Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-8/2022 11.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X20, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1955-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin sədri vəzifəsində işləmiş, təqaüdçü, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 29,178.2.3, 32.4,312.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 noyabr 2000-ci il tarixli, 2158 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 11 may 2018-ci il tarixli, 05 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 02 nömrəli iclas protokollarına əsasən seçildiyi bələdiyyə sədri vəzifəsində işləyərkən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin Nizamnaməsi”nə əsasən bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmaq, bələdiyyə qərarlarının icrasını təmin etmək, yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmək, əmr və sərəncamlar vermək, bələdiyyə qərarlarını imzalamaq və digər səlahiyyətlərə malik olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi, 2020-ci ilin yanvar ayında Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin həmin kəndin ərazisində yerləşən inzibati binadakı xidməti otağında, eləcə də 2020-ci ilin fevral ayının əvvəllərində və 18 fevral 2020-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, özünün yaşadığı evdə Şahid1 və Şahid2 Abıhüseyn oğlundan sonuncuların ondan Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətindəki yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan, hər hansı hüquqi əsas olmadan faktiki istifadələrində olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin müvafiq olaraq övladları və qardaşları olan Şahid3 və Şahid4 fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı kimi satılmasına köməklik edilməsini xahiş edərkən Abıhüseyn və Şahid2lardan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə tərəfindən göstərilən torpaq sahələrinin Cəlilabad rayonu, Sabirabad kəndində, yəni sədri olduğu bələdiyyənin ərazisində daimi yaşamaqla qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları Niyaz və Şahid4lara fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı kimi açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bilavasitə satılması üçün istədiyi cəmi 6000 manat məbləğində pulun 900 manat hissəsini qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə, guya bələdiyyənin göstərilən torpaq sahələrini Niyaz və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilməsi müqabilində müvafiq səlahiyyətləri olan Cəlilabad Rayon İcra Hakimiyyətinin (bundan sonra - Cəlilabad RİH) memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə verəcəyi adı ilə bildirməklə, yəni aldatma yolu ilə, eləcə də həmin ildə bələdiyyə tərəfindən müvafiq ərazidə yerləşən, bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin satış qiyməti 2400 manat təyin edildiyinə görə qalan 5100 manat hissəsindən 4800 manat çıxıldıqdan sonra qalan maddi nemət olan 300 (üç yüz) manat hissəsini isə Azərbaycan Respublikasının 15 oktyabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “X8”nin İV.2.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə sərəncam verilməsi kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətinə aid olduğu halda, göstərilən torpaq sahələrinin bələdiyyənin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəmiş, bu hərəkətləri ilə, eləcə də Abıhüseyn və Şahid2ların onun cinayətkar niyyətindən xəbər tutub göstərilən pul vəsaitlərini ona verməkdən imtina etmələri və onun qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanına məlumat vermələri, beləliklə də bilavasitə dələduzluq cinayətini törətməyə yönəlmiş qəsdən etdiyi əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməməklə Abıhüseyn və Şahid2lara məxsus 900 (doqquz yüz) manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ələ keçirməyə, yəni dələduzluğa cəhd etmiş, edəcəyi qanunsuz hərəkətə görə rüşvət istəmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bildiyini qeyd edərək göstərmişdir ki,: - 11 may 2018 və 14 yanvar 2020-ci il tarixlərdə Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin sədri vəzifəsinə seçilmiş, 18 fevral 2021-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. Şahid1 (bundan sonra - Abıhüseyn) təxminən 1997-ci ildən Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən 0,30 ha torpaq sahəsində ailə üzvləri ilə birlikdə əkinçilik fəaliyyəti ilə məşğul olmuşlar. Azərbaycan Respublikasında bələdiyyələrin yaradılmasından sonra həmin torpaq sahəsi Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin (bundan sonra – bələdiyyə) mülkiyyətinə yaşayış məntəqələrinin perspektiv inkişaf fondunun tərkib hissəsi kimi verilmişdir. Abıhüseyn və ailə üzvlərinin göstərdiyi torpaq sahəsindən istifadə etmələrinə hər hansı hüquqi əsası olmamışdır. Buna görə də dəfələrlə həm şifahi, həm də yazılı qaydada Abıhüseyndən həmin torpaq sahəsindən qanunsuz istifadə etməyi dayandırmasını tələb etdikdən və sonuncuya torpaq sahəsini bələdiyyədən qanunla müəyyən olunmuş qaydada almasını təklif etdikdən sonra Abıhüseyn və sonuncunun oğlu Şahid2 (bundan sonra - Ayaz) 2020-ci ilin əvvəllərində bir neçə dəfə ondan müvafiq torpaq sahəsinin cəmi 0,24 hektarının bərabər qaydada iki hissəyə bölünüb Abıhüseynin övladları olan Niyaz və Şahid4lara (bundan sonra – Niyaz, Xanoğlan) fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı kimi, ayrı-ayrılıqda 0,12 ha olmaqla satılmasına köməklik edilməsini xahiş etmişlər. Bələdiyyənin həmin torpaq sahələrinə sərəncam verməsinə hər hansı məhdudiyyət olmadığına, Niyaz və Xanoğlanın Cəlilabad rayonu, Sabirabad kəndində doğulandan yaşadıqlarına və qeydiyyatda olduqlarına, onların həyətyanı torpaq sahəsi olmadığına görə Abıhüseyn və Ayaza bələdiyyə tərəfindən müvafiq torpaq sahələrinin Niyaz və Xanoğlana hərrac qaydasında deyil, bilavasitə satılmasına, bununla bağlı sənədlərin tərtib edilməsinə köməklik edə biləcəyini, bundan sonra sonuncuların torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınacağını, buna görə ona 6000 manat məbləğində pul verməli olduqlarını, həmin məbləğin 4800 manatını bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsi 2400 manat məbləğində pula satıldığı üçün bələdiyyənin büdcəsinə mədaxil edilməsini təmin edəcəyini, qalan 1200 manat məbləğində pulu isə 0,12 ha və 0,12 ha torpaq sahələrinin hər birinə dair bələdiyyənin adına kadastr planı və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışların tərtib edilməsi, bələdiyyə ilə Niyaz və Xanoğlan arasında bağlanacaq alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiq edilməsi, sonuncuların adına kadastr planı və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışların tərtib edilməsi üçün tələb olunan dövlət rüsumlarının ödənilməsinə xərcləyəcəyini demişdir. Yəni, Abıhüseyn və Ayaza onlardan istədiyi pul məbləğinin 400 manatını müvafiq ərazi üzrə reyestr və kadastr xidmətini həyata keçirən idarənin, 500 manatını isə Cəlilabad RİH-nin memarlıq xidmətinin vəzifəli şəxslərinə bələdiyyənin müvafiq torpaq sahələrini Niyaz və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilməsi müqabilində rüşvət qismində verəcəyini deməmişdir. Göstərdiyi halla bağlı hər hansı vəzifəli şəxsə rüşvət təklif etməmiş və ya vəd verməmişdir. Abıhüseyn və Ayazdan istədiyi pulun cəmi 4800 manatını bələdiyyənin büdcəsinə, təxminən cəmi 400 manatını müvafiq ərazi üzrə reyestr və kadastr xidmətini göstərən idarə tərəfindən müvafiq torpaq sahələri ilə bağlı ölçü işlərinin aparılması, kadastr planının tərtib edilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, təxminən cəmi 500 manatını isə bələdiyyə ilə Niyaz və Xanoğlan arasında bağlanacaq alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiq edilməsi üçün tələb olunan dövlət rüsumlarına görə özü ödəyəcəkdi, qalan 300 manatını isə Niyaz və Xanoğlanın xeyrinə edəcəyi həmin işlərə görə özünə götürəcəkdi. Həm buna, həm də Ayaz tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş danışıqlar zamanı sərxoş vəziyyətdə olması səbəbindən Abıhüseyn və Ayaza müvafiq torpaq sahələrinin Niyaz və Xanoğlana satılmasına razılıq verməsi üçün Cəlilabad RİH-nin başçısına, müvafiq ərazidə kadastr və reyestr fəaliyyətini həyata keçirən dövlət orqanlarının əməkdaşlarına rüşvət verilməli olduğunu, onlardan istədiyi pulun ya 500, ya da 800 manatını Cəlilabad RİH-nin başçısına rüşvət qismində verəcəyini bilmədən dediyinə görə ahıl yaşında olması və cəmiyyətdə ziyalı şəxs kimi tutduğu mövqeyi ilə əlaqədar daha çox səmimi peşimançılıq hissi keçirir. - Abıhüseyn və Ayazdan istədiyi pulun 4800 manat hissəsini bələdiyyənin büdcəsinə ödəməli olduğunu və bununla bağlı niyyətini belə izah edir ki, bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsi 26 sentyabr 2019-cu il tarixdə X5 1200 manat məbləğində pula satıldıqdan sonra 13 yanvar 2020-ci il tarixdə keçirilmiş bələdiyyə iclasında Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsinin fiziki şəxslər tərəfindən 5000-10000 manat məbləğində pula satıldığı halda, bələdiyyə tərəfindən 1200 manat, yəni dəfələrlə az məbləğdə pula satılması, buna görə də bələdiyyə mülkiyyətində olan müvafiq torpaq sahələrinin satış qiymətinin real bazar qiymətinə uyğunlaşdırılmalı olması nəzərə alınaraq, həmin ildə bələdiyyə mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan 0,12 ha torpaq sahəsinin 2400 manat məbləğində pula satılması qərara alınmışdır. 2020-ci ildə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bilavasitə və ya hərrac yolu ilə satışı barədə qərar qəbul edilməsə də, göstərdiklərinə əsasən müvafiq torpaq sahələrinin bələdiyyə tərəfindən Niyaz və Şahid4lara satılması üçün sonuncuların adından bələdiyyənin büdcəsinə azı 4800 manat məbləğində pul ödənilməli idi. Bu zaman həm də nəzərə alınmalıdır ki, bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsi 29 mart 2021-ci il tarixdə X12 2400 manat məbləğində pula satılmışdır. 2020-ci ilin əvvəllərində Abıhüseyn və Ayaz onun Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən yaşadığı evə gəlmiş, onunla göstərdiyi hallarla bağlı ümumi məzmunda söhbət etmişlər. Həm bu zaman, həm də sonradan xatırlamadığı digər məkanda Abıhüseyn və Ayaz danışıqlarını iki dəfə ondan xəbərsiz, yəni qanunsuz olaraq mobil telefonun yaddaşına yazmışlar. Ayazın ibtidai istintaq orqanına təqdim etdiyi, cinayət işi materiallarına əlavə edilmiş audioyazıdakı danışıqlarda o, da iştirak etmiş, həmin danışıqlarda 26 oktyabr 2020-ci il tarixli protokolda adından göstərilmiş sözləri deyən şəxs özüdür. Abıhüseyn və Ayaz onunla razılaşmamış, ona göstərdiyi halla bağlı daha çox pul istədiyini deyib hər hansı məbləğdə pul verməmişlər. Göstərdiklərinə əsasən Abıhüseyn və Ayaza qarşı dələduzluğa cəhd etməmiş, onları hər hansı vəzifəli şəxsə rüşvət verməyə təhrik edə etməmiş və onlardan külli miqdarda rüşvət istəməmişdir. - 22 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları müvafiq torpaq sahəsinə onun iştirakı ilə baxış keçirərkən Abıhüseyn tərəfindən zəbt edildiyini və şumlanaraq kartof bitkisi əkildiyini aşkar etmiş, bu barədə akt tərtib etmişlər. Həmin aktın surəti müvafiq tədbir görülməsi üçün Cəlilabad Rayon Polis Şöbəsinə və bələdiyyə sədri kimi ona təqdim edilmişdir. Buna görə də 04 avqust 2020-ci il tarixdə bələdiyyənin adından imzaladığı, Abıhüseynin həmin torpaq sahəsini boşaltması barədə iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra sonuncu və oğlu Ayaz ona qarşı qərəzli mövqe tutmuş, Niyaz və Xanoğlanın almaq istədikləri torpaq sahələrinin dəyərini bələdiyyəyə ödəməyi ondan tələb etmiş, bundan imtina etdiyinə görə barəsində müvafiq dövlət orqanına şikayət etmişlər. - Abıhüseyn, Ayaz, Niyaz və Xanoğlana dəfələrlə təklif etsə də, Niyaz və Xanoğlan bələdiyyəyə fərdi yaşayış evi tikmək məqsədilə müvafiq torpaq sahələrinin həyətyanı kimi satılması barədə yazılı qaydada müraciət etməmişlər. Niyaz və Xanoğlan torpaq sahəsi almaq üçün şikayətçi olduqlarına görə 07 dekabr 2020-ci il tarixdə bələdiyyəyə dəvət olunmuşlar. Həmin vaxt da sonuncular müvafiq torpaq sahələrinin onlara satılması üçün bələdiyyəyə yazılı qaydada müraciət etməmiş, şəxsiyyət vəsiqələrinin surətlərini və son beş ildə bələdiyyə ərazisində qeydiyyatda olmaları barədə arayışı bələdiyyəyə təqdim etməmişlər. Bələdiyyə üzvləri onun təklifi ilə Niyaz və Xanoğlana münasibətdə güzəştli mövqe tutub iclas keçirmiş, bələdiyyə Niyaz və Xanoğlana istədikləri torpaq sahələrinin satılması üçün ilkin sənədləşmə işlərinə başlanılması barədə qərar qəbul etmişdir. Həmin qərarın surətini özü Abıhüseynə təqdim etmişdir. Bələdiyyənin müvafiq torpaq sahələrinə sərəncam verməsi üçün qanunla müəyyən edilmiş hər hansı məhdudiyyət olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMCnin əməkdaşı onun rəsmi müraciəti əsasında müvafiq torpaq sahəsinə gəlmiş və ilkin cizgi planını tərtib etmişdir. Lakin bundan sonra da Abıhüseyn və ya ailə üzvləri müvafiq torpaq sahələrini almaq üçün bələdiyyəyə hər hansı məbləğdə pul ödəməmişlər. Buna görə də bələdiyyə həmin torpaq sahələrini Niyaz və Xanoğlana satmamışdır. İş üzrə ibtidai istintaq zamanı ona hər hansı məzmunda ifadə verməsi ilə bağlı qanunsuz təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs işin faktiki halları və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 1997-ci ildə keçirilmiş torpaq islahatı zamanı fərdi yaşayış evi tikmək üçün ona hər hansı hüquqi sənəd olmadan verilmiş, Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən 0,24 ha torpaq sahəsindən əkinçilik məqsədilə istifadə etmişdir. Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin sədri olmuş Təqsirləndirilən şəxs (bundan sonra - Haqverdi) ona dəfələrlə həm şifahi, həm də yazılı qaydada həmin torpaq sahəsini bələdiyyədən qanunla müəyyən olunmuş qaydada almasını təklif etmişdir. Oğlanları Niyaz və Xanoğlanın yaşamağa ayrıca evi olmadığına görə digər oğlu Ayazla (bundan sonra - Ayaz) birlikdə Haqverdidən 2020-ci ilin yanvar ayında sonuncunun sədri olduğu bələdiyyənin inzibati binasındakı xidməti otağında, 2020ci ilin fevral ayının əvvəllərində və 18 fevral 2020-ci il tarixdə isə Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən yaşadığı evdə faktiki istifadəsində olan torpaq sahəsinin bərabər qaydada iki hissəyə bölünüb Niyaz və Xanoğlana fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı kimi, ayrı-ayrılıqda 0,12 ha olmaqla satılmasına köməklik edilməsini xahiş etmişlər. Haqverdi onlara Niyaz və Xanoğlanın Cəlilabad rayonu, Sabirabad kəndində doğulandan yaşadıqlarına və qeydiyyatda olduqlarına, həyətyanı torpaq sahəsi olmadığına görə istədikləri torpaq sahələrinin sonunculara bələdiyyə tərəfindən hərrac qaydasında deyil, bilavasitə satılmasına, bununla bağlı sənədlərin tərtib edilməsinə köməklik edə biləcəyini, bundan sonra Niyaz və Xanoğlanın müvafiq torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınacağını, buna görə ona 6000 manat məbləğində pul verməli olduqlarını, həmin məbləğin 4800 manatını bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsi 2400 manat məbləğində pula satıldığı üçün bələdiyyəyə ödəyəcəyini, 400 manatını müvafiq ərazi üzrə reyestr və kadastr xidmətini həyata keçirən idarənin, 500 manatını isə Cəlilabad RİH-nin memarlıq xidmətinin vəzifəli şəxslərinə bələdiyyənin müvafiq torpaq sahələrini Niyaz və Xanoğlanın mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün tələb olunan sənədlərin tərtib edilməsi müqabilində rüşvət qismində verəcəyini, ona verəcəyi puldan özünə yalnız 300 manat məbləğində pul qalacağını demişdir. Haqverdi 2020-ci ilin fevral ayının əvvəllərindəki danışıqları zamanı isə ona və Ayaza göstərdiyi halla bağlı onlardan istədiyi pulun cəmi 800 manatını Cəlilabad RİH-nin başçısına rüşvət kimi verəcəyini demişdir. Haqverdinin onlara dedikləri barədə Niyaz və Xanoğlana da məlumat vermişlər. 2020-ci ilin fevral ayının əvvəllərində və 18 fevral 2020-ci il tarixdə Ayazla Haqverdinin yaşadığı evdə göstərdiyi halla bağlı sonuncu ilə söhbət edərkən Ayazın istifadəsində olmuş mobil telefonun audioyazı funksiyası işlək vəziyyətdə olduğuna görə onlar arasında baş vermiş danışıqların ümumi məzmununu qeydə almışdır. O və ailə üzvləri Haqverdinin müvafiq torpaq sahələrinin Niyaz və Xanoğlana satılması üçün onlardan daha çox pul tələb etdiyini hesab etdiklərinə görə Haqverdinin ona və Ayaza etdiyi, yuxarıda göstərdiyi məzmunlu təkliflə razılaşmamışlar. Buna görə də Ayaz Haqverdi barəsində müvafiq dövlət orqanına şikayət etmişdir. Haqverdi ona Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin müvafiq torpaq sahələrinin Niyaz və Xanoğlana satılması üçün ilkin sənədləşmə işlərinə başlanması haqqında 07 dekabr 2020-ci il tarixli qərarının surətini təqdim etsə də, ailəsinin maddi imkanı zəif olduğuna görə bələdiyyəyə almaq istədikləri torpaq sahələrinə görə hər hansı məbləğdə pul ödəməmişlər. O və ailə üzvləri Niyaz və Xanoğlana almaq istədikləri torpaq sahələrindən istifadə etməkdə davam edirlər. Onun və ailə üzvlərinin Haqverdiyə qarşı şikayət və tələbləri yoxdur, sonuncu ilə barışmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Abıhüseyn oğlu, Şahid3 və Şahid4 ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Şahid1 ifadəsi ilə eyni məzmunda göstərmişlər. Şahid1 və Şahid2 Abıhüseyn oğlu məhkəməyə təqdim etdikləri yazılı ərizələrində Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını, sonuncu ilə barışdıqlarını, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdiklərini göstərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin sədri X21 ifadəsində bələdiyyənin 07 dekabr 2020-ci il tarixli, 15 nömrəli iclas protokolu və məhkəmənin sorğusu ilə əlaqədar imzaladığı 16 dekabr 2021-ci il tarixli məktubda göstərilən məzmunda ifadə vermişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 11 may 2018-ci il tarixli, 05 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 02 nömrəli iclas protokollarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə bələdiyyə sədri vəzifəsinə seçilmişdir (İ cild, səh. 92-97). - Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 18 fevral 2021-ci il tarixli, 04 nömrəli iclas protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsindən azad edilmiş, X21 bələdiyyə sədri seçilmişdir. - Şahid2 Abıhüseyn oğlunun 18 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim etdiyi ərizədən görünür ki, o, müraciətində Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin sədri olmuş Təqsirləndirilən şəxs ondan torpaq sahəsinin adına sənədləşdirilməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyini göstərmişdir (İ cild, səh. 9). - 18 avqust 2020-ci il tarixdə Şahid2 Abıhüseyn oğlunun təqdim etdiyi bir ədəd diskin yaddaşına yazılmış audioyazılardan və ona baxış keçirilməsi barədə 26 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, qeydə alınmış danışıqlar Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Abıhüseyn oğlu arasında aşağıdakı məzmunda olmuşdur: Şahid1: Haqverdi axşamın xeyir. Təqsirləndirilən şəxs: Axşamın xeyir. Şahid2: Müəllim o torpaqdan sarı gəlmişik. Təqsirləndirilən şəxs: Pul gətirmisən? Şahid2: Yox. Təqsirləndirilən şəxs: Danışığım pozuldu. Başçı deyirdi ki, al, pulumu ver, pulunu al. Cib pulu çox cüzi bir şey var orada. Onu el aləm bilir, adın çəkmirəm, başa düşürsən. Sən sabah gedib oyanda, bu yanda danışma kı, pul verin əvvəli . Şahid2: Allah haqqı müəllim yoxdur, Quran haqqı. Təqsirləndirilən şəxs: Bəs nəyə gəlmisiniz onda? Mənim pulumu ver, 100-ü 100 deyəndən sonra gedib lap məndən şikayət etsinlər. Şahid1: Müəllim üç nəfər uşağım var. Təqsirləndirilən şəxs: Dayan da, nə böyük şey olubdur ki, mən satanda sən alanda, notariusun müdiri “peçat” (möhür) vuranda soruşur ki, pulu almısan? Pul, bu bir nəfərin pulundan başqa, hamısı bir nəfər başçınındır. İstəyirsən səsimi yaz, apar qoy qabağına. Bunu el bilir, aləm bilir ki, 500 manat onun puludur, onu verməsən o, qol çəkmir, üç idarədir, üçünə də pul köçürülür, üçündən gələn adamın da cibinə pul qoyulur, təkcə 100 manat elə odur. Şahid1: İstəyirsən qalsın, başçıya mən deyim? Təqsirləndirilən şəxs: Nəyi? Şahid1: Deyim mənim torpağımı saxla, yoxumdur. Təqsirləndirilən şəxs: Sən həqiqətən bu ağılla yaşayırsan? Başçı kimdir? Sənə burada deyirəm, Abıhüseyn get “fıştırığıvı” çal, başa düşürsən?. Pul ödənilməlidi və bir azda rüşvət verilməlidir, başçıya verirlər 800 manat (İ cild, səh. 12, 26, 27). - “Baxış keçirilməsi haqqında” 03 fevral 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid2 Abdulhüseyn oğlu və mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mühəndisinin iştirakları ilə Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan əraziyə baxış keçirilərkən Şahid2 hər hansı sənəd olmadan atası Şahid1 tərəfindən şumlanıb buğda bitkisinin əkildiyini göstərdiyi torpaq sahəsinin 0,24 ha olması, ətrafında əkilmiş torpaq sahələri və yaşayış evlərinin olması müəyyən edilmişdir (İ cild, səh. 154-156). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 02 fevral 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində yerləşən, Şahid1 istifadəsində olan 0,24 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpağı olmaqla, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətindədir (İ cild, səh. 159). Məhkəmə iclasında Müdafiəçi2 vəsatət verərək Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) ilə Şahid1 və Şahid2 Abıhüseyn oğlu (bundan sonra – Abıhüseyn və Şahid2lar) arasında olmuş danışıqların qeydə alındığı audioyazı və ona baxış keçirilməsi haqqında 26 oktyabr 2020-ci il tarixli protokolun Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə zidd olaraq, Təqsirləndirilən şəxs şəxsi toxunulmazlıq hüququnun pozulması ilə əldə edilməsinə görə ittiham tərəfinin təqdim etdiyi sübutlar siyahısından xaric olunmasını xahiş etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zaman verdiyi ifadəsində Abıhüseyn və Şahid2lar arasında olmuş danışıqların sonuncular tərəfindən ondan xəbərsiz, yəni qanunsuz yolla mobil telefonun yaddaşına yazıldığı barədə özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən “Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır”, “Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır”, “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”. Məhkəmə hesab edir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 29.1-ci maddəsinə əsasən hər bir normativ hüquqi aktın adı onun hüquqi tənzimləmə predmetini və əsas mahiyyətini əks etdirdiyinə, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi isə “Şəxsi toxunulmazlıq hüququ” adlandığına görə sonuncu norma ilə qorunan obyektlərə yalnız şəxsi toxunulmazlıq hüququnun predmetini təşkil edən şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatlar daxildir. Bu səbəbdən həmin normada şəxsin xəbəri olmadan yalnız şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları ilə bağlı səs yazısına məruz qoyulması, öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağan edilmişdir. Şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatlara isə insanın xidməti və ya ictimai fəaliyyəti ilə əlaqədar olan məlumatlar deyil, şəxsi və ya ailə həyatının sirrini təşkil edən, məsələn sağlamlıq vəziyyəti, ailə tərkibi, dostluq münasibətləri, intim və digər münasibətləri və s. haqqında olan məlumatlar daxildir. Digər tərəfdən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yallo (Yalloh) Almanyaya qarşı” iş üzrə qəbul etdiyi 11 iyul 2006-cı il tarixli Qərarında qeyd etmişdir ki, gizli yolla əldə edilmiş informasiyanın sübut qismində qəbul olunması işin halları baxımından Konvensiyanın 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən ədalətlilik tələblərinə zidd deyildir. Məhkəmə göstərilən hüquqi mövqelərə uyğun olaraq belə nəticəyə gəlir ki, Şahid2 özü və atası Şahid1la yanaşı, Təqsirləndirilən şəxs birbaşa razılığı olmadan sonuncunun da danışığının audioyazısını gizli olaraq mobil telefonunda qeydə almasına baxmayaraq, həmin məlumatlar orada Təqsirləndirilən şəxs şəxsi toxunulmazlıq hüququnu pozan, yəni şəxsi və ailə həyatının sirrini təşkil edən informasiya deyil, xidməti və ya ictimai fəaliyyəti ilə əlaqədar informasiya öz əksini tapdığına, beləliklə də qanunsuz şəkildə əldə edilmədiyinə görə iş üzrə sübut kimi qiymətləndirilməli, bu hüquqi mövqeyə uyğun olaraq, Müdafiəçi2 verdiyi vəsatət və Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən göstərilən danışıqlar zamanı Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lara “Pul, bu bir nəfərin pulundan başqa, hamısı bir nəfər başçınındır. İstəyirsən səsimi yaz, apar qoy qabağına” deməklə dolayı yolla onlara səsini yazmağa icazə verdiyini də nəzərə alır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər Abıhüseyn və Şahid2lara qarşı dələduzluğa cəhd etməməsi, sonunculara müvafiq torpaq sahələrinin Şahid3 və Şahid4 (bundan sonra - Niyaz və Şahid4lar) satılmasına razılıq verməsi üçün Cəlilabad RİH-nin başçısına, müvafiq ərazidə kadastr və reyestr fəaliyyətini həyata keçirən dövlət orqanlarının əməkdaşlarına rüşvət verilməli olduğunu, Abıhüseyn və Şahid2lardan istədiyi pulun ya 500, ya da 800 manatını Cəlilabad RİH-nin başçısına rüşvət qismində verəcəyini sərxoş vəziyyətdə olması səbəbindən bilmədən deməsi, Abıhüseyn və Şahid2ları hər hansı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməməsi və onlardan külli miqdarda rüşvət istəməməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını və cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. “Cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsi və qiymətləndirilməsindən ibarətdir. Bundan sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Bu zaman cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır, əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə düzgün hüquqi qiymət verilməsi və iş üzrə törətdiyi əməllərin düzgün tövsif edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarlarında göstərilmiş mərhələləri üzrə hüquqi mövqelərinə uyğun olaraq, aşağıdakı qaydada təhlil aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə ilkin öncə qeyd edir ki, göstərilən qanunvericilik normasının məzmununa əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 29,178.2.3, 32.4,312.2 və 311.3.3-cü maddələrində müvafiq olaraq öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını əldə etməyə, yəni dələduzluğa cəhdə, vəzifəli şəxs olaraq bilə-bilə qanunsuz hərəkətlər etmək üçün vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə, külli miqdarda rüşvət istəmə cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin Nizamnaməsi”nə (İ cild, səh. 51-61) əsasən bələdiyyənin sədri bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmaq, bələdiyyə qərarlarının icrasını təmin etmək, yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmək, əmr və sərəncamlar vermək, bələdiyyə qərarlarını imzalamaq və digər səlahiyyətlərə malikdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə tərəfindən müəyyən edilmiş cinayət əməllərini törətdiyi dövrdə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmuşdur. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı sonuncunun Abıhüseyn və Şahid2lardan istədiyi cəmi 6000 manat məbləğində pulun 900 manat hissəsinə münasibətdə Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.2-ci maddələri ilə, 5100 manat hissəsinə münasibətdə isə həmin Məcəllənin 311.3.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Cinayət işi materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan satılması üçün pul istədiyi, Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən cəmi 0,24 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpağı olmaqla, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətindədir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 29,178.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama hüquqi qiymət verilməsi ilə əlaqədar göstərir ki, iş üzrə 18 avqust 2020-ci il tarixdə Şahid2 təqdim etdiyi bir ədəd diskin yaddaşına yazılmış audioyazılar və ona baxış keçirilməsi barədə 26 oktyabr 2020-ci il tarixli protokol əsasında orada əks olunmuş danışıqlar zamanı Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lara “Başçı deyirdi ki, al, pulumu ver. Pul, bu bir nəfərin pulundan başqa, hamısı bir nəfər başçınındır. Bunu el bilir, aləm bilir ki, 500 manat onun puludur, onu verməsən o, qol çəkmir, üç idarədir, üçünə də pul köçürülür, üçündən gələn adamın da cibinə pul qoyulur, təkcə 100 manat elə odur. Pul ödənilməlidi və bir azda rüşvət verilməlidir, başçıya verirlər 800 manat” məzmununda sözlər deməklə Abıhüseyn və Şahid2lardan bələdiyyənin müvafiq torpaq sahələrinin Niyaz və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün tələb edilən müvafiq sənədlərin tərtib edilməsi müqabilində Cəlilabad RİH və müvafiq ərazi üzrə reyestr və kadastr xidmətini həyata keçirən idarənin vəzifəli şəxslərinə rüşvət qismində verilməsi üçün pul istəməsi, eləcə də danışıqların digər məzmunundan Abıhüseyn və Şahid2ların Təqsirləndirilən şəxs təklifi ilə razılaşmamaları, cinayətkar niyyətindən xəbər tutub istədiyi pul vəsaitlərini verməkdən imtina etmələri və qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanına məlumat vermələri, yəni sonuncunun bilavasitə dələduzluq cinayətini törətməyə yönəlmiş qəsdən etdiyi əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilmədiyi müəyyən edilir. Məhkəmə göstərilən nəticəyə gələrkən məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs, Abıhüseyn və Şahid2ların 26 oktyabr 2020-ci il tarixli protokolda adları qarşısında əks olunmuş sözlərin müvafiq olaraq onlar tərəfindən ifadə edildiyini, Abıhüseyn və Şahid2ların əlavə olaraq, Təqsirləndirilən şəxs tərəfindən onlardan 2020-ci ilin yanvar ayında sədri olduğu bələdiyyənin inzibati binasındakı xidməti otağında, 2020-ci ilin fevral ayının əvvəllərində və 18 fevral 2020-ci il tarixdə isə Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən yaşadığı evdə 400 manatını müvafiq ərazi üzrə reyestr və kadastr xidmətini həyata keçirən idarənin, 500 manatını isə Cəlilabad RİH-nin memarlıq xidmətinin vəzifəli şəxslərinə bələdiyyənin müvafiq torpaq sahələrini Niyaz və Xanoğlanın mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericlikdə tələb olunan sənədlərin tərtib edilməsinə görə verəcəyi adı ilə istənilməsini bildirdiklərini də nəzərə alır. Məhkəmə hesab edir ki, qeyd edilən sübut növləri ilə müəyyən edilmiş işin faktiki halları Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 29,178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Məhkəmə şərh etdiklərinə əsasən Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lara qarşı dələduzluğa cəhd etməməsi, sonunculara müvafiq torpaq sahələrinin Niyaz və Şahid4lara satılmasına razılıq verilməsi üçün Cəlilabad RİH-nin başçısına, müvafiq ərazidə kadastr və reyestr fəaliyyətini həyata keçirən dövlət orqanlarının əməkdaşlarına rüşvət verilməli olduğunu, Abıhüseyn və Şahid2lardan istədiyi pulun ya 500, ya da 800 manatını Cəlilabad RİH-nin başçısına rüşvət qismində verəcəyini sərxoş vəziyyətdə olması səbəbindən bilmədən deməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri əsassız hesab edir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihama hüquqi qiymət verilməsi ilə əlaqədar göstərir ki, həmin ittiham Azərbaycan Respublikası CM-in 29,178.2.3-cü maddəsi silə əlaqəli şəkildə irəli sürülmüşdür ona görə ki, sonuncu iş üzrə Abıhüseyn və Şahid2lardan 900 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmək məqsədilə, sonunculara Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə sədri olduğu Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin Niyaz və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilməsinə görə veriləcəyi adı ilə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncuların xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla şəxsən rüşvət qismində verilməsinin zəruriliyini bildirməklə, Abıhüseyn və Şahid2larla bu barədə razılaşıb sövdələşməklə sonuncuları qeyd edilən niyyətlə vəzifəli şəxslərə rüşvət qismində verməyə təhrik etmişdir. Azərbaycan Respublikası CM-in: - 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. - 27.2-ci maddəsinə əsasən cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. - 32.4-cü maddəsinə əsasən sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə göstərilən maddi hüquq normaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxsin rüşvətxorluqda vasitəçilik etmək adı altında digər şəxsi səlahiyyətli vəzifəli şəxsə pul və ya sair nemətləri hər hansı hərəkət etməsi müqabilində rüşvət vermək adı ilə, amma belə niyyəti olmadan rüşvət verməyə təhrik etmə əməli rüşvət verməyə təhrik edəcəyini nəzərdə tutduğu şəxslə bu barədə sövdələşib sonuncudan səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə istədiyi pul və ya sair neməti dələduzluq yolu ilə ələ keçirdiyi anda bitir. Bu situasiyada təqsirli şəxs Azərbaycan Respublikası CM-in 17.2-ci maddəsinə əsasən yaranmış cinayətlərin ideal məcmusunda ilk yeri tutan dələduzluq əməlini pul və ya sair neməti öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməzsə, həmin əməli başa çatmadığına və cinayətə cəhd mərhələsində sonlandığına görə törətdiyi cinayətlərin ideal məcmusunda işin faktiki halları əsasında sonrakı yeri tutan rüşvət verməyə təhrik etmə əməli başa çatmış cinayət kimi deyil, cinayətə hazırlıq mərhələsində sonlanmış əməl kimi qəbul edilməlidir. İşin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda da eyni məzmunda göstərilmiş faktiki hallarından görünür ki, sonuncu rüşvətxorluqda vasitəçilik etmək adı altında Abıhüseyn və Şahid2lardan Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrini Niyaz və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilməsi müqabilində Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə rüşvət qismində verəcəyi adı ilə cəmi 900 manat məbləğində pul istəməklə Abıhüseyn və Şahid2ları müvafiq vəzifəli şəxslərə rüşvət verməyə təhrik etmək istəsə də, onunla razılaşmamaları və ya sövdələşməmələri, ona həmin pul məbləğini verməmələri, əksinə, Şahid2 onun barəsində müvafiq dövlət orqanına şikayət etməsi nəticəsində istəyinə nail ola bilməmişdir. Beləliklə, ibtidai istintaq orqanı iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın məzmununda sonuncunun Abıhüseyn və Şahid2lara qarşı 900 manat məbləğində pulu bilavasitə dələduzluq yolu ilə ələ keçirməyə yönəlmiş əməlini sonuncuların onun cinayətkar niyyətindən xəbər tutub həmin pulu ona verməkdən imtina etmələri və onun qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanına məlumat vermələrinə görə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilmədiyini, yəni dələduzluq əməlinin cinayət etməyə cəhd mərhələsində sonlandığını göstərdiyi halda, buna zidd olaraq Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2ları 900 manat məbləğində pulu Cəlilabad RİHnin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə rüşvət qismində verilməsi barədə təklifi ilə razılaşdırıb sövdələşməklə rüşvət qismində verməyə təhrik etdiyi, yəni rüşvət verməyə təhrik etmə əməlinin başa çatdığını göstərməklə bir-biri ilə ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. Halbuki, iş üzrə Azərbaycan Respublikası CMin 17.2-ci maddəsinə əsasən yaranmış cinayətlərin ideal məcmusunda ilk yeri tutan dələduzluq əməlinin göstərilən səbəbdən cinayət etməyə cəhd mərhələsində sonlandığı halda, həmin əməlin faktiki halları əsasında yarandığına görə cinayətlərin ideal məcmusunda sonrakı yeri tutan rüşvət verməyə təhrik etmə əməli başa çatmış cinayət kimi qəbul edilə bilməz. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs bitmiş rüşvət verməyə təhrik etmə əməlinə görə ittiham irəli sürməsi əsassız olmuşdur. İşin görünən ilkin vəziyyətində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yaranardısa, ibtidai istintaq orqanı sonuncuya qarşı Azərbaycan Respublikası CM-in 29,178.2.3-cü maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 28,32.4,312.2-ci maddəsi ilə ittiham irəli sürə bilərdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CMin 29,178.2.3-cü maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhətinin mövcud olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in: - 3-cü maddəsinə əsasən yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. - 312.1-ci maddəsinə əsasən rüşvət vermə cinayət əməli obyektiv cəhətdən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur. - 312.2-ci maddəsində vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə əməlinə mübasibətdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsində nəzərdə tutulmuş “qanunsuz hərəkət (hərəkətsizlik)” dedikdə, vəzifəli şəxsin qulluq səlahiyyətlərinə aid olmayan və ya xeyrinə iş görülən şəxs barəsində etməli olmadığı, yaxud ümumiyyətlə, qanunvericiliyə zidd olan fəaliyyəti nəzərdə tutulur. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın rüşvət verməyə təhrik etmə ilə bağlı olan hissəsinin məzmununda Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən “vəzifəli şəxsin bilə-bilə qanunsuz hərəkət etməsi” əlamətini yalnız Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrini Niyaz və Şahid4lara satması üçün lazım olmuş sənədlərin Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxsləri tərəfindən tərtib edilməsi kimi ifadə etmişdir. Buna görə də Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbi baxımından bu halın Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən “vəzifəli şəxsin bilə-bilə qanunsuz hərəkət etməsi” əlamətini yaradıb-yaratmaması müəyyən edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə Fərmanının 2-ci bəndinə əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Göstərilən qanunvericilik normalarının tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə qərarı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən torpaq sahəsinin ayrılma məqsədi, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olması barədə verilən rəylər əsasında qəbul edir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın məzmununda Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrini Niyaz və Şahid4lara satması üçün lazım olmuş sənədlərin yuxarıda qeyd edilmiş normativ hüquqi aktlar əsasında müvafiq səlahiyyətlərinin olması müəyyən edilən Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxsləri tərəfindən tərtib edilməsini göstərməsi Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən “vəzifəli şəxsin bilə-bilə qanunsuz hərəkət etməsi” əlamətini yaratmır. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu maddəsinin məzmunundan aydın olur ki, bələdiyyə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələrini hüquqi və fiziki şəxslərin mülkiyyətinə verə bilməz. İbtidai istintaq orqanı iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın məzmununda Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən “vəzifəli şəxsin bilə-bilə qanunsuz hərəkət etməsi” əlaməti ilə bağlı Cəlilabad rayonu Sabirabad bələdiyyəsi tərəfindən Niyaz və Şahid4lara satılması nəzərdə tutulmuş 0,12 ha və 0,12 ha torpaq sahələrinin hər hansı sahə üzrə mühafizə zonasında yerləşməsini göstərməmiş, ümumiyyətlə həmin halla bağlı araşdırma aparmamışdır. Cinayət işi materiallarında həmin torpaq sahələrinin hər hansı sahə üzrə mühafizə zonasında yerləşməsinə dair məlumat yoxdur. Məhkəmə iş üzrə halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin müvafiq torpaq sahələrinə sərəncam verməsinə qanunla müəyyən edilmiş hər hansı məhdudiyyətin olub-olmamasının müəyyən edilməsi məqsədilə Cəlilabad RİH və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müvafiq məzmunlu sorğular göndərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Cəlilabad RİH-nin 02 fevral 2022-ci il tarixli məktubu və X10 İdarəsinin 01 fevral 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cəlilabad rayonu Sabirabad bələdiyyəsi tərəfindən Şahid1 övladlarına satılması nəzərdə tutulmuş torpaq sahələri X10 İdarəsinin suvarma kanalının mühafizə zonasında yerləşmir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin 24 yanvar 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,24 ha torpaq sahəsi İdarədə qeydiyyata alınmadığına görə onunla bağlı məlumat aşkar edilməmişdir. Digər tərəfdən, cinayət işi materiallarında olan “Baxış keçirilməsi haqqında” 03 fevral 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən göstərilən torpaq sahəsinin ətrafında əkilmiş torpaq sahələri və yaşayış evlərinin olması müəyyən edilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki,: - Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən, mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrinə dair sərəncam verməsinə qanunla müəyyən edilmiş hər hansı məhdudiyyət olmamışdır. Bu səbəbdən bələdiyyənin sorğusu olardısa, müvafiq qanuni səlahiyyətləri olan Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxsləri bələdiyyənin göstərilən torpaq sahələrinə sərəncam verməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada müsbət rəy verməli idilər. - Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan cəmi 900 manat məbləğində pulu Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə faəliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə edəcəkləri qanunsuz hərəkətlərə görə deyil, səlahiyyətlərinə aid olan hərəkətlərə görə rüşvət qismində verəcəyi adı ilə istəmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin yaranmasını sübut edə bilməmişdir. Sonuncunun iş üzrə törətdiyi müvafiq əməli Azərbaycan Respublikası CM-in 28,32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğun gəlir. Azərbaycan Respublikası CM-in: - 33.5-ci maddəsinə əsasən öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. - 28.2-ci maddəsinə əsasən yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olduğuna görə rüşvət verməyə təhrik etmə əməli cinayətə hazırlıq mərhələsində sonlandıqda, həmin əmələ görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsi üzrə deyil, yalnız 312.2-ci maddəsi üzrə cinayət tərkibinin mövcud olduğu halda yaranır. Çünki Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli 15.3-cü maddəsinə əsasən sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğuna görə az ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə 15.4-cü maddəsinə əsasən sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğuna görə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CPM-in 42.1.2 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan 900 manat məbləğində pulu Cəlilabad RİH-nin memarlıq xidməti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ərazi üzrə fəaliyyət göstərən qurumlarının vəzifəli şəxslərinə sədri olduğu Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin Niyaz və Şahid4ların mülkiyyətinə verilməsi barədə qərar qəbul etməsi üçün qanunvericilikdə tələb olunan sənədlərin tərtib edilməsinə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncuların xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət qismində verəcəyini bildirməklə istəməsindən ibarət əməli Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmadığı, 28,32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğun gəldiyi, lakin həmin Məcəllənin 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olduğu, 28.2 və 33.5-ci maddələrində isə öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri yalnız ağır və xüsusilə ağır cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxsin cinayətə hazırlıq görə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulduğu səbəbindən Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2ları rüşvət verməyə təhrik etmədiyi barədə irəli sürdüyü dəlil əsaslıdır. Beləliklə, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq, Abıhüseyn və Şahid2ları Təqsirləndirilən şəxs 900 manat məbləğində pulun vəzifəli şəxslərə rüşvət qismində verilməsi barədə təklifi ilə razılaşıb sonuncu ilə sövdələşdikləri, beləliklə də Təqsirləndirilən şəxs tərəfindən rüşvət verməyə təhrik edildikləri barədə nəticəyə gəldiyinə görə iş üzrə zərərçəkmiş şəxs qismində tanımamışdır. Amma məhkəmə bunun əksinə olaraq, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən Abıhüseyn və Şahid2ları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməyə nail ola bilmədiyi, sonuncuların Təqsirləndirilən şəxslə vəzifəli şəxsə rüşvət vermək barədə sövdələşmədikləri, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi üzrə cinayət tərkibinin mövcud olmadığı, sonuncu tərəfindən Abıhüseyn və Şahid2lara qarşı Azərbaycan Respublikası CM-in 29,178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədildiyi barədə nəticəyə gəldiyinə görə sonuncuları iş üzrə zərərçəkmiş şəxs qismində tanıyır. Buna görə də Abıhüseyn və Şahid2lara zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası CM-in 87.6-cı maddəsində nəzərdə tutulmuş hüquqlarının olduğu izah edilir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsi ilə irəli sürülmüş ittihama hüquqi qiymət verilməsi ilə əlaqədar göstərir ki, həmin ittiham sonuncunun Abıhüseyn və Şahid2lardan müvafiq torpaq sahələrinin Niyaz və Şahid4lara bələdiyyənin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə 5100 manat məbləğində pulu külli miqdarda rüşvət qismində istəməsi ilə bağlıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı toplanmış ilkin araşdırma materialları əsasında 10 oktyabr 2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə cinayət işi başlamış (İ cild, səh. 4), “Sübutların qiymətləndirilməsi haqqında” 10 fevral 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş əməlləri Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsindən həmin Məcəllənin 29,178.2.3, 32.4,312.2 və 311.3.3-cü maddələrinə tövsif etmişdir (İ cild, səh. 160-177). Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqelərindən aydın olur ki, əməlin hüquqi tövsifi, xüsusilə də əvvəllər edilmiş tövsifin sonradan dəyişdirilməsi ilə bağlı prosessual hərəkətlər işin faktiki halları, müvafiq qanunvericilik normaları və onların qarşlıqlı əlaqəsi ətraflı şəkildə təhlil edilməklə kifayət qədər əsaslandırma tələb etdiyi və ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ifadələr alınarkən Abıhüseyn və Şahid2lardan 6000 manat məbləğində pul istəməsinin səbəblərini təxminən hazırki ifadəsi ilə eyni məzmun təşkil etmiş qaydada dəqiqləşdirdiyi halda, “Sübutların qiymətləndirilməsi haqqında” 10 fevral 2021-ci il tarixli qərarında Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan müvafiq torpaq sahələrinin Niyaz və Şahid4lara Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə 5100 manat məbləğində pul istəməsindən ibarət əməlinin Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsinə tövsif edilməsinin və həmin əməlin tövsifi zamanı torpaq sahələrinin cəmi satış dəyərini təşkil etmiş pul məbləğinin rüşvət alma cinayət əməlinin predmetini təşkil etməsinin səbəblərini əsaslandırmamış, iş üzrə toplanmış sübutların bu istiqamətdə hüquqi təhlilini və qiymətləndirilməsini aparmamışdır. Bu hal ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” 10 fevral 2021-ci il tarixli qərarında Təqsirləndirilən şəxs törətdiyi, əvvəlcə Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə tövsif edilmiş əməlinin həmin Məcəllənin 311.3.3-cü maddəsinə tövsif edilməsi ilə bağlı gəldiyi nəticənin qanunsuz və əsassız olmasına işarə edən ilkin əlamətdir. Həmin ittihamın məzmunundan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan istədiyi 5100 manat məbləğində pulu müvafiq torpaq sahələrinin satılması məsələsinin qanunvericiliyin tələbinə əsasən Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin ümumi yığıncağında müzakirə edilməsi nəticəsində qəbul ediləcək müvafiq qərarla həll edilməli olduğu halda, qanunsuz olaraq bu qaydadan kənar həll edilməsi üçün, beləliklə də Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsində nəzərdə tutulmuş “vəzifəli şəxsin qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə” əlamətinin yaranması səbəbindən rüşvət alma cinayətinin predmeti kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, cinayət hüquq nəzəriyyəsinin əsas tərkib hissəsi olan cinayətlərin tövsifi qaydalarına əsasən Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsində “vəzifəli şəxsin qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə” ifadəsi rüşvət alma cinayətinin tövsifedici əlaməti kimi nəzərdə tutulduğuna, bu əlamət həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş digər tövsifedici əlamətlər kimi özü-özlüyündə müstəqil, konkret olaraq rüşvət alma cinayət əməlinin tərkibini yaratmadığına və ya belə tərkibin yaranmasına təsir edəcək hal kimi nəzərə alınmalı olmadığına görə tövsifin ilkin mərhələsində faktiki halları müəyyən edilmiş törədilən əməldə Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsində nəzərdə tutulmuş rüşvət alma cinayətinin tərkib əlamətlərinin olub-olmaması, başqa sözlə, vəzifəli şəxs tərəfindən istənilmiş və ya alınmış pul və ya digər əmlakın rüşvət alma cinayətinin predmetini təşkil edib-etməməsi araşdırılmalı, əgər törədilən əməldə rüşvət alma cinayətinin tərkib əlamətlərinin mövcud olması müəyyən edilərsə, tövsifin növbəti mərhələsində əməldə həmin Məcəllənin 311-ci maddənin tövsifedici əlamətinin (o cümlədən, 311.2-ci maddədə nəzərdə tutulan) olub-olmaması araşdırılmalıdır. Beləliklə, tövsifin ilkin mərhələsində vəzifəli şəxsin istədiyi və ya aldığı pul və ya digər əmlakın hansı cinayətin predmetini təşkil etməsini müəyyən etmədən, təkcə vəzifəli şəxsin müvafiq əmlakı qanunsuz hərəkətə görə almasını müəyyən etməklə əməlin rüşvət alma cinayəti kimi tövsif edilməsi cinayətlərin tövsifi qaydalarına və Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsinin dispozisiyasına zidd olmaqla əsassızdır. Göstərilən səbəblərdən Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin Niyaz və Şahid4lara bələdiyyənin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə 5100 manat məbləğində pul istəməsindən ibarət əməlin tövsif edilməsinin ilkin mərhələsində həmin pulun Təqsirləndirilən şəxs tərəfindən vəzifəli şəxs kimi qanuni və ya qanunsuz hərəkətə görə istənilməsindən asılı olmayaraq, hansı cinayətin predmetini təşkil etməsi, konkret olaraq bununla bağlı Abıhüseyn və Şahid2ların Təqsirləndirilən şəxs etdikləri xahiş, bu zaman onlar arasında baş vermiş danışıqların məzmunu, beləliklə də Təqsirləndirilən şəxs həmin pul məbləğini Abıhüseyn və Şahid2lardan istəməsinin səbəbi müəyyən edilməli və nəzərə alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsi ilə bağlı olan hissəsinin, eləcə də məhkəmə istintaqı və ibtidai istintaq zamanı sonuncu, şahidlər Abıhüseyn, Ayaz, Niyaz və Şahid4lar tərəfindən verilmiş ifadələrin məzmunu, Təqsirləndirilən şəxslə Abıhüseyn və Şahid2lar arasında baş vermiş danışıqlar zamanı Təqsirləndirilən şəxs “Mən satanda sən alanda, notariusun müdiri “peçat” (möhür) vuranda soruşur ki, pulu almısan? Pul ödənilməlidi və bir azda rüşvət verilməlidir” məzmununda dediyi sözlər, həmçinin Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən 0,12 ha və 0,12 ha torpaq sahələrinin təxminən 1997-ci ildən hər hansı hüquqi əsas olmadan Şahid1 və onun ailə üzvlərinin faktiki istifadəsində olması, buna görə də müvafiq dövlət orqanlarının Şahid1 həmin qanunsuz hərəkətlərini dayandırmalı olması barədə xəbərdarlıq etməsindən ibarət işin faktiki halları əsasında Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan 6000 manat məbləğində pulun yuxarıda barəsində bəhs edilən 900 manat hissəsi çıxıldıqdan sonra qalan 5100 manat hissəsini müvafiq torpaq sahələrinin Niyaz və Şahid4lara Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə istədiyi müəyyən edilir. Bu cinayət prosesi tərəflərinin mübahisələndirməməsinə görə işin mübahisəsiz halını təşkil edir. Məhkəmə hesab edir ki, Niyaz və Şahid4ların Cəlilabad rayonu Sabirabad bələdiyyəsinə müvafiq torpaq sahələrinin onlara fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı kimi satılması barədə yazılı qaydada müraciət etməmələri iş üzrə Təqsirləndirilən şəxslə Abıhüseyn və Şahid2lar arasında baş vermiş danışıqların işin göstərilən mübahisəsiz halının məzmununa uyğun olması kimi qiymətləndirilməsinə mane olmur. Çünki Abıhüseyn və Şahid2lar bələdiyyəyə Niyaz və Şahid4ların müvafiq torpaq sahələrini almaq istədikləri barədə yazılı qaydada müraciət etmələrindən əvvəl bununla bağlı qaydaların nədən ibarət olması barədə izah almaq üçün bələdiyyə sədri olmuş Təqsirləndirilən şəxs şifahi qaydada müraciət etmək hüququna malik olmuşlar. Sonuncunun isə vəzifəli şəxs olaraq Abıhüseyn və Şahid2lara göstərilən müraciətləri üzrə qaydaların nədən ibarət olmasını düzgün şəkildə izah etmək vəzifəsi yaranmışdır. Beləliklə, işin göstərilən mübahisəsiz halı Təqsirləndirilən şəxs törətdiyi əməlin tərkib hissəsi olduğuna görə sonuncunun iş üzrə Abıhüseyn və Şahid2lardan cəmi 4800 manat məbləğində pulu bələdiyyənin büdcəsinə mədaxil etməli olması səbəbindən rüşvət qismində istəmədiyi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə düzgün hüquqi qiymət verilməsi üçün qanunvericilikdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışını tənzimləyən normalarla işin faktiki hallarının qarşılıqlı əlaqəsinin təhlil edilməsini zəruri edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: - 13-1-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir. - 23-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi satıldıqda torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Göstərilən qanunvericilik normalarının məzmunundan görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrini ərazisində daimi yaşayan və ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarına fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bilavasitə sata bilər. Bu zaman torpağın hər 0,01 hektarının qiyməti müvafiq ərazidə son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.İ. maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. - 63.İİ maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalar həmin halı birmənalı şəkildə tənzimlədiyinə və Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü müvafiq dəlillə əlaqəli olduğuna görə sonuncunun Abıhüseyn və Şahid2lardan müvafiq torpaq sahələrinin Niyaz və Şahid4lara Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə istədiyi 5100 manat məbləğində pulun müəyyən hissəsinin torpaq sahələrinin satış dəyərini təşkil etməsinə dair əsaslı şübhə yaradır. İttiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsi ilə irəli sürdüyü ittihamla bağlı yaranmış bu əsaslı şübhəni aradan qaldıra bilməmişdir. Buna görə də həmin əsaslı şübhə Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Göstərilən səbəblərdən təqsirsizlik prezumpsiyası hüququ və cinayətlərin tövsifi qaydaları onu tələb edir ki, iş üzrə Təqsirləndirilən şəxslə Abıhüseyn və Şahid2lar arasında baş vermiş danışıqlar hər bir halda müvafiq torpaq sahələrinin bələdiyyə tərəfindən Niyaz və Şahid4lara bilavasitə satılması məsələsinin üzərində yarandığına görə əməlin tövsifi zamanı 2020-ci ilin yanvar və fevral aylarında Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan istədiyi 5100 manat məbləğində pulun hansı hissədə müvafiq torpaq sahələrinin cəmi satış dəyərini təşkil etməsi müəyyən edilməli, əgər bu dəyəri təşkil edən pul məbləğinin 5100 manatdan az olması müəyyən edilərsə, yalnız onlar arasında fərq yaranmış pul məbləği rüşvət alma cinayətinin predmetini təşkil edə və ya həmin cinayətin tərkibini yarada bilər. Müvafiq torpaq sahələrinin satışının qanuni və ya qanunsuz şəkildə həyata keçiriləcəyi isə tövsifin törədilmiş hərəkət və ya hərəkətsizliyin müstəqil cinayət əməlinin müəyyən edilməsindən sonrakı mərhələsinə aiddir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Cəlilabad RİHB-nın Sabirabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli arayışlarda göstərilmişdir ki, Şahid3 və Məmmədov X7 rayonu, Sabirabad kəndində doğulmuş, həmin vaxtdan Sabirabad kəndində ev təsərrüfatlarının uçotu kitabında 704 nömrəli şəxsi hesabda Şahid1 ailə üzvləri kimi qeydiyyatda olmaqla yaşayırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 14 yanvar 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Şahid1 və onun ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı 0,5053 ha və 1,966 ha torpaq sahələri qeydiyyata alınmış, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi qeydiyyata alınmamışdır (İ cild, səh. 79). - Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 26 sentyabr 2019-cu il tarixli, 11 nömrəli iclas protokolundan görünür ki, həmin tarixdə bələdiyyə Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində yerləşən, mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin X5 cəmi 1200 manat məbləğində pula satılması barədə qərar qəbul etmişdir (İ cild, səh. 135). - 2020-ci ildə keçirilmiş Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin iclaslarına dair protokolların qeydiyyatı jurnalında əks olunmuş bələdiyyənin 13 yanvar 2020-ci il tarixli, 1 nömrəli iclas protokolundan görünür ki, həmin tarixli bələdiyyə iclasında Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsinin fiziki şəxslər tərəfindən 5000-10000 manat məbləğində pula satıldığı halda, bələdiyyə tərəfindən 1200 manat, yəni dəfələrlə az məbləğdə pula satılması, buna görə də bələdiyyə mülkiyyətində olan müvafiq torpaq sahələrinin satış qiymətinin real bazar qiymətinə uyğunlaşdırılmalı olması nəzərə alınaraq, bələdiyyə mülkiyyətindəki yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan 0,12 ha torpaq sahəsinin 2020-ci ildə 2400 manat məbləğində pula satılması qərara alınmışdır. - Lənkəran Regional Ədliyyə İdarəsinin 22 yanvar 2021-ci il tarixli, 02/01 nömrəli məktubu ilə təqdim edilmiş Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 07 dekabr 2020-ci il tarixli, 15 nömrəli iclas protokolundan görünür ki, həmin tarixdə bələdiyyənin sədri olmuş Nuriyev X3 rayonu, Sabirabad kəndində doğulmuş, yaşayan və daim qeydiyyatda olan, həyətyanı torpaq sahəsi olmayan Şahid3 və Şahid4 müvafiq istəkləri nəzərə alınaraq, hər birinə ayrı-ayrılıqda 0,12 ha bələdiyyə torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə verilməsi üçün ilkin sənədləşmə işlərinin başlanması barədə təklif irəli sürmüş, iclasda iştirak etmiş 7 nəfər bələdiyyə üzvünün hamısı həmin təklifin leyhinə səs vermiş, nəticədə bələdiyyənin mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin Niyaz və Xanoğlan Məmədovlara fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı kimi bilavasitə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarına rəy vermələrindən ötrü sorğu göndərilməsi qərara alınmışdır (İ cild, səh. 146). - Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 29 mart 2021-ci il tarixli, 10 nömrəli iclas protokolundan görünür ki, həmin tarixdə bələdiyyə Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində yerləşən, mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin X12 cəmi 2400 manat məbləğində pula satılması barədə qərar qəbul etmişdir. - Lənkəran Regional Ədliyyə İdarəsinin 13 dekabr 2021-ci il tarixli, 07/02 nömrəli məktubunda göstərilmişdir ki, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 29 mart 2021-ci il tarixli, 10 nömrəli iclas qərarı 02 aprel 2021-ci il tarixdə İdarədə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 20 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 2020-ci ilin yanvar və fevral aylarında Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən 0,12 ha torpaq sahəsinin bazar qiyməti 6000-8000 manat olmuşdur. - Həmin İdarə tərəfindən verilmiş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 08 fevral 2021-ci il tarixli, 01/2362 nömrəli arayışda göstərilmişdir ki, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin bağladığı həmin tarixli müqavilə üzrə Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin bazar dəyəri daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri nəzərə alınmaqla 5700 manat təyin edilmişdir. - Cəlilabad Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli məktubu ilə təqdim edilmiş iddia ərizəsi, 22 may 2020-ci il tarixli akt və həmin məhkəmənin 10 fevral 2021-ci il tarixli qərardadının surətlərindən görünür ki, 22 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin sədri olmuş Təqsirləndirilən şəxs iştirakı ilə apardıqları monitorinq zamanı Şahid1 tərəfindən həmin bələdiyyənin mülkiyyətində olan müvafiq 0,30 ha torpaq sahəsinin hər hansı hüquqi sənəd olmadan zəbt edildiyi, orada kartof bitkisinin əkildiyini müəyyən etmiş, bu barədə akt tərtib etmişlər. 04 avqust 2020-ci il tarixdə Cəlilabad rayonu Sabirabad bələdiyyəsi sədri olmuş Təqsirləndirilən şəxs imzaladığı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək Şahid1 zəbt etdiyi müvafiq torpaq sahəsini boşaltması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin 10 fevral 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. - Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 16 dekabr 2021-ci il tarixli məktubu, ona əlavə edilmiş 16 dekabr 2021-ci il tarixli akt və bələdiyyənin mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan torpaqların cizgisində (həmin sənədlər məhkəməyə müvafiq sorğu əsasında Cəlilabad RİH-nin 21 dekabr 2021-ci il tarixli məktubu ilə də daxil olmuşdur) göstərilmişdir ki, Şahid3 və Şahid4 bələdiyyəyə fərdi yaşayış evi tikmək məqsədilə onlara torpaq sahəsinin həyətyanı kimi satılması barədə yazılı qaydada müraciət etməmişlər. Onlar torpaq sahəsi almaq üçün şikayətçi olduqlarına görə 07 dekabr 2020-ci il tarixdə bələdiyyəyə dəvət olunmuşlar. Həmin vaxt onlara müvafiq torpaq sahələrinin satılması üçün bələdiyyəyə yazılı qaydada müraciət etmələri təklif edilsə də, onlar “ərizə yazarıq” demiş, şəxsiyyət vəsiqələrinin surətlərini və son beş ildə bələdiyyə ərazisində qeydiyyatda olmaları barədə arayışı bələdiyyəyə təqdim etməmişlər. Bələdiyyə üzvləri onlara münasibətdə güzəştli mövqe tutub bələdiyyə iclasını keçirmiş, istədikləri torpaq sahələrinin onlara satılması üçün ilkin sənədləşmə işlərinə başlanılması barədə qərar qəbul etmişlər. Təqsirləndirilən şəxs Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-yə etdiyi rəsmi müraciəti əsasında həmin MMC-nin əməkdaşı göstərilən torpaq sahəsinə gəlmiş və ilkin cizgi planını tərtib etmişdir. Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan cəmi 0,30 ha torpaq sahəsi Şahid1 və övladları tərəfindən zəbt edilmiş, kartof əkini üçün şumlanmışdır. Bələdiyyənin mülkiyyətində olan 0,12 ha torpaq sahəsi 26 sentyabr 2019-cu il tarixli, 11 nömrəli qərar əsasında X5 cəmi 1200 manat, 29 mart 2021-ci il tarixli, 10 nömrəli qərar əsasında X12 cəmi 2400 manat məbləğində pula satılmışdır. 2020-ci ildə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bilavasitə və ya hərrac yolu ilə satılması barədə qərar qəbul edilməmişdir. 2020-ci il üçün bələdiyyə tərəfindən mülkiyyətində olan torpaq sahəsinin bir sotunun satış qiyməti 200 manat müəyyən edildiyinə görə Şahid1 zəbt etdiyi göstərilmiş torpaq sahəsinin bir sotunun satış qiyməti 200 manata təklif edilmişdir. Beləliklə, cinayət işi materialları ilə müəyyən edilir ki, Niyaz və Şahid4ların Cəlilabad rayonu Sabirabad bələdiyyəsindən almaq istədikləri, Cəlilabad rayonu, Sabirabad kəndindəki “Su kanalı üzərindəki 2 və 3-cü mühərriklərin arası” adlandırılan ərazidə yerləşən cəmi 0,24 ha torpaq sahəsi 1997-ci ildən hər hansı hüquqi əsas olmadan Şahid1 və onun ailə üzvlərinin faktiki istifadəsindədir. Onlar həmin torpaq sahəsindən əkinçilik məqsədilə istifadə etmişlər və hazırda da istifadə edirlər. 22 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları müvafiq torpaq sahəsinə baxış keçirərkən oranın Şahid1 tərəfindən zəbt edilib əkildiyini müəyyən etdiklərinə görə bu barədə akt tərtib etmişlər. 04 avqust 2020-ci il tarixdə Cəlilabad rayonu Sabirabad bələdiyyəsi sədri olmuş Təqsirləndirilən şəxs imzaladığı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək Şahid1 zəbt etdiyi həmin torpaq sahəsini boşaltması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Niyaz və Şahid4ların Cəlilabad rayonu, Sabirabad kəndində doğulmaları, həmin vaxtdan Sabirabad kəndində ev təsərrüfatlarının uçotu kitabında 704 nömrəli şəxsi hesabda Şahid1 ailə üzvləri kimi qeydiyyatda olmaqla yaşamaları, xüsusi mülkiyyətlərində həyətyanı torpaq sahəsinin olmaması onlara almaq istədikləri 0,12 ha və 0,12 ha torpaq sahələrinin Cəlilabad rayonu Sabirabad bələdiyyəsi tərəfindən açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bilavasitə satılmasına hüquqi əsas yaratmışdır. Cinayət işi materialları ilə həm də müəyyən edilir ki, Cəlilabad rayonu Sabirabad bələdiyyəsi Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin 26 sentyabr 2019-cu il tarixdə X5 cəmi 1200 manat, 29 mart 2021-ci il tarixdə isə X12 cəmi 2400 manat məbləğində pula satılması barədə qərar qəbul etmişdir. Həmin bələdiyyə 2020-ci ildə mülkiyyətində olan torpaq sahəsinin bilavasitə və ya hərrac yolu ilə satılması barədə qərar qəbul etməsə də, 13 yanvar 2020-ci il tarixdə keçirilmiş iclasında Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin bazar qiymətinin 5000-10000 manat olduğu halda, analoji torpaq sahəsinin özü tərəfindən 1200 manat, yəni dəfələrlə az məbləğdə pula satılmasını, buna görə də bələdiyyə mülkiyyətində olan müvafiq torpaq sahələrinin satış qiymətinin real bazar qiymətinə uyğunlaşdırılmalı olmasını nəzərə alaraq, mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan 0,12 ha torpaq sahəsinin 2020-ci ildə 2400 manat məbləğində pula satılmasını qərara almışdır. Məhkəmə hesab edir ki, 2020-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin bazar qiymətinin bələdiyyənin müəyyən etdiyi təxmini həddə olması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 20 dekabr 2021-ci il tarixli məktubu və “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 08 fevral 2021-ci il tarixli, 01/2362 nömrəli arayışı ilə təsdiq edilir. Bələdiyyə mülkiyyətçi olduğuna görə ərazisində yerləşən torpaq sahələrinin satışına dair formalaşmış real bazar qiymətini nəzərə alaraq, mülkiyyətində olan torpaq sahəsinin satış qiymətini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən, son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satdığı torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə təyin edə bilər. Bu səbəbdən Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 13 yanvar 2020-ci il tarixdə keçirilmiş iclasında 2020-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin bazar qiymətinin 5000-10000 manat olmasını, 2019-cu ildə sonuncu dəfə özü tərəfindən 0,12 ha torpaq sahəsinin X5 cəmi 1200 manat məbləğində pula satılmasını nəzərə alaraq, mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan 0,12 ha torpaq sahəsinin 2020-ci ildə 2400 manat məbləğində pula satılmasını qərara almaq səlahiyyəti olmuşdur. Bələdiyyənin həmin qərarı qəbul etməsi müvafiq iclas protokolunun 2020-ci ildə keçirilmiş iclaslara dair protokolların qeydiyyatı jurnalında əks olunması, Təqsirləndirilən şəxs və məhkəmə iclasında şahid qismində dindirilmiş bələdiyyənin sədri X17 ifadəsi ilə təsdiq edilir. Məhkəmə rüşvət alma cinayətinin tövsifi qaydaları və təqsirsizlik prezumpsiyası hüququ ilə bağlı yuxarıda şərh etdiklərinə, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişaf fonduna daxil olan 0,12 ha torpaq sahəsinin satış qiymətini 13 yanvar 2020-ci il tarixli qərarı ilə 2020-ci il ərzində, eləcə də 29 mart 2021-ci il tarixli qərarı ilə X1 2400 manat müəyyən etməsinə və ittiham tərəfinin bu halları təkzib edə bilməməsinə əsaslanaraq, 2020-ci ildə 2400 manat təyin etdiyi, göstərilən səbəbdən Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan istədiyi 5100 manat məbləğində pulun cəmi 4800 manat hissəsinin müvafiq torpaq sahələrinin bələdiyyə tərəfindən təyin edilmiş satış dəyərini təşkil etməsinə görə rüşvət alma cinayətinin predmetini təşkil etməməsi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş rüşvət alma cinayətinin tövsifi zamanı cinayət tərkibinin obyektiv cəhətinin əlaməti kimi nəzərə alınmalı olmadığı və yalnız qalan 300 manat hissəsinin rüşvət alma cinayətinin predmetini təşkil etdiyi barədə nəticəyə gəlir. Məhkəmə 2020-ci ildə Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətindəki 0,12 ha torpaq sahəsinin satış qiymətini 2400 manat təyin etdiyi barədə nəticəyə gələrkən Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 16 dekabr 2021-ci il tarixli məktubunda Şahid1 zəbt etdiyi göstərilmiş torpaq sahəsinin bir sotunun satış qiymətinin 200 manata təklif edilməsinin göstərildiyini də nəzərə alır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan istədiyi 5100 manat məbləğində pulun cəmi 4800 manatının Təqsirləndirilən şəxs törətdiyi rüşvət alma cinayət əməlinin obyektiv cəhətini yaratmaması barədə gəldiyi nəticəni həm də onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan müvafiq torpaq sahələrinin cəmi dəyərini təşkil edən 4800 manat məbləğində pulu ələ keçirəcəyi, bundan sonra tam həcmdə bələdiyyənin büdcəsinə ödəyəcəyi və düzgün xərclənməsini təşkil edəcəyi və ya tam həcmdə bələdiyyənin büdcəsinə ödəyəcəyi və şəxsi ehtiyaclarına israf edəcəyi, yaxud bələdiyyənin büdcəsinə ödəməyib şəxsi ehtiyaclarına xərcləyəcəyi ilə bağlı ehtimal edilən hallarda da, həmin pul məbləği rüşvət alma cinayətinin predmetini təşkil edə bilməz. Çünki Təqsirləndirilən şəxs həmin pul məbləğini ələ keçirdikdən sonra: - tam həcmdə bələdiyyənin büdcəsinə ödəyəcəyi və düzgün xərclənməsini təşkil edəcəyi halda əməlində hər hansı cinayət tərkibi yaranmayacaq, - tam həcmdə bələdiyyənin büdcəsinə ödəyəcəyi və şəxsi ehtiyaclarına israf edəcəyi halda əməlində israf etmə cinayətinin tərkib əlamətləri yaranacaq, - bələdiyyənin büdcəsinə ödəməyib şəxsi ehtiyaclarına xərcləyəcəyi halda isə əvvəllər müvafiq əməllərin tövsif edildiyi Azərbaycan Respublikası CM-in “Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma” adlanmış 184-cü maddəsi 20 oktyabr 2017ci il tarixli, 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edildiyinə görə əməlində hər hansı cinayət tərkibi yaranmayacaq. Məhkəmənin iş üzrə Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan istədiyi 5100 manat məbləğində pulun yalnız 300 manat hissəsinin rüşvət alma cinayətinin predmetini təşkil etdiyi barədə gəldiyi nəticə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Abıhüseyn və Şahid2lardan istədiyi 6000 manat məbləğində pulun 300 manatını özünə götürəcəyi barədə ifadəsi ilə yanaşı, iş üzrə 18 avqust 2020-ci il tarixdə Şahid2 təqdim etdiyi bir ədəd diskin yaddaşına yazılmış audioyazılar və ona baxış keçirilməsi barədə 26 oktyabr 2020-ci il tarixli protokol əsasında orada əks olunmuş danışıqlar zamanı Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lara “Cib pulu çox cüzi bir şey var orada. Onu el aləm bilir, adın çəkmirəm” məzmununda sözlər deməklə sonunculardan istədiyi pulun müəyyən hissəsini özünə götürəcəyinə işarə etməsi, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abıhüseyn, Ayaz, Niyaz və Şahid4ların verdikləri ifadələrlə tam sübut edilir. Azərbaycan Respublikası CM-in 311-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 311.3.3-cü maddəsində “külli miqdar” dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının 15 oktyabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “X8”nin İV.2.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə sərəncam verilməsi kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətinə aiddir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının 15 oktyabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “X8”nin İV.2.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə sərəncam verilməsi kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətinə aid olduğu halda, Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin Niyaz və Şahid4lara bələdiyyənin ümumi yığıncağının müzakirəsindən kənar satılmasına görə maddi nemət olan qalan 300 manat məbləğində pulu rüşvət qismində istəməsi əməlində Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Buna görə də Təqsirləndirilən şəxs Abıhüseyn və Şahid2lardan külli miqdarda rüşvət istəmədiyi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əsaslıdır, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsinə əsassız olaraq tövsif edilmiş əməli həmin maddədən Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2 Abıhüseyn oğlu, Şahid3 və Şahid4 verdikləri ifadələr, Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 11 may 2018-ci il tarixli, 05 nömrəli və 14 yanvar 2020-ci il tarixli, 02 nömrəli iclas protokolları, 18 avqust 2020-ci il tarixdə Şahid2 Abıhüseyn oğlunun təqdim etdiyi bir ədəd diskin yaddaşına yazılmış audioyazılar və ona baxış keçirilməsi barədə 26 oktyabr 2020-ci il tarixli protokol, yuxarıda məhkəmə istintaqı zamanı elan edilib tədqiq edildiyi göstərilmiş digər istintaq hərəkəti protokolları və sənədlərlə, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə bu nəticəyə gələrkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 29,178.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli üzrə vura biləcəyi ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etmədiyini də nəzərə alır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 65). - Cəlilabad RİHB-nın Sabirabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri və ailə tərkibi haqqında arayışlar və xasiyyətnamə, Cəlilabad rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli arayış, Cəlilabad RİH başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə Komissiyanın 12 aprel 2021-ci il tarixli, 6 nömrəli iclas protokolundan çıxarışın surəti, Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 06 yanvar 2016-cı il tarixli, 05 nömrəli vəsiqənin surəti və 25 may 2021-ci il tarixli arayışlar, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə” elektron arayışlar, ali təhsil haqqında B-İ 000825 nömrəli diplom və əmək kitabçasının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ali təhsillidir, evlidir, Cəlilabad RİH başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə Komissiyanın 12 aprel 2021-ci il tarixli, 6 nömrəli iclas qərarı əsasında himayəsinə verilmiş, bacısı X2 övladları olan, müvafiq olaraq 15 iyul 2005 və 06 sentyabr 2007-ci il təvəllüdlü olduqlarına görə yetkinlik yaşına çatmamış X18 və X19, arvadı X9 ilə birlikdə Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla yaşayır, 1975-ci ildən 2020-ci ilə kimi Sabirabad kənd tam orta məktəbində müəllim, direktor müavini və direktor vəzifələrində işləmiş, yaşayış yeri, həm pedoqoji, həm də bələdiyyə sədri kimi xidməti fəaliyyətləri üzrə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs və arvadı təqaüdçüdür, onlara İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Təqsirləndirilən şəxs əlillik dərəcəsi “ÜİX gərginlik stenokardiyası İİİ f.s. Hipertoniya xəstəliyi İİ mərhələ B faza tez-tez baş verən cəngolma krizlərlə. QDÇ İİ dərəcə” diaqnozu ilə təyin edilmişdir (İ cild, səh. 72). - “X11 Mərkəzi” X25 01 sentyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Kəskin paraproktit fistul” diaqnozu qoyulmuş, üzərində “Anal fistul ektamiya” əməliyyatı aparılmış, o, 26 iyul 2021-ci il tarixdə müalicəsini ambulator şəraitdə davam etdirmək üçün evə buraxılmış, 30 avqust 2021-ci il tarixdə yenidən müayinə edilərkən ona “Prostat vəzinin hiperplaziyası” diaqnozu qoyulmuş, laborator müayinə edilərkən “PSA” müayinəsinin nəticəsinin 8,7 olması müəyyən edildiyinə görə ona xərçəng xəstəliyinin olub-olmamasının təyin edilməsi üçün həkim onkoloqun baxışından keçməsi məsləhət görülmüşdür. - “Milli Onkologiya Mərkəzi” tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli, ******* nömrəli tibbi sənəddə göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Nodulyar hiperplaziya” diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 29,178.2.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Şahid1 və Şahid2 Abıhüseyn oğlu ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri, həm pedoqoji, həm də bələdiyyə sədri kimi xidməti fəaliyyətləri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi cinayət əməllərindən səmimi peşiman olması, özünün “ÜİX gərginlik stenokardiyası İİİ f.s. Hipertoniya xəstəliyi İİ mərhələ B faza tez-tez baş verən cəngolma krizlərlə. QDÇ İİ dərəcə” diaqnozu ilə İİ qrup əlil olması, arvadı X6 da İİ qrup əlil olması, Cəlilabad RİH başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə Komissiyanın 12 aprel 2021-ci il tarixli, 6 nömrəli iclas qərarı əsasında himayəsinə verilmiş, bacısı övladları olan, müvafiq olaraq 15 iyul 2005 və 06 sentyabr 2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamış X18 və X13 himayəsində yaşamaları, “Prostat vəzinin hiperplaziyası” diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsi, iş üzrə məhkəmə icraatı dövründə “Kəskin paraproktit fistul” diaqnozu ilə cərrahi əməliyyat olunması, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi materialları əsasında müəyyən edilir ki, Niyaz və Şahid4lar Cəlilabad rayonu Sabirabad bələdiyyəsinə onlara müvafiq torpaq sahələrinin satılması barədə yazılı qaydada müraciət etməsələr də, 07 dekabr 2020-ci il tarixli iclasında bələdiyyənin sədri olmuş Təqsirləndirilən şəxs Niyaz və Şahid4ların müvafiq istəkləri nəzərə alınaraq, hər birinə ayrı-ayrılıqda 0,12 ha bələdiyyə torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə verilməsi üçün ilkin sənədləşmə işlərinin başlanması barədə təklif irəli sürmüş, həmin təklif iclasda iştirak etmiş bütün bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş, bələdiyyə mülkiyyətindəki, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaqlara aid olan 0,12 ha və 0,12 ha torpaq sahələrinin Niyaz və Xanoğlan Məmədovlara fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı kimi bilavasitə satılması üçün müvafiq icra hakimiyyəti orqanlarına rəy vermələrindən ötrü sorğu göndərilməsi barədə qərar qəbul etmiş, Təqsirləndirilən şəxs həmin qərarın surətini Şahid1 təqdim etmişdir. Bələdiyyənin Təqsirləndirilən şəxs tərəfindən imzalanmış yazılı müraciəti əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin əməkdaşı göstərilən torpaq sahəsinə gəlmiş və ilkin cizgi planını tərtib etmişdir. Lakin bundan sonra keçən 2 ildən artıq müddət ərzində Şahid1 və onun ailə üzvləri tərəfindən bələdiyyəyə müvafiq torpaq sahələrinin dəyərinə görə hər hansı məbləğdə pul ödənilməmiş və buna təşəbbüs göstərilməmişdir. Bu səbəbdən göstərilən torpaq sahələrinin bələdiyyə tərəfindən Niyaz və Şahid4lara satılması mümkün olmamışdır. Məhkəmə buna görə də Niyaz və Şahid4ların Cəlilabad rayonu Sabirabad bələdiyyəsinə onlara müvafiq torpaq sahələrinin satılması barədə yazılı qaydada müraciət etmədikləri halda, Təqsirləndirilən şəxs Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 07 dekabr 2020-ci il tarixli iclasında Niyaz və Şahid4ların müvafiq istəkləri nəzərə alınaraq, hər birinə ayrı-ayrılıqda 0,12 ha bələdiyyə torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə verilməsi üçün ilkin sənədləşmə işlərinin başlanması barədə təklif irəli sürməsini və bələdiyyənin həmin təklif üzrə müsbət qərar qəbul etməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətin əməlinin xarakteri qəsdin obyekti, təqsirin forması və əməlin Azərbaycan Respublikası CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi, Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin xarakterini, yəni onların zərər vurduqları ictimai münasibətləri, müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilmələri, təqsirin qəsd formasında törədilmələrini, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yəni Azərbaycan Respublikası CM-in 29,178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bitmədiyini, cinayətə cəhd mərhələsində sonlandığını, Azərbaycan Respublikası CM-in 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin isə bitdiyini, ictimai təhlükəliliyinin 300 manat məbləğində pulun rüşvət qismində istənilməsindən ibarət olmasını, göstərilən səbəblərdən həmin əməllər üzrə hər hansı məbləğdə maddi zərər vurulmadığını, onun 67 yaşında olması, ali təhsilli olması, 1975-ci ildən 2020-ci ilə kimi, yəni 45 il ərzində Sabirabad kənd tam orta məktəbində müəllim, direktor müavini və direktor vəzifələrində işləməklə pedoqoji fəaliyyətlə məşğul olmasından ibarət şəxsiyyətini xarakterizə edən halları, əvvəllər məhkum olunmaması, yaşayış yeri, həm pedoqoji, həm də bələdiyyə sədri kimi xidməti fəaliyyətləri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi cinayət əməllərindən səmimi peşiman olması, özünün “ÜİX gərginlik stenokardiyası İİİ f.s. Hipertoniya xəstəliyi İİ mərhələ B faza tez-tez baş verən cəngolma krizlərlə. QDÇ İİ dərəcə” diaqnozu ilə İİ qrup əlil olması, arvadı X6 da İİ qrup əlil olması, Cəlilabad RİH başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə Komissiyanın 12 aprel 2021-ci il tarixli, 6 nömrəli iclas qərarı əsasında himayəsinə verilmiş, bacısı övladları olan, müvafiq olaraq 15 iyul 2005 və 06 sentyabr 2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamış X18 və X13 himayəsində yaşamaları, “Prostat vəzinin hiperplaziyası” diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsi, iş üzrə məhkəmə icraatı dövründə “Kəskin paraproktit fistul” diaqnozu ilə cərrahi əməliyyat olunması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, iş üzrə cinayət əməllərini törətdikdən sonra Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin 07 dekabr 2020-ci il tarixli iclasında Niyaz və Şahid4ların müvafiq istəkləri nəzərə alınaraq, hər birinə ayrı-ayrılıqda 0,12 ha bələdiyyə torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə verilməsi üçün ilkin sənədləşmə işlərinin başlanması barədə təklif irəli sürməsi və bələdiyyənin həmin təklif üzrə müsbət qərar qəbul etməsi, ona qarşı Azərbaycan Respublikası CM-in 29,178.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə zərərçəkmiş şəxslər Şahid1 və Şahid2 Abıhüseyn oğlu ilə barışıq əldə etməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına, arvadı və himayəsində olan yetkinlik yaşına çatmamış uşaqların həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə hansı əsas cəza növünün təyin edilməli olması ilə bağlı Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsaslanaraq belə hesab edir ki, onun cəzasını yüngülləşdirən və şəxsiyyətini müsbət xarakterizə edən hallarla bağlı yuxarıda göstərilənlərdən ibarət məcmunun mövcudluğunun müəyyən edilməsi, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın isə müəyyən edilməməsi, eləcə də törətdiyi müvafiq cinayət əməlinin ictimai təhlükəliliyinin 300 manat məbləğində pulun rüşvət qismində istənilməsindən ibarət olması, həmin cinayət əməlini törətməsindən sonrakı davranışı müstəsna hallar, həm də qeyd edilən xüsusatlar ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin təqaüdçü və İİ qrup əlil olan arvadı, eləcə də himayəsinə verilmiş yetkinlik yaşına çatmamış X18 və X13 həyat şəraitinə və psixoloji durumlarına kəskin şəkildə mənfi təsir edəcəyi, ibtidai istintaq orqanının məhz göstərilən əsaslardan çıxış edərək onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçməsi və nəticədə həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməməsi ilə birlikdə götürülməklə müvafiq cinayət əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirilməlidir. Məhkəmə buna görə də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi zamanı göstərilən məzmunda müstəsna halların mövcud olmasının müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin cəzanın sosial ədalətin bərpası məqsədini təmin etməməsi, cinayət qanununun ədalət və humanizm prinsiplərinə uyğun olmaması, mahiyyətcə məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin isə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinə kifayət etməsi, cinayət qanununun ədalət və humanizm prinsiplərinə uyğun olması həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 311.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini şərtləndirir və buna tam qanuni əsas yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 29,178.2.3-cü maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsinin nəzərdə tutulmadığını, həmin Məcəllənin 311.2-ci maddəsinin sanksiyasında isə yalnız azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edildiyi halda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi məcburi təyin edilməsinin nəzərdə tutulduğunu, iş üzrə Təqsirləndirilən şəxs 311.2-ci maddə ilə əsas cəza növü kimi azadlıqdan məhrum etmə deyil, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməli olduğunu, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən sonuncunun həmin Məcəllənin 29,178.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təşkilati-sərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərə malik Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin sədri vəzifəsində olarkən törətməsini və həmin əməllərin ictimai təhlükəliliyini nəzərə alaraq, ona təqsirli bilindiyi cinayət əməlləri üzrə əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Buna görə də iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Cinayət işi materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən 10 fevral 2021-ci il tarixdə qəbul edilmiş qərarla əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilmişdir (İ cild, səh. 207, 208, 222-227). Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə əsas cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli olduğuna görə barəsində olan polisin nəzarəti altına vermə, həmçinin vəzifədən kənarlaşdırma qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Şahid2 Abıhüsen oğlu tərəfindən təqdim edilmiş bir ədəd diskin yaddaşına yazılmış audioyazılar iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertə ödənilməli olan məhkəmə xərci, mülki iddia, xüsusi müsadirə tətbiq edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində müvafiq cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikası CM-in 29,178.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə əsas qətimkan tədbiri və vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Şahid2 Abıhüsen oğlu tərəfindən təqdim edilmiş bir ədəd diskin yaddaşına yazılmış audioyazılar iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-8/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-8/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver