Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-805/2024 23.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1988-ci ildə Kürdəmir rayonu, Carlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Kürdəmir rayonu, Carlı kəndində qeydiyyatda olmaqla yaşamış, 20 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2024-cü il tarixdə Kürdəmir RPŞ-nin MSY-dən azad edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 4(041)-77/2024 nömrəli qərarı ilə barəsində 02 (iki) ay 10 (on) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə saat 00:10 radələrində Kürdəmir rayonu, Carlı kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs ilə telefonla danışarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, sonuncunun yaşadığı evin həyətyanı sahəsində özü ilə yaşadığı evdən gətirdiyi 16 kalibrli “BM” modelli 81036 №-li ov tüfəngi ilə iki dəfə Zərərçəkmiş şəxs atəş açaraq ona sol diz və sol baldır nahiyələrinin qırma yaraları, sol bud sümüyünün bayır kondilusunun yerinidəyişən açıq sınığı, dizaltı arteriya venalarının və böyük əzələ qruplarının zədələnməsi, travmatik şok, kütləvi qanitirmə, sol aşağı ətrafın (baldır və sol ayaq nahiyəsinin) infeksiyalaşmış yaraları, sol ayağın açma və bükmə funksiyalarının itirilməsinə səbəb olmuş ağırlıq dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, əziyyət çəkib barama saxlamışlar, axırda da Zərərçəkmiş şəxs çörəklərini kəsmiş və vuraraq dişlərini tökmüşdür. Rüstəm evdən apardığı taxtaları ona verməli idi. Rüstəmin etdiyi hərəkətlərə görə nə etməli idi. Belə götürəndə də Rüstəmin etdiyi cinayət onun etdiyi cinayətin yanında daha ağırdır. Rüstəmin onun dişlərini qırması ilə bağlı polis şöbəsinə müraciət etməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Rüstəmi vurduğu 16 kalibrli “BM” modelli 81036 №-li ov tüfəngi çoxdan onda olmuşdur. Rüstəmi 20 iyun 2024-cü il tarixdə saat 00:10 radələrində Kürdəmir rayonu, Carlı kəndində öz həyətində vurmuşdur. Rüstəmlə qonşuluqda yaşamışlar. Günüdüz saat 18 radələrində Rüstəmə zəng edərək taxtalarını istəmiş, Rüstəm isə taxtalarını verməyəcəyini deyərək onu və ailəsini təhqir etmişdir. Bundan sonra Rüstəmgilə gedərək onu çağırmış, lakin Rüstəm evdə olmamışdır. Sonra isə axşam Rüstəmgilə gedərək onu çağırmış, Rüstəm həyətə düşdükdən sonra silahdan atəş açaraq Rüstəmi vurmuşdur. Rüstəmi öldürmək fikiri olmamışdır. Rüstəm evlərində tək qalmış, ondan başqa evlərində kimsə yaşamamışdır. Atəş açmamışdan əvvəl Rüstəm heyva ağacının altına düşmüşdür. Rüstəmə silahı tuşlayaraq vuraram demiş, Rüstəm isə vurmayana söyəcəyini demişdir. Rüstəmə iki atəş açmış, hər iki atəşi Rüstəmin ayaq nahiyəsinə atmışdır. Birinci dəfə Rüstəmi çağırmağa gedəndə də əlində silah olmuş, həmin vaxtı Rüstəm evdə olsaydı vuracaqdı. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Rüstəmə iki dəfə atəş açmışdır. Törətdiyi cinayət əməlinə görə peşman deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxs, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və biri digəri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs yataqdan qalxa bilmədiyi üçün məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxsdan şikayətçi olduğunu bildirərək, Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun cəzalanmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır və onunla münasibətləri normal olmuşdur. 01 may 2024-cü il tarixdə Xalidlə birlikdə evində barama saxlamağa başlamışlar. Onlar hər gün tezdən saat 6-dan axşam saat 20 radələrinədək baramaya qulluq etmişlər. 2024-cü ilin may ayının ortalarında o, Xalidə sel ilə gələn taxtaların yığıldığı Kür çayının sahilində bir yer tanıdığını, ona taxtaları gətirib baramalar üçün yer hazırlamasında kömək etməsini və baramaları satdıqdan sonra isə taxtaları yarı böləcəklərini demişdir. Xalid də onunla razılaşmış və onun arabası ilə gedib taxtaları onlara gətirərək baramalar üçün yer düzəltmişlər. 2024-cü ilin iyun ayının 10-da o, Xalidin yanında kilosunu 15 manatdan ümumi 35 kilo baramanı satmışdır. Alıcılar getdikdən sonra o, Xalidə baramanın kilosunu aralarında 14 manatdan böləcəyini, hər kilosunda 1 manat pulu alıcını tapan şəxsə verəcəyini bildirmişdir. Xalid də bu barədə onunla razılaşmışdır. Bundan 3-4 gün sonra onlar həyətdə oturub Xalidlə yeyib içərkən Xalid onu nə səbəbə aldatmasını soruşmuşdur. O, da onu aldatmadığını 35 manat pulu barama alıcısını tapan şəxsə verdiyini bildirmişdir. Xalid də ona yalan danışdığını deyərək ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra o, ayağa qalxaraq Xalidin qolundan tutub həyətdən çölə çıxarmış və o, çıxıb evlərinə getmişdir. Xalid səhəri gün onlara gələrək nə səbəbə onu vurmasını soruşduqda o, Xalidə söyüş söydüyünü, lakin onu vurmadığını bildirmişdir. Xalid dişinin sındığını bildirdikdə o, baramanı satdıqda dişlərini düzəltdirəcəyini bildirmiş və Xalid də onunla razılaşmışdır. Bundan sonra Xalid eyni qaydada hər gün onlara gəlib baramaya qulluq etmişdir. 19 iyun 2024-cü il tarixdə saat 19 radələrində o, kənd ərazisində olarkən Xalid istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə yığaraq baramanın artıq qurtardığını və qayıq düzəldə bilməsi üçün payına düşən taxtaları verməsini bildirmişdir. O, da ona baramanın artıq qurtardığını, lakin evin təmizlənmədiyini və nə vaxt evi təmizləsə o zaman taxtaları verəcəyini bildirmişdir. Xalid də söyüş söyərək taxtaları ondan alacağını və gəlib tüfənglə onu vuracağını bildirmişdir. Bundan sonra o, evə gəlmiş, işlək olmayan avtomobilində oturaraq həm telefonla danışmış, həm də ki, Xalidin gəlməsini gözləmişdir. Təxminən 1 saat sonra qardaşı Elnurgilin yaşayış olmayan evinə gedərkən Xalid əlində tüfənglə ağacın arxasından qarşısına çıxmışdır. Xalid tüfəngi ona tərəf doğrultduqda o, sağ əli ilə silahı kənara itələmiş və silahdan atəş açılmışdır. Onun əli uyuşsa da o, təpiklə Xalidin diz nahiyyəsinə vumuş bu zaman Xalid geriyə səndəlləmiş və təkrar atəş edərək ayağından vurmuşdur. Bundan sonra o, silahı almaq üçün Xalidə tərəf getmiş, lakin o, qaçaraq həyətdən çıxmışdır. Bundan sonra Xalidin təkrar gəlib onu vurmasından qorxub evin arxasına keçmişdir. Bir müddət sonra isə o, özündən getmişdir. Lakin xəstəxanada öyrənmişdir ki, silah səsinə gələn kənd camaatı onu xəstəxanaya gətirmişlər. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs 01 may 2024cü il tarixdə Rüstəm ilə birlikdə onun evində barama saxlamağa başlamışdır. Xalid hər gün tezdən saat 6-dan axşam saat 20 radələrinədək Rüstəmgilə baramaya qulluq etməyə getmişdir. 2024-cü ilin iyun ayının ortalarında işdən evə gəldikdə Xalidin ağzının qanadığını görmüş və Xalid Rüstəmin onu yumruqla vurduğunu bildirmişdir. Xalid səhəri gün barama yığmaq üçün Rüstəmgilə getmişdir. Özü isə Rüstəmgilə getdikdə ondan nə səbəblə Xalidi vurmasını soruşmuşdur. Rüstəm ona Xalidin içkili halda onu söydüyü üçün vurduğunu bildirmişdir. Rüstəm barəsində Xalid şikayət etməmişdir. Özü də Xalidə kömək etmiş və onlar 3-4 gün ərzində baramanı təmiz yığıb qurtarmışlar. 20 iyun 2024-cü il tarixdə həyətə çıxarkən Xalidin həyətdə daş üstündə oturub, telefonla danışaraq Rüstəmi vurmasını bildirdiyini eşitmişdir. Bundan bir müddət sonra polis əməkdaşları onlara gələrək Xalidi RPŞ-yə aparmışlar. Baş vermiş hadisənin şahidi olmamışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Xalid Rüstəmlə barışıq əldə etməmişdir. Dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları olduğu kimi bildirməklə, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini demişdir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata götürməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayonu, Carlı kənd sakini Zərərçəkmiş şəxs 20 iyun 2024cü il tarixdə sol diz nahiyəsinin kor odlu silah yaralanması diaqnozu ilə Kürdəmir MRX-na müraciət etməsi, Kürdəmir rayonu, Carlı kənd sakini Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli telefonla Azərbaycan Respublikası DİN-in 102 mərkəzi-zəng xidmətinə zəng edərək, Zərərçəkmiş şəxs tüfənglə ayaq nahiyyəsindən vurmasını bildirməsi barədə 20 iyun 2024-cü il tarixdə saat 00:38-də Azərbaycan Respublikası DİN-in 102 mərkəzi-zəng xidmətindən Kürdəmir RPŞ-nə məlumat verilməsi və Zərərçəkmiş şəxs 20 iyun 2024-cü il tarixli ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmış və həmin qərarla Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.1-3) -“baxış keçirilməsi və götürmə aparılması haqqında” 20 iyun 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Kürdəmir rayonu, Carlı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətidir. Həyətdə bir mərtəbəli, kürsülü yaşayış evi, evin qarşı hissəsində bağ sahəsi vardır. Həyətin kənarları hasarlanmışdır. Hadisə yerində iştirak edən Təqsirləndirilən şəxs evin qarşısından təxminən 20 metr aralıda bağ sahəsini göstərərək, Zərərçəkmiş şəxs orada vurduğunu bildirmişdir. Hadisə yerində qana bənzər ləkələr olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu tüfəngi özünə məxsus evin həyətində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qonşuluqda yerləşən evinin həyətinə daxil olduqda o, Zərərçəkmiş şəxs vurduğu bir ədəd tüfəngi saxladığı yeri göstərdi. Bir ədəd sındırılmış vəziyyətdə, qundağı qəhvəyi olan qoşalüləli ov tüfəngi həmin yerdən aşkar edilərək götürülmüşdür.(i.v.4-10) -Zərərçəkmiş şəxs 20 iyun 2024-cü il tarixli ərizə ilə Kürdəmir RPŞ-yə müraciət edərək, 19 iyun 2024-cü il tarixdə saat 00:10 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən ov tüfəngi ilə vurularaq xəsarət aldığını bildirmiş, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmasını xahiş etmişdir.(i.v.12) -“cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə əsaslı şübhələr olduğundan həmin tarixdə saat 02:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.29-30) -“götürmə aparılması və baxış keçirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həkim Şirin Abbasov tərəfindən hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş paltarlar təqdim edilmişdir. Həmin paltar 1 (bir) ədəd qara rəngli belində kəməri olan şalvardır. Şalvarın önündə sağ və sol hissəsində iki ədəd ciblər, şalvarın arxa sağ və sol hissəsində iki ədəd ciblər vardır. Şalvarın sol ayaqlıq hissəsində zədə vardır, şalvar qablaşdırılaraq götürülmüşdür.(i.v.47-49) -“şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir.(i.v.50) -“Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X8 04 iyul 2024-cü il tarixli, 18-1-49/2- 654/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur.(i.v.65) -“məhkumluq haqqında” 11 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Qubadlı Hərbi Məhkəməsinin 07 may 2008-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsomom 332.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin 08 sentyabr 2009-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 2 (iki) il 1 (bir) ay 27 (iyirmi yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 (iki) ay 3 (üç) gün hissəsi 300 manat cərimə cəzası ilə əvəz olunmuşdur.(i.v.66-67) -Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin 02 avqust 2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsinin 790390-132-2011 saylı, 01 sentyabr 2011-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının qalan 2 (iki) ay 3 (üç) gün hissəsi 300 manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli qərarının 1.7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs 300 manat cərimə cəzasından azad edilmiş və 12 iyul 2013-cü il tarixdə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsindən qeydiyyatdan çıxarılmışdır.(i.v.77-79) -“cinayət işi üzrə icraatın dayandırılmısı haqqında” 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. -“kompelks məhkəmə-ballistik, məhkəmə-trasoloji və atəş izləri ekspertizası”nın 21 avqust 2024-cü il tarixli, 3-16-16/2-3/1257, 3/1258 və 3/1261 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “BM” modelli, “81036” №-li, qoşalüləli yivsiz odlu ov tüfənginin lüləsidir, digər 01 ədəd taxtadan ibarət predmet isə ov silahının qundağıdır, hissə-mexanizimləri tam olmadığından təqdim olunmuş vəziyyətdə nasazdır, istifadəyə yararsızdır, hissələrinin üzərində və zavod nişanlarında əlavə və dəyişiklik edilməmişdir. Xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara əsasən istifadəyə yararlı olan “BM” modelli yivsiz odlu ov tüfəngindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Tədqiqata təqdim edilmiş “BM” modelli, 16 kalibrli, “81036” №-li ov silahının lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən həmin ov silahından sonuncu təmizlənmədən sonra atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd belində kəməri olan şalvarın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda, ölçülərdə zədələr vardır. Zədələrin ətrafında qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq və atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəciklərinin zəif halda aşkar edilməsinə onların formasına, ölçülərinə, morfoloji quruluşuna əsasən, bir ədəd belində kəməri olan şalvarın sol ayaqlığının, sol yan tikişinin üzərində ulduzvari formada olan zədəyə hamarlüləli odlu silahdan 70 sm-dən 1 metrədək məsafə daxilində, soldan-sağa doğru istiqamətdə və şalvarın sol ayağının arxa hissəsində orta və yuxarı səthində olan kiçik ölçülü zədələrə hamarlüləli odlu silahdan 2 metrdən yuxarı məsafədən arxadan-önə doğru istiqamətdə yetirilməyə xarakterikdir, həmin zədələr giriş zədələri olmaqla 16 kalibrli hamarlüləli yivsiz odlu silahdan açılmış iki atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterikdir. Zədələr tədqiqata təqdim edilmiş “BM” modelli, 16 kalibrli, “81036” №-li ov silahından açılan atəş nəticəsində qırmaların təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş üzərində və “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd şalvarın üzərində qarşılıqlı (əlbəyaxa) mübarizə ilə əlaqədar fiziki qüvvənin (darılma, sökülmə, cırılma, qoparılma, qırılma) təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar olunmadı.(i.v.119-123) -“cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir.(i.v.124-125) -“maddi sübut kimi tanıma haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs əynindən götürülmüş bir ədəd belində kəməri olan şalvar, habelə cinayətin aləti olan “BM” modelli, 16 kalibrli, “81036” №-li ov silahı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir.(i.v.127-130) -“cinayət işi üzrə icraatın dayandırılmısı haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v.131-132) -“məhkəmə-tibbi ekspertizası”nın 09 sentyabr 2024-cü il tarixli, 361 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər: sol diz və sol baldır nahiyələrinin odlu silah qırma yarası, sol bud sümüyünün bayır kondilusunun yerinidəyişən açıq sınığı. Dizaltı arteriya venalarının və böyük əzələ qruplarının zədələnmələri. Travmatik şok, kütləvi qanitirmə. Sol aşağı ətrafın (baldır və sol ayaq nahiyəsinin) odlu silahdan açılan atəşin (atəşlərin) qırmanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunan və qərarda göstərilən 19 iyun 2024-cü il tarixdə əmələ gəlməyə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa ağır zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlər müxtəlif şəraitdə eləcə də bədənin şaquli vəziyyətində-yəni ayaq üstə durması zamanı əmələ gəlməyə uyğundurlar. Atəşin məsafəsini təyin etmək üçün hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan paltarların fizikitexniki müayinələrdən keçməsi məsləhətdir.(i.v.134-137) -“cinayət işi üzrə icraatın təzələnməsi, icraata qəbul edilməsi və əməlin tövsif edilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş, ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmiş və həmin tarixdə cinayət işi üzrə əməl, Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir.(i.v.138-139) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Kürdəmir Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 4(041)- 77/2024 nömrəli qərarı ilə barəsində 02 (iki) ay 10 (on) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.141-142, 165-171) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 noyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman, Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Carlı kəndində Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evində, Zərərçəkmiş şəxs necə və harada vurmasını əyani olaraq göstərməklə, ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir.(i.v.193-198) Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ittiham verilmiş o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. -Kürdəmir rayonu İcra Hakimiyyəti Başçısının X10 Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 iyun 2024-cü il tarixli, 126 nömrəli arayış, xasiyyətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Carlı kəndində qeydiyyatda olmaqla yaşayır, 14 aprel 2015-ci il təvəllüdlü Xəyyam Abdullayev adlı oğlu, 05 may 2016-cı il təvəllüdlü Xanım Abdullayeva adlı qızı, 17 oktyabr 2017-ci il təvəllüdlü Fidan Abdullayeva adlı qızı və 11 yanvar 2023-cü il təvəllüdlü Ümüd Abdullayev adlı oğlu vardır, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir.(i.v.57-58, 175- 176) Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində az yaşlı uşaqlarının olması, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən törətdiyi cinayət barədə polisə məlumat verməsi-könüllü təqsirini boynuna alması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı agjrlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilən hallar nəzərə alınmamalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə peşman olmadığı bildirmişdir. Cinayət işinin faktiki hallarından isə görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs odlu silahdan iki dəfə atəş açmış, cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxsə köməlik göstərməmiş, xəstəxanaya aparmamış, zərərçəkmiş şəxslə barışmaq üçün təşəbbüs belə göstərməmişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs şikayətçi olduğunu, sonuncunun ona maddi yardım göstərmədiyini, müalicə etdirmədiyini, sonuncunu bağışlamadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X3rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X2 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsində sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai-təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və sair) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsini təmin etməlidirlər. Məhkəmə tərkibi bildirir ki, cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinifə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növdən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.” Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayətlərə görə ilk dəfə azadlıqdan azadlıqdan məhrum etməyə görə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, 27 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Kürdəmir Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 4(041)-77/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş və götürülmüş 1 (bir) ədəd belində kəməri olan şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə cinayətin aləti olan “BM” modelli, 16 kalibrli, “81036” №-li ov silahı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (bir yüz doxsan iki) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 192 (bir yüz doxsan iki) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44, 51-2, 124-137-1, 144-146, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 20 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək olan 2 (iki) gün müddət, ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə həbsə alındığı vaxtdan, 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Kürdəmir Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 4(041)-77/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 192 (bir yüz doxsan iki) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Polis Pöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş və götürülmüş 1 (bir) ədəd belində kəməri olan şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan habelə cinayətin aləti olan “BM” modelli, 16 kalibrli, “81036” №-li ov silahı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-805/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-805/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver