Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-79/2024 22.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Türkmənistan Respublikası Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayon Gəyəçöl kəndində qeydiyyatda olan, Suraxanı rayonu Binə qəsəbəsi, Südçülük sovxozunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Meysəməli” adlı şəxslə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılığa əsasən İİR vətəndaşı “Meysəməli” adlı şəxs tərəfindən istintaqa dəqiq məlum olmayan tarixdə Yardımlı rayonu Şəfəqli kəndi ərazisindən yolun kənarında olan bulağın yaxınlığındakı kolluqda gizlədilmiş külli miqdarda, yəni 4040 qram narkotik vasitə qurudulmuş marixuana (bundan sonra qurudulmuş marixuana) barədə sonuncu tərəfindən “WhatsApp” mobil tətbiq proqramı vasitəsilə ona məlumat verildikdən sonra 22 mart 2023-cü il tarixdə, saat 01:20 radələrində idarə etdiyi “Chevrolet Cruse” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonu, Şəfəqli kəndinə gələrək, həmin kənd ərazisində yerləşən yolun kənarındakı kolluqda gizlədilmiş 1 ədəd qara rəngli kisə torbanın içində olan 4 ədəd şəffaf sellofana bükülmüş olan külli miqdarda marixuananı qanunsuz olaraq əldə edib qeyd edilən avtomobilin arxa yük yerinə qoyub satış məqsədilə daşıyaraq Masallı rayonu istiqamətində hərəkət edərkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 04:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Yardımlı avtomobil yolunun 19-cu km-də saxlanılmış, avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1030 qram, 1000 qram, 1005 qram, 1005 qram olmaqla ümumilikdə 4040 qram çəkidə külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sərhəd pozmamış, 200 qram çəkidə “nəşə” götürmək üçün Yardımlı rayonuna getmiş, buna görə özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, Novruz bayramı vaxtı Masallı rayonuna gedərkən yolda əvvəllər narkotik aldığı şəxsə zəng edib 200 qram marixuana istədiyini bildirmişdir. Belə ki, o bir müddətdir ki, narkotik istifadəçisidir. Həmin şəxs isə Yardımlı rayonuna narkotik vasitə qoyacağını bildirmişdir. Həyatı boyu Yardımlı rayonunda olmamış, Bakı şəhərində yaşamışdır. Buna görə də Yardımlı rayonuna getmiş, narkotik istədiyi şəxsin dediyi yerdə maşını saxlamış və orada olan torbanın böyük olduğunu görüb, ona aid olmadığını fikirləşib götürməmişdir. İfadəsində yazılıb ki, guya 1500 manat müqabilində narkotik vasitəni götürmüş, maşını isə saxlamamışdır. Lakin bu yalandır, həmin vaxt polis əməkdaşları yolda ona saxla işarəsi vermiş, o, da maşını saxlamışdır. Polislər ondan içki içib-içmədiyini soruşmuş, o, isə narkotik vasitə qəbul etdiyini bildirdiyindən polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Orada isə özlərindən ifadə yazmışlar. Ona qarşı qanunsuz hərəkətlər edildiyindən həmin ifadələri imzalamışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişir ki, Masallı rayonu Gəyəçöl kəndində saxlanılmış, həmin vaxt maşınında narkotik vasitə aşkarlanmamışdır.Onu saxladıqları yerdə 4-5 ədəd polis maşını olmuşdur. Sonra onu Yardımlı rayonuna gətirmişlər. Onun avtomobilinə baxış isə Yardımlı postunda baxış keçirilmiş, həmin vaxt avtomobilində 700-800 qram çəkidə marixuana olmuşdur. Həmin marixuananı isə Yardımlı rayonu, Avaş kəndindən 22 mart 2023-cü il tarixdə, saat 23 radələrində götürmüşdür və həmin yerə idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ilə getmişdir. Həmin yerə Bakı şəhərindən çıxıb gəlmişdir. Həmin kənddə narkotik vasitə olmasını telefonda danışdığı şəxs ona demişdir. Lakin həmin şəxsi görməmiş, tanımamışdır. Telefonda danışdığı şəxsin adı “Meysəməli” olmuşdur. Lakin həmin şəxsin haralı olduğunu soruşmamışdır. Ondan 200 qram marixuana istəmiş, lakin çox olduğunu görüb bir bükümünü götürmüş, lakin həmin bükümdə 700-800 qram olmuşdur. Həmin bükümü götürdükdən sonra həmin şəxsə zəng edib 200 qram marixuana istədiyi halda həmin yerdə çox marixuana olmasını bildirmiş, bir bükümünü götürmüş, qalanına əl vurmadığını bildirmişdir. Həmin şəxs də bildirmişdir ki, narkotik vasitədən öz payını götürsün, qalanını da onun istədiyi yerə qoysun. Həmin şəxsdən də öz istifadəsi üçün marixuana istəmişdir. O, isə etiraz etmiş, “mal daşıyan” olmadığını bildirmiş, onunla razılaşmamışdır. Lakin maşınında olan 700 qram marixuananı həmin yerdən götürmüşdür. Belə ki, oradan bir bağlamanı götürüb maşınına qoymuş, qalanı isə orada qalmışdır. Həmin şəxsin iranlı olub-olmadığını bilməmiş, həmin şəxs azərbaycan dilində danışmışdır. Həmin şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, narkotik vasitə - marixuana qəbul etdiyindən ondan narkotik istəmişdir. Müstəntiqə verdiyi ifadəsini oxumuş, lakin həmin ifadəni təsdiq etmir, belə ki, onda ifadəsində yazılan miqdarda marixuana olmayıb, yolun kənarında olan torbadakı narkotiki götürməmişdir. İlk dəfə polis ona saxla işarəsi verdikdə saxlamamış, sürüb getmiş, polislər isə Masallı rayonu, Gəyəçöl kəndinədək onu təqib etmişlər və həmin yerdə onu saxlamışlar, həmin vaxt da narkotik çəkdiyini bildirmişdir. “Meysəməli” adlı şəxslə saxlanılmamışdan 3-4 ay əvvəl tanış olmuş, ondan 4-5 dəfə müxtəlif Bakı şəhərinin yerlərində narkotik almış, lakin onunla görüşməmişdir. Narkotik vasitənin pulunu isə “M10” deyilən ödəniş vasitəsi ilə mağazalardakı aparatlardan ödəmişdir. Avaş kəndində bir neçə bükümdə narkotik vasitə görmüş, lakin bir bükümünü götürmüşdür. Avtomobilini Masallı rayonundan, Yardımlı rayonuna gətirərkən maşınına 4 bükümdə qurudulmuş marixuananı qoymuşlar. Onun bədəni üzərində xəsarətlər olmuş, lakin polis əməkdaşları tərəfindən döyülməsi barədə heç nə deməmişdir. Əvvəlki ifadəsində isə hansı səbəbdən polis əməkdaşları tərəfindən fiziki təzyiq edilmədiyini deməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı videoçəkiliş aparılmaqla 22 mart 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən və avtomobilinə baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi izahatı, 23 mart 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə göstərmişdir ki, təxminən 01 il bundan əvvəl “İnstagram” sosial şəbəkəsində “Meysəməli” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, “Meysəməli” ona istifadəsində olan 077 313 57 96 mobil nömrəsini vermiş, o da “Meysəməli”yə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Onlar tanış olduqdan sonra bir neçə dəfə yazışmışlar. Sosial şəbəkədə yazışdıqları zaman “Meysəməli” ona Yardımlı rayonu ərazisində narkotik vasitələr olduğunu və həmin narkotik vasitələri əldə edərək Bakı şəhərinə aparmasını təklif etmiş, lakin o, tutulmaqdan qorxduğu üçün onun təklifi ilə razılaşmamışdır. Sonuncu dəfə 3 ay bundan əvvəl “Meysəməli” ona zəng etməyini mütəmadiləşdirmiş və hər dəfəsində də ona Yardımlı rayonuna narkotik vasitə göndərmək istədiyini bildirmiş, o, da yaşayış səviyyəsinin aşağı olduğunu, həmçinin özünün də narkotik vasitəyə ehtiyacı olduğunu nəzərə alıb, onunla razılaşmışdır. Bundan sonra onlar “WhatsApp” proqramı vasitəsilə danışmış və “Meysəməli” Yardımlı rayonu ərazisinə narkotik vasitə göndərdiyini bildirərək, “WhatsApp” proqramı vasitəsilə həmin yerin ünvanını ona göndərmiş, o, da 22 mart 2023-cü il tarixdə gecə saatlarında təxminən 3-4 ay bundan əvvəl Bakı şəhərində kreditə aldığı “Chevrolet cruse” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək Meysəməlinin Yardımlı rayonu ərazisində narkotik vasitə göndərdiyi ünvana getmiş, həmin ünvana çatdıqdan sonra onunla yenidən əlaqə saxlayaraq narkotik vasitəni hara qoyduğunu dəqiqləşdirmiş, “Meysəməli” narkotik vasitənin Yardımlı rayonu, Şəfəqli kəndi ərazisində yerləşən yolun solundakı şəhid bulağının yaxınlığında 1 ədəd qara rəngli sellofan torbada qoyulduğunu demiş, o, narkotik vasitəni taparaq avtomobilin arxa yük yerinə qoymuş və Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Yardımlı rayonunun çıxışına çatdıqda, orada xidmət aparan polis əməkdaşları onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər, o, da avtomobili saxlamış, polis əməkdaşları özlərini təqdim etdikdən sonra avtomobilin yük yerini açmasını bildirmişlər. Lakin o, avtomobilin yük yerini açmaqdan imtina edərək avtomobili hərəkətə gətirərək Masallı rayonu istiqamətində hərəkət etməyə başlamış, polis əməkdaşları da xidməti avtomobilləri ilə onun arxasınca hərəkət etmişlər. Polislərdən yayınmaq məqsədilə Masallı rayonu, Gəyəçöl kəndi istiqamətinə hərəkət etmiş, lakin idarəetməni itirdiyi üçün avtomobil yolun kənarında olan arxa düşmüş, o, avtomobili işlək halda qoyub avtomobildən düşərək qaçmaq istərkən polis əməkdaşları onu saxlamışlar. Sonra onu idarə etdiyi avtomobil ilə Masallı-Yardımlı yolunun 19-cu kilometrliyinə Yardımlı rayon ərazisinə polislərin yanından qaçdığı yerə gətirmişlər və orada vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən üstündə ***-***-**-** mobil nömrə olan “Redmi” markalı mobil telefon aşkar edilmiş, avtomobilə baxış zamanı isə avtomobilin yük yerindən içərisində qurudulmuş marixuana olan sellofan torba aşkar edilmışdir. O, polis əməkdaşlarına avtomobilinin yük yerində aşkar edilmiş içərisində narkotik vasitə olan sellofan torbanın ona məxsus olduğunu, Yardımlı rayon ərazisindən əldə etdiyi narkotik vasitələri Bakı şəhəri ərazisində “Meysəməli”nin deyəcəyi yerə qoyacağını, bunun müqabilində İran İslam Respublikasının vətəndaşı “Meyəsəməli” adlı şəxsin ona kart vasitəsilə 1500 manat pul çatdıracağını demişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, həmin ifadəni oxumamış, buna görə də nə yazıldığını bilmədən imzalamışdır. Həmçinin avtomobilinə baxış keçirilərkən şifahi izahatında da etirafedici ifadə vermiş, lakin niyə belə dediyini bilməmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ilkin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir, amma onun bədəni üzərində xəsarətlər varsa ola bilər ki, avtomobili arxın içinə düşdüyü üçün xəsarət ala bilər. Arxa düşmüş maşını polis əməkdaşlarının köməkliyi ilə çıxarmışlar, hətta Novruz maşını işlək vəziyyətdə qoyub qaçmaq istəmişdir. Novruzun avtomobilini DYP əməkdaşı sürmüş, Novruz da avtomobildə olmuşdur. Onun avtomobilinə hər hansı kənar əşya və ya predmet qoyulmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin əməkdaşları Şahid3, Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər, həmçinin verilmiş suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayındığını, narkotik vasitəni Yardımlı rayonu Avaş kəndindən götürdüyünü, Təqsirləndirilən şəxs avtomobilinə Yardımlı-Masallı yolunun 9-cu km-də baxış keçirilmiş, özü də baxışda iştirak etmiş, avtomobildən 800 qramdan çox, yəni 4 kq marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxla əmri verdikdə avtomobili saxlamış, şəxsiyyət vəsiqəsini tələb etdikdə təqdim etmiş, yük yerinə baxılması tələb edildikdə isə Novruz avtomobili sürüb getmiş, şəxsiyyət vəsiqəsi isə onlarda qalmışdır. Təqsirləndirilən şəxs təqib etdikdə Novruzun avtomobili Masallı rayonu ərazisində yol kənarında arxa düşmüş və o, maşını saxlamış və avtomobildən düşüb qaçmaq istəyəndə saxlanılmışdır. Novruz təxminən 20-30 metr qaçdıqdan sonra saxlanılmışdır. Avtomobili saxladıqdan sonra geri qayıdanda həmin avtomobili polis əməkdaşı – Şahid2 sürmüş, Novruz da avtomobildə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun mütəmadi olaraq İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin daşınması ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 21 mart 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitəni daşıdığı avtomobilə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni daşıdığı avtomobilə baxış keçirilərkən narkotik vasitəni könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. (i.v. 4- 9; 30-36) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 23 ) -“Baxış, şəxsi axtarış və götürmə haqqında” 22 mart 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarışş zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “REDMİ” markalı mobil telefon aşkarlanmış, hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonuncunun idarə etdiyi “Chevrolet Cruse” markalı avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən bir ədəd kisəni təqdim edib içərisində narkotik maddə olduğunu bildirmiş, həmin kisəyə baxış keçirilərkən içində 4 ədəd üzəri yapışqan lentlə bağlanmış, hər birinin üzərində “B B” hərfləri yazılmış kağız parçaları olan bükümlərdə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 30-33) -Məhkəmə bioloji ekspertizasının 22 mart 2023-cü il tarixli, 19/327 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X1 və imzalar olan bir ədəd qara rəngli bağlamadakı 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1030,0 qr; -1000,0 qr: -1005,0 qr: -1005,0 qr: ümumi təmiz çəkisi: - 4040,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (i.v. 38-41) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 53-54) -Yardımlı rayon Məhkəməsinin 23 mart 2023-cü il tarixli, 4(038)-10/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 mart 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 77-80) - “Telefona baxış keçirilməsi” haqqında 23 mart 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi “Redmi” markalı mobil telefonda olan “Dostum Ali” adı ilə qeyd edilən ***-***-**-** saylı mobil nömrənin “Meysəməli” adlı İİR vətəndaşı olan şəxsin istifadəsində olmasını, həmin nömrənin WhatsApp proqramı vasitəsi ilə iranlı şəxslə əlaqə saxladığını, avtomobilindən aşkar edilmiş narkotik vasitənin əldə edilməsində həmin nömrə ilə əlaqə saxladığını bildirmişdir. (i.v. 81-82) -“maddi sübut kimi tanıma” haqqında 25 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-bioloji ekspertizasının tədqiqatına -0,4 qram sərf edildikdən sonra qalıq çəkisi -4039,6 qram olan qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Yardımlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 83-84) - Yardımlı Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 5(038)-14/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair DİN-nin Yardımlı RPŞ-nin əməliyyat müəvəkkili Şahid1 21 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 105) -Məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2023-cü il tarixli, 463 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 176) -“maddi sübut kimi tanıma” haqqında 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Yardımlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 179) - Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1406 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal- hazırki psixi müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (i.v. 185-187) -“Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinə tövsüf edilmişdir. (i.v. 202-212) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. ( i.v. 214-215) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 221-222) Məhkəmə istintaqı zamanı əldə edilərək cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasının 27 dekabr 2023-cü il tarixli, 3-16-17/38/2-8802/2023 nömrəli müşayiətedici məktub və ona əlavə edilmiş 3252/2023 nömrəli məhkumun tibbi kitabçasına dair çıxarışdan görünür ki, 3 saylı istintaq təcridxanasından 27 mart 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş X4 tibbi müayinəsi zamanı sonuncunun sağ diz nahiyyəsində 03 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara, sağ baldırın ön səthində sıyrılmış yaranın müşahidə edildiyi göstərilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etmədiyini, narkotik vasitələrin satışı ilə bağlı hər hansı şəxslə əlbir olmadığını, yalnız öz istifadəsi üçün narkotik vasitə götürdüyünü, hər hansı satış niyyətinin olmadığını, avtomobilində 700-800 qram çəkidə narkotik vasitə olduğunu və aşkar edilmiş qalan çəkidə olan qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən avtomobilinə qoyulduğunu və bütün narkotik vasitənin ona aid olmasını polis əməkdaşlarının təzyiqi ilə deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahat və şübhəli şəxs qismində ilkin ifadələrində, həmçinin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və avtomobilinə baxış keçirilən zaman şifahi izahatında narkotik vasitəni ona “Meysəməli” adlı İİR vətəndaşı göndərdiyini, həmin narkotik vasitəni götürüb iranlı şəxs deyəcəyi yerə atmağı, qarşılığında ona 1500 manat pul verməyi vəd etdiyini, həmin şəxslə razılaşdığını, Yardımlı RPŞ-də ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, hər hansı formada təzyiq edilmədiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə barədə, narkotik vasitəni qanunsuz əldə etməsi və s. hallar barədə ətraflı izahat və ifadələr vermiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif etdiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs 22 mart 2023-cü il tarixdə Yardımlı rayonundan Masallı rayonu istiqmətində hərəkətdə olarkən saxlanılmış, Təqsirləndirilən şəxs yük yerinə baxış keçiriləcəyi deyildikdə sonuncu avtomobilə əyləşərək ərazidən uzaqlaşmış, polis əməkdaşları tərəfindən təqdib edilərək Masallı rayonu, Gəyəçöl kəndi ərazisində saxlanılıb Masallı-Yardımlı avtomobil yolunun 19-cu kilometrliyinə gətirildikdən sonra könüllü olaraq avtomobilin yük yerində olan narkotik vasitəni təqdim etmiş, eləcə də şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, iranlı şəxs tərəfindən göndərildiyini və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan başqa “Telefona baxış keçirilməsi” haqqında 23 mart 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi “Redmi” markalı mobil telefonda olan “Dostum Ali” adı ilə qeyd edilən ***-***-**-** saylı mobil nömrənin “Meysəməli” adlı İİR vətəndaşı olan şəxsin istifadəsində olmasını, həmin nömrənin “WhatsApp” proqramı vasitəsi ilə iranlı şəxslə əlaqə saxladığını, avtomobilindən aşkar edilmiş narkotik vasitənin əldə edilməsində həmin nömrə ilə əlaqə saxladığını bildirmişdir. Həmin mobil telefon ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış, iş üçün əhəmiyyət kəsb etdiyindən “Redmi” markalı həmin maddi sübut tələb edilərək məhkəmə iclasında baxış keçirilmiş, lakin həmin mobil telefonda olan “WhatsApp Plus” mobil tətbiqinin yenilənmə tarixi keçdiyinə görə həmin tətbiqə daxil olmaq mümkün olmadığından Təqsirləndirilən şəxsla “Meysəməli” adlı şəxs arasında olan danışıqların mətnini tam müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri və telefon danışıqları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadəsini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş, lakin “Meysəməli” adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Yardımlı rayonu, Şəfəq kəndi ərazisində gizlədilmiş narkotik vasitəni götürərək satış məqsədi ilə saxlamış, daşımışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlaması və daşıması onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində göstərdiyi kimi, cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra müvafiq olaraq ümumi təmiz çəkisi 4040 qram olmaqla şəxsi istehlak miqdarından və həmin narkotik vasitənin külli miqdarından dəfələrlə artıq miqdar təşkil edən qurudulmuş marixuananı Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə əldə etməsi, daşıması və saxlaması, eləcə də həmin marixuananı satmaq məqsədilə daşıması əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri yaranır, buna görə də qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etmədiyini göstərdikləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-cü maddəsi ilə elan olunmuş ittihamdan imtina etdiyini bildirmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilmiş, sonuncuya qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olan hissəsində cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədələndiyi üçün aşkar edilmiş narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, Novruz nə özü, nə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs ilk dəfə məhkəmə iclasında dindirilərkən də polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə hər hansı fikir bildirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, həmçinin 3252/2023 nömrəli məhkumun tibbi kitabçasına dair çıxarışdan da göründüyü kimi Həbib Novruzovun tibbi müayinəsi zamanı kitabçada qeyd edilmiş həmin xəsarətlərin hadisə vaxtı avtomobili arxa düşürərkən alması və ona polislər tərəfindən xəsarət yetirilməməsini öz təsdiqini tapması və bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadəsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün qismən etirafedici ifadəsi, şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 ifadələri, “şəxsi axtarış və baxış keçirilməsi haqqında” 22 mart 2023-cü il tarixli protokollar, ona əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, “telefona baxış keçirilməsi haqqında” protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 mart 2023-cü il tarixli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və qeyd edilən həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 128-ci, daha sonra isə həmin Məcəllənin 221.1-ci maddəsi ilə məhkum olunsa da məhkumluğu ödənilmişdir. (i.v. 111-113; 168-175) -Masallı rayon İcra hakimiyyəti Başçısının Göyəçöl kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 28 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi anası və qardaşlarından ibarətdir. Həmçinin doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011 və xx.xx.2013-cü il təvəllüdllü iki uşağı vardır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v. 86-87; 183-184) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən) və himayəsində iki azyaşlı uşağının olması (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halların olmadığını, nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Buna görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 22 mart 2023-cü il tarixdən hesablanmalı və Yardımlı Rayon Məhkəməsinin 23 mart 2023-cü il tarixli qərarı (i.v.77-80) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2023-cü il tarixli, 463 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4039,6 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Redmi” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-nin madi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4039,6 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Redmi 10A” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi barədə protokollara əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-79/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-79/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver