Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-77/2024 16.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1968-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Kürdəmir şəhəri, H.Cavid küçəsi ev 1/9-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində, Kürdəmir şəhəri H.Cavid küçəsi, ev 1/9-da yerləşən fərdi yaşayış evinin küçə qapısının qarşısında arvadı-xx xxxxxx 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2020-ci ildən birgə yaşayış qaydalarının pozulması ilə əlaqədar yaranmış soyuq münasibətə görə, yəni şəxsi münasibətlər zəminində, eləcə də sonuncunun “mahnı oxuyaraq” bir neçə dəfə qarşından keçib ona qarşı laqeyidlik etməsini görüb, eyni həyətyanı sahədə yerləşən ayrıca yaşadığı evdə olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, təsərrüfat təyinatlı mətbəx bıçağını götürüb yenidən küçəyə çıxıb, orada təmizlik işləri aparan Zərərçəkmiş şəxs qəsdən bir dəfə bıçaqla vuraraq, ona sağ qabırqaaltı nahiyədən qarın boşluğuna keçərək qaraciyərin sağ payını zədələyən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, 1996-cı ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və birgə nikahdan iki uşaqları vardır. O, uzun müddət Rusiyada işləyib yaşamış, arvadı Xalidə isə uşaqlarla birlikdə Kürdəmir şəhərində olan fərdi yaşayış evində yaşamışdır. O, 2020-ci ildə Rusiyadan evinə qayıtmış və ailəsi ilə birlikdə Kürdəmir şəhərində olan evində yaşamış və heç bir yerdə işləməmiş, maddi vəziyyəti pis olmuşdur. Əvvəllər arvadı Xalidə ilə münasibətləri normal olmuş, sonradan 2020-ci ildən Xalidə ilə münasibətləri pisləşmiş və aralarında tez-tez mübahisələri olmuşdur. Yaşadıqları evin həyətində özünə məxsus iki ev vardır, birində arvadı Xalidə və iki oğlu yaşayır, digər evdə isə özü tək yaşamışdır. Arvadı və oğlanları ona baxmadığından o, hər gün evdən çıxıb harasa gedib yemək tapıb yedikdən sonar evinə yatmağa gəlmişdir. Yaşadığı həyat tərzindən bezdiyi üçün, həm də ailəsinin, əsasən də arvadının ona qarşı heç bir diqqət yetirmədiyindən ailəsinə, əsasən də arvadına qarşı acıqlı-qəzəbli olmuşdur. 17 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində evdə olan zaman arvadı Xalidənin küçəyə tez-tez çıxıb gəlməsini görmüş, həyətdə Xalidə onun yanından keçərkən ona acıq vermək üçün «mahnı oxuya-oxuya» gedib-gəlməsi hərəkətləri onu bərk əsəbiləşdirmişdir. Bundan sonra o, yaşadığı evə girib evdə masanın üzərində olan bıçaqı götürüb əynindəki gödəkcəsinin cibinə qoyub küçəyə çıxmışdır. Həmin vaxt arvadı Xalidənin küçədə kanalizasiyanı təmizlədiyini görüb ona yaxınlaşıb bıçağı cibindən çıxarıb Xalidənin qarın nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Bıçaq zərbəsindən sonra Xalidə yerə yıxılmış, sonra ayağa qalxıb həyətə girib həyətlərində odun doğrayan qonşusu Sədrxana bıçaqladığını demişdir. Özü isə Xalidənin arxasınca getməyib oradan birbaşa Kürdəmir RPŞ-nə gedib arvadı Xalidəni bıçaqla vurması barədə məlumat vermiş, həmçinin bıçağı da polisə təhvil vermişdir. Onun arvadı Xalidəni öldürmək fikri olmamış, lakin arvadı Xalidənin ona qarşı saymazyana hərəkətlərinə əsəbiləşib onu cəzalandırmaq məqsədi ilə bıçaqla ona xəsarət yetirmişdir. Arvadı Xalidədən ayrı evdə yaşasa da, eyni həyətdə olduqları üçün Xalidə hər dəfə söz atıb onu əsəbiləşdirmiş və aralarında mübahisə demək olar ki, hər gün baş vermişdir. Həmin gün Xalidə ilə mübahisə etməsə də, Xalidə əsəblərinə toxunan hərəkətlər etdiyindən, yəni Xalidə tez-tez həyətə girib- çıxıb mahnı oxuyaraq onun əsəblərinə toxunan saymazyana hərəkətlər etməyinə dözə bilməyib Xalidəni bıçaqla vurmuşdur. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla 27 il evli olmuş, hazırda boşanmışlar. Təqsirləndirilən şəxsla evli olduğu müddətdə Əflatun uzun illər Rusiyada yaşamış və ailəsi ilə heç bir əlaqə saxlamamış, yalnız 2020-ci ildə evinə qayıtmışdır. Əflatunun onlarla yaşadığı dövrdə daim onunla mübahisələr etmiş, sonra onu yaşadığı evdən çıxarmış və o, bir müddət atasının evində qalmalı olmuşdur. Həyətdə iki ev olduğundan sonradan Əflatun bir evdə, özü isə uşaqları ilə digər evdə yaşamağa başlamışlar. Eyni həyətdə yaşadıqları üçün Əflatunla münasibətləri daim gərgin vəziyyətdə olmuşdur. 17 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı evdə olmuş, həmin vaxt evdən çıxan çirkab suların axdığı kanalizasiyanın tutulduğundan o, kanalizasiyanı təmizləmək üçün küçəyə çıxmışdır. O, küçəyə çıxarkən Əflatunun yaşadığı evdə olmuş, onun küçəyə çıxmasını görmüşdür. O, kanalizasiyanı təmizləməklə məşğul olarkən Əflatun həyətə düşüb sonra evə qalxmış, o isə kanalizasiyanı təmizləyib həyətə qayıtmaq istəyərkən, Əflatun küçə qapısının qarşısında ona yaxınlaşıb bıçaqla bir dəfə onu vurmuşdur. Əflatun onu bıçaqla vurlduqdan sonra o, yerə yıxılmış, sonra qalxıb həyətə girib həyətdə odun doğrayan qonşusu Sədrxana Əflatunun onu bıçaqla vurduğunu, təcili yardıma zəng etməsini demişdir. Sonra onu xəstəxanaya aparmışlar və o, xəstəxanada on gün müalicə olunmuşdur. Hadisədən əvvəl Əflatunla aralarında tez-tez mübahisələri olduğunu, Əflatunun onlara qarşı dəyişdiyini görüb ondan boşanmaq qərarına gəlmişdir. Əvvəllər də Əflatun ailəsinə qarşı diqqətsiz olmuş və aralarında soyuq münasibət olduğundan ayrı yaşamışlar. O, Əflatunu əsəbiləşdirmək üçün hər hansı bir hərəkət etməmiş, özü üçün mahnı oxuyaraq küçə qapısına çıxıb kanalizasiyanı təmizləmiş və bu hərəkətinin Əflatunu əsəbiləşdirəcəyini bilməmişdir. Əflatun onu bıçaqla vurarkən orada heç kim olmamış, qısa müddət ərzində bu hadisə baş vermişdir. Hazırda o, Əflatunla barışmamış, ondan şikayətçi olmaqla törətdiyi cinayətə görə Əflatuna qanunla müəyyən edilmiş cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 17 iyul 2023-cü il tarixli tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmaqla ona qanunla müəyyən edilmiş cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs anasıdır. Atası Əflatun uzun illər Rusiyada yaşamış, bir neçə il olar ki, atası Azərbaycana qayıdıb onlarla birlikdə yaşamışdır. Onlarla yaşadığı müddətdə atası ilə anası arasında tez-tez mübahisələri olmaqla münasibətləri daim pis olmuş və sonradan atası həyətdə başqa evdə tək yaşamışdır. Eyni həyətdə yaşadıqları üçün atası ilə anasının arasında yenə də mübahisələri olmuşdur. 17 dekabr 2022-ci il tarixdə səhər saatlarında işə getmiş, günorta saatlarında anası ona zəng edib atası Əflatunun ona bıçaqla xəsarət yetirdiyini və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldığını demişdir. Anası bir müddət xəstəxanada müalicə olunub evə buraxılmışdır. Atası Əflatun onlarla tez-tez mübahisələr etdiyinə görə anası Xalidə ondan boşanmaq qərarına gəlmiş və hazırda boşanmışlar. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdırlar və onlarla münasibəti yaxşı olmuşdur. Əflatun uzun müddət Rusiyada yaşamış, bir neçə il olar ki, Əflatun Rusiyadan qayıdıb ailəsi ilə birlikdə yaşamışdır. Qonşu olduğu üçün Əflatunla Xalidənin arasında tez-tez mübahisələrinin olmasını eşitmişdir. Son vaxtlar Əflatun həyətlərində olan bir evdə tək yaşamış, digər evdə isə Xalidə uşaqları ilə birlikdə yaşayırlar. 17 dekabr 2022-ci il tarixdə Xalidə odun doğramaq üçün onu həyətlərinə çağırmış və o, oğlu Təvəkküllə birlikdə həmin həyətdə odun doğramaqla məşğul olmuşlar. Saat 13 radələrində Xalidə qışqıraraq küçədən həyətə girib Əflatunun onu bıçaqladığını, təcili tibbi yardıma zəng etməsini bildirmiş, o da təcili tibbi yardıma zəng etmişdir. Bir az sonra təcili tibbi yardım maşını gəlib Xalidəni rayon xəstəxanasına aparmışlar. O, hadisənin necə baş verməsini görməmiş, hadisə barədə məlumatı ona Xalidə demişdir. Sonradan eşitmişdir ki, Xalidə küçədə kanalizasiyanı təmizləyərkən Əflatun onu bıçaqla vurmuşdur. Əflatunun Xalidəni hansı səbəblərə görə bıçaqla vurmasını bilməmişdir. İşdə olan, Kürdəmir RPŞ-nin məsul növbətçisinin 17 dekabr 2022-ci il tarixli “Raprot”u ilə müəyyən edilir ki, həmin tarixdə, saat 13:20-də Kürdəmir şəhəri, H.Cavid küçəsi ev 1/9-da yaşayan, xx.xx.1968-ci il təvəllüdlü Osmanov X2 RPŞ-nə gələrək yaşadığı evin həyət qapısının qarsınıda-küçədə həyat yoldaşı Zərərçəkmiş şəxs Əlövsət qızına bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. İşdə olan, “Şəxsin özü könüllü gəlib təslim olma barədə” 17 dekabr 2022-ci il tarixli protokolla müəyyən edilir ki, bu protokol Kürdəmir RPŞ-nin məsul növbətçisi, polis leytenantı Ağa Kərimov tərəfindən Kürdəmir RPŞ-nin məsul növbətçisi Rəhim Babayev, Kürdəmir RPŞ-nin PPXB-nün polis nəfəri Cahit İsmayıllı, Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi Allahverdi Osmanovun iştirakı ilə tərtib olunmuşdur ki, Kürdəmir şəhəri, H.Cavid küçəsi ev 1/9-da yaşayan, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə, saat 13:20-də Kürdəmir RPŞ-nə könüllü olaraq gələrək təslim olub 17 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Kürdəmir şəhəri, H.Cavid küçəsidə həyat yoldaşı Zərərçəkmiş şəxs Əlövsət qızına bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. İşdə olan, “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” 17 dekabr 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq hal şahidlərinin iştirakı ilə istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Baxış keçirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, cinayət hadisəsi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Əlövsət qızının yaşadıqları Kürdəmir şəhəri, H.Cavid küçəsi, ev 1/9-da yerləşəm fərdi yaşayış evinin küçə qapısının qarşısında baş vermişdir. İşdə olan, “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, Kürdəmir RMX-dan təqdim olunmuş, Zərərçəkmiş şəxs Əlövsət qızının hadisə vaxtı əynində olmuş paltarlar-bir ədəd gödəkcə, iki ədəd poliver, bir ədəd qolsuz köynək və bir ədəd papaq qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərarla müəyyən edilir ki, bir ədəd bıçaq, bir ədəd gödəkcə, iki ədəd poliver, bir ədəd qolsuz köynək və bir ədəd papaq iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 17 fevral 2023-cy il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sağ qabırqaaltı nahiyədən qarın boşluğuna keçərək qara ciyərin sağ payını zədələyən bir ədəd deşilmişkəsilmiş yara-iti xassəyə malik alət (əşya), təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 17 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Yaranın ölçülərini, morfoloji xüsusiyyətlərini nəzərə alaraq belə bir fikrə gəlinir ki, xəsarət ekspertizaya təqdim olunan və yuxarıda təsvir olunan bıçaqla da yetirilə bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İşdə olan, ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 fevral 2023cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı bir ruhi-əsəb xəstəliyi keçirməmişdir. Müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. Gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırda hər-hansı bir ruhi-əsəb xəstəliyi keçirmir. Onun tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji və affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır. İşdə olan, kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının 14 fevral 2023cüi il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat -məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilmişdir.Təqdim edilmiş jiletin, poliverin, uzunqol köynəyin və qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədələr vardır. Jiletin, poliverin, qısaqol köynəyin səthindəki zədələr və uzunqol köynəyin səthindəki “a” zədəsi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən öndən arxaya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş jiletin, poliverin, uzunqol köynəyin və qısaqol köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş jiletin, poliverin, uzunqol köynəyin və qısaqol köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş uzunqol köynəyin səthindəki “b” zədəsi isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədəsidir.Təqdim edilmiş papağın səthində trasoloji zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni zərərçəkmiş şəxs, şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddə ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Kürdəmir şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 24 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kürdəmir şəhəri, H.Cavid küçəsi ev 1/9-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (barəsində şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.7-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Kürdəmir RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq, 01 ədəd gödəkcə,02 ədəd poliver, 01 ədəd qolsuz köynək və 01 ədəd papaq hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd gödəkcə, 2 (iki) ədəd poliver, 1 (bir) ədəd qolsuz köynək və 1 (bir) ədəd papaq hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-150 (bir yüz əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-77/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-77/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver