Məhkəmə qərarları › İş №1(099)-78/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-78/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-78/2024 05.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4 və Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, 4 may 1997-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, İmişli rayonu, H.Aslanov küçəsi, ev 70-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 01 sentyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, 20 avqust 1981-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Naxçıvan MR, Naxçıvan şəhəri, Şəhriyar küçəsi ev 22-də olmaqla orada yaşamış, barəsində 06 sentyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 318.1, 318.2, 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, prospekti ev 54, mənzil 11-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 01 sentyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx xxxxxx 1997-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, İmişli rayonunun Məzrəli kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 03 oktyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 318.1, 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, 29 iyun 2022-ci ildə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində çimərlikdə olan zaman qeyri-müəyyən şəraitdə tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 8,728 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamış, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 30 iyun 2022-ci ildə, saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü polis şöbəsinin inzibati binasına aparılmış və həmin tarixdə, saat 22:15 radələrində Şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 8,728 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qanunsuz yolla qazanc əldə etmək üçün tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti Rahib adlı Azərbaycan Respublikası vətəndaşı kimi məlum olan şəxs, şəxsiyyəti Əsgər adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasında əldə edilməsi, saxlanılması və daşıyaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə qabaqcadan razılıq əldə etmiş, əldə edilmiş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, şəxsiyyəti Əsgər adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri İran İslam Respublikasının ərazisində məlum olmayan vaxtda və yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, ümumilikdə təmiz halda çəkiləri 465,5 qram heroin, 12840,2 qram qurudulmuş marixuana və külli miqdarda - ümumilikdə təmiz halda çəkisi 397 qram psixotrop maddə olan metamfetamin əldə edərək onları məlum olmayan yerdə saxlamış, bu barədə cinayətkar qrupun üzvü, şəxsiyyəti Rahib adlı Azərbaycan Respublikası vətəndaşı kimi məlum olan şəxsə məlumat verdikdən sonra, o, cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti Rahib adlı şəxslə birlikdə özünün idarə etdiyi, “Toyota Prius” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 30 avqust 2022-ci ildə Bakı şəhərindən Beyləqan rayonuna getmiş, həmin gün, saat 16 radələrində o və şəxsiyyəti Rahib adlı şəxslə qeyd edilən külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin bilavasitə keçiriləcəyi yerdə qəbul edilməsinə köməklik etməyə vəd vermiş və Beyləqan rayonunun Birinci Şahsevən kəndində, sərhədyanı ərazidə gözləmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz olaraq keçmiş, həmin gün şəxsiyyəti Əsgər adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsdən külli miqdarda narkotik vasitələr olan, ümumilikdə təmiz halda çəkiləri 465,5 qram heroini, 12840,2 qram qurudulmuş marixuananı və külli miqdarda - ümumilikdə təmiz halda çəkisi 397 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, əldə edib saxlamış, Təqsirləndirilən şəxs3 İran İslam Respublikasında qalmış, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 iki ədəd bağlamanın içərisində, qeyd edilən külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni daşıyaraq, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq təkrarən keçərək, qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni Azərbaycan Resublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, Təqsirləndirilən şəxs2 və o Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, şəxsiyyəti Rahib adlı Azərbaycan Respublikası vətəndaşı kimi məlum olan şəxs hadisə yerindən qaçaraq uzaqlaşmış, Təqsirləndirilən şəxs4 həmin ərazidən, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar qanunsuz olaraq təkrarən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçmiş, həmin iki ədəd bağlamada külli miqdarda narkotik vasitələr olan, ümumilikdə təmiz halda çəkiləri 465,5 qram heroin, 12840,2 qram qurudulmuş marixuana və külli miqdarda- ümumilikdə təmiz halda çəkisi 397 qram psixotrop maddə olan metamfetamin qeyd edilən ərazidən aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs3 yaşayış sahəsi olan evə daxil olaraq özgəyə məxsus xeyli miqdarda əmlakı gizli yolla talamışdır. Belə ki, o, gəlir əldə etmək üçün özgənin əmlakını gizli yolla talamaq məqsədilə 14 avqust 2022-ci ildə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsində yerləşən 2 nömrəli evin hasarını aşmaq yolu ilə həyətinə daxil olub pəncərisinin dəmir barmaqlıqlarını yerindən çıxararaq pəncərədən içəriyə qanunsuz daxil olub evin yataq otağındakı dolabın üzərindən Zərərçəkmiş şəxs məxsus olan içərisində 5000 manat pul və 50 manat dəyərində yaddaş diski olan 140 manat dəyərində saxlanc yeri hesab edilən elektron seyfi və digər dolabın içərisindən hər cütü 2,3 qram, olan 750 əyarlı, dəyəri 250 manat olmaqla, ümumi dəyəri 500 manat olan iki cüt qızıl sırğanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5690 (beş min altı yüz doxsan) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci ildə tanışı Rahiblə görüşərkən sonuncu ona Beyləqana gedərək xalasıgildən ətpendir məmulatları götürüb geri qayıdacağı qarşılığında ona 200 manat pul verəcəyini demiş, onunla razılaşmış, 30 avqust 2022-ci ildə gecə saatlarında atası Şahid11 məxsus “Toyota Prius’’ markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində, Neftçilər metro stansiyasının yaxınlığına gedərək Rahiblə görüşmüş, həmin vaxt orada əvvəllər tanımadığı Ramil və onun xalası oğlu Hikmət adlı şəxslər də orada olmuş, onlar birlikdə Beyləqan rayonuna gedərkən yolda Rahib ona məxsus telefonla kiminləsə danışmış, Beyləqan rayonunun Şahsevən kəndinə çatdıqdan sonra Ramil və Hikmət avtomobildən düşərək harasa getmiş, bir neçə dəqiqə sonra Rahib də avtomobildən düşüb “sənə zəng edəndə gəlib bizi buradan götürərsən” demiş, sonuncu ilə razılaşaraq İmişli rayonuna getmiş, təxminən 2-3 saat sonra Rahib zəng edərək onları düşürdüyü yerdən götürməsini demiş, həmin yerə getdikdən sonra sonuncuların orada olmadıqlarını görmüş, avtomobili işə düşməmiş, atası Şahid11 zəng edərək avtomobilin xarab olduğunu deyərək, kömək istəmiş, yolda olarkən dəfələrlə Rahibə zəng etmiş, sonuncu telefona cavab verməmiş, qayıdarkən atası zəng edərək harada olduğunu soruşarkən ona yaxınlaşdığını demiş, avtomobilin yanına çatarkən orada hərbiçiləri və atasını görmüş, sonra hərbiçilər tərəfindən saxlanılmış, saxlanılan zaman içərisində narkotik vasitə aşkar olunan bağlamalardan xəbərsiz olmuş, Beyləqan rayonunda olarkən Əfqan, Hikmət, Rahib və Ramil adlı şəxslərin İran İslam Respublikasına qanunsuz yolla keçəcəklərindən onun məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 heç bir təsirtəzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, narkotik vasitələrdən istifadə etmiş, 29 iyun 2022-ci ildə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində çimərlikdə olarkən yerdən şəffaf sellofana bükülmüş və içərisində narkotik vasitə olan marixuana tapıb, həmin bükümü götürüb şəxsi istifadəsi üçün şalvarının cibinə qoymuş, 30 iyun 2022-ci ildə, saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə hesab edilən marixuanını çıxarıb masanın üzərinə qoymuş, üzərindən aşkar edilən bükülülər zərfə qoyularaq möhürlənib götürülmüşdür. 29 avqust 2022-ci ildə Rahib adlı tanışı dəfələrlə zəng edərək onunla görüşmək istəmiş, həmin gün sonuncu ilə görüşərkən Rahib ona “Beyləqana gedib oradan marixuana götürüb qayıdacağıq, sən isə taksi kimi get-gəl, sənə 400 manat pul verəcəyəm” demiş, Rahiblə razılaşaraq 30 avqust 2022-ci ildə, gecə saatlarında atasına məxsus olan “Toyota Prius” markalı avtomobil ilə Bakı şəhəri, Neftçilər metro stansiyasının yaxınlığında Rahib ilə görüşmüş, həmin yerə əvvəllər tanımadığı Yetim (sonradan adının Əfqan olduğunu bildiyi şəxs), Hikmət və Ramil adlı üç nəfər də gəlmiş, onlar birlikdə Beyləqan rayonuna getmiş, yolda olarkən Rahib telefonla əvvəllər onun da tanıdığı Əsgər adlı iranlı ilə danışmış, həmin vaxt Rahibin narkotik satdığını bilmiş, onlar Beyləqan rayonunun Şahsevən kəndinə getmiş, ona deyilən yerə çatanda Hikmət, Ramil və Əfqan avtomobildən düşüb İran İslam Respublikası istiqamətində getmiş, o və Rahib həmin yerdə qalmış, atası İlqara zəng etmiş, atası ona “Mercedes Benz” markalı avtomobilini İmişli rayonuna usta yanına aparacağını dediyi üçün Rahiblə birlikdə İmişli rayonuna getmiş, orada atası ilə görüşüb avtomobili ustaya aparmış, avtomobildə ciddi problemlər olduğu üçün atası ona “apar avtomobili qaytar” demiş, saat 12 radələrində “Toyota Prius” markalı avtomobili atasına verərək ondan “Mercedes Benz” markalı avtomobili götürüb Rahiblə birlikdə yenidən Beyləqan rayonunun Şahsevən kəndinə qayıtmış, orada avtomobili saxlayıb hər ikisi avtomobildən düşmüş, sonra avtomobili işə salmaq istəyərkən işə düşməmiş, həmin ərazidə nə qədər axtarsa da, avtomobil təmiri yeri tapa bilməmiş, sonra avtomobilə tərəf qayıdanda orada sərhədçiləri görmüş, sərhədçi onları çağırdığı üçün qorxaraq dərhal oradan uzaqlaşmış, bir neçə saat sonra atası ona zəng edərək avtomobilin yanına gəlməsini demiş, avtomobilin yanına gəldikdən sonra sərhədçilər tərəfindən saxlanılmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 318.1, 318.2, 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü qismən, yəni CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 avqust 2022-ci ildə, günorta saatlarında idarə etdiyi “VAZ 015” markalı avtomobillə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində, “Neft Baza” adlanan yerin yaxınlığında yerləşən həyət evinə oğurluq məqsədi ilə girmiş, evi axtararkən evdə olan seyfi görüb içərisində pul olduğunu guman edərək seyfi götürüb evdən çıxıb getmiş, yolda seyfin içərisinə baxarkən orada bir neçə medal, bir ədəd yaddaş diski olmuş, sonra seyfi və həmin əşyaları yolun kənarına ataraq evinə getmişdir. 27 avqust 2022-ci ildə dostu Rahibə zəng edərək barəsində Xətai rayon polis idarəsində cinayət işi istintaq edildiyini, istintaqdan yayındığı üçün barəsində axtarış qərarı qəbul edildiyini, gizlənməsi üçün kömək etməsini xahiş etmiş, sonuncu ona Bakı şəhərində “Neftçilər” metro stansiyasının yanına gəlməsini demiş, Rahib onu İran İslam Respublikasına keçirə biləcəyini demiş, sonuncu ilə razılaşmış, 29 avqust 2022-ci ildə saat 16-17 radələrində Rahiblə “Neftçilər” metro stansiyasının yanında görüşmüş, yarım saat sonra əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 adlı şəxs də ora gəlmiş, Rahib sonuncunun da İran İslam Respublikasına gedəcəyini demiş, daha sonra Əlihüseyn və Hikmət adlı şəxslər də ora gəlmiş, Rahib “sabah saat 6-da Beyləqan rayonunda ol, İrana gedəcəyik” demiş, 30 avqust 2022-ci ildə Beyləqan rayonunda Rahiblə görüşmüş, görüş zamanı həmin şəxslər də orada olmuş, Hikmət və X21 Respublikası istiqamətində getmiş, Rahib əl hərəkəti ilə sonuncuların getdiyi istiqaməti göstərərək “o tərəfə get İrandır” demiş, Rahibin dediyi istiqamətdə getmiş, 3 gün İran İslam Respublikasında oteldə qaldıqdan sonra Türkiyə Respublikasına qanunsuz keçə bilməyəcəyini öyrənib geriyə qayıtmış, qayıdarkən sərhədçilər tərəfindən saxlanılmış, aşkar olunan narkotik vasitədən onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 heç bir təsirtəzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 14 avqust 2022-ci ildə, günorta saatlarında idarə etdiyi “VAZ 015” markalı avtomobillə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində, “Neft Baza” adlanan yerin yaxınlığında olan avtomobil təmiri sexinə getmiş, NZS qəsəbəsində olarkən tanımadığı həyət evindən bir ailənin çıxdığını görmüş, təxminən bir saat orada gözlədikdən sonra heç kimin geriyə qayıtmadığını görərək evin hündür olmayan hasarından həyətə düşərək pilləkənlə evə qalxan zaman sol tərəfdə olan pəncərinin barmaqlılarının açıq vəziyyətdə olduğunu görüb pəncərənin aşağı hissəsindən əli ilə itələyib pəncərini açaraq içəriyə daxil olaraq evi axtararkən evdə olan seyfi görüb içərisində pul olduğunu güman edərək seyfi götürüb evdən çıxıb getmiş, yolda seyfi daşla sındırıb içərisinə baxarkən orada bir neçə medal, bir ədəd yaddaş diski olmuş, sonra həmin əşyalardan heç bir maddi gəlir əldə edə bilməyəcəyini görərək seyfin içərisində olan əşyaları özü ilə götürüb seyfi olduğu yerdə olan yarımtikilinin sonuncu mərtəbəsində qoyaraq oradan uzaqlaşmış, yaddaş diski ona lazım olmadığı üçün oradan çıxan kimi ətrafa tullamış, medalları isə cibinə qoymuş, medalların qiymətli daşdan hazırlanmadığını düşünüb onları yolun kənarına ataraq evinə getmiş, zərər çəkmiş şəxsin evindən oğurladığı seyfin içərisində 5000 manat pul olmamış, eləcə də dolabın üzərindən ümumi dəyəri 500 manat olan iki cüt sırğanı oğurlamamışdır. 29 avqust 2022-ci ildə Rahib adlı tanışı zəng edərək onunla görüşmək istədiyini demiş, onlar “Neftçilər” metro stansiyasının yaxınlığında görüşərkən Rahib ona sərhədi İran İslam Respublikasından narkotik vasitə götürüb gətirəcəyi halda narkotik vasitənin hər kiloqramına görə 800 manat pul verəcəyini demiş, sonuncu ilə razılaşmış, onlar həmin gün Ramil, Hikmət və Əlihüseyn adlı şəxslərlə görüşmüş, plana əsasən o, Ramil və X20 Respublikasına keçəcək, o, orada girov qalacaq, Hikmətlə Ramil qaçaqmalçılıq yolu ilə narkotik vasitəni Azərbaycan Respublikasına keçirəcək, Rahib və Əlihüseyn isə Azərbaycan Respublikasında gözləyəcək, narkotik vasitə müəyyən olunan ünvana çatandan sonra onu girovdan buraxacaq və o, Azərbaycana qayıdacaq, həmin gün saat 19 radələrində Əlihüseynin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə əvvəlcə Füzuli rayonuna getmiş, yolda olan zaman Rahib və Əlihüseyn telefonla Əsgər adlı iranlı ilə danışmış, gecəni avtomobildə qaldıqdan sonra 30 avqust 2022-ci ildə, səhər saat 05 radələrində Əlihüseyn onları avtomobillə harasa aparmış, o, Hikmət və Ramil avtomobildən düşüb sərhəd istiqamətində getmiş, onlar Araz çayını İran istiqamətində keçdikdən sonra İranda Əsgər onları qarşılayıb evinə aparmış, Hikmət və Ramil iki ədəd bağlamanı götürüb Azərbaycana qayıtmış, o, isə Əsgərin evində qalmış, təxminən 2 saat sonra Hikmət geriyə, yəni Əsgərin evinə qayıdaraq Ramilin tutulduğunu, özünün isə içərisində narkotik vasitə olan bağlamanı atıb qaçdığını demiş, N sentyabr 2022-ci ildə Əsgər ona yenidən İrandan narkotik vasitə gətirməsini təklif etmiş, həmin gün, gecə saat 01 radələrində Əsgər ona içərisində narkotik vasitə olan bir ədəd bağlama vermiş, həmin bağlama ilə sərhədi keçmiş, Araz çayını keçəndən sonra çayın sahilində havanın işıqlaşmasını gözləmiş, səhər saat 07 radələrində sərhəddəki tikanlı məftillərə yaxınlaşarkən qaçmağa cəhd etsə də, sərhədçilər onu saxlamışlar. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci ildə, saat 16 radələrində tanışı Rahiblə Bakı şəhəri, “Neftçilər” metro stansiyasının yaxınlığında görüşərək istifadə etmək üçün narkotik vasitə olan “kakos” olubolmadığını soruşmuş, sonuncu “var, Biləsuvara gedək, işim var, yolda da birlikdə çəkərik” demiş, həmin gün saat 17 radələrində sonradan tanıdığı Əlihüseyn. Hikmət və Rahiblə birlikdə Bakı şəhərindən yola düşmüş, yolda Rahib telefonla danışmış, kiminlə nə danışdığını eşitməmiş, Rahibin ona verdiyi narkotik vasitədən çəkmiş, Hikmət İmişli rayonunda yerləşən evində avtomobildən düşmüş, 30 avqust 2022-ci ildə səhər saat 05 radələrində Əlihüseyn Rahiblə onu Beyləqan rayonu ərazisində avtomobildən düşürmüş, Rahib Əlihüseynə “danışarıq sonra” deyərək Əlihüseyni yola salmış, iki kilometr piyada getdikdən sonra uzaqdan sərhədin məftillərini görmüş, Rahibə “mən daha gedə bilmərəm, qorxuram” demiş, sonuncu “Sən burda gözlə gəlirəm.” demiş, təxminən 2-3 saat orada Rahibi gözləmiş, sonra sərhədçilər tərəfindən saxlanılmışdır. Rahib narkotik vasitə götürmək üçün ora getdiklərini deməmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 heç bir təsirtəzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs3 ilə oxşar məzmunlu ifadə vermiş və ifadəsində əlavə olaraq göstərmişdir ki, 29 avqust 2022-ci ildə tanışı olan Rahib adlı şəxs ona Beyləqan rayonunun 1-ci Şahsevən kəndinə gedib oradan narkotik vasitə götürməsi qarşılığında 2000 manat pul verəcəyini təklif etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-in 318.1, 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü qismən, yəni CM-in 318.1 və 318.2-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci ildə Rahib Əlihüseynin telefonu ilə ona zəng edərək İran İslam Respublikasına gəzməyə getdiklərini demiş, onun da getmək istəyib-istəmədiyini soruşarkən onlarla razılaşmış, həmin gün saat 17-18 radələrində onu avtomobillə kənddən götürüb Beyləqan rayonunun 1-ci Şahsevən kəndinə getmiş, Əfqan və X19 Respublikası istiqamətində hərəkət etmiş, Rahib “siz qabaqda gedin, biz isə arxanızca gəlirik” demiş, tikanlı məftilləri keçərək İrana getmiş, Araz çayını keçdikdən sonra Əsgər adlı şəxs onları qarşılamış, sonuncuya İran İslam Respublikasına gəzməyə gəldiyini demiş, sonuncu onun sözündən təəccüblənmiş, bir söz deməmiş, Əsgər Əfqan və Ramillə öz aralarında nəsə danışmış, Əsgər Ramil və Əfqanın Azərbaycan Respublikasına narkotik vasitə aparacaqlarını, onun da aparacağı təqdirdə xeyri olacağını təklif etmiş, Əsgərin təklifi ilə razılaşmamış, sonuncu ilə razılaşmadığı üçün “necə gəlmisənsə eləcə də geriyə qayıt” demiş, qayıtmaq qərarına gəlmiş, apardığı paltarlarını qablaşdırdığı bağlamanı özü ilə götürmüş, Əfqan orada qalmış, Ramil isə içərisində narkotik vasitə olan 2 ədəd bağlamanı götürərək sərhədə tərəf yola düşmüş, Ramillə birlikdə Azərbaycan Respublikasına qayıdarkən Ramil irəlidə sərhədi keçmiş, içərisində paltar olan bağlama ilə sərhədə yaxınlaşdığı zaman əsgərlərin Ramili saxladıqlarını görmüş, qorxaraq geriyə, İran İslam Respublikasına qayıtmış, Ramilin tutuluduğunu, özünün isə Azərbaycan Respublikasına keçə bilmədiyini demiş, məcbur olduğu üçün bir neçə gün Əsgərgildə qalmalı olmuş, 22 sentyabr 2022-ci ildə Füzuli rayonu ərazisindən İran İslam Respublikasından Azəraycan Respublikasına keçmiş, həmin ərazidə sərhəd naryadlarının hərəkətini müşahidə etmiş, ərazidəki xidmətlər gözdən itdikdən sonra sərhədi qanunsuz keçərək Azərbaycan Respublikasına gəlmiş, 1 oktyabr 2022-ci ildə Bakı şəhərində “İnşaatçılar” metrostansiyasında polis tərəfindən saxlanılaraq sərhəd xidmətinə təhvil verilmişdir. Hazırda sərhəddi qanunsuz keçdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs4 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 heç bir təsirtəzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə oxşar məzmunlu ifadə vermiş və ifadəsində əlavə olaraq göstərmişdir ki, 29 avqust 2022-ci ildə xalasının oğlu Əlihüseyn ona zəng edib görüşmək istədiyini demiş, Əlihüseynlə Bakı şəhərində, “Neftçilər” metro stansiyasının yaxınlığında görüşmüş, orada əvvəllər Əlihüseynin yanında gördüyü Rahib adlı şəxs və əvvəllər tanımadığı Yetim ləqəbli, Əfqan və Ramil adlı iki nəfər şəxs də olmuş, görüş zamanı Əlihüseyn və Rahib ona “İrandan narkotik götürüb gətirəcəyik”, sən isə sürücü kimi get, qarşlığında sənə 200 manat verəcəklər.” demiş, o da təkliflə razılaşmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirli olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 14 avqust 2022-ci ildə, saat 16 radələrində ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə qayınatasıgilə qonaq getmiş, gecə saat 01 radələrində evinə qayıdarkən çöl qapının açarla açılmadığını və pəncərənin dəmir barmaqlıqlarının açıq olduğunu görüb DİN-in 102 zəng mərkəzi xəttinə məlumat vermiş, polis əməkdaşları yaşadığı evin həyətinə gəldikdən sonra onlarla birlikdə evə daxil olmuş, 3 otağın 2 otağına baxış keçirən zaman hər şeyin qaydasında olduğunu, yataq otağının isə dağınıq vəziyyətdə olduğunu görmüş, yataq otağında dolabın üzərində saxladıqları, içərisində 5000 manat pul, qızına məxsus ümumi dəyəri təxminən 500 manat olan iki cüt qızıl sırğa, Müdafiə Nazirliyi tərəfindən ona təqdim olunan iki ədəd “Qüsursuz xidmətlərə görə”, bir ədəd “Müdafiə Nazirliyinin yaranmasının 90 illiyi” medalı, bir ədəd “Müdafiə Nazirliyinin yaranmasının 100 illiyi medalı”, bir ədəd 50 manat dəyərində yaddaş diski olan qara rəngli dəmir seyfin oğurlandığını aşkar etmişdir. Məhkəmə baxışında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsində işləyən X6 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci ildə, saat 14:30-dan saat 18:30-dək hərbi hissənin 21-ci sərhəd zastavasının 14-1-14-cü sahələrinə gizir Şahid3 və kursant Şahid2 ilə birlikdə “Gözətçi Dəstə” sərhəd naryadı xidmətinə təyin edilmiş, xidmətdə olduqları zaman xidməti marşurut ilə hərəkət edərkən saat 16:30-da Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində 21-ci sərhəd zastavasının 2-ci sahəsinin arxa istiqamətində 2 nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət etdiklərini, onların hər birinin üzərində bir ədəd bağlama olduğunu görmüş, həmin şəxsləri saxlamaq üçün “Dayan!” çağırış komandası vermiş, lakin həmin şəxslər bu vaxt üzərlərində olan bağlamaları ərazidə tullayaraq dövlət sərhəd xətti istiqamətində hərəkət etmiş, dərhal sərhəd zastavasının şəxsi heyətini “Silaha” komandasına qaldıraraq ərazinin qapadılması, axtarış tədbirlərinin həyata keçirilməsi haqqında göstəriş vermiş, gizir Şahid3la birlikdə dövlət sərhəd xəttini yoxlamaq üçün irəliləmiş, 21-ci sərhəd zastavasının 2-ci sahəsi istiqamətində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində və əks istiqamətdə bir neçə nəfər şəxsə məxsus qarışıq ayaq izlərini aşkar etmiş, ərazidə axtarış tədbirləri davam etdirilən zaman saat 23:55-də kiçik gizir X8 tərəfindən sıx qamışlıq və kolluq ərazidə bir nəfər naməlum şəxs saxlanılmış, ilkin araşdırma zamanı həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş, həmin şəxsi görən kimi saat 16:30 radələrində “Dayan!” çağırış komandası verdikləri, üzərində olan bağlamanı atıb dövlət sərhəd xətti istiqamətində irəliləyən şəxslərdən biri olduğunu bilmiş, şifahi sorğu-sual zamanı həmin şəxs çağırış komandası verilən zaman üzərində olan bağlamanı atıb qaçan şəxslərdən biri olduğunu səmimi olaraq etiraf etmiş, digər bağlamanı atıb hadisə yerindən uzaqlaşan Hikmət adlı şəxsin isə dövlət sərhədindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz yolla keçdiyini demiş, onlarla birlikdə narkotik vasitəni gətirməyə kömək edən şəxslərdən birinin isə Əfqan adlı şəxs olduğunu, onun sərhədə yaxınlaşmadığını, İran İslam Respublikası tərəfdə qaldığını bidirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid8 və Şahid2 da şahid X1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci ildə saat 16:32-də hərbi hissənin 21-ci sərhəd zastavası “Silaha” komandasına qalxmış, pərdələyici dəstə sərhəd naryadının tərkibində sərhəd zastavasının 2-ci sahəsinin arxa hüdudunda ərazini qapamış, həmin vaxt ərazidə bir nəfər şübhəli şəxsin hərəkətini müşahidə etmiş, “Dayan!” çağırış komandası verdikdən sonra həmin şəxsi saxlamış, özünün deməsinə görə saxlanılan şəxs Təqsirləndirilən şəxs1 olmuş, bir neçə dəqiqə sonra isə həmin ərazidə daha bir nəfər şəxsi saxlamış, saxladıqları şəxs Şahid11 olmuş, şifahi sorğu-sual zamanı həmin şəxsin Təqsirləndirilən şəxs1 atası olduğunu, onu ora Əlihüseynin çağırdığı məlum omuş, Təqsirləndirilən şəxs1 saxlanılan zaman, eləcə də saxlanıldıqdan sonra sonuncuya qarşı fiziki yaxud psixoloji təzyiq göstərilməmiş, onu döyən, təhqir edən olmamış, Təqsirləndirilən şəxs1 özünün etiraf etməsinə görə Əfqan, Rahib, Ramil və Hikmət adlı şəxslərlə həmin əraziyə gəlmiş, qeyd olunan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz olaraq İran İslam Respublikasına keçib oradan narkotik vasitə gətirəcəklərini, gətirilmiş narkotik vasitəni götürmək üçün oraya gəldiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 oğlu da Şahid5 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2 oktyabr 2022ci ildə 21-ci sərhəd zastavasının inzibati binasında sonradan adını və soyadını bildiyi Təqsirləndirilən şəxs4 30 avqust 2022-ci ildə Azərbaycan Respublikasından İran İslam Respublikasına qanunsuz olaraq keçdiyi hadisə yerinə baxış keçirilməsi ilə bağlı hal şahidi qismində iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs4 qeyd olunan tarixdə qanunsuz olaraq Azərbaycandan İran istiqamətində dövlət sərhədini Ramil və Əfqan adlı şəxslərlə birlikdə pozduğu yeri əli ilə göstərmiş, həmin yer Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında olan ərazi olmuş, bundan başqa, digər hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs4 qeyd olunan tarixdə qanunsuz olaraq İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozduğu yeri əyani olaraq göstərmiş, həmin yer isə Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında olan ərazi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, N sentyabr 2022-ci ildə 21-ci sərhəd zastavasının inzibati binasında adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana içərisində narkotik vasitə olan bağlamanı keçirdiyi hadisə yerinə, hadisə yerindən aşkar edilərək götürülmüş qeyd olunan bağlamaya, həmçinin Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmiş, Əfqan Şükrov saxlanıldığı yeri əyani olaraq göstərmiş, həmin yer Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında olan ərazi olmuş, həmin yerə baxış keçirilən zaman sonuncunun saxlanıldığı yerdə bir ədəd qara rəngli bağlama aşkar edilmiş, Təqsirləndirilən şəxs3 həmin bağlamanın ona məxsus olduğunu, İrandan Azərbaycana gətirdiyini bildirmiş, aşkar edilmiş bağlamaya baxış keçirilən zaman içərisindən sıx yapışqan lentlə sarılmış kiçik bağlamalar aşkar edilmiş, həmin bağlamalara baxış keçirilən zaman bağlamalarda kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə, üzərində “Metadon-40” yazılmış 1 konvalyutda 10 ədəd həb və ağ rəngli kristal şəkilli çəkisi 6.395 qram metamfetaminə bənzər maddə aşkar edilmiş, qeyd olunan maddələr çəkilərək qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 1 dekabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarını aşdığı yeri, hansı formada içəriyə daxil olmasını və yataq otağından seyfi oğurladığı yeri, eyni zamanda Bakı şəhəri, Nizami rayonu, Nizami Abdullayev küçəsində yerləşən yarıtikilidə oğurladığı seyfi sındırdığı yeri göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X12 tərəfindən qəbul edilmiş 30 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərardan görünür ki, 4 may 1997-ci ildə İmişli rayonunda doğulmuş, İmişli şəhəri, H.Aslanov küçəsi 70 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi, saxlaması və daşıması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə axtarış keçirilən zaman göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bülükmüş narkotik vasitə marixaunaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 bükülünün içərisindəkinin marixuana olduğunu, 29 iyun 2022-ci ildə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində çimərlikdə olan zaman qeyri-müəyyən şəraitdə tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materallarında olan məhkəmə-kimyəvi ekspertizasının 1 iyul 2022-ci il tarixli, 7/715 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bükümdə ümumi təmiz çəkisi 8,728 qram olan maddə qurudulmuş marixuanadır. İş materallarında olan 30 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 yalan danışır, seyfdə ümumi dəyəri 500 manat olan iki cüt sırğa və 5000 manat pul olmuşdur və həmin gün mənzilindən oğurlanmışdır. İş materallarında olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs 15 avqust 2022-ci ildə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xəttinə zəng edərək, eyni zamanda həmin tarixdə Bakı şəhəri Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinə ərizə ilə müraciət edərək, həmin tarixdə yaşadığı ünvan 3 ünvanından bir dədə seyfinin, 5000 manat pulunun və 5 ədəd medalının oğurlandığını bildirmişdir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evinin pəncərisinin dəmir barmaqlıqlarının sındırılaraq içəriyə daxil olmağa xarakterik izlər vardır. Yataq otağı dağınıq vəziyyətdədir. Zərərçəkmiş şəxs yataq otağından dolabın üzərində saxladıqları, içərisində 5000 manat pul və yaddaş diski olan bir ədəd seyfin yerində olmadığını bildirmiş, baxış zamanı yataq otağındakı dolabın açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evinin yaxınlığında quraşdırılmış videokameralar vasitəsilə aparılmış “videoçəkilişlərə baxış keçirilməsi haqqında” 2 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 14 avqust 2022-ci ildə, saat 16:07 və 16:25 radələrində bir nəfər şəxs həmin evə yaxınlaşır, saat 22:05 radələrində əlində bir ədəd qutu ilə həmin evdən uzaqlaşır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs3 həmin şəxsin özünün olmasını təsdiq etmişdir. İş materiallarında olan məhkəmə ekspertizası mərkəzindən daxil olmuş 28 noyabr 2022-ci il tarixli, 9/8199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zədələnmiş dəmir seyfin qiyməti 140 (yüz qırx) manatdır. İş materiallarında olan “üzləşdirmə haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs4 ilə digər Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər biri təkrar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı demiş, eyni zamanda Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 üzünə qarşı “30 avqust 2022ci ildə, saat 5-6 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Rahib adlı şəxs və o, birlikdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndinə getdiklərini, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə sərhədi qanunsuz keçərək İran İslam Respublikasına getdiklərini, İran İslam Respublikasında onları qarşılayan Əsgər adlı şəxsin onları evlərinə apardığını, Təqsirləndirilən şəxs3 girov qaldığını, Təqsirləndirilən şəxs2 isə narkotik vasitə olan bağlamanı götürüb onunla birlikdə sərhədi Azərbaycan Respublikası istiqamətində keçdiklərini, sərhədçilərin Təqsirləndirilən şəxs2 tutduqlarını, özünün isə geriyə, İran İslam Respublikasına qayıdıb, Əsgər adlı şəxsin evinə getdiyini, 2022-ci ilin sentyabr ayının təxminən 4-5-də Təqsirləndirilən şəxs3 bir ədəd içərisində narkotik vasitə olan bağlamanı götürüb Azərbaycan Respublikasına gətirmək üçün Əsgərgildən getdiyini, 22 sentyabr 2022-ci ildə Füzuli rayonunun ərazisindən İran İslam Respublikasından Azəraycan Respublikasına keçdiyini” demişdir. İş materiallarında olan “üzləşdirmə haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs4 ilə digər Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər biri təkrar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı demiş, eyni zamanda Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 üzünə qarşı “30 avqust 2022ci ildə, saat 5-6 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Rahib adlı şəxs və o, birlikdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndinə getdiklərini, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə sərhədi qanunsuz keçərək İran İslam Respublikasına getdiklərini, İran İslam Respublikasında onları qarşılayan Əsgər adlı şəxsin onları evlərinə apardığını, Təqsirləndirilən şəxs3 girov qaldığını, Təqsirləndirilən şəxs2 isə narkotik vasitə olan bağlamanı götürüb onunla birlikdə sərhədi Azərbaycan Respublikası istiqamətində keçdiklərini, sərhədçilərin Təqsirləndirilən şəxs2 tutduqlarını, özünün isə geriyə, İran İslam Respublikasına qayıdıb, Əsgər adlı şəxsin evinə getdiyini, 2022-ci ilin sentyabr ayının təxminən 4-5-də Təqsirləndirilən şəxs3 bir ədəd içərisində narkotik vasitə olan bağlamanı götürüb Azərbaycan Respublikasına gətirmək üçün Əsgərgildən getdiyini, 22 sentyabr 2022-ci ildə Füzuli rayonunun ərazisindən İrandan Azəraycan Respublikasına keçdiyini” demişdir. İş materiallarında olan “üzləşdirmə haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs4 ilə digər Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər biri təkrar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı demiş, eyni zamanda Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 üzünə qarşı “30 avqust 2022ci ildə, saat 5-6 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Rahib adlı şəxs və o, birlikdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndinə getdiklərini, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə sərhədi qanunsuz keçərək İran İslam Respublikasına getdiklərini, İran İslam Respublikasında onları qarşılayan Əsgər adlı şəxsin onları evlərinə apardığını, Təqsirləndirilən şəxs3 girov qaldığını, Təqsirləndirilən şəxs2 isə narkotik vasitə olan bağlamanı götürüb onunla birlikdə sərhədi Azərbaycan Respublikası istiqamətində keçdiklərini, sərhədçilərin Təqsirləndirilən şəxs2 tutduqlarını, özünün isə geriyə, İran İslam Respublikasına qayıdıb, Əsgər adlı şəxsin evinə getdiyini, 2022-ci ilin sentyabr ayının təxminən 4-5-də Təqsirləndirilən şəxs3 bir ədəd içərisində narkotik vasitə olan bağlamanı götürüb Azərbaycan Respublikasına gətirmək üçün Əsgərgildən getdiyini, 22 sentyabr 2022-ci ildə Füzuli rayonunun ərazisindən İran İslam Respublikasından Azəraycan Respublikasına keçdiyini” demişdir. İş materiallarında olan “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə digər Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər biri təkrar ifadələrində göstərdikləri xüsusatları bir - birinin üzünə qarşı demişdir. İş materiallarında olan “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə digər Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər biri təkrar ifadələrində göstərdikləri xüsusatları bir - birinin üzünə qarşı demişdir. İş materiallarında olan “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə digər Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər biri təkrar ifadələrində göstərdikləri xüsusatları bir – birinin üzünə qarşı demişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, şahid X6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yalan danışır, sonuncu içərisində narkotik vasitə olan bağlamanı atıb qaçdıqdan bir neçə saat sonra saxlanılmışdır. İş materiallarında olan 25 may 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 Oktay oğlu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yalan danışır, sonuncu içərisində narkotik vasitə olan bağlamanı atıb qaçdıqdan bir neçə saat sonra saxlanılmışdır. İş materiallarında olan 25 may 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yalan danışır, sonuncu içərisində narkotik vasitə olan bağlamanı atıb qaçdıqdan bir neçə saat sonra saxlanılmışdır. İş materiallarında olan 25 may 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yalan danışır, sonuncu içərisində narkotik vasitə olan bağlamaları götürmək məqsədi ilə əraziyə gəldiyi üçün saxlanılmışdır. İş materiallarında olan 25 may 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yalan danışır, sonuncu Hikmət, Rahib, Əfqan və Ramil adlı şəxsləri İran İslam Respublikasından narkotik vasitə gətirmək üçün əraziyə gətirmiş, onlar İrandan Azərbaycan Respublikasına gətirdikləri içərisində narkotik vasitə olan bağlamaları götürdüyü zaman xidməti ərazidə saxlanılmışdırlar. İş materiallarında olan 25 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 yalan danışır, sonuncu içərisində narkotik vasitə olan bağlamanı atıb qaçdıqdan sonra saxlanılmışdır. İş materiallarında olan 25 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid8 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 yalan danışır, sonuncu içərisində narkotik vasitə olan bağlamanı atıb qaçdıqdan sonra saxlanılmışdır. İş materiallarında olan 26 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 yalan danışır, sonuncu içərisində narkotik vasitə olan bağlamanı atıb qaçdıqdan sonra saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Samir Salamovun 31 avqust 2022-ci il tarixli, 16/2315 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 avqust 2022-ci il tarixdə N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının xidməti ərazisində saxlanılmışdır. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının 3-cü sahəsidir. Həmin istiqamətdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndi yaxınlığında sıx kol və qamışlıq sahəsində saxlanılmış Təqsirləndirilən şəxs2 saxlanıldığı yerdən bir ədəd ağ rəngli və bir ədəd sarı rəngli ümumilikdə iki ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 ilə birlikdə həmin bağlamaları Təqsirləndirilən şəxs1 təhvil vermək üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdiklərini, Təqsirləndirilən şəxs1 də həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldıqları ərazidən aşkar olunaraq götürülmüş bağlamalara baxış keçirilən zaman içərisindən 15 kiloqram, 820 qram kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə, 500 qram heroinə bənzər, 420 qram metamfetaminə bənzər maddə aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 1 sentyabr 2022-ci il tarixli, 6/4682 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamada ümumi təmiz çəkisi 465,5 qram olan maddə narkotik vasitə olan heroindir, 397 qram olan ağ rəngli kristal şəkilli maddə psixotrop maddə olan metamfetamindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 1 sentyabr 2022-ci il tarixli, 7/790 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamada ümumi təmiz çəkisi 12840,2 qram maddə narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Samir Salamovun N sentyabr 2022-ci il tarixli, 16/2349 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 N sentyabr 2022-ci ildə hərbi hissənin 21-ci sərhəd zastavasının xidməti ərazisində saxlanılmışdır. İş materiallarında olan N sentyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının 3-cü sahəsidir. Həmin istiqamətdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndi yaxınlığında sıx kol və qamışlıq sahəsində saxlanılmış Təqsirləndirilən şəxs3 saxlanıldığı yerdən bir ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 həmin bağlamanı İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdiyini bildirmişdir. İş materiallarında olan N sentyabr 2022-ci il tarixli aşkar edilmiş “predmetlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş bağlamaya baxış keçirilən zaman içərisindən 6 kiloqram, 300 qram kəskin qoxulu, ot şəkilli marixuanaya bənzər maddə, 10 konvalyut hər konvalyutda 10 ədəd olmaqla üzərində M-40 yazılmış metadona bənzər həblər və 2 ədəd xırda bükümdə metamfetaminə bənzər maddə aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 5 sentyabr 2022-ci il tarixli, 6/4782 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamada ümumi təmiz çəkisi 6,397 qram olan ağ rəngli kristal şəkilli maddə psixotrop maddə olan metamfetamindir. 10 ədəd həb şəkilli maddə narkotik vasitə olan metadondur, həmin 10 ədəd həb şəkilli narkotik vasitə olan metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 5 sentyabr 2022-ci il tarixli, 7/980 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş bağlamada ümumi təmiz çəkisi 5693,664 qram olan maddə narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsində Bilavasitə Tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəisi, polis mayoru Əli Əliyevin 1 oktyabr 2022-ci il tarixli, 13185-1122 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 1 oktyabr 2022-ci ildə metronun “İnşaatçılar” stansiyasında saxlanılaraq dövlət sərhəd xidmətinin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan 2 oktyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 22 sentyabr 2022-ci ildə, saat 1 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçdiyini göstərdiyi yer Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisində yerləşən 20-ci sərhəd zastavasının xidməti ərazisinin 11-ci sahəsidir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən alınmış sorğunun cavabından görünür ki, 30 avqust 2022-ci ildə N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Yetim ləqəbli şəxs isə Təqsirləndirilən şəxs3dur. Digər şəxs isə X3r. Onların narkotik vasitə əldə etdikləri Əsgər adlı şəxsin İran İslam Respublikası vətəndaşı X4 olması müəyyən edilmişdir. İş materiallarında olan 1 sentyabr 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X7 üzərindən aşkar olunaraq götürülmüş Samsung markalı mobil telefona baxış zamanı həmin telefonda olan “WhatsApp” proqramına baxış keçirilərkən adı “Esger” adı ilə qeyd edilmiş +98 914 *** ** ** (İran İslam Respublikası mobil operatoruna məxsus nömrə) nömrə ilə 30 avqust 2022-ci il tarixdə 4 halda telefon danışığının olması müəyyən edilmişdir. Bundan başqa 29-30 avqust 2022-ci il tarixlərində şəxsiyyəti məlum olmayan Rahib adlı şəxsə məxsus 077-304 52-15 mobil nömrəsi ilə 8 halda telefon danışıqlarının olması müəyyən edilmişdir. İş materiallarında olan N sentyabr 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefona baxış zamanı həmin telefonda olan “WhatsApp” proqramına baxış keçirilərkən 98-***-***-**-** nömrəli abonentdən “Ağacların dalından get çatacaqsan” səs göndərilmişdir. Cavab olaraq həmin abonentə 98-905-065- 6370 nömrəli abonent narkotik vasitələrin yerləşdiyi məkanı “WhatsApp” vasitəsi ilə göndərmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 5498 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 5492 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 fevral 2023-cü il tarixli, 1128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 mart 2023-cü il tarixli, 1420 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq 12839.2 qram qurudulmuş marixuana, 5693.314 qram qurudulmuş marixuana, 465.45 qram heroin, 8 ədəd həb metadon, 6.297 qram və 396.95 qram metamfetamin DSX-nın İstintaq və Təhqiqat idarəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin istintaq zamanı müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri etirafedici və zərər çəkmiş şəxsin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məhkəmədəki ifadələrində göstərdiyi bu xüsusatları onlara təyin ediləcək cəzadan, başqa sözlə, onların cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələri onların satış məqsədi ilə əldə etmələri qənaətinə gəlir. Məhkəmə həmin sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Ramil Ağamaliyev və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqında verdikləri ifadələrinə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb özlərini müdafiə xarakteri olmaqla cinayət məsuliyyətindən yayınmağa yönələn cəhd xarakteri daşıyır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitələr heroin, qurudulmuş marixuana, metadon və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışının çıxışlar mərhələsində Dövlət ittihamçısı çıxışında bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 318.1, 318.2, 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs4 əməli isə CM-in 318.1, 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilsə də, lakin Təqsirləndirilən şəxs1 əməli CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuş, ancaq onun CM-in 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsif olunmamış, onun həmin əməli Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə dəyişdirilməlidir. Odur ki, dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs1 206.3.2-ci maddəsi ilə olan əməlinin həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif olunmasını təklif etmiş və məhkəmə işin faktiki hallarını nəzərə alaraq təklifi qəbul etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrinə məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, onlara istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onların tərəfindən törədilmişdir, bu cinayətə görə Təqsirləndirilən şəxs1 CM-in 234.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 177.2.3, 177.2.4, 318.1, 318.2, 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs4 ittiham verildiyi CM-in 318.1, 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 177.2.3, 177.2.4, 318.1, 318.2, 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs4 isə CM-in 318.1, 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib cəzalanmalıdırlar. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdn görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs1, Əfqan Şükrov, Ramil Ağamaliyev və Təqsirləndirilən şəxs4 barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onlara təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların inzibati qaydada tutulduqları gündən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Səbail rayon məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 30 avqust 2022-ci ildən hesablanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 0N sentyabr 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 01 oktyabr 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subay olmaqla İmişli rayonu, H.Aslanov küçəsi, ev 70-də qeydiyyatda olmaqla valideynləri, qardaşı və bacısı ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 subay olmaqla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 54, mənzil 11-də qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Şukrov X5 MR, Naxçıvan şəhəri, Şəhriyar küçəsi ev 22-də qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və 2 azyaşlı uşaqları ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 İmişli rayonu Məzrəli kəndində qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəməyədək icraat zamanı təqsirini etiraf etməsini, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun məhkəməyədək icraat zamanı təqsirini etiraf etməsini və ilk məhkumluğunu Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, məhkəməyədək icraat zamanı təqsirini qismən etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun məhkəməyədək icraat zamanı təqsirini etiraf etməsini və ilk məhkumluğunu Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar məsələsini həll edərkən belə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq DSX-nın İstintaq və təhqiqat idarəsində saxlanılan 12839.2 qram narkotik vasitə qurudulmuş marixuana, 5693.314 qram qurudulmuş marixuana, 465.45 qram narkotik vasitə heroin, 8 ədəd həb metadon, 6.297 qram və 396.95 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs3 tərəfindən ona 5690 (beş min altı yüz doxsan) manat məbləğində maddi ziyan vurulduğunu bildirmiş və həmin ziyanın təqsirləndirilən şəxsdən alınaraq ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən 5690 (beş min altı yüz doxsan) manat məbləğində maddi ziyanla bağlı verilmiş mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan 392 (üç yüz doxsan iki) manat- hər birindən 98 (doxsan səkkiz) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 alınaraq Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun inzibati qaydada tutulduğu gündən, yəni 30 avqust 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 318.1, 318.2, 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 177.2.3 və 177.2.4-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs3 qəti cəza 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun inzibati qaydada tutulduğu gündən, yəni 0N sentyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun inzibati qaydada tutulduğu gündən, yəni 30 avqust 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 318.1, 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 206.3.2ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs4 qəti cəza 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun inzibati qaydada tutulduğu gündən, yəni 01 oktyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan təmiz çəkisi 12839.2 qram narkotik vasitə qurudulmuş marixuana, 5693.314 qram qurudulmuş marixuana, 465.45 qram narkotik vasitə heroin, 8 ədəd həb metadon, 6.297 qram və 396.95 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 392 (üç yüz doxsan iki) manat- hər birindən 98 (doxsan səkkiz) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 alınaraq Dövlət büdcəsinə keçirilsin. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən 5690 (beş min altı yüz doxsan) manat məbləğində maddi ziyanla bağlı verilmiş mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar