Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-764/2023 28.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1992-ci ildə Lerik rayonunun Piran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lerik rayonunun Piran kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə, 01 avqust 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonunun Səpnəkəran kəndində qeydiyyatda olmaqla rayonun Bala Şürük kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatətinə və cinayət işinin materiallarına məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Həmin cinayət işi üzrə ibtidai istintaq Lerik RPŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən aparılaraq tamamlanmış, cinayət işi üzrə ittiham aktı 12 sentyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lerik rayon prokuroru, baş ədliyyə müşaviri Akif Rzayev tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 15 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 28 sentyabr 2023-cü il tarixə təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Məhkəməyədək icraat mərhələsində ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 10 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Lənkəran rayonunun Bala Şürük kəndi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs2 evində sonuncudan külli miqdarda 2,901 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 iyun 2023-cü il tarixdə, saat 14:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu Lənkəran-Lerik avtomobil yolunun 20-ci km-də, Lerik rayonunun Piran kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq Lerik RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarının sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunda 02 ədəd kağız bükümdə içərisində ayrıayrılıqda təmiz çəkiləri 1,116 qram və 1,785 qram olmaqla ümumilikdə çəkisi 2,901 qram xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə eyni olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, 116,192 qram çəkidə narkotik vasitə tiryəki, tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda, 360,004 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda, 98,979 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini satış məqsədi ilə qanunsuz əldə edərək psixotrop maddə metamfetamindən xarici görünüşlərinə və komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,116 qram və 1,785 qram olmaqla ümumilikdə çəkisi 2,901 qram olan psixotrop maddə metamfetamini 10 iyun 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı evdə Lerik rayonunun Piran kənd sakini Təqsirləndirilən şəxs1 satmış, həmin gün, yəni 10 iyun 2023-cü il tarixdə yaşadığı evdə axtarış aparılarkən evin zirzəmisində olan dəmir vedrənin içərisində bir ədəd sellofan torbada içərisində bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 107,219 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, iki ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,368 qram və 354,636 qram olmaqla ümumi təmiz çəkisi 360,004 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 96,078 qram çəkidə ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin, bundan əlavə idarə etdiyi Moskviç 2141 markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfdə yerləşən qapısının içərisində bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,973 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işi öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Yol verilmiş prosessual pozuntularla bağlı Dövlət ittihamçısı vəsatət qaldıraraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-1-ci, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Lerik RPŞ-nin İstintaq qrupunun müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Dövlət ittihamçısı vəsatətini belə əsaslandırmışdı ki, həmin cinayət işi fakta görə Lerik Rayon Polis Şöbəsində CM-in 234.1-1 və 234.4.3-cü maddələri ilə 11 iyun 2023-cü il tarixdə başlanmışdır. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 oğlu CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 12 iyun 2023cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və məhkəmənin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 12 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 oğlu CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və məhkəmənin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-ci il tarixində iş üzrə ittiham aktı Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilmiş, işin hazırlıq iclası xx.xx.2023-ci il tarixə təyin edilmişdir. Həmin cinayət işinin materialları məhkəmənin hazırlıq iclası keçirilənədək tərəfindən öyrənilən zaman cinayət işi üzrə ibtidai istintaqın kobud pozuntulara yol verilməklə aparılması müəyyən edilmişdir. İstintaq materiallarında görünür ki, Lerik RPŞnin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2023-cü il tarixli raportla Lerik RPŞ-nin rəisinə müraciət edərək həmin tarixdə Lerik rayonunun Piran kənd sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmasını bildirmişdir. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs1 10 iyun 2023cü il tarixdə, saat 14 radələrində Lerik rayonu Piran kəndinin ərazisində saxlanılaraq şöbəyə gətirilmiş, saat 15-də şübhəli şəxs qismində tutulmuş, saat 15:10-dan saat 15:35dək üzərində aparılan şəxsi axtarış zamanı üzərindən 2 bükümdə ümumi təmiz çəkisi 2,901 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra verdiyi izahatında qeyd olunan metamfetamini 10 iyun 2023-cü il tarixdə Lənkəran rayonunun Balaşürük kənd sakini Pərviz adlı şəxsin evinə gedərək 20 manat pul müqabilində ondan aldığını və Lerik rayonuna geri qayıtdığını bildirdiyindən, Lerik RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı tərəfindən verilmiş vəsatət, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lerik rayon prokuroru tərəfindən Lerik Rayon Məhkəməsinə verilmiş təqdimat əsasında, Lənkəran rayonunun Balaşürük kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı Lənkəran rayonunun Balaşürük kəndində yerləşən evində və həyətyanı tikililərdə axtarış-götürülmə aparılması haqqında qərar qəbul olunmuşdur. Qeyd olunan qərar əsasında 10 iyun 2023-cü il tarixdə saat 18:15-dən saat 19:00-dək Təqsirləndirilən şəxs2 Lənkəran rayonunun Balaşürük kəndində yerləşən evində axtarış aparılmış və evin zirzəmisindən bir bükümdə 107,219 qram tiryək, iki bükümdə ümumi təmiz çəkisi 360,004 qram heroin və bir bükümdə 96,078 qram metamfetamin, bundan əlavə idarə etdiyi Moskviç 2141 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfdə yerləşən qapısının içərisində bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,973 qram tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamın məzmunundan görünür ki, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, ittihamın məzmununda külli miqdarda narkotik vasitənin daşınması və saxlanılması kimi dispozitiv tərkib əlamətləri öz əksini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın məzmununda onun 2,901 qram metamfetamini faktiki olaraq harada yerləşən evdə və hansı məbləğdə pul vəsaiti müqabilində satması (istintaq materialları ilə müəyyən edilmişdir ki, Lənkəran rayonunun Balaşürük kəndində yerləşən yaşadığı evdə 20 manat pul müqabildə satmışdır), yəni cinayətin törədildiyi yer, o cümlədən 107,219 qram tiryək, 360,004 qram heroin, 96,078 qram metamfetamin və 8,973 qram tiryəkin harada yerləşən evdən və saat neçədə aşkar olunması (istintaq materialları ilə müəyyən edilmişdir ki, Lənkəran rayonunun Balaşürük kəndində yerləşən yaşadığı evdə, saat saat 18:15-dən saat 19:00-dək keçirilən axtarış zamanı aşkarlanmışdır) yəni narkotik vasitələrin və psixotrop maddənin aşkarlandığı yer və vaxt göstərilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-1-ci, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Müdafiə tərəfi qaldırılan vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, cinayət işinə baxılmasına xitam verilməli və məhkəməyədək icraat mərhələsində yol verilmiş prosessual pozuntuların aradan qaldırılması məqsədi ilə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş ittiham aktı aşağıda qeyd edilən hissələrdə cinayət prosessual qanunvericiliyin imperativ tələblərinə uyğun deyil. Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamın məzmunundan görünür ki, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, birincisi ittihamın məzmununda külli miqdarda narkotik vasitənin daşınması və saxlanılması kimi dispozitiv tərkib əlamətləri öz əksini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın məzmununda onun 2,901 qram metamfetamini faktiki olaraq harada yerləşən evdə və hansı məbləğdə pul vəsaiti müqabilində satması (istintaq materialları ilə müəyyən edilmişdir ki, Lənkəran rayonunun Balaşürük kəndində yerləşən yaşadığı evdə 20 manat pul müqabildə satmışdır), yəni cinayətin törədildiyi yer, o cümlədən 107,219 qram tiryək, 360,004 qram heroin, 96,078 qram metamfetamin və 8,973 qram tiryəkin harada yerləşən evdən və saat neçədə aşkar olunması (istintaq materialları ilə müəyyən edilmişdir ki, Lənkəran rayonunun Balaşürük kəndində yerləşən yaşadığı evdə, saat saat 18:15-dən saat 19:00-dək keçirilən axtarış zamanı aşkarlanmışdır) yəni narkotik vasitələrin və psixotrop maddənin aşkarlandığı yer və vaxt göstərilməmişdir. Bununla da ittiham aktında cinaytin törədildiyi yer və vaxt qeyri müəyyən olaraq qalmışdır. İbtidai istintaqı həyata keçirən müstəntiq isə qeyd edilən məsələ ilə bağlı qeyri-müəyyənlikləri aradan qaldırmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılma müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2ci maddələrinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Azərbaycan Respublikasının CPM-in 223.3.2-ci və 223.4-cü maddələrinə görə cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Həmin Məcəllənin 289.3.1 və 289.3.2-ci maddələrinə görə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar və təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmçinin həmin Məcəllənin 289.4-cü maddəsinə görə cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri ittiham aktının nəticəvi hissəsində əks etdirilməlidir. Yuxarıda qeyd edilən hallar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2, 289.3.1 və 289.4-cü maddələrinin tələblərinin kobud pozulmasıdır. Bununla da, istintaq orqanı tərəfindən yol verilmiş yuxarıda qeyd edilən pozuntular səbəbindən Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmunu aydın olmamaqla həmin hal onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət, yəni cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299-cu maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il tarixli 14 sentyabr tarixli qərarna əsasən məhkəmənin hazırlıq iclasının əhəmiyyəti ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti 10 oktyabr 2023-cü il tarixdə bitir. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri 1 (bir) ay müddətə uzadılmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessul pozuntulara yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmaqla yekunlaşdırmış Lerik RPŞ-nin müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər utaraq məhkəmə, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lerik rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri 1 (bir) ay müddətə, yəni 10 noyabr 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti proses iştirakçılarına göndərilsin. Sədrlik edən: Əli Əliyev Hakimlər: Xamməd Nuriyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-764/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-764/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver