Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-763/2023 15.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1965-ci ildə Neftçala rayonunun Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Neftçala rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının ortalarında yaşadığı Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisindəki evinin həyətyanı sahəsində, böyürtkən kollarının arasındakı ərazidə 1090 ədəd, külli miqdarda, əkib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək, onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, həmçinin 2023-cü ilin may ayının ortalarında həmin çətənə (kannabis) bitkilərindən satış məqsədi ilə qanunsuz olaraq yığaraq çətənə (kannabis) bitkilərini qurutmaqla 7150 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı evin birinci mərtəbəsindəki otaqda döşəmənin üzərində sərilmiş vəziyyətdə saxlamışdır. 30 may 2023-cü il tarixdə saat 18 radələrində Neftçala Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisindəki evinin həyətyanı sahəsinə baxış keçirilən zaman orada yaş vəziyyətdə 1090 ədəd, külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri və yaşadığı evdə həmin çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış, satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evin birinci mərtəbəsindəki otaqda döşəmənin üzərində sərilmiş vəziyyətdə saxladığı 7150 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir narkotik vasitə istifadəçisidir. 2023-cü ilin aprel ayının ortalarında özünə olan çətənə toxumlarını yaşadığı evin həyətyanı sahəsində 4 müxtəlif yerdə, sıx keçilməz böyürtkən kollarını təmizləyib orada əkmişdir. Əkdiyi çətənə toxumlarına və çoxsaylı cücərtilərə mütəmadi olaraq qulluq etmişdir. Bitkiləri sulamış və çətənələr inkişaf etdikcə də dibini yumşaldıb peyin vermişdir. Həmin bitkilərin hissələrini qırmaqla qurudtmuş və evinin birinci mərtəbəsində olan otaqda döşəmə üzərinə sərib saxlamışdır. Məqsədi qurudulmuş çətənə bitkisi hissələrindən ətir istehsal eğmək olmuşdur. 30 may 2023-cü il tarixdə saat 18 radələrində evində olduğu vaxt polis işçiləri yaşadığı ünvana gəlib, onun həyətində qanunsuz narkotik tərkibli bitki əkməsi və evində narkotik tərkibli qurudulmuş bitki kütləsi saxlaması barədə məlumatları olduqlarını bildirmişlər. O, həyətyanı sahəsində qanunsuz əkib becərdiyi çətənə bitkilərini təqdim etmiş və baxış zamanı 1090 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Çətənə bitkiləri 2 ədəd ağ rəngli polietilen torbalara qoyulub götürülmüşdür. Bundan sonra yaşadığı evin birinci mərtəbəsindəki otaqda döşəmə üzərində üzəri açıq vəziyyətdə saxladığı qurudulmuş marixuananı da polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi qurudulmuş marixuananı 2023-cü il may ayının ortalarında həyətyanı sahəsində əkib-becərdiyi çətənə kollarının üstündən yetişdikcə dərib-qırıb yığaraq saxlamışdır. Qurudulmuş marixuana çəkilmiş, 1750 qram olmuşdur. Bu barədə protokol tərtib olunmuş, marixuana qara rəngli polietilen torbaya qoyulub götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Neftçala Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 may 2023-cü il tarixdə saat 18 radələrində Neftçala rayonu Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməsi, qurudulmuş marixuananı əldə edib satış məqsədilə saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri həyata keçirilməklə əməliyyat qrupunun üzvlərinin və müdafiəçinin iştirakları ilə, videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisindəki evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilməsində Təqsirləndirilən şəxs özü də iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs böyürtkən kollarının arasında 1090 ədəd çətənə yəni, kannabis bitkilərini əkib becərməsi müəyyən edilmişdir. Köküstə olan həmin yaşıl çətənə bitkiləri çıxarılıb, qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin otağında 7 kiloqram 800 qram çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, onları 2023-cü ilin aprel ayının ortalarında öz şəxsi istifadəsi üçün əkməklə yetişdirib böyütdüyünü və aşkar olunaraq götürülmüş 7 kiloqram 800 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı da həmin çətənə bitkilərini qurudaraq əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqdında şahid qismində dindirilən Şahid3, eləcə də şahidlər Şahid5 və Şahid4 ibtidai istintaqda verdikləri və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadələrində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişlər. Baxış keçirilməsi barədə 30 may 2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən evinin həyətyanı sahəsində sıx böyürtkən kollarının arasında şumlanmış sahədə cərgə ilə cəmi 1090 ədəd çətənə bitkilərinin əkilməklə becərilməsi, diblərinin yumuşaldılması və suvarılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini bir ay yarım əvvəl əkdiyini, qulluq edib becərdiyini, məqsədinin həmin bitkilərdən öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki otaqda döşəmə üzərinə sərmiş olduğu, qurudulmuş bitki kütləsini təqdim edərək həmin kütlənin qurudulmuş marixuana olduğunu, yetişdirdiyi bitkilərin hissələrindən qurudub düzəltdiyini bildirmişdir. Həmin bitki küitləsinin çəkisi 7 kq 800 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 31 may 2023-cü il tarixli, 18/572 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, 1 ədəd politilen torbada təmiz çəkisi-7150 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs həyətində” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torba bağlamada cəmi 1050 ədəd yaş vəziyyətdə ümumi çəkisi-38700,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs həyətində” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada cəmi 40 ədəd yaş vəziyyətdə ümumi çəkisi-400 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş bitkilər tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş cəmi 1090 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Həmin marixuana təqdim olunmuş bitkilərdən əldə oluna bilər. Məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2023-cü il tarixli, 4255 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən və məhkəmə hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmiş, məhkumluğu ödənilməmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yerindən müsbət xarakterizə olunur. Neftçala Rayon Mərkəzi Xəstəxanasının 8 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinka şöbəsində 2020-ci ildən narkoloji dispanser qeydiyyatındadır. Əsəb-ruhi və nevroloji dispanser qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini yaşadığı evin həyətyanı sahəsində əkməklə külli miqdarda kultitvasiya etməsi və həmin bitkilərin hissələrindən qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuananı əldə edərək yaşadığı evdə saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMnin 237.2.3 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə toksikomaniya xəstəliyindən məcburi müalicə olunmalıdır. Narkoloji xəstəliklə bağlı ərazi üzrə xəstəxananın poliklinka şöbəsində qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 7149,9 qram narkotik vasitə qurudulmuş marixuana və 1090 ədəd çətənə bitkiləri məhv edilməli, videoçəkiliş barədə 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və narkoloji xəstəliklə bağlı ərazi üzrə xəstəxananın poliklinka şöbəsində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 7149,9 qram narkotik vasitə qurudulmuş marixuana və 1090 ədəd çətənə bitkiləri məhv edilsin, videoçəkiliş barədə 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Hökmdən elan olunduğu (X2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-763/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-763/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver