Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-808/2023 07.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1963-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşbul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 11-də qeydiyyatda olmaqla Kürdəmir rayonunun Xırdapay kəndində yaşamış, barəsində 03 iyul 2023-cü ildə həbs qətimkan tədbiri seçilən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının sonlarında yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində özünə məxsus evin həyətyanı sahəsində çətənə (kannabis) bitkisinin toxumlarını dibçəklərdə əkib-becərmiş, həmin toxumlardan külli kiqdarda - 24 (iyirmi dörd) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 09 iyun 2023-cü ildə, saat 18:00-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı bağ sahəsində 01 ədəd dibçəkdə əkdiyi 20 (iyirmi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 3.38 (üç tam yüzdə otuz səkkiz) qram, eləcə də hər birində 01 ədəd olmaqla 04 ədəd dibçəkdə əkdiyi ümumilikdə 04 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 1.88 (bir tam yüzdə səksən səkkiz) qram, ümumilikdə külli miqdarda 24 (iyirmi dörd) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 5.26 (beş tam yüzdə iyirmi altı) qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 8.19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli olmayan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı evin təmirsiz otağında saxlamış, 09 iyun 2023-cü ildə, saat 18:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı, evin təmirsiz otağından 01 ədəd polietilen torbada 4.07 qram, onunla eyni tərkibli 01 ədəd kibrit qutusunda çəkisi 2.05 qram və onlarla fərqli tərkibdə 2.07 qram, ümumilikdə 8.19 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 iyun 2023-cü ildə Kürdəmir şəhərində yerləşən «Asan» xidmətin qarşısında dayanarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı evə aparılmış, polis əməkdaşlarının iştirakı ilə həyətinə baxış keçirilmiş, baxış zamanı həyətində öz istifadəsi üçün əkdiyi 4 ədəd ayrıayrı dibçəklərdə çətənə bitkiləri aşkar edilmişdir. Həyətindən aşkar edilmiş 20 ədəd dibçəklərdə olan şitillər, eləcə də evindən kibrit qutularında aşkar edilmiş qurudulmuş marixuana ona məxsus olmamış, onlar polis əməkdaşları tərəfindən həyətinə və evinə qoyulmuşdur. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən törətdiyi cinayət əməlini tam etiraf etməklə ifadəsində göstərmişdir ki, 09 iyun 2023-cü ildə, saat 18:00-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən bağ sahəsində 01 ədəd dibçəkdə əkdiyi 20 (iyirmi) ədəd və hər birində 01 ədəd olmaqla 04 ədəd dibçəkdə əkdiyi yaş vəziyyətdə olan çətənə (kannabis) bitikiləri, eləcə də 2 ədəd kibrit qutusunda və 01 ədəd polietilen kəsikdə saxladığı narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı çətənə (kannabis) bitkilərinin və qurudulmuş marixuananın ona məxsus olduğunu, onları şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında Kürdəmir RPŞ-də CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 09 iyun 2023-cü ildə Kürdəmir rayonu Xırdapay kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərməsi ilə məşğul olması, habelə narkotik vasitə saxlaması, qəbul etməsi və daşıması barədə məxfi mənbədən daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilmiş, baxış zamanı sonuncunun həyətyanı bağ sahəsində mişar daşlarından tikilmiş su çəninin arxa hissəsində yerdə dibçəyi göstərmiş, dibçəkdə çətənə bitkilərinə bənzər 20 ədəd, hər birində 01 ədəd olmaqla ümumilikdə 04 ədəd çətənə bitkilərinə bənzər bitkilər, yaşadığı evin təmirsiz otağında 01 ədəd qutunun içərisində 01 ədəd qara rəngli polietilen torbada, 02 ədəd kibrit qutusu və 01 ədəd polietilen kəsikdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq qablaşdırılıb götürülmüş, tərtib edilən protokol iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və yaşadığı evə, eləcə də üzərində şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Sərdar oğlu da ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 09 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, yaşadığı evin həyətyanı sahəsində dipçəklərdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2023-cü ildə saat 18 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış zamanı dibçəkdə əkdiyi 24 (iyirmi dörd) ədəd qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkilərinə oxşar bitkilər və yaşadığı evdən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin bitkilər və kütlələr ekspertizaya təqdim olunması üçün 02 ədəd polietilen torbada qablaşdırılaraq DİN-in 137 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamışdır. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməməmişdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu, Xırdapay kəndindəki evinin həyətindən aşkar edilərək götürülmüş cəmi 24 ədəd çətənə (kannabis) bitkilərinə oxşar bitkilərdir, həmçinin həmin bitkilərin dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 iyun 2023-cü il tarixli 18/617 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs /imza var/...” imzalar olan 01 ədəd polietilen torba bağlamada 01 ədəd polietilen torba bükümdə təmiz çəkisi -- 4.07 qram, 02 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri – 2.5 qram, 2.07 qram, ümumi çəkisi-8.19 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd polietilen torba bükümdə və 01 ədəd kibrit qutusunda (2.05 qram) olan marixuanalar eyni tərkiblidir və bu marixuanalar digər kibrit qutusundakı marixuanadan fərqlidirlər, yəni həmin marixuana ilə eyni tərkibli deyildirlər. 2) Tədqıqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs/imza var/..” imzalar olan 01 ədəd polietilen torba bağlamadaqkı -1 ədəd yaş vəziyyətdə təmiz çəkisi- 1.30 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir, -3 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 0.58 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. 3) Tədqiqata təqdim olunmuş üzərində “evinin həyətyanı sahəsində Təqsirləndirilən şəxs/imza var/. Sözləri yazılmış və imzalar olan 01 ədəd polietilen torba bağlamada cəmi 20 ədəd yaş vəziyyətdə ümumi çəkisi 3.38 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun (mütəxəsis) rəyinə əsasən təqdim olunmuş bitki və şitillərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2023-cü il tarixli 1509 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 29 iyul 2023-cü il tarixli 6-49/-454/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX PHŞ-nın Poliklinika şöbəsində narkoloqun qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs “Şizofreniya paranoid forma” diaqnozu ilə Kürdəmir RMX PHŞ-nın Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durur. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış və bu barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsində 01 ədəd dipçəkdə 20 ədəd və hər birində 04 ədəd olmaqla 04 ədəd dipçəklərdə qanunsuz olaraq əkib yetişdirdiyi tərkibində narkotik maddələr olan əkilibbecərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini əkib becəcrmiş, həmçinin yaşadığı evin təmirsiz otağında 02 ədəd kibrit qutusunda və 01 ədəd polietilen kəsikdə narkotik vasitə qurudulmuş marixuana saxlamışdır. xx.xx.2023-cü ildə yaşadığı evin həyətinə, yaşadığı evə baxış zamanı və üzərinə şəxsi axtarış zamanı ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinin toxumlarılnı və yaşadığı evdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, həmçinin onunla əlbir olan başqa şəxslər olması müəyyən edilməmişdir. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs əvvəllər narkotik xassəli olan çətənə kolunu əkib yetişdirməsi barədə məxfi mənbələrdən məlumatlar əldə edilmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 580 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Şizofrenəbənzər Psixozdan sonrakı davranış pozuntusu” xəstəliyi müəyyən olunur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda “Şizofrenəbənzər Psixozdan sonrakı davranış pozuntusu” xəstəliyi keçirir, keçirdiyi “Şizofrenəbənzər Psixozdan sonrakı davranış pozuntusu” xəstəliyə baxmayaraq həmin xəstəlik az ifadəli və kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, cinayət əməlini törədərkən öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında, yəni ANLAQLİ olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda “Şizofrenəbənzər Psixozdan sonrakı davranış pozuntusu” xəstəliyi keçirməsinə baxmayaraq onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi - psixoloji xüsusiyyətlər (həyəcan və.s) olmamışdır. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra ümumi təmiz cəkisi 8.13 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1.28 qram yaş halda çətənə (kannabis) bitkisi Kürdəmir rayon PŞ-də saxlanılır, baxış, şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd disk cinayət işi maeriallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, onun ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir və onun həmin maddələrlə təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun izah və tələbləri baxımından da əsaslı hesab edir. “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair 3 saylı siyahı”ya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan “çətənə” növlü bitkilərin ölçü vahidləri 15 ədəddən yuxarıdırsa, onlar “külli miqdar” hesab olunur. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 11 iyun 2023-cü ildə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qərarı qanunsuz və əsassız olduğundan ləgv edilərək barəsində axtarış verilmiş, 03 iyul 2023-cü ildə saat 12:00-da Kürdəmir şəhəri ərazisində tutularaq RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2023-cü ilin iyun ayının 09-dan 11-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin olunacaq cəzaya hesablanmaqla çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 03 iyul 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Kürdəmir rayon məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli həmin tarixdən, yəni 03 iyul 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən, hökmdən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 oktyabr 2010-ui il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmiş, Kürdəmir rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Kürdəmir rayon məhkəməsinin 28 oktyabr 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 04 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, 04 may 2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixli hökmlə ona təyin olunmuş cəzasını 04 may 2022-ci ildə cəzasının sonu ilə çəkib qurtarsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu 04 may 2024-cü ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 09 iyun 2023-cü ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin xüsusi təhlükəli residivi sayılır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ev 11-də qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı və üç uşağı ilə birgə Kürdəmir rayonunun Xırdapay kəndində yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunur. Məhkəmədə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində heç bir yerdə işləməyən arvadı və üç uşağının olmasını, eləcə də yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür və ona təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir rayon PŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi təmiz cəkisi 8.13 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1.28 qram yaş halda çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış, şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2023-cü ilin iyun ayının 09-dan 11-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 6 (altı) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 03 iyul 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir Rayon PŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi təmiz cəkisi 8.13 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1.28 qram yaş halda çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış, şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov