Məhkəmə qərarları › İş №1(099)-763/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-763/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-763/2024 27.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1977-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla yaşamış, 28 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli, 4(056)- 106/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının sonlarında Sabirabad rayonu Ulacalı kəndində, yaşadığı evin həyətyanı sahəsində və onunla qonşuluqda yaşayan qardaşı Şahid1 evinin həyətyanı sahəsində torpağı şumlayıb əkinə yararlı hala gətirməklə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisinin toxumlarını əkib, onlara aqrotexniki qaydada qulluq etməklə öz evinin həyətyanı sahəsində ümumi çəkisi 42000,0 qram olan 128 ədəd, qardaşı Şahid1 məxsus evin həyətyanı sahəsində isə ümumi çəkisi 30100,0 qram olan 39 ədəd, ümumilikdə külli miqdarda, yəni ümumi çəkisi 72100,0 qram olan 167 ədəd çətənə (kannabis) bitkisini yetişdirmiş, 2024-cü ilin iyun ayının əvvəllərində həmin narkotik tərkibli çətənə bitkilərindən toplayıb qurutmaqla qanunsuz olaraq satış məqsədi ilə 4094,37 qram çəkidə, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitənin 64,37 qram təmiz çəkidə olan hissəsini yaşadığı evin zirzəmisində 01 ədəd poletilen torbada, 4030,0 qram təmiz çəkidə olan hissəsini isə qardaşı Şahid1 məxsus evin həyətində 01 ədəd sintetik torbada saxlamış, 28 iyun 2024cü il tarixdə saat 19:45 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədəki bağçadan 128 ədəd yaş vəziyyətdə ümumi çəkisi 42000,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin zirzəmisindən 01 ədəd polietilen torbada təmiz çəkisi 64,37 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 19:50 dəqiqədə qardaşı Şahid1 məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman isə 39 ədəd yaş vəziyyətdə ümumi çəkisi 30100,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də həmin çətənə (kannabis) bitkilərinin yanında 01 ədəd sintetik torbada təmiz çəkisi 4030,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək demişdir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. 2024-cü ilin əvvəllərində yaşadığı Sabirabad rayonu, Ulacalı kəndində yolda piyada hərəkət edərkən yerdən bir ədəd bükülmüş vəziyyətdə salfet tapmışdır. Həmin salfeti götürüb içərisinə baxdıqda içərisində çox sayda narkotik tərkibli çətənə bitkilərinin toxumları olduğunu görmüş və götürmüşdür. Onunla qonşuluqda Şahid1 adında qardaşı da yaşayır. Dilavər 10 aprel 2024-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Dilavər Rusiya Federasiyasında olduğu müddətdə öz evi ilə yanaşı Dilavərin də evinə nəzarət etmişdir. 2024-cü ilin aprel ayının sonlarında dəqiq xatırlamadığı tarixdə yaşadığı evdə gizlətdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını, əvvəlcə öz evinin bağ hissəsində səpələnmiş vəziyyətdə, daha sonra isə qardaşı Dilavərin evinin həyətyanı sahəsinin bağ hissəsində torpaqda əkmişdir. Mütəmadi olaraq bitkilərə peyin verməklə, onları suvarıb diblərini təmizləməklə qulluq etmişdir. Əkdiyi toxumlardan öz evinin həyətində 128 ədəd çətənə bitkisi, Dilavərin evinin həyətində isə 39 ədəd çətənə bitkisi yetişmişdir. Dilavər 2024-cü ilin iyun ayının əvvəllərində ölkə xaricindən yaşadığı Sabirabad rayonu Ulacalı kəndinə gəlmişdir. Dilavər kəndə gəldikdən sonra, evinin həyətyanı sahəsində çətənə bitkilərinin əkildiyini görəcəyi üçün, onunla özü təklikdə söhbət edib evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini demişdir. Dilavər həmin zaman ona əsəbləşib həm özünü, həm də onu pis vəziyyətdə qoyduğunu, hər ikisinin problemlə üzləşəcəyini demişdir. Bitkilər yetişdikdən sonra özünə məxsus evin, həmçinin qardaşına məxsus evin bağçasındakı çətənə bitkilərinin yarpaqlarından yığıb saxlamışdır. 28 iyun 2024-cü il tarixdə yaşadığı evdə olarkən Sabirabad RPŞ-nin əməkdaşları onun və Dilavərin yaşadığı ünvana gəlmişlər, həm onun, həm də Dilavərin evinin həyətyanı sahələrinin bağ hissələrindəki onun tərəfindən torpaqda əkilmiş narkotik tərkibli bitkilər və həmin bitkilərin yarpaqlarından qurudulmuş kütlələri aşkar edərək götürmüşlər və həm onu, həm də Dilavəri saxlayaraq RPŞ-yə aparmışlar. Dilavərin tutulduğunu bildiyi andan onun evinin həyətindəki narkotik tərkibli bitki və kütlələrin özünə aid olmasını bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu döyməmişlər, ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verməmişlər. Dilavərin evinin həyətindən aşkar olunmuş 4030,0 qram çəkidə 01 ədəd sintetik torbada olan narkotik vasitə qrudulmuş marixuana ona məxsus olmamışdır. Onun kim tərəfindən ora qoyulmasını bilməmişdir. Ancaq həmin 4030,0 qram çəkidə 01 ədəd sintetik torbada olan narkotik vasitə qrudulmuş marixuana oradan aşkar olunmuşdur. Yaşadığı evin zirzəmisindən aşkar olunmuş 64,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuşdur. İbtidai istintaq zamanı Dilavərin evinin həyətindən aşkar olunmuş 4030,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasına dair etirafedici ifadə verməsinin hər hansı səbəbi olmamışdır. Həmin vaxtı onsuzda tutulduğu və həbs olunacağını bildiyi üçün qəbul etmişdir. 4030,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasına dair polis əməkdaşları tərəfindən ona hər hansı bir söz deyilməmişdir. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə satış məqsədi olmamış, narkotik vasitə tərkibli bitkiləri əkməkdə və toplamaqda məqsədi özü istifadə etmək olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində bildirmişdir ki, 28 iyun 2024-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsi və narkotik vasitə saxlaması barədə Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid9 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Fərid Cəfərzadə, Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid5, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid6 və ondan ibarət olması təsdiqlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı Ulacalı kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb müstəntiqə təqdim etmişdir. Hal şahidlərinin, aqronom mütəxəssisin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisində gizlətdiyi 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə yerləşən bağçadan 128 ədəd çətənə bitkisi aşkar edilmişdir. Dəvət edilmiş aqronom isə bitkilərə baxıb, qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini, heç bir satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş 128 ədəd çətənə bitkiləri müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Dindirilmiş Şahid8 ifadəsində Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir Dindirilmiş şahid Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid9 ifadəsində bildirmişdir ki, 28 iyun 2024-cü il tarixdə Sabirabad rayonu Ulacalı kənd sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi və narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Şahid1 yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxışda iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Araz Fərəcov, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid10, Sabirabad RPŞ-nin MSY-nin KH-nin konvoyu Şahid11 və ondan ibarət olması təsdiqlənmişdir. Şahid1 yaşadığı Ulacalı kəndində yerləşən evinə getmişlər. Şahid1 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb müstəntiqə təqdim etmişdir. Hal şahidlərinin, aqronom mütəxəssisin, polis əməkdaşlarının və Şahid1 iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman həyətdə yerləşən bağçadan 39 ədəd çətənə bitkisi və həmin çətənə bitkilərinin yanında 01 ədəd sintetik kisədə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Dəvət edilmiş aqronom isə bitkilərə baxıb, qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş 39 ədəd çətənə bitkiləri müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Dindirilmiş Şahid10 ifadəsində Şahid9 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, 28 iyun 2024-cü il tarixdə Sabirabad rayonu Ulacalı kəndində olarkən rayon polis şöbəsinin əməkdaşları Şahid1 həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Şahid1 yaşadığı evin həyətinə getmişlər. Polis əməkdaşları Şahid1 həyətində narkotik tərkibli çətənə bitkiləri əkməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onların da hal şahidi qismində iştirak edəcəklərini izah etmişlər. Şahid1 həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Şahid1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə yerləşən bağçadan 39 ədəd çətənə bitkisi və həmin çətənə bitkilərinin yanında 01 ədəd sintetik kisədə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Dəvət edilmiş aqronom isə bitkilərə baxıb, qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Dindirilmiş Şahid13 ifadəsində Şahid12 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Ulacalı kəndində yerləşən evinin həyətinə baxış keçirilən zaman, həyətyanı sahədəki bağçadan 128 ədəd yaş vəziyyətdə ümumi çəkisi 42000,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və yaşadığı evin zirzəmisindən 01 ədəd polietilen torbada təmiz çəkisi 64,37 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır. (cild İ, i.v.1-7) -«baxış keçirilməsi və götürmə aparılması barədə» 28 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Ulacalı kəndində yerləşən evinə və evin həyətinə baxış keçirilən zaman oradan 128 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki nümunələri və evin zirzəmisindən 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş. (cild İ, i.v.16- 29) -X2 Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin aqronomu X9 tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilən zaman həyətdə yerləşən bağçadan 128 ədəd çətənə bitkisi aşkar edilmişdir. Aşkar edilmiş çətənə bitkilərinə aqronotexniki qaydada qulluq olunması müəyyən edilmişdir.( cild İ, i.v.30) -«şübhəli şəxsin tutulması haqqında» 28 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:55-də şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v.40) -«məhkəmə-bioloji ekspertizası»nın 29 iyun 2024-cü il tarixli, 3-16-16/2-18/626 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: «…Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən..» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbada təmiz çəkisi-64,37 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərlərindəki ağ kağızlarda: «...Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən.. » sözləri yazılmış və imzalar olan 7 ədəd sintetik torbada 128 ədəd yaş vəziyyətdə ümumi çəkisi-42000,0 qram (42kq) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş 128 ədəd çətənə bitkisi və qurudulmuş marixuana tərkiblərinə görə eynidir.( cild İ, i.v.55-59) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli, 4(056)-106/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v.66-67; i.v.81-83) -«maddi sübut kimi tanıma haqqında» 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, 28 iyun 2024-cü il tarixli protokolla götürülüb qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41998,9 qram olan 128 ədəd çətənə bitkiləri, eləcə də ekspertiza tədqiqatından sonra qalıq çəkisi 64,32 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.( cild İ, i.v.84-85) -Sabirabad Rayon Məhkəməsinin «əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında» 02 iyul 2024-cü il tarixli, 5(056)- 171/2024 nömrəli qərarından görünür ki, Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 28 iyun 2024-cü il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyta keçirilməsi» haqqında qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış və zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi «Əməliyyataxtarış fəaliyyəti haqqında» Qanuna və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmiş hesab edilmişdir.( cild İ, i.v.88-91) -«cinayət işinin bir icraatda birləşdirilməsi haqqında» 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilməklə istintaq aparılmışdır.( cild İ, i.v.123-124) -«baxış keçirilməsi və götürmə aparılması haqqında» 28 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 yaşadığı Sabirabad rayonu, Ulacalı kəndində yerləşən evinə və evin həyətinə baxış keçirən zaman həyətyanı sahədəki bağçadan 39 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki nümunələri və həmin bitkilərin yanında yerdə olan 01 ədəd sintetik kisədə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (cild İ i.v.141-153) -X2 Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin aqronomu X6 tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şahid1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətindən 39 ədəd sayda çətənə bitkisi kolları aşkar edilmişdir. Aşkar edilmiş çətənə bitkilərinə aqronotexniki qaydada qulluq olunması müəyyən edilmişdir.(cild İ, i.v.54) -«məhkəmə-bioloji ekspertizası»nın 29 iyun 2024-cü il tarixli, 3-16-16/2-18/627 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «...Şahid1 yaşadığı evin həyətyanı sahəsindən.. » sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada təmiz çəkisi-4030,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərlərindəki ağ kağızlarda: «...Şahid1 yaşadığı evin həyətyanı sahəsindən.. » sözləri yazılmış və imzalar olan 4 ədəd sintetik torbada cəmi 39 ədəd yaş vəziyyətdə ümumi çəkisi–30100,0 qram (30,1kq) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş 39 ədəd çətənə bitkisi və qurudulmuş marixuana tərkiblərinə görə eynidir. (cild 1, i.v.177-181) -«maddi sübut kimi tanıma haqqında» 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, 28 iyun 2024-cü il tarixli protokolla götürülüb qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30099,0 qram olan 39 ədəd çətənə bitkiləri, eləcə də ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4029,9 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(cild İ, i.v.217-218) -Sabirabad Rayon Məhkəməsinin «əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərarın yoxlanılması haqqında» 01 iyul 2024-cü il tarixli, 5(056)-170/2024 nömrəli qərarından görünür ki, Şahid1ulla oğlunun yaşadığı evə və həyətyanı sahəsinə baxış və zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar Sabirabad RPŞ-nin NMQnun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid9r oğlunun 28 iyun 2024-cü il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi» haqqında qərarı qanuni hesab edilmişdir.( cild İ, i.v.227-228) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(cild İİ, i.v.31-32) -«cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrindən, həmin Məcəllənin 234.4.3 və 237.2.3-cü maddələrinə tövsif edilmişdir.(cild İİ, i.v.78-79) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə» 11 oktyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Əsəsdulla oğlunun ifadəsi yerində yoxlanılan zaman o, 2024-cü ilin aprel ayının sonlarında yaşadığı evin həyətyanı sahəsindəki bağçada 128 ədəd çətənə bitkisini və qardaşı Şahid1 məxsus evin həyətyanı sahəsində 39 ədəd çətənə bitkisini əkdiyi yerləri, eləcə də həmin bitkilərdən toplayıb hazırlamaqla əldə etdiyi narkotik vasitə qurudulmuş marixunanı öz evinin zirzəmisində və qardaşı Şahid1 evinin həyətində saxladığı yerləri əyani şəkildə göstərməklə, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild İİ, i.v.97- 99) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 11 oktyabr 2024-cü il tarixli, 6788 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild İİ, i.v.123-124) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qardaşı Dilavərin evinin həyətindən aşkar olunmuş 4030,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olması və narkotik vasitə qrudulmuş marixuanaya münasibətdə satış məqsədinin olmamasına dair göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, öz evinin həyətində və qardaşı Dilavərin yaşadığı evin həyətindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərini 2024-cü ilin aprel ayının sonlarında əkmiş, bir ədəd sintetik kisədə olan qurudulmuş marixuananı isə həmin bitkilərin yarpaqlarını 2024-cü ilin iyun ayının əvvəllərində qurutmaqla əldə etmişdir. Qurutduğu narkotik vasitənin bir hissəsini, yəni 64,37 qram çəkidə bir ədəd sellofan torbada öz evinin zirzəmisində, digər hissəsini 4030,0 qram çəkidə 01 ədəd sintetik torbada Dilavərin evinin həyətində saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həm ibtidai həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi «etirafedici» ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin Dilavərin evinin həyətindən aşkar olunmuş 4030,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olması və narkotik vasitə qrudulmuş marixuanaya münasibətdə satış məqsədinin olmamasına münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi, hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə” protokollar, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar ekspert tədqiqatından sonra qalıq çəkisi 72097,9 qram olan 167 ədəd narkotik tərkibli çətənə bitkisi və 4094,22 qram narkotik vasitə qurudulmuş marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 11 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild İ, i.v.92) -Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyul 2024-cü il tarixli, 5-70-35/2-767/2024 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə üzvləri arvadı-1979-cu il təvəllüdlü X4, qızları-2005-ci il təvəllüdlü Badam Əliyeva, 2008-ci il təvəllüdlü Şəbnəm Əliyeva və oğlu-2010-cu il təvəllüdlü Əsədulla Əlizadədən ibarətdir, yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır.(i.v.93-94) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 28 iyun 2024-cü il tarixdən hesablanmalı və Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2024cü il tarixli, 4(056)-106/2023 nömrəli qərar ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, «ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 72097,9 qram olan 167 ədəd narkotik tərkibli çətənə bitkisi və 4094,22 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 28 iyun 2024-cü il tarixdən hesablansın. Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli, 4(056)-106/2024 nömrəli qərar ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 72097,9 qram olan 167 ədəd narkotik tərkibli çətənə bitkisi və 4094,22 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar