Məhkəmə qərarları › İş №1(099)-8/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-8/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-8/2025 21.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1990-cı ildə Yardımlı rayonunun Nisəkələ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yardımlı rayonunun Nisəqala kəndində qeydiyyatda olmaqla Yardımlı rayonunun Deman kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, şəxsiyyəti istintaqa “Bəhruz” adı ilə məlum olan İran İslam Respublikasının (bundan sonra İran) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda müxtəlif növdə narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa “Bəhruz” adı ilə məlum olan İran vətəndaşı külli miqdarda-894,4 qram narkotik vasitə olan heroini, külli miqdarda-928 qram narkotik vasitə olan tiryəki və külli miqdarda-3946,6 qram psixotrop maddə olan metamfetamini İranda satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik və psixotrop maddəni istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi İrandan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 13 mart 2023-cü il tarixdə “Bəhruz” adlı şəxs cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, o, (Təqsirləndirilən şəxs) qeyd olunan külli miqdarda narkotik və psixotrop maddəni gizlədildiyi yerdən götürmək üçün Yardımlı rayonunun Deman kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (bundan sonra DSX-nin) N saylı hərbi hissəsinin 22-ci sərhəd zastavasının 21-ci sahəsinə gəlmiş, 13 mart 2023-cü il tarixdə, saat 21 radələrində həmin narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edərək, saxlayıb, daşımaqla Yardımlı rayonun Deman kənd sakini Şahid7 kənddə yaşadığı evin həyətindəki ot bağlamalarının (tayasının) altında gizlətmiş, 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs gizlətdiyi cinayətkar qrupa məxsus həmin külli miqdarda narkotik vasitələr və psixotrop maddə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Yardımlı rayonun Deman kənd sakini Şahid7 yaşadığı evin həyətindəki ot bağlamalarının (tayasının) altından aşkar edilib götürülmüşdür. Eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Yardımlı rayonunun Deman kəndinin ərazisində yerləşən 22-ci sərhəd zastavasının 21-ci sahəsində 13 mart 2023-cü il tarixdə xidmət aparan sərhəd naryadı tərəfindən saat 21:55-də həmin sahənin 102/2 nömrəli sərhəd nişanından təqribən 100 metr sağa, mühəndis çəpərindən təqribən 30-40 metr dövlət sərhəd xətti (Azərbaycan Respublikası ilə İran arasında olan) istiqamətində bir nəfərə məxsus qaraltı müşahidə olunmuş və sərhəd naryadı əlverişli mövqe seçərək həmin şəxsə (şəxsiyyəti məlum olmayan şəxsə) “Dayan” komandası vermiş, lakin qanuni tələbə məhəl qoymayan bu şəxs Azərbaycan Respublikası ilə İran arasında olan dövlət sərhədinin mühəndis çəpərini keçib Yardımlı rayonunun Deman kəndi istiqamətində qaçmış, dərhal sərhəd zastavası və 4-cü sərhəd komendantlığı “Silaha” komandasına qaldırılıb Deman kəndi istiqamətində qaçmış şəxsiyyəti məlum olmayan şəxsin axtarışına başlanılmış, nəticədə Deman kənd sakini Şahid6 qonşusu-Deman kənd sakini Şahid7 yaşadığı evin həyətindəki ot tayasının altına həmkəndlisi Təqsirləndirilən şəxs “nəsə” (içərisində narkotik vasitələr və psixotrop maddənin olması güman edilən torba) qoyması barədə DSX-nin əməkdaşı X7 məlumat verdikdən sonra sonuncu, DSX-nin əməkdaşı Şahid2 və digər hərbiçilər, habelə Deman kənd sakini Şahid6 və Şahid7 iştirakı ilə sonuncunun yaşadığı evin həyətində olan ot tayasının altından içərisində narkotik vasitələr və psixotrop maddənin olması güman edilən bir ədəd torba aşkar edilmiş, bundan sonra DSX-nin əməkdaşları Mirəli Seyidov və Şahid2 tərəfindən həmin yerdən içərisində narkotik vasitələr və psixotrop maddənin olması güman edilən bir ədəd torba qeyri-rəsmi (kortəbii) qaydada götürülüb 22-ci sərhəd zastavasına aparılmış, bundan sonra həmin gün saat 22:10-da DSX-nin DSX-nin əməkdaşı Mirəli Seyidov və digər əməkdaşlar tərəfindən Deman kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən çağırılıb saxlanılıb (tutulub) 22-ci sərhəd zastavasına aparılmışdır. Daha sonra 13 mart 2023-cü il tarixdə, saat 01 radələrində DSX-nin əməkdaşı Mirəli Seyidov və digər əməkdaşlar tərəfindən içərisində narkotik vasitələr və psixotrop maddə olması güman edilən bir ədəd torba aparılıb əvvəl götürüldüyü yerə, yəni Şahid7 yaşadığı evin həyətində olan ot tayasının altına qoyulmuş, bundan sonra N mart 2023-cü il tarixdə, saat 01 radələrində təhqiqatçı Saleh Həsənov tərəfindən DSX-nin əməkdaşların iştirakı ilə həmin bir ədəd torba qoyulduğu yerdən təkrarən götürülüb 22-ci sərhəd zastavasına aparılıb orada torbaya baxış keçirilmiş və baxış zamanı həmin torbada ayrı-ayrı bağlamalarda olmaqla külli miqdarda-894,4 qram narkotik vasitə olan heroin, külli miqdarda-928 qram narkotik vasitə olan tiryək və külli miqdarda-3946,6 qram psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar əldə olunmamışdır. Habelə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən və özündə cinayət hadisəsinin olmasını ehtiva edən hadisə ilə bağlı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri törətməkdə təqsirsizliyi onun özünün və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, 13 mart 2023-cü il tarixdə, saat 08-də yaşadığı Yardımlı rayonunun Deman kəndində olan evindən çıxıb heyvanları otarması üçün 22-ci sərhəd zastavasının xidməti ərazisində yerləşən örüş sahəsinə aparmış və heyvanları otarıb axşam saat 19 radələrində yaşadığı evə geri qayıtmış və həmin vaxtdan sonra yaşadığı evdən kənara çıxmamışdır. 13 mart 2023-cü il tarixdə, saat 22 radələrində evində olarkən küçədən kiminsə onu çağırdığını eşidib qapıya çıxmış, qapıda DSX-nin bir qrup sərhərçiləri, o cümlədən əməliyyatçı kimi tanıdığı Mirəli və Rahib adlı şəxslərin, icra nümayəndəsi Şahid4 dayandığını görüb nə baş verdiyini və onu nəyə görə çağırdıqlarını soruşmuş, sərhədçilər ona sərhəddə pozuculuq olduğunu deyib, başqa izah vermədən onu 22-ci sərhəd zastavasına aparmışlar. Həmin vaxt icra nümayəndəsi Şahid4 onlarla birlikdə zastavaya getməmişdir. Zastavada əməliyyatçılar bir ədəd torbanı göstərib ona məxsus olmasını, həmin torbanın kənd sakini Şahid7 həyətindəki ot tayasından götürüldüyünü, ot tayasının altına torbanı onun qoyduğunu bildirmiş, o isə etiraz edərək həmin torbanın ona məxsus olmamasını və Şahid7 həyətindəki ot tayasının altına heç bir şey qoymadığını, axşamdan evində olduğunu bildirmişdir. Bundan sonra əməliyyatçılar onu “məişət otağı”na aparıb Deman kənd sakini Şahid7 həyətində olan ot tayasından tapılmış içərisində narkotik maddələr olan torbanın ona məxsus olmasını, həmçinin həmin gün sərhəddən kəndə tərəf iki nəfər şəxsin qaçdığını və qaçan şəxslərdən birinin o, (Təqsirləndirilən şəxs) olmasını və evlərinə getdiyi zaman müşahidə kameralara düşdüyünü bildirib, digər şəxsin kim olması ondan soruşulmuş, o isə heç nədən xəbərinin olmadığını, axşam saatlarından yaşadığı evdə olmasını, Fərhadın həyətində olan ot tayasından tapılmış narkotiklə onun heç bir əlaqəsinin olmadığını, həmçinin kamera görüntüsünün ona göstərilməsini demişdir. Lakin əməliyyatçılar dediklərinə məhəl qoymayıb onun əlləri və ayaqlarını bağlayıb, başına iki ədəd balınc keçirib döyməyə başlamışlar və döyülməsi nəticəsində xəsarətlər almışdır. Həmçinin əməliyyatçılar onların dedikləri ilə razılaşması narkotik vasitənin çəkilişlə evindən çıxarılacağı deyilmiş, o da döyülməsinə və hədələnməsinə görə məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. Bundan sonra əməliyyatçılar ona heyvanları otararkən içərisində İrana aid nömrə olan sadə bir mobil telefon tapdığını və həmin nömrə ilə İran vətəndaşına zəng edib əlaqə saxlayıb narkotik maddələr əldə etməyini bildirməsini tələb etmiş, o da işgəncələrə dözməyərək onlarla razılaşıb əməliyyatçıların dediyi kimi əvvəl izahat, sonra ifadə vermişdir. Səhərisi gün əməliyyatçılar onu sərhəd çəpərinin yanına aparıb orada şəklini çəkmiş, həm də əməliyyatçıların onu ora aparmaqda məqsədləri onun guya həmin yerdən içərisində narkotik maddə olan torbanı götürüb kəndə gətirməsini deməyə məcbur edilməsi olmuşdur. Bundan sonra o, Bakı şəhərinə, əvvəl Nərimanov rayon polisinin (Nərimanov RPİ-nin) X13 aparılmış və ora qəbul edilərkən tibbi müayinədən keçirilərək bədəni üzərində olan xəsarətlər barədə qeydlər aparılmış, iki gündən sonra o, Bakı İstintaq Təcridxanasına keçirilmişdir. BİT-nə daxil olarkən də tibbi müayinədən keçirilərək bədəni üzərində olan xəsarətlər barədə qeydlər aparılmış və xəsarətləri ilə bağlı fotoşəkilləri də çəkilmişdir. Bundan sonra müstəntiqə təkrar ifadə verib əvvəl verdiyi izahat və ifadəsini təsdiq etməyib əməliyyatçıların ona qarşı olan işgəncələrə dözməyib razılaşaraq əməliyyatçıların dediyi kimi əvvəl izahat, sonra ifadə verdiyini, əslində isə həmkəndlisi Şahid7 həyətindəki ot tayasının altından aşkar olunmuş narkotik maddələrin ona məxsus olmamasını, guya onun ot tayasının altına torbanı qoymasını həmkəndlisi Hilalın görməsi ilə bağlı dediklərinin yalan olmasını, Hilal ilə aralarında düşmənçilik münasibəti olduğundan Hilalın bilərəkdən sərhədçilərə onun adını yalandan deməsini, “Bəhruz” adlı iranlını və ya heç bir iranlını tanımamasını və narkotiklə bağlı kimsə ilə əlaqəsinin olmaması bildirmişdir. Daha sonra o, sərhədçilər tərəfindən qanunsuz olaraq tutulub işgəncə verilərək ona aid olmayan narkotik maddələrin guya ona aid olması barədə etirafedici ifadələr verməsinə məcbur edilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına, o cümlədən prokurorluğa şikayətlər etmiş, tutulandan bir neçə ay sonra prokurorluğun əməkdaşına hadisə ilə bağlı izahat vermiş və həmin vaxtlarda o, ekspertizadan keçirilmişdir (13 iyul 2023-cü il tarixdə). Onun istifadəsində üzərində iki mobil nömrə, yəni 051/704-86-73 və 051/562-65-30 saylı telefon nömrələri olan “Samsung” markalı mobil telefon olmuş, həmin telefon da əməliyyatçılar tərəfindən tutulan gün ondan götürülmüşdür. Onun İranda heç bir tanışı olmamış və heç vaxt İranda yaşayan kimləsə əlaqə saxlamamışdır. O, narkotik vasitələrdən heç vaxt istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, hətta narkotik maddələrin adını və növünü belə bilməmişdir. Həmkəndlisi və qonşusu olan Hilalla münasibətləri pisdir, Hilal onun evinin qarşısında olan torpaq sahəni zəbt etdiyindən evinə gedən yol tutulmuşdur, bu səbəbdən də onunla Hilalın arasında düşmənçilik münasibətləri vardır. O, sərhədçilər tərəfindən əməliyyatçılara yaxın olan şəxs Hilalın sözü ilə qanunsuz olaraq 13 mart 2023-cü il tarixdə, gecə saat 22 radələrində tutulmuş, zastavaya aparılıb orada döyülüb işgəncə verilmiş, bir neçə saatdan sonra sərhədçilər onun iştirakı ilə torbada olan narkotik maddələrə baxış keçirmiş, səhəri günü isə zastavada təhqiqatçı ondan izahat almış və təkrarən onun iştirakı ilə torbalara baxış keçirilmiş, həmin vaxt orada kənd icra nümayəndəsi Şahid4 iştirak etmiş, icra nümayəndəsinin müavini Şahid5 isə orada olmamışdır. Bir daha bildirir ki, o, heç bir cinayət əməli törətməmiş, həmkəndlisi Şahid7 həyətindəki ot tayasının altından aşkar olunmuş narkotik maddələrin ona heç bir aidiyyəti yoxdur və bununla bağlı ona verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid X11 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Yardımlı rayonun Deman kənd sakini kimi tanımış, aralarında hər hansı bir münasibətlər olmamışdır. 13 mart 2023-cü il tarixdə onlara (əməliyyatçılara) Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat araşdırılıb bu şəxsin dövlət sərhədini hansı istiqamətlərdən pozması, hansı istiqamətdən narkotik gətirməsi dəqiqləşdiriləndən sonra, əməliyyat-axtarış işlərinə başlanmışdır. Təqsirləndirilən şəxs 22-ci sərhəd zastavasının 21ci sahəsindən sərhəddən içəriyə doğru daxil olmuş, həmin vaxt əməliyyat qrupun tərkibində o, (Mİrəli Seyidov) və Şahid2 olmaqla onlar sərhəd çəpərindən çöldə (Azərbaycan Respublikasının ərazisində) xidmətdə olmuşlar. Həmin gün (13 mart 2023-cü il tarixdə) gecə saat 24 radələrində, yaxud (N mart 2023-cü il tarixdə) saat 01 və ya saat 02-yə işləmiş, bir nəfərin kürəyində-belində yük olmaqla sərhəd maneə çəpərini (İran tərəfindən) tikanlı məftilləri aralayıb keçdiyini görmüş, həmin şəxslə arasında təxminən 70- 80 metr məsafə olmuşdur. Həmin şəxs maneə çəpərini keçən kimi onlar bu şəxsi təqib etməyə başlamış və sərhəd pozucusu dərəyə düşüb Deman kənd qəbristanlığı istiqamətində hərəkət etməyə başlayıb kənd evlərin içərisinə daxil olub əvvəl Şahid6 həyətinə, sonra Şahid7 həyətinə, daha sonra isə “Təqsirləndirilən şəxs” əyilə-əyilə evinin arxa tərəfindən keçməklə öz evinə daxil olmuşdur. Bütün bunları onlar gecəgörmə cihazı ilə müşahidə edib həmin şəxsin kim olmasını bilmişlər, həm də bu şəxsin (Təqsirləndirilən şəxs) barəsində onlarda əvvəldən məlumat olmuş, sadəcə aralarında müəyyən məsafə olduğundan onlar Novruzu saxlaya bilməmişlər. Sonra onlar Deman kəndinə gəlmiş və o, kənd sakini Hilaldan Novruzun gəlib həyətinə girdiyini, sonra hara getdiyini soruşmuş, Hilal da Novruzun kürəyində “nəsə” gətirib Fərhadın həyətində olan ot tayasının altına qoyduğunu, sonra qaçıb getdiyini demişdir. Həm də Hilal Novruzla üz-üzə gəldiklərini deyib, onun adının (Hilalın) çəkilməməsini ondan xahiş etmişdir. Sonra onlar (Mirəli Seyidov, Şahid2, Şahid6 və Şahid7) Fərhadın həyətində olan ot tayasına baxmış və tayanın altında bir bağlama aşkar etmişlər. Sonra kənd icra nümayəndəsi Şahid4 də ora gəlmiş və onlar birlikdə Novruzun evinə gedib onu çağırıb bu məsələ ilə bağlı onunla söhbət etmişlər. Söhbət zamanı Novruz aşkar olunan bağlamada olan yükü onun gətiridiyini etiraf edib həmin bağlamanın Lənkəran polisində “Mehdi” adlı şəxsə aid olmasını, bağlamanı onun üçün gətirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs zastavaya aparılıb izahatı alınmışdır. Fərhadın həyətindəki ot tayasının altından bağlamanın götürülməsində Novruz da iştirak etmiş, Novruz özü ot tayasını göstərmiş və bundan sonra onlar (əməliyyatçılar Mirəli Seyidov, Şahid2 və əsgərlər) Novruz, Hilal, Fərhad və Ərəstunun iştirakı ilə ot tayasının altından bağlamanı götürüb zastavaya aparmışlar. Həmçinin şahid Mirəli Seyidov verilən sualları cavablandıraraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 22-ci sərhəd zastavası ərazisindən sərhəddən İran tərəfə keçmiş, sonra 21-ci sahədən keçməklə sərhədi pozub gəlmiş, həmin vaxt əməliyyat qrupu (əməliyyatçılar Mirəli Seyidov, Şahid2 və əsgərlər) “21-ci dərə” adlanan yerdə pusquda olmuş, sərhədi pozan şəxs onların olduğu istiqamətində deyil, başqa istiqamətdə hərəkət etmişdir. Sonra sərhədçilər sərhədi pozmuş şəxsi saxlamaq üçün havaya atəşlər açmışlar, lakin sərhədi pozan şəxs qaçıb getmişdir. Təqsirləndirilən şəxs saxlanılandan sonra əvvəl etiraf etməmiş, sonra Hilal ilə üzləşdiriləndən sonra (belə bir üzləşdirməni təsdiq edən sübut işdə yoxdur) etiraf edib 22-ci zastava ərazisindən sərhədi keçdiyini, 23cü zastava ərazisində narkotik olan bağlamanı götürüb 22-ci zastava ərazisindən geri qayıtdığını bildirmişdir. Novruz saxlandıqdan sonra əvvəl ot tayasının yanına, sonra zastavaya aparılmışdır. Bağlama zastavaya gətiriləndən sonra onlar (əməliyyatçılar Mirəli Seyidov, Şahid2 və digər sərhədçilər) tərəfindən Novruzun iştirakı ilə bağlamaya baxış keçirilmiş və bağlamanın içərisində narkotik maddələr aşkar olunmuşdur. Habelə şahid Mirəli Seyidov əlavə verilən sualları cavablandıraraq ifadəsində göstərmişdir ki, həmin gün Hilal ona zəng edib sərhədin pozulmasını və atışma olması barədə soruşmuş, o da sərhədin pozulduğunu demiş, həmin vaxt Hilal sərhədi pozan şəxsin kim olduğunu bildiyini demiş, kimin olduğunu soruşanda Hilal bu şəxsin Novruz olduğunu bildirmişdir. O, axşam saatlarında (13 mart 2023-cü il tarixdə gecə saatlarında bağlama aşkar olunan vaxt) ot tayasına baxış keçirilməsində iştirak etmiş, lakin səhərisi günü (N mart 2023-cü il tarixdə) ot tayasına baxış keçirilməsində (təhqiqatçı tərəfindən keçirilən baxışda) iştirak etməmiş və eşitdiyinə görə səhərisi günü (N mart 2023-cü il tarixdə) sərhədçilər (təhqiqatçı) Novruzu ot tayasının yanına aparmışlar. Əvvəllər də onda Təqsirləndirilən şəxs barəsində məlumatlar olmuş (narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə) və o, Novruza bu barədə xəbərdarlıq da etmişdir. Novruzun Fərhadın həyətindəki ot tayasının altında bağlama gizlətməsi barədə Hilaldan məlumat aldıqdan sonra Novruz evindən çağırılıb ot tayasının yanına gətirilmiş, sonra ot tayasının altından bağlama aşkar olunmuş və bundan sonra Novruz zastavaya aparılmışdır. Zastavada onun və digər sərhədçilər tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki zorakılıq halları olmamış, Novruzun bədəni üzərində olan xəsarətlərin hansı şəraitdə yetirilməsi barədə məlumatı yoxdur. Daha sonra şahid Mirəli Seyidov əlavə verilən sualları cavablandıraraq ifadəsində göstərmişdir ki, 13 mart 2023-cü il tarixdə, gecə saatlarında Fərhadın həyətində olan ot tayasının altında bağlama aşkar edilən vaxt Novruz orada olmamış, həmin vaxt bağlama açılıb içərisinə baxılmış və bağlamada narkotik maddələrin olması məlum olmuş, sonra onlar tərəfindən həmin bağlama götürülüb zastavaya aparılmış, bundan sonra Novruz da evindən çağırılıb zastavaya gətirilmişdir. Zastavada, hələ təhqiqatçı zastavaya gəlməmişdən əvvəl onun, Şahid2 və digər sərhədçilərin, həm də Novruzun iştirakı ilə öz təşəbüsləri ilə bağlamaya baxış keçirilmiş, həmin vaxt Novruz bağlamada olan narkotik lərin ona aid olmasını etiraf etmişdir. Onda olan məlumata görə səhərisi günü (N mart 2023-cü il tarixdə) təhqiqatçı zastavaya gəlmiş və içərisində narkotik maddələr olan bağlama ot tayasının yanına aparılıb əvvəlki yerinə qoyulmuş, sonra təhqiqatçı tərəfindən Novruzun iştirakı ilə baxış keçirilərək bağlama ot tayasının altından götürülmüşdür. Səhərisi günü (N mart 2023-cü il tarixdə) təhqiqatçı tərəfindən ot tayasına baxış keçirilməsində və bağlamanın götürülməsində o, iştirak etməmişdir. Məhkəmə iclasında Şahid2 şahid Mirəli Seyidovun ifadəsinə ümumən uyğun ifadə vermiş, habelə o, ifadəsində göstərmişdir ki, o, 13 mart 2023-cü il tarixdə, gecə saatlarında 22-ci sərhəd zastavasının 21-ci sahəsində (Yardımlı rayonunun Deman kəndinin arxa istiqamətində) xidmətdə olarkən bir nəfər şəxsin mühəndis-texniki çəpəri keçməsi barədə məlumat daxil olmuş və o, Mirəli Seyidovla birlikdə Deman kəndinin arxa istiqamətində getmişlər. Sonra sərhədi pozan şəxsin Təqsirləndirilən şəxs olması barədə məlumatı Mirəli Seyidova kənd sakini Hilal demişdir. Bundan sonra Fərhadın həyətində olan ot tayasının altında bağlama aşkar olunmuş, sonra Novruz onlar tərəfindən tutulub zastavaya aparılmışdır. Zastavada olarkən Novruz elə ilk sorğuda bağlamada olan narkotik maddələrin ona məxsus olmasını bildirmişdir. Ot tayasının altından bağlama aşkar olunan vaxt (13 mart 2023-cü il tarixdə) o, orada olmuş, həmin bağlamanın götürülməsində o, Mirəli, Hilal və Novruz iştirak etmişlər. Zastavaya gətirildikdən sonra Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılıq hallarına yol verilməmişdir. Habelə Şahid2 verilən sualları cavablandıraraq ifadəsində göstərmişdir ki, ot tayasının altında aşkar olunmuş bağlama zastavaya gətirildikdən sonra, səhərisi günü hərbi hissənin tədqiqatçısı Saleh Həsənov zastavaya gəlmiş, sonra bağlama ot tayasının yanına aparılmış və tədqiqatçısı Saleh Həsənov ot tayasına onun. Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə baxış keçirib bağlamanı oradan götürmüşdür. Həmçinin tədqiqatçı Saleh Həsənov zastavada bağlamaya və narkotik vasitənin götürüldüyü əraziyə də (dağlıq əraziyə) baxış keçirmiş, həmin baxışda o, Təqsirləndirilən şəxs və hal şahidləri kimi Şahid4 və Taleh Orucuov da iştirak etmişlər. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonun Deman kəndində yaşayır, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla münasibətləri normal olmuşdur. 13 mart 2023-cü il tarixdə, gecə saatlarında həyətyanı sahəsində olan ayaqyolunda pəncərənin yanında dayanıb mobil telefonla danışarkən bir nəfər şəxsin pəncərənin yanından keçdiyini görüb çölə çıxmış, həmin şəxsin qonşusu, həm də qudası Şahid7 həyətinə girib orada olan ot tayasının altına “nəsə” gizlətdiyini müşahidə etmiş, bu şəxsə kim olması ilə bağlı səslənsə də, həmin şəxs cavab verməyib ona tərəf hərəkət etmiş, yaxınlaşanda həmin şəxsin qonşusu Novruz olmasını görmüş, Novruz da ona “yalvarıb” onu görməsini heç kimə deməməsini xahiş etmiş, o da Novruzdan Fərhadın həyətində nə etdiyini, ot tayasının altına nə qoyduğunu soruşmuş, Novruz da heç bir cavab veməyib evləri istiqamətdə qaçıb getmişdir. Bir az sonra sərhədçilər, onların içində tanıdığı sərhədçi Mirəli onun yanına gəlib sərhəddən kəndə tərəf adam qaçdığını, həmin şəxsi görüb-görmədiyini soruşmuş, o da həmin şəxsin həmkəndlisi Novruz olduğunu və qonşusu Fərhadın həyətində ot tayasının altına “nəsə” qoyduğunu demiş, bundan sonra Mirəligil Fərhadı çağırmış və onlar, yəni o, Fərhad, Mirəli və orada olan sərhədçilər gedib ot tayasının altına baxmışlar və tayanın altından çanta aşkar olunmuşdur. Sonra Mirəli və digər sərhədçilər ot tayasının altından çantanı götürüb getmişlər. Sonra o, icra nümayəndəsi Ərəstuna zəng edib bu barədə məlumat vermişdir. Mirəli və digər sərhədçilər tərəfindən ot tayasının altından çanta götürülərkən orada Novruz olmamışdır. Səhərisi günü (N mart 2023-cü il tarixdə) evdə olmadığından Novruzun Fərhadın həyətində olan ot tayasının yanına gətirilməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o,13 mart 2023-cü il tarixdə, gecə saatlarında yaşadığı evdə olarkən sərhədçi Mirəli adlı şəxs və qonşusu Hilal onu həyətə çağırmış, Mirəli həyətində olan ot tayasına baxış keçirmək istədiklərini demiş, o da etiraz etməmişdir. Sonra onun, Hilalın və Mirəlinin, həm də orada olan tanımadığı başqa sərhədçilərin iştirakları ilə həyətində olan ot tayalarına baxış keçirilmişdir. Baxış zamanı həyətində olan 4 ot tayasından ortada olan 3-cü tayanın altından bağlama aşkar olunmuşdur. Sərhədçilər bağlamaya baxıb içərisində narkotik maddələr olmasını demiş, sonra ondan bu bağlamanı ot tayasının altına kimin qoyduğunu soruşmuş, o da bundan məlumatı olmadığını bildirmişdir. Sonra sərhədçilər aşkar olunan bağlamanı götürüb getmişlər. Həmin vaxt Hilalın deməsindən ona məlum olmuşdur ki, bağlamanı ot tayasının altına qonşusu Novruz qoymuşdur. Ot tayasının altından bağlamanın götürülməsi zamanı orada o, Hilal və sərhədçilər olmuş, Novruz isə orada olmamışdır. N mart 2023-cü il tarixdə sərhədçilər yenidən həyətinə gəlmişlər, həmin vaxt Novruzu da həyətinə gətirmişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonun Deman kənd icra nümayəndəsi vəzifəsində işləyir. Deman kənd sakini Təqsirləndirilən şəxs tanıyır və münasibətləri normal olmuşdur. 13 mart 2023-cü il tarixdə, gecə saatlarında Deman kənd sakini Hilal ona zəng edib sərhəddə atışma olduğunu, sərhədçilərin dediyinə görə narkotiklə bağlı kiminsə sərhədi pozduğunu bildirmiş, sərhədi pozan şəxsin kim olduğunu soruşanda Hilal həmin şəxsin qonşusu Novruz olduğunu demişdir. Sonra sərhədçilərlə birlikdə Novruzu evdən çağırıb nə məsələ olduğunu soruşmuş, Novruz da heç nə bilmədiyini, məlumatı olmadığını demişdir. Sonra sərhədçi Mirəli və digər sərhədçilər tərəfindən onun, Hilalın və Fərhadın iştirakı ilə Fərhadın həyətində olan ot tayasına baxış keçirilmiş və ot tayasının altından torba aşkar edilmişdir. Bundan sərhədçi Mirəli və digər sərhədçilər tərəfindən Fərhadın həyətində olan ot tayasının altından torba götürülüb zastavaya aparılmış və orada torbaya onun iştirakı ilə baxış keçirilmişdir. Sərhədçilər tərəfindən ot tayasının altından torba götürülən vaxt Novruz orada olmamış, lakin zastavada torbaya baxış keçirilən vaxt Novruz da zastavada olmuşdur. Səhərisi günü (N mart 2023-cü il tarixdə) sərhədçilər tərəfindən ot tayasına və başqa bir əraziyə baxış keçirilməsində iştirak etməmişdir. Sonradan eşitdiyinə görə səhərisi günü (N mart 2023-cü il tarixdə) sərhədçilər Novruzu da ot tayasının yanına aparmışlar. O, yalnız zastavada torbaya baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. İşdə olan və ona təqdim olunan sənədlərdəki imzaların bir qismi ona məxsusdur, digər imzalar onun imzasına oxşayır.. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonun Deman kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir. Deman kənd sakini Təqsirləndirilən şəxs tanıyır və münasibətləri normal olmuşdur. O, N mart 2023-cü il tarixdə, gündüz saatlarında 22-ci sərhəd zastavasında torbaya baxışın keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Həmin vaxt baxışda Təqsirləndirilən şəxs, Şahid4 və sərhədçilər də iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik maddələrin ona məxsus olmasını deməsini eşitməmişdir. O, Fərhadın həyətindəki ot tayasının altından torbanın götürülməsində hal şahidi kimi iştirak etməmişdir. O, zastavada torbaya baxış keçirilməsində əvvəldən iştirak etməmiş, baxış sona çatan vaxt zastavaya çatıb baxışda iştirak etmişdır. Baxış zamanı torbanın içərisindən narkotik maddələr aşkar olunmuş, sonra sənədləşmə aparılmışdır. İşdə olan və ona təqdim olunan sənədlərdəki bəzi imzalar onun imzasına oxşayır, lakin hadisə yerinə baxış keçirmə protokolunda olan imza ona məxsus deyil. Məhkəmə iclasında Şahid X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. 13 mart 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs səhər saatlarında heyvanları otarmaq üçün çölə aparmış, axşam saatlarında evə qayıtmış və həmin vaxtdan sonra heç bir yerə getməmişdir. 13 mart 2023-cü il tarixdə, gecə saatlarında sərhədçilər Təqsirləndirilən şəxs tutub zastavaya aparmışlar. Həmin gün Novruzun axşamdan tutulan vaxtadək evdə olmasını özünün anası Xanımnənə və Novruzun qardaşı Məzahir də təsdiq edə bilərlər. Onlar Novruzun nəyə görə tutulmasını əvvəl bilməmiş, sonradan ona məlum olmuşdur ki, Novruz narkotiklə bağlı tutulmuşdur. Novruz narkotik maddələrdən istifadə etməmiş və narkotiklə bağlı işlərlə məşğul olmamışdır. Novruzun və ya digər ailə üzvlərindən kiminsə iranlı tanışları olmamış, yoxdur. Novruz tutulandan bir müddət sonra ona məlum olmuşdur ki, sərhədçilər Novruzu tutub zastavaya apardıqdan sonra onu döyüb işgəncə verib haradansa götürülmüş narkotik maddənin ona aid olmasını deməyə məcbur etmişlər. Bundan sonra o, əri Novruzun qanunsuz olaraq tutulması barədə dövlət orqanlarına və məhkəməyə müraciətlər etmişdir. Məhkəmə iclasında şahidlər X2 və X9 şahid Firzə Dadaşovanın ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid kimi ifadə vermiş təhqiqatçı X12 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissənin təhqiqatçı-hüquqşünası vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ilkin təhqiqat onun tərəfindən aparılmış və iş üzrə ilkin prosessual-təhqiqat sənədləri onun tərəfindən tərtib olunmuşdur. İlkin olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs sərhəd rejimi qaydalarını pozduğu üçün inzibati qaydada tutulmuşdur. Ona bir nəfər şəxsin tutulması barədə məlumat verilmiş və həmin vaxt gecə vaxtı olduğundan o, evində olmuşdur. Sonra hərbi hissəsinin 22-ci sərhəd zastavasına getmiş, orada ona məlum olmuşdur ki, 22-ci sərhəd zastavasının 21-ci sahəsində növbədə olan sərhədçi əsgərlər sərhəd xəttində qaraltı müşahidə edib səslər eşitmişlər. Daha sonra əməliyyatçılar gedib Təqsirləndirilən şəxs evdən götürüb zastavaya gətiriblər. Həmin günü (13 mart 2023-cü il tarixdə) o, Təqsirləndirilən şəxs izahatını almışdır. Sonra Təqsirləndirilən şəxs və hal şahidlərin iştirakı ilə gedib ot tayasının altından bağlama aşkar edilib götürülmüşdür. Həmçinin kənd icra nümayəndəsi, həm də ev sahibi olan şəxs də ot tayasından bağlamanın aşkar edilib götürülməsində iştirak etmişlər. Bundan sonra götürülmüş bağlamaya sərhəd zastavasında baxış keçirilmiş, daha sonra sənədləşmə işləri aparılmışdır. X20 verilən sualları cavablandıraraq ifadəsində göstərmişdir ki, iş üzrə hadisə yerinə baxış keçirmə və götürmə istintaq hərəkətinin hansı tarixdə və hansı gündə keçirilməsini xatırlamır. Ot tayasından bağlama aşkar olunanda videoçəkiliş aparmamış, amma fotoşəkillər çəkilmişdir. Daha əvvəl, yəni özü həmin yerə getməmişdən əvvəl əməliyyatçılar tərəfindən bağlama aşkar edilmiş, sonra o da həmin yerə gedəndə bağlamalar ot tayasının altında olmuş və o, Fərhad adlı şəxsin həyətindəki ot tayasının altından bağlamanı əməliyyatçı Mirəli və hal şahidlərinin iştirakı ilə götürüb zastavaya aparmışdır. Zastavada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar olunmuş bir ədəd mobil telefon iş materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs telefonunda İran operatoruna məxsus telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs telefonunda iki sim nömrə olmuş və həmin nömrələrdən biri İran operatoruna məxsus olmuşdur. Təqsirləndirilən şəxs üzərində gözlə gürünən zədə və xəsarət izləri görmədiyindən bununla bağlı sənədləşmə aparmamışdır. Ot tayası Fərhadın həyətində olduğundan baxış keçirilməsi üçün Fərhadın ərizəsi alınmış, lakin baxış protkoluna Fərhadın adı daxil edilməmişdir. İşdə olan, DSX-nin SQ-nın N saylı hərbi hissənin komandirinin N mart 2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, 13 mart 2023-cü il tarixdə, saat 21:55-də sərhəd naryadı tərəfindən 22-ci sərhəd zastavasının 21-ci sahəsində yerləşən 102/2 nömrəli sərhəd nişanından təqribən 100 metr sağa, mühəndis çəpərindən təqribən 30-40 metr dövlət sərhəd xətti istiqamətində bir nəfərə məxsus qaraltı müşahidə olunmuş və sərhəd naryadı əlverişli mövqe seçərək həmin şəxsə “Dayan” komandası vermiş, lakin qanuni tələbə məhəl qoymayan həmin şəxs mühəndis çəpəri keçib Yardımlı rayonun Deman kəndinə doğru qaçmış, dərhal sərhəd zastavası və 4-cü sərhəd komendantlığı “Silaha” komandasına qaldırılmış, nəticədə saat 22:10-da Deman kəndində evlərin birində gizlənmiş, Deman kənd sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan əlavə Deman kənd sakini Şahid7 yaşadığı evin həyətində bir ədəd bağlama aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş bağlamanı dövlət sərhəd xətti yaxınlığından götürdüyünü və Fəhad Əliyevin həyətinə gətirib gizlətdiyini etiraf etmişdir. İşdə olan, “İnzibati qaydada tutma haqqında” və “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında”13 mart 2023-cü il tarixli protokollarla müəyyən edilir ki, həmin tarixdə, saat 22:30-da DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı vəzifəsini icra edən gizir Saleh Həsənov tərəfindən Yardımlı rayonun Deman kənd sakini Təqsirləndirilən şəxs inzibati xəta törətdiyinə görə İnzibati Xətalər Məcəlləsinin 570-ci maddəsinə əsasən (Sərhədboyu rejimin pozulması) inzibati qaydada tutulmuş, habelə hal şahidləri Şahid4 və Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı ondan bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilib götürülmüşdür. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” N mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 00:05-dən saat 00:40-dək olan müddətdə DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı Saleh Həsənov tərəfindən “inzibati qaydada tutulan şəxs” Təqsirləndirilən şəxs, DSX-nin əməkdaşı leytenant Şahid2 və hal şahidləri Şahid4 və Şahid5 iştirakı ilə Yardımlı rayonun Deman kənd sakini Şahid7 yaşadığı evin həyətində olan ot bağlamalarının (tayasının) olduğu əraziyə baxış keçirilmişdir. Baxış zamanı ot bağlamalarının (tayasının) altından sarı rəngli bağlama (torba) aşkar edilib götürülmüşdür. Həmin bağlamanın (torbanın) içərisində 6 ədəd (5 ədəd qara rəngli alt hissəsindən üst hissəsinə doğru şəffaf rəngli yapışqan lentlə sarınmış və 1 ədəd qara rəngli polietilen paketə bükülmüş halda) bağlamaların olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs aşkar olunmuş bağlamanı “Bəhruz” adlı İran vətəndaşının göndərdiyini və özünün həmin bağlamanı əldə edib gizlətdiyini bildirmişdir. İşdə olan, “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” N mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 01:50-dən saat 02:40-dək olan müddətdə DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı Saleh Həsənov tərəfindən Yardımlı rayonun Deman kənd sakini Təqsirləndirilən şəxs, DSX-nin əməkdaşı leytenant Şahid2 və hal şahidləri Şahid4 və Şahid5 iştirakı ilə Deman kənd sakini Şahid7 yaşadığı evin həyətindəki ot tayasının altından aşkar olunaraq götürülmüş bir ədəd sarı rəngli bağlamaya baxış keçirilmişdir. Baxış zamanı bağlamanın içərisində 6 ədəd (5 ədəd qara rəngli alt hissəsindən üst hissəsinə doğru şəffaf yapışqan lentlə sarınmış və 1 ədəd qara rəngli polietilen paketə bükülmüş halda) bağlamalar və bağlamaların içərisində narkotik vasitə olan tiryəkə, narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” N mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 08:00-dan saat 08:35-dək olan müddətdə DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı Saleh Həsənov tərəfindən Yardımlı rayonun Deman kənd sakini Təqsirləndirilən şəxs, DSX-nin əməkdaşı leytenant Şahid2 və hal şahidləri Şahid4 və Şahid5 iştirakı ilə DSX-nin SQ-nın N saylı hərbi hissəsinin Yardımlı rayonunun Deman kəndinin ərazisində yerləşən 22-ci sərhəd zastavasının 21-ci sahəsi, 102/2 nömrəli sərhəd nişanından 100 metr sağa olan əraziyə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerində bir nəfərə məxsus ayaq izləri aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin ayaq izlərinin ona məxsus olduğunu və “Bəhruz” adlı şəxsin göndərdiyi içərisində narkotik vasitə olan bağlamanı həmin yerdən götürdüyünü bildirmişdir. İşdə olan, məhkəmə-fiziki və kimyəvi ekspertizasının 15 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “2003 nömrəli hərbi hissə LİTR Ş” dairəvi möhür əksi olan çantadakı 1 ədəd bükümdə təmiz çəkisi 894,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 982,7 qram, 997,4 qram, 987,1 qram, 979,4 qram ümumi təmiz çəkisi 3946,6 qram (3 kq 946,6 qram) ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 ədəd bükümdə təmiz çəkisi 928 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 894,2 qram, qalıq metamfetamin 3946,4 qram və qalıq tiryək 927,9 qramdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 894,2 qram heroin, qalıq 3946,4 qram metamfetamin və qalıq 927,9 qram tiryək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsininin 16 oktyabr 2024-cü il və Bakı İstintaq Təcridxanasının 30 noyabr 2024-cü il tarixli məlumatları ilə müəyyən edilir ki, Dadaşov X4 RPİ-nin X13 və Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində “Sol gözaltı və sağ diz nahiyəsində bənövşəyi rəngli qançır, sağ budunun arxa səthində yumşaq toxumaların əziyi, sol budunun arxa səthində uzunluğu 4,0 sm olan qartmaqla yara” xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli rəyinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxsnın adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən Təqsirləndirilən şəxsnın bədəni üzərində “Sol gözaltı və sağ diz nahiyəsində bənövşəyi rəngli qançır, sağ budunun arxa səthində yumşaq toxumaların əziyi, sol budunun arxa səthində uzunluğu 4,0 sm olan qartmaqla yara” aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdilər, törənmə müddətləri 17 mart 2023-cü il tarixdə Bakı İstintaq təcridxanasında X18 baxış keçirilməsindən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 avqust 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmaması əsası) ilə rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Mirəli Seyidov, Şahid2, Şahid6, Şahid7, Şahid4, Şahid5, Firzə Dadaşova, Məzahir Dadaşov və Xanımnənə İmanovanın ifadələrini törədilmiş cinayət hadisələrinə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti (CM-nin 206.3.2-ci maddəsi), eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətinin (CM-nin 234.4.1 və 234.4.3-cü maddələr) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs iştirakını istisna edən sübutlar kimi də qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsi, həm də ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 05 may 2023-cü il tarixli ifadəsi (həmkəndlisi Şahid7 həyətində olan ot bağlamalarının altına içərisində narkotik və psixotrop maddələr olan torbanın onun tərəfindən gizlədilməməsi, həmin torbada aşkar olunmuş narkotik və psixotrop maddələrin ona məxsus olmaması, sərhəd xidməti əməkdaşları tərəfindən döyülməsi və işgəncələr verilməsi nəticəsində onun torbada aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olmasını deməyə məcbur edilməsinə dair ifadələr) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət vermiş sübutlarla, yəni şahidlər Mirəli Seyidov, Şahid2, Şahid6, Şahid7, Şahid4 və Şahid5 ifadələri (içərisində narkotik və psixotrop maddələr olması güman edilən bir ədəd çantanın ot tayasının altından götürülməsinə aid hallar istisna olunmaqla), eləcə də şahidlər Firzə Dadaşova, Məzahir Dadaşov və Xanımnənə İmanovanın ifadələri, məhkəmə tibbi ekpertizasının rəyi, digər sənəd və iş materialları ilə təsdiq olunduğundan sübut kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 14 və 15 mart 2023-cü il tarixli ifadələri (verilmiş ittihamda göstərilən halları təsdiq etməsinə dair) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət vermiş sübutlarla, yəni şahidlər Mirəli Seyidov, Şahid2, Şahid6, Şahid7, Şahid4 və Şahid5 ifadələri (içərisində narkotik və psixotrop maddələr olması güman edilən bir ədəd çantanın ot tayasının altından götürülməsinə aid hallar istisna olunmaqla), məhkəmə tibbi ekpertizasının rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 05 may 2023-cü il tarixli ifadəsi, həm də məhkəmədə verdiyi ifadəsi ilə təsdiq olunmadığından, eləcə də işin faktiki hallarına uyğun olmadığından, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəaları nəzərə alınaraq sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara da huquqi qiymət vermişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs ilkin ifadəsinə, habelə şahidlər Mirəli Seyidov, Şahid2, Şahid6, Şahid7, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrə əsaslanaraq Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi qənaətinə gələrək ona bu maddələrlə ittiham verilmiş və verilmiş həmin ittihamda göstərilir ki, Təqsirləndirilən şəxs İran vətəndaşı olması güman edilən “Bəhruz” adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmış, sonra aralarında olan razılaşmaya əsasən “Bəhruz” adlı şəxs külli miqdarda narkotik və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirib Yardımlı rayonunun Deman kəndinin ərazisində olan dağlıq sahədə (DSX-nin N saylı hərbi hissəsinin 22-ci sərhəd zastavasının 21-ci sahəsində) həmin madələri gizlədib və bu barədə Təqsirləndirilən şəxs məlumat verildikdən sonra, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə, saat 21 radələrində həmin yerə (Yardımlı rayonunun Deman kəndinin ərazisində yerləşən N saylı hərbi hissəsinin 22-ci sərhəd zastavasının 21-ci sahəsinə) gedib gizlədildiyi yerdən külli miqdarda narkotik və psixotrop maddələri götürməklə əldə edib, saxlayıb daşıyaraq yaşadığı Yardımlı rayonunun Deman kəndinə aparıb Deman kənd sakini Şahid7 yaşadığı evin həyətindəki ot bağlamalarının altında gizlətmiş, daha sonra DSX-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Yardımlı rayonun Deman kənd sakini Şahid7 yaşadığı evin həyətindəki ot bağlamalarının altından həmin maddələr aşkar edilib götürülmüşdür. Məhkəmə istintaq orqanın bu ittihamın verilməsinə əsaslandığı sübutları (təqsirləndirilən şəxsin ilkin ifadəsi və adı çəkilən şahidlərin ifadələri) məhkəmədə tədqiq edib belə nəticəyə gəlir ki, həmin sübutlar kifayət qədər mötəbər hesab edilə bilməz. Belə ki, həmin sübutlarla Təqsirləndirilən şəxs İran vətəndaşı olması güman edilən “Bəhruz” adlı şəxslə hər hansı formada əlaqə saxlaması, onunla aralarında cinayətkar razılaşmasının əldə olunması, “Bəhruz” adlı şəxsin narkotik və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasının ərazisinə keçirib Yardımlı rayonunun Deman kəndinin ərazisində olan dağlıq sahədə (DSX-nin N saylı hərbi hissəsinin 22-ci sərhəd zastavasının 21-ci sahəsində) həmin maddələri gizlətməsi, sonra bu barədə Təqsirləndirilən şəxs məlumat verməsi, bundan sonra Təqsirləndirilən şəxs həmin yerə gedib narkotik və psixotrop maddələri götürüb yaşadığı Yardımlı rayonunun Deman kəndinə aparması nə birbaşa, nə də dolayısı ilə təsdiq olunmur (bu halları təsdiq edən yeganə sübüt kimi təqsirləndirilən şəxsin özünün əleyhinə verdiyi ilkin ifadələr götürülsə də, həmin ifadələr təqsirləndirilən şəxsdən zorakılıq, işgəncə, hədə-qorxu, qeyriinsani və ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməklə alındığından məhkəmə həmin ifadələri CPM-nin 125.2.2-ci maddəsinə əsasən sübut kimi qəbul etməmişdir) və məhkəmə bu xüsusatları tam formal xarakterli mülahizələr kimi qiymətləndirir. Həmçinin Təqsirləndirilən şəxs içərisində narkotik və psixotrop maddələr olması güman edilən çantanı Deman kənd sakini Şahid7 yaşadığı evin həyətindəki ot tayasının altında gizlətməsi dolayısı olaraq (Şahid6 ifadəsinə əsasən Təqsirləndirilən şəxs Şahid7 yaşadığı evin həyətindəki ot bağlamalarının altına “nəsə” gizlətməsi ilə) təsdiq olunmasında müəyyən şübhələr olduğundan (təqsirləndirilən şəxslə həmin şahidin arasında şəxsi münasibətlər zəminində münasibətlərin pis olması, əksinə şahidin əməliyyatçılarla yaxşı əlaqələrin olması və s.) və bu şübhənin digər sübutlarla aradan qaldırmaq mümkün olmadığına görə məhkəmə Şahid6 ifadəsini CPM-nin 145.3-cü maddəsinə (İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir) əsasən mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda şahidlər Mirəli Seyidov, Şahid2, Şahid7 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs Şahid7 yaşadığı evin həyətindəki ot tayasının altına “nəsə”, yəni içərisində narkotik və psixotrop maddələr olması güman edilən çantanı gizlətməsinə dair göstərilənlər Şahid6 dediklərinə əsaslanmaqla bildirildiyindən məhkəmə bu şəxslərin ifadələrində göstərilən halları CPM-nin 126.3-cü maddəsinə (Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz) əsasən, həm də Şahid6 ifadəsinin sübut kimi qəbul edilməməsi nəzərə alınaraq mötəbər sübut kimi qəbul etmir. Bundan başqa iş üzrə təhqiqat orqanı tərəfindən tərtib olunmuş və istintaq orqanı tərəfindən ittihamyönlü sübut kimi qiymətləndirilmiş prosessual sənədlərə, o cümlədən “Hadisə yerinə baxış keçirilməsi haqqında” (maddi sübut olan narkotik və psixotrop maddələrin ot tayasının altından götürülməsi barədə), “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” (götürülmüş narkotik və psixotrop maddələrə baxış barədə) və “Hadisə yerinə baxış keçirilməsi haqqında” (narkotik və psixotrop maddələrin qoyulduğu əraziyə baxış və həmin ərazidə ayıq izlərinin aşkar edilməsinə aid) N mart 2023-cü il tarixli protokollara məhkəmə CPM-nin 125-ci (Sübutların mümkünlüyü) və 236-cı (Baxış) maddələrinin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sənədlər ittihamyönlü sübutlar kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışında şahidlər Şahid4 və Şahid5 (iş üzrə hal şahidləri), habelə Mirəli Seyidov, Şahid6 və Şahid7, eləcə də Təqsirləndirilən şəxs ifadələrində bildirmişlər ki, onlar ot tayasının altından çantanın (içərisində narkotik və psixotrop maddələr olması güman edilən) təhqiqatçı tərəfindən götürülməsində, zastavasının sərhəd ərazisinə (22-ci sərhəd zastavasının 21-ci sahəsi, 102/2 nömrəli sərhəd nişanından 100 metr sağa olan əraziyə) baxışın keçirilməsində, götürülmüş çantaya baxışın keçirilməsində (protokolda göstərilən vaxtarda) bilavasitə iştirak etməmişlər, həmçinin içərisində narkotik və psixotrop maddələr olması güman edilən çanta götürülüb zastavaya gətirildikdən sonra Şahid4 və Şahid5 zastavaya sonradan gəlmişlər və çantanın içərisindən nələrin aşkar olunmasını dəqiq görməmişlər. Şahidlər Şahid4 və Şahid5 əlavə olaraq bildirmişlər ki, onlara təqdim olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında”, “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” və “Hadisə yerinə baxış keçirilməsi haqqında” N mart 2023-cü il tarixli protokollarda adlarının qarşısında olan imzalar onlara məxsus deyil, eyni zamanda həmin imzaların onların imzasına oxşamasını bildirərək ziddiyyətli ifadələr vermişlər. Həmçinin məhkəmə baxında şahidlər Mirəli Seyidov və Şahid2 ifadələrində bildirmişlər ki, 13 mart 2023-cü il tarixdə, saat 22 radələrində Şahid6 məlumatından və Şahid7 yaşadığı evin həyətindəki ot bağlamalarının altında bir ədəd çanta (içərisində narkotik və psixotrop maddələr olması güman edilən) aşkar edilib içərisinə baxıldıqdan sonra onlar tərəfindən həmin çanta götürülüb (qeyri-rəsmi, kortəbii olaraq) 22-ci sərhəd zastavasına aparılmış, bir müddət sonra (N mart 2023-cü il tarixdə, saat 01 radələrində) təhqiqatçı Saleh Həsənov zastavaya gəlmiş və bundan sonra içərisində narkotik və psixotrop maddələr olması güman edilən bir ədəd çanta zastavadan götürülüb Şahid7 yaşadığı evin həyətində olan ot tayasının altına qoyulmuş, daha sonra təhqiqatçı Saleh Həsənov tərəfindən müvafiq protokol tərtib olunmaqla içərisində narkotik və psixotrop maddələr olması güman edilən bir ədəd çanta götürülmüşdür. Məhkəmədə şahid kimi ifadə vermiş təhqiqatçı Saleh Həsənovun ifadəsində göstərdiyi xüsusuatlar, yəni onun tərəfindən (N mart 2023-cü il tarixdə, saat 00:05-dən 00:40-dək olan vaxt ərzində) əməliyyatçı Mirəli Seyidovun, evin sahibi Şahid7 və hal şahidlərinin (Şahid4 və Şahid5) iştirakları ilə ot tayasına baxış keçirib tayanın altından bir ədəd çantanın aşkar edilib götürülməsi, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilməsi, zastavada Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı götürülmüş bir ədəd mobil telefonda İran operatoruna məxsus telefon nömrəsinin olması, həmin telefonda olan iki sim nömrədən birinin İran operatoruna məxsus olması, Təqsirləndirilən şəxs üzərində gözlə gürünən zədə və xəsarət izlərinin olmamasına dair hallar bilavasitə şahidlər Mirəli Seyidov, Şahid7, Şahid4 və Şahid5, eləcə də Təqsirləndirilən şəxs ifadələri ilə, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasını təsdiq edən tibbi sənədlərlə, telefon danışıqlarına dair məlumatlar (həmin məlumatlarda İrana aid heç bir nömrə aşkar edilməmişdir), ekspert rəyi (“Samsung” mobil telefonunda olan məlumatların aşkar edilməsi üzrə keçirilmiş məhkəmə-kopmüter texniki ekspertizasının rəyi), eləcə də istintaq orqanın “Mobil telefona baxış keçirilmsi haqqında” 15 mart 2023-cü il tarixli protokolla (Təqsirləndirilən şəxs məxsus “Samsung” mobil telefonuna baxış keçirilmiş və telefonda İrana aid sim nömrə və ya İrana aid telefon nömrəsinin yazılması faktları aşkar edilməmişdir) tam təkzib olunduğundan məhkəmə təhqiqatçı Saleh Həsənovun ifadəsində yuxarıda göstərilən halları sübut kimi qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində, eləcə də ibtidai istintaq zamanı verdiyi 05 may 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, DSX-nin əməkdaşları tərəfindən 13 mart 2023-cü il tarixdə, saat 22 radələrindən evindən çağırılıb tutulub sərhəd zastavasına aparılmış və orada qarşısına qoyulmuş bir ədəd çantanın içərisində olan narkotik maddələrin ona (Təqsirləndirilən şəxs) məxsus olmasını bildirməsi ondan tələb edilmiş, lakin o, bunu etiraz etdiyi üçün əməliyyatçı kimi tanıdığı şəxslər tərəfindən məişət otağına aparılıb orada döyülərək fiziki zorakılığa və işgəncəyə məruz qalmış, bundan sonra işgəncələrə dözməyib çantanın içərisində olan narkotik maddələrin özünə məxsus olmasını bildirib əməliyyatçıların dediyi kimi əvvəl izahat, sonra ifadə vermiş, daha sonra isə ifadə verib əvvəlki izahat və ifadəsində göstərilənlərin yalan olduğunu, sərhədçilərin ona qarşı zorakılıq halları, döyüldüyü üçün belə ifadə verdiyini bildirib, aşkar olunmuş narkotik maddələrin ona heç bir aidiyyəti olmadığını, “Bəhruz” adlı iranlı şəxsi tanımadığı və heç bir iranlı ilə əlaqəsinin olmadığını, həmkədlisi Hilalın onu həyətində və Fərhadın həyətində olan ot tayasının altına “nəsə” qoymasının görməsi ilə bağlı dediklərinin yalan və böhtan olması, bir neçə il əvvəl aralarında “torpaq” məsələsi ilə bağlı mübahisələri olduğundan Hilalla aralarında düşmənçilik münasibətinin olması və bu səbəbdən də Hilalın ona qarşı belə böhtan xarakterli ifadə verməsini, həmkəndlisi Fərhadın həyətində olmaması və onun həyətində olan ot tayasının altına “nəsə”, o cümlədən içərisində narkotik maddələr olan çanta qoymaması, sərhədçilər tərəfindən Fərhadın həyətindəki ot tayasının altından çantanın götürülməsində iştirak etməməsi, sərhəd zastavasına aparıldıqdan sonra təhqiqatçı tərəfindən onun və həmkəndliləri Şahid4 və Şahid5 iştirakı ilə çantaya baxışın keçirilməməsi, sərhədçilər tərəfindən dağlıq əraziyə aparılarkən orada insana məxsus ayaq izlərini görməməsi və guya orada aşkar edilən ayaq izlərinin özünə məxsus olmasını deməməsini göstərmişdir. Bundan başqa məhkəmənin sorğusu əsasında Bakı İstintaq Təridxanasından və Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş tibbi kitabçaların kserosurtləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs X13 və istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində “Sol gözaltı və sağ diz nahiyəsində bənövşəyi rəngli qançır, sağ budunun arxa sthində yumşaq toxumaların əziyi, sol budunun arxa səthində uzunluğu 4,0 sm olan qartmaqla yara” xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin tutulub zastavaya aparıldıqdan sonra əməliyyatçı Mirəli Seyidov və digər sərhədçilər tərəfində döyülməsi nəticəsində aldığını bildirmiş, şahidlər (əməliyyatçılar) Mirəli Seyidov və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs saxlanılıb zasatavaya aparıldıqdan sonra ona qarşı heç bir zorakılıq hallarına yol verilmədiyini göstərmişlər. Həmçinin məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxsnın bədəni üzərində “Sol gözaltı və sağ diz nahiyəsində bənövşəyi rəngli qançır, sağ budunun arxa səthində yumşaq toxumaların əziyi, sol budunun arxa səthində uzunluğu 4,0 sm olan qartmaqla yara” xəsarətlərinin aşkar olunması və həmin xəsarətlərin törənmə müddətinin 17 mart 2023-cü il tarixdə BİT-nın X18 baxış keçirilməsindən 2-3 gün əvvələ (14 və 15 mart 2023-cü il tarixlərə) uyğun gəlməklə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələrinin təyin edilməməsi göstərilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avrop Konvensiyasının 3-cü maddəsində göstərilmişdir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Boyuid Belçikaya” qarşı iş üzrə 28 sentyabr 2015-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini qoruyur. Həqiqətən də işgəncə və qeyri- insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın qadağan olunması sivilizasiyanın dəyəridir və insan ləyaqətinə hörmətlə sıx əlaqədardır. Hətta ən çətin şəraitdə belə, məsələn, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı, Konvensiya işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışı və ya cəzanı bu davranış və ya cəzaya məruz qalan şəxsin əməllərindən asılı olmayaraq, mütləq şəkildə qadağan edir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərlə bağlı prokurorluq tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktının təsdiq olunmaması nəticəsinin ittiham tərəfinin sübut kimi qəbul edilməsini əsaslı hesab etmir, eyni zamanda Təqsirləndirilən şəxs işgəncəyə və ya zorakılığa məruz qalması nəticəsində etirafedici ifadə verməsinə dair müdafiə tərəfin mövqeyi əsaslı hesab edir. Bundan başqa DSX-nin əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə müvafiq xəsarətlərin yetirilməsi barədə şikayətin rədd edilməsinə dair cinayət prosesini həyata keçirən orqanın qanuni qüvvədə olan qərarının mövcud olması bununla bağlı məsələlərin məhkəmə baxışı zamanı araşdırılmasının qarşısını almır. Belə ki, Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, məhkəmə hesab edir ki, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 avqust 2023-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilən xəsarətlərin cinayət hesab edilməməsi barədə qərarı həmin məsələnin məhkəmə baxışında təkrar araşdırılmasını (cinayət təqibi halları istisna olmaqla) və nəzərə alınmasını istisna etmir. Həmçinin məhkəmə tədqiq olunmuş digər sübutlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent əhəmiyyətli hüquqi mövqeyinə uyğun olaraq aşağıdakıları qeyd edir. Belə ki, “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub olmadığıdır. ...Qərarın 69-cu bəndində göstərilir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, ... yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. ...beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyat keçirilməlidir. Göründüyü kimi, hazırki cinayət işində 13 mart 2023-cü il tarixdə, saat 22 radələrində Şahid6 məlumatından sonra DSX-nin əməkdaşları tərəfindən Şahid7 yaşadığı evin həyətindəki ot bağlamalarının altında bir ədəd çanta (içərisində narkotik və psixotrop maddələr olması güman edilən) aşkar edilib içərisinə baxıldıqdan sonra həmin çanta götürülüb (qeyri-rəsmi, kortəbii olaraq) 22-ci sərhəd zastavasına aparılması, bir müddət sonra (N mart 2023-cü il tarixdə, saat 01 radələrində) təhqiqatçı Saleh Həsənov zastavaya gəlib və bundan sonra içərisində narkotik və psixotrop maddələr olması güman edilən bir ədəd çantanın zastavadan götürülüb Şahid7 yaşadığı evin həyətindəki ot tayasının altına qoyulması, daha sonra təhqiqatçı Saleh Həsənov tərəfindən müvafiq protokol tərtib olunmaqla içərisində narkotik və psixotrop maddələr olması güman edilən bir ədəd çantanın götürülməsi yuxarıda tədqiq edilmiş sübutlarala işin mübahisəsiz hallarıdır. Bununla da faktiki olaraq Şahid7 yaşadığı evin həyətindəki ot tayasının altından götürülmüş bir ədəd çanta (içərisində narkotik və psixotrop maddələr olması güman edilən) yuxarıda göstərilən müddətdə sərhəd xidməti əməkdaşlarının tam nəzarəti altına keçdiyindən təxminən üç saat və ya daha çox müddətdə, yəni N mart 2023-cü il saat 01 radələrində yenidən zastavadan həmin aşkar edildiyi yerə gətirilərək, eyni zamanda protokolun tərtibi zamanı faktiki olaraq təqsirləndirilən şəxsin və hal şahidlərinin iştirakları belə təmin edilmədən rəsmiləşdirilmişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitə və psixotrop maddələrin ona aid olmaması ehtimalına əsas verməklə, sərhəd xidməti əməkdaşlarının tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin və psixotrop maddənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “bir ədəd çanta (içərisində narkotik və psixotrop maddələr olması güman edilən)” ilə bağlı “Hadisə yerinə baxış keçirilməsi haqqında” (maddi sübut olan narkotik və psixotrop maddələrin ot tayasının altından götürülməsi barədə), “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” (götürülmüş narkotik və psixotrop maddələrə baxış barədə) və “Hadisə yerinə baxış keçirilməsi haqqında” (narkotik və psixotrop maddələrin qoyulduğu əraziyə baxış və həmin ərazidə ayaq izlərinin aşkar edilməsinə aid) N mart 2023-cü il tarixli istintaq hərəkətləri, onun nəticəsində aparılan protokollaşmaların sübut kimi mötəbərliyi şübhə altına alınır. Bu hal yuxarıda qeyd edilən Avropa Məhkəməsinin Azərbaycana qarşı olan president xarakterli qərarlarındakı hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən bu Məcəllənin 125.2.1-125.2.8-ci maddələrdə göstərilən hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Beləliklə, hazırki cinayət işi üzrə təhqiqat və istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsində (zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə) və 125.2.7-ci maddəsində (istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda) göstərilən qaydada əldə edilmiş sübutlar, yəni “Hadisə yerinə baxış keçirilməsi haqqında” (maddi sübut olan narkotik və psixotrop maddələrin ot tayasının altından götürülməsinə dair), “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” (götürülmüş narkotik və psixotrop maddələrə baxış barədə), “Hadisə yerinə baxış keçirilməsi haqqında” (narkotik və psixotrop maddələrin qoyulduğu əraziyə baxış və həmin ərazidə ayaq izlərinin aşkar ediləsinə aid) N mart 2023-cü il tarixli protokollar, şübhəli şəxs Təqsirləndirilən şəxs N mart 2023-cü il tarixli izahatı və ifadəsi, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixli ifadəsi, habelə kifayət qədər araşdırma aparılmadan formal olaraq (Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasına baxmayaraq cinayət hadisəsinin olmaması əsası ilə) qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 08 avqust 2023-cü il tarixli qərar sübut kimi qəbul edilməməlidir. Eyni zamanda DSX-nin əməkdaşları tərəfindən 13 mart 2023-cü il tarixdə, saat 22 radələrində Şahid7 həyətində olan ot tayasının altında bir ədəd çanta (içərisində narkotik və psixotrop maddələrin olması güman edilən) aşkar etdikdən sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakları olmadan, habelə videoçəkiliş aparılmadan ot tayasının altından götürülüb zastavaya aparılması, N mart 2023-cü il tarixdə, saat 01 radələrində həmin çantanın Şahid7 həyətində olan ot tayasının altına qoyulub yenidən təhqiqatçı tərəfindən hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakları olmadan, habelə videoçəkiliş aparılmadan götürülməsinə dair halları özündə ehtiva edən sübutları məhkəmə təhlil edib belə nəticəyə gəlir ki, qeyd olunan çanta 13 mart 2023-cü il tarixdə, saat 22 radələrindən N mart 2023-cü il saat 01 radələrinədək (təxminən üç saat, tam həqiqətdə isə daha çox) DSX-nin əməkdaşlarının sərəncəmında olmaqla həmin müddətdə çantaya kənar müdaxilənin mümkünlüyü nəzərə alınaraq ilkin olaraq götürülərkən çantanın içərisində məhz narkotik və psixotrop maddələrin olması məlum deyil və məhkəməyə həm də dəqiq məlum deyil ki, DSX-nin əməkdaşları tərəfindən 13 mart 2023-cü il tarixdə, saat 22 radələrində Şahid7 həyətində olan ot tayasının altında aşkar edilib götürülmüş bir ədəd çantanin içərisində ittihamda göstərilən növdə və miqdarda narkotik və psixotrop maddələr və yaxud başqa əşya və ya predmetlər olmuşdur. Ona görə də məhkəmə DSX-nin əməkdaşları tərəfindən 13 mart 2023-cü il tarixdə, saat 22 radələrində Şahid7 həyətindəki ot tayasının altından aşkar edilib götürülmüş bir ədəd çantanin içərisində ittihamda göstərilən növdə və miqdarda narkotik və psixotrop maddələrin olmasına təsdiq edən sübutları, qeyd olunanan hallarla bağlı şahidlər Mirəli Seyidov, Şahid2, Şahid6, Şahid7, Şahid4 və Şahid5 ifadələrini, şübhəli şəxs Təqsirləndirilən şəxs N mart 2023-cü il tarixli izahatı və ifadəsi, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixli ifadəsi, “Hadisə yerinə baxış keçirilməsi haqqında” (maddi sübut olan narkotik və psixotrop maddələrin ot tayasının altından götürülməsinə dair), “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” (götürülmüş narkotik və psixotrop maddələrə baxış barədə), “Hadisə yerinə baxış keçirilməsi haqqında” (narkotik və psixotrop maddələrin qoyulduğu əraziyə baxış və həmin ərazidə ayaq izlərinin aşkar ediləsinə aid) N mart 2023-cü il tarixli protokolların sübut kimi qəbul edilib Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilməsini mümkünsüz hesab edir, eyni zamanda iş üzrə toplanmış digər sübutlar isə Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli olmasının təsdiqi üçün kifayət qədər deyildir. Həmçinin məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, ittiham tərəfin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dair təqdim etdiyi sübutlar mahiyyəti etibarilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil. Ona görə də bu sübutlar mənbəyi etibarilə mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən heç bir mötəbər sayıla bilən sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-nin 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayətləri ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X5 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddısinəəsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə heyəti cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaətinə gəldiyindən və cinayəti törətmiş şəxslər müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq 894,2 qram narkotik vasitə olan heroin, qalıq 927,9 qram narkotik vasitə olan tiryək və qalıq 3946,4 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılmalıdır. Habelə cinayət işi ilə bağlı istintaq orqanı tərəfindən götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq 894,2 qram narkotik vasitə olan heroin, qalıq 927,9 qram narkotik vasitə olan tiryək və qalıq 3946,4 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılsın. Habelə cinayət işi ilə bağlı istintaq orqanı tərəfindən götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə olan məhkəmə xərclərinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar