Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-773/2023 04.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: - Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi- Kərimov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi X9 və müdafiəçisi - Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci ildə İmişli rayonu, Hacırüstəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Hacırüstəmli kəndində qeydiyyatda olmaqla yaşamış, İmişli Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 4(036)-12/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, İmişli Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 4(036)-52/2023 nömrəli qərarı ilə barəsində xüsusi tibb müəssisəsinə (psixi stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri tətbiq olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materialına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində yaşadığı İmişli rayonu, Hacırüstəmli kəndindəki fərdi yaşayış evində atası X5 ilə sonuncunun evə yarım litrlik plastik materialdan hazırlanmış su qabında şampun və perekis məhlulu gətirdiyi üçün aralarında yaranan mübahisə zamanı qisas almaq məqsədilə evin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı ilə Məmməd Bədirxanovun kürək nahiyəsindən, sonuncunun arvadı Qanuni nümayəndə yanında qəsdən bir dəfə vuraraq, ona xüsusi amansızlıqla döş qəfəsinin sol yarısının arxa səthində döş boşluğuna keçən və sol ağciyərin yuxarı payını zədələyən yaradan ibarət, yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək, ehtiyatsızlıqdan Məmməd Bədirxanovun aldığı xəsarət və ona uyğun adekvat aparılmış cərrahiyyə əməliyyatlarından sonrakı dövrlərdə inkişaf etmiş ümumi intoksikasiya fonunda baş vermiş ağciyər çatışmazlığından 9 aprel 2023cü il tarixdə saat 12:20-də müalicə aldığı “İmişli Rayon Mərkəzi Xəstəxanası” X21 ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Hacırüstəmli kəndində evdə atası X5, anası X7, bacısı Aytəkin və bacısı oğlu Ömərlə yaşamışdır. Xəstədir, fermada olarkən atası Məmməd heç bir səbəb olmadan fermanın həyətində baltanın sapı ilə onun başından iki dəfə zərbə vurmuş və zərbələr nəticəsində başından güclü travma almışdır. Sonrakı dövrdə ruhi-əsəb xəstəliyinə tutulmuşdur. Maştağa qəsəbəsində yerləşən ruhi-əsǝb xəstəxanasında müalicə almışdır. Atası onları hər gün söymüş və onları öldürəcəyi ilə hədələmişdir. Atasını özü vurmamış, atasının ölməsindən məlumatı olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini xatırlamamışdır. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, İmişli rayonu, Hacirüstəmli kəndində valideynlərindən ayrı özünə məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs Məmmad oğlu onun qardaşı, X6 isə atasıdır. Cavid ruhi-əsəb xəstəsidir. 22 fevral 2023cü ildə atası Məmməd işlədiyi «Azərsun» şirkətindən özü ilə evə yarım litrlik «Fanta» meyvə şirəsi qabında əlini yumaq üçün şampun gətirmiş, axşam saat 21:00 radələrində qardaşı Cavid meyvə şirəsi qabında şampun gətirdiyinə görə atasına irad bildirmişdir. Buna görə Cavidin atası ilə sözlü mübahisə yaranmış, lakin sonra sakitləşmişlər. Daha sonra Cavid heç nə demədən, evdəkilərə bildirmədən mətbəxdən mətbəx bıçağı götürərək, atasının oturduğu otağa keçib yuxulu vəziyyətdə olan atasına kürəyindən bıçaqla bir dəfə vuraraq ağır xəsarət yetirmişdir. Atasının bıçaqlanmasını ona bacısı Aytəkin zəng vuraraq məlumat vermişdir. Yaxınlıqda olduğundan qaça-qaça atasının evinə getmiş və təxminən 2 dəqiqəyə ora çatmışdır. Atasının otaqda arxası üstə uzanmış vəziyyətdə görüb, qanı dayandırmaq üçün kürəyinə əski qoymuşdur. Atasının həmin vaxt ağzından da qan axmışdır. Atası ona Cavid tərəfindən bıçaqlandığını bildirmişdir. Cavid qaçıb getdiyindən evdə olmamışdır. Yolda atası evinə gedərkən həmkəndlisi və iş yoldaşı Savalana zəng etmiş və sonuncunun «VAZ-2107» markalı avtomobili ilə atasını İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Atası xəstəxanaya özü yeriyərək qoluna girməklə daxil olmuşdur. Xəstəxananın Cərrahiyyə şöbəsində Fərzulla və Yasin adlı cərrahlar atasını əməliyyat emiş, lakin qanaxmanı saxlaya bilmədiklərindən, 23 fevral 2023-cü ildə saat 01:00 radələrində təcili tibbi yardım avtomobili ilə atasını Bakı şəhərindəki Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X22 «X23» Publik Hüquqi ,əxsə aparmışlar. Orada əməliyyat aparılaraq qanaxma dayandırılmış, lakin atası çoxlu qan itirdiyinə, beyninə oksigen gemədiyinə görə koma halına düşmüşdüş, müalicə dövrüdə də özünə gəlməmişdir. 5 aprel 2023-cü il tarixda «X23» X22 Reanimasiya şöbəsinin müdiri Ülviyyə xanım ona telefonla zəng vuraraq atasının sağalmayacağını bildirmişdir. Bundan sonra atası «X23» X19 İmişli Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş və 4 gün sonra İmişli Rayon Mərkəzi Xəstəxanasından ona atasının vəziyyətinin yaxşı olmadığını bildirmişlər. İmişli Rayon Mərkəzi Xəstəxanasına getmiş və atasının öldüyünü bilmişdir. Bundan sonra atasının meyitini təcili tibbi yardım avtomobili ilə İmişli rayonu, Hacırüstəmli kəndinə aparıb dəfn etmişdir. Dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, valideynləri ilə birlikdə İmişli rayonu, Hacırüstəmli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı, X5 isə atasıdır. Qardaşı Cavid ruhi-əsəb xəstəsidir. 22 fevral 2023-cü ildə atası Məmməd işlədiyi «Azərsun» şirkətindən özü ilə yarım litrlik «Fanta» meyvə şirəsi qabında əlini yumaq üçün şampun gətirmişdir. Axşam saat 21:00 radələrində oğlu Ömərlə yatmaq üçün öz otağına keçmişlər. Birdən qonşu otaqdan atası ilə Cavidin mübahisə səslərini eşitmişdir. Cavid atasına «Fanta» meyvə şirəsi qabında nə gətirdiyini soruşmuş, atası isə əlini yumaq üçün şampun gətirdiyini bildirmişdir. Bu zaman qışqırıq səsi və anasının «ay Allah?!» deyə qışqırdığını eşidərək, eyvana çıxmış və anası Cavidin atası Məmmədi bıçaqla vurduğunu deyib, həkimə zəng etməyi tapşırmışdır. «103» təcili tibbi yardım xidmətinə zəng vurmuşdur. Təcili yardıma zəng edərkən Cavid orada olmamış, atası isə eyvanda döşəmədə oturmuş, ağzından qan gəlmişdir. Atası kürəyini Cavidin bıçaqla deşdiyini, ciyərinin əldən getdiyini demişdir. Zəng edərək hadisə barədə böyük qardaşı Qurbana məlumat vermişdir. Verilən suallara cavab olaraq Şahid həmçinin bildirmişdir ki, əvvəllər atası Məmməd qardaşı Təqsirləndirilən şəxs döyməmiş, lakin mübahisələr vaxtı Cavid isə atası Məmmədi döymüşdür. Dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, İmişli rayonu, Hacırüstəmli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, X5 isə əridir. Oğlu Cavid ruhi-əsəb xəstəsidir. 22 fevral 2023-cü ildə Məmməd fəhlə işlədiyi «Azərsun» şirkətindən evə gəlmiş və özü ilə yarım litrlik «Fanta» meyvə şirəsi qabında əlini yumaq üçün şampun gətirmişdir. Axşam saat 21:00 radələrində Cavid stolun üstündə meyvə şirəsi qabında olan şampunu görüb, Məmməddən meyvə şirəsi qabında nə gətirdiyini soruşmuşdur. Məmməd şampun olduğunu bildirdikdə, Cavid bacısı oğlu Ömərin şampunu meyvə şirəsi zənn edib içə biləcəyini demişdir. Bu zaman qızı Aytəkin oğlu Ömərlə qonşu otaqda yatmışlar. Meyvə şirəsi qabında evə şampun gətirdiyinə görə Cavid atası Məmmədlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Cavid mətbəxdən bıçaq götürərək Məmmədin olduğu otağa qayıtmış və sobanın yanında stulda oturan Məmmədə yaxınlaşaraq Məmmədin kürək nahiyəsindən bıçaqla bir dəfə vurub çölə qaçmışdır. Məmməd stuldan durub qapıya kimi gəlmiş və eyvana çıxanda yerə yıxılmışdır. Aytəkin də səsə eyvana gəlmiş, çölə çıxanda Cavidin evin qabağında yerə atdığı taxta dəstəkli mətbəx bıçağını görmüşdür. Həmin bıçağı hüquq-mühafizə orqanlarına təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs aralarında yaranan mübahisə zamanı bıçaqla atası X1 nahiyəsindən bir dəfə qəsdən vuraraq, onun sağlamlığına qəsdən ağır zərər vurması faktı və bu faktla əlaqədar toplanmış ilkin materiallar olmuşdur. (cild 1, i.v. 1-18) -«şübhəli şəxsin tutulması haqqında» 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 22 fevral 2023-cü ildə saat 23:44-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 27-28) -«hadisə yerinə baxış keçirilməsi haqqında» 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayonu, Hacırüstəmli kəndində, kənd tam orta məktəbinin yaxınlığında yerləşir. Hadisə yeri X3 məxsus fərdi yaşayış evi olmaqla, kəndin mərkəzi hissəsində həyatyanı torpaq sahəsində tikilmişdir. Ev iki otaq və bir dəhlizdən ibarət olmaqla daş tikilidir. Evin giriş hissəsində üzəri şiferlə bağlanmış çardaq, çardağın altında yerdə bir ədəd taxta dəstəkli mətbəx bıçağı vardır. Bıçağın tiyəsi üzərində qanabənzər ləkələr vardır. Evin pilləkənindən girişdə taxta qapı vardır. Taxta qapının arxasında 2,5 metr enində, 5 metr uzunluqda dəhliz, 4x5 metr ölçüdə bir otaq, 4x6 metr ölçüdə isə digər otaq vardır. Dəhlizdə taxta stol vardır. Dəhlizdən otaqlara qapılar açılır. Sağda olan otaqda sol küncdə bir ədəd plazma televizor, bir ədəd qazla işləyən odun sobası, sobanın yanında bir ədəd stul vardır. Baxışda iştirak edən Qanuni nümayəndə əri Məmməd Bədirxanovun həmin stulda oturduğu yerdə oğlu Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Aşkar olunan bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild 1, i.v. 7-18) -«təqdim edilmiş əşyalara baxış keçirmə və götürmə haqqında» 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş M.M.Bədirxanovun əynində olmuş iki ədəd jaket, bir ədəd mayka, bir ədəd idman papağı İmişli rayon mərkəzi xəstəxanasından götürülmüşdür. Baxış zamanı jaketlərdən birinin kürək hissəsində 2 sm uzunluqda kəsilmiş-deşilmiş zədə və qanabənzər ləkələr, digərinin kürək hissəsində 2 sm uzunluqda kəsilmiş-deşilmiş zədə və qanabənzər ləkələr, bir ədəd maykanın kürək hissəsində 2 sm uzunluqda kəsilmiş-deşilmiş zədə və qanabənzər ləkələr, bir ədəd papağın üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. Baxışda iştirak edən tibb bacısı X4 qeyd olunan geyim əşyalarının M.M.Bədirxanova məxsus olduğunu və cərrahi əməliyyatdan əvvəl əynindən çıxarıldığını göstərmişdir. (cild 1, i.v. 39-43) -«məhkəmə-tibbi ekspertizası»nın 24 fevral 2023-cü il tarixli, 151 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilmədi. (cild 1, i.v. 58-59) -«İmişli Rayon Mərkəzi Xəstəxanası» X22 24 fevral 2023-cü il tarixli PHŞ-6-46/2- 273/2023 saylı arayışından görünür ki, xx xxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs İmişli RMX-nın PHŞ-in ruhi-əsəb kabinetində 16 iyun 2017-ci il tarixdən «yüngül üzvi emosional labil pozuntu» diaqnozu ilə ruhi-əsəb xəstəsi kimi qeydiyyatdadır. (cild 1, i.v. 60) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və İmişli Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 4(036)-12/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v. 63- 64; 81-82) -«zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, X8 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (cild 1, i.v.100-101) -İmişli Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 5(036)-42/2023 nömrəli qərarından görünür ki, 09 aprel 2023-cü il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasında ölmüş və İmişli rayonu, Hacırüstəmli kənd qəbirstanlığında dəfn edilmiş X2 meyitinin məhkəmə-tibb ekspertizasından keçirilməsindən ötrü qəbirdən çıxarılması (eksqumasiya) istintaq hərəkətinin aparılmasına icazə verilmişdir. (cild 1, i.v.117-119) -«meyidin qəbirdən çıxarılması (eksqumasiya) haqqında» 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 09 aprel 2023-cü il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasında ölmüş X2 meyiti, dəfn edildiyi İmişli rayonu, Hacırüstəmli kənd qəbirstanlığından çıxarılmışdır. (cild 1, i.v.120-126) -"xxxx" 04 aprel 2023-cü il tarixli, 104/2023-MTKŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs X3 məxsus bej rəngli sviterin arxa səthinin orta nahiyəsində bir ədəd, yaşıl rəngli sviterin arxa səthinin orta nahiyəsində bir ədəd və maykanın arxa səthinin orta nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs X3 məxsus papaq üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Həmçinin, təqdim olunmuş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatınin dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild 1, i.v.137-142) -«məhkəmə-tibbi-bioloji ekspertizasının» 03 aprel 2023-cü il tarixli, 144/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X3 məxsus 2 (iki) ədəd jaket, 1 (bir) ədəd mayka və 1 (bir) ədəd papaq üzərində olan maddə ləkələrində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələri AB/İV qrupu şəxsə, o cümlədən ABO sistemi üzrə X3 məxsus ola bilər. (cild 1, i.v.143-147) -«məhkəmə-tibb ekspertizasının» 24 aprel 2023-cü il tarixli, 05 nömrəli rəyindən görünür ki, İmişli RMX-da tərtib edilmiş xx.xx.2023-cü il tarixli 214 (0361401) nömrəli xəstəlik tarixində yazılanlara əsasən, X5 xx.xx.2023-cü il tarixdə saat 22:20-də «Döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası. Soltərəfli hemopnevmotoraks. Travmatik-hipovalemik şok İİ-İİİ dərəcəli» diaqnozu ilə İmişli RMX-na daxil olmuş, «Döş qəfəsindəki yaranın İ-li cərrahi işlənməsi. Soltərəfli torakosintez, plevra boşluğunun drenaj» cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2023-cü il tarixda saat 01:30da Bakı şəhərinə KTM-nə göndərilmişdir. X20 tərtib edilmiş xx.xx.2023-cü il tarixi 3018 nömrəli xəstəlik tarixində yazılanlara əsasən, X5 xx.xx.2023-cü il tarixdə saat 03:52-da «Doş qəfəsinin açıq yarası. Komatoz vəziyyət Tənəffüs çatmamazlığı. Hemotoraks» diaqnozu ilə KTM-nin RİTŞ-na daxil olmuş, xx.xx.2023-cü il tarixdə «Ön-yan torakotomiya. Sol ağciyərin yuxan payının yarasının tikilməsi. Soltərəfli Bilau drenajının qoyulması», xx.xx.2023-cü il tarixdə traxeostomun qoyulması cərrahi əməliyyatları icra edilmiş və xx.xx.2023-cü il tarixdə saat 15:15-də İmişli RMX-ya köçürülmüşdür. İmişli RMX-da tərtib edilmiş xx.xx.2023-cü il tarixli 376 (0552563) nömrəli xəstəlik tarixində yazılanlara əsasən, X5 xx.xx.2023-cu il tarixdə saat 19:26-da «Cərrahiyyə əməliyyatından sonrakı vəziyyət. Baş beynin dekortikasiyasi. Traxeostoma. Komatoz vəziyyət» diaqnozu ilə İmişli RMX-ya gətirilmiş, xx.xx.2023-cü il tarixda saat 12:20-da İmişli RMX-da ölmüşdür. Meyiddə və müayinə olunan obyektlərdə çürümə dəyişiklikləri, çürümə dəyişiklikləri fonunda cərrahi əməliyyat kəsikləri (qırtlaq qığırdaqlar səviyyəsində traxeostomik kəsik, döş qəfəsinin sol yan səthində torakotomik kəsik, döş qəfəsinin sol yarısının arxa səthində torakosintezdən sonrakı kəsik, drenaj kəsiyi), ağciyərdə ödem, ocaqlı qansızmalar, atelektaz va emfizema ocaqları, xırda ocaqlı seroz pnevmoniya əlamətləri, böyrəyin beyin maddəsinde sklerotik dəyişiklikləri, döş qəfəsinin sol yarısının arxa səthində döş boşluğuna keçən və sol ağciyərin yuxan payını zədələyən kəsilmiş-deşilmiş yara vardır. Aşkar edilmiş xəsarət-döş qəfəsinin sol yarısının arxa səthində döş boşluğuna keçən və sol ağciyərin yuxarı payını zədələyən yara kəsici-deşici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilir. X2 ölümü xx.xx.2023-cü il tarixdə saat 12:20-də İmişli RMX-da baş vermişdir. M.M.Bədirxanovun ölümünə səbəb aldığı xəsarət və ona uyğun adekvat aparılış cərrahiyyə əməliyyatlarından sonrakı dövrlərdə inkişaf etmiş ümumi intoksikasiya fonunda baş vermiş ağciyər çatışmazlığı olmuşdur. (cild 1, i.v.163-169) -«cinayət işinin tövsif edilməsi və aidiyyət üzrə göndərilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin əlamətləri olduğundan, cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif olunaraq aidiyyət üzrə İmişli Rayon Prokurorluğuna göndərilmişdir. (cild 1, i.v.170-171) -«cinayət işinin icraata qəbul edilməsi haqqında» 27 may 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi İmişli Rayon Prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X14 icraatına qəbul edilmişdir.(cild 1, i.v.174-175) -İmişli Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 4(036)-39/2023 saylı qərarından görünür ki, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 ay müddətinə- 22 sentyabr 2023-cü tarixədək uzadılmışdır. (cild 1, i.v.193-195) -«kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 09 iyun 2023-cü il tarixli, 77 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «Üzvi mənşəli şəxsiyyət pozuntusu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (kiçik yaşlarından qıcolma tutmalarından əziyyət çəkdiyini söyləməsi, xasiyyətnamədə mənfi səciyyələndirilməsi, İmişli Rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb kabinetində 16 iyun 2017-ci il tarixindən «Yüngül üzvi emosional labil pozuntu» diaqnozu ilə ruhi-əsəb xəstəsi kimi qeydiyyatda dayanması, Tibbi-Sosial Ekspert Komissiyasında 10 mart 2021-ci il tarixdə «F06 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar, Yüngül üzvi emosional labil pozuntu» diaqnozu qoyulması, Respublika Psixiatriya Xəstəxanasında 14 noyabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək «Yüngül üzvi emosional labil pozuntu» diagnozu ilə stasionar müalicədə olması, müalicə müddətində «Depakin xrono 500 mg», «Respilon 2mg», «Diazepam», «Siklodol», «Rispaksol», «Zolomaks» və s. preparatların təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə bir qədər çətinliklə tabe olması, təmizliyinə və xarici görkəminə diqqət yetirməməsi, ünsiyyətə az meyilli olması, ümumilikdə davranışının şəraitə qeyri-adekvat olması, başqa yoxlanılan şəxsləri narahat etməsi, əhvali-ruhiyyəsinin dəyişkən olmaqla daha çox aqressiv olması, öz vəziyyətinə və düşdüyü şəraitə qarşı tənqidi münasibətinin aşkar edilməməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə səliqəsiz olması, mimikasında narazılıq, kinlilik ifadəsinin müşahidə edilməsi, söz təması yaratmağın bir gedər çətinliklə mümkün olması, verilən sualları yubanaraq cavablandırması, suallara laqeyd yanaşaraq əsasən özünü maraqlandıran mövzudan danışması, nitqinin ləng tempdə olması, öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin formal olaraq saxlanılması, zərərgörmə, ipoxondrik məzmunlu fikirlərinin qeyd olunması, atasına qarşı əsassız olaraq düşmən münasibət bəsləməsi, kinli olması, təfəkkürünün torpid və məntiqsiz olması, mülahizə və mühakimələrində ziddiyət və qəribəliklər müşahidə edilməsi, diqqətinin əsasən səhhəti üzərində cəmlənməsi, intellektual imkanlarının qeyri-müstəqil olması, emosiyalanında ümumən dəyişkənlik müşahidə edilməsi, söhbət əsnasında affektiv qeyri-sabitliyinin və yüksək əsəbiliyinin dərhal özünü büruzə verməsi, əhvali-ruhiyyə fonunun dəyişkən olmaqla daha çox disforiyaya meylli olması, iradi funksiyalarının enməsi, davranışına nəzarətdə çətinlik çəkməsi, komissiyanın üzvləri ilə məsafə gözləməməsi, impulsiv hərəkətlər etməyə meylli olması, keçirilən ekspertizanın məqsədini düzgün başa düşməməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməməsi törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikincili psixi və davranış sindromları» rubrikasında 6E68 kodu altında «İkincili şəxsiyyət dəyişikliyi» olaraq qeyd edilir. Eksperimental-psixoloji müayinə nəticəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs təfəkkürünün torpidliyi, proqnozlaşdırma, tənqidilik funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq kimi əlamətlər müəyyən edilir. Əqli-intellektual imkanları normaya uyğundur. Ona verilən suallar əsasən mahiyyətdən kənarlaşmaqla cavablandırır, mühakimələrində məntiqsizlik özünü büruzə verir. Aparılan müayinə gedişatında emosional sferasında qıcığa qarşı həssaslıq, implusiv davranışlara meyillilik, əsəbilik kimi hallar müəyyən edilir. Öz vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibət göstərmir, atasına qarşı kinli mövqedən çıxış edərək törətdiyi əməldə haqlı olmasını sübut edən məntiqsiz arqumentlər səsləndirir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkir. Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə saat 21 radələrində olan müddət ərzində ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusu dekompensasiya (pisləşmə) mərhələsində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkir. Təqsirləndirilən şəxs düçar olduğu üzvi mənşəli şəxsiyyət pozuntusu nəticəsində hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs mübtəla olduğu üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində hal-hazırda dekompensasiya mərhələsi davam etdiyinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması nəticəsinə gəlinir. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionanında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində konfliktə meyillilik, davranışlar üzərində iradi nəzarətin zəifləməsi, eqoizm, kinlilik, kobudluq, özünə qarşı hörmət tələb etmək, emosional partlayışlara, aqressiv davranışlara meyllilik, inadkarlıq aşkar olunur. Təqsirləndirilən şəxs psixiatrik müayinə zamanı onda müəyyən edilən şəxsiyyət pozuntusuna uyğun olaraq, törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və davranışları üzərində iradi nəzarət etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi psixi-emosional vəziyyət, onda müəyyən edilən psixi xəstəliklə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və özündən uydurmağa meyllilik əlamətləri aşkar edilmədi.(cild 1, i.v. 199-205) -«komisyon məhkəmə-tibbi ekspertizasının» 21 iyul 2023-cü il tarixli, 408/KEŞ nömrəli rəyindən görünür ki, Məmməd Bədirxanovun meyidinin müayinəsi zamanı onda aşkar edilmiş xəsarət döş qəfəsinin sol yarısının arxa səthindən döş boşluğuna keçən və sol ağciyərin yuxarı payını zədələyən yara kəsici-deşici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilir. Məmməd Bədirxanovun meyiti müayinə olunmuş və onun ölümünə səbəb aldığı xəsarət və ona uyğun adekvat aparılmış cərrahiyyə əməliyyatlarından sonrakı dövrlərdə inkişaf etmiş ümumi intoksikasiya fonunda baş vermiş ağciyər çatışmazlığının olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır.(cild İİ, i.v. 1-12) -14 avqust 2023-cü il tarixli qərardan görünür ki, İmişli Rayon Prokurorluğunda «anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə» icraat başlanmışdır.(cild İİ, i.v.188-190) -«barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında» 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır.(cild İİ, i.v.193-196) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək barəsində həmin Məcəllənin 126.3-cü maddəsi ilə təqsidləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmişdır.(cild İİ, i.v.238-239) -İmişli Rayon Məhkəməsinin 17 avqust 2023-cü tarixli, 4(036)-52/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri tətbiq olunmuşdur.(cild İİ, i.v.240-242) -İmişli Rayon Məhkəməsinin 17 avqust 2023-cü tarixli, 4(036)-54/2023 nömrəli qərarından görünür ki, İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (cild İİ, i.v.243-245) -«maddi sübut kimi tanınma haqqında» 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 1 (bir) ədəd bıçaq, 2 (iki) ədəd jaket, 1 (bir) ədəd mayka və 1 (bir) ədəd papaq sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və İmişli Rayon Prokurorluğunun inzibati binasında «maddi sübutların saxlanılması üçün» otağında saxlanmışdır. (cild İİ, i.v.260-262) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, cinayəti anlaqsız vəziyyətdə törətməklə Təqsirləndirilən şəxs, 22 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində yaşadığı İmişli rayonu, Hacırüstəmli kəndindəki fərdi yaşayış evində atası X5 ilə sonuncunun evə yarım litrlik plastik materialdan hazırlanmış su qabında şampun və perekis məhlulu gətirdiyi üçün aralarında yaranan mübahisə zamanı qisas almaq məqsədilə evin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı ilə Məmməd Bədirxanovun kürək nahiyəsindən, sonuncunun arvadı Qanuni nümayəndə yanında qəsdən bir dəfə vuraraq, ona xüsusi amansızlıqla döş qəfəsinin sol yarısının arxa səthində döş boşluğuna keçən və sol ağciyərin yuxarı payını zədələyən yaradan ibarət, yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, ehtiyatsızlıqdan Məmməd Bədirxanovun aldığı xəsarət və ona uyğun adekvat aparılmış cərrahiyyə əməliyyatlarından sonrakı dövrlərdə inkişaf etmiş ümumi intoksikasiya fonunda baş vermiş ağciyər çatışmazlığından 9 aprel 2023-cü il tarixdə saat 12:20-də müalicə aldığı «İmişli Rayon Mərkəzi Xəstəxanası» X21 ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı sağlamlığa qəsdən xüsusi amansızlıqla ağır zərər vurmaqla ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətməsi və məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olması, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olduğu öz təsdiqini tapmışdır. İmişli rayonu İcra Hakimiyyəti Başçısının Hacırüstəmli kəndi İƏD-i üzrə nümayəndəliyindən verilmiş 27 aprel 2023-cü il tarixli, 89 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, anası, bacısı və bacısı oğlundan ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. (cild İ, i.v.129-130) Təqsirləndirilən şəxs atası X2 onu əvvəllər döyməsi, sonuncunun hadisə olan zaman isə onu təhqir etməsi kimi ifadələrinə məhkəmə tənqidi yanaşaraq, bu ifadələri iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsini inandırıcı hesab etmir. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və İmişli Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan cinayətin törədilməsində alət kimi istifadə edilmiş 1 (bir) ədəd bıçaq, 2 (iki) ədəd jaket, 1 (bir) ədəd mayka və 1 (bir) ədəd papaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilən ittiham üzrə cinayət əməli törədilmişdir, həmin əməldə cinayət tərkibi vardır; bu əməl Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və o, cinayəti törədərkən anlaqsız vəziyyətdə olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyi üçün o, cinayət məsuliyyətindən və cəzadan azad edilməli, onun barəsində tibbixarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1, 93.2, 95.0.4 və 97.4-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini zəruri hesab edir. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 22-ci bəndində göstərilmişdir ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatla əlaqədar verilmiş mülki iddia baxılmamış saxlanır və bu sonradan mülki mühakimə icraatı qaydasında həmin iddiaya baxılmasını istisna etmir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-cı, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi şəxslərdən müdafiəçiyə hüquqi yardım göstərməyə görə xərclər tutulmur və bu xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri o, ixtisaslaşdırılmış psixiatriya stasionarına təhvil verilənədək dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 23-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qəbul etdiyi qərar, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, zərər çəkmiş şəxs və onun nümayəndəsi və prokuror tərəfindən apellyasiya qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.2.1, 358, 383-385 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına təhvil verilənədək dəyişdirilmədən saxlanılsın. Qərar qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs 1 saylı Respublika Psixatriya Xəstəxanasına təhvil verilməsi Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İmişli Rayon Prokurorluğunda saxlanılan maddi sübutlar- 1 (bir) ədəd bıçaq, 2 (iki) ədəd jaket, 1 (bir) ədəd mayka və 1 (bir) ədəd papaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan olunduğu, andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-773/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-773/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver