Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-767/2024 03.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində satış müdiri vəzifəsində işləmiş, Sabirabad şəhəri, Səməd Vurğun küçəsi, ev 99 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sabirabad Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 4(056)- 69/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sabirabad rayonu, Qalaqayın kəndində fəaliyyət göstərən struktur bölməsi üzrə satış müdiri vəzifəsində işləyərkən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində həmin Cəmiyyətlə bağladığı əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında fərdi müqavilə və vəzifə təlimatına əsasən maddi məsul şəxs kimi ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı, müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin əmək funksiyasına uyğun olaraq uçotunu aparmalı, malların müəyyən olunmuş müddətdə kəmiyyət və keyfiyyətlə müştərilərə çatdırılmasına nəzarət etməli olduğu halda, Cəmiyyətə məxsus olmaqla satış ilə məşğul olduğu çay, kofe, duzlu fıstıq, şokolad kremi və düyü növündə müxtəlif qida məhsullarını vahid niyyətlə qulluq mövqeyindən istifadə edib mənimsəmək üçün Cəmiyyətin daimi müştəriləri olan ayrı-ayrı sahibkarlıq subyektlərinin sifarişi əsasında bilavasitə özünün tabeliyi altında həmin Cəmiyyətin Sabirabad rayonu üzrə struktur bölməsində ekspeditor vəzifəsində işləyən Şahid3 tərəfindən xx.xx.2023-cü il tarixli, 315226 nömrəli malların təhvilqəbul aktı ilə Saatlı rayonu, Qara Nuru kəndində fəaliyyət göstərən fərdi sahibkar Şahid11 məxsus mağazaya təqdim edilmiş 3346,94 manat dəyərində müxtəlif növdə qida məhsullarının müqabilində ona ödənilmiş, istintaq yolu ilə müəyyən edilməyən məbləğdə pul vəsaitindən 2861,40 manat, ekspeditor Şahid3 tərəfindən Sabirabad rayonu, Qalaqayın kəndində fəaliyyət göstərən fərdi sahibkar Rasim Miriyevə məxsus “Çinar market” mağazasına xx.xx.2023-cü il tarixli, 602063 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1199,21 manat, xx.xx.2023-cü il tarixli, 325900 nömrəli elektron qaimə ilə təqdim edilmiş 2254,76 manat, xx.xx.2023-cü il tarixli, 325903 nömrəli elektron qaimə ilə təqdim edilmiş 857,41 manat, xx.xx.2023-cü il tarixli, 255036 nömrəli elektron qaimə ilə təqdim edilmiş 2352,70 manat, xx.xx.2023-cü il tarixli, 255038 nömrəli elektron qaimə ilə təqdim edilmiş 2624,14 manat, xx.xx.2023-cü il tarixli, 255041 nömrəli elektron qaimə ilə təqdim edilmiş 511,35 manat, xx.xx.2023-cü il tarixli, 026422 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1375,21 manat, xx.xx.2023-cü il tarixli, 348581 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1626,86 manat, xx.xx.2023-cü il tarixli, 348576 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1120,06 manat, xx.xx.2023-cü il tarixli, 094004 nömrəli elektron qaimə ilə təqdim edilmiş 4000,00 manat, xx.xx.2023-cü il tarixli, 488134 nömrəli elektron qaimə ilə təqdim edilmiş 3000,01 manat, xx.xx.2023-cü il tarixli, 995454 nömrəli elektron qaimə ilə təqdim edilmiş 5690,34 manat, xx.xx.2023-cü il tarixli, 993893 nömrəli elektron qaimə ilə təqdim edilmiş 6499,99 manat, xx.xx.2023-cü il tarixli, 148937 nömrəli elektron qaimə ilə təqdim edilmiş 3999,99 manat, xx.xx.2023-cü il tarixli, 445327 nömrəli elektron qaimə ilə təqdim edilmiş 3083,99 manat, xx.xx.2023-cü il tarixli, 772582 nömrəli elektron qaimə ilə təqdim edilmiş 2124,02 manat, xx.xx.2023-cü il tarixli, 968259 nömrəli elektron qaimə ilə təqdim edilmiş 4000,01 manat, xx.xx.2024-cü il tarixli, 00089994 nömrəli elektron qaimə ilə təqdim edilmiş 6056,06 manat, xx.xx.2024-cü il tarixli, 000387 nömrəli elektron qaimə ilə təqdim edilmiş 6496,21 manat olmaqla, ümumilikdə 58872,32 manat dəyərində müxtəlif növdə qida məhsullarının müqabilində ona ödənilmiş istintaq yolu ilə müəyyən edilməyən məbləğdə pul vəsaitindən 710,43 manat, ekspeditor Şahid3 tərəfindən Sabirabad rayonu, Həşimxanlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Şahid12 məxsus “Ekspress market” mağazasına xx.xx.2023-cü il tarixli, 447857 nömrəli elektron qaimə ilə təqdim edilmiş 4291,01 manat, xx.xx.2023-cü il tarixli, 520076 nömrəli elektron qaimə ilə təqdim edilmiş 3991,01 manat, xx.xx.2023-cü il tarixli, 519549 nömrəli elektron qaimə ilə təqdim edilmiş 4341,02 manat, xx.xx.2023-cü il tarixli, 197971 nömrəli elektron qaimə ilə təqdim edilmiş 6598,05 manat, xx.xx.2024-cü il tarixli, 149756 nömrəli elektron qaimə ilə təqdim edilmiş 2329,03 manat, xx.xx.2024-cü il tarixli, 315231 nömrəli malların təhvil-qəbul aktı ilə ilə təqdim edilmiş 3558,46 manat olmaqla ümumilikdə 25108,58 manat dəyərində müxtəlif növdə qida məhsullarının müqabilində ona ödənilmiş istintaq yolu ilə müəyyən edilməyən məbləğdə pul vəsaitindən 1710,00 manatı, ekspeditor Şahid3 tərəfindən Sabirabad şəhər mərkəzi bazarında fəaliyyət göstərən fərdi sahibkar Şahid10 məxsus “Elman market” mağazasına xx.xx.2023-cü il tarixli, 459490 nömrəli elektron qaimə ilə təqdim edilmiş 3200,31 manat, xx.xx.2023-cü il tarixli, 094000 nömrəli elektron qaimə ilə təqdim edilmiş 5000,00 manat, xx.xx.2023-cü il tarixli, 968257 nömrəli elektron qaimə ilə təqdim edilmiş 5000,00 manat, xx.xx.2024-cü il tarixli, 000390 nömrəli elektron qaimə ilə təqdim edilmiş 702,49 manat, xx.xx.2024-cü il tarixli, 149755 nömrəli elektron qaimə ilə təqdim edilmiş 5771,68 manat olmaqla ümumilikdə 19674,48 manat dəyərində müxtəlif növdə qida məhsullarının müqabilində ona ödənilmiş istintaq yolu ilə müəyyən edilməyən məbləğdə pul vəsaitindən 5771,00 manat, ekspeditor Şahid3 tərəfindən Sabirabad şəhərində fəaliyyət göstərən fərdi sahibkar Məmməd Mənsimova məxsus “Əmin marketlər” şəbəkəsinə xx.xx.2023-cü il tarixli, 851893 nömrəli elektron qaimə ilə təqdim edilmiş 110,44 manat, xx.xx.2023-cü il tarixli, 851894 nömrəli elektron qaimə ilə təqdim edilmiş 2446,00 manat, xx.xx.2023-cü il tarixli, 851895 nömrəli elektron qaimə ilə təqdim edilmiş 6548,91 manat, xx.xx.2023-cü il tarixli, 851896 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1510,72 manat, xx.xx.2023-cü il tarixli, 854558 nömrəli elektron qaimə ilə təqdim edilmiş 984,83 manat, xx.xx.2023-cü il tarixli, 854560 nömrəli elektron qaimə ilə təqdim edilmiş 505,60 manat, xx.xx.2023-cü il tarixli, 681917 nömrəli elektron qaimə ilə təqdim edilmiş 261,68 manat, xx.xx.2023-cü il tarixli, 681919 nömrəli elektron qaimə ilə təqdim edilmiş 528,63 manat, xx.xx.2023-cü il tarixli, 681922 nömrəli elektron qaimə ilə təqdim edilmiş 337,41 manat, xx.xx.2023-cü il tarixli, 681925 nömrəli elektron qaimə ilə təqdim edilmiş 234,93 manat, xx.xx.2023-cü il tarixli, 681927 nömrəli elektron qaimə ilə təqdim edilmiş 221,44 manat, xx.xx.2023-cü il tarixli, 522489 nömrəli elektron qaimə ilə təqdim edilmiş 557,74 manat, xx.xx.2023-cü il tarixli, 522490 nömrəli elektron qaimə ilə təqdim edilmiş 495,87 manat, xx.xx.2023-cü il tarixli, 522491 nömrəli elektron qaimə ilə təqdim edilmiş 924,83 manat, xx.xx.2023-cü il tarixli, 325905 nömrəli elektron qaimə ilə təqdim edilmiş 190,21 manat, xx.xx.2023-cü il tarixli, 325909 nömrəli elektron qaimə ilə təqdim edilmiş 999,19 manat, xx.xx.2023-cü il tarixli, 325911 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1034,21 manat, xx.xx.2023-cü il tarixli, 087619 nömrəli elektron qaimə ilə təqdim edilmiş 306,41 manat, xx.xx.2023-cü il tarixli, 087620 nömrəli elektron qaimə ilə təqdim edilmiş 410,54 manat, xx.xx.2023-cü il tarixli, 087622 nömrəli elektron qaimə ilə təqdim edilmiş 727,56 manat, xx.xx.2023-cü il tarixli, 087623 nömrəli elektron qaimə ilə təqdim edilmiş 924,53 manat, xx.xx.2023-cü il tarixli, 087624 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1368,84 manat, xx.xx.2023-cü il tarixli, 087625 nömrəli elektron qaimə ilə təqdim edilmiş 2850,67 manat, xx.xx.2023-cü il tarixli, 087626 nömrəli elektron qaimə ilə təqdim edilmiş 9431,50 manat, xx.xx.2023-cü il tarixli, 187703 nömrəli elektron qaimə ilə təqdim edilmiş 568,84 manat, xx.xx.2023-cü il tarixli, 026423 nömrəli elektron qaimə ilə təqdim edilmiş 5708,16 manat, xx.xx.2023-cü il tarixli, 194826 nömrəli elektron qaimə ilə təqdim edilmiş 590,27 manat, xx.xx.2023-cü il tarixli, 193649 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1731,65 manat, xx.xx.2023-cü il tarixli, 193650 nömrəli elektron qaimə ilə təqdim edilmiş 933,64 manat, xx.xx.2023-cü il tarixli, 193652 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1525,48 manat, xx.xx.2023-cü il tarixli, 193640 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1163,37 manat, xx.xx.2023-cü il tarixli, 193641 nömrəli elektron qaimə ilə təqdim edilmiş 2616,45 manat, xx.xx.2023-cü il tarixli, 193642 nömrəli elektron qaimə ilə təqdim edilmiş 2547,18 manat, xx.xx.2023-cü il tarixli, 193643 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1035,36 manat, xx.xx.2023-cü il tarixli, 193644 nömrəli elektron qaimə ilə təqdim edilmiş 797,68 manat, xx.xx.2023-cü il tarixli, 193645 nömrəli elektron qaimə ilə təqdim edilmiş 190,36 manat, xx.xx.2023-cü il tarixli, 193646 nömrəli elektron qaimə ilə təqdim edilmiş 370,69 manat, xx.xx.2023-cü il tarixli, 193647 nömrəli elektron qaimə ilə təqdim edilmiş 47,94 manat, xx.xx.2023-cü il tarixli, 193648 nömrəli elektron qaimə ilə təqdim edilmiş 749,68 manat, xx.xx.2023-cü il tarixli, 093996 nömrəli elektron qaimə ilə təqdim edilmiş 10000,02 manat, xx.xx.2023-cü il tarixli, 448349 nömrəli elektron qaimə ilə təqdim edilmiş 506,44 manat, xx.xx.2023-cü il tarixli, 448352 nömrəli elektron qaimə ilə təqdim edilmiş 13794,44 manat, xx.xx.2023-cü il tarixli, 061864 nömrəli elektron qaimə ilə təqdim edilmiş 536,89 manat, xx.xx.2023-cü il tarixli, 061843 nömrəli elektron qaimə ilə təqdim edilmiş 62,62 manat, xx.xx.2023-cü il tarixli, 061845 nömrəli elektron qaimə ilə təqdim edilmiş 258,93 manat, xx.xx.2023-cü il tarixli, 061847 nömrəli elektron qaimə ilə təqdim edilmiş 493,09 manat, xx.xx.2023-cü il tarixli, 061850 nömrəli elektron qaimə ilə təqdim edilmiş 470,82 manat, xx.xx.2023-cü il tarixli, 061853 nömrəli elektron qaimə ilə təqdim edilmiş 558,23 manat, xx.xx.2023-cü il tarixli, 061856 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1022,98 manat, xx.xx.2023-cü il tarixli, 061859 nömrəli elektron qaimə ilə təqdim edilmiş 3264,83 manat, xx.xx.2023-cü il tarixli, 061860 nömrəli elektron qaimə ilə təqdim edilmiş 1275,83 manat, xx.xx.2023-cü il tarixli, 061831 nömrəli elektron qaimə ilə təqdim edilmiş 169,58 manat, xx.xx.2023-cü il tarixli, 061834 nömrəli elektron qaimə ilə təqdim edilmiş 537,18 manat, xx.xx.2023-cü il tarixli, 061837 nömrəli elektron qaimə ilə təqdim edilmiş 576,80 manat, xx.xx.2023-cü il tarixli, 061839 nömrəli elektron qaimə ilə təqdim edilmiş 220,20 manat, xx.xx.2023-cü il tarixli, 061841 nömrəli elektron qaimə ilə təqdim edilmiş 489,55 manat, xx.xx.2023-cü il tarixli, 198880 nömrəli elektron qaimə ilə təqdim edilmiş 7500,00 manat, xx.xx.2023-cü il tarixli, 198882 nömrəli elektron qaimə ilə təqdim edilmiş 4600,03 manat, xx.xx.2023-cü il tarixli, 198884 nömrəli elektron qaimə ilə təqdim edilmiş 4900,00 manat, xx.xx.2023-cü il tarixli, 445175 nömrəli elektron qaimə ilə təqdim edilmiş 13000,04 manat, xx.xx.2023-cü il tarixli, 639080 nömrəli elektron qaimə ilə təqdim edilmiş 18751,26 manat, xx.xx.2023-cü il tarixli, 315219 nömrəli malların təhvil-qəbul aktı ilə təqdim edilmiş 35400,05 manat, xx.xx.2023-cü il tarixli, 698314 nömrəli elektron qaimə ilə təqdim edilmiş 30000,08 manat, xx.xx.2023-cü il tarixli, 978138 nömrəli elektron qaimə ilə təqdim edilmiş 10497,00 manat, xx.xx.2024-cü il tarixli, 000397 nömrəli elektron qaimə ilə təqdim edilmiş 33356,00 manat, xx.xx.2024-cü il tarixli, 000380 nömrəli elektron qaimə ilə təqdim edilmiş 681,50 manat, xx.xx.2024-cü il tarixli, 000383 nömrəli elektron qaimə ilə təqdim edilmiş 9005,00 manat, xx.xx.2024-cü il tarixli, 276784 nömrəli elektron qaimə ilə təqdim edilmiş 16956,60 manat olmaqla ümumilikdə 273375,43 manat dəyərində müxtəlif növdə qida məhsullarının müqabilində ona ödənilmiş istintaq yolu ilə müəyyən edilməyən məbləğdə pul vəsaitindən 35433,00 manat olmaqla, ümumilikdə 46485,83 manat pul vəsaitini adları çəkilən ticarət subyektlərindən şəxsən özü tərəfindən əlbəəl nağd qaydada əldə etməklə, eyni zamanda Cəmiyyətin Sabirabad rayonu üzrə struktur bölməsinin mərkəzi anbarından xx.xx.2023-cü il tarixli, SB20232867 nömrəli qaimə-faktura ilə 1491,60 manat, xx.xx.2023-cü il tarixli, SB20232880 nömrəli qaimə-faktura ilə 4221,8714 manat, xx.xx.2023-cü il tarixli, SB20232887 nömrəli qaimə-faktura ilə 4626,1688 manat, xx.xx.2023-cü il tarixli, SB20232899 nömrəli qaiməfaktura ilə 2249,0002 manat, xx.xx.2023-cü il tarixli, SB20232900 nömrəli qaimə-faktura ilə 2752,56 manat, xx.xx.2023-cü il tarixli, SB20232904 nömrəli qaimə-faktura ilə 2384,1234 manat, xx.xx.2023-cü il tarixli, SB20232915 nömrəli qaimə-faktura ilə 3251,4076 manat, xx.xx.2023-cü il tarixli, SB20232923 nömrəli qaimə-faktura ilə 2346,0048 manat, xx.xx.2023cü il tarixli, SB20232932 nömrəli qaimə-faktura ilə 4377,6231 manat, xx.xx.2023-cü il tarixli, SB20232941 nömrəli qaimə-faktura ilə 3012,0201 manat, xx.xx.2023-cü il tarixli, SB20232945 nömrəli qaimə-faktura ilə 2000,2 manat, xx.xx.2023-cü il tarixli, SB20232948 nömrəli qaimə-faktura ilə 1153,28 manat, xx.xx.2023-cü il tarixli, SB20232961 nömrəli qaimə-faktura ilə 3845,98 manat, xx.xx.2023-cü il tarixli, SB20232976 nömrəli qaimə-faktura ilə 2670,88 manat, xx.xx.2023-cü il tarixli, SB20232980 nömrəli qaimə-faktura ilə 3475,9480 manat, xx.xx.2023-cü il tarixli, SB20232991 nömrəli qaimə-faktura ilə 4601,2 manat, xx.xx.2023-cü il tarixli, SB20232996 nömrəli qaimə-faktura ilə 2590,1142 manat, xx.xx.2023cü il tarixli, SB20233003 nömrəli qaimə-faktura ilə 3519,2198 manat, xx.xx.2023-cü il tarixli, SB20233009 nömrəli qaimə-faktura ilə 3036,3100 manat, xx.xx.2023-cü il tarixli, SB20233011 nömrəli qaimə-faktura ilə 201,0000 manat, xx.xx.2023-cü il tarixli, SB20233021 nömrəli qaimə-faktura ilə 3504,2434 manat, xx.xx.2023-cü il tarixli, SB20233035 nömrəli qaimə-faktura ilə 546,2003 manat, xx.xx.2023-cü il tarixli, SB20233036 nömrəli qaiməfaktura ilə 3748,5000 manat, xx.xx.2023-cü il tarixli, SB20233044 nömrəli qaimə-faktura ilə 395,6000 manat, xx.xx.2023-cü il tarixli, SB20233047 nömrəli qaimə-faktura ilə 4666,0677 manat, xx.xx.2023-cü il tarixli, SB20233057 nömrəli qaimə-faktura ilə 3334,2801 manat, xx.xx.2023-cü il tarixli, SB20233079 nömrəli qaimə-faktura ilə 3148,1236 manat, xx.xx.2023cü il tarixli, SB20233087 nömrəli qaimə-faktura ilə 2125,0000 manat, xx.xx.2023-cü il tarixli, SB20233093 nömrəli qaimə-faktura ilə 1568,6400 manat, xx.xx.2023-cü il tarixli, SB20233094 nömrəli qaimə-faktura ilə 5013,4800 manat, xx.xx.2023-cü il tarixli, SB20233100 nömrəli qaimə-faktura ilə 4842,6115 manat, xx.xx.2023-cü il tarixli, SB20233107 nömrəli qaimə-faktura ilə 497,2000 manat, xx.xx.2023-cü il tarixli, SB20233115 nömrəli qaimə-faktura ilə 880,5000 manat, xx.xx.2023-cü il tarixli, SB20233134 nömrəli qaimə-faktura ilə 3508,6960 manat, xx.xx.2023-cü il tarixli, SB20233150 nömrəli qaiməfaktura ilə 5037,0000 manat, xx.xx.2023-cü il tarixli, SB20233151 nömrəli qaimə-faktura ilə 1002,4000 manat, xx.xx.2024-cü il tarixli, SB20240009 nömrəli qaimə-faktura ilə 6158,5009 manat, xx.xx.2024-cü il tarixli, SB20240014 nömrəli qaimə-faktura ilə 635,7000 manat, xx.xx.2024-cü il tarixli, SB20240024 nömrəli qaimə-faktura ilə 438,7200 manat, xx.xx.2024cü il tarixli, SB20240033 nömrəli qaimə-faktura ilə 5478,6000 manat, xx.xx.2024-cü il tarixli, SB20240039 nömrəli qaimə-faktura ilə 6170,8000 manat, xx.xx.2024-cü il tarixli, SB20240046 nömrəli qaimə-faktura ilə 4024,9400 manat, xx.xx.2024-cü il tarixli, SB20240047 nömrəli qaimə-faktura ilə 1862,5900 manat, xx.xx.2024-cü il tarixli, SB20240055 nömrəli qaimə-faktura ilə 4429,6497 manat, xx.xx.2024-cü il tarixli, SB20240056 nömrəli qaimə-faktura ilə 3570,0000 manat, xx.xx.2024-cü il tarixli, SB20240060 nömrəli qaimə-faktura ilə 226,4399 manat, xx.xx.2024-cü il tarixli, SB20240076 nömrəli qaimə-faktura ilə 2602,7201 manat, xx.xx.2024-cü il tarixli, SB20240082 nömrəli qaimə-faktura ilə 4572,8300 manat, xx.xx.2024-cü il tarixli, SB20240090 nömrəli qaiməfaktura ilə 1809,5398 manat, xx.xx.2024-cü il tarixli, SB20240097 nömrəli qaimə-faktura ilə 1747,9200 manat, xx.xx.2024-cü il tarixli, SB20240102 nömrəli qaimə-faktura ilə 5355,0000 manat, xx.xx.2024-cü il tarixli, SB20240109 nömrəli qaimə-faktura ilə 3654,8700 manat, xx.xx.2024-cü il tarixli, SB20240117 nömrəli qaimə-faktura ilə 2071,8605 manat, xx.xx.2024cü il tarixli, SB20240125 nömrəli qaimə-faktura ilə 6152,6000 manat, xx.xx.2024-cü il tarixli, SB20240127 nömrəli qaimə-faktura ilə 6787,2299 manat, xx.xx.2024-cü il tarixli, SB20240134 nömrəli qaimə-faktura ilə 2881,5999 manat, xx.xx.2024-cü il tarixli, SB20240140 nömrəli qaimə-faktura ilə 2683,0898 manat, xx.xx.2024-cü il tarixli, SB20240145 nömrəli qaimə-faktura ilə 3933,0600 manat, xx.xx.2024-cü il tarixli, SB20240153 nömrəli qaimə-faktura ilə 3126,1403 manat, xx.xx.2024-cü il tarixli, SB20240154 nömrəli qaimə-faktura ilə 5261,4000 manat, xx.xx.2024-cü il tarixli, SB20240156 nömrəli qaimə-faktura ilə 3184,7000 manat, xx.xx.2024-cü il tarixli, SB20240162 nömrəli qaimə-faktura ilə 3257,4596 manat olmaqla ekspeditor Şahid3 04 nömrəli servis anbarına təhvil verilən ümumilikdə 193703,0144 manat dəyərində müxtəlif növdə qida məhsullarının 100748,18 manat dəyərində olan çeşidlərini sonuncudan 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayında, müxtəlif tarixlərdə ünvan 2 ünvanında yaşadığı evdə əlbəəl təhvil alaraq, malların satışını həyata keçirib dəyərini Cəmiyyətin kassasına mədaxil edəcəyini bildirməklə, həmin məhsulların Saatlı rayonu, Yeni Novruzlu kənd sakini X1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə uçotdan kənar satışını həyata keçirərək, ümumilikdə Cəmiyyətə məxsus 147234,01 manat pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş külli miqdarda özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2008-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən struktur bölməsində işləmiş, xx.xx.2021-ci il tarixdə isə əmək müqaviləsində dəyişikliklər edildiyindən onunla satış müdiri olaraq yenidən əmək müqaviləsi bağlanmışdır. Həmçinin onunla tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmış, hər iki müqavilə ilə tanış olaraq müqavilələri imzası ilə təsdiq etmişdir. Vəzifə təlimatına əsasən əmək funksiyaları maddi məsul şəxslər olan ekspeditorlar tərəfindən satış üçün anbardan sifarişlərə uyğun malların alınmasına, malların satışına mal qalıqlarının və satışın uçotunun düzgün aparılmasına, satışdan əldə edilən pul vəsaitlərinin şirkətin xəzinəsinə və bank hesabına mədaxil edilməsinə və düzgünlüyünə, maddi məsul şəxslər olan ekspeditorlar tərəfindən pulların və malların mənimsənilməsinə və oğurlanmasına, üçüncü şəxslərə əsassız verilməsinə, servis anbarlarında (ekspeditor maşınları) və mal qalıqlarına (əksik gəlmə, itmə) nəzarət etməkdən ibarət olmuşdur. Sabirabad rayonu, Qalaqayın kəndində faəliyyət göstərən Cəmiyyətin struktur bölməsində şöbə müdiri vəzifəsində Sabirabad şəhər sakini Şahid4 işləmişdir. Struktur bölmədə ümumilikdə 30 nəfər yaxın işçi işləmiş, Şahid4 isə ümumilikdə struktur bölməyə rəhbərlik etmiş, işin təşkilinə nəzarət etmişdir. Cəmiyyətin Sabirabad rayonu, Qalaqayın kəndində faəliyyət göstərən struktur bölməsi (satış anbarı) Sabirabad, İmişli, Saatlı, Hacıqabul, Neftçala, Salyan rayonları, Şirvan şəhəri və Ələt qəsəbəsi üzrə fəaliyyət göstərən ticarət subyektlərinə çay, kofe, duzluq fıstıq, şokolad kremi və düyü məhsullarının satışını həyata keçirir. Struktur bölmədə iki satış müdiri işləyir, satış müdirlərindən biri odur. Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonları və Ələt qəsəbəsi üzrə satışa nəzarət etmiş, tabeliyində 3 ekspeditor fəaliyyət göstərmişdir. Həmin ekpseditorlar Cəmiyyətin sadaladığı rayonlar üzrə əməkdaşlıq etdiyi ticarət subyektlərinə malların satışını həyata keçirir. Ona təhkim edilmiş ekspeditorlardan biri də Sabirabad rayonu Suqovuşan kənd sakini Şahid3 olmuşdur. Şahid3 Sabirabad rayonu üzrə Cəmiyyətə məxsus malların satışını həyata keçirmiş, Sabirabad rayonundan başqa digər rayonlara mal satmamışdır. Şahid3 “Hyundai” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmiş, həmin avtomobil onun servis anbarı olmuşdur. Yəni şirkətin satış anbarından Emin tərəfindən qəbul edilən mallar avtomobilə yığılır və müştərilərə təhvil verilənə qədər mallar onun servis anbarında hesab olunur. Eminə təhkim edilmiş avtomobili Şahid5 idarə edir. Cəmiyyətin satış anbarından Emin çay, düyü, kofe, duzlu fıstıq və şokolad kremi qida məhsullarını qəbul edib şirkətin Sabirabad şəhəri və Sabirabad rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən ticarət subyektlərinə satışını icra etmişdir. Emin malları Cəmiyyətin Sabirabad rayonu, Qalaqayın kəndində fəaliyyət göstərən anbarında anbardar Şahid6 təhvil alır. Emin işə başladıqdan ona portativ terminal və kiçik ölçülü, əldə daşına bilən printer verilmiş, o, anbardan mal götürməmişdən öncə portativ terminalda qaimə faktura tərtib edib fakturada anbardan təhvil alacağı malların adını və sayını qeyd edir, daha sonra qaiməni elektron qaydada mərkəzi sistemə ötürür, sistem vasitəsilə qaimə-faktura printerdə çap edilir, qaimə-fakturanı kağız daşıyıcıda götürdükdən sonra Emin qaimə-fakturanı ona təqdim edir, o, qaimə-fakturanı imzaladıqdan sonra Emin imzalanmış qaimə-faktura ilə anbara yaxınlaşıb qaiməni anbardara təhvil verir, qaiməfakturada qeyd olunan malları təhvil alır. Qaimə-faktura isə Emin və Səbuhi tərəfindən imzalar ilə təsdiq edilir, qaimə-faktura Səbuhidə qalır. Şahid3 növbəti gün servis anbarına yığılan malların ticarət subyektlərinə satışını həyata keçirir. Ticarət subyektinə getdikdən sonra Eminə müştərilər tərəfindən lazım olan malların adı və sayı deyilir, Emin sifarişi götürür və portativ terminalda malların adını və sayını yazıb qaimə-faktura tərtib edir, daha sonra qaimə fakturanı iki nüsxədə əlində daşıdığı printer ilə çap edir, qaimə fakturanı Emin və müştəri imzası ilə təsdiq edir, bir nüsxəsini müştəriyə təqdim edir, bir nüsxəsi isə Emində qalır. Şahid3 malların isti satışını həyata keçirir, yəni müştəridən sifarişi götürən kimi yerindəcə avtomobildən malları müştəriyə təqdim edir. Emin malları bəzi hallarda ticarət subyektlərinə nisyə, bəzi hallarda isə nağd qaydada satır, nağd və nisyə satışların sayı isə təxminən bərabərdir. Müştəridən ödənişləri qəbul edərkən də o, portativ terminalda bu barədə qeydiyyat aparır, aldığı ödəniş ilə bağlı qəbz tərtib edir, qəbzi printer ilə iki nüsxədə çap edir, Emin və müştəri qəbzi imzası ilə təsdiq edir, qəbzin bir nüsxəsini müştəriyə təqdim edir, bir nüsxəsi isə Emində qalır. Bəzi müştərilər isə ödənişləri birbaşa Cəmiyyətin bank hesabına köçürürlər. Emin müştəridən qəbul etdiyi ödənişi gün sonunda bölmənin xəzinəsinə, xəzinədar Yadulla Vəliyevə təqdim edir, Yadulla Vəliyev bir nüxsədə kassa mədaxil orderi tərtib edir, orderi hər ikisi imzaları ilə təsdiq edirlər. Kassa mədaxil orderi isə Yadullada qalır. Yadulla həmçinin Eminin gün ərzində portativ terminala müştərilər üzrə daxil etdiyi məlumatları (mal təhvil vermək, ödəniş almaq) kağız daşıyıcıda sistemdən çıxarıb Eminə təqdim edir, Emin özündə saxladığı, malların müştərilərə təhvil verilməsi ilə bağlı qaimə-fakturaları və ödəniş qəbzlərini Yadulla tərəfindən Eminə verilən kağız daşıyıcının içərisinə qoyub ona təqdim edir, o, həmin kağız daşıyıcıda qeyd olunan Eminin həmin gün üzrə fəaliyyətini gözdən keçirir, zəruri şeyləri soruşur, daha sonra kağız daşıyıcını içərisində olan qaimə fakturaları qəbzlər ilə Eminə qaytarır, Emin isə onları xəzinənin qarşısında olan stolun üzərinə qoyur və həmin sənədlər ay sonunda Bakı şəhərinə QSC-nin ünvanına göndərilir. Şahid3 ekspeditor kimi fəaliyyət göstərdiyi dövrdə işində heç bir nöqsan və çatışmazlıq olmamışdır. O, satış müdiri kimi Şahid3 Sabirabad rayonu üzrə mal təhvil verdiyi istənilən ticarət subyektindən (mağazadan) özü sərbəst şəkildə sifariş qəbul edə, sifariş üzrə malları çatdıra, həmçinin müştərilərdən ödənişləri qəbul edə bilər və satış müdiri olaraq da dəfələrlə bunları icra etmişdir. O, müştəridən sifariş götürdükdə Şahid3 şifahi qaydada sifariş barədə məlumat verir, Emin özü qaimə-faktura yazıb malı təhvil verirdi. Müştərilərdən aldığı ödənişləri isə çox vaxt özü xəzinəyə ödəyir, bəzi hallarda isə Şahid3 verir, Emin özü kassaya ödəniş etmişdir. Şahid3 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayı üzrə təxminən 7-8 dəfə malları onun tapşırığı ilə yaşadığı evin həyətinə və Sabirabad Mərkəzi bazarında arxa dayanacağa gətirmişdir. Malları Emin sürücü Şahid5 ilə özünə təhkim edilmiş maşınla gətirmişdir. Emini arxeyin etmişdir ki, ona təhvil verdiyi malların pulunu sonradan Eminə ödəyəcək, Emin də malların satışını qaimə faktura ilə rəsmiləşdirəcək. Onun məhz Şahid3 vasitəsilə malları mənimsəməyinin səbəbi Şahid3 Sabirabad rayonu üzrə işləməsi olmuşdur. Çünki Sabirabad şəhərində yaşadığından malları burada qəbul edib satmaq onun üçün daha rahat olmuşdur. O, Şahid3 malların dəyərini mənsimsəmək məqsədinin olduğunu bildirməmiş, Emin bundan xəbərsiz olmuşdur. Emin elə bilmişdir ki, o, malın pulunu Eminə ödəyəcək. Emindən təhvil aldığı malların böyük hissəsini Saatlı rayon sakini Elşən Xəlilov adlı şəxsə satmış, Elşənin özünə məxsus “Ford” markalı maşını olmuş, həmin maşının dövlət qeydiyyat nişanının sonu 272 olmuş, Elşən Xəlilova malları ancaq nağd qaydada satmışdır. Elşən Xəlilov özü səyyari qaydada satışla məşğul olurmuş. Elşən Xəlilovun ondan aldığı malları hansı şəxsə və ya şəxslərə satmasından məlumatı olmamışdır. O, əsasən “Earl grey” və “Champion” markalı qara çay məhsullarını Emindən təhvil almış, həmçinin Emindən az sayda “Besta” markalı düyü, “Super Tea” markalı və “Ekstra” markalı qara çayları təhvil alıb satmışdır. Elşən Xəlilovdan başqa az hallarda Sabirabad Mərkəzi Bazarında səyyari qaydada satışla məşğul olan şəxslərə də mal satmış, lakin həmin şəxslərin adlarını xatırlamır, onları ancaq üzdən tanımışdır. Həmin şəxslərin telefon nömrələri də onda yoxdur. O, malların hamısını nağd qaydada satmış, həmin malların satışından təxminən 85-86 min pul götürmüşdür. 2023-cü iin dekabr və 2024-cü ilin yanvar aylarında ekspeditor Şahid3 işlədiyi Saatlı rayonu Qaranurlu kəndində fəaliyyət göstərən Şahid11 məxsus mağazadan 2861,4 manat, Sabirabad rayonu Qalaqayın kəndində Rasim Miriyevə məxsus “Çinar” marketdən 710,43 manat, Sabirabad rayonu Həşimxanlı kəndində fəaliyyət göstərən Şahid12 məxsus “Ekspress” marketdən 1710 manat, Sabirabab Mərkəzi Bazarında fəaliyyət göstərən Şahid10 məxsus “Elman” marketdən 5771 manat və Sabirabad şəhərində fəaliyyət göstərən Məmməd Mənsimova məxsus “Əmin marketlər” şəbəkəsindən 35433 manat pul vəsaitini də şəxsi ehtiyaclarına sərf etməklə mənimsəmişdir. Qeyd edilən ticarət subyektləri iri marketlər olduğu üçün onlardan pul vəsaitlərini özü təhvil alır və xəzinəyə özü ödəmişdir. Şahid3 yalnız həmin mağazalara mal paylamışdır. Həmin mağazalardan sifarişləri də özü götürmüşdür. O, həmin mağazalar üzrə yalnız mağazaların adlarını qeyd etdiyi sahibləri ilə danışır və pulu onların tapşırığı ilə mağazada işləyən adlarını bilmədiyi işçilərdən götürmüşdür. Məmməd Mənsimova məxsus “Əmin marketlər” şəbəkəsi üzrə isə o, Məmməd Mənsimovun köməkçisi İnkişaf Xəlilov ilə danışır, ödənişi İnkişafdan götürmüşdür. O, mağazalardan ödəniş alarkən hər hansı sənəd tərtib etmir, nə mağaza sahibi, nə də o, hər hansı sənədə qol çəkməmişdir. Qeyd etdiyi mağazalar üzrə mənimsədiyi ödənişləri 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarında almışdır. 22 yanvar 2024-cü il tarixli, 012 saylı əmr əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən komissiya yaradılmış, komissiya tərəfindən 23-24 yanvar tarixlərində Cəmiyyətin əməkdaşları, həmçinin təftiş şöbəsinin auditləri tərəfindən onun və Şahid3 iştirakı ilə Eminin servis anbarında (avtomobildə) faktiki mal qalığı yoxlanılmış, o cümlədən Eminin fəaliyyət göstərdiyi dislokasiya üzrə ticarət subyektlərində üzləşmələr aparılmışdır. Ticarət subyektləri üzrə keçirilən üzləşdirmələr zamanı Şahid11 məxsus mağaza üzrə 2861,40 manat, Rasim Miriyevə məxsus mağaza üzrə 710,43 manat, Şahid12 məxsus mağaza üzrə 1710 manat, Şahid10 məxsus mağaza üzrə 5771 manat, Məmməd Mənsimova məxsus mağaza üzrə 35433 manat olmaqla, ümumilikdə 46485,83 manat kəsr məbləği yaranmışdır. O, ticarət subyektləri üzrə keçirilən üzləşdirmələrdən əvvəl ticarət subeyktləri tərəfindən ona ödənişlər edildiyini və həmin ödənişləri mənimsədiyini etiraf edərək mənimsəmə etdiyi subyektlərin adlarını könüllü şəkildə bildirmiş, üzləşdirmələrin sonunda hər ticarət subyekti üzrə üzləşdirmə aktları tərtib edilmiş və yoxlama iştirakçıları kimi o və Emin də aktları imzaları ilə təsdiq etmişlər. O, hər bir tərtib olunan aktda əskik gələn məbləği özünün mənimsədiyini etiraf etmişdir. Həmçinin, yoxlama zamanı Eminə məxsus servis anbarında olan mal qalığının inventarizasiyası aparılmış və Eminə məxsus servis anbarında (maşında) 100748,18 manat dəyərində malın əskik gəlməsi aşkar edilmişdir. Həmin əskik gələn 100748,18 manat dəyərində mallar, Eminin qaimə-faktura əsasında anbardan təhvil alıb ona təhvil verdiyi mallar olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, arvadı Şəfəq Babaşovanı şəkərli diabet xəstəliyindən və atası Şahid13 ürək-qan-damar sistemi xəstəliklərindən müalicə etdirmiş, bununla bağlı borc pullar almış, mənimsədiyi pulları borclarına qaytarmışdır. 147234,01 manat pul vəsaitini tək mənimsəmişdir, ondan başqa hər hansı şəxs cinayət əməlinin törədilməsində iştirak etməmiş, həmin puldan hər hansı şəxsə verməmişdir. Ümumilikdə vurduğu ziyandan 10939 manat pul vəsaitini Cəmiyyətin hesabına ödəmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmə tərkibindən arvadının və atasının xəstə olmasını, himayəsində az yaşlı uşağının olmasını və vurulmuş ziyanın bir hissəsini ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, dindirilmiş zərər çəkmiş və mülki iddiaçı hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş mənimsəmə cinayət əməli nəticəsində Cəmiyyətə 147234,01 manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs ödənilməmiş 136295 manat pul vəsaitini tələb edirlər. Əgər Təqsirləndirilən şəxs vurduğu ziyanı tam şəkildə ödəsə ondan şikayət və tələbləri olmayacaqdır. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmışdır. Cəmiyyətin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən struktur bölməsində şöbə müdiri Şahid4dur. Şahid4 ümumilikdə struktur bölməyə rəhbərlik edir, işin təşkilinə nəzarət edir. Struktur bölmədə 6 ekspeditor fəaliyyət göstərir. Bölmədə həmçinin 2 satış müdiri işləyir. Satış müdirləri ekspeditorların işinə rəhbərlik və nəzarət edir. Onun təhkim edildiyi satış müdiri Təqsirləndirilən şəxsdur. xx.xx.2021-ci il tarixdən ekspeditor kimi işə başladıqdan sonra ona “Hyundai” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmiş, həmin avtomobil onun servis anbarı olmuşdur. Yəni şirkətin satış anbarından tərəfindən qəbul edilən mallar avtomobilə yığılır və müştərilərə təhvil verilənə qədər mallar onun servis anbarında hesab olunur. O, işə başladıqdan həmin avtomobili Şahid5 idarə edir. Bundan başqa onun həmişə bir nəfər köməkçisi olmuş, lakin ekspeditor kimi işlədiyi dövrlərdə daimi olaraq onunla işləyən köməkçi olmamış, 2-3 aydan bir işdən çıxmaq və digər səbəblərlə köməkçiləri dəyişmişdir. Buna görə də o, köməkçilərin adlarını xatırlamır. Şirkətin satış anbarından o, çay, düyü, kofe, duzlu fıstıq və şokolad kremi qida məhsullarını qəbul edib şirkətin Sabirabad şəhəri və Sabirabad rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən ticarət subyektlərinə satışını icra etmişdir. Cəmiyyətin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən anbarında anbardar Şahid6dir. Ekspeditor kimi işə başladıqdan anbardan malları ancaq Şahid6 təhvil almışdır. İşə başladıqdan ona portativ terminal və kiçik ölçülü, əldə daşına bilən printer verilmiş, o, anbardan mal götürməmişdən öncə portativ terminalda qaimə faktura tərtib edib fakturada anbardan təhvil alacağı malların adını və sayını qeyd edir, daha sonra qaiməni elektron qaydada mərkəzi sistemə ötürür, sistem vasitəsilə qaiməfaktura printerdə çap edilmişdir. Qaimə-fakturanı kağız daşıyıcıda götürdükdən sonra o, qaiməni satış müdiri Təqsirləndirilən şəxs təhvil verir, Təqsirləndirilən şəxs qaimə-fakturanı imzası ilə təsdiq etdikdən sonra o, qaimə-faktura ilə anbara yaxınlaşıb qaiməni anbardara təhvil vermişdir. Qaimə-faktura bir nüsxədə olur, o da ancaq anbardarda qalmışdır. Anbardan malları qəbul etdikdən sonra o və anbardar Şahid6 qaimə-fakturanı imzaları ilə təsdiq edirmişlər. Anbardan mallar ona təhkim edilmiş maşına (servis anbarı) yığılır, bundan sonra növbəti gün həmin malların ticarət subyektinə satışını həyata keçirmişdir. Ticarət subyektinə getdikdən sonra ona müştərilər tərəfindən onlara lazım olan malların adı və sayı deyilir, o, sifarişi götürür və portativ terminalda malların adını və sayını yazıb qaimə-faktura tərtib etmişdir. Daha sonra qaimə fakturanı iki nüsxədə əlində daşıdığı printer ilə çap edir, qaimə fakturanı o və müştəri imzası ilə təsdiq edir, bir nüsxəsini müştəriyə təqdim edir, bir nüsxəsi isə onda qalmışdır. Onda qalan nüsxəni isə gün sonunda struktur bölməyə gedib digər ekspeditorlar kimi bölmədə xəzinənin qarşısında olan stolun üzərinə qoymuşdur. Struktur bölmə tərəfindən isə həmin qaimə-fakturalar ay sonunda Bakıya "xxxx" QSC-yə göndərilmişdir. Malları bəzi hallarda ticarət subyektlərinə nisyə, bəzi hallarda isə nağd qaydada satmışdır. Nağd və nisyə satışların sayı təxminən bərabər olmuşdur. Müştəridən ödənişləri qəbul edərkən də o, portativ terminalda bu barədə qeydiyyat aparır, aldığı ödəniş ilə bağlı qəbz təqdim edir, qəbzi printer ilə iki nüsxədə çap edir, o və müştəri qəbzi imzası ilə təsdiq edir, qəbzin bir nüsxəsini müştəriyə təqdim edir, bir nüsxəsi isə onda qalmışdır. Bəzi müştərilər isə ödənişləri birbaşa Cəmiyyətin bank hesabına köçürmüşdürlər. O, müştəridən qəbul etdiyi ödənişi gün sonunda bölmənin xəzinəsinə, xəzinədar Yadulla Vəliyevə təqdim edir, Yadulla Vəliyev bir nüxsədə kassa mədaxil orderi tərtib edir, orderi hər ikisi imzaları ilə təsdiq edirmişlər. Kassa mədaxil orderi isə Yadullada qalmışdır. Yadulla həmçinin onun gün ərzində portativ terminala müştərilər üzrə daxil etdiyi məlumatları (mal təhvil vermək, ödəniş almaq) kağız daşıyıcıda sistemdən çıxarıb ona təqdim edir, o, özündə saxladığı malların müştərilərə təhvil verilməsi ilə bağlı qaimə-fakturaları və ödəniş qəbzlərini Yadulla tərəfindən ona verilən kağız daşıyıcının içərisinə qoyub satış müdiri Təqsirləndirilən şəxs otağına girib sonuncuya təqdim edir, Təqsirləndirilən şəxs həmin kağız daşıyıcıda qeyd olunan onun həmin gün üzrə fəaliyyətini gözdən keçirir, zəruri şeyləri soruşur, daha sonra kağız daşıyıcını içərsində olan qaimə fakturalar və qəbzlər ilə qeyd etdiyi stolun üzərinə qoyur və həmin sənədlər ay sonunda Bakı şəhərinə QSC-nin ünvanına göndərilirmişdir. O, ekspeditor kimi fəaliyyətə başladığı xx.xx.2021-ci il tarixdən fəaliyyətimi ifadəsində qeyd etdiyi formada təşkil etmiş, işində heç bir nöqsan və çatışmazlığa yol verməmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində satış müdiri Təqsirləndirilən şəxs ona anbardan təhvil aldığı malları qaiməfaktura yazmadan qeyri-rəsmi qaydada satışını həyata keçirməyini, həmin malların ödənişlərini özünün ona təhvil verəcəyini, bundan sonra onun da həmin ödənişləri xəzinəyə ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun satış müdiri olduğu üçün o Anara tabe olmuş və Anarın satış ilə bağlı bütün tapşırıqlarını şərtsiz şəkildə icra etməli olmuşdur. Əvvəllər də Təqsirləndirilən şəxs ona şirkətin əməkdaşlıq etdiyi ticarət subyektlərinə malların verilməsi ilə bağlı göstəriş vermiş, o, qaimə-faktura əsasında malları ticarət subyektlərinə təhvil vermişdir. Lakin bu dəfə Təqsirləndirilən şəxs ona malları qaimə-faktura tərtib etmədən ona təhvil verməyini bildirmiş və onu əmin etmişdir ki, malların ödənişini özü ona təhvil verəcəkdir. Ödənişləri alarkən isə o, həmin tarixə malların ticarət subyektlərinə təhvil verilməsi ilə bağlı qaimə-faktura tərtib edəcəkmiş. Təqsirləndirilən şəxs təhvil verəcəyi malların adlı siyahısını ona özü yazıb verirmiş. O da həmişəki qaydada terminalda qaiməfaktura tərtib edib Təqsirləndirilən şəxs tərəfindən qaimə təsdiq edildikdən sonra qaiməni anbara təhvil verib malları götürmüşdür. O, 2023-cü ilin dekabr ayının əvvəllərindən 2024-cü ilin yanvar ayının 22-nə, Cəmiyyət tərəfindən yoxlama keçirilənə qədər Təqsirləndirilən şəxs tərəfindən ona siyahısı verilən malları qaimə-faktura tərtib etmədən növbəti gün Təqsirləndirilən şəxs təhvil vermişdir. Belə ki, o, 2023-cü ilin dekabr ayının əvvəllərindən 2024-cü ilin yanvar ayının 22-nə qədər ümumilikdə 7-8 dəfə Təqsirləndirilən şəxs ona verdiyi siyahı əsasında anbardan götürdüyü malları növbəti gün Təqsirləndirilən şəxs təhvil vermişdir. Malları 2-3 dəfə Təqsirləndirilən şəxs Sabirabad şəhərində yaşadığı evin həyətində, 4-5 dəfə isə Sabirabad şəhər Mərkəzi Bazarında 1-ci avtodayanacaqda Təqsirləndirilən şəxs təhvil vermişdir. Təqsirləndirilən şəxs tapşırığı ilə malları o, həmin ünvana gətirmiş, malları Anar özü həmin ünvanda qəbul etmişdir. O, malları ona təhkim edilmiş “Hyundai” markalı avtomobil ilə ünvanlara sürücü Şahid5 ilə aparmışdır. Malları Təqsirləndirilən şəxs təhvil verdiyi tarixlər dəqiq olaraq onun yadında qalmamışdır. Təqsirləndirilən şəxs ona malların pulunu özünün verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Cəmiyyətin Sabirabad rayonunda fəaliyyət göstərən ticarət subyektləri Şahid11, Rasim Miriyev, Şahid12, Şahid10 və Məmməd Mənsimova məxsus ticarət subyektlərindən, həmin subyektlərə onun tərəfindən nisyə qaydada satışı həyata keçirilmiş qida məhsullarının dəyərini ondan xəbərsiz olaraq subyektlərdən əldə edib mənimsəmişdir. 22 yanvar 2024-cü il tarixli, 012 saylı əmr əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən komissiya yaradılmış, komissiya tərəfindən 23-24 yanvar tarixlərində Cəmiyyətin əməkdaşları, həmçinin təftiş şöbəsinin auditləri tərəfindən Təqsirləndirilən şəxs və onun iştirakı ilə fəaliyyət göstərdiyi avtomobilin servis anbarı, yəni faktiki mal qalığı yoxlanılmış, o cümlədən fəaliyyət göstərdiyi dislokasiya üzrə ticarət subyektlərində üzləşmələr aparılmışdır. Ticarət subyektləri üzrə keçirilən üzləşdirmələr zamanı Şahid11 məxsus mağaza üzrə 2861,40 manat, Rasim Miriyevə məxsus mağaza üzrə 710,43 manat, Şahid12 məxsus mağaza üzrə 1710 manat, Şahid10 məxsus mağaza üzrə 5771 manat, Məmməd Mənsimova məxsus mağaza üzrə 35433 manat olmaqla, ümumilikdə 46485,83 manat kəsr məbləği yaranmışdır. Təqsirləndirilən şəxs ticarət subyektləri üzrə keçirilən üzləşdirmələrdən əvvəl özünün ticarət subeyktləri tərəfindən ona edilən ödənişləri mənimsədiyini etiraf edərək mənimsəmə etdiyi subyektlərinin adlarını könüllü şəkildə bildirmişdir. Üzləşdirmələrin sonunda hər ticarət subyekti üzrə üzləşdirmə aktları tərtib edilmiş və yoxlama iştirakçıları kimi o və Anar da aktları imzaları ilə təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs hər bir tərtib olunan aktda əskik gələn məbləği özünün mənimsədiyini etiraf etmişdir. Həmçinin, yoxlama zamanı ona məxsus servis anbarında olan mal qalığının inventarizasiyası aparılmış və ona məxsus servis anbarında (maşında) 100748,18 manat dəyərində malın əskik gəlməsi aşkar edilmişdir. Əskik gələn 100748,18 manat dəyərində mallar, onun qaimə-faktura əsasında anbardan təhvil alıb Təqsirləndirilən şəxs təhvil verdiyi mallar olmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs həmin malları da ondan təhvil aldığını və malları müxtəlif şəxslərə sataraq dəyərini mənimsədiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq ondan 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayında 100748,18 manat dəyərində qida məhsullarını təhvil almış və onların dəyərini mənimsəmişdir. Dindirilmiş Şahid5 Ağasadiq oğlu ifadəsində bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən satış anbarında sürücü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs isə bölmədə satış müdiri işləmişdir. Təqsirləndirilən şəxs Şahid3 satış müdiri olmuşdur. Təqsirləndirilən şəxs ilə mal daşımamış, malı ancaq Emin ilə daşımışdır. 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarında isə xatırlamadığı tarixlərdə təxminin 7-8 dəfə Şahid3 ilə Sabirabad şəhər Mərkəzi Bazarında avtodayanacağa və Təqsirləndirilən şəxs Sabirabad şəhərində yaşadığı evə daşımışdır. Şahid3 və Təqsirləndirilən şəxs ona malın daşındığı müştərilərin anbarlarında yer olmadığını, bu səbəbdən də malları müştərilərin anbarından kənara boşaltdıqlarını bildirmişdirlər. Həmin malların şirkətdən kənar satışının həyata keçirilməsindən məlumatı olmamışdır. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən struktur bölməsində anbardar vəzifəsində işləyir. Anbardar olaraq vəzifəsi struktur bölmənin satış anbarına daxil olan və çıxan mallara nəzarət etməkdən ibarətdir. Struktur bölmə Sabirabad, İmişli, Saatlı, Hacıqabul, Neftçala, Salyan rayonları, Şirvan şəhəri və Ələt qəsəbəsi üzrə fəaliyyət göstərən QSC ilə əməkdaşlıq edən ticarət subyektlərinə çay, kofe, duzluq fıstıq, şokolad kremi və düyü məhsullarının satışını həyata keçirir. Həmin məhsullar struktur bölmənin anbarında saxlanılır və müvafiq olaraq satışı həyata keçirən ekspeditorlara qaimə-faktura əsasında təhvil verilir. Anbardan birbaşa satış yoxdur. Anbardan çıxan mallar qaimə-faktura əsasında ekspeditorların öhdəliyində olan yük maşınlarına yığılır və həmin yük maşınları ekspeditorların servis anbarı hesab edilir. Ekspeditorlar həmin servis anbarlarından malların isti satışını həyata keçirirlər. Belə ki, ekpseditorlar əraziləri üzrə ticarət subyektlərinin sifarişi əsasında yerindəcə servis anbarlarından müvafiq malları çıxarıb ticarət subyektlərinə satışını həyata keçirirlər. Struktur bölmə üzrə fəaliyyət göstərən ekspeditorlardan biri də Şahid3 olmuşdur. Şahid3 Təqsirləndirilən şəxs satış müdiri olaraq rəhbərliyi altında fəaliyyət göstərmişdir. Şahid3 “Hyundai” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmiş, həmin avtomobil onun servis anbarı olmuşdur. Yəni şirkətin satış anbarından Emin tərəfindən qəbul edilən mallar avtomobilə yığılır və müştərilərə təhvil verilənə qədər mallar onun servis anbarında hesab olunur. Eminə təhkim edilmiş avtomobili Şahid5 idarə edir. Cəmiyyətin satış anbarından Emin çay, düyü, kofe, duzlu fıstıq və şokolad kremi qida məhsullarını qəbul edib şirkətin Sabirabad şəhəri və Sabirabad rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən ticarət subyektlərinə satışını icra etmişdir. Şahid3 malları anbarda ondan təhvil almışdır. Belə ki, Şahid3 istifadəsinə verilmiş portativ terminal və kiçik ölçülü, əldə daşına bilən printer vasitəsilə anbardan mal götürməmişdən öncə portativ terminalda qaimə faktura tərtib edib fakturada anbardan təhvil alacağı malların adını və sayını qeyd edir, daha sonra qaiməni elektron qaydada mərkəzi sistemə ötürür, sistem vasitəsilə qaimə-faktura printerdə çap edilirdi. Qaimə-fakturanı kağız daşıyıcıda götürdükdən sonra Şahid3 qaimə-fakturanı satış müdiri Təqsirləndirilən şəxs təqdim edir, Təqsirləndirilən şəxs qaimə-fakturanı imzaladıqdan sonra Emin imzalanmış qaimə-faktura ilə anbara yaxınlaşıb qaiməni ona təhvil verir, qaimə-fakturada qeyd olunan malları təhvil alırmış. Satış müdiri Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qaimə-fakturaya mallar Şahid3 təhvil verildikdən sonra o və Emin qol çəkmişdir. İmzalanmış qaimə-fakturalar onda qalır, ay sonunda həmin qaimə-fakturalar tərəfindən struktur bölmənin mühasibatlığına təhvil verilir, mühasibatlıq isə həmin qaimə-fakturaları Bakı şəhərinə QSC-nin mərkəzi ofisinə göndərirmiş. Anbara ekspeditorlar tərəfindən geri qaytarılan mallar üzrə də eyni qaydada sənədləşmə aparılır. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayında Şahid3 anbardan təhvil aldığı “Earl grey”, “Champion”, “Super Tea” və “Ekstra” markalı qara çay, “Besta” markalı düyü məhsullarının satışını uçotdan kənar sataraq malların dəyərini mənimsəməsindən onun əvvəlcədən məlumatı olmamış, şirkət tərəfindən yoxlama aparılıb bu fakt aşkar edildikdən sonra o, bunu bilmişdir. Ekspeditor Şahid3 aylıq olaraq 7-8 ton miqdarında mal götürmüş, həmin malların təxmini dəyəri 200-250 min manat təşkil etmişdir. Şahid3 hər mal təhvilində təxminən 20-30 min manat aralığında mal verilə bilərmiş. Lakin, o miqdarda bir dəfəyə Eminə anbardan mal verilməmişdir. Şahid3 maşınında-servis anbarında əvvəlcədən təhvil aldığı mallar da qalmış olurdu. Emin digər çatışmayan malları təhvil almışdır. Eminin maşını heç vaxt tam olaraq boş olmamışdır. Dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən struktur bölməsində mühasib vəzifəsində işləyir. Struktur bölmə Sabirabad, İmişli, Saatlı, Hacıqabul, Neftçala, Salyan rayonları, Şirvan şəhəri və Ələt qəsəbəsi üzrə fəaliyyət göstərən QSC ilə əməkdaşlıq edən ticarət subyektlərinə çay, kofe, duzluq fıstıq, şokolad kremi və düyü məhsullarının satışını həyata keçirir. Struktur bölmə üzrə fəaliyyət göstərən ekspeditorlardan biri də Şahid3 olmuşdur. Şahid3 Təqsirləndirilən şəxs satış müdiri olaraq rəhbərliyi altında fəaliyyət göstərmişdir. Şahid3 “Hyundai” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmiş, həmin avtomobil onun servis anbarı olmuşdur. Yəni şirkətin satış anbarından Emin tərəfindən qəbul edilən mallar avtomobilə yığılır və müştərilərə təhvil verilənə qədər mallar onun servis anbarında hesab olunur. Cəmiyyətin satış anbarından Emin çay, düyü, kofe, duzlu fıstıq və şokolad kremi qida məhsullarını qəbul edib şirkətin Sabirabad şəhəri və Sabirabad rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən ticarət subyektlərinə satışını icra etmişdir. Emin işə başladıqdan ona satışın və qəbul etdiyi ödənişlərini uçotunu aparmaq üçün portativ terminal verilmişdir. Şahid3 malların isti satışını həyata keçirir, yəni müştəridən sifarişi götürən kimi yerindəcə avtomobildən malları müştəriyə təqdim edir. Emin malları bəzi hallarda ticarət subyektlərinə nisyə, bəzi hallarda isə nağd qaydada satır, nağd və nisyə satışların sayı isə təxminən bərabərdir. Müştəridən ödənişləri qəbul edərkən də o, portativ terminalda bu barədə qeydiyyat aparır, aldığı ödəniş ilə bağlı qəbz təqdim edir, qəbzi printer ilə iki nüsxədə çap edir, o və müştəri qəbzi imzası ilə təsdiq edir, qəbzin bir nüsxəsini müştəriyə təqdim edir, bir nüsxəsi isə onda qalır. Bəzi müştərilər isə ödənişləri birbaşa Cəmiyyətin bank hesabına köçürürlər. Emin müştəridən qəbul etdiyi ödənişi gün sonunda bölmənin xəzinəsinə, ona təqdim edir, o, bir nüxsədə kassa mədaxil orderi tərtib edir, orderi o və Emin imzalayır. Kassa mədaxil orderi isə onda qalır. Bölmənin ekspeditorları tərəfindən icra edilən satışa nəzarət etmək üçün bölmənin istifadəsində “Satış takip” adlandırılan elektron proqram təminatı vardır. Həmin proqram təminatında ekspeditorlar tərəfindən portativ terminalda qeydiyyatı aparılmış mağazalara satılmış mallar və mağazalardan qəbul edilmiş ödənişləri izləmək olur. Yəni eskpeditor terminalda mağazaya mal satması ilə bağlı qaimə-faktura tərtib etdikdə həmin qaimə-faktura avtomatik olaraq mərkəzi sistemə köçürülür. Eyni qayda müştəridən qəbul edilən ödənişlərlə bağlı tərtib edilmiş fakturalara da aiddir. Şahid3 müştərilərdən qəbul etdiyi ödənişləri kassada ödəyərkən onun tərtib etdiyi kassa-mədaxil orderinde Eminin ödədiyi ümumi məbləğ göstərilir, Eminin həmin məbləği hansı müştəri üzrə ödədiyi görsənmir. Bunu müəyyən etmək üçün “Satış takip” adlandırılan elektron proqram təminatına daxil olaraq Eminin həmin gün üçün fəaliyyətinə baxmaq lazımdır. Proqram təminatında ödənişlərin hansı müştərilərdən qəbul edildiyi göstərilir. O, Eminin gün ərzində portativ terminala müştərilər üzrə daxil etdiyi məlumatları (mal təhvil vermək, ödəniş almaq) kağız daşıyıcıda sistemdən çıxarıb Eminə təqdim edir, Emin özündə saxladığı, malların müştərilərə təhvil verilməsi ilə bağlı qaimə-fakturaları və ödəniş qəbzlərini Təqsirləndirilən şəxs təqdim edir, Təqsirləndirilən şəxs Emindən zəruri şeyləri özü soruşur. Ay ərzində, ən çox da ay sonlarında 4-5 dəfə satış müdiri Təqsirləndirilən şəxs ekspeditor Şahid3 ərazisinə aid olan müştərilərdən yığdığı pulları kassaya ona təqdim edir, ona həmin ödənişin Eminin ərazisinə aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin ödənişlər barədə Şahid3 da məlumat verir, Şahid3 portativ terminalda həmin ödənişlərin qəbulu ilə bağlı qeydiyyat aparırmış. Lakin, ödənişlərin kassaya təqdim olunması ilə bağlı məsul şəxs Şahid3 olduğu üçün o, həmin ödənişləri Eminin adına yazmışdır. Yəni Təqsirləndirilən şəxs ona pul ödədikdə o, pulu saxlayır, Eminin gəlməsini gözləyir, Emin gəldikdə isə həmin ödənişi onun iştirakı ilə rəsmiləşdirirmiş. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2024cü ilin yanvar ayının sonunda aparılan yoxlamadan sonra o, Təqsirləndirilən şəxs müştərilərdən yığdığı ödənişləri və ekspeditor Şahid3 təhvil aldığı malları mənimsəməsini öyrənmişdir. Şahid4 2023-cü ilin aprel ayından bölmə müdiri işlədikdən sonra da eyni qaydada sayım həyata keçirilmişdir. Lakin, mərkəzi anbarda mallar sayılsa da, bununla bağlı akt tərtib etməmiş, çünki hər dəfə saydıqca mal qalığı düz olmuşdur. Bu səbəbdən də akt tərtib etməyə ehtiyac olmamışdır. O, şifahi qaydada İsmayıl Meydiyevə mal qalığının düzgün olduğunu bildirirmiş. Ekspeditorların servis anbarlarını saymaq isə satış müdirlərinin səlahiyyətinə aid olmuş, bölmədə 6 servis anbarı olmaqla iki satış müdiri fəaliyyət göstərmiş, servis anbarları ayın ortları və sonu olmaqla ay ərzində iki dəfə sayılmışdır. Satış müdirləri servis anbarlarını saymamışdan öncə o, satış müdirlərinə “sayım siyahısı” vermişdir. Sayımdan sonra siyahı ona təqdim edilir, o, həmin siyahı üzrə məlumatları “Tiqer” proqramında yoxlayır, nəticə ilə bağlı isə Şahid4 şifahi qaydada məlumat verirmiş. QSC-nin “tiqer” adlı proqram təminatı vasitəsilə onun Şahid3 servis anbarında olan malların miqdarını görə bilmək imkanım olmuşdur. Lakin, şöbə müdiri kimi Şahid4 bu imkanı olmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayı üzrə Eminin servis anbarında olan malların qalıq siyahısını ona düzgün təqdim etmişdir. Anar Eminin portativ terminalında qeyd olunan malların sayına uyğun ona say vermişdir. Sistemdə olan say ilə Anarın verdiyi malların sayı uyğun olmuşdur. Təqsirləndirilən şəxs şahidlərin məhkəmədə düzgün ifadə verdiklərini, ittiham aktında yazılmış digər şahidləri dindirmək istmədiyini demişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -“cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən struktur bölməsinin satış müdiri Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus 147234,01 (bir yüz qırx yeddi min iki yüz otuz dörd manat, bir qəpik) manat məbləğində pul vəsaitini mənimsəməsi barədə Cəmiyyətin direktoru Şahid1 rayon prokurorluğuna etdiyi müraciət və toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.(cild 1, i.v.1) -"xxxx" Qapalı Səhmdar Cəmiyyətin direktorunun xx.xx.2024-cü il tarixli 13 nömrəli şikayət ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Cəmiyyətin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən struktur bölməsinin satış müdiri Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus 147234,01 (bir yüz qırx yeddi min iki yüz otuz dörd manat, bir qəpik) manat məbləğində pul vəsaitini mənimsəməsi barədə şikayət ərizəsi ilə Cəmiyyətin direktoru Uğur X3 rayon prokurorluğuna müraciət etmişdir.(cild 1, i.v.15-250) -"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəy”indən görünür ki, "xxxx" QSC-nin Sabirabad ərazisi üzrə satışın təşkili üzrə məsul şəxslərin (şöbə müdiri Şahid4, satış müdiri Təqsirləndirilən şəxs və ekspeditor) qarşılıqlı hesablaşmaların nəticələrinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə qarşılıqlı hesablaşmalar üzrə maddi qiymətli əmtəələrin hərəkətinin auditi aparılmış və "xxxx" QSC-nin direktorunun xx.xx.2024cü il tarixli, 012 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən Sabirabad rayonu üzrə satışın təşkilinə maddi məsul şəxslərin öhdəsində olan mal qalığının inventarizasiyası zamanı aşkar olunmuş 147234,01 manat kənarlaşma faktı audit araşdırılması ilə təsdiqlənmişdir.(cild 1, i.v.29-31) -“BETA” firması üzrə "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 10 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən satış müdiri vəzifəsinə işə qəbul edilmişdir.(cild 1, i.v.50) -xx.xx.2021-ci il tarixli “əmək müqaviləsi”nin surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə "xxxx" QSC-nin direktoru arasında əmək müqaviləsi bağlanılmış, Təqsirləndirilən şəxs satış müdiri vəzifəsinə qəbul edilmişdir və ona ödənilən əmək haqqı 300 manat təşkil etmişdir.(cild 1, i.v.51-56) -"xxxx" QSC-nin direktoru tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş satış müdirinin vəzifə təlimatı”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs satış müdiri olaraq vəzifə funksiyasına maddi məsul şəxs kimi tabeliyində olan ekspeditorların və özünün əmək funksiyasının icrası zamanı gördüyü bütün işlərə görə tam maddi məsuliyyət daşımaq, müəyyən olunmuş çeşidə və müştəri sifarişlərinə əsasən müştərilərin mallarla təchizatını təmin etmək, malların müəyyən olunmuş müddətdə, kəmiyyət və keyfiyyətlə müştərilərə çatdırılmasına nəzarət etmək daxil olmuş və satış müdiri əmək funksiyasının icrası zamanı maddi məsul şəxslərin satış üçün anbardan sifarişlərə uyğun malların alınmasına, malların satışına, mal qalıqlarının və satışın uçotunun düzgün aparılmasına, satışdan əldə edilən pul vəsaitlərinin şirkətin xəzinəsinə və bank hesablarına mədaxil edilməsinə və düzgünlüyünə, maddi məsul şəxslər tərəfindən pulların və malların mənimsənilməsinə və oğurlanmasına, üçüncü şəxslərə əsassız verilməsinə, servis anbarlarında mal qalıqlarının itməsinə, əskik gəlməsinə, çatışmazlıqlara görə birbaşa hüquqi və tam maddi məsuliyyət daşımaqla işçilər və müştərilər tərəfindən oğurlanma, mənimsənilmə və digər neqativ hallara qarşı mübarizə aparmalıdır. Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə vəzifə təlimatı ilə tanış olmasını imzası ilə təsdiq etmişdir.(cild 1, i.v.57-58) -xx.xx.2021-ci il tarixli “tam maddi məsuliyyət haqqında fərdi müqavilə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" QSC-nin direktoru Şahid1 arasında bağlanılmış tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən, Təqsirləndirilən şəxs ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı, müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin əmək funksiyasına uyğun olaraq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir.(cild 1, i.v.59) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 3, i.v.58) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(056)-69/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 3,i.v.188-189,202- 205) -“kompleks məhkəmə-mühasibatlıq məhkəmə-xətşünaslıq ekspertizası”nın xx.xx.2024cü il tarixli, 9/4507-4/875 nömrəli rəyindən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə: 1.3-Ekspertizaya təqdim olunmuş, "xxxx" QSC ilə fərdi sahibkar Məmməd Mənsimov, fərdi sahibkar Şahid11, fərdi sahibkar Rasim Miriyev, fərdi sahibkar Şahid12 və fərdi sahibkar Şahid10 məxsus ticarət subyektləri üzrə 23 yanvar 2024-cü il tarixdə aparılmış inventarizasiyalar zamanı tərtib edilmiş üzləşdirmə aktlarında “6.” rəqəminin qarşısındakı imzalar, “Təqsirləndirilən şəxs” yazıları, aktların sonunda Təqsirləndirilən şəxs adından olan yazılar; 23 yanvar 2024-cü il tarixli “Best-Tarım QSC-nin maddi məsul şəxsləri olan Şahid3 və Təqsirləndirilən şəxs oğiunun servis anbarında olan maddi qiymətlilərin inventarizasiya aktı”nda 1-2-ci vərəqələrinin sonundakı “Təqsirləndirilən şəxs” yazıları, yazıların qarşısındakı imzalar, aktın sonunda “Maddi məsul şəxslər (satış şefi)’’ qrafasındakı imza “Babaşov” yazısı və aktın sonunda Təqsirləndirilən şəxs adından olan yazılar; 23 yanvar 2024-cü il tarixli “Best-Tarım QSC-nin 4 saylı servizi vasitəsi ilə kreditlə ticarət münasibətlərində olan fiziki və hüquqi şəxslərin siyahısını və onlarda nisyədə olan maddi qiymətlilərin miqdarını və məbləğini təsdiqləyən inventarizasiya aktı’nın “Maddi məsul şəxslər satış şefi” qrafasındakı imza, “Təqsirləndirilən şəxs” yazıları, aktın sonunda Təqsirləndirilən şəxs adından olan yazılar və imza; 25 yanvar 2024-cü il tarixli "xxxx" QSC-nin direktoru tərəfindən təsdiq edilən aktın birinci və ikinci səhifəsində “Babaşov” əlyazmalarının və əlyazmanın qarşısında icra edilən imzanın, həmçinin həmin aktın sonuncu səhifəsində “Akt mənim iştirakımla yazıldı və həqiqətən də 147234 manatlıq pul vəsaitini mənimsəmişəm. Ekspeditor Şahid3 vasitəsilə” yazıları; Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin direktoruna verilmiş xx.xx.2024-cü il tarixli izahatda əlyazmalar və imzalar; Satış müdirinin vəzifə təlimatının sonunda “İşçi (tanış oldum)” qrafasındakı imza və “Babaşov” yazısı; 05 yanvar 2021-ci il tarixli “tam maddi məsuliyyət haqqında” fərdi müqavilənin sonunda “İşçi” qrafasının qrafasındaki imza və “satış müdiri Təqsirləndirilən şəxs Əliş oğlu” yazıları; 2023-cü ilin yanvar ayına dair 5 ədəd 00000076 saylı, SB20230007, SB20230008, SB20230015, SB********. **********, SB20230026, SB20230042, SB20230045, SB20230046, SB20230050, SB20230065, SB20230071, SB20230079, SB20230084, SB20230093, SB20230101, SB20230108, SB20230117, SB20230126, SB20230146, SB20230153, SB20230159, SB20230166, SB20230171, SB20230181, SB20230176, SB20230183, SB20230189, SB20230199 saylı qaimə-fakturalarda; 2023-cü ilin fevral ayına dair SB20230209, SB20230210, SB20230218, SB20230219, SB20230226, SB20230235, SB20230243, SB20230253, SB20230257, SB20230273, SB20230296, SB20230305, SB20230312, SB20230318, SB20230327, SB20230339, SB20230342, SB20230358, SB20230352, SB20230363, SB20230364, SB20230369, SB20230373, SB20230379, SB20230387, SB20230405, SB20230406, SB20230413, SB20230433 saylı qaimə-fakturalarda; 2023-cü ilin mart ayına dair SB20230436, SB202304441, SB20230445, SB20230452, SB20230456, SB20230462, SB20230463, SB20230478, SB20230471, SB20230484, SB20230497, SB20230503, SB20230521, SB20230533, SB20230541, SB20230542, SB20230552, SB20230560, SB20230564, SB20230575, SB20230588, SB20230591, SB20230603, SB20230608, SB20230613, SB20230622, SB20230627, SB20230635, SB20230639, SB20230649, SB20230666, SB20230667, SB20230672, SB20230677, SB20230688, SB20230674 saylı qaimə-fakturalarda; 2023-cü ilin aprel ayına dair SB20230703, SB20230713, SB20230724, SB20230732, SB20230740, SB20230745, SB20230749, SB20230761, SB20230768, SB20230778, SB20230786, SB20230797, SB20230804, SB20230811, SB20230814, SB20230827, SB20230834, SB20230846, SB20230854, SB20230865, SB20230866, SB20230895, SB20230910, SB20230921, SB20230939, SB20230928, SB20230941 saylı qaimə-fakturalarda; 2023-cü ilin may ayına dair SB20230951, SB20230948, SB20230959, SB20230995, SB20231003, SB20231022, SB20231042, SB20231057, SB20231064, SB20231068, SB20231075, SB20231093, SB20231099, SB20231113, SB20231125, SB20231144, SB20231150, SB20231162, SB20231166, SB20231180, SB20231193, SB20231196, SB20231215, SB20231217, SB20231228 saylı qaiməfakturalarda; 2023-cü ilin iyun ayına dair SB20231239, SB20231247, SB20231259, SB20231272, SB20231273, SB20231280, SB20231291, SB20231306, SB20231315, SB20231321, SB20231337, SB20231348, SB20231359, SB20231376, SB20231390, SB20231397, SB20231404, SB20231417, SB20231427, SB20231468, SB20231455, SB20231446, SB20231447, SB20231448, SB20231451 ,SB20231454, SB20231452, SB20231499, SB20231469, SB20231517, SB20231522 saylı qaimə-fakturalarda; 2023-cü ilin iyul ayına dair SB20231534, SB20231535, SB20231810, SB20231802, SB20231540, SB20231544, SB20231546, SB20231554, SB20231570, SB20231577, SB20231583, SB20231585, SB20231592, SB20231608, SB20231616, SB20231624, SB20231637, SB20231655, SB20231661, SB20231670, SB20231677, SB20231672, SB20231695, SB20231699, SB20231711, SB20231724, SB20231730, SB20231731, SB20231732, SB20231742, SB20231743, SB20231746, SB20231753, SB20231763, SB20231733, SB20231775, SB20231790, SB20231798 saylı qaimə-faktura!arda; 2023-cü ilin avqust ayına dair SB20231829, SB20231830, SB20231836, SB20231845, SB20231846, SB20231848, SB20231854, SB20231856, SB20231872, SB20231877, SB20231879, SB20231887, SB20231895, SB20231900, SB20231911, SB20231918, SB20231921, SB20231925, SB20231932, SB20231933, SB20231934, SB20231940, SB20231949, SB20231956, SB20231967, SB20231972, SB20231982, SB20232001, SB20232008, SB20232011, SB20232017, SB20232021, SB20232023, SB20232029, SB20232068, SB20232070 saylı qaimə-fakturalarda; 2023-cü ilin sentyabr ayına dair SB20232081, SB20232091, SB20232097, SB20232100, SB20232111, SB20232122, SB20232137, SB20232140, SB20232145, SB20232149, SB20232158, SB20232165, SB20232174, SB20232185, SB20232192, SB20232220, SB20232214, SB2023224, SB20232247, SB20232256, SB20232262, SB20232280, SB20232270, SB20232295, SB20232286, SB20232287, SB20232289, SB20232288, SB20232309 saylı qaimə-fakturalarda; 2023-cü ilin oktyabr ayına dair SB20232331, SB20232334, SB20232336, SB20232360, SB20232361, SB20232365, SB20232369, SB20232375, SB20232382, SB20232384, SB20232399, SB20232408, SB20232418, SB20232426, SB20232433, SB20232437, SB20232454, SB20232464, SB20232470, SB20232479, SB20232481, SB20232488, SB20232497, SB20232517, SB20232518, SB20232527, SB20232536, SB20232547, SB20232560, SB20232568, SB20232588, SB20232571, SB20232570 saylı qaiməfakturalarda; 2023-cü ilin noyabr ayına dair SB20232593, SB20232602, SB20232604, SB20232625, SB20232628, SB20232638, SB20232640, SB20232659, SB20232665, SB20232674, SB20232688, SB20232698, SB20232703, SB20232713, SB20232721, SB20232738, SB20232740, SB20232748, SB20232758, SB20232751, SB20232752, SB20232762, SB20232766, SB20232774, SB20232781, SB20232788, SB20232792, SB20232811, SB20232802, SB20232806, SB20232827, SB20232835, SB20232849, SB20232856, SB20232858, SB20232862 saylı qaimə-fakturalarda; 2023-cü ilin dekabr ayına dair SB20232867, SB20232880, SB20232887, SB20232899, SB20232900, SB20232904, SB20232915, SB20232923, SB20232932, SB20232941, SB20232945, SB20232948, SB20232961, SB20232976, SB20232980, SB20232991, SB20232996, SB20233003, SB20233009, SB20233011, SB20233021, SB20233035, SB20233036, SB20233044, SB20233047, SB20233057, SB20233079, SB20233087, SB20233093, SB20233094, SB20233100, SB20233107, SB20233115, SB20233134, SB20233150, SB20233151 saylı qaimə-fakturalarda; 2024-cü ilin yanvar ayı üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sabirabad mərkəzi anbarından Şahid3 04 nömrəli servis anbarına müxtəlif qida məhsullarının (çay, kofe, duzluq fıstıq, şokolad kremi və düyü) təhvil verilməsi ilə bağlı tərtib edilmiş SB20240009 saylı, SB20240014 saylı, SB20240024 saylı, SB20240033 saylı, SB20240039 saylı, SB20240046 saylı, SB20240047 saylı, SB20240055 saylı, SB20240056 saylı, SB20240060 saylı, SB20240076 saylı, SB20240082 saylı, SB20240090 saylı, SB20240097 saylı, SB20240102 saylı, SB20240109 saylı, SB20240117 saylı, SB20240127 saylı, SB20240125 saylı, SB20240134 saylı, SB20240140 saylı, SB20240145 saylı, SB20240153 saylı, SB20240154 saylı, SB20240156 saylı, SB20240162 qaimə-fakturalarda; 2023-cü ilin yanvar-dekabr ayları üzrə Şahid3 04 nömrəli servis anbarından Sabirabad mərkəzi anbarına müxtəlif qida məhsullarının (çay, kofe, duzluq fıstıq, şokolad kremi və düyü) geri qaytarılması ilə bağlı tərtib edilmiş 00000151, 00000263, 00000513, 00001056, 00001150, 00001286, 00001370, 00001404, 00001598, 00001900, 00002130, 00002278, 00002406, 00002676, 00002938, 00003448, 00003594, 00004273, 00004508, 00004837, 00004950, 00005230, 00005382, 00005613, 00005869, 00006166, 00006384, 00001711, 00006547 saylı qaimə-fakturalarda Təqsirləndirilən şəxs adından olan yazılar və imzalar – Babşov Anar Əliş oğlu tərəfindən icra olunmuşdur. Məhkəmə-mühasibat ekspertizası üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan üzləşmə aktları, xx.xx.2024-cü il tarixli auditor rəyi, xx.xx.2024-cü il tarixli inventarizasiya aktları, qaimə faktura və s. sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən əsaslı hesab olunduğu təqdirdə Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs hesablarında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixi əhatə edən dövr üzrə yaranmış ümumi çatışmazlıq 147.234,01 manat məbləğində müəyyən olunur, o cümlədən: Məhsul çatışmazlığı üzrə-100.748,18 manat; Pul çatışmazlığı üzrə- 46.485,83 manat.(cild 4, i.v.149-158) -“götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" QSC-nin əməkdaşlıq etdiyi- Saatlı rayonu Qara Nuru kəndində fəaliyyət göstərən fərdi sahibkar Şahid11, Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən fərdi sahibkar Rasim Miriyevə, Sabirabad rayonu Həşimxanlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Şahid12, Sabirabad şəhər mərkəzi bazarında fəaliyyət göstərən fərdi sahibkar Şahid10 və Sabirabad şəhərində fəaliyyət göstərən fərdi sahibkar Məmməd Mənsimova məxsus ticarət subyektlərinə, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə QSC-nin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən struktur bölməsi tərəfindən malların təhvil verilməsini təsdiq edən sənədlər götürülərək iş materiallarına əlavə edilmiş, həmin sənədlərdən də görünür ki, (malların təhvil-qəbul aktı, elektron qaimələr) fərdi sahibkar Şahid11 məxsus ticarət subyektinə ümumilikdə 3346,94 manat dəyərində, fərdi sahibkar Rasim Miriyevə məxsus ticarət subyektinə ümumilikdə 58872,32 manat dəyərində, fərdi sahibkar Şahid12 məxsus ticarət subyektinə ümumilikdə 25108,58 manat dəyərində, fərdi sahibkar Şahid10 məxsus ticarət subyektinə ümumilikdə 19674,48 manat dəyərində və fərdi sahibkar Məmməd Mənsimova məxsus ticarət subyektinə ümumilikdə 273375,43 manat dəyərində müxtəlif qida məhsulları təqdim edilmişdir.(cild 5, i.v.74-218) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir.(cild 5, i.v. 224-229) -"xxxx" QSC-nin 21 oktyabr 2024-cü il tarixli, 322 nömrəli məktubundan və məktuba əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Cəmiyyətə vurulmuş maddi ziyanın müqabilində ümumilikdə 10939 manat pul vəsaiti ödənilmişdir.(cild 5, i.v.244- 246) -“sübutların qiymətləndirilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" QSC tərəfindən təqdim edilmiş ticarət subyektləri üzrə üzləşmə aktları 05 vərəqədə, "xxxx" QSC-nin 4 saylı servizi vasitəsi ilə kreditlə ticarət münasibətlərində olan fiziki və hüquqi şəxslərin siyahısını və onlarda nisyədə olan maddi qiymətlilərin miqdarını və məbləğini təsdiqləyən inventarizasiya aktı 01 vərəqdə, “Best-Tarım QSC-nin maddi məsul şəxsləri olan Şahid3 və Təqsirləndirilən şəxs servis anbarında olan maddi qiymətlilərin inventarizasiya aktı 03 vərəqdə, 25 yanvar 2024-cü il tarixli "xxxx" QSC-nin direktoru tərəfindən təsdiq edilən akt 02 vərəqdə, 2023-cü ilin yanvar-dekabr ayları üzrə Şahid3 04 nömrəli servis anbarından Sabirabad mərkəzi anbarına müxtəlif qida məhsullarının geri qaytarılması ilə bağlı tərtib edilmiş qaimə fakturalar 34 vərəqdə, 2023-cü ilin yanvar-dekabr ayları, 2024-cü ilin yanvar ayı üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sabirabad mərkəzi anbarından Şahid3 04 nömrəli servis anbarına müxtəlif qida məhsullarının təhvil verilməsi ilə bağlı tərtib edilmiş 450 vərəqədə qaimə fakturalar maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır.(cild 6, i.v.1-40) -"xxxx" QSC-nin mülki iddia ərizəsi”ndən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti mülki iddianın təmin olunmasını, mülki cavabdeh Təqsirləndirilən şəxs üzərinə 136295 manat məbləğində pulun "xxxx" QSC-yə ödənilməsi vəzifəsinin qoyulması xahiş olunmuşdur. -“mülki iddiaçi qismində tanınma haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti mülki iddiaçı qismində tanınmışdır.(cild 6, i.v. 125-126) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə və şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə tərkibi təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 09 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(cild 5, i.v. 35) -Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli, 5-70-12/2-859 nömrəli arayış, və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri, Səməd Vurğun küçəsi, ev 99 ünvanında yaşayır və ailə tərkibi- arvadı Babaşova Şəfəq Vaqif qızı, bir yetkinlik yaşına çatmamış 2009-cu il təvəllüdlü qızı Zivər Babaşova və bir az yaşlı 2011-ci il təvəllüdlü qızı Ləman Babaşzadədən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild 5, i.v.36-37) Məhkəmə tərkibi tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalı və təyin olunmuş cəzanı çəkməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, onun himayəsində azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), dəymiş ziyanı qismən ödəməsini (Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsi) şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini etiraf etməsini, yaşını, ailə, maddi və sosial vəziyyətini, ailənin tək qazanc gətirəni olmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 may 2024-cü il tarixdən hesablanmalı və Sabirabad Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 4(056)-69/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-i Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiasında, sonuncunun ona, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş (dəymiş) maddi ziyana görə, mülki cavabdeh Təqsirləndirilən şəxs üzərinə 136295 (bir yüz otuz altı min iki yüz doxsan beş) manat məbləğində pulun "xxxx" QSC-yə ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (mad. 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (mad. 181.1). Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir (Maddə 185). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (mad.187.1). Cinayət-Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 65-ci bəndində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin qərarın 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmin qərarın 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-cı bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-i tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olmasını nəzərə alaraq və cinayət işi materiallarına əsasən belə qənaətə gəlir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-i tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə vurduğu maddi ziyana görə 136295 (bir yüz otuz altı min iki yüz doxsan beş) manat məbləğində pul tutulub Best-Tarım” QSC-nə ödənilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ticarət subyektləri üzrə üzləşmə aktları 5 (beş) vərəqədə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 4 saylı servisi vasitəsi ilə kreditlə ticarət münasibətlərində olan fiziki və hüquqi şəxslərin siyahısını, onlarda nisyədə olan maddi qiymətlilərin miqdarını, məbləğini təsdiqləyən inventarizasiya aktı 1 (bir) vərəqdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maddi məsul şəxsləri olan Şahid3 və Təqsirləndirilən şəxs servis anbarında olan maddi qiymətlilərin inventarizasiya aktı 3 (üç) vərəqdə, 25 yanvar 2024-cü il tarixli "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən təsdiq edilən akt 2 (iki) vərəqdə, 2023-cü ilin yanvar-dekabr ayları üzrə Şahid3 04 nömrəli servis anbarından Sabirabad mərkəzi anbarına müxtəlif qida məhsullarının geri qaytarılması ilə bağlı tərtib edilmiş qaimə fakturalar 34 vərəqdə, 2023-cü ilin yanvar-dekabr ayları, 2024-cü ilin yanvar ayı üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sabirabad mərkəzi anbarından Şahid3 04 nömrəli servis anbarına müxtəlif qida məhsullarının təhvil verilməsi ilə bağlı tərtib edilmiş qaimə fakturalar 450 (dörd yüz əlli) vərəqdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 210 (iki yüz on) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 132, 179-188, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Sabirabad Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 4(056)-69/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş mülki iddia tam təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə vurduğu 136295 (bir yüz otuz altı min iki yüz doxsan beş) manat məbləğdə maddi zərər tutulub "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ticarət subyektləri üzrə üzləşmə aktları 5 (beş) vərəqədə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 4 saylı servisi vasitəsi ilə kreditlə ticarət münasibətlərində olan fiziki və hüquqi şəxslərin siyahısını, onlarda nisyədə olan maddi qiymətlilərin miqdarını, məbləğini təsdiqləyən inventarizasiya aktı 1 (bir) vərəqdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maddi məsul şəxsləri olan Şahid3 və Təqsirləndirilən şəxs servis anbarında olan maddi qiymətlilərin inventarizasiya aktı 3 (üç) vərəqdə, 25 yanvar 2024-cü il tarixli "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən təsdiq edilən akt 2 (iki) vərəqdə, 2023-cü ilin yanvar-dekabr ayları üzrə Şahid3 04 nömrəli servis anbarından Sabirabad mərkəzi anbarına müxtəlif qida məhsullarının geri qaytarılması ilə bağlı tərtib edilmiş qaimə fakturalar 34 vərəqdə, 2023-cü ilin yanvar-dekabr ayları, 2024-cü ilin yanvar ayı üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sabirabad mərkəzi anbarından Şahid3 04 nömrəli servis anbarına müxtəlif qida məhsullarının təhvil verilməsi ilə bağlı tərtib edilmiş qaimə fakturalar 450 (dörd yüz əlli) vərəqdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 210 (iki yüz on) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-767/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-767/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver