Məhkəmə qərarları › İş №1(099)-774/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-774/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-774/2024 23.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Lənkəran rayonu Cil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Lənkəran rayonu Cil kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə axşam saatlarında Lənkəran rayonu Girdəni kəndi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda 4,512 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasənda Lənkəran Şəhər- RayonPolis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 30 avqust 2024-cü il tarixdə saat 13:32-də Lənkəran şəhəri Nəsimi küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq həmin yerdə üstünün yoxlanılması zaman boynundan asdığı çantanın içərisindən bir ədəd şprisin içərisindən qeyd edilən çəkidə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Lənkəran rayonu Cil kəndində atasına məxsus evdə ailəsi ilə yaşayır. Təxminən 7-8 ildir narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü udmaqla istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 24 radələrində Masallı rayonundan olan, adını Ramin kimi bildiyi şəxslə Lənkəran rayonu Girdəni kəndində, Ələt-Astara magistral avtomobil yolunun kənarında görüşüb həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd şpris qabında narkotik vasitə heroin almışdır. Heroinə görə Raminə 110 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Lənkəran şəhəri psixiatriya xəstəxanasının qarşısı ilə, Nəsimi küçəsində piyada gedərkən Lənkəran rayon polis şöəsinin əməkdaşları tərəfindən saxlanılmış, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün üzərinə videoçəkiliş vasitəsilə baxış keçirmişlər. Baxış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. O da boynundan asdığı çantanın içərisində saxladığı bir ədəd şprisin içərisində olan narkotik vasitə heroini çıxarıb təqdim edərək içərisində “kokos” olduğunu bildirmişdir. Üzərində aşkarlanmış şprisin içərisindəki kokosun ona məxsus olduğunu, istifadəsi üçün üzərində saxladığını, həmin bükümü bir gün qabaq üzdən tanıdığı şəxsdən körpünün yanında 100 manatdan artıq qiymətə aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Şprisdə olan heroin iştirakı ilə elektron tərəzidə çəkilmiş və şprislə birlikdə heroinin çəkisi 10,98 qram olmuşdur. Sonda götürülmüş şprisdə olan heroin və boş plasmas qab bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bu barədə iştirakı ilə protokol tərtib olunmuşdur. Təqşsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlləri özünün etirafedici ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 avqust 2024-cü il tarixdə Lənkəran rayonu Cil kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və daşıması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirməklə Təqsirləndirilən şəxs həmin gün saat 13:30 radələrində Lənkəran şəhəri Nəsimi küçəsində piyada gedərkən videoçəkiliş vasitəsi ilə müşahidəyə götürülmüş və saat 13:32-də saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlama səbəbi izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs boynundan asdığı çiyin çantasından içərisində narkotik vasitə heroinəbənzər kütlə olan bir ədəd şprisi təqdim edərək şprisin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şprisin içinə baxış zamanı içərisində narkotik vasitə heroinəbənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə şprislə birgə elektron tərəzidə çəkilərək bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş heroini axşam saatlarında üzdən tanıdığı tanışından İpək yolu körpüsünün yaxınlığında yüz manatdan artıq qiymətə şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmur. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşı Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. 30 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və videoçəkilişdən görünür ki, Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran rayonu Cil kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri «Ləvəngi» dairəsinin yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlanılaraq, həmin yerdə videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı onun boynundan asdığı çantanın içərisindən bir ədəd şprisdə 10,98qram çəkidə narkotik vasitə heroinəbənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar edilmiş şprisdə olan kütlənin “kokos” deyilən narkotik vasitə heroin olduğunu, həmin kütləni saxlanılmamışdan bir gün qabaq axşam saatlarında ipək yolu körpüsünün yaxınlığında yüz manatdan artıq qiymətə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən videoçəkiliş aparılaraq bir ədəd CD diskə köçürülmüş və protokola əlavə edilmişdir. Materialların məhkəmə ekspertizasının 30 avqust 2024-cü il tarixli, 19/632 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd şprisdə təmiz çəkisi 4,512 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2024-cü il tarixli, 675 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tehram Rüstəmovda narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 3444 nömrəli arayışından məlum olur ki, Rüstəmov X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Ailə tərkibi haqqında 21 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2010 və 2012-ci illərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə onun dəfələrlə məhkum olunması göstərilmişdir. İşdə olan tələbnamədən və məhkəmə arayışından görünür ki, Təqsirləndirilən şəxs barsində 2020-ci ildə Abşeron Rayon Polis Şöbəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi olmuş və həmin cinayət işi xx.xx.2021-ci il tarixdə məhkəmyə göndərilmişdir. Abşeroan Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 1(012)-4 nömrəli məktubunda göstərilmişdir ki, həmin cinayət işi hazırda icraatdadır və iş üzrə hər hansı yekun məhkəmə aktı qəbul olunmamışdır. Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, qanuni qüvvəyə minmiş hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən həbsdə saxlanıldığı halda məhkəmənin həmin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli minqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, əvvəlki hökm üzrə çəkdiyi cəza və hazırkı iş üzrə həbsdə saxlanılıdığ müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2024-cü il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 4,412 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkiliş barədə 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 4,412 qram narkotik vasitə heroin məhv edilsin, videogörüntülər barədə 1 ədəd CD disk cinaəyt işində saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar