Məhkəmə qərarları › İş №1(099)-78/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-78/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-78/2025 23.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, - xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 1(001)-271/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, ev 11, mənzil 13-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1; - xx xxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2; - xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 221.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2019-cu il və 16 mart 2021-ci il tarixli qərarları ilə cəzası müvafiq olaraq 6 (altı) ay və 1 (bir) ay azaldılmış, 28 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 (Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 221.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2019-cu il və 16 mart 2021-ci il tarixli qərarları ilə cəzası müvafiq olaraq 6 (altı) ay və 1 (bir) ay azaldılmış, 28 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən) satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti məhkəməyə və istintaqa məlum olmayan “Yusif” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən birlikdə “Yusif” adlı şəxsin sifarişi və 2.000 (iki min) manat pul təklifi ilə dediyi ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncu və ya qeyriləri tərəfindən məhkəməyə və ibtidai istintaqa naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Masallı rayonu ərazisində yerləşdirilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 9,893 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 12190,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 3043,329 qram çəkidə narkotik vasitə tiryəki və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxil olan təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 12,4 qram olan 310 ədəd narkotik vasitə metadon həbini satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib üzərlərində və Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Astara-Ələt yolunun Masallı rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 11-ci taqımının stasionar postunun yaxınlığına daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 mart 2024-cü il tarixdə, saat 23:20 dəqiqədə Astara-Ələt yolunun Masallı rayonu ərazisində yerləşən Yol Patrul Xidməti Alayının 11-ci taqımının stasionar postunda “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq, həmin postun inzibati binasının həyətində 27 mart 2024-cü il tarixdə, saat 00:15-dən etibarən Təqsirləndirilən şəxs2 razılığı ilə “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış və götürmə zamanı avtomobilin arxa salon hissəsindən yerə qoyulmuş bir ədəd göy rəngli sintetik kisədə hər üçünün də satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları yeddi ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2795,0 qram, 700,0 qram, 1245,0 qram, 1540,0 qram, 1795,0 qram, 2650,0 qram, 1465,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 12190,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, üç ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1469,0 qram, 739,0 qram, 824,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 3032,0 qram olan narkotik vasitə tiryək və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 12,0 qram olan 300 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 27 mart 2024-cü il tarixdə, saat 02:00-dan etibarən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində ayrıayrılıqda şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə külli miqdarda 9,893 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə 11,329 qram çəkidə narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs3 əynindəki gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, lakin satışı ilə məşğul olmamışdır. Özünü narkotik istifadəçisi kimi təqsirli bilir. Təqsirləndirilən şəxs2lə iş yoldaşı olmuş, maşın işində işləmişlər, Təqsirləndirilən şəxs3 isə əvvəllər tanımamışdır. Rasimi ilk dəfə 26 mart 2024-cü il tarixdə Rahiblə birlikdə Masallı rayonuna maşına baxmağa gedəndə, sonuncunun avtomobilinə minəndə görmüşdür. Özünün avtomobili satıldığı üçün rayona Rahibin maşını ilə getmişlər. Yolda sosial şəbəkədə tanış olduğu Yusif adlı şəxsə zəng edərək şəxsi istifadəsi üçün 200 (iki yüz) manatlıq “nəşə” (marixuana) istəmiş, Yusif də ona düzələcəyini, zibil kisəsinin içində nəşə olduğunu bildirmişdir. Deyilən yerə gedəndə zibil kisəsinin olmadığını, başqa şeylərin olduğunu görüb, heç nə götürməyərək geri qayıtmışlar. Saxlanılan vaxt üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onları saxlayandan sonra onu boğmuş, Rahibin dişlərini sındırmış, heç nədən xəbəri olmayan Rasimi isə yerdə sürümüşlər. Hər şey postda baş vermiş, orada kamera olmuşdur. Polislər ona, maşına qoyduqları kisəni 2.000 (iki min) manat müqabilində Bakıya daşımalı olduğunu bildirməsini demişlər. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, tanışlığı Təqsirləndirilən şəxs2lə olmuş, 26 mart 2024-cü il tarixədək Təqsirləndirilən şəxs3lə yalnız bir dəfə görüşmüşdür. Rahib yanına gəlmiş, Rasimi də həmin vaxt maşında görmüşdür. Rayona gəlməkdə məqsədləri narkotik deyil, avtomobil almaq olmuşdur. Yola çıxmamışdan qabaq Rahib də bunu belə bilmiş, yolda isə onun Yusiflə danışdığını və marixuana istədiyini öyrənmişdir. Yusif adlı şəxsi iki-üç ay olardı ki, tanımışdır. Yusifi tanıyana qədər narkotik vasitəni müxtəlif yollarla tapmış, olmayanda istifadə etməmişdir. Yusiflə beş-altı dəfə danışığı olmuş və Yusif azərbaycanlı olduğunu ona bildirmişdir. Yusifin ləhcəsi azərbaycanlı ləhcəsinə oxşamışdır. Yusif əvvəllər bir-iki dəfə ona təklif etmişdir ki, göndərdiyi narkotik vasitələri Azərbaycanda götürüb özündə saxlasın, sonradan pul müqabilində dediyi ünvanlara qoysun və ya dediyi şəxslərə çatdırsın, lakin onunla razılaşmamışdır. Rahibə Yusif barədə deyəndə Rahib Yusifi tanımış və etiraz etməyərək “yolüstüdür, alınsa götürərik” demişdir. Yolda Yusifə zəng etmiş və 200 (iki yüz) manat müqabilində “nəşə” (marixuana) istəmişdir. Yusif, təxminən, 200 (iki yüz) manat müqabilində 250-300 qrama yaxın nəşə qoyduracaqmış. Yusifin qoyduğu kisəni götürməmiş, buna səbəb tutulmaqdan qorxması olmuş, həm də, həmin kisədə olan narkotik vasitələr ona deyilən çəkidə olmamış, yəni çox olmuşdur. Avtomobildə qanunsuz heç nə olmadığı üçün postun olmadığı yolla (köhnə yola tərəf) getməmişlər. Rasimin avtomobilə əyləşib onlarla birlikdə getməsinin səbəbini bilməmiş, Rahib yol yoldaşı kimi qardaşı Rasimi götürdüyünü bildirmişdir. Rasim yolda yatmış vəziyyətdə olmuş, onunla narkotik vasitə barədə danışığı olmamışdır. Yusif çatanda onlara konum atacaq, nəşə də zibil kisəsində olacaqmış. Rahib həmin kisəni görəndə götürməsinə etiraz etmişdir. Yusifin dediyi yerdə narkotik vasitə olan kisəni görəndə Rasim oyaq olmuşdur. Həmin nəşə ilə bağlı Rasimin hər-hansı marağı olmamış, ona bir list metadon həbi verməmişdir. Polis əməkdaşları onları saxlayanda hava qaralmış, saat 11-12 radələri olmuşdur. Rahib maşını saxlamış, arxadan onların içərisində olduqları maşın vurulmuş, nəticədə maşınlarının şüşəsi, qapısı sındırılmışdır. Saxlanıldıqdan sonra Masallı postunun həyətinə aparılıb, orada döyülmüşlər. Onu döyənlərdən biri səhv etmirsə, Şahid2 idi. Saxlanıldıqdan bir-iki saat sonra üzərlərinə şəxsi axtarış və maşına baxış keçirilmişdir. Şəxsi axtarışda üzərlərindən aşkar olunan narkotik vasitələri polis əməkdaşları şöbədə onlara vermişlər. Külli miqdarda narkotik vasitələrin olduğu kisəni polis əməkdaşları ağ rəngdə “Niva” markalı maşından götürüb gətirib onların olduğu maşına qoymuşlar. Kisəni maşına qoyan şəxsi üzdən görsə, tanıyar. Kisənin maşına qoyulduğu yerlə postun arası bir-iki kilometr idi. “58” rəqəmi yazılmış lövhə Astara-Bakı istiqamətində yerləşir. Onu döyən polis əməkdaşlarını birinci dəfə idi ki, görmüşdür. Onları saxlayan polis əməkdaşları yeddi-səkkiz nəfər olmuşlar. Postda onu üç-dörd nəfər döymüşdür. Regional şöbədə onu döyməmiş, yalnız psixi təsir göstərmişlər. Polis əməkdaşları silahla başına vurmuşlar. Polis əməkdaşları tərəfindən saxlanılanda avtomobildə özü qabaq sərnişin oturacağında, Rasim isə arxa oturacaqda əyləşmişdir. Polis əməkdaşlarının Rasimi sürüyə-sürüyə apardıqlarını görmüşdür. Avtomobildə olan kameranı, yəqin ki, polis əməkdaşları götürmüşlər. Polis əməkdaşları onları avtomobildən çıxardıqdan sonra avtomobilin açarı üzərində, qapıları isə açıq qalmışdır. Postda ayrı-ayrılıqda saxlanılmış və bir saata yaxın döyülmüşlər. Üzərlərində şəxsi axtarış saat yarım, iki saata yaxın çəkmiş, həmin müddətdə kameraya salınmışdır. Şəxsi axtarışda “qəribə” görünməsinə səbəb döyülməsi olmuşdur. Avtomobilə baxışda iştirak etməmiş və həmin istintaq hərəkətinin nə vaxt həyata keçirildiyini bilməmişdir. Şəxsi axtarışda ona qarşı edilən qanunsuz hərəkətlər barədə deməsinin mənası yox idi, çünki, videoçəkiliş dayandırılıb yenidən davam etdiriləcəkdir. Bir dəfə, yəni tutulan günü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, ondan sonra həmişə Bakı İstintaq Təcrixanasında olmuşdur. İstintaq hərəkətləri aparılanda müdafiəçisini görməmişdir. Müstəntiq boş kağızlara ona imza etdirmiş, işinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlanacağını bildirmiş və həmin vaxt yanında vəkil olmamışdır. Vəkili videoçəkilişdə görmüşdür. İbtidai istintaq zamanı hüquqları ona izah olunmamışdır. Cinayət işinin materialları ilə tanış olanda yanında vəkil olmamış, vəkilini cəmi bir dəfə görmüşdür. Müstəntiq Bakı İstintaq Təcridxanasına gələrək onu dindirmişdir. Latın qrafikasını deyil, kiril qrafikasında bilir. İfadəsini oxumamış, nə də həmin ifadə ona oxunmuşdur. Rasim və Rahiblə üzləşdirilməmiş, bu barədə protokola imza etdirilməsi kimi bir hal olmamışdır. Regional Şöbədə müayinədən keçirilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərində olan xəsarətlərlə bağlı izahatı alınmışdır. Bakı İstintaq Təcridxanasında döyülməsi barədə bildirmiş, lakin bu barədə qeydiyyat aparılıb-aparılmamasını bilməmişdir. Başında və boğazında xəsarətlər (əl izləri) olmuşdur. Polis əməkdaşları onu döydükləri üçün onların dedikləri ilə razılaşmışdır. Təqsirləndirilən şəxs qismində dindiriləndən sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə aparılmış, lakin ona baş verən qanunsuzluqları deməsi üçün orada da şərait yaradılmamışdır. Bununla belə, həmin vaxt məhkəmədə ittihamda qeyd olunan narkotik vasitələrin ona aid olmadığını, polislərin döyərək boynuna qoyduqlarını bildirmişdir. Döyülməyi ilə bağlı hərhansı orqana şikayət etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi xx.xx.2024-cü il tarixli ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 263.1 və 237.1-ci maddələri ilə məhkum olunmuşdur, on ilə yaxın müddətdir narkotik vasitə olan heroin və qurudulmuş marixuanadan istifadə edir. Qəbul etdiyi narkotik vasitələri Bakı şəhərində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etmişdir. Tutulmamışdan təxminən üç ay əvvəl sosial şəbəkədə “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və sonrakı dövrdə narkotik vasitələri ondan almışdır. “Yusif” adlı şəxslə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayır və sifariş verdiyi narkotik vasitənin pulunu həmin şəxsin verdiyi bank hesabına köçürürmüş, sonra həmin şəxs narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkilini və konumunu onun mobil telefonuna göndərirmiş və o, da gedib narkotik vasitələri qoyulduğu yerlərdən götürürmüş. “Yusif” adlı şəxsdən bir necə dəfə narkotik vasitə aldıqdan sonra onların arasında münasibət yaranmışdır. 26 mart 2024-cü il tarixdə “Yusif” adlı şəxs səhər vaxtı onunla əlaqə saxlayıb Azərbaycana narkotik vasitələr göndərəcəyini bildirmiş və təklif etmişdir ki, göndərdiyi narkotik vasitələri Azərbaycanda götürüb özündə saxlasın, sonradan isə özünün deyəcəyi ünvanlar qoysun və ya dediyi şəxslərə versin və bunun müqabilində ona narkotik vasitə və pul verəcək. Son dövrdə maddi imkanı pis olduğu üçün çətinlik çəkir, eyni zamanda istədiyi zaman özünə narkotik vasitə ala bilmirmiş. Buna görə də, məcbur olub “Yusif” adlı şəxsin təklifi ilə razılaşmışdır. “Yusif” adlı şəxs ona bildirmişdir ki, narkotik vasitələr həmin günü axşam vaxtı Masallı rayonu ərazisinə qoyulacaq, narkotik vasitələrin qoyulduğu yerin şəkilini və konumunu ona göndərəcək, həmin narkotik vasitələri götürüb Bakı şəhərinə aparıb özündə saxlasın, sonra isə dediyi ünvanlara qoyub həmin yerlərin şəkilini və konumunu göndərməsi müqabilində ona 2.000 (iki min) manat pul və özü istifadə etmək məqsədi ilə narkotik vasitə verəcəkdir. “Yusif”lə razılaşmışdır. Narkotik vasitəni gedib rayondan götürmək üçün avtomobili olmadığına görə bu barədə tanışı Təqsirləndirilən şəxs2 məlumat verərək, onun avtomobili ilə rayona getməyi fikirləşmiş və buna görə də “Yusif” adlı şəxsə avtomobili olmadığı üçün narkotik vasitəni götürmək üçün rayona tanışı Rahiblə birlikdə getmək istədiyini bildirmişdir. Rahibi altı-yeddi aya yaxın müddətdir tanıyırdı və Rahib özü də narkotik vasitələr qəbul etdiyi üçün onu “Yusif” adlı şəxslə tanış etmişdir. Rahib də bir aya yaxın müddətmiş ki, narkotik vasitələri “Yusif” adlı şəxsdən əldə edirmiş. Buna görə də “Yusif” adlı şəxsin Rahiblə də münasibəti yaranmışdır. Narkotik vasitələri götürmək üçün rayona Rahibin avtomobili ilə getmək istədiyini bildirdikdə, “Yusif” adlı şəxs buna etiraz etməmiş, ona bildirmişdir ki, Rahibin avtomobili ilə rayona gedəcəyi təqdirdə ona da özü istifadə etmək üçün narkotik vasitə verəcəkdir. “Yusif” adlı şəxs Rahibin həmişə ondan narkotik vasitə tiryək aldığını, göndərdiyi narkotik vasitənin içərisində tiryək olduğunu və həmin tiryəkdən 10 qram götürüb Rahibə verməsini bildirmişdir. Bundan sonra Rahibə zəng etmiş, lakin sonuncu telefona cavab verməmiş, bu barədə “Yusif” adlı şəxsə məlumat vermiş və rayona nə vaxt gedəcəyini Rahiblə danışdıqdan sonra deyə biləcəyini qeyd etmişdir. “Yusif” adlı şəxs özü də Rahiblə əlaqə saxlamağa çalımış, lakin Rahib telefona cavab vermədiyi üçün onunla danışa bilməmişdir. Həmin günü günortadan sonra Rahib onunla əlaqə saxlamış, o da Rahibə “Yusif” adlı iranlı şəxsin ona narkotik vasitələr göndərdiyini və onun avtomobili ilə gedib həmin narkotik vasitələri Masallı rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirmələrini təklif etmiş, bunun müqabilində 1.000 (bir min) manat pul və özü istifadə etmək üçün 10 qram narkotik vasitə tiryək verəcəyini bildirmiş, Rahib də razılaşmışdır. Sonra Rahib özü də “Yusif” adlı şəxslə əlaqə saxlayıb danışmışdır. 26 mart 2024-cü il tarixdə, saat 16 radələrində Rahiblə Ramana qəsəbəsində görüşmüş və onun idarə etdiyi “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonuna yola düşmüşlər. Avtomobildə bir nəfər tanımadığı şəxs olmuş, Rahib həmin şəxsin qardaşı Rasim Əsədullyev olduğunu bildirmiş və onları tanış etmişdir. Rahibdən nə üçün rayona qardaşı ilə birlikdə getdiyini soruşduqda, Rahib cavab vermişdir ki, qardaşının onlarla birlikdə getməsində heç bir narahatçılıq yoxdur, yolda hər hansı bir xoşagəlməz məsələ baş verərsə, onlara köməklik edər. Rahib qardaşı Rasimin metadon həbi qəbul etdiyini və “Yusif” adlı şəxsdən qardaşı üçün bir list metadon həbi göndərməsini xahiş etməsini ona bildirmiş, o da “Yusif”lə danışan zaman bu barədə sonuncudan xahiş edəcəyini qeyd etmişdir. Yolda Rahibin avtomobilinə 40 (qırx) manatlıq yanacaq vurmuşdur. Rayona gedən zaman “Yusif” adlı şəxslə əlaqə saxladıqda, Yusif narkotik vasitələrin qoyulmasında gecikmə olduğunu və yavaş-yavaş getmələrini bildirmişdir. Həmin vaxtı “Yusif” adlı şəxsə məlumat vermişdir ki, Rahibin qardaşı Rasim də onlarla birlikdə rayona gedir və xahiş etmişdir ki, imkanı varsa, Rasimə bir list metadon həbi göndərsin, “Yusif” də ona etiraz etməmişdir. Həmin günü saat 22:30 radələrində “Yusif” adlı şəxs narkotik vasitələrin qoyulduğu yerin şəkilini və konumunu həm onun, həm də Rahibin mobil telefonuna göndərmişdir. “Yusif” adlı şəxs ona narkotik vasitələrin bir ədəd kisənin içərisində yolun kənarında gizlədildiyini, kisəni götürdükdən sonra ağzını açmasını və kisənin içərisində ayrıca olaraq bir ədəd sellofan bükümdə 10 qram çəkidə narkotik vasitə heroin və bir list metadon həbi olduğunu, həmin heroini özünə götürməsini və bir list metadon həbini isə Rahibin qardaşına verməsini, eləcə də kisədə olan narkotik vasitə tiryəkin üzərindən 10 qram götürüb Rahibə verməsini, sonra kisənin ağzını bağlamasını və həmin kisənin içərisində olan digər narkotik vasitələri Bakı şəhərində onun deyəcəyi əraziyə qoymalı olduğunu demiş, kisənin içərisində olan narkotik vasitələrdən əlavə olaraq götürülməməsini tələb etmişdir. Rahibin qardaşı Rasim Bakı şəhərindən çıxdıqdan sonra avtomobildə arxa oturacaqda yatdığı üçün onların “Yusif” adlı şəxslə danışıqlarından məlumatı olmamışdır. Lakin onlar Masallı rayonuna çatmalarına az qalmış Rasim onların danışığından rayona nə üçün getdiklərini başa düşmüş, Rahib isə qardaşına bildirmişdir ki, “Yusif” adlı iranlı şəxsdən xahiş etmişlər ki, onun üçün də bir list metadon həbi göndərsin. Rasim də onlarla birlikdə gedib iranlı şəxs tərəfindən göndərilən narkotik vasitələri götürmələrinə etiraz etməmişdir. Həmin günü təxminən saat 23 radələrində Masalı rayonu ərazisinə çatmışlar, Masallı rayonu ərazisində Dövlət Yol Polis Postunu keçib Astara rayonu istiqamətində əsas yolla hərəkətlərini davam etdirmişlər. Təxminən üç kilometr getdikdən sonra həmin yolun üzərində sağ tərəfdə yerləşən “58” rəqəmi yazılmış lövhənin yanında avtomobili saxlamışlar. Avtomobildən yerə düşmüş, mobil telefonuna göndərilən işarə edilmiş şəkilə əsasən yolun sağ kənarında, içərisində narkotik vasitə olan kisəni axtarmağa başlamış, yoldan təxminən 15-20 metr aralı məsafədə gizlədilmiş bir ədəd göy rəngli sintetik kisə tapmış, həmin kisənin “Yusif” adlı şəxs tərəfindən göndərilən içərisində narkotik vasitələr olan kisə olduğuna tam əmin olduqdan sonra kisəni götürüb tez avtomobilin yanına yaxınlaşmışdır. Kisəni avtomobilə qoyduqdan sonra Rahib avtomobili işə salmış və Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Avtomobildə kisəni açmış və kisənin içərisində üst tərəfdə bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və bir list metadon həbinin olduğunu aşkar etmişdir. “Yusif” adlı şəxs əvvəlcədən ona bildirmişdir ki, bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini özü götürsün, buna görə də, həmin narkotik vasitəni özü götürüb cibinə qoymuş, narkotik vasitə heroinin yanında olan bir list metadon həbini isə Rasimə vermiş, sonra isə kisənin içərisində olan sellofan bağlamalardan birinin içərisindəki narkotik vasitə tiryəkin üzərindən təxminən 10 qram götürüb sellofana bükərək Rahibə vermiş, narkotik vasitələrin bölgüsündən heç kim narazı qalmamışdır. Bakı şəhərinə qayıdan zaman saat 23:20 radələrində Masallı rayonu ərazisində yerləşən Dövlət Yol Polis Postunu keçərkən polis əməkdaşlarının onlara avtomobili saxlamaları barədə işarə verdiklərini görmüşlər. Həmin vaxt polis postunun içərisində mülki avtomobillərin yolu bağladıqlarını görüb başa düşmüşlər ki, polis əməkdaşları onları tutmaq üçün yolu bağlayıblar və dayanmaları üçün işarə verirlər. Rahib qorxmuş və avtomobili saxlayıb geriyə doğru hərəkət etdirərək qaçmaq istəyərkən avtomobili arxada olan polis avtomobilinə vurmuşdur. Qaça bilməyəcəklərini başa düşmüşlər və Rahib avtomobili saxlamışdır. Avtomobilə yaxınlaşan polis əməkdaşları özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları olduqlarını bildirmiş və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun, Rahibin, Rasimin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, onları barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Polis əməkdaşları tərəfindən tutulduqlarını görüb yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərlərində və idarə etdikləri avtomobildə narkotik vasitələr vardır. Bundan sonra polis əməkdaşları onları Baş Dövlət Yol Polis İdarəsinin postuna dəvət etmişlər, həmin gecə üzərlərinə və Rahibin icazəsi ilə idarə etdiyi “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis postunun həyətində baxış keçirilmişdir. Baxış zamanı Rahib özündə olan açarla avtomobilin qapılarını açmış, o, isə avtomobilin arxa salon hissəsində yerə qoyulmuş bir ədəd göy rəngli sintetik kisəni götürüb polis əməkdaşlarına təqdim etmiş və kisənin içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin kisə açıldıqda kisənin içərisindən yeddi ədəd üzəri yapışqan lentlə bağlanmış bağlama və bir ədəd ağ rəngli sellofan torba aşkar edilmişdir. Ağ rəngli sellofan torbaya baxış zamanı torbanın içərisindən üç ədəd üzəri yapışqan lentlə bağlanmış bağlama və dərman həbləri, həmin üç ədəd sellofan bağlamanın içərisindən isə narkotik vasitə tiryək, üzəri yapışqan lentlə bağlanmış yeddi ədəd sellofan bağlamaya baxış zamanı içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Kisənin içərisində aşkar edilmiş metadon adlı dərman həbləri sayılmış, hər birində 10 ədəd olmaqla otuz list metadon adlı dərman həbi olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitələr və dərman həbi polis əməkdaşları tərəfindən aşkar olunmuş sintetik kisənin içərisinə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri tərəflərindən imzalanmışdır. Sorğu zamanı aşkar edilmiş narkotik vasitələrin “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri iranlı şəxsin dediyi ünvanlara qoyaraq və həmin yerlərin şəkillərini çəkib iranlı şəxsə göndərməsi müqabilində həmin şəxs tərəfindən ona 2.000 (iki min) manat pul və özü istifadə etmək məqsədi ilə narkotik vasitə veriləcəyini, iranlı şəxs tərəfindən ona veriləcək 2.000 (iki min) manat pulun yarısını isə Masallı rayonuna gəlib narkotik vasitələri götürməkdə ona köməklik etdiyi üçün Rahibə verəcəyini qeyd etmişdir. Bundan sonra avtomobilə keçirilmiş baxışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və həmin protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra onlar polis əməkdaşları tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirilmişlər, orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmiş, bu zaman üstündə narkotik vasitə heroin olduğunu bildirib əynindəki gödəkcəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümü və şalvarının sağ yan cibində olan bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə kakos, yəni heroin olduğunu bildirmişdir. Həmin bir ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş, kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefon polis əməkdaşları tərəfidən götürülmüşdür. Sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroinin “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərilən və “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş külli miqdarda narkotik vasitələr olan kisənin içərisindən götürdüyünü və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlinə görə çox peşman olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə və eyni zamanda yanında olan tanışlarına qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünün də polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir (cild 01, i.v. 269-276). Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, qorxduğu üçün həmin ifadəni imzaladığını, son sözündə ittihamda qeyd olunan miqdarda və növdə narkotik vasitələrin dalınca getmədiyini, polislərin onlara qarşı etdiklərinin müşahidə kameralarına düşdüyünü bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, Təqsirləndirilən şəxs1 əvvəllər tanımışdır. Ceyhun ona zəng edərək avtomobilə baxmaq üçün Lənkərana getməyi təklif etmiş, yol xərci kimi 100 (bir yüz) manat müqabilində razılaşmışlar. Ceyhun ona 40 (qırx) manat vermiş, o da maşına yanacaq vurmuş, qalan 60 (altmış) manatı isə sonra verəcəyini bildirmişdir. Yolda maşın xarab olmuş, avtomobil söhbəti kənarda qalmış, narkotik vasitə götürməyə getmişlər. Gedib narkotik vasitənin olduğu kisəni görmüşlər, lakin aralarında kisəni götürübgötürməmək barədə mübahisə yaranmış və həmin kisəni götürmədən Bakıya qayıtmışlar. Yolda postun bağlı olduğunu görüb, maşını saxlamışlar. Həmin vaxt 26 mart 2024-cü il tarix, gecə saat 11-12 radələri olmuşdur. Postun yanında polis əməkdaşları videoçəkiliş gedə-gedə maşının kimə məxsus olmasını ondan soruşmuşlar, cavabında özünə məxsus olduğunu bildirmişdir. Saxlanılandan sonra tanımadığı polis əməkdaşı maşının açarını ona verərək, qapını açmasını bildirmiş və qapını açanda maşının içərisində nəşə olduğunu görmüş, Ceyhun həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Sonradan onları Regional Şöbəyə aparmış və orada üzərlərinə şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, ibtidai istintaq zamanı ona göstərilmiş təzyiq nəticəsində etirafedici ifadə vermişdir. Ona qarşı nalayiq ifadələr işlədilmişdir. Avtomobil özünə məxsus olmuş və özü idarə etmişdir. Qardaşı Təqsirləndirilən şəxs3 qulaq yoldaşı kimi özü ilə aparmış və bu onun təşəbbüsü olmuşdur. Rasimə maşına baxmağa getdiklərini bildirmişdir. Maşını Ceyhun üçün alacaqmışlar. Rasim maşının arxa oturacağında yatmış və narkotik söhbətindən xəbəri olmamış, bu barədə sonradan, “konum” yerinə çatarçatmaz anlamışdır, çünki, Ceyhunla o, kisəni götürüb-götürməməklə bağlı mübahisə etmişlər. Yolda metadon, tiryək söhbəti olmamışdır. Bakıya gələn köhnə yol narahat olduğundan təzə yolla qayıtmışlar. Əgər maşında narkotik vasitə olsaydı, Bakıya köhnə, yəni post olmayan yolla qayıdardılar. Kisənin olduğu yerdən uzaqlaşanda kisəni hansı maşının götürməsini görməmişdir. Postda maşını saxlamış, qaçmamışdır. Port-İlicdə evləri var, əvvəllər Lənkərana gəlmişdir. Maşın almaq üçün Lənkəran rayonu, Sütəmurdov körpüsünün yanına getməli olmuşlar. Girdəni körpüsündən geri qayıtmaqlarına səbəb isə “nəşə” götürmək olmuşdur. “Konum” atılan yerə (“58” rəqəmi yazılmış lövhənin yanı) getdikdən sonra Bakı istiqamətində qayıtmışlar, buna səbəb qorxması olmuş, çünki, oyun qurulduğunu hiss etmişdir. Maşını əzilmiş, buna səbəb “Niva” markalı avtomobilin onun maşınını vuraraq qabağa atması olmuşdur. Onu saxlayan yol polisləri olmuşlar. “Niva” markalı avtomobil onun maşınını vuranda arxadan gələn avtomobilləri görməmişdir. “Niva” markalı avtomobili sürən şəxs onu döyüb, təhqir etmişdir. Həmin şəxs saqqallı, cavan, mülki geyimdə olmuş, adını və rütbəsini bilməmişdir. Onu ümumilikdə üç nəfər döymüşdür. Ceyhunun yanında döyülmüşdür. Ceyhunu da etirafedici ifadə almaq üçün döymüşlər ki, 2.000 (iki min) manat müqabilində kisəni Bakıya daşıyacağını desin. Polis əməkdaşları maşınının arxa təkərini partlatmışlar hansı ki, onu özü təmir etdirmişdir. Maşınının qabaq şüşəsi də sındırılmışdır. Regional Şöbəyə aparılanda öz maşınını polis əməkdaşı idarə etmiş, ön oturcaqda polis, arxada Ceyhun və daha bir polis onunla birlikdə əyləşmişlər. Polis əməkdaşlarının vurması nəticəsində dişi sınmışdır, lakin bunun təpik və yaxud yumruq nəticəsində baş verdiyini bilmir. Dişlərinin sınmasını təcridxanada vəkilinə də bildirmişdir. Zərbə nəticəsində dodağında xəsarət (partlaq) yaranmış, ağzından qan gəlmişdir. Dodağının partlamasının videoçəkilişdə görünməməsi barədə heç bir fikiri yoxdur. Başı və ağızı şişmişdir, tapançanın arxası ilə başına vurmuşlar. Ceyhunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin hamısı ilə razı deyildir. Belə ki, yolda olduqları vaxt Ceyhunun narkotik vasitə götürəcəyini bilmişdir. Ceyhuna çəkməyə nəyin var deyə soruşmuş, o da heç nə deyərək, yolda adam olduğunu və götürə biləcəklərini demiş, ona, “imkan varsa, götürərik” cavabını vermişdir. İçərisində narkotik olan kisəni atıb, götürmədən geri qayıtmışlar. İki-üç kilometr posta kimi getmişlər. Maşında qanunsuz nəsə olmadığı üçün postdan yayınmamışdır. Maşınında olan kameranı tanımadığı şəxs polis bölməsində götürmüşdür. Qapını açıb onu çıxarmışlar, açar maşında qalmış və bu barədə kimsə qərar verməmişdir. Onları apardıqdan bir saat, saat yarım sonra maşına baxış keçirilmişdir. Maşını baxış keçirmək üçün postun yanına kimin gətirdiyini bilmir, lakin həmin şəxs polis əməkdaşı olmuşdur. Maşının yerin özü dəyişdirməmişdir. Polislərin maşına qoyduğu kisə gördükləri kisə ilə eyni olmuşdur. Polis əməkdaşları kisəni maşının yük yerinə deyil, salonuna qoymuşlar. Kisəni maşına kimin qoymasını görməmişdir. Maşına baxış keçiriləndə vəkili olmamış, Regional Şöbədə vəkil təqdim edilməsini görməmişdir. Bakı İstintaq Təcridxanasında olanda müstəntiq dörd-beş dəfə yanına gəlmiş, yanında bir xanım da olmuş və sonuncu onu görüb sadəcə salam vermiş, onunla söhbət etməmişdir. Oxuya bilmədiyi üçün ifadəsini oxumadan imza etmiş, müstəntiq onun işinin asan olduğunu, külli miqdar olmayan 5 qram tiryəklə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə gedəcəyini bildirmiş, o da narkotik vasitə istifadəçisi olduğu üçün müstəntiqin dedikləri ilə razılaşmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2024-cü il tarixli ifadə arasında yaranmış ziddiyyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi ziddiyyət yaranmış hissədə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə dəfələrlə məhkum olunmuş, azadlığa çıxandan sonra kredit yolu ilə aldığı “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Uzun müddətdir narkotik vasitələr qəbul edir. Tiryək və qurudulmuş marixuanadan istifadə etmiş, qəbul etdiyi narkotik vasitələri Bakı şəhərində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etmişdir. Tutulmamışdan təxminən bir ay əvvəl altı-yeddi aydır tanıdığı Təqsirləndirilən şəxs1 onu “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış etmiş və sonrakı dövrdə narkotik vasitələri həmin şəxsdən almışdır. “Yusif” adlı şəxslə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış, sifariş verdiyi narkotik vasitənin pulunu həmin şəxsin verdiyi bank hesabına köçürmüş, sonra həmin şəxs narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara qoyub, yerlərin şəkilini və konumunu onun mobil telefonuna göndərmiş, o da gedib narkotik vasitələri qoyulduğu ünvandan götürmüşdür. 26 mart 2024-cü il tarixdə günorta vaxtı Ceyhun ona bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı “Yusif” adlı şəxs onunla əlaqə saxlamış və Masallı rayonu ərazisinə narkotik vasitələr qoyacağını, həmin narkotik vasitələri gedib götürməsini və Bakı şəhərinə gətirib sonradan onun dediyi əraziyə qoyub həmin yerin şəkilini və konumunu ona göndərməsini, bunun müqabilində “Yusif” adlı şəxsin ona, yəni Ceyhuna 2.000 (iki min) manat pul və özü istifadə etmək məqsədilə narkotik vasitə verəcəyini bildirmiş və narkotik vasitələri götürmək üçün onun avtomobili ilə rayona getməyi təklif etmişdir. Ceyhun birlikdə rayona gedib narkotik vasitələri götürüb Bakı şəhərinə gətirməkdə ona köməklik edəcəyi təqdirdə, “Yusif” adlı şəxs tərəfindən ona verilən 2.000 (iki min) manat pulun yarısını və eyni zaman da özü istifadə etmək üçün 10 qram çəkidə narkotik vasitə tiryək verəcəyini təklif etmişdir. Pula ehtiyacı olduğu üçün Ceyhunun təklifi ilə razılaşmış, sonra “Yusif” adlı şəxsin özü də onunla əlaqə saxlamış və Ceyhunla birlikdə Masallı rayonuna gedib narkotik vasitələri götürüb Bakı şəhərinə gətirməsini təklif etmiş, pul məsələsini Ceyhunla danışdığı üçün ona bu barədə bir söz deməmiş, lakin rayona gedib narkotik vasitələri götürüb Bakı şəhərinə gətirməkdə Ceyhuna köməklik edəcəyi təqdirdə ona, 10 qram narkotik vasitə tiryək verəcəyini bildirmişdir. “Yusif” adlı şəxsin təklifi ilə razı olduğunu bildirmiş, bundan sonra böyük qardaşı Təqsirləndirilən şəxs3 işi olduğu üçün Masallı rayonuna getdiyini və onunla birlikdə rayona getməsini təklif etmişdir. Fikirləşmişdir ki, yolda xoşa gəlməz bir hadisə baş versə, Rasim də onlara köməklik edə bilər. Beləliklə, 26 mart 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ramana qəsəbəsinə gedib, orada Ceyhunla görüşmüşlər və sonuncunu qardaşı Rasimlə tanış etmişdir. Qardaşı Rasim Bakıdan çıxdıqdan sonra avtomobildə arxa oturacaqda yatdığı üçün Ceyhunun “Yusif” adlı şəxslə danışıqlarından məlumatı olmamış, lakin Masallı rayonuna çatmalarına az qalmış onların danışıqlarından rayona nə üçün getdiklərini başa düşmüşdür. Rasimə bildirmişdir ki, “Yusif” adlı iranlı şəxsdən xahiş etmişlər ki, onun üçün də bir list metadon həbi göndərsin. Bundan sonra Rasim onlarla birlikdə gedib iranlı şəxs tərəfindən göndərilən narkotik vasitələri götürməyə etiraz etməmişdir. Həmin tarixdə “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitələr və metadon həbləri “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən tanışı Ceyhuna göndərilmiş, narkotik vasitələri Ceyhun və qardaşı Rasimlə birlikdə özünün idarə etdiyi avtomobillə gedib Masallı rayonu ərazisində gizlədildiyi yerdən götürmüşlər, narkotik vasitələrin Masallı rayonunda onların götürdükləri yerə kimlər tərəfindən qoyulması barəsində heç bir məlumatı olmamış, Ceyhunla birlikdə Masallı rayonuna gedib narkotik vasitələri götürməkdə köməklik etdiyi üçün qardaşı Rasimə bir list metadon həbi vermişlər, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə və eyni zamanda yanında olan şəxslərə qarşı heç bir fiziki və ya psixi təsir olunmamış, özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş və heç bir müqavimət göstərməmişdir (cild 02, i.v. 13-20). Təqsirləndirilən şəxs2 ifadəsinin məhkəmə iclasında elan olunan hissəsini təsdiq etmədiyini, müstəntiqin onun dediklərinə oxşar, lakin əleyhinə ifadə tərtib etdiyini deyib, ifadələri arasındakı ziddiyyəti ifadəsini oxumadan imzalaması ilə əlaqələndirmiş, son sözündə maşınından aşkar olunan kisədən xəbəri olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmamasını, Dubayda sürücü kimi işlədiyini, Azərbaycana gəldikdən sonra başına bu kimi hadisələrin gəldiyini bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Tutulanadək iki-üç ay idi ki, ölkəyə qayıtmışdır. Belə ki, əvvəllər törətdiyi cinayətə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarandan sonra xaricə getmiş və illərlə orada yaşamışdır. Narkotik vasitənin satışı ilə əlaqəsi olmayan biri olmuş, bunu çöldəki və türmədəki polislər də yaxşı bilmişlər. Hadisə baş verən günü qardaşı Təqsirləndirilən şəxs2 evə gəlmiş, müştərisi olduğunu, uzun yola çıxacağını, atasını aparacağını bildirmişdir. Atasının yerinə özü getmişdir. Qardaşı Rahibə məxsus olan “Mercedes Benz Vito” markalı, avtomobilin arxa salonu geniş olmuş, orada musiqiyə qulaq asaraq yatmışdır. Sonra oyanıb yolda düşərək su falan almış, bir az söhbət etdikdən sonra yollarına davam etmişlər. Maşında olarkən qardaşı Rahiblə sonuncunun tanışı Təqsirləndirilən şəxs1 mübahisə etdiklərini görmüşdür. Onların üzərində və içərisində olduqları maşında narkotik vasitə olmamışdır. Polis əməkdaşları onları saxlamışlar. Ona qarşı fiziki zor tətbiq olunmuş, boğazına və başına xəsarətlər yetirmişlər. Bununla əlaqədar barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında da bildirmiş, hakim də müstəntiqə bu barədə nəsə yazmasını bildirmişdir. Bədənində olan xəsarətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və Bakı İstintaq Təcridxanasında qeydə alınmışdır. Prokurorluqdan gəlib xəsarətinin olmadığını bildirmişlər. Narkotik vasitədən xəbəri olmamışdır. Təqsiri olmayaolmaya cinayət məsuliyyətinə cəlb edilməsi düzgün deyil və yalnız maşında olduğuna görə məsuliyyətə cəlb edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, bu hadisəyə qədər arabir metadon qəbul etmişdir. Avtomobilə baxış zamanı ona sual verilməmiş, şəxsi axtarışda bir list metadonu sağ cibindən çıxarıb təqdim etmiş, buna da səbəb polislərin dedikləri olmuşdur. Onu Regional Şöbədə otağa salaraq döymüş, videoçəkilişdə həmin listi cibindən çıxarmasını, sənədlərə qol çəkməsini və bundan sonra çıxıb gedə biləcəyini bildirmişlər. “Yusif” adlı iranlının adını istintaq təcridxanasında öyrənmiş, həmin şəxslə heç bir əlaqəsi olmamış, habelə onun barəsində heç kimlə söhbəti olmamışdır. İranlının atdığı “konuma” gedib geri qayıtmışlar. Maşında yatdığı yerə səs gəlmədiyi, həm də musiqi olduğu üçün qardaşı Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında yolboyu olan dioloqu eşitməmişdir. Kisəni götürməməyi Rahiblə Ceyhuna o bildirmiş, kisə ilə bağlı hər-hansı marağı olmamışdır. Ceyhunu qardaşına görə tanımışdır. Konum atılan yerdən hardasa ikiüç kilometr gedəndən sonra posta çatmışlar. Onlarda heç bir qanunsuz predmet olmadığı üçün düz yolla getmişlər. Maşın dayanan kimi beş-altı nəfər əlində dubinka olan polis əməkdaşı üzərlərinə gələrək maşının qabaq şüşəsinə vurub, onları tutmuşlar. Kisəni maşına kimin qoyduğunu görməmişdir. Mehdi, Tural və Aqil adlı polis əməkdaşları onu döymüşlər. Mehti ona metodon listini verib, videoçəkilişdə təqdim etməsini bildirmişdir. Buna razılıq verməsinə səbəb ona qarşı olan fiziki işgəncələr olmuş, ünvanına söyüş işlədilərək təhqir olunmuşdur. Maşında olan kameranı polislər sındırıb götürmüşlər, lakin qoparılma yerində izin qalıb-qalmaması barədə heç bir fikiri yoxdur. Açar maşının üzərində qalmış, nə ona, nə də qardaşına təhvil verilmişdir. Maşının təkərini polislər partlatmışlar. Qardaşı Rahiblə onu şöbəyə ayrı-ayrı maşınlarda aparmış, onları ayrı-ayrılıqda döymüş, ünvanlarına təhqiramiz ifadələr işlətmişlər. Polislər onu söydükləri üçün cavablarını vermiş, bundan sonra onunla daha amansız rəftar etmişlər. Mehti ona münasibətdə hətta demişdir ki, “onu fırladın, ağzının içinə tüpürəcəyəm”, o isə başını oturacağın altına salmışdır. Mehti onu boğanda, Tural adlı polis əməkdaşı onu Mehtinin əlindən almışdır. Polislər ilkin olaraq iranlı ilə kimin danışdığını axtarmış, söyüş işlətmişlər. Polislər iranlı ilə Ceyhunun danışdığını biləndə sonuncunun üstünə düşmüşlər. Saxlanılandan bir saat, saat yarım sonra onları Regional Şöbəyə aparmışlar. Şöbədə olanda maşına nəzarət polislərdə olmuşdur. Onları gecə 11-12 radələrində saxlamış, otuz-qırx dəqiqə ərzində döymüşlər. Avtomobilə postun həyətində videoçəkilişlə baxış keçirilmiş, bundan bir-iki saat sonra şöbəyə aparılmışlar. Avtomobilə baxışda vəkil iştirak etməmişdir. Şöbədə ayrı-ayrı otaqlara aparılmışlar. Onu əvvəlcə Turalın, səhəri gün isə şöbə rəisinin otağına aparmışlar və rəis onunla təsəlli xarakterli söhbət etmişdir. Lənkəranda vəkili olmamış, cəmi bir dəfə ifadə vermişdir. Vəkili onunla bir kəlmə də olsun baş verən qanunsuzluqlar barədə danışmamış, ona ancaq yaxşı oğlan olduğunu, kömək edib buraxacaqlarını bildirmişdir. Məhkəmədə verdiyi ifadəsini müstəntiqə də bildirmişdir. Təqsirləndirilən şəxs3 12 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən onu Şahid2 əlindən alan Şahid5 deyil, Ramil adlı şəxs olmuş, Turalla Ramili səhv salmışdır. Turalı hadisəyə qədər görməmişdir. Tural onu kamerada döymüşdür. Beləliklə, ibtidai istintaq zamanı Tural və Mehti tərəfindən döyülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs3 verdiyi ifadə ilə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi ziddiyyət yaranmış hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə məhkum olunmuş və 2021-ci ildə azadlığa buraxılmışdır. Tutulanadək beş-altı aya yaxın idi ki, narkotik tərkibli metadon həbi və narkotik vasitə qurudulmuş marixuana qəbul edir, narkotik vasitələri Bakı şəhərində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etmişdir. Təxminən bir ay əvvəl kiçik qardaşı Təqsirləndirilən şəxs2 “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və sonrakı dövrdə narkotik vasitələri qardaşının vasitəsi ilə həmin şəxsdən almışdır. Belə ki, Rahib “Yusif” adlı şəxslə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayır, sifariş verdiyi narkotik vasitənin pulunu həmin şəxsin verdiyi bank hesabına köçürür, sonra həmin şəxs narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkilini və konumunu Rahibin mobil telefonuna göndərir, onlar da gedib narkotik vasitələri qoyulduğu ünvandan götürmüşlər. 26 mart 2024-cü il tarixdə, saat 15 radələrində yaşadıqları evdə olan zaman qardaşı Rahib ona bildirmişdir ki, işi olduğu üçün bir nəfər tanışı ilə birlikdə Masallı rayonuna gedirlər və birlikdə rayona getməyi təklif etmişdir. Etiraz etməmiş, saat 16 radələrində Rahibin idarə etdiyi “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ramana qəsəbəsinə gedib, orada Rahibin tanışı Təqsirləndirilən şəxs1lə görüşmüşlər. Rahib onu Ceyhunla tanış etmiş və birlikdə rayona yola düşmüşlər. Ceyhun yolda avtomobilə 40 (qırx) manatlıq yanacaq vurmuşdur. Yolda avtomobilin arxa oturacağında yatdığı üçün Rahiblə Ceyhunun arasında olan söhbətləri eşitməmişdir. Lakin sonradan yuxudan oyanmış və avtomobilin içində onların danışığından başa düşmüşdür ki, Rahib və Ceyhun Masallı rayonuna narkotik vasitə götürmək üçün gedirlər. Onlar telefonda kiminləsə danışıb narkotik vasitələrin qoyulduğu yeri dəqiqləşdirirmişlər. Sonra Rahibdən rayona nə üçün getdiklərini soruşanda, Rahib onun məsələni başa düşdüyünü bildiyi üçün ona, açıq şəkildə demişdir ki, əvvəllər narkotik vasitə aldıqları İran İslam Respublikasının vətəndaşı “Yusif” adlı şəxs Masallı rayonu ərazisində narkotik vasitələr qoymuşdur və onlar həmin narkotik vasitələri götürüb Bakı şəhərinə aparacaqlar. Rahib əlavə olaraq onu da qeyd etmişdir ki, onlar “Yusif” adlı şəxsdən xahiş etmişlər ki, onun üçün də bir list narkotik tərkibli metadon adlı dərman həbi göndərsin. Rahib və Ceyhunla birlikdə Masallı rayonuna gedib göndərilən narkotik vasitələri götürüb Bakı şəhərinə aparılmasına razılıq vermişdir. Beləliklə, həmin gün üzərindən və “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitələr və metadon həbləri İran İslam Respublikasının vətəndaşı tərəfindən Ceyhuna göndərilmiş, həmin narkotik vasitələri Ceyhun və Rahiblə birlikdə sonuncunun idarə etdiyi avtomobillə gedib Masallı rayonu ərazisində gizlədildiyi yerdən götürmüş, narkotik vasitələrin Masallı rayonunda onların götürdükləri yerə kimlər tərəfindən qoyulması barəsində heç bir məlumatı olmamış, yalnız narkotik vasitələri gedib götürməkdə Ceyhunla Rahibə köməklik etmiş, bunun müqabilində ona bir list metadon həbi verilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə və eyni zamanda yanında olan tanışlarına qarşı heç bir fiziki və ya psixi təsir olunmamış, özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş və heç bir müqavimət göstərməmişdir (cild 02, i.v. 32-38). Təqsirləndirilən şəxs3 ifadəsinin məhkəmə iclasında elan olunan hissəsini təsdiq etmədiyini bildirmiş, ifadələri arasındakı ziddiyyəti ifadəsini oxumadan imzalaması ilə əlaqələndirmiş, son sözündə məhkəmədən, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxslər və şahidlərin ifadələrini) dinləyərək, həmçinin cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 26 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məruzə etdikdən sonra həmin şəxslərin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş, qərarın icrası ilə bağlı rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna regional şöbənin sabiq baş əməliyyat müvəkkili Şahid2, polis nəfərləri Şahid4 və Şahid3 daxil edilmişlər. 26 mart 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Masallı rayonu ərazisində idarə etdikləri “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduqları müəyyən edilmiş və onların saxlanılması üçün əməliyyat qrupunun üzvləri Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 11-ci taqımının stasionar postuna gəlmişlər. Həmin gecə, saat 23:20 radələrində sözügedən avtomobil Masallı rayonu istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edib Yol Patrul Xidməti Alayı 11-ci taqımının stasionar postundan keçən zaman əməliyyat qrupunun üzvləri tərəfindən dayanması barədə işarə verilmiş, avtomobilin sürücüsü polis əməkdaşlarının saxla işarəsinə məhəl qoymayıb avtomobili arxaya hərəkət etdirərək qaçmağa cəhd göstərmiş və bu zaman regional şöbəyə məxsus olan avtomobili vurub əzmişdir. Sonradan sürücü qaça bilməyəcəyini başa düşüb avtomobili saxlamış, onlar da avtomobilə yaxınlaşmışlar. Avtomobilin sürücüsü, qabaqda və arxada əyləşən şəxslər avtomobilin qapılarını açmışlar. Əməkdaşlarla birlikdə avtomobilə yaxınlaşıb avtomobildəki şəxslərə özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları olduqlarını bildirmişlər. Məlum olmuşdur ki, “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxs2, qabaqda sərnişin yerində əyləşən şəxs Təqsirləndirilən şəxs1 və arxada əyləşən şəxs Təqsirləndirilən şəxs3 olmuşdur. Bundan sonra əməliyyat qrupunun üzvləri tərəfindən onlara saxlanılmalarının səbəbi bildirilmiş, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış edilmişlər. Həmin şəxslərdən üzərlərində narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşyalar varsa, bu barədə məlumat vermələri xahiş edilmiş, onlar da səmimi olaraq üzərlərində və idarə etdikləri avtomobildə narkotik vasitələr olduğunu bildirmişlər. Saxlanılan şəxslər Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayı 11-ci taqımının stasionar postuna getməyə etiraz etməmiş, həmin gecə Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı tərəfindən onların iştirakı və avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 icazəsi ilə sonuncunun idarə etdiyi “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 özündə olan açarla avtomobilin qapılarını açmış, Təqsirləndirilən şəxs1 isə avtomobilin arxa salon hissəsində yerə qoyulmuş bir ədəd göy rəngli sintetik kisəni götürüb təqdim etmiş və həmin sintetik kisənin içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin kisə açıldıqda içərisindən yeddi ədəd üzəri yapışqan lentlə bağlanmış bağlama və bir ədəd ağ rəngli sellofan torba, ağ rəngli sellofan torbanın içərisindən isə üç ədəd üzəri yapışqan lentlə bağlanmış bağlama və dərman həbləri aşkar edilmişdir. Bundan sonra üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamalara baxış zamanı yeddi ədəd bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, üç ədəd sellofan bağlamanın içərisindən isə narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmişdir. Kisənin içərisindən aşkar edilmiş metadon adlı dərman həbləri sayılmış və hər birində 10 ədəd olmaqla otuz konvalyut metadon adlı dərman həbinin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitələr və dərman həbləri təhqiqatçı tərəfindən həmin sintetik kisənin içərisinə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələrin “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri iranlı şəxsin dediyi ünvanlara qoyub, həmin yerlərin şəkillərini çəkib iranlı şəxsə göndərməsi müqabilində ona, 2.000 (iki min) manat pul və özü istifadə etmək məqsədi ilə narkotik vasitə veriləcəyini, iranlı şəxs tərəfindən ona veriləcək 2.000 (iki min) manat pulun yarısını isə narkotik vasitələri Masallı rayonuna gəlib götürməkdə ona köməklik etdiyi üçün Təqsirləndirilən şəxs2 verəcəyini bildirmişdir. Bundan sonra avtomobilə keçirilmiş baxışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və həmin protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməliyyat qrupunun üzvləri tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə aparılmışlar. Regional Şöbədə onlar hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə ayrıayrılıqda şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə heroin olduğunu bildirib, əynindəki gödəkcəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümü və şalvarının sağ yan cibində olan bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə kakos, yəni heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, tərəzidə çəkilmiş, kağız zərfə qoyulub qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefon aparatı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərilən və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilmiş külli miqdarda narkotik vasitələr olan kisənin içərisindən götürdüyünü, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı Rahib üstündə narkotik vasitə tiryək olduğunu bildirib, əynindəki gödəkcəsinin sol yan cibində olan bir ədəd “Redmi” markalı mobil telefonu, həmin telefonun arxa hissəsində qoruyucu qabın içərisində olan bir ədəd “LeoBank”a aid plastik kartı, əynindəki gödəkcəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümü və gödəkcəsinin sol qoltuq cibində olan 10 (on) qəpik pulu çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Rahibin təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmiş, təhqiqatçı tərəfindən tərəzidə çəkilmiş, kağız zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefon və bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, 10 (on) qəpik pul isə onun özünə qaytarılmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkə oxşar maddəni “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilmiş və idarə etdiyi avtomobildən aşkar edilmiş külli miqdarda narkotik vasitələr olan kisənin içərisindən götürdüyünü, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, Rasim üstündə narkotik tərkibli metadon adlı həblər olduğunu bildirib, əynindəki gödəkcəsinin sağ yan cibindəki bir ədəd konvalyutda olan metadon adlı dərman həblərini və gödəkcəsinin sol qoltuq cibindəki iki ədəd salfet kağızını çıxarıb masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi bir ədəd konvalyutda olan metadon həblərinə baxış keçirilmiş və içərisində on ədəd dərman həbi olduğu məlum olmuşdur. Bundan sonra onun üstündən aşkar olunmuş bir ədəd konvalyutda olan dərman həbləri təhqiqatçı tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmış və iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs3 üstündən aşkar edilmiş iki ədəd salfet kağızı onun özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş metadon adlı dərman həbini “Yusif” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilmiş və qardaşı Rahibin idarə etdiyi avtomobildən aşkar edilmiş külli miqdarda narkotik vasitələr olan kisənin içərisindən götürdüyünü, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Saxlanılan şəxslərin üzərinə şəxsi axtarış keçirildikdən sonra bu barədə protokol tərtib olunmuş və doğru olduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Adları qeyd olunan şəxslər əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Polis Şöbəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən onlara qarşı heç bir təzyiq, təsir göstərilməmiş, zorakılıq hərəkətlərinə yol verilməmişdir. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən xəbəri olmadığını bildirmişlər və qeyd olunan xüsusatı Rasim özü də təsdiq etmişdir. Rasimin üzərinə metadon həbi qoymamış, nəinki Rasimin, o cümlədən digər təqsirləndirilən şəxslərin üzərinə narkotik vasitələrin qoyulması kimi bir hal olmamışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı məhkəmə qərarının qəbul edilməsi müəyyən vaxt çəkə bilər ki, bu da tədbirin realizəsini mümkünsüz edə bilər. Şəxsin barəsində əsaslı şübhələr varsa, onun nəqliyyat vasitəsinin, həmçinin də özünün izlənilməsi mümkündür və bu “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuşdur. Xatırlamasına görə, təqsirləndirilən şəxslərdə gözlə görünə bilən xəsarətlər olmamış, onların gözü, başı şişməmişdir. Saxlanılan şəxslər içərisində olduqları avtomobillə hadisə vaxtı regional şöbəyə məxsus avtomobili vurmuşlar və bəlkə də, xəsarətləri həmin qəza nəticəsində yaranmışdır. Narkotik vasitləri iranlının kuryeri qoymuş, onun kim olmasını bilməmişlər. Daxil olmuş əməliyyat məlumatı şəxslər barəsində olmuşdur. Avtomobil şəxslər saxlanıldıqdan sonra polislərin ixtiyarında olmamışdır. Tədbir zamanı onlar üçün əsas məsələ şübhəli şəxslərin saxlanılması olmuş, həmin vaxt videoçəkiliş aparmaq mümkün olmamışdır. Tərəflərindən saxlanılan şəxslərin avtomobilinə heç bir narkotik vasitə qoyulmamışdır. Avtomobilin ön şüşəsinin sınması saxlanılan şəxslərin qaçmaq istəyərkən maşınla regional şöbəyə məxsus avtomobilə vurmaları olmuş və fikrincə, bu barədə videoçəkilişdə qeyd edilmişdir. Onların avtomaşına baxışdan sonra regional şöbəyə aparılmaları hardasa yarım saat çəkmiş və şöbəyə gətirilən kimi üzərlərində videoçəkiliş həyata keçirilməklə istintaq hərəkəti aparılmışdır. Qeyd etdiyi müddət şəxslərin saxlanıldıqları vaxtdan üç-dörd saat çəkməzdi. Saxlanılan yerdən posta qədər Təqsirləndirilən şəxs2 maşınını idarə etməmiş, həmin maşından müşahidə kamerası götürülməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin polis nəfərləri, polis baş serjantı Şahid3 və Şahid4 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişlər. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin narkotik vasitələri hardan götürmələri barədə məlumatı yoxdur. Avtomobilə baxış təxminən yarım saat çəkmişdir. Təhqiqatçı iyirmi-iyirmi beş dəqiqə ərzində gələnə kimi təqsirləndirilən şəxslər postun həyətində öz maşınlarında olmuşlar. Maşını kimin şöbəyə aparmasını xatırlamır. Təqsirləndirilən şəxs2 şöbəyə gedəndə maşını idarə etməmiş, açar maşının sahibində olmuş, videoçəkilişdən sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Hadisə vaxtı xidməti avtomobilin sol, təqsirləndirilən şəxslərin avtomobilinin isə sağ tərəfi əzilmişdir. Təqsirləndirilən şəxs2 avtomobilinin ön şüşəsi sınmamış, təkəri partlamamışdır. Həmin avtomobildə güzgü kamerasının olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxsləri regional şöbənin dördüncü mərtəbəsində yerləşən təhqiqatçının otağına aparmışlar, avtomobil isə şöbənin inzibati binasının həyətində olmuşdur. Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs2 onunla birlikdə Lənkərana getməsini təklif etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı tərəflərindən bu və ya digər formada təsir və ya təzyiq göstərilməmişdir. Şahid4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, narkotik vasitənin qoyulduğu yer barədə məlumatı olmamışdır. Əməliyyat məlumatı barədə ona ətraflı məlumat verilməmiş, sadəcə qrup üzvü kimi tədbirdə iştirak etmişdir. Tədbir vaxtı təqsirləndirilən şəxslərin gəldikləri maşınının arxa hissəsi zədələnmişdir, lakin avtomobilin təkərinin partlamasını və maşını şöbəyə kimin aparmasını xatırlamır. Avtomobili şöbəyə Təqsirləndirilən şəxs2 sürüb aparmadığını bilir. Sözügedən avtomobildə güzgü kamerasının olduğunu görməmişdir. Təqsirləndirilən şəxs3 rayona qardaşı Rahibin təklifi ilə gəldiyini bildirmişdir. Avtomobilə saxla işarəsini onunla Şahid1 vermişdir. Saxlanılan şəxslərdə neçə telefon olduğunu bilmir, lakin telefonları olmuşdur, Təqsirləndirilən şəxs3 telefon olmadığını xatırlamır. Tədbirin üzərindən bir ilə yaxın müddət keçdiyinə görə dəqiq müddətləri və bəzi məqamları xatırlamır. İstintaq hərəkətləri arasında zaman fərqini onu sənədləşdirən şəxs izah edə bilər. Fikrincə, saxlanılan şəxslərin üzərində şəxsi axtarış istintaq hərəkəti beş-on dəqiqə ara ilə keçirilmişdir. Təhqiqatçının posta gəlməyi on beş-iyirmi dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxslər özlərini müdafiə etmək üçün döyüldüklərini bildirmişlər, həqiqətdə isə onları döyən olmamışdır. Təqsirləndirilən şəxslərə vəkilləri ilə sərbəst ünsiyyət yaratmaları üçün şərait yaradılmış, tərəflərindən onlara hər hansı bir qanunsuz hərəkət barədə şikayət edilməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunaraq dindirilmiş əlavə şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin polis nəfəri, polis baş serjantı Şahid5 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ətrafında 26-27 mart 2024-cü il tarixlərdə keçirilmiş əməliyyat tədbirində iştirak etməmişdir. Həmin şəxslər saxlanılan günün səhəri onlardan birini regional şöbədə görmüş, aralarında haralı olması barədə söhbət olmuşdur. Həmin şəxsdə xəsarət olmasını görməmişdir. Məlum hadisəyə qədər təqsirləndirilən şəxslərin heç birini tanımamış, Təqsirləndirilən şəxs3 döyməmiş, yanında kiminsə döyülməsinin şahidi olmamış, kimisə kimdənsə ayırmamışdır. Təqsirləndirilən şəxslər vəziyyətdən çıxmaq üçün onun adını çəkmişlər. Təqsirləndirilənləri regional şöbəyə gətirən əməkdaşların kimliyini xatırlamamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunaraq dindirilmiş əlavə şahid Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Lənkəran Rayonlararası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Zona Mərkəzinin rəisi, məhkəmə-tibb eksperti Şahid6 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların barəsində verdiyi rəylə əlaqədar tanımış, əvvəllər tanımamış və barələrində verdiyi rəyi təsdiq etmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində verdiyi rəylərdə xəsarətin yaranma şəraiti və mənbəyinin qeyd olunmamasına səbəb təqsirləndirilən şəxslərin özlərinin bu barədə heç nə bildirməməsi olmuşdur. Xəsarətlərin yaranma mexanizmi, rəngi, forması və ölçüsünə görə onların müddətini müəyyən etmiş və bu əsaslandırma da rəydə qeyd olunmuşdur. Rəydəki xəsarətin yaranma müddətinin beşyeddi gün intervalını istintaqı aparan şəxs üçün müəyyən etmişlər, dəqiq neçə gün olmasını isə istintaqı aparan şəxs özü müəyyən edir. Sıyrığın müddəti iki-üç gün əvvələ aid olduqda qonurtəhər, qırmızı rəngində, ətrafı dəri səviyyəsindən bir qədər hündürdə; bir gün əvvələ aid olduqda isə səthi nəm, ətrafı dəri səviyyəsində yerləşir, rəngi də qırımızı olur. Rəydə istinad olunan ədəbiyyatlar barədə adətən ilkin ekspertizada deyil, təkrar və komission ekspertizada qeyd olunur. Rəyi qərarda qoyulmuş suallar əsasında tərtib etmişdir. Döyülmə hüquqi məhfumdur, müəyyən edilməsi ekspertin səlahiyyətinə aid deyildir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərdə olan xəsarətlərin fotoşəklini çəkməmişdir. Adətən problemli şəxslər olanda sonradan sübut etmək üçün fotoşəkillər lazım olur, hazırki işdə isə buna ehtiyac görməmişdir. Rəyi kimsənin təsiri altında olmadan, müstəqil şəkildə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış fakt əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cənub bölgəsində birlikdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, i.v. 05). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı, əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifşa edilməsi məqsədilə ətraflarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün həmin idarənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (cild 01, i.v. 06-10). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 23:20 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 11-ci taqımının stasionar postunun yaxınlığında “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq regional şöbəyə aparılmışlar (cild 01, i.v. 11). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli protokolu və ərizədən görünür ki, həmin tarixdə, saat 00:15 dəqiqədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 11ci taqımının stasionar postunun inzibati binasının həyətində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakı və sonuncunun razılığı ilə “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış və götürmə zamanı avtomobilin arxa salon hissəsində yerə qoyulmuş bir ədəd göy rəngli sintetik kisənin içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan yeddi ədəd sellofan bağlama, içərisində narkotik vasitə tiryəkə oxşar maddə olan üç ədəd sellofan bağlama və otuz ədəd konvalyutda 300 (üç yüz) ədəd narkotik tərkibli metadon həbinə oxşar həb aşkar olunmuşdur. Aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və narkotik vasitə tiryəkə oxşar maddələr olan sellofan bağlamalar, dərman həbləri polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş və istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 13-16). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli qərar və protokollarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 26 mart 2024-cü il tarixdə, saat 20:20-dən tutulmuş hesab olunmaqla, Ceyhun 27 mart 2024-cü il tarixdə, saat 01:15-də, Rahib saat 01:30-da, Rasim saat 01:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar və ailə üzvlərinə bu barədə məlumat verilmişdir (cild 01, i.v. 25-27; 46-48; 63- 65). Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli protokollarından görünür ki, həmin tarixdə regional şöbədə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan bir ədəd sellofan büküm aşkar olunmuş, həmçinin bir ədəd “Redmi” markalı mobil telefonu təqdim etmiş, verilmiş suallara cavab olaraq avtomaşından aşkar olunan narkotik vasitələri “Yüsif” adlı iranlının göndərdiyini, tanışları ilə birlikdə götürüb Bakı şəhərinə aparıb deyiləcək yerə qoyduqdan sonra 2.000 (iki min) manat pulun kart vasitəsilə göndəriləcəyini, həmin pulu Rahiblə böləcəyini, təqdim etdiyi bökümün içərisində kakos olduğunu, adını qeyd etdiyi iranlı tərəfindən göndərildiyini, həmin kütləni istifadəsi üçün üzərində saxladığını, göndərilmiş tiryək və metadon dərmanından Rahiblə, Rasimə verdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı qanunsuz hərəkət edilmədiyini, əməlindən peşman olduğunu bildirmiş, aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddə olan bir ədəd sellofan büküm (elektron tərəzidə çəkilərək kütləsinin 11,93 qram olması müəyyən edilmişdir) və bir ədəd “Redmi” markalı telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılıb götürülmüşdür; Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman bir ədəd “Redmi” markalı mobil telefonu, həmin mobil telefonun arxa hissəsindən “LeoBank”a aid plastik kartı, əynindəki gödəkcəsinin sağ yan cibindən içərisində narkotik vasitə tiryəkə oxşar maddə olan bir ədəd sellofan bükümü, həmin gödəkçəsinin sol qol qoltuq cibindən 10 (on) qəpik metal pulu təqdim etmiş, verilmiş suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində tiryək olduğunu, iranlı torbadakı narkotik maddəni göndərərkən qəbul etmək üçün bunu göndərdiyini, qəbul etmək üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı qanunsuz hərəkət edilmədiyini, əməlindən peşman olduğunu, iki-üç ildir ki, narkotik vasitə qəbul etdiyini bildirmiş, aşkar edilmiş içərisində narkotik vasitə tiryəkə oxşar maddə olan bir ədəd sellofan büküm (elektron tərəzidə çəkilərək kütləsinin 11,55 qram olması müəyyən edilmişdir), bir ədəd “Redmi” markalı, bir ədəd Leobank”a aid plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılıb götürülmüş, 10 (on) qəpik metal pul isə özünə qaytarılmışdır; Təqsirləndirilən şəxs3 gödəkcəsinin sağ yan cibindən bir ədəd konvalyutda 10 (on) ədəd narkotik tərkibli metadon həbini və həmin gödəkçəsinin sol qoltuq cibindən iki ədəd salfet kağızını təqdim etmiş, verilmiş suallara cavab olaraq təqdim etdiyinin metadon dərmanı olduğunu, iranlının göndərdiyi narkotik vasitələrin üzərindən qəbul etmək üçün götürdüyünü, polis əməkdaşları tərəfindən oa qarşı hər-hansı qanunsuz hərəkət edilmədiyini, əməlindən peşman olduğunu bildirmiş, aşkar edilmiş içərisində 10 ədəd həb olan bir ədəd konvalyut (elektron tərəzidə çəkilərək kütləsinin 5,89 qram olması müəyyən edilmişdir) iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis qablaşdırılıb götürülmüş, iki ədəd salfet kağızları özünə qaytarılmışdır. İstintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 73-75; 77-79; 81-84). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Lənkəran Regional Bölməsinin 19/283 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə kimyəvi və bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükülüdə təmiz çəkisi 9,893 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “vət.Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükülüdə təmiz çəkisi 11,329 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; üzərində “vət.Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd listdə metadon tabletinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd konvalyutda ümumi sayı 10 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblər təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər və təsiredici maddəsinin ümumi miqdarı 0,4 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes-Vito”, **-PV-*** №-li a/m-da aşkar edilmiş 03 ədəd bükülüdə tiryəkə bənzər, 07 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr və 30 (otuz) ədəd listdə metadon tabletinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd kisədəki üç ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1469,0 qr, 739,0 qr, 824,0 qr, ümumi təmiz çəkisi 3032,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, yeddi ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2795,0 qr, 700,0 qr, 1245,0 qr, 1540,0 qr, 1795,0 qr, 2650,0 qr, 1465,0 qr, ümumi təmiz çəkisi 12190,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, otuz ədəd konvalyutda ümumi sayı 300 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həb metadon həbləridir. Həblər təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər və təsiredici maddəsinin ümumi miqdarı 12,0 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” və “vət.Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes-Vito”, **-PV-*** №-li a/m-da aşkar edilmiş 03 ədəd bükülüdə tiryəkə bənzər, 07 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr və 30 (otuz) ədəd listdə metadon tabletinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd kisədəki ümumilikdə dörd bükülü tiryəklər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd listdə metadon tabletinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi...” və üzərində “vət.Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes-Vito”, **-PV-*** Noli a/m-da aşkar edilmiş 03 ədəd bükülüdə tiryəkə bənzər, 07 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr və 30 (otuz) ədəd listdə metadon tabletinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd kisədəki ümumilikdə 310 ədəd olan metadon həbləri təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra narkotik vasitələr olan 9,793 qram heroin, 11,229 qram tiryək, 9 ədəd metadon həbi, 3031,7 qram tiryək, 12189,3 qram marixuana, 283 ədəd metadon həbinin qalığı istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 130 (bir yüz otuz) manat müəyyən edilmişdir (cild 01, i.v. 138-142). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokollarından görünür ki, həmin tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs1lə əvvəlcə Rahib, sonra isə Təqsirləndirilən şəxs3lər arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkəti icra edilmiş və onlar ifadələrində bildirdikləri xüsusatları bir-birilərinin üzünə qarşı söyləmişlər (cild 01, i.v. 241-256). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 257- 258; cild 02, i.v. 01-02; 21-22). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-426/2024, 4(005)-425/2024, 4(005)-424/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər biri barəsində ayrı-ayrılıqda həbs etmənin əvvəli 26 mart 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 60-79). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus üzərində 070 ***-**-** saylı mobil nömrə olan “Redmi Xiaomi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı keçirilmiş baxış zamanı həmin mobil telefonun yaddaşında “WhatsApp” proqram təminatının “Söhbətlər” bölməsində “Yusif” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan İİR-nın mobil operatorlarına məxsus +98 905 150 9898 mobil nömrənin “Yus” adı ilə qeyd edilməsi və həmin nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs2 arasında yazışmalar olduğu müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 00:09-da Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefondan “Yus” adı ilə qeyd olunmuş +98 905 150 9898 nömrənin istifadəçisinə 5411 2498 0104 4285 nömrəli plastik bank kartının şəkilini, saat 16:29da “Yusif kişi pulu at karta” məzmunlu səsli ismarıc göndərmiş; xx.xx.2024-cü il tarixdə, saat 21:45-də “Yus” adı ilə qeyd olunmuş +98 905 150 9898 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 mobil telefonuna “Qara bala vurdum ha, vurdum atdım, qadan alım” məzmunlu səsli ismarıc göndərmiş; xx.xx.2024-cü il tarixdə, saat 23:17-də Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefondan “Yus” adı ilə qeyd olunmuş +98 905 150 9898 nömrənin istifadəçisinə “Sağol mənim qardaşım, sağ ol, allah razı olsun səndən, hər şey düz olanda, hər şey yaxşı olur” məzmunlu səsli ismarıc göndərmiş; xx.xx.2024-cü il tarixdə, saat 09:15-də “Yus” adı ilə qeyd olunmuş +98 905 150 9898 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 mobil telefonuna “Salam qara bala, sabahın xeyir olsun, mənimlə əlaqə saxlayarsan”, saat 12:40-da “Qara bala mənimlə çıx efirə, qadan alım”, saat 14:45-də “Qara bala nə xəbər, çıxıbsız inşallah” məzmunlu səsli ismarıclar göndərmiş; xx.xx.2024-cü il tarixdə, saat 16:49-da Təqsirləndirilən şəxs2 mobil telefonundan “Yus” adı ilə qeyd olunmuş +98 905 150 9898 nömrənin istifadəçisinə “Hə həci çıxmışıq, həri çıxmışıq, yoldayıq həci” məzmunlu səsli ismarıc göndərilmiş, saat 18:32 və 19:54-də aralarında əvvəlcə 01 dəqiqə, sonra 02 dəqiqə səsli danışıq aparılmış, saat 22:41-də “Yus” adı ilə qeyd olunmuş +98 905 150 9898 nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefona məkan (konum) və “58” rəqəmi yazılmış yol nişanı olan ərazinin göy rəngli oxla işarələnmiş iki ədəd fotoşəkli göndərilmişdir. Bundan başqa, 26 mart 2024-cü il tarixdə, saat 11:00-da Təqsirləndirilən şəxs2 mobil telefonundan +994 50 473 92 47 mobil nömrəyə “Xaloğlu çatıram, girdim Ramanaya patı üçün, götürüb gəlirəm” və “Yığma məni gəlirəm, patı var götürüb gəlirəm” məzmunlu iki ədəd səsli ismarıc göndərilmişdir (cild 02, i.v. 95-98). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus üzərində 051 ***-**-** və 070 ***-**-** saylı mobil nömrələr olan “Redmi Xiaomi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı keçirilmiş baxış zamanı həmin mobil telefonun yaddaşında “WhatsApp” proqram təminatının “Söhbətlər” bölməsində “Yusif” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan İİRnın mobil operatorlarına məxsus +98 905 150 9898 mobil nömrənin “Y” adı ilə qeyd edilməsi və həmin nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında danışıqlar aparıldığı müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məxsus olan “Redmi Xiaomi” markalı mobil telefonun “WhatsApp” proqram təminatının “Zənglər” bölməsində İran İslam Respublikasına məxsus olan +98 905 150 9898 nömrə ilə Ceyhunun arasında xx.xx.2024-cü il tarixdə, saat 23:55-də, xx.xx.2024-cü il tarixdə, saat 08:56-da, 09:03-də, 09:35-də, 11:47-də, 12:38-də, 12:40-da, 13:13-də, 13:31-də, 14:04-də, 16:48-də, 18:29-da, 19:30-da, 20:40-da, 21:15-də, 22:22-də, 21:26da, 22:03-də, 22:31-də, 22:34-də və 22:40-da danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun “WhatsApp” proqram təminatının “Söhbətlər” bölməsində İran İslam Respublikasına məxsus olan +98 905 150 9898 mobil nömrə ilə aparılan söhbətlər 24 saatdan sonra avtomatik silinmə rejiminə qoyulduğundan “Söhbətlər” bölməsində +98 905 150 9898 mobil nömrə ilə aparılan ismarıcların silindiyi müəyyən edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə, saat 21:14-də Təqsirləndirilən şəxs1 mobil telefonundan +994 70 866 41 47 mobil nömrəyə “Fazil məni yığ da təcili, ot var istəyirsən, ot var” məzmunlu səsli ismarıc göndərmişdir (cild 02, i.v. 99). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 9,793 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 11,229 qram olan narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş qalıq sayı 9 ədəd qalmış metadon həbi, “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş qalıq çəkisi 3031,7 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 12189,3 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq sayı 283 ədəd qalmış metadon həbi maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü həmin idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 02, i.v. 100-103). Masallı Rayon Məhkəməsinin 5(050)-36/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Rahim Əsədullayev və Təqsirləndirilən şəxs3 ətraflarında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi tərəfindən qəbul edilmiş 26 mart 2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 02, i.v. 140-143). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Rahim Əsədullayev və Təqsirləndirilən şəxs3 son on il ərzində stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişlər (cild 02, i.v. 144). “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Rahim Əsədullayev və Təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicədə olmamışlar (cild 02, i.v. 149). Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə İnzibati Ərazi-Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktub, xasiyyətnamələri, vəsiqə surəti və “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani küçəsi, dalan 3, ev 3-də qeydiyyatdadırlar və yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar, Təqsirləndirilən şəxs1 Xəzər rayonu, Albalılıq dayanacağı, ev 11, mənzil 13-də qeydiyyatdadır və himayəsində xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 02, i.v. 150-153). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Aministiya Qərarına əsasən xx.xx.2009-cu il tarixdə həmin cəzadan azad edilmiş; Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 271/2024 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdir (cild 02, i.v. 172-182). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.2-ci maddələrinə əsasən, məhkumluq azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs1 əvvəlki iki hökm üzrə məhkumluğu ödənilmişdir. Habelə, onun əməllərində cinayətin residivi də müəyyən edilməmişdir. Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, hökmlərin və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2012-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 3 (üç) ay 1 (bir) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş; Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 5 (beş) ay 26 (iyirmi altı) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş; Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Aministiya Qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2016-cı ildə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş; Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 (bir) ay 26 (iyirmi altı) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti baş çatmışdır (cild 02, i.v. 183-199). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə ödənilmiş hesab olunur. 83.4-cü maddədə göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs2 əməllərində cinayətin residivi yoxdur. Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsi, hökm və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 Ağır Cinayətlərə dair Hərbi Məhkəmənin xx.xx.2001-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 241, 304.1, 334.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 221.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 6 (altı) ay azaldılaraq, üzərində qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 1 (bir) ay azaldılaraq, üzərində qəti olaraq 13 (on üç) il 5 (beş) ay müddətə azadlıqdan mhrum etmə cəzası saxlanılmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 02, i.v. 200-218). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.5-ci maddələrinə əsasən, məhkumluq xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 8 (səkkiz) il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.2 və 18.3.2-ci maddələrinə əsasən, cinayətlərin residivi zamanı qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə xüsusilə təhlükəli sayılır. Belə olan halda Təqsirləndirilən şəxs3 əməllərində cinayətin xüsusilə təhlükəli residivi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 289 və 291 nömrəli rəylərindən görünür ki, Rahib və Təqsirləndirilən şəxs3lərin hər birində Opioidlərin qəbulundan yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görülür (cild 02, i.v. 219; 221). Lənkəran Şəhər Narkoloji Xəstəxanasında Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Opioidlərin və Stimulyatorların qəbulundan yaranan Asılılıq Sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v. 220). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Püblik Hüquqi Şəxsin 291 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində qaşarası nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 02, i.v. 222-223). “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Püblik Hüquqi Şəxsin 292 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir (cild 02, i.v. 224-225). “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Püblik Hüquqi Şəxsin 293 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində boyun, sağ əl, sol kürək nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir (cild 02, i.v. 226-227). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, onlara həmin maddələrlə yenidən ittiham elan edilmiş, ittihamın mahiyyəti elan olunmaqla, bu barədə qərarın surəti təqdim edilmiş; üzərlərinə şəxsi axtarış və götürmə, eləcə də “Mersedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş; Ceyhun və Təqsirləndirilən şəxs2 hər birinə ayrı-ayrılıqda məxsus olan bir ədəd “Redmi Xiaomi” markalı mobil telefon aparatları maddi sübut kimi tanınaraq idarənin maddi sübutları saxlama yerinə təhvil verilmiş; hazırki cinayət işindən narkotik vasitələrin mənbəyinin, eləcə də qrupun digər üzvlərinin müəyyən edilməsindən ötrü ayrıca icraata cinayət işi ayrılmışdır (cild 02, i.v. 228-254; 263-265; cild 03, i.v. 07-09; 35-37; 60-62). Bakı şəhəri Nəriman Rayon Məhkəməsi tərəfindən 07 və 27 yanvar 2025-ci il tarixli məktublar ilə məhkəməyə daxil olmuş, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qapalı məhkəmə iclaslarının audio-video materialının əks olunduğu DVD disklərə məhkəmə iclasında baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən (ekspertiza rəyləri və şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarış) görünür ki, Təqsirləndirilən şəxs1, Rahib və Təqsirləndirilən şəxs3lər xx.xx.2024-cü il tarixdə, saat 00:45 dəqiqədə regional şöbəyə gətirilmişlər, onların müayinə və ya müalicələri ilə əlaqədar hər hansı tibb müəssisəsinə müraciət olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə məhkəməyə daxil olmuş, 2823/2024, 2821/2024, 2820/2024 nömrəli “Məhkumun Tibbi Kitabçası”-nın surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs1 müayinə zamanı sol göz almasının ağlı qışasında kimyəvi yanıqlar, çapıqlaşmış sahə (2019), hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyası izləri, çapıqlaşmış sahə olduğu (zədə almadığını bildirmişdir); Təqsirləndirilən şəxs3 bazunun yuxarı 1/3-nin arxa səthində uzun çapıq toxumalar, boyunun sağ və sol yan tərəfində sıyrılmış, sağ əlin arxa səthində, sol kürəkdə səthi kəsilmiş üzəri qərtməkli yaralar olması (həbs olunan zaman xəsarət aldığını bildirmişdir); Təqsirləndirilən şəxs2 hər iki saidin ön səthində, sol qaşında köhnə çapıqlar, hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyası izləri və çapıqlaşmış sahə olduğu (zədə almadığını bildirmişdir) müəyyən edilmişdir. Bakı Şəhəri Nəriman Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş qapalı məhkəmə iclasının audio-video yazısının texniki nasazlıq səbəbindən aparılması mümkün olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 idarənin müvəqqəti saxlama yerinə qəbul edilərkən Təqsirləndirilən şəxs1 qaşarası nahiyəsində sıyrıq, Təqsirləndirilən şəxs3 boyun, sağ əl, sol kürək nahiyələrində xəsarət izlərinin olduğu müəyyən edilmiş, istintaq zamanı ifadələrində onlar həmin xəsarətləri saxlanılmazdan bir neçə gün əvvəl aldıqlarını bildirmişlər. Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən fiziki və psixi işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X7 və Müdafiəçi4 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardımla əlaqədar Müdafiəçi1 cəmi 21 (iyirmi bir), Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardımla əlaqədar Vəliəhəd Həbibov cəmi 17 (on yeddi), Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardımla əlaqədar Müdafiəçi4 cəmi 14 (on dörd) iş saatı həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdikləri əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə müdafiəçiləri vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı narkotik istifadəçisi olmaları və şəxsi istifadələri məqsədilə birlikdə narkotik dalınca getmələri hissədə səmimi etiraf etsələr də (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə, satışı ilə məşğul olmadıqları hissədə (hər birinə münasibətdə) mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların özlərini müdafiə üçün gətirdikləri hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər, yəni, Təqsirləndirilən şəxs1 26 mart 2024-cü il tarixdə Rahib və Təqsirləndirilən şəxs3lərlə Masallı rayonuna maşına baxmağa gedəndə yolda sosial şəbəkədə tanış olduğu azərbaycanlı kimi tanıdığı Yusif adlı şəxsə zəng edərək şəxsi istifadəsi üçün 200 (iki yüz) manat müqabilində 250-300 qram marixuana istəməsi, Yusifin zibil kisəsinin içində olan nəşəni götürməsi üçün göndərdiyi konumda zibil kisəsinin olmadığını, başqa şeylərin olduğunu görüb, qorxduğu üçün heç nə götürməyərək geri qayıtmaları, Rahibin də bu barədə yolda ondan eşitməsi, Rasimin isə ən sonda bu barədə məlumatı olması, polis əməkdaşları tərəfindən saxlanılan vaxt üzərində narkotik vasitə olmaması, polislərin ona 2.000 (iki min) manat müqabilində maşına qoyduqları kisəni Bakıya daşımalı olduğunu bildirməsi barədə fiziki və psixoloji təsir və təzyiq göstərmələri, əvvəlcə Masallı postunun həyətində döyülməsi, onu döyənlərdən birinin səhv etmirsə, Şahid2 olması, şəxsi axtarışda üzərlərindən aşkar olunan narkotik vasitəni polis əməkdaşının şöbədə ona verilməsi, olduqları avtomobildən aşkar olunan külli miqdarda narkotik vasitələrin olduğu kisəni polis əməkdaşlarının ağ rəngdə “Niva” markalı maşından götürüb gətirib onların olduğu maşına qoymaları, regional şöbədə psixi təsirə məruz qalması, avtomobildə olan kameranın yəqin ki, polis əməkdaşları tərəfindən götürülməsi, polis əməkdaşları onları avtomobildən çıxardıqdan sonra avtomobilin açarı üzərində, qapılarının isə açıq vəziyyətdə qalması, postda ayrı-ayrılıqda saxlanılmaqla bir saata yaxın müddətdə döyülmələri, avtomobilə baxışda iştirak etməməsi və həmin istintaq hərəkətinin nə vaxt həyata keçirildiyini bilməməsi, istintaq hərəkətləri aparılanda müdafiəçisini görməməsi, hüququ və vəzifələrinin ona izah olunmaması, müstəntiqin boş kağızlara ona imza etdirməsi, ifadəsinin ona oxunmaması, Rasim və Rahiblə üzləşdirilməməsi, bu barədə protokola imza etdirilməsi kimi bir halın olmaması, qətimkan tədbiri seçilərkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ittihamda qeyd olunan narkotik vasitələrin ona aid olmadığını, polislərin döyərək boynuna qoyduqlarını bildirməsi; Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək avtomobilə baxmaq üçün Lənkərana getməyi təklif etməsi, qardaşı Təqsirləndirilən şəxs3 qulaq yoldaşı kimi özü ilə aparması, Rasimin narkotik məsələsindən xəbəri olmaması, yolda maşının xarab olması səbəbindən avtomobil söhbətinin kənarda qalması, narkotik vasitə götürməyə getmələri, narkotik vasitənin olduğu kisəni görsələr də, narkotikin çəkisi barədə aralarında mübahisə yarandığından həmin kisəni götürmədən Bakıya qayıtmaları, polis əməkdaşları tərəfindən saxlanılıb posta gətiriləndən sonra tanımadığı polisin maşının açarını ona verərək, qapını açmasını bildirməsi və qapını açanda maşının içərisində nəşə olduğunu görməsi, həmin kisənin kim tərəfindən maşına qoyulmasını bilməməsi, lakin konum yerində gördükləri, amma götürmədikləri kisə ilə eyni olması, ibtidai istintaq zamanı ona göstərilmiş təzyiq nəticəsində etirafedici ifadə verməsi, ona qarşı nalayiq ifadələr işlədilməsi, üç polis əməkdaşı tərəfindən Ceyhunun yanında döyülməsi, dişlərinin sındırılması, dodağının partladılması, ağzından qan gəlməsi, tapançanın arxası ilə başına vurmaları nəticəsində başının və ağzının şişməsi, Ceyhunun da etirafedici ifadə almaq məqsədilə döyülməsini görməsi, maşına baxış keçiriləndə vəkilinin olmaması, ümumiyyətlə vəkilini elə də çox görməməsi, oxuya bilmədiyi üçün ifadəsini oxumadan imza etməsi, müstəntiqin dedikləri ilə razılaşması; Təqsirləndirilən şəxs3 narkotik vasitə satışı ilə əlaqəsi olmayan biri olması, 26 mart 2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 rayona nə məqsədlə gəlmələri barədə əvvəlcə məlumatının olmaması, maşında olarkən onların mübahisə etdiklərini görüb söhbətin nədən getdiyini bilməsi, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində, habelə olduqları avtomobildə narkotik vasitənin olmaması, narkotik vasitəni maşına kimin qoymasını görməməsi, etirafedici ifadə verməsi üçün polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsi, boğazına və başına xəsarətlər yetirilməsi, döyülməsi, Şahid2 ona metodon listini verib, videoçəkilişdə təqdim etməsini bildirməsi, buna razılıq verməsinə səbəb ona qarşı olan fiziki işgəncələrin, ünvanına söyüş işlədilərək təhqir olunmasının olduğu, Mehti onu boğanda, Tural adlı polis əməkdaşının onu Mehtinin əlindən alması, vəkilinin olmaması barədə dedikləri əsassız olaraq törətdikləri əməllərdə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 26 mart 2024-cü il tarixdə, saat 23:20 dəqiqədə Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci Yol Patrul Xidməti taqımının stasionar postunda Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə istintaq hərəkətləri aparılarkən Təqsirləndirilən şəxs1 həmin avtomaşında narkotik vasitə olmasını bildirdikdən sonra, Təqsirləndirilən şəxs2 özündə olan açarla avtomaşının qapılarını açmış, Ceyhun avtomaşının salonundan bir ədəd sintetik torbanı götürüb təqdim etmiş, həmin torba açılıb içərisinə baxıldıqda yeddi ədəd sellofon bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, üç ədəd bükülüdə tiryəkə bənzər, 30 ədəd listdə metadon tabletinə bənzər kütlələr aşkar olunmuş, Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq internet vasitəsilə tanış olduğu “Yusif” adlı İran vətəndaşının həmin narkotik maddələri Masallı rayonu ərazisində magistral avtomobil yolunun kənarında qoydurmasını, Rahibin idarə etdiyi maşınla birlikdə gəlib götürdüklərini, Bakı şəhərinə apardıqdan sonra deyiləcək yerdə qoyacağı müqabilində ona bank kartı vasitəsilə 2.000 (iki min) manat pul veriləcəyini və həmin məbləği Rahiblə öz aralarında böləcəklərini bildirmişlər. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasında 27 mart 2024-cü il tarixdə üzərlərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən onlardan aşkar olunmuş narkotik vasitələri “Yusif” adlı iran vətəndaşının göndərdiyi içərisində narkotik vasitələr olan kisədən şəxsi istifadələri üçün götürüb özlərində saxladıqlarını bildirmişlər. Bundan əlavə, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda ilkin izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri 27 və 28 mart 2024-cü il tarixli ifadələrində özlərini onlara verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşımada təqsirli bilmiş, habelə saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə bundan sonra aparılan istintaq hərəkətləri zamanı heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadıqlarını bildirmişlər. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda ibtidai istintaq zamanı özlərinə məxsus olduğunu etiraf etdikləri narkotik vasitələr barədə Məhkəmə Ekspertizası Mərkəzi Lənkəran Regional Bölməsinin 19/283 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə kimyəvi və bioloji ekspertizasının rəyi ilə şübhəli şəxs və təqsirləndirilən qismində tanış olarkən, həmin rəyə dair hər hansı bir şikayəti və ya vəsatətinin olmadığını qeyd etmişlər. Məhkəmə cinayət işinin materiallarından onu da müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərin hər birinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri, ilkin izahatları, şübhəli, təqsirləndirilən şəxs qismində dindirilmələri, aralarında aparılmış üzləşdirmə istintaq hərəkətləri, cinayət işinin materialları ilə tanış olmaları ibtidai istintaq orqanı tərəfindən onların hər birinə ayrı-ayrılıqda təyin olunmuş vəkillərinin iştirakı ilə aparılmış, bu barədə sənədlər həm təqsirləndirilən şəxslərin özləri, həm də müdafiəçiləri tərəfindən imzalanmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan “üzləşdirmə protokolları”ndan məlum olmuşdur ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xx.xx.2024cü il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs1lə əvvəlcə Rahib, sonra isə Təqsirləndirilən şəxs3lər arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkəti icra edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 məxsus üzərində 070 ***-**-** saylı mobil nömrə olan “Redmi Xiaomi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı keçirilmiş baxış zamanı həmin mobil telefonun yaddaşında “WhatsApp” proqram təminatının “Söhbətlər” bölməsində “Yusif” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan İİR-nın mobil operatorlarına məxsus +98 905 150 9898 mobil nömrənin “Yus” adı ilə qeyd edilməsi və həmin nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs2 arasında yazışmalar olduğu; Təqsirləndirilən şəxs1 məxsus üzərində 051 ***-**-** və 070 ***-**-** saylı mobil nömrələr olan “Redmi Xiaomi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı keçirilmiş baxış zamanı həmin mobil telefonun yaddaşında “WhatsApp” proqram təminatının “Söhbətlər” bölməsində “Yusif” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan İİR-nın mobil operatorlarına məxsus +98 905 150 9898 mobil nömrənin “Y” adı ilə qeyd edilməsi və həmin nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında danışıqlar aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlar hər biri ayrı-ayrılıqda mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən onlara göstərilmiş fiziki və psixoloji təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu hüquqlarından istifadə etməmiş, yalnız Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbiri seçilərkən qapalı məhkəmə iclasında bu barədə bildirmiş və bununla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən fiziki və psixi işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinin barəsində “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Püblik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli ekspert rəylərində Təqsirləndirilən şəxs1 bədəni üzərində qaşarası nahiyəsində sıyrıq aşkar edilməsi, həmin xəsarətin bərk küt əşyanın təsirindən törənməsi, müddətinin müayinədən 5-7 gün əvvələ uyğun gəlməsi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilməməsi; Təqsirləndirilən şəxs2 bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməməsi; Təqsirləndirilən şəxs3 bədəni üzərində boyun, sağ əl, sol kürək nahiyələrində sıyrıqlar aşkar edilməsi, həmin xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənmələri, müddətinin müayinədən 5-7 gün əvvələ uyğun gəlməsi, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələrinin təyin edilməməsi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilənlər təqsirləndirilən şəxslərin hər birinin məhkəmədə polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixi təsir, təzyiqlərə məruz qalmaları barədə demələrinə əsasən onlar saxlanılandan sonra istintaq təcridxanasına aparıldığı vaxt üzərlərində xəsarətin olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə verilmiş sorğuya Bakı İstintaq Təcridxanasında alınmış cavablarda da öz əksini tapmışdır. Təqsirləndirilən şəxslərin saxlanılarkən döyülmə faktı ilə bağlı məhkəmə heyəti ilk öncə onu bildirir ki, cinayət işinin materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 idarənin müvəqqəti saxlama yerinə qəbul edilərkən Təqsirləndirilən şəxs1 qaşarası nahiyəsində sıyrıq, Təqsirləndirilən şəxs3 boyun, sağ əl, sol kürək nahiyələrində müəyyən edilmiş xəsarət izləri barədə həmin şəxslərin özləri aşkar olunan bu xəsarətləri saxlanılmazdan bir neçə gün əvvəl aldıqlarını bildirmişlər. Bundan başqa, Bakı İstintaq Təcridxanasından məhkəməyə hər bir təqsirləndirilən şəxs barəsində daxil olmuş “məhkumun tibbi kitabçası”-nın surətlərində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zədə almadıqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı onlara fiziki və psixi təsir, təzyiq göstərilməsi ilə əlaqədar yuxarıda qeyd olunan araşdırmalarla kifayətlənməmiş, məhkəmə istintaqında bu istiqamətdə araşdırmanı davam etdirmişdir. Belə ki, məhkəmə tərəfindən ilk növbədə Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı barəsində qətimkan tədbiri seçilərkən məhkəmə nəzarəti qaydasında keçirilmiş qapalı məhkəmə iclasının audio-video yazısı aidiyyəti üzrə sorğu əsasında tələb olunmuş, lakin Bakı Şəhəri Nəriman Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli qapalı məhkəmə iclasının audio-video yazısı texniki nasazlıq səbəbindən aparılmamışdır. Bununla, belə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli qərarında araşdırmanın aparılmasının əsası kimi Təqsirləndirilən şəxs3 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin məlumatının olmasının göstərilməsi Təqsirləndirilən şəxs3 həmin məhkəmə iclasında bu barədə bildirməsini şübhəsiz təsdiq edən faktdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 məhkəmədəki ifadəsində saxlanılarkən onu döyən polis əməkdaşlarından birinin Şahid2 olması, Mehti onu boğarkən Şahid5 adlı digər əməkdaşın onu Mehtinin əlindən alması, həmçinin digər Təqsirləndirilən şəxs1 də onu döyən şəxsin səhv etmirsə, Şahid2 olması barədə demələrinə əsasən, iş üzrə ittiham tərəfin şahid qismində məhkəməyə çağırılmalı olan şəxslərin siyahısında adını qeyd etdiyi Şahid2 məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məhkəmə bütün imkanlarından (rəsmi qaydada icra üçün iş yerinə, həmçinin nəzarət üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə dəfələrlə məktub ünvanlanmışdır) istifadə etmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda Şahid2 məhkəmə iclasları ilə bağlı Lənkəran şəhərinə gediş-gəlişində çətinlik yaranması, hər dəfə bununla bağlı xidmətdən azad edilməsinə görə iştirakının mümkün olmadığı göstərilmiş və bununla da şahidin məhkəmədə iştirakı təmin olunmamışdır. Məhkəmə qeyd olunan halın müəyyənləşdirilməsi ilə əlaqədar müdafiə tərəfindən iddia olunan halı araşdırmış, bununla bağlı müdafiə tərəfindən adı hallanan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin polis nəfəri, polis baş serjantı Şahid5 əlavə şahid qismində məhkəməyə dəvət olunmuş və sonuncu ona ünvanlanan suallara cavab olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ətrafında 26-27 mart 2024-cü il tarixlərdə keçirilmiş əməliyyat tədbirində iştirak etmədiyini, yanında onlardan hansınınsa döyülməsinin şahidi olmadığını, kimisə kimdənsə ayırmamasını, təqsirləndirilən şəxslərin vəziyyətdən çıxmaq üçün onun adını çəkdiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən saxlanılarkən onu döyən Şahid2 əlindən alan şəxsin Şahid5 deyil, Ramil adlı şəxs olmasını, onları səhv saldığını, hətta Turalın da onu kamerada döyməsini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı heç bir təzyiqə və təsirə məruz qalmadığı, audio-video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclaslaslarında ifadələrini ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi hissədə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi və bunu səbəb olaraq yalnız şəxsləri səhv salması ilə əlaqələndirməsi onun bu hissədə ifadəsinin həqiqiliyini şübhə altına alır. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb posta, həmçinin regional şöbəyə aparılarkən döyülmələri barədə qətimkan tədbiri seçilməsi ilə bağlı qapalı məhkəmə iclasında bildirmələri barədə dediklərinə əsasən aidiyyəti məhkəmədən tələb olunan həmin məhkəmə iclaslarının audio-video yazılarının əks olunduğu disklərə məhkəmədə baxış keçirilən zaman sözügedən məhkəmə iclaslarında belə bir halın olmadığı müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında özünü təqsirli bilərək, ifadəsində narkotik vasitə olan heroini götürməli olduğunu, əvvəllər narkotik vasitədən istifadə etməsini; Təqsirləndirilən şəxs2 isə dostu Təqsirləndirilən şəxs1 iranlı şəxsin “mal” atdığını, götürdükdən sonra ona da verəcəyini, əslində iranlı ilə 50-60 qram üçün razılaşdıqlarını, lakin ora gedəndə kisə olduğunu gördüklərini bildirmiş, onlara bu və ya digər formada fiziki və ya psixi təzyiq, təsir göstərilməsi barədə heç bir söz deməmişlər. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində ibtidai istintaq zamanı təyin olunmuş və keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyini vermiş Lənkəran Rayonlararası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Zona Mərkəzinin rəisi, məhkəmə-tibb eksperti Şahid6 məhkəmədə əlavə şahid qismində dindirilərkən tərəfindən imzalanmış rəyləri təsdiq etdiyini, əlavə olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müəyyən etdiyi xəsarətlərin yaranma mexanizmi, rəngi, forması və ölçüsünə görə onların müddətini müəyyən etdiyini və xəsarətlərin yaranma müddətinin beş-yeddi gün intervalını istintaqı aparan şəxs üçün müəyyənləşdirdiyini, rəyi kimsənin təsiri altında olmadan, müstəqil şəkildə verdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində boyun nahiyyəsində olan xəsarət izlərini dörd-beş gün əvvəl yaşadığı evdə həyətdə işləyən zaman təsadüfən aldığını, həmin xəsarətlərin kənar şəxslər tərəfindən yetirilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq və təsirlərə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər təqsirləndirilən şəxslərin özü, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara müraciət etməmişlər, eyni zamanda özləri də bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişlər. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslərin hadisə ilə bağlı ümumi sözlərlə yalnız narkotik istifadəçisi olduqları, satışı ilə məşğul olmamaları barədə göstərdikləri xüsusatlara tərəflərindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad etmələri qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri izahat və ilkin ifadələrin məhz qanunu bilməmələri, aldadılmaları, döyülmələri nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Onların göstərdikləri bu xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların izahat və ilkin ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ilkin ifadələrini müdafiəçilərinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan vermələrini bildirdiklərinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaları və daşımaları, onların məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən digər sübutlardan da görünür ki, onlar narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışlar. Çünki, onlardan aşkar olunan narkotik vasitələrin heroin, tiryək, qurudulmuş marixuana, metadon həbi olmaqla ayrı-ayrı növlərində olması, həmin kütlələrin hər birinin ayrı-ayrılıqda qablaşdırılması, çəkiləri həmin kütlələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinin tələbinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49, 102, 146cı bəndlərinə əsasən heroin, tiryək, marixuana dövriyyəsi qadağan edilən; İİ Siyahısının 1ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 qramdan 800 qramadək çəkidə narkotik vasitə heroin; 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana; 111-ci bəndinə əsasən təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə metadon külli miqdar; 182-ci bəndinə əsasən təmiz halda 50 qramdan 5000 qramadək tiryək külli miqdar təşkil edirlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdikləri, ilkin izahat və ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının, əlavə şahidlərin ifadələri, “baxış və götürmə aparılması haqqında”, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, onlara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış ayrı-ayrı növdə olan narkotik vasitələr, təqsirləndirilən şəxslərin istifadələrində olmuş mobil telefon nömrələri ilə aparılan yazışmalar (sms mətnləri və səslər), yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrini, Təqsirləndirilən şəxs1 isə himayəsində bir azyaşlı uşağının olmasını onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Rahib Fərzəliyevin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs3 əməllərində cinayətin xüsusilə təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara müvafiq qaydada ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara (Təqsirləndirilən şəxs1 barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının; Rasim Fərzəliyevə münasibətdə əməllərində cinayətin xüsusilə təhlükəli residivinin olmasını) əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində qeyd olunur ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu mənada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 1(001)- 271/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunan cəza ilə qismən toplanılmalıdır. Bundan başqa, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs1 birinci hökm üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət bir günə bir gün hesablanmaqla, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müvafiq qaydada təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 onlara azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmin Məcəllənin 56.1.4-cü maddəsinə görə cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə məhkum cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bu mənada məhkəmə hesab edir ki, Rasim Əsəullayev ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Rahib və Təqsirləndirilən şəxs3lərə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4, 132.1.6 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 9,793 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 11,229 qram olan narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş qalıq sayı 9 ədəd qalmış metadon həbi, “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş qalıq çəkisi 3031,7 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 12189,3 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq sayı 283 ədəd qalmış metadon həbi məhv edilməli; Təqsirləndirilən şəxs1 məxsus “Redmi Xiaomi” və Təqsirləndirilən şəxs3 məxsus “Redmi Xiaomi” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalı; şəxsi axtarış və götürmə, baxış və götürmə istintaq hərəkətlərinin videgörüntülərini özündə əks etdirən DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 198.3-cü maddədə isə qeyd olunur ki, cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 43 (qırx üç) manat 33 (otuz üç) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldıqları ibtidai həbs müddətləri onların cəzaçəkmə müddətlərinə daxil edilməklə cəza çəkmələrinin əvvəli tutulduqları gündən, yəni 26 mart 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 1(001)-271/2024 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, barəsində 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 birinci hökm üzrə tutulduğu və həbsdə saxlanıldığı 2024-cü il 14 yanvar saat 01:00-dan 15 yanvar saat 11:05-dək olan 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla, ona təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 43 (qırx üç) manat 33 (otuz üç) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 9,793 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 11,229 qram olan narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş qalıq sayı 9 ədəd qalmış metadon həbi, “Mercedes Benz Vito” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş qalıq çəkisi 3031,7 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 12189,3 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq sayı 283 ədəd qalmış metadon həbi məhv edilsin; Təqsirləndirilən şəxs1 məxsus “Redmi Xiaomi” və Təqsirləndirilən şəxs3 məxsus “Redmi Xiaomi” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın; şəxsi axtarış və götürmə, baxış və götürmə istintaq hərəkətlərinin videgörüntülərini özündə əks etdirən DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar