürə biləcəyini bildirmişdir. İranlıya pulunun olmamasını bildirmiş, iralıda «pulun yoxdursa, verərsən» bildirmişdir. Ağılsızlığının ucbatından ora getmişdir. Heç kim deyə bilməz ki, narkotik vasitə satmış, öz istifadəsi üçün narkotik vasitəni və psixotrop maddəni götürməyə getmiş, çünki müharibdə olduğundan ağrıları olmuşdur. Sifarişlə taksi çağırdıqdan sonra Saatlı rayonuna yola düşmüşlər, avtomobildə dörd nəfər olmuş, yəni avtomobildə tanımadığı sürücü, tanışları Zabil və Həsən olmuşdur. Narkotik vasitə qəbul etdiyinə görə utandığından Həsənə adam var onunla görüşüb gəldiyini demişdir. İranlının konum atıdığı yerə doğru hərəkət edəndə atəş səsləri gəlmiş, Həsən də onu kimisə vurduğundan şübhələndiyi üçün avtomobildən düşmüşdür. Həsənin onun narkotik vasitə dalınca gəlməyindən xəbəri olmamışdır. Sürücü və tanışı Zabil hadisə yerindən uzaqlaşmışlar, o və Həsən polislər tərəfindən Saatlı RPŞ-yə aparılmışlar. Polis şöbəsində hər ikisinə fiziki işgəncələr tətbiq olunmuşdur. Polis əməkdaşları onun yanında Həsənin anal dəliyinə ağac yeritmək istəmişlər. İşgəncələrə görə məcbur qalıb Həsənin də narkotik vasitə dalınca gəldiyindən xəbəri olduğunu bildirmişdir. Polis əməkdaşları onun qazi olduğunu belə nəzərə almamışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Saatlı rayonuna gedəndə avtomobildə dörd nəfər olmuşlar, getdikləri taksini «*0222» xidmətindən sifarış etmişlər. Taksi sürücüsünü tanımamış, Həsəndən başqa avtomobildə tanışı Zabil olmuş, onlara Saatlı rayonuna dostu ilə görüşmək üçün getdiyini bildirmişdir. Həsən və Zabil yanında olmuşlar, ona görə Həsən və Zabillə Saatlı rayonuna getmişlər, qayıdanda isə Həsəni evinə ötürəcəkdir. Birinci Həsənlə görüşmüş, sonra isə Zabillə görüşmüşdür. İran nömrəsindən ona konum atılmış, narkotik vasitənin və psixotrop maddənin Saatlı rayonu, Sarıcalar kəndində qoyulması bildirilmiş, həmin konum üzrə narkotik vasitə və psixotrop maddəni tapacaqdır. Telefon işığını yandırıb narkotik vasitə və psixotrop maddənin olduğu qara paketi 5-10 metr məsafədə görmüş, geri qayıdaraq qaçmış, həmin vaxt yıxılmış və tutulmuşdur. Hadisə vaxtı Həsən ona görə avtomobildən düşmüş, sürücü və Zabil isə avtomobildən düşməmişlər. Hadisə yerində təkcə Həsən və o tutulmuşlar. Həsənə qarşı ifadə verməyinə səbəb hər ikisinin döyülməyi olmuşdur. Polis əməkdaşlarının ondan, nəyə görə məhz Həsənin əleyhinə ifadə almaqlarının səbəbini bilməmişdir. Onun Saatlı rayonu, Sarıcalar kəndinə getməkdə məqsədi 25 qram kakos-heroin və 25 qram patımetamfetamin götürmək olmuşdur. İstifadəsində olmuş ***-***-**-** mobil nömrəsini xoşu gəldiyi üçün Həsəndən almışdır. Saxlanıldıqları gün ***-***-**-** mobil nömrəsindən «whatsapp» proqramı vastəsi ilə yazışmalar onun tərəfindən icra olunmuşdur. Narkotik vasitələr heroin və marixuananı şəxsi istifadəsi üçün götürmüş, çünki hər iki növdən istifadə etmişdir. Hadisə günü əvvəlcədən Həsənlə aralarında narkotik vasitələri götürmək barədə razılıq olmamışdır. Polis əməkdaşları onları saxlayan zaman axşam vaxtı olmuşdur. Şəxsi axtarış zamanı görünən qara rəngli paket ona edilən işgəncələrdən sonra polislər tərəfindən verilmişdir. Rəşadla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında vermişdir. İbtidai istintaq zamanı Rəşad adlı şəxslə psixotrop maddə və narkotik vasitələrin sövdələşməsində Həsənin iştirak etdiyi məzmununda ifadə verməmişdir. İbtidai istintaq zamanı etirafedici ifadəni təzyiq altında vermiş, orada yazılanlar həqiqəti əks etdirməmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları qoyulan narkotik vasitələrin miqdarı ilə razılaşmadığı üçün onu döymüşlər. Hadisə günü Həsənin onun narkotik vasitə və psixotrop maddə dalınca getməyindən xəbəri olmamışdır. Narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı iranlı ilk dəfə olaraq ona yazmışdır. Taksi sürücüsü və Zabilin də onun narkotik vasitə dalınca getməyindən xəbərləri olmamışdır. İbtidai istintaq zamanı Həsənlə üzləşdirməsi olmamışdır. İbtidai istintaq zamanı müdafiəçisi ilə iki dəfə görmüş, bütün istintaq hərəkətlərində müdafiəçi iştirak etməmişdir. Hadisə vaxtı avtomobildən düşərkən eyni vaxtda Həsən düşməmişdir. Narkotik vasitələrin olduğu sellofan torbaya əlini vurmamışdır. Həsənin və Zabilin konum atan şəxsin şəxsiyyəti barədə məlumatı olmamışdır. Ümumilikdə 50 (əlli) qram narkotik vasitə götürəcəkdir. Həsən konumu atmağı təklif etdiyi üçün konumu Həsənin telefonuna atmışdır. Sifarişli taksi sürücüsünü özü çağırmış və həmin taksi sürücüsündən başqa heç kimi çağırmamışdır. Başqa taksi çağırmağı barədə ifadə verməmiş, taksini bir dəfə çağırmışdır. Hadisə günü Zabil avtomobildə yer boşdursa, getməyini təklif etmiş, avtomobildə yer boş olduğu üçün Zabil də onlarla getmişdir. Şəxsi axtarış zamanı neçə nəfər şəxsin iştirak etdiyi yadında deyildir. Şəxsi axtarış zamanı otağa girəndə əlində torba (bağlama) olmamış, bağlamanı otağa sonradan gətirmişlər. Bütün qanunsuzluqlar vəkilinin yanında olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəmədən «İkinci Qarabağ» müharibəsində iştirak etməsi, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 nömrəli Sərəncamı ilə «Cəbrayılın azad olunmasına görə» medalı (№İ-6997), Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2369 nömrəli Sərəncamı ilə «Qubadlının azad olunmasına görə» medalı (№İ-4708), Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə «Laçının azad olunmasına görə» medalı (№İ-2970), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı (№İ-28528) almasını nəzərə alaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsində ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağcabədi şəhəri, S.Vurğun küçəsi, 176 nömrəli evdə atası X20, anası X17, arvadı X8 və azyaşlı oğlu Samir ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və tikintidə ustalıq etməklə dolanır. Əvvəllər məhkum olunmamış və 2020-ci il tarixdən narkotik vasitə olan «nəşə»-dən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 bir rayonda yaşadığı üçün tanıyır, yaxşı münasibətləri vardır. Həsən Ağcabədi rayonu, Taxta Körpü adlanan ərazidə yerləşən məcburi köçkünlər qəsəbəsində yaşayır, rayonda olan zaman onunla tez-tez görüşüb söhbət etmişdir. Tanışı Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** nömrəli mobil nömrə olmuş, həmin nömrə onun xoşuna gəldiyi üçün 2023-cü ilin fevral ayının əvvəllərində Həsəndən həmin nömrəni işlətməyi üçün ona verməsini xahiş etmişdir. Həsən də aralarında olan münasibətə görə həmin tarixdə qeyd etdiyi nömrəni ona vermiş, daha sonra Həsən, ***-***-**-** nöməsini işlətməyə başlamışdır. Həsəndən nömrəni alıb gətirib özünə məxsus olan mobil telefonuna yerləşdirib və daha sonra telefonda Wi-Fi aktiv edib «whatsapp» proqramı yükləyib həmin nömrə ilə qeydiyyatdan keçmiş, «whatsapp» açıldıqdan sonra hazırda xatırlamadığı bir neçə nömrədən mesajlar gəlməyə başlamışdır. Həmin nömrələrin içərisində +98 ilə başlayan nömrə maraqlı gəldiyindən həmin mesaja daxil olan zaman mətn hissəsində «salam qardaş» yazıları yazılmış, bu barədə Həsəndən soruşsa da kimin olduğunu bilmədiyini demiş, daha sonra öyrənmiş ki, həmin nömrə İran İslam Respublikasına aiddir və o da həmin nömrəyə mesaj yazmışdır. Bir qədər sonra qeyd etdiyi nömrədən «whatsapp» vasitəsi ilə zəng gəlmiş və o, da cavab vermiş, həmin vaxt adını bilmədiyi şəxs İran ləhcəsi ilə onunla salamlaşıb İran İslam Respublikasında yaşadığını bildirib onda yaxşı gül olduğunu demişdir. O, «nəşə» istifadə etdiyi üçün el arasında tanınmasın deyə «nəşə»-yə gül dediklərini də bilir. Danışıqlar zamanı nə qədər gül lazım olsa təşkil edə biləcəyini ona demiş, o, həmin vaxt lazım olmadığını bildirmiş, söhbət zamanı münasibətləri yaranmış və demək olar ki, həmin şəxslə «whatsapp» zənglə danışmışlar. Növbəti danışıqlarının birində, ona təqdim etdiyi karta 100 manat pul göndərsə, «nəşə»-ni qoyduracağı yerin şəkilini atacağını demiş, həmin vaxt ona pulunun olmadığını bildirmişdir. 19 fevral 2023-cü il tarixə kimi adını bilmədiyi şəxslə təxminən 3-4 dəfə danışmış, 19 fevral 2023-cü il tarixdə təxminən saat 12 radələrində həmin nömrə ilə iranlı olan şəxs yenidən zəng edib ona bir daha işləmək istədiyini demiş və o, yenə də iranlıya demiş ki, «pulum yoxdur, satılası malın varsa ver satıb pulunu göndərərəm». Onun sözü ilə həmin şəxs razılaşandan sonra bildirmiş ki, Saatlı rayon ərazisinə 25 qram «kokos» və 25 qram da «patı» göndərəcək, o da fikirləşmiş ki, ona lazım olanı götürər özünə, qalanını isə onun dediyi Bakı şəhərində yaşayan şəxsə göndərər. İranlı deyəcəyi rayona çatmağına az qalmış zəng etməyini istəmişdir. Onun sözündən sonra bir qədər fikirləşmiş və özü «nəşə» istifadə edən olduğundan hesab etmiş ki, onun dediyi kimi «kokos» və «patı»-nı götürüb «nəşə» ilə dəyişib özü üçün istifadə edər və iranlını da aldadar, onun dediyi Bakı şəhərində yaşayan şəxsə göndərməz. Daha sonra bu barədə Ağcabədi rayonu, Afşar kəndindən olan tanışı Rəşad ilə əlaqə saxlayıb iranlı ilə arasında olan söhbəti ona danışmış və iranlının ona təklif etdiyi 25 qram «kokos» və 25 qram da «patı»ya görə ona nə qədər «nəşə» verə biləcəyini soruşmuşdur. Həmin vaxt Rəşad 50 qram həmin narkotikə görə ona 3 kibrit qutusu «nəşə» verəcəyini demiş, o, iranlı və Rəşad ilə söhbət edən zaman Həsən də yanında olmuş, həmin vaxt Həsənlə birlikdə qərarlaşdırmışlar ki, taksi tapsınlar və birlikdə gedib narkotiki götürsünlər, lakin taksiyə verməyə pulları olmamışdır. Həmin vaxt Ağcabədi şəhərinin mərkəzində yerləşən «bazarstore» marketinin qarşısında o, digər tanışı Zabili görmüş, o taksi sürücüsü olduğu üçün onları Saatlı rayonuna aparmasını istəmiş, Zabil spirtli içki qəbul etdityi üçün apara bilməyəcəyini demiş, daha sonra fəaliyyət göstərən «*0222» taksi xidmətinə zəng edib taksi sifariş etmiş, bir qədər sonra dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı və sürücüsünü tanımadığı ağ rəngli «Hyundai Acsent» markalı avtomobil gəlmiş və Saatlı rayonuna gedib qayıtmaq üçün onun ilə 40 manata razılaşmışdır. Həmin vaxt Zabilə də Saatlı rayonuna tanış kimi getməyi təklif etmiş o, Həsən və Zabil həmin taksi ilə saat 19 radələrində Saatlı rayonuna gəlmiş, rayona çatmağına az qalmış iranlının dediyi kimi ona «whatsapp» ilə mesaj yazmış, bir qədər sonra iranlı onun telefonuna bir ədəd «konum» və «fotoşəkil» göndərmişdir. Daha sonra həmin konum vasitəsi ilə Saatlı rayonu mərkəzindən keçmək ilə rayonun Sarıcalar kəndinə gəlmiş, konumun göstərdiyi yerin yaxınlığında yolun kənarında taksi sürücüsü avtomobili saxlamış və avtomobildən düşən zaman Həsən ondan soruşmuş ki, mən də gəlim?. O da cavabında özün bilərsən istəyirsən gəl ya gəlmə deyib, saat 20:30-da avtomobildən düşmüş, Həsən də onunla düşüb qarşıda yolun kənarındakı köhnə sökülmüş tikilinin içərisinə keçib qara rəngli sellofana bükülmüş narkotiki tapmış və o, narkotiki götürdükdən dərhal sonra mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb polis əməkdaşı olduqlarını deyib onu və Həsəni Saatlı RPŞ-yə gətirmişlər. Həmin vaxt taksi sürücüsü və Zabil onların tutulduğunu görüb həmin yerdən qaçmışlar. Saatlı RPŞ-də onların hüquq və vəzifələri izah olunmaqla vəkillə təmin edib üstlərində şəxsi axtarış və əlində olan bükümə baxış keçiriləcəyini demişlər. Həmin vaxt təqdim olunmuş vəkillərin iştirakı ilə onun və Həsənin üstündə axtarış aparılarkən üstlərindən narkotik aşkar edilməmiş, onun üstündən «İphone 6s» markalı mobil telefon, Həsənin üstündən isə «Huawei» markalı mobil telefon aşkar edilib götürülmüşdür. Onun telefonu açılıb, orada onun iranlı ilə olan yazışması, iranlının ona göndərdiyi konuma baxılmış, daha sonra əlində olan sellofan torba açılarkən içərisindən iki ədəd sellofan büküm olduğu məlum olmuş və həmin sellofan büklümlər açılarkən isə birində «nəşə» digərində isə narkotik vasitə «kokos» aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr polis əməkdaşları tərəfindən onların iştirakı ilə ayrıayrılıqda tərəzidə çəkilib çəkiləri müəyyən olunmuş və qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, doğru yazıldığı üçün o, digər iştirakçılar kimi protokolda imza etmiş, o, həmçinin digər iştiraçılar kimi narkotiklərin qablaşdırıldığı bağlamanın üstündə imza etmişdir. Sonradan ekspertiza rəyi ilə tanış olarkən Saatlı rayonundan əldə etdiyi bükülünün içərisində 2010 qram narkotik vasitə qurudulmuş marixuana, 2055 qram narkotik vasitə olan heroin olduğunu bilmişdir. Həmçinin bildirmişdir ki, taksi sürücüsü və Zabil onun Təqsirləndirilən şəxs2 ilə birlikdə Saatlı rayonuna narkotik vasitə götürmək üçün gəldiyini bilməmiş, Zabil onlarla birlikdə vaxt keçirmək üçün gəlmiş və Zabilin taksi sürücüsü ilə tanış olması səbəbindən onlara gəlmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ifadəsində onun ilə Saatlı rayonuna dost kimi gəldiyini, taksı sürücüsü ilə Saatlı rayonuna gələrkən avtomobildən onun tək düşməsi deməsi, avtomobildən taksi sürücüsü məcbur etdiyi üçün düşdüyünü deməsi yalandır və əlavə fikir deməyəcəyini, özünü tam təqsirli bildiyini, Saatlı rayonuna 25 qram kokos və 25 qram patı götürmək üçün gəldiyini, polis əməkdaşları onları yaxalayarkən əllərində silah görmədiyini, lakin ərazidən silah səsinə oxşar səslər gəldiyini eşitmiş, əvvəlki ifadəsində qeyd etdiyi Ağcabədi rayonu, Avşar kəndində yaşayan Rəşad adlı tanışından desə də əslində Rəşadın Avşar kəndindən olduğunu dəqiq bilməmiş, onun ilə təsadüfü olaraq iki-üç dəfə görüşüb söhbət etmiş, həmin şəxsin əlamətlərini xatırlamamış, anket məlumatlarını dəqiq bilməmişdir. İfadləri elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini təsdiq etdiyini, Həsənin sonradan onun üçün narahat olduğuna görə avtomobildən düşdüyünü, lakin Həsənin onun yanına gəlmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında Həsənin onun narkotik vasitələr götürmək üçün Saatlı rayonu, Sarıcalar kəndinə getməsindən xəbəri olmadığı, polis əməkdaşları tərəfindən ona və Həsənə verilən işgəncələrə, polis əməkdaşlarının onun yanında Həsənin anal dəliyinə ağac yeritmək istədiklərinə görə məcbur qalıb Həsənin də narkotik vasitə dalınca gəldiyindən xəbəri olduğunu bildirdiyini, saxlanıldıqları zaman polis əməkdalarının silahdan istifadə etdiklərini, şəxsi axtarış zamanı görünən qara rəngli paketin ona edilən işgəncələrdən sonra polislər tərəfindən verildiyini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiəsi məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Həsənin onun narkotik vasitələr götürmək üçün Saatlı rayonu, Sarıcalar kəndinə getməsindən xəbəri olmadığı, polis əməkdaşları tərəfindən ona və Həsənə verilən işgəncələrə, polis əməkdaşlarının onun yanında Həsənin anal dəliyinə ağac yeritmək istədiklərinə görə məcbur qalıb Həsənin də narkotik vasitə dalınca gəldiyindən xəbəri olduğunu bildirdiyini, saxlanıldıqları zaman polis əməkdalarının silahdan istifadə etdiklərini, şəxsi axtarış zamanı görünən qara rəngli paketin ona edilən işgəncələrdən sonra polislər tərəfindən verildiyini bildirməsi) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə özünün, digər təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarması, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, Ağcabədi rayonu, Taxta-Körpü ərazisində yerləşən qəsəbədə dövlət tərəfindən verilmiş evdə yaşamış, Xocavənd rayonunda doğulmuş, Ağcabədi rayonuna Bərdə rayonundan gəlmişlər. Azəri müharibə vaxtından tanımışdır. Onun bir qolunda saatı olmuş, Azər saatı ondan istəmiş, o da saatı Azərə verəcəyini bildirmiş, sonradan həmin saatı əməliyyatçılar ondan almışlar. Evdə olan zaman Azər ona zəng vuraraq rayona gəlməyini, saatı ona verməyini və eyni zamanda çay içmələrini bildirmiş və o da razılaşaraq taksiyə 20 manat verərək «Camal» marketin yanına getmişdir. Azər onu qarşılamış, oturub çay içmişlər və həmin vaxt onun geri qayıtmağa cibində pulu olmamışdır. Azər ona dostu ilə görüşmək üçün Saatlı rayonuna getməli olduğunu və geri qayıdanda onu evinə düşürə biləcəyini bildirmişdir. Sifarişli taksi xidməti çağırdıqdan sonra Saatlı rayonuna yola düşmüşlər, yolda avtomobildə mahnı sədaları altında arxada başqa adamla telefonla danışmışdır. Saatlı rayonunun girişinə çatdıqda Azər Sarıcalar kəndində dostu ilə görüşəcəyini bildirmiş, onun telefonuna konum atılmış, lakin telefonu konumu açmamış, taksi sürücüsünün telefonuna konumu atmış və həmin konum əsasında taksi sürücüsü onları hadisə yerinə aparmışlar. Azər həmin yerə çatdıqda avtomobildən düşmüş, gedib 5 dəqiqəyə dostu ilə görüşəcəyini bildirmişdir. Azər avtomobildən düşüb gedəndən sonra taksi sürücüsü narahat olmağa başlamış, ona narahat olmamasını və Azərin tanış adam olmasını bildirmişdir. Sürücü cavabında şirkətdə işlədiyi üçün işi olduğunu və tələsdiyini bildirmişdir. Həmin vaxtı sürücüyə indicə gəldiyini və bir az gözləməsini bildirmişdir. Həmin vaxtı silah səsləri gəlmişdir. Avtomobildən yerə düşmüş və üzərinə 6 nəfər şəxsin gəldiyini görmüşdür. Onlardan kim olduqlarını soruşduqda polis əməkdaşları olduqlarını bildirmişlər və onu döyə-döyə hadisə yerində olan «010» markalı avtomobilə əyləşdirmişlər və həmin vaxtı Azərin hansı şəraitdə və necə tutulmağından xəbəri olmamışdır. Polislər onu avtomobilə əyləşdirdikdən sonra Saatlı RPŞ-yə aparmışlar. Polis şöbəsində narkotik vasitə və psixotrop maddə ilə bağlı onunla sual-cavab olunmuş, bir az sonra Azəri gətirmişlər, ona müxtəlif fiziki işgəncələr tətbiq olunmuşdur. Onu stula bağlayaraq dubinka ilə döymüşlər, pol taxtasını ona yeridəcəklərini bildirmişlər. Polislərə narkotik vasitələrdən xəbəri olmadığını, narkotik vasitə istifadəçisi olmadığını və Azərlə döyüşçü yoldaşı olduğu üçün onunla Saatlı rayonuna gəldiyini bildirmişdir. RPŞ-də üzərindən narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxtı polislərdən anasının ağ ciyər xəstəsi olduğu üçün şəxsi axtarış zamanı aparılan videoçəkilişi onun görməməsini onlardan xahiş etmiş, habuki anası televizorda onu görmüş və bir həftədən sonra vəfat etmişdir. Polis əməkdaşları ona narkotik vasitə ilə əlaqəsi olmadığı, həmçinin istifadəçisi olmadığı halda onu şərləyərək bədbəxt edib kuryer kimi qələmə vermişlər, polis əməkdaşlarında mərhəmət və insaf olmamışdır. İndiki gündə də Azərdən hansı səbəbdən onu bu vəziyyətə saldığını soruşmuş, Azər isə işgəncələrə görə hər şeyin bu formada olduğunu bildirmişdir. İbtidai istintaq zamanı Azərlə üzləşdirilməyini tələb etmiş, lakin üzləşdirməmişlər. X4rkən müdafiəçi İqbal müəllim yanına gəlmiş, müdafiəçidən üzləşdirilmə keçirilməsini xahiş etmişdir. İqbal müəllim də mümkün olmadığını bildirmişdir. Sonra onu aparıb döymüşlər, sənədlərə imza çəkməyini tələb etmişlər, o da etiraz edərək sənədlərə imza çəkməmişdir. Daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılmış və orada imza çəkmədiyi sənədləri ona göstərmişlər. 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlər olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, taksi sürücüsünü tanımamış, taksi sürücüsünü Azər çağırmış, Azər başqa heç kimi çağırmamışdır. Hadisə vaxtı Azər avtomobildən düşüb binanın darvazasından içəri girmiş və hava qaranlıq olmuşdur. Sürücü avtomobildən düşməmişdir. Silah səslərini eşitdikdən sonra darvazaya tərəf hərəkət etmişdir. Azər ona dostu ilə görüşəcəyini bildirmiş, lakin onların nə səbəbə görüşdüklərini bilməmişdir. Azərin yol boyu sadəcə dostuna çatmasını deməsini eşitmişdir. Azər telefonu təzə aldığı üçün ondan başı çıxmamış, ona görə də konumu onun telefonuna atmışdır. Döyülməsi nəticəsində qıçları, qolları və kürəyində olmuş xəsarətlər barədə ona İstintaq Təcridxanasında bildirmişlər. Rəşad adlı şəxsi tanımamış, Rəşad və Azərlə narkotik vasitə və psixotrop maddə barədə dialoqa girməmişdir. Hadisə günü qolundakı saatı Azərə vermək üçün Ağcabədi şəhərinə getmişdir. Zabil və Elmin adlı şəxsləri tanımamış, Zabil və Elmin də onu tanımamışdır. Hadisə günü telefonda yalnız şəxsi həyatı ilə bağlı qızla danışmışdır. Hadisə vaxtı «kiməsə hazır ol, gəlirəm» məzmununda heç nə yazmamışdır. Şəxsi axtarış zamanı orada onlardan başqa 12 nəfər iştirak etmişdir. Şəxsi axtarış zamanı otaqda birinci o olmuş, sonra isə Azəri gətirmişlər, Azər gəldikdən sonra isə otağa torbanı (bağlama) gətirmişlər. Azər otağa girəndə əlində torba olmamışdır. Torbanı otağa gətirən şəxsi üzdən tanıya biləmişdir. Bütün qanunsuz proseslər vəkilinin yanında baş vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Laçın rayonu, Qarakeçdi kəndində qeydiyyatda olsa da, Ağcabədi rayonu, Taxta Körpü adlanan ərazidə yerləşən məcburi köçkünlər qəsəbəsində anası X5 ilə birlikdə yaşamaqla rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləlik etməklə dolanışıq etmişdir. Əvvəllər Cinayət Məcəlləsinin hər hansı maddəsi ilə məhkum edilməmişdir. 2021-ci il tarixdən narkotik vasitə olan «nəşə»dən istifadə etmiş, lakin 19 fevral 2023-cü il tarixinə kimi təxminən 7 ay müddətində, «nəşə» istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 bir rayonda yaşadıqları üçün tanımış, yaxşı münasibətləri olmuşdur. Azər Ağcabədi şəhərində yaşayır, rayonda olan zaman onunla tez-tez görüşüb söhbət etmişlər. Bildirmişdir ki, onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən Azərin xoşu gəldiyindən həmin nömrəni işlətmək üçün ondan istəmiş, o da tanışlıqlarını nəzərə alıb xatırlamadığı vaxtda nömrəsini Azərə vermişdir. Nömrəni Azər istifadə etməyə başlayan zaman həmin nömrə ilə «whatsapp»da qeydiyyatdan keçmiş və həmin nömrəyə müxtəlif nömrələrdən mesajlar gəlməyə başlamışdır. Həmin nömrələri Azər ondan soruşan zaman xəbəri olmadığını və mesajın gəlməsi normal hal olduğunu demişdir. Daha sonra nə baş verdiyini bilməmiş və Azər ondan yenidən istifadəsində olan elektron saatı istəmiş, o da 19 fevral 2023-cü il tarixdə həmin saatı Azərə vermək üçün gəlib rayon ərazisində görüşmüş və bir qədər söhbət etdikdən sonra ona Saatlı rayonuna gedib, orada tanışı ilə görüşüb gəlməli olduğunu demişdir. Həmin vaxt ondan pul istəmiş, pulunun olmadığını Azərə demiş və birlikdə Ağcabədi rayonunda yerləşən «bazarstore» marketinin yanına gəlmişlər. Həmin vaxt Azər orada digər tanışı Zabil ilə görüşmüş, Azərin Zabillə nə danışdığını bilməmiş və Zabil onlar üçün taksi çağırmışdır. Bir qədər sonra dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı ağ rəngli «Hyundai Accent» markalı avtomobil gəlmiş və Azər ona, Saatlı rayonunda bir nəfər şəxslə görüşmək lazım olduğunu demiş, o da yoldaşlıq olsun deyə gəzmək üçün onlarla birlikdə saat 19 radələrində Saatlı rayonuna yola düşmüş, Saatlı rayon mərkəzində Azər kimləsə danışmış və onun telefonuna yer təyin edilməsi üçün konum gəlmişdir. Həmin konum ilə Saatlı rayonu, Sarıcalar kəndinə gəlmişlər. Azər avtomobili Sarıcalar kəndində yolun kənarında saxlatdırmış və saat 20:30-da avtomobildən düşüb yolunun kənarındakı köhnə sökülmüş tikilinin içərisinə keçmiş, bir qədər keçdikdən sonra tanımadığı taksi sürücüsü əsəbiləşib, o hara çıxıb getdi qayıtsın çıxıb gedək demiş və onu məcbur etmişdir ki, avtomobildən düşüb Azərin arxası ilə getsin. Taksi sürücüsün təkidindən sonra avtomobildən düşüb Azərin getdiyi yerə getmiş, bir qədər sonra mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb polis əməkdaşı olduqlarını deyib onu və Azəri, Azərin oradan götürdüyü qara sellofan bağlama ilə birlikdə Saatlı RPŞ-yə gətirmişlər. Həmin vaxt taksi sürücüsü və Zabil onların tutulduğunu görüb həmin yerdən qaçmışlar. Saatlı RPŞ-də onların hüquq və vəzifələri izah olunmaqla vəkillə təmin edib üstlərində şəxsi axtarış və Azərin götürdüyü bükümə baxış keçiriləcəyini demişlər. Həmin vaxt təqdim olunmuş vəkillərin iştirakı ilə onun və Azərin üstünə axtarış aparılarkən üstlərindən narkotik aşkar edilməmiş, lakin mobil telefonları polis tərəfindən götürülmüş və Azərin mobil telefonuna baxış keçirilərkən orada İranlı bir şəxslə narkotik barədə yazışma olduğu, iranlının Azərə narkotikin yeri barədə atdığı mesajlar olduğu müəyyən edilmişdir. Daha sonra Azərin əlində olan bükülüyə baxış zamanı sellofan torba açılarkən içərisindən iki ədəd sellofan büküm olduğu məlum olmuş və həmin sellofan bükümlər açılarkən birində «nəşə» digərində isə narkotik vasitə «kokos» aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr polis əməkdaşları tərəfindən onların iştirakı ilə ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilib çəkiləri müəyyən olunmuş və qablaşdırılaraq möhürlənmiş, daha sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, doğru yazıldığı üçün o, digər iştirakçılar kimi protokolda imza etmişdir. Həmçinin digər iştiraçılar kimi narkotiklərin qablaşdırıldığı bağlamanın üstündə imza etmiş, sonradan ekspertiza rəyi ilə tanış olarkən Azərin əlində bükülünün içərisində 2010 qram narkotik vasitə qurudulmuş marixuana, 2055 qram narkotik vasitə olan heroin olduğunu bilmişdir. Azərin Saatlı rayonuna tanışı ilə görüşmək üçün gəldiyini bilmiş, Saatlı rayonunda onları polis əməkdaşları tutan zaman, Azərin Saatlı rayonuna külli miqdarda narkotik vasitə götürmək üçün gəldiyini bilmiş, buna görə də Saatlı rayonuna gəlməkdə onun heç bir marağı olmamış, o, Azər ilə münasibətlərinə və bekarçılıq olduğu üçün gəzmək məqsədi ilə Saatlı rayonuna gəlmişdir. Azərin onun barəsində ifadəsində dediklərini təkzib etmiş, bir daha qeyd etmişdir ki, Azərin Saatlı rayonuna tanışı ilə görüşmək üçün gəldiyini bilmiş, onun külli miqdarda narkotik vasitə götürmək üçün gəldiyini bilməmişdir.Azər ilə yaxşı münasibətləri olmuş, Azərlə aralarında heç bir ədavət və düşmənçilik olmasa da, hansı səbəbdən Təqsirləndirilən şəxs1 onun barəsində yalan ifadə verdiyini bilməmişdir. Eyni avtomobil ilə Ağcabədi rayonundan Saatlı rayonuna gələrkən Təqsirləndirilən şəxs1 mobil telefonla qeyd etdiyinə görə ona narkotik verən iranlı şəxslə əlaqə saxlayıb, həmin şəxs Azərin mobil telefonuna narkotik olduğu yerin şəklini göndərmiş, bunlar hamısı onun yanında ola-ola fikir vermədiyi üçün bütün bunları bilməmişdir. Təqsirləndirilən şəxs2 əlavə ifadəsində bildirmişdir ki, Azərin Saatlı rayonuna hara və hansı məqsədlə getməsini sual etməsə də, onun hara getdiyini bilməsə də Azərin mobil telefonunda olan «whatsapp» proqramı vasitəsi ilə iranlının ona göndərdiyi konumu onun istifadəsində olan mobil telefonundakı «whatsapp» proqramına göndərməsini onun konumla bağlı gediləsi yeri daha yaxşı bilməsi ilə bağlıdır. Taksi sürücüsü Elmin və sərnişin Zabil ifadələrində onun Azər ilə birlikdə avtomobildən düşdüyünü demələri yalan olduğunu, avtomobildən taksi sürücüsünün təkidi ilə düşdüyün bildirmişdir. Zabilin onun barəsində avtomobildə «biz çıxdıq», «dediklərini hazırla», «gəlirik» kimi kəlimələr işlətməsi yalandır, həmin sözləri Azərin işlətmişdir. Müdafiəçisinin verdiyi vəsatət ilə bağlı dindirilmiş təqsirləndirlən şəxsə Təqsirləndirilən şəxs2 əlavə ifadəsində bildirmişdir ki, Azəri bir rayonda yaşadıqları üçün tanımış, yaxşı münasibətləri olmuşdur. Azər Ağcabədi şəhərində yaşayır, rayonda olan zaman Azərlə tez-tez görüşüb söhbət etmişlər. İstifadə etdiyi ***-***-**-** mobil nömrəsindən Azərin xoşu gəldiyindən həmin nömrəni işlətmək üçün ondan istəmiş, o da tanışlıqlarını nəzərə alıb xatırlamadığı vaxtda nömrəsini Azərə vermiş, daha sonra nə baş verdiyini bilməmiş və Azər ondan yenidən istifadəsində olan elektron saatı istəmişdir. 18 fevral 2023-cü il tarixdə həmin saatı Azərə vermək üçün gəlib rayon ərazisində görüşmüş və bir qədər söhbət etdikdən sonra ona Saatlı rayonuna gedib, orada tanışı ilə görüşüb gəlməli olduğunu demişdir. Həmin vaxt Azər ondan pul istəmiş, pulunun olmadığını ona demiş və birlikdə Ağcabədi rayonunda yerləşən «bazarstore» marketinin yanına gəlmişlər. Həmin vaxt Azər orada onun tanımadığı şəxs ilə görüşmüş və onunla nə danışdığını bilməmiş və həmin şəxs onlar üçün taksi çağırmış, bir qədər sonra dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı ağ rəngli «Hyundai Accent» markalı avtomobil gəlmiş və Azər ona demiş ki, Saatlı rayonunda bir nəfər şəxslə görüşmək lazımdı, o da yoldaşlıq olsun deyə gəzmək üçün onlarla birlikdə saat 19 radələrində Saatlı rayonuna yola düşmüşdür. Saatlı rayon mərkəzində Azər kimləsə danışmış və onun telefonuna yer təyin edilməsi üçün konum gəlmiş və həmin konum ilə Saatlı rayonu, Sarıcalar kəndinə gəlmişlər. Azər avtomobili Sarıcalar kəndində yolun kənarında saxlatdırmış və saat 20:30-da avtomobildən düşüb yolun kənarındakı köhnə sökülmüş tikilinin darvazasından içəri keçmişdir. Bir qədər keçdikdən sonra tanımadığı taksi sürücüsü əsəbləşib, o hara çıxıb getdi qayıtsın çıxıb gedək demiş və taksi sürücüsünün deməsinə görə və ərazidən silah səsinə oxşar səs gəldiyi üçün o, avtomobildən düşüb Azərin getdiyi darvazanın qarşısında dayanmışdır. Həmin vaxt orada 6-7 nəfər polis əməkdaşları darvazanın içərisindən çıxıb onun yanına gəlib tutmuş və onların kim olduğunu soruşan zaman polis olduqlarını deyib onu avtomobilə əyləşdirib Saatlı RPŞ-yə aparmışlar. Narkotiklərlə əlaqəsi olmamışdır. Azər ona dostu ilə görüşmək istədiyi üçün gəldiyini dediyindən Azər ilə gəlmişdir. Saxlanılan zaman əlində və üstündə qanun ilə qadağan olunmuş əşya və başqa nəsə olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 narkotik vasitələr götürmək üçün Saatlı rayonu, Sarıcalar kəndinə getməsindən xəbəri olmaması, polis əməkdaşları tərəfindən ona və Təqsirləndirilən şəxs1 fiziki işgəncələr verilməsi, polis əməkdaşları tərəfindən silahdan istifadə edilməsi, şəxsi axtarış zamanı otaqda birinci onun olması, sonra isə Azəri gətirmələri, Azər gəldikdən sonra isə otağa torbanı (bağlama) gətirmələri, Azər otağa girəndə əlində torbanın olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və Təqsirləndirilən şəxs1 müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Təqsirləndirilən şəxs1 narkotik vasitələr götürmək üçün Saatlı rayonu, Sarıcalar kəndinə getməsindən xəbəri olmaması, polis əməkdaşları tərəfindən ona və Təqsirləndirilən şəxs1 fiziki işgəncələr verilməsi, polis əməkdaşları tərəfindən silahdan istifadə edilməsi, şəxsi axtarış zamanı otaqda birinci onun olması, sonra isə Azəri gətirmələri, Azər gəldikdən sonra isə otağa torbanı (bağlama) gətirmələri, Azər otağa girəndə əlində torbanın olmaması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də özü və Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində bildirmişdir ki, 19 fevral 2023-cü il tarixdə iki nəfər Ağacabədi rayon sakinlərinin iranlının qoyduğu narkotik vasitəni ağ rəngli «Hunday» markalı avtomobillə gəlib götürüb gedəcəkləri barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat daxil olduqdan sonra qəbul olunmuş qərar əsasında həmin şəxslərin gəldikləri istiqamətdə onları aşkarlayıb müşahidə etmişlər. Həmin şəxsləri hadisə yerində narkotiki götürüb çıxanda saxlamışlar. Daha sonra həmin şəxsləri RPŞ-nin inzibati binasına aparmışlar, hal şahidlərinin və vəkillərin iştirakı ilə qara sellofana baxış keçirilmişdir. Baxış zamanı qara sellofanın içərisindən iki bükümdə, birinin içində heroin, digərinin içində isə qurudulmuş marixuana aşkarlanmış, həmin heroin və qurudulmuş marixuana qablaşdırılaraq götürülmüşdür. Verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, əməliyyat məlumatı özünə daxil olmuş, 5 ildir ki, əməliyyatçı işləyir. Məlumat Azər və Həsənin hər ikisinin barəsində daxil olmuşdur. Azər və Həsən hadisə yerinə avtomobillə gəlmişlər. Avtomobildə 4 nəfər olmuş, iki nəfər avtomobili sürüb getmişlər, sonradan istintaq zamanı müstəntiqə ifadə vermişlər. Azər və Həsən ikisi birlikdə avtomobildən yerə düşmüşlər. Azər və Həsən avtomobildən düşdükdən sonra Sarıcalar kənd icra nümayəndəliyinin yanında olan və yolun kənarında yerləşən köhnə binaya getmişlər. Azər və Həsəni yaxlayan zaman torba Azərin əlində olmuşdur. Narkotik vasitələrin yeri onlara əvvəldən məlum olmamışdır. Əməliyyat qrupunda Ələdddin, Kamran olub, digər şəxslərin adları isə tam yadında qalmamışdır, ancaq 5-6 nəfər olmuşlar. Hal şahidləri onlarla bir yerdə hadisə yerinə getməmişlər. Azər və Həsənin gəldikləri avtomobilin dövlət qeydiyyat nömrəsi onlara qabaqcadan məlum olmuşdur, həmin avtomobili izləmişlər. Avtomobildə 4 nəfər şəxs olmuş, Azər və Həsən avtomobildən düşmüşlər, digər iki nəfər şəxs isə avtomobili sürüb getmişlər. Avtomobili saxlamaq imkanları olmamışdır. Azəri saxlayan vaxt tikilinin içərisində olmuşdur. Azər həmin vaxt qaçmamış, dayanmış və torbada Azərin əlində olmuş, Həsən də bir az aralıda dayanmışdır. Əməliyyat tədbiri zamanı xidməti silahdan istifadə etməmişlər, üzərində silah olmamışdır. Azər və Həsəni polis şöbəsinə gətirən kimi hal şahidləri və müdafiəçilər gəlmişlər. Zəng edib məlumat vermələri nəticəsində hal şahidləri və müdafiəçilər gəlmişlər. Azər və Həsənin üzərində şəxsi axtarış aparan zaman, narkotik vasitələrə baxış zamanı iki müdafiəçi, hal şahidləri o, Kamran, Qəhrəman, Ələddin və digər polis əməkdaşları olmuşlar. Azər və Həsənin üzərində şəxsi axtarış və narkotik vasitələrə baxış keçirilən zamanı sual verən şəxsin kim olmasına fikir verməmişdir. İstintaq bölməsinin rəisi Xəyal Abasovun şəxsi axtarış və baxış istintaq hərəkətində iştirak edib-etməməsi fikrindən çıxmışdır. CD diskə yazılmış videogörüntüdə Azər və Həsənə sual verərək səsi gələn şəxsin səsini tanımamış, həmin şəxsin kim olmasını xatırlamamışdır. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis kapitanıdır. 19 fevral 2023-cü il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, Səməd Vurğun küçəsi ev 176-da qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs1 tanışı Laçın rayonu, Qarakeçdi kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Taxta Körpü adlanan ərazidə yerləşən məcburi köçkünlər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Saatlı rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun, CAB-nin rəisi, polis kapitanı Şahid6, RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid9, RPŞ-nin CABın əməliyyat müvəkkilləri Şahid11, Şahid7, Həmid Heydərovun, Şahid10, Kamran Valıyevin və Şahid2 iştirakları ilə keçirilmiş tədbir nəticəsində 19 fevral 2023-cü il tarixdə təxminən saat 20:30 radələrində tədbir yerinə gələn «Hyundai Accent» minik markalı, ağ rəngli, **-FJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 düşərək ağaclıq hissədə axtarış etməyə başlamışlar və saat 20:45-də Təqsirləndirilən şəxs1 əlində sellofan bağlama, Təqsirləndirilən şəxs2 isə həmin ərazidə olarkən birlikdə Saatlı rayonu, Sarıcalar kəndində yerli icra nümayəndəliyinin binasının yaxınlığında, avtomobil yolunun kənarındakı fəaliyyəti olmayan yararsız vəziyyətdə olan tikilinin qarşısından çıxan zaman polislər tərəfindən müəyyən edilib saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Saatlı RPŞ-nin inzibati binasına aparılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstlərində və paltarlarında, əşyalarında olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün tədbirlərin görülməsi ilə bağlı onun tərəfindən raportla rəhbərliyə məruzə olunmuşdur. Bundan sonra Saatlı RPŞ-də otaqların birində Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, Əlizadə Əliyev tərəfindən, polis əməkdaşlarının, müdafiəçilər Vüsal Abbasov və Səxavət Məmmədlinin və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və Təqsirləndirilən şəxs1 əlində olan polietilen bağlamaya baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstündən narkotik vasitə, psixotrop maddə və ya qanunsuz saxlanılan əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs1 əlində olan rəngli polietilen bağlama açılarkən həmin bağlamanın içərisində 2 ədəd əlavə sellofan bükümlər aşkar olunmuş, həmin sellofan bağlamalar özü açılarkən onun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, digər sellofan büküm açılarkən isə onun içərisindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələrə oxşar kütlələr qablaşdırma ilə birlikdə çəkilərkən çəkisi müəyyən edilmiş, şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmiş ki, aşkar edilmiş kütlələr narkotik vasitə olan qurudulmuş marixuana və heroindir. Həmin narkotik vasitələri ona tanımadığı İran İslam Respublikasının vətəndaşı satmış və Saatlı şəhəri ərazisindən gəlib götürmələrini «whatsapp» proqramı vasitəsi ilə yazmış və narkotikin olacağı yer barədə məkanı təsvir edən konum göndərmiş, Saatlı rayonuna Təqsirləndirilən şəxs2la birlikdə həmin narkotiki götürmək üçün gəldiyini demişdir. Onlar da, həmin narkotiki götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. Aşkar edilmiş narkotik vasitələrə oxşar kütlələrin narkotik vasitə olubolmaması və dəqiq çəkilərinin müəyyən edilməsi üçün bir ədəd polietilen torbada qablaşdırılmış, həmin torba Azərbaycan Respublikası DİN-nin 89 №-li möhürü ilə möhürlənib götürülmüş, həmin polietilen torbanın üzərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hal şahidləri, müdafiəçiləri və şəxsi axtarışda iştirak edən polis əməkdaşları kimi o da, imza etmişdir. Sonda şəxsi axtarış, baxış və götürmə aparılması ilə bağlı X11 tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün o, digər iştirakçılar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi həmin protokolda imza etmiş, şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmışdır. İbtidai istintaq zamanı ifadəsi elan olunduqdan sonra Şahid5 verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş, məhkəmə istintaqında verdiyi ifadəsində ola bilsin ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin hansısa hissələrini xatırlamadığı üçün deməmişdir. Dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, 19 fevral 2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşları onu hal şahidi kimi dəvət etmişlər, vəkillərin iştirakı ilə baxış keçirilmiş, sellofan torbanın içərisindən 2 bükülü çıxmış, bükülülərin içərisindən nəşəmarixuana və heroin aşkarlanmışdır. Verilmiş suallara cavab olaraq şahid Çingiz Abdiyev bildirmişdir ki, polis şöbəsindən ona zəng vuraraq çağırmışlar və hal şahidi kimi iştirak edə bilib-bilməməsini soruşmuşlar. O da etiraz etməmişdir. Saatlı RİHB-nın Saatlı şəhər İƏD-i üzrə nümayəndəliyində mühasib işləyir, polis şöbəsi ilə iş yerinin arasında məsafə təxminən 20-30 metrdir. Digər hal şahidini tanımamışdır. Şəxsi axtarış zaman Həsən və Azər heç bir şeyə etiraz etməmişlər. Ona polis şöbəsindən zəng edib çağırmışlar, zəng edən şəxsi tanımamışdır. Əvvəllər də hal şahidi kimi iştirak etmişdir. İndiyə kimi 3-4 dəfə hal şahidi kimi iştirak etmişdir. Hal şahidi işləməyi üçün ona heç bir xərc ödənməmış, vətəndaş borcu bilib hal şahidi olmaq üçün getmiş və istintaq hərəkətlərində könüllü olaraq iştirak etmişdir. RPŞ-də otağa girən zaman torba stolun üzərində və bağlı vəziyyətdə olmuşdur. İstintaqın rəisi Xəyal Abasovu tanımış, iştirak etdiyi istintaq hərəkətində Xəyal Abasov da iştirak etmiş, videoçəklişi kimin apardığını xatırlamamışdır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 19 fevral 2023-cü il tarixdə saat 20:30 radələrində Saatlı rayon prokurorluğunun yanında işıqforun yanında dayanarkən polis əməkdaşı ona yaxınlaşıb adam tutumuşuq hal şahidi ola bilərsən demişdir, imtina etmiş, polis əməkdaşı ona qərəzli bir şey yoxdu demiş, baxış keçirilməkdə iştirak etmək üçün razılaşmışdır. Baxışda müdafəiçilər Səxavət Məmmədli, Vüsal Abbaslı və ondan başqa bir hal şahidi də olmuşdur. Sellofan torba açılmış, sellofan bükümün içində daha iki sellofan büküm olmuş, həmin bükümlərin birində nəşəyə oxşar maddə, digərində isə ağ maddə heroinə oxşar maddə aşkarlanmışdır. Torba Təqsirləndirilən şəxs1 əlində olmuşdur. X11 yoxlanış aparmış, videonu isə polis əməkdaşları çəkmişlər. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, ekranda duran təqsirləndirilən şəxslərdən solda duran Azərdir. Onu hal şahidi kimi polis əməkdaşı dəvət etmiş, ancaq konkret olaraq hansı polis əməkdaşının dəvət etməsi yadında qalmamışdır. Onun yanında təqsirləndirilən şəxsləri döyməmişlər. Bundan başqa bir dəfə hal şahidi kimi iştirak etmişdir. Təqsirləndirilən şəxslər saxlanılan zaman onların yaxalanmasında iştirak etməmişdir. Narkotik vasitələr olan torba Təqsirləndirilən şəxs1 əlində olmuş, digər təqsirləndirilən şəxsin nə dediyi yadında qalmamışdır. İstintaqın rəisi Xəyal Abasovun şəxsi axtarışda iştirak edib-etmədiyini xatırlamamışdır. Baxış keçirilən CD diskdə danışan şəxsin kimin olduğu yadında deyildir. Hal şahidi olmamışdan əvvəl hüquq və vəzifələri ona izah olunmuşdur. Dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, Saatlı rayonu ərazisində narkotik vasitələrin dövriyəsi ilə bağlı iki nəfər şəxsin məşğul olmaları barədə məlumat daxil olmış, daxil olan məlumat rəhbərliyə məruzə olunmuşdur. Saatlı rayonu, Sarıcalar kəndinə iranlı «whatsapp» vasitəsi ilə konum atmışdır. 19 fevral 2023-cü il tarixdə İcra nümayəndəliyinin yanında köhnə tikilinin yanında narkotik vasitəni götürən zaman şəxsləri saxlamışlar. Hər iki şəxs «Hundai» markalı avtomobildən düşmüşdür. Verilmiş suallara cavab olaraq şahid Kamran Valıyev bildirmişdir ki, narkotiki Azər götürmüş, Həsən də onun yanında olmuşdur. Qaçmağa cəhd etmişlər, lakin qaça bilməmişlər. Heç bir silahdan istifadə edilməmişdir. İran vətəndaşının konum atdığını və konumla gəldiklərini bildirmişlər. Azər və Həsənə heç bir fiziki təsir olmamışdır. Əməliyyat məlumatı Şahid5 daxil olmuşdur. Məlumatın məzmunu ilə tanış olmuş, raportu oxumuş, məlumatda Azər və Həsənin Saatlı rayonunda narkotik vasitələrin dövriyəsi ilə məşğul olmaları göstərilmişdir. Əməliyyat qrupuna CAB-nin rəisi Şahid6 rəhbərlik etmişdir. Əməliyyatda təxminən 5-6 nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxslərin avtomobilini izləmişlər. Avtomobildən iki nəfər Azərlə Həsən düşmüşdür. Narkotik vasitələrin qoyulduğu yer əvvəldən onlara bəlli olmamışdır. Azər və Həsən avtomobildən düşmüşlər, narkotiki götürəndən sonra onları saxlamışlar. Narkotik vasitənin qoyulan yeri əvvəldən bilmişlər. Narkotik vasitəni Azər götürmüş, Azəri saxlamışlar. Həsən də Azərin yanında olmuş, qaçmaq istəmişlər, hətta qaçmağa cəhd etmişlər, Azərlə Həsəni tutaraq saxlamışlar. Avtomobildə olan şəxsləri tuta bilməmişlər, avtomobildə 3 nəfər olmuşlar, iki nəfər bunlar bir də sürücü. Hal şahidləri onlarla birlikdə əməliyyata getməmişlər, ancaq səhv etmirsə Sarıcalar kəndində iştirak etmişlər. Polis şöbəsində şəxsi axtarışda əməliyyatçılar və müdafiəçilər iştirak etmişlər. Torbada heroin və marixuana aşkarlanmışdır. İstintaq bölməsinin rəisi Xəyal Abasovun baxışda iştirak edib-etməməsi yadında qalmamışdır. Şəxsi axtarış keçirilənə qədər torba Azərin əlində olmuşdur. Nümayiş etdirilən videogörüntüdə danışan şəxsin Xəyal Abasov olub- olmadığını xatırlamamışdır. Müşahidəyə götürdükdən sonra təxminən 1 saat sonra onları saxlamışlar. Şəxsi axtarış və baxış zamanı Azər və Həsənin heç biri narazıçılığı olmamışdır. Heç kim təqsirləndirilən şəxslərə qarşı heç bir zor tətbiq etməmişdir. Dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, daxil olan əməliyyat məlumatı şöbə rəisinə məruzə olunduqdan sonra əməliyyat tədbiri başlamışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azər və Həsən Saatlı rayonu, Sarıcalı kəndi ərazisində tərəflərindən saxlanılmışdır. Verilən suallara cavab olaraq Şahid11 bildirmişdir ki, hal şahidlərinin kimin dəvət etdiklərini bilməmişdir. Təqsirləndirilən şəxsləri döyən və onlara psixi təsir edən olmamışdır. Saxlanılan şəxslərə qaçmağa imkan verməmişlər. Hal şahidlərinin onlarla bir yerdə Saatlı rayonu, Sarıcalar kəndinə gedib-getmədiklərini xatırlamamışlar. Təqsirləndirilən şəxsləri əməliyyat müşahidəsinə götürüb izləmişlər. Avtomobildən iki nəfər düşmüş, avtomobili sürən şəxs avtomobildə qalmışdır. Azər və Həsən avtomobildən düşmüşlər, onlar yaxınlaşan zaman avtomobil qalmışdır. Narkotik vasitə olan torba Azərin əlində olmuş, Həsən isə onun yanında olmuşdur. Silahdan istifadə edilməmişdir. Saxlanılan zaman Həsəndə heç bir xəsraət görməmişdir. Şəxsi axtarış və baxışda İstintaq bölməsinin rəisi Xəyal Abasovun iştirak edib-etmədiyini xatırlamamışdır. Nümayiş etdirilən videogörüntüdə danışan şəxsin kim olduğunu xatırlamamışdır. Dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 19 fevral 2023-cü il tarixdə Ağcabədi rayon sakinləri Həsən və Azərin narokotik və psixotrop maddələrin Saatlı rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat tədbirləri planı hazırlanmış və polis şöbəsinin rəhbərliyinə məruzə olunmuşdur. Əməliyyat planı tədbirlərinin icrası nəticəsində Həsən və Azərin yeri tərəflərindən müəyyən edilmiş və onlar saxlanılmışlar. Azəri əlində polietilen torba ilə Saatlı RPŞ-nin inzibati binasına gətirmişlər, RPŞ-də vidoçəkliş vasitəsi ilə, müdafiəçilərin və hal şahidlərin iştirakları ilə polietilen torbaya baxış keçirilmişdir. Həmin baxış zamanı polietilen torbanın içərisində təxminən çəkisi 2 kiloqramdan çox olan marixuana və 2 kiloqram heroin aşkarlanmışdır. Azər Həsənlə birlikdə həmin narkotik vasitə marixuana və heroini tanımadığı iranlı şəxsdən konum vasitəsi ilə əldə etdiklərini bildirmişlər. Azər və Həsəni Sarıcalar kəndinin keçmiş icra nümayəndəliyinin yaxınlığında ağaclıq olan yerdə köhnə tikilinin yanında saxlamışlar. Daha sonra Azər və Həsəndən aşkarlanan narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, əməliyyat məlumatı Ağcabədi rayon sakinləri Həsən və Azərin barəsində olmuşdur. Əməliyyat məlumatı CAB-nin əməliyyat müvəkkili Şahid5 daxil olmuş, əməliyyatda o da iştirak etmişdir. Ondan başqa əməliyyat qrupunda Elnur, Qəhrəman, Xəzər və Ələddin iştirak etmişlər. Azəri o saxlamış, Həsəni isə digər əməkdaşlar saxlamışlar, aralarında bir az məsafə olmuşdur. Narkotik qoyulan yeri görməmiş, Azər tikilinin arxasında olmuşdur. Tikilidə hasar olmamış, orada ağaclar olmuşdur. Sonradan çəkliş qrupu ilə narkotik götürülən yerə getmişlər, narkotiki tikilinin içərisindən götürdüklərini Azər göstərmişdir. Bağlama Azərin əlində olmuşdur. Azər və Həsən narkotiki götürməyə avtomobil ilə gəlmişlər. Tədbirlər planını həyata keçirən zaman, Azər və Həsəni öz nəzarətlərinə götürmüşlər və izləmişlər. Azər və Həsən avtomobildən düşüb narkotiki götürdükdə saxlamışlar. Azər və Həsəni saxlayan zaman avtomobilin sürücüsü çıxıb getmişdir. İş yerini dəyişdiyi üçün sürücünün sonradan saxlanılıb-saxlanılmaması barədə məlumatı olmamışdır. Həsənin narkotik vasitələr barədə məlumatı olmuş, özünü müdafiə etmək üçün narkotik vasitələrdən məlumatı olmadığını bildirmşdir. Həsən Azərlə birlikdə avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxslərin saxlanılmasında heç bir xüsusi vasitələrdən istifadə edilməmişdir. Azər tam səmimi etiraf etmiş, Həsənlə birlikdə narkotik vasitələri götürmək üçün gəldiklərini bildirmişdir. Silahdan istifadə edilməmiş, özündə silah olmamışdır. Əməliyyat məlumatı ona daxil olmadığı üçün məlumatın tam məzmununu tam detallı şəkildə deyə bilməmiş, ancaq X23 rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə bağlı məşğul olmaları ilə bağlı məlumat daxil olduğunu bilmişdir. Əməliyyat qrupunda 5 nəfər olmuşlar, qrupun üzvünə hal şahidləri daxil edilməmiş, hal şahidləri sonradan tədbirlər planının davamı olaraq gəlmişlər, şəxsi axtarış, baxış və götürmədə iştirak etmişlər. Təqsirləndirilən şəxslər tutulana qədər müşahidə etmişlər. Təqsirləndirilən şəxslərin avtomobilində bir sürücü və bir nəfərdə qabağda oturmuş şəxs olduğunu görmüş, avtomobildə təxminən 4 nəfər olmuşlar. Avtomobil saxlayandan sonra avtomobildən Azər və Həsən düşmüşlər, həmin vaxtı avtomibil sürüb çıxıb getmiş, avtomobillə bağlı heç bir tədbir görülməmişdir. Azəri tikilinin arxasında şəxsən tutmuş, Həsəni isə digər polis əməkdaşları tutmuşlar. Azəri tutan vaxtı əlində torba olmuşdur. Azər torbanı götürüb çıxmış, Həsən də Azər bir yerdə olmuşdur. Azər və Həsən ağaclığın içindən çıxan ərəfədə saxlamışlar. Azər və Həsəni saxlayandan sonra rayon polis şöbəsinə gətirmişlər. Onlar gəldikdən sonra təhqiqatçı vəkilləri dəvət etmişdir. Hava qaranlıq olduğu üçün Azərlə Həsənin üzərlərinə yerində baxış keçirə bilməmişlər. Azər və Həsəni saxladıqları yerdən RPŞ-yə qədər olan məsafəni tam dəqiq deyə bilməmişdir. Azərlə Həsəni saxlayandan sonra torba şəxsi axtarışa qədər Azərin əlində olmuşdur. Şəxsi axtarışda özü, polis əməkdaşları, hal şahidləri və vəkillər olmuşlar. Konkret adları xatırlamamışdır. Şəxsi axtarış, baxış və götürməni təhqiqatçı Əlizadə aparmışdır. İstintaq bölməsinin rəisi Xəyal Abasov da orada olmuşdur. İştirakçı kimi adı qeyd edilməmişdir, çünki iştirak etməmiş, sadəcə olaraq nəzarət etmişdir. Videoçəklişin kimin tərəfindən aparıldığı yadında qalmamışdır. Azər və Həsən Saatlı rayon sakinləri olmadığı üçün, izahatlarında bildirmədikləri və narkotik vasitələri Saatlı rayonundan götürdükləri üçün evlərində axtarış keçirilməmişdir. Həsən saxlanıldıqdan sonra bədəni üzərində gözlə görünən heç bir xəsarət olmamışdır. Azər narkotik vasitlərin çəkisi ilə bağlı nəsə demiş, ancaq Azərin nə deməsini tam olaraq xatırlamamışdır. Azər heç bir təziyqə məruz qalmamışdır. Azər və Həsənin neçə kilo narkotik vasitənin arxasınca gəldiyini bilməmişdir. Onun yanında heç kim Azəri döyməmişdir. Heç bir silah səsi olmamışdır. Azər özü səmimi etiraf etdikdən, Həsənin də narkotik vasitələri götürcəklərindən xəbərdar olduğunu, birlikdə gəldiklərini dedikdən sonra Azərlə Həsənin öz aralarında mübahisə yaranmışdır. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, taksi sifariş verilmiş, taksi sifarişinə getmiş, 3 nəfəri «bazarstore»dən götürmüş, onları konumla Saatlı rayonu, Sarıcalar kəndinə aparmışdır. Arxada oturan Azər və Həsən adlı şəxslər avtomobildən düşmüşlər, ona gözlə 5 dəqiqəyə çıxırıq demişlər. O da 5 dəqiqə gözləyənə kimi gedib, qarşıdan dönüb qayıtsın. Qayıdan zaman tapanca səsi eşitmiş, səsi eşidən kimi avtomobili sürüb ordan uzaqlaşmış və Ağcabədi Rayon Polis Şöbəsinə gedib olanları danışmışdır. İki gündən sonra dostu ilə çay içən zaman Ağcabədi RPŞ-dən bir nəfər gəlib özünü təqdim etmişdir. Gedib polis şəbəsinə orada 1 saat gözləmiş, daha sonra onu 4 nəfərlə Saatlı Rayon Polis Şəbəsinə gətirmişlər. Saatlı RPŞ-də rəis müavini Fuad müəllimə hadisə barədə danışmışdır. Daha sonra müstəntiqin yanına getmiş, müstəntiq onun yanında taksi şirkətinin rəhbərliyi ilə danışmış, sifarişi göstərmiş, müstəntiq telefonundan sifarişin şəklini çəkmişdir. Hadisə yerində iki dəfə tapanca səsin eşitmiş, eşidən kimi avtomobili sürüb getmiş, həmin vaxt yanında Zabil olmuşdur. Saatlı rayonu, Sarıcalar kəndini tanımamış, ona Azər konum göstərmiş, konumla həmin yerə getmişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, sifariş Zabilin adına gəlmiş, nömrə Zabilin nörməsi olmuş, Zabili əvvələr tanımamışdır. Zabil avtomobildə qabaq oturacaqda oturmuş, Azər və Həsən isə arxa oturacaqda oturmuşlar. Zabil, Azər və Həsənin üçünü birlikdə avtomobilə götürmüş, Azər və Həsənin düşüb hara getdiklərini görməmiş, həmin vaxtı saat 20 radələri olmuşdur. Sarıcala kəndinə nəyə görə getdiklərini deməmişlər. Azər əsgərlik yoldaşı olduğunu onunla görüşəcəyini demişdir. Əsgərlikdə olmamış, ancaq atəş açılanda bilmişdir ki, atəşdi, yəqin ki, tapanca olub səsləri qarışdıra bilər. Zabilə demişdir ki, nədi bu başıma oyun açırsan. Zabil demişdir ki, avtomobili ver arxaya görək uşaqların başına nə iş gəldi, Zabilə avtomobildən düş demiş, Zabil heç nə deməmişdir. Hadisə yerindən bir başa Ağcabədi RPŞ-yə getmiş, qayıdan zaman hətta iki dəfə radara düşmüşdür. Konumu ona Azər göstərmiş, Azər konumu Həsənə atmış, Həsən də ona konumu göstərmişdir. Azər və Həsən yol boyu telefonda danışmamışlar. Həsən avtomobildə onun arxa tərəfində əyləşmişdir, Zabil qabaqda Azər də Zabilin araxasında oturmuşdur. Saatlı rayonuna daxil olan zaman hər hansı avtomobilin onları izlədiyini görməmişdir. Avtomobili saxlamış birinci Azər, sonra isə Həsən düşmüşlər, dönüb qayıdanda atəş səsləri eşitmiş, hadisə yerində başqa nəqliyyat vasitəsi görməmişdir. Polislər onun arxasınca düşməmişlər. Həsənin qışqıra-qışqıra qaçdığını görmüş, Həsənin əlində nəsə olub-olmadığını görməmişdir. «VAZ-2107» markalı avtomobil görmüş, arxasıyca kiminsə qaçıb-qaçmadığını görməmişdir. Silah səsi eşidəndə Həsən avtomobildən düşmüşdür. Həsənin telefonda danışıb-danışmadığına diqqət etməmişdir. Konumu birinci Azər göstərmiş ona, açılmadığına görə sonra Həsən ona da göndərmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərdən Azəri əvvəllər tanımış, Həsəni isə tanımamışdır. 19 fevral 2023-cü il tarixdə saat təxminən 16- 17 radələrində Ağcabədi rayonunda «bazarstore»nin qarşısında durub «go» içkisi içmiş, həmin vaxtı Azər gəlib yaxınlaşmış, Azər telefonunu verməyini «*0222» yığacağını demişdir. «*0222» Ağcabədi rayonunda taksi xidməti şirkətinin nömrəsidir. Taksi gəlmış, taksini sürən Elmin tanışı çıxmışdır. O da taksi işlətmiş, Elmin gəl oturaq bunları aparaq gələk demiş, o da avtomobildə oturmuşdur. Saatlı rayonuna çatdıqdan sonra Azər avtomobildən düşmüş, Həsən isə avtomobildə qalmışdır. Azər 10 metr getmiş, həmin vaxtı avtomobili fırladıb saxlayan zaman Azər qışqıra-qışqıra gəlmiş, həmin zaman Həsən də avtomobildən düşmüşdür. Elə həmin vaxt part-part nəsə atıldığını eşitmiş, həmin səslərin güllə səsləri olduğunu bilmişdir. Onlar da qorxub hadisə yerindən qaçmışlar, yolda Ağcabədi Rayon Polis Şöbəsini yığıb hadisə barədə məlumat vermişlər. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Azər və Həsən avtomobilə qaçmamışlar, kənara qaçmışlar. Azər qaçan vaxt əlində heç nə görməmişdir. Hadisə yerindən çıxan vaxtı yolda Ağcabədi RPŞ-yə zəng edərək hadisə barədə məlumat vermişdir. Silah səsi gələn vaxt Həsən avtomobildən düşmüş, həmin vaxta kimi Həsən avtomobildə olmuşdur. Onlar avtomobildə qorxub qışqırmışlar, həmin vaxt Həsən avtomobildən düşmüşdür. Hadisə yerindən qaçıb getmələrinə səbəb silah səsindən qorxub qaçmaları olmuşdur. Silah səsi gələndə polislər orada olduqlarını bilməmişdir. Taksi sürücüsünü əvvəllər tanımışdır. Azər və Həsənin Saatlı rayonuna nə üçün getdiklərini bilməmişdir. Bircə kəlmə yolda söhbət olmuşdur ki, taksi sürücüsü Elmin yolda ondan Azəri tanıyıb-tanımadığını soruşmuş, o isə nə olub niyə soruşursan taksi sürücüsü demiş, Elmin bu Azər bir dəfə avtomobilinə mindirdiyini, lakin Azərin onun pulunu vermədiyini demişdir. Yolda gələn vaxt Azər qulağında nauşniklə danışmış, lakin Azərin nə danışdığını bilməmişdir. Həsən isə telefonla danışmamışdır. Hadisə zamanı polis formasında heç kimi görməmişdir. İfadəsindəki imza özünə məxsusdur, lakin qrafikalı əlifba ilə yazıb-oxumaq bilməmişdir. İfadəsini yazıb daha sonra ona oxumamışlar. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və hal-hazırda taksi fəaliyyəti ilə məşğul olub əldə etdiyi qazanc ilə dolanışıq edir. Taksi sürdüyü üçün demək olar ki, avtomobili ilə Ağcabədi şəhərində yerləşən «bazarstore» mağazasının qarşısında dayanır. İşin mahiyyəti üzrə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır və Azər yaşadığı küçədə yerləşən avtoyuma sexində avtomobil yuyan kimi işləyir. Onun ilə münasibəti yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Bildirmişdir ki, 19 fevral 2023-cü il tarixdə o, «bazarstore» mağazasının yaxınlığında dayanıb əlində spirtli içki olan «go» içmiş, təxminən saat 19 radələrində Azər və yanında bir nəfər tanımadığı şəxs ilə onun yanına gəlib ondan xahiş etmiş ki, onları Saatlı rayonuna aparsın və gətirsin. Həmin vaxt o, spirtli içki qəbul etdiyi üçün apara bilməyəcəyini Azərə demiş və daha sonra hesabında pul olmadığı üçün Azər ondan mobil telefonunu istəmiş və Ağcabədi rayonunda fəaliyyət göstərən «*0222» taksi xidmətinə zəng edib Saatlı rayonuna taksi sifariş etmişdir. Həmin vaxt Elmin adlı taksi sürücüsü onun nömrəsini tanıdığı üçün kənarda eşitmiş ki, onun adını çəkir. Bir neçə dəqiqədən sonra Elmin idarə etdiyi «Hyundai Accent» markalı, «**-FJ-***» dövlət qeydiyyat nişanlı avtomobil ilə onların dayandığı yerə gəlmiş və orada Azər və Həsən ilə Saatlı rayonuna gedib qayıtmaları üçün 45 manata razılaşmış və həmin vaxt Elmin ilə o, şofer yoldaşı olduqları üçün ona demiş ki, onun ilə birlikdə gedib gəlsin. Həmin vaxt o da tanışlıqlarını nəzərə alıb Elmin ilə razılaşmış, Azər sonradan onun adını Həsən bildiyi şəxs ilə ona yaxınlaşan zaman Saatlı rayonuna əsgər yanına getdiklərini demişlər. Bir qədər sonra o, Elminin avtomobilinin qabaq sağ oturacağına, Azər və Həsən isə avtomobildə arxa oturacaqda əyləşmiş və yola çıxmışlar. Avtomobil ilə hərəkətdə olan zaman Azər və Həsən avtomobildə arxa oturacaqda bir-biriləri ilə söhbət etmiş, sonradan onun adını Həsən bildiyi şəxs isə telefonla danışaraq rayondan çıxmışlar. Həsən «dediklərimi yerinə qoy» kimi ifadələr işlətmiş, həmçinin Azər də kimləsə gedəcəkləri yer barədə danışmışlar. Saatlı rayonuna çatmağa az qalmış Həsən və Azər telefonda noviqator vasitəsi ilə Saatlı rayonunda gedəcəkləri yeri sürücü Elminə başa salmış, bir qədər sonra Saatlı rayonu ərazisində dəmir yolu xəttini keçib kənd yolunda hərəkət edib, bir qədər getdikdən sonra ağaclıq və yulğunluq ərazidə avtomobili saxlatdırıb hər ikisi avtomobildən düşmüş, həmin yerdə dəmir darvazadan içəri daxil olub gözdən itmişlər. Sürücü Elmin də avtomobili yolda gəldikləri istiqamətdə döndərmiş ki, Azər və Həsən gələn kimi çıxıb getsinlər. Bir neçə saniyə sonra bərk səslər gəlməyə başlamış və Azər ilə Həsən qışqıraraq qaçmağa başlamış, bu vaxt qorxan taksi sürücüsü Elmin də avtomobili sürüb birlikdə həmin yerdən uzaqlaşmışlar. Ağcabədi rayonuna gəlib başlarına gələnləri polisə danışıb bu barədə müraciət etmiş, sonradan ona məlum olmuş ki, Azər və yanındakı Həsən adlı şəxs Saatlı rayonuna külli miqdarda narkotik vasitə əldə etmək üçün gəlmişlər. Atomobildə olan zaman onsuz da onların hər ikisinin hərəkətlərindən nəsə şübhələnmiş və nəyinsə arxası ilə gəldiklərini hiss etmiş, lakin əhəmiyyət verməmişdir. Onların bu kimi hərəkətlərindən onun xəbəri olmamışdır. Şahid4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Ağcabədi rayonundan Saatlı rayonuna gələrkən yolda Azər və Həsənin Saatlı rayon ərazisindən külli miqdarda narkotik vasitə götürmək üçün gəldiklərindən onun xəbəri olmamış, Azər və Həsənin arxa oturacaqda nə danışdığına fikir vermədiyi üçün tam olaraq nə danışdıqlarını bilməmiş, o, qabaq oturacaqda Elmin ilə söhbət etmiş, həmin vaxt Həsən telefon vasitəsi ilə kiməsə «hazır ol gəlirəm» kimi sözlər demiş, yolda gələnə kimi ancaq telefon vasitəsi ilə bir-biriləri ilə telefonla danışmış və daha sonra hər ikisi əlində mobil telefondakı xəritə ilə sürücü Elmini düzgün yerə getsin deyə başa salmışları. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. İfadələri elan olunduqdan sonra Şahid4 bildirmişdir ki, avtomobildən birinci Azər düşmüş, həmin vaxtı Həsən avtomobildən düşməmiş, atəş səsindən sonra Həsən avtomobildən düşmüşdür. Elmin yolu tanımamış, konumu sürücüyə şirkət göndərmişdir. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumatda Ağcabədi rayon sakinlərinin Saatlı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğulduqları göstərilmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi rəhbərliyə məruzə olunduqdan sonra tədbir keçirilmiş və Ağcabədi rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat yolu ilə tərəflərindən əməliyyat yolu ilə təqib olunmuşlar. Azər və Həsən narkotik vasitələri hadisə yerindən götürdükdən sonra tərəflərindən saxlanılmışlar və Saatlı RPŞ-yə gətirilmişlər. RPŞ-də müdafiəçilərin və hal şahidlərinin iştirakı ilə Azər və Həsənin üzərlərinə baxış keçirilmiş, Azərin əlidə olan torbadan marixuana və heroin aşkar olunmuşdur. Azər Həsən ilə birlikdə narkotik vasitə qurudulmuş marixuananı və heroini İran vətəndaşından əldə etdiklərini, hadisə yerinə konum ilə gəldiklərini demişlər. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Həsən narkotik vasitələrdən xəbəri olmadığını demişdir, Azər isə Həsənin də xəbəri olduğunu və birlikdə gəldiklərini demişdir. Azər və Həsənə qarşı heç bir zor tətbiq olunmamışdır. Əməliyat məlumatı 2023cü ilin fevral ayında, yəni Azər və Həsənin saxlanıldıqları gün daxil olmuşdur. Azər və Həsəni saxlamamışdan əvvəl, təxminən 25-30 dəqiqəyə kimi müşahidə etmişlər. Azər iranlı ilə əlaqə saxladığını, iranlının vasitəsi ilə narkotik vasitələri əldə etdilərini bildirmişdir. Həsən isə narkotik vasitələrdən xəbəri olmadığını demişdir. Azər isə Ağcabədi rayonundan çıxan zaman Həsənin narkotik vasitələr götürmək üçün gəldiklərindən xəbəri olduğunu demişdir. Azər saxlanılarkən heç bir narazılığını bildirməmişdir. Azər və Həsənin gəldikləri avtomobili müşahidə edən zaman Azər və Həsən avtomobildən düşmüşlər, ikisidə içəri girdikdən 7-8 dəqiqə sonra və ya 10 dəqiqə keçəndən onlar çıxan zaman saxlamışlar. Əməliyyata rəhbərlik etmiş, məlumat isə əməliyyat müvəkkilinə daxil olmuşdur. Əməliyyat məlumatı Ağcabədi rayonunun sakinlərinin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuşdur. Məlumat Azər və Həsənin hər ikisinin barəsində daxil olmuş, onları müşahidə etmişlər və güdmüşlər. Azər və Həsənin olduqları avtomobil Saatlı rayonu ərazisinə daxil olarkən tərəflərindən müşahidəyə götürülmüş, avtomobil hansı istiqmatə gediblərsə həmin istiqamətində hərəkət davam etdirilmişdir. Azər və Həsəni saxlamışlar, avtomobil isə sürüb çıxıb getmişdir. Hal şahidləri onlarla birlikdə əməliyyatda iştirak etməmişlər. Azər və Həsəndən aşkar olunan çantaya baxış keçirilən zaman hal şahidləri dəvət olunmuşdur. Köhnə tikilinin yaşayış olmayan hissəsinin qapısından çıxan zaman Azər və Həsəni saxlamışlar. Tiklinin qapısı açıq olmuş, Azər və Həsənin açıq olan qapıdan bir addım içəridə və ya iki addım çöldə oluduqlarını xatırlamışdır. Torba Azərin əlində olmuş, Həsənin əlində isə heç nə olmamışdır. Saxlanılan zaman Azər və Həsənin qaçmalarına imkan olmamışdır. Şəxsi axtarış, baxış və götürmə zamanı videoçəklişin kimin tərəfindən aparılmasını xatırlamamışdır. İstintaq bölməsinin rəisi Xəyal Abasovun şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətlərinin aparılmasında iştirak edib-etməməsini xatırlamamışdır. Həmin istintaq hərəkətində həmçinin Şahid5, Şahid11, Şahid9, Şahid10 və digər polis əməkdaşları iştirak etmişlər. Dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, 19 fevral 2023-cü il tarixdə onlara Ağcabədi rayon sakinləri Azər və Həsən adlı şəxslərin rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tədbir keçirilmiş, Azər və Həsən Saatlı rayonu ərazisində axşam saat 21:30 radələrində gəlmişlər. Azərin əlində olan sellofan torbada narkotik vasitələr ilə çıxan vaxt özlərini təqdim edib saxlamışlar və RPŞ-yə dəvət etmişlər. RPŞ-də müdafiəçilərin iştirakı ilə baxış keçirilmiş, sellofan açılarkən içərisindən iki büküm aşkarlanmış, bükümlərin birində qurudulmuş marixuana digərində isə heroin aşkarlanmışdır. Azər etiraf etmişdir ki, Həsənlə bir yerdə narkotik vasitələr dalıyca gəlmişlər. Verilən suallara cavab olaraq Şahid10 bildirmişdir ki, Azərin əlində olan torbada iki büküm olmuş, Azərin heç bir etirazı olmamışdır. Bağlama Azərin əlində olan zaman saxlamışlar. Məlumatın məzmunu külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. Məlumat Saatlı rayonunda məşğul olmaları ilə məhdudlaşmışdır. Əməliyyat zamanı iştirak edən əməkdaşları tam xatırlamamışdır. Hal şahidləri hadisə yerində olmamışlar. Təqsirləndirilən şəxsləri əvvəldən müşahidə etmişlər, Azər və Həsən avtomobildən düşüb gedəndən sonra içəri daxil olmuşlar, narkotiki götürəndən sonra Azər və Həsəni saxlamışlar. Sellofan torba Azərin əlində olmuş, torbanın içərisində də iki büküm aşkarlanmışdır. Azər və Hüseyni tikilinin çölündə deyil içərisində qapının ağzında saxlamışlar, hər ikisi bir yerdə olmuşlar. Hadisə yerində şərait olmadığı və hava qaranlıq olduğu üçün yerində axtarış keçirə bilməmişlər. Əməliyyatda iştirak edən polis əməkdaşlarının hamısı şəxsi axtarışda iştirak etmişlər. Şəxsi axtarış zamanı torba Azərin əlində olmuş, Azər və Həsən saxlanılan zaman da torba Azərin əlində olmuş və daha sonra Azər və Həsən RPŞ-yə gətirilmişlər. İki saat ərzində torba Azərin əlində olmuşdur. Azərin və Həsənin qollarına qandal vurmuşlar. Avtomobildə olan digər iki nəfər qaçıb getmişlər, avtomobili saxlaya bilməmişlər. Azər və Həsənin yaşadıqları evlərə baxış keçirilməmiş, baxışı istintaq bölməsi keçirməli idi. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Saatlı RPŞ-nin İB-nin rəisi vəzifəsində işləyir. Azər və Həsənin üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətlərini icra edən zaman iştirak etmiş, viddeoçəklişi o aparmamışdır. Tədbir ağır tədbir olmuş, xüsusi çəkili narkotik vasitələr aşkarlanmış, şöbə rəhbərliyinin göstərişinə əsasən təhqiqatçı tərəfindən aparılan hərəkətlərə nəzarət etmişdir. Videoçəkliş zamanı da istintaq hərəkətinin icra edilməsinə ümumi nəzərət etmişdir. Verilən suallara cavab olaraq şahid Xəyal Abasov bildirmişdir ki, istintaq hərəkətinin düzgün aparılmasına nəzarət etmişdir. Şəxsi axtarışdan sonra şəxslərin ifadələrinin alınmasında iştirak etməmişdir. Videoçəklişin kimin apardığını xatırlamamış, həmin vaxt harda durduğunu da xatırlamamışdır. Şəxsi axtarışda iştirak etmiş, ancaq istintaqın aparılmasında iştirak etməmişdir. Videogörüntüdə təqsirləndirilən şəxslərə sonda sual vermişdir. Azər və Həsənin bədəni üzərində xəsarət olmamış, Azər və Həsənə qarşı qeyrietik davranış olmamışdır. Həsən əvvəldən etiraf etməmiş, fiziki təsir olunsaydı əgər Həsən etiraf etmiş olardı. Azər və Həsən demişlər ki, avtomobildə 4 nəfər olmuşlar, onlar bir yerdə gəlmişlər. Azər həmçinin bildirmişdir ki, narkotik vasitələrin dalıyca gəldiyindən Həsənin də məlumatı olmuş, avtomobildə olan digər iki nəfərin isə xəbəri olmamışdır. Azər «niyə mən yalan danışmalıyam Həsənin də məlumatı olmuş, ancaq digər iki nəfərin məlumatı yoxdur» demişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Saatlı RPŞ-nin İB-nin müstəntiqi vəzifəsində işləyir, Azər və Həsənin barələrində olan cinayət işi onun tərəfindən istintaq olunmuşdur. Həmin cinayət işi üzrə şahid qismində dindirilən Zabil bir dəfə yanında olmuş, Zabil nə ifadə vermişdirsə həmin ifadəni də tərtib etdiyi protokolda qeyd etmişdir. Zabil latın qrafikalı əlifba ilə oxuya bilmiş, məhkəmə iclasında yalandan, Azər və Həsəni müdafiə etmək üçün latın qrafikalı əlifba ilə oxuya bilmədiyini və tərəfindən alınmış ifadəni təsdiq etmədiyini bildirmişdir. Özü tərəfindən də yazdığı ifadəni də Zabilə oxumuşdur. İstintaq hərəkətlərini icra edən zaman Azər və Həsənin bədəni üzərində xəsarət görməmişdir. Cinayət işinin materiallarında olan videoçəkilişdən və fotoşəkillərdən də görünür ki, Azər və Həsənin bədəni üzərində xəsarət olmamışdır. Həmçinin tərəfindən Azər və Həsənin ifadələrinin yerində yoxlanılması istintaq hərəkərləri keçirilmişdir. Həsən bildirmişdir ki, sürücü təkid etdiyi üçün avtomobildən düşmüşdür. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və aidiyyəti üzrə verilməsi haqqında» 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Ağcabədi rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Saatlı rayonu ərazisində dövriyyəsi ilə məşqul olmaları barədə Saatlı RPŞ-nin əməliyyat-axtarış fəaliyyəti subyektinin bilavasitə əldə etdiyi məlumat əsasında 19 fevral 2023-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Saatlı rayonu ərazisində külli miqdarda 2010 qram narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 2055 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə etdikdən sonra müəyyən olunmalı və qeyd edilən külli miqdarda narkotik vasitələr 19 fevral 2023-cü il tarixli protokolla onlardan aşkar edilərək götürülməsi faktı əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri cinayət işi başlanmış və istintaq aparılmışdır.(i.v.1-71) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:35-də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.26) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:30-da Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.43) -«şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 19 fevral 2023-cü il tarixli protokol, ona əlavə olunmuş fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Saatlı RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 əlində polietilen bağlama Təqsirləndirilən şəxs2 ilə birlikdə Saatlı RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs1 üstünə axtarış aparılarkən üstündə bir ədəd «İphone 6» markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üstünə axtarış aparılarkən üstündə bir ədəd «Huawei» markalı mobil telefon aşkar edilmiş, «İphone 6» markalı mobil telefon açılaraq baxış keçirilən zaman həmin telefonda «whotsapp» proqramı vasitəsi ilə +98-***-***-**-** mobil nömrəsi ilə yazışmalar olmuş, «Huawei» markalı mobil telefonun şüşəsi sınıq vəziyyətdə sönlü olduğu üçün telefon açılmadığından baxış keçirilməsi mümkün olmamış və polietilen bağlama açılarkən həmin bağlamanın içərisində 2 (iki) ədəd əlavə sellofan bükümlər aşkar olunmuş, əvvəlcə sellofan bağlamalardan biri açılarkən içərisində 2080 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, digər sellofan bükümün açılarkən içərisində 2160 qram narkotik vasitə olan heroinə oşxar kütlə aşkar edilmiş, narkotik vasitələr və mobil telefonlar müvafiq protokol ilə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar edilmiş kütlələr narkotik vasitə qurudulmuş marixuana ilə heroindir. Narkotik vasitələri ona tanımadığı İran İslam Respublikası vətəndaşı satmış və Saatlı rayonu ərazisindən gəlib götürməsini telefon vasitəsi ilə demişdir. Onlarda həmin narkotik vasitələri götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 ilə birlikdə gəldiyini təsdiqləsə də, Təqsirləndirilən şəxs1 narkotik vasitələr götürmək üçün gəldiyini bilmədiyini demişdir.(i.v.46-55) -«kompleks məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası»nın 20 fevral 2023-cü il tarixli, 18/197-18/198 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: «... Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən ...» sözləri yazılmış və imzalar olan 1 ədəd polietilen torbadakı: 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 2055 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 2010 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Heroinin təmiz çəkisi 2055 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 2054,9 qr, Marixuananın təmiz çəkisi 2010 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 2009,9 qr.(i.v.65-68) -«maddi sübut kimi tanınma haqqında» 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2009,9 qram qurudulmuş marixuana kütləsi, 2054,9 qram narkotik vasitə heroin və «İphone 6s» və «Huawei» markalı smartfon tipli mobil telefonlar maddi sübut kimi tanınmış, narkotik vasitələr Saatlı RPŞ-yə məsul saxlanışa verilmiş, mobil telefonlar isə iş materiallarına əlavə edilmişdir.(i.v.75-76) -şübhəli şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş 20 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı İranlı şəxslə danışan zaman onun yanında olduğunu, Ağcabədi rayonu Afşar kəndindən olan tanışı Rəşad ilə əlaqə saxlayıb iranlı ilə aralarında olan söhbəti ona danışdığı zaman iranlının ona təklif etdiyi 25 qram «kokos» və 25 qramda «patı»ya görə ona nə qədər «nəşə» verə biləcəyini soruşarkən də yanında olduğunu, həmin vaxt birlikdə taksi tapıb və birlikdə gedib narkotiki götürməyi qərarlaşdırdığını, Ağcabədi şəhərinin mərkəzində yerləşən «bazarstore» marketinin qarşısında digər tanışı Zabili görüb ondan Saatlı rayonun aparmasını xahiş edən zaman, daha sonra *0222 taksi xidmətinə zəng edib Saatlı rayonuna getməyi razılaşdıran zaman da yanında olduğunu, 19 fevral 2023-cü il tarixdə saat 19 radələrində Saatlı rayonuna narkotik götürməyə gəldiklərini bildiyini və ona görədə avtomobildən düşəndən sonra o, da avtomobildən düşdüyünü demişdir.(i.v.89-90) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Saatlı Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(055)-10/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 19 fevral 2023-cü il tarixədən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir.Bu əməlinə görə də peşmançılıq çəkir. Vəsatətin təmin olunmasına etiraz etmir.(i.v.94-95,129-130) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Saatlı Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(055)-11/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 19 fevral 2023-cü il tarixədən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etsə də satışı ilə heç vaxt məşğul olmamışdır. Boş vaxtını daha maraqlı keçirmək üçün Azər və digər üç nəfər şəxslə birlikdə Saatlı rayonuna gəlmiş, narkotik vasitə barədə məlumatı olmamışdır. Məhkəmədən ona köməklik olunmasını xahiş etmişdir.(i.v.105-106,132-135) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 kanvoy müşaiəti ilə Saatlı RPŞ-dən çıxaraq avtomobili Saatlı-Səmədabad avtomobil yolu istiqamətində hərəkət etdirib, Saatlı rayonu, Sarıcalar kəndində yerli icra nümayəndəliyinin binasının yaxınlığında, avtomobil yolunun kənarındakı fəaliyyəti olmayan yarasız vəziyyətdə olan tikilinin qarşısında, asfalt yolun kənarında saxlatdırıb, həmin yeri göstərib tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşdükləri yer olduğunu deyib, həmin yerdən yolun sol tərəfini göstərib 5 metr getdikdən sonra fəaliyyəti olmayan yarasız vəziyyətdə olan tikilinin dəmirdən ibarət olan darvazasından içəri girdiklərini, qarşıda nisbətən hündür vəziyyətdə olan tikilinin altına qoyulmuş bir ədəd sellofan bükümü 19 fevral 2023-cü il tarixdə saat 20:45 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə gördüyünü və özünün götürdüyü yeri, elə həmin vaxt səs eşitdiklərini, Həsənin dərhal avtomobil yoluna tərəf qaçdığı yeri, özünün isə tikilinin həyətində qaçdığı yeri, mülki geyimdə olan Saatlı polisinin işçiləri olduğunu yeri, polis əməkdaşlarının onu və Həsəni saxladıqları yeri əyani olaraq göstərmişdir.(i.v.136- 140) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Həsən Həsənov kanvoy müşaiəti ilə Saatlı RPŞ-dən çıxaraq avtomobili Saatlı-Səmədabad avtomobil yolu istiqamətində hərəkət etdirib, Saatlı rayonu, Sarıcalar kəndində yerli icra nümayəndəliyinin binasının yaxınlığında, avtomobil yolunun kənarındakı fəaliyyəti olmayan yarasız vəziyyətdə olan tikilinin qarşısında, asfalt yolun kənarında saxlatdırıb, həmin yeri göstərib tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobil saxlatdırdıqları yeri, Azər getdikdən sonra özünün də avtomobildən düşüb, həmin yerdən yolun sol tərəfini göstərib 5 metr getdikdən sonra fəaliyyəti olmayan yarasız vəziyyətdə olan tikilinin dəmirdən ibarət olan darvazasından içəri girdiyini, qarşıda nisbətən hündür vəziyyətdə olan tikilinin altına qoyulmuş bir ədəd sellofan bükümü 19 fevral 2023cü il tarixdə saat 20:45 radələrində tanışı Təqsirləndirilən şəxs1 götürdüyü yeri, elə həmin vaxt səs eşitdiklərini, özü dərhal avtomobil yoluna tərəf qaçdığı yeri, Azər isə tikilinin həyətində qaçdığı yeri, mülki geyimdə olan Saatlı polisinin işçiləri olduğunu yeri, polis əməkdaşlarının onu və Azəri saxladıqları yeri əyani olaraq göstərmişdir.(i.v.141-145) -«baxış keçirilməsi haqqında» 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan «İphone 6s» markalı mobil telefon gümüşü rəngli, qara rəngli ekranı olan, üzərində bir ədəd ***-***-**-** mobil nömrə olduğu müəyyən olundu. İlkin olaraq «whatsapp» mobil tətbiqi vasitəsilə sonuncu dəfə 19 fevral 2023-cü il tarixinə aid +98-***-***-**-** mobil nömrə arasında yazışmalar, göndərilmiş fotolar, səsli mesajlar və konum olduğu, yazışmalarda və səsli mesajlarda özünü təqdim etməyən şəxs ilə Təqsirləndirilən şəxs1 arasında narkotik vasitənin götürülməsi üçün qoyulduğu yer barədə söhbətlər olduğu, +98-***-***-**-** mobil nömrəli istifadəçi tərəfindən «25 pate 25 kula hazrde» yazılmış, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 Saatlı rayonunda olan zaman həmin nömrəli istifadəçi tərəfindən narkotik vasitənin qoyulduğu yeri əks etdirən konum və bağlamanın qoyulduğu yerə aid iki ədəd foto şəkil göndərilmiş, Azər tərəfindən «götürdüm» yazılmış, daha sonra +98-***-***-**-** mobil nömrəsi tərəfindən səsli mesajda «ay qaqa sür sür, maşını sür, şəkilinidə mənə at» kəlimələri işlənmişdir. Daha sonra «Anam» adlı şəxslə danışıqları olduğu, bundan sonra +98-***-***-**-** mobil nömrəsi tərəfindən göndərilmiş konumu «Taksı» və «Həsən» adlı «whatsapp» istifadəçisinə göndərildiyi, «Taksi» adlı istifadəçinin profilində «Hyundai Acsent» markalı avtomobil şəkili olduğu, həmin taksinin Azər və Həsəni Saatlı rayonuna gətirən taksı olduğu və +994-51- 318-20-00 mobil nömrəsi ilə qeydiyyatdan keçildiyi, «Həsən» adlı istifadəçinin profil şəkilində keçirilmiş tədbir nəticəsində yaxalanılaraq Saatlı RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs2 şəkili olduğu, +994-50-303-29-79 mobil nömrəsindən qeydiyyatdan keçdiyi və aralarında danışıq zamanı 15 fevral 2023-cü il tarixinə Həsən tərəfindən «Azer olremi tufan daglmasin qaqa axsami usdu gorseki» yazısı, Azər tərəfindən isə «Qaqa qutardı» yazılmış və 19 fevral 2023-cü il tarixinə isə +98-***-***-**-** mobil nömrəsi tərəfindən göndərilmiş konum göndərildiyi müəyyən olunmuşdur. Qeyd olunanlardan başqa mobil telefonda 19 fevral 2023-cü il tarixində +98-***-***-**-** mobil nömrəsi və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə bir neçə dəfə danışıldığı müşahidə edildi, Təqsirləndirilən şəxs2 məxsus olan Huawei markalı mobil telefonun şüşəsi sınıq vəziyyətdə sönlü olduğu üçün telefon açılmadığında baxış keçirilməsi mümkün olmamış, lakin mobil telefonun üzərində ***-***-**-** mobil nömrə olduğu və 19 fevral 2023-cü il tarixdə əməliyyat tədbiri keçirilənədək həmin telefonun aktif olduğu və istifadəyə yaralı olduğu müəyyən edildi. Qeyd olunanlarla bağlı foto çəkiliş aparılmışdır.(i.v.156-159) -«əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılması haqqında» Yardımlı Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 5 (038)-12/2023 nömrəli qərarından görünür ki, Saatlı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair» 19 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.187-188) -«Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» X19 06 aprel 2023-cü il tarixli, 424 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur.(i.v.230) -«Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» X19 06 aprel 2023-cü il tarixli, 423 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur.(i.v.230) -«baxış keçirilməsi haqqında» 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 02 iyun 2023-cü il tarixli 12435 nömrəli məktubu ilə daxil olmuş CD şəklində olan telefon məlumatlarına baxış keçirərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi isə Gülnarə Namazova məxsusdur. Qeyd edilən mobil telefon nömrələri arasında 17 fevral 2023-cü ildən 20 fevral 2023-cü il tarixədək 9 dəfə danışıq olub, onlardan beşi 19 fevral 2023-cü il tarixdə olmuş, hər dəfə də ***-***-**-** mobil telefon nömrəsidən ***-***-**-** mobil telefon nömrəsinə zəng olunub, saat 12:15-də 237 saniyə, saat 13:01-də 37 saniyə, saat 13:25-də 56 saniyə, saat 13:33də 23 saniyə və saat 13:40-da 13 saniyə danışıq olmuşdur.(i.v.256-259) -«məhkəmə-kompüter texniki ekspertizası» 13 iyun 2023-cü il tarixli 5/681 nömrəli rəyi müəyyən olunur ki, təqdim edilmiş bir ədəd sensor ekran və «İOS 15.3.1» əməliyyat sistemi ilə təhciz olunmuş «İPhone 6s» markali «A1688» modelli «**********47738» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran ve «Android» əməliyyat sistemi ile tehciz olunmuş arxa məlumat lövhəsinə göra «Huawei Y6» markali «MRD LX1» modelli «SİM» danişiq kartı yuvasındakı qeydə əsasən «**********87182» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmayıb, təyinatı üzrə istifadəyə yararlı deyildir. Təqdim edilmiş arxa məlumat lövhəsinə görə «Huawei Y6» markalı «MRD LX1» modelli mobil smartfon işlək vəziyyətdə olmadığından yaddaşında hər hansı bir məlumatın olub-olmamasının və pozulub-pozulmaması üzrə tədqiqat işini aparmaq mümkün olmadı. Təqdim edilmiş «İPhone 6s» markalı «A1688» modelli mobil smartfonun yaddaşından toplanması mümkün ola biləcək məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, «Whatsapp», «Telegram» proqram təminatında və «İnstagram», «TikTok» sosial şəbəkəsində aparilmiş məlumat mübadiləsi və s.) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat «Ekspertiza 5-681» adlı iş çantasında bir ədəd üzərində «Verbatım» yazısı olan DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan «İPhone 6s» markalı «A1688» modelli mobil smartfonun yaddaşında «+994 50 484 04 34» abonent nömrəsi ve «Maqa» istifadəçi adı ilə qeydiyyatdan keçmiş «WhatsApp Business» proqram təminatı müəyyən olundu. Tədqiq olunan «İPhone 6s» markalı «A1688» modelli mobil smartfonun yaddaşında «İnstagram» sosial şəbəkəsinə aid «veteran04» adlı istifadəçi profili müəyyən olundu. Tədqiq olunan «İPhone 6s» markalı «A1688» modelli mobil smartfonun yaddaşında «Facebook» sosial şəbəkəsinə aid hər hansı bir, istifadəçi profili müəyyən olunmadı.(i.v.256-259) -«baxış keçirilməsi haqqında» 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının rəyi ilə birlikdə daxil olmuş «DVD- R» tipli optic diskə baxış keçirərkən müəyyən edildi ki, 2023-06-12-09-48-49 faylına daxil olduqda Aplle_İphone 6s (A168) faylı açıldı, həmin fayılda chats faylına daxil olub WhatsApp Businescs_**********34 faylına, oradan isə chat-9 faylına daxil oldum və həmin fayılda Təqsirləndirilən şəxs1 **********34 (1) mobil telefon nömrəsində istifadə etdiyi WhatsApp Businescs tətbiqi vasitəsilə istintaqa məlum olmayan **********31 (2) (İran İslam Respublikasına aid) mobil telefon nömrəsində istifadə edilən WhatsApp tətbiqi ilə 19 fevral 2023-cü il tarixdə 59 dəfə əlaqə yaradıldığı, onlardan 37 dəfə yazışma, 13 dəfə səsli mesaj, 45 dəfə zəng və 4 dəfə fotoşəkil vasitəsilə əlaqə saxlanıldığı müəyyən olundu. Yazışma mətni bunlardan ibarətdir: (1-**********34, 2-**********31) saat 15:37-də 2-1-Salam qardaw, 19:36-da 2-1- qardaw nagadar yolun qalr, 19:38-də 1-2- 40 deyqelik, 19:38-də 2- 1-yaxwe, 19:39-da 1-2-Radar coxdu yolda qardas, 19:39-da 1-2-Gelirəm narahat olma, 19:39-da 2-1- 25 pate 25 kula, 19:40-da 1-2- 10 kola 5 patı qayıdan kimi verecem, 19:41də 2-1-Yaxwe, 19:41-də 2-1- gutur iwz alah iwimiz yaxwe ular, 19:41-də 1-2- İnsallah, 19:42-də 1-2-Sen mene bele yaxsılıq etdin qardasın gor nece isdiyir, 19:42-də 2-1- 20 dayga qalanda mana de, 19:42-də 1-2-Yaxsı, 19:42-də 2-1-uldu, 19:42-də 1-2-oldu, 19:44də 1-2- 30 deqiye catıram, 19:44-də 1-2-10 deydqeden sonra sen hazır ele, 19:44-də 2-1- Yaxwe, 19:52-də 1-2-Nagarsan qardas, 19:52-də 2-1-seni guzdıram, 19:53-də 1-2-Men burdayan, 19:53-də 2-1-yaxwe dayan tram, 19:53-də 1-2-yaxsı, 19:54-də 2-1-guzde atrım, 19:54-də 1-2-yaxsı, 19:59-də 2-1-qardaw 5 dayga sabirli ul, 19:59-da 2-1-unvane atsın mana atram, 19-59-da 1-2-Yaxsı, 19:59-da 2-1- uldu, 20:00-da 1-2-oldu, 20:09-da 1-2 Gozduyuram burda, 20:17-də 1-2-nuldu qardas, 20:19-da 2-1-taram, 20:23-də 21-nagad çakar unvana catasan, 20:3-da 1-210 deyqiye catıram ora, 20:45-də 1-2 Goturdum. Səs yazılarının mətni 16:05-də 2-1- qardaşım çıxdın sən, 16:17-də 1-2- a qardaş çımışam yoldayam, 16:21-də 2-1- yaxşı qardaş oldu, ora 10 dəqiqə qalmış, qalan kimi mənə de sənə ünvanı atım, konumuda atım get malı götür, 16:25-də 1-2 sen onu dəqiq maraqlan gör Saatlı rayonuudr o, Saatlı rayonu, 16:26-da 21-Saatlı rayonudur, sən ora 10 dəqiqə qalmış sən mənə de, mən sənə kohum atım, konumla duz malın üstünə gedəssən, 20:26da 21- qardaşım çatırsan ora nə qədərdir ora sənin yolun, 20:27-də 1-2-gözlə qardaş indi sənə xəbər edəcəm, 20:27-də 2-1-bir cavab ver mənə qardaş, 20:27-də 2-1-neçə dəqiqəyə çatarasan ora qardaş mənə onu deginən, 20:30-da 2-1-yaxşı qardaş yaxşı, 20:46-da 2-1-şəklini onun srazı at mənə, 20:47-də 2-1 ay qaqa sür, sür, maşını sür şəkilini də mənə at. Göndərilən fotoşəkillər- 20:19-da məkan təyini, 20:19-da ərazinin fotoşəkili, 20:20-də tilkinin fotəşəkili. Bunlardan əlavə 2023-06-12-09-48-49 faylına daxil olduqda Aplle_İphone 6s (A168) faylı açıldı, həmin fayılda chats faylına daxil olub WhatsApp Businescs_**********34 faylına, oradan isə chat-11 faylına daxil oldum və həmin fayılda Təqsirləndirilən şəxs1 **********34 (1) mobil telefon nömrəsində istifadə etdiyi WhatsApp Businescs tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil telefon nömrəsindən istifadə etdiyi WhatsApp tətbiqi ilə əlaqə saxlanıldığı, 19 fevral 2023-cü il tarixdə saat 20:24-də məkan təyini göndərildiyi müəyyən edilmişdir.(i.v.305-311) -«ambulator məhkəmə-narkoloji ekspertizası»nın 19 may 2023-cü il tarixli, 3042 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.314-315) -«ambulator məhkəmə-narkoloji ekspertizası»nın 26 may 2023-cü il tarixli, 3247 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərdən periodik istifadə etmə halları olub. Müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v.317-318) -Saatlı Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 4(055)-30/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə, yəni 09 iyul 2023-cü ilədək uzadılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 vəsatətin təmin edilməməsini xahiş etmişdir.(i.v.350-352) -Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 4(055)-31/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə, yəni 09 iyul 2023-cü ilədək uzadılmışdır.Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 vəsatətin təmin edilməsinə etirazının olmadığını bildirmişdir.(i.v.353-357) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Həsənin onun narkotik vasitələr götürmək üçün Saatlı rayonu, Sarıcaları kəndinə getməsindən xəbəri olmadığı, polis əməkdaşları tərəfindən ona və Həsənə verilən işgəncələrə, polis əməkdaşlarının onun yanında Həsənin anal dəliyinə ağac yeritmək istədiklərinə görə məcbur qalıb Həsənin də narkotik vasitə dalınca gəldiyindən xəbəri olduğunu bildirdiyini, saxlanıldıqları zaman polis əməkdalarının silahdan istifadə etdiklərini, şəxsi axtarış zamanı görünən qara rəngli paketin ona edilən işgəncələrdən sonra polislər tərəfindən verildiyini bildirməsi, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 narkotik vasitələr götürmək üçün Saatlı rayonu, Sarıcalar kəndinə getməsindən xəbəri olmaması, polis əməkdaşları tərəfindən ona və Təqsirləndirilən şəxs1 fiziki işgəncələr verilməsi, polis əməkdaşları tərəfindən silahdan istifadə edilməsi, şəxsi axtarış zamanı otaqda birinci onun olması, sonra isə Azəri gətirmələri, Azər gəldikdən sonra isə otağa torbanı (bağlama) gətirmələri, Azər otağa girəndə əlində torbanın olmaması ilə bağlı hissədə verdiyi ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçiinin iştirakı ilə verdiyi ilkin izanatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində törətdikləri cinayət əməllərini etiraf etmiş və özünü təqsirli bilmişdir. Hətta Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində iranlı ilə söhbət edən zaman Həsənin də yanında olduğunu, həmin vaxt Həsənlə birlikdə taksi tapmalarını, birlikdə gedib narkotik vasitələri götürmələrini qərarlaşdırdıqlarını, taksi sifariş etdiyini, bir qədər sonra «Hyundai Accent» markalı avtomobil gəldiyini, Həsən və tanışı Zabil ilə həmin taksi ilə saat 19 radələrində Saatlı rayonuna gəldiklərini, rayona çatmağına az qalmış iranlının dediyi kimi «whatsapp» ilə mesaj yazdığını, bir qədər sonra iranlı onun telefonuna bir ədəd «konum» və foto şəkil göndərdiyini, həmin konum vasitəsi ilə Saatlı rayonunun mərkəzindən keçmək ilə rayonun Sarıcalar kəndinə gəldiklərini, konumun göstərdiyi yerin yaxınlığında yolun kənarında taksi sürücüsü avtomobili saxladığını və saat 20:30-da Həsənlə birlikdə avtomobildən düşdüklərini, qarşıda yolun kənarındakı köhnə sökülmüş tikilinin içərisinə keçib qara rəngli sellofana bükülmüş narkotiki vasitələri tapdıqlarını, narkotik vasitələri götürdükdən dərhal sonra mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb polis əməkdaşı olduqlarını deyib onu və Həsəni Saatlı RPŞ-yə apardıqlarını bildirmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilməyərək, 19 fevral 2023-cü il tarixdə Azər ona Saatlı rayonuna gedib, orada tanışı ilə görüşüb gəlməli olduğunu demişdir. Azər digər tanışı Zabil ilə görüşmüş və onunla nə danışdığını bilməmiş və Zabil onlar üçün taksi çağırmış, bir qədər sonra dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı ağ rəngli «Hyundai Accent» markalı avtomobil gəlmiş və Azər ona, Saatlı rayonunda bir nəfər şəxslə görüşmək lazım olduğunu demiş, o da yoldaşlıq olsun deyə gəzmək üçün onlarla birlikdə saat 19 radələrində Saatlı rayonuna yola düşmüş, Saatlı rayon mərkəzində Azər kimləsə danışmış və onun telefonuna yer təyin edilməsi üçün konum gəlmiş və həmin konum ilə Saatlı rayonu, Sarıcalar kəndinə gəlmişlər. Azər avtomobili Sarıcalar kəndində yolun kənarında saxlatdırmış və saat 20:30-da avtomobildən düşüb yolunun kənarındakı köhnə sökülmüş tikilinin içərisinə keçmiş, bir qədər keçdikdən sonra tanımadığı taksi sürücüsü əsəbiləşib, o hara çıxıb getdi qayıtsın çıxıb gedək demiş və onu məcbur etmiş ki, avtomobildən düşüb Azərin arxası ilə getsin. Taksi sürücüsün təkidindən sonra o, avtomobildən düşüb Azərin getdiyi yerə getmiş, bir qədər sonra mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb polis əməkdaşı olduqlarını deyib onu və Azəri, Azərin oradan götürdüyü qara sellofan bağlama ilə birlikdə Saatlı RPŞ-yə gətirmişlər. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş 20 fevral 2023-cü il tarixli üzləşdirmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı İranlı şəxslə danışan zaman onun yanında olduğunu, Ağcabədi rayonu Afşar kəndindən olan tanışı Rəşad ilə əlaqə saxlayıb iranlı ilə aralarında olan söhbəti ona danışdığı zaman iranlının ona təklif etdiyi 25 qram «kokos» və 25 qramda «patı»ya görə ona nə qədər «nəşə» verə biləcəyini soruşarkən də yanında olduğunu, həmin vaxt birlikdə taksi tapıb və birlikdə gedib narkotiki götürməyi qərarlaşdırdığını, Ağcabədi şəhərinin mərkəzində yerləşən «bazarstore» marketinin qarşısında digər tanışı Zabili görüb ondan Saatlı rayonun aparmasını xahiş edən zaman, daha sonra «*0222» taksi xidmətinə zəng edib Saatlı rayonuna getməyi razılaşdıran zaman da yanında olduğunu, 19 fevral 2023-cü il tarixdə saat 19 radələrində Saatlı rayonuna narkotik götürməyə gəldiklərini bildiyini və ona görədə avtomobildən düşəndən sonra o, da avtomobildən düşdüyünü demişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekspert rəyləri və istintaq hərəkətinin protokollarını, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini, Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özlərinimüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən Saatlı rayonu, Sarıcalar kəndində yerli icra nümayəndəliyinin inzibati binasının yaxınlığında, avtomobil yolunun kənarındakı yararsız vəziyyətdə olan tikilinin yaxınlığına atılmış polietilen bağlamanın içərisində olan 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda-2010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda-2055 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 19 fevral 2023-cü il tarixdə saat 20:45 radələrində əldə etmişlər, Saatlı RPŞ-nin əməkdaşları onları saxlayaraq polis şöbəsinin inzibati binasına gətirib, 19 fevral 2023-cü il tarixdə saat 22:45-də göstərilən polietilen bağlamaya baxış keçirərkən həmin külli miqdarda narkotik vasitələri aşkar edib götürmüşlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdükləri saxlanıldıqları zaman polis əməkdaşlarının silahdan istifadə edərək atəş açmalarına dair bildirdiklərinə məhkəmə tərkibi tənqidi yanaşaraq qeyd edir ki, cinayət işi üzrə dindirilmiş şahid ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman iştirak etmiş polis əməkdaşlarında silah olmamış, silahdan istifadə edilərək atəş açılmamışdır. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Saatlı rayonu, Sarıcalar kəndində avtomobili saxladıqdan sonra birinci Azər, sonra isə Həsənin avtomobildən düşdüyünü, dönüb qayıdanda atəş səsləri eşitdiyini, atəş səsləri eşidəndə Həsənin də avtomobildən düşdüyünü, səsi eşidən kimi avtomobili sürüb ordan uzaqlaşdığını və Ağcabədi RPŞ-yə gedib olanları danışdığını bildirmişdir. Ağcabədi Rayon Polis Şöbəsindən daxil olmuş 22 fevral 2024-cü il tarixli, 66/31360/25378/2024 nömrəli məktubdan isə görünür ki, Şahid3 19 fevral 2023-cü il tarixdə Ağcabədi RPŞ-yə müraciət edərək taksi fəaliyyəti göstərən zaman sifariş qəbul etməsini, iki nəfər şəxsi Saatlı rayonuna aparmasını, həmin şəxslərin onu qorxudaraq qaçıb getmələrini, birinin adının Azər olmasını və həmin şəxslərin barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. Ərizə 19 fevral 2023-cü il tarixdə, 36/3-13-60/1-M-6512Ğ23 nömrə ilə qeydiyyata alınmış, materialda cinayət tərkibinin olmadığı nəzərə alınaraq, vətəndaşa rəsmi məlumat verilərək material işə alınmışdır. Göründüyü kimi Şahid3 Ağcabədi RPŞ-yə gedərək silah səsləri eşitməsi barədə hər hansı bir məlumat verməmişdir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdükləri digər dəlil-polis əməkdaşlarının saxlanılan zaman onlara işgəncə vermələri və təzyiqlərə məruz qalmaları barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonar yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi «Assenov və Digərləri Bolqarıstana qarşı» və «Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin «Yallo Almaniyaya qarşı» qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbirləri seçilən zaman polis şöbəsində saxlanılarkən hər hansı işgəncəyə və təzyiqə məruz qalmaları barədə məlumat verməmişlər. Təqsirləndirilən şəxs1 Saatlı RPŞ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə istər ibtidai istintaq istərsə də məhkəmə istintaqı dövründə hər hansı orqana müraciət etməmişdir. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 12 oktyabr 2023-cü il tarixli, 3-16-17/38/2-6962/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 22 fevral 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayindən keçirilərkən onun adına tibbi kitabça açılmış, həmin kitabçadan isə görünür ki, Təqsirləndirilən şəxs1 sağ baldır nahiyəsində sıyrılmış qərtməkli yara, sol diz nahiyəsində bənövşəyi rəngli çapıq, sağ qasıq nahiyəsində cərrahiyyə əməliyyatından qalmış köhnə çapıq toxuması aşkar olunmuş, Təqsirləndirilən şəxs1 həmin xəsarətləri həbs zamanı MSY-də xəsarət aldığını bildirmiş və şikayəti olmadığını demişdir. Cinayət işinin materiallarının 228-229-cü səhifələrində olan «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, 07 mart 2023-cü il tarixdə Penitensiar Xidmətin 3 saylı X1 rayon prokurorluğuna daxil olmuş 24 fevral 2023-cü il tarixli, 3-16-17/40/2-920/2023 nömrəli məktubda Təqsirləndirilən şəxs2 24 fevral 2023-cü il tarixdə tibbi-sanitar hissəsində müayinə olunan zaman xəsarətlər aşkar edildiyi, sonuncu izahatında həbs olunan zaman müvafiq xəsarətləri aldığını bildirdiyi qeyd olunmuşdur. Həmin məlumat əsasında araşdırma aparılmış, alınmış məhkəmə-tibbi ekspertizasının 17 mart 2023-cü il tarixli, 262 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol saidin səthi əzilmiş yarası, sağ budun piqmentasiya sahəsi qançır izi olub küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı İstintaq Təcridxanasına müraciətindən və müayinəsindən az əvvəl olmaqla, müayinə olunanın göstərmiş olduğu 18 fevral 2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Toplanmış material üzrə Saatlı RPŞ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 12 oktyabr 2023-cü il tarixli, 3-16-17/38/2-6962/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 22 fevral 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayindən keçirilərkən onun adına tibbi kitabça açılmış, həmin kitabçadan görünür ki, Təqsirləndirilən şəxs2 sol saidinin bayır səthində qərtməkli yara aşkarlanmışdır. Təqsirləndirilən şəxs2 zədə aldığını, lakin şikayəti olmadığını bildirmişdir. Göründüyü kimi hadisədən təxminən bir ay sonra alınmış məhkəmə-tibbi ekspertizasının 17 mart 2023-cü il tarixli, 262 nömrəli rəyində göstərilmiş Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol saidin səthi əzilmiş yarası, sağ budun piqmentasiya sahəsi qançır izi olması ilə, saxlanıldıqdan 3 gün sonra 3 saylı İstintaq Təcridxanasına daxil olarkən müayinə edilən zaman Təqsirləndirilən şəxs2 sol saidinin bayır səthində qərtməkli yara aşkarlanması arasında əhəmiyyətli dərəcədə ziddiyyətli olmuşdur. Saatlı RPŞ-dən daxil olmuş 21 oktyabr 2023-cü il tarixli, 102/2-21045 nömrəli məktubdan isə görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət aşkar olunmadığından tibbi yardım kitabında qeydiyyat aparılmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 «etirafedici» ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri polis əməkdaşlarının saxlanılan zaman onlara işgəncə vermələri və təzyiqlərə məruz qalmaları barədə ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında belə ifadə verməklə özlərini cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onların ibtidai istintaq zamanı özlərinə qarşı verdikləri ifadələri alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Saatlı RPŞnin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özü, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə tərkibi göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təzyiqlərə məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq hədələrə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək dövrdə özünə və Təqsirləndirilən şəxs2 qarşı verdiyi ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X3rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X7 Rusiya Federasiyasına qarşı» işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən Saatlı rayonu, Sarıcalar kəndində yerli icra nümayəndəliyinin inzibati binasının yaxınlığında, avtomobil yolunun kənarındakı yararsız vəziyyətdə olan tikilinin yaxınlığına atılmış polietilen bağlamanın içərisində olan 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda-2010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda-2055 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 19 fevral 2023-cü il tarixdə saat 20:45 radələrində əldə etmişlər, həmin vaxtı əməliyyat-axtarış tədbiri həyata keçirən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları onları saxlayaraq Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirib, 19 fevral 2023-cü il tarixdə saat 22:45-də göstərilən polietilen bağlamaya baxış keçirərkən həmin külli miqdarda narkotik vasitələri aşkar edib götürmüşlər. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin külli miqdarda-narkotik vasitə qurudulmuş marixuana və heroini əldə edib, saxlamaq və daşımaqla onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün cinayət işinin materiallarında olan sənədlər tədqiq olunan zaman irəli sürdükləri digər dəlil-şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti icra edilən zaman torbanın içəsində bir ədəd bağlamada narkotik vasitə aşkar olunduğu, ikinci bağlamanı videoçəkliş aparılan zaman polis əməkdaşları tərəfindən qoyulduğu barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk məhkəmə baxış iclasında dəfələrlə nümayiş etdirilərək tədqiq olunmuş, torba açılmamış və açıldıqdan sonrada içərisində iki ədəd bağlamanın olduğu aydın şəkildə müşahidə olunmuşdur. Bundan əlavə məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələrindən də görünür ki, torbanın içərisindən iki ədəd bağlama aşkar olunmuşdur. Məhəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdükləri torbanın içəsində bir ədəd bağlamada narkotik vasitə aşkar olunduğu, ikinci bağlamanı videoçəkliş aparılan zaman polis əməkdaşları tərəfindən qoyulduğu barədə dəlilləri özlərini müdafiə etmək, cinayət məsuliyyətindən yayınmaq və cəzalarını yüngülləşdirmək məqsədinə xidmət etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri onların ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı dindirilmiş şahid ifadələri, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, disklərə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokollar, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları, iş üzrə maddi sübut qismində tanınmış külli miqdarda-narkotik vasitə qurudulmuş marixuana və heroin qalığı, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -27 mart 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır.(i.v.220) -27 mart 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır.(i.v.221) -Laçın rayon İcra Hakimiyyəti başçısının Qarakeçid İƏD-i üzrə nümayəndəliyindən verilmiş 02 mart 2023-cü il tarixli, 121 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvüləri ilə birlikdə Ağcabədi rayonu, Taxtakörpü ərazisində Qarakeçdi 245 saylı qəsəbədə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.201-202) -Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İƏD-i üzrə nümayəndəliyindən verilmiş 24 fevral 2023-cü il tarixli, 829 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvüləri ilə birlikdə Ağcabədi şəhəri, Sultanbəyli küçəsi, ev 176da qeydiyyatda olmaqla, orada yaşayır, 2016-cı il təvəllüdlü Samir Həsənli adlı oğlu vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v.213-214) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən «İkinci Qarabağ» müharibəsində iştirak etməsinı, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 nömrəli Sərəncamı ilə «Cəbrayılın azad olunmasına görə» medalı (№İ-6997), Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2369 nömrəli Sərəncamı ilə «Qubadlının azad olunmasına görə» medalı (№İ-4708), Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə «Laçının azad olunmasına görə» medalı (№İ- 2970), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı (№İ-28528) almasını, ilk dəfə cinayət törətməsini, şəxsiyyətini, ailə, maddi və sosial vəziyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə tərkibi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində İİ dərəcəli əlilliyi olan bibisi X2 olması, ilk dəfə cinayət törətməsini, şəxsiyyətini, ailə, maddi və sosial vəziyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə tərkibi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum edilmiş şəxsə cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəzalar təyin olunan zaman onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyəti nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etmək üçün Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup təşkil etmiş və bundan sonra sonuncu ilə birlikdə cinayət əməlini törətmişdir. Məhkəmə tərkibi həmçinin Təqsirləndirilən şəxs1 torpaqlarımızın azad olunmasında fəal iştirakını və medallar almasını nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 19 fevral 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində Saatlı Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(055)-10/2023 nömrəli, Təqsirləndirilən şəxs2 barəsində Saatlı Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(055)-11/2023 nömrəli qərarları ilə seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 179 (bir yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 179 (bir yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq, Saatlı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuananın 2009,9 qram və narkotik vasitə heroinin 2054,9 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 götürülmüş «İphone 6s», Təqsirləndirilən şəxs2 götürülmüş «Huawei» markalı smartfon tipli mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılmalı, maddi sübut kimi tanınmış «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk, «məhkəmə kompüter-texniki ekspertizası»nın rəyinə əlavə olunmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin «Cinayət-hüquqi xarakterli digər tədbirlər» adlanan Vİ bölməsinin 15-ci fəslində (93-99-cu maddələr) tibbi xarakterli məcburi tədbirlərin əsaslarını, məqsədlərini, müalicəyə ehtiyacı olan şəxslərin siyahısını, bu tədbirin tətbiqinin uzadılması, ləğv edilməsi və digər bu kimi məsələləri tənzimləyən normalar müəyyən edilmişdir. Məcəllənin 93.1-ci maddəsinə görə, məhkəmə psixi pozuntusu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradan və cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 2.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları»nın (bundan sonra-«Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları») 1.2-ci bəndinə əsasən, tətbiq edilən məcburi müalicə cəza və ya inzibati tənbeh xarakteri daşımır və yalnız narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin normal həyat tərzinə qaytarılmasına və onların ətrafındakı şəxslərin hüquqlarının qorunmasına, habelə digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəlmişdir. Belə ki, bu tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir (Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi). Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsinə əsasən, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin tədbirlərin tətbiq edilməsinin ümumi əsaslarını müəyyən edən Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə görə, məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Bu Məcəllənin alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin xüsusiyyətlərini müəyyən edən 17-1.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsinin isə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilməsi göstərilmişdir (Cəzaların İcrası Məcəlləsinin 17-1.5-ci maddəsi). Cəzaların İcrası Məcəlləsinin 17-1.5 və 17-1.6-cı maddələri isə öz növbəsində, Məcəllənin 17.1-ci maddəsi ilə müqayisədə xüsusi halı tənzimləyən normalar olaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunmaqla yanaşı barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin məcburi müalicəsinin həyata keçirmək vəzifəsinin müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələrinin üzərinə düşməsini nəzərdə tutur. Qanunverici tərəfindən alkoqolizm və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi tibbi tədbirlərin onlar cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində (İTM) davam etdirilməsi təsbit edilmişdir. Belə ki, «Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları»nın 6-cı bəndində məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumatın məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilməsi müəyyən edilmişdir. Cəzaların İcrası Məcəlləsinin 17-1.5 və 17-1.6-cı maddələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin məcburi müalicəsinin cəza çəkdiyi müddətdə ixtisaslaşdırılmış tibb müəssisəsində icra edilməsini, məhkumun tam sağalmaması ilə əlaqədar məcburi müalicənin davam etdirilməsinə (uzadılmasına) zərurət olduqda isə cəzanın çəkilib qurtarmasından sonra da davam etdirilməsini nəzərdə tutur. Cinayət-prosessual qanunvericiliyinin məhkəmə hökmünün, digər yekun qərarının icrası məsələlərini tənzimləyən normaları, eləcə də cəzaların icrası qanunvericiliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surətinin icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərilməsini müəyyən edərək onların alındığı vaxtdan etibarən icraya yönəldilməsini nəzərdə tutur. «İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları»nın tələbinə görə, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər və narkomanlıq xəstəliyinə düçar olmuş yetkinlik yaşına çatmayanlar bir-birindən ayrı saxlanılırlar. Qadınların məcburi müalicəsi qadın şöbəsində aparılır. Detoksikasiya, narkotik maddələrdən kəskin fiziki və psixi asılılığın və abstinensiyanın digər əlamətlərinin aradan götürülməsi, ümumi möhkəmləndirici müalicə, qrup psixoterapiyası xəstə İTM-ə daxil olan kimi başlanır və İTM-də saxlanılan digər şəxslərdən təcrid olunmaqla, stasionar şəraitdə aparılır və sair. Odur ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, «ambulator məhkəmə narkoloji ekspertizası»nın 19 may 2023-cü il tarixli, 3042 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, «ambulator məhkəmə-narkoloji ekspertizası»nın 26 may 2023-cü il tarixli, 3247 nömrəli rəyi isə nəzərə alınaraq Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 19 fevral 2023-cü il tarixdən hesablansın. Saatlı Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(055)-10/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 19 fevral 2023-cü il tarixdən hesablansın. Saatlı Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(055)-11/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 179 (bir yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq, Saatlı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuananın 2009,9 qram, narkotik vasitə heroinin 2054,9 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş «İphone 6s», Təqsirləndirilən şəxs2 götürülmüş «Huawei» markalı smartfon markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk və «məhkəmə kompüter-texniki ekspertizası»nın rəyinə əlavə olunmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar