Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-80/2024 05.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs2 müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1977-ci ildə Yardımlı rayonu, Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olmaqla yaşamış, 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yardımlı Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(038)-9/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxx 1976-cı ildə Yardımlı rayonu, Soxulcan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Alçabulaq kəndində qeydiyyatda olmaqla yaşamış, 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yardımlı Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(038)-8/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və güclü təsir edən maddələrin əldə olunması məqsədi ilə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan «Veysəl» adlı İran İslam Respublikası vətəndaşı və qohumu Yardımlı rayonu, Alçabulaq kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 narkotik vasitələr və güclü təsir edən maddələri gizlədildiyi yerdən götürərək Bakı şəhəri ərazisində ona çatdırmasını tapşırmış və bunun müqabilində Təqsirləndirilən şəxs1 4000 (dörd min) manat pul verəcəyini vəd etmiş, Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdə saat 20:00 radələrində onun tapşırığı əsasında Yardımlı rayonu, Mirimli kəndi ərazisində yerləşən «Cahda» adlanan yerdən içərisində 14055 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 2000 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 4915 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək və təsir maddəsinin ümumi miqdarı 33,6 qram olan külli miqdarda 112 ədəd həb halında güclü təsir edən maddə preqabalin olan bir ədəd çanta və bir ədəd kisəni əldə edib daşıyaraq rayonun Alçabulaq kəndində yerləşən yaşadığı evin həyətyani sahəsində gizlədərək qanunsuz saxlamış və bu barədə ona məlumat vermiş, 17 mart 2023-cü il tarixdə saat 05:15 radələrində Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələr və güclü təsir edən maddələri Yardımlı rayonu, Avaş kəndində yaşayan X4 idarə etdiyi «X15 109 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildə Masallı-Yardımlı yolunun 19-cu kilometrliyində daşıyarkən Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, həmin tarixdə saat 07:29 radələrində avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindəki bir ədəd çanta və bir ədəd kisədən 8 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 2600 qram, 2085 qram, 1880 qram, 3470 qram, 1000 qram, 990 qram, 1060 qram, 970 qram olmaqla ümumilikdə 14055 qram çəkidə külli miqdarda bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram olmaqla ümumilikdə 2000 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd butulkada və 1 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1965 qram, 1950 qram, 1000 qram olmaqla ümumilikdə 4915 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və təsir maddəsinin ümumi miqdarı 33,6 qram olan külli miqdarda 112 ədəd həb halında güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, borcu çox olduğuna görə məcbur olub verilmiş ittihamda yazılmış cinayət əməlini törətmişdir. Dükanlara və Banklara borcu çox olmuşdur. Tanımadığı şəxs Masallı rayonunda ona yaxınlaşıb ona 4000 (dörd min) manat məbləğdə pul verəcəyini, bunun müqabilində 16 mart 2023-cü il tarixdə yaşadığı kəndin qırağında iki nəfər şəxs ona yükü verəcəyini və həmin yükü Masallı rayonuna gətirəcəyini, orada yükü ondan təhvil alacaqlarını bildirmişdir. Yük çatdından sonra 4000 (dörd min) manat məbləğdə pulun veriləcəyinə dair razılığa gəlmişlər. Emilxanla heç bir əlaqəsi olmamış, tutulan günü onu çox incitdiklərindən, Zülfüqar adlı polis əməkdaşı onu məcbur etdiyindən, ona Emilxan saxlanıldığı halda onu buraxacaqlarını dediklərindən və həmin vaxtda yeznəsi olsa da Emilxan ilə arası yaxşı olmadığına görə polislərin təklifi ilə razılaşaraq Emilxanın sifarişi ilə narkotik vasitə və güclü təsir edən maddələri Bakı şəhərinə apardığını demişdir. Emilxanın bu işdə heç bir əli olmamış, tanımadığı şəxs yükü gətirmiş, o da həmin yükü götürmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitələri və güclü təsir edən maddələri daşımağını sifariş verən adamı tanımamış, sürücü olduğundan Masallı rayonuna gedib-gəlmiş, həmin şəxsi 2-3 dəfə Masallı rayonunda görmüş, taksi sürücüsü kimi tanımış və həmin şəxs onun hər yerə borcu olduğunu bilmişdir. Həmin adam yükü daşımağı ona üzbə-üz təklif etmiş, aralarında telefon söhbəti olmamışdır. Həmin şəxs ona Masallı rayonunda yaxınlaşmışdır. Həmin şəxsi əvvəllər tanımamış və ondan ünvan götürməmişdir. Masallı rayonundan avtomobil üçün zapçast almış, dükanlara borclu olsa da ödəyə bilməmişdir. Həmin şəxs ona təklif etdikdən bir gün sonra yenə Masallı rayonunda ona yaxınlaşaraq axşam saat 20-dən saat 22-yə kimi kəndin qırağında olarsan iki nəfər gəlib yük verəcəkdir. Həmin şəxslə telefon əlaqəsi saxlamamış, həmin şəxs telefon nömrəsini ona verməmişdir. Həmin narkotik vasitələr və güclü təsir edən maddələr olan yükü götürməyə tək getmişdir. Ona yükü verən adamlar 20 metr məsafədən sumkanı yerə qoyaraq götür get demişlər. Narkotik vasitələri və güclü təsir edən maddəni yaşadıqları kənddən götürmüşlər. Yaşadıqları kənd İran İslam Respublikası ilə sərhəd deyil, yaşadığı kənddən sərhədə qədər məsafə 20-30 km olar, kənddən sonra meşəlikdir, sonra isə İran İslam Respublikasıdır. Götürdüyü narkotik vasitələr və güclü təsir edən maddə iki bağlamada olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəmədən azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmişdir. 15 mart 2023-cü il tarixdə günorta saatlarında bacısının əri Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə «Novruz bayramı» ilə əlaqədar onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 dükanlara və ayrı-ayrı şəxslərə borcu olduğunu bildirmiş və ondan borc pul istəmişdir. Təqsirləndirilən şəxs2 maddi imkanının olmadığını və buna görə də borc pul verə bilməyəcəyini bildirmişdir. Emilxan və ailə üzvləri bir az onların yaşadığı evdə oturduqdan sonra getmişlər. 15 mart 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 istifadəsində olan xatırlamadığı mobil nömrəsinin «WhatsApp» proqramı vasitəsi ilə onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin «WhatsApp» proqramına zəng edərək İran İslam Respublikasından narkotik maddələr gətirilərək Yardımlı rayonu, Mirimli kəndi yaxınlığında gizlədiləcəyini, həmin narkotik maddələri aparıb Bakı şəhərində təhvil verəcəyi təqdirdə borclarından canını qurtaracağını bildirmişdir. O da maddi ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs2la telefon danışığı zamanı razılaşmışdır. Təqsirləndirilən şəxs2 ona məlumat verəcəyini bildirmişdir. 16 mart 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2 onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə «WhatsApp» proqramı vasitəsi ilə zəng edərək Yardımlı rayonu, Mirimli kəndinin yuxarı hissəsində yerləşən meşəlik sahənin yanına getməyini, ora İran İslam Respublikasından narkotik vasitələr gətirildiyini və həmin narkotik vasitələri götürməyini bildirmişdir. O da yaşadığı evdən çıxaraq piyada Yardımlı rayonu, Mirimli kəndinin yuxarı hissəsində yerləşən meşəlik sahənin yanına getmişdir. Orada Emilxanla «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlamış, Emilxan ona hara getməsini izah etmiş, o da Yardımlı rayonu, Mirimli kəndi ərazisində yerləşən el arasında «Cahda» adlanan yerə getmişdir. Həmin ərazinin yaxınlığında meşəlik sahə olmuşdur. Həmin yerə yaxınlaşdıqda iki nəfər tanımadığı şəxsin səslərini eşitmişdir. Hava qaranlıq olduğu üçün onları görə bilməmişdir. Həmin şəxslər ona «orada bir ədəd kisə və bir ədəd çanta var, onları götür get, bizə yaxınlaşma» demişdir. O da içərisində narkotik maddələr olan 1 ədəd çanta və 1 ədəd kisəni götürüb piyada Yardımlı rayonu, Alçabulaq kəndinə yaşadığı evə gəlmiş, həmin kisə və çantanı evin arxasında gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitələri götürdüyünü və yaşadığı evin həyətyanı sahəsində gizlətdiyini bildirmişdir. Emilxan ona, həmin narkotik vasitələri səhəri gün Bakı şəhərinə aparmasını, orada ona təhvil verməsini tapşırmışdır. Emilxan ondan nə qədər borcu olduğunu soruşmuş, o 4000 manat borcu olduğunu bildirmiş, Emilxan da ona həmin məbləğdə pul verəcəyini demişdir. Bundan sonra əvvəllər sərnişin kimi «Vito» markalı avtomobil ilə Bakı şəhərinə dəfələrlə getdiyi Yardımlı rayonu, Avaş kənd sakini Elçin adlı sürücünün mobil telefonuna zəng vuraraq səhəri gün Bakı şəhərinə gedib-getməyəcəyini soruşmuş, Elçin adlı şəxs gedəcəyini bildirmişdir. O da «Vito» markalı avtomobildə bir nəfərlik yer saxlamasını xahiş etmişdir. Bundan sonra yatmışdır. 17 mart 2023-cü il tarixdə səhər saatlarında yuxudan ayılmışdır. Bu zaman Elçin adlı sürücü ona zəng edərək Sırıq kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığına asfalt yolun kənarına gəlməsini bildirmişdir. O da 17 mart 2023-cü il tarixdə saat 04:00 radələrində yaşadığı evin həyətində gizlətdiyi içərisində narkotik maddələr olan bir ədəd çanta və bir ədəd kisəni idarə etdiyi «Niva» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuş, avtomobili idarə edərək yanacaqdoldurma məntəqəsinin yanına gəlmişdir. Orada bir az gözlədikdən sonra Elçin adlı şəxsin idarə etdiyi «Vito» markalı avtomobil ora gəlmişdir. O, idarə etdiyi «Niva» markalı avtomobildən içərisində narkotik maddələr olan bir ədəd çanta və bir ədəd kisəni götürərək «Vito» markalı avtomobilin yük yerinə qoymuşdur. Sürücü Elçin kisədə və çantada nə olmasını ondan soruşmamış, o da bu barədə sürücüyə heç bir söz deməmişdir. Həmin vaxt avtomobildə ondan başqa sərnişinlər də olmuşdur. İdarə etdiyi «Niva» markalı avtomobili yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlamış, avtomobilin qapılarını bağlamış və «Vito» markalı avtomobilə əyləşmişdir. 17 mart 2023-cü il tarixdə saat 05:15 radələrində Masallı-Yardımlı yolunun 19-cu kilometrliyində polis əməkdaşları onları saxlamış, ondan avtomobildə nə aparmasını soruşmuşlar. O da məcbur qalıb avtomobilin yük yerinə qoyduğu 1 ədəd kisə və 1 ədəd çantada narkotik vasitələr aparmasını bildirmişdir. Bundan sonra orada bir müddət gözləmişlər. Həmin yerə vəkil gəlmişdir. Onun, vəkilinin, Elçin adlı sürücünün və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış və avtomobilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra avtomobilin yük yerinə baxış keçirilmişdir. Avtomobilin yük yerində olan 1 ədəd üzərində ağ-göy-narıncı rəngli naxışlar olan çanta və 1 ədəd ağ rəngli kisənin ona məxsus olduğunu, həmin çanta və kisədə narkotik vasitələr olduğunu bildirmişdir. Həmin çanta və kisəni avtomobilin yük yerindən götürərək yerə qoymuşdur. 1 ədəd çantanın içərisindən bir ədəd qara rəngli, bir ədəd narıncı rəngli böyük skoçlanmış sellofan torbalar aşkar olunmuşdur. 1 ədəd narıncı rəngli böyük sellofan torbanın içərisindən 5 ədəd sellofan torbalar və konvalyutda dərman preparatları aşkar olunmuşdur. 1 (bir) ədəd üzərində «4» rəqəmi yazılmış qara rəngli böyük sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 3662 qram olmuşdur. 1 ədəd üzərində «MM» hərfləri yazılmış sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1010 qram olmuşdur. 1 ədəd üzərində «R» hərfi yazılmış sellofan torbadan narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1026 qram olmuşdur. 1 ədəd üzərində «B» hərfi yazılmış sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1050 qram olmuşdur. 1 ədəd üzərində «B» hərfi yazılmış sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1016 qram olmuşdur. 1 ədəd üzərində «B» hərfi yazılmış sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1028 qram olmuşdur. 8 ədəd konvalyutda hər birində 14 ədəd olmaqla ümumilikdə 112 ədəd üzərində «LYRİCA» sözü yazılmış dərman preparatları aşkar olunmuşdur. Bundan sonra 1 ədəd ağ rəngli kisəyə baxış keçirilmişdir. Həmin kisədən 1 ədəd qara rəngli böyük sellofan torba, 1 ədəd ağ rəngli üzərində fars əlifbası ilə yazı olan kisə, 1 ədəd qara rəngli kisə və 1 ədəd qara rəngli sellofan torba aşkar olunmuşdur. 1 ədəd ağ rəngli üzərində fars əlifbası ilə yazı olan kisədən 2 ədəd qara rəngli sellofan torbalar, 1 ədəd qara rəngli kisədən 2 ədəd plastik butulka, 1 ədəd qara rəngli sellofan torbadan 1 ədəd ağ rəngli sellofan torba aşkar olunmuşdur. 1 ədəd üzərində «1» rəqəmi olan sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1942 qram olmuşdur. 1 ədəd üzərində «2» rəqəmi olan sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2742 qram olmuşdur. 1 ədəd üzərində «3» rəqəmi olan sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2184 qram olmuşdur. 1 ədəd ağ rəngli sellofan torbadan 2 ədəd şəffaf sellofan bükümlər aşkar olunmuşdur. 1 ədəd sellofan bükümdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1014 qram olmuşdur. 1 ədəd sellofan bükümdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1014 qram olmuşdur. 1 ədəd plastik butulkanın içərisindən narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2000 qram olmuşdur. 1 ədəd plastik butulkanın içərisindən narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2000 qram olmuşdur. Polis əməkdaşları ondan aşkar olunmuş narkotik vasitələrə oxşar kütlələri və dərman preparatlarını haradan əldə etməsini soruşmuşlar, o da həmin narkotik vasitələr və dərman preparatlarını Yardımlı rayonu Mirimli kəndinin yaxınlığında olan meşəlik sahədən əldə etdiyini, narkotik vasitələr və dərman preparatlarını tanımadığı şəxslərin həmin əraziyə qoyduğunu, narkotik vasitələr və dərman preparatlarının həmin əraziyə qoyulmasını bacısı əri Təqsirləndirilən şəxs2 ona mobil telefon vasitəsi ilə məlumat verdiyini bildirmişdir. Həmçinin aşkar olunmuş mobil telefonda Təqsirləndirilən şəxs2la əlaqə saxladığı 050 973 64 11 saylı mobil nömrəni «iqiw Emiw» adı ilə qeyd etdiyini, narkotik vasitələr və dərman preparatlarını həmin tarixdə Bakı şəhərinə apararaq orada Təqsirləndirilən şəxs2 verəcəyini, bunun müqabilində Təqsirləndirilən şəxs2 ona 4000 manat pul verəcəyini, Emilxanın narkotik vasitələr və dərman preparatlarını götürdüyü yerə necə gətirtməsindən məlumatının olmadığını bildirmişdir. X2 narkotik maddələr aparmasından məlumatının olmadığını, bu barədə ona heç bir söz demədiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr qurudulmuş marixuana, heroin, tiryək və dərman preparatları 1 ədəd çanta və 1 ədəd kisəyə yığılaraq, həmçinin 1 ədəd mobil telefon qablaşdırılmaqla möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokolu imza etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında tanımadığı şəxsin Masallı rayonunda ona yaxınlaşıb ona 4000 manat məbləğdə pul verəcəyini, bunun müqabilində 16 mart 2023-cü il tarixdə yaşadığı kəndin qırağında iki nəfər şəxs ona yükü verəcəyini və həmin yükü Masallı rayonuna gətirəcəyini, orada yükü ondan təhvil alacaqlarını bildirməsi, yük çatdıqdan sonra 4000 (dörd min) manat məbləğdə pulun veriləcəyinə dair razılığa gəlməsi, Emilxanla heç bir əlaqəsi olmaması, tutulan günü onu çox incitdiklərindən, Zülfüqar adlı polis əməkdaşı onu məcbur etdiyindən, ona Emilxan saxlanıldığı halda onu buraxacaqlarını dediklərindən və həmin vaxtda yeznəsi olsa da Emilxan ilə arası yaxşı olmadığına görə polislərin təklifi ilə razılaşaraq Emilxanın sifarişi ilə narkotik vasitə və güclü təsir edən maddələri Bakı şəhərinə apardığını deməsi, Emilxanın bu işdə heç bir əli olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (tanımadığı şəxsin Masallı rayonunda ona yaxınlaşıb ona 4000 (dörd min) manat məbləğdə pul verəcəyini, bunun müqabilində 16 mart 2023-cü il tarixdə yaşadığı kəndin qırağında iki nəfər şəxs ona yükü verəcəyini və həmin yükü Masallı rayonuna gətirəcəyini, orada yükü ondan təhvil alacaqlarını bildirməsi, yük çatdından sonra 4000 (dörd min) manat məbləğdə pulun veriləcəyinə dair razılığa gəlməsi, Emilxanla heç bir əlaqəsi olmaması, tutulan günü onu çox incitdiklərindən, Zülfüqar adlı polis əməkdaşı onu məcbur etdiyindən, ona Emilxan saxlanıldığı halda onu buraxacaqlarını dediklərindən və həmin vaxtda yeznəsi olsa da Emilxan ilə arası yaxşı olmadığına görə polislərin təklifi ilə razılaşaraq Emilxanın sifarişi ilə narkotik vasitə və güclü təsir edən maddələri Bakı şəhərinə apardığını deməsi, Emilxanın bu işdə heç bir əli olmaması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə özünün, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, səhər tezdən saat 6-7 radələri olardı Bakıya gedən zaman Biləsuvar rayonu ərazisində arxada hərəkətdə olan polis əməkdaşları avtomobilin xarici işıqlarından istifadə etməklə işarə edib onun saxlatmışlar. Polis əməkdaşlarından nə baş verdiyini soruşmuş, polis əməkdaşları onu avtomobildən aşağı düşürdüb, qaynının tutulduğunu, qaynı ilə birgə olduğunu demişlər. Polis əməkdaşlarından Eldarın hansı səbəbdən tutulduğunu soruşduqda, polis əməkdaşları Eldarın narkotiklərlə tutulduğunu demişlər. Polis əməkdaşlarına narkotiklə heç bir əlaqəsi olmadığını demiş, polis əməkdaşları onu ailəsiylə təhdid etmişlər, polis əməkdaşları ailəsini də gətirəcəklərini demişlər. Onu təxminən saat 7dən saat 12-yə qədər möhkəm döymüşlər, ona işgəncə vermişlər. Zülfüqarla Vüqar onu döymüşlər, hətta üstünə həkim gəlmişdir. Polis əməkdaşları imza çəkməsən oğlunu gətirəcəklərini demişlər. O da qorxduğundan istintaq sənədlərini imzalamış, fikirləşmişdir ki, məhkəməyə çıxanda bütün həqiqətləri deyəcəklər. Onun Eldarla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Narkotik vasitə qəbul etmir. 15 mart 2023-cü il tarixdə «Novruz bayramı» ilə əlaqədar ailə üzvləri ilə birlikdə Yardımlı rayonг, Alçabulaq kəndinə qaynı Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Həmin vaxt söhbət əsnasında Təqsirləndirilən şəxs1 ona dükanlara və adamlara çoxlu borcu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan borclarını ödəməsi üçün narkotik vasitə təşkil etməsini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs1 bunun təhlükəli olduğunu və tutula biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona həmin yola getməyə məcbur olduğunu demişdir. Təqsirləndirilən şəxs1 evindən çıxıb öz evinə getmişdir. 15 mart 2023-cü il tarixdə axşam üstü 4-5 il bundan əvvəl qanuni yolla İran İslam Respublikasına getdiyi vaxt tanış olduğu İran İslam Respublikasının Biləsuvar rayon sakini olan «Alxan» adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitə təşkil edib-edə bilməyəcəyini soruşmuş, Alxan adlı şəxs də ona Veysəl adlı İran İslam Respublikası vətəndaşının nömrəsini demiş və onunla əlaqə saxlamasını bildirmişdir. O da «Veysəl» adlı İran İslam Respublikası vətəndaşının mobil nömrəsinə «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə zəng edərək nömrəsini Alxan adlı şəxsin verdiyini bildirmiş və ondan narkotik vasitə təşkil edib-edə bilməyəcəyini soruşmuşdur. Veysəl adlı şəxs onunla əlaqə saxlayacağını bildirmişdir. İran İslam Respublikası vətəndaşı olan Veysəl ilə ancaq ***-***-**-** və ***-***-**-** saylı nömrələrə aid «WhatsApp» sosial şəbəkəsi vasitəsi əlaqə saxlamışdır. 15 mart 2023-cü il tarixdə axşam saatlarında Veysəl ona zəng edərək «Narkotik vasitə təşkil edə biləcəyini» bildirmişdir. 16 mart 2023-cü il tarixdə saat 03 radələrində İran İslam Respublikası vətəndaşı «Veysəl» adlı şəxs ona zəng edərək narkotik vasitələri İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçirdiklərini bildirmişdir. 16 mart 2023-cü il tarixdə axşamüstü «Veysəl» adlı şəxs ona təkrar zəng edərək Mirimli kəndinin yaxınlığında «Cahda» adlanan meşəlik yerdə olan avtomobil yolunun üst hissəsinə narkotik vasitəni qoyduğunu demişdir. Veysəl adlı şəxslə danışdıqdan təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 telefonla zəng edərək narkotik vasitənin olduğu yeri ona bildirmişdir. Həmin tarixdə axşam saatlarında Eldar onunla əlaqə saxlamış, o, Veysəl adlı şəxsdən narkotik vasitənin dəqiq yerini öyrənərək Eldara demişdir. 16 mart 2023-cü il tarixdə axşam saat 23 radələrində Təqsirləndirilən şəxs1 ona telefonla zəng edərək narkotik maddələri olduğu yerdən götürdüyünü bildirmişdir. 17 mart 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 zəng etmiş və nə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 telefon danışığı zamanı ona Yardımlı-Masallı yolunun meşə hissəsindən Masallı rayonu istiqamətində hərəkət etdiyini bildirmişdir. 17 mart 2023-cü il tarixdə saat 06:30 radələrində Bakı şəhərində yaşayan nəvəsi xəstə olduğu üçün onu müalicə etdirmək məqsədilə özünə məxsus olan «Niva» markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə getmişdir. Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində hərəkətdə olduğu zaman polis əməkdaşları onu saxlatdırmış və onu Yardımlı RPŞ-yə dəvət etmişlər. Həmin vaxt avtomobildə tək olmuşdur. Polis əməkdaşları onu Yardımlı RPŞ-yə gətirmişlər, müdafiəçi və Yardımlı RPŞ-nin əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzəridən 3 ədəd mobil telefon aşkar edilmişdir. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 həmin narkotik maddələri aparan zaman polislər tərəfindən tutulduğunu bilmişdir. Narkotik maddələri əldə etməyi Təqsirləndirilən şəxs1 tapşırmamış, həmin narkotik maddələri ona çatdıracağı təqdirdə Təqsirləndirilən şəxs1 4000 (dörd min) manat pul verəcəyini vəd etməmişdir. Təqsirləndirilən şəxs1 həmin xüsusatlar üzrə onun barəsində dedikləri yalandır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında polis əməkdaşlarının onu ailəsiylə təhdid etmələri, ailəsini də polis şöbəsinə gətirəcəklərini demələri, onu təxminən saat 7-dən saat 12-yə qədər döymələri, ona işgəncə vermələri, Zülfüqarla Vüqarın onu döymələri, polis əməkdaşları imza çəkməsən oğlunu gətirəcəklərini dediklərindən sonra qorxduğundan istintaq sənədlərini imzalamasını, onun Eldarla heç bir əlaqəsi olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (polis əməkdaşlarının onu ailəsiylə təhdid etmələri, ailəsini də polis şöbəsinə gətirəcəklərini demələri, onu təxminən saat 7-dən saat 12-yə qədər döymələri, ona işgəncə vermələri, Zülfüqarla Vüqarın onu döymələri, polis əməkdaşları imza çəkməsən oğlunu da polis şöbəsinə gətirəcəklərini dediklərindən sonra qorxduğundan istintaq sənədlərini imzalamasını, onun Eldarla heç bir əlaqəsi olmaması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də özü və Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik əldə edərək daşınması və Bakı şəhərinə çatdırması ilə bağlı mütəmadi əməliyyat məlumatı daxil olmuşdur. Sonuncu əməliyyat məlumatı 16 mart 2023-cü il tarixdə daxil olmuş, bunun əsasında RPŞ-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış, 17 mart 2023-cü il tarixdə səhər vaxtı təxminən saat 5-6 radələrində Yardımlı-Masallı yolunun rayonun çıxış hissəsində «Vita» markalı avtomobil tərəflərindən saxlanılmış, avtomobilin sərnişinlərindən biri də Təqsirləndirilən şəxs1 olmuş, Təqsirləndirilən şəxs1 və sürücüdən üzərində, nəqliyyat vasitəsində qanunsuz əşya və predmetin olub- olmaması soruşulduğu zaman Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsində iki ədəd ona məxsus olan kisədə narkotik vasitə daşıdığını, həmin narkotik vasitəni bacısının əri Təqsirləndirilən şəxs2 vasitəsi ilə İran İslam Respublikasından əldə etdiyini, həmin narkotik vasitəni onların kəndlərinin yuxarı hissəsində Təqsirləndirilən şəxs2 vasitəsi ilə İran İslam Respublikası vətəndaşının gətirib qoyduğunu, oradan götürdüyünü, bir gün evində saxladığını, sabahı gün Bakı şəhərinə aparacağını, lakin orada kimə verəcəyini bilmədiyini, Bakı şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs2 ona deyəcəyini bildirmişdir. RPŞ-nin PPX-nin əməkdaşları Təqsirləndirilən şəxs2 Bakı-Ələt-Astara avtomobil yolunda saxlayıb RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, maddi ehtiyacı olmuş, Emilxandan ona borca pul verməsini xahiş etmiş, Emilxan pulunun olmadığını demiş, lakin Emilxan narkotik vasitə təşkil edə biləcəyini, həmin narkotik vasitəni aparıb deyilən yerə qoymaq müqabilində pul alacağını demişdir. Emilxan saxlanıldıqdan sonra Eldarın dediyi ifadələri inkar etmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Emilxanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik əldə edərək daşınması barədə mütəmadi olaraq məlumatlar daxil olmuşdur. Əvvəllər keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emilxanıın əmisi oğlu tutulmuşdur. Emilxan Eldarın narkotik vasitələri daşıması ilə bağlı heç bir təqsiri olmadığını demişdir. Eldarın narkotik vasitələri və güclü təsir edən maddələri daşımasını özü təşkil etməmişdir. Emilxanın saxlanılmasında iştirak etməmişdir. «Vita» markalı avtomobildə başqa sərnişinlərdə olmuş, həmin sərnişinlərin də sumkaları olmuş, sumkalara baxanda hansında narkotik vasitələr və güclü təsir edən maddənin olmasını görmək mümkün olmamış, Eldarın apardığı sumka digər sumkaların altında olmuşdur. RPŞ-də özü və digər polis əməkdaşları Emilxanı döyməmişlər, hər hansı şəxsin də Emilxanı döyməsinin şahidi olmamışdır. RPŞ-də Eldara onun və digər polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid2 və Şahid4 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 14055 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 2000 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 4915 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək və təsir maddəsinin ümumi miqdarı 33,6 qram olan külli miqdarda 112 ədəd həb halında güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülməsi faktı əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri cinayət işi başlanmış və istintaq aparılmışdır.(cild 1, i.v.1-93) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v.21) -«şəxsi axtarış və götürmə, baxış keçirilməsi haqqında» 17 mart 2023-cü il tarixli protokol və 1 (bir) ədəd CD diskindən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə və daşımaqda şübhəli olduğu üçün Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Yardımlı yolunun 19-cu kilometliyində saxlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində vəkilin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmışdır. Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı Samir İbişli şübhəli şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişdir. X9 istintaq hərəkətinin aparılması zamanı videoçəkilişdən istifadə ediləcəyi barədə istintaq hərəkətinin iştirakçılarına məlumat verərək etirazlarının olub-olmamasını soruşmuş, iştirakçılar videoçəkilişin aparılmasına etiraz etmədiklərini bildirmişlər. X9 şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində cinayət xarakterli əşya varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs1 üzərində cinayət xarakterli əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefon aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 «X15 109 CDİ minik» markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindəki 1 ədəd çanta və 1 ədəd kisədə narkotik vasitələr daşıdığı bildirmişdir. Buna görə də avtomobilin yük yerinə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində olan 1 ədəd üzərində ağ-göy-narıncı rəngli naxışlar olan çanta və 1 ədəd ağ rəngli kisənin ona məxsus olduğunu, həmin çanta və kisədə narkotik vasitələr olduğunu bildirmişdir. Şübhəli şəxs həmin çanta və kisəni avtomobilin yük yerindən götürərək yerə qoymuşdur. 1 ədəd çantanın içərisindən bir ədəd qara rəngli, bir ədəd narıncı rəngli böyük skoçlanmış sellofan torbalar aşkar olunmuşdur. 1 ədəd narıncı rəngli böyük sellofan torbanın içərisindən 5 ədəd sellofan torbalar və konvalyutda dərman preparatları aşkar olunmuşdur. 1 (bir) ədəd üzərində «4» rəqəmi yazılmış qara rəngli böyük sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 3662 qram olmuşdur. 1 ədəd üzərində «MM» hərfləri yazılmış sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1010 qram olmuşdur. 1 ədəd üzərində «R» hərfi yazılmış sellofan torbadan narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1026 qram olmuşdur. 1 ədəd üzərində «B» hərfi yazılmış sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1050 qram olmuşdur. 1 ədəd üzərində «B» hərfi yazılmış sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1016 qram olmuşdur. 1 ədəd üzərində «B» hərfi yazılmış sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1028 qram olmuşdur. 8 ədəd konvalyutda hər birində 14 ədəd olmaqla ümumilikdə 112 ədəd üzərində «LYRİCA» sözü yazılmış dərman preparatları aşkar olunmuşdur. Bundan sonra 1 ədəd ağ rəngli kisəyə baxış keçirilmiş, həmin kisədən 1 ədəd qara rəngli böyük sellofan torba, 1 ədəd ağ rəngli üzərində fars əlifbası ilə yazı olan kisə, 1 ədəd qara rəngli kisə və 1 ədəd qara rəngli sellofan torba aşkar olunmuşdur. 1 ədəd ağ rəngli üzərində fars əlifbası ilə yazı olan kisədən 2 ədəd qara rəngli sellofan torbalar aşkar olunmuşdur. 1 ədəd qara rəngli kisədən 2 ədəd plastik butulka, 1 ədəd qara rəngli sellofan torbadan 1 ədəd ağ rəngli sellofan torba aşkar olunmuşdur. 1 ədəd üzərində «1» rəqəmi olan sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1942 qram olmuşdur. 1 ədəd üzərində «2» rəqəmi olan sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2742 qram olmuşdur. 1 ədəd üzərində «3» rəqəmi olan sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2184 qram olmuşdur. 1 ədəd ağ rəngli sellofan torbadan 2 ədəd şəffaf sellofan bükümlər aşkar olunmuşdur. 1 ədəd sellofan bükümdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1014 qram olmuşdur. 1 ədəd sellofan bükümdən narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1014 qram olmuşdur. 1 ədəd plastik butulkanın içərisindən narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2000 qram olmuşdur. 1 ədəd plastik butulkanın içərisindən narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2000 qram olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələrə oxşar kütlələri və dərman preparatlarını haradan əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələr və dərman preparatlarını Yardımlı rayonu Mirimli kəndinin yaxınlığında olan meşəlik sahədən əldə etdiyini, narkotik vasitələr və dərman preparatlarını tanımadığı şəxslərin həmin əraziyə qoyduğunu, narkotik vasitələr və dərman preparatlarının həmin əraziyə qoyulmasını bacısı əri Təqsirləndirilən şəxs2 ona mobil telefon vasitəsi ilə məlumat verdiyini bildirmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş mobil telefonda Təqsirləndirilən şəxs2la əlaqə saxladığı 050 973 64 11 saylı mobil nömrəni «iqiw Emiw» adı ilə qeyd etdiyini, narkotik vasitələr və dərman preparatlarını həmin tarixdə Bakı şəhərinə apararaq orada Təqsirləndirilən şəxs2 verəcəyini, bunun müqabilində Təqsirləndirilən şəxs2 ona 4000 manat pul verəcəyini, Emilxanın narkotik vasitələr və dərman preparatlarını götürdüyü yerə necə gətirtməsindən məlumatının olmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 X2 onun narkotik maddələr aparmasından məlumatının olmadığını, bu barədə ona heç bir söz demədiyini, ona Bakı şəhərinə kənd təsərrüfatı malları aparmasını deməsini bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr qurudulmuş marixuana, heroin, tiryəkə oxşar kütlələr və dərman preparatları 1 ədəd çanta və 1 ədəd kisəyə yığılaraq, həmçinin 1 ədəd mobil telefon qablaşdırılmaqla möhürlənib götürülmüş və iştirakçılar tərəfindən imza olunmuşdur. (cild 1, i.v.27-30) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v.51) -«şəxsi axtarış və götürmə, baxış keçirilməsi haqqında» 17 mart 2023-cü il tarixli protokol və 1 (bir) ədəd CD diskindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və digər cinayət xarakterli əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd «Samsung Galaxy A 21s», sol yan cibindən isə 1 (bir) ədəd «Samsung Galaxy A 10s» və 1 (bir) ədəd «Samsung Galaxy A 20» markalı mobil telefonları çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 1 (bir) ədəd «Samsung Galaxy A 21s» markalı mobil telefonun özünə məxsus olduğunu, həmin telefonda ***-***-**-**, ***-***-**-** saylı nömrələri işlətdiyini, digər telefonların arvadı və gəlininə məxsus olduğunu, həmin telefonların üzərində olan nömrələri dəqiq bilmədiyini bildirmişdir. 1 (bir) ədəd «Samsung Galaxy A 21s», 1 (bir) ədəd «Samsung Galaxy A 10s» və 1 (bir) ədəd «Samsung Galaxy A 20» markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. (cild 1, i.v.57-59) -«baxış keçirilməsi haqqında» 17 mart 2023-cü il tarixli protokol və 1 (bir) ədəd CD diskindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zamanı aşkar olunmuş 1(bir) ədəd «Samsung Galaxy A10s» markalı mobil telefonda 050 973 64 11 saylı nömrədən istifadə etmişdir. Həmin telefonda Təqsirləndirilən şəxs1 adı 051 558 81 08 nömrə altında «Eldar Usta» kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2 050 973 64 11 saylı nömrə ilə adı «Eldar Usta» kimi qeyd olunmuş Təqsirləndirilən şəxs1la 17 mart 2023cü il tarixdə saat 06:53-də telefon danışığı aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zamanı aşkar olunmuş 1(bir) ədəd «Samsung Galaxy A20s» markalı mobil telefonda 051 644 35 65 və 051 779 50 75 saylı mobil nömrələri istifadə etdiyi müəyyən olunmuşdur. Həmçinin 051 779 50 75 saylı mobil nömrədən «WhatsApp» proqramı vasitəsi ilə də istifadə etdiyi aşkar edilmişdir. Həmin «WhatsApp» proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 İran İslam Respublikası mobil operatoruna məxsus +**********45 saylı nömrəyə 11 fevral 2023-cü il tarixdə səs göndərmiş, həmin şəxs də ona səs göndərmişdir. Həmin səsdə Təqsirləndirilən şəxs2 avtomobildə yolda olduğunu, pul olmadığını, lazım olanda xəbər deyəcəyini bildirmişdir. İran İslam Respublikası mobil operatoruna məxsus +**********45 saylı nömrədən göndərilmiş səs yazısında həmin şəxs Ərdəbilə getdiyini, gün olacaq ton-ton mal göndərəcəyini, onun həmin malı düz qoş edəcəyini, əridəcəyini, həmin günün gəlib çatacağını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş 1(bir) ədəd «Samsung Galaxy A21s» markalı mobil telefonda 099 377 17 37 saylı mobil nömrəni istifadə etdiyi müəyyən olunmuşdur. Həmçinin 099 377 17 37 saylı mobil nömrədən «WhatsApp» proqramı vasitəsi ilə də istifadə etdiyi müəyyən edilmişdir. Həmin «WhatsApp» proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 «Qardaş mişa» adı ilə qeyd olunan İran İslam Respublikası mobil operatorlarına məxsus +98 911 782 51 45 saylı nömrə, həmçinin İran İslam Respublikası mobil operatorlarına məxsus +98 937 340 0546 və +98 992 258 0139 nömrələrlə əlaqə saxladığı müəyyən olunmuşdur. Baxış zamanı aşkar olunmuş səs yazıları 1(bir) ədəd CD-yə köçürülərək protokola əlavə edilmişdir.(cild 1, i.v.70-75) «məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizası»nın 17 mart 2023-cü il tarixli, 19/315 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələrə oxşar kütlələr....» sözlər və imzalar olan bir ədəd kisədəki, 3 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: -2600,0 qr: -2085,0 qr: -1880,0 qram: ümumi təmiz çəkisi: - 6565,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; 2 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkilər:-1000,0 qr; -1000,0 qram: ümumi təmiz çəkisi: -2000,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər; 2 ədəd butulkada ayrıayrılıqda təmiz çəkiləri:-1965,0 qr; -1950,0 qram: ümumi təmiz çəkisi: -3915,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər. Tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələrə oxşar kütlələr və dərman pereparatları.....» sözlər və imzalar olan bir ədəd kisədəki, 5 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri:-3470,0 qr: -1000,0 qr: -990,0 qr: -1060,0 qr:-970,0 qram: ümumi təmiz çəkisi:-7490,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; 1 ədəd bağlamada təmiz çəkisi:-1000,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 8 ədəd konvalyutda(listdə) hər birində 14 ədəd olmaqla ümumi sayı 112 ədəd olan ağ-qırmızı rəngli, uzunsov formalı kapsulalar preqabalindirlər, kapsulalar təsiredici maddəsinin miqdarlarına görə bir-birləri ilə eynidilər. Kapsulaların təsiredici maddəsinin ümumi mqidarı:-33,6 qramdır(bir həbdə 0,300 qr). Beləliklə, şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ümumilikdə 8 ədəd bağlamalarda ümumi təmiz çəkisi:-14055,0 qram olan marixuanalar bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Beləliklə, şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ümumilikdə 2 ədəd bağlamalarda ümumi təmiz çəkisi:-2000,0 qram olan heroinlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Beləliklə, şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ümumilikdə 2 ədəd butulkada və 1 ədəd bağlamada ümumi təmiz çəkisi:-4915,0 qram olan tiryəklər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxildir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxildir. Tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxildir. Preqabalin adlı dərman 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»-na daxildir. Marixuananın ümumi təmiz çəkisi- 14055,0 qr., tədqiqata sərf edildi-0,8qr (hər.ob 0,1qr), qalıq-14054,2 qr(1-3, 8-12 №-li ob. Heroinin ümumi təmiz çəkisi-2000,0 qr., cəmi tədqiqata sərf edildi-0,2qr(hər.ob 0,1qr), qalıq-1999,8 qr(4-5№-li ob.) Tiryəkin ümumi təmiz çəkisi-4915,0 qr., cəmi tədqiqata sərf edildi-0,3qr(hər.ob 0,1qr), qalıq-4914,7 qr(6-7, 13№-li ob.) Preqabalin ümumi kapsul-112 ədəd., cəmi tədqiqata sərf edildi 8 ədəd., qalıq-104 ədəd(14-125№-li ob.). (cild 1, i.v.83-87) -«üzləşdirmə haqqında» 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar olunmuş narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələri Təqsirləndirilən şəxs2 tapşırığına əsasən onun dediyi yerdən əldə etməsini, narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələri Bakı şəhərində Emilxana çatdıracağı təqdirdə ona 4000 manat pul verəcəyini vəd etməsini onun üzünə də demişdir. (cild 1, i.v.105-108) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(038)-8/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 17 mart 2023-cü il tarixədən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla razıdır, əməlindən peşmandır. Polis şöbəsində saxlanılarkən hər hansı işgəncəyə və təzyiqə məruz qalmamışdır. Narkotik vasitəni daşıyarkən tutulmuşdur. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. (cild 1, i.v.111-112, 148-152) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(038)-9/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 17 mart 2023-cü il tarixədən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 doğru danışmır, onlar arasında ədavət vardır, ona görə də onun barəsində narkotik vasitəni sifariş verməsi haqqında ifadə vermişdir. Polis şöbəsində saxlanılarkən hər hansı işgəncəyə və təzyiqə məruz qalmamışdır. Daimi yaşayış yeri vardır. Gələcəkdə bir daha bu kimi cinayət əməli törətməyəcəyinə söz verir. Ona görə də təqdimatın təmin olunmamasını xahiş edir. (cild 1, i.v.125-126, 154-158) -«maddi sübut kimi tanınması və təhvil verilməsi haqqında» 19 mart 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə, baxış keçirilən zamanı aşkar edilərək götürülmüş 7 (yeddi) ədəd qəhvəyi rəngli kağız paketlərdə olan 14054,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1999,8 qram çəkidə narkotik vasitə heroin, 4914,7 qram çəkidə narkotik vasitə tiryək və 104 ədəd güclü təsir edən maddə preqabalin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı RPŞ-yə təhvil verilmişdir.(cild 1, i.v.171- 173) -«əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılması haqqında» Yardımlı Rayon Məhkəməsinin 23 mart 2023-cü il tarixli, 5 (038)-12/2023 nömrəli qərarından görünür ki, Yardımlı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair» 16 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir.(cild 1, i.v.188-190) -«Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X10 daxil olmuş 27 mart 2023-cü il tarixli, 3- 85 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatdında dayanmır.(cild 1, i.v.231) -«Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X10 daxil olmuş 27 mart 2023-cü il tarixli, 3- 84 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ruhi-əsəb xəstəsi kimi Yardımlı MRX-da dispanser qeydiyyatdında dayanmır.(cild 1, i.v.232) -«təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında» 19 aprel 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə yanaşı, narkotik vasitə qurudulmuş marixuana, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki güclü təsir edən maddə preqabalini əldə etdiyi yeri əyanı şəkildə göstərmişdir.(cild 2, i.v.56-60) -«ambulator məhkəmə-narkoloji ekspertizası»nın 20 aprel 2023-cü il tarixli, 459 nömrəli rəyindən görünür ki, Elmixan Səmədovda asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, i.v.94) -«ambulator məhkəmə-narkoloji ekspertizası»nın 20 aprel 2023-cü il tarixli, 460 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, i.v.97) -«Azercell Telekom MMC-dən götürülmüş diskə baxış keçirilməsi haqqında» 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 558 81 08 və 051 558 81 08 saylı mobil nömrələrlə aparılmış telefon danışıqlarına dair "xxxx" MMC-dən istintaqa daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə ilə telefon danışıqları apardığı müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2la narkotik vasitələri əldə etmək barədə «WhatsApp» proqramı vasitəsi ilə danışıqlar apardığını bildirmişdir.(cild 2, i.v.100) -«Azercell Telekom MMC-dən götürülmüş diskə baxış keçirilməsi haqqında» 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 973 64 11, 051 *** ** ** və 051 779 50 75 saylı mobil nömrələrlə aparılmış telefon danışıqlarına dair "xxxx" MMC-dən istintaqa daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 558 81 08 və 051 558 81 08 saylı mobil nömrələrlə telefon danışıqları apardığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşları ilə narkotik vasitələri əldə etmək barədə «WhatsApp» proqramı vasitəsi ilə danışıqlar apardığını bildirmişdir.(cild 2, i.v.101) -«maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd «Samsung Galaxy» markalı, Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd «Samsung Galaxy A 21s», 1 (bir) ədəd «Samsung Galaxy A 10s» və 1 (bir) ədəd «Samsung Galaxy A 20» markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında təhvil verilmişdir.(cild 2, i.v.102-103) -«ambulator məhkəmə-psixiatrik ekspertizası»nın 22 may 2023-ci il tarixli, 1411 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. anda hər hansı psixi xəstəlik aşkar edilmir. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.(cild 2, i.v.109-111) -«ambulator məhkəmə-psixiatrik ekspertizası»nın 22 may 2023-ci il tarixli, 1416 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.(cild 2, i.v.112-113) -«sübutların qiymətləndirilməsi haqqında» 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində «şəxsi axtarış və götürmə, baxış keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs2 üzərində «şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı aşkar olunmuş mobil telefonlara «baxış keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş 1 (bir) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd CD disk maddi sübu kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(cild 2, i.v.118-137) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitə qurudulmuş marixuana, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki güclü təsir edən maddə preqabalinin mənbəyinin müəyyən edilməsindən ötrü Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(cild 2, i.v.139-140) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilərək həmin maddələr ilə yenidən cəlb olunmuş və yenidən ittiham elan olunmuşdur.(cild 2, i.v.147- 148) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilərək həmin maddələr ilə yenidən cəlb olunmuş və yenidən ittiham elan olunmuşdur.(cild 2, i.v.160- 161) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında tanımadığı şəxsin Masallı rayonunda ona yaxınlaşıb ona 4000 (dörd min) manat məbləğdə pul verəcəyini, bunun müqabilində 16 mart 2023-cü il tarixdə yaşadığı kəndin qırağında iki nəfər şəxs ona yükü verəcəyini və həmin yükü Masallı rayonuna gətirəcəyini, orada yükü ondan təhvil alacaqlarını bildirməsi, yük çatdından sonra 4000 (dörd min) manat məbləğdə pulun veriləcəyinə dair razılığa gəlməsi, Emilxanla heç bir əlaqəsi olmaması, tutulan günü onu çox incitdiklərindən, Zülfüqar adlı polis əməkdaşı onu məcbur etdiyindən, ona Emilxan saxlanıldığı halda onu buraxacaqlarını dediklərindən və həmin vaxtda yeznəsi olsa da Emilxan ilə arası yaxşı olmadığına görə polislərin təklifi ilə razılaşaraq Emilxanın sifarişi ilə narkotik vasitə və güclü təsir edən maddələri Bakı şəhərinə apardığını deməsi, Emilxanın bu işdə heç bir əli olmaması, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında polis əməkdaşlarının onu ailəsiylə təhdid etmələri, ailəsini də polis şöbəsinə gətirəcəklərini demələri, onu təxminən saat 7-dən saat 12-yə qədər döymələri, ona işgəncə vermələri, Zülfüqarla Vüqarın onu döymələri, polis əməkdaşları imza çəkməsən oğlunu da polis şöbəsinə gətirəcəklərini dediklərindən sonra qorxduğundan istintaq sənədlərini imzalamasını, onun Eldarla heç bir əlaqəsi olmaması ilə bağlı hissədə verdiyi ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçiinin iştirakı ilə verdiyi ilkin izanatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində törətdikləri cinayət əməllərini etiraf etmiş və özünü təqsirli bilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 isə özünü qismən təqsirli bilərək Təqsirləndirilən şəxs1 xahişi ilə Veysəl adlı İran İslam Respublikası vətəndaşı ilə danışaraq Mirimli kəndinin yaxınlığında «Cahda» adlanan meşəlik yerdə olan avtomobil yolunun üst hissəsinə narkotik vasitə qoydurduğunu, yer barədə Təqsirləndirilən şəxs1 telefonla zəng edərək narkotik vasitənin olduğu yeri bildirdiyini, həmin günü, yəni 16 mart 2023-cü il tarixdə axşam saat 23 radələrində Təqsirləndirilən şəxs1 ona telefonla zəng edərək narkotik maddələri olduğu yerdən götürdüyünü bildirdiyini, narkotik maddələri əldə etməyi Təqsirləndirilən şəxs1 tapşırmadığını, həmin narkotik maddələri ona çatdıracağı təqdirdə Təqsirləndirilən şəxs1 4000 (dörd min) manat pul verəcəyini vəd etmədiyini, Təqsirləndirilən şəxs1 onun barəsində dediklərinin yalan olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini, və Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil-polis əməkdaşlarının tutulan günü onu çox incitmələri, Zülfüqar adlı polis əməkdaşının onu məcbur etdiyindən polislərin təklifi ilə razılaşaraq Emilxanın sifarişi ilə narkotik vasitə və güclü təsir edən maddələri Bakı şəhərinə apardığını deməsi, Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil-məhkəmə istintaqında polis əməkdaşlarının onu ailəsiylə təhdid etmələri, ailəsini də polis şöbəsinə gətirəcəklərini demələri, onu təxminən saat 7-dən saat 12-yə qədər döymələri, ona işgəncə vermələri, Zülfüqarla Vüqarın onu döymələri, polis əməkdaşları imza çəkməsən oğlunu da polis şöbəsinə gətirəcəklərini dediklərindən sonra qorxduğundan istintaq sənədlərini imzalaması barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonar yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi «Assenov və Digərləri Bolqarıstana qarşı» və «Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin «Yallo Almaniyaya qarşı» qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar olunmuş narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələri Təqsirləndirilən şəxs2 tapşırığına əsasən onun dediyi yerdən əldə etməsini, narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələri Bakı şəhərində Emilxana çatdıracağı təqdirdə ona 4000 (dörd min) manat pul verəcəyini vəd etməsini onun üzünə də demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbirləri seçilərkən polis şöbəsində saxlanılarkən hər hansı işgəncəyə və təzyiqə məruz qalmadıqlarını bildirmişlər. «Etirafedici» ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bakı İstintaq Təcridxanasından daxil olmuş 16 sentyabr 2023-cü il tarixli, 3-16- 17/38/2-6356/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 18 mart 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. O, həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Müayinə zamanı xəsarət aşkar olunmamış, sol döş nahiyəsində, qarının ön divarında, sol bud nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında belə ifadə verməklə özlərini cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onların ibtidai istintaq zamanı özlərinə qarşı verdikləri ifadələri alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özü, istərsə də onların vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə tərkibi göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təzyiqlərə məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq hədələrə məruz qaldığını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X3rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdikləri ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X6 Rusiya Federasiyasına qarşı» işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və güclü təsir edən maddələrin əldə olunması və Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil edib qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan Veysəl adlı İran İslam Respublikası vətəndaşı və qohumu Yardımlı rayonu, Alçabulaq kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 narkotik vasitələr və güclü təsir edən maddələri gizlədildiyi yerdən götürərək Bakı şəhəri ərazisində ona çatdırmasını tapşırmış və bunun müqabilində Təqsirləndirilən şəxs1 4000 (dörd min) manat pul verəcəyini vəd etmiş, Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdə saat 20:00 radələrində onun tapşırığı əsasında Yardımlı rayonu, Mirimli kəndi ərazisində yerləşən «Cahda» adlanan yerdən içərisində 14055 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 2000 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 4915 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək və təsir maddəsinin ümumi miqdarı 33,6 qram olan külli miqdarda 112 ədəd həb halında güclü təsir edən maddə preqabalin olan bir ədəd çanta və bir ədəd kisəni əldə edib daşıyaraq rayonun Alçabulaq kəndində yerləşən yaşadığı evin həyətyani sahəsində gizlədərək qanunsuz saxlamış və bu barədə ona məlumat vermiş, 17 mart 2023-cü il tarixdə saat 05:15 radələrində Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələr və güclü təsir edən maddələri Yardımlı rayonu, Avaş kəndində yaşayan X4 idarə etdiyi «X15 109 CDİ minik» markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobildə Masallı-Yardımlı yolunun 19-cu kilometrliyində daşıyarkən Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, həmin tarixdə saat 07:29 radələrində avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindəki bir ədəd çanta və bir ədəd kisədən 8 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 2600 qram, 2085 qram, 1880 qram, 3470 qram, 1000 qram, 990 qram, 1060 qram, 970 qram olmaqla ümumilikdə 14055 qram çəkidə külli miqdarda bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram olmaqla ümumilikdə 2000 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd butulkada və 1 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1965 qram, 1950 qram, 1000 qram olmaqla ümumilikdə 4915 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və təsir maddəsinin ümumi miqdarı 33,6 qram olan külli miqdarda 112 ədəd həb halında güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin külli miqdardanarkotik vasitə qurudulmuş marixuana, heroin, tiryəki və güclü təsir edən maddə preqabalini əldə edib, saxlamaq və daşımaqla onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri onların ibtidai araşdırma zamanı verdikləri etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, şəxsi axtarış və götürmə, baxış keçirilməsi haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları, iş üzrə maddi sübut qismində tanınmış külli miqdarda- narkotik vasitə qurudulmuş marixuana, heroin, tiryəki və güclü təsir edən maddə preqabalin qalığı, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirkar bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -29 mart 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. (cild 1, i.v.233) 29 mart 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. (cild 1, i.v.234) -Yardımlı rayon İcra Hakimiyyəti başçısının Sırıq İƏD-i üzrə nümayəndəliyindən verilmiş 04 prel 2023-cü il tarixli, 5-814/2-91 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 Yardımlı rayonu, Alçabulaq kəndində qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə yaşamışdır, himayəsində 13 noyabr 2009-cu il təvəllüdlü Ramilə Bədəlzadə adlı bir az yaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, i.v.5-6) -Yardımlı rayon İcra Hakimiyyəti başçısının Ərus İƏD-i üzrə nümayəndəliyindən verilmiş 074 prel 2023-cü il tarixli, 5-815/2-153/2023 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Yardımlı rayonu, Alçabulaq kəndində ailə üzvüləri ilə birlikdə yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, i.v.7-8) -Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 daxil olmuş 12 may 2023-cü il tarixli, 3- 17-1/2-105520/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 2-ci dərəcəli əlilliklə aylıq 327,22 (üç yüz iyirmi yeddi manat iyirmi iki qəpik) manat məbləğdə əmək pensiyası alır. Əlilliyinin müddəti ömürlükdür. (cild 2, i.v.89) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ömürllük ikinci dərəcəli əlliyinin olması, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə oğlu Tağı Səmədovun «Füzulinin azad olunmasına görə» medalı (№İ- 12891), Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2370 nömrəli Sərəncamı ilə oğlu Tağı Səmədovun «Şuşanın azad olunmasına görə» medalı (№İ-4364), Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə oğlu Tağı Səmədovun «Hərbi Xidmətdə Fərqlənməyə görə» 3-cü dərəcəli medalı (№4888) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə oğlu Tağı Səmədovun «Vətən müharibəsi iştirakçısı» medalı (№İ-70858) almasını məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cəzalar təyin oluna zaman onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyəti nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 17 mart 2023-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində Yardımlı Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(038)-9/2023 nömrəli, Təqsirləndirilən şəxs1 barəsində Yardımlı Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(038)-9/2023 nömrəli qərarları ilə seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq, Yardımlı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuananın 14054,2 qram, narkotik vasitə heroinin 1999,8 qram, narkotik vasitə tiryəkin 4914,7 qram və güclü təsir edən maddə preqabalin ümumi kapsulunun 104 ədəd qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd «Samsung Galaxy A 21s», 1 (bir) ədəd «Samsung Galaxy A 10s» və 1 (bir) ədəd «Samsung Galaxy A 20» markalı, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd «Samsung Galaxy» markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs1 üzərində «şəxsi axtarış və götürmə, baxış keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs2 üzərində «şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı aşkar olunmuş mobil telefonlara «baxış keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş 1 (bir) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Elmixan Səmədov və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə təyin olunmamalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 17 mart 2023-cü il tarixdən hesablansın. Yardımlı Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(038)-9/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 17 mart 2023-cü il tarixdən hesablansın. Yardımlı Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(038)-8/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 120 (yüz iyirmi) manat məbləğdə pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq, Yardımlı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuananın 14054,2 qram, narkotik vasitə heroinin 1999,8 qram, narkotik vasitə tiryəkin 4914,7 qram və güclü təsir edən maddə preqabalin ümumi kapsulunun 104 ədəd qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq, Yardımlı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd «Samsung Galaxy A 21s», 1 (bir) ədəd «Samsung Galaxy A 10s» və 1 (bir) ədəd «Samsung Galaxy A 20» markalı, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd «Samsung Galaxy» markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərində «şəxsi axtarış və götürmə, baxış keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs2 üzərində «şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı aşkar olunmuş mobil telefonlara «baxış keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş 1 (bir) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-80/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-80/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver