Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-787/2023 13.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 11, mənzil 8/11-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1987-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 6-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 102-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1982-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli Y/M “AB” Massivi, ev 70, mənzil 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ibtidai istintaq Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən yekunlaşdırılmış və tərtib edilmiş ittiham aktı Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən bir ədəd soyuq silah hesab edilən kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik əşyanı qanunsuz olaraq əldə etdikdən sonra tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 5,85 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 21,255 qram, 0,961 qram və 0,589 qram olmaqla, ümumi təmiz çəkisi 22,805 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 4,540 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayrı-ayrı bükümlərdə qablaşdırılmış halda siqaret qutusunda olmaqla Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Optima minik” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında, soyuq silah hesab edilən kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik əşyanı isə həmin avtomobilin ön sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerində daşıyaraq saxlamış, 08 may 2023-cü il tarixdə saat 10 radələrində Hacıqabul rayon polis söbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən YPXA-nın 7-ci tağımının 720 saylı postunda avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib “Kia Optima minik” markalı **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə olan metamfetamin avtomobilin arxa sərnişin oturacağından, bir ədəd soyuq silah hesab edilən kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik əşya isə həmin avtomobilin ön sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə hazırlıq iclasında Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 şifahi vəsatət verərək, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs4 müdafiə hüququnun pozulmasını əsas gətirərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Müdafiəçi4 vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs4 09 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələr ilə ona ittiham elan edilmişdir. Lakin həmin cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edildiyi göstərilsə də ona verilmiş ittihamın təsvirində Təqsirləndirilən şəxs4 tərəfindən hansı hərəkətlərin törədilməsi ilə CM-in 228.4-cü maddəsinə əsasən təqsirli olması qeyd edilməmiş, həmin maddə ilə elan edilmiş ittihamdan sonuncunun hansı tarixdə, haradan, hansı növdə soyuq silahı qanunsuz əldə etməsi və daşıması göstərilməmişdir. Bu isə Azərbaycan Respublikası CPM-in 289.4-cü maddəsinin tələbinin pozuntusudur. Bunları nəzərə alaraq vəsatətinin təmin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında verdiyi şifahi vəsatətində cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 01 (bir) ay uzadılmasını, ibtidai istintaqı aparan Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılmasını, həmçinin Müdafiəçi4 vəsatətinin də təmin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 müdafiə hüquqları, elcə də ittiham aktının tərtib edilmə qaydaları pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi materialları ilə tanış olarkən müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs4 elan edilmiş ittihamın mətnində Təqsirləndirilən şəxs4 tərəfindən hansı hərəkətlərin törədilməsi ilə CM-in 228.4-cü maddəsinə əsasən təqsirli olması qeyd edilməmiş, həmin maddə ilə elan edilmiş ittihamdan sonuncunun hansı tarixdə, haradan , hansı növdə soyuq silahı qanunsuz əldə etməsi və daşıması göstərilməmişdir. Bu isə Azərbaycan Respublikası CPM-in 289.4-cü maddəsinin tələbinin pozuntusudur. Göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir, buna görə də vəsatətinin təmin edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında videokonfrans əlaqə vasitəsi ilə iştirakı təmin edilmiş təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri, elcə də Təqsirləndirilən şəxs4 Müdafiəçi4 vəsatəti ilə razı olduqlarını və verilmiş vəsatətlərin təmin edilməsini xahiş etmişlər. Məhkəmə tərkibi hazırlıq iclasında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, müdafiəçinin və dövlət ittihamçısının vəsatətləri əsaslıdır və bundan başqa istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı digər kobud qanun pozuntularına yol verildiyindən, Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələr ilə ona ittiham elan edilmişdir. (İİ cild, i.v. 304-305) Qeyd edilən təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq yekunlaşdıqdan sonra Hacıqabul rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən 18 sentyabr 2023-cü il tarixdə saat 13:50-dən Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 01-də yerləşən Hacıqabul rayon polis şöbəsinin inzibati binasında, xidməti otağında ittiham aktının tərtib edilməsinə başlanılmış və həmin gün saat 17:45-də ittiham aktının tərtibi qurtarmışdır. (İİ cild, i.v. 339-359) Hacıqabul RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X3 tərəfindən tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs4 haqqında məlumatlar və ittiham olunduğu cinayət qanunun maddələri yəni - Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu göstərilsə də verilmiş ittihamın mətnində Təqsirləndirilən şəxs4 hansı hərkətləri ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qeyd edilməmişdir. Belə ki, ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs4 elən edilmiş ittihamın mətnində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 5,85 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 21,255 qram, 0,961 qram və 0,589 qram olmaqla, ümumi təmiz çəkisi 22,805 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 4,540 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayrı-ayrı bükümlərdə qablaşdırılmış halda siqaret qutusunda olmaqla Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Optima minik” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında daşıyaraq saxlamış, 08 may 2023-cü il tarixdə saat 10 radələrində Hacıqabul rayon polis söbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən YPXA-nın 7-ci tağımının 720 saylı postunda avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib “Kia Optima minik” markalı **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə olan metamfetamin avtomobilin arxa sərnişin oturacağından aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs4 irəli sürülmüş ittihamda Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozitiv əlamətləri qeyd edilsə də həmin Məcəllənin 228.4-cü maddəsində nəzərdə tutulmuş maddənin dispozitiv əlamətləri göstərilməmiş, ümumiyyətlə sonuncunun hansı hərəkətlərin törətməsi nəticəsində CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi qeyd edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs4 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərədə tutulmuş əməlləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birgə törətməsi qeyd edilsə də onun digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olubolmaması qeyd edilməmiş və bu hal da işin faktiki hallarına uyğun olmamışdır. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)45/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (İ cild, i.v 227-232) Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 4(106)50/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınması üçün onun barəsində axtarış elan edilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. (İ cild, i.v 273-279) Cinayət işinin İİ cild, 56-cı səhifəsində olan “təqsirləndirilən şəxsin etap edilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Narkoloji Dispanserinə köçürülməsi qərara alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə baxmayaraq sonuncu barəsində Hacıqabul rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən hər hansı qətimkan tədbiri seçilməmiş, qətimkan tədbirinin seçilməməsinin səbəbi isə əsaslandırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 155.5-ci maddəsinə əsasən qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxsdən təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin çağırışlarına gəlməsi və onların yaşayış yerini dəyişməsi, habelə müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alınır. Hacıqabul RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs4 barəsində qətimkan tədbirinin seçilməməklə yanaşı, bu barədə ondan hər hansı iltizam alınmamış bu hal da Təqsirləndirilən şəxs4 Şirvan Apellyasiya Məhkəməsinin çağrışına getməməsinə səbəb olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs4 barəsində Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə və barəsində axtarış elan edilməsinə baxmayaraq cinayət işi materiallarında Təqsirləndirilən şəxs4 barəsində axtarış işinin açılıb-açılmaması barədə məlumat olmamaqla yanaşı, axtarışda olan şəxs Təqsirləndirilən şəxs4 nə vaxt, harda, kim tərəfindən saxlanılması barədə protokol da tərtib edilməmiş və cinayət işi materiallarına əlavə edilməmişdir. Bu hal isə Təqsirləndirilən şəxs4 istinad edilən əməlin gəlcəkdə tsədiqini tapdığı halda ona təyin ediləcək cəzanın hansı tarixdən başlanılmalı olmasının müəyyən edilməsini mümkünsüz etməklə yanaşı, Təqsirləndirilən şəxs4 azadlıq hüququnun da pozulmasına səbəb olur. Azərbaycan Respublikası CPM-nin 155.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən imperativ tələbinə baxmayaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsiyyətlərini təsdiq edən pasport və ya digər sənədləri götürülüb cinayət işi materiallarına əlavə edilməmişdir. Təqsirləndirilən şəxs4 nə vaxt saxlanılması, barəsində qətimkan tədbirinin seçilməsi ittiham aktının giriş hissəində göstərilməli olmasına baxmayaraq bu hal müstəntiq Vasif Məmmədov tərəfindən ittiham aktında qeyd edilməməklə CPM-nin 289.2.3-cü maddəsinin də tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsin əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Beləliklə, təqsirləndirilən şəxsə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya ittihamın mahiyyətinin dəqiq müəyyən edilməməsi, əhəmiyyətli olan bütün halların ittihamda təsvir edilməməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, habelə cinayət-prosessual qanunvericiliyi ilə bilavasitə hüquqlarını müdafiə etməsi üçün nəzərdə tutulmuş imkanlardan vaxtında və səmərəli istifadə etməməsi təqsirləndirilən şəxsin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, nəticə etibarı ilə bu da onun müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası CPM-in 289.4-cü maddəsinin tələbləri pozulmaqla ittiham aktının nəticə hissəsində Təqsirləndirilən şəxs4 tərəfindən Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi dəqiq gösətrilməmiş, hansı hərəkətlərlə həmin əməli törətməsi təsvir edilməmişdir. Belə ki, ittiham aktının nəticəvi hissəsində ittihamın mahiyyəti aydın əks olunmamaqla və həmin ittiham işin faktiki hallarına uyğun olmamaqla Azərbaycan Respublikası CPM-in 289.4-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuş, ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı ittiham aktının nəticəvi hissəsində ittihamın mahiyyəti aydın əks etdirməməklə və verilmiş ittiham işin faktiki hallarına uyğun olmayan formada təsvir edilməklə Azərbaycan Respublikası CPM-in 289.4-cü maddəsinin tələblərini pozmuşdur. Nəticədə isə iş üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin göstərilən tələbləri pozulmaqla tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ, beləliklə də müdafiə hüququ pozulmuşdur. Məhkəmə cinayət işinin materiallarını, müdafiəçinin və dövlət ittihamçısının vəsatətlərini nəzərdən keçirib yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 və Dövlət ittihamçısı vəsatətləri təmin edilməli, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan ********* nömrəli cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in: -303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. -303.3.1 və 303.3.6-cı maddələrinə əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulması və cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntuya yol verildikdə məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar iş üzrə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntulara yol verilməsi ilə nəticələnmişdir. Həmin pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinin məzmunundan aydın olur ki, məhkəmənin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmaq səlahiyyəti təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin göstərilən qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtarması halı ilə məhdudlaşır. Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)42/2023, 4(071)43/2023 və 4(071)44/2023 nömrəli qərarları ilə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində həbs qətimkan tədbiri 08 sentyabr 2023-cü il tarixədək seçilmişdir. (İ cild, i.v 212-226) Hacıqabul Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(071)45/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (İ cild, i.v 227-232) Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 4(106)50/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınması üçün onun barəsində axtarış elan edilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. (İ cild, i.v 273-279) Hacıqabul Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 4(071)73/2023, 4(071)74/2023 və 4(071)74/2023 nömrəli qərarları ilə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində həbs qətimkan tədbirinin müddəti 01(bir) ay , yəni 08 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v 204-220) Hacıqabul Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 4(071)75/2023, nömrəli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün, yəni 08 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v 221-225) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 1(099)- 787/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçiriləndək dəyişdirilmədən saxlanılmışdır. (İİ cild, i.v. 7) Məhkəmə hesab edir ki, iş üzrə hazırki qərarın çıxarıldığı gündən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş həbs qətimkan tədbiri müddəti bitir, buna görə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı məsələyə baxması Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən zəruridir. Azərbaycan Respublikası CPM-in 155.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri yalnız: bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.1); cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.2); əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə (155.3.3) - tətbiq oluna bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” yarımbəndindən, eləcə də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.3-cü maddəsindən belə aydın olur ki, şəxsin azadlıqdan məhrum edilməsi üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhənin olması zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi şəxsin cinayət əməlində təqsirli bilindiyi halda qərar verilməzdən əvvəl onun həbsi üçün dörd əsas qəbul edilən səbəb göstərir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə riski (“Stöqmüller Avstriyaya qarşı” iş); təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski (“Vemhoff Almaniyaya qarşı” iş), digər cinayət əməlləri törədəcəyi riski (“Matznetter Avstriyaya qarşı” iş) və ya ictimai qaydanı pozması riski (“Letelye Fransaya qarşı” iş). “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Avropa Məhkəməsinin presedentlərinə görə həbs qətimkan tədbirinin tətbiqinə, bir qayda olaraq, cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir. Bu halda isə şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır. Beləliklə məhkəmə şərh olunan normalara əsasən təqsirləndirilən şəxslərin şəxsiyyətini, törətdikləri cinayət əməlin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxslərin həbsdən azad olunması üçün maddi və prosessual əsasların olmadığını, həmçinin həbs qətimkan tədbirinin müddətinin bitməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 13 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 1 (bir) ay müddətinə uzadılmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Müdafiəçi4 Ramz oğlu və Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətlər təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroruna qaytarılmalı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş həbs qətimkan tədbiri müddətinin 01 (bir) ay müddətə uzadılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 51-2, 155, 299.3.2, 300.1.5, 303.1 , 303.3.1, 303.3.6 və 306.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ:
1. Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Dövlət ittihamçısı vəsatətləri təmin olunsun.
2. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilsin və cinayət iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroruna qaytarılsın. 3.Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 13 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 1(bir) ay müddətinədək uzadılsın.
4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. 5.Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. 6.Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.