Məhkəmə qərarları › İş №1(099)-776/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-776/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-776/2023 22.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, B.Talıblı küçəsi, ev 10, mənzil 5-də pasport qeydiyyatında olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məsədi ilə qanunsuz olaraq 58.5 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda-13.274 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda- 44.056 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumilikdə tərkibində 0,38 qram metadon təsiredici maddəsi olan 9,5 ədəd narkotik vasitə metadon həblərini əldə edib üzərində və idarə etdiyi «Mercedes Benz E220 CDİ minik» markalı, **-RS-*** qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 6 iyun 2023-cü il tarixdə saat 14:45 radələrində tanışı Şahid1 məxsus, Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən evdə olduğu zaman Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həmin evin həyətinə gəldiklərini görərək üzərində olan 2 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0.667 qram, 0.254 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.064 qram-ümumi çəkisi 0.985 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.559 qram, 0.270 qram, 1 ədəd salfet kəsiyi bükümündə təmiz çəkisi 0.055 qram-ümumi çəkisi 1.884 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qonaq otağındakı stolun üzərində qoyaraq evdən çıxmış, polis şöbəsinin əməkdaşları tərəfindən 6 iyun 2023-cü il tərixdə saat 14:45 dəqiqədə Salyan şəhəri, T.Xəlilbəyli küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxsi kimi saxlanılmaqla Salyan rayon Polis Şöbəsinə aparılmış, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən 1 ədəd sellofan bükümdə 0.06 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunmuş, sonra isə Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən Şahid1 məxsus evin qonaq otağına baxış keçirilən zaman həmin otaqda olan stolun üstündən 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.667 qram, 0.254 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.064 qram-ümumi çəkisi 0.985 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.559 qram, 0.270 qram, 1 ədəd salfet kəsiyi bükümündə təmiz çəkisi 0.055 qram- ümumi çəkisi 1.884 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunmuş, daha sonra idarə etdiyi «Mercedes Benz E220 CDİ» minik markalı, **-RS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa oturacağında olan 1 ədəd qara rəngli ən çantasından 2 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 40.085 qram, 2.926 qram- ümumi çəkisi 43.011 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 11.390 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3.37 qram, 1 ədəd polietilen torbada təmiz çəkisi 49.72 qram, həmin polietilen torbanın içərisində 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 5.41 qram-ümumi çəkisi 58.5 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumilikdə tərkibində 0.38 qram metadon təsiredici maddəsi olan 2 ədəd blister kəsiyində 8 ədəd və 1.5 ədəd olmaqla cəmi 9,5 ədəd narkotik vasitə metadon həbi və 1 ədəd elektron əl tərəzisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Lakin 6 iyun 2023-cü il tarixdə saat 14:45 radələrində tanışı Şahid1 məxsus, Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində və idarə etdiyi «Mercedes Benz E220 CDİ» minik markalı, **-RS- *** qeydiyyat nişanlı avtomobildə heç bir narkotik vasitə olmamışdır. O, polis əməkdaşlarını görərək Şahid1 evinin qonaq otağındakı stolun üzərinə heç bir narkotik vasitə qoymamışdır. Şahid1 evindəki qonaq otağındakı stolun üzərindən aşkar edilmiş 2 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0.667 qram, 0.254 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.064 qram-ümumi çəkisi 0.985 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.559 qram, 0.270 qram, 1 ədəd salfet kəsiyi bükümündə təmiz çəkisi 0.055 qram-ümumi çəkisi 1.884 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Həmin maddələr Şahid1 və ya polis işçilərinə məxsus olmuşdur. Şahid1 evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən ona məxsus avtomobil iştirakı olmadan polis işçiləri tərəfindən rayon polis şöbəsinə aparılmışdır. Avtomobilin arxa oturacağında olan çantada aşkar olunmuş 43.011 qram narkotik vasitə heroin, 11.390 qram psixotrop maddə metamfetamin, 58.5 qram narkotik vasitə qurudulmuş marixuana, 9,5 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi ona məxsus olmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, tutulmasından təxminən 3-5 gün əvvəl yaşadığı küçədə piyada gəzdiyi zaman yerdə 3 ədəd sellofan büküm və 1 ədəd siqaret qutusunun olmasını görmüş və onları götürmüşdür. Həmin bükümlərə baxarkən bir ədəd sellofan bükümün içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana, “kakos” kimi tanıdığı narkotik vasitə heroin, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin, 1 ədəd siqaret qutusunun içərisində metadon adlanan tərkibində narkotik maddələr olan narkotik vasitə və eyni zamanda çətənə bitkisinin toxumlarının olmasını görmüşdür. Narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün həmin bükümləri götürüb cibinə qoymuş və evə gətirmişdir. Həmin bükümləri etibarnamə əsasında idarə etdiyi, qardaşı Aruz Məcidova məxsus «Mercedes Benz E220 CDİ minik» markalı, **-RS-*** qeydiyyat nişanlı avtomobildə olan, özünə məzsus qara rəngli əl çantasının içərisinə yığmışdır. Həmin əl çantasında olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən bir qədərini istifadə etmiş, narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin, psixotrop maddə metamfetaminin bir hissəsini ayrı-ayrı kağız və sellofan bükümlərə xırdalayıb yığmış və cibində saxlamışdır. Məqsədi həmin bükümlərdə olan maddələri ayrı-ayrı vaxtlarda istifadə etmək olmuşdur. 06 iyun 2023-cü il tarixdə saat 14 radələrində o, tanışı Şahid1 yaşadığı evin yaxınlığından keçərkən onu təsadüfən görüb avtomobili saxlamış, Əfqana su içmək istədiyini demişdir. Əfqan onu evinə dəvət etmiş, evdə su içib Əfqanla bir qədər söhbət edib hal-əhval tutduqdan sonra Əfqan evdən çölə çıxmışdır. Əfqan evdən çıxdıqdan sonra üzərində olan 6 ədəd içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümləri cibindən çıxarıb yoxlamağa başlamış, bu zaman Əfqanın küçədə kiminləsə söhbət etməsini görüb dərhal evdən çıxmışdır. Lakin həmin bükümlər evdə otaqda masanın üzərində qalmışlar. Həmin bükümlərdən əlavə də cibində 1 ədəd büküm olmuşdur. Lakin həmin büküm çox balaca olmuşdur. O, küçəyə çıxdıqda Əfqanın söhbət etdiyi mülki geyimdə olan şəxslərin polis əməkdaşları olmasını anlamış, mülki geyimdə olan polis əməkdaşları onlara özlərini təqdim etmiş, daha sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşaraq birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində müstəntiq tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmiş, eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa, təqdim edərək masanın üzərinə qoymasını təklif etmişdir. O isə üzərində qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Lakin o, özünü müdafiə etmək üçün həmin bükümün ona məxsus olmadığını demiş, bundan sonra onun üzərindən aşkar edilmiş həmin büküm müstəntiq tərəfindən elektron tərəzi ilə çəkilmiş, daha sonra 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra onun Şahid1, digərlərinin və həmçinin müdafiəçilərin iştirakları ilə Şahid1 məxsus evin qonaq otağına baxış keçirilmişdir. Baxış zamanı otaqdan Şahid1 aid müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüş və qablaşdırılmış, həmçinin orada olan stolun üstündən də ümumilikdə 6 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər bükümlər aşkar edilərək götürülmüşdür. Daha sonra o, və digər iştirakçılar onun idarə etdiyi «Mercedes Benz E220 CDİ minik» markalı, **-RS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün Əfqanın yaşadığı evin qarşısına getmişlər. Orada avtomobilin açarlarını təqdim etmədiyi üçün avtomobilə baxış keçirilməsi mümkün olmamış, çünki, o, həmin vaxtı avtomobilin açarlarını əynində olan gödəkçənin astarında gizlətmişdir. Bu səbəbdən də avtomobil evakuator vasitəsilə polis şöbəsinə gətirilmiş, polis şöbəsində avtomobilin qapısı usta kimi qapını açmaq üçün dəvət edilmiş Ceyhun adlı şəxs tərəfindən açılmış, avtomobilə baxış zamanı onun avtomobildə saxladığı narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin, metadon, psixotrop maddə metamfetamin, çətənə bitkilərinin toxumları və həmin narkotik vasitə və psixotrop maddələri çəkərkən istifadə etdiyi elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məsuliyyətdən yayınmaq üçün həmin narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmadığını demişdir. Həmin narkotik vasitələr və psixotrop maddə də müstəntiq tərəfindən elektron tərəzi ilə çəkilmiş, zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Həm üzərindən, həm Şahid1 yaşadığı evdən və idarə etdiyi «Mercedes Benz E220 CDİ minik» markalı, **-RS-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin, metadon, psixotrop maddə metamfetamin və elektron tərəzi ona məxsus olmuşdur. Törətdiyi əməldən peşmançılıq çəkir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş imateriallarında istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənəddərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. 06 iyun 2023-cü il tarixdə saat 13-14 radələrində Habil onun yaşadığı evə gəlmiş, Habil onun yaşadığı evə Mercedens-Benz markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, o, həmin avtomobilin Habilə məxsus olmasını bilirmiş, Habil əvvəllər də onun yaşadığı evə gəlibgedib, Habil evdə ondan su istəmiş, o, su gətirmək üçün digər otağa getmiş, daha sonra Habillə söhbət edə-edə evin digər otağına gedib şəxsi əşyalarını götürmək istəmiş, şəxsi əşyalarını götürüb qayıtdıqdan sonra Habilin evdə olmadığını və onu küçədən çağırdığını görmüşdür. Həmin vaxtı o, otaqda stolun üzərində 6 ədəd bükümlərin olmasını görməmişdir. Sonradan polis işçiləri onun yaşadığı evə baxış keçirərkən stolun üzərində 6 ədəd bükümlərdə narkotik vasitələr aşkar etmişlər. O, həmin 6 ədəd bükümlərin kimə məxsus olmasını bilmir. Ola bilər ki, həmin narkotik vasitə bükümləri evinə polis işçiləri tərəfindən qoyulmuşdur. Lakin Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarda olduğu zaman o, başqa otağa keçmiş və Habilin olduğu otağa qayıdanda onun evdən çıxdığını, lakin stolun üzərində 6 ədəd büküm olduğunu görmüş, lakin, onları açıb baxmamış, çünki, Habil onu səsləyib çağırmış, o, dərhal küçəyə çıxmış, küçədə Habillə birlikdə söhbət etməyə başlayarkən mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmış, o, həmin anda macal tapıb həmin 6 ədəd büküm barədə Habildən soruşa bilməmiş, polis əməkdaşlarının dəvəti əsasında o, Habillə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsinin inzibati binasında əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş və o, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, yaşadığı evdə ona məxsus olan narkotik vasitə və psixotrop maddələrin olmasını bildirmiş, daha sonra Habil də şübhəli şəxs qismində tutulmuş və üzərində axtarış aparılmış, sonra isə o və Habil, eləcə də müdafiəçilər və digər iştirakçılarla birlikdə onun razılığı əsasında yaşadığı evə baxış keçirilmiş, baxış zamanı ona məxsus olan narkotik vasitə və psixotrop maddələri müstəntiqə təqdim etmiş, eləcə də yaşadığı evin qonaq otağında stolun üzərində olan 6 ədəd bükümə də baxış keçirilmiş, o, həmin bükümlərin ona məxsus olmadığını bildirmiş, müstəntiq baxış zamanı ondan həmin bükümlərin ona məxsus olmadığı halda kimə məxsus olması barədə sual etdikdə isə o, həmin kütlələrin kimə məxsus olmasını bilmədiyini bildirmişdir. Habil evə gəlməzdən öncə həmin bükümlər evdə olmamış, sanki həmin bükümlər bir anda peyda olmuşdur. O, həmin 6 ədəd bükümün Habilə məxsus olmasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Salyan Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid5 göstərdi ki, 06 iyun 2023-cü tarixdə Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ev 187-də yaşayan Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat tədbirləri həyata keçirilməklə həmin gün saat 14:45 dəqiqədə Şahid1 Salyan şəhər sakini Təqsirləndirilən şəxs ilə birlikdə Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ərazisində müşahidə etmişlər. Onlara yaxınlaşarq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletin ciblərindən 1 ədəd sellofan bükümü, 1 ədəd Bakcell MMC-yə məxsus mobil telefon nömrəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində polis əməkdaşı tərəfindən şəxsi axtarış aparılmış, başqa qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdəki kütlənin ona məxsus olmadığını və həmin kütlənin üzərində olmadığını, narkotik vasitə istifadəçisi olmadığını bildirmiş, daha sonra həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.06 qram olması müəyyən edilmişdir. Daha sonra Şahid1 istintaqa verdiyi ərizəsinə uyğun olaraq onun yaşadığı Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində yerləşən 187 nömrəli evə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman evin qonaq otağındakı masanın üzərindən Təqsirləndirilən şəxs məxsus 6 ədəd büküm aşkarlanmış, Təqsirləndirilən şəxs həmin bükümlərin ona məxsus olmadığını bildirmişdir. Həmin bükümlərə baxış zamanı 3 ədədində psixotrop maddə olan metamfetaminəbənzər maddələrin, 3 ədədində isə narkotik vasitə heroinəbənzər maddələrin olması müəyyən edilmişdir. Həmin 6 ədəd bükümlərdə olan kütlələr 1 ədəd boş zərfə yığılaraq qblaşdırılmış və götürülməklə bu barədə protokol tərtib olunmuşdur. Daha sonra həmin evin qarşısında dayanmış Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı, **-RS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs avtomobilin açarları tələb edildikdə o,avtomobilin açarının üzərində olmadığını bildirmişdir. Daha sonra avtomobil evakuator vasitəsilə Salyan Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə aparılmışdır. Avtomobilin qapısını açmaq üçün usta qismində X3 dəvət edilmişdir. Ceyhun Əsədovun köməkliyi ilə avtomobilin qapısı açılmış, daha sonra avtomobilə baxış keçirilməyə başlanılmış, baxış zamanı avtomobilin arxa oturacağının üzərində olan qara rəngli əl çantasından 1 ədəd plastik qabın içərisində 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd sellofan bükümdə ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlə, 9 ədəd metadon həbinə bənzər həblər, yarım ədəd metadon həbinə bənzər həb, 1 ədəd kiçik siqaret qutusunun kəsiyi bükümü, 1 ədəd sellofan və 1 ədəd kağız bükümlərdə narkotik tərkibli çətənə bitkisinin toxumları, 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlə və 1 ədəd elektron əl tərəzisi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmadığını, bildirmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-istintaqında şahid qismində dindirilən Salyan Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadələr verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. 06 iyun 2023-cü il tarixli baxış aparılması barədə protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid1 iştirakları ilə sonuncunun yaşadığı Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi 187 nömrəli evin qonaq otağındakı stolun üzərindən ümumilikdə 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə və ümumilikdə 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. 06 iyun 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E220 CDİ minik» markalı, **-RS-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində olan 1 ədəd qara rəngli əl çantasının içərisindən ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin, narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə metadon, psixotrop maddə metamfetaminə oxşar kütlələr və 1 ədəd elektron əl tərəzisi aşkar edilərək götürülmüşdür. Kompleks məhkəmə-bioloji və kimyəvi ekspertizasının 07 iyun 2023-cü il tarixli, 18/597-18/598 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.06 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Habil Məcdova məxsus olması qeyd olunan kağız paketdə 2 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0.667 qram, 0.254 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.064 qram, ümumi çəkisi-0.985 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.559 qram, 0.270 qram, 1 ədəd salfet kəsiyi bükümdə təmiz çəkisi 0.055 qram-ümumi çəkisi-1.884 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs məxsus avtomobildən götürülməsi qeyd edilmiş 2 ədəd poletilen kəsiyi bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 40.085 qram, 2.926 qram-ümumi çəkisi-43.011 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd poletilen kəsiyi bükümdə təmiz çəkisi-11.390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd elekton tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, iz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. 1 ədəd kibrit qutusunda təmiz çəkisi-3.37 qram, 1 ədəd polietilen torbada təmiz çəkisi-49.72 qram, həmin polietilen torbanın içərisində 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 5.41 qram, ümumi çəkisi 58.5 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.04 qram, 0.06 qram, 0.04 qram, 0.023 qram, ümumi çəkisi 0.37 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş cəmi 6 ədəd bükümdə ümumi çəkisi-44.056 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş cəmi 4 ədəd bükümdə ümumi çəkisi-13.274 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Əlavə kompleks məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 22 avqust 2023-cü il tarixli, 18/830-18/831 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məxsus cəmi 6 ədəd bükümlərdə olan heroinlər və tədqiqata təqdim olunmuş Şahid1 üzərindən və evindən götürülmüş 2 ədəd bükümdə olan heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlənir, eyni tərkibli deyildir. Təqsirləndirilən şəxs məxsus olan 4 ədəd bükümdəki metamfetaminlər və Şahid1 üzərindən və evindən aşkar olunmuş 1 ədəd bükümdə olan metamfetamin ilə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlənir, eyni tərkibli deyildir. Təqsirləndirilən şəxs məxsus 2 ədəd bükümdə və 1 ədəd kibrit qutusunda olan marixuanalar Şahid1 üzərindən və evindən aşkar olunmuş 2 ədəd bükümdə və 1 ədəd kibrit qutusunda olan marixuanalar ilə kimyəvi tərkib komponentlərinə görə fərqlənir, eyni tərkibli deyildir. 06.06.23-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus olan mercedes markalı avtomodildən götürülmüş “Methadone 40” göstəricisi olan iki ədəd blister kəsiyindən birində 8 ədəd, digərində 1 ədəd olmaqla ümumilikdə 9 ədəd bütöv və 01(bir) ədəd bükümdə üzərində “..M40..” göstəricisi olan qəhvəyi rəngli, dairəvi formalı yarım həb (1/2 həb) xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə metadondur, 9 ədəd bütöv və 1 ədəd yarım həbin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0.38 qram (1 ədəd həbdə 0.04 qram) təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli, 612 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu(toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaq materiallarında olan sənədlərin-texniki ekspertizasının 16 iyun 2023-cü il tarixli, 5/846 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A33” markalı, “SM-A336B/DSN” modelli “**********06009, **********06002” “ımei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir Həmin mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu. Təqdim edilmiş “Samsung Galaxy A33” markalı, “SM-A336B/DSN” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Cinayət işinin istintaq materiallarında olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 244423/04 nömrəli məktubda göstərilir ki, Salyan rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuş xx.xx.1986-cı ilə təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli “Ümumilli liderin 90 illik yubileyi münasibətilə Amnistiya tətbiq edilməsi” barədə qərarına əsasən xx.xx.2016-cı il tarixdə cəzadan azad olunduğu üçün qeydiyyatdan çıxarılmışdır. “Salyan rayon Mərkəzi Xəstəxanası” X7 24 iyul 2023-cü il tarixli, PHŞ-6-68/2- 1748/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2008-ci ildən narkomaniya xəstəliyi ilə əlaqədar profilaktik qeydiyyatda dayanır, psixiatrık qeydiyyatda yoxdur. Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 821 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2012-ci və 2015-ci illərdə doğulmuş azyaşlı qızları vardır. Yaşayış yeri üzrə nümayəndəlik tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və təsiredici maddəsinin miqdarı 0,38 qram olan 9,5 ədəd narkotik vasitə metadon həblərini, heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Nabil Məcidovun məhkəmə istintaqında verdiyi-6 iyun 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində və avtomobilində heç bir narkotik vasitələrin olmaması, dostu Şahid1 evinəd olduğu zaman həmin evdə stolun üzərinə 6 ədəd bükümlərdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroini qoymaması, üzərinə, avtomobilinə və dostu Şahid1 evinə narkotik vasitələrin və psixotrop maddənin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özününmüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə toksikomaniya xəstəliyindən məcburi müalicə olunmalı və narkoloji xəstəliklə bağlı ərazi üzrə xəstəxananın poliklinka şöbəsində qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi səübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan 43.756 qram narkotik vasitə heroin, 13.074 qramı psixotrop maddə metamfetamin, 58.38 qramı narkotik vasitə qurudulmuş marixuana, 8 ədəd metadon həbləri və 1 ədəd elektron əl tərəzisi məhv edilməli, iş materiallarına əlavə edilmiş 03 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 358 (üç yüz əlli səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə olunsun və ərazi üzrə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi səübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan 43.756 qram narkotik vasitə heroin, 13.074 qramı psixotrop maddə metamfetamin, 58.38 qramı narkotik vasitə qurudulmuş marixuana, 8 ədəd metadon həbləri və 1 ədəd elektron əl tərəzisi məhv edilsin, iş materiallarına əlavə edilmiş 03 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 358 (üç yüz əlli səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik təqsirləndirilən şəxs X2 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar