Məhkəmə qərarları › İş №1(099)-80/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-80/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-80/2023 24.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2006-cı ildə Yardımlı rayonu, Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən İİR-də olan digər şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İİR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə digər şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdiyi külli miqdarda 13499,6 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3041,799 çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 9796,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri qoyulduğu ünvandan digər şəxsin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə psixotrop maddə metamfetaminin külli miqdarda 24,299 qram çəkidə hissəsini üzərində, qalan külli miqdarda 13499,6 qram çəkidə narkotik vasitə heroini, 3017,5 qram çəkidə psixotrop maddə metamfetamini və 9796,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Yardımlı rayonu, Məlikli kəndində meşəlik əraziyə daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə saat 20:30-da Yardımlı rayonu, Məlikli kəndi ərazisində nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq həmin kəndin Azərbaycan Respublikası ilə İİR-nın dövlət sərhədinin yaxınlığında yerləşən meşə ərazisində həmin gün saat 20:45-dən etibarən baxış keçirilərkən Təqsirləndirilən şəxs meşəlik ərazidə ağac və kolların arasında gizlətdiyi 02 ədəd qara rəngli sellofan torbanın içərisindən ümumilikdə 14 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 502,6 qr, 505 qr, 494,8 qr, 502 qr, 510,8 qr, 507 qr, 474,9 qr, 475 qr, 428,6 qr, 470 qr, 462 qr, 2017 qr, 1832 qr və 615 qr olmaqla ümumi təmiz çəkisi 9796,7 qram öz aralarında tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 14 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1001,4 qr, 1001,4 qr, 1011,2 qr, 1001,6 qr, 1001,7 qr, 1001,0 qr, 1001,6 qr, 1006,3 qr, 1008,7 qr, 1006,1 qr, 1005,0 qr, 1005,0 qr, 1006,5 qr və 442,1 qr olmaqla ümumi təmiz çəkisi 13499,6 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə heroin və 03 ədəd bağlamada külli miqdarda 1004,0 qr, 997,7 r və 1015,8 qr olmaqla ümumi təmiz çəkisi 3017,5 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 03 avqust 2022-ci il tarixdə saat 00:30-dan etibarən Təqsirləndirilən şəxs üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin inzibati binasında şəxsi axtarış keçirilən zaman, onun əynindəki şalvarının sağ yan cibindən bir ədəd selofan bükümdə külli miqdarda 24,299 qram çəkidə meşəlik ərazidən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona iranlı şəxs zəng vurmuş, onun adını bilməmiş, lakin telefonda danışarkən adının Məmmədəli olduğunu bildirmişdir. Həmin şəxs ona iki dəfə zəng vurmuş, ikisində də danışmışdır, ondan əvvəl isə həmin iranlı ilə danışmamış, həmin şəxsi tanımamış, görməmiş, kim olduğun bilməmişdir. İranlı whatsApp vasitəsilə zəng vurmuş, əvvəlcə salam vermiş, dərhal təklif etmişdir. Həmin iranlı şəxs demişdir ki, həmin yerə adam gələcək, onu qarşıla. Adamlar çöllük, meşəlik əraziyə gəlmişlər. Daha sonra həmin yerin videosun çəkib ona göndərmişdir. O yer isə özünün hər zaman mal-heyvan otardığı yer olmuşdur. Lakin həmin adamların videosun göndərməmişdir. İranlı bundan sonra demişdir ki, təcili bu dəqiqə get ora, adamlarımı qarşıla, buna etiraz etdikdə isə, iranlı yalvararaq demişdir ki, “səndən başqa heç kimim yoxdu çıx ora adamlarımı qarşıla”. Bundan sonra iranlı şəxsin dediyi yerə getmiş, orada həqiqətən də iki nəfər şəxsin olduğunu görmüşdür. Onlardan soruşmuş ki, Məmmədəlini tanıyırsız, demişlər ki, tanıyırıq. Onlarla görüşəndə oradakı adamlar iranlı ilə danışırmış, demişlər ki, “uşaq yanımızdadır.” Bundan sonra həmin şəxslər bildirmişlər ki, “Məmmədəli yer deyib oranı bizə göstər.” Amma Məmmədəli əvvəlcədən yer deməmiş, yalnız ora görüşə çatanda ona həmin yerin də videosun göndərmiş və özü də həmin yeri tanımışdır. Məmmədəli birinci dəfə zəng edəndə narkotiklə bağlı heçnə deməmişdir, lakin adamların yanına çatandan sonra demişdir ki, video atıram ona bax, həmin yer çöllük ərazidi, iki qara meşok narkotik qoymuş, həmin narkotikləri adamlara göstər. Həmin videoya baxaraq, adamları o yerə aparmışdır. Həmin yerə adamların maşını ilə, təxminən 15-30 dəqiqəyə getmişlər. Həmin ərazi sərhədə o qədər də yaxın deyilmiş, təxminən arada 200-300 metr məsafə olmuşdur. Həmin iki nəfər şəxs orada kol-kosların arasından iki ədəd meşok çıxarmışdır. Adamlar Azərbaycan dilində onunla danışırmış. Meşokları çıxardandan sonra isə o iki nəfər şəxs özünü tutmuşlar, həmin şəxslər də dövlət işçiləri çıxmışdır. Onlar bildirmişlər ki, meşokları üzərinə götürməlisən, dərhal qoluna qandal vurmuşlar. Buna etiraz etdikdə isə, onlardan biri üzünə iki şillə vurmuş, demiş ki, bunları üzərinə götürməlisən. Bundan sonra qorxmuş, onlarla razılaşmışdır. Dərhal videoçəkiliş olmuş, videoçəkiliş çəkə-çəkə demişlər ki, bunları deməlisən, o da demişdir. Daha sonra onu Lənkərana aparmışlar. Orada da ağ sellofan cibinə qoymuşlar, demişlər ki, bunu da üstünə götür və de ki, Məmmədəli bildirmişki adam gələcək, bunu da ona verəcəkdim. Məmmədəli isə bütün bunların müqabilində ona 500 manat pul verməli imiş. Lakin razılaşmamış, bu zaman bir polis üzərinə gələrək demişdir ki, bunları üstünə götürsən səni buraxacayıq, götürməsən isə buraxmayacayıq. Yenə də polislərlə razılaşmamışdır. Sonra yenə şillə ilə üzündən vurmuşlar, bundan sonra qorxub razılaşmışdır. Orada da videoçəkiliş olmuş, polislərin dediyi sözləri deyərək, ağ sellofanı da Məmmədəlinin adamına vermək üçün üzərində saxlamışdır. Bunlardan sonra isə polislər heçnə deməmiş, bir-iki yerə qol çəkdirmişlər, lakin oxumağa qoymamışlar, aparıb həbsə salmışlar. İki-üç gün ərzində həbsdə saxlanılmış, həbsdən buraxılanda isə onu nənəsi və əməsi gəlib aparmış, bu vəziyyətlə bağlı isə heç bir yerə şikayət etməmiş, çünki, müstəntiq demişdir ki, heç bir yerə müraciət etmə. Hadisə 02 avqust 2022-ci ildə olub, iranlı şəxs ilə bundan əvvəl danışmamış, 04 may 2022-ci ildə də onunla heç bir telefon danışığı olmamışdır. İranlı şəxs isə ona zəng vuranda artıq narkotiklər həmin yerə göndərilmişdi. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilir. O, narkotik vasitələrin və psixotrop maddələrin heç bir növündən istifadə etmir. Son zamanlar maddi imkanı zəif olduğu üçün pul qazanmağın yollarını axtarmışdır. Elə həmin ərəfələrdə istifadəsində olan mobil nömrəsinə WhatsAap ani mesajlaşma proqramı vasitəsi ilə zəng gəlmişdir. Zəng edən şəxsin nömrəsi xarici nömrə olduğu üçün yadında qalmamışdır. Həmin şəxsin zəngini götürəndə həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı Məmmədəli adlı şəxs kimi təqdim etmişdir. Həmin iranlı Məmmədəli adlı şəxs ona demişdir ki, narkotik vasitə göndərəcəkdir, həmin narkotik vasitəni götürülənə qədər ona nəzarət edəcəkdir, narkotik vasitə başqa şəxslər tərəfindən götürüldükdən sonra pul verəcəkdir. Təxminən 5 ay bundan əvvəl iranlı Məmmədəli adlı şəxs narkotik vasitə göndərmiş, başqa şəxslər gələnə qədər həmin narkotik vasitəyə nəzarət etmişdir. Narkotik vasitə götürülüb gedəndən sonra iranlı Məmmədəli adlı şəxslə əlaqə saxlasa da Məmmədəli adlı şəxs ona müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Sonuncu dəfə isə 31 iyul 2022ci il tarixdə Məmmədəli adlı şəxs onunla əlaqə saxlayaraq narkotik vasitə göndərdiyini bildirərək, həmin narkotik vasitəni gizlətməyini bildirmişdir. Həmin narkotik vasitəni yaşadığı kənddə meşəlik ərazidə gizlətmişdir və həmin narkotik vasitəyə hərdən gəlib nəzarət etmişdir. 02 avqust 2022-ci il tarixdə saat 20:30-da Yardımlı rayonu, Məlikli kəndində piyada hərəkət edən zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Bundan sonra ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olubolmaması barədə sual verilmişdir. Narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək iranlı Məmmədəli adlı şəxsin göndərdiyi narkotik vasitələrin yerini göstərə biləcəyini bildirmişdir. Ərizəni yazdıqdan sonra kəndlərində olan meşəyə tərəf getmişdir. Meşə Yardımlı rayonu, Məlikli kəndinin ərazisi olmaqla Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhəddinin yaxınlığında yerləşmişdir. Həmin yerdə videoçəkilişlə baxış başlanmışdır. Baxış zamanı dövlət sərhədinin yaxınlığında torpaqlı yoldan təxminən 5-6 m kənarında meşəlik ərazidə ağac və kolların arasından iki ədəd qara rəngli torbanı göstərib təqdim etmişdir. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, torbaların içərisində narkotik maddə var, Məmmədəli adlı İranlı iki gün əvvəl ona telefonla zəng vurub onunla əlaqə saxlamış və səhərə yaxın gətirib bu maddələri burada qoydurmuş və adamının gəlib bunları götürəcəyini və həmin vaxta qədər narkotik vasitələrə nəzarət etməyini bildirmişdir. Bunun müqabilində Məmmədəli ona 500 manat pul verəcəkdir. Sonra selofan torbalara polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı birinci torbanın içərisində şəffaf rəngli torbada 03 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuana, 05 ədəd bükülüdə heroin və 01 bükülüdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sonra ikinci torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisində şəffaf rəngli selofan torbada 11 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuana, 06 ədəd bükülüdə heroin və 02 ədəd bükülüdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, Məmmədəli adlı İranlı 2021-ci ilin qış ayında bir dəfə də narkotik maddə göndərmişdir, kənardan nəzarət etmiş və adlarını bilmədiyi şəxslər gəlib həmin narkotik maddələri götürüb aparmışlar. Məmmədəli adlı İranlı ona gödərəcəyi 500 manat pulu öz tanışı vasitəsi ilə ona göndərəcəkdir, həmin məbləği ya kart vasitəsi ilə, ya da gətirib hansısa bir yerdə qoyacaqdır və telefonla videonu çəkib ona göndərdikdən sonra pulu özü gedib götürəcəkdir. Məmmədəlinin göndərmiş olduğu narkotik maddələrin barəsində ailə üzvlərinə və ya digər şəxslərə deməmişdir. Pula ehtiyacı olduğuna görə İranlı Məmmədəli ilə əlaqəyə girib bunları etmişdir. Ancaq iranlı indiyə qədər ona pul göndərməmişdir. Daha sonra baxış qurtarmış və üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə dəvət etmişdir. Şöbədə onun üzərinə müdafiəçi və ona təyin olunmuş qanuni nümayəndənin iştirakı ilə videoçəkilişlə axtarış keçirilmişdir. Bu zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd selofan büküm və şalvarının sol yan cibindən bir ədəd Mi markalı mobil telefon çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və verilən suallara cavab olaraq bildirmişdir ki, mobil telefon özünə məxsusdur, təqdim etdiyi bükümün içərisində narkotik maddə var, İranlı Məmmədəli göndərmişdir, deyəcəyi tanımadığı başqa bir nəfərə çatdıracaqdır və buna görə Məmmədəli ona pul verəcəkdir. Həmin narkotik maddədən heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ifadələrini oxumadan imzaladığını, müstəntiqin isə ona təzyiq və təsir etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 02 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Bununla bağlı idarə rəisi tərəfindən müvafiq əmrlə əməliyyat qrupu yaradılmış, həmin qrupa özüdə daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Yardımlı rayonu, Məlikli kəndində nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlamış və özlərini təqdim edib, onun narkotik tərkibli maddələri əldə etməsində, üzərində gəzdirməsində, yaşadığı kəndin ərazisində saxlaması ilə bağlı şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edərək bildirmişdir ki, meşə ərazisində narkotik vasitə gizlətmişdir və həmin narkotiki vasitəni təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs razılıq ərizəsindən sonra onun göstərdiyi meşə ərazisinə video çəkilişlə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Yardımlı rayonu, Məlikli kəndinin ərazisində Azərbaycan Respublikası ilə İİR-nın dövlət sərhəddinin yaxınlığında meşə ərazisində torpaqlı yoldan təxminən 5-6 m kənarında meşəlik ərazidə ağac və kolların arasından iki ədəd qara rəngli torbanı göstərib təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, torbaların içərisində narkotik maddə var, Məmmədəli adlı İranlı iki gün əvvəl ona telefonla zəng vurub əlaqə saxlamış və səhərə yaxın gətirib bu maddələri burada qoydurmuş, Məmmədəli telefonda ona demişdir ki, mənim adamım gəlib bunları götürəcək, sən bunlara nəzarət edəsən. Bunun müqabilində Məmmədəli ona 500 manat pul verəcəkdir. Sonra sellofan torbalara baxış keçirilmiş, baxış zamanı birinci torbanın içərisində şəffaf rəngli torbada 03 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 05 ədəd bükülüdə heroinə bənzər və 01 bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra ikinci torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisində şəffaf rəngli selofan torbada 11 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 06 ədəd bükülüdə heroinə bənzər və 02 ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və bütün bükülülər aşkar olunduqları şəffaf rəngli torbalara yerləşdirilmiş, torbaların üstü möhürlənmiş və üzərilərində müvafiq qeydlər aparılaraq imzalanmış və götürülmüşdür. Daha sonra keçirilmiş əməliyyat tədbirinin davamı olaraq, eləcə də, hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığından Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş və üzərinə Regional Şöbədə müdafiəçinin, onun qanuni nümayəndəsinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış başlanmışdır. Şəxsi axtarışda Təqsirləndirilən şəxs şalvarın sağ yan cibindən bir ədəd selofan büküm və şalvarın sol yan cibindən bir ədəd «Mi» markalı mobil telefon çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, mobil telefon özünə məxsusdur, öz telefonudur və WhatsAap işlədir, təqdim etdiyi bükümün içərisində narkotik maddə var, İranlı Məmmədəli göndərmişdir, deyəcəyi tanımadığı başqa bir nəfərə çatdıracaqdır və buna görə pulu Məmmədəli ona verəcəkdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda isə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olundu. Onlarda olan məlumata görə Təqsirləndirilən şəxs İİR-də köhnə əlaqələri, qohumluqları var. Belə ki, onun bibisi İİR-də ərdədir, eyni zamanda İbayevin atası və əmisi də tərəflərindən eyni faktlarla bağlı saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir təsir və təzyiq edilməyib, onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitələr qoyulmamışdır. Onun bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. Məhkəmə iclasında şahidlər Şahid4, Şahid1 və Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin idarənin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Yardımlı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (c 1, i.v 4) İş materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (c 1, i.v 5-6) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə saat 00:15də şübhəli şəxs qismində tutulmuş, eyni zamanda o, saxlanıldığı vaxtdan, yəni 02 avqust 2022-ci il tarixdə saat 20:30 dəqiqədən tutulmuş hesab edilmişdir. (c 1, i.v 27) İş materiallarında olan «baxış və götürmə aparılması haqqında» 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2022ci il tarixdə saat 20:30-da Yardımlı rayonu, Məlikli kəndi ərazisində piyada hərəkət edən zaman saxlanılaraq həmin gün saat 20:45-dən etibarən baxış keçirilərkən İmaməli Babayevin meşəlik ərazidə ağac və kolların arasında gizlətdiyi 02 ədəd qara rəngli sellofan torbanın içərisindən ümumilikdə 14 ədəd bağlamada çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 14 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddə və 03 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. (c 1, i.v 37- 40) İş materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin inzibati binasında şəxsi axtarış keçirilən zaman, onun əynindəki şalvarının sağ yan cibindən bir ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. (c 1, i.v 42- 45) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7/860 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hər birinin üzərində “Vət. Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan iki ədəd şəffaf polietilen torbalardakı ümumi sayı 14 (on dörd) ədədpolietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 502,6 qram, 505 qram, 494,8 qram, 502 qram, 510,8 qram, 507 qram, 474,9 qram, 475 qram, 428,6 qram, 470 qram, 462 qram, 2017 qram, 1832 qram, 615 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 9796,7 qramdlr (9kq 796,7 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi 9796,7 qram (1-14 N-li ob), tədqiqata istifadə olundu – 1,4 qram, (hər bağlamadan 0,1 qram) qalıq -9795,3 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 manat təşkil edir. (c 1, i.v 54-56) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/4149 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7(1)” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və iki ədəd sellofan bağlamada olan: -üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi..” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 24,299 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi..” sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd sellofan bağlamada ümumilikdə 14 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1001,4 qram, 1001,4 qram, 1011,2 qram, 1001,6 qram, 1001,7 qram, 1001,0 qram, 1001,6 qram, 1006,3 qram, 1008,7 qram, 1006,1 qram, 1005,0 qram, 1005,0 qram, 1006,5 qram, 442,1 qram ümumi təmiz çəkisi 13499,6 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1004,0 qram, 997,7 qram, 1015,8 qram ümumi təmiz çəkisi 3017,5 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş ümumilikdə dörd ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Qeyd: Heroinin təmiz çəkisi – 13499,6 qram, cəmi tədqiqata sərf edildi – 0,42 qram, qalıq - 13499,18 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 3041,799 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 3041,599 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c 1, i.v 58-61) İş materiallarında olan Bakı şəhəri Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclasının zalından dərhal buraxılmış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanılma müddəti 04 ay həddində müəyyən edilmişdir. (c 1, i.v 130-139) İş materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Yardımlı rayonunda meşəlik ərazidə ağac və kolların arasında gizlətdiyi yerdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 13499,18 qram çəkidə narkotik vasitə heroin, 3041,599 qram çəkidə psxiotrop maddə metamfetamin və 9795,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmişdir, saxlanılması üçün BMCMİ-yə verilmişdir. (c 1, i.v 141-143) İş materiallarında olan A.B.Nəcəfov adına Arus kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məktəbdə oxumur. (c 1, i.v 174) İş materiallarında olan Yardımlı RİHB-nın Ərus İƏDÜ-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Məlikli kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası və qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 175-176) İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş anten məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** sayli mobil nömrə vardir. xx/xx/2022-ci il tarixdə saat 13:30:45-də ***-***-**-** saylı mobil nömrədən **********44 saylı mobil nömrəyə “salam necsən əmi neyndin” , xx/xx/2022-ci il tarixdə saat 13:30:52-də ***-***-**- ** saylı mobil nömrədən **********44 saylı mobil nömrəyə “Pul vurdu”, xx/xx/2022-ci il tarixdə saat 14:37:33-də ***-***-**-** saylı mobil nömrədən **********44 saylı mobil nömrəyə “Mənə cavab yaz”, xx/xx/2022-ci il tarixdə saat 11:45:35-də ***-***-**-** saylı mobil nömrədən **********44 saylı mobil nömrəyə Dərhal geri zəng edəcəm” tipli mesajlar yazılmışdır. (c 1, i.v 180-182) İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 02 avqust 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. (c 1, i.v 188-189) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c 1, i.v 190-191) İş materiallarına olan 28 sentyabr 2022-ci il tarixli, 008-9613-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Məmmədəli” adlı şəxsdən satmaq məqsədilə əldə etmişdir. “Məmmədəli” adlı şəxsin İran İslam Respublikası ərazisində olması səbəbindən onun ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. (c 1, i.v 193) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 05 sentyabr 2022-ci il tarixli 4947 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 1, i.v 195-196) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsindən daxil olmuş 05 sentyabr 2022-ci il tarixli 2380 nömrəli kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə: -Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. -Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. - Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: - Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur.Az ünsiyyətçilik, kobudluq, hövsələsizlik, özünü müdafiə etməyə etməyə meyillilik, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda başqasının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri onu qərarın təsviri hissəsində göstərilən hadisəni qavramaq və təsvir etmək imkanlarından məhrum etməmişdir. - Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, o, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixiemosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. (c 1, i.v 197-201) İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin Təqsirləndirilən şəxs aid hissədə ibtidai istintaqı tamamlandığından ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin mənbə xüsusatına görə, eləcə də, “Məmmədəli” adlı şəxs və qeyriləri barəsində cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını və meşəlik ərazidə baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılmış, 08 sentyabr 2022-ci il tarixdə Azercell Telekom MMC-dən 17235 nömrəli məktubla daxil olmuş bir ədəd disk öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Mİ” markalı mobil telefon cihazı cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən ayrılmış cinayət işində Təqsirləndirilən şəxs yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılmışdır. (c 1, i.v 202- 212) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə gününə qədər iranlı şəxslə danışmamış, onunla heç bir telefon danışığı olmamış, iranlı şəxs isə ona zəng vuranda artıq narkotiklər həmin yerə göndərilmiş, iranlı “Məmmədəli” adlı şəxs yalnız hadisə günü whatsApp vasitəsilə ona zəng vurmuş, yaşadığı yerdə olan çöllük və meşəlik əraziyə gələn adamlarını qarşılamağını xahiş etmiş, əvvəlcə onunla razılaşmasada sonradan isə onun təkidləri nəticəsində həmin iranlı şəxsin təklifi ilə razılaşaraq, sonuncunun ona göndərdiyi video əsasında həmin yerə gedib, orada həqiqətən də iki nəfər şəxsin olduğunu görmüş, daha sonra həmin adamlarla görüşdən sonra iranlı şəxs yeni video göndərmiş və başqa bir ərazidə qoyduğu iki qara meşokda narkotik vasitələrin adamlara göstərməyini istəmiş, buna qədər isə iranlı şəxs ona narkotiklərlə bağlı heçnə deməmiş, özü isə həmin videoya baxaraq, adamları oradakı əraziyə aparmış, həmin iki nəfər şəxs isə orada kol-kosların arasından iki ədəd meşok çıxarmış, meşokları çıxardandan sonra isə o iki nəfər şəxs onu tutmuşlar, həmin şəxslər də polis əməkdaşları çıxmış, daha sonra polis əməkdaşlarının təzyiq, təhdidləri və pis rəftarı nəticəsində iki ədəd narkotik dolu meşokları videoçəkiliş zamanı, iranlı şəxsin göstərişi əsasında onun deyəcəyi şəxslər gəlib götürənədək orada gizlətməyini etiraf etmiş, daha sonra polis şöbəsinə aparılaraq orada da üzərinə bir büküm narkotik qoyularaq, yenə polis əməkdaşlarının təzyiq, təhdid və pis rəftarı nəticəsində həmin bükümün də özünə məxsus olmasını, iranlı şəxsin göstərişi ilə onun deyəcəyi şəxslərə çatdırmaq məqsədilə üzərində saxladığını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkən təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçının suallarına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki zor, qanunsuz hərəkətlər edilmədiyini, bu barədə şikayətinin və tələbinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, məhkəmə iclas zalından dərhal buraxılmış, həmin vaxtdan barəsində olan cinayət işi məhkəməyə daxil olanadək, yəni xx.xx.2022-ci il tarixədək 3 aydan artıq bir müddətdə isə yalnız yaşadığı yerdə ailə üzvlərinin müşahidəsi altında olmuş, keçən zaman ərzində isə saxlanılarkən və polis şöbəsində olarkən pis rəftara məruz qalması ilə bağlı aidiyyəti orqanlara müraciət etməsi üçün (özü, müdafiəçisi və ya qanuni nümayəndəsi) kifayət qədər zamana və imkana sahib olmuşdur. Bununla yanaşı cinayət prosesinə hələ ibtidai istintaq zamanı da müqavilə üzrə müdafiəçi də buraxılmış, lakin müdafiə tərəfi ilkin sübutların polis əməkdaşlarının pis rəftarının təsiri ilə toplanılması barədə iddialar irəli sürməmiş, eyni zamanda həmin müdafiəçi bu iddialarını məhkəmə baxışında da təkrarlamamışdır. Yalnız Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşının ona şillə vurduğunu və bundan sonra qorxaraq, etirafedici ifadələr verməsini bildirmişdir. Lakin qeyd edilən iddialar şəxsin üzərinə, eyni zamanda meşəlik ərazidə ağac və kolların arasına baxışın keçirilməsi zamanı narkotik vasitələrin götürülməsi zamanı (təfsilatlı şəkildə, yəni bütöv tədbirin gedişini, iştirak edən şəxsləri, onlara hüquq və vəzifələrin izah olunmasını, şübhəlinin xarici görkəmini, onun verdiyi izahatları əks etdirən) videoçəkilişdən istifadə olunması da onun bu barədə iddialarının məhkəmədə yoxlanılması üçün mühüm material rolunu oynamaqla təkzib edilir. Göründüyü kimi təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirləri polis əməkdaşlarının pis rəftarını istisna edən şəraitdə, yəni şəxsin yaxın qohumuna (anası Qanuni nümayəndə) vaxtında xəbər verilməklə, şəxsi axtarış və baxış zamanı müdafiəçi və qanuni nümayəndə ilə təmin edilməklə videçəkilişdən istifadə edilməklə keçirilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz polis əməkdaşlarının pis rəftarı nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 91-95) və xx.xx.2022-ci ildə təqsirləndirilən (cild İ – i.v. 106-109) şəxs qismində verdiyi ifadələrində, eləcə də baxış və üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətlərində təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından iranlı “Məmmədəli” adlı şəxslə telefon vasitəsilə danışdığını, sonuncunun onunla uzaq qohum olmasını, narkotik vasitələrin həmin şəxs tərəfindən saxlanılmamışdan 2 gün əvvəl səhərə yaxın gətirildiyini, iranlı şəxsin adamının gəlib həmin maddələri götürənədək maddələrə nəzarət edəcəyini, bunun müqabilində isə 500 manat pul almalı olduğunu, üzərindən aşkar edilmiş psixotrop maddənin də iranlı şəxsin göndərdiyi torbalarda olan maddənin üstündən sonuncunun göstərişi əsasında onun deyəcəyi şəxsə çatdırmaq məqsədilə götürdüyünü səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin və qanuni nümayəndəsinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin və qanuni nümayəndəsinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşlarının pis rəftarı nəticəsində etirafedici ifadələr verməsi ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək istəmişdir. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bununla yanaşı o, müdafiəçisi və qanuni nümayəndəsi ilə birlikdə xx.xx.2022-ci ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadəsinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan ifadələri məhkəmə istintaqı zamanı tətqiq olunmuş istifadəsində olmuş 050 514 68 46 saylı mobil telefon nömrəsi ilə aparılmış danışlar barədə əldə edilmiş məlumatlarla tam təsdiq edilir. Həmin neytral sübutlarla Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatlar, yəni saxlanılmamışdan iki gün əvvəl iranlı şəxslə telefon vasitəsilə danışması və səhərə yaxın sonuncunun aşkar olunmuş maddələri qoydurması barədə bildirdikləri öz təsdiqini tapır. Belə ki, telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmamışdan iki gün əvvəl həqiqətən də istifadəsində olmuş 050 514 68 46 saylı mobil telefon nömrəsi ilə İİR operatoruna məxsus mobil telefon nömrəsi arasında xx.xx.2022-ci ildə saat 09:10-dan etibarən saat 22:54-dək 9 dəfə telefon danışığı olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin və qanuni nümayəndəsinin iştirakı ilə digər şəxslə saxlanılmamışdan iki gün əvvəl telefon vasitəsilə danışaraq səhərə yaxın isə narkotik vasitələrin və psixotrop maddənin sonuncu tərəfindən gətirilib aşkar edildiyi meşəlik ərazidə ağac və kolların arasına qoyulması, digər şəxsin adamının gəlib həmin maddələri götürənədək onlara nəzarət etməyi barədə aralarında qabaqcadan razılıq əldə etməyini, bunun qarşılığında isə digər şəxsin ona 500 manat məbləğində pul ödəməli olmasını, üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə metamfetaminin isə həmin digər şəxs tərəfindən göndərildiyini, onun deyəcəyi tanımadığı şəxsə çatdırmaq məqsədilə üzərində saxlayaraq daşımasını, bunun müqabilində də pul almalı olduğunu etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs bu etirafedici ifadələri, şahidlər Şahid3, Şahid4, Şahid1 və Şahid2 hər birisinin ayrı-ayrılıqda həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələri ilə, maddi sübutlarla, məhkəmə fiziki-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə tam sübuta yetirilir, yəni Təqsirləndirilən şəxs həmin əməlləri törətməsi təkcə özünün şəxsi etirafı ilə deyil, həm də, CPM-nin 125.6-cı maddəsinin tələb etdiyi kimi, digər sübutların məcmusu ilə də təsdiq olunur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci və 12-ci bəndlərinə əsasən - həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram və 5 qram, külli miqdarının aşağı həddi isə 2 qram və 500 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – 13499,6 qram narkotik vasitə olan heroin, 9796,7 qram qurudulmuş marixuana və 3041,799 qram psixotrop maddə olan metamfetamini pul qarşılığında əldə edib, saxlamaqla digər şəxsin deyəcəyi şəxslərə çatdırmaq niyyətində olması, onun məhz həmin maddələrin şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında köməkçi qismində deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirakı təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinə görə dövlət ittihamçısının şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini təklif etdiyindən, Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar da Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə o, Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə doğulmaqla, qeyd edilən cinayəti törədərkən 18 yaşı tamam olmamış, yəni yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzər alır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58.3, 85.5, 86 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.1-ci maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayətlərdən birinin transmilli cinayət kateqoriyasına aid edilməsini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətini və digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən saat 20:30 dəqiqədən tutulmuş hesab edilmişdir. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 02 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 13499,18 qram heroin, 9795,3 qram qurudulmuş marixuana və 3041,599 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını və meşəlik ərazidə baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk və 08 sentyabr 2022-ci il tarixdə Azercell Telekom MMC-dən 17235 nömrəli məktubla daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 143 (bir yüz qırx üç) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385 və 435-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X3 Saxlama Yerinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 13499,18 qram heroin, 9795,3 qram qurudulmuş marixuana və 3041,599 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını və meşəlik ərazidə baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk və 08 sentyabr 2022-ci il tarixdə Azercell Telekom MMC-dən 17235 nömrəli məktubla daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 143 (bir yüz qırx üç) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar