Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-809/2023 29.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə təxminən saat 00:10 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində valideynlərinə məxsus yaşadıqları evdə olarkən onunla birlikdə yaşayan qardaşı X3 evdə alt paltarında yarıçılpaq vəziyyətdə gəzişməsini şəxsi və ailə ləyaqətinə toxunan, həmçinin insanlar arasında təşəkkül tapmış əxlaq normalarına, ailədə qəbul olunmuş birgəyaşayış və davranış qaydalarına zidd olan təhqiramiz hərəkət kimi qiymətləndirərək sonuncuya öz iradını bildirdikdə qardaşının buna məhəl qoymayaraq saymazyana formada eyni hərəkətləri təkrarlayacağını bildirərək ona sifət nahiyyəsindən sillə ilə vuraraq fiziki zor tətbiq etməsindən hiddətlənib sərxoşluq vəziyyətində qisas almaq məqsədi ilə Amil Şirqasımovu qəsdən öldürmək qərarına gəlib bu niyyətlə əvvəlcədən yaşadığı evin mətbəxindən götürüb əyləşdiyi stulun altında saxladığı, soyuq silah hesab olunmayan-zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı, mətbəx bıçağı ilə onun üzərinə hücum etmiş, həmin vaxt onları aralaşdırmaq istəyən anası Şahid1 gözləri qarşısında, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib bununla da əzab və iztirab verəcəyini əvvəlcədən dərk edib arzulayaraq zərərçəkmiş şəxsin bədəninə altı bıçaq zərbəsi endirməklə sonuncunun ölümünə səbəb olmuş dalağın zədələnməsi nəticəsində əmələ gəlmiş qanitirmə ilə nəticələnən, qarının sol yarısının ön divarının qarın boşluğuna keçən və dalağı zədələyən bir ədəd, döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən və daxili üzvləri zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçməyən bir ədəd, sol kürək nahiyəsinin bir ədəd kəsilmiş yara, sol bazunun bir ədəd kəsilmiş yara, sol said nahiyəsinin bir ədəd kəsilmiş səthi yara kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək X5 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 iyun 2023-cü il tarixdə, gecə saat 23 radələrində yatmaq üçün evə getmiş və qapıdan içəri daxil olub pilləkənlə yuxarı qalxmaq istəyən zaman birdən işığın yandığını və qardaşı Amil Şirqasımovun alt paltarında qarşımda dayandığını görmüşdür. Həmin vaxt ona «bu nədir ged əyninə paltar geyin, evdə ailə-uşaq var» demiş, lakin Amil ona sərt cavab verərək “zor eləmişəm, özüm bilərəm, sənə heç bir aidiyyəti yoxdur” deyə bildirmişdir. Amil:” bəlkə ailəm yanımdadır, mənimlə həyətə düşüblər, sən nə bilirsən onlar hardadır?”-deyə soruşmuş, bundan sonra Amil ona heç bir söz demədən həyətin giriş darvazasının yaxınlığında yerləşən tualetə getmişdir. O evə qalxaraq mətbəx otağına daxil olmuş, soyuducudan pivə götürüb, sonra dəhlizin işğını və televizoru yandıraraq orada yatan anası Tamaranı yuxudan oyadaraq bax gör indi oğlun nə vəziyyətdə həyətdən evə gələcək, onun əynində heç bir paltar yoxdur, həyətə tursiklə düşüb deyə bildirmişdir. Anası ona:” Amilə əhəmiyyət vermə, içkilidir”,- deyə bildirmiş, lakin o anasına «Amil, bu gün tursiklə həyətə düşürsə sabah da tursiksiz gəzəcək, sonra da deyəcək otağı səhv salmışam, axı belə olmaz, mən belə şeyi qəbul edə bilmərəm, sabah evdə olmasam bəs onda nə olacaq? Demiş, həmin vaxt Amil dəhlizə daxil olmuş və ailəsinin olduğu yataq otağına getmiş, bunda sonra o yenidən mətbəx otağına getmiş, orada istifadə etdiyi dəstəyi qara rəngli mətbəx bıçağını götürüb yenidən dəhlizə qayıtmış və stulun üstündə əyləşərkən bıçağı altına qoymuşdur. Bu vaxt Amil yataq otağından çıxaraq mətbəx otağına getmiş və orada su içməyə başlamışdır. Amil mətbəx otağında su içə-içə yenidən ona söz ataraq “əcəb eliyirəm, zor eliyirəm, sən hələ burdasan” deyə ona bildirdi və ona da cavabında Amilə danışığına fikir ver, mən harda olmalıyam, elə burda olmalıyam da deyə bildirmişdir. Bu vaxt Amil mətbəx otağından çıxaraq onun üstünə gəlmiş və sol üzünə sillə vurmuşdur. O, dərhal yerindən qalxıb Amili kənara itəliyərkən bıçaq yerə döşəməyə düşmüş, həmin vaxt anası Tamara yatdığı yerdən qalxmış və onların aralarına girərək ayırmağa çalışmışdır. Amil yenidən onun üstünə gəldiyi üçün əl atıb bıçağı döşəmənin üzərindən götürərək Amili bıçaqla vurmağa başlamışdır. Həmin vaxt Amilə təxminən üç bıçaq zərbəsi vurmuş, hadisə 17 iyun 2023-cü il tarixdə, təxminən 00:30 radələrində baş vermişdir. Hadisədən sonra yaşadığı evin həyətində qalmış, bir neçə dəqiqədən sonra həyətə Biləsuvar RPŞ-nin əməkdaşları gəlmiş, bıçağı polis əməkdaşlarına təqdim edərək qardaşı Amili həmin bıçaqla vurduğunu bildirmişdir. Bıçağı polis əməkdaşlarına təhvil verəndən sonra onlarla birlikdə yaşadığı evə getmiş və onlara hadisəni harada, hansı şəraitdə törətdiyi yeri göstərərək hadisənin necə baş verməsi ilə bağlı danışmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2007-ci ildə Biləsuvar rayonu, Xırmandalı kənd sakini X9 ilə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahlarından olan bir uşağı vardır. Qayınatasına məxsus evdə özləri, qaynı Abuzər, ailəsi və qayınatası və qayınanası ilə birlikdə yaşayırlar. Abuzər qaynıdır, nə onunla və nə də onun ailə üzvləri ilə aralarında ədavət və düşmənçilik olmamışdır. Lakin sonradan hazırda yaşadıqları ev üstündə Abuzərlə Amil arasında söz-söhbət və mübahisə yaranmağa başlamış və bu söz-söhbət, mübahisə artıq uzun illərdir davam edirdi. Onların valideynləri də istəyirdilər ki, həmin evdə Amil ailəsi ilə birlikdə qalsın, lakin Abuzər evdən çıxmaq istəmirdi. 16 iyun 2023-cü il tarixdə, saat 22 radələrində həmişə olduğu kimi yaşadıqları evdə ailəlikcə yəni Abuzərin ailəsi ilə birlikdə axşam yeməyi yeyərkən Abuzər pivə içmiş, lakin Amil evdə olmamışdır. Həmin gün təxminən saat 23 radələrində əri Amil evə gəlmiş və çarpayısına uzanaraq yatmışdır. Amil evə gələn zaman ondan güclü spirt iyi gəldiyini hiss etdiyinə görə onun çox spirtli içki qəbul etdiyini bilmişdir. Bundan bir müddət sonra səsə yuxudan ayılan zaman qaynı Abuzərin söyüş söyə-söyə həyətdən evə daxil olduğunu hiss etmişdir. Həmin vaxt Abuzər söyüş söyərək “ondansa lüt gəzərdin, səni kənddə biabır edəcəm” deyə qışqırırdı. Yataq otağından bayıra çıxmamış, lakin Abuzərlə Amilin mübahisə səslərini eşitmiş, onlar bir birinə qışqıraraq söyüş söyürmüşlər, bu vaxt Tamara yüksək səslə qışqıraraq “Abuzər bəsdi, Abuzər bəsdi qardaşın öldü” deyə bağırmağa başlamışdır. Abuzər cavabında “cəhənnəmə öldü qoy ölsün” dediyini eşitmiş və bu vaxt Tamara onların otağına daxil olaraq ona bildirmişdir ki, təcili yardıma zəng elə Abuzər Amili bıçaqla vurub. Bundan sonra həyətə düşərkən Amili orada görməmiş və əmisinin onu xəstəxanaya apardığını bilmişdir. Bir-neçə dəqiqədən sonra yaşadıqları evə polis əməkdaşları gəlib Abuzəri aparmışlar, daha sonra Amilin dünyasını dəyişdiyini bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi yoxdur.. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abuzər və Amil Şirqasımovlar övladlarıdır. 16 iyun 2023-cü il tarixdə, saat 19 radələrində əkin sahəsindən yaşadığı evə qayıtmış, həmin vaxt hər iki gəlini uşaqlarla birlikdə evdə olmuşlar, lakin Amil evdə olmamışdır. Yorğun olduğu üçün öz yataq otağına getmiş, bir müddət sonra Abuzərin qışqırıq səsinə yuxudan ayılmış və o, nalayiq söyüşlər söyə-söyə evə daxil olmuşdur. Həmin vaxt Abuzər söyüş söyərək “ondansa lüt gəzərdin, səni kənddə biabır edəcəm” deyə qışmışdır. Abuzər evə daxil olandan sonra ona yaxınlaşaraq dur ayağa gör indi oğlun Amil evə necə daxil olacaq, bəs deyirdiniz o, spirtli içki içmir. O, “Amilə əhəmiyyət vermə, sabah mən onunla danışaram” demiş, yerindən qalxmış. Bir az keçdikdən sonra səs-küy gəlmiş, o, onları ayırmaq məqsədi ilə yerindən qalxaraq onlara yaxınlaşdıqda Abuzər əli ilə Amilin qarın nahiyəsinə zərbə vurduğunu və onların arasına girib ayırmaq istəyərkən Amilin qarın nahiyəsindən qan axdığını və Abuzərin əlində bıçaq olduğunu görmüşdür. Özündən asılı olmayaraq yüksək səslə “Abuzər bəsdi, qardaşın öldü” deyə qışqırmağa başlamış, Abuzər isə “cəhənnəmə öldü qoy ölsün” deyə bildirmişdir. Lakin buna baxmayaraq Abuzər Amilin bədəninin qan olduğunu görəndən sonra bir anlığa dayandı və Amil isə özü evdən çıxaraq həyətə düşmüşdür. Həmin vaxt evdə səs-küy olsa da yataq otağında olan gəlinlərdən heç biri dəhlizə çıxmamışdı. Çünki belə səs-küy və dava-dalaş evdə tez-tez baş verdiyi üçün onlar heç vaxt otaqlarından çölə çıxıb həmin məsələyə qarışmamışlar. Bundan sonra o yataq otağına daxil olaraq gəlini Arzuya təcili yardıma zəng etməsini və Abuzərin Amili bıçaqla vurduğunu bildirmişddir. Səsə gələn qohumları Lazım dərhal onu rayon mərkəzi xəstəxanasına aparmış, bir-neçə dəqiqədən sonra evə polis əməkdaşları gəlib Abuzəri aparmışdırlar. Bundan sonra Amilin arxasınca xəstəxanaya getmiş və bir-neçə saatdan sonra onlara Amilin öldüyünü bildirmişdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Atabala oğlu ifadəsində göstərmişdir ki, Abuzər və Amil Şirqasımovlar övladlarıdır. 16 iyun 2023-cü il tarixdə evdə olmamış, digər oğlu Kamilin evində olmuş, o, Dağıstanda olduğu üçün arabir onun evinə gedib ziyarət etmişdir. Hadisə baş verdikdən sonra ona xəbər etdilər, evə gəlmiş. Hadisənin necə baş verməsini görməmişəm. Sonra arvadı Tamara baş vermiş hadisə barədə danışmış, bundan sonra ona məlum olmuşdur ki, Abuzər mübahisə zamanı bıçaqla Amilə xəsarət yetirmiş, nəticədə övladı Amil ölmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə, təxminən saat 00:30 radələrində qışqırıq səsinə yuxudan ayılmış və nə baş verdiyini öyrənmək üçün yaşadığı evdən həyətə düşərkən qardaşı oğlu Amilin qarın nahiyəsindən qan axa-axa üstünə gəldiyini görmüşdür. Həmin vaxt onun arxasınca anası Şahid1 da gəlmiş, təcili yardıma məlumat verildiyini və Abuzərin Amili bıçaqla vurduğunu bildirmişdir. Tamaranın arxasınca Abuzərin əlində bıçaqla gəldiyini görmüş və ondan nə üçün Amili bıçaqla vurduğunu soruşduqda ona Amil həyətə alt paltarında düşdüyü üçün vurduğunu bildirmişdir. Həmin ərəfədə səsə qonşu Elxan Əhmədov və sonra təcili yardım avtomobili gəlmişdir. Elxanla birlikdə Amili təcili yardım avtomobilinə qoyub rayon mərkəzi xəstəxanasına aparmışlar. Bir-neçə saatdan sonra onlara Amilin dünyasını dəyişdiyi bilmişdir. İş üzrə şahid qismində çağrılmış Şahid2 Azərbaycan Respubikası Konstitusiyasının 66-cı və CPM-nin 20-ci maddələrinə əsasən əri olan Təqsirləndirilən şəxs qarşı məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə Şahid2 istintaq vaxtı verdiy ifadəsini elan edir. Həmin ifadədə o, göstərmişdir, ki, 2016-cı ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, övladları 2018-ci il təvəllüdlü Tamara və 2020-ci il təvəllüdlü Sənanla qayınanası Tamara, qaynı Amil, arvadı Arzu və onların bir azyaşlı övladları ilə birgə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən qayınatası Nadirə məxsus evdə yaşayırlar. Ev üstündə Abuzərlə Amil arasında söz-söhbət və mübahisə yaranmağa başlamış və uzun illər davam etmişdir. Buna səbəb onların valideyinləri həmin evdə Amilin ailəsi ilə birlikdə qalmasını istəmiş, lakin Abuzər evdən çıxmaq istəməmişdir. 16 iyun 2023-cü il tarixdə, saat 22 radələrində həmişə olduğu kimi yaşadıqları evdə ailəlikcə yəni Amilin ailəsi ilə birlikdə axşam yeməyi yemişlər. Həmin vaxt Abuzər spirtli içki qəbul etmiş, lakin Amil evdə olmamışdır. Axşam yeməyini yedikdən sonra hər biri öz yataq otağına getmiş və qayınanası Tamara isə həmişəki kimi dəhlizdə öz yatağını açaraq orada uzanmışdır. Abuzər dəhlizdə televizora baxmış və bir-neçə dəqiqədən sonra yataq otağına daxil olaraq ona bildirmişdir ki, həyətə gedirəm birazdan gələcəm. Bundan bir müddət sonra səsə yuxudan ayılan zaman Abuzərin söyüş söyə-söyə otağa daxil olduğunu görmüş, həmin vaxt Abuzər söyüş söyərək “ondansa lüt gəzərdin, səni kənddə biabır edəcəm” deyə qışqırmışdır. O, yarıyuxulu halda Abuzərdən nə baş verdiyini soruşduqda ona Amilin alt paltarda həyətə düşdüyünü bildirmiş, o, Abuzərə ola bilər Amil içkilidir, ona fikir verməməsini, gəlib yatmasını, sabah söhbət etmələrini məsləhət gördükdə, ona bu işə qarışmamasını və otaqdan çölə çıxmamasını tapşırmışdır. Bundan sonra Abuzər otaqdan dəhlizə çıxmış, Tamara da Abuzəri sakitləşdirmək üçün Amil içkili olduğuna görə ona fikir verməməsini, səhər danışmalarını məsləhət görsə də, Abuzər ona qulaq asmamış, nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra Amilin evə gəldiyini hiss etmiş və həmin vaxt Abuzərin yenidən nalayiq söyüşlər söyərək yüksək səslə sən “kişi deyilsən, səni kənddə biabr edəcəm” dediyini eşitmişdir. Amil ona cavab verərək “mən kişiyəm, kişi kimi yaşayıram, səndə bəsdi qışqırma, söyüş söymə, evdə ailə-uşaq var” deyə bildirmişdir. Bundan sonra Tamara söhbətə qarışaraq Abuzərə bəsdi qışqıra-qışqıra söyüş söydün, uşaqlar yatıb, Amil içkilidi, nə olar ki, ayılar səhər söhbət edərsiz deyə bildirmişdir. Həmin vaxt Abuzər söyüş söyə-söyə anası Tamaraya bütün günahlar səndədir, elə bunun bu həddə çatmasına sən səbəbkarsan demişdir. Tamara yüksək səslə qışqıraraq “Abuzər bəsdi, Abuzər bəsdi qardaşın öldü” deyə bağrmağa başlamış, lakin onlar həmişə evdə mübahisə edib dava-dalaş salarkən heç vaxt olduqları otaqdan çölə çıxmadıqları və qorxularından otağından çölə çıxmamışdır. Həmin vaxt Tamaranın Abuzər qardaşın öldü, o, da cavabında cəhənnəmə öldü qoy ölsün sözlərini eşidəndən sonra dərhal yataq otağından dəhlizə çıxarkən yerdə döşəmənin üzərində qan olduğunu və Abuzərin əlində bıçaqla qapının yaxınlığında üstünün və əlindəki bıçağın qana bulaşmış halda olduğunu görmüşdür. Həyətə düşəndə Amili əmisi Lazımın qucağında görmüş, onu xəstəxanaya aparmışlar. Bundan sonra yaşadıqları evə polis əməkdaşları gəlmiş və Abuzəri rayon polis şöbəsinə aparmışlar. Bir müddət sonra Amilin öldüyü məlum olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPMin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 17 iyun 2023-cü il tarixli 21 nömrəli rəyində göstərilir ki, X3 ölümünə səbəb dalağın zədələnməsi nəticəsində əmələ gəlmiş qanitirmə olmuşdur. Meyitin bədəni üzərində qarnın sol yarısının ön divarının qarın boşluğuna keçən və dalağı zədələyən 1/bir/ ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən və daxili üzvləri zədəlməyən 1/bir/ ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçməyən 1/bir/ ədəd, sol kürək nahiyəsinin 1/bir/ ədəd, sol bazunun 1/bir/ ədəd kəsilmiş yara və sol said nahiyəsinin 1/bir/ədəd kəsilmiş səthi yara (cəmi 6 ədəd). Müəyyən olunan xəsarətlər batıcı-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 17 iyun 2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə qarının sol yarısının ön divarının qarın boşluğuna keçən və dalağı zədələyən 1/bir/ ədəd və döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən 1/bir/ ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdirlər. X12 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,2% qatılığında etil spirti aşkar edilmişdir, bu da alkaqolun təyini cədvəli üzrə yüngül dərəcəli sərxoşluğu əlamətlərinə aiddir. Narkotik və psixotrop maddə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 20 iyun 2023-cü il tarixli 519 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hə hansı bir xəsarət və ya xəsarətin izləri aşkar olunmamışdır. İş materiallarında olan «tibbi-bioloji ekspertizasının» 19 iyul 2023-cü il tarixli 396/2023-MTBŞ nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs X3 ABO sistemi üzrə qan qrupu-Abeta (H) (İİ). Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq, 07 ədəd pambıq tampon, Təqsirləndirilən şəxs məxsus köynək və şalvar, Amil Şirqasımova məxsus şalvar və tursik üzərində aşkar olunmuş insan qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinin alınmışdır. Həmin qan ləkələri Abeta (H) (İİ) qruplu şəxsə, o cümlədən zərərçəkmiş şəxs X6 məxsus ola bilər. İş materiallarında olan "xxxx" 12 iyul 2023-cü il tarixli, 289/2023-MTKŞ nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşicikəsici xassəyə malikdir, məişət təyinatı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. X6 məxsus şalvar və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus köynəyin ön sağ yarım hisssəsində parça defekti ilə müşahidə olunan cırılmış, ön sağ yarım hissəsində 01 (bir) ədəd, sol yarım hissəsində düymə ilgəklərinin, yuxarıda 2.3 və 4-cü cırılmış zədələri aşkar edilmişdir. Həmin zədələr köynəyin müvafiq nahiyələrinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. İş materiallarında olan «kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının» xx.xx.2023-cü il tarixli, 2428 nömrəli rəyindən görünür ki, Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2428 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilmişdir, emosional halından aslı olaraq təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur, cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır, keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir və o, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İş üzrə 17 iyun 2023-cü il tarixli «meyitə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, xarici müayinə zamanı meyitin əynində 1 ədəd üzərində qara rəngli xətləri olan bozumtul tursik olmuş, trusikin sağ ön-bayır hissəsindən başqa demək olar ki bütün hissələri tünd qırmızı rəngli tam qurumamış qana bulaşmışdır. Meyit soyundurulduqdan sonra aydın olmuşdur ki, meyit kişi cinsli olub, düzgün bədən quruluşlu və kafi köklükdədir. Boyunun uzunluğu 177 sm-dir. Meyit ləkləri göyümtül-bənövşəyi rəngdə olub meyitin arxa səthində yerləşmişdir. Meyitin bədəni üzərində döş qəfəsinin sol yarısının ön səthində sol ön qoltuq xətti üzrə 10-cu qabırğa səviyyəsində köndələn çəp istiqamətdə yerləşmiş düz xətt şəkilli 5,7 x l,0 sm ölçüdə kənarları hamar bir qurtaran ucu iti digər oval formalı döş boşluğuna keçməyən 1 (bir) ədəd yara, döş qəfəsinin sol yan səthində sol orta qoltuq xətti üzrə və 10-cu qabırğa səviyyəsində boylama çəp istiqamətdə yerləşmiş düz xətt şəkilli eyni xarakterli döş boşluğuna keçən 1 (bir) ədəd yara, sol kürək nahiyəsində köndələn istiqamətdə yerləşmiş düz xətt şəkilli döş boşluğuna keçməyən eyni xarakterli 1 (bir) ədəd yara, qarının sol yarısının ön divarında göbəkdən 7 sm solda köndələn çəp istiqamətdə yerləşmiş düz xətt şəkilli l,8 x l,0 sm ölçüdə qarın boşluğuna keçən və böyük piyliyin xaricə çıxması ilə nəticələnən eyni xarakterli 1 (bir) ədəd yara, sol bazunun orta 1/3 hissəsinin içəri səthində 4,7 x 2,5 sm ölçüdə eyni xarakterli 1 (bir) ədəd yara, sol saidin orta 1/3 hissəsinin ön-iç səthində 0,5 x 0,2 sm ölçüdə eyni xarakterli 1 (bir) ədəd səthi yara vardır. Meyitin üzərində başqa digər zədə və izlər aşkar edilməmişdir. İş üzrə 19 iyun 2023-cü il tarixli «aşyaya baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkildən görünür ki, cinayətn aləti olan bıçaq qatlanmayan, tiyə və dəstək hissədən ibarət olmaqla ümumi uzunluğu 240 mm-dir, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir, tiyənin ucu kəsici tərəfin maili formada əyilərək küt tərəfə birləşmişdir, tiyənin üzərində qana bənzər ləkələr vardır, tiyənin üzərində “bir ədəd dəlik, ondan bir qədər aralıda dəstəyə yaxın hissədə dairənin içində 666 rəqəmi və SANLİU” yazısı zavod işarələrinin fraqmentləri əks olunmuşdur, tiyənin uzunluğu 115 mm, orta hissəsində eni 21 mm, ucunda 1 mm və enli sahəsində 23 mm, qalınlığı 1.2 mm-dir, dəstəyin üzərinə qara rəngli plastmas materialdan üzlüklər bərkidilmişdir, dəstəyin uzunluğu 110 mm, orta hissədə eni 14 mm, həmin hissədə qalınlq 11 mm-dir, bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarına uyğundur, bıçağın tiyəsi və dəstəyi üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. İş materiallarına əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 17 iyun 2023-cü il tarixli 655 nömrəli aktadan görünür ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman sərxoş vəziyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir, məhkumluğu yoxdur. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli Salyan rayonlararası Psixiatriya xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli Lənkəran şəhər Psixiatriya xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli Biləsuvar rayon Xırmandalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi, atası, anası, arvadı, 2017-ci il təvəllüdlü X1, 2020-ci il təvəllüdlü X7 adlı azyaşlı uşaqlarından, eyni zamanda həmin evdə qardaşı Amil Şirqasımov onun ailə üzvləri, mərhum qardaşının arvadı Arzu Şirqasımova və onun uşaqları yaşayırlar, yaşadığı müddət ərzində tez-tez dava-dalaş salmış, qonşularla munasibəti müsbət olmuş, içkili vaxtlarda kənddə özünü normal aparmamış, ictimai yerlərdə tez-tez dava-dalaş salmış, özünə bıçaqla xəsarət yetirmə halları olmuş, kənd ağsaqqaları tərəfindən barəsində tez-tez şifahi şikayətlər olmuş, yaşayış yeri üzrə mənfi xarakerizə olunmuşdur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 20 sentyabr 2023-cü il taixli qərarı ilə X6 məxsus 1 ədəd üzərində qara rəngli xətləri olan bozumtul tursik, 1 ədəd cins şalvar, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus 1 ədəd qabağında düyməsi və zamoku olan, tünd boz rəngli, qarşı yan tərəflərində və arxasında cibləri olan, arxa cibinin üstündə yerləşən embleminin üzərində “AE-GX” yazıları qeyd edilmiş cins materialdan hazırlanmış şalvar, 1 ədəd yaxası düyməli, qırmızı rəngli qarışıq materialdan hazırlanmış qısaqol köynək, 1 ədəd qatlanmayan, tiyə və dəstək hissədən ibarət olan dəstəyin üzərinə qıra rəngli plastmas materialdan üzlüklər bərkidilmiş bıçaq 07 ədəd tamponlar iş üçün əhəmiyyət kəs etməklə üzərlərində cinayətin izlərini daşıdıqlarından maddi sübut kimi tanınaraq Biləsuvar rayon prokurorluğunun arxivində saxlanə təhvil verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plemununun 12 dekabr 2002-ci il tarixli, 03 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ilk dəfə məhkum olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CM-in 120.2.4-cü maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin olunmuş cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Biləsuvar rayon prokurorluğunda saxlanılan X6 məxsus 1 ədəd üzərində qara rəngli xətləri olan bozumtul tursik, 1 ədəd cins şalvar, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus 1 ədəd qabağında düyməsi və zamoku olan, tünd boz rəngli, qarşı yan tərəflərində və arxasında cibləri olan, arxa cibinin üstündə yerləşən embleminin üzərində “AE-GX” yazıları qeyd edilmiş cins materialdan hazırlanmış şalvar, 1 ədəd yaxası düyməli, qırmızı rəngli qarışıq materialdan hazırlanmış qısaqol köynək, 1 ədəd qatlanmayan, tiyə və dəstək hissədən ibarət olan dəstəyin üzərinə qıra rəngli plastmas materialdan üzlüklər bərkidilmiş bıçaq 07 ədəd tamponlar məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 17 iyun 2023-cü il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 14 (on dörd) il 6 (altı ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış: – Biləsuvar rayon prokurorluğunda saxlanılan X6 məxsus 1 ədəd üzərində qara rəngli xətləri olan bozumtul tursik, 1 ədəd cins şalvar, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus 1 ədəd qabağında düyməsi və zamoku olan, tünd boz rəngli, qarşı yan tərəflərində və arxasında cibləri olan, arxa cibinin üstündə yerləşən embleminin üzərində “AE-GX” yazıları qeyd edilmiş cins materialdan hazırlanmış şalvar, 1 ədəd yaxası düyməli, qırmızı rəngli qarışıq materialdan hazırlanmış qısaqol köynək, 1 ədəd qatlanmayan, tiyə və dəstək hissədən ibarət olan dəstəyin üzərinə qıra rəngli plastmas materialdan üzlüklər bərkidilmiş bıçaq 07 ədəd tamponlar məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyeav Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-809/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-809/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver