Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-79/2025 11.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 19 avqust 1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, M.Ə.Rəsullzadə küçəsi, ev 96-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-9,108 qram narkotik vasitə olan heroin və ümumi təsiredici maddəsi 1,2 qram təşkil edən xeyli miqdarda-30 ədəd narkotik vasitə olan metadon həbləri əldə edib, saxlayıb, üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 24 mart 2024-cü il tarixdə, saat 18 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində, küçədə saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd siqaret qutusunda külli miqdarda-9,108 qram narkotik vasitə olan heroin və ümumi təsiredici maddəsi 1,2 qram təşkil edən xeyli miqdarda-30 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, M.Ə.Rəsullzadə küçəsi, ev 96-da qeydiyyatda olmaqla yaşamış, əsəb (psixi) xəstəsi olmaqla ikinci dərəcə əlildir və buna görə pensiya alır, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi qaydada bağbanlıqla məşğul olmuşdur. Təxminən 7-8 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən, həm də metadon dərmanından istifadə etmiş, ağrıları olduğu üçün narkotiklərdən istifadə etmiş, həm də əsəblərinə görə müalicədə olmuşdur. 24 mart 2024-cü il tarixdə, saat 15-16 radələrində dostunun maşını ilə evinə gedərkən Salyan rayonunun Qaraçala qəsəbəsində yolda qarşıda hərəkət edən ağ rəngli avtomobildən bir bükümün yolun kənarında olan yol nişanının yanına atıldığını görmüş, həmin bükümdə narkotik maddə olmasını güman edib geri qayıdıb bükümü götürmüş və həmin bükümün içərisində təxminən 0,1-0,2 qram heroin olmuşdur. Həmin gün saat 16 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində maşınla hərəkətdə olarkən üzərində olan siqaret qutusunun içərisində təxminən 0,2 qram heroin olmuşdur. Yolda yol polisi maşını saxladıqdan sonra o, maşından düşüb qaçmış, həmin vaxt polislərin arxadan onu təqib etmələri görüb, üzərində olan 0,2 qram heroini su kanalına atmışdır. O, müəyyən qədər qaçdıqdan sonra polislər arxadan gəlib onu tutub Şirvan ŞPŞ-nə aparmışlar. Polis tərəfindən tutulub polis şöbəsinə aparılarkən üzərində narkotik maddələr, yəni heroin və metadon dərmanı olmamış, üzərində olan 0,2 qram heroini isə tutulmamışdan əvvəl su kanalına atmışdır. Polis şöbəsində İsmayıl adlı polis əməkdaşı və digər tanımadığı polislər ona qarşı təzyiqlər edib, hədə-qorxu gələrək cibinə qoyulmuş narkotik maddənin (heroin və metadonun) özünə məxsus olmasını deməyə məcbur etmişlər, o da məcbur qalıb polislərin dedikləri ilə razılaşmışdır. Bundan sonra, tutulduğu vaxtdan təxminən 7-8 saat sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və axtarış zamanı özü, polisin əvvəldən cibinə qoyduğu bir ədəd siqaret qutusunu çıxarıb polislərə təqdim etmiş və həmin siqaret qutusunun içərisindən bir büküm heroin və metadon dərman həbləri aşkar edilmişdir. Üzərində aşkar olunmuş narkotik maddələr (heroin və metadon) ona məxsus deyil, həmin narkotik maddələri üzərinə İsmayıl adlı polis əməkdaşı qoymuşdur. Həmin İsmayıl adlı polis əməkdaşı ilə onun münasibətləri pis olmuş, bir müddət əvvəl qardaşları Dursun Alışovu və Daşqın Alışovu narkotiklə bağlı həmin İsmayıl adlı polis əməkdaşı tutmuş, bundan sonra İsmayıl onu (Təqsirləndirilən şəxs) da narkotiklə tutacağını demişdir. Məhkəmədə şahid kimi ifadə vermiş polis əməkdaşı İsmayıl (Şahid2) onun tutulmasında və üzərində şəxsi axtarış zamanı iştirak etməmiş, onu döyən və cibinə narkotik maddə qoyan başqa “İsmayıl” adlı polis əməkdaşı olmuşdur. Həmçinin o, Şirvan ŞPŞ-nin MSY-də 5-6 gün saxlandıqdan sonra Şüvalan təcridxanasına (3 saylı İstintaq Təcridxanasına) keçirilmiş, orada tibbi müayinə zamanı üzərində olan xəsarətlərin yıxılaraq aldığını demişdir. O, narkotik maddələrdən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 24 mart 2024cü il tarixdə, saat 17 radələrində Salyan rayonun Qaraçala qəsəbəsində olduğu zaman qarşısında hərəkət edən tanımadığı avtomobildən tanımadığı şəxs tərəfindən yolun kənarına siqaret qutusunu atmış və o, həmin siqaret qutusunu yerdən götürüb baxarkən qutunun içərisində bir bükümdə heroin və üç ədəd listdə 30 ədəd metadon dərman həblərinin olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin siqaret qutusunu cibinə qoymuşdur ki, qutuda olan narkotikləri özü istifadə etsin. Sonra o, yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə getmişdir. 24 mart 2024-cü il tarixdə, saat 18 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı özü əynindəki şalvarın cibindən bir ədəd siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin qutunun içərisində bir ədəd sellofan bükümdə heroin və 30 ədəd metadon dərman həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin narkotik maddələri siqaret qutusunun içərisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən narkotik maddələr (heroin və metadon) zərfə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Həmin narkotik maddələrdən heç kəsə satmamış və heç kimə də verməmişdir. Sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) və özünün iştirakı ilə yaşadığı evə də baxış keçirmiş və evdən qanunsuz heç bir əşya aşkar olunmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddələr olmamışdır. Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər olduğu üçün şəxsi axtarış zamanı üzərində aşkar olunmuş narkotik maddələrin (heroin və metadonun) özünə məxsus olmasını demişdir. Əslində üzərində aşkar olunmuş narkotik maddələr (heroin və metadon) ona məxsus deyil, həmin maddələri üzərinə İsmayıl adlı polis əməkdaşı qoymuşdur. İstifadəsində olmuş telefon nömrəsinə (055/481-41-57) aid edilən və ona elan olunan telefon danışıqları barədə məlumatı yoxdur, həmin danışıqların kimə aid olmasını bilmir. O, üzərində aşkar olunmuş narkotik maddələrlə (heroin və metadonla) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotiklərdən istifadə edən şəxs kimi əməlindən peşimandır. Hazırda iki qardaşının həbsdə olması, ata-anasının xəstə və yaşlı olmaları, özünün də əsəb və narkomaniyadan xəstə olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır. 24 mart 2024-cü il tarixdə ona Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumata əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 18 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Hacıqəhrəmanlı qəsəbəsində, küçədə saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır. Şöbədə müstəntiq Sahil Şıxaliyev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən çıxarıb təqdim etdiyi bir ədəd siqaret qutusunu içərisində bir büküm heroinə oxşar kütlə və 30 ədəd metadon dərman həbləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik maddələri yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Aşkar olunmuş heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə və metadon həbləri qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Sonra müstəntiq Sahil Şıxaliyev tərəfindən vəkilin (müdafiəçinin) və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmiş və evdən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Şirvan ŞPŞ-də İmayıl adlı sıravi polis əməkdaşı vardır, lakin həmin polis əməkdaşı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞRP-nin əməkdaşının 24 mart 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 24 mart 2024-cü il tarixdə, saat 18 radələrində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində, küçədə saxlanılıb Şirvan ŞPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 27 mart 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi Sahil Şıxaliyev tərəfindən müdafiəçi Emil Quliyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmiş və həmin qutunun içərisində narkotik vasitə olan bir ədəd bükümdə heroinə oxşar kütlə və 30 ədəd metadon həbləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin və metadonun özünə məxsus olmasını, həmin maddələri yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra, həmin kütlə və dərman həbləri qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2024-cü il tarixli, 3-16-16/2- 18/321 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “… Təqsirləndirilən şəxs üzərindən …” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-9,108 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarı və təqdim edilmiş maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 9,008 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2024-cü il tarixli, 3-16-16/2- 6/1640 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 55” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd listdə …” yazıları, soyad və imzalar olan zərfin içərisində üzərində “..Methadone 40..” göstəricisi olan 3 ədəd blisterdə ümumilikdə 30 (otuz) ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman tabletləri narkotik vasitə-metadondur, 30 ədəd dərman tabletlərinin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. Ekspertiza tədqiqatından sonra qalıq metadon 27 həb. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İşdə olan, məhkəmə-kompüter texniki ekspertizasının 25 iyul 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş “X10 13” markalı “23124RA7EO” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş ekran kilidinin keçilməsi mümkün olmaması səbəbindən (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Habelə tədqiqata təqdim edilmiş “Xiaomi Redmi 12 Pro” markalı “23053RN02Y” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı və digər sosial şəbəkə və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması həmin qurğunun proqram təminatının metodlar bazasında “Fiziki məlumatın əldə edilməsi metodu”nun əldə edilməsi üçün texniki (bölmənin) imkanının olmaması səbəbindən mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasının tibbi arayışı ilə müəyyən olunur ki, 19 avqust 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ümumi xəstəlik-“Şəxsiyyətin şizoid tip pozuntulu suisid cəhdlərlə” diaqnozu ilə ikinci dərəcəli əlildir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və səhətlərinin, habelə narkomanlıq xəstəliyinə duçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona nakomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. İşdə olan, məhkəmə-psixiatrik ekspertizasının 01 iyun 2024-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Emosional davamsız tip şəxsiyyət pozuntusu” aşkar edilir. Yoxlanılan şəxsdə müəyyən edilən “Emosional davamsız tip şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə düzgün ifadə vermək iqtidarındadır. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılıq hərəkətlərinə məruz qalmasına dair müraciəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı tədqiq olunmuş sənədlərlə, o cümlədən BİT-dan daxil olmuş arayış və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər köhnə olmaqla törəmə müddətlərini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan vaxt aldığını bildirsə də, tibbi müayinə zamanı yeni xəsarətlər aşkar olunmamış, aşkar olunan xəsarətlərin isə köhnə çapıq toxumaları olması müəyyən edilmişdir. Beləliklə araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübut hesab edir, onların göstərdiyi halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl üzərində olan narkotik maddəni su kanalına atması və saxlanılan vaxt üzərində narkotik maddələrin (heroin və metadonun) olmaması, üzərində aşkar olunmuş narkotik maddələrin (heroin və metadonun) ona məxsus olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı zorakı hərəkətlər və təzyiqlər olduğu üçün üzərində aşkar olunmuş narkotik maddələrin (heroin və metadonun) özünə məxsus olmasını deməyə məcbur olması, üzərində aşkar olunmuş narkotik maddələri üzərinə İsmayıl adlı polis əməkdaşının qoymasına, tutulduqdan 7-8 saat sonra üzərində şəxsin axtarışın aparılması və Şirvan ŞPŞ-nin MSY-də 5-6 gün saxlandıqdan sonra Şüvalan təcridxanasına (3 saylı İstintaq Təcridxanasına) keçirilməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroin və metadonun özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl üzərində olan narkotik maddəni su kanalına atması və saxlanılan vaxt üzərində narkotik maddələrin (heroin və metadonun) olmaması, üzərində aşkar olunmuş narkotik maddələrin (heroin və metadonun) ona məxsus olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı zorakı hərəkətlər və təzyiqlər olduğu üçün üzərində aşkar olunmuş narkotik maddələrin (heroin və metadonun) özünə məxsus olmasını deməyə məcbur olması, üzərində aşkar olunmuş narkotik maddələri üzərinə İsmayıl adlı polis əməkdaşının qoymasına, tutulduqdan 7-8 saat sonra üzərində şəxsin axtarışın aparılması və Şirvan ŞPŞ-nin MSY-də 5-6 gün saxlandıqdan sonra Şüvalan təcridxanasına (3 saylı İstintaq Təcridxanasına) keçirilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərar (həmin qərara əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmamışdır), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları (o cümlədən “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla və digər sənədlərə əsasən Təqsirləndirilən şəxs 24 mart 2014-cü il tarixdə, saat 18 radələrində tutulmuş və onun üzərində şəxsi axtarış həmin gün saat 19:55dən saat 20:50-dək aparılmış, həmçinin Bakı İstintaq təcridxanasının 28 sentyabr 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına, daha sonra 27 iyul 2024-cü il tarixdə BİT-na daxil olmuşdur), habelə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroin və metadonun özünə məxsus olmaqla şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərində aşkar olunmuş heroin və metadonun özünə məxsus olmasını, bu maddələri tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-9,108 qram narkotik vasitə olan heroini və ümumi təsiredici maddəsinin miqdarı 1,2 qram olmaqla xeyli miqdarda-30 ədəd narkotik vasitə olan metadon dərman tabletlərini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamaqla daşımış və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 mart 2024-cü il tarixdə, saat 18:50 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı bir ədəd sellofan bükümdə külli miqdarda-9,108 qram narkotik vasitə oan heroin və ümumi təsiredici maddəsinin miqdarı 1,2 qram olmaqla xeyli miqdarda-30 ədəd narkotik vasitə olan metadon dərman tabletləri əynindəki şalvarının cibindən “DUNHİLL” markalı siqaret qutusunun içərisindən aşkar olunub götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ifadələrində bildirmişdir ki, o, 7-8 ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən, həm də metadon dərmanından istifadə etmiş və üzərində aşkar olunmuş narkotik maddələri (heroin və metadonu) də şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Habelə, işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik maddələri hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun kiməsə narkotik maddə satması barədə konkret məlumatlar əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 9,108 qram heroin və ümumi təsiredici maddəsi 1,2 qram təşkil edən 30 ədəd metadon həbləri əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” və “Metadon” olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan, metadonun 0,02 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək və metadonun 1,6 qramdan 160 qramadək hissəsi külli miqdir, heroinin 800 qramı və metadonun 160 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddə olan heroinin miqdarı 9,108 qram olmaqla külli miqdar, 30 ədəd narkotik vasitə olan metadon həblərinin ümumi təsiredici maddəsi 1,2 qram olmaqla xeyli miqdar təşkil edir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddəninin külli miqdar təşkil etməsi, habelə əldə etdiyi narkotiklərin ayrı-ayrı növlərdən ibarət olması onun bu maddələri məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələri əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddələri əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik maddələrin satış məqsədi ilə əldə edilməsi ilə bağlı verilmiş ittiham yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-9,108 qram narkotik vasitə olan heroin və ümumi təsiredici maddəsi 1,2 qram təşkil edən xeyli miqdarda-30 ədəd narkotik vasitə olan metadon həbləri əldə edib, saxlayıb, üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 24 mart 2024-cü il tarixdə, saat 18 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində küçədə saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd siqaret qutusundan külli miqdarda-9,108 qram narkotik vasitə olan heroin və ümumi təsiredici maddəsi 1,2 qram təşkil edən xeyli miqdarda-30 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 26 mart 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 mart 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Şirvan Şəhər Məhkəməsinin 26 oktyabr 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il sınaq müddəti təyin edilməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 26 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdarılması cəzasına məhkum edilmiş və Şirvan Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası MM-nin 05 noyabr 2021-ci il tarixli Amnistiya haqqında qərarının 5-ci bəndi tətbiq edilərək təyin edilmiş cəzası 01 il azaldılmış və 25 fevral 2022ci ildə cəza müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.1 və 83.3.2-ci maddələrinə əsasən qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Şirvan şəhər, Hacıqəhrəmanlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhər, Hacıqəhrəmanlı qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 96-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Şəxsiyyətin şizoid tip pozuntulu suisid cəhdlərlə” diaqnozu ilə ikinci dərəcəli əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Şirvan ŞPŞ-nin maddə sübutlar otağında saxlanılan 9,008 qram heroin və 27 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-211 manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 9,008 qram narkotik vasitə olan heroin və 27 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-211 (iki yüz on bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-79/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-79/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver