Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-762/2024 03.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 21 avqust 1992-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, İsmayıllı rayonu, Quşencə kəndində qeydiyyatda olmaqla yaşamış, 19 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir Rayon Məhkəməsinin 21 iyul 2024-cü il tarixli, 4(041)-57/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 149.1, 181.1 və 185.2.2-ci maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə saat 20 radələrində Göyçay rayonu 1ci Ərəbcəbirli kəndi ərazisində olarkən həmin kənd sakini, xx.xx.1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus “Vaz-21074” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun yaşadığı evin qarşısında küçədə dayanmış vəziyyətdə və qapılarının açıq vəziyyətdə olduğunu görüb həmin avtomobili talama məqsədi olmadan qaçırmaq qərarına gəlmiş və bu məqsədlə avtomobilin salonuna daxil olub sükan arxasında əyləşmiş və avtomobilin üzərində olan açarla mühərriki işə saldıqdan sonra qəsdən hərəkət etdirib qaçıraraq həmin avtomobillə 17 iyul 2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmaqla “Nissan Qashqai” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq Sevinc Əsgərovaya 1145 manat məbləğində ziyan vurmaqla talama məqsədi olmadan nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirdiyi avtomobillə həmin gün saat 22 radələrində Bakı-Qazax magistral yolunda hərəkətdə olarkən yolun Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən hissəsində sərnişin kimi Kürdəmir şəhərinə aparmaq məqsədilə avtomobilə mindirdiyi ünvan 1 ünvanında yaşayan, xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 pulunu, yəni özgə əmlakını ələ keçirmək məqsədilə Kürdəmir rayonu, Karrar kəndi ərazisində avtomobili magistral yoldan kənarahəmin kənd yoluna sürərək yolun kənarında saxlamış, Zərərçəkmiş şəxs1 başından yumruqla vuraraq və saçından yapışaraq zorla avtomobildən düşürüb yerə yıxmaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək xəsarətlər yetirməklə sonuncunun 50 manat məbləğində pulunu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs1 yerə yıxılaraq huşunu itirməsi səbəbindən fiziki imkanlarının məhdudlaşdığı və ona aktiv müqavimət göstərmək imkanına malik olmadığından onun köməksiz vəziyyətindən istifadə edib cinsi ehtirasını təmin etmək məqsədilə paltarlarını soyundurub Zərərçəkmiş şəxs1 ayaqlarını aralayıb üstünə uzanaraq öz cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına daxil edərək onun iradəsinə zidd olaraq cinsi əlaqədə olmuş, Zərərçəkmiş şəxs1 ayıldıqdan sonra qışqırmasına məhəl qoymayıb ona zor tətbiq edərək cinsi əlaqədə olmanı davam etdirmiş, beləliklə Zərərçəkmiş şəxs1 sağ bazunun orta 1/3-nin tış səthində cızıq, sağ dirsəkdə və sol budun orta 1/3-nin iç səthində qançırla müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə özgə əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək Zərərçəkmiş şəxs1 50 manat pulunu ələ keçirərək həmin məbləğdə maddi ziyan vurmaqla quldurluq etmiş və Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə köməksiz vəziyyətindən istifadə edərək onunla cinsi əlaqədə olmuş, yəni zorlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 17 iyul 2024-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yaşayan, xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs3 məxsus “Vaz-2101” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun yaşadığı binanın həyətində dayanmış vəziyyətdə və qapısının açıq vəziyyətdə olduğunu görüb Bakı şəhərinə getmək məqsədilə həmin avtomobili talama məqsədi olmadan qaçırmaq qərarına gəlib bu məqsədlə avtomobilin salonuna daxil olub sükan arxasında əyləşmiş və sükanın alt hissəsində olan elektrik naqillərini bir-birinə birləşdirməklə mühərriki işə saldıqdan sonra avtomobili qəsdən hərəkət etdirib qaçıraraq təkrar talama məqsədi olmadan nəqliyyat vasitəsini qanunsuz ələ keçirmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi özünü təqsirli bilmiş, lakin Cinayət Məcəlləsinin 149.1, 181.1-ci maddələri ilə özünü təqsirli bilməmişdir. Narkotik vasitə istifadəçisi olmuş və əvvəllər oğurluq etdiyi üçün məhkum olunmuşdur. 17 iyul 2024cü il tarixdə axşam saat 20 radələrində Göyçay şəhərində xalasıgildə spirtli içki qəbul etdikdən sonra İsmayıllı rayonuna getmək üçün küçəyə çıxmış, 1-2 küçə aşağı düşəndən sonra küçədə ağ rəngli “Vaz-21074” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil görmüşdür. Avtomobilin pəncərələri açıq olmuşdur. Yaxınlaşıb avtomobilin içinə baxanda açarın avtomobildə olduğunu, ətrafda kənar şəxslərin olmadığını görüb maşını qaçırmaq üçün avtomobilə əyləşib sürmüşdür. Göyçay rayonu ərazisində yol kənarında dayanan iki nəfər şəxsi görüb onları istədiyi yerə aparıb pul qazanmaq üçün avtomobilinə mindirmişdir. Lakin o, bir qədər sürdükdən sonra həmin şəxslər onun sərxoş olduğunu və avtomobili sürətli sürdüyünü görüb maşını saxlatdırıb düşmüşlər. Bakı-Qazax magistral yoluna çıxdıqdan sonra Bakı şəhəri istiqamətində getmişdir. Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən keçəndə fikrinə İsmayıllı rayonuna qayıtmaq düşmüşdür. Ona görə həmin yerdə magistral yolda geriyə dönərək qayıtmışdır. Bir az sonra yolun kənarında bir oğlanla Zərərçəkmiş şəxs1 dayandığını görüb avtomobili saxlamışdır. Oğlan ona Zərərçəkmiş şəxs1 Kürdəmir şəhərinə aparmasını demiş, o da razılaşmışdır. Zərərçəkmiş şəxs1 arxa oturacağa mindikdən sonra o, Kürdəmir rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 5-10 dəqiqə getdikdən sonra o, sağa, hansısa kənd yoluna dönmüşdür. Bundan sonra maşınla gedərək dəmiryol xəttinin yaxınlığından geri dönüb qayıtmışdır. Həmin yerdə Zərərçəkmiş şəxs1 düşürmüşdür. Bundan sonra avtomobillə Kürdəmir rayonuna gəlmişdir. Kürdəmir rayonu ərazisində avtomobilinə bir nəfər tanımadığı oğlanı sərnişin kimi götürmüşdür. Onu da Kürdəmir rayonunda harasa aparacaqdı. Lakin Kürdəmir şəhəri ərazisində dövlət yol polisi əməkdaşları onun avtomobilinə işarə edib saxlamaq istəmişlər. O, yol polisi əməkdaşlarını görən kimi sürətli şəkildə onlardan qaçmaq istəmişdir. Yanında əyləşən sərnişin ona avtomobili saxlamasını desə də, o, saxlaya bilməyəcəyini, polislərdən qaçdıqdan sonra saxlayacağını demişdir. Kürdəmir rayonu ərazisində körpüdən düşdükdən sonra dairəvi yolda bir maşını vurmuş və yoluna davam edərək işıqfordan sola dönmüşdür. Həmin yolun sonuna kimi gedəndən sonra avtomobili orada saxlamışdır. Yanındakı sərnişinlə avtomobildən düşüb hərəsi bir tərəfə qaçmışlar. Həmin şəxsin hara getdiyini görməmişdir. Bundan sonra o, qəza etdiyi dairəvi yolun yaxınlığındakı çayxanaya gəlmişdir. Orada bir müddət gözləyib, çay içdikdən sonra, oradan rayon ərazisində beşmərtəbəli binaların olduğu yerə gəlmişdir. Həmin ərazidə ikimərtəbəli binanın yaxınlığında həyətdə qırmızı rəngli “Vaz-2101” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili görüb yaxınlaşmışdır. Avtomobilin qapısını yoxladıqda açıq olmuşdur. Həmin avtomobilə əyləşib açarı üzərində olmadığına görə sükanın altında elektrik naqillərini birləşdirib avtomobili işə salmış və həmin maşınla Ağsu rayonu istiqamətində hərəkət etmişdir. Həmin gecə Bakı şəhərinə gedəndə Müşfiqabad qəsəbəsi ərazisində bir nəfər oğlanı sərnişin kimi götürərək həmin şəxsi Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində düşürmüş və ondan 2 manat pul almışdır. Sabunçu rayonuna gedib əvvəllər kirayə yaşadığı məhəllədə avtomobili saxlayıb maşının içində yatmışdır. 18 iyul 2024-cü il tarixdə səhər yuxudan ayılmışdır. Ona pul lazım olduğundan Balaxanı qəsəbəsində yaşayan əmisi oğlu Mərgalı Alıyevdən borc pul almaq üçün Balaxanı qəsəbəsinə getmişdir. Balaxanı qəsəbəsində əmisi oğlunun yaşadığı fərdi yaşayış evinə girmişdir. Əmisi oğlunun yatdığını görüb onu oyatmaq istəməmişdir. Buna görə əmisi oğlundan pul götürə bilməmiş, lakin sonuncuya məxsus “Redmi” markalı mobil telefonunu götürüb evdən çıxmışdır. Avtomobilə oturub Neftçilər metrostansiyasının yaxınlığına gələrək telefonu, telefon mağazalarından birinə 100 manata satmışdır. Həmin pula narkotik vasitə alıb istifadə etmək istəmiş, buna görə həmin ərazilərdə “Diqlas” ticarət mərkəzinin yaxınlığında gəzərək tanıdığı narkotik vasitə istifadəçilərindən kimlərin olduğuna baxmışdır. Bir neçə dəqiqə orada gəzdikdən sonra əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı, lakin adını xatırlamadığı bir nəfəri görmüşdür. Həmin şəxsə yaxınlaşıb 50 manat pul vermişdir ki, ona narkotik vasitə tapıb gətirsin. Lakin həmin şəxs gedib gəlməmişdir. Cibində qalan pulla yemək yemiş və avtomobilə benzin vurmuşdur. Narkotik vasitə istifadə etmək üçün Sabunçu rayonuna əvvəllər kirayə yaşadığı məhəlləyə gəlmişdir. Həmin məhəllədə narkotik vasitə istifadəçiləri kimi tanıdığı və əvvəllər də birlikdə narkotik vasitə istifadə etdiyi Günel və Ravillə görüşmüşdür. Günel və Ravil ilə hal-əhval tutduqdan sonra onlara başına gələn hadisə barədə, yəni Kürdəmir rayonundan avtomobil qaçıraraq Bakı şəhərinə gəldiyini, əmisioğlugildən telefon götürüb Neftçilər metrostansiyasının yaxınlığında satdığını, aldığı 100 manat pulun 50 manatını narkotik vasitə almaq üçün verdiyini, lakin aldadıldığını deyərək narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. O, Günel və Ravilə “Niki” ləqəbli, adı Nihad olan tanışından 20 manat borca pul alıb həmin pula narkotik vasitə alıb istifadə edə biləcəklərini demişdir. Buna görə onlarla birlikdə narkotik istifadə etmək üçün, onun idarə etdiyi avtomobilə minmişlər. Günel və Ravillə birlikdə “Niki” ləqəbli tanışının yanına getmişlər. Yolda arxalarınca Post-patrul avtomobili düşmüşdür. Həmin maşından birtəhər qaçıb getmişlər. Bir az gedəndən sonra arxalarınca yol polisi maşını düşmüşdür. Yol polisindən qaçan zaman Digah qəsəbəsində avtomobillə çıxmaz yola girdiyi üçün məcbur avtomobili saxlamalı olmuşdur. Avtomobili saxlayanda Günel və Ravilə düşüb qaçmalarını demiş, özü də avtomobili saxlayandan sonra düşüb qaçmışdır. Günel və Ravil onun arxasınca gəlməmişlər. Marşurutla Nihadgilə getmişdir ki, borca pul alsın. Nihadla görüşdükdən sonra sonuncu ona borc vermək üçün pul tapa bilməmişdir. Bundan sonra yenə marşurutla Sabunçu rayonuna məhəlləyə qayıtmışdır. Məhəllədə Günel və Ravili görmüşdür. Onlardan nə baş verdiyini soruşduqda onlar, yol polisi əməkdaşının onlardan hansı səbəbə qaçdıqlarını soruşduğunu, həmin əməkdaşın tək olduğunu, sonra onları buraxdığını bildirmişdir. Şamaxinka adlanan əraziyə gəlib İsmayıllı rayonuna gələn taksilərin birinə minərək İsmayıllı rayonuna evə getmişdir. Evə gedib yemək yedikdən sonra yatmışdır. Səhər yuxudan ayılanda İsmayıllı RPŞ-nin əməkdaşlarının evində olduğunu görmüş, onlarla birlikdə RPŞ-nə getmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis şöbəsində ona təzyiq göstərmişlər, onu 10-12 nəfər döymüşlər. Tubunun pulunu almamış, ibtidai istintaq zamanı Tubunun pulunu aldığını deməmişdir. Hadisələr baş verən günü sərxoş olmuşdur. Tubunu maşına sərnişin kimi götürmüşdür. Tubu maşında olan zaman YPX-i inspektoru onu qovmamışdır. Tubudan yol pulu da almamışdır. Tubu ondan əvvəl çox adamı şərləmişdir. 10 ildir ki, narkotik vasitə istifadə etmişdir. Əmisi oğlunun telefonunu xəbərsiz aparıb satmışdır. Cinsi əlaqədə ola bilir, ancaq Tubunu zorlamamış və Tubu ilə cinsi əlaqədə olmamışdır. Tubunu döyərək ona qarşı quldurluq hərəkətlərinə yol verməmişdir. Tubu yalan ifadə vermiş və ona şər atmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Kürdəmir şəhəri, Dəmiryol binası, ev 26 ünvanında tək yaşayır. Qızı Həcərxanım ailəsi ilə birlikdə Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır. 17 iyul 2024-cü il tarixdə axşam saat 19 radələrində qızının yeni doğulmuş uşağına baş çəkmək üçün onlara getmişdir. Həmin gün saat 22 radələrində kürəkəni onu yola salmaq üçün onu magistral yola çıxartmışdır. Kürdəmir rayonu istiqamətində gedən avtomobillərdən birinə əl edərək saxlatmışdır. Saxlayan maşının sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs Kürdəmir şəhərinə getdiyini bildirdiyi üçün kürəkəni onu avtomobilə mindirmişdir. Avtomobildə arxa oturacaqda oturmuş, Kürdəmir şəhəri istiqamətində getmişlər. Kürdəmir rayonu, Karrar kəndi ərazisindən keçən zaman sürücünün Karrar kəndi istiqamətinə döndüyünü görüb, ondan hara getdiyini soruşmuşdur. O, “səni öldürməyə aparıram” sözlərini demişdir. O, qışqıraraq maşından düşmək istəmiş, maşının qapısını açıb qışqıraraq kömək istəmişdir. Ətrafda kənar şəxslər olmadığından səsini eşidən olmamışdır. Təqsirləndirilən şəxs maşını Karrar kənd yolu ilə bir az irəli sürüb, yenidən geriyə dönüb avtomobili saxlamışdır. Avtomobili saxladığı yer magistral yoldan təxminən 100-150 metr aralıda olardı. Təqsirləndirilən şəxs avtomobildən düşərək onun oturduğu yerə gəlib qapını açmış və onun başından yumruqla vuraraq, saçından yapışmaqla zorla avtomobildən düşürtmüşdür. Təqsirləndirilən şəxs onu buraxmasını, çıxıb getmək istədiyini demişdir. Təqsirləndirilən şəxs “səni hara buraxıram, pullarını mənə ver, yoxsa səni öldürərəm” sözlərini demişdir. Təqsirləndirilən şəxs üstündə olan 50 manat pulu verib əl çəkməsini demişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs onun saçından yapışıb sürümüşdür. Yolun kənarındakı kolluq əraziyə yıxılıb orada huşunu itirmişdir. Ayıldıqda həmin kolluq ərazidə arxası üstə uzanmış vəziyyətdə olmuş, ayaqları yana araları vəziyyətdə və Təqsirləndirilən şəxs də onun üstündə olmuşdur. Təqsirləndirilən şəxs onun əynindəki donu və yupkanı yuxarı çəkmiş, tumanını isə əynindən çıxarıb kənara atmış, özü isə şalvarını dizə qədər çəkmiş vəziyyətdə olmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs onunla təbii yolla cinsi əlaqədə olduğunu görmüşdür, yəni öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etməklə öz cinsi ehtirasını təmin etmişdir. Təqsirləndirilən şəxs üstünə qışqıraraq onu buraxmasını istəmişdir. Təqsirləndirilən şəxs əli ilə onun ağzını tutmuş, digər əli ilə boğazından yapışmışdır. Təqsirləndirilən şəxs üz nahiyəsini və burnunun üstünü cırmaqlamışdır. Həmin vaxt yoldan Karrar kəndi istiqamətində bir avtomobil keçmişdir. Təqsirləndirilən şəxs yoldan keçən avtomobilin işığını görüb onun üstündən durmuş və öz avtomobilinə əyləşib magistral yola doğru getmişdir. Yoldan keçən avtomobilə əlini qaldırıb kömək istəsə də, həmin avtomobil onu görmədən keçib getmişdir. Güclə ayağa qalxıb mobil telefonunun fanarı ilə əynindən çıxarılıb atılan alt paltarını tapıb geyinmiş, üst-başını təmizləyərək magistral yola doğru getmişdir. Yoldan keçən bir avtomobilə əl edərək saxladıb onu Kürdəmir rayonunda evinə aparmasını xahiş etmiş və yaşlı kişi olan sürücü onu evinə aparmışdır. Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları onun evinə gəlmişlər və onu xəstəxanaya aparmışlar. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs maşını saxladıqdan sonra qapını açaraq yumruqla onun başına vurub və saçından yapışaraq zorla onu avtomobildən düşürmüş və bundan sonra ondan pul tələb etmiş, verməyəcəyi təqdirdə onu öldürməklə hədələmişdir. Üzərində olan 50 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs yenə onun saçından tutub sürümüş və o, yolun kənarındakı kolluq əraziyə yıxılmışdır. Təqsirləndirilən şəxs onu zorlaması təxminən iki dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 Aydın qızı ifadəsində bildirmişdir ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində ailəsi ilə birlikdə yaşayır. X13 idarə etdiyi ağ rəngli “Vaz-21074” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı maşın onun adına rəsmiləşdirilmişdir. 17 iyul 2024-cü il tarixdə saat 20 radələrində Famil idarə etdiyi maşınla evə gələndə maşını evin qarşısında küçədə saxlamışdır. Təxminən yarım saat sonra Famil evdən çıxanda maşınını həmin yerdə görməyərək qaçırıldığını başa düşüb dərhal polisə müraciət etmişdir. Həmin gecə maşının Kürdəmir rayonunda olduğu müəyyən edilmişdir. Sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs adlı şəxs ona məxsus maşını yaşadıqları evin qarşısından qaçırmış, Kürdəmir rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra polis əməkdaşları tərəfindən təqib olunduğuna görə maşını Kürdəmir şəhəri ərazisində ataraq qaçmışdır. Təqsirləndirilən şəxs ona məxsus maşınla Kürdəmir rayonu ərazisində yol nəqliyyat hadisəsi törətməsi nəticəsində, maşının ön və sağ hissələri zədələnmiş, ona 2000 manatdan çox maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ən ağır cəza verilməsini və ona vurulmuş ziyanın ödənilməsinə köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan və tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Vaz-2101” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 17 iyul 2024-cü il tarixdə axşam saat 23 radələrində avtomobilini yaşadığı binanın həyətində saxlayıb evinə getmişdir. Avtomobilinin arxa sol qapısının kilidi nasaz olduğundan bağlanmamışdır. Bu səbəbdən həmin qapının kilidini bağlamamışdır. 18 iyul 2024-cü il tarixdə səhər saat 07 radələrində həyətə düşdükdə avtomobili saxladığı yerdə görməmişdir. Ətrafa baxdıqda avtomobilini tapa bilmədiyi üçün avtomobilinin qaçırıldığını başa düşmüş və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məxsus avtomobilinin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən 18 iyul 2024-cü il tarixdə gecə saatlarında qaçırıldığını və avtomobilinin Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən “X6”nda olduğunu öyrənmişdir. 19 iyul 2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ilə həmin əraziyə gedərək avtomobilinə baxış keçirilmişdir. Avtomobilinin üzərində hər hansı bir zədə olmamışdır. Təqsirləndirilən şəxs tanımır və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər onun avtomobilini istifadə etməmişdir. Dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi hallara uyğun ifadə vermişdir. Dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, Kürdəmir rayon polis şöbəsinin DYP bölməsinin YPX baş inspektoru vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 17 iyul 2024-cü il tarixdə saat 23 radələrində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Elnur Hasilovla birlikdə Kürdəmir şəhəri, Bakı prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində xidmətdə olduğu zaman əvvəlcədən axtarışa verilmiş, saxlanılması vacib olan “Vaz-21074 markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dairəyə daxil olduğunu və Kürdəmir şəhəri, Heydər Əliyev prospekti ilə üzü Babək prospekti istiqamətinə hərəkət etməsini görmüşlər. Xidmətdə olan digər polis əməkdaşlarına da bu barədə məlumat verərək həmin avtomobili təqib etməyə başlamışlar. Həmin avtomobilin saxlanılması üçün süni tıxac yaradılaraq, avtomobili saxlamaq istəsələr də avtomobilin sürücüsü onların saxla işarəsinə tabe olmayaraq, yolun sağ kənarında olan səkinin üzərinə çıxıb yaradılmış süni tıxacı keçib yenidən Babək prospekti istiqamətində hərəkət etməyə başlamışdır. Avtomobili təqib etdikləri zaman həmin avtomobil Kürdəmir şəhəri ərazisində “saat dairəsi” adlanan ərazidə “Nissan Qashqai” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş və dayanmadan sürüb hərəkətinə davam etmişdir. Digər DYB avtomobilləri onu təqibinə davam etdilər. O, yol nəqliyyat hadisəsi baş verən yerə yaxınlaşdıqda “Nissan Qashqai” markalı avtomobilin sürücüsü heç bir bədən xəsarəti almadığını demişdir. O, baş vermiş hadisə ilə bağlı dərhal Kürdəmir rayon polis şöbəsinə raportla müraciət etmişdir. “Vaz-21074 markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polislərin onu təqib etdiyinə görə Kürdəmir şəhəri, Aran qəsəbəsi ərazisində avtomobili saxlayaraq düşüb qaçdığını, daha sonra Kürdəmir şəhəri, Aran qəsəbəsində Zərərçəkmiş şəxs3 məxsus “Vaz-2101” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobili qaçıraraq Bakı şəhərinə getdiyini öyrənmişdir. Sonradan bilmişdir ki, həmin şəxs İsmayıllı rayonu, Quşencə kənd sakini X5 olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 17 iyul 2024-cü il tarixdə Kürdəmir rayonu, Karrar kəndi ərazisində tanımadığı taksi sürücüsü tərəfindən döyülməsi, pulunun ələ keçirilməsi və zorlanması barədə Kürdəmir RPŞ-nə müraciətləri əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.1-33) -“götürmə aparılması və baxış keçirilməsi haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman əynində olmuş paltarları- bir ədəd donu, bir ədəd yupkanı, bir ədəd qısaqol köynək və bir ədəd alt paltarını təqdim etmişdir. Don yaşıl rənglidir, üzərində ağ-qara rəngli kəpənək təsvirləri var, qısa qolludur. Yupka qara rənglidir, bel nahiyəsi rezinlidir, aşağı kənarlarına naxışlı kant tikilmişdir. Köynək qara rənglidir, üzərində ağ rəngli ürək formalı naxışları vardır. Alt paltarı mavi rənglidir, üzərində qara rəngli kiçik dairəvi naxışları vardır. Həmin paltarlar götürülmüşdür.(cild 1, i.v.23-25) -“hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Kürdəmir rayonu, Karrar kəndi ərazisində, kəndin girişində 150-200 metr kəndin içərisinə doğru kənd arası yoldur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 yol kənarındakı kolluq ərazini göstərərək, tanımadığı şəxsin 17 iyul 2024-cü il tarixdə həmin yerdə onu döydüyünü, hədə-qorxu ilə zor tətbiq etməklə 50 manat pulunu aldığını və onunla zorla cinsi əlaqədə olduğunu bildirmişdir. Hadisə baş verən yer yolun kənarında olmaqla yol səviyyəsindən aşağıdadır. Həmin yer daş və torpaq qarışıq olmaqla üzəri kolluqdur. Yolun əks tərəfində, yoldan 100 metr aralıda yaşayış evi vardır. Zərərçəkmiş şəxs1 tanımadığı şəxsin ona qarşı etdiyi qanunsuz hərəkətlərin icra olunduğu yeri göstərmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal və predmet aşkar edilməmişdir.(cild 1, i.v.28-32) -“şahidin ifadəsinin yerində yoxlanması haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılmış, Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində qaynanası Zərərçəkmiş şəxs1 ağ rəngli “Vaz-21074” markalı, **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirdiyi yeri əyani surətdə göstərmişdir.(cild 1, i.v.37-38) -“şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, 19 iyul 2024-cü ildə saat 22:05-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.47-48) -“götürmə aparılması və baxış keçirilməsi haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 hadisə baş verən zaman oğlu Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvarı təqdim etmişdir. Köynək qara rənglidir, qısaqoldur, yaxası iki düymə ilə bağlanır. Köynəyin sol ön yuxarı hissəsində “Palm”, sağ ön aşağı hissəsində “Angels” yazılar vardır. Şalvar qara rənglidir. Şalvarın iki ədəd yan, iki ədəd arxa cibi vardır.(cild 1, i.v.75-77) -“götürmə aparılması və baxış keçirilməsi haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkildən görünür ki, İsrəfil Alizadənin hadisə baş verən zaman əynində olmuş alt paltarı götürülmüşdür. Tuman qara rənglidir, pambıq materialdandır. Tumanın bel hissəsinə ağ rəngli enli rezin tikilmişdir. Bel hissəsindəki rezinin üzərində “Boxerland” yazısı yazılmışdır. Tumanın üzərində vizual şəkildə baxdıqda hər hansı zədə və ləkələr aşkar edilməmişdir.(cild 1, i.v.81-84) -“tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tədqiqat üçün 20 ml qan nümunəsi götürülmüşdür.(cild 1, i.v.88) -“şəxsin tanınmasının aparılması haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra tanınması üçün Zərərçəkmiş şəxs1 təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs tanıyaraq 17 iyul 2024-cü il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində həmin şəxsin idarə etdiyi avtomobilə mindiyini, həmin şəxsin Kürdəmir rayonu, Karrar kəndi ərazisində onu döyərək 50 manat pulunu aldığını, daha sonra onunla zorla cinsi əlaqədə olduğunu bildirmişdir.(cild 1, i.v.89-91) -“şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən ifadəsində göstərilənləri bir daha təsdiq edərək hadisəni baş vermə ardıcıllığı ilə əyani şəkildə təsvir etmişdir.(cild 1, i.v.102-108) -Zərərçəkmiş şəxs3 tərəfindən Kürdəmir RPŞ-nə ünvanlanmış 18 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, 18 iyul 2024-cü il tarixdə gecə saat 01 radələrində yaşadığı binanın həyətində saxladığı “Vaz-2101” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili naməlum şəxslər qaçırılmışdır. Avtomobilini qaçıran şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir.(cild 1, i.v.112) -“cinayət işinin tövsif edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 181.1-ci maddəsindən həmin Məcəllənin 149.1, 181.1 və 185.1-ci maddəsinə tövsif edilmiş və cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Kürdəmir rayon prokurorluğuna göndərilmişdir.(cild 1, i.v.141-142) -“birgə istintaq qrupunun yaradılması haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X3 və Kürdəmir RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 ibarət birgə istintaq qrupu yaradılmış, istintaq qrupuna rəhbərlik Emin İsmayılzadəyə həvalə edilmişdir.(cild 1, i.v.147-148) -“üzləşdirmə aparmaq haqqında” 20 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə aparılmış üzləşmə zamanı onun üzünə bir daha deməklə təsdiq etmişdir.(cild 1, i.v.151-155) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.157-158) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 149.1, 181.1 və 185.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş və Kürdəmir Rayon Məhkəməsinin 21 iyul 2024-cü il tarixli, 4(041)-57/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.170-171, 197-212) -“cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, X2 Göyçay RPŞ-nə “Vaz-21074” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı maşının 17 iyul 2024-cü il tarixdə saat 20-21 radələrində yaşadığı evin qarşısından naməlum şəxs və ya şəxslər tərəfindən qaçırlmasına dair müraciəti ilə əlaqədar toplanmış material üzrə Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 2,i.v.4-23) -“şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 19 iyul 2024-cü ildə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 2,i.v.45) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(cild 2, i.v.57-58) -“təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 19 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(cild 2, i.v.67-68) -“cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Kürdəmir rayon prokurorluğunda istintaqı aparılan, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 149.1, 181.1 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Baş Prokurorluq vasitəsilə aidiyyəti üzrə Kürdəmir rayon prokurorluğuna göndərilmişdir.(cild 2, i.v.86-87) -“cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 149.1, 181.1 və 185.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. (cild 2,i.v.92-93) -“məhkəmə-tibbi ekspertizası”nın 16 avqust 2024-cü il tarixli, 299 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər-sağ bazunun orta 1/3-nin tış səthində cızıq, sağ dirsəkdə və sol budun orta 1/3-nin iç səthində qançır – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 17 iyul 2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 uşaqlıq yolundan götürülmüş yaxmada tək-tək spermatozoidlər aşkar olunmuşdur ki, bu da onun müayinədən az əvvəl cinsi əlaqədə olmasını sübut edən əlamətlərdən hesab oluna bilər. Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı. Arxa keçəcək dəliyi nahiyəsində qıfşəkilli genişlənmə və büküşlərin hamarlanmasının olmaması, arxa keçəcək dəliyi nahiyəsində və düz bağırsağın selikli qişasında zədələrin aşkar olunmaması və sair bunu sübut edən əlamətlər hesab oluna bilər.(cild 2,i.v.95-97) -“məhkəmə-tibbi ekspertizası”nın 16 avqust 2024-cü il tarixli, 304 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər- burunun üst hissəsində, sağ saidin arxa səthində və sol dizdə sıyrıqlar-küt əşya təsirindən törənmiş, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı erektil funksiyanın pozulması əlamətləri müəyyən olunmadı. Obyektiv müayinənin nəticələri, müayinə olunanın gənc yaşın olması, anamnezində üzücü xəstəliklərin olmaması və s. bunu sübut edən əlamətlərdən hesab olunur.(cild 2,i.v.98-99) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 2,i.v.121-122) -Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli, 03 nömrəli ziyan aktından görünür ki, “Vaz-21074” markalı, **-OK- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1145 manat məbləğdə maddi ziyan dəymişdir.(cild 2,i.v.143) -“məhkəmə lifli-materialların kriminalistik ekspertizası”nın 23 avqust 2024-cü il tarixli 6/3794 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzrəindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur.(cild 2,i.v.155-158) -“məhkəmə-bioloji ekspertizası”nın 03 sentyabr 2024-cü il tarixli, 494/2024-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – Abeta (H)/İİ/. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim olunan portalından çıxarışın kserosurətinə əsasən qan qrupu-O/İ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus trusik, don və alt yubka, Təqsirləndirilən şəxs məxsus şalvar və trusik sperma aşkar olundu. Bu spermanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu sperma ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs1 məxsus trusik üzərində həmçinin sperma qarışmış qan ləkələri də aşkar olundu. Bu ləkələrin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. “H” antigeni Zərərçəkmiş şəxs1 qrupunu xarakterizə etdiyindən ləkələrdə alınması onun qanı və ifrazatı hesabına, həmçinin hissəvi olaraq sperma hesabına alına bilər. “A” antigeni isə ona məxsus olmadığından onun alınması sperma hesabına yarana bilər. Bu halda ləkələrdə Zərərçəkmiş şəxs1 qanı, ifrazatı və Təqsirləndirilən şəxs spermasının olması inkar edilmir. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus kofta üzərində spermaya və qana şübhəli ləkələr, alt yubka və don üzərində qana şübhəli ləkələr, Təqsirləndirilən şəxs məxsus köynək üzərində spermaya və qana şübhəli ləkələr, trusik və şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı.(cild 2,i.v.160-167) -kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 08 oktyabr 2024-cü il tarixli, 732 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə-psixiatrik: Təqsirləndirilən şəxs yüngül ifadəli dissosiativ konversion pozuntu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F44.7 xəstəliyə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda Yüngül ifadəli dissosiativ konversion pozuntu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F44.7 xəstəliyi keçirməsinə baxmayaraq onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji: Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır.(cild 2,i.v.216-218) -“sübutların qiymətləndirilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 149.1, 181.1 və 185.1-ci maddələrindən həmin Məcəllənin 149.1, 181.1 və 185.2.2-ci maddələrinə tövsif edilmişdir.(cild 3,i.v.2-19) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 149.1, 181.1 və 185.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir.(cild 3,i.v.21-22) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 149.1, 181.1 və 185.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 qarşı quldurluq etməməsi və onu zorlamaması barədə dedikləri hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə Cinayət Məcəlləsinin 149.1 və 181.1-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində etiraf etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir. Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi).Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Landvreugd Hollandiyaya qarşı və Brumaresku Rumıniyaya qarşı” iş qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 149.1, 181.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayətprosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilən 21 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 27 may 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmə cəzasına məhkum olunmuş və 01 fevral 2016-cı ildə cəzanın sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2021-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarı ilə 6 (altı) ay 12 (on iki) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 2, i.v. 177-179) -İsmayıllı rayonu İcra Hakimiyyəti Başçısının Quşencə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu, Quşencə kəndində ailə üzvüləri ilə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 2, i.v.153-154) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Delkourt Belçikaya qarşı, Piersack Belçikaya qarşı və X12rşı” işlər üzrə qərarlarında ədalətin bərpasını “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir” kimi ifadə etmişdir. Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməli və təyin edilmiş cəzanı çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli şübhəli şəxs kimi tutulduğu 19 iyul 2024-cü il tarixdən hesablanmalı, Kürdəmir Rayon Məhkəməsinin 21 iyul 2024-cü il tarixli, 4(041)-57/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Kürdəmir Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 əynində olmuş 1 (bir) ədəd don, 1 (bir) ədəd yupka, 1 (bir) ədəd qısaqol köynək və 1 (bir) ədəd alt paltarı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd alt paltarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 89 (səksən doqquz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət- Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1, 181.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təsin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 19 iyul 2024-cü il tarixdən hesablansın. Kürdəmir Rayon Məhkəməsinin 21 iyul 2024-cü il tarixli, 4(041)-57/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Kürdəmir Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 əynində olmuş 1 (bir) ədəd don, 1 (bir) ədəd yupka, 1 (bir) ədəd qısaqol köynək və 1 (bir) ədəd alt paltarı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd alt paltarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-762/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-762/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver