Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-777/2023 17.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, 24 avqust 2005-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri, Q.Qarayev küçəsi, ev 14, mənzil 1-də qeydiyyatda olmaqla Saatlı şəhəri, M.F.Axundov küçəsi Döngə-3, ev 5B-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: 24 avqust 2005-ci ildə Saatlı şəhərində doğulmuş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xalası Şahid1 məxsus, Saatlı şəhəri, M.F.Axundov küçəsi, Döngə-3, ev 5B-də yerləşən fərdi yaşayış evində xadasının qeyri-rəsmi ər-arvad münasibətində olduğu X5 ilə birlikdə yaşadıqları müddətdə Elşad İsmayılovun xoşagəlməz davranışlarını qəbul etməməsi ilə bağlı 04 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində olan Elşad İsmayılov ilə aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılovun onun və ailə üzvləri olan mərhum anasının, xalalarının ünvanına dəfələrlə nalayiq söyüşlər və təhqiramiz ifadələr işlətməsi səbəbindən qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə evdəki yemək stolunun üzərindən soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağını ilə həmin gün saat 01:00 radələrində evin həyətində Şahid1 və onun bacısı Şahid3 ilə mübahisə edən Elşad İsmayılovun sağ döş qəfəsi nahiyəsi istiqamətində bədən səthinə ardıcıl zərbələr endirərək ona sağ məmə xətti üzrə 5-ci qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara, sağ bazunun yuxarı 1/3-də ön səthdə bir ədəd yara, sağ bazunun yuxarı 1/3də bayır səthdə bir ədəd yara, sağ bazunun aşağı 1/3-də ön səthdə bir ədəd yara, sağ əlin ovuc səthində bir ədəd yara kimi cəmi beş ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarətlər, habelə döş qəfəsinin sağ ön səthində sağ ön qoltuqaltı xətt üzrə 6-cı qabırğa səviyyəsində və sağ qoltuqaltı xətt üzrə 8cı qabırğa səviyəsində olan döş boşluğuna keçən sağ ağciyərin aşağı paylarını yaralayan və kəskin qanitirmə ilə müşaiyət olunan iki ədəd, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Elşad İsmayılovu qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs oan Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, atası Ehtiram Nərimanov ilə mərhum anası Pərvanə Həsənova 3-4 yaşı olarkən ayrılmışlar, anası Pərvanə 2016-cı ildə avtoqəza nəticəsində vəfat etmiş, bundan sonra xalası Şahid1 himayəsində onunla birgə yaşamışdır. Yasəmən xalası təxminən 10 ilə yaxındır ki, Saatlı şəhər sakini X5 ilə qeyri-rəsmi nikah münasibətində olmuşdur. Onlar birlikdə Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən evdə yaşamışlar. Elşad İsmayılovla xalasının və onun aralarında mütəmadi olaraq ailədaxili mübahisələri yaşanmışdır. Elşad İsmayılov spirtli içki aludəçisi olmuş, tibbi spirtlə suyu qarışdırıb mütəmadi qəbul etmiş, sərxoş vəziyyətdə dəfələrlə onun və xalası Yasəmənin ünvanlarına nalayiq ifadələr və söyüşlər etmişdir. 3 iyun 2023-cü il tarixdə saat 18 radələrində Elşad tibbi spriti suya qatıb içdikdən sonra xalası Yasəmənlə yenidən mübahisə etməyə başlamış, onu təhqir edirmiş, lakin xalası Yasəmən Elşadı həmişəki kimi yola vermiş, onun hərəkətlərinə əsəbi cavab verməmiş, ciddi bir mübahisə olmadığını, evdə sakitçilik olduğuna əmin olduqdan sonra, təxminən saat 20 radələrində evdən çıxıb yoldaşlıq etdiyi Musa və Hacı adlı dostlarıyla Saatlı şəhəri Bayraq meydanı yaxınlığında görüşmüş, onlarla söhbətləşib küçədə gəzmişlər, 04 iyun 2023-cü il tarixdə təxminən saat 00:30 radələrində Məxluqə xalası ona zəng edərək Yasəmənlə Elşadın yenidən savaşdıqlarını, Yasəmənin qaçıb onlara gəldiyini demiş və evə gəlməyini istəmişdir. O dərhal evə yollanmışdır. Həyətə çatdıqda Yasəmən xalası Məxluqəgildən çıxmış və birlikdə yaşadıqları evə tərəf getmişlər. Evə çatdıqda Elşaddan xalası ilə nə səbəbə dalaşdığını soruşduqda Elşad üzərinə gəlib onun və Yasəmənin, həmçinin mərhum anasının ünvanlarına nalayiq sözlərlə söymüşdür. Yasəmən də cavabında Elşada nalayiq sözlərlə söymüşdür. Elşad yenidən Yasəmənin üzərinə gedəndə Yasəmən Məxluqəgilə tərəf qaçmışdır. Elşad isə sərxoş vəziyyətdə olmaqla onu yenidən təhqir etməkdə davam etmişdir. Elşad yenidən anasının gorunu, ruhunu təhqir etdikdən sonra onunla mübahisəyə başlamış, mübahisəni çöldə davam etmələrini demiş və həyətə dühmüşlər. Daha sonra isə küçəyə çıxmışlar. Orada Elşad ona nə söhbəti apardığını, heç kim olduğunu demiş və ona sifətinin sol tərəfindən yumruq zərbəsi vurmuş, vurduğu zərbədən sonra Elşad sərxoş olduğundan yerə yıxılmış, yıxılarkən onu da özüylə yerə dartmışdır. Elşadı cavab olaraq vurmamış, Elşad durub evə keçmiş, Yasəmən Elşadın onu vurduğunu küçədən görmüşdür. Bu zaman üzərində ağ qısaqol köynək və boz rəngli cins şalvar toz-torpağa bulaşdığından evə keçib əyinini dəyişmiş, daha sonra küçədə oturmuşdur. Çox çəkmədən xalaları Yasəmən və Məxluqə onlara tərəf gəlmiş, Elşadı soruşmüşlar, Elşadın evdə olduğunu onlara demiş, onlar evə keçmişlər və yenidən mübahisə qalxmışdır. Bu zaman həyətə keçmiş, xalasıgil Elşaddan niyə nəsillərini və valideynlərini söydüyünü sorğulamışlar. Az sonra Məxluqənin əri Əfqan gəlib evə keçmiş, Elşadı sakitləşdirmək istəsə də, Elşad Əfqana və Məxluqəyə onların heç kim olduğunu, Yasəmənlə olan söhbətlərinə qarışmamasını deyib, evdən çıxıb getmələrini etmiş, hətta Əfqanın yaxasından tutub onu vurmaq istəmişdir. Əfqan isə onu tutub sakitləşdirməyə çalışırmış, Elşad Əfqanı və Məxluqəni söyərək evdən qovurmuşdur. Elşad özünü ora-bura vurmuş, özünü dəli kimi aparırmış, evin pilləkənlərdən aşağı düşəndə Elşadın baş hissəsində qan görmüşdür. Elşad bu zaman Əfqan və Məxluqəni tutub itələyərək evdən rədd olmalarını demiş, yenidən xalasıgili, onların bacılarının, anasının və ölənlərinin goruna söymüşdür. Artıq bu söyüşləri qəbul etməyərək Elşadı cəzalandırmaq qərarına gəlib, evin zalındakı yemək stolunun üzərində olan bıçağı götürüb həyətə düşmüş, Elşada arxadan yaxınlaşıb sağ əlində olan bıçaqla sağ ona arxadan döş qəfəsi hissəsindən təxminən 6-7 ədəd zərbə vurmuşdur. Elşada bıçaq zərbələri yetirdikdən sonra geriyə bir neçə addım çəkilmiş, Elşad evə tərəf dönüb hərəkət etmişdir. Elşad evə daxil olub, sonra çölə çıxıb, evin giriş hissəsində daş pilləkənlərin üzərində oturmuş, maykasının yaxasını cırıb yaralarına baxmışdır. Yasəmən isə Elşadı nahaq bıçaqladığını, özünün həyatnı məhv etdiyini demişdir. Məxluqə və Şəhlagil artıq hadisə yerindən getmişlər. Bıçağı qorxub həyətdəki tövlə tərəfdə olan meyvə ağacları tərəfə atmış, sonra həyətdəki su ilə dolu hovuzda əllərinin qanını yumuşdur. Bundan sonra isə bıçağı ağacların dibindən tapıb həmin hovuzda suya salaraq qan ləkələrini yumuş, üzərində olan boz cins şalvarı dəyişmişdir. Artıq Elşad beli üstə evin giriş hissəsində uzanılı və halsız vəziyyətdə qalmışdır. Yasəmən Elşadın özündən getdiyini düşünüb, hovuzdan vedrə ilə su götürüb onun üzərinə tökmüş, lakin Elşad ayılmamışdır. Bir az sonra evə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım gəlmiş, həkim Elşadın artıq öldüyünü demişdir. Cinayəti etiraf etmiş və polis işçiləri onu özləri ilə aparmışlar. Törətmiş olduğu cinayət əməlindən peşimandır. Cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X6 məhkəmədə göstərdi ki, mərhum X5 onun böyük qardaşıdır. Elşad əvvəllər başqa qadınla ailəli olmuş, sonra isə boşanmışlar. Elşad son 10 ildir ki, Saatlı şəhər sakini Şahid1 ilə qerirəsmi olaraq nikah münasibətində olmaqla Yasəmənə məxsus torpaq sahəsində birgə tikdirdikləri evdə yaşamışlar. Son 3-4 ildir ki, onlar aralarında evin satışı ilə bağlı mübahisə olmuşdur. Yasəmənlə Elşad arasında yaranan mübahisələrlə bağlı Yasəmən dəfələrlə Saatlı rayon polis şöbəsinə şikayət etmişdir. 04 iyun 2023-cü il tarixdə təxminən saat 03 radələrində ona Saatlı Rayon Mərkəzi Xəstəxanasında işləyən qonşusu İsmayıl İsmayılov ona zəng edərək qardaşı Elşadın bıçaqlandığını, vəziyyətinin ağır olduğunu demişdir. O, xəstəxanaya getdikdə Elşadın artıq öldüyünü bilmişdir. Elşadın Yasəmənin onlarla birgə yaşayan bacısı oğlu Kənan tərəfindən bıçaqlanaraq qətlə yetirildiyini öyrənmişdir. Kənana qanuni cəza verilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmədə göstərdi ki, 2014-cü ildə X5 ilə qeri-rəsmi olaraq ailə qurmuş, 4 iyun 2023-cü il tarixədək ona iməxsus evdə birlikdə yaşamışlar, lakin evladı doğulmamışdır. X7 2016-ci ildə avtoqəza nəticəsində ölmüş, ari isə ondan əvvəl boşandığından onun oğlu Təqsirləndirilən şəxs baxımsız qaldığından Kananı da evinə gətirmiş və onlarla yaşamışdır. Elşad davakar adam olmuş, ğez-tez sprtili içki içməklə onlarda dalaşmış, nalayiq söyüşlər soymüş, Kənanla da yola getməmişdir. Dəfələrlə Elşadın barəsində rayon polis şöbəsinə şikayət etmişdir. 03 iyun 2023-cü ildə səhər saat 07 radələrində o, Məxluqə və Elşadla birgə rayonun Mollavaizli kəndi ərazisində pambıq sahəsindən alaq təmizləməyə getmişlər. Təxminən saat 18 radələrində o və Elşad evə gəlmişlər. Elşad, həmişə olduğu kimi, sprit alaraq evə gətirmiş, su ila qarışdırıb içmişdir. Elşad sərxoş olmaqla yenə də onu təhqir etməyə və söyməyə başlamışdır. Saat 24 radələrində Elşadın söz-söhbətindən yayınmaq üçün qonşuluqda yaşayan bacısı Məxluqəgilə getmişdir. Az sonra Elşad da Məxluqəgilə gələrək ondan evə qayıtmağını tələb etmiş, lakin qorxusundan onunla getməmişdir. Məxluqənin telefonu ilə Kənana zəng edərək Elşadın mübahisə başlatdığını evə gəlməsini, tək qorxduğunu demişdir. Kənan təxminən 10 dəqiqə sonra küçəyə gələndə onu görmüşdür. O, qorxduğuna görə evin zirzəmisində kizlənmiş, Kənan isə Eldaşı sakitləşdirmək üçün evə daxil olmuşdur. Elşad Kənanla da mübahisə etmiş, daha sonra çölə, küçəyə çıxıb danışmalarını təklif etmişdir. Küçəyə çıxdıqda Elşadın Kənanı boğduğunu, vurduğunu görmüşdür. Məxluqəgilə gedib Elşadın küçədə Kənanı boğduğunu demişdir. Məxluqə, əri Əfqan, övladları Zəhra və Zeynəblə birgə evlərinə tərəf getmişlər. Bu zaman Kənangil artıq evə keçmişlər. Məxluqə Elşada nə üçün ailələrinə söydüyünü dedikdə Elşad yaxşı etdiyini demişdır. O, Elşadın sakitləşməyəcəyini görüb Elşadın telefonu ilə polisə məlumat vermişdir. Elşad onu, Məxluqəni və Əfqanı söyməyə davam edirmiş, onlıar Elşaddan uzaqlaşaraq çölə çıxmışlar. Elşad əsəbi halda hamısını qıracağını, tutduracağını demiş, başını evin girişindəki pilləkən hissəsinin sağ tərəfindəki hörgü daşların vurmuş, heç kimin onun qolunu bura bilməyəcəyini, heç kimin qabağından söz yemədiyini demişdir. Əfqan Məxluqəgili götürüb həyətdən çıxmışlar. Bu zaman Kənanla Elşadın əlbəyaxa olub sürürləşdiklərini görmüş, lakin Kənanın Elşadı bıçaqla vurmasını görməmişdir. X11 aralanmış, sakitcə evin girişindəki pilləkənə tərəf getmiş, pilləkəndə oturmuş, daha sonra üzərindəki qırmızı rəngli qısaqol maykanı cırmış, biraz sonra isə halsızlaşıb beli üstə uzanmışdır. Kənanın Elşadla süpürləşən zaman Elşada bıçaqla xəsarət yetirməyini başa düşməmişdir. Lakin Kənanın əlində evlərində istifadə etdikləri bıçağı görəndən sonra Kənanın Elşadı bıçaqladığını anlamış, nahaq belə hərəkət etdiyini, həyatını məhv etdiyini demişdir. Kənan isə artıq bezdiyini, Elşadın anasıının goruna söyməsinə dözə bilmədiyini, ona görə də Elşadı bıçaqla vurduğunu demişdir. Kənan əlindəki qan ləkəsini hovuzdan suyu açaraq yumuş, bıçağı isə tövlə tərəfdə ağacların dibinə atmışdır. Kənana polisin gələcəyini, bıçağın yerini soruşacağını deyib, bıçağı gətirməsini söyləmişdir. Kənan bıçağı tapıb onun üzərində olan qanı hovuzda yumuş, daha sonra isə uzanılı vəziyyətdə olan Elşadın sağ əlinin ovuc içinə qoymuşdur. Həmin vaxt hadisə yerinə polis işçiləri gəlmiş və Kənanı saxlamışlar. Eyni zamanda hadisə yerinə təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş, həkim Elşada baxararaq artıq öldüyünü demişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdliyi xüsusatları təsdiq etdilər. Hadisə yerinə baxış keçirilməsi haqqında 04 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Saatlı şəhəri, M.F.Axundov küçəsi, döngə-3, ev 5B-də yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin torpaq örtüklü həyətyanı sahəsidir, hadisə yerindən qana bənzər ləkələr və dəmir tiyəli bıçaq götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 05 iyun 2023-cü il tarixli protokoldan görünür ki, o, Elşad İsmayılovu bıçaqla zərbələr vurmaqla öldürdüyü yeri və şəraiti göstərmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 07 nömrəli rəyində görünür ki, X3 meyiti üzərində döş qəfəsinin sağ ön səthində, sağ ön qoltuqaltı xətt üzrə 6-cı qabırğa, sağ qoltuqaltı xətt üzrə 8-ci qabırğa səviyələrində döş boşluğuna keçən, sağ ağciyərin aşağı paylarını yaralayan, kəsilmiş deşilmiş yaralar, sağ məmə xətti üzrə 5-ci qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara, plevra boşluğunda maye və laxtalı qan, daxili orqanların azqanlılığı. ürəyin daxili qişasında qansızma, sağ bazunun yuxarı, aşağı 1/3-də, sağ əlin ovuc səthində kəsilmiş yaralar, alın təpə nahiyəsində bir ədəd səthi əzilmiş yara müəyyən edilmişdir. Onun meyitindən götürülmüş qanda 1,3 promilli etil spirti aşkar olunmuşdur. Qeyd edilmiş xəsarətlərdən döş qəfəsinin sağ ön səthində sağ ön qoltuqaltı xətt üzrə 6-cı qabırğa səviyyəsində, sağ qoltuqaltı xətt üzrə 8-ci qabırğa səviyyəsində döş boşluğuna keçən, sağ ağciyərin aşağı paylarını yaralayan iki ədəd kəsilmiş deşilmiş yaralar ayrı-ayrılıqda həyat uçün təhlükəli olan, sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdir. Sağ məmə xətti üzrə 5-ci qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd, sağ bazunun yuxarı 1/3-də bayır səthdə bir ədəd, sağ bazunun yuxarı 1/3-də ön səthdə bir ədəd, sağ bazunun aşağı 1/3-də ön səthdə bir ədəd və sağ əlin ovuc səthində bir ədəd-cəmi beş ədəd kəsilmiş yaralar ayrılıqda, canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilir. Həmin xəsarətlərin hər biri deşici-kəsici alətin, ola bilsin təqdim olunan bıçağın təsirdən əmələ gəlmişlər. Bundan başqa meyit üzərində alın-təpə nahiyəsində bir ədəd səthi əzilmiş yara-həyatdir, küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü ıl tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. E.T.İsmayılov ölümündən az əvvəl spirtli içkilər qəbul etmişdir, qanda etil spirtinin qatılığı 1,3 promillidi, yüngül dərəcədə sərxoş olmuşdur. E.T.İsmayılovun ölümünə səbəb döş boşluğuna keçən, sağ ağciyəri yaralayan yaraların təsirindən baş vermiş kəskin qanitirmə olmuşdur, ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir.” Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 146 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs alın nahiyəsində sıyrıq, sol yanaq proyeksiyasında qançır, sol yanağın selikli qişasında qansızma küt əşyanın/əşyaların/ təsirindənı əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Məhkəmə-tibbi-bioloji ekspertinin xx.xx.2023-cü il tarixli 392/2023-MTBŞ saylı rəyindən görünür ki, mərhum X4 məxsus köynək, trusik, şortik, dırnaq nümunələri, Nərimanm Nərimanzadəyə məxsus cins şalvar, 01 cüt ayaqqabı, üzərində insan qanı aşkar olunmuşdur. Məhkəmə-tibbi-kriminalistik ekspertlərinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mərhum Elşad İsmayılova məxsus qısaqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 2329/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində alkoloidlər və başqa narkotik tərkibli maddələr aşkar olunmur. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2337 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz həkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. 29 avqust 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən götürülmüş bıçaq Təqsirləndirilən şəxs təqdim olunarkən onu tanımış və zərərçəkmiş Elşad İsmayılova həmin bıçaqla xəsarətlər yetirməsini göstərmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Elşad İsmayılovu şəxsi münasibətlər zəmnində qisas almaq niyyəti ilə qəsdən öldürməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMnin 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmasını CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Prokurorluğunda saxlanan qanabənzər ləkələr, bir cüt ayaqqabı, 01 ədəd bıçaq, mərhum Elşad İsmayılova məxsus olmuş qısa şalvar, qısaqol köynək, tuman, dırnaq və tük nümunələri, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, idman şalvarı bir cüt başmaqlar, qısaqol köynək və cins şalvar, Şahid1 məxsus qısaqol gödəkçə və don, Şahid4 məxsus qısaqol köynək və şalvar, Şahid3 məxsus mayka və idman şalvarıməhv edilməli, "xxxx" MMC-dən alınmış iki ədəd disklər cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 175 (yüz yetmiş beş) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Prokurorluğunda saxlanan qanabənzər ləkələr, bir cüt ayaqqabı, 01 ədəd bıçaq, mərhum Elşad İsmayılova məxsus olmuş qısa şalvar, qısaqol köynək, tuman, dırnaq və tük nümunələri, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, idman şalvarı bir cüt başmaqlar, qısaqol köynək və cins şalvar, Şahid1 məxsus qısaqol gödəkçə və don, Şahid4 məxsus qısaqol köynək və şalvar, Şahid3 məxsus mayka və idman şalvarı məhv edilsin, "xxxx" MMC-dən alınmış iki ədəd disklər cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci 175 (yüz yetmiş beş) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-777/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-777/2023
17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver