Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-772/2023 25.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Salyan şəhəri, 28 May küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,038 qram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq 410 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlayıb, daşıyaraq yaşadığı ünvan 1 ünvanına aparmış, bundan sonra o, həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə qablaşdırıb saxlamış, daha sonra 13 may 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə bir ədəd bükümdə 0,656 qram narkotik vasitə olan heroini tanışı Şahid1 20 manata satmışdır. Daxil olmuş əməliyyat tapşırığının icrası ilə ələqədar 13 iyun 2023-cü il tarixdə, saat 14 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 28 May küçəsində yaşadığı evin yaxınlığında saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki idman şalvarının cibindən bir ədəd bükümdə 1,382 qram qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, habelə istintaq orqanı tərəfindən 14 iyun 2023-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, 28 May küçəsi, ev 31-də yerləşən fərdi yaşayış evinə baxış zamanı evin yataq otağındakı divanın üzərindəki yataq dəstinin altından bir ədəd bükümdə 410 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, ünvan 1-də qeydiyyatda olmaqla tək yaşayır, heç bir yerdə işləmir, əvvəllər bir neçə dəfə, o cümlədən narkotiklə bağlı məhkum olunmuş, sonuncu dəfə 04 iyul 2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Əvvəllər heroindən istifadə etmiş, son vaxtlar isə narkotiklərdən istifadə etməmişdir. 13 iyun 2023-cü il tarixdə, saat 13 radələrində evində olarkən kimsə onu həyət qapısna çağırmış və o, qapıya çıxarkən bir neçə polis əməkdaşı onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona məlum olmuşdur ki, polislər onu narkotiklə bağlı tutmuşlar, lakin tutulan vaxt onun üzərində heç bir narkotik maddə olmamışdır. Həmçinin polis şöbəsində polis əməkdaşı Tural ona Arzu adlı qadına (Şahid1) narkotik maddə satmasını demiş, o isə Arzuya narkotik satmadığını bildirmişdir. Bundan sonra Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiqlər edilmiş, həmçinin polis əməkdaşları onun qarşısına bir büküm narkotik maddə qoyub bildirmişlər ki, həmin narkotik maddəni üzərinə götürməlidir, əks təqdirdə evindən daha çox narkotik maddə çıxacağı ilə onu hədələmiş, o da qorxusundan razılaşıb həmin narkotik maddənin özünə məxsus olmasını bildirəcəyini demişdir. Sonra o, təqdim olunan və içərisində heroin olan bir ədəd bükümü cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış keçirilmişdir. Axtarış zamanı özü cibindən içərisində heroin olan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Həmin vaxt polis əməkdaşlarının təzyiqi altında olduğu üçün o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olmasını, yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində isə üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin narkotik maddə üzərinə polislər tərəfindən qoymuşdur. Səhərisi gün, yəni 14 iyun 2023-cü il tarixdə, səhər saatlarında polis əməkdaşları özünün və vəkilin iştirakı ilə yaşadığı evdə (ünvan 1-də) axtarış aparmış (baxış keçirmiş) və evindən xatırlamadığı miqdarda marixuana aşkar edilib götürülmüşdür. Həmin vaxt polis əməkdaşlarının təzyiqi altında olduğu üçün o, evindən aşkar olunmuş marixuananın özünə məxsus olmasını, yerdən tapdığını və öz istifadəsi üçün evində saxladığını bildirmişdir. Əslində isə yaşadığı evdən aşkar olunmuş marixuana ona məxsus deyil, həmin narkotik maddənin evinə polis əməkdaşlarının qoymasını güman edir. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir. İstintaq zamanı müstəntiq tərəfindən o, Arzu adlı qadınla üzləşdirilərkən Arzu ona böhtan ataraq ondan (Təqsirləndirilən şəxs) guya pulla narkotik maddə aldığını demişdir. O, Arzu adlı qadını tanıyır, Arzu da narkotik istifadəçisidir, Arzu bir neçə dəfə onun yaşadığı evə gəlmiş və onlar birlikdə narkotik maddə qəbul etmişlər, O, Arzu adlı qadına narkotik maddə satmamış, həmçinin narkotiklə bağlı Arzudan mobil telefon götürməmiş, bununla bağlı Arzunun dedikləri yalandır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş heroinə və yaşadığı evdə aşkar olunmuş marixuana ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, bir neçə ildir ki, heroindən istifadə etməyə başlamışdır. Təxminən 1-2 ay əvvəl yaşadığı ünvanda-28 May küçəsində “zibilxana”nın yanından keçərkən yerdə bir ədəd sellofan bükümdə heroin tapmış, özü istifadə etməsi üçün heroin bükümünü cibinə qoymuşdur. Tapdığı heroindən bir neçə dəfə özü qəbul etmiş, qalan hissəsini isə üzərində saxlamışdır ki, bədənində ağrıları olduqda qəbul etsin. 13 iyun 2023-cü il tarixdə, saat 14 radələrində o, yaşadığı 28 May küçəsində olarkən bir neçə nəfər polis əməkdaşı onu saxlayıb üzərində narkotik vasitələr gəzdirməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib bükümdə heroin olmasını, həmin heroini yerdən tapdığını, bir az istifadə etdiyini qalan hissəsinə də şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra aşkar olunmuş heroin polis əməkdaşları tərəfindən zərfə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. O, narkotikdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış, heç kimə narkotik maddə satmamışdır. O, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Səhərisi günü, yəni 14 iyun 2023-cü il tarixdə özünün razılığı və iştirakı ilə yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə, yataq otağındakı çərpayının (divanın) üzərində olan döşəyin altında gizlədib saxladığı bir ədəd sellofan torbada qurudulmuş marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı o, aşkar edilmiş qurudulmuş marixuananın özünə məxsus olmasını, həmin narkotik maddəni də təxminən 1-2 ay əvvəl heroin ilə bir yerdə 28 May küçəsində “zibilxana”nın yanında yerdən tapdığını və gətirib yaşadığı evdə gizlətdiyini, əvvəlcə həmin qurudulmuş marixuananı aparıb polisə təhvil vermək istədiyini, lakin sonradan qorxub bunu etmədiyini bildirmişdir. Sonra aşkar olunmuş qurudulmuş marixuana müstəntiq tərəfindən zərfə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. O, tanışı Şahid1 tanıyır, münasibtləri yaxşı olmuş və bir neçə dəfə öz evində onunla birlikdə narkotik maddə qəbul etmişlər. O, Arzuya narkotik maddə satmamış, üzləşdirmə zamanı Arzu yalan danışaraq guya ona narkotik maddə satmasını bildirmişdir. 13 may 2023-cü il tarixdə, saat 23 radələrində Arzu ondan 20 manata heron almamışdır. O, Arzu ilə birlikdə bir neçə dəfə öz evində görüşüb narkotik qəbul etmişlər, lakin o, Arzuya narkotik satmamışdır. Üzərində aşkar olunmuş heroin ilə Arzunun üzərində aşkar olunmuş heroinin eyni tərkibli olmasını izah edə bilmir. İstifadəsində olmuş və üzərində 070/240-21- 23 və 055/737-66-30 saylı mobil telefon nömrələri olan “Samsung Galaxy 5Prime” markalı mobil telefonun “WhatsApp” qovluğunda olan “050/598-80-18” saylı mobil telefon nömrəsinin kimə məxsus olmasını bilmir və onun həmin nömrənin sahibi ilə nə zaman və nə haqqda yazışdıqlarını xatırlamır. O, heç kimdən narkotik maddə əldə etməmiş, həmçinin üzərindən və evindən aşkar olunmuş narkotikləri tutulmamışdan təxminən 2 ay əvvəl yerdən tapmış, həmin maddələri özünün istifadəsi üçün üzərində və evində saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik satmamış, pay və bəxşiş verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində və yaşadığı evdə narkotik maddələr olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərinə qoyulmuş, sonra da axtarış zamanı üzərində aşkar olunmuş heroinin, həmçinin yaşadığı evdə aşkar olunmuş marixuananın özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadələr vermişdir. Əslində isə üzərində aşkar olunmuş heroin və evində aşkar olunmuş marixuana ona məxsus deyil, həmin heroini cibinə və marixuananı evinə polis əməkdaşları qoymuşdur. Bədəni üzərində olan xəsarətlərlə bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılarkən o, həmin xəsarətlərin özü-özünə yetirildiyini, polis əməkdaşlarının ona qarzı zorakılıq hərəkətləri etmədiyini bildirsə də, hazırda bildirir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin və yaşadığı evdə aşkar olunmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Ona görə də o, üzərində aşkar olunmuş heroin və yaşadığı evdə aşkar olunmuş marixuana ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 Füzuli oğlu ifadəsində göstərmişdir ki, o, Salyan RPŞ-nin əməkdaşıdır. 13 iyun 2023-cü il tarixdə icraatına Salyan şəhər sakini Şahid1 heroin satmış şəxsin müəyyən edilməsi ilə bağlı istintaq orqanın (Salyan RPŞ-nin İB-nin) “Əməliyyat tapşırığı” daxil olmuşdur. Əməliyyat tapşırığın icrası ilə bağlı əməliyyataxtarış təbirləri keçirilərək həmin şəxsin Salyan şəhəri, 28 May küçəsi, ev 31-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin ərazi nəzarətə götürülmüşdür. Həmin gün saat 14 radələrində əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Salyan şəhəri, 28 may küçəsində saxlanılıb ona narkotik vasitələrin qanunusz dövriyyəsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində müstəntiq tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqdim olunmuş bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini yerdən tapdığını və özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə və Təqsirləndirilən şəxs məxsus mobil telefon aparatı qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Daha sonra 14 iyun 2023-cü il tarixdə müstəntiq tərəfindən vəkilin (müdafiəçinin), Təqsirləndirilən şəxs və polis əmkdaşlarının iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə (Salyan şəhəri, 28 May küçəsi, ev 31-ə) baxış keçirilmişdir. Baxış zamanı evin otağında olan divanın üzərindəki yataq döşəyinin altından bir ədəd torbada qurudulmuş marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs torbanın içərisindəki marixuananı bir müddət əvvəl yerdən tapdığını və özünün istifadəsi üçün evində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və evinə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən bir ildən artıqdır ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında yaxın münasibətlər olmuşdur. Mircavid narkotik istifadəçisi olmaqla, həm də narkotik satan şəxsdir. O, xeyli müddətdir ki, heroindən istifadə etməyə başlamış, əvvəllər heroini tanımadığı şəxslərdən, son vaxtlar isə Mircaviddən alıb istifadə etmişdir. O, 13 may 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı yataqxananın yaxınlığındakı parkda tanışı Təqsirləndirilən şəxsla rastlaşmış, həmin vaxt bədənində ağrıları olduğundan Mircaviddən istifadəsi üçün heroin istəmiş, həm də pulu olmadığını bildirib bir-iki saata narkotikin pulunu verəcəyini demiş, Mircaviddə razılaşıb onu evinə dəvət etmişdir. Sonra o, Mircavidlə birlikdə onun yaşadığı evə (Salyan şəhəri, 28 May küçəsi, ev 31-ə) getmiş və Mircavid ona 10 manatlıq heroin vermiş, o da elə orada həmin heroini burnuna çəkməklə qəbul etmişdir. Bir az keçmiş özünə gəldikdən sonra o, Mircavidgildən çıxıb pul əldə etmək məqsədilə Z.Əliyeva adına parka getmiş, orada tanımadığı cavan bir oğlan ilə rastlaşıb 30 manat müqabilində həmin oğlanla parkın qaranlıq bir yerində cinsi əlaqədə olub 30 manat əldə etdikdən sonra saat 23 radələrində yenidən Mircavidgilə gedib bir az əvvəl aldığı narkotikə görə 10 manatı Mircavidə vermiş, sonra 20 manatı da Mircavidə verib istifadəsi üçün bir qədər heroin almışdır. Aldığı heroinin bir hissəsini qəbul etmiş, qalan hissəsini isə üzərində saxlamışdır ki, ağrıları olanda qəbul etsin. 15 may 2023-cü il tarixdə, günorta vaxtı yaşadığı yataqxananın yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitələr gəzdirməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı özü əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim edib həmin heroini iki gün əvvəl tanışı Mircaviddən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, həmin heroindən heç kimə satmamış, verməmiş, yalnız bir hissəsini özü qəbul etmişdir. O, qəbul etdiyi heroini yalnız tanışı Mircaviddən almış, pulu olanda narkotikə görə Mircavidə pul vermiş, bəzən pulu olmayanda Mircavid ona verdiyi narkotikə görə onunla cinsi əlaqədə olmuşdur. Bir dəfə də heroin almaq üçün pulu olmadığına görə, həm də əvvəllər ona nisiyə narkotik verdiyinə görə Mircavid onun “Samsung” markalı mobil telefonunu alıb ona 7 manatlıq heroin vermişdir. Sonuncu dəfə 13 iyun 2023-cü il tarixdə, səhər saatlarında o, narkotik almaq üçün Mircavidin evinə gedib 20 manat verib heroin və 5 manat verib metamfetamin almış, sonra Mircavid onunla cinsi əlaqədə olmuş və bundan sonra o, Mircavidin evindən çıxıb getmişdir. Sonradan eşitmişdir ki, həmin gün günorta saatlarında Mircavid polis əməkdaşları tərəfindən tutulmuşdur. Eyni zamanda Şahid1 ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermiş, həmçinin Şahid1 təqsirləndiriln şəxs Təqsirləndirilən şəxsla üzləşdirilərkən üzərində aşkar olunmuş heroini pulla ondan (Təqsirləndirilən şəxs) 20 manata aldığını bildirib ifadəsini bir daha təsdiq etmişdir. İşdə olan, Salyan RPŞ-nin əməkdaşının 13 iyun 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid1 barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində “Mircavid” adlı şəxsin Salyan şəhəri, 28 May küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və 13 iyun 2023-cü il tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, Salyan şəhəri, 28 May küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyun 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən müdafiəçi Zaur Məmmədovun iştirakı ilə və videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu və həmin heroini bir ay əvvəl yaşadığı ünvanda yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Habelə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy 5Prime” markalı mobil telefon aparatı istintaq orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, materialların məhkəmə ekspertizasının 13 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 1,382 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 1,332 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 14 iyun 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən müdafiəçi Zaur Məmmədov və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin otağında olan divanın üzərindəki yataq dəstinin altından bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik maddəni 2-3 ay əvvəl yaşadığı evin yaxınlığında zibilxanadan tapdığını və əvvəl həmin narkotik maddəni polisə təhvil vermək istədiyini, lakin sonradan qorxduğu üçün bunu etmədiyini və bu narkotik maddəni evində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 15 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “... Təqsirləndirilən şəxs yaşadığı otağından ...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi 410,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 409,95 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, əlavə materialların məhkəmə ekspertizasının 15 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Şahid1 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin ayrı-ayrılıqda 0,556 qram (Şahid1 aid) və 1,282 qramdır (Təqsirləndirilən şəxs aid). Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 04 iyul və 30 avqust 2023-cü il tarixli, “Sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2023-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 1,282 qram heroin, 409,95 qram qurudulmuş marixuana, eləcə də “Samsung Galaxy 5Prime” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X4 14 iyul 2023-cü il tarixli arayışı ilə müəyyən olunur ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Tiryək qəbulu narkomaniyası” diaqnozu ilə xəstəxanada qeydiyyatdadır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. İşdə olan, Salyan Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmün surəti ilə müəyyən edilir ki, Şahid1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona qəti olaraq 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökmdə göstərilir ki, Şahid1 13 may 2023-cü il tarixdə, saat 23 radələrində Salyan şəhəri, 28 May küçəsi, ev 31-də yaşayan tanışı Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib 20 manat müqabilində Təqsirləndirilən şəxs şəxsi istehlak məqsədilə 0,656 qram narkotik vasitə olan heroin əldə etmiş, 15 may 2023-cü il tarixdə, saat 12 radələrində Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış zamanı 0,656 qram heroin aşkar edilib götürülmüşdür. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, … polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən onu heç kim döyməmiş, ona fiziki və psixi zor tətbiq edilməmişdir. Bədəni üzərində aşkar olunan xəsarətləri tutulmamışdan əvvəl öz həyətində iş görərkən yıxılaraq almaşdır. Həmin məlumatla bağlı toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 avqust 2023-cü il tarixli qərarla müəyyən edilir ki, 19 iyul 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, … 05 iyul 2023-cü il tarixdə Salyan RPŞ-nin MSY-də saxlandığı kamerada olarkən metal parçası ilə biləklərini kəsərək özü-özünə xəsarətlər yetirmişdir. … tutulandan sonra o, CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, sonradan ona daha ağır ittiham-CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edildiyindən o, buna etiraz edərək özü-özünə xəsarətlər yetirmişdir. Həmçinin polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirilərkən onu heç kim döyməmiş, ona fiziki və psixi zor tətbiq edilməmişdir. Həmin məlumatla bağlı toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 30 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələrin mənbəyi ilə bağlı CMnin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddənin olmaması, tanışı Arzu adlı qadına narkotik maddə satmaması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməsi, əslində isə həmin heroini üzərinə polis əməkdaşlarının qoyması, yaşadığı evdə aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olmaması, həmin narkotik maddəni də evinə polis əməkdaşları tərəfindən qoyulmasını güman etməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddənin olmaması, tanışı Arzu adlı qadına narkotik maddə satmaması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını deməsi, əslində isə həmin heroini cibinə polis əməkdaşlarının qoyması, yaşadığı evdə aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olmaması, həmin narkotik maddəni də evinə polis əməkdaşları tərəfindən qoyulmasını güman etməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 iyul və 07 avqust 2023-cü il tarixli qərarlarla (Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumatlar üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılarkən Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, … polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən onu heç kim döyməmiş, ona fiziki və psixi zor tətbiq edilməmiş, bədəni üzərində aşkar olunan xəsarətləri tutulmamışdan əvvəl öz həyətində iş görərkən yıxılaraq almış, habelə barəsində olan cinayət işi üzrə ona daha ağır ittiham-CMnin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsinə etiraz edərək həbsdə saxlandığı yerdə özü-özünə xəsarətlər yetirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroinin və yaşadığı evindən aşkar olunmuş qurudulmuş marixuananın özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin 2 qramı və ya ondan artıq hissəsi, qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs aid olmuş 2,038 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, habelə 410 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdən ibarət narkotik vasitələr, o cümlədən külli miqdarda heroin əldə etməsi, əldə etdiyi heroinin bir hissəsinin tanışı Şahid1 satması onun həmin narkotik maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmiş, saxlamış, daşımış və satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 15 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat miqdarında cərimə cəzasına məhkum olunmuş və 30 aprel 2019-cu ildə cəzasını çəkib qurtarmışdır. Abşeron Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Sumqayıt Apelyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 06 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib (CM-nin 66.5-ci maddəsinin müddəaları nəzərə alınaraq) qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya haqqında” Qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və o, 25 dekabr 2021-ci il tarixdə cazadan azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2 və 83.3.3-cü maddələrinin müddəalarına əsasən 22 fevral 2017-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 27 may 2021-ci il tarixli (həmin hökmlə təyin edilmiş cəzanın 20 may 2021-ci il tarixli qərarla 05 avqust 2020-ci il tarixli hökmün dəyişdirilərək təyin edilmiş cəzanın CM-nin 66.5-ci maddəsi ilə qismən toplanılıb cinayətlərin məcmusu ilə yeni cəzanın təyin edilməsi nəzərə alınmaqla) və 04 iyul 2023-cü il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Eyni zamanda Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixli hökmdə göstərilən cinayət əməlini hazırki iş üzrə olan cinayət əməlindən əvvəl-11 aprel 2023-cü il tarixdə törətməsi və həmin əməlinə görə 04 iyul 2023-cü il tarixli hökmlə məhkum olunması nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə münasibətdə o, məhkumluğu olmayan şəxs kimi qəbul edilməli, habelə yalnız 27 may 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Salyan rayon İHB-nın Salyan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 66.5 və 66.3-cü maddələrinin müddəalarına əsasən, Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada “Tiryək qəbulu narkomaniyası” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1,282 qram heroin və 409,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy 5Prime” markalı mobil telefon aparatı (üzərində 050/335-10-86 və 050/865-54-26 saylı mobil telefon nömrələri olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs cəza çəkdiyi yer üzrə göndərilməlidir. Habelə iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-149 (bir yüz qırx doqquz) manat 22 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən, Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübutlar olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1,282 qram narkotik vasitə olan heroin və 409,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd ““Samsung Galaxy 5Prime” markalı mobil telefon aparatı (üzərində 050/335-10-86 və 050/865-54-26 saylı mobil telefon nömrələri olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza çəkdiyi yer üzrə göndərilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-149 (bir yüz qırx doqquz) manat 22 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-772/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-772/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver