Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-765/2023 05.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs qanuni nümayəndəsi-oğlu Qanuni nümayəndə iştirakı ilə xx xxxxxx 1972-ci ildə Sabirabad rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən çətənə (kannabis) bitkisinin toxumlarını əldə etmiş və 2023-cü ilin mart ayının sonlarında yaşadığı Sabirabad rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsindəki tərəvəz bitkilərinin arasındakı torpaq sahəsinə həmin toxumları qanunsuz olaraq əkmiş və bu toxumlardan cücərib bitmiş külli miqdarda-101 (bir yüz bir) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Daxil olmuş məlumat əsasında 23 may 2023-cü il tarixdə, saat 13 radələrində Sabirabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonunun Yenikənd kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı külli miqdarda-101 (bir yüz bir) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Sabirabad rayonun Yenikənd kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olmuş, eyni zamanda hər iki qulaqlarında karlıq olduğuna görə İİİ dərəcə əlildir. O, xeyli müddətdir ki, “nəşə” adlanan marixuanadan istifadə etməyə başlamış, başqa narkotiklərdən istifadə etməmişdir. Əvvəllər marixuanadan istifadə edərkən toxumlarını özündə saxlamışdır ki, sonradan bu toxumları səpib özünün istifadəsi üçün çətənə kolu yetişdirsin. 2023-cü ilin mart ayının sonlarında özündə olan çətənə bitksinin toxumlarını həyətyanı sahədəki tərəvəz bitkilərinin arasındakı torpaq sahəsinə əkmişdir. Bir müddət sonra əkdiyi toxumlardan cücərmiş bitkilərə su verməklə qulluq etmişdir. 23 may 2023-cü il tarixdə, günorta saatlarında bir qrup polis əməkdaşı həyətə gəlib ona həyətyanı sahədə çətənə bitkilərinin əkməsi barədə məlumat daxil olduğunu, yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Sonra polis əməkdaşları özünün, oğlu Asifin və polislə birlikdə gəlmiş başqa şəxslərin (hal şahidləri və aqronom-mütəxəssisin) iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsində tərəvəz bitkilərinin arasında əkdiyi cəmi 101 ədəd çətənə bitkiləri aşkar edilib götürülmüş, sonra sənədləşmə aparılmışdır. Aşkar olunmuş həmin çətənə kollarını özü əkib-yetişdirmişdir. Özünün istifadəsi üçün çətənə bitkiləri əkib-yetişdirməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 23 may 2023-cü il tarixdə ona Sabirabad rayonun Yenikənd kənd sakini X3 yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, həmin gün, günorta saatlarında əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana (Sabirabad rayonun Yenikənd kəndinə) getmiş və baxışda hal şahidi kimi iştirak etmələri üçün Sabirabad rayonun Quruzma kənd icra nümayəndəsinin müavini Şahid5 və həmin nümayəndəliyin işçisi Şahid6, həmçinin baxışda iştirakı üçün bir nəfər aqronom-mütəxəssis Elçin Əhmədov dəvət edilmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evin həyətə daxil olduqdan sonra müstəntiq X8 Baxşiyevə həyətində qanunsuz olaraq çətənə bitkiləri əkibyetişdirməkdə şübhəli olması və həyətinə baxış keçiriləcəyi bildirilmiş, Rizvan da etiraz etməmiş, həm də həyətində çətənə kolları əkdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs eşitməsində problemləri olduğuna görə oğlu Qanuni nümayəndə də baxışda iştiraka dəvət edilmişdir. Sonra polis əməkdaşları tərəfindən hal şahidləri, Təqsirləndirilən şəxs, bir nəfər aqronomun və digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsində 101 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə bitkilərini özünün əkib-yetişdirdiyi bildirmişdir. Sonra aşkar olunmuş 101 ədəd çətənə bitkiləri kökündən çıxarılıb qablaşdırılıb götürülmüş, daha sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonunun Yenikənd kəndində, atası Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində yaşayır. 23 may 2023-cü il tarixdə, günorta saatlarında bir qrup polis əməkdaşları yaşadıqları evin həyətinə gəlib ondan və atasından yaşadığı evin həyətinə baxış keçiriləcəyi bildirilmiş, onlar da etiraz etməmişlər. Sonra atası Təqsirləndirilən şəxs, özünün və digər şəxslərin iştirakı ilə polis əməkdaşları tərəfindən evin həyətinə baxış keçirmişlər. Baxış zamanı evin həyətyanı sahədə tərəvəz bitkilərinin arasında torpağa əkilmiş tanımadığı bitkilər aşkar edilmişdir. Orada polis əməkdaşları soruşarkən atası Təqsirləndirilən şəxs deməsindən sonra bilmişdir ki, aşkar olunan bitkilər çətənə bitkiləridir. Polis əməkdaşları həmin bitkiləri torpaqdan çıxarıb saymış və onların sayı 101 ədəd olmuşdur. Şifahi sorğu zamanı atası Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə bitkilərini istifadəsi üçün əkib-yetişdirdiyini bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Atası Təqsirləndirilən şəxs eşitməsində problemləri olduğundan danışılanları tam eşitmir və bu xəstəliyi ilə bağlı atası 3-cü qrup əlildir. Atası Təqsirləndirilən şəxs “nəşə”dən (marixuanadan) istifadə etməsi, habelə yaşadıqları evin həyətyanı sahəsində çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumatı olmamışdır. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 23 may 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Sabirabad rayonunun Yenikənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 23 may 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə, saat 13 radələrində Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Nurlan Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı, Sabirabad rayonun Yenikənd kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə polis əməkdaşları, Təqsirləndirilən şəxs və oğlu Qanuni nümayəndə, hal şahidləri və aqronommütəxəssis Elçin Əhmədovun iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahədə tərəvəz bitkilərinin arasında olan torpaq sahədə 101 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş cəmi 101 ədəd bitkiləri özünün əkibyetişdirdiyini bildirmişdir. Aşkar edilmiş bitkilər qablaşdırılıb götürülmüşdür. İşdə olan, 23 may 2023-cü il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı, Sabirabad rayonun Yenikənd kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş 101 ədəd bitkilər çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 24 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış ...” sözləri yazılmış və imzalar olan sintetik torbada cəmi 101 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 3500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 25 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra 101 ədəd çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “X6”ndan götürülmüş 05 iyun 2023-cü il tarixli arayışla müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının 24 yanvar 2007-ci il tarixli tibbi qiymətləndirilməsinə əsasən xx xxxxxx 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “iki tərəfli adgeziv xr.otit. İki tərəfli koxlear nevrit. İki tərəfli nevrosensor ağır eşitmə İİİ-İV. Karlıq hər iki qulaqda” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlildir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranana asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlil olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Qanuni nümayəndə ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 101 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 23 may 2023cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qtimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatəti təmin edilməmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığın əvvəli tutulduğu vaxtdan-23 may 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad rayon, Qruzma kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 26 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü nizam-intizamlı aparmış və fərdi təsərrüfatla məşğul olmuşdur) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdən 25 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 25 may 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək qətimkan tədbiri ev dustaqlığında saxlanması müddətləri azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən hesablanmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalında dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 101 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdən 25 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 25 may 2023-cü il tarixdən 05 dekabr 2023cü il tarixədək qətimkan tədbiri ev dustaqlığında saxlanması müddətləri azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 101 (bir yüz bir) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-765/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-765/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver