Məhkəmə qərarları › İş №1(099)-801/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-801/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-801/2023 18.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri, 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri Fizuli küçəsi dalan 2 ev 1-də qeydiyyatında olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32,5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin, metadon həbləri və qurudulmuş marixuana, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan külli miqdarda preqabalin kapsullarını qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair İran İslam Respublikası vətəndaşı olması guman edilən “Fərzad” adı ilə tanıdığı şəxs və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, daşıyaraq Astara rayonu, “İpək yolu” ərazisində yol kənarında gizlədilmiş 3 ədəd plastik qabda ümumi təmiz çəkisi 1797 qram olub külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış, spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə olan eyni tərkibli narkotik vasitə tiryəki, 2 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 128,8 qr və 14,2 qr olmaqla, cəmi 143,0 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, üzərində “F/M40” göstəricisi olan, tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 43,6 qram (1 ədəd kapsulda 0,04 qram) olub külli miqdar təşkil edən, qəhvəyi rəngli dairəvi formalı 1090 ədəd dərman həblərini və üzərində “Pregabalin 150” göstəricisi olan, tərkibindəki narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 481,8 qram (1 ədəd kapsulda 0,15 qram) olub külli miqdar təşkil edən, 139 ədəd konvalyut və konvalyut kəsiyində cəmi 1380 ədəd ağ rəngli, 122 ədəd konvalyutda cəmi 1830 ədəd göy-narıncı rəngli və 1 ədəd konvalyut kəsiyində cəmi 2 ədəd ağ-qəyvəyi rəngli olmaqla, ümumilikdə 3212 ədəd preqabalin kapsullarını 2023-cü ilin mart ayında satış məqsədilə əldə edib özü ilə ünvan 1 ünvanında yerləşən istifadəsində olan mağazanın anbarında gizlədərək saxlamışdır. Bundan başqa, o, təkrar külli miqdarda narkotik vasitə heroini, tiryəki, qurudulmuş marixuananı və metadon həblərini qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair “Fərzad” adı ilə tanıdığı həmin şəxs və qeyriləri ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən qanunsuz olaraq əldə edilib, daşıyaraq Lənkəran rayonu, Göyşaban kəndinin ərazisində gizlədilmiş 10 ədəd bağlamada ümumi təmiz çəkisi 9817,80 qram olub külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış, tünd qəhvəyi spesifik tiryək iyli qətranabənzər narkotik vasitə tiryəki, 15 ədəd bağlamada ümumi təmiz çəkisi 15069,10 qram olub külli miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı, 12 ədəd bağlamada ümumi təmiz çəkisi 11532,90 qram olub külli miqdar təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini və üzərinə “Methadon e40” yazılan, tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 200 qram (1 ədəd kapsulda 0,04 qram) olub külli miqdar təşkil edən, 500 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla qəhvəyi rəngli dairəvi formalı 5000 ədəd sintetik narkotik vasitə metadon həblərini 12 iyun 2023-cü il tarixdə istifadəsində olan “Reno” markalı, 90HT842 dövlət qeydiyyat nişanlı avtomobillə həmin kəndə gedib, satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan külli miqdarda narkotik vasitələri gizlədildiyi yerdən təkrarən əldə etməklə idarə etdiyi “Reno” markalı avtomobilin yük yerinə yığaraq özü ilə yaşadığı Lənkəran şəhəri, ünvan 2 ünvanında yerləşən evə daşıyaraq, onları evin zirzəmisində gizlədərək saxlamış, 12 iyun 2023-cü il tarixdə “Fərzad” adlı qrup üzvünün tapşırığı ilə narkotik vasitələrdən 13 ədəd bağlamada qurudulmuş marixuananı, 10 ədəd bağlamada tiryəki, 6 ədəd bağlamada heroini və 250 ədəd kanvalyutda, hər birində 10 ədəd olmaqla, cəmi 2500 ədəd metadon həblərini yaşadığı evin zirzəmisində saxlayıb, qalan 2 ədəd bağlamada qurudulmuş marixuananı, 6 ədəd bağlamada heroini və 250 ədəd kanvalyutda, hər birində 10 ədəd olmaqla, cəmi 2500 ədəd metadon həblərini satışını realizə etmək məqsədi ilə idarə etdiyi “Reno” markalı, 90HT842 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb onları həmin gün saat 21 radələrində Ələt-Astara magistral yol ilə Bakı şəhəri istiqamətində daşıyarkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Ələt-Astara magistral yolun üzü Bakı şəhəri istiqamətində 60-cı kilometrliyində saxlanılaraq, saat 21:26 radələrindən etibarən saxlanıldığı yerdə idarə etdiyi avtomobilə və saat 23:46 radələrindən etibarən yaşadığı Lənkəran şəhəri, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən qrup üzvlərinə məxsus qeyd olunan bağlamalarda və konvalyutlarda külli miqdarda narkotik vasitələr - 9817,80 qram çəkidə tiryək, 15069,10 qram çəkidə qurudulmuş marixuana, 11532,90 qram çəkidə heroin və tərkibindəki metadonun təsir maddəsinin ümumi miqdarı 200 qram (1 ədəd kapsulda 0,04 qram) olan 5000 ədəd metadon həbləri qeyd olunan bağlamalarda müvafiq olaraq avtomobilin yük yerindən və evin girişində olan zirzəmidən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi olaraq daxil olmuş əməliyyat məlumatları əsasında istifadəsində olmuş Lənkəran şəhəri, Həzi Aslanov küçəsi 6 ünvanında yerləşən anbarda 16 iyun 2023-cü il tarixdə ifadəsi yerində yoxlanılarkən 2023-cü ilin mart ayında satış məqsədi ilə qanunsuz olaraq əldə edib orada gizlətməklə saxladığı qrup üzvlərinə məxsus külli miqdarda narkotik vasitələr - 3 ədəd plastik qabda cəmi 1797 qram çəkidə tiryək, tərkibindəki metadonun təsir maddəsinin ümumi miqdarı 43,6 qram (1 ədəd kapsulda 0,04 qram) olan 1090 ədəd metadon həbləri, şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə, cəmi 143,0 qram çəkidə qurudulmuş marixuana və külli miqdarda güclü təsir edən maddə - preqabalinin təsir maddəsinin ümumi miqdarı 481,8 qram (1 ədəd kapsulda 0,15 qram) olan ümumilikdə 3212 ədəd preqabalin kapsulları anbardan aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Astara şəhərində Zirvə otelində istirahət edərkən təsadüfən Fərahim adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Fərahim onda avtombil olduğunu bilib ona 300 manat pul qarşılığında Bakı şəhərinə 4-5 kq narkotik vasitə tiryək və marixuannanı aparmasını təklif etmiş, lakin hansı növdə narkotik vasitə olmasını deməmişdir. O, uşaqları xəstə olduğundan, pula ehtyiacı olduğundan razılaşmışdır. Həmin gün Fərahim onun avtomobilinin arxa yük yerinə bağlama qoymuşdur. Bağlamada hansı növdə narkotik vasitə olmasını deməmişdir. 12 iyun 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhərinə gedərkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onu saxlamışlar, avtombilinə baxış keçirilərkən avtombilindən müxtəlif növdə narkotik vasitələr və dərman peremapartalı aşkar olunmuşdur. Fərahim adlı şəxslə birinci dəfədir ki, tanış olmuş, onun İran vətəndaşı olmasını bilməmiş, onunla telefon əlaqələri olmamış, həmin şəxsin avtombilinə qoyduğu narkotik vasitəsinin haradan və kimdən əldə etməsi barədə məlumatı olmamış, heç bir İran vətəndaşı ilə əlaqəsi olmamışdır. İstintaq zamanı narkotik vasitələrinin İrandan gəlməsi, iran vətəndaşı Fərzad adlı şəxsin ona göndərməsi barədə göstərdiyi ifadələri iz itirmək məqsədilə uydurmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində hal hazırda 3 azyaşlı uşağı vardır. Uşuqlarından biri talasimsiyə xəstəsi, digər iki uşağı isə talasimiya dışayıcılarıdır. Məhkəmədən gənc olmasını, ailəsinin təkcə qazanxc gətirəni olmasını, xəstə uşaqlarını nəzərə alıb yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Daha sonra təxminən 2023-cü ilin iyun ayının 10-da Fərzad onun mobil telefonunun Whatsapp vasitəsilə zəng etmiş və qabaqcadan xəbərdar edəcəyi tarixdə İrandan keçirilmiş külli miqdarda narkotik vasitələrinin götürməyini, həmin narkotik vasitələrin bir hissəsini Bakı şəhərinə aparıb gizlətməyini, qalan hissəsini isə özündə saxlamağını tapşırmışdır. Bunun müqabilində Fərzaddan əvvəllər narkotikin dövrüyyəsindən yaranmış pul borcunun yarısını siləcəyini bildirmişdir. 12 iyun 2023-cü il tarixdə gönorta saatlarında Fərzad onun mobil telefonuna zəng edərək Lənkəran şəhərinin Göyşaban kəndinin yaxınlığında gizlədilmiş narkotik vasitələrinin götürməyini tapşırmışdır. O da idarə etdiyi RENO markalı **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ilə Fərzadın dediyi yerə getmiş və oradan 2 ədəd böyük kisənin içərisində olan narkotik vasitələri götürüb yaşadığı evinə gəlmişdir. Evdəkilərdən xəbərsiz həmin narkotik vasitələri həmin gün təxminən saat 18 radələrində Fərzad ona zəng edərək narkotik vasitələrin bir qismini Bakı şəhərinə aparıb gizlətməyini tapşırmışdır. O da evində gizlətdiyi narkotik vasitələrin içərisindən 100 ədəd M40 metadon həbini, 150 ədəd metadon həbini, 2 ədəd bağlamanın içərisində çəkisi təxminən 2 kq olan qurudulmuş marixuannanı və 6 ədəd bağlamaının içərisində çəkisi təxminən 6 kq olan heroini götürüb idarə etdiyi avtomobilin yük yerinə qoymuş və Bakı şəhəri istiqamətində yollanmışdır. Saat 21 radələrində Ələt-Astara magistralının Bakı şəhəri istiqamətinə yollanmış, magistralın 60-cı kilometrliyində DTX əməkdaşları tərəfindən saxlanılmış və avtomobilində gizlətdiyi narkotik vasitələr aşkar edilərək götürülmüş, daha sonra isə həmin əməkdaşlara evində də narkotik vasitələrin olduğunu bildirmiş, DTX-nin əməkdaşları birlikdə yaşadığı ünvana gəlib evinin zirzəmisində gizlətdiyi qalan narkotik vasitələridə həmin əməkdaşlara təqdim etmişdir. Avtomobilindən və yaşadığı evin zirzəmisindən çəkiləri təxminən 11 kq olan heroin, təxminən 9 kq tiryək, təxmini çəkisi 15 kq qurudulmuş marixuana və 5000 ədəd metadon həbləri aşkar olunaraq götürülmüşdür. Bundan başqa sonradan bildirdiyi, təxminən 2023cü ilin mart ayının sonlarında Fərzad adlı şəxs keçirməklə Astara rayonunun ərazisində yol hərəkəti nişanının yanında gizlədilmiş narkotik vasitə olan M40 həblərini götürüb Bakı şəhərinin ərazisinə apararaq gizlətməyini tapşırmışdır. O da Fərzadın dediyi gizli saxlanc yerə getmiş və orada olan narkotik vasitələri götürmüşdür. Qeyd etmiş ki, dəqiq saylarını xatırlamasa da həmin vaxt orada çoxlu sayda M 40 həbləri, təxminən 3-4 şüşə tiryək və bir qədər marixuanada olmuşdur. Həmin vaxt o götürdüyü narkotik vasitələri idarə etdiyi RENO markalı **-MT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ilə Lənkəran şəhəri H.Aslanov 6 ünvanında yerləşən işlədiyi telefon mağazasının arxasında olan istifadə etdiyi kiçik anbarına gətirmiş və həmin maddələrin bir hissəsini həmin anbarda saxlamış, digər hissəsini isə Bakı şəhərinin ərazisinə aparıb orada gizlətmişdir. Anbarda gizlətdiyi həmin maddələri sonradan DTX-nin əməkdaşlarına bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq “əldə etdiyi qanunsuz maddələrin çəkisinin az olmasını, həmin maddələr arasında isə dərman həblərinin olmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və ona daha yüngül cəza təyin edilməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. İbtidai istintaq zamanı verdiyi ifadələr isə işin faktiki hallarına uyğundurlar, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırlar. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri sübut növü kimi qəbul edir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14 iyun 2023-cü il tarixli 7/862-6/3329 saylı rəyində qeyd edilmişdir ki: Təqsirləndirilən şəxs avtomobilindən və yaşadığı evindən götürülmüş, -ağ rəngli torbada 10 ədəd qara rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 997,0 qr, 968,0 qr, 985,0 qr, 996,8 qr, 955,3 qr, 1037,6 qr, 959,2 qr, 982,8 qr, 871,8 qr, və 1064,0 qram olmaqla, ümumi çəkisi 9817,50 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. -ağ rəngli torbada bir ədəd göy rəngli polietilin bağlamada və bir ədəd qara rəngli sellofan bağlamada ümumi sayı 15 ədəd qara rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 974,3 qr, 1008,2 qr, 1029,5 qr, 1023,5 qr, 991,5 qr, 995,2 qr, 1051,0 qr, 999,2 qr, 990,5 qr, 1039,3 qr, 1032,3 qr, 1035,7 qr, 1028,4 qr, 842,7 qr və 1027,5 qram olmaqla, ümumi çəkisi 15068,35 qram mitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -ağ rəngli torbada və bir ədəd şəffaf rəngli sellofanda ümumi sayı 6 ədəd qara rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1851,7 qr, 1940,8 qr, 1931,8 qr, 1912,9 qr, 1945,2 qr və 1950,2 qram olmaqla, ümumi çəkisi 11532,60 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - bir ədəd göy rəngli sellofanda və bir ədəd yaşıl rəngli sellofanda üzərində “Methadone 40” yazılan konvalyutda ümumi sayı m4985 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə metadon olub, ümumi sayı 4985 ədəd həbdə metadon təsir maddəsinin ümimi miqdarı 199,40 qramdır. Ekspertiza tədqiqatından sonrakı qalıq marixuanna 15067,60 qram, heroin narkotik vasitə 11532,30 qram, tiryək narkotik vasitə 9817,0 qram və matadon həbləri 4970 ədəd təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manatdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 21 iyun 2023-cü il tarixli 7/895 saylı rəyində qeyd edilmişdir ki: Təqsirləndirilən şəxs işlətdiyi dükanın anbarından götürülmüş iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 128,8 qram və 14,2 qram, ümimi çəkisi 143,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddəlkər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qalıq 142,62 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 iyun 2023-cü il tarixli 6/3421 saylı rəyində qeyd edilmişdir ki: Təqsirləndirilən şəxs işlətdiyi dükanın anbarından götürülmüş -3 ədəd plastik qabda ümumi təmiz çəkisi 1797 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maadə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim olunmuş 3 ədəd plastik qabda olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. - üzərində “Pregabalin 150” göstəricisi olan 139 ədəd konvalyut və konvalyut kəsiyində ümumilikdə 1380 ədəd ağ rəngli kapsulun, 122 ədəd konvalyutda ümumilkdə 1830 ədəd göy-narıncı rəngli kapsulun, 1 ədəd konvalyut kəsiyində ümumilkdə 2 ədəd ağqəhvəyi rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 481,8 qram olduğu müəyyən edildi (üzərindəki göstəriciyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır). -üzərində “F/M40” göstəricisi olan 1090 ədəd qəhvəyi rəngliu dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 43,6 qram təşkil edir ( üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram). Ekspertiza tədqiqatından sonrakı qalıq: tiryək narkotik vasitə 1796,850 qram, metadon həbləri 1065 ədəd, ağ rəngli preqebalin kapsulları 1345 ədəd, ağ rəngli qəhvəyi rəngli preqebalin kapsulları 1 ədəd, göy narıncı rəngli preqebalin kapsulları 1800 ədəd. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli 1079 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindiromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda astiensiya, intoksiasiya əlamətlərinin olmamasının nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məxcburi müalicəyə ehtiyacı yoxdur. X1 2022-ci ildən Toksikomaniya diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «RENO» markalı **-HT-*** dövlət qediyyat nişanlı avtombilə baxış zamanı yük yerindən müxtəlif selofan torbalarda qablaşdırılmış bükümlər aşkar olundu. Qara rəngli sollofan torbay keçirilmiş baxış zamanı orada üzərində «M40 METEDONE» sözləri yazılmış hər birinin içərisində 10 ədəd həb olmaqla 100 konvalyut, bundan əlavə digər qara sellofana bükülmüş bükülünün içərisində üzərində «M40 METODONE» sözləri yazılmış hərbirinin üzərində 1 ədəd olmaqla 150 konvalyut narkoti vasitə metadon bəlləri aşkar olundu. Bundan başqa 2 ədəd iri həcmli bükülünün içərisinə baxılarkən orada spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuannaya bənzər maddələr aşkar olundu. Təxmini çəkisi 2 kq olan qurudulmuş marixuannaya bənzər maddələr qablaşdırıldı. Bundan əlavə avtombildən aşkarlanmış şəffaf rəngli sellofana bükülmüş 6 ədəd bükülünün içərisinə baxış keçirilərkən kəskin spesifik iyli sarı bozumtul rəngli narkotik vasitə olan heroinə bənzər maddələr aşkar olundu.Aşkar olunan heroinə bənzələr maddələrin təxmini çəkisi 6 kq olmaqla sellofan torbaya qablaşdırıldı. Bundan başqa avtombildən Seyfulla Mirzəzadəyə məxsus bir ədəd «İphone» 14 Pro, bir ədəd «İphone X» və bir ədəd «Poco» markalı mobil telefonlar, sürüxcülük vəsiqəsi avşkar olunaraq götürüldü. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zamanı evin zirzəmisində bir ədəd politilen kisə, dörd ədəd sellofan torba, bir ədəd kiçik ölçülü politilen kisə aşkar olunmuşdur. Ağ rəngli torbanın içərisinə baxış keçirilən zaman orada kəskin spesifik iyli sarı bozumtul rəngli narkotik vasitə olan heroinə bənzər maddələr aşkar olundu. Təxmini çəkisi 6 ka yaxın olmuşdur. Digər ağ rəngli sellofan torbaya keçirilmiş baxış zamanı oradan 10 bükümdə spesifik iyli qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddələr aşkarlandı. Təxmini çəkisi 10 kq olmuşdur. Bundan başqa göy rəngli sellofan torbaya baxış keçirilmiş, baxış zamanı oradan «M 40 METODONE» sözləri yazılmış hər birinin içərisi 10 ədəd həb olmaqla 250 konvalyut metadon həbləri aşkar olunmuşdur. Davam etdirilmiş baxış zamanı iki ədəd politelen kisədən və iki ədəd qara rəngli sellofan torbanın içərisindən ümumilikdə 13 ədəd müxtəlif rəngli sellofanlara bükülmüş bükülülüər aşkar olundu. Qeyd olunan bükülülərin içərisinə baxış zamanı oradan spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuannaya bənzər maddələr aşkarlandı. Təxmini çəkisi 14 kq, 35 qram yaxın olan qurudulmuş marixuannayə bənzər maddələr qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «POCO» markalı, 2 ədəd «İphone» markalı mobil telefonlara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə olunmamış, telefonların yaddaşında Fərzad adlı şəxsin olması barədə heç bir məlumat olmamışdır. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə saat 21:15- şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 12 iyun 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli Lənkəran şəhər Psixatriya Xəstəxanasının 21 avqust 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda durmur. İş materiallarında olan Lənkəran şəhər 01 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atansı, anası, arvadından, 2017-ci il təvəllüdlü X5, 2018-ci il təvəllüdlü X9 və 18 sentyabr 2023-cü il təvəllüdlü X6 adlı azyaşlı uşaqlarından, ibarətdir, yaşadığı müddətdə nümayəndəliyə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin 08 dekabr 2023cü il tarixli tibbi arayışların surətlərindən görünür ki, X2 «Beta Talasemiya böyük forma» diaqnozu ilə xəstədir, arvadı X13 və qızı X4 «Beta Talasemiya gen daşıyıcısı» diaqnozu qeydiyyatdadırlar. İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarı ekspertiza tədqiqatından sonrakı qalıq: 11532,30 qram narkotik vasitə heroin, 1567,60 qram narkotik vasitə qurudulmuş marixuanna, 142,96 qram narkotik vasitə qurudulmuş marixuanna, 9817,0 qram narkotik vasitə tiryək, 1796,850 qram narkotik vasitə tiryək, 4970 ədə metadon həbləri, 1065 ədəd metadon həbləri, 1345 ədəd ağ rəngli Preqebalin kapsulu, 1 ədəd ağ-qəhvəyi rəngli Preqebalin kapsulu, 1800 ədəd göy narıncı rəngli Preqebalin kapsulu və bir ədə elektron tərəzi maddi sübut kimi tanınaraq Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Həmin qərarla Seyfulla Mirzəzadənin idarə etdiyi avtombilinə, yaşadığı evinə və işlədiyi mağazanın anbarına aparılmış axtarış zamanı videoçəkilişə dair bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir, İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarla Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin mənbəsinə görə cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3, 240.3.2-ci maddələri ilə ayrı icraatda cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və cinayət təqibi CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə davam etdirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələr olan heroin, tiryək, qurudulmuş marixuanna və metadon həbləri görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə, Təqsirləndirilən şəxsnyə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almaqla cəzanın məqsədlərini təmin etmək üçün cəzanın daha ciddi həddinin təyin edilməsinə hər hansı bir əsas olmadığı qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, gənc olmasını, 1 uşağının talasemiya xəstəsi olması, arvadı və bir uşağının isə talasemiya daşıyıcısı olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. X1 2022-ci ildən Toksikomaniya diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq – Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq: 11532,30 qram narkotik vasitə heroin, 1567,60 qram narkotik vasitə qurudulmuş marixuanna, 142,96 qram narkotik vasitə qurudulmuş marixuanna, 9817,0 qram narkotik vasitə tiryək, 1796,850 qram narkotik vasitə tiryək, 4970 ədə metadon həbləri, 1065 ədəd metadon həbləri, 1345 ədəd ağ rəngli Preqebalin kapsulu, 1 ədəd ağ-qəhvəyi rəngli Preqebalin kapsulu, 1800 ədəd göy narıncı rəngli Preqebalin kapsulu və bir ədə elektron tərəzi məhv edilməli, iş materiallarında saxlanılan Seyfulla Mirzəzadənin idarə etdiyi avtombilinə, yaşadığı evinə və işlədiyi mağazanın anbarına aparılmış axtarış zamanı videoçəkilişə dair bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 207 (iki yüz yeddi) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 12 iyun 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2023-cü ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə 207 (iki yüz yeddi) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq: 11532,30 qram narkotik vasitə heroin, 1567,60 qram narkotik vasitə qurudulmuş marixuanna, 142,96 qram narkotik vasitə qurudulmuş marixuanna, 9817,0 qram narkotik vasitə tiryək, 1796,850 qram narkotik vasitə tiryək, 4970 ədə metadon həbləri, 1065 ədəd metadon həbləri, 1345 ədəd ağ rəngli Preqebalin kapsulu, 1 ədəd ağ-qəhvəyi rəngli Preqebalin kapsulu, 1800 ədəd göy narıncı rəngli Preqebalin kapsulu və bir ədə elektron tərəzi məhv edilsin. İş materiallarında saxlanılan Seyfulla Mirzəzadəninida idarə etdiyi avtombilinə, yaşadığı evinə və işlədiyi mağazanın anbarına aparılmış axtarış zamanı videoçəkilişə dair bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Seyfulla Mirzəzadəyə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar