Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-770/2023 30.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi ), Hüseynov Nahid Nəsir oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi-X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı Nıhmətulla oğlu, Təqsirləndirilən şəxs1 müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi-Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, «İkinci Qarabağ» müharibəsi vetranı, ünvan 1 ünvanda yaşamış, 24 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Cəlilabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(073)- 68/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1993-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Neftçala rayonu, Bankə qəsəbəsi, S.Paşin küçəsi, ev 15, mənzil 1-də qeydiyyatda olmaqla Salyan şəhəri, X.R.Ulutürk küçəsində yaşamış, 24 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Cəlilabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(073)-67/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə tanışı Təqsirləndirilən şəxs2 və istintaqla müəyyən edilməyən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncuların Cəlilabad şəhəri ərazisində gizlətdikləri külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmək məqsədi ilə 24 may 2023-cü il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonundan Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Heydər Əliyev adına Seyrəngah» parkının yanına gəldikdən sonra aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq qanunsuz olaraq külli miqdarda- 13,768 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda- 11,631 qram ağ rəngli kristal formalı psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həblərini əldə edib daşıyaraq saxlamışlar, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 24 may 2023-cü il tarixdə, saat 00:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncu ilə birlikdə saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 01:20-dən saat 01:39-dək üzərində şəxsi axtarış aparılan zaman bir ədəd bağlamanın içərisində 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,283 qram, 7,375 qram, 5,110 qram olmaqla külli miqdarda-13,768 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,546 qram, 5,085 qram olmaqla külli miqdarda-11,631 qram ağ rəngli kristal formalı psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həbləri əynində olan qara rəngli cins gödəkçənin sol iç cibində saxladığı yapışqan lentlə bağlanmış bükülünün içərisindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə metadon həblərini şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 24 may 2023-cü il tarixdə saat 02:24-dən saat 02:33-dək üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan həmin narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə iştirak etmiş, həmin döyüşlər zamanı yaralanmış və kəllə beyin travması almışdır. Başında 2 qəlpə vardır. Medalları vardır. Ailə üzvülərindən yalnız anası vardır, digər ailə üzvüləri yoxdur. Marixuanadan istifadə etmişdir. Tanımadığı nömrə ilə danışmış, 24 qram narkotik vasit olan marixuna götürmək üçün 23 may 2023-cü il tarixdə təxminən saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs2 avtomobili ilə Cəlilabad rayonuna getmişdir. İlhamı əvvəllərdən tanımış, İlhamın işlədiyi mağazadan ərzaq məhsulları almışdır. İlhamın onun narkotik vasitə marixuana götürməyə getməsindən məlumatı olmamış, İlhama əsgər yoldaşıgilə getdiyini demişdir. Ona narkotik vasitə verən şəxsi tanımamışdır, həmin şəxsin kim olmasını bilməmişdir. Həmin şəxsi «facebook» sosial şəbəkəsi vasitəsi ilə tanımış, həmin sosial şəbəkədə həmin şəxslə təxminən 5-7 gün ərzində danışmışdır. Həmin şəxsin milliyətini bilməmişdir. Həmin şəxs adının Murad olduğunu, Cəlilabad rayonundan olduğunu demişdir, soyadını isə deməmişdir. Həmin şəxslə «Whatsapp» vasitəsi ilə danışmış, polis əməkdaşları tərəfindən tutulan günü də danışmışdır. Həmin şəxs Cəlilabad rayonunda gözləməyini, tutulduğu yerə gələcəyini demişdir, lakin gözləsə də həmin şəxs gəlməmişdir. Həmin şəxs ona 2 kibrit qutusu narkotik vasitə marixuana verəcəyini demişdir. Həmin şəxsə narkotik vasitə marixuna verməsi müqabilində pul verməyəcəkdi. İlham taksi işləyirdi, İlhamdan Cəlilabad rayonuna gəlməsi üçün taksi kimi istifadə etmişdir. İlham narkotik vasitə istifadə etməmişdir. İlhamı aldadaraq əsgər yoldaşı ilə görüşmək üçün getdiyini demişdir. İlhamla Cəlilabad rayonuna getmək üçün pul danışmamışdır. Həmin şəxs Cəlilabad şəhərində yerləşən H.Əliyev parkına gələcəyini demişdi, parkda oturacaqda əyləşmiş, İlham da avtomobildən düşərək digər oturacaqda oturmuşdur. Onlardan 15 metr aralıda onları tutan polis əməkdaşları olmuşlar. Oturduğu yerdən 10-15 metr qabağa gedərək telefonla danışan zaman polislər onu tutmuşlar. Saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Onları Cəlilabad RPŞ-nə aparmışlar. Üzərindən aşkar olunmuş narkotik vasitələri polis əməkdaşları üzərinə qoymuşlar, etiraf etməsə İlhamın avtomobilinə daha çox narkotik vasitə qoyaraq götürəcəklərini bildirmişlər. Buna görə də polislər ilə razılaşmışdır, üzərinə qoyulmuş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu etiraf etmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona narkotik vasitə verməyi söz verən həmin şəxsin nömrəsi yadında qalmamışdır. İlham ondan parkda olan zaman əsgər yoldaşının gəlib-gəlməməsini soruşmamışdır. İlhamda narkotik vasitə olmasını bilməmişdir. Narkotik vasitəni götürmədiyi halda polis əməkdaşları onu tutmuşlar. Səlilabad RPŞ-də polis əməkdaşları onu döyməmişlər, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni polis əməkdaşları üzərinə qoymuşdur. Üzərinə həmin narkotik vasitə və psixotrop maddəni qoyan polis əməkdaşının adını bilməmiş, lakin həmin polis əməkdaşını görsə tanıyar. Polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətlərinə yol verməsələr də İlhamın avtomobilinə daha çox narkotik vasitə qoyacaqları ilə onu hədələmişlər. Həmçinin polis əməkdaşları onu aldatmışlar ki, yazılan sənədlərə imza çəksə 48 saat ərzində onu buraxacaqlar, lakin sənədlərə imza çəksə də onu buraxmamışlar. Müstəntiq tərəfindən tərtib edilmiş sənədləri əvvəllər eyni məzmunlu sənədləri imzaladığı üçün imzalamışdır. İlham maşında olan zaman telefonla danışmamışdır. İlhamın əvvəllər iki dəfə məhkum olunduğunu bilməmişdir. Heç vaxt heroindən istifadə etməmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, Salyan şəhərində anası X3 ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 44 günlük vətən mühahirəsində iştirak edərək torpaqlarımızın azad olunması uğrunda döyüşmüş və vətən müharibəsində iştirak etdiyinə görə müxtəlif medallarla təltif olunmuşdur. Vətən müharibəsi döyüşlərində yaralanmış və buna görə də ağrıları olmuşdur. Müharibə bitdikdən sonra ağrıları olduğu üçün bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitə istifadə etdikdən sonra ağrıları azaldığını bildirmişdir. Daha sonra mütəmadi olaraq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr istifadə etməyə başlamışdır. Təxminən 3 ilə yaxın müddətdir ki, narkotik vasitələr və psixotrop maddələr istifadə edir. 23 may 2023-cü il tarixdə, təxminən saat 13 radələrində istifadəsində olan +994-***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi «Whatsapp» proqramına xatırlamadığı nömrə ilə ona mesaj gəlmişdir. Həmin mesajı yazan şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi ona təqdim etmiş, lakin həmin şəxs adını ona deməmişdir. Həmin şəxs söhbət edən zaman ona bildirmişdir ki, onda narkotik vasitə və psixotrop maddə vardır və həmin şəxs ona demişdir ki, lazım olsa ona narkotik vasitə və psixotrop maddə təşkil edə bilər. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin şəxsə demişdir ki, ona narkotik vasitə və psixotrop maddə lazımdır. Bundan sonra həmin şəxs ona demişdir ki, narkotik vasitənin qarşılığında ona pul ödəməlidir. O isə danışdığı həmin şəxsə ondan narkotik vasitə almaq üçün pulu olmadığını demişdir. Biraz sonra həmin şəxs yenidən ona mesaj yazaraq bildirmişdir ki, heç bir pul vermədən ona narkotik vasitə verə bilər. İlk öncə həmin şəxsə inanmamış, lakin həmin şəxs ona israrla demişdir ki, birinci dəfə ona pay olaraq narkotik vasitə və psixotrop maddə verəcəkdir. Bundan sonra həmin şəxslə razılaşmışdır. Həmin şəxs ona demişdir ki, Cəlilabad şəhəri ərazisində adamı vardır və həmin adam Cəlilabad şəhəri ərazisinə onun üçün narkotik vasitə və psixotrop maddə qoyacaqdır. Həmin şəxslə razılaşmışdır. Bundan sonra əvvəllər tanıdığı və dostluq münasibəti olan Təqsirləndirilən şəxs2 mobil telefonla yığaraq bu barədə ona danışmış və ona demişdir ki, narkotik vasitə götürmək üçün onun idarə etdiyi avtomobillə Cəlilabad şəhərinə getsinlər. Bundan sonra yaşadığı evdən çıxaraq Təqsirləndirilən şəxs2la görüşüb bu barədə ətraflı onunla danışmışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğu üçün İlhama demişdir ki, həmin narkotik vasitəni aralarında böləcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. Həmin gün təxminən saat 22 radələrində onlar Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhərinə yola düşmüşlər. Yolda olarkən həmin şəxs ona narkotik vasitə və psixotrop maddənin yerləşdiyi yerin şəkillərini atmışdır. Həmin şəkillərdə Cəlilabad şəhərində yerləşən «Seyrangah» parkı göstərilmişdir. Bundan sonra həmin şəxs ona demişdir ki, götürəcəyi narkotik vasitə və psixotrop maddə bir ədəd bağlamadadır və həmin parkda kolun dibinə qoyulmuşdur. Təxminən iki saat sonra onlar Cəlilabad şəhərinə çatmışlar. Onlar Cəlilabad şəhərinin mərkəzində yerləşən «Seyrangah» parkının yanına çatanda Təqsirləndirilən şəxs2 avtomobili saxlamasını istəmişdir. Təqsirləndirilən şəxs2 «Seyrangah» parkının yanında avtomobili saxlamış və o, avtomobildən düşərək həmin parka daxil olmuşdur. Təqsirləndirilən şəxs2 isə avtomobildə qalmışdır. Həmin şəxsin ona atdığı şəkillərə baxaraq parkın girəcəyində olan kolun dibindən həmin şəxsin dediyi yerdən bir ədəd üzəri yapışqan lentlə bağlanmış bükülünü götürmüşdür. Həmin bükülünü tapan kimi həmin şəxslə olan bütün yazışmaları və həmin şəxsin ona atdığı şəkilləri silərək Təqsirləndirilən şəxs2 avtomobilinə tərəf getməyə başlamışdır. Avtomobilə yaxınlaşıb əyləşmək istəyərkən tanımadığı bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs2 Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarının dəvətinə etiraz etməyərək Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad Rayon Polis Şöbəsinə getməyə razılıq vermişlər. Cəlilabad RPŞ-də ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sol iç cibində gizlətdiyi bir ədəd bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Təqdim etdiyi üzəri yapışqan lentlə bağlanmış həmin bağlama polis əməkdaşları tərəfindən kəsici alətlə açılaraq içərisinə baxış keçirilmiş və həmin bağlamanın içərisinə baxış keçirilən zaman həmin bağlamanın içərisindən üç ədəd bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, iki ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə və iki ədəd narkotik vasitə metadona bənzər həblər aşkar edilərək götürülmüşdür. Bundan başqa təqdim etdiyi mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir və o da həmin protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə onların, onlara təqdim edilmiş müdafiəçiələrin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, avtomobildə narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 avtomobildə narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmiş və avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və onlar həmin protokola imza etmişlər. Bundan başqa o, bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında 23 may 2023-cü il tarixdə təxminən saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs2 avtomobili ilə Cəlilabad rayonuna getmələri, İlhamın onun narkotik vasitə marixuana götürməyə getməsindən məlumatı olmaması, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni polis əməkdaşları üzərinə qoymaları, polis əməkdaşlarının İhamın avtomobilinə daha çox narkotik vasitə qoyacaqları ilə onu hədələmələri, saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (23 may 2023-cü il tarixdə təxminən saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs2 avtomobili ilə Cəlilabad rayonuna getmələri, İlhamın onun narkotik vasitə marixuana götürməyə getməsindən məlumatı olmaması, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni polis əməkdaşları üzərinə qoymaları, polis əməkdaşlarının İhamın avtomobilinə daha çox narkotik vasitə qoyacaqları ilə onu hədələmələri, saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmaması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə özünün, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona Cəlilabad rayonuna əsgər yoldaşıgilə getməyini bildirmişdir. Əlihüseynin xahişi ilə 23 may 2023-cü il tarixdə Cəlilabad rayonuna getmişdir. Əlihüseynin Cəlilabad rayonundan narkotik vasitə və psixotrop maddə götürməsindən məlumatı olmamışdır. 23 may 2023-cü il tarixdə təxminən saat 14 radələrində Əlihüseynlə birlikdə özünün idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhərinə yola düşmüşlər. Əlihüseyenin sözü ilə Cəlilabad şəhərində yerləşən «Seyrangah» parkının yanında avtomobilini saxlamışdır. Avtomobildən düşərək parkda olan skameykada oturmuşlar, həmin vaxtı bir-birlərindən aralı olmuşlar. Əlihüseyn telefonla danışmışdır. Orada Cəlilabad RPŞ-nin əməkdaşları onları saxlayaraq RPŞ-nin inzibati binasına gətirmişlər. Üzərində iki ədəd metadan həbi olmamışdır. Heç vaxt həmin həblərdən istifadə etməmişdir. Üzərindən aşkar olunmuş metadon həblərini üzərinə Rəhman adlı polis əməkdaşı qoymuşdur. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə, o cümlədən metadon həblərinin istifadəçisi olmamış, barəsində olan məhkəmə-narkoloji ekspertizasının rəyi ilə razı deyildir. Cəlilabad RPŞ-nə gedən zaman üzərində hər hansı növ narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Əlihüseyn yolda gedən zaman telefonla danışmamışdır. Əlihüseyn telefona danışsa belə bunu görməmiş və ya Əlihüseynin danışığını eşitməmişdir. Rəhman ona iki ədəd metadon həblərini üzərinə qoymağı təklif edən zaman orada olan bütün şəxslər polis əməkdaşları idilər. Həmin vaxtı Əlihüseyn orada olmamışdır, Əlihüseynlə ayrı-ayrı otaqlarda olmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin nə olmasını, külli miqdar narkotik vasitə və psixotrop maddənin hansı çəkidə olmasının fərqini həbs olunandan sonra təcridxanada bilmişdir. Əvvəllər iki dəfə məhkumluğu olsa da narkotik vasitə və psixotrop maddələrdən anlayışı olmamışdır. Cinayət işini istintaq edən müstəntiqdə ilkin vaxtı ona verilmiş ittihamı izah etməmiş, ikinci dəfə Cəlilabad RPŞ-yə köçürüləndən sonra ittiham ona izah olunmuşdur. Həmin vaxtı müstəntiq artıq hər şeyi yazdığını və başqa cür ifadə vermək üçün artıq gec olduğunu bildirmişdir. Cinayət işi ilə tanış olan zaman da heç bir qeyd verməmişdir, həmin vaxtı müstəntiq ona işin artıq məhkəməyə keçdiyini və hər şeyin məhkəmədə araşdırılacağını bildirmişdir. Buna görə də cinayət işinin materialları ilə tanış olan zaman heç bir qeyd yazmamışdır. Əlihüseyn narkotik vasitə və psixotrop maddə əldə etməsində onun heç bir təqsiri yoxdur. Müstəntiq həmçinin ona gunahı olmadığını, məhkəmənin onu açıb buraxacağını bildirmişdir. Əlihüseynin narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. İbtidai istintaq zamanı ifadə verən zaman yanında vəkil olmuşdur, ifadəsi ona oxunmuşdur. Əlihüseynin saxlanmasını görməmişdir, həmin vaxtı başı aşağı olmuşdur. Əlihüseyn ondan aralıda olmuşdur. İki nəfər polis əməkdaşı qolundan yapışmış, ayağa durub baxdıqda Əlihüseynin orada olmadığını görmüşdür. Əlihüseynlə onu RPŞ-nə bir maşınla aparmamışlar, onu tək aparmışlar, Əlihüseynin aparılmasını isə ümumiyyətlə görməmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, Salyan şəhərində yeznəsi X6 məxsus evdə yaşayır. Salyan şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Arabir narkotik vasitə istifadə edir. 23 may 2023-ci il tarixdə, təxminən saat 14 radələrində əvvəllər tanıdığı və onun dostu olan Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsi ilə ona zəng edərək demişdir ki, idarə etdiyi avtomobillə onunla Cəlilabad şəhərinə narkotik vasitə əldə etmək üçün getsin. Bundan sonra Əlihüseyn onunla görüşmək istədiyini bildirmiş, Əlihüseynə evdə olduğunu demişdir. Təxminən 30 dəqiqədən sonra Əlihüseyn onun yaşadığı evin yanına gələrək onunla görüşmüşdür. Həmin vaxt Əlihüseyn ona demişdir ki, Cəlilabad rayonuna getmək lazımdır, oradan narkotik vasitə və psixotrop maddə götürəcək və Əlihüseyn götürəcəyi narkotik vasitəni onun bölüşəcəyini bildirmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün Əlihüseynlə razılaşaraq onu idarə etdiyi avtomobillə Cəlilabad şəhərinə aparacağını bildirmişdir. Onlar həmin gün təxminən saat 22 radələrində idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Salyan şəhərindən Cəlilabad şəhərinə yola düşmüşlər. Gələrkən Əlihüseyn telefonla kiminləsə mesajlaşmış, lakin Əlihüseynin kiminlə danışdığını bilməmişdir. Təxminən iki saat sonra onlar Cəlilabad şəhərinə çatmışlar. Cəlilabad şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 ona demişdir ki, Cəlilabad şəhərində yerləşən «Seyrangah» parkına getmək lazımdır. Onlar Cəlilabad şəhərinin mərkəzinə daxil olmuşlar və «Seyrangah» parkının yanında Əlihüseyn ona demişdir ki, avtomobili saxlasın. O da avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra Əlihüseyn ona demişdir ki, narkotik vasitə və psixotrop maddəni buradan götürəcəkdir. Daha sonra Əlihüseyn avtomobildən düşüb həmin parka daxil olmuş, o isə avtomobildə qalmışdır. Bir neçə dəqiqə sonra Əlihüseyn həmin parkda kolun dibindən bir ədəd bükülü götürüb avtomobilə tərəf gəlməyə başlamışdır. Əlihüseyn avtomobilə yaxınlaşıb əyləşmək istəyərkən bir neçə nəfər mülki geyimdə olan şəxslər Əlihüseynə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ondan üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 isə həmin şəxslərə üzərində narkotik vasitə və psixotrop maddə olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə idarə etdiyi avtomobillə birlikdə Cəlilabad RPŞ-nə gəlmişlər. RPŞ-də ona vəkil təqdim edilmiş, hüquqları ona izah olunmuş, ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir Daha sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarının sağ yan cibində gizlətdiyi iki ədəd metadon həbini və özünə məxsus «Redmi» markalı mobil telefonu əynində olan şalvarın sol yan cibindən çıxararaq təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə metadon həbləri qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş və o da həmin protokola imza etmişdir. Daha sonra idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə onun, Təqsirləndirilən şəxs1, onlara təqdim edilmiş müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə ona təklif edilmişdir ki, avtomobildə narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, avtomobildə narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmiş və avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi olmamışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, həmin ifadələri özü deməmiş, yazılmış ifadələrini oxumadan imza etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə «cinayət əməlini etiraf etməsi, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəldiklərini, Təqsirləndirilən şəxs1 narkotik götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirməsini» müstəntiq məhkəmə prosesindən əvvəl ona dediyindən bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Cəlilabad rayonuna narkotik vasitə və psixotrop maddə götürmək üçün gəlməsindən məlumatı olmaması, Əlihüseynin ona əsgər yoldaşıgilə getməsini deməsini, üzərindən aşkar olunun 2 ədəd metadon həblərini Rəhman adlı polis əməkdaşının onun üzərinə qoymasını, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Əlihüseynin narkotik vasitə və psixotrop maddə götürməsi məqsədi ilə Cəlilabad rayonuna gəlməsindən məlumatının olmaması, yalnız Əlihüseynin ona əsgər yoldaşıgilə getməsini deməsini) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də özü və Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan möhtəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Salyan rayon sakini Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və Cəlilabad RPŞ-nin İTB-nin polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 may 2023-cü il tarixdə, saat 00:30 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində Cəfərov X2 İlham Firudin oğlunun idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkət edən zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir az sonra qeyd edilən avtomobil Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən «Seyrangah» parkının yaxınlığında yolun kənarında dayanmış, avtomobildə sərnişin kimi əyləşən Təqsirləndirilən şəxs1 avtomobildən düşərək «Seyrangah» parkına tərəf getmiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 geri qayıdaraq gəldiyi avtomobilə yaxınlaşıb avtomobilə minmək istəyərkən onlar dərhal Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirmişlər. Bu zaman avtomobildə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə sürücü qismində olmuşdur. Bundan sonra onlar, həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Onları Cəlilabad RPŞ-nə dəvət etmişlər və onları birlikdə RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilən narkotik vasitə və ya psixotrop maddə vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd bağlamanı çıxarıb təqdim edərək həmin bağlamanın içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi üzəri yapışqan lentlə bağlanmış bükülü açılaraq içərisinə baxış keçirildikdə həmin bağlamanın içərisindən üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və iki ədəd narkotik vasitə metadona bənzər həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri «Whatsapp» proqramı vasitəsi ilə tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin adını ona deməyən şəxslə əlaqə saxlaraq Cəlilabad şəhəri ərazisindən götürdüyünü, həmin narkotik vasitə və psixotrop maddələri Cəlilabad şəhərinə birlikdə gəldiyi Təqsirləndirilən şəxs2la bölüşəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 təklif olundu ki, üzərində qanunla qadağan edilən əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd narkotik vasitə metadona bənzər həbləri təqdim edərək həmin narkotik vasitə metadon həblərini Salyan şəhərində yaşadığı küçədə piyada hərəkət edən zaman yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu, Cəlilabad şəhərinə dostluq münasibəti olan Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 ona narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədilə Cəlilabad şəhərinə gəlmək barədə təklifindən sonra onunla əldə etdikləri narkotik vasitə və psixotrop maddələri bölmək barədə razılaşdıqdan sonra gəldiyini, üzərindən aşkar edilmiş narkotik vasitə metadon həblərindən heç kimin məlumatının olmamasını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 may 2023-cü il tarixdə, saat 00:30 radələrində saxlanılmışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs2 avtomobildən düşməmişdi, Təqsirləndirilən şəxs1 isə avtomobildən düşərək parka tərəf getmişdi, geri qayıdıb avtomobilə yaxınlaşan zaman özlərini təqdim edərək onları saxlamışlar. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi faktlar yalandı, özünü müdafiə məqsədi ilə verilmiş ifadədi. Təqsirləndirilən şəxs1 təsir etməmişlər, onu hədələməmişlər. Daxil olmuş məlumat barədə və məlumatın icra edilərək nəticəsi barədə raportları 24 may 2023-cü il tarixdə yazmışdır. Raportların üzərində «24» rəqəmi yazılmış tarixləri kimin qələmlə düzəltməsindən məlumatı olmamışdır. Yusif Quliyev RPŞ-də polis nəfəri işləyir, maddi sübutlar onun tərəfindən ekspertə aparılmışdır. Ekspert tərəfindən tərtib olunmuş 24 may 2023-cü il tarixli raportun üzərində 23 may 2023-cü il tarixinin yazılmasında ekspert texniki səhvə yol vermişdir. Yusif Quliyevə maddi sübutlar RPŞ-nin rəhbərliyi tərəfindən həvalə edilmişdir. Dindirilmiş şahidlər Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və Cəlilabad RPŞ-nin İTB-nin polis nəfəri Şahid2 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə vermişlər, ibtidai istintaq dövründə verdikləri ifadələrini olduğu kimi təsdiq etdiklərini, Təqsirləndirilən şəxs1 və İlham Qadaş saxlanılan zaman Rəhman adlı polis əməkdaşının onlarla birlikdə əməliyyatda iştirak etmədiyini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 24 may 2023-cü il tarixli qərardan görünür ki, 24 may 2023-cü il tarixdə, saat 00:30-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 və Qadaşov X4 şəhəri, H.Əliyev prospektində saxlanılaraq sonuncunun idarə etdiyi «Kia Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə birlikdə Cəlilabad RPŞ-yə gətirildikdən sonra Cəlilabad RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd bağlamanın içərisindən 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,283 qram, 7,375 qram, 5,110 qram - ümumi təmiz çəkisi 13,768 qram narkotik vasitə heroin, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,546 qram, 5,085 qram-ümumi təmiz çəkisi 11,631 qram psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülməsi və Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş aparılmaqla ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilən zaman üzərindən ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülməsi faktına görə toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır. (i.v.1) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.13) -«şəxsi axtarış keçirilməsi və götürmə haqqında» 24 may 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş «DVD» diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bağlamanın içərisindən 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,283 qram, 7,375 qram, 5,110 qram-ümumi təmiz çəkisi 13,768 qram narkotik vasitə heroin, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,546 qram, 5,085 qram-ümumi təmiz çəkisi 11,631 qram psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunan kütlələri bir gün əvvəl «Whatsap» vasitəsi ilə danışdığı İran İslam Respublikası vətəndaşı olan şəxsin Cəlilabad şəhərinə göndərdiyini, həmin kütlənin yerini şəkil ilə müəyyən etdiyini, Cəlilabad şəhərində saxlanılan yerdən götürdüyünü, İran İslam Respublikası vətəndaşına heç bir ödəniş etmədiyini, yanında olan Təqsirləndirilən şəxs2 da narkotik vasitə istifadəçisi olduğunu, ona narkotik vasitə verəcəyini vəd etdiyini, Təqsirləndirilən şəxs2 onun üzərində narkotik vasitə olması barədə məlumatlı olmasına baxmayaraq onun İran vətəndaşı ilə danışması barədə məlumatı olmadığını bildirmişdir. (i.v.30-31) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.33) -«şəxsi axtarış keçirilməsi və götürmə haqqında» 24 may 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş «DVD» diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən ümumilikdə 02 ədəd üzərində «“F/M40» sözləri yazılmış qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunan metadon həbləri barədə Təqsirləndirilən şəxs1 məlumatı olmadığını, sonuncunun Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəldiyini, Təqsirləndirilən şəxs1 götürdüyü narkotik vasitəni onunla bölüşəcəyini ehtimal etdiyini, üzərindən götürülmüş metadon həblərinə bənzər kütləni Salyan şəhərində tapdığını və istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. (i.v.49-50) -«məhkəmə-kimyəvi ekspertizası»nın 24 may 2023-cü il tarixli, 19/574 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs1 götürülmüş kütlələr....» sözlər və imzalar olan bir ədəd zərfdəki, -1,283 qr; -7,375 qr; -5,110 qram: ümumi təmiz çəkisi: 13,768 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -6,546 qr; -5,085 qram: ümumi təmiz çəkisi: - 11,631 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində: «Vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 02 ədəd həb.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar. Həblər təsiredici maddələrinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı – 0,08 qramdır. (bir həbdə 0,04 qr.) Tədqiqata təqdim edilmiş üzərində: «Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd həb.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar. Həblər təsiredici maddələrinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı – 0,08 qramdır. (bir həbdə 0,04 qr.) Tədqiqata təqdim edilmiş 6-7 №-li metadon həbləri və 8-9 №-li metadon həbləri, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi-13,768 qram, cəmi tədqiqata sərf olundu- 0,15 qram (hər.ob-0,05 qr), qalıq -13,618 qr. Metamfetaminin təmiz çəkisi -11,631 qr., tədqiqata sərf edildi-0,1 qr, (hər.ob-0,05 qr), qalıq -11,531 qr. Metadon ümumi həb – 2 ədəd., cəmi tədqiqata sərf edildi – 1 ədəd. (hər.ob-0,05 qr), qalıq - 1 ədəd(6-7 №-li ob.). Metadon ümumi həb – 2 ədəd., cəmi tədqiqata sərf edildi – 1 ədəd. (hər.ob-0,05 qr), qalıq -1 ədəd(8-9 №-li ob.). (i.v.64-68) -«maddi sübutun tanınması haqqında» 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş təmiz çəkisi 13,768 qram olan narkotik vasitə heroin məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 0,15 qram sərf edildikdən sonra qalıq 13,618 qram çəkidə olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 11,631 qram psixotop maddə metamfetamin məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalıq 11,531 qram çəkidə olan metamfetamin, ümumi sayı 02 ədəd narkotik vasitə metadon həbləri, məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 1 ədəd sərf edildikdən sonra qalıq 1 ədəd narkotik vasitə metadon həbi və Təqsirləndirilən şəxs2 götürülmüş ümumi sayı 02 ədəd narkotik vasitə metadon həbləri, məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 1 ədəd sərf edildikdən sonra qalıq 1 ədəd narkotik vasitə metadon həbi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. «Şəxsi axtarış keçirilməsi və götürmə» və «avtomobilə baxış keçirilməsi və götürmə» haqqında 24 may 2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 02 ədəd «DVD» disk cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v.85-86) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 25 may 2023-cü il tarixli qərardan görünür ki, Əlihsüseyn Cəfərov Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v.89-90) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v.101-102) -Cəlilabad Rayon Məhkəməsinin 25 may 2023-cü il traixli, 4(073)-68/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 may 2023-ci il tarixdən hesablanmışdır. (i.v.123-126) -Cəlilabad Rayon Məhkəməsinin 25 may 2023-cü il traixli, 4(073)-67/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 may 2023-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edərək, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəldiklərini, Təqsirləndirilən şəxs1 narkotik vasitə götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. (i.v.127-130) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 08 iyun 2023-cü il tarixli, 605 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabioidlərin qəbulundan yaranan asılılıq sindiromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v.169) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 08 iyun 2023-cü il tarixli, 606 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindiromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v.170) -«ambulator məhkəmə psixiatrik ekspertizası»nın 10 iyun 2023-cü il tarixli, 1609 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Onun özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. (i.v.206-208) -«ambulator məhkəmə psixiatrik ekspertizası»nın 10 iyun 2023-cü il tarixli, 1610 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Onun özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. (i.v.209-210) -«cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında» 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə və psixotrop maddənin əldə etmə mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v.239-240) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotorp maddələrin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, İlhamın avtomobilinə daha çox narkotik vasitə və psixotrop maddə qoyaraq götürəcəkləri ilə hədələndiyindən, narkotik vasitə marixunana götürmək üçün getsə də hər hansı narkotik vasitə götürmədiyini, narkotik vasitə üçün getməyindən İlhamın xəbəri olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək, Əlihüseynin narkotik vasitə və psixotrop maddə götürməyə getməsindən məlumatı olmadığını, üzərindən aşkar olunmuş 2 ədəd metadon həbinin özünə məxsus olmadığı, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğu barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə üzərlərində şəxsi axtarış aparılarkən, o cümlədən verdikləri şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində törətdikləri cinayət əməlini tam etiraf etmişlər. Hətta Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərkən cinayət əməlini etiraf edərək, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün gəldiklərini, Təqsirləndirilən şəxs1 narkotik vasitə götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələrində bir daha təsdiq etmişlər ki, daxil olmuş əməliyyat məlumatı əsasında 24 may 2023-cü il tarixdə, saat 00:30 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia-Rio» markalı, **- DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman onlar tərəfindın əməliyyat müşahidəsinə götürülmüş, bir az sonra qeyd edilən avtomobil Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən «Seyrangah» parkının yaxınlığında yolun kənarında dayanmış, avtomobildə sərnişin kimi əyləşən Təqsirləndirilən şəxs1 avtomobildən düşərək «Seyrangah» parkına tərəf getmiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 geri qayıdaraq gəldiyi avtomobilə yaxınlaşıb avtomobilə minmək istəyərkən onlar dərhal Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirmişlər. Bu zaman avtomobildə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə sürücü qismində olmuşdur. Onları Cəlilabad RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd bağlamanı çıxarıb təqdim edərək həmin bağlamanın içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi üzəri yapışqan lentlə bağlanmış bükülü açılaraq içərisinə baxış keçirildikdə həmin bağlamanın içərisindən üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr, iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və iki ədəd narkotik vasitə metadona bənzər həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri «Whatsapp» proqramı vasitəsi ilə tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin adını ona deməyən şəxslə əlaqə saxlaraq Cəlilabad şəhəri ərazisindən götürdüyünü, həmin narkotik vasitə və psixotrop maddələri Cəlilabad şəhərinə birlikdə gəldiyi Təqsirləndirilən şəxs2la bölüşəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd narkotik vasitə metadona bənzər həbləri təqdim edərək həmin narkotik vasitə metadon həblərini Salyan şəhərində yaşadığı küçədə piyada hərəkət edən zaman yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu, Cəlilabad şəhərinə dostluq münasibəti olan Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 ona narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədilə Cəlilabad şəhərinə gəlmək barədə təklifindən sonra onunla əldə etdikləri narkotik vasitə və psixotrop maddələri bölmək barədə razılaşdıqdan sonra gəldiyini, üzərindən aşkar edilmiş narkotik vasitə metadon həblərindən heç kimin məlumatının olmamasını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil-Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən daha çox narkotik vasitə çıxarılacağı ilə hədələnməsi nəticəsində həmin narkotik vasitələr barədə etirafedici ifadələr verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonar yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi «Assenov və Digərləri Bolqarıstana qarşı» və «Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin «Yallo Almaniyaya qarşı» qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi narkotik vasitə götürmək üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə Cəlilabad rayonuna gəlmələri və sair barədə «etirafedici» ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında belə ifadə verməklə özünün və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət- Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Təqsirləndirilən şəxs1 Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə tərkibi göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs1 hədələrə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq hədələrə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz hədələnmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və satması barədə tanışı Təqsirləndirilən şəxs2 və istintaqla müəyyən edilməyən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncuların Cəlilabad şəhəri ərazisində gizlətdikləri külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmək məqsədi ilə 24 may 2023-cü il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonundan Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Heydər Əliyev adına Seyrəngah» parkının yanına gəldikdən sonra aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq qanunsuz olaraq külli miqdarda- 13,768 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda- 11,631 qram ağ rəngli kristal formalı psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həblərini əldə edib daşıyaraq saxlamışlar, X16 Şöbəsinin əməkdaşları tərəfindən 24 may 2023-cü il tarixdə, saat 00:30-da keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs2 idarə etdiyi «Kia Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sonuncu ilə birlikdə saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 01:20-dan saat 01:39-dək üzərində şəxsi axtarış aparılan zaman bir ədəd bağlamanın içərisində 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,283 qram, 7,375 qram, 5,110 qram olmaqla külli miqdarda-13,768 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,546 qram, 5,085 qram olmaqla külli miqdarda-11,631 qram ağ rəngli kristal formalı psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həbləri əynində olan qara rəngli cins gödəkçənin sol iç cibində saxladığı yapışqan lentlə bağlanmış bükülünün içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin külli miqdarda-narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edib, saxlamaq və daşımaqla onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həblərini əldə edib üzərində saxlamaqla daşıması düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri onların ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətləri protokolları, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə və psixotrop maddə, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirkar bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Həmin əməllər cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -10 iyun 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. (i.v. 185) -13 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin 13 fevral 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 350.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Salyan Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasından 11 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. 04 fevral 2019-cu ildə cəzasını tam çəkib qurtarmışdır. Məhkumluğu yoxdur. (i.v. 186-187) -Salyan rayonu İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətdən verilmiş 30 may 2023-cü il tarixli, 624-625 nömrəli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan şəhəri, Y.Zeynalov küçəsi ev 14, mənzil 11-də anası ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v.144-145). -Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Bankə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, 4036 nömrəli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v.195-197). Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən «İkinci Qarabağ» müharibəsi vetranı olmasını, 20 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu, Sarıyataq kəndinin yerləşdiyi ərazidə naməlum şəraitdə baş vermiş partlayış nəticəsində başın sağ temporal nahiyəsinin sağ yuxarı ətrafında, sağ küçərk nahiyəsi, sağ diz oynağı nahiyəsində kor qəlpə yaraları alması, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2354 nömrəli sərəncamı ilə «Döyüşdə fərqlənməyə görə medalı» (№İ-634), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2725 nömrəli sərəncamı ilə «Qubadlının azad olunmasına görə medalı» (№İ-11223), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2713 nömrəli sərəncamı ilə «Zəngilanın azad olunmasına görə medalı» (№İ-4669), Azərbaycan Respublikası Nazirlən Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı medalı» (№İ-13164) ilə təltif olunması, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, subay olmasını, şəxsiyyətini, yaşını, məşğuliyyət növünü, maddi və sosial vəziyyətini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması, subay olmasını, şəxsiyyətini, yaşını, məşğuliyyət növünü, maddi və sosial vəziyyətini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha sərt (ağır) cəzanın təyin edilməsi onları daha ciddi məhrumiyyətlərə düçar edə bilərlər. Bu hal isə təqsirləndirilən şəxlərinn islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X10rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X9 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 ə 234.4.3-cü maddələri ilə cəzalar təyin oluna zaman onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyəti nəzərə alınmalıdır. Məhkəmə istintaqının nəticəsindən də göründüyü kimi, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-13,768 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda-11,631 qram ağ rəngli kristal formalı psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həblərini əldə edib daşıyaraq saxlamasını Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 təklif etmiş, onu qabaqcadan əlbir olan bir qrup halında birləşərək istinad olunan cinayət əməlini törətməyə cəlb etmiş, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşaraq narkotik vasitə və psixotrop maddəni götürmək üçün sonuncu ilə birlikdə cinayətkar qrupa daxil olmuş və idarə etdiyi «Kia-Rio» markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonundan Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Heydər Əliyev adına Seyrəngah» parkının yanına gəlmişlər, bir ədəd bağlamanın içərisində 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,283 qram, 7,375 qram, 5,110 qram olmaqla külli miqdarda- 13,768 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,546 qram, 5,085 qram olmaqla külli miqdarda-11,631 qram ağ rəngli kristal formalı psixotrop maddə metamfetamin və ümumilikdə 02 ədəd üzərində «F/M40» sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon həbləri Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins gödəkçənin sol iç cibində saxladığı yapışqan lentlə bağlanmış bükülünün içərisindən aşkar edilərək götürülmüşdür. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 24 may 2023-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində Cəlilabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(073)-68/2023 nömrəli qərarı, Təqsirləndirilən şəxs2 barəsində isə Cəlilabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(073)-67/2023 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 iyun 2023-cü il tarixli, 606 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 iyun 2023-ci il tarixli, 605 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq, Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 13,618 qram çəkidə olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 11,531 qram çəkidə olan metamfetamin, 1 ədəd narkotik vasitə metadon həbi, Təqsirləndirilən şəxs2 götürülmüş ekspert tədqiqatından sonra 1 ədəd narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınaraq «şəxsi axtarış keçirilməsi və götürmə» və «avtomobilə baxış keçirilməsi və götürmə» haqqında 24 may 2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 2 (iki) ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə 24 may 2023-cü il tarixdən hesablansın. Cəlilabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(073)-68/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə 24 may 2023-ci il tarixdən hesablansın. Cəlilabad Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(073)-67/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 120 (yüz iyirmi) manat məbləğdə pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq, Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 13,618 qram çəkidə olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 11,531 qram çəkidə olan metamfetamin, 1 ədəd narkotik vasitə metadon həbi, Təqsirləndirilən şəxs2 götürülmüş ekspert tədqiqatından sonra 1 ədəd narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «şəxsi axtarış keçirilməsi və götürmə» və «avtomobilə baxış keçirilməsi və götürmə» haqqında 24 may 2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 2 (iki) ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-770/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-770/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver