Məhkəmə qərarları › İş №1(099)-791/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-791/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-791/2024 03.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İ dərəcəli əlilliyi olan, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Bağbanlar küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşamış, 22 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lerik Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 4(048)- 25/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən istintaqla adı və şəxsiyyəti müəyyən olunmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, sonuncu tərəfindən Lerik-Kəlvəz avtomobil yolunun Lerik rayonu, Cəngəmiran kəndi ərazisindən keçən hissəsində yerləşən “şəhidlər kompleksi”nin arxasında gizlədilmiş yerdən 21 avqust 2024-cü il tarixdə saat 23 radələrində tanışı Şahid5 idarə etdiyi avtomobil ilə həmin əraziyə gedib “şəhidlər kompleksi”nin bulağının arxasında gizlədilən 01 ədəd torbada narkotik vasitəyə oxşar kütlələr olan bağlamaların içərisindən 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 22,335 qram və 77,869 qram olmaqla, xarici görünüşünə və kimyəvi komponent tərkibinə görə bir-biriləri ilə eyni olan, ümumilikdə külli miqdarda- 100,204 qram tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroini və 5 ədəd konvalyutda ümumi sayı 50 ədəd olan təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan külli miqdarda metadon həblərini götürüb üzərində saxlamaqla daşımış, qalan narkotik vasitələri gələcəkdə götürmək məqsədi ilə yerlərini dəyişməklə gizlədərək, həmin avtomobillə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən 21 avqust 2024-cü il tarixdə, saat 23:30-da Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarın arxa cibində saxladığı həmin narkotik vasitələr aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq Lerik-Kəlvəz avtomobil yolunun Cəngəmiran kəndinin ərazisindən keçən sahəsində yerləşən “şəhidlər kompleksi”nin arxasındakı sahəyə baxış keçirilən zaman onun tərəfindən gizlədilmiş 01 ədəd torbada olan 05 ədəd, torbanın yanında isə 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 550 qram, 1055,0 qram, 1080,0 qram, 1055 qram, 1125,0 qram, 1075,0 qram, 1025,0 qram, 1015,0 qram, 1030 qram olmaqla, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan ümumilikdə külli miqdarda-9010,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin torbanın içərisində 01 ədəd bükülüdə külli miqdarda-43,540 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükülüdə külli miqdarda-77,119 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, telefonda tanış olduğu şəxsdən 100 qram qrudulmuş marixuana istəmiş, həmin narkotik vasitənin dalınca getmişdir. Orada kilolarla narkotik vasitələr olduğunu görmüş, lakin 100 qram narkotik vasitə götürmüşdür. Götürdüyü narkotik vasitənin qrudulmuş marixuana olduğunu bilmiş, götürdükdən sonra həmin narkotik vasitənin qrudulmuş marixuana deyil, narkotik vasitə heroin olduğunu görmüşdür. Narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları onu saxlamışlar. Narkotik vasitə götürdüyü yerdə çoxlu çəkilərdə olan narkotik vasitəni götürməmişdir. Üzərindən götürdüyü narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmədə nümayiş etdirilən videogörüntülərdə polis əməkdaşları onu aldadıb etiraf etdirmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə marixuana istifadə etmişdir. Saxlanılandan sonra danışdığı şəxsin iranlı olduğunu bilmişdir. Həmin şəxsdən birinci dəfə idi ki, narkotik vasitə almışdır. Həmin yerə taksi ilə getmiş, taksidən əvvəllər də taksi kimi istifadə etmişdir. Maşında olan 3-cü adamı yoldan götürmüşlər, həmin adam Lerik rayonunda işi olduğunu və qayıdacağını demişdir. Şahid4 və Şahid5 narkotik vasitələrdən xəbərləri olmamışdır. Narkotik vasitələr Lerik rayonunda bulağın yanına qoyulmuşdur. Saxlanılan zaman hava qaralmışdı, saat 23:30 radələrindən sonra olardı. Narkotik vasitələr kisədə olardı. Birinci dəfə baxanda kisədə olan narkotik vasitə marixuanaları görməmişdir. Qara rəngli bükümlərin narkotik vasitə marixuana olduğunu bilib götürmüşdür. Böyük bağlamanı götürməmişdir, çünki öz istifadəsi üçün narkotik vasitə götürməyə görə getmişdir. Üzərindən çıxan metadon həbləri heroinlə bir yerdə olmuş və onları bir yerdə götürmüşdür. Əgər narkotik vasitələri götürən zaman heroin olduğunu bilsəydi götürməzdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə tərkibindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, Bağbanlar küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayır, İ qrup əlildir. Təxminən 3 gün əvvəl İnstagram sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə votsap sosial şəbkəsində danışan və yazışan zaman ondan istifadə etmək məqsədilə narkotik vasitə istəmiş, həmin şəxs ona istədiyi qədər narkotik vasitə verə biləcəyini demişdir. 21 avqust 2024-cü il tarixdə həmin adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxslə vatsap sosial şəbəkəsində danışmış və ondan narkotik vasitə onun üçün təşkil etməsini xahiş etmişdir. Həmin şəxs Lerik rayonunun Cəngəmiran kəndi ərazisində avtomobil yolunun kənarında şəhid bulağının arxa tərəfində narkotik vasitə qoyulmasını təşkil etdiyini və onu götürə biləcəyini demişdir. O, həmin şəxsə narkotik vasitəni götürüb satıb sonra pulunu verəcəyi ilə razılaşmışlar. Onun avtomobili olmadığı üçün taksi kimi fəaliyyət göstərən tanışı Şahid5 onu Lerik rayonuna aparmasını xahiş etmiş, Teymur da onlarla birlikdə gəlmiş, onlar Lerik rayonunun Babagil kəndi ərazisində yerləşən “bobogil” adlı ziyarətgahı ziyarət etmək istəyirmişlər. Ziyarət etdikdən sonra Anurdan onu Lerik şəhərinə aparmasını və orada işi olduğunu demiş, Anur onu Lerik şəhərinə gətirmiş və Cəngəmiran kəndi istiqamətində hərəkət etmişlər, avtomobil yolunun kənarında şəhid bulağına çatdıqda Anurdan avtomobili saxlamasını və bulqadan su içəcəyini demiş, o avtomobildən düşmüş, hava qaranlıq imiş, su içdikdən sonra bulağın arxa tərəfində gizlədilən narkotik vasitəni görmüş, çəki ağır olduğu üçün dostlarının xəbəri olacağını düşünüb həmin torbanı cırıb, içərisində olan 02 ədəd ən balaca bağlamada narkotik vasitəyə oxşar kütləni və 50 ədəd metadonu götürüb arxa cibinə qoymuşdur. Düşünmüşdür ki, qalan narkotiki tək gəlib başqa vaxtı götürüb aparar, avtomobilə tərəf gəlib əyləşmiş, tanışlarının bundan xəbəri olmamış və onlara bu barədə bildirməmiş, Lənkəran istiqamətində hərəkət etmişlər. 21 avqust 2024-cü il tarixdə, saat 23:30 Lənkəran-Lerik avtomobil yolunun 47-ci km-də tanışı Şahid5 idarə etdiyi avtomobillə hərəkətdə olarkən adlarını bilmədiyi mülki geyimdə polis əməkdaşları avtomobili saxlatdırıb, özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarın arxa cibindən 50 ədəd metadon həbi, 02 ədəd bağlamada narkotik vasitəyə oxşar kütlələri, üzərində olan telefonu polis əməkdaşlarına təqdim etmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra üzəri yoxlanılmış, üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd mobil telefon və narkotik vasitələr götürülmüşdür. Daha sonra o polis əməkdaşları ilə birlikdə narkotik vasitəni götürdüyü Lerik rayonunun Cəngəmiran kəndində yerləşən Şəhid bulağının arxa tərəfində gizlətdiyi narkotik vasitələrin yerini bildirib, onları təqdim etmişdir. Həmin yerdə 09 ədəd bağlamada narkotik vasitəyə oxşar kütlələr və 02 ədəd bağlamada narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Narkotik vasitəyə oxşar kütlələr tərəzidə çəkilmiş, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Ona verilən suallara cavab olaraq, üzərindən və Cəngəmiran kəndi ərazisində aşkar olumuş narkotik vasitənin qurudulmuş marixuana, həblərinin isə metadon olmasını, həmin kütlələri instagram sosial şəbəkəsində təxminən 3 gün əvvəl tanış olduğu İran İslam Respublikasının adını bilmədiyi vətəndaşının vasitəsi ilə gizlədilmiş yerdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Narkotik vasitələri İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən adını bilmədiyi şəxsin vasitəsi ilə Lerik rayonunun Cəngəmiran kəndi ərazisində gizlədilmiş yerdən istifadə etmək məqsdilə ilə götürdüyünü bildirmişdir. Daha sonra polis əməkdaşları onu və tanışlarını Lerik RPŞ-na aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Onun üzərinə daha əvvəl baxan olmayıb. O, saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Təxminən 3 gün əvvəl instagram sosial şəbəkəsində adını bilmədiyi səhifədən təsadüfən onun nömrəsini əldə etdikdən sonra onunla vatsap sosial şəbəkəsində telefon danışığı və yazışma zamanı özünü ona təqdim etməmiş, sadəcə İran İslam Respublikası vətəndaşı olduğunu demiş, həmin şəxsi görməmiş, onun harada olmasını, hansı yollarla narkotik vasitəni Lerik rayonuna gətirməsini bilməmiş və bu barədə məlumatı olmamışdır. X12 Respublikası vətəndaşı kimi təqdim edən şəxslə heç bir zaman görüşməmişdir. Onun harada yaşadığını bilmir. Həmçinin həmin şəxsin İran İslam Respublikasının vətəndaşı olmasına inanmır, çünki həmin şəxs telefon danışığı zamanı azərbaycan dilində və onların ləhcəsi ilə danışırmış, sadəcə həmin şəxsin, yəni onunla telefon vasitəsi ilə əlaqəyə girən şəxsin oyununa tuş gəlmişdir. Səbəb isə narkotik vasitəni əldə edib istifadə etmək istəməsi olmuşdur. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin həmin narkotik vasitəni götürüb, satıb ona pulunu hissə-hissə, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsə ödəyəcəkmiş. Anur və Teymur gələrkən, narkotik vasitə arxası ilə gəldiyini bilməmişlər, Lerik rayonuna Babagil ocağını ziyarət etmək məqsədilə onlarla birlikdə gəlmiş, onların onun narkotik vasitə götürməsindən xəbərləri olmamışdır və bu barədə ümumiyyətlə məlumatlı olmamışlar. Əməlindən peşimandır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək, törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq etmədiyini, heç kimin ona hədə-qorxu gəlmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və digər istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, Lerik-Kəlvəz avtomobil yolunun Cəngəmiran kəndinin ərazisindən keçən sahəsində yerləşən “şəhidlər kompleks”nin arxasındakı sahəyə keçirilən baxış zamanı “şəhidlər kompleks”nin arxasında aşakr olunmuş 01 ədəd sarı rəngdə torbada olan 05 ədəd, torbanın yanında isə 04 ədəd bağlamada olan külli miqdarda-9010,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin torbanın içərisində 01 ədəd bükülüdə külli miqdarda-43,540 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükülüdə külli miqdarda-77,119 qram olan narkotik vasitə heroin özünə məxsus olmamış, telefonla danışdığı şəxs tərəfindən o istəmədiyi halda həmin yerə qoyulmuşdur. Polis əməkdaşları onu döyməmişlər, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında Lerik-Kəlvəz avtomobil yolunun Cəngəmiran kəndinin ərazisindən keçən sahəsində yerləşən “şəhidlər kompleks”nin arxasındakı sahəyə keçirilən baxış zamanı “şəhidlər kompleks”nin arxasında gizlədilmiş 01 ədəd sarı rəngli torbada olan 05 ədəd, torbanın yanında isə 04 ədəd bağlamada olan külli miqdarda-9010,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin torbanın içərisində 01 ədəd bükülüdə külli miqdarda-43,540 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükülüdə külli miqdarda-77,119 qram olan narkotik vasitə heroinin özünə məxsus olmaması, telefonla danışdığı şəxs tərəfindən o istəmədiyi halda həmin yerə qoyması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə ağır cinayət əməlinə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-in CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 bildirmişdir ki, 21 avqust 2024-cü il tarixdə CAB-ın rəisi, polis kapitanı Şahid1 onu və əməliyyat müvəkkili Şahid3 yanına çağırıb ona daxil olmuş məlumatda Lənkəran rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, saxlayıb və daşıması barədə məlumat daxil olduğunu bildirmişdir. Şahid1 məlumatın yoxlanılması üçün icazə almaq məqsədi ilə şöbə rəhbərliyinə raportla müraciət etmiş və Təqsirləndirilən şəxs cinayət başında yaxalanması üçün plan hazırlamışdır. Təqsirləndirilən şəxs Lerik rayonu, Cəngəmiran kəndi ərazisində narkotik vasitəni əldə etməsi barədə məlumat verildiyinə görə təsvir etdiyi ərazini və Lənkəran-Lerik avtomobil yolunu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin bir hissəsini üzərində daşıyaraq “Vaz-2109” markalı avtomobil ilə Lənkəran-Lerik avtomobil yolu ilə Lənkəran rayonu istiqamətində hərəkət etdiyi üçün həmin istiqamət üzrə hərəkət etmişlər. 1 avqust 2024-cü il tarixdə, saat 23:30 Lənkəran-Lerik avtomobil yolunun 47-ci km-də Şahid5 idarə etdiyi “Vaz-2109” markalı dövlət qeydiyyat nişanlı avtomobili saxlatmışlar. Təqsirləndirilən şəxs ilə birlikdə avtomobildən 3 nəfər şəxs düşmüşlər, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə daşınmasında sübhəli olduğunu bildirirərək üzərini yoxlamışlar, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarın arxa cibindən 50 ədəd metadon həbi, 2 ədəd bağlamada narkotik vasitəyə oxşar kütlələr və mobil telefon cihazı aşkar olunaraq götürülmüşdür. Digər şəxslər Şahid4 və Şahid5 üzəriləri və avtomobil yoxlanılmış, heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəyə oxşar kütlələr götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxs ilə sosial şəbəkədə tanış olduğu şəxs vasitəsilə Lerik rayonu, Cəngəmiran kəndi ərazisndə avtomobil yolunun kənarında qoyulmuş yerdən götürdüyünü, müəyyən miqdarda narkotik vasitəni isə şəhidlər bulağının arxa tərəfində tanışları şübhələnməsin deyə gizlətdiyini demişdir. Dərhal Lerik rayonu, Cəngəmiran kəndi ərazində Lerik-Göydərə avtomobil yolunun kənarında “Şəhidlər kompleksi”nin yanına getmişlər, Təqsirləndirilən şəxs kompleksin arxa tərəfində gizlətdiyi yerdən 9 ədəd bağlamada və 2 ədəd bağlamada narkotik vasitəyə oxşar kütlələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə üçün Lerik rayonu ərazisnə gəldiyindən tanışları Şahid4 və Şahid5 xəbərləri olmadığını bildirmişdir. Vüsal Abdullazdəni tanışları ilə birlikdə Lerik RPŞ-nə gətirmişlər, yazdıqları raportun icrası Lerik RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı Salman Əhmədova həvalə olunmuş, götürülmüş narkotik vasitəyə oxşar kütlələri Salman Əhmədova təqdim etmişlər. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman maşında üç nəfər olmuşlar. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr aşkar olunmuşdur. Maşını Anur idarə etmişdir. Vüsal bildirmişdir ki, Anur və Teymurun narkotik vasitələrdən xəbəri olmamışdır. Vüsalın üzərində aşkar olunanlardan başqa bulağın yanından da narkotik vasitələr aşkar olunmuş, Vüsal sosial şəbəkdə tanış olduğu şəxsdən narkotik vasitələri aldığını demişdir. Dindirilmiş Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, özünə məxsus “Vaz-2109” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi işləyir. 21 avqust 2024-cü il tarixdə Vüsal onu Lerik şəhərinə aparmasını və orada işi olduğunu bildirmiş, Vüsalı Lerik şəhərinə aparmışdır. Cəngəmiran kəndi istiqamətində hərəkət etmişlər, avtomobil yolunun kənarında yerləşən şəhid bulağına çatdıqda Vüsal ondan avtomobili salxaması və su içəcəyini bildirmişdir. Vüsal avtomobildən düşmüş və bulağda su içmişdir. Həmin vaxtı o və Teymur avtomobildə əyləşmişlər, o avtomobili bulaqdan 10 metr məsafədə saxlamış, ətraf qaranlıq olduğu üçün heç nə görməmişlər. Vüsal avtomobilə əyləşmiş Lənkəran istiqamətində hərəkət etmişlər. Təxminən saat 23:30 radələrində Lənkəran- Lerik avtomobil yolunun 47-ci km-də idarə etdiyi avtomobillə hərəkətdə olarkən adlarını bilmədiyi mülki geyimdə polis əməkdaşları avtomobili saxlatdırıb, özlərini ona təqdim etmişlər. Hər üçünə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərilərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra Vüsal əynində olan qara rəngli şalvarın arxa cibindən narkotiik vasitəyə oxşar kütlələri polis əməkdaşlarına təqdim etmişdir. Onun və Teymurun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları ilə birlikdə Lerik rayonu, Cəngəmiran kəndində yerləşən Şəhid bulağına getmişlər. Vusal orada şəhid bulağının arxa tərəfində saxladığı narkotik vasitələrin yerini bildirib, onları təqdim etmişdir. Narkotik vasitəyə oxşar kütlələr tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Vusalın Cəngəmiran kəndində yerləşən Şəhid bulağına narkotik vasitə götürməyə getməsi ilə bağlı məlumatı olmamışdır. Həmin əraziləri tanımamış, Lənkəran-Lerik avtomobil yolunun 47-ci km-də və ya Cəngəmiran kəndində yerləşən Şəhid bulağında əvvəllər olmamışdır. Vüsalın narkotik vasitə istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Vüsalın tutulmamışdan əvvəl narkotik vasitədən istifadə etməsini görməmişdir. Verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, onlarla getməsini Teymurdan özü xahiş etmişdir. Teymurla “Baba Pir” ocağını ziyarət etmişlər, həmin vaxtı Vüsal çöldə onları gözləmişdir. Vüsal ona Lerikə getməyi təklif edən zaman onunla razılaşmamış, Vüsal pul təklif etdikdən sonra razılaşmışdır. Ancaq həbs olunduğu üçün Vüsal ona pul verməmişdir. Təqsirləndirilən şəxs Vüsal Abdullzadə şahidlərin düzgün ifadə verdiklərini, digər şahidləri dindirilmələrinin istəmədiyini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması haqqında” 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Lerik RPŞ-nin əməkdaşları tərəfindən 21 avqust 2024-cü il tarixdə, saat 23:30 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tanışı Şahid5 idarə etdiyi “Vaz-2109” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Lerik avtomobil yolu ilə Lənkəran rayonu istiqamətində hərəkət etdiyi zaman saxlanılaraq üstü yoxlanılmış, üzərində külli miqdarda 5 ədəd konvalyutda ümumi sayı 50 ədəd olan metadon həbləri, 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 22,335 qram, 77,869 qram olmaqla, ümumi təmiz çəkisi 100,204 qram narkotik vasitə olan külli miqdarda heroin, Təqsirləndirilən şəxs Lerik-Kəlvəz avtomobil yolunun Cəngəmiran kəndinin ərazisindən keçən sahəsində yerləşən “şəhidlər kompleks”nin arxasındakı sahəyə keçirilən baxış zamanı “şəhidlər kompleks”nin arxasında gizlətdiyi 1 ədəd sarı rəngdə torbada olan 5 ədəd, torbanın yanında isə 4 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 550 qram, 1055,0 qram, 1080,0 qram, 1055 qram, 1125,0 qram, 1075,0 qram, 1025,0 qram, 1015,0 qram, 1030 qram olmaqla, külli miqdarda, ümumi təmiz çəkisi 9010,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin torbanın içərisində 1 ədəd bükülüdə təmiz çəkisi 43,540 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və 1 ədəd bükülüdə təmiz çəkisi 77,119 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktına görə toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1-27) -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran-Lerik avtomobil yolunun 47-ci km-də saxlanılmış, üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarın arxa ciblərindən 2 ədəd qara rəngli bükümdə və 50 ədəd metadon həbləri aşkar edilərək müvafiq qaydada götürülmüş və qablaşdırılmışdır. Baxış videoçəkiliş ilə aparılaraq protokola əlavə edilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs onunla əraziyə gələn tanışları Şahid4 və Şahid5 narkotik vasitə üçün gəldiyini bildirmədiyini demişdir. Təqsirləndirilən şəxs üzərində olan “Redmi Note 12” markalı mobil telefonla narkotik vasitənin yerinin müəyyən edilməsi ilə bağlı telefon zəngləri və narkotik vasitənin gizlədildiyi yeri əks etdirən fotogörüntülər olduğuna görə həmin telefon cihazı da götürülmüşdür.(i.v.10-11) -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə və yerlərə baxış keçirilməsinə dair” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd qara rəngli bağlamada psixotrop maddəyə oxşar kütlə, 50 ədəd emtadon həbləri və Təqsirləndirilən şəxs Lerik-Kəlvəz avtomobil yolunun Lerik rayonu, Cəngəmiran kəndi ərazisindən keçən hissəsində yerləşən “şəhidlər kompleksi”nin arxasında gizlətdiyi 9 ədəd bağlamada yaşıl rəngli kəskin qoxulu narkotik vasitəyə oxşar kütlə və 2 ədəd bükülüdə olan narkotik vasitətyə oxşar kütlələrə baxış keçirilərək qablaşdırılmışdır.(i.v.19-21) -“şübhəli şəxsin tutulması haqqında” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:35-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.51) -“kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası”nın 22 avqust 2024cü il tarixli, 19/620 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi 09 ayrı-ayrı bükülüdə olan narkotik vasitəyə oxşar kütlə...” sözlər və imzalar olan kisədəki, 9 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 550,0 qr; 1055,0 qr; 1080,0 qr; 1055,0 qr; 1125,0 qr; 1075,0 qr; 1025,0 qr; 1015,0 qr; 1030,0 qram; ümumi təmiz çəkisi 9010,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus narkotik və ya şüşə adlanan maddəyə bənzər metamfetamin..” sözlər və imzalar olan zərfdəki 01 ədəd bükülüdə təmiz çəkisi -43,540 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd narkotik vasitəyə oxşar kütlə...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükülüdə təmiz çəkisi -77,119 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən 2 ayrı-ayrı paketdə olan narkotik vasitəyə oxşar kütlə və 50 ədəd metadon həbləri..” sözlər və imzalar olan zərfdəki, 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 22,335 qram; 77,869 qram; ümumi təmiz çəkisi -100,204 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 5 ədəd konvalyutda ümumi sayı 50 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı; -2,0 qramdır (bir həbdə 0.04 qr).(i.v.123-127) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Lerik Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 4(048)-25/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.155-156, 170-174) -“maddi sübut kimi tanımaq haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9009,1 qram narkotik vasitə qurudulmuş marixuana, 43,440 qram metamfetamin, 177,023 qram heroin və 45 ədəd metadon həbi maddi sübut kimi tanınaraq saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir.(i.v.176-177) -“telefona baxış keçirilməsi haqqında” 15 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs məxsus “Redmi Note 15" markalı mobil telefona baxış zamanı, telefonun "whatsapp" sosial şəbəkəsində zənglər siyahısında adı qeyd olunmamış İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxsin istifadə etdiyi +98-9385-077-5401 saylı mobil nömrəsi ilə 21 avqust 2024-cü il tarixdə, saat 20:35-də 0:34 dəqiqə, 20:50-də 01:09 dəqiqə, 20:53-də 0:33 dəqiqə, 21:59-da 01:07 dəqiqə, 22:04-də 01:35 dəqiqə, 22:06-də 00:47 dəqiqə danışıq aparması, həmçinin digər saatlarda dəfələrlə zəng olunması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəsi ilə qeydiyyatdan keçərək istifadə etdiyi "whatsapp" sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxsin istifadə etdiyi +98 9385 *** **** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçən "whatsapp" sosial şəbəkəsi ilə arasında olan danışıqlara baxış zamanı müəyyən edilmişdir ki, narkotik vasitənin Lerik-Kəlvəz avtomobil yolunun Lerik rayonunun Cəngəmiran kəndi ərazisindən keçən hissəsində yerləşən “Şəhidlər kompleksi”nin arxasında gizlətdiyi yerin fotoşəkil, konumu, narkotik vasitənin ələ keçirilməsi ilə baqlı yazışmalar və səsli danışıqlar vardır.(i.v.182) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 22 avqust 2024-cü il tarixli, 661 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMFnin bizə tqədim etdiyi arayışa əsasən 1-ci qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetdində qeydiyyata alınması məsləhət görülür.(i.v.221) -“sübutların qiymətləndirilməsi və cinayət işindən yeni cinayət işi ayrılması haqqında” 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından, narkotik vasitələrin satışını təşkil edən, istintaqla adı və şəxsiyyəti müəyyən olunmayan şəxsin hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məxsus “Redmi Note 15” markalı mobil telefon cihazı, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən və narkotik vasitələri gizlətdiyi yerə baxış zamanı qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 3 ədəd DVD-R markalı disklər iş üzrə maddi sübut kimi tanınaraq, mobil telefon cihazı saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmiş, 3 ədəd DVD-R markalı disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.224-233) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Lerik-Kəlvəz avtomobil yolunun Cəngəmiran kəndinin ərazisindən keçən sahəsində yerləşən “şəhidlər kompleksi”nin arxasındakı sahəyə keçirilən baxış zamanı “şəhidlər kompleksi”nin arxasında gizlədilmiş 01 ədəd sarı rəngdə torbada olan 05 ədəd, torbanın yanında isə 04 ədəd bağlamada olan külli miqdarda-9010,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin torbanın içərisində olan 01 ədəd bükülüdə külli miqdarda-43,540 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükülüdə külli miqdarda-77,119 qram olan narkotik vasitə heroinin ona məxsus olmaması ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961- İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olubolmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən istintaqla adı və şəxsiyyəti müəyyən olunmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, sonuncu tərəfindən Lerik-Kəlvəz avtomobil yolunun Lerik rayonu, Cəngəmiran kəndi ərazisindən keçən hissəsində yerləşən “şəhidlər kompleksi”nin arxasında gizlədilmiş yerdən 21 avqust 2024-cü il tarixdə saat 23 radələrində tanışı Şahid5 idarə etdiyi avtomobil ilə həmin əraziyə gedib “şəhidlər kompleksi”nin bulağının arxasında gizlədilən 01 ədəd torbada narkotik vasitəyə oxşar kütlələr olan bağlamaların içərisindən 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 22,335 qram və 77,869 qram olmaqla, xarici görünüşünə və kimyəvi komponent tərkibinə görə bir-biriləri ilə eyni olan, ümumilikdə külli miqdarda-100,204 qram tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroini və 5 ədəd konvalyutda ümumi sayı 50 ədəd olan təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan külli miqdarda metadon həblərini götürüb üzərində saxlamaqla daşımış, qalan narkotik vasitələri gələcəkdə götürmək məqsədi ilə yerlərini dəyişməklə gizlədərək, həmin avtomobillə Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən 21 avqust 2024-cü il tarixdə, saat 23:30-da Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarın arxa cibində saxladığı həmin narkotik vasitələr aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq Lerik-Kəlvəz avtomobil yolunun Cəngəmiran kəndinin ərazisindən keçən sahəsində yerləşən “şəhidlər kompleksi”nin arxasındakı sahəyə baxış keçirilən zaman onun tərəfindən gizlədilmiş 01 ədəd torbada olan 05 ədəd, torbanın yanında isə 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 550 qram, 1055,0 qram, 1080,0 qram, 1055 qram, 1125,0 qram, 1075,0 qram, 1025,0 qram, 1015,0 qram, 1030 qram olmaqla, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan ümumilikdə külli miqdarda-9010,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin torbanın içərisində 01 ədəd bükülüdə külli miqdarda-43,540 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükülüdə külli miqdarda-77,119 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi yerdən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddəyə münasibətdə satış niyyətində olması barədə nəticələrə gəlməyə tam əsas verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən Cinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Şərh edilənlər Təqsirləndirilən şəxs qeyd olunan cinayəti şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini təsdiq edir. Cinayət işinin materiallarında 19 noyabr 2024-cü il tarixli qərardan da görünür ki, ********* nömrəli cinayət işinin materiallarından, narkotik vasitələrin satışını təşkil edən, istintaqla adı və şəxsiyyəti müəyyən olunmayan şəxsin hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində həmçinin bildirmişdir ki, Lerik rayonu, Cəngəmiran kəndində yerləşən “şəhid bulağı”nın arxa tərəfində gizlətdiyi narkotik vasitələrin yerini polis əməkdaşlarına bildirərək təqdim etmişdir. Həmin yerdən ümumilikdə 11 ədəd bağlamada narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Ona verilən suallara cavab olaraq, üzərindən və Cəngəmiran kəndi ərazisindən aşkar olumuş narkotik vasitənin qurudulmuş marixuana, həblərin isə metadon olmasını, həmin kütlələri instagram sosial şəbəkəsində təxminən 3 gün əvvəl tanış olduğu İran İslam Respublikasının adını bilmədiyi vətəndaşının vasitəsi ilə gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı məhkəmə istintaqında göstərdiklərindən fərqli ifadə verməsinin səbəbini izah edə bilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı polis əməkdaşlarının onu döymədiklərini, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişdir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Lerik-Kəlvəz avtomobil yolunun Cəngəmiran kəndinin ərazisindən keçən sahəsində yerləşən “şəhidlər kompleksi”nin arxasındakı sahəyə keçirilən baxış zamanı “şəhidlər kompleksi”nin arxasında gizlədilmiş 01 ədəd sarı rəngdə torbada olan 05 ədəd, torbanın yanında isə 04 ədəd bağlamda olan külli miqdarda- 9010,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin torbanın içərisində olan 01 ədəd bükülüdə külli miqdarda-43,540 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd bükülüdə külli miqdarda-77,119 qram olan narkotik vasitə heroinin ona məxsus olmaması ilə bağlı bildirməsini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələrinin qeyd edilən hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə daha sərt cəzadan yaxa qurtarmağa xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələri təzyiqlər nəticəsində əldə edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmiş və özü digər şahidləri dindirmək hüququndan imtina etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları həmin protokollara əlavə edilmiş videoçəkilişlər, izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələri, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr və psixotrop maddənin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 27 iyul 2015-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cazasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 6 (altı) ay şərti sınaq müddəti müəyyən edilmişdir. 19 fevral 2016-cı il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. Hazırda məhkumluğu yoxdur.(i.v.203-204) -Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli, 1055 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayıb, subaydır, və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.201-202) -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Regional filialından daxil olmuş 29 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-265264/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (xxxxxxx) filialdan müddətsiz olaraq İ qrup əlilliyə görə prezident təqaüdü alır.(i.v.199) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 31 oktyabr 2024-cü il tarixli, 735 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyildir.(i.v.200) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yerində müsbət xarakterizə olmasını, yaşını, ailə, maddi və sosial vəziyyətini, 1-ci dərəcəli əlilliyinin olmasını, (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X6rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X5 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2024-cü il tarixdən hesablanmalı və Lerik Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 4(048)-25/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq qalan Təqsirləndirilən şəxs təqdim etdiyi və götürülmüş 9009,1 qram narkotik vasitə qurudulmuş marixuana, 43,440 qram psixotrop maddə metamfetamin, 177,023 qram narkotik vasitə heroin, 45 ədəd narkotik vasitə metadon həbləri məhv olunmalı, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 15” markalı mobil telefon cihazı yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən və narkotik vasitələri gizlətdiyi yerə baxış zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü 3 ədəd DVD-R markalı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin bizə tqədim etdiyi arayışa əsasən 1-ci qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetdində qeydiyyata alınması məsləhət görülür. Odur ki, “ambulator məhkəmənarkoloji ekspertizası”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 22 avqust 2024-cü il tarixdən hesablansın. Lerik Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 4(048)-25/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lerik Rayon Polis Şöbəsinin əşyaları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq qalan Təqsirləndirilən şəxs təqdim etdiyi və götürülmüş 9009,1 qram narkotik vasitə qurudulmuş marixuana, 43,440 qram psixotrop maddə metamfetamin, 177,023 qram narkotik vasitə heroin, 45 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxsa məxsus “Redmi Note 15” markalı mobil telefon cihazı hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən və narkotik vasitələri gizlətdiyi yerə baxış zamanı qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 3 ədəd DVD-R markalı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar