Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-786/2024 04.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin məhkəmə aidiyyətinə dair mübahisənin həll edilməsi üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, təqsirləndirilən şəxs X4, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq Müəyyənetdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,624 qram narkotik vasitə heroini əldə etmiş, 2,108 qram hissəsini 14 iyul 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhərində yerləşən “Füzuli” parkında tanışı Şahid4 100 manat pul müqabilində satmış, sonuncu 17 iyul 2024-cü il tarixdə saat 13:40 radələrində Yevlax şəhəri Vidadi küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibindən Təqsirləndirilən şəxs aldığı 2,108 qram narkotik vasitə heroin aşkar olunmuş, bundan sonra polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40-da Şirvan şəhərində saxlanılıb, Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən şalvar cibindən Şahid4 üzərində aşkar olunmuş heroinlə eyni tərkibli olan 5,516 qram heroin aşkar olunaraq götürülmüşdür. Şahid4 üzərində 2,108 qram narkotik vasitə heroinin aşkar olunması faktı üzrə Yevlax Rayon Polis Şöbəsinin istintaq bölməsində 18 iyul 2024-cü il tarixli qərarla CM-nin 234.1-1ci maddəsi ilə cinayət işi başlanılmış, Təqsirləndirilən şəxs da üzərində 5,516 qram narkotik vasitə heroin aşkar olunması faktı ilə bağlı araşdırma bir icraatda aparılmış, Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixli qərarla CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş, barəsində Yevlax Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həmin cinayət işinin materiallarından 12 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, cinayət işi üzrə ibtidai istintaq tamamlanmış və iş üzrə tərtib edilmiş ittiham aktı Yevlax rayon prokuroru tərəfindən 28 oktyabr 2024-cü il tarixdə təsdiq olunmaqla cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. X10 Cinayətlər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi ərazi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin həmin qərarında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Şirvan şəhərində başa çatması, bu səbəbdən də onun barəsində olan cinayət işinin ərazi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aid olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şirvan şəhərində polis işçiləri tərəfindən saxlanılarkən üzərində mövcud olması göstərilən 5,516 qram narkotik vasitə heroini üzərində saxlayıb daşımaqla Yevlax şəhərinə aparmış, onun üzərində xx.xx.2024-cü il tarixdə Yevlax şəhərində şəxsi axtarış aparılmaqla həmin narkotik vasitə götürülmüşdür. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini saxlama və daşıma cinayət əməlləri uzanan cinayət olmaqla Yevlax şəhərində başa çatmışdır. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinin tələbinə əsasən cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası CPM-nin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası CM-in 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-cı il, “Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il və “Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hüquq nəzəriyyəsinə görə “uzanan hüquqpozuntuları” konkret olaraq qanunla cəza və ya inzibati tənbeh təhdidi altında müəyyən edilmiş öhdəliklərin əksər hallarda hərəkətsizlik, həmçinin hərəkət formasında yerinə yetirilməməsi və ya pozulması məqamında başlayır, əməlin törədilməsi ilə bitmir, uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir, törədildiyi anda deyil, ya subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında, ya da kənardan müdaxilə nəticəsində dayandırıldığı anda bitir. Beləliklə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cinayət əməlinin başa çatdığı və törədildiyi yer, onun barəsində olan cinayət işinin ərazi üzrə məhkəmə aidiyyəti mübahisəlidir. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisəyə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apelyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı cinayət işinin ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı yaranmış mübahisənin həll edilməsi üçün cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası CPM-in 299.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri iş üzrə məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 74.1, 74.2.1, 75.1, 77.1, və 299.3.5-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair mübahisənin həll edilməsi üçün cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində Yevlax Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri iş üzrə məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-786/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-786/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver