Məhkəmə qərarları › İş №1(099)-79/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-79/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-79/2023 09.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində məlum olmayan gündə və saatda cinayətdən xəbərsiz tanışı Şahid4 vasitəsilə ona müraciət etmiş Zərərçəkmiş şəxs2 övladı X1 əlillik pensiyası düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı Zərərçəkmiş şəxs2 ilə telefon danışığı zamanı sonuncuya guya özünü Lənkəran rayon icra hakimiyyətinin hüquqşünası kimi səlahiyyətli rəhbər vəzifəli şəxslərlə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun qızına əlillik pensiyası düzəldilməsi üçün zəruri tədbirlərin görülməsinə görə birbaşa yolla maddi nemət olan 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib aldatmaqla həmin pul vəsaitini Şahid4 vasitəsilə əldə edib öz şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin iyun ayının əvvəllərində məlum olmayan gündə və saatda cinayətdən xəbərsiz olan tanışı Şahid4 vasitəsilə ona müraciət etmiş Zərərçəkmiş şəxs4 əlillik pensiyası düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı Zərərçəkmiş şəxs4la telefon danışığı zamanı sonuncuya guya özünü Lənkəran rayon icra hakimiyyətinin hüquqşünası kimi səlahiyyətli rəhbər vəzifəli şəxslərlə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncuya əlillik pensiyası düzəldilməsi üçün zəruri tədbirlərin görülməsinə görə birbaşa yolla maddi nemət olan 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib aldatmaqla 04 iyun 2022-ci il tarixdə Lənkəran rayon məhkəməsinin yaxınlığında yerləşən çayxanada Zərərçəkmiş şəxs4la görüşərək həmin pul vəsaitini əldə edib öz şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs4 təkrar təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyun ayının sonlarında məlum olmayan gündə və saatda ona müraciət etmiş cinayətdən xəbərsiz olan və ona müraciət etmiş Zərərçəkmiş şəxs2 bacısı oğlu Zərərçəkmiş şəxs3 Dövlət Təhlükəsizlik Xidmətinə sürücü vəzifəsinə düzəldilməsinə köməklik göstərilməsi ilə bağlı Lənkəran rayonu Qumbaşı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evdə Zərərçəkmiş şəxs3lə danışarkən sonuncuya guya özünü DTX-nin rəhbər vəzifəli şəxsləri ilə əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun DTX-də sürücü vəzifəsinə işə düzəldilməsi üçün zəruri tədbirlərin görülməsinə görə birbaşa yolla maddi nemət olan 3185 (üç min yüz səksən beş) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib aldatmaqla 2022-ci iyun ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda Lənkəran rayonu Qumbaşı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evdə Zərərçəkmiş şəxs3 1500 manat, iyun ayının sonlarında eyni niyyətlə istintaqa məlum olmayan gündə və saatda həmin ərazidə Zərərçəkmiş şəxs2 1500 manat, iyul ayının ortalarında eyni niyyətlə istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs3lə Lənkəran şəhəri Ləvəngi dairəsi adlanan ərazisində görüşərək sonuncudan 185 manat pulu əldə edib öz şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 3185 (üç min yüz səksən beş) manat məbləğində pul vəsaitini ələ keçirib təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs3 təkrar təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətində yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin iyun ayının əvvəllərində məlum olmayan gündə və saatda cinayətdən xəbərsiz olan Şahid4 vasitəsilə ona müraciət etmiş Zərərçəkmiş şəxs1 özünün guya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 övladı Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətində yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü, birbaşa yolla maddi nemət olan 4000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib aldatmaqla Lənkəran rayonu Qumbaşı kəndində 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 evinin həyətində sonuncuya məxsus 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini, 2022-ci ilin iyul ayının əvvəllərində eyni niyyətlə Zərərçəkmiş şəxs1 evinin həyətində sonuncuya məxsus 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini cəmi 4000 (min) manat pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 təkrar təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər müqavilə əsasında Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşununun Lənkəran rayonu, Velədi kəndində yerləşən hərbi hissəsində sürücü vəzifəsində işləmişdir. 2014-cü il tarixdə isə müqaviləsi bitdiyi üçün vəzifədən azad edilmiş, bundan sonra heç yerdə işləməmişdir. 2022-ci ilin iyun ayında Lənkəran şəhərində olan zaman Lənkəran Rayon məhkəməsində mühafizə polisi vəzifəsində işləmiş qardaşı Şahid2 Salmanzadə onunla telefon əlaqəsi saxlayaraq Həmidə adlı bir qadına sosial müavinət, təqaüd məsələləri ilə bağlı köməklik istədiyini bildirmişdir. Şahid2 ilə razılaşmış, 2022-ci ilin iyun ayının əvvəllərində Lənkəran rayon məhkəməsinin qarşısındakı çayxanada qardaşı Şahid2 Salmanzadə və Həmidə adlı qadınla tanış olaraq söhbət etmişdir. Həmidə ona, bəzi şəxslərdən işə düzəltmək və pensiya düzəltmək üçün pul aldığını, həmin şəxslərin işini düzəltməkdə ona kömək etməsini xahiş etmişdir. O, Həmidə ilə razılaşmış və Zərərçəkmiş şəxs1 oğlu X6 Nazirliyinin Lənkəran rayonu ərazisində olan X2 Xidmətinə işə düzəltmək üçün Mahirənin yaşadığı Lənkəran rayonu Qumbaşı kəndindəki evində 2022-ci ilin iyun ayının sonunda əvvəlcə 2500 manat, 2022-ci ilin iyul ayının əvvəllərində isə 1500 manat almış, pulu öz ehtiyacları üçün xərcləmiş, bu günə kimi Mahirəyə pul qaytarmamışdır. Mahirədən cəmi 4000 manat pul almışdır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, Həmidə vasitəsilə tanış olmuş və özünü Lənkəran Rayon İcra Hakimiyyətində hüquqşünas vəzifəsində işləyən şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs2 qızı Sevincə əlillik peniyası düzəltmək üçün Həmidə vasitəsilə 2022-ci ilin iyun ayının əvvəllərində Lənkəran rayon məhkəməsinin yanında əvvəlcə 2500 manatı və Sevincin tibbi sənədlərini, bir neçə gündən sonra isə bu məsəl ilə bağlı Həmidədən əlavə olaraq 300 manat almışdır. Şövkətdən bu məsələ ilə bağlı cəmi 2800 manat almışdır. Pulu öz ehtiyacları üçün xərcləmişdir. Bu günə kimi onun pulunu qaytarmamışdır. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının sonlarında Şövkətin bacısı oğlu Zərərçəkmiş şəxs3 DTX-ya sürücü vəzifəsinə düzətmək üçün Şövkətin yaşadığı Lənkəran rayonu Qumbaşı kəndindəki evində əvvəlcə 1500 manat, bir neçə gün sonra əlavə olaraq 1500 manat, daha sonra xatırlamadığı tarixdə Lənkəran rayonu ləvəngi adlanan dairənin yaxınlığında 185 manat, cəmi 3185 manat pul almış, həmin pulu öz ehtiyacları üçün xərcləmiş və bu günə kimi pulu Elxana qaytarmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının 4-də Həmidə vasitəsilə tanış olmuş Zərərçəkmiş şəxs4 əlillik pensiyası düzəltmək üçün ondan Lənkəran rayon məhkəməsinin yaxınlığında 1800 manat almış, pulu öz ehtiyacları üçün xərcləmiş, bu günə kimi pulu qaytarmamışdır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 istisna olmaqla, digərlərindən işlərini düzəltmək adı ilə özündən əvvəl Həmidə də pul almışdır. Özünü zərərçəkmiş şəxslərə Tural kimi tanıtmışdır, onlara dəymiş ziyanı ödəməmişdir. Qardaşı Taryelin bu işlərlə bağlı hər hansı maddi marağı olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin (mülki iddiaçıların), şahidlərin ifadələri, tədqiq olunmuş cinayət işində olan istintaq sənədləri və protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər özünü Tural kimi tqdim edən əsl adını sonradan bildiyi Elmarı tanışı Həmidə vasitəsilə tanımışdır. Həmidə ona Turalın FHN-də çoxlu tanışlarının olduğunu, onun oğlu Əlini FHN-yə işə düzldə biləcəyini demişdir. 2022-ci ilin iyun ayının əvvələrində Həmidə, o, oğlu və özünü Tural kimi təqdim edən Elmarla parkda görüşmüş, Tural ona bildirmişdir ki, Lənkəran rayon icra hakimiyyətində işləyir və əli hər bir dövlət qurumuna çatır, bir neçə il hərbi strukturda işləmişdir. Tural ona oğlunu Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinə yanğınsöndürən vəzifəsinə işə düzəldə biləcəyini söz ver verərək FHN-də işləyən vəzifəli şəxslə danışacağını və adının gizli saxlanılmalı olduğunu demişdir. Əvvəlcə Turaldan şübhələnmiş və onunla razılaşmamış, sonradan aralarında olan telefon danışıqları zamanı Tural ona inandırmışdır. Ona görə 2022-ci ilin iyun ayının sonlarında axşam saatlarında Tural onun yaşadığı Qumbaşı kəndindəki evinə gəlmiş, ondan 2500 manat almışdır ki, pulu FHN-nin müvafiq vəzifəli şəxsinə verəcək və həmin şəxs oğlunu işə götürəcəkdir. Pulu Turala verərkən oğlu Əli də evdə olmuşdur. 2022-ci il tarixdə iyul ayının əvvəllərində Tural ondan adını çəkmədiyi vəzifəli şəxsə çatdırmaq üçün əlavə 1500 manat da almış və Əlinin şəxsiyyət vəsiqəsinin surətini götürüb getmişdir. Tural demişdir ki, Əlinin işi 25 iyul 2022-ci il tarixədək düzələcəkdir. 25 iyul 2022-ci il tarixdən sonra dəfələrlə Turalın telefona zəng etsə də ona cavab verməmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Həmidəyə oğlunu işə düzəltmək üçün Turala pul versə də onu tapa bilmədiyini bildirmişdir. Həmidəyə dəfələrlə Turala zəng etsə də telefonun bağlı olmuşdur. Artıq aldadıldığını başa düşmüş Lənkəran ŞRPŞ-yə şikayət etmişdir. Hazırda Elmardan şikayətçidir, 4000 manat puldan ona bir qəpik də olsun ki, qaytarılmayıb. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs 4000 manata pulun və 60 manat dövlət rüsumun, cəmi 4060 manat pulun tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs – mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünü Turla kimi təqdim edən əsl adını sonradan bildiyi Elmarı Həmildənin vasitəsilə tanımışdır. Həmidə ona Turalın vəzifəli şəxs olduğunu, Lənkəran rayon icra hakimiyyətində hüquqşünas işlədiyini və dövlət qurumlarında tanışların olduğunu bildirmişdir. Həmidədən Turalın istifadəsində olan ***-***- **-** saylı mobil nömrəni götürmüş, Turalla əlaqə saxlamış və sonuncu 2-ci qrup əlilliyə görə qızı Sevincə pensiya düzəldə biləcəyini söz vermişdir. Bunun üçün Tural 2500 manat pul və əlillik pensiyası üçün tibbi sənədləri istəmiş, Tural həmin pulu Bakı şəhərində müvafiq vəzifəli şəxslərə verəcəyini və həmin şəxslərin pensiyasını düzəldəcəyini bildirmişdi. Lənkəran şəhərinə getməmək üçün Həmidəyə 2500 manat pulu və qızının tibbi sənədlərini vermişdir. Həmidə həmin pulu Lənkəran şəhərində Turalla görüşüb ona vermişdi. Bundan sonra özü də Turalla telefonla danışmışdır. Tural daha sonra əlavə 300 manat pul lazım olduğunu və təcili şəkildə ona çatdırmalı olduğunu bildirdikdə Qumbaşı kəndində Həmidə ilə görüşüb sonuncuya 300 manat vermişdir ki, Turala çatdırsın. Daha sonra Turalla telefonla danışdıqda 300 manat pulu aldığını, iyul ayının sonlarında qızının adına əlillik pensiyası alacağına söz vermişdir. Zərərçəkmiş şəxs2 əlavə olaraq ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının sonlarında bacısı oğlu Elxanı işə düzəltmək üçün Turala zəng edib onu evinə çağırmış, həmin vaxt evdə Həmidə, qızı Sevinc, Elxan evdə olmuşlar. Turala Elxanı dövlət işinə düzəltmək istədiklərini bildirdikdə Tural Elxanı DTX-yə sürücü kimi işə düzəldə biləcəyinə söz vermiş, Elxanın sürücülük vəsiqəsinin olmadığını bildirdikdə onlara işə düzələndən sonra sürücülük vəsiqəsinin həll ediləcəyini bildirmişdir. O, Turalın DTX-nin iş prinipləri, fəaliyyəti haqqında danışıqlarına inanaraq nə qədər pul lazım olduğunu soruşmuş, Tural da Elxanın DTX-yə düzəldilməsi üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Tural DTX-də sürücü vəzifəsində işləyən şəxsin pensiyaya getdiyini və həmin vəzifənin boş olduğunu, DTX-da yüksək vəzifədə işləyən tanışlarının olduğunu və həmin pulu onlara verdikdən sonra Elxanı işə götürəcəklərini bildirmişdir. Həmin günü Elxan Masallı rayonuna evindən 1500 manat pulu, şəxsiyyət vəsiqəsinin, diplomunun surətlərini götürüb onlara qayıtmış, 1500 manat pulu və sənədləri Turala vermiş, qalan 1500 manatı isə bir neçə gündən sonra verəcəyini demişdir. 2022-ci ilin iyun ayının sonlarında Tural onun mobil telefonuna zəng edib təəcili əlavə 1500 manat pulun da verilməli olduğunu, əks təqdirdə Elxanın yerinə başqa adamı işə götürəcəklərini bildirmişdir. 2022-ci ilin iyun ayının sonlarında günorta saatlarında Elxan qalan 1500 manatı da onun vasiətsilə Həmidənin yanında Turala çatdırmış və Elxanın işə düzəlməsini tezləşdirməyini xahiş etmişdir. Tural da həmin pulu taksi ilə Bakı şəhərinə DTX-də işləyən vəzifəli şəxslərə göndərcəyini bildirmiş və iyul ayının sonlarında Elxanın işə düzələcəyinə bir daha söz vermişdir. Lakin iyul ayının sonlarında Elxanın işə düzəlməsi ilə bağlı bir xəbər olmadığını gördükdən sonra Turala zəng etməyə başlamış, Tural isə telefonlara cavab verməmişdir. Avqust ayının əvvələrində Həmidə ona bildirmişdir ki, özünü Tural kimi təqdim edən şəxsin əsl adı Təqsirləndirilən şəxsdir və Girdəni kəndində yaşayır. Bundan sonra aydın olmuşdur ki, Təqsirləndirilən şəxs özünü Tural kimi təqdim edərək onu aldatmışdır. 2022-ci ilin avqust ayının əvvəllərində Girdəni kəndinə Elmarın yaşadığı evə getmiş, ondan pullarını geri istəmiş, Elmar ona iki günə pullarını qaytaracağına söz vermişdir. İki gündən sonra Elmarın pulunu qaytarmadığını başa düşüb Lənkəran ŞRPŞ-yə şikayət etmişdir. Elmar ona qızı Sevincə əlillik pensiyası düzəltmək üçün 2800 manat məbləğində, bacısı oğlu Zərərçəkmiş şəxs3a 3185 manat məbləğində ziyan vurmuşdur. Elmardan şikayətçidir, onu bağışlamır, 2800 manat pulunu tələb edir. Həmin puldan ona bir qəpik də ödənilməmişdir. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəməyə iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs 2800 manata pulun və 48 manat dövlət rüsumun, cəmi 2848 manat pulun tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs - mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının əvvəllərində Həmidə kənddə onunla söhbət edərkən Tural adlı tanışının yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, hətta öz oğlunu da FHN-nə işə düzəldilməsi üçün Turalla danışacağını bildirmişdir. O, Turalın kim olduğunu harada işlədiyini maraqlandıqda ona Turalın vəzifəli şəxs olduğunu Lənkəran rayon icra hakimiyyətində hüquqşünas işlədiyini və dövlət qurumlarında tanışların olduğunu bildirmişdir. İİ qrup əlilliyə görə 2020-ci ilədək pensiya almış, sonra pensiyası dayandırılmışdır. Pensiyasını bərpa etdirmək üçün Həmidədən götürdüyü Turalın mobil telefon nömrəsini ilə əlaqə saxlamış və özünə pensiya düzəltmək istədiyini bildirmişdir. Tural bu məsələni həll etmək üçün ondan 1800 manat pul istəmiş və tibbi sənədlərini gətirməyini demişdir. 04 iyun 2022-ci il tarixdə günorta saatlarında Həmidə ilə birlikdə Lənkəran rayon məhkəməsinin yaxınlığında yerləşən çayxanada Turalla görüşüb ondan 1800 manat pulu alıb həmin pulu Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində müvafiq vəzifəli şəxslərə verəcəyini və bu yolla onun pensiya məsələsinin həll olunacağına söz vermişdir. Həmin vaxt Həmidə də onların yanında olmuşdur. İyul ayı başa çatdıqdan sonra Turala zəng etsə də o, telefon zəngələrinə cavab verməmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Həmidə ona özünü Tural kimi təqdim edən şəxsin əsl adının soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Başa düşmüşdür ki, Elmar Həmidəni, onu Tural adı ilə aldadıb pul almışdır. Buna baxmayaraq 06 avqust 2022-ci il tarixdə Girdəni kəndinə Elmarın yaşadığı evə getmiş, Elmar ona 10 avqust 2022-ci il tarixdə pensiyasının düzələcəyini bildirmişdir. 10 avqust 2022-ci il tarixdə pensiya məsələsi həll olunmadığına görə o, Lənkəran ŞRPŞ-yə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Elmar digər şəxsləri də aldadıb pullarını almışdır. Bu məsələdə Həmidənin hər hansı bir maddi marağı olmamışdır. Hazırda Elmardan şikayətçidir, onu bağışlamır, 1800 manat pulunu tələb edir. Bu günə kimi ona bir qəpik də olsun ki, qaytarılmamışdır. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs4 məhkəməyə iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs 1800 manata pulun və 38 manat dövlət rüsumun, cəmi 1838 manat pulun tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs - mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun xalasıdır, Lənkəran rayonu Qumbaşı kəndində yaşayır. 2022-ci ilin iyun ayının ortalarında xalası Şövkət ona zəng edib Lənkəran şəhərində Tural adlı tanışının vəzifəli şəxlərlə yaxınlığı olduğunu, onu işə düzəldə biləcəyini demişdir. 2022-ci ilin iyun ayının sonlarında dəqiq xatırlamadığı tarixdə xalası Şövkətgilə getmiş, orada xalasının Həmidə adında tanışını və özünü Tural kimi təqdim edən sonradan adı məlum olan Elmarı görmüşdür. Tural özünün Lənkəran rayon icra hakimiyyətində hüquqşünas işlədiyini, onu işə düzəldə biləcəyinə söz vermişdir. Tural ona təhsili, yaşı, fiziki bacırıqları barədə suallar verərək onu bu barədə sorğu sual etdikdən sonra onu DTX-də sürücü vəzifəsinə işə düzəldəcəyinə söz vermişdir. Turala sürücülük vəsiqəsinin olmadığını bildirdikdə onu təlimə yollayacağını, işə düzəldikdən sonra sürücülük vəsiqəsi ilə təmin olunacağını, DTX-da işləyən adını çəkmədiyi vəzifəli şəxsə iki gün ərzində 3000 manat çatdırmalı olduğunu, əks halda sürücü vakant vəzifəsinin başqa şəxslər tərəfindən tutulacığını bildirmişdir. Turala inandığı üçün yaşadığı Masallı rayonuna evinə gedib, evdən 1500 manat pulu və diplomun, şəxsiyyət vəsiqəsinin, hərbi biletin kserosurətlərini götürüb xalasıgilə gəlmiş, Turala 1500 manatı və sənədləri vermişdir. Tural iki gün ərzində əlavə 1500 manat pulu da verməli olacağını bildirmişdir. O, Turala 1500 manat pulu verdikdə Həmidə və Şövkət də orada olmuşlar. Səhərisi günü iyun ayının sonlarında evdən əlavə olaraq 1500 manat pulu götürüb xalasıgilə gətirib vermişdir ki, pulu Turala çatdırsın. Tural pulu xalasından götürmüş, onunla telefon əlaqəsi saxlayıb nə zaman işə götürüləcəyini soruşmuş, 2022-ci ilin iyul ayının ortalarında Tural yaşayış yerindən arayış alıb ona təqdim etməsini istəmişdir. Tural ondan arayışı aldıqdan sonra arayışı müvafiq vəzifəli şəxslərə göndərəcəyi üçün ondan əlavə olaraq 285 manat da istəmişdir. Turala 185 manat verə biləcəyini demiş və iyul ayının ortalarında Turalla telefonda danışdıqdan sonra Masallı şəhər icra nümayəndəliyindən yaşayış yerindən arayış alıb Lənkəran şəhəri Ləvəngi dairəsi adlanan ərazidə görüşüb Turala arayışı və 185 manat pulu vermişdir. Bundan sonra tez-tez Turalın mobil telefonuna zəng edib nəticəsi ilə maraqlanmış, Tural da tez bir zamanda işlə təmin olunacağını söz verərək onu inandırmışdır. Bundan sonra 2022-ci ilin iyul ayının sonlarında Turala zəng etsə də o, zənglərə cavab verməmiş, telefona zəng çatmamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində xalası Şövkət özünü Tural kimi təqdim edən şəxsin Girdəni kənd sakini Təqsirləndirilən şəxs olduğunu, onun Qumbaşı kənd sakinlərini aldadaraq pullarını ələ keçirdiyini bildirmişdir. Elmar ondan ümumilikdə 3185 manat pul almışdır. Hazırda Elmardan şikayətçidir, ona vurulmuş ziyanı ödənilməmiş, pulunu tələb edir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 məhkəməyə iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs 3185 manata pulun və 52 manat dövlət rüsumun, cəmi 3237 manat pulun tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində Lənkəran rayon məhkəməsində mühafizə polis işləyən Şahid2 Salmanzadə vasitəsilə Tural adlı şəxslə tanış olmuşdur. Taryel demişdir ki, Tural Lənkəran rayon icra hakimiyyətində hüquqşünas işləyin, bütün dövlət qurumlarının vəzifəli şəxsləri ilə əlaqəsi var, pensiya, sosial müavinət, təqaüd kimi məsələləri həll etməyi bacarır. Taryelə inanmışdır. Oğlunu dövlət qulluğuna işə düzətmək istədiyi üçün Şahid2 onu 2022-ci ilin may ayının sonlarında səhər saatlarında rayon məhkəməsinin qarşısında çayxanada Tural onun oğlunu Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətində yanğınsöndürən vəzifəsinə işə düzəldə biləcəyini demiş, onun sözlərinə inanaraq razılaşmışdır. May ayının sonlarında Tural ondan 8000 manat borc pul istəmiş, Turalın vəzifəli şəxs olduğuna aldanaraq ona 4000 manat vermişdir. Düşünmüşdür ki, Turalın borcunu qaytaracaq, gələcəkdə oğlunun işə düzəlməsində ona köməklik edəcəkdir. Şahid4 əlavə olaraq ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının əvvəllərində Qumbaşı kənd sakini Şövkəti Tural ilə tanış edərək onun Lənkəran rayon icra hakimiyyətində hüquqşünas işlədiyini, yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu demişdir. Şövkət qızı Sevincin əlillik pensiyasını bərpa etmək üçün Turalın mobil telefon nömrəsini ona vermişdir. Şövkətin qızı Sevincin əlillik pensiyasını düzəltmək üçün 2022-ci ilin iyun ayının əvvələrində Lənkəran rayon məhkəməsinin yaxınlığında Turalla görüşüb Şövkətin ona verdiyi 2500 manat pulu və Sevincin şəxsiyyət vəsiqəsinin surətini, tibbi sənədləri Turala vermişdir. Bundan bir neçə gün sonra Şövkət ona iyun ayının əvvəllərində Qumbaşı kəndində öz evində Turala çatdırmaq üçün 300 manat da vermiş, iyun ayının əvvəllərində həmin 300 manat pulu Lənkəran rayon məhkəməsinin yaxınlığında yerləşən parkda Turala vermişdir. Şahid4 ifadəsinin davamı olaraq göstərmişdir ki, 2022-ci ilin iyun ayının əvvəllərində iş yoldaşı Zərərçəkmiş şəxs1 öz oğlunu dövlət qulluğuna düzəltdirmək istədiyini, lakin bunun üçün adam tapa bilmədiyini demiş, tanışı Turalın onun oğlunu işə düzəldə biləcəyini söylədikdən sonra Mahirə Turalla tanış olmaq istəmişdir. Lənkəran şəhərində yerləşən H.Aslanov parkında Tural, o, Mahirə və oğlu 2022-ci ilin iyun ayının əvvələrində görüşmüşlər. Tural Mahirəyə oğlunu FHN-nin X2 Xidmətində yanğınsöndürən vəzifəsinə işə düzəltdirə biləcəyinə söz vermişdir. Mahirə Turalın mobl telefon nömrəsini götürmüşdür. Bundan sonra Mahirə ilə əlaqəsi olmamışdır. Sonradan Mahirə ona, Turala oğlunu işə düzəltdirmək üçün cəmi 4000 manat pul verdiyini demişdir. Qumbaşı kəndində Şövkət qızına əlillik pensiyası bərpa etdirmək üçün Turalla əlaqə yaratdıqdan sonra Əlizamin də ondan Tural haqqında maraqlanmış, ona da Turalın telefon nömrəsini vermişdir ki, əlaqə saxlasın. Əlizamin də Turalla pensiya məsləsi ilə bağlı əlaqə saxlamış, Tural Əlizamini də inandırmışdır ki, vəzifəli şəxsdir, sözü dövlət orqanlarında keçir, vəzifədə işləyən tanışları var. Tural Lənkəran rayon məhkəməsinin yaxınlığında yerləşən parkda Əlizaminlə görüşmüş, ondan şəxsiyyət vəsiqəsinin surətini, tibbi sənədləri və 1800 manat almış, Əlizaminə 2022-ci ilin iyul ayının sonlarında əlillik pensiyasını həll etmək üçün 1800 manat pulu və tibbi sənədləri Bakı şəhərində ƏƏSMN-də işləyən adını çəkmədiyi vəzifəli şəxsə göndərəcəyinə söz vermişdir. Bundan başqa, Şövkət qızına əlillik pensiyası düzəltdirmək üçün Turalla əlaqə yaratmış, Turalla mobil telefonda danışarkən Şövkət bacısı oğlu Zərərçəkmiş şəxs3 də dövlət qulluğuna işə düzəlməyə köməklik etməsini xahiş etmişdir. X7 tanış etmiş və Tural ona DTX-də tanışlarının olduğunu, bir neçə gün sonra orada işləyən əməkdaşın pensiyaya gedəcəyini və sürücü vəzifəsinə vakant ştat olacağını, həmin yerə işə götürtdürəcəyinə söz vermişdir. Tural DTX haqqında bir sıra məlumatlar verərək hər kəsi özünə inandırmışdır. Elxan sürücülük vəsiqəsinin olmadığını bildirdikdə ona orada təlim keçdikdən sonra sürücülük vəsiqəsi də veriləcəyini demişdir. Bunun üçün Elxanın şəxsiyyət vəsiqəsinin surəti lazım olduğunu və 3000 manat pulun tez bir zamanda ona çatdırmalı olduğunu, əks təqdirdə həmin vəzifənin başqa şəxlsər tərəfindən tutulacağını bildirmişdir. Həmin günü Elxan dərhal Masallı rayonundakı evindən şəxsiyyət vəsiqəsinin, diplomunun və digər sənədlərin surətlərini, 1500 manat pulu gətirib Turala vermişdir. Tural pulu və sənədləri götürdükdən sonra pulun qalan hissəsini verilməsinin zəruri olduğunu bildirmiş və tanımadığı taksi ilə Lənkəran şəhərinə getmişdir. Səhərisi günü axşam saatlarında Tural Şövkətin evinin həyətində ondan qalan 1500 manatı da götürmüş və iyul ayının sonlarında Elxanı işlə təmin edəcəyinə söz vermişdir. Bundan sonra iyul ayı ərzində dəfələrlə Turalla əlaqə saxlamış, həm kəndlilərinin işləri ilə bağlı, həm də öz oğlunun işi bağlı maraqlanmış, Tural iyul ayının sonlarında bütün işlərin müsbət həll olunacağına söz vermişdir. 2022-ci ilin iyul ayının sonlarında dəfələrlə Turalın mobil telefonuna zəng etmiş, ona zəng çatmamışdır. Sonra Turalı axtarmağa başlamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində həmkəndlisi Mahirə ilə birlikdə Taryel vasitəsilə Turalın qaynanasının mobil telefon nömrəsini tapmış, qaynanasına zəng edib Turalın harada olması ilə maraqlanmış, ondan, Mahirədən və digər şəxslərdən aldığı pulları geri qaytarmasını tələb etdikdə, telefonu qızına vermiş, qızı Elmarın arvadı olduğunu, Tural adlı şəxsi tanımadığını Şahid2 Elmarın qardaşı olduğunu bildirmişdir. Elmarın qaynanası Şahid2 yalançı olduğunu və qardaşı Elmarı Tural kimi təqdim etdiyini demişdir. Elmarın Girdəni kəndində yaşadığı məlum olmuşdur. Elmarın onları aldatdığını başa düşdükdən sonra Şahid2 onları ünvan 2 ünvanında Elmarın yaşadığı evə aparmış, Elmarın evdə uzanıqlı vəziyyətdə istirahət etdiyini gördükdə ondan nə üçün özünü Tural kimi təqdim etməsini soruşmuş, o, isə ağlayaraq özündə olmadığını, aldığı pulları xərclədiyini, 10 avqust 2022-ci ilədək pulları geri qaytaracağına söz vermişdir. 2022-ci ilin avqust ayının ortalarında Elmarın yaşadığı evə getdikdə Elmarın evdə olmadığını öyrəndikdə dərhal Lənkəran ŞRPŞ-yə şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salmanzadə Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayına kimi Lənkəran rayon məhkəməsində mülki mühafizə polisi kimi işləmişdir. Hazırda heç yerdə işləmir, müxtəlif yerlərdə fəhləlik edir. Elmar doğma qardaşıdır, eşitmişdir ki, qardaşı Elmar Həmidəni və onrun bir neçə tanışını aldadıb pul almış və pulları qaytarmamışdır. 2022-ci ilin may ayının sonlarında o, qardaşı Elmarın sözünə əsasən onu Həmidəyə Tural kimi təqdim etmiş, Turalın guya Lənkəran rayon icra hakimiyyətində hüquqşünas işlədiyini demişdir. Qardaşı Elmara dələduzluq etməsi ilə bağlı heç bir məsləhət və ya göstəriş verməmişdir. Sonuncu dəfə 2022-ci ilin avqust ayının əvvəllərində Həmidə ona zəng edərək Qumbaşı kənd sakini Mahirə ilə birlikdə çayxanada görüşmüşlər. Həmidə Turalı axtardığını deyərək onun yerini soruşmuşdur. Elmarın qaynanası Fərəxanımın telefon nömrəsini Həmidəyə vermiş, sonuncu Fərəxanımla danışdıqdan sonra onları qardaşı Elmarın Lənkəran şəhərində yerləşən kirayə yaşadığı evə aparmışdır. Elmar 17 nömrəli binada beşinci mərtəbədə kirayə yaşamışdır. Birlikdə beşinci mərtəbəyə çıxıb qapını döysələr də qapını açan olmamışdır. Bundan sonra onlara Elmarın harada qaldığını bilmədiyini demişdir. Bundan sonra Mahirə və Həmidənin Girdəni kəndinə yaşadığı ünvana getdiklərini bilmişdir. Qardaşı Elmarın kimlərə qarşı və hansı məbləğdə dələduzluq etməsindən məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Mirismayıl qızı ifadəsində göstərmişdir ki, Elmar onun əridir. Qaynanası ilə mübahisələri olduğu üçün tez-tez Lənkəran şəhərinə anasının evinə gəlmişdir. Əri Elmar 2011-2014-cü illərdə FHN-nin Lənkəran rayonu ərazisində yerləşən hərbi hissəsində sürücü vəzifəsində işləmişdir. Elmarın müqaviləsi bitdiyi üçün fəhlə kimi müxtəlif yerlərdə işləmişdir. 2021-ci ilin mart ayından etibarən Elmar və uşaqları ilə birlikdə ünvan 3 ünvana kirayə köçmüşlər. Elmar sonradan heç yerdə işləməmiş və spirti içki qəbul etməyə başlamışdır. Buna görə aralarında tez-tez söz söhbət olmuş və 26 iyul 2022-ci il tarixdə uşaqlarını da götürüb anasının yaşadığı evə getmişdir. Bundan sonra Elmardan məlumatı olmamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində Həmidə adında qadın anasının mobil telefonuna zəng edib Tural adlı şəxsi soruşmuş, anasından telefonu götürüb Həmidə ilə danışaraq sonuncu ondan Turalla Şahid2 arasında hər hansı bir əlaqənin olub-olmadığını soruşmuşdur. O da ərinin adının Elmar, Elmarın isə Şahid2lə qardaş olduğunu, Şahid2 yalançı olduğunu, Elmarı Tural kimi təqdim edə biləcəyini demişdir. Həmidə Tural adlı şəxsin Qumbaşı kənd sakinlərini aldadaraq pullarını ələ keçirdiyini bildirmişdi. X5 kəndində yaşadığı ünvanı demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində zərərçəkmiş şəxs - mülki iddiaçı (anası) Mahirə Rzazadə ilə eyni məzmunlu ifadə verərək Tural kimi özünü təqdim edən Təqsirləndirilən şəxs onu FHN-nin X2 xidmətinə yanğınsöndürən vəzifəsinə düzəltmək adı ilə aldadaraq anasından onun iştirakı ilə 4000 manat pul aldığını, həmin pulu bu günə kimi qaytarmadığını göstərmişdir. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya xəstəxanasının 25 oktyabr 2022ci il tarixli 607 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda durmur. İş materillarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 25 oktyabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasındakı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 189 dəfə telefon danışıqları olmuşdur. Bundan başqa ***-***-**-** nömrə ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 139 dəfə, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək 39 dəfə, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 8 dəfə, Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 20 dəfə telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə Şahid4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin iyun ayından başlayaraq danışıqlar aparmışdır. Bundan başqa diskdə olan “antena.xlsx” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********70330 İMEİ kodlu mobil telefonun anten dairəsi 2022-ci ilin may ayı və iyun ayının əvvəllərində Lənkəran şəhəri, Lənkəran rayonu, habelə Lənkəran rayonu Girdəni kəndi ərazilərini göstərir. 26 dekabr 2022-ci il tarixli qərarla Azercell MMC-dən daxil olmuş bir ədəd disk, iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 6 sentyabr 2022-ci il tarixli12/29/15 №li xasiyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi (özünü kənd əhalisi arasında yaxış göstərə bilməmiş, ailəsi, qohumları ilə mehriban olmamış) xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 8 oktyabr 2011-ci il təvəllüdlü (12 yaş) Rəman və 4 iyun 2015-ci il təvəllüdlü (8 yaş) Məhəmməd adında oğul övladları vardır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, o, qeyd olunan maddələrlə təqsirli bilinib ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.2-ci maddəsi «az ağır» cinayətlər kateqoriyasına aiddir, həmin maddədə alternativ cəzalarla yanaşı iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi «ağır» cinayətlər katerqoriyasına aiddir, həmin maddədə alternativ cəza ilə yanaşı dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Heç yerdə işləməyən və heç bir səlahiyyətlərə malik olmayan Təqsirləndirilən şəxs bu hərəkətləri ilə dövlət orqanların vəzifəli şəxslərinə rüşvət vermək adı ilə vətəndaşların etibarından sui istifadə edərək onların xeyrinə hər hansı bir hərəkət edəcəyini vəd edib əmlaklarını - pullarını dələduzluq yolu ələ keçirməsi cəmiyyətdə və əhali arasında dövlət orqanların xidməti fəaliyyətinə xələl gətirir, insanların həmin orqanlara inamını azaldır və nüfuzdan salır, vətəndaşların əmlakına zərər vurur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və təyin olunmuş cəza çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu vaxtdan – 18 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin: -181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. -181.2.1-ci maddəsinə əsasən itirilmiş əmlakın dəyərinin ödənilməsi bilavasitə cinayət qanuni ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyan hesab olunur. Dələduzluq cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər - mülki iddiaçılar Zərərçəkmiş şəxs1 ona dəymiş 4060 manat, Zərərçəkmiş şəxs2 ona dəymiş 2848 manat, Zərərçəkmiş şəxs4 ona dəymiş 1838 manat, Zərərçəkmiş şəxs3 ona dəymiş 3237 manat məbləgində pulun təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutulması ilə bağlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ümumilikdə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə - mülki iddiaçılara 11.785 manat miqdarında maddi ziyan dəymiş və bu günə kimi maddi ziyan ödənilməmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işinin materialları əsasında belə qənaətə gəlir ki, iş üzrə mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 4060 manat məbləğində pul vəsaiti tutulub zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1, 2848 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2, 1838 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs4 və 3237 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs3a ödənilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 178.2.2-ci maddəsilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının başlanğıcı tutulduğu vaxtdan - 18 avqust 2022-ci il tarixdən hesablansın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. iş üzrə mülki iddia tam təmin edilsin, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 4060 manat məbləğində pul vəsaiti tutulub zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1, 2848 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2, 1838 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs –mülki iddiaçı Zərərçəkmiş şəxs4 və 3237 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən- Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar