Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-772/2024 12.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1985-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, işləməmiş, Salyan Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 (bir) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 23 noyabr 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin iyul ayının ortalarında şəxsiyyəti istintaqa məlum olmayan, “Vahid” adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə əldə edəcəyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə dair həmin şəxslə razılaşdıqdan sonra 300 (üç yüz) manat pulu qabaqcadan ona ödəyib, qalan pulu isə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdikdən sonra satdıqca bir neçə gün ərzində hissələrlə ödəyəcəyinə dair onunla razılaşmış, həmin vaxt narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində qanunsuz olaraq əldə edib yerini dəyişməklə daşıyaraq, üzərində və yaşadığı evdə saxlamış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Salyan şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 24 iyul 2024-cü il tarixdə, saat 13:10 radələrində Salyan şəhəri, Y.Zeynalov küçəsində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 14:20 radələrində orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,700 qram, habelə həmin gün saat 16:30 radələrində yaşadığı Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 12, mənzil 4 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağında olan stolun üzərindən yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 675,0 qram, 4,266 qram, 4,524 qram, 0,152 qram, 3,850 qram, 0,339 qram, 0,268 qram olmaqla ümumi təmiz çəkisi 689,099 qram kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,900 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 iyul 2024-cü il tarixdə, səhər saat 09-10 radələrində evdə yatdığı zaman polis əməkdaşları qapı-pəncərəni qırıb evə girmişlər. Evdə anası ilə beş yaşlı uşağı olmuş və hadisə həmin uşağın gözünün qarşısında baş vermişdir. Polis əməkdaşları evinə gələrək yatdığı yerdə onu götürmüşlər. Evinə aralarında rəis müavini, istintaq idarəsinin rəisi də daxil olmaqla on bir-on iki polis əməkdaşı gəlmiş və onu evindən çıxararaq polis şöbəsinə aparmış, orada onu ahıl yaşda olan anasını qandallayaraq polisə gətirməklə hədələmişlər. Özü narkotik vasitə istifadəçisidir, lakin evindən çıxarılmış narkotik vasitələr ona məxsus deyildir. 700 qram-bir kiloqram narkotik vasitəni kimsə kiməsə 300 (üç yüz) manat müqabilində verməz. Həmin pula iki-üç qram narkotik vasitə almaq olur. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə heroindən istifadə etmişdir. Polis əməkdaşları səhər saat 09-10 radələrində onun evinə daxil olmuş, evində axtarış keçirmişlər və heç bir şey aşkar olunmamışdır. Sonra onu polis şöbəsinə aparmış və yenidən evinə qaytarmışlar. Həmin vaxt kəsiyində evinə narkotik vasitələr yerləşdirilmişdir. Evdə ondan başqa anası, arvadı və uşaqları yaşayırlar. Saxlanıldığı vaxt evində anası və uşağı olmuş, polis əməkdaşları onları evdən çıxarıb qonşuya göndərmişlər. İki nəfər polis əməkdaşı yaşadığı evin qarşısında durmuş, evə kimisə buraxmamışlar. Evə baxış keçirilməmişdən əvvəl evində polis əməkdaşları olmamış, sadəcə qapıda iki nəfər post patrul əməkdaşı dayanmışdır. Qonşunun təhlükəsizlik kamerası olmuşdur, lakin polislər həmin kameranın görüntülərini silmişlər. Artıq beşinci dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Beş dəfə tutulmuş adamın üzərində narkotik vasitə aşkar olunmadığı halda könüllü şəkildə evində narkotik vasitə olmasını etiraf etməsi ağlabatan deyildir. Polis şöbəsində ona evində narkotik vasitə olmasını deməsini tapşırmışlar, o da videoçəkiliş zamanı bunu demişdir. Belə deməsini ondan İstintaq İdarəsinin rəisi Rəsul adlı şəxs istəmişdir. Rəsul həm müstəntiqin otağına, həm də onun yaşadığı evə gəlmişdir. Polislər ona ailə üzvləri ilə hədə-qorxu gəldiklərindən narkotik vasitələri öz üzərinə götürmüşdür. Polis şöbəsində əməliyyatçılar tərəfindən döyülmüşdür. Onu döyənlər Tural, Cəmil və Rəsul adlı polis əməkdaşları olmuşlar. Dəyənəklə ayağının altına vurmuşlar. Ona fiziki təzyiq göstərilməsi ilə bağlı heç kimə şikayət etməmişdir, çünki bədənində xəsarət izləri olmamışdır. Polis əməkdaşları ilə arasında düşmənçilik və ya ədavət olmamışdır. İranlı ilə səsli şəkildə danışmamışdır, buna görə də, ona aid səsyazısı çıxa bilməzmiş. Mobil telefonunda “WhatsApp” proqramı, habelə “Facebook” hesabı olmamışdır. “Samsung” markalı sadə telefon istifadə etmişdir. Heç bir İran vətəndaşını tanımamış, Vahidlə heç bir yazışması olmamışdır. Ümumiyyətlə, Vahid adlı şəxsi tanımır. Tutulmamışdan qabaq Bakı şəhərində olmamışdır. Onun istifadəsində olmuş mobil telefondan ətrafındakı insanlar da istifadə etmişlər. Mobil nömrəsinə daxil olmuş mesajlar barədə başqa heç bir söz deyə bilməmişdir. Məhkəmə iclasında dindirilən şahidlər ona təzyiq və ya təsir göstərməmişlər. Şəxsi istifadəsi üçün narkotik vasitələri haradan əldə etdiyi barədə suala cavab verməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 12, mənzil 4 ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəlki illərdə qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanmasına görə iki dəfə məhkum olunmuş, sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş oğurluq cinayət əməlinə görə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Özünə məxsus “Samsung” markalı mobil telefonunda 055 ***-**-** və 051 ***-**-** saylı mobil nömrələr istifadəsindədir. Uzun illərdir ki, mütəmadi olaraq “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə etmişdir. Təxminən iki-üç ay bundan əvvəl “Facebook” sosial şəbəkəsində özünü Vahid adlı İran vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Daha sonra Vahidlə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Təxminən beş gün bundan əvvəl Vahidlə əlaqə saxlayıb ondan təxminən 600-700 qram çəkidə “kakos” kimi tanıdığı narkotik vasitə heroin və özü üçün istifadə etməyə bir qədər “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin istəmiş, Vahid də ona qeyd etdiyi çəkidə narkotik vasitə heroini göndərə biləcəyini bildirmişdir. Vahidlə narkotik vasitə heroinin hər qramını 30 (otuz) manata razılaşmış, əldə edəcəyi narkotik vasitənin müqabilində 300 (üç yüz) manat pulu Vahidin ona göndərdiyi kart hesabına göndərmiş, qalan pulu isə narkotik vasitəni əldə etdikdən sonra satdıqca hissələrlə ödəyəcəkmiş. Vahid də onunla razılaşmışdır. Daha sonra həmin gün Bakı şəhərinə getmiş və şəhər ərazisində əvvəllər tanımadığı, Vahidin ona bildirdiyi yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olduğu bağlamanı götürüb əldə etmişdir. Həmin bağlamanı əldə etdikdən sonra Salyan rayonuna yaşadığı evə qayıtmışdır. Narkotik vasitə heroini yaşadığı evdə bir neçə bükümə ayıraraq həm satmağa, həm də özü istifadə etməyə başlamışdır. 24 iyul 2024-cü il tarixdə, saat 13:10 radələrində Salyan şəhəri, Y.Zeynalov küçəsi ərazisində yaşadığı evin yaxınlığında olarkən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ona nə üçün polis əməkdaşları tərəfindən saxlanılmağının səbəbi soruşulduqda, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Ondan üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməyi təklif edildikdə, üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükümdən narkotik vasitə heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan narkotik vasitə heroin özünə məxsusdur. Daha sonra bildirmişdir ki, narkotik vasitə heroindən yaşadığı evdə sellofan bükümlərdə də vardır və onları da təqdim edə bilər. Bundan sonra yaşadığı evə baxış keçirilməsi və həmin narkotik vasitənin götürülməsi üçün etirazının olmamasına dair ərizə ilə müraciət etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış, möhürlü kağızla ağzı möhürləmiş, üzəri o, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib, protokolu imzası ilə təsdiq etmişdir. Yaşadığı evə baxış keçirilməsi ilə bağlı ərizə ilə müraciət etdikdən sonra onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 4 ünvanına videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl ona narkotik vasitə heroinin baxış keçiriləcək evin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra baxışda iştirak edən şəxslərlə birlikdə yaşadığı mənzilə daxil olmuşlar. Evin qonaq otagında olan, istifadə etdikləri stolun üzərində saxladığı, özünə məxsus sellofan bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etmişdir. Baxış zamanı yeddi ədəd sellofan bükümdə olan kütləni təqdim edib narkotik vasitə heroin, digər bir ədəd sellofan bükümdə olan kütlənin isə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və həmin kütlələrin özünə məxsus olduğunu bildirmişdir. Həmçinin stolun üzərindən narkotik vasitələrin çəkilməsində istifadə etdiyi bir ədəd elektron tərəzi də aşkar olunmuşdur. Baxış zamanı yaşadığı mənzildən aşkar edilmiş, özünə məxsus olan yeddi ədəd sellofan bükümdə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərflərdə qablaşdırılmış, üzəri o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib, protokolu imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, o, uzun illərdir ki, narkotik maddə istifadəçisi olduğu üçün özünə məxsus olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini həm özü istifadə etmək, həm də başqa şəxslərə satmaq məqsədilə əldə edib saxlamışdır. Ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satan şəxslə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Həmin şəxs özünü ona Vahid adlı İran vətəndaşı kimi təqdim etmişdir. Yaşadığı evdən aşkar olunmuş elektron tərəzini təxminən bir il bundan əvvəl mağazadan alıb əldə etmişdir. Narkotik vasitələri satdığı üçün həmin elektron tərəzidən narkotik vasitələrin çəkilməsində istifadə etmişdir (iş vərəqi 161-163). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, anası ilə hədələndiyini, polis əməkdaşlarının dediyi kimi ifadə verdiyini bildirmişdir. Son sözündə vərəm və “hepatit C” olmaqla iki xəstəliyi olduğunu, atasının vəfat etdiyini, anasının yaşlı olmasını bildirmiş, məhkəmədən ona elə cəza verilməsini xahiş etmişdir ki, cəzaçəkmə müəssisəsindən çıxıb anasını görə bilsin. Məhkəmə cinayət prosesinin iştirakçılarını (şahidlərin ifadələri) dinləyərək, habelə iş materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır, onunla qohumluq, ədavət və ya düşmənçiliyi yoxdur. 24 iyul 2024-cü il tarixdə ona, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəbrəliyə məruzə etmiş və alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuşdur. Salyan Rayon Polis Şöbəsi X3 əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 iştirakı ilə əməliyyat qrupunun yaradılması barədə şöbə rəhbərliyi tərəfindən müvafiq əmr verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər tərəflərindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 13:00 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, Y.Zeynalov küçəsi ərazisində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda, oradan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmaqla, özünün olduğunu, təxminən üç-dörd gün əvvəl Vahid adlı İran İslam Respublikasının vətəndaşından qramını 30 (otuz) manata aldığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını, bundan başqa könüllü şəkildə yaşadığı evdə də özünə məxsus narkotik vasitə heroin olduğunu bildirmiş və evinə baxış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 12, mənzil 4 ünvanında yerləşən mənzilə baxış keçirilməsinə başlanılmışdır. Baxışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağına daxil olmuşlar. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilin qonaq otağında olan stolun üzərindən özünə məxsus bir ədəd böyük və yeddi ədəd kiçik sellofan bükümü, bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümlərdən bir ədəd böyük və altı ədəd kiçik sellofan bükümdə narkotik vasitə heroin, qalan digər bir ədəd kiçik sellofan bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd böyük və altı ədəd kiçik sellofan bükümün içərisinə baxıldıqda, orada narkotik vasitə heroinə, qalan digər bir ədəd kiçik sellofan bükümün içərisinə baxıldıqda isə psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələri təxminən beş gün bundan əvvəl İran vətəndaşı Vahiddən almış, istifadə etmişdir və satmaq məqsədi ilə yaşadığı evə gətirib saxlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə oxşar kütlələr və bir ədəd elektron tərəzi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılıb götürülmüş, baxış və götürmə aparılmasının nəticəsinə dair tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçıların hər biri tərəfindən imzalanmışdır. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər şifahi olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olması barədə məlumat əldə etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən onlardan yayınmağa çalışmamış, yaşadığı evə baxış keçirilən zaman ailə üzvləri evdə olmamışlar. Ümumiyyətlə, Təqsirləndirilən şəxs kiminlə yaşadığını bilmir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətiriləndən üzərində şəxsi axtarış keçirilənədək əməliyyatçıların yanında olmuş, başqa yerə aparılmamış, ona qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Salyan Rayon Polis Şöbəsi X3 əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid1 və Şahid3 Şahid2 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Şahid1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də tutduğuna görə tanıyır. Şahid3 əlavə olaraq bildirmişdir ki, səhv etmirsə, baxış zamanı evin qapısını Təqsirləndirilən şəxs özü açmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiqin otağına aparmışlar və İstintaq İdarəsinin rəisi Rəsul İbayev oraya gəlməmişdir. Saxlanılmış şəxs barədə istintaq idarəsinin rəisinə müstəntiq məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Salyan Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, daşımaqda, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Salyan Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri, raportu və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 04-09). Salyan Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:10-da Salyan şəhəri, Y.Zeynalov küçəsində yaşadığı evin yaxınlığında daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq, 13:30da şöbəyə aparılmışdır (iş vərəqi 10). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 12; 14; 22-23). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, təqdim etdiyi sellofan bükümə baxıldıqda, oradan qəhvəyi rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, şifahi sorğu zamanı bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, təxminən üç-dörd gün əvvəl Vahid adlı İran İslam Respublikasının vətəndaşından qramını 30 (otuz) manata almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmçinin, bildirmişdir ki, yaşadığı evdə də özünə məxsus olan 600-700 qram çəkidə narkotik vasitə heroin vardır. Şəxsi axtarış zamanı elektron tərəzi vasitəsilə çəkildikdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 0,92 qram olması müəyyən edilmiş, həmin kütlə və bir ədəd “Samsung” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 28-30). Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, yaşadığı Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 12, mənzil 4 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilərək orada olmasını bildirdiyi narkotik vasitələrin götürülməsinə heç bir etirazı olmamışdır (iş vərəqi 31). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 12, mənzil 4 ünvana baxış zamanı Təqsirləndirilən şəxs mənzilin qonaq otağında olan stolun üzərindən özünə məxsus bir ədəd böyük və yeddi ədəd kiçik sellofan bükümü, bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək, həmin bükümlərdən bir ədəd böyük və altı ədəd kiçik sellofan bükümdə narkotik vasitə heroin, qalan digər bir ədəd kiçik sellofan bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin sellofan bükümlərin içərisinə baxıldıqda, orada qəhvəyi rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə heroinə, şəffaf rəngli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu müəyyən olunmuş, verilən suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin narkotiki təxminən beş gün bundan əvvəl İran vətəndaşı Vahiddən almış, istifadə etmiş və satmaq məqsədi ilə yaşadığı evə gətirib saxlamışdır. Həmin kütlələr elektron tərəzi vasitəsilə çəkildikdə yeddi ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlənin çəkisinin 685 qram, 5,8 qram, 4,8 qram, 4,5 qram, 0,6 qram, 0,5 qram, 0,6 qram olması müəyyən edilmişdir. Qalan digər bir ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkildikdə 2,2 qram olması müəyyən olunmuş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 33-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 3- 16-16/2-18/688 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərinə...heroinə bənzər...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,700 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; “... Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış...heroinə bənzər...” sözləri yazılmış kağız paketdə yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 675,0 qram, 4,266 qram, 4,524 qram, 0,152 qram, 3,850 qram, 0,339 qram, 0,268 qram, ümumi çəkisi 688,399 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; “... Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış...metamfetamin...” sözləri yazılmış kağız paketdə bir ədəd torbacıqda təmiz çəkisi 0,900 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; “... Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış...tərəzi...” sözləri yazılmış kağız paketdə bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş cəmi səkkiz ədəd bükümdə, ümumi çəkisi 689,099 qram olan narkotik vasitə heroin eyni tərkiblidir. Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (iş vərəqi 43-46). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və şəxsi axtarış aparılarkən üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefonun üzərində 055 ***-**-** və 051 ***- **-** saylı nömrələr vardır. Telefonun “WhatsApp” Messenceri tətbiqinə baxış keçirildikdə oradan Təqsirləndirilən şəxsla “Vahid” adı ilə yazılmış şəxsin istifadəsində olan, İran İslam Respublikasına məxsus +98 903 512 2433, habelə +98 939 800 5734 saylı mobil nömrələrlə “WhatsApp” telefon danışıqlarının aparılması aşkar olunmuşdur. Baxış zamanı sonuncu mobil nömrənin də “Vahid” adı ilə qeyd olunmuş şəxsin istifadəsində olması aşkar olunmuş və bu barədə fotoşəkillər protokola əlavə olunmuşdur (iş vərəqi 52-58). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 59-60). Salyan Rayon Məhkəməsinin 4(057)-63/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 iyul 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 74-76). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 688,299 qram narkotik vasitə heroin, 0,800 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq, həmin şöbənin maddi sübutları saxlama otağına təhvil verilmişdir (iş vərəqi 77). Salyan Rayon Məhkəməsinin 5(057)-204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 24 iyul 2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (iş vərəqi 92-93). Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır, ailə tərkibi arvadı, 2007 və 2019-cu il təvəllüdlü uşaqlarından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 95-96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə həmin məhkəmənin qərarına əsasən barəsində Cinayət Məcəlləsinin 77-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 11 (on bir) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 4 (dörd) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş; Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Mcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 (bir) ay 16 (on altı) gün müddət cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır (iş vərəqi 97-102). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddədə qeyd olunur ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən olunur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada 2009-cu ildən “Opiatların qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır, psixiatr qeydiyyatında isə yoxdur (iş vərəqi 108). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**-** saylı mobil nömrə ilə ayrı-ayrı şəxslərin istifadəsində olan müxtəlif növ mobil nömrələr arasında müxtəlif tarixlərdə narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar çoxsaylı mesajlar yazılmasının qeydə alındığı, həmçinin həmin nömrə ilə sonuncu telefon danışığının 24 iyul 2024-cü il tarixdə, saat 12:19-da 34 saniyə müddətində aparılması aşkar olunmuşdur. Sözü gedən diskdəki məlumatlara məhkəmə iclasında baxılmış və birinci faylda Təqsirləndirilən şəxs istifadəsində olan 051 551-36-31 saylı mobil nömrəyə 055 ***-**-** saylı nömrədən xx.xx.2024, 17:09:46-da “Geldi pul qaqa empay nedi ona bax”; 051 962-75-71 saylı nömrədən xx.xx.2024, 18:44:37-də “Qardasim menem ulvidir bayagki ac de bir dene teli”, xx.xx.2024, 20:28:42-də “Qaqa 20 manatdig das var isteyirsen?”; xx.xx.2024, 20:31:20-də “Ay qardaş mene bir xeber deyersen eyer lazim olsa hec kime demirem”; xx.xx.2024, 20:31:21-də “daha istesen xeber edersen”; 050 324-51-58 saylı mobil nömrədən xx.xx.2024, 00:02:51-də “AY MEMED SENİN İNSANLİQİN BUDU YA MENİM BU HALDA OLMAQİM SENİN VECİNE DEYİL DEDE”; 055 552-49-52 saylı mobil nömrədən xx.xx.2024, 09:39:21-də “Emioglu Allah canu sag elesin”; 077 385-00-04 saylı mobil nömrədən xx.xx.2024, 12:23:41-də “Mamed asta teli ısım var şosusçam daş laziimdi bide qram”; xx.xx.2024, 16:21:03-də “Qaqa goturde bu teli qalmışam yagısin alltinda nosun bele elıyirsen”; 055 478-67-67 saylı mobil nömrədən xx.xx.2024, 16:23:14-də “Yeke kişisen psda bu ne oyundu gettirsen adamin başina aşda teli”; 055 677-70-71 saylı mobil nömrədən xx.xx.2024, 02:18:07-də “Qaqaş ac teli gəlim qapyı döyməyin brat”; 051 987- 98-82 saylı mobil nömrədən xx.xx.2024, 15:36:23-də “Qardaş vahub di”, xx.xx.2024, 16:05:41-də “Qaqa mən hazıram”, xx.xx.2024, 16:06:02-də “Nolar qadaşun işin aşırdə”, xx.xx.2024, 16:12:19-da “Qardaşun ad günü günü lomkadadı pulu düzəldmışəm atı karta”, xx.xx.2024, 16:12:34-də “Dünən ki kimi”, xx.xx.2024, 16:33:02-də “90 manatım”, xx.xx.2024, 16:33:08-də “Var”, xx.xx.2024, 16:33-20-də “Gəlim”, xx.xx.2024, 16:33:56-da “Başuva dönər qardaşun işi düz qoş”, xx.xx.2024, 19:21:11-də “rdüm bayaq heçnə çxdi bu”, “Pul atım ya neyləyim başım xarab olub vallah vəziyət yaxşı dör götü”, xx.xx.2024, 20:22:17-də “Qaqa evə gedib atram var yoxun ... prosda çatmışam qəbir sadıqdayam”, xx.xx.2024, 02:59:37-də “Burdayam”, xx.xx.2024, 02:59:56-da “Zibil qabı tərəfdə”; 051 582-69-36 saylı mobil nömrədən xx.xx.2024, 19:32:26-da “Qardaş kart deyim pulu at karta”, xx.xx.2024, 19:32:53-də “Lazım olmadı”; 051 987-98-82 saylı mobil nömrədən xx.xx.2024, 02:07:48-də “Neyləyim gözləyim yatım ya”; 050 310-75-44 saylı mobil nömrədən xx.xx.2024, 05:51:44-də “Gardas elage saxla”, xx.xx.2024, 15:27:15-də “Gelirsen gardas”; 070 687-27-01 saylı mobil nömrədən xx.xx.2024, 12:45:28-də “Pulu düeltdim”; 070 252-59-09 saylı mobil nömrədən xx.xx.2024, 00:49:48-də “Qaqam kende gedecem ona göre yığıram imkan varsa tez yola salardı”, xx.xx.2024, 00:49:49-da “15 manat pulum var ele eleki seher işe çıxa bilim bele xecaletinden”, xx.xx.2024, 01:02:24-də “Qardaşım gedim gözdüyüm bir kəlmə dede”, xx.xx.2024, 02:07:04-də “Qardaşım takside tapıca vaxt gedecey bir kelme xeber dede”; 050 552-59-09 saylı mobil nömrədən xx.xx.2024, 19:07:02-də “Mamed nece danişaq qaqam bide”; 077 502-50-84 saylı mobil nömrədən xx.xx.2024, 23:12:48-də “GELDİM PLASMASA PULU GOTURMUSEM TELEFONU AC SOHBET ELİYEK”; 050 364-26-07 saylı mobil nömrədən, xx.xx.2024, 13:47:30-da “Ordadi pecərə tərəf”, xx.xx.2024, 13:47:47-də “Ay qaqa vahub di ala ordadı”; 077 502-50-84 saylı mobil nömrədən xx.xx.2024, 16:53:24-də “MEMMED CAVAB VER. SEBRİMİ YOXLİYİRSAN YA NETER ? 20 DEQİYE YARİM SAATA”, xx.xx.2024, 16:53:25də “ZENG ELİYİRDUN NOOLDİ? MENEN OYUN OYNAMAQ İSTİYİRSENSE PRABLEM YOXD”; 050 336-17-37 saylı mobil nömrədən xx.xx.2024, 11:40:21-də “15 MANAT 70 DENE 2 LİY EMELE GELER”; 077 301-95-29 saylı mobil nömrədən xx.xx.2024, 13:43:51də “Qaqa salam 30 manat var qəlməq istəyiriq” məzmununda mesajların daxil olması məlum olmuşdur (iş vərəqi 110-112). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə baxış keçiriləkən Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə ayrı-ayrı şəxslərin istifadəsində olan müxtəlif növ mobil nömrələr arasında müxtəlif tarixlərdə narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar çoxsaylı mesajlar yazılmasının qeydə alındığı aşkar olunmuşdur. Sözü gedən diskdəki məlumatlara məhkəmə iclasında baxış keçirilmiş, üçüncü və dördüncü fayldakı məlumatlar çap olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 124-125). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X9 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 751 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 138). Salyan Rayon Polis X7 xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş; şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən, eləcə də "xxxx" və "xxxx" MMC-dən daxil olmuş cəmi dörd ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış; aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 140-151; 155-156). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Təqsirləndirilən şəxs adına olan 6134/2024 nömrəli tibbi kitabçada göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilkin tibbi yoxlama zamanı hər iki said nahiyədə köhnə çapıqlar aşkar olunmuş və o, xəsarət almadığını bildirmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 9 (doqquz) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, 24 iyul 2024-cü il tarixdə, səhər saat 09-10 radələrində evdə yatdığı zaman polis əməkdaşlarının yaşadığı evinin qapı-pəncərəsini qırıb evə girərək, evdə axtarış aparmaları, lakin heç nə aşkar olunmaması, evinə aralarında rəis müavini, istintaq idarəsinin rəisi də daxil olmaqla on bir-on iki polis əməkdaşının gəlməsi, onu həmin vaxt evdə olan anası ilə azyaşlı uşağının gözləri qarşısında tutub polis şöbəsinə aparmaları, polis şöbəsində onu yetmiş yaşında olan anasını qandallayaraq polisə gətirməklə hədələmələri, ona fiziki və psixoloji təzyiq göstərilməsi, sonradan evinə qaytarılaraq bu dəfə baxış zamanı evindən ona məxsus olmayan narkotik vasitə və psixotrop maddənin aşkarlanması, heroin istifadəçisi olsa da, evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşlarının qonşunun təhlükəsizlik kamerası görüntülərini silmələri, şöbədə ona ailə üzvləri ilə hədə-qorxu gəldiklərindən, evində narkotik vasitə olmasını deməsi tapşırıldığından, videoçəkiliş zamanı bu barədə deməsi, əməliyyatçılar tərəfindən döyülməsi, mobil telefonunda “WhatsApp” proqramı, habelə “Facebook” hesabının olmaması, Vahidi, ümumiyyətlə heç bir İran vətəndaşını tanımaması, tutulmamışdan qabaq Bakı şəhərində olmaması, istifadəsində olmuş mobil telefondan ətrafındakı insanların da istifadə etmələri barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı üzərindən, habelə həmin tarixdə yaşadığı Salyan şəhəri, Y.Zeynalov küçəsi, ev 12, mənzil 4 ünvanına baxış zamanı oradan aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin, həmçinin bir ədəd elektron tərəzinin ona məxsus olmasını etiraf etmişdir (həmin istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən DVD disklərdəki çəkilişlərdən görünür). Bundan başqa, o, barəsində olan cinayət işi üzrə ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi ifadələrində də eyni məzmunlu ifadələr vermiş, hətta əlavə dindirmə zamanı tutduğu əməlindən peşman olduğunu bildirmişdir. Bundan əlavə, o, ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə və psixotrop maddə barədə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə şübhəli şəxs və təqsirləndirilən qismində tanış olarkən, həmin rəyə dair hər hansı bir şikayəti və ya vəsatətinin olmadığını qeyd etmişdir. Habelə, Təqsirləndirilən şəxs istifadəsində olmuş və şəxsi axtarış aparılarkən üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefona baxış zamanı telefonda “Vahid” adı ilə yazılmış şəxsin istifadəsində olan, İran İslam Respublikasına məxsus +98 903 512 2433, həmçinin +98 939 800 5734 saylı mobil nömrələrlə “WhatsApp” telefon danışıqlarının aparılması aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** və 051 ***-**-** saylı nömrələrə dair müvafiq mobil operatorlardan əldə edilmiş məlumatlarda həmin nömrələrlə ayrı-ayrı şəxslərin istifadəsində olan müxtəlif növ mobil nömrələr arasında müxtəlif tarixlərdə narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar çoxsaylı mesajlar yazılmasının qeydə alındığı məlum olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı barəsində qətimkan tədbiri seçilməsi üçün Salyan Rayon Məhkəməsində, habelə məhkəmə istintaqı zamanı 24 iyul 2024-cü il tarixdə, səhər saat 09-10 radələrində evdə yatdığı zaman polis əməkdaşları tərəfindən evinə daxil olmaqla, həmin radələrdə polis şöbəsinə aparılması ilə bağlı bildirməsi ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**- ** saylı mobil nömrəyə dair məlumatda həmin nömrə ilə həmin gün, saat 12:19-da Salyan rayonu, Sarvan kənd sakini X6 məxsus 051 813-35-61 saylı mobil nömrə arasında 34 saniyə müddətində danışıq olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, habelə ibtidai istintaq zamanı ifadələrində bu barədə bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təsir, təzyiqlərə məruz qalması barədə deməsinə əsasən onun saxlanılandan sonra istintaq təcridxanasına aparıldığı vaxt üzərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə verilmiş sorğuya alınmış cavabda göstərilmişdir ki, onda ilkin tibbi yoxlama zamanı hər iki said nahiyədə köhnə çapıqlar aşkar olunmuş və o, xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiq və təsirə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması barədə bildirməməsinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, daşımış, üzərində və yaşadığı evində saxlamışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunanların narkotik vasitə heroin və psixotrop maddə metamfetamin kimi ayrı-ayrı növdə olmaları, çəkiləri, habelə elektron tərəzi narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözü gedən Qanunun 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Bundan əlavə, qeyd olunan Plenum Qərarının 14-cü bəndinin 2-ci yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49-cu bəndinə əsasən heroin dövriyyəsi qadağan edilən narkotik vasitə, 2-ci hissənin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar; İİ siyahısının 118-ci bəndinə əsasən təmiz halda 0,15 qramdan 2 qramadək psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Məhəmməd Qasımovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri ilə yanaşı, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürmə aparılması barədə”, “baxış keçirilməsi və götürmə barədə” protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış narkotik vasitə və psixotrop maddə, elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin digər maddələri ilə yanaşı, həmçinin narkotik vasitələr və psixotrop maddələrin istifadəsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının, yaşlı anasının olmasını, xəstəliyini və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur, eyni zamanda onun əməllərində cinayətlərin residivi müəyyən olunmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 688,299 qram narkotik vasitə heroin, 0,800 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilməli; ona məxsus olan “Samsung” markalı mobil telefon yaxın qohumuna qaytarılmalı; şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətlərinin aparılmasının videogörüntülərini özündə əks etdirən, eləcə də "xxxx" və "xxxx" MMC-dən daxil olmuş ümumilikdə dörd ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 24 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 iyul 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 688,299 qram narkotik vasitə heroin, 0,800 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilsin; ona məxsus “Samsung” markalı mobil telefon yaxın qohumuna qaytarılsın; şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətlərinin aparılmasının videogörüntülərini özündə əks etdirən, eləcə də "xxxx" və "xxxx" MMC-dən daxil olmuş ümumilikdə dörd ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-772/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-772/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver