Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-767/2023 08.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X11 və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun iştirakları ilə, xx xxxx 1955-ci ildə Salyan rayonu, Parça Xalac kəndində anadan olmuş, ailəli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vərəm şöbəsinin şöbə müdiri vəzifəsində işləyən, Salyan rayonu, Parça Xalac kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 311.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs (bundan sonra – TƏBİBin “Salyan RMX” PHŞ) üzrə xx.xx.2021-ci il tarixli, 0001 nömrəli əmrlə həmin publik hüquqi şəxsin Vərəm şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən onunla həmin tarixli bağlanmış əmək müqaviləsinə və Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci i tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan Tibb, Əczaçılıq və digər işçilərin nümunəvi” vəzifə təlimatına əsasən şöbənin (bölmənin) funksiya və vəzifələrinə uyğun olaraq fəaliyyətinə rəhbərlik həyata keçirmək, şöbənin (bölmənin) iş planını işləyib hazırlamaq, onun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, şöbədə (bölmədə) müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək, tibb heyəti və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə yetirmək, şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil edir, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim edir və şöbənin (bölmənin) daxili intizam qaydalarının və əmək normalarının yerinə yetirilməsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi normalarına riayət edilməsinə, cihaz, avadanlıq və mexanizmlərin düzgün texniki istismar edilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni əlillik dərəcəsinin təyin edilməsi üçün stasionar qaydada xəstəxanada müalicə olunması ilə bağlı Şahid1 və sonuncunun qardaşı Şahid2 epikriz verilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid1la 14 mart 2023-cü il tarixdə xəstəxananın Salyan rayonu, Babazanlı qəsəbəsində yerləşən Vərəm şöbəsinin inzibati binasında xidməti otağında görüşləri zamanı xəstəxanada stasionar qaydada müalicə olunmadıqları halda, sonuncu və Şahid2 xəstəxanada 3 ay müddətinə stasionar qaydada müalicə alması və diaqnozlarına uyğun xəstəlik tarixindən çıxarış verilməsinə görə hər şəxs üçün 500 manat olmaqla ümumilikdə maddi nemət olan 1000 (bir min) manat pul vəsaitini Şahid1 özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəyib, sonuncunun razılığını aldıqdan sonra, 17 mart 2023-cü ildə tarixdə Şahid1 xəstəxananın Salyan rayonu, Babazanlı qəsəbəsində yerləşən Vərəm şöbəsinin inzibati binasında xidməti otağında şəxsən özü üçün birbaşa yolla maddi nemət olan 1000 (bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almış, verdiyi vədə əməl etmək niyyətilə cinayətkar əməlini davam etdirərək, xx.xx.2023-cü il tarixdə xəstəxananın Salyan rayonu, Babazanlı qəsəbəsində yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən xəstəlik tarixindən nömrəsiz çıxarışın məzmununa Şahid1 guya 28 mart 2023-cü il tarixdən 28 iyun 2023-ci il tarixədək stasionar qaydada xəstəxanada müalicə olunması, “bronxial astma infeksion allergik forma” xəstəliyindən müalicə alaraq evə yazılması, eyni niyyətlə xx.xx.2023-cü il tarixdə həmin yerdə rəsmi sənəd hesab edilən xəstəlik tarixindən nömrəsiz çıxarışın məzmununa Şahid2 guya 28 mart 2023-cü il tarixdən 05 iyul 2023-ci il tarixədək stasionar qaydada xəstəxanada müalicə olunması, “sağ ağciyərin yuxarı payının infiltirotiv vərəmi” xəstəliyindən müalicə alaraq evə yazılmasına dair bilə-bilə yalan məlumatlar daxil edilib imzalandıqdan sonra həmin çıxarışları şəxsən şöbənin möhürü ilə təsdiq edib, həmin sənədləri 03 avqust 2023-cü il tarixdə Şahid1 təqdim etməklə, vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa vahid tamah niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 03 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 308.1, 311.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, 2021-ci il tarixdə işlədiyi qurumun adı dəyişilərək “Salyan RMX” PHŞ-nin Vərəm şöbəsi adlandırılmışdır. O, həmin şöbənin müdiri vəzifəsində işləmiş, həmin şöbədə ondan başqa həkim çalışmadığı üçün o, həm həkim kimi həm də şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Onun vəzifəsi xəstələri qəbul etmək, qeydiyyatını aparmaq və onlara diaqnoz qoymaqla müalicələrini təşkil etmək olmuşdur. Şahid1 28 mart 2023-cü il tarixdə ona iş yeri olan Salyan rayonu, Babazanlı qəsəbəsində yerləşən Vərəm şöbəsində müraciət edərək xəstə olduğunu və əlillik dərəcəsi üzrə pensiya aldığını, lakin pensiyası dayandırıldığı üçün yenidən müayinədən keçib ambulator kitabçadan çıxarış almaq istədiyini bildirmiş, bundan başqa Şahid1 ona İmişli rayonunda qeydiyyatda olduğunu və ona 3 aylıq ambulator kitabçadan çıxarış lazım olduğunu ancaq stasionar qaydada 3 ay yatmaq istəmədiyini bildirmişdir. Şahid1 yanında həmçinin qardaşı kimi təqdim etdiyi Şahid2 da olmuşdur. Eyni zamanda qardaşına da 3 aylıq ambulator kitabçadan çıxarış lazım olduğunu bildirmişdir. Mirhasil stasionarda yatmamaq şərti ilə 3 aydan sonra alacaqları ambulator kitabçadan çıxarışlara görə ona özü və qardaşının adından 1000 manat məbləğində pul vermişdir. O, həmin pulları qəbul edərək özünə götürmüş, təxminən 3 aydan sonra xx.xx.2023-cü il tarixdə Mirhasil gələrək ondan ambulator kitabçadan çıxarışları tələb etmiş, o da söz verdiyi ambulator kitabçadan çıxarışları Mirhasilə təqdim etmişdir. Daha sonra xəbər tutmuşdur ki, Mirhasil ona vermiş olduğu 1000 manat məbləğində pulla bağlı hüquq mühafizə orqanlarına onun barəsində şikayət etmişdir. Şahid1 aldığı 1000 manatı özünə almış və həmin pulu heç kimlə bölüşmək fikri olmamış, Mirhasil və qardaşı 3 ay müddətinə stasionarda xəstə olaraq yatmaması və epikriz alması üçün həmin pulu ona vermişlər. Şahid1 və Şahid2 adına ambulator kitabçadan çıxarışlarda olan yazılar və imza ona məxsusdur. Möhürü isə özü sənədə vurmuş, möhür Vərəm şöbəsinə məxsus olmuş və həmişə onun tərəfindən qorunub saxlanılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hadisənin ifadəsində göstərilən formada olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, yaşının çox olmasını və ağır xəstəliyi olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə isə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs- TƏBİB-in “Salyan RMX” PHŞ-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, hadisə barədə məlumatı olmamışdır. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət və tələbi, eləcə də mülki iddiası yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2010-cu il tarixdən “Salyan RMX” PHŞ-nın vərəm şöbəsində tibb bacısı vəzifəsində çalışmışdır. 2021-ci il tarixdən isə böyük tibb bacısı vəzifəsində fəaliyyət göstərmişdir. Şöbə müdiri Təqsirləndirilən şəxs rəhbərliyi ilə hal-hazırda çalışır və onunla heç bir qohumluğu, düşmənçiliyi, ədavəti yoxdur. Stasionarda yatan xəstələrin böyük əksəriyyəti ilə ünsiyyətdə olsa da Şahid1 və Şahid2 adlı xəstələrin stasionarda olub-olmamasını xatrlamır, həmin şəxsləri stasionar şöbədə görməmiş, onlara hər hansı tibbi xidmət göstərilməmişdir. “Stasionara qəbul və X7 kitabçası” baş həkim Təqsirləndirilən şəxs olmuş, həmin kitaba qeydləri də baş həkim əlavə etmiş, o isə kitaba hər hansı yazı yazmamışdır. Müraciət etmiş şəxslərin ambulator və ya stasionar qaydada müalicə almalı olduqları barədə göstərişi baş həkim vermiş və bundan sonra o, həmin xəstələrə qulluq etmişdir. Ona Təqsirləndirilən şəxs pul vəsaiti təqdim edilərkən çəkilmiş videogörüntülər təqdim edilmiş, həmin görüntülərdə Təqsirləndirilən şəxs otağında olan qadın özü deyil, başqasıdır. Təqsirləndirilən şəxs hər hansı şəxsdən pul vəsaiti alması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 1992-ci il tarixdən Təqsirləndirilən şəxsla birlikdə işləmiş, sonra fasilə olsa da 2009-cu ildən hazırkı dövrədək Xanış həkimin işlədiyi şöbədə xadimə işləmiş, onunla münasibətləri yaxşı olmuşdur. Şahid1 və Şahid2 adlı şəxsləri tanımamış, 28 mart 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixədək həmin şəxsləri Vərəm şöbəsində stasionar müalicədə görməmişdir. Təqsirləndirilən şəxs əvvəllər kimdən hər hansı maddi vəsait almasını da eşitməmişdir. Ona Təqsirləndirilən şəxs pul vəsaiti təqdim edilərkən çəkilmiş videogörüntülər təqdim edilmiş, həmin görüntülərdə Təqsirləndirilən şəxs otağında olan qadın özüdür. Bəzən baş həkimə çay apararkən onun xəstələrlə bağlı tapşırdığı işləri də görür. Vərəm Şöbəsinə müraciət edən xəstələr bəzən ona da zəng edib müəyyən suallar verirlər, lakin o, heç vaxt hər hansı şəxs barəsində baş həkim Təqsirləndirilən şəxs məsləhət və göstəriş verməmiş, onun belə bir səlahiyyəti də olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş “Salyan RMX” PHŞ-nın vərəm şöbəsində feldşer vəzifəsində işləyən Şahid4 və həmin şöbədə feldşer vəzifəsində işləyən Şahid5 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək ifadələrində bir daha Şahid1 və Şahid2 tanımadıqlarını, sonuncuların vərəm şöbəsində müalicə almadıqlarını, stasionar şöbədə yatmadıqlarını, onlara tibbi xidmət göstərilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, astma-bronxit xəstəliyindən əziyyət çəkir və 2021-ci ilin sentyabr ayında xəstəliyi ilə əlaqədar ona 5 il müddətinə İİ qrup əlillik təyin edilmiş və əlilliyi ilə əlaqədar ona pensiya təyin edilmiş, 2023-cü ilin mart ayının əvvəllərində o, təyin edilmiş müvəqqəti əlilliyi daimi əlilliklə əvəz etmək qərarına gəlmiş və bu məqsədlə Salyan Rayon X5 şöbəsinin müdiri Təqsirləndirilən şəxs müraciət etmişdir. O, Təqsirləndirilən şəxs məsələsi barədə məlumat vermiş və ona əlilliyinin daimi hesab edilməsi üçün müvafiq epikriz verməsini xahiş etmişdir. Eyni zamanda Xanışa ailə vəziyyəti ilə əlaqədar xəstəxanada stasionar yata bilməyəcəyini demişdir. Sonuncu da əslində onun xəstəxanada yatmalı olduğunu bildirib yatmaq istəmirsə, 500 manat pul verməli olduğunu söyləmişdir. Həmin vaxt qardaşı Seyidməmməd də yanlarında olmuşdur. Seyidməmməd əslində tam sağlam adamdır və sağlamlığında hər hansı problem olmamışdır. Lakin Seyidməmməd də onun kimi əlilliklə bağlı pensiya almaq istəmişdir. Həmin görüş zamanı Seyidməmməd də öz problemi barədə Xanışa məlumat vermiş, sonuncu isə Seyidməmmədə də ona dediyi 500 manat qiyməti demişdir. Daha sonra onlar Xanışdan istədiyi pulu toplamaq üçün vaxt istəmiş, sonuncu da onunla razılaşmışdır. Daha sonra o, bu barədə hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlmiş və təxminən xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, bundan sonra üzərində xüsusi videoqeydiyyat funksiyalarına malik qurğu quraşdırılmış, eyni zamanda ona 10 ədəd 100 manatlıq əskinas verilmişdir. Daha sonra o, təkbaşına xəstəxanaya gedərək Təqsirləndirilən şəxsla xəstəxananın inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs biraz endirim etməyini xahiş etsə də, sonuncu bununla razılaşmamışdır. O, məcbur olub əməliyyatçıların ona verdiyi 10 ədəd 100 manatlıq əskinaslardan ibarət 1000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonuncu da sənədlərin 3 aydan sonra hazır olacağını bildirib ona həmin vaxt gəlib sənədləri götürməyi bildirmişdir. Bundan təxminən 3 ay sonra o, özü Təqsirləndirilən şəxs epiqrizləri alaraq əməliyyatçılara təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da qardaşı Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2023-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, həmin çıxarış Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş, imzalanmış və Vərəm şöbəsinin möhürü ilə möhürlənmişdir. Şahid1 “bronxial astma infeksion allergik forma” xəstəliyi diaqnozu qoyulmaqla müalicə edilməsi barədə məlumatlar çıxarışa daxil edilmişdir. (i.v.05) - xx.xx.2023-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, həmin çıxarış Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş, imzalanmış və Vərəm şöbəsinin möhürü ilə möhürlənmişdir. Şahid2 “sağ ağciyərin yuxarı payının infiltirotiv vərəmi” xəstəliyi diaqnozu qoyulmaqla müalicə edilməsi barədə məlumatlar çıxarışa daxil edilmişdir. (i.v.06) - Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, özü və qardaşı Şahid2 Salyan rayon X5 şöbəsində müalicə almadıqları halda buna dair 3 ay müddətinə stasionar müalicədə olmaları barədə arayış verməsi üçün şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs ondan 1000 manat pul vəsaitini rüşvət qismində tələb etməsi barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. (i.v.10) - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 5(001)-709/2023 nömrəli, xx.xx.2023cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edildiyi gündən 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəklişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri hallarda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. (i.v.15-17) - “Pul vəsaitlərinin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 müraciətinə əsasən Təqsirləndirilən şəxs rüşvət tələb etməsi faktının ilkin təsbit edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 1000 manat pul vəsaiti Şahid1 təqdim edilmiş və tələb olunan pulun Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqəsdi ilə onun üzərinə xüsusi texniki avadanlıq quraşdırılmışdır. (i.v. 18-22) - “Baxış keçirilməsi haqqına” 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xidməti otağına baxış, axtarış və götürmə istintaq hərəkəti aparılmış, axtarış zamanı Salyan rayonu, Babazanlı qəsəbəsində yerləşən Vərəm şöbəsinin müdirinin, yəni Təqsirləndirilən şəxs xidməti otağına baxış zamanı yazı masasının üzərindən “Stasionara qəbul və X7 kitabçası”, sonuncunun üzərindən isə 2 zərfdə ümumilikdə 2000 manat məbləğində pul götürülmüşdür. (i.v.24-26) - əmək müqaviləsi bildirişi və İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə xx.xx.2021-ci il tarixli, 0001 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Salyan Rayonu İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vərəm şöbəsinin müdiri vəzifəsində işləyir. (i.v. 35; 40-42) - Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan Tibb, Əczaçılıq və digər işçilərin nümunəvi” vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs şöbənin (bölmənin) funksiya və vəzifələrinə uyğun olaraq fəaliyyətinə rəhbərlik həyata keçirir, şöbənin (bölmənin) iş planını işləyib hazırlayır, onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir, şöbədə (bölmədə) müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirir, həmçinin tibb heyəti və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə yetirmək, şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil edir, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim edir və şöbənin (bölmənin) daxili intizam qaydalarının və əmək normalarının yerinə yetirilməsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi normalarına riayət edilməsinə, cihaz, avadanlıq və mexanizmlərin düzgün texniki istismar edilməsinə nəzarət etmək kimi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxsdir. (i.v. 36-39) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1, 311.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 43-45) - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 65-66) - “baxış keçirilməsi haqqında” 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xidməti otağından götürülmüş “Stasionara qəbul və X7 kitabçası”na baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin Stasionara qəbul və X7 kitabçasının 38-ci sıra nömrəsi altında X3 xx.xx.2023-cü il tarixdə, 39-cu sıra nömrəsi altında Şahid1 xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. (i.v. 69) - “Pulun depozitə qoyulması haqqında” 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş 2000 manat məbləğində pul vəsaiti Baş prokurorluğun “Azərbaycan Beynəlxalq Bankı”nda olan depozit hesabına qoyulmuşdur. (i.v. 79-81) - “baxış keçirilməsi haqqında” 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş və həmin videogörüntülərdən görünür ki, Şahid1la Təqsirləndirilən şəxs arasında olan danışıq və pul vəsaitinin verilməsini əks etdirən videogörüntülər, Təqsirləndirilən şəxs xidməti otağına baxış, axtarış və götürmə aparılmasını əks etdirən videogörüntülər müşahidə edilmişdir. 1-ci diskdə aparılmış baxış zamanı yaddaşında “1000 azn 1-ci xx.xx.2023” yazılı 91 530 kb-lıq video fayl aşkar olunmuş, fayla “VLC media player” proqramı vasitəsilə açılaraq baxılmışdır. Fayl açıldıqda videokadrda tibb müəssisəsinin geyim forması olan ağ xalatda bir qadın “Baş Həkin Təqsirləndirilən şəxs” trafaretli otağa daxil olur. Bundan sonra Təqsirləndirilən şəxsla dialoq başlayır. Diskdə aşağıda göstərilən dioloq keçir: Şahid1:Salam aleykum, bayramınız mübarək. Ya Allah nətərsiz.Nə var nə yox? Vəziyyətiniz? Allah yaxşı eləsin vəziyyətinizi. Təqsirləndirilən şəxs: salam Şahid1: 3 aydan sonra götürüdüm gəldim, sonra bir problem yaşamayacam ki?? Şahid1: Kağız verirəm Şahid1: Ordan bura İmişlidən durub gəlməyim bura? Təqsirləndirilən şəxs: Gəldin yox demədim.. Şahid1: Allah köməyiniz olsun, Biz iki qardaşımızın sənədini demişik, Nə qədər şey elədik onu biz Təqsirləndirilən şəxs: Keçən dəfə danışduq da. Sən dedin mən də razılaşdım Şahid1: Gəl sənə ikisinin başını 900-lə bağlayaq Təqsirləndirilən şəxs: Gücüm çatmaz mən ora nəsə verməsəm saxlaya bilmərəm Şahid1: Sən Allah, 1000-di 1000 üstümdə olmağına Təqsirləndirilən şəxs: Danışduqda, Sənə bir söz demirəm ki, mən cibimə qoyub aparmıram ki, Ordan da mənə 100 manat ... hə-hə, yox-yox Şahid1: səkkiz doqquz, buyur Təqsirləndirilən şəxs: qoy bura Şahid1: Say, aldı say verdü say Təqsirləndirilən şəxs: Qız zəng edib sənə deyəcək Şahid1: Allah ömür versin minnətdaram, Qardaş onu elə işdəyinki Təqsirləndirilən şəxs: Qardaş ayıb söhbətdir Şahid1: Hə də göydə Allah yerdə siz Təqsirləndirilən şəxs: Sağol Şahid1: Sağol Bununla da video görüntü bitir. Həmin 2-ci "DVD" diskə “HP” markalı komputer vasitəsilə baxış keçirilmiş, diski açdıqda içərisində video “Baxish” fayl aşkar olunmuş, fayl “VLC media player” proqramı vasitəsilə açılaraq baxılmışdır. Fayl açıldıqda videokadrda əməliyyat qrupunun Baş Həkim Təqsirləndirilən şəxs xidməti otağında aparmış olduğu baxış, axtarış və götürmə hərəkətləri qeydə alınmışdır. (i.v. 101-102) - “TƏBİB” PHŞ-nin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 2 nömrəli X8 daxil olmuş məktubda görünür ki, Şahid1 və Şahid2 qeyd edilən Dispanserə müraciət etməmiş və tibbi qeydiyyatda yoxdur. (i.v. 103) - 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB-nin “Salyan RMX” PHŞ zərərçəkmiş hüquqi şəxs qismində, eyni tarixli qərarla isə Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qsimində tanınmışdır. (i.v. 104-105;109-110) - “Sübutların qiymətləndirilməsi haqqında” 23 avqust 2023-cü il tarixli qərarın 6-cı bəndindən görünür ki, öz xüsusiyyətinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən əməliyyat axtarış fəaliyyəti zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 2 ədəd “DVD” disklər, 1 ədəd Stasionara qəbul və X7 kitabçası, X3 və Şahid1 adına verilmiş 2 ədəd ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 113-123) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş və törətdiyi əmələ görə özünü təqsirli bilmişdir. Həmçinin qeyd edilməlidri ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 308.1, 311.2 və 313-cü maddələri ilə ittiham elan edilmiş, lakin dövlət ittihamçısı Təqsirləndirilən şəxs elan olunmuş ittihamın bir hissəsindən, yəni Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə cinayət təqibindən imtina etmiş, məhkəmənin 08 dekabr 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 308.1-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilmiş, cinayət işi üzrə icraata (cinayət təqibinə) Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 308.1-ci maddəsi ilə bağlı olan hissəsində xitam verilmiş, Təqsirləndirilən şəxs qarşı cinayət təqibi Azərbaycan CM-in 311.2 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə davam etdirilməsi qərara alınmışdır. Məhkəmə tərkibi cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara həm məcmu halda, həm də ayrı-ayrılıqda hüquqi qiymət verərək iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ibtidai istintaq orqanı tərəfindən həmçinin Azərbaycan Respublikası CM-in 311.2 və 313-cü maddələri ilə düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin əməllərinin tövsifi ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı hərəkətin edilməsinə görə vəzifəli şəxsin maddi və ya sair neməti almasına düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə bu hərəkətin onun xidməti vəzifəsinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid olub-olmamasına dair bütün mötəbər sübutlar tam və ətraflı şəkildə araşdırılmalı və həmin sübutlar qanuna müvafiq qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cinayət tərkibi kimi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə bu cinayətin obyektiv cəhəti - vəzifəli şəxs tərəfindən şəxsən və ya vasitəçidən istifadə etməklə rüşvətin predmetini bilavasitə istəmədə və ya almaqda ifadə olunur. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası dedikdə isə bilavasitə tutduğu vəzifə səlahiyyətləri daxilində yerinə yetirməli olduğu vəzifələr başa düşülür. Vəzifəli şəxsin xidmət üzrə ümumi himayədarlığı dedikdə rüşvətalanın tutduğu vəzifənin əhəmiyyəti və mötəbərliyi sayəsində tabeçiliyində və ya nəzarəti altında olan başqa vəzifəli şəxslər tərəfindən rüşvətverənin xeyrinə müəyyən hərkətlərin edilməsinin mümkünlüyü başa düşülür. Rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan və ya onun öz qulluq mövqeyinə görə yardım edə bildiyi hərəkətləri (hərəkətsizliyi) etməsinə görə, yaxud xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə verilir. Burada vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan hərəkətlər (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsi ilə vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülməlidir. Təqsirləndirilən şəxs əlillik dərəcəsinin təyin edilməsi üçün stasionar qaydada xəstəxanada müalicə olunması ilə bağlı Şahid1 və sonuncunun qardaşı Şahid2 xəstəxanada stasionar qaydada müalicə olunmadıqları halda, sonuncu və Şahid2 xəstəxanada 3 ay müddətinə stasionar qaydada müalicə alması və diaqnozlarına uyğun xəstəlik tarixindən çıxarış verilməsinə görə Şahid1 rüşvət qismində pul vəsaitinin istənilməsi və qəbul edilməsinə görə təqsirləndirildiyindən, həmin səlahiyyətlərin onun xidməti vəzifələrinin (səlahiyyətlərinin) dairəsinə aid olub-olmamasının müəyyən edilməsi iş üzrə ən mühüm əhəmiyyət kəsb edən və mütləq qaydada sübuta yetirilməli olan hallardan birini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci i tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan Tibb, Əczaçılıq və digər işçilərin nümunəvi” vəzifə təlimatına əsasən şöbə müdiri şöbədə (bölmədə) müalicədiaqnostika prosesinin keyfiyyət və səmərəliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını tətbiq etmək və digər səlahiyyətlərə malik vazifəli şəxsdir. Bundan əlavə Salyan RMX PHŞ-nin Vərəm Şöbəsində şöbə müdiri işləyən Təqsirləndirilən şəxs həm də həkim kimi fəaliyyət göstərdiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X4”ndan görünür ki, həkim kimi Təqsirləndirilən şəxs əmək funksiyasına öz ixtisası üzrə müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə tibbi yardım göstərmək, orta tibb heyətinin işinə rəhbərlik etmək daxildir. Belə ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı münasibətləri tənzimləyən “Tibb müəssisələrində çalışan Tibb, Əczaçılıq və digər işçilərin nümunəvi” vəzifə təlimatına və “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X4”na əsasən tibb müəssisələrinin şöbə müdiri və həkimlərin xidməti vəzifələri dəqiq şəkildə müəyyən edilmiş, müasir müalicə üsullarından istifadə etmək və orta tibb heyətinin işinə rəhbərlik etmək Təqsirləndirilən şəxs səlahiyyəti dairəsinə aid olması öz əksini tapmışdır. Odur ki, müvafiq diaqnozun qoyluması, müalicənin aparılması və orta tibb heyətinin işinə rəhbərlik etmək “Salyan RMX” PHŞ-nin Vərəm Şöbəsinin vəzifəli şəxsinin səlahiyyəti olduğundan və qeyd edilən hərəkətə görə hər hansı bir məbləğdə pul vəsaitinin istənilməsi, eləcə də bu vəsaitin qəbul edilməsi bilavasitə xidməti vəzifənin (səlahiyyətlərin) icrası ilə əlaqədar olduğundan bu hərəkət Cinayət Məcəlləsinin 311-ci maddəsində göstərilən rüşvət alma kimi qiymətləndirilməlidir. Cinayət işi materiallarından da görünür ki, Şahid1 və sonuncunun qardaşı Şahid2 Vərəm Şöbəsində stasionar qaydada müalicə olunmadıqları halda, onlara xəstəxanada 3 ay müddətinə stasionar qaydada müalicə almaları barədə xəstəlik tarixindən çıxarış verilmişdir. Bu hal isə Təqsirləndirilən şəxs bilə-bilə qanusuz əməl görə rüşvət alması kimi qiymətləndirilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə elan olunmuş ittihamla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 15 noyabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 313-cü maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 313-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin əməllərin törədilməsi nəticəsində dövlət hakimiyyət və idarəetmə orqanlarının normal fəaliyyəti pozulur, dövlət xidmətinin və bələdiyyə xidmətinin mənafeyinə qəsd edilir. Cinayətin obyekti dövlət və bələdiyyə orqanlarının normal fəaliyyətidir. Obyektiv cəhətdən bu cinayət rəsmi sənədlərə və ya informasiya resuslarına bilə-bilə yalan məlumatlar daxil edilməsində, habelə göstərilən sənədlərdə və ya informasiya resuslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsində ifadə olunur. Vəzifə saxtakarlığı öz qurluşuna görə formal tərkibli cinayətdir. Bu cinayət rəsmi sənədlərə və ya informasiya resuslarına yalan məlumatın daxil edildiyi, yaxud da həmin sənədlərə və ya informasiya resurslarına onların həqiqi məzmununu təhrif edən hər hansı düzəlişin edildiyi andan başa çatmış hesab edilir. Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət subyektiv cəhətdən birbaşa qəsdlə edilir. Təqsirkar rəsmi sənədləri saxtalaşdırdığını dərk edir və bunu arzu edir. Təhlil edilən cinayətin subyektiv səhətinin daha bir zəruri əlaməti tamah və ya sair şəxsi niyyətlərin olmasıdır. Həmin cinayətin subyekti vəzifəli şəxsdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 adına xx.xx.2023-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış hazırlanmış, həmin çıxarışa sonuncunun “bronxial astma infeksion allergik forma” xəstəliyi diaqnozu qoyulmaqla müalicə edilməsi barədə məlumatlar daxil edilmişdir. Bundan əlavə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən Şahid2 adına xx.xx.2023-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış hazırlanmış, həmin çıxarışa sonuncunun “sağ ağciyərin yuxarı payının infiltirotiv vərəmi” xəstəliyi diaqnozu qoyulmaqla müalicə edilməsi barədə məlumatlar daxil edilmişdir. Yuxarıda qeyd edilən hər iki Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş, imzalanmış və Vərəm şöbəsinin möhürü ilə möhürlənmiş və bundan sonra Şahid1 təqdim edilmişdir. Qeyd edilən Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar Şahid1 və Şahid2 hüquqi vəziyyəti dəyişdiyindən, onların əsassız və qanunsuz olaraq müəyyən hüquqlar əldə etməsinə əsas olmaqla müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsinə səbəb olduğundan həmin çıxarışlar rəsmi sənəd hesab edilməlidir. Belə olan halda isə Təqsirləndirilən şəxs həmin çıxarışlara tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etdiyindən onun bu əməli də düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə tövsüf edilmişdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirməsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs 1000 manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almaqdan və vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa vahid tamah niyyətlə bilə-bilə yalan məlumatları daxil etməkdən ibarət olan hərəkətlərini ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 311.2 və 313-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.2 və 313-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid6, Şahid4 və Şahid5 ifadələri, xx.xx.2023-cü il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar, Şahid1 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti, həmin müraciət əsasında müvafiq əməliyyat-axtarş tədbirlərinin keçirilməsinə dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 5(001)-709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı, “Pul vəsaitlərinin təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, Təqsirləndirilən şəxs pul vəsaitinin rüşvət qismində verilməsini əks etdirən və sonuncunun xidməti otağında axtarış keçirilməsi barədə vidogörüntülər, həmin görüntülərə baxış keçirilməsi barədə protokollar, Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci i tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan Tibb, Əczaçılıq və digər işçilərin nümunəvi” vəzifə təlimatı, Salyan RMX” PHŞ-nin direktorunun Təqsirləndirilən şəxs barədə xx.xx.2021-ci il tarixli, 0001 nömrəli əmri, “TƏBİB” PHŞ-nin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 2 nömrəli X8 daxil olmuş məktubu, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əməliyyat axtarış fəaliyyəti zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 2 ədəd “DVD” disklər, 01 ədəd Stasionara qəbul və X7 kitabçası, Seyiməmməd Məmmədov və Şahid1 adına verilmiş 02 ədəd ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 311.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 98-99) - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB-in “Salyan RMX” PHŞ-nin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şöbə müdiri və həkim fitizatr kimi fəaliyyəti dövründə yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi, insanlara göstərdiyi qayğıkeşliyi ilə xəstələrin və kollektivin dərin hörmətini qazanmışdır. (i.v. 78) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Huquqi şəxs “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 25 noyabr 2023-cü il tarixli, 18-1-68/2-2915/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən Salyan Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin endokrinoloji kabinetində “Şəkərli diabet İİ tip, insulin tələbli forma ağır gedişli-çoxsaylı ağırlaşmalarla”. Diabetik angiopatiya sağ aşağı ətrafın İİİ-İV barmaqlarının amputasiyası. Sol aşağı ətrafın pəncə nahiyəsində amputasiyası. OU-diabetik retinopatiya, Hipertoniya xəstəliyi İİ mərhələ. ÜİX gərginlik stenokardiyası İİ.f.s.Kardiostimulyator cihazının implantə edilməsi, Angioplastika, stent implantə edilməsindən sonrakı hal diaqnozu ilə qeydiyyatdadır. - “X17”nın kardiologiya şöbəsinin ürək kateterizasiyası laboratoriyasının 19 dekar 2014-cü il tarixli və 21 iyun 2023-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs “ÜİX (işemik kardiyomiyopatiya)” müayinələrindən keçirilmiş CRT-D implantasiya qərarı verilmiş və 21 iyun 2023-cü il tarixdə tibbi müalicə alması rəyi verilmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, ilk dəfə cinayət törətməsini, iş yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ağır xəstəliyini, yaşının çox olmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını (Azərbaycan Respublikası CM-in 59.1 və 61.1-ci maddəsinə əsasən) nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmçinin Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun şəxsiyyətini xarakterizə edən halların məcmusunu, eyni zamanda onun ali təhsilli və qoca yaşında olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət məsuliyyətinə cəlb edilənədək kifayət qədər uzun müddət ərzində yəni xx.xx.1979-cu ildən səhiyyə sahəsində çalışdığını və müsbət xidmətlərinin olduğunu, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ağır xəstəliklərinin olmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xidməti otağında axtarış zamanı aşkar olunmuş və Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabında saxlanılan 2000 (iki min) manat məbləğində pul vəsaitinin 1000 (bir min) manat hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməklə əvəzsiz qaydada dövlət nəfinə alınmalı, qalan 1000 (bir min) manat hissəsi isə əməliyyat tədbirinin keçirilməsi üçün Azərbaycan Respublikası Baş X2 götürüldüyündən həmin Şöbənin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış əməliyyat axtarış fəaliyyəti zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən iki ədəd “DVD” disklər, 01 ədəd Stasionara qəbul və X7 kitabçası, X3 və Şahid1 adına verilmiş 02 ədəd ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs xidməti otağında axtarış zamanı aşkar olunmuş və Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq depozit hesabında saxlanılan 2000 (iki min) manat məbləğində pul vəsaitinin 1000 (min) manat hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməklə əvəzsiz qaydada dövlət nəfinə alınsın, qalan 1000 ( bir min) manat hissəsi isə əməliyyat tədbirinin keçirilməsi üçün Azərbaycan Respublikası Baş X2 götürüldüyündən həmin Şöbənin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış əməliyyat axtarış fəaliyyəti zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disklər, 01 ədəd Stasionara qəbul və X7 kitabçası, X3 və Şahid1 adına verilmiş 02 ədəd ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-767/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-767/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver