Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-77/2025 19.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X14, X26, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxxx 1986-cı ildə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuş, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 234.2, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 (dörd) il, 6 (altı) ay müddətə endirilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnitsiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay, 23 (iyirmi üç) gün müddətindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ibtidai istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində daşımaqla yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 101 ünvanda saxlamış, 11 aprel 2024-cü il tarixdə, saat 09 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılmış və həmin küçədə yerləşən 101 nömrəli fərdi yaşayış evinə baxış keçirilən zaman beş ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,360 qram, 1,490 qram, 1,500 qram, 0,066 qram, 0,105 qram olmaqla, ümumi çəkisi 3,521 qram külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli qəhvəyimtil rəngli narkotik vasitə heroin və üç ədəd bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qram, 1,501 qram və 0,175 qram olmaqla, ümumi çəkisi 1,727 qram xeyli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin evin zal otağına bitişik yerləşən yataq otağından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 11 aprel 2024-cü il tarixdə, səhər saat 08-09 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları evinin qapısını sındırıb, qonağı olan dayısı oğlu Emin Zərbalıyevlə yatdıqları otağa daxil olmuşlar. Bundan az əvvəl evin qapısı möhkəm döyülmüş, otağın pəncərəsini açmış və mülki formada altı-yeddi nəfərin qaça-qaça gəldiklərini görmüşdür. Evlə darvazanın arasında əlli metr məsafə olmuşdur. Mülki geyimdə olan şəxslər evin qapısını sındırmış və onu qandallayaraq yerə yıxıb döyməyə başlamışlar. Nə baş verdiyini başa düşmədiyindən, döyülməsinin səbəbini soruşanda, polislər ondan evdə narkotik vasitə olub-olmamasını soruşmuşlar, cavabında evdə hər hansı qanunsuz predmet olmadığını bildirmişdir. Polis əməkdaşları onun evində ilkin olaraq videoçəkilişsiz axtarış aparmışlar və buna öz etirazını bildirmişdir. Polislər onun dayısı oğlu Emini həyətə aparmışlar. Cinayət-Axtarış Bölməsinin rəisi İntiqam, rəis müavini Rüfət, əməliyyatçı Şahid2 və başqaları onu yerə yıxaraq döymüş, ona narkotik vasitə ilə həbs edilməli olduğunu demişlər. Onlara etiraz edərək, barələrində Baş Prokurorluğa şikayət edəcəyini bildirmişdir. Polislər onun qolarını qandallayaraq, başqa otağa salmış, özləri isə başdakı otağa daxil olmuşlar. Bir qədər sonra onu sürüyə-sürüyə evdən çıxararaq, cibindən açarı götürüb, qapını bağlamışlar ki, güya onu küçədə tutmuşlar. Polis əməkdaşları dayısı oğlu Eminin tutulduğu yeri (sonuncu güya küçədən tutulmuşdur) düzgün qeyd etməmiş, sonradan qonşunun videokamera görüntülərinə görə onun saxlanılma yerini dəyişərək başqa yer yazmışlar. Polis əməkdaşları üç saat ərzində onun evini axtarmış, həmin müddət ərzində ona insanlığa sığmayan işgəncələr vermişlər. Evindən qanunsuz predmet aşkar edilməmişdir. Onda olan xəsarətlər 3 saylı İstintaq Təcridxanasında qeydiyyata alınmış, həmçinin Şirvan Şəhər Mərkəzi Xəstəxanasında da rentgendən keçirilərək müayinə olunmuşdur. Hadisəni təsdiq edən şahidlər və videogörüntülər də vardır. Polislərin Hacıqabul rayonu ərazisində hegemonluq etdiklərini bildirmişdir. Adlarını qeyd etdiyi polis əməkdaşlarının (İntiqam, Rüfət, Samir) anten dairəsi məlumatlarının çıxarılaraq 11 aprel 2024-cü il tarixdə, saat səhər 08-09 radələrində harada olmalarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Dayısı oğlu Eminin də mobil telefonunun anten dairəsi məlumatları həmin tarixdə onun evində olmasını təsdiq edə bilər. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verməmiş və heç bir sənədi imzalamamışdır. Şahid3 şəhər sakini kimi tanımışdır. Namik onun evində işləməmişdir. Şahid4 məhəllə uşağı kimi tanımış, onunla narkotik vasitə və psixotrop maddə ilə bağlı münasibəti olmamışdır. Yaşadığı mənzilə baxış zamanı oradan aşkarlanan predmetləri polis əməkdaşları onun evinə qoymuşlar. Polis şöbəsində döyülmüşdür. Tutulan vaxt evdə onunla birgə dayısı oğlu Emin Zərbalıyev də olmuşdur. Adlarını qeyd etdiyi polis əməkdaşları (Samid, İntiqam, Rüfət) onu məcbur edirdilər ki, kiminsə üzünə dursun və bu tələbin məhz ona qarşı yönəlməsinə səbəb güya həmin adamı tanıması olmuşdur. Buna etiraz etmiş, polislər başına nə oyun açacaqlarını görəcəyini ona bildirmişlər. Əməliyyatçılardan Şahid6 ayağını onun baş nahiyəsinə qoymuşdur ki, hərəkət edə bilməsin, Şahid2 isə ona və qonşusuna hədə-qorxu gəlmişdir. Saxlanıldığı vaxt əməliyyatçı Şahid1 polis əməkdaşlarının ona qarşı etdiklərinə görə sonunculara “bu yazıqdan nə istəyirsiniz” deyə irad bildirmişdir. Polis şöbəsində rəisin və müavinin otağına aparılmış, əməliyyatçı Şahid2 müstəntiqlə birlikdə ona arxayın olmasını, sərbəst buraxılacağını, rəis müavinlərinin onları problemə saldıqlarını bildirmişdir. Bacısı Şahid7, bacısı oğlu Şahid8 ondan ayrı evdə yaşamışlar və qonşuların xəbər verməsi nəticəsində yarım saata gəlib, onun evin dəhlizində yerdə sürünməsini və döyülməsini görmüşlər. Birinci dəfə həbs olunub azadlığa çıxandan sonra narkotik vasitə qəbul etməmişdir. Hacıqabul Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində olarkən balaca qaşıq udmuş və bununla əlaqədar ona tibbi yardım göstərilmişdir. Təcili tibbi yardıma tutulandan bir ay və ya ay yarım sonra gəlmişdir. Polislərin etdikləri qanunsuz hərəkətlərə görə evinə baxış zamanı darvazanın açarını udmaq istəmişdir. Evində tək yaşamışdır. Polislər əllərini qandallayıb, evin açarını cibinə qoymuşlar. İbtidai istintaq zamanı ondan istifadəsində olan mobil telefon nömrəsi soruşulmamışdır. Barəsində olan cinayət işi üzrə ibtidai istintaq orqanının sorğu verdiyi 051 ***-**-** saylı mobil telefon nömrə ona məxsus deyildir, elə bir nömrə istifadə etməmiş, istifadəsində 055 ***-**-** saylı mobil nömrə olmuşdur. Adında 051 ***-**-** mobil telefon nömrəsi olan Dəyanət Nağıyev adlı birini tanımır. Hacıqabul rayonu ərazisində B.İbrahimov küçəsi M.Ə.Rəsulzadə küçəsindən aralıda yerləşir. Evindən aşkar olunan bacısına məxsus 250 (iki yüz əlli) manat pulun 15 (on beş) manatını polis əməkdaşları götürmüşlər. Həmin puldan yerdə qalan 235 (iki yüz otuz beş) manatın bacısı Şahid7 qaytarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədəki son sözündə qeyrətinə və namusuna and içərək evindən aşkarlandığı deyilən narkotikin onun olmadığını, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamasını, məhkəmədə verdiyi ifadənin həqiqəti əks etdirdiyini, artıq bezdiyini, özünü öldürəcəyini, polislərin etirafedici ifadə verməsi üçün ona işgəncə vermələrinə baxmayaraq, onların dediyi məzmunda ifadə vermədiyini, özünü təqsirli bilmədiyini, şəffaf məhkəmə araşdırılmasının aparıldığını bildirmiş və məhkəmədən haqsızlığa göz yummamağı, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxs və şahidlər) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üstündə və yaşadığı evində narkotik vasitə olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə şöbənin Narkotiklərlə Mübarizə Qrupunun sabiq baş əməliyyat müvəkkili Şahid2, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid6 və Şahid5 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün saat 09:10-da dərhal məlumatda göstərilən Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 101 nömrəli evin qarşısına getmiş, Təqsirləndirilən şəxs yaşadığı evin küçəsində olduğunu görüb, ona özlərini təqdim edərkən sonuncu yaşadığı evin darvazasının kilidini bağlayaraq açarı cibinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin ünvana gəlmələrinin səbəbini bildirdikdən sonra Hacıqabul Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Zahid Salahov tərəfindən şübhəli şəxs qismində tutulmasını elan edib, müdafiəçi təqdim etdikdən sonra onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, lakin üzərindən hər hansı bir şübhəli əşya aşkar olunmamışdır. Bundan sonra onun yaşadığı evə baxış keçirmək istədiklərini bildirdikdə, Təqsirləndirilən şəxs buna mane olmaq üçün evin darvazasının açarını udmaq istəmiş, bu zaman polis əməkdaşları onun boğazından tutaraq bunun qarşısını almışlar və açar ağzından çölə çıxarılmışdır. Müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə istintaq hərəkətləri həyata keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağından iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkisi 0,28 qram, 1.62 qram psixotrop maddə metamfetaminə bənzər, altı ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkisi 1,56 qram, 1,56 qram, 0,50 qram, 0,17 qram, 0,14 qram, 0,13 qram narkotik vasitə heroinə bənzər kütlələr, on iki ədəd işlənmiş tibbi şpris, bir ədəd şüşə qab və bir ədəd narkotik vasitədən istifadə etmək üçün qab, bir ədəd mobil telefon, on bir ədəd 10 (on) manatlıq, üç ədəd 20 (iyirmi) manatlıq, on iki ədəd 5 (beş) manatlıq və beş ədəd 1 (bir) manatlıq pul əskinazları olmaqla, cəmi 235 (iki yüz otuz beş) manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər və altı ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, on iki ədəd işlənmiş şpris, bir ədəd şüşə qab və bir ədəd narkotik vasitə istifadə etmək üçün qab ekspertizaya təqdim olunması, bir ədəd mobil telefon, 235 (iki yüz otuz beş) manat pul isə iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qoyulmuş və zərfin ağzı şöbənin 80 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokolun məzmunu ilə tanış olduqdan sonra protokolun doğru olmasını təsdiq etmişdir. Evin həyətində yerləşən köməkçi tikililərə baxış keçirilən zaman oradan qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, əlləri ilə başına vurmaqla və yerə uzanıb yerdə sürtünməklə özünə qəsdən xəsarətlər yetirmək istəmiş, videoçəkiliş zamanı da hər kəsin qarşısında özünə qəsd edəcəyini bildirmişdir. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla arasında ədavət və düşmənçiliyi yoxdur. Baxış keçirilən birmərtəbəli yaşayış evində Əlvidən başqa heç kim olmamış, özünün dediyinə görə həmin evdə tək yaşamış, ev yaşayış üçün o qədər də əlverişli vəziyyətdə, otaqların bəzilərində əşyalar olmamışdır. Əlvinin ailə üzvləri və ya qohumlarının sonradan hadisə yerinə gəlib-gəlməmələrini xatırlamamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tərəflərindən ona qarşı fiziki və ya psixi zor, təzyiq göstərilməmişdir. Aparılmış istintaq hərəkətləri zamanı bütün baş verənlər videoçəkilişdə qeyd olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən “bu yazıqdan nə istəyirsiniz?” məzmunda ifadə işlətməmişdir. Təqsirləndirilən şəxsdən evinə baxış keçirilməsi barədə ərizə alınması, onu saxlanıldığı gündən savayı görüb-görməməsi yanında deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid6 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, cinayət axtarış bölməsinin rəisi İntiqam Əzizov, polis rəisinin birinci müavini X27 Talıbovla bağlı həyata keçirilmiş əməliyyat tədbirində iştirak etməmişlər. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunan narkotik vasitə və psixotrop maddələrlə bağlı öz etirazını bildirmiş və onları təkzib etmişdir. Təqsirləndirilən şəxs onları görəndə əli qandallı olmamışdır. Videoçəkilişdən qabaq Təqsirləndirilən şəxs yaşadığı həyətin qapısı bağlanmamış, əlləri qandallanandan sonra cibinə açar qoyulmamış, ayağını onun baş nahiyəsinə qoymamışdır. Sadəcə olaraq, Təqsirləndirilən şəxs özünə xəsarətlər yetirdiyindən ona qandal tətbiq olunmuşdur. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qoluna qandal vurulması təhlükəsizlik tədbiri ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5 şahidlər Şahid1 və Şahid6 ifadələrindəki xüsusatları təsdiq edərək, onlarla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs polis şöbəsində heç kəs rəisin və müavinin otağına aparmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə verərək əlavə olaraq bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Təqsirləndirilən şəxs evinə qanunsuz daxil olmamışlar. Emin Zərbalıyevin saxlanılması barədə məlumatı yoxdur. 12 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs evində olmamış, ona və onun qonşusuna hədə-qorxu gəlməmişdir. Müstəntiqlə birlikdə Təqsirləndirilən şəxs arxayın olmasını, sərbəst buraxılacağını, rəis müavinlərinin onları problemə saldıqları barədə bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. 07 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona yaşadığı evin həyətində beton işi olduğunu və gəlib həmin işi görməsini bildirmiş, o da səhəri gün Əlvinin yaşadığı evinə gedib, axşama kimi həyətdə beton tökmə işini görüb qurtarmış və bunun müqabilində Əlvi ona 20 (iyirmi) manat pul vermişdir. Psixotrop maddə qəbul etdiyi üçün Əlvidən metamfetamin istəmiş, Əlvi də üzərindən iki ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamini ona verərək, qarşılığında 20 (iyirmi) manat pul istəmiş, gördüyü işin müqabilində Əlvinin ona vermiş olduğu 20 (iyirmi) manat pulu aldığı metamfetamin qarşılığında Əlvinin özünə qaytarmışdır. Əlvidən nə vaxt metamfetaminə ehtiyacı olsa, təşkil edə bilib-bilməməsini soruşmuş, Əlvi də cavabında pulunu vermək şərti ilə nə qədər istəsə metamfetamin təşkil edə biləcəyini demişdir. Əlvidən aldığı metamfetamini əynindəki şalvarın sağ ön cibinə qoyaraq, çıxıb getmişdir. Şahid3 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulandan sonra psixotrop maddə istifadə etməmişdir. Əlvinin evində üç-dörd saat işləmişdir. Barəsində 2014-cü ildə cinayət işi olmuş və narkotik vasitə ilə tutulmuşdur. İbtidai istintaq zamanı ifadə vermişdir. Əlvidən birinci dəfə idi ki, psixotrop maddə almışdır. Telefon nömrəsi Əlvinin telefonundan çıxdığı üçün polislər onu çağırmışlar. Polis şöbəsində müstəntiqin yanına ötən ilin aprel ayında səhər saatlarında getmiş və təxminən bir saat müddətində şöbədə olmuşdur. Əlvinin məhkəmə iclasında ona ünvanladığı ondan psixotrop maddə alıb-almaması barədə sualı videokonfransla əlaqə zamanı yaranmış səslə əlaqədar başa düşmədiyi üçün düzgün cavab verməmişdir. Həqiqətən də, Əlvidən 20 (iyirmi) manat müqabilində metamfetamin almışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dəvət olunmuş X9 cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur, aralarında ədavət və ya düşmənçilik yoxdur. 2024-cü il tarixdə, aprel ayının 10-dan 11-nə keçən gecə Əlvigilə getmiş və birlikdə içki qəbul etmişlər. Səhəri gün saat 08-09 radələrində on beş-iyirmi nəfər mülki geyimdə olan polis əməkdaşları qapını sındırıb evə basqın etmişlər. Həmin vaxt Əlvi ilə oyaq olmuşlar. Hər şey anidən baş vermiş, çaş-baş qalmışlar. Polis əməkdaşları Əlvini yerə yıxaraq, əllərini qandallayıb döyməyə başlamışlar, onu isə zala çıxarıb üzərində baxış keçirdikdən sonra həyətə düşürüb, orada təxminən iyirmi dəqiqə saxladıqdan sonra polis şöbəsinə aparmışlar. Əlvi evdə qalmışdır. Polis şöbəsində ondan 5.000 (beş min) manat pul istənilmişdir. Şöbədə polis rəisinin müavini Rüfət İbayev ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı sənədlərə qol çəkməyi, əks təqdirdə Əlvi ilə birlikdə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə sənədləşdiriləcəyini bildrimişdir. Səhhətində olan problemlərlə əlaqədar deyilənlərlə razılaşaraq sənədlərə imza etmiş, Əlvi isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin barəsində çıxarmış olduğu 05 dekabr 2024-cü il tarixli hökmü ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əlvi ilə birlikdə narkotik vasitə qəbul etməmişlər və Əlvi ona heç bir narkotik vasitə verməmişdir. Hadisə günü Əlvinin evindən, eləcə də hər ikisinin üzərindən qanunsuz predmet, əşya və ya maddə aşkar olunmamışdır. Əlvi evdə tək yaşamış, bacısı Şahid7 öz ailəsi ilə birlikdə ondan ayrı evdə qalmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş Şahid7 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, aralarında ədavət və ya düşmənçilikləri yoxdur. Ailədə bir qardaş, bir bacı olmuşlar. Kasıb fəhlə bir adamın arvadıdır, evlərdə fəhləlik edərək oğlunu böyüdür. Ürək və ağır şəkər xəstəsidir. Əvvəllər özü də Əlvinin yaşadığı ata evində qalmış, lakin sonradan ayrı evə köçmüşdür, səbəb də ərinin həmin evdə yaşamaq istəməməsi olmuşdur. 11 aprel 2024-cü il tarixdə, səhər saat 09:05 dəqiqədə ona zəng gəlmişdir ki, qardaşı Əlvinin yaşadığı evin qapısında beş maşın dayanıb, Əlvinin də səsi gəlir. Yaşadığı evlə Əlvinin evinin arasında on beş dəqiqəlik məsafə var. Oğlu Şahid8la birlikdə hadisə yerinə getmiş, həyətə daxil olanda orada on nəfərdən çox polis əməkdaşının olmasını, evin seyf qapısının sındırılmasını görmüşdür. Onlar gələndə Əlvinin yaşadığı evin həyət qapısı açıq olmuşdur. Pərdənin arxasından axşam qardaşının evinə qonaq gəlmiş qohumları Emin Zərbalıyevin kəmərindən bir nəfərin yapışdığını, digərinin isə yanında gözlədiyini görmüşdür. Polis əməkdaşlarına içəri daxil olub qardaşını görmək istədiyini bildirmiş, polislərdən biri onlara maneçilik törətməməsini, oğlunu da götürüb çölə çıxmasını, əks-təqdirdə onlar üçün pis olacağını bildirmişdir. Bu vaxtı oğlu dərhal pərdədən keçib içəri daxil olmuş, dayısının “penjamada” ayaqyalın yerə yıxılmasını, özünə qəsd etməməsi üçün beş-altı nəfər polis əməkdaşının onun qolunu bağlamaq istədiyini görmüşdür. Həmin vaxt Əlvi onun oğluna xitab edərək, polislərin onu bu vəziyyətə salmalarına mane olmasını, heç nədən xəbəri olmadığını deməsini eşitmişdir. Polis əməkdaşları Əlviyə şərəfsizlik etməməyi, əks-təqdirdə bacısını maşına basıb aparacaqlarını bildirmişlər. Polislər onlarla elə davranmışlar ki, sanki vətən xaini və ya terrorçu tuturmuşlar. Polislərin Əlvinin evinin seyf qapısını qırmasını təsdiq edən fotoşəkilləri həmin qapını bir neçə aydan sonra düzəltdirərkən çəkmişdir. Polislər mülki formada məhkəmə qərarı olmadan Əlvinin evinə daxil olmuşlar və bu formada daxil olanda Əlvinin onların kim olmasını bilməməsi təbii haldır. Üç nəfər polis onu vəhşicəsinə itələyərək getməsini istəmişlər. Oğlu Kənanla çöldə gözləmişlər. Həmin vaxt polislər videoçəkilişə hazırlaşırmışlar və onlar Emini həyətdə yarım saat saxladıqdan sonra, Əlvini isə saat 11:30-da polis şöbəsinə aparmışlar. Əlvinin yaşadığı evin yerləşdiyi küçədə tutulması həqiqəti əks etdirmir. Əlvinin təkrar-təkrar onu buraxmaqlarını uca səslə deməsini eşitmişdir. Polislər oğlu ilə onu qonşunun həyətinə salmış, polisin ikisini qapıya, ikisini də içəri yerləşdirmişlər. Etirazını bildirdikdə, olduqları yerdən çıxmamaları bildirilmişdir. Polislər qonşuları da uzaqlaşdırmışlar. Oğlu baş verənləri izləmək üçün qonşunun həyətində olan generatorun üzərinə çıxmış, özü isə dəmir darvazanın arasından olanları izləmişdir. İki polis qardaşının qollarından, ikisi qıçlarından, ikisi isə belindən tutaraq küçəyə çıxarmışlar. Yerdə oturmuş qardaşının ah-vay naləsi ətrafı bürümüş, qonşulardan imdad diləmiş, polis əməkdaşı isə heç nəyə əhəmiyyət verməyərək əlindəki vərəqdə yazılanları oxumuşdur. Yəni, videoçəkilişdə əks olunanlar icra olunmuşdur. Polislər qardaşının qabırğasına vurmuşlar və izləri də qalmışdır. Tutulan vaxtı qardaşının əynindəki paltarlar palçığa bulaşmış, polis şöbəsinə qardaşı üçün təmiz paltarlar aparmışdır. Polislər Əlvini şəpitlə maşına mindirib şöbəyə aparmışlar. Özü hal-hazırda kirayədə yaşadığı üçün cehizləri Əlvinin evində olmuş, orada qardaşının suya borcu olduğu üçün 250 (iki yüz əlli) manat pul saxlamışdır. Həmin pulu müstəntiq Bəxtiyar müəllimdən istəmiş, lakin ala bilməmişdir. Müstəntiq onunla kobud şəkildə davranmış, Əlvinin sənədlərə imza atmasını, onun qələmini sındıra bilməyəcəyini, arxasından təpik vuracağını, barəsində cinayət işini Ağır Cinayətlər Məhkəməsinə göndərəcəyini ona bildirmişdir. Şahid4 tanıyır və Şəhriyar onların həyətində iş görməmişdir. Mart ayında Əlvinin yaşadığı həyətdə ot olmamışdır. Şəhriyarın anası gələrək ondan məhkəmədə Şəhriyarın adını çəkməməsini xahiş etmiş, o da cavabında Şəhriyarın onun qardaşından şikayət etdiyini deyib, indi də gəlib sübut etməsini istəmişdir. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları onun ərinə və oğuluna qarşı Əlviyə davrandıqları kimi davranmamışlar. Əlvi polis əməkdaşları ilə ədavət və ya ziddiyyətinin olması barədə ona heç nə bildirməmişdir. Polisin Əlvi ilə qəsdi-qərəzliyinin olub-olmaması barədə heç bir fikiri yoxdur. Əlvi yeyib-içən oğlan olmuş, lakin onun narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamışdır. Əlvi subay olmuş və evində tək yaşamışdır. Əlvinin evində qalmamasının səbəbi ərinin sərbəstlik istəməsi olmuşdur. Hal-hazırda Əlvinin evində heç kim yaşamır. Əlvi tutulandan iki-üç gün sonra onun evində təmizlik işləri görmüş, evi sahmana salmışdır. Əlviyə tibbi yardım göstərilməsi barədə məlumatı olmuşdur. Əlvinin evinin seyf qapısını ötən ilin avqust ayında düzəltdirdikləri vaxt telefona çəkmiş və bunu dərhal etməsi ağlına gəlməmişdir. Evin içəri plastik qapısını da polis əməkdaşları sındırmışlar. Polislər Əlvi və Emin yatdığı yerdə evə basqın etmiş, qapını çöldən qırmışlar. Əlvinin evi geniş olmuş, buna görə də onlar polislərin gəlməsini eşitməmişlər. Əlvi darvazanın qapısını adətən açıq saxlayırmış. Aidiyyəti qurumlara etdiyi müraciətində qeyd etdiklərini məhkəməyə də bildirmişdir. Hadisə günü polislərin etdiyi qanunsuz hərəkətlərin nəticəsində şokda olduğundan, baş verənlər barədə dərhal şikayət etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 əlavə Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitə əldə etməsi, tanıdığı şəxslərə o cümlədən mütəmmadi olaraq narkotik vasitə istifadəçisi olan X2 və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı olmuşdur (iş vərəqi 03). Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 04-08). Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:10-da Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılmışdır (iş vərəqi 09). Hacıqabul Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna (bacısı Şahid7) məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 12; 24-25). Hacıqabul Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heç bir qanunsuz premet aşkar olunmamış və onun yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 101 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağından iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkisi 0,28 qram, 1,62 qram psixotrop maddə metamfetaminə bənzər maddələr, altı ədəd bükümdə hər birinin ayrıayrılıqda çəkiləri 1,56 qram, 1,56 qram, 0,50 qram, 0,17 qram, 0,14 qram, 0,13 qram narkotik vasitə heroinə bənzər vasitələr, 12 (on iki) ədəd işlənmiş tibbi şpris, 1 (bir) ədəd şüşə qab, 1 (bir) ədəd narkotik vasitədən istifadə etmək üçün qab, 1 (bir) ədəd mobil telefon, on bir ədəd 10 (on) manatlıq, üç ədəd 20 iyirmi manatlıq, on iki ədəd 5 (beş) manatlıq və beş ədəd 1 (bir) manatlıq pul əskinazları olmaqla cəmi 235 (iki yüz otuz beş) manat pul aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, altı ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, on iki ədəd işlənmiş şpris, bir ədəd şüşə qab, bir ədəd narkotik vasitə istifadə etmək üçün qab ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, bir ədəd mobil telefon və 235 (iki yüz otuz beş) manat pul iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən protokola əlavə olunmuş bir ədəd DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 28-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 3-16-16/2-18/394 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən heroinə bənzər …, metamfetaminə bənzər ...” sözləri yazılmış kağız paketdəki beş ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,360 qram, 1,490 qram, 1,500 qram, 0,066 qram, 0,105 qram olmaqla, ümumi çəkisi 3,521 qram külli miqdarda qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,051 qram, 1,501 qram və 0,175 qram olmaqla, ümumi çəkisi 1,727 qram xeyli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir; üzərində “Təqsirləndirilən şəxs evindən.. şprislər” sözləri yazılmış kağız paketdəki on iki ədəd şprisin içərisində narkotik vasitə heroinin, bir ədəd qırıq halda şüşə ampula və bir ədəd şüşə lampanın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 3,371 qram və psixotrop maddə metamfetaminin 1,667 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir. Hacıqabul Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin “şəxsi axtarış və baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokolunda Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 101 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, evin yataq otağından iki ədəd bükümdə metamfetaminə bənzər, altı ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələrin aşkarlanması qeyd olunsa da, yuxarıda göstərilən rəydə tədqiqata təqdim olunmuş kağız paketlərdən beş ədədində narkotik vasitə heroin, üç ədədində isə psixotrop maddə metamfetamin olması qənaətinə gəlinməsi nəticəsində yaranmış ziddiyyətlə əlaqədar sözü gedən rəyi imzalamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” üzrə eksperti Saqiyeva Aysel Hicran qızı ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Hacıqabul Rayon Polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunmuş iki ədəd kağız paket açılaraq içərisində olan maddələr üzrə tədqiqat aparıldıqdan sonra beş ədəd bükümdə narkotik vasitə heroin, üç ədəd bükümdə isə psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmçinin bükümün birində kağız bükümün rəngi ağımtıl rəngli psixotrop maddə metamfetaminə keçdiyi üçün metamfetaminin rəngi dəyişərək qəhvəyimtil rəngə çevrildiyinə görə vizual cəhətdən narkotik vasitə heroinə bənzəmə ehtimalı vardır. Beləliklə, təhqiqat orqanı tərəfindən ekspertizaya təqdim olunan altı ədəd bükümdə narkotik vasitə heroin deyil, beş ədəd bükümdə narkotik vasitə heroin, üç ədəd bükümdə isə psixotrop maddə metamfetamin olması tərəfindən təsdiq olunmuşdur və bu barədə verdiyi rəydə qeyd olunanlar doğrudur (iş vərəqi 36-40; 166-167). Hacıqabul Rayon Məhkəməsinin 5(071)-66/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 11 aprel 2024-cü il tarixli qərarının Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir (iş vərəqi 59-60). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 64-65). Hacıqabul Rayon Məhkəməsinin 4(071)-24/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 aprel 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 80-83). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 154 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə olunanın Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərdən sağ bazunun yan səthinin yuxarı 1/3 hissəsinin qançırı müayinə olunanın göstərdiyi şəraitdə, yəni özü tərəfindən qaşınma; sol saidin orta 1/3 hissəsinin iç səthinin sıyrıqları müayinə olunanın göstərdiyi şəraitdə, yəni tutulan zaman özü tərəfindən əlində olan tinli küt əşyanın həmin nahiyyəyə sürtünməsi; hər iki mil-bilək oynağının arxa səthlərinin qançırları müayinə olunanın göstərdiyi şəraitdə yəni əlinə vurulan qandalın təsirindən əmələ gələ bilər. Döş qəfəsinin sağ yan hissəsinin qançırının isə xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alıb demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, həmçinin bədənin həmin nahiyyəsinin küt əşyaya dəyməsi və yaxud küt əşyanın həmin nahiyyəyə kənar şəxs tərəfindən vurulması nəticəsində yaranması mümkündür. Daha dəqiq cavablandırılması hüquqi müstəvidə cavablandırıla bilər. Yuxarıda qeyd olunan halların hər hansı biri ibtidai istintaqın gedişi zamanı həllini taparsa, bizim tərəfimizdən də inkar olunmur. Xəsarətlərin müddəti müayinədən iki-üç gün əvvələ uyğundur, dərəcəsi isə ümumilikdə götürdükdə sağlamlığa zərər vurmayan olduğu üçün təyin olunmur (iş vərəqi 96-98). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş “Redmi” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (iş vərəqi 104). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, hökm, qərarların surətləri və məktubdan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 234.2, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 (dörd) il, 6 (altı) aya endirilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay, 23 (iyirmi üç) gün müddətindən azad edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-744/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmiş; Hacıqabul Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda həmin məhkəmədə Təqsirləndirilən şəxs barəsində məhkumluğun götürülməsinə dair hər hansı materialın olmaması göstərilmişdir (iş vərəqi 112-113; 136- 144; 146-163). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.4-cü maddələrinə əsasən, məhkumluq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4 və 83.4-1-ci maddələrinin tələbinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.1-ci maddəsinə əsasən, cəza çəkən məhkumun barəsində amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan tərəfindən amnistiya aktının müddəalarına uyğun həyata keçirilir. Həmin Məcəllənin 517.1, 517.1.2 və 517.3-cü maddələrində göstərilir ki, cəzanı çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər barəsində məhkumluğun vaxtından əvvəl götürülməsi cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Bu barədə məhkumun ərizəsinə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində əvvəlki hökm üzrə xx.xx.2021-ci il tarixdə tətbiq olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnitsiya qərarının 7-ci bəndində bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 234.2, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, yəni, barəsində az ağır (CM-in 178.2.2 və 234.2-ci maddələr) və ağır (CM-in 32.4,312.2-ci maddə) maddələrlə ittiham olunmasına dair hökm çıxarılmışdır. Belə olan halda, barəsində amnistiya qərarı tətbiq olunduqdan sonra onun məhkumluğunun götürülməsi məsələsi öz ərizəsi əsasında və cəzanı icra edən müəssisənin mülahizəsi nəzərə alınmaqla cəzaçəkmə müəssisəsinin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qaydasında həll olunmalı idi. Məhkəmənin Təqsirləndirilən şəxs barəsində birinci hökm üzrə məhkumluğunun götürülüb-götürülməməsi ilə bağlı apardığı araşdırma zamanı verilən sorğulara alınmış cavablardan Əlvinin Cəlilabad Hərbi Məhkəməsinin onun barəsində olan xx.xx.2018-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti azad olunması ilə bağlı ona tətbiq olunmuş amnistiya qərarından sonra məhkumluğunun götürülməsi barədə müraciət etməməsi məlum olmuşdur. Belə olan halda, onun məhkumluğunun götürülməsi üçün qanunla tələb olunan altı il müddət barəsində amnistiya qərarının tətbiq olunduğu xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2 və 18.2.2-ci maddələrinə əsasən, cinayətlərin residivi qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 101 ünvanda yaşayır, yaşayış yeri üzrə nümayəndəliyə barəsində müsbət rəy daxil olmamışdır (iş vərəqi 118-119). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda deyildir (iş vərəqi 120). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 3,371 qram qalmış narkotik vasitə heroin, təmiz çəkisi 1,667 qram qalmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan on iki ədəd şpris, içərisində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd qırıq halda şüşə ampula, bir ədəd şüşə lampa, 235 (iki yüz otuz beş) manat nağd pul vəsaiti maddi sübut kimi tanınaraq şöbənin maddi sübutların saxlanması otağına təhvil verilmiş; onun yaşadığı evə baxış istintaq hərəkətinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu DVD disk maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 121-122). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü tarixli, 1229 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda, habelə cinayət törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onda hazırda hər-hansı psixi xəstəlik aşkar olunmur, öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabliyyəti vardır, istintaq hərəkətlərində iştirak etmək qabliyyətinə malikdir, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur, cinayət əməlini törədərkən psixiemosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamış, fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır (iş vərəqi 169- 171). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 3130 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 172-173). Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il və Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs bacısı Şahid7 tərəfindən prokurorluğa ünvanlanmış şikayət, habelə Təqsirləndirilən şəxs saxlanılmasından ötrü istintaq təcridxanasına təhvil verilərkən bədənində xəsarətlərin aşkar olunması ilə bağlı xüsusatların araşdırılması zamanı onun Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 180-188). Hacıqabul Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş vərəqi 202-211). Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş Təqsirləndirilən şəxs həmin polis şöbəsinin müvəqqəti saxlama yerinə gətirilməsi, istintaq təcridxanasına keçirilməsi, müvəqqəti saxlama yerində saxlanıldığı müddət ərzində tibbi müayinələrdən keçirilməsi və ona tibbi yardım göstərilməsi ilə bağlı sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:25-də şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış və yaşadığı evə baxış aparıldıqdan sonra Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, təhqiqatçı tərəfindən sənədləşmə işləri tam yekunlaşdıqdan sonra həmin gün saat 10:40-da şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildikdən sonra xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasına təhvil verilmiş, istintaq hərəkətlərinin aparılması zərurəti ilə bağlı xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə şöbənin müvəqqəti saxlama yerinə gətirilmiş, orada olduğu müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdə “ümumi ağrılar”, xx.xx.2024-cü il tarixdə bir neçə dəfə “ümumi ağrılar”, xx.xx.2024-cü il tarixdə isə “mədə ağrısı" ilə bağlı müraciət etmiş, həmin müraciətlər əsasında təcili tibbi yardım xidməti dəvət olunmuş, müayinələrdən keçirilmiş və ona ixtisaslaşmış tibbi yardım göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 3058/2024 nömrəli “Məhkumun tibbi kitabçası”-ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, tibbi müayinədən keçirilərkən zədə aldığını bildirmiş, müayinə zamanı döş qəfəsinin sağ yan səthində bənövşəyi rəngli qançır, sol saidin ön səthinin orta 1/3-də iki ədəd çapılmış qərtməkli yara, hər iki saiddə, hər iki baldırda, hər iki budda postvaksinal çapıq toxumaları, sağ qalça nahiyədə çapıq toxumaları aşkar olunmuşdur. Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş, cinayət işi üzrə ibtidai istintaq orqanının sorğu verdiyi 051 ***-**-** saylı mobil nömrənin Hacıqabul rayonu, Abdulabad kənd sakini X3 adına olması, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində istifadəsində həmin mobil telefon nömrəsinin olmasını göstərsə də, sözü gedən nömrənin anten məlumatları, giriş-çıxış zəngləri və digər məlumatlarda bu nömrənin onun istifadəsində olmasını təsdiq edən və özündə cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında tutulmamışdan öncə istifadəsində 055 778- 96-98 saylı mobil telefon nömrəsinin olmasını deməsi əsasında məhkəmə istintaqının tam və hərtərəfli aparılması məqsədilə saxlanılarkən ondan götürülmüş, baxış keçiriləndən sonra iş üzrə əhəmiyyətli hallar müəyyən edilmədiyindən ailə üzvünə qaytarılması qərara alınmış, lakin təhvil verilməmiş “Redmi” markalı, “Xiaomi-M1804C3DG” modelli mobil telefon məhkəmənin sorğusu əsasında Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə daxil olmuş və həmin mobil telefona baxış zamanı telefonun üzərində 055 778-96-98 saylı mobil nömrə olduğu müəyyənləşdirildiyindən, məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(099)-77/2025 nömrəli qərarı əsasında 055 ***-**-** saylı mobil nömrə ilə 01 yanvar 2022-ci il, saat 00:00-dan 12 aprel 2024-cü il, saat 00:00dək olan müddətdə aparılmış sms yazışmaları, giriş-çıxış zəngləri, habelə həmin mobil nömrənin anten məlumatlarını özündə əks etdirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş məktuba əlavə olunmuş CD disk məhkəmədə tədqiq olunarkən diskdə olan məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir (mobil telefon aparatı məhkəmədə tədqiq edildikdən sonra aidiyyəti üzrə Hacıqabul Rayon Prokurorluğuna qaytarılmışdır). Məhkəmənin sorğusu əsasında əldə olunmuş Hacıqabul Rayon Məhkəməsinin 1(071)-83/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi reimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 23 (iyirmi üç) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Bununla bağlı hazırki cinayət işi üzrə məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, vəsatətlərlə yanaşı əleyhinə ifadə verən şahidlərə bilavasitə özü və müdafiəçisinin vasitəsi ilə suallar verilmiş, bununla da irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, 11 aprel 2024-cü il tarixdə, səhər saat 08-09 radələrində Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının onun evinin qapısını sındırıb həmin vaxt onlarda olan dayısı oğlu Emin Zərbalıyevlə birlikdə yatdığı otağa daxil olmaları, onu qandallayaraq yerə yıxıb döymələri, ona narkotik vasitə ilə həbs edilməli olduğunu demələri, evində hər hansı qanunsuz predmet olmaması, polis əməkdaşları tərəfindən evində ilkin olaraq videoçəkilişsiz axtarış aparılması, dayısı oğlu Emini həyətə aparmaqla, onu isə sürüyəsürüyə evdən çıxararaq cibindən açarı götürüb qapını bağlamaqla küçədən tutulmaları görüntüsünü yaratmaları, sonradan qonşunun videokamera görüntülərinə görə Eminin saxlanılma yerini fərqli yazmaları, polis əməkdaşlarının üç saat ərzində onun evini axtarmaları və bu müddət ərzində ona insanlığa sığmayan işgəncələr vermələri, evindən ona məxsus qanunsuz predmet aşkar edilməməsi, aşkar olunan narkotik vasitə, psixotrop maddə və digər əşyaların polis əməkdaşları tərəfindən onun evinə qoyulması, rəis, rəis müavini və əməliyyatçıların ondan tanıdığı bir şəxsin üzünə durmasını tələb etmələri, onların bu tələbini yerinə yetirmədiyi üçün ona qarşı belə bir oyun qurulması, əməliyyatçılardan Şahid6 hərəkət edə bilməməsi üçün ayağını onun baş nahiyəsinə qoyması, Şahid2 ona, hətta qonşusuna hədə-qorxu gəlməsi, Şahid1 polis əməkdaşlarının ona qarşı etdiklərinə görə sonunculara “bu yazıqdan nə istəyirsiniz” deyə irad bildirməsi, polis şöbəsində rəisin, müavinin otağına aparılması, Samidin müstəntiqlə birlikdə ona arxayın olmasını, sərbəst buraxılacağını, rəis müavinlərinin onları problemə saldıqlarını bildirməsi, polis şöbəsində də döyülməsi, bədənində olan xəsarətlərin 3 saylı İstintaq Təcridxanasında qeydiyyata alınması, həmçinin Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rentgendən keçirilərək müayinə olunması, evindən aşkar olunan bacısı Şahid7 məxsus 250 (iki yüz əlli) manat pulun 15 (on beş) manatını polislərin götürməsi, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə ilk növbədə onu qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə “şübhəli şəxs qismində tutma haqqında” qərarla tanış olub, həmin qərarın surətini almasını, bu barədə protokolu, hüquqlarının müdafiəsi üçün vəkil ayrılmasına etiraz etməsə də, bu barədə ərizəni, “müdafiəçi təqdim oluması haqqında” qərarın ona elan edilməsi, prosessual tərəf kimi hüquq və vəzifələrinin, xüsusilə etiraz hüququnun izah olunması haqqında, “şəxsi axtarış və baxış keçirilməsi barədə” protokolları, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarla tanış olub, həmin qərarın surətini almasını, izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarını, vəsatətlərin rədd edilməsi, ayrı-ayrı növ ekspertizaların təyin edilməsi barədə qərarlarla, ekspert rəyləri ilə tanış olma, “ibtidai istintaqın qurtarması barədə məlumat vermə”, “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolları heç bir səbəb göstərmədən imzalamaqdan və ona təqdim edilməli olan sənədləri qəbul etməkdən imtina etmiş, özünə müxtəlif xəsarətlər yetirməklə, yaşadığı evin həyət darvazasının açarını, polis şöbəsinin müvəqqəti saxlama yerində balaca qaşıq udmaq istəməsi, sərbəst buraxılmayacağı, elan olunmuş ittiham üzərindən götürülməyəcəyi halda özünü öldürəcəyini dəfələrlə dilə gətirməklə ibtidai istintaqın aparılmasına maneçilik yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı boyunca da, eyni davranış nümayiş etdirmiş, bununla da proses iştirakçılarında ittiham olunduğu cinayət əməlində təqsirinin olmaması təəsüratını yaratmağa çalışmışdır. Halbuki, istər ibtidai istintaq, istər məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, ona qarşı qanunsuz aparılmasını hesab etdiyi hərəkətlərdən şikayət etmək hüququ izah edilmiş, lakin o, bu hüquqlarından lazımi qaydada istifadə etməmiş, yalnız ümumi ifadələr işlətməklə ona şər-böhtan atıldığını, döyülməsini, hətta işgəncə verilməsini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində yuxarıdakı məzmunda qeyd etdikləri cinayət işinin materiallarında olan sənədlər, həmin sənədlərə əlavə edilmiş diskdəki məlumatlar, habelə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının 11 aprel 2024-cü il tarixdə, səhər saat 08-09 radələrində dayısı oğlu Emin Zərbalıyevlə birlikdə olduğu, özünə məxsus Hacıqabul rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 101 ünvandakı fərdi yaşayış evinin seyf qapısını qırmaqla evə daxil olaraq onları tutmaları, evində ilkin olaraq videoçəkilişsiz axtarış aparmaları barədə deməsi cinayət işinin materiallarında olan həmin tarixli raport, şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən diskdəki məlumatlar, habelə əlavə şahid Emin Zərbalıyevin barəsində Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təkzib olunmuşdur. Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:10-da Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılmışdır. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 101 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilməsini özündə əks etdirən DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlər edilməmiş, o özü həmin vaxt polis əməkdaşlarına müqavimət göstərməyə və özünə xəsarət yetirməyə çalışmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən onun qoluna qandal vurulmasında da məqsəd məhz bu kimi hərəkətlərə yol verməməsi, yəni özünə xəsarət yetirməsinin qarşısını almaq olmuşdur. Belə ki, videogörüntünün 0:00:06-cı saniyəsində Təqsirləndirilən şəxs özünü yerə sürtməklə, başına vurmaqla özünə xəsarətlər yetirmiş, 0:02:12 dəqiqəsində evin darvazasının açılmasını təmin edən açarı udmağa cəhd etmiş və polis əməkdaşlarının müdaxiləsi nəticəsində bunun qarşısı alınmış, 0:00:36, 0:03:18 və s. dəqiqələrində hədə gələrək özünə qəsd etməklə özünü öldürəcəyini bildirmişdir. Bütün bunlardan belə görünür ki, Təqsirləndirilən şəxs bu hərəkətləri etməklə istintaq hərəkətinin keçirilməsinə süni maneçilik yaratmağa çalışmışdır. Bundan başqa, qeyd olunan videogörüntüdə Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 101 ünvanda yerləşən fərdi yaşayış evinin seyf qapısının tutacaq hissəsinin qırılmış, içəri otaqların qapılarının üz hissələrinin yararsız vəziyyətdə olması, divarlardakı divar kağızlarının bəzi hissələrinin sıradan çıxması, bəzi otaqların təmirsiz, suvaqlı olması, hətta otaqlardan birinin pəncərəsinin olmaması və həmin pəncərəyə mismar vurulmaqla üst örtüyünün tutulması, bəzi otaqlarda ümumiyyətlə əşya olmaması onu deməyə əsas verir ki, sözü gedən ev yaşayış üçün elə də yararlı vəziyyətdə olmamış, təmirsiz olmuşdur. Videogörüntülərə baxış zamanı Əlvinin yatdığı otaqda olan stolun (kiçik ölçüdə) üzərində və kiçik şkafdakı, eləcə də içərisində müəyyən qədər əşya olan digər otaqlardakı səliqəsizlik, narkotik vasitə və psixotrop maddələrin bir otağın içərisində xırda bükümlərdə, şprislərin açıq və bağlı vəziyyətdə ayrı-ayrı yerlərdə (stolun üstündə, pəncərənin qarşısında, kiçik şkafın siyirtməsində, yerdəki döşəyin altındakı siqaret qutusunun içərisində) olması nəzərdən yayınmamış, onun həmin evdə tək yaşaması və evin baxımsız vəziyyətdə olması bir daha təsdiqlənmişdir. Eyni zamanda, qeyd olunan çatışmazlıqların polis əməkdaşları tərəfindən evdə keçirildikləri istintaq hərəkətindən bir neçə saat əvvəl qısa müddətdə həyata keçirilməsi ağılabatan deyil və qeyri-mümkündür. Videogörüntüdən o da görünür ki, istintaq hərəkətini həyata keçirən polis əməkdaşları evin yerləşdiyi həyətin giriş darvazasını Təqsirləndirilən şəxs cibindən çıxan açarla açaraq onunla birlikdə həyətə daxil olmuşlar. Və bütün bu proseslərdə Əlvinin müdafiəçisi də iştirak etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs və əlavə şahid qismində dindirilmiş bacısı Şahid7 iddia etdikləri kimi Əlvinin yaşadığı evin seyf qapısının polis əməkdaşları tərəfindən qırılması və evə basqın edilməsi ilə bağlı iddiaları əsassızdır. Məhkəmə tərəfindən videogörüntüdə əks olunan Təqsirləndirilən şəxs məxsus yaşayış evinin qapısının tutacaq hissəsinin qırılmış vəziyyətdə olması, otaqlardan birinin pəncərəsinin olmaması və sair hallar baxış istintaq hərəkətini həyata keçirən məsul şəxs tərəfindən aktlaşdırılmalı olduğu halda cinayət işinin materiallarında bu barədə sənədin olmaması prosessual pozuntu hesab olunmuş və bununla əlaqədar xüsusi qərar qəbul edilmişdir. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində evindən aşkar olunan bacısı Şahid7 məxsus 250 (iki yüz əlli) manat pulun 15 (on beş) manatının polis əməkdaşları tərəfindən götürülməsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən onu qeyd edir ki, Əlvinin yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 101 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilməsini özündə əks etdirən DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, həmin vaxt polis əməkdaşı tərəfindən otaqdakı yerə salınmış döşəyin altından aşkar olunmuş pul barədə Əlvi ona ünvanlanmış suala cavab olaraq həmin pulun özünə məxsus olmamasını, pulun da narkotik kimi “evinə qoyulmasını” bildirmiş, pul sayılıb 235 (iki yüz otuz beş) manat olduğu deyildikdə, puldan 15 (on beş) manat çatışmaması ilə bağlı heç bir söz söyləməmişdir. Bundan başqa, qeyd olunan videgörüntüdə Təqsirləndirilən şəxs saxlanıldığı 11 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi İntiqam Əzizov və polis rəisinin birinci müavini Rüfət İbayevin hadisə yerində olmamaları, aparılan istintaq hərəkəti zamanı əməliyyat qrupunun üzvləri Şahid1, Şahid2, Şahid6, Şahid5 iştirak etdikləri aydın görünmüşdür. Halbuki, Təqsirləndirilən şəxs adı göstərilən əməliyyatçıların saxlanıldığı vaxt orada olmadıqlarını bildirmiş, hətta bu xüsusatın yoxlanılması üçün onların mobil telefon nömrələrinə dair anten məlumatlarının çıxarılmasını xahiş etmiş, məhkəmə isə onun bu barədə vəsatətini haqlı olaraq təmin etməmişdir. Təqsirləndirilən şəxs əməliyyatçılardan Şahid6 hərəkət edə bilməməsi üçün ayağını onun baş nahiyəsinə qoyması, Şahid2 ona, hətta qonşusuna hədə-qorxu gəlməsi, müstəntiqlə birlikdə ona arxayın olmasını, sərbəst buraxılacağını, rəis müavinlərinin onları problemə saldıqlarını bildirməsi, Şahid1 polis əməkdaşlarının ona qarşı etdiklərinə görə sonunculara “bu yazıqdan nə istəyirsiniz” deyə irad bildirməsi barədə dedikləri isə məhkəmə iclasında şahid qismində dindirilmiş həmin şəxslərin özləri tərəfindən cavablandırılmaqla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Emin Zərbalıyevin tutulma yerinin düzgün göstərilməməsini, belə ki, Eminin 11 aprel 2024-cü il tarixdə ona məxsus olan fərdi yaşayış evində polis əməkdaşları tərəfindən onunla birlikdə tutulmasını, sonradan qonşunun videokamera görüntülərinə görə Eminin saxlanılma yerini fərqli yazmalarını bildirsə də, məhkəmənin sorğu əsasında əldə etdiyi Hacıqabul Rayon Məhkəməsinin Emin Zərbalıyevin barəsində olan hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Emin Zərbalıyev ilkin ifadəsində Hacıqabul rayonu, Abdulla Şaiq küçəsində saxlanılmasına baxmayaraq, cinayət işi üzrə rəsmiləşdirmədə saxlanıldığı yerin M.Ə.Rəsulzadə küçəsi kimi qeyd olunmasını bildirmiş, bu xüsusatın yoxlanılması üçün mobil telefon nömrələrinin anten məlumatları götürülmüş və araşdırma nəticəsində onun ifadəsində göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, yaranmış zərurətlə bağlı ifadənin yoxlanılması üçün məhkəmə tərəfindən üzləşdirmə istintaq hərəkətinin aparılması təklif edilmiş, lakin Emin Zərbalıyev üzləşmədən imtina edərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirini etiraf etmiş, əlavə olaraq bildirmişdir ki, bibisi oğlu Təqsirləndirilən şəxs məsuliyyətinin yüngülləşdirilməsi üçün A.Şaiq küçəsində saxlanıldığını bildirmiş, əslində isə Təqsirləndirilən şəxs evindən çıxarkən saxlanılmış və həmin vaxt üzərində narkotik vasitə heroin olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməklə fiziki təzyiqlərə məruz qalması, bununla əlaqədar bədənində xəsarətlər yaranması, həmin xəsarətlərin 3 saylı İstintaq Təcridxanasında qeydiyyata alınması, həmçinin Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rentgendən keçirilərək müayinə olunması barədə dedikləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 154 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, müayinə olunan Təqsirləndirilən şəxs döş qəfəsinin sağ yan hissəsində bozumtul-göy rəngli qeyri-müəyyən formada 3x1 sm ölçüdə qançır, döş qəfəsində nəfəs alıb-verməsi zamanı ağrıların olmasından şikayətlənməsi, sağ bazunun yan səthinin yuxarı 1/3 hissəsində açıq-qırmızı rəngli zolaqvari formada 2,5x1 sm ölçüdə qançır (müayinə olunanın deməsinə görə özü tərəfində qaşıyaraq olmasını göstərir), sol saidin orta 1/3 hissəsinin iş səthində bir-birinə paralel olan xətti formasında iki ədəd 5x02; 4x01 sm ölçülərdə ətraf dəri səthi ilə eyni səviyyədə olan qonurtəhər qırmızı rəngli sıyrıqlar (deməsinə görə həmin xəsarətləri tutulan zaman özü tərəfindən açarın ucu ilə yetirmişdir), hər iki mil-bilək oynağının arxa səthlərində zolaqvari formalarda 2.5x2; 2x1 sm ölçülərdə bozumtul-göy rəngli qançırlar (deməsinə görə həmin qançırlar vurulan qandalla sıxılması nəticəsində əmələ gəlmişdir), hər iki bud və baldır nahiyyələrində 2x1; 0,8x04 sm ölçülərdə qeyri-müəyyən formalarda yaşımtıl rəngli qançırlar (köhnə) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs döş qəfəsinin sağ hissəsində olan ağrıları nəzərə alınmaqla yoxlanılması üçün rengenkabinetə göndərilmiş, alınmış cavabda onda qabırğa sınıqları, tam çanaq, hər iki baldır AP-da R-da sümük strukturunda, döş sümük strukturlarında destruktiv dəyişikliklər aşkar edilməmişdir. Qeyd olunanlara əsasən rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərdən sağ bazunun yan səthinin yuxarı 1/3 hissəsinin qançırı müayinə olunanın göstərdiyi şəraitdə, yəni özü tərəfindən qaşınma; sol saidin orta 1/3 hissəsinin iç səthinin sıyrıqları müayinə olunanın göstərdiyi şəraitdə, yəni tutulan zaman özü tərəfindən əlində olan tinli küt əşyanın həmin nahiyyəyə sürtünməsi; hər iki mil-bilək oynağının arxa səthlərinin qançırları müayinə olunanın göstərdiyi şəraitdə yəni əlinə vurulan qandalın təsirindən əmələ gələ bilər. Döş qəfəsinin sağ yan hissəsinin qançırının isə xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alıb demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, həmçinin bədənin həmin nahiyyəsinin küt əşyaya dəyməsi və yaxud küt əşyanın həmin nahiyyəyə kənar şəxs tərəfindən vurulması nəticəsində yaranması mümkündür. Qeyd olunan xəsarətlərin müddəti müayinədən iki-üç gün əvvələ uyğundur, dərəcəsi isə ümumilikdə götürdükdə sağlamlığa zərər vurmayan olduğu üçün təyin olunmur. Məhkəmə müəyyən etmişdir ki, sözü gedən ekspert rəyində göstərilən xəsarətlər Təqsirləndirilən şəxs 3 saylı istintaq təcridxanasına daxil olarkən adına açılmış 3058/2024 nömrəli tibbi kitabçada göstərilən xəsarətlərlə eyni xarakterli olmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il və Hacıqabul Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarlarından Təqsirləndirilən şəxs bacısı Şahid7 tərəfindən prokurorluğa ünvanlanmış şikayət (polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı pulunun götürülməsi barədə), habelə Təqsirləndirilən şəxs saxlanılmasından ötrü istintaq təcridxanasına təhvil verilərkən bədənində xəsarətlərin aşkar olunması ilə bağlı xüsusatların araşdırılması zamanı onun Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qalması faktının öz təsdiqini tapmadığı və buna görə də toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanmasının rədd edilməsi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə heyəti yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Bundan əlavə, məhkəmə əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs bacısı Şahid7, onunla eyni məzmunlu ifadə vermiş bacısı oğlu Şahid8 Əlvinin 11 aprel 2024-cü il tarixdə, səhər saat 09 radələrində qohumları Emin Zərbalıyevlə birlikdə olduğu atasına məxsus olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində polis əməkdaşları tərəfindən evin seyf qapısını qırıb içəri daxil olmaqla tutulmaları, həmin vaxt Əlvi ilə Eminə fiziki təzyiq göstərilməsi, qardaşının döyülməsi, izi qalacaq dərəcədə qabırğasına vurduqları, bu vəziyyəti görməmələri üçün polislər tərəfindən oradan kənarlaşdırılmaları, polislərin onun qardaşına vətən xaini, terrorçu kimi yanaşmaları, Emini həyətdə yarım saat saxladıqdan sonra, Əlvini isə saat 11:30 radələrində polis şöbəsinə aparmaları, Əlvi yeyibiçən olsa da narkotik vasitə istifadə etməməsi; dayısı oğlu Emin Zərbalıyevin 2024-cü il tarixdə, aprel ayının 10-dan 11-nə keçən gecə bibisi oğlu Əlvinin evinə getməsi, orada birlikdə içki qəbul etsələr də, narkotik vasitə qəbul etməmələri, səhəri gün saat 08-09 radələrində on beş-iyirmi nəfər mülki geyimdə olan polis əməkdaşının qapını sındırıb evə basqın etmələri, polis şöbəsində ondan 5.000 (beş min) manat pul istənilməsi, səhhətində olan problemlərlə əlaqədar deyilənlərlə razılaşaraq etmədiyi əmələ görə sənədlərə imza etməsi, ümumiyyətlə Əlvi ilə birlikdə narkotik vasitə qəbul etməməsi, Əlvinin ona heç bir narkotik vasitə verməməsi, hadisə günü Əlvinin evindən, eləcə də üzərlərindən qanunsuz predmet, əşya, maddə aşkar olunmaması barədə dediklərini yuxarıda sadalanan mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onlardan birinin təqsirləndirilənin bacısı, birinin bacısı oğlu, digərinin isə dayısı oğlu olmaqla qohumluq münasibətində olmaları səbəbindən sonuncunu məsuliyyətdən yayındırmaq məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilənin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş “şöbəyə gətirilən şəxslərin qeydiyyat jurnalı”ndan çıxarışda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:25-də həmin polis şöbəsinin inzibati binasına gətirilməsi və qeydiyyata alınması əks olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Hacıqabul Rayon Prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda Şahid7 daxil olmuş müraciətlərlə əlaqədar aparılan araşdırma zamanı verdiyi ifadəsində qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi üçün əvvəllər bir dəfə məhkumluq həyatı yaşadığı, təxminən iki il öncə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı və həmin vaxtdan etibarən yenə də narkotik vasitələrdən istifadə etdiyini bildirməsi qeyd olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ona məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən aşkar olunan kütlələrin heroin və metamfetamin kimi ayrı-ayrı növlərdə olmaqla xırda bükümlərdə olmaları, çəkiləri həmin kütlələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə həmçinin, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda onu qeyd edir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ saylı Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49-cu bəndinə əsasən heroin dövriyyəsi qadağan olunmuş narkotik vasitə, 2-ci hissəsinin 27-ci bəndinə əsasən mefamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar; İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 0,15 qramdan 2 (iki) qramadək çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının ifadələri ilə yanaşı, “şəxsi axtarış və baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, maddi sübut kimi tanınmış heroin, metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan şprislər, içərisində psixotrop maddə metamfetaminin izləri olan qırıq halda şüşə ampula, şüşə lampa, ekspert rəyləri və digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə yanaşı 234.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının aşağı endirilməsinə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnitsiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay, 23 (iyirmi üç) gün müddətindən vaxtından əvvəl azad edilməsi, bununla da ona qarşı tətbiq olunmuş bu qədər humanist mövqedən nəticə çıxarmayaraq, islah olunmağa səy göstərmək yerinə, yenidən cinayət əməli törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə müsbət səciyyələndirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngüləşdirən hal müəyyən edilməmişdir. Əməlində cinayətin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur, eyni zamanda əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4, 132.1.5, 132.1.6 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; cinayət qanunu ilə nəzərdə tutlmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 3,371 qram qalmış narkotik vasitə heroin, təmiz çəkisi 1,667 qram qalmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan on iki ədəd şpris, içərisində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd qırıq halda şüşə ampula, bir ədəd şüşə lampa məhv edilməli; 235 (iki yüz otuz beş) manat nağd pul vəsaiti bacısı Şahid7 qaytarılmalı; şəxsi axtarış və baxış istintaq hərəkətinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Belə olan halda, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 11 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 3,371 qram qalmış narkotik vasitə heroin, təmiz çəkisi 1,667 qram qalmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan on iki ədəd şpris, içərisində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd qırıq halda şüşə ampula, bir ədəd şüşə lampa məhv edilsin; 235 (iki yüz otuz beş) manat nağd pul vəsaiti onun bacısı Şahid7 qaytarılsın; şəxsi axtarış və baxış istintaq hərəkətinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-77/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-77/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver