Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-793/2023 24.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X11 və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1958-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsində əkib yetişdirdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin yarpaqlarından dərib qurudaraq, tərkibində narkotik maddə olan həmin çətənə (kannabis) bitkilərindən kustar üsulla satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 920,0 qram olub külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) hazırlamaqla əldə edib, yaşadığı evin yataq otağında gizlədərək saxlamış, həmçinin 2023-cü ilin may ayının əvvəlində istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı torpaq sahəsində təkər şininin orta hissəsinə torpaq tökərək orada qanunsuz olaraq əkib, onlardan bitən 4 (dörd) ədəd olub xeyli miqdar təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərərək mütəmadi suvarıb və diblərini yumşaldıb yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan həmin bitkiləri xeyli miqdarda kultivasiya etmiş, bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub X3 (bundan sonra DİN BNMİ CBRŞ) əməkdaşları tərəfindən 14 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində Lənkəran şəhərində keçirdikləri əməliyyat tədbiri nəticəsində iştirakı və icazəsi ilə yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən evin həyətyanı torpaq sahəsindən xeyli miqdarda olan həmin 4 (dörd) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri ümumi təmiz çəkisi 170,0 qram olmaqla əkildiyi yerdə kök üstə yaş vəziyyətdə aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq qeyd olunan yaşayış sahəsinə baxış keçirilərkən isə satış məqsədi olmadan qanunsuz olaraq saxladığı külli miqdarda - 920,0 qram çəkidə qurudulmuş marixuana evin ona məxsus yataq otağındakı çarpayının yanından sellofan bağlamada aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə təxminən gecə saat birin yarısında polis əməkdaşları onun evinə girib ondan narkotik bitkilər əkib-əkmədiyini soruşmuş, sonra həmin bitkilərin yerini göstərmək üçün onu həyətə çıxarmışlar. O, da əkdiyi narkotik tərkibli bitkilərin yerini göstərmiş və həmin bitkilər çıxarılmışdır. Bundan sonra polislər onun evində axtarış aparmış və yaşadığı otaqda yorğanın altından bir sellofan torba çıxarıb içində nə olduğunu soruşmuşlar, o, isə həmin torbanın içində nə olmasından xəbərinin olmadığını bildirmiş, lakin həmin torbada 1 kiloqram qurudulmuş marixuana olmasını polislərdən öyrənmişdir. Həmin narkotik vasitəni isə o, həyətə düşdükdən sonra polislər onun yorğanının altına qoymuş, daha sonra isə çıxarmışlar. Dörd ədəd pomidor ştili boyda narkotik bitkini özü əkmiş, bunu da etiraf edir, ancaq 1 kiloqram çəkidə marixuanadan onun xəbəri yoxdur. Lakin polis əməkdaşları tərəfindən döyüldüyü üçün marixuananın da ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polislər tərəfindən ona təzyiq edildiyi üçün videoçəkiliş vasitəsi ilə evinə baxış keçirilərkən marixuananın da ona məxsus olmasını demişdir. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, buna baxmayaraq nə üçün özünə aid olmayan marixuana ilə bağlı etirafedici ifadə verməsini bilmir. Onun barəsində ibtidai istintaq aparılarkən barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsinə və azadlıqda qalmasına baxmayaraq polislər tərəfindən döyülməsi barədə heç bir orqana şikayət etməmişdir. Hazırda yaşayış vəziyyəti pisdir, səhhətində problemlər olduğuna görə yeriyə bilmir, tanışlarından borc alaraq məhkəmə iclasına gəlir. Bu səbəbdən də döyülməsi barədə hər hansı orqana şikayət edə bilməmişdir. Onun evinə təxminən 10 nəfər polis əməkdaşı gəlmiş və onu evində döymüşlər, lakin həmin polis əməkdaşlarını tanımır, üzdən görsə belə tanıya bilməz. Evində axtarış üçün ondan icazə alınmamışdır. O, evində tək yaşayır, evi isə 3 otaqdan ibarətdir. O, evin mətbəx otağında yaşayır, polis əməkdaşları marixuananı da mətbəx otağında yatdığı yerdəki yorğanın altından çıxarmışlar. Həyətində əkdiyi narkotik bitkilərin yerini göstərməsi üçün onu evdən çıxarmışlar, lakin bundan sonra evində polis əməkdaşlarının qalıb-qalmamasını da bilmir. Evində narkotik vasitə aşkar olunmamışdan öncə onu heç bir polis əməkdaşı döyməmişdir, lakin videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən marixuananın ona məxsus olmasını demişdir. Evində narkotik vasitə aşkar edilməmişdən əvvəl ona qarşı fiziki təzyiq edilmədiyi halda hansı səbəbdən etirafedici ifadə verməsi barədə suala cavab verə bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xəstəliyi və yaşlı olması ilə əlaqədar halların nəzərə alınıb barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 iyun 2023-cü il tarixdə videoçəkliş aparılmaqla yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 14 və 15 iyun 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, təxminən 5-6 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Buna görə də tələbatını ödəmək üçün təxminən 1 kq-dan çox qurudulmuş marixuanası olmuşdur. Hissə-hissə tələbatını ödəmək üçün həmin narkotik vasitədən çəkmək yolu ilə istifadə etmişdir. Qalanını isə bağlayıb bağlama halında yaşadığı evin yataq otağının çarpayısında saxlamışdır. Bundan əlavə 2023-cü ilin may ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsinin sol hissəsində yerləşən torpaq sahəsində təkər şinin ortasında təxminən 5-6 ədəd çətənə toxumlarını əkmiş, mütəmadi olaraq əkdiyi çətənə bitkilərinə qulluq etməyə başlamışdır. Əkdiyi toxumlardan 4 ədədinin cücərdiyini görmüş, havalar istiləşdikcə çətənə bitkilərinə mütəmadi olaraq su verib torpağını münbitləşdirmişdir. 14 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində yaşadığı evdə olan zaman həyət qapısından kiminsə onu səslədiyini eşitmiş, bu zaman həyətə düşdükdə bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb qollarından tutmuş və ona özlərinin polis əməkdaşları olduqlarını bildirib, icazəsi ilə həyətinə baxış keçirilmişdir. Əkdiyi 4 ədəd çətənə bitkisini təqdim etmiş, bundan sonra yaşadığı fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının yanında qurudulmuş marixuana saxladığını bildirmiş və həmin narkotik vasitəni də təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu döydükləri üçün etirafedici ifadə vermişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuananın ona aid olmadığını, polislər tərəfindən evinə qoyulduğunu və fiziki təzyiqə məruz qaldığı üçün etirafedici ifadə verməsini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN BNMİ-nin CBRŞnin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkib yetişdirməsi və X4 dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmuş, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmış, 14 iyun 2023-cü il tarixdə, saat 00:30 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında görüb barəsində olan şübhə barədə ona məlumat vermiş, Təqsirləndirilən şəxs iştirakı və icazəsi ilə yaşadığı evin həyətinə daxil olub baxış keçirlməyə başlamışlar. Baxış zamanı həyətdə 4 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkilərin əkildiyi müəyyən edilmiş, bitkilərin hündürlüklərinin isə 35-50 sm olması məlum olmuşdur. Təqsirləndirilən şəxs da suallara cavab olaraq aşkar olunmuş torpaqda əkilmiş vəziyyətdə olan bitkilərin çətənə bitkiləri olduğunu, özü əkdiyini, həmçinin yaşadığı evin otağında marixuana olduğunu və təqdim edə biləcəyini bildirmiş, həmin marixuananı özü çəkmək üçün saxladığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında çarpayının yanından bir ədəd sellofan bükülü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisinə baxıldıqda marixuanaya bənzər kütlə olması, çəkildikdə isə çəkisinin 1 kq, 55 qram olması məlum olmuşdur. Həmin bitkilər və narkotik vasitə qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs CBRŞ-yə aparılıb vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı sonuncunun narkotik tərkibli bitkiləri əkib-becərməsi və istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs hər hansı fiziki zor tətbiq edilməmiş, yaşlı adam olduğundan belə halın olması ümumiyyətlə mümkün deyildir. Əməliyyat qrupuna 5 nəfər polis əməkdaşı daxil olmuş, ilk olaraq Təqsirləndirilən şəxs həyətyanı sahəsinə, daha sonra evinə baxış keçirlmişdir. Evinə və həyətyanı sahəsinə baxış keçirlməsi ilə bağlı Təqsirləndirilən şəxs ərizə ilə razılığını bildirmiş, evində olan narkotik vasitəni də özü təqdim etmişdir. 23 ildir ki, cənub regionunda hüquq mühafizə orqanında işləyir, Təqsirləndirilən şəxs da narkotik vasitələrdən istifadə edən şəxs kimi tanıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Cənub X3 polis baş serjantı Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsinə, kultivasiya etməsinə və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 13 iyun 2023-cü il tarixli raport, “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı ərizə, onun ünvan 2 ünvanda yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş video çəklişdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, yaşadığı evə və həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v .4-8; 16-19) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 14 iyun 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs özü polis əməkdaşlarına ünvan 3-da yerləşən yaşadığı fərdi yaşayış evinin sol yan tərəfində təkər şinin içərisində yerləşən münbit torpaq sahəsində hər birinin boyu 35-50 sm olan hündürlükdə olmaqla 4 (dörd) ədəd narkotik vasitə çətənəyə bənzər kolluqları təqdim etmiş və həmin kolları torpaqdan çıxarılaraq ekspertizaya göndərilməsi üçün qablaşdırmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına keçirilmiş baxış zamanı orada olan çarpayının yanında bir ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixauana aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş çətənə kollarını 1 ay əvvəl özü əkib becərmiş və aqrotexniki qaydada qulluq etmişdir. Yataq otağında aşkar edilmiş qurudulmuş marixuananı isə özü çəkmək üçün qurutmuşdur. (i.v. 16-19) - 14 iyun 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Lənkəran şəhərində yerləşən həyətyanı sahəsində əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin münbit torpaqda hər birinin boyu 35-50 sm hündürlüyündədir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. (i.v. 20) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30-dan şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 32) - “Şəxsi axtarış və götürmə aparılması barədə” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı onun üzərindən qanunsuz hər hansı bir predmet və ya əşya aşkar edilməmişdir. Ona verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş 4 ədəd narkotik təbiətli çətənə bitkilərini özü əkmişdir. Yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananı əvvəlki illərdən əkib becərdiyi narkotik xassəli çətənə bitkilərindən özü çəkmək üçün toplamış və qurutmuşdur. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, heç bir şikayəti və tələbi yoxdur, törtədiyi əmələ görə peşmandır. (i.v. 41-43 ) -Məhkəmə bioloji ekspertizasının 14 iyun 2023-cü il tarixli, 19/650 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bağlamadakı, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi -920,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı .. həyətdən aşkar olunmuş 04 (dörd) ədəd çətənə....” sözlər və imzalar olan bağlamadakı, 4 (dörd) ədəd, ümumi təmiz çəkisi -170,0 qram yaş vəziyyətdə bitki nümünələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. (i.v. 56-60) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 66-68) -Lənkəran Rayon Məhkəməsinin 15 iyun 2023-cü il traixli, 4(049)-184/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Lənkəran rayon prokurorunun təqdimatı təmin edilməmiş, onun barəsində 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (i.v.83-85) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 iyun 2023-cü il tarixli, 632 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar olaraq məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 88) -Məhkəmə tibbi ekspertizasının 14 iyun 2023-cü il tarixli, 590 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (i.v. 90-91) -Lənkəran RPŞ-dən daxil olan 30 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş və həmin tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğuldur, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur və narkotik vasitələrin daşınması, qəbulu, istifadəsi və satışı ilə məşğuldur. Həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərinin əkilib becərilməsində ona kimsə köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilmiş qurudulmuş marixuananın və həyətindən aşkar edilmiş narkotik tərkibli çətənə toxumlarını hansı mənbədən əldə etməsi ilə bağlı əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, o, çətənə toxumlarını və qurudulmuş marixuananı əvvəlki illərdən əkib becərdiyi çətənə bitkilərindən yığıb hazırlamışdır. (i.v. 110) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuananın polislər tərəfindən qoyulduğunu, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığı üçün həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirməsi ilə bağlı ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə məsuliyyətdən kənarda qalmasına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, digər ittiham sənədləri və sübutları ilə tamamilə təkzib edildiyindən, obyektiv həqiqəti özündə əks etdirmədiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində evindən aşkar edilərək götürülən qurudulmuş marixuananın ona məxsus olduğunu, əvvəlki illərdə həyətində əkdiyi narkotik tərkibli bitkilərdən toplayıb şəxsi istifadəsi üçün saxladığını və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin qeyd edilən hallar barədə Təqsirləndirilən şəxs evinə baxış və üzərinə şəxsi axtarış keçirilərkən də ifadə vermiş və bu şifahi izahatlar müvafiq istintaq hərəkətlərinin protokoluna əlavə edilmiş videoçəkilişdə də öz əksini tapmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X3 əməkdaşları Şahid1 və Şahid3 da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman evində bir ədəd sellofan torbanı təqdim edərək içində qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni isə əvvəllər əkdiyi narkotik tərkibli bitkilərdən topladığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X6 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaqın ilkin dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsini (qurudulmuş marixuananın ona aid olmaması və polislər tərəfindən evinə qoyulması) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyü üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsini göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ibtidai istintaq dövründə azadlıqda olduğu halda hər hansı orqana müraciət etməmişdir. Bundan əlavə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının 14 iyun 2023-cü il tarixli 590 saylı rəyindən də görünür ki. Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil- qurudulmuş marixuananın satışı ilə məşğul olmaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində evindən aşkar edilmiş qurudulmuş marixuanaya dair niyyətinin satış deyil, şəxsi istifadəsi məqsədi ilə evində saxlaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qramı və artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun evindən aşkar edilmiş narkotik vasitəni onun satış məqsədilə əldə etməsini təstiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 920 qram qurudulmuş marixuananı hazırlamaqla əldə etmiş, saxlamışdır. İş materiallarında Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. 920 qram qurudulmuş marixuananı isə onun satış məqsədi ilə saxlanmasını təstiq edə biləcək digər hər hansı sübutun olmadığı vəziyətdə həmin maddənin satış məqsədi üçün saxlanması ehtimalını yarada bilər. Ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda qurudulmuş marixuana əldə edərkən və üzərində saxlayarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş qurudulmuş marixuananı nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 1 (bir) ədəd bükümdə olmaqla təmiz çəkisinin 920 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,8 dəfə çox olması, -onun ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrində evindən aşkar edilmiş qurudulmuş marixuananın satış deyil, şəxsi istifadəsi üçün evində saxlaması və məhkəmə istintaqında qurudulmuş marixuanadan istifadə etdiyini, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, evindən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), narkotik vasitə heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, -göstərilən halların ümumi məcmusunun sonuncunun evindən aşkar edilmiş qurudulmuş marixuananı əldə etməsi, saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitədən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Məhkəmə tərkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində evindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün evində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və məhkəmə istintaqı zamnaı qismən etirafedici ifadələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq hazırlaması və saxlaması onun məhz həmin kütləni şəxsi istifadəsi məqsədi saxlamağa yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrindən həmin məcəllənin 234.1-1 və 237.1-ci maddələrinə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələri, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə 14 iyun 2023-cü il tarixli protokol, həmin istintaq hərəkətinə əlavə edilmiş videogörüntü, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının 14 iyun 2023-cü il tarixli, 19/650 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana və çətənə kolları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə xx.xx.2018-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib, 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. (i.v. 93-95) -Lənkəran rayon İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məcidov X9 şəhəri, Vidadi küçəsi ev 59 ünvanında tək yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (i.v. 126-127). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.2.2, 158.6-ci maddələrinə əsasən 14 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığı qətimkan tədbirinin təsiri altında olduğu 03 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılmalı, sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçildiyi gündən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2023-cü il tarixli 632 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 04 ədəd çətənə (kannabis) bitki kolları, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 919,9 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 14 iyun 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və “ev dustaqlığı” qətimkan tədbirinin təsiri altında olduğu 03 (üç) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 24 noyabr 2023-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X10 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran RPŞ-də saxlanılan 04 ədəd çətənə bitkisi, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 919,9 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi və üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-793/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-793/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver