Məhkəmə qərarları › İş №1(099)-797/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-797/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-797/2023 13.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1997-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Zərdab şəhəri, X6 küçəsi ev 18 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı olması güman edilən “Behzat” adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, sonuncunun verdiyi məlumat əsasında o, külli miqdarda 5713,54 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın 13,54 qram hissəsini ayırıb 01 ədəd bükümdə olmaqla üzərində, qalan hissəsini törədilən cinayət əməli barədə məlumatı olmayan Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə saat 18:45-də Salyan rayonu ərazisindən keçən Ələt-Astara avtomobil yolunun 143-cü kilometrliyində “Opel Astra” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postuna gətirilmiş, həmin tarixdə saat 21:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 13,54 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 25 aprel 2023-cü il tarixdə saat 22:00-dan etibarən törədilən cinayət əməli barədə məlumatı olmayan Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunun arxa hissəsindən 01 ədəd ağ rəngli torbada 03 ədəd sellefon bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1914,1 qram, 1953,5 qram, 1832,4 qram olmaqla ümumilikdə külli miqdarda 5700 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərə ifadəsində göstərmişdir ki, “Behzat” adlı İran vətəndaşını sosial şəbəkədən tanımışdır. Behzatdan bir neçə dəfə istifadə etmək üçün narkotik vasitə almış, pulunu kart vasitəsi ilə ona göndərmişdir. Sonuncu dəfə Behzatdan istifadə etmək üçün narkotik vasitə istəmişdir. 25 aprel 2023-cü il tarixdə Behzat whatsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitənin saat 5-6-da Salyan rayonunda olacağını və qeyd olunan saatda orada olmağını tapşırmışdır. O da tanışı Şahid5 ilə görüşüb birlikdə “Bolt” proqramı vasitəsi ilə taksi sifariş edərək Salyan rayonuna getmişdir. Behzat ona whatsapp vasitəsi ilə narkotik maddənin qoyulduğu yerin yerləşmə koordinatlarını (location) göndərmişdir, həmin yerə çatıb bağlamanı götürüb Bakı istiqamətində hərəkətdə olarkən Salyan postunda avtombili saxlayıb onları tutmuşdurlar. Behzata istifadə etmək üçün 1 kq narkotik vasitəsi qurdulmuş marixuanna sifariş vermiş, lakin Behzatın 5 kq narkotik vasitəsi göndərməsini bilməmişdir. Behzata narkotik vasitəsini öz istifadəsi üçün vermiş, satmaq fikri olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən özünün gənc, ata və anasının yaşlı olmalarını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, “Behzat” ona ölkə ərazisinə narkotik vasitələr göndərdiyini və həmin narkotik vasitələri Salyan rayonundan götürüb onun bildirdiyi yerə qoyacağı halda pul və öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə verəcəyini söyləmişdir. O da Behzatın təklifi ilə razılaşmışdır. 25 aprel 2023-cü il tarixdə Salyan rayonu ərzisinə gedərək Behzatın göndərdiyi narkotik vasitələrin olduğu yeri tapmış və içərisində narkotik vasitələr olan 01 ədəd kisəni götürmüşdür. Behzat öncədən bildirmişdir ki, kisənin üzərində öz istifadə üçün kiçik bükümdə qurudulmuş marixuana olacaqdır. Həmin kiçik bükümü də götürüb gödəkçəsinin cibinə qoymuşdur. Kisəni əlində tutaraq yol kənarına çıxmış və yenidən taksi sürücüsü ilə əlaqə saxlayıb onu düşürdüyü yerə gəlib götürməsini demişdir. Taksi yanına gəldikdən sonra avtomobilin arxa qapısını açıb əyləşmiş və əlindəki kisəni oturacağın üzərinə qoymuşdur. Salyan postuna çatanda polis əməkdaşları onu saxlayaraq cibindəki və taksidə olan narkotik maddələri aşkar etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Behzata 1 kq narkotik vasitə qurdulmuş marixuanna sifariş vermiş, Behzatın ona 5 kq narkotik vasitə göndərməsini bilməmiş, narkotik vasitəsini şəxsi istifadəsi üçün sifariş vermiş, satmaq fikri olmamış” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 25 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qurupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olacağı Salyan rayonu istiqamətində hərəkət etmişlər. 25 aprel 2023-cü il tarixdə saat 18 radələrində Salyan rayonu ərazisindən keçən Ələt-Astara avtomobil yolunun 143-cü kilometrliyində Təqsirləndirilən şəxs bənzər şəxsin “Opel Astra” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilin qarşısında iki nəfər şəxs ilə birlikdə dayanmasını görmüşlər. Onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib onlara özlərini təqdim etmələrini bildirmişlər. Onlar da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, üzərində və Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra onları Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Salyan rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postuna gətirmişlər. Stasionar Postda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə, yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Behzat” adlı şəxsin dediyi Salyan rayonu ərazisində yol kənarından götürdüyünü, narkotik vasitələrin qalan hissəsini taksi xidməti ilə məşğul olan Şahid4 idarə etdiyi avtomobildə saxladığını, avtomobildə olan torbanın içərisində narkotik vasitələrin olmasından taksi sürücüsü Şahid4 və dostu Şahid5 məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı “Behzat” adlı şəxs ilə razışlamalarına əsasən onun göndərdiyi narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara yerləşdirib bu barədə “Behzata” məlumat verdiyi halda sonuncu tərəfindən ona pul və öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana veriləcəyini söyləmişdir. Bundan sonra Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs avtomobilin salonun arxa hissəsində saxladığı 01 ədəd ağ rəngli torbanı təqdim etmişdir, torbaya baxış keçirilərkən 03 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış möhürlənərək götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, “Opel Astra” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobili idarə edir. Təxminən 8-9 ay olar ki, “Bolt” proqramına qoşularaq taksi fəaliyyəti ilə məşğul olur. 25 aprel 2023-cü il tarixdə saat 16:00-da Xətai rayonu, Natiq Əliyev 42 ünvanına şifariş verilmişdir. Həmin ünvana çatan zaman 2 nəfər 20-25 yaşlarında cavan oğlan olmasını görmüşdür. Həmin şəxslərdən biri avtomobilin ön oturacağını açıb Salyan rayonuna gedib qayıtmalı olduqlarını bildirmişdir. İlk olaraq ona rayona getmək sərf etmədiyini bildirmişdir. Sonra həmin gün sifariş az qəbul etdiyi üçün ondan proqramda hansı məbləğ göstərdiyini soruşmuşdur. O isə gedib-qayıtmağa 76 manat məbləğində pul yazıldığını, 80 manat pul verəcəyini söyləmişdir. Onun təklifi ilə razılaşmış və həmin şəxs avtomobilin ön oturacağına, yanındakı tanışı isə arxa oturacağa əyləşmişdir. Ön oturacaqda əyləşən şəxs ondan proqram faiz tutmasın deyə sifarişi ləğv etmişdir. Saat 17:30 radələrində artıq Salyan rayonunda olan zaman həmin şəxsə Salyan rayonunun ərazisini yaxşı tanımadığını və haraya getməli olduqlarını soruşmuşdur. O isə mobil nömrəsini istəmiş və watsapp proqramı vasitəsi ilə öz telefonundan ona konum göndərəcəyini bildirmişdir. Nömrəmi söylədikdən sonra ***-***-**-** saylı nömrədən istifadəsində olan nömrəyə konum göndərilmişdir. Həmin əraziyə çatanda o, avtomobili saxlatmış və arxada əyləşən tanışına kiminləsə görüşüb 5-10 dəqiqə danışacağını söyləmişdir. Avtomobildən düşüb piyada hərəkət edərək uzaqlaşmışdır. Arxada əyləşən şəxs düşərək ön oturacağa keçmiş və mağazaya gedib bir şeylər almalarını istəmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra ***-***-**-** saylı nömrədən zəng gəlmişdir. Həmin nömrəni tanımadığı üçün kim olduğunu soruşmuşdur. O isə bayaq düşürdüyü oğlan olduğunu və düşürdüyü yerdə onları gözlədiyini söyləmişdir. Avtomobili həmin yerə sürmüşdür. Həmin şəxsin əlində 01 ədəd ağ rəngli kisənin olmasını görmüşdür. O avtomobilə sərnişin tərəfdən olan arxa oturacağına oturub əlindəki kisəni də arxa oturacağa qoymuşdur. Onun yanında olan tanışı kisədə nə olmasını soruşmuşdur. Həmin şəxs isə meyvə olduğunu və evdəkilərə apardığını söyləmişdir. Bakı şəhəri istiqamətində hərəkət edən zaman Salyan postunda Yol Polisi işçiləri avtomobili saxla əmrini vermişlər. O da polis əməkdaşların tələbinə uyğun olaraq avtomobili saxlatmışdır. Bir neçə mülki geyimdə olan şəxslər avtomobilə yaxınlaşıb onlara özlərini təqdim edərək polis əməkdaşları olduqlarını söyləmişlər və özlərini təqdim etmələrini tələb etmişlər. Özlərini təqdim etdikdən sonra onlar Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmasını söyləmişlər. Təqsirləndirilən şəxs postun içərisinə aparmışlar. Bir qədər müddət keçdikdən sonra özü, Təqsirləndirilən şəxs və yanında olan digər şəxsin iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. İbrahim avtomobilin arxa hissəsində saxladığı 01 ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən 03 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuana aşkar olunmuşdur. Hər iki şəxsi ilk dəfə həmin gün görmüş və avtomobilə narkotik vasitə qoyulmasından məlumatı olmamış taksi fəaliyyəti ilə məşğul olub oraya getmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 il bundan öncə Xətai rayonunda yerləşən “Armo” marketdə işlədiyi vaxtlarda tanımışdır. 25 aprel 2023-cü il tarixdə İbrahim onunla əlaqə saxlayıb məhəlləyə gəlib Salyan rayonuna getməli olduğunu, orada bir nəfərdən mobil telefon götürəcəyini və qohumları tərəfindən sumka veriləcəyini bildirmişdir. Həmin gün bekar olduğu üçün İbrahimin təklifini qəbul edib birlikdə Salyan rayonuna getmələrinə razılıq vermişdir. İbrahim mobil telefonunda kontur və internet olmadığını bildirib “Bolt” vasitəsi ilə taksi sifariş verməyini xahiş etmişdir. O da istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi Bolt proqramı ilə ünvan 5 ünvanına sifariş vermişdir. Sifarişi Salyan rayonuna gedib yenidən Bakı şəhərinə qayıtmaq üçün vermişdir. Ümumilikdə məbləğ 76 manat görsənmişdir. Bir neçə dəqiqə keçdikdən sonra “Opel Astra” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobil onlara yaxınlaşmışdır. Taksi sürücüsünə Salyan rayonuna gedib gəlmək istədiklərini söylədikdə taksi sürücüsü məbləği soruşmuşdur. Onlar isə proqramda 76 manat nəzərdə tutulduğunu, lakin 80 manat ödəyəcəklərini bildirmişlər. Taksi sürücü də onların təklifləri ilə razılaşmış və özü avtomobilin arxa oturacağında, İbrahim isə ön oturacaqda əyləşmişdir. Onlar Salyan rayonuna çatdıqdan sonra İbrahim öz istifadəsində olan nömrədən taksi sürücüsünə konum göndərmiş və taksi sürücüsü avtomobili həmin ünvana sürmüşdür. Qeyd olunan yerə çatdıqdan sonra İbrahim avtomobili saxlatmış və onlara düşüb 10-15 dəqiqəlik bir nəfər ilə görüşəcəyini söyləmişdir. Özü də avtomobilin arxa oturacağından düşüb ön oturacaqda əyləşmişdir. Bundan sonra taksi sürücüsünə avtomobili mağaza olan tərəfə sürməyini və oradan yemək üçün bir şeylər almalarını demişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra İbrahim taksi sürücüsünə yığıb onu düşürdükləri yerdə olduğunu bildirmiş və onu götürmələrini söyləmişdir. Yenidən qeyd olunan ünvana gedib İbrahimi görmüşlər. İbrahimin əlində 01 ədəd torba olmuşdur. İbrahim avtomobilin arxa qapısını açıb oturmuş və həmin kisəni avtomobilin salonuna arxaya qoymuşdur. Ondan kisədə nə olmasını soruşduqda İbrahim evdəkilər üçün meyvə apardığını bildirmişdir. Bakı şəhəri istiqamətində hərəkət edən zaman Salyan postunda Yol Polisi işçiləri avtomobili saxla əmrini vermişlər. Sürücü da polis əməkdaşların tələbinə uyğun olaraq avtomobili saxlatmışdır. Bir neçə mülki geyimdə olan şəxslər avtomobilə yaxınlaşıb onlara özlərini təqdim edərək polis əməkdaşları olduqlarını söyləmişlər və onlardan özlərini təqdim etmələrini tələb etmişlər. Özlərini təqdim etdikdən sonra onlar Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmasını bildirmişlər. Təqsirləndirilən şəxs postun içərisinə aparmışlar. Bir qədər müddət keçdikdən sonra özünün, Təqsirləndirilən şəxs və taksi sürücüsünü iştirakı ilə avtomobilə baxış keçirilmişdir. İbrahim avtomobilin arxa hissəsində saxladığı 01 ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən 03 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Salyan rayonuna narkotik vasitələr götürmək üçün gəldiyini bilməmiş, bu barədə məlumatı olmamış, yalnız polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobildə narkotik vasitə olmasından məlumatlı olmuş, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə bioloji ekspertizasının 26 aprel 2023-cü il tarixli 7/593 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellefon bağlamada təmiz çəkisi-13,54 qram və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 03(üç) ədəd sellefon bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1914,1 qram; 1953,5 qram; 1832,4 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonrakı qalıq qurudulmuş marixuannanın səkisi 5713,14 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edır. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli 4824 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin axtarışın videogörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və bir ədəd «Redmi» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin axtarışın videogörüntülərindən görünür ki, Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **- BO-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunun arxa hissəsinə Təqsirləndirilən şəxs tərəfindən qoyulan 01 ədəd ağ rəngli torbanın içərisində olan 03 ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 05 may 2023-cü il tarixli «mobil telefona bazxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar ediləçrək götürülmüş «Redmi» markalı mobil telefona baxış keəçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan 27 may 2023-cü il tarixli «Azercell MMC-dən daxil olmuş CDdiskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon danışıqları aparılması müəyyən edilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Salyan Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 aprel 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5713,14 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 3 il müddətə endirilmiş, 30 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli 02 X4 Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Zardab şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Əvəzli X2 şəhəri, Xətai küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi ata, anası, bacısı və bacısı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 10 sentyabr 2023cü il tarixli qərarla şəxsi axtarış keçirilməsi və götürmə haqqında və avtomobilə baxış keçirilməsi haqqında protokollarının görüntülərini əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə qurudulmuş marixuanna “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, valideynlərinin ahıl yaşda olmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Azərbaycan Respublikası DİNin BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5713,14 qram qurudulmuş marixuanna məhv edilməli, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “avtombilə baxış keçirilməsi haqqında” protokollara əlavə edilmiş 02 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələr ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5713,14 qram qurudulmuş marixuanna məhv edilsin. - “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “avtombilə baxış keçirilməsi haqqında” protokollara əlavə edilmiş 02 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar