Məhkəmə qərarları › İş №1(099)-776/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-776/2024

02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-776/2024 02.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxx 1989-cu ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 225-də qeydiyyatında olmaqla yaşamış, 29 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Füzuli Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 4(064)-15/2024 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb edərək vahid qəsdlə Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pul vəsaitini talamaq üçün 2023-cü ilin iyul-avqust aylarında “Facebook” sosial şəbəkəsi üzərindən sonuncunun istifadəsindəki hesaba mesaj yazıb özünü qadın kimi təqdim etməklə zərərçəkmiş şəxsi özünün qadın olmasına inadıraraq tanış olduqdan sonra şəbəkə üzərindən və mobil telefon vasitəsilə qadın səsi ilə danışaraq özünün təklifi əsasında 01 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonunun girişində yerləşən rayona giriş qapısından Beyləqan rayonu istiqamətində Zərərçəkmiş şəxslə görüşüb sonuncunun idarə etdiyi “Ford Fusion” markalı, **-VO-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək, Zərərçəkmiş şəxs onun qadın olmamasını öyrəndiyini görüb ondan avtomobili sakit bir yerə sürməsini tələb etmiş, Zərərçəkmiş şəxs avtomobili Füzuli rayonu, Qayıdış qəsəbələrinin yaxınlığındakı dərəyə sürdükdən sonra zərərçəkmiş şəxsə onunla intim münasibətə girməsini təklif etmiş, Zərərçəkmiş şəxs onun bu təklifinə etiraz etdikdə avtomobildən düşərək uca səslə “polisə şikayət edəcəyəm ki, sən məni zorlamısan” deyə qışqırmağa başlamış, zərərçəkmiş şəxs onun səs-küy salmasından və kənar şəxslərin onları bir yerdə görməsindən qorxaraq ondan avtomobilə əyləşməsini xahiş etdikdən sonra avtomobilə əyləşib Zərərçəkmiş şəxs onun “polisə şikayət edəcəyəm ki, sən məni zorlamısan” sözlərindən qorxduğunu görərək 5000 manat pul verməyəcəyi təqdirdə barəsində polisə şikayət edəcəyini və evinə gedərək onun barəsində rüsvayedici məlumatları ailə üzvlərinə yayacağı barədə qəsdən hədə-qorxu gələrək həmin gün Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında 1000 manat pul almış, qalan 4000 manat pulu isə 02 sentyabr 2023-cü il tarixdə Beyləqan rayonu, Daşburun adlanan ərazidə sonuncudan götürəcəyinə dair razılaşmış, 02 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində zərərçəkmiş şəxs razılaşdıqları pulun qalan 4000 manatını ona vermək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək görüşməyi təklif edərkən o, Zərərçəkmiş şəxs qalan pulun 5200 manat olduğunu deyərək verməyəcəyi təqdirdə onu ailə üzvləri yanında rüsvay edəcəyinə və ondan polisə şikayət edəcəyinə dair hədə-qorxu gəlməsini məqsədli şəkildə davam etdirərək həmin gün saat 11 radələrində Beyləqan rayonu, Daşburun dairəsi adlanan ərazisində yerləşən “Oskar” yanacaqdoldurma məntəqəsinin yanında Zərərçəkmiş şəxs 5200 manat pulu almış, 05 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində aralarında olan telefon danışığı zamanı eyni qəsdlə Zərərçəkmiş şəxs 1200 manat pul da verməsini tələb etmiş, 06 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayonu, Daşburun dairəsi adlanan ərazisində yerləşən “Oskar” yanacaqdoldurma məntəqəsinin yanında görüşərək zərərçəkmiş şəxsdən 1200 manat məbləğdə pul almış, sonra isə cinayətkar hərəkətlərini özünün vahid qəsdi ilə davam etdirərək zərərçəkmiş şəxsdən həmin gün axşam saatlarınadək 5500 manat pul da verməsini tələb etmiş, həmin gün saat 21 radələrində Beyləqan rayonu, Daşburun dairəsi adlanan ərazisində yerləşən “Oskar” yanacaqdoldurma məntəqəsinin yanında zərərçəkmiş şəxsdən aldığı 5500 manat məbləğə pul vəsaiti ilə, vahid niyyət və ümumi məqsədlə Zərərçəkmiş şəxs cəmi 12900 məbləğdə pul vəsaitini hədə-qorxu ilə tələb edib almışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 6 gün ərzində Zərərçəkmiş şəxs 9500 manat pul almışdır. “Facebook” sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxslə tanış olmuşlar, 15-16 avqust 2024-cü il tarixlərdə ilk dəfə Zərərçəkmiş şəxs ona zəng etmiş, sms yazaraq 01 sentyabr 2024-cü il tarixdə görüşmələrini bildirmişdir. Onda xəstəlik vardır, cinsi azlıq kimi xidmət göstərir. 01 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib saat 18-də görüşmələrini bildirmişdir. Zərərçəkmiş şəxs deməsinə əsasən Füzuli rayonu, Daşburun qəsəbəsinə getmiş, orada olan dairəyə çatanda Zərərçəkmiş şəxs ona zəng etmişdir ki, adamlar var bir az qabağa, Əhmədbəyli kəndi istiqamətinə getsin. Zərərçəkmiş şəxs dediyi yerə çatanda onu idarə etdiyi (nömrəsi yadından çıxmışdır) qara rəngli “Ford Fusion” markalı maşına mindirmişdir. Zərərçəkmiş şəxs ona hava qaralmağını gözləmələri üçün çay içmələrini təklif etmiş, hava qaralmadığı üçün onları tanıya biləcəklərini demişdir. Çay içmək istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs çay içmədikləri halda maşınla bir az gəzmələrini demişdir. Hava qaralana yaxın çöllük bir yerə getmişlər. Zərərçəkmiş şəxs orada onunla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs onunla birinci oral vəziyyətdə, sonra arxadan, daha sonra isə boşala bilmədiyinə görə ağzına çətinliklə boşalmışdır. Maşında söhbətləri belə olmuşdu ki, Zərərçəkmiş şəxs ona 3000 manat pul verəcəkdir. Zərərçəkmiş şəxs ailəsində cinsəl olaraq problem olduğunu demişdir. Zərərçəkmiş şəxs cavan adama ehtiyacı olduğunu demişdir. Zərərçəkmiş şəxs ona demişdir ki, 3000 manat pul verəcək, bunun əvəzində həftədə 4 dəfə yanına gedəcək, əlavə də ərzaq, yol pulunu verəcəkdir, söhbət nəticəsində onlar razılaşmışlar. Zərərçəkmiş şəxs pulunu istəyəndə müəyyən bəhanələr etməyə başlamışdır. Zərərçəkmiş şəxs polisə şikayət edəcəyini demişdir. Zərərçəkmiş şəxs həmin gün ona 1000 manat pul vermişdir. Zərərçəkmiş şəxs səhər saat 11-12 radələrində zəng edəcəyini, telefonu açıq saxlamağını bildirmişdir. Səhəri gün saat 11-12 radələrində Zərərçəkmiş şəxs ona zəng etmişdir. Beyləqan rayonu ərazisində üç yol deyilən yerə gedib “Oskar” YDM-nin yanında Zərərçəkmiş şəxs “Mercedes” markalı avtomobil ilə gəldiyini görüb maşına oturmuşdur. Zərərçəkmiş şəxs ona 500 və ya 1000 manat pul vermək istədiyini görüb etiraz etmiş, polis şöbəsinə gedib şikayət edəcəyini demişdir. Zərərçəkmiş şəxs ona “qardaş oğlu sən cavan adamsan, sənə 10000 manat pul verəcəm polis bilməsin, mən biabırçılıq istəmirəm” demişdir. 6 gün ərzində Zərərçəkmiş şəxs həmin pulu ona vermişdir. 6-cı gün Zərərçəkmiş şəxs pulu ona verəndə aralarında 500 manat pul qalmışdır. Prinsipə düşüb tanışı, polis əməkdaşı Şahid1 zəng etmişdir və Zərərçəkmiş şəxslə arasında olan bütün münasibətləri demişdir. Sonra da Şahid1 zərərçəkmiş şəxsə zəng edib onunla nə söhbət etdiyini, görüşüb-görüşmədiyini bilməmişdir. Sonra da Zərərçəkmiş şəxs də bezib İmişli, Füzuli və Beyləqan rayon polis şöbələrinə şikayət etmişdir. Rəssam-dizaner işləri görür, cinsi əlaqədə olmaqla pul qazanan adam deyil, ziyalı insandır və cinayətə meyilli adam deyildir. Əməlindən peşmandır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, “Facebook”da səhifəsinin adı “Sema-Sema” olmuş, profilinə də model oğlan şəkli qoymuşdur. Ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxslə danışmış, Zərərçəkmiş şəxsdə ona ehtiyacı olmuşdur. Zərərçəkmiş şəxslə birinci masajla bağlı danışmış, Zərərçəkmiş şəxs masaja ehyiyacı olduğunu demişdir. Birinci dəfə danışanda intim münasibətlə bağlı Zərərçəkmiş şəxslə hər hansı məbləğ barədə söhbəti olmamışdır. Zərərçəkmiş şəxs görüşüb məbləği danışarıq demişdir. Zərərçəkmiş şəxslə görüşəndən sonra sekslə məşğul olmamışdan qabaq məbləği maşında danışmışlar. Zərərçəkmiş şəxslə razılaşmışdır kı, 3000 manat verəcək 5 ay ərzində həftədə 4 dəfə onunla görüşəcəkdir. Zərərçəkmiş şəxs onunla bir dəfə oral və anal yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs 3000 manat pulu qabaqcadan verəcəyini demişdir. O da Zərərçəkmiş şəxs problem olmadığını, harada olsa gələcəyini demişdir. Onunla birinci dəfə görüşəndən sonra Zərərçəkmiş şəxs kiməsə zəng etmiş, sonra bir dükanın yanında maşını saxlayıb pulu götürüb gətirib ona vermişdir. O da Zərərçəkmiş şəxs maşında oturaraq gözləmişdir. Zərərçəkmiş şəxs ona polisə şikayət etməməsi üçün ayrı-ayrı vaxtlarda 2-3 dəfəyə cəmi 9500 manat pul vermişdir. Zərərçəkmiş şəxs ümumilikdə ona 9500 manat pul verəndən sonra aralarında 500 manat pul qalmışdır. Zərərçəkmiş şəxslə oturub çay içən zaman aralarında söz-söhbət yaranmış, prinsipə düşüb Şahid1 zəng edib Zərərçəkmiş şəxs barəsində tədbir görməsini şifahi şəkildə xahiş etmişdir. Şahid1 məsələni olduğu kimi danışmışdır. Zərərçəkmiş şəxs 9500 pul qaytarmışdır. Atası və anası kirayədə yaşamışlar. İşləyib valideynlərini saxlamışdır. Polis əməkdaşı İlqarı köhnə polis işçisi kimi tanımış, bir dəfə polisə işləri düşmüş və İlqar onlara köməklik etmişdir. Zərərçəkmiş şəxsin oğlunu əvvəllər tanımamışdır. Əlində Zərərçəkmiş şəxs oğlunun hər hansı bir videosu və ya səsi olmamış, Zərərçəkmiş şəxslə bu barədə heç bir söhbəti olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün, anasının xəstə olmalarını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyul ayının axırlarında istifadə etdiyi “Facebook” səhifəsində Sema adlı bir xanımdan mesaj gəlmişdir. Mesajda onunla tanış olmaq istədiyini yazmışdır. Profilində də 30-35 yaşında qız şəkli olmuşdur. Həmin şəxsə yaşlı adam olduğunu yazmışdır. Həmin şəxs yaşlı adam olduğu üçün yazdığını, cavan adamların ona sataşdıqlarını, ona mənəvi dəstək olmaq üçün adam lazım olduğunu, özünün isə dizayner olduğunu demişdir. Beyləqan və Füzuli rayonlarına bir neçə dəfə getdiyini də demişdir. Ona bir söz deməmişdir. Həmin şəxs ona mütəmadi, 3-5 gündən bir mesajlar yazmağa başlamışdır. Avqust ayının axırlarında bir gündə iki dəfə ona mesaj yazanda evdə nəvələri olduğu üçün ona “mənə mesaj yazma, elə olur ki, telefonum evdə nəvələrimin əlində olur, ekrana şəkil gəlir” demişdir. Ona bir nömrə yazmışdır ki, bu nömrəyə zəng edərsən. Avqust ayının axırında sonu 77-19 nömrəli olan mobil telefona zəng etmişdir. Danışan zamanı səsinin pis gəldiyini, dolaşıq səslər olduğunu hiss edib səsinin nə üçün pis gəldiyini soruşduqda boğazından səs tellərindən əməliyyat olunduğunu bildirmişdir. O inanmamışdır. Sonra ona zəng edib Füzuli rayonuna gəlmək istədiyini və onunla görüşmək istədiyini bildirmişdir. Ona vaxtının olmadığını bildirmişdir. Təxminən 3 dəfə ona zəng etmişdir. Hər dəfə vaxtının olmadığını demişdir. Onunla tez-tez yazışması və zəng etməsi onda həmin şəxsə qarşı maraq oyatmışdır. Həmin şəxs ona zəng vuraraq 01 sentyabr 2023-cü il tarixdə Füzuli rayonuna gələcəyini demişdir. O, da həmin şəxsə gəlirsə görüşə biləcəklərini demişdir. O, həmin gün dediyi yerə gəlmiş və onlar görüşmüşlər. Həmin şəxsin əynində qara kostyum, qadın şalvarına oxşar şalvar olmuş, qara rəngli maşından düşmüşdür. Həmin şəxsi maşından düşəndə də görmüşdür. Maşınla həmin şəxsin yanına gəlmiş və maşına oturmuşdur. Kənardan qadına oxşamışdır. Maşına oturanda qadın olmadığını görmüşdür. Ona cinsi azlığın nümayəndəsi olduğunu demişdir. Həmin şəxsə onu nə üçün aldatdığını demişdir. Ona ondan qaçacağından qorxduğunu, onunla tanış olmaq istədiyini bildirmişdir. Həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmiş, Sulduz ona tanış olaq, gedək qapalı məkanda oturaq demişdir. Təqsirləndirilən şəxs qapalı məkana gedə bilməcəyini demişdir. Maşını kəndə tərəf təxminən 10 km sürmüşdür. Nəzərində tutmuşdur ki, qayıtsın və Təqsirləndirilən şəxs tezliklə yola salsın. Qayıdanda Təqsirləndirilən şəxs ona demişdir ki, niyə tələsirsən, o isə “daha tanış olduqda səni yola salım” demişdir. Təqsirləndirilən şəxs ona maşını ver kənara düşək söhbət edək demişdir. O da maşını yoldan 150-160 metr kənara verərdən sonra maşını saxlamışdır. Təqsirləndirilən şəxs onunla cins əlaqədə olmağını demiş, o isə yaşlı adam olduğunu onunla cinsi əlaqədə olmağa imkanı olmadığını bildirmişdir. Maşından düşüb qışqırmağa başlamışdır. Yaxınlıqda yataqdan işıq gəlmişdir. Təqsirləndirilən şəxs ona DİN-nin “102” xidmətini yığıb onunla cinsi əlaqədə olduğunu deyəcəyini bildirmişdir. Maşından düşüb Təqsirləndirilən şəxs birtəhər sakitləşdirib maşına otuzdurmuşdur. Təqsirləndirilən şəxs ona pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona oğlunun haqqında onda intim videolar olduğunu, ailənə və polisə deyəcəyini bildirmişdir. O da bunların hamısını nəzərdə tutub Təqsirləndirilən şəxs gedək “sənə 1000 manat pul verəcəm” demişdir. Təqsirləndirilən şəxs ona 5000 manat pul verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu gün ona 5000 manat pul vermək imkanı olmadığını, 1000 manat verə biləcəyini, sabah da 4000 manatı verəcəyini demişdir. Təqsirləndirilən şəxslə razılaşıb birlikdə kəndə getmişlər. Təqsirləndirilən şəxs evin yaxınlığında maşından düşürüb evə getmişdir. Evdə olan 900 manat pulu götürmüş, 100 manat da bir nəfərə zəng edib ondan almış, 1000 manatı Təqsirləndirilən şəxs verib onu Daşburun qəsəbəsindən yola salmış və sonuncu çıxıb getmişdir. Səhərisi gün saat 11 radələrində Təqsirləndirilən şəxs ona zəng edib bu gün görüşəcəyik, sən 4000 manat yox, 5000 manat verəcəksən demişdir. Təqsirləndirilən şəxs dünən söhbət etdik axı demiş, Təqsirləndirilən şəxs isə yox 5000 manat verəcəksən demişdir. 5000 manat pulu düzəldib Təqsirləndirilən şəxs dediyi yerə gedib onunla görüşmüşdür. 5000 manatı çıxarıb vermişdir. Həmin vaxt əlində 200 manat pulu da görmüş, əlini 200 manat pulun üzərinə qoyaraq bunu da verəcəksən demişdir. Həmin pulu da məcbur qalıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs aralarında olan məsələnin bitməsi ilə bağlı, ona borcu olmamasına dair kağız verməsini bildirmişdir. Təqsirləndirilən şəxs onunla telefonla danışan zaman kağız verəcəyini demişdir. Ancaq həmin vaxtı yox qoy qalsın demiş və kağız verməmişdir. Sentyabr ayının 5-də axşam tərəfi Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, sabah həmin yerdə 1200 manat pul verəcəksən. Təqsirləndirilən şəxs danışdıqlarını, bu məsələnin qurtardığını demişdir. Təqsirləndirilən şəxs ona özün bilərsən, sənin haqqında ailənə və polisə məlumat verəcəm demişdir. 1200 manat pul tapıb səhərisi saat 11-12 radələrində Daşburun qəsəbəsində YDM-nin yanında Təqsirləndirilən şəxslə görüşüb pulu vermişdir. Təqsirləndirilən şəxs kağız verməsini demiş, sonuncu isə maşından düşüb kiminləsə danışıb sonra gəlib “sən mənə əlavə 5500 manat pul verəcəksən” demişdir. Pulu olmadığını demiş, Təqsirləndirilən şəxs isə onu hədələmiş və ona sentyabr ayının 6-sı axşam saat 22-dək vaxt vermişdir. Təqsirləndirilən şəxs həmin vaxtı pulu verəcəyini boyun almışdır. Evə gedib sənədlərini götürüb “Kapital Bank”a gedib öz adına 5200 manat, sentyabr ayının 18-də isə borclarını verməkdən ötrü arvadı X5 adına 6200 manat kredit götürmüşdür. Həmin gün axşam Təqsirləndirilən şəxs zəng edib görüşüb 5000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs maşında qələm də var, kağız yaz ver demiş, Təqsirləndirilən şəxs yazılı gətirdiyini demiş və kağızı ona vermişdir. Həmin kağızı istintaqa təhvil vermişdir. Həmin kağız yazılı və imzalı olmuşdur. Təqsirləndirilən şəxs kağızı kimin yazdığını soruşmuş, sonuncu isə sənin üçün nə fərqi var, onun tərəfindən verildiyini bildirmişdir. Sentyabr ayının 12-si saat 11 radələrində həyətdə işləyən zaman telefonu evdə olmuşdur. Evə gələndən sonra telefona baxdıqda 2 nömrədən zəng gəldiyini, bir nömrənin sonunun 67-27, digər nömrənin sonunun isə 30-30 olduğunu görmüşdür. Telefonu ilə həmin nömrənin birinə zəng edib kim olduğunu soruşduqda İmişli RPŞ-dən olduğunu, haqqında polisə material daxil olduğunu bildirmişdir. Bir qadın zəng edib məlumat verib ki, oğlunun başına oyun açıblar. Zəng edən şəxs bildirmişdir ki, ərizəni qəbul etməmiş, icraata götürməmiş, zəng edib bu arvadın tələbinin pul olduğunu, 10000 manat pul istədiyini, pulu ver arvadı yola salım çıxıb getsin demişdir. Zəng edən polis əməkdaşı İlqar olmuşdur. İlqar əgər gəlməsə rayonlarının polis şöbəsinin rəisinə zəng edəcəyini demişdir. Gedib İlqarla görüşmüşdür. Yanında başqa polis əməkdaşı da olmuşdur. İlqarı əvvəllər tanımamış, İlqarla söhbət edib 7000 manata razılaşıb çıxıb getmişdir. Sonra oğluna bu barədə demişdir. Sentyabr ayının 22-də oğlu ilə birlikdə İmişli RPŞ-nə gedib rəsmi şikayət etmişlər. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs atası və anası qapısına gəlib 3 ay ərzində pulunu ödəyəcəklərini demişlər. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmamışdır. Təqsirləndirilən şəxs valideynləri ona 8000 manat pul ödəmışlər, o isə Təqsirləndirilən şəxs 12900 manat pul vermişdir. Təqsirləndirilən şəxs anası epilepsiya xəstəsi olduğu üçün 3000 manat pulu keçmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, atası Zərərçəkmiş şəxs təqaüdçüdür və şəkər xəstəsidir. Bir həftədir atasının evdə narahat olduğunu görmüşdür. Atasını izləməyə başlamışdır. Bir dəfə də atasını öz maşınıyla izləmişdir. Atası evdən çıxıb Beyləqan rayonunun Daşburun qəsəbəsinə getmiş, atasının arxasında maşını ilə getmişdir. Atası Daşburun qəsəbəsi ərazisində bir yerə dönmüş, daha atasının arxasınca getməmişdir. Evə gəlib atasını gözləmişdir. Atası gələndən sonra ondan hara getdiyini soruşanda atası işi olduğunu bildirmişdir. Səhərisi gün həyətə düşəndə atasına and vermiş və nə məsələ olduğunu, düzünü deməyi bildirmişdir. Atası ona bir nəfərin ondan pul aldığını demişdir. Atasından ona niyə vaxtında deməməsini soruşduqda atası ona həmin şəxsin ona “oğlunun məndə intim videoları və səs yazıları var onu yayacağını dediyini” bildirmişdir. Oğlunun ictamai nüfuzuna ləkə gələcəkdir. O da məktəb direktoru vəzifəsində işləyir. Rayonda ictimai fəal adamdır, könüllü təşkilatları var, qaçqınlara və şəhid ailələrinə köməklik edirlər. Təqsirləndirilən şəxs atasını hədələyərək pulunu almışdır. Atasına bu məsələni ona gərək vaxtında deməli olduğunu bildirmişdir. Atası ona qorxduğunu, bununla bağlı canlı yayım acaraq paylaşa biləcəyini demişdir. Atasına qorxmamağını, narahat olmamağını, qanuni şəkildə həll edəcəklərini demişdir. Ayın 22-də polis şöbəsinə gedib şikayət etmişlər. Atası ona təqsirləndirilən şəxsdən aldığı ərizəni göstərmişdir. Ərizəyə baxdıqda ərizəni hüquqi savadı olan bir adam yazdığını görmüşdür. Santaj edən adam belə yazı yaza bilməzdir. Ərizədə öz adını belə istifadə etməmişdir. Ərizədə adını da Kənan yazmışdır. Sonradan həmin şəxsin adının Sulduz olduğunu bilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Füzuli rayonu, Əhmədbəyli kənd sakini Zərərçəkmiş şəxs İmişli RPŞ-nə ərizə ilə müraciət edərək, İmişli rayon sakini X2 tanıdığı şəxsin 1 sentyabr 2023-cü il tarixdən 6 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində hədə-qorxu gələrək 12000 manat pulunu ələ keçirməsini bildirməsi əsasında İmişli RPŞ-nin İstintaq bölməsində toplanmış material əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün İmişli RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir.(cild 1,i.v.1-34) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.38) -“ifadələrin yerində yoxlanılması haqqında” 21 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini və hadisənin baş vermə ardıcıllığını göstərmişdir.(cild 1,i.v.48-56) -“İmişli Rayon Mərkəzi Xəstəxanası” X15 daxil olmuş 19 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in narkoloji, ruhi-əsəb kabinetində qeydiyyatda olmamışdır.(cild 1,i.v.63) -“cinayət işi üzrə icraatın dayandırılması haqqında” 1 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.(cild 1,i.v.88) -“cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir.(cild 1,i.v.91) -“cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Füzuli RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir.(cild 1,i.v.93-99) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 16 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay-07 ayadək, yəni 28 may 2024-cü il tarixdən 28 avqust 2024-cü il tarixədək uzadılmışdır.(cild 1,i.v.127-128) -“diskə baxış keçirilməsi haqqında” 31 iyun 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən disk “CD-R” formatlı olmaqla “HP” markalı kompyuterin disk oxuducusuna daxil edildi və müəyyən olundu ki, diskdə aşağıdakı faylar vardır: 2023.xlsx, 2024.xlsx, 503350068_SMS.txt, 504747719_SMS.txt, 515747785_SMS.txt, **********68.txt, **********19.txt, **********85.txt, abuneciler.xlsx, subs.info.xlsx. 503350068_SMS adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlar barədə məlumatlar əks olunmuşdur. 504747719_SMS adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlar barədə məlumatlar əks olunmuşdur. 515747785_SMS adlı faylda 051-57-77-85 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlar barədə məlumatlar əks olunmuşdur.“abuneciler.xlsx” adlı faylda "xxxx" MMC-də istifadə edilən mobil nömrəi istifadəçiləri barədə məlumatlar əks olunmuşdur. “2023.xlsx” faylda baş qeyd edilmiş nömrələrin 2023-cü ildə qeydiyyata alınmış danışıqları əks olunmuşdur. 1 sentyabr 2023-cü il saat 15:47:20-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 56 saniyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kəndi ərazisindən zəng etmişdir. 1 sentyabr 2023-cü il saat 18:22:23-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 12 saniyə müdddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə İmişli rayonu ərazisindən zəng etmişdir. 1 sentyabr 20223-cü il saat 19:01:22də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və 30 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisindən zəng etmişdir. 1 sentyabr 2023-cü il saat 19:04:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** zəng edilmiş və 49 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən zəng etmişdir. 2 sentyabr 2023-cü il saat 11:14:42-də ***- ***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 63 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kəndi ərazisindən zəng etmişdir. 2 sentyabr 2023-cü il saat 15:08:55də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 59saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kəndi ərazisindən zəng etmişdir. 2 sentyabr 2023-cü il saat 15:59:01-də ***-***-**-** saylı mobi nömrədən ***-***-**-** saylı mobil nömərəyə zəng edilmiş və 12 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Beyləqan rayonu, Milabad qəsəbəsi ərazisindən zəng etmişdir. 2 sentyabr 2023-cü il saat 16:35:16-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 19 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***- ***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kendi ərazisindən zəng etmişdir. 5 sentyabr 2023-cü il saat 21:46:54-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 202 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kəndi ərazisindən zəng etmiş, zəng olunan ***-***-**-**saylı mobil nömrə İmişli şərəri ərazisində olmuşdur. 5 sentyabr 2023-cü il saat 21:50:29-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı nömrəyə zəng edilmiş və 65 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən Füzuli rayonu, Balabəhmənli kəndi ərazisindən zəgn etmişdir. 5 sentyabr 2023-cü il saat 21:51:53də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 234 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kendi ərazisindən zəng etmişdir. 6 sentyabr 2023-cü il saat 11:20-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 92 saniyyə müddətinə danışıq qeydə alınmışdır.Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kendi ərazisindən zəng etmişdir. 6 sentyabr 2023-cü il saat 11:20:23-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 92 saniyyə müddətinə danışıq qeydəalınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə İmişli rayonu ərazisindən zəng etmişdir. 6 sentyabr 2023-cü il saat 12:14:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 10 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Beyləqan rayonu, Aşıqallar kəndi ərazisindən zəng etmişdir. 6 sentyabr 2023-cü il saat 12:23:44-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 10 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən zəng etmişdir. 6 sentyabr 2023-cü il saat 15:30:00-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 16 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kendi ərazisindən zəng etmişdir. 6 sentyabr 2023-cü il saat 15:32:04-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 231 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kendi ərazisindən zəng etmişdir. 6 sentyabr 2023cü il saat 20:32:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 25 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kendi ərazisindən zəng etmişdir. 6 sentyabr 2023-cü il saat 21:12:39-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 19 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***- ***-**-** saylı mobil nömrə Beyləqan rayonu, Ml qəsəbəsi ərazisindən zəng etmişdir. 6 sentyabr 2023-cü il saat 21:39:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 28 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Beyləqan rayonu, Daşburun qəsəbəsi ərazisindən zəng etmişdir. 12 sentyabr 2023-cü il saat 13:25:00-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə zəng edilmiş və 518 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Füzuli rayonu, Balabəhmənli kendi ərazisindən zəng etmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs və ***-***- **-** saylı mobil nömrənin X3 adına qeydiyyatda olması müəyyən edilmişdir. Cinayət işinin materialları ilə ***-***-**-** saylı Təqsirləndirilən şəxs Əlimardan oğlunun istifadəsində olduğu müəyyən edilmişdir. Bundan başqa yuxarıda qeyd edilmiş telefon danışıqları zamanı istifadəçilərin anten dairələrinə dair - 2023.xlsx; fayılında cinayətin baş verməsinə dəlalət edən müddətlərdə, yəni xx.xx.2024-cü il tarixdə, saat 19:01 və 19:04 –də olan danışıqlar zamanı hər iki telefon nömrəsinin Beyləqan rayonu Mil qəsəbəsi və daha sonra Əmirzeyidli kəndi ərazisndə olması müəyyən edilir ki, həmin ərazi Füzuli rayonu ərazisində bitişik bir ərazidir ki, hadisənin baş veriyi ərazidə nömrələrin həmin anten dairəsində olması mümkündür.Bundan başqa 6 sentyabr 2023-cü il saat 12:23:44-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və 10 saniyyə müddətinə danışıq qeydə alınmışdır. Zəng edən ***-***-**-** saylı mobil nömrə Beyləqan rayonu, Mil qəsəbəsi ərazisiaktiv olmuşdur ki, buda son hadisənin baş verdiyi ərazi ilə, yəni ***-***-**-** nömrənin istifadəçisi Təqsirləndirilən şəxs qeyd edilən ərazidə olmasını bir daha təsdiq edir.(cild 1,i.v.143-149) -29 iyul 2024-cü il tarixli “üzləşdirmə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1,i.v.152- 158) -“cinayət əməlinin tövsif edilməsi barədə” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri üzrə tövsif edilişdir.(cild 1,i.v.183-184) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Füzuli Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 4(064)-15/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.186-187, 224-228) -“cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Beyləqan RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir.(cild 1,i.v.214-216) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay müddətinə 09 ayadək, yəni 28 avqust 2024-cü il tarixdən 28 oktyabr 2024-cü il tarixədək uzadılmışdır.(cild 1,i.v.230-232) -Beyləqan Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 4(020)-48/2024 nömrəli qərarınan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay 2 (iki) gün müddətin, yəni 28 oktyabr 2024-cü il tarixədək uzadılmışdır.(cild 2,i.v.3-9) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 1 (bir) ay müddətinə, yəni 28 oktyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək uzadılmışdır.(cild 2,i.v.52-54) -Beyləqan Rayon Məhkəməsinin 23 oktybar 2024-cü il tarixli,4(020)-65/2024 nömrəli qərarınan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 28 noyabr 2024-cü il tarixədək uzadılmışdır.(cild 2,i.v.56-62) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.(cild 2,i.v.65-67) -“məhkəmə-tibbi ekspetizası” nın 24 oktyabr 2024-cü il tarixli, 743/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş morfoloji dəyişikliklər (arxa keçəcək dəliyinin açıq olması, qıfabənəzr genişlənmə, düz bağırsaqətrafındakı şüavari büküşlərin hamarlaşması, selikli qışanın göyümtül-qırmızımtıl rəngdə olması) onun arxa keçəcək dəliyi vasitəsi ilə mütəmadi olaraq cinsi əlaqədə olmasını təsdiqləyir. Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır.(cild 2,i.v.83-86) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilsə də, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb edərək vahid qəsdlə Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pul vəsaitini talamaq üçün 2023-cü ilin iyul-avqust aylarında “Facebook” sosial şəbəkəsi üzərindən sonuncunun istifadəsindəki hesaba mesaj yazıb özünü qadın kimi təqdim etməklə zərərçəkmiş şəxsi özünün qadın olmasına inadıraraq tanış olduqdan sonra şəbəkə üzərindən və mobil telefon vasitəsilə qadın səsi ilə danışaraq özünün təklifi əsasında 01 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonunun girişində yerləşən rayona giriş qapısından Beyləqan rayonu istiqamətində Zərərçəkmiş şəxslə görüşüb sonuncunun idarə etdiyi “Ford Fusion” markalı, **-VO-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək, Zərərçəkmiş şəxs onun qadın olmamasını öyrəndiyini görüb ondan avtomobili sakit bir yerə sürməsini tələb etmiş, Zərərçəkmiş şəxs avtomobili Füzuli rayonu, Qayıdış qəsəbələrinin yaxınlığındakı dərəyə sürdükdən sonra zərərçəkmiş şəxsə onunla intim münasibətə girməsini təklif etmiş, Zərərçəkmiş şəxs onun bu təklifinə etiraz etdikdə avtomobildən düşərək uca səslə “polisə şikayət edəcəyəm ki, sən məni zorlamısan” deyə qışqırmağa başlamış, zərərçəkmiş şəxs onun səs-küy salmasından və kənar şəxslərin onları bir yerdə görməsindən qorxaraq ondan avtomobilə əyləşməsini xahiş etdikdən sonra avtomobilə əyləşib Zərərçəkmiş şəxs onun “polisə şikayət edəcəyəm ki, sən məni zorlamısan” sözlərindən qorxduğunu görərək 5000 manat pul verməyəcəyi təqdirdə barəsində polisə şikayət edəcəyini və evinə gedərək onun barəsində rüsvayedici məlumatları ailə üzvlərinə yayacağı barədə qəsdən hədə-qorxu gələrək həmin gün Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında 1000 manat pul almış, qalan 4000 manat pulu isə 02 sentyabr 2023-cü il tarixdə Beyləqan rayonu, Daşburun adlanan ərazidə sonuncudan götürəcəyinə dair razılaşmış, 02 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində zərərçəkmiş şəxs razılaşdıqları pulun qalan 4000 manatını ona vermək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək görüşməyi təklif edərkən o, Zərərçəkmiş şəxs qalan pulun 5200 manat olduğunu deyərək verməyəcəyi təqdirdə onu ailə üzvləri yanında rüsvay edəcəyinə və ondan polisə şikayət edəcəyinə dair hədə-qorxu gəlməsini məqsədli şəkildə davam etdirərək həmin gün saat 11 radələrində Beyləqan rayonu, Daşburun dairəsi adlanan ərazisində yerləşən “Oskar” yanacaqdoldurma məntəqəsinin yanında Zərərçəkmiş şəxs 5200 manat pulu almış, 05 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində aralarında olan telefon danışığı zamanı eyni qəsdlə Zərərçəkmiş şəxs 1200 manat pul da verməsini tələb etmiş, 06 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayonu, Daşburun dairəsi adlanan ərazisində yerləşən “Oskar” yanacaqdoldurma məntəqəsinin yanında görüşərək zərərçəkmiş şəxsdən 1200 manat məbləğdə pul almış, sonra isə cinayətkar hərəkətlərini özünün vahid qəsdi ilə davam etdirərək zərərçəkmiş şəxsdən həmin gün axşam saatlarınadək 5500 manat pul da verməsini tələb etmiş, həmin gün saat 21 radələrində Beyləqan rayonu, Daşburun dairəsi adlanan ərazisində yerləşən “Oskar” yanacaqdoldurma məntəqəsinin yanında zərərçəkmiş şəxsdən aldığı 5500 manat məbləğə pul vəsaiti ilə, vahid niyyət və ümumi məqsədlə Zərərçəkmiş şəxs cəmi 12900 məbləğdə pul vəsaitini hədə-qorxu ilə tələb edib almışdır. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə bir neçə dəfəyə hədəqorxu ilə Zərərçəkmiş şəxs pul vəsaitini ələ keçirməsini ibtidai istintaq orqanı düzgün olmayaraq həmin cinayət əməlinin təkrar törətmə kimi qiymətləndirərək Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə də tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. Cinayətlərin çoxluğunun struktur elementi kimi konkret cinayətlər çıxış edir. Çoxluq, hər biri müstəqil cinayət tərkibi yaradan iki və ya daha artıq cinayət əməlinin törədilməsini nəzərdə tutur. Konkret cinayətlər, onların obyektiv və subyektiv tərəflərinin əlamətləri əsasında qurulur. Çoxluğun elementi olan konkret cinayətlərin müxtəlif növləri mövcuddur və nəzəriyyədə onlar sadə və mürəkkəb növlərə bölünürlər. Sadə konkret cinayət o halda mümkündür ki, bir əməlin müvafiq olaraq cinayət qanununda təsvir olunan bir nəticəsi olur. Sadə konkret cinayət həmçinin cinayət qanununda nəzərdə tutulmuş bir neçə nəticəyə səbəb olan vahid əməldən də ibarət ola bilər. Konkret cinayətlərə alternativ tərkibli cinayətlər də aiddir. Beləliklə, sadə konkret cinayət bir hərəkətin (və ya hərəkətsizliyin) və bir nəticənin və ya bir hərəkətin və bir neçə nəticənin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Mürəkkəb konkret cinayətlər sadə konkret cinayətlərlə müqayisədə daha qəliz struktura malikdirlər. Bu cinayətlərdə törədilmiş əməlin mürəkkəb obyektiv və subyektiv tərəfi olur. Nəzəriyyədə mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilirlər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin anlayışını vermir. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəllə) 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Məhkəmə tərkibi qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət-konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: bu cinayətlər iki və daha artıq müstəqil, yəni birbirindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onların növləri ilə bağlı olan məsələlər tənzimlənir. Təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsinin 16-cı maddəsində ümumi təkrarlıq anlayışından imtina edilmiş, xüsusi təkrarlığın isə iki müstəqil növü müəyyən olunmuşdur: Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi); yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi). Maddənin mahiyyətindən göründüyü kimi, təkrar cinayətlər eyni və həmcins cinayətlərə bölünür. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur. Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir. Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2 iyun 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, təkrarlıq, cinayətlərin real məcmusu və davam edən cinayətlər anlayışları ilə müəyyən qarşılıqlı əlaqədədir. Həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir. Bundan əlavə, təkrarlığa daxil olan və ya real məcmunu yaradan bütün cinayətlər şəxs məhkum olunana qədər törədilir. Təkrarlıq ilə cinayətlərin real məcmusu arasında ciddi fərqlər də var. Belə ki, eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Real məcmuda isə hər bir cinayət əməli Cinayət Məcəlləsinin fərqli maddələrinin təsiri altına düşür. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il 2 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində Cinayət Məcəlləsinin 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə Cinayət Məcəlləsinin 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan Cinayət Məcəlləsinin 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli qərarında qərar almışdır ki, Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Şərh edilənlərdən görünür ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs vahid niyyət və ümumi məqsədlə eyni üsulla cinayət əməlini törədərək Zərərçəkmiş şəxs hədə-qorxu gəlmiş, lakin qəsdinin yönəldiyi zərərçəkmiş şəxsdən hədə-qorxu ilə almaq istədiyi xeyli miqdarda pul vəsaitini bir neçə dəfəyə istəyərək almışdır. Məhkəmə tərkibi bildirir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi fakt müəyyən edilməlidir. Bu fakt təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini etiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun ictimai təhlükəliliyini sübut edir. Təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsdən 9500 manat məbləğdə pul aldığını etiraf etmiş, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimaitəhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün:- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsdən 12900 manat pulu hədə-qorxu ilə tələb etmə yolu almadığını, zərərçəkmiş şəxsdən 9500 manat pul almasını bildirməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, ibtidai istintaq zamanı özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadəsi və toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -21 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1, i.v.71) -İmişli rayonu İcra Hakimiyyəti Başçısının İmişli şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 225-də qeydiyyatında olmaqla yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 2, i.v.25-26) Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını və barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı agjrlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hallar nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X9rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 29 iyul 2024-cü il tarixdən hesablanmalı, Füzuli Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 4(064)-15/2024 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 29 iyul 2024-cü il tarixdən hesablansın. Füzuli Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 4(064)-15/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar