Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-76/2025 18.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, orta təhsilli, işsiz, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Cəlilabad rayon, Göytəpə şəhər Qurtuluş küçəsi ev 62də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, “Avtovağzal” adlanan ərazinin arxa tərəfində Cəlilabad rayon, Kazımabad kəndində yaşayan Zərərçəkmiş şəxs onun qol nahiyəsindən tutub dartmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyəti ilə aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsinin sağ və sol yarısına qəsdən bir neçə dəfə yumruqla vuraraq sonuncuya müvafiq olaraq sol gicgah sümüyünün sınığı, sol gicgahyanaq nahiyəsində və hər iki gözyuvası ətrafında şişkinlik və qançır, sol gözün ağlı qişasına yayılmış qansızma, sağ gicgah-alın nahiyəsində və sol yanağın selikli qişasında əzilmiş yara xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bununla da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına xuliqanlıq niyəti ilə qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü çayxanaya Elçinin yanına getmiş, Maisi orada içkili vəziyyətdə görmüşdür, o, çayxanaya getməmiş Mais orada olmuş, marketə getmişdir, o, çayxanaya gələndən sonra Mais də oraya gəlmişdir, Mais Elçinin içkisini içəndən sonra bir az da pisləşmişdir, Maisin qolundan tutub içkili olduğunu, çıxıb getməsini bildirmişdir, vağzalın qarşısında kəsmə daşların üstünə yıxılmışdır, onun ifadənin yerində yoxlanılması zamanı göstərdiyi yerlə Zərərçəkmiş şəxs göstərdiyi yer eynidir, aralarında 10-15 metr məsafə var, polis işçiləri Maisi o vəziyyətdə görüb şöbəyə aparmışlar, Maisi həmin gün xəstəxanaya aparmışlar, şöbədə Maisin onun Maisi vurduğunu dediyini eşitmişdir, nə üçün belə deməsinin səbəbini bilmir, aralarında heç bir, hətta sözlü mübahisə belə olmamışdır, Mais onun qolundan tutduqda, ona qolunu tutmamasını bildirmişdir, o, daşlığa yıxılmış, daşlar qan olmuşdur, Mais xəstəxanada 17 saat müşahidə altında olmuşdur, həmin gün çıxmışdır, Mais hadisədən sonra ondan pul tələb etmişdir, o, Maisi hadisədən 10 gün sonra görmüşdür, bu vaxta qədər onun valideynləri Maisi xəstəxanada ziyarət edib maddi yardım göstərmişlər, Maisi əvvəllər tanımış, lakin, heç vaxt mübahisəsi olmamışdır, o, Elçinin tanışıdır, hadisə oturduqları çayxananın arxasında daşlıq yerdə baş vermişdir, həmin vaxtı orada Şahid2, o və Zərərçəkmiş şəxs olmuşdur, anası Şahid1 Maisi küçədə yıxılanda görmüşdür, hadisə aprelin 12-si yox, 11-i olmuşdur, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmişdir ki, “Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, onunla aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Göytəpə şəhərində yerləşən marketlərin birindən “Go” markalı spirtli içki alıb içə-içə Göytəpə şəhərində yerləşən avtovağzal kimi tanıdığı yerin arxasına getmiş, Zərərçəkmiş şəxs və Şahid2 da orada olmuşlar. Onlar bir neçə mişar daşının üstündə oturub araq içmişlər. O da onlarla salamlaşıb yanlarında oturmuşdur. Sonra Zərərçəkmiş şəxs ayağa qaxıb mişar daşlarının üstündən salto vuracağını bildirmişdir. O və Şahid2 Zərərçəkmiş şəxs içkili halda salto vurmamasını xahiş etsələr də onlara məhəl qoymayıb mişar daşlarının üzərinə çıxmışdır. Salto vurmaq istəyəndə ayağı sürüşüb yerə yıxılmışdır. Zərərçəkmiş şəxs üz nahiyəsi xəsarət almışdır. O və Elçin onu qaldırıb üzünü yumuşlar. Sonra Zərərçəkmiş şəxs evə getdiyini demiş və oradan uzaqlaşmışdır. O da evə getmişdir. Bundan 20-25 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşıb onu polis bölməsinə dəvət etmişlər və o da polis əməkdaşlarına 13 aprel 2024-cü il tarixdə RPŞ-yə gəlib izahat verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs o, vurmamış, sadəcə olaraq aralarında mübahisə olmuş, onlar yaxalaşmışlar. Hadisə Cəlilabad rayon, Göytəpə şəhərində yerləşən avtovağzal kimi bildikləri yerin arxasında baş vermişdir. Həmin zaman yanlarında Şahid2 başqa heç kim olmamışdır. Həmin hadisə 5 dəqiqə davam etmişdir. O, həmin tarixdə içkili olduğuna görə Zərərçəkmiş şəxs vurmasını xatırlamır, sadəcə olaraq aralarında mübahisə olmasını və yaxalaşmalarını xatırlayır.” (i.v: 139-140) İfadələr arasındakı zidiyyətin səbəbini araşdırılan zaman təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadənin həqiqiliyini təsdiq etmişdir. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 11 aprel 2024-cü il tarixdə çayxanada Elçin adlı şəxslə otrurub söhbət edərkən Təqsirləndirilən şəxs gəlmiş, oturduğu yerdə onu başından vurmuşdur, Məhəmmədəli onu vurduqdan sonra gözünü xəstəxanada açmışdır, Elçin onu vurmamışdır, təqsirləndirilən şəxslə əvvəllər aralarında mübahisə olmamışdır, Təqsirləndirilən şəxs ona iki zərbə vurmuşdur, hadisə 11 aprel, səhər vaxtları olmuşdur, təcili yardıma polislər zəng etmişdir, xəstəxanada bir gecə qalmışdır, Məhəmmədəlinin onu niyə vurmasının səbəbini bilmir, hadisə vaxtı 3 nəfər olmuşlar, Məhəmmədəlinin ailəsi ona maddi kömək göstərmişdir, hadisə vaxtı içkili olmamışdır, salto vura bilmir, hadisə günü salto vurmaq istəməmişdir, istəsə də vura bilməz, çünki, ayağı zədəlidir, xəstəxanada olarkən onu kimin vurduğunu demişdir, hadisə vaxtı sərxoş olmamışdır, belə ki, təzə içməyə başlamışdır, xəstəxanaya təcili tibbi yardım maşını ilə aparılmışdır. Zərərçəkmiş şəxs həmçinin, təkrar dindirilərkən əvvəlki ifadəsindən əhəmiyyətli fərqlə məhkəməyə bildirmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs o, içki içərkən gəlmiş, içkili olduğundan, ayağa durarkən yıxılmışdır, Məhəmmədəli ona kömək edərək ayağa qaldırmış, ondan sonra yenə yıxılmışdır, həmin vaxt huşunu itirmişdir, Məhəmmədəlinin onu vurduğuna inanmır, həmin hadisədən 3-4 gün əvvəl yıxılaraq xəsarət almışdır, istintaq zamanı Məhəmmədəlinin onu vurmasını deməsi barədə müstəntiq bildirməmişdir, ifadəsini dəyişməyə onu heç kim məcbur etməmişdir, ola bilsin ki, həyəcanlı olduğuna görə bir il ərzində doğru ifadə verə bilməmiş, 15 may 2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edib Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə deməsini o zaman səhv izah etməsi, huşsuz vəziyyətdə olması ilə izah edir, hazırda təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 330.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmişdir ki, “xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Göytəpə şəhərində yerləşən avtovağzal deyilən yerin arxasında Elçin ilə söhbət etmişlər, eyni zamanda spirtli içki olan araq almışlar və yeni içməyə başlamışlar, spirtli içki təsiri altında olmamışlar. Sonra Təqsirləndirilən şəxs onların yanına gəlmiş, sonuncunun anasının onun ardınca uca səslə nəsə deyə-deyə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs onun yanına çatar-çatmaz üzərinə hücum çəkmişdir. Məhəmmədli Nurullayev yumruqla bir neçə dəfə sifətinin sağ və sol yarısından vurmuşdur. Bu zaman o, huşunu itirmiş və olanlardan xəbəri olmamışdır. Ayıldıqdan sonra üzünün qan olduğunu və ambulansın gəldiyini görmüşdür. Onu ambulansa qoyub Cəlilabad RMX-na aparmışlar. Hadisə Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən avtovağzal kimi bildikləri yerin arxasında baş vermiş, həmin zaman onların yanlarında Şahid2 və Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə sifətinin sağ və sol yarısından, baş və sinə nahiyələrindən vurmuşdur. Dava-dalaş 5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onun guya onun qol nahiyəsindən tutub dartdığını səbəb gətirib onu vurmuşdur. Hadisə yerində və hadisə yerinə yaxın olan yerdə müşahidə və mühafizə kamerası görməmişdir. Təqsirləndirilən şəxs yalan danışır, məsuliyyətdən yayınmaq üçün bu yola əl atır, onun ayaq nahiyəsi zədəlidir, salto aşıb yıxılıb xəsarət almamışdır. Həmin xəsarətləri yumruqla vurulma nəticəsində almışdır. (İ.v: - 46-49).” İfadələr arasındakı zidiyyətin səbəbini araşdırılan zaman zərərçəkmiş şəxs ola bilsin ki, əvvəllər həyəcanlı olduğundan doğru ifadə vermədiyini bildirərək, məhkəmədə sonuncu verdiyi ifadənin həqiqiliyini təsdiq etmişdir. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Təqsirləndirilən şəxslə oturub içki içərkən Zərərçəkmiş şəxs gəlib onlarla oturmuşdur, o, Məhəmmədəli və Mais hər üçü araq içmişlər, Mais 100 qram içki içdikdən sonra evə gedəcəyini bildirib, qalxarkən yerə yıxılmış, Məhəmmədəli ona kömək edib yerdən qaldırmışdır, yenə Mais yerə yıxılmışdır, sonra polis əməkdaşları gəlib Maisi aparmışlar, Mais özünü yerə çırpırmış, müstəntiqə ifadə verərkən, ifadəsi ona müstəntiq tərəfindən oxunmuş, o da təsdiqləmişdir, Məhəmmədəlinin Maisi vurduğunu görməmişdir, vursaydı görərdi, ibtidai istintaq zamanı ifadə verərkən ona təzyiq edən olmamışdır, Mais onların yanına gələndə də içkili olmuşdur, o, yıxılmazdan əvvəl üzündə xəsarət olmamışdır, hadisə aprelin 11-i olmuşdur, Mais salto vurmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla aralarında düşmənçilik və ədavət olmamışdır, hər iki şəxslər bir neçə dəfə birlikdə spirtli içki qəbul etmişlər. 12 aprel 2024-cü il tarixdə saat 16 radələrində Göytəpə şəhərində Avtovağzalın arxa tərəfində Mais və Məhəmmədəli birlikdə spirtli içki qəbul etmişlər, onlar həmin vaxtı spirtli içkinin təsiri altında olmuşlar. Bu zaman Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında Maisin sonuncunun qolunu tutub dartması səbəbindən mübahisə yaranmış, həmin mübahisə sonra dava-dalaşa çevrilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş, həmin yumruq zərbəsindən Zərərçəkmiş şəxs yerə yıxılmış, huşunu itirmişdir. Onları ayırmış, Təqsirləndirilən şəxs anası gəldiyi üçün o, oranı tərk etmişdir. Zərərçəkmiş şəxs sifət və baş nahiyəsi qan içində olmuşdur. Qeyd olunan hadisə Cəlilabad rayonu, Göytəpə şəhəri, “Avtovağzal” adlanan ərazinin arxa tərəfində baş vermiş, həmin hadisəni ondan başqa kənar şəxslərdən heç kim görməmiş, bu hadisə 5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun onun qolundan tutub dartmasını səbəb gətirib vurmuşdur. Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş, neçə dəfə vurmağını bilmir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yumruqla vurularaq xəsarət almışdır. Zərərçəkmiş şəxs həmin zaman salto aşmamışdır, çünki onun salto aşmağı imkansızdır, çünki həmin vaxtı Zərərçəkmiş şəxs həm içkili olub, həm də onun ayağı zədəlidir. (i.v: 111-113) İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü ona qonşu oğlu Məhəmmədəlinin içkili halda gəldiyini demiş, bundan sonra qapıya çıxmış və ət dükanının arxasında oğlu Məhəmmədəlini qarşılayıb evə gətirmişdir, Maisi xəstəxanada görmüşdür, sonradan Maisin evinə getmiş, Mais ona Məhəmmədəlinin onu vurduğunu, onu müalicə etdirməli olduğunu bildirmişdir, ondan pul istəmiş, o da əlindən gələn qədər pul ödəmişdir, oğlunu içkili vəziyyətdə görmüşdür, belə ki, axır vaxtlar içirmiş, oğlunun içkili olduğunu yerişindən bilmişdir, Şahid2 balaca oğluna Maisin yıxıldığını demiş, sonradan Mais onun balaca oğluna Elçinlə Məhəmmədəlinin onu vurduğunu bildirmişdir, Elçinin qohumları xəstəxanaya gəlməmişdir, oğlu Məhəmmədəli Maisin içkili olub, özü yıxıldığını bildirmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, Maisin ambulansla xəstəxanaya getdiyini bilmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə tanıyır, onunla aralarında düşmənçilik və ədavət olmamışdır. 12 aprel 2024-cü il tarixdə saat 16 radələrində Göytəpə şəhəri ərazisində Avtovağzalın arxa tərəfində oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə mübahisə edib dava-dalaş etməsini görmüş, o dərhal həmin yerə getmiş, Təqsirləndirilən şəxs götürüb evə getmiş, ancaq Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinin qan içində olmasını görmüşdür. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs necə xəsarət almasını soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs yerə yıxılıb və nəticədə yerdə başı daşa dəyib xəsarət alıbdır. Məhəmmədəli Nurulayev bildirmişdir ki, o, Zərərçəkmiş şəxs vurmamışdır. O, özü də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmiş, hadisə yerinə sonradan getmişdir. (İ:v -114-116) İş üzrə dindirilmiş şahid X8 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Cəlilabad RPŞ-nin təhqiqatçısı Akif Abbasovun 13 aprel 2024-cü il tarixli qərarına əsasən vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasını keçirmiş, Zərərçəkmiş şəxs ekspertizadan əvvəl mərkəzi xəstəxanaya müraciət etmiş və xəstəxanada kompüter tomoqrafiya müayinəsindən keçmişdir, həmin tibbi arayış təhqiqatçı tərəfindən götürülərək ona təqdim olunmuşdur, kompüter tomoqrafiyanın cavabına əsasən Maisin sol gicgah sümüyündə sınıq aşkarlanmışdır, onun sol gicgah nahiyəsində bir neçə xəsarət olmuşdur,sol gicgah sümüyünün sınığından başqa xəsarətlər yüngül xəsarətlərdir, ekspert rəyində tam olmayan sınıqlar göstərilmir, kəllə sümüyü sınığı xəsarətdən əvvəl ola bilməzdi, belə ki, köhnə sınıq mazollaşır, kəllə tağı kəlləni xaricdən əhatə edən sümüklərdir, kəllə əsası sümüklər isə kəllənin içində olur, bir günlük sınıqla 5 günlük sınığı fərqləndirmək olmur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verikləri ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - 02 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (İ.v: 1) - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30-da Cəlilabad rayon Göytəpə şəhər sakini X3 ***-***-**-** saylı mobil nömrədən AR DİN-in 102 xidmətinə zəng edərək qaynı Maisin döyülməsi və xəsarət alması barədə məlumat vermişdir. (İ.v: 5) - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:52-də Cəlilabad RMX-dan həkim Əlizadə Elçin telefonla məlumat verərək, Cəlilabad rayon, Kazımadad kənd sakini 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, hər iki almacıq nahiyəsinin göz ətarfı həcimli hematoması, sağ göz ətrafı nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirmişdir. Deməsinə görə tanıdığı şəxs tərəfindən döyülmüşdür. (İ.v: 6) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 21 noyabr 2024-cü il tarixli, 840 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v. 71-72) - 07 may 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - «Təqsirləndirilən şəxsə yenidən elan edilməsi haqqında» 09 iyun 2024-cü il tarixli, 970 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v. 131-132) - Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayonu, Göytəpə şəhəri, “Avtovağzal” adlanan ərazinin arxa tərəfində sahəsində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs mübahisənin baş verdiyi yeri göstərmişdir. (İ.v:15-17) - Cəlilabad MTE-nin 17 aprel 2024-cü il tarixli 246 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gicgah sümüyünün sınığı, sol gicgah-yanaq nahiyəsində və hər ikigözyuvası ətrafında şişkinlik və qançır, sol gözün ağlı qişasına yayılmış qansızma, sağ gicgah-alın nahiyəsində və sol yanağın selikli qişasında əzilmiş yara müəyyən olundu, müəyyən xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (İ.v: 19-20) - xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə AR DİN-in 102 xidmətinə zəng edərək, Məhəmmədəli adlı şəxs tərəfindən döyülməsi və aparılmış araşdırmadan narazı qalması barədə məlumat vermişdir. (İ.v: 119, 121, 143) - Cəlilabad MTE-nin 17 aprel 2024-cü il tarixli 246 nömrəli rəyə əlavə rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlərin onun salto aşan zaman yerə yıxılması nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Həmin xəsarətlər yumruqla vurulma nəticəsində əmələ gələ bilər.(İ.v: 143A-143C) - Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizaya dair AR SN Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin 15 avqust 2025-ci il tarixli, 577 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol gicgah-yanaq nahiyəsinin və sol gözyuvası ətrafın şişkinliyi və qançırı, sol gözün ağlı qişasına yayılmış qansızma ilə müşahidə olunan sol gicgah sümüyünün sınığı, sağ gözyuvası ətrafın şişkinliyi və qançırı, sağ gicgah-alın nahiyəsinin və sol yanağın selikli qişasının əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni, xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə solgicgah yanaq nahiyəsinin və sol gözyuvası ətrafın şişkinliyin və qançırı, sol gözün ağlı qişasına yayılmış qansızma ilə müşahidə olunan sol gicgah sümüyünün sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri və lokalizasiyası onları şəxsin öz boyu hündürlüyündən yıxılması, eləcə də özü-özünə yetirməsi nəticəsində yaranmasını inkar edir. Təqdim edilmiş xx.xx.2025-ci il tarixli KT görüntülərində keçirilmiş travmadan sonra xx.xx.2024-cü il tarixdə çəkilmiş kranial KT görüntülərində izlənilən “Sol gicgah sümüyündə olan natamam sınıq xətti” xarakterinə görə entogen regerenasiya səbəbindən izsiz informasiyaya dəlalət etdiyindən hal-hazırda aşkarlanmağı texniki olaraq mümkün olmamışdır. Gicgah sümüyü kəllə əsasının və yan divarlarının təşkilində iştirak edən kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. İlkin xx.xx.2024-cü il tarixli KT görüntülərini əldə etmək mümkün olmadığından müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. Vətəndaş Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 246 saylı ekspert rəyinin nəticəsi təsviri hissəyə uyğun gəlir. Həmçinin, rəyin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, gicgah sümüyündə qeyd edilən sınıq xətti olduğundan təkrar aparılmış KT müayinəsində aşkar olunmaya bilərdi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X7 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1369 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu, kompensasiya vəziyyəti aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də “üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən “üzvi şəxsiyyət pozuntusu” ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” hal-hazırda “kompensasiya” (yaxşılaşma) vəziyyətində olduğundan psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. (İ.v:123-126) - Məhkəmənin sorğusuna əsasən əldə edilmiş Cəlilabad RMX-dan daxil olmuş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, Cəlilabad rayonu, Kazımabad kəndində yaşayan, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs 12 aprel 2024-cü il tarixdə “Qapalı kəllə-beyin travması, hər iki almacıq nahiyəsinin və göz ətrafının iri həcmli hematoması. Sağ göz ətrafının əzilmiş, cırılmış yarası” diaqnozu ilə Cəlilabad RMX PHŞdə ambulator müalicə almış və evə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəyəcəyinə söz verdiyi, əməlindən səmimi peşman olduğu, cinayəti törətdiyini etiraf etməsinin nəzərə alınması, Zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxslə barışmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Təqsirləndirilən şəxsin dəlilləri bundan ibarətdir ki, o, zərərçəkmiş şəxslə dalaşmamış, ona yumruq vurmamış, zərərçəkmiş şəxs salto aşmaq istəmiş, içkili olduğundan yıxılıb başı daşa dəymişdir, hadisə 12 aprel yox, 11 aprel 2024-cü ildə baş vermişdir, ola bilsin, 12 apreldə başqa şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirilmişdir, Zərərçəkmiş şəxs polisə şikayət edib insanlardan pul tələb etməyə meyillidir, ona qarşı ittiham da bu məqsədlə qurulmuşdur. Müdafiə tərəfinin qeyd olunan dəlilləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, aşağıda qeyd olunanlara əsasən həmin dəlillər qeyri-mötəbər hesab edilməlidir. Belə ki,
1. Əvvəla, məhkəmə istintaqında hadisənin 12 aprel yox, 11 aprel 2024-cü il tarixdə baş verməsinə dair müdafiə tərəfi heç bir sübut təqdim etməmişdir. Əksinə, həm təqsirləndirilən şəxs, həm zərərçəkmiş şəxs, həm də şahidlərin həm kompüter üsulu ilə, həm də əlyazma ilə (o cümlədən təqsirləndirilən şəxsin anası Şahid1) yazılmış ibtidai istintaq zamanı verdikləri ifadələrindən, üzləşdirmə protokollarından və raportlardan görünür ki, hadisə 12 aprel 2024-cü il tarixdə baş vermişdir. Bundan əlavə, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı verikləri ifadələrindən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs və Şahid2la birlikdə içki içib mübahisə etdikləri vaxt xəsarət alması və xəstəxanaya yerləşdirilməsi, hadisə barədə polisə məlumat verilməsi işin mübahisəsiz halıdır. Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş xx.xx.2025-ci il tarixli Cəlilabad RMX PHŞ-nin məktubundan da görünür ki, Zərərçəkmiş şəxs 12 aprel 2024-cü il tarixdə “qapalı kəllə-beyin travması, hər iki almacıq nahiyəsinin və göz ətrafının iri həcmli hematoması, sağ göz ətrafının əzilmiş, cırılmış yarası” diaqnozu ilə Cəlilabad RMX PHŞ-də ambulator müalicə almış və evə göndərilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən hadisənin 11 aprel 2024-cü il tarixdə baş verməsi, ola bilsin ki, 12 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs başqa şəxsin xəsarət yetirməsi, ondan pul tələb edə bilmək üçün ona şər atılması ilə bağlı dəlili tam təkzib edilir.
2. Bundan əlavə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə heç bir mübahisə etməməsi, sonuncunun içkili vəziyyətdə salto aşaraq yıxılması nəticəsində xəsarət alması ilə bağlı dəlilləri onunla təkzib olunur ki, əvvəla, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində zərərçəkmiş şəxslə aralarında ümumiyyətlə mübahisə baş vermədiyini bildirsə də, ibtidai istintaq zamanı ifadələrində zərərçəkmiş şəxslə 12 aprel 2024-cü il tarixdə mübahisə edərək yaxalaşdığını, lakin, onu vurmadığını, zərərçəkmiş şəxs və Şahid2 isə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dalaşdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla xəsarət yetirdiyini, təqsirləndirilən şəxsin anası Şahid1 isə ibtida istintaq zamanı əlyazma ilə yazdığı ifadəsində oğlu Məhəmmədəli ilə Zərərçəkmiş şəxs Elçin adlı şəxsin yanında dalaşdığını gördüyünü bildirmişlər. Qeyd edilən ifadələr məhkəmə tibbi ekspertizasının 13 aprel 2024-cü il, 29 iyun 2024-cü il və 15 avqust 2025-ci il tarixli ekspert rəyləri ilə də təsdiq olunmuşdur. Belə ki, həmin rəylərdən görünür ki, zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarətlər bərk-küt əşyanın təsirindən törənmiş, 12 aprel 2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi, xəsarətlərin xarakteri və lokalizasiyası onları şəxsin öz boyu hündürlüyündən yıxılması, eləcə də özü-özünə yetirməsi nəticəsində yaranmasını inkar edir. (xx.xx.2025-ci il tarixli rəy) Həmçinin, aşkar olunan xəsarətlərin onun salto aşan zaman yerə yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir, aşkar olunan xəsarətlər yumruqla vurulma nəticəsində əmələ gələ bilər. (xx.xx.2024-cü il tarixli rəy) Həmçinin, ibtidai istintaq zamanı Cəlilabad RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024cü il tarixli ərizələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəyəcəyinə söz verdiyi, əməlindən səmimi peşman olduğu, cinayəti törətdiyini etiraf etməsinin nəzərə alınması, Zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxslə barışmasının nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan iş üzrə dindirilmiş şəxslərin ifadələri və müvafiq məhkəmə-tibbi ekspertizasının rəylərinin əlaqəli təhlilindən müəyyən olunur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişə 12 aprel 2024-cü il tarixdə baş vermiş, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yumruqla zərbələr yetirmiş, Zərərçəkmiş şəxs 12 aprel 2024-cü il tarixə uyğun gələn kənar şəxs tərəfindən yumruqla yetirməyə xarakterik “sol gicgah sümüyünün sınığı, sol gicgah-yanaq nahiyəsində və hər iki göz yuvası ətrafında şişkinlik və qançır, sol gözün ağlı qişasına yayılmış qansızma, sağ gicgah-alın nahiyəsində və sol yanağın selikli qişasında əzilmiş yara ilə müşaiyət olunan ağır xəsarətlər aşkar olunmuş, həmin xəsarətlərin onun salto aşan zaman yerə yıxılması nəticəsində, eləcə də öz boyu hündürlüyündən yıxılması, özüözünə yetirməsi nəticəsində yaranması inkar edilir. Zərərçəkmiş şəxsin məhkəmə istintaqında verdiyi əlavə ifadəsinə münasibətdə məhkəmə tərkibi həmçinin qeyd edir ki, o, məhkəmədə ikinci dəfə dindirilərkən guya həyəcanlı olması səbəbindən doğru olmayan ifadə verməsinin həqiqiliyi həmçinin onunla təkzib olunur ki, o, həm ibtidai istintaq zamanı sərbəst ifadələri, üzləşdirmələr, ifadənin yerində yoxlanılması kimi ayrı-ayrı istintaq hərəkətləri, həm də məhkəmədəki ilkin ifadəsi ilə yanaşı, ibtidai istintaq dövründə ayrı-ayrı vaxtlarda 3 dəfə AR DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməsi və araşdırmanın gedişatından narazı olması ilə bağlı şikayətlənmişdir. Odur ki, Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdiyi ifadələrini bütövlükdə, həmçinin şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsinə dair hissəsini, eyni zamanda zərərçəkmiş şəxsin məhkəmə istintaqında əlavə ifadəsini - Təqsirləndirilən şəxs ona xəsarət yetirməməsi, ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ola bilsin ki, həyəcanlı olması səbəbindən elə ifadə verməsi, əslində isə həmin xəsarətləri yıxılması nəticəsində alması, eləcə də hadisənin 11 aprel 2024-cü il tarixdə baş verməsinə dair hissəsini təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına hesablanmış, iş materialları ilə uzlaşmayan və qeyri-mötəbər hesab edərək, sübut növü kimi qəbul etmir, zərərçəkmiş şəxsin və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlər Rauf Ağayev və Şahid1 ifadələrini, ittihamın təqdim etdiyi və məhkəmə istintaqında əldə edilmiş digər yazılı sənədləri mötəbər sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməl törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin hüquqi tövsifi ilə bağlı aşağıdakıları nəzərə almağı zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların təhlilindən görünür ki, təqsirləndirilən şəxs və Şahid2 içmək üçün bir ədəd araq almış, bunun üçün ortaq pul ödəmiş, Zərərçəkmiş şəxs də onların arağından içmək istəmiş, Təqsirləndirilən şəxs məhkəməyə məlum olmayan səbəbdən, yəni müəyyən edilmiş heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs onun qolundan tutmasını cüzi səbəb kimi bəhanə gətirərək, zərərçəkmiş şəxsin gözləmədiyi halda onun sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi endirmiş, nəticədə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirmişdir. Hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanılması və ya şəxsi münasibətlər zəminində davadalaşın gedişində törədilməsinə dair nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı sübut sübut müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Zərərçəkmiş şəxslə mübahisənin səbəbini bildirmədən yaxalaşdığını qeyd etsə də, məhkəmə istintaqı dövründə ümumiyyətlə onunla heç bir mübahisə etmədiyini, Zərərçəkmiş şəxs özünün içkili vəziyyətdə salto aşması səbəbindən xəsarət aldığını və ya ola bilsin ki, bir gün sonra kiminləsə dalaşıb xəsarət ala biləcəyini əsas gətirmiş, özünümüdafiə xaarakterli ifadələr vermişdir. Odur ki, təhlil olunan cinayət işinə münasibətdə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən xuliqanlıq niyəti movcuddur və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmuşdur, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirmir, belə ki, məhkəmə istintaqında bu barədə heç bir sübut müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin xuliqanlıq niyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif edilməsi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in X2 İdarəsindən daxil olmuş tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ARCM-in 177.2.3, 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələri ilə iki dəfə məhkum edilərək ona azadlığın məhdudlaşdırılması cəzasına təyin edilmişdir. - Cəlilabad RİHB Göytəpə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir.( İ.v: 31) Məhkəmə ARCM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. ARCM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, təyin ediləcək cəza elə həddə seçilməlidir ki, törədilmiş əmələ görə cəza təqsirləndirilən şəxsi həddən artıq məhrumiyyətlərə düçar etməsin, bununla belə, cəzanın məqsədlərinə xidmət olunsun. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Belə ki, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, təqsirləndirilən şəxsə 8 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. Bundan başqa, təyin ediləcək cəzanın növü nəzərə alınaraq məhkəmə tərkibi belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu 18 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalında həbs edilsin. Nurullayev X1 Xidmətin Lənkəran Penitensiar Kompleksinə təhvil verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona təqdim olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev