Məhkəmə qərarları › İş №1(099)-81/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-81/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-81/2022 09.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxs və atası-qanuni nümayəndəsi Qanuni nümayəndə və zərərçəkmiş şəxsin hüquqi varisi X10 iştirakı ilə, xx xxxxxxx 1990-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatında olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263-1.3, 264 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi, habelə yol-nəqliyyat hadisəsi yerindən qaçma, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, özünə məlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda- 46,786 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda-2,124 qram narkotik vasitə olan heroin və 12,08 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlamış, daşımış və həmin maddələrin satışını realizə etmək üçün onları ayrı-ayrı bükümlərə və bir ədəd kibrit qutusuna qablaşdırıb üzərində və idarə etdiyi VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 01 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində yolun sağ çiynində tanışı Şahid8 ilə görüşüb bir ədəd kibrit qutusunda qablaşdırılmış 5,80 qram narkotik vasitə olan qurudulmuş marixuananı Şahid8 50 (əlli) manata satdıqdan sonra, həmin yerə yaxınlaşan mülki geyimli şəxslərin polis əməkdaşları olmasını bilib idarə etdiyi avtomobillə həmin yerdən Hacıqabul-Mincivan magistral yolu ilə uzaqlaşarkən qeyd edilən asfalt yolun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisindən keçən 149-cu kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub, psixotrop maddə olan metamfetamin istifadə etməsi nəticəsində sərxoş halda hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda həmin tədbirləri görməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması ”yol nişanı ilə 50 km/saat sürətlə məhdudlaşdırılmış) həmin qaydalara əməl etməyərək yolu sağdan sola keçən piyada X17 yolun sağ çiynindən 2,5 metr məsafədə avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurduqdan sonra idarə etdiyi VAZ- 21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa istiqamətlənib yolun sağ çiynində dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin sağ yan tərəfi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə X24 çanaq və hər iki bud sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş, çoxsaylı qəlpələnmiş, xətti açıq sınıqları,ənsə, sol said, sol əl pəncəsi və bud-çanaq oynağı nahiyələrinin əzilmiş yaraları xəsarətləri ilə xarakterizə edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan çanaq və hər iki bud sümüyünün çoxsaylı sınıqları səbəbindən törənmiş ağır travmatik şokdan yol-nəqliyyat hadisəsi yerində ölmüş, Zərərçəkmiş şəxs sol təpə-gicgah nahiyəsində çapıq, sağ körpücük sümüyündə sınıq, sol dirsək oynağı nahiyəsində isə sıyrıqlarla xarakterizə edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən avtomobili yolun sağ çiynində qoyub yol-nəqliyyat hadisəsi yerindən qaçmış, daha sonra Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 19 radələrində Füzuli rayonunun Arayatılı kəndinin ərazisində tutulub üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir ədəd salfet bükümdə 2,879 qram psixotrop maddə olan metamfetamin, habelə yol-nəqliyyat hadisəsi yerində qoyub qaçdığı VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ ayaqaltı rezin döşəkçənin altından bir ədəd salfet bükümdə 43,44 qram psixotrop maddə olan metamfetamin, bir ədəd polietilen bükümdə 0,464 qram psixotrop maddə olan metamfetamin olmaqla cəmi 43,907 qram psixotrop maddə olan metamfetamin, bir ədəd salfet bükümdə 2,124 qram narkotik vasitə olan heroin və bir ədəd salfet bükümdə 6,28 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3, 264 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib (yol-nəqliyyat hadisəsinə münasibətdə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilib, CM-nin 234.4.3 və 264-cü maddələri ilə özünü təqsirli bilməyib) ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşayır, evlidir, himayəsində bir azyaşlı xəstə uşağı vardır. X16 adına olmaqla özünə məxsus VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Avtomobili idarə etməyə B1, B, C1 və C dərəcələri olan sürücülük vəsiqəsi vardır. İstifadəsində 050/555-52-06, 050/391-11-16 və 050/619-19-02 saylı mobil telefon nömrələri olmuşdur. O, 01 avqust 2021-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək məqsədilə tək Beyləqan rayonunun Daşburun qəsəbəsinə getmiş, avtomobilinin “razvalını” təmir edə bilən usta tapa bilmədiyinə görə Füzuli rayonuna qayıdarkən istifadəsində olan 050/391-11-16 №-li telefonuna baxanda Beyləqan rayonu, İ Şahsevən kənd sakini olan tanışı, narkotik istifadəçisi Şahid8 unutduğu nömrəsindən onun telefonuna zəng gəlməsini görüb sonuncunun telefonuna zəng etmiş, Eynur ondan soruşmuşdur ki, nəysə oralarda tapmaq olar?. O, Eynurun ondan narkotik maddə istəməsini başa düşmüş və ona bir şey yoxdur, hazırda asfalt yolun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində olmasını, tapsa ona zəng edib deyəcəyini bildirmişdir. O, Füzuli rayonunun Qayıdış qəsəbələrinə dönən yola çatanda asfalt yolun kənarında bir nəfər piyadanın dayanmasını və həmin şəxsə yaxınlaşdıqda əvvəllərdən tanıdığı Fin qəsəbəsində yaşayan İlkin adlı tanışının olmasını görüb avtomobili onun yanında saxlamış, İlkin avtomobilin qabaq oturacağına minəndən sonra yoluna davam etmişdir.O, İlkinin yaşadığı evə dönən yolu keçib getdiyinə görə asfalt yolun içərisində avtomobilini döndərib geriyə Fin qəsəbəsinə dönən yola sürmüş, bu vaxt Hacıqabul- Mincivan yolu ilə hərəkətdə olan Şahid8 idarə etdiyi “VAZ-2107” markalı avtomobilin işıqlarını yandırıb söndürməklə ona “saxla” işarəsi verməsini görüb avtomobilini asfalt yolun sağ ehtiyat hissəsində saxlamışdır. Eynur əks istiqamətdən gəldiyinə görə avtomobilini hərəkəti istiqamətində yolun sağında saxlayıb avtomobildən yerə düşmüşdür. Eynurun avtomobilində iki nəfər tanımadığı şəxslər olmuşdur. Eynur yolu keçib onun idarə etdiyi avtomobilə yaxınlaşıb avtomobilin qapısının açıq şüşəsindən ondan hələ tapmadığını, yəni narkotik maddə tapmadığını soruşmuş, o da tapmadığını, özü üçün də axtardığını demişdir.Eynur geri qayıdıb avtomobilinə minmiş, özü də İlkini evlərinə düşürmək üçün avtomobilini Fin qəsəbəsinə sürmüş, qəsəbədə məktəbin yanında İlkin avtomobildən düşüb evlərinə tərəf getmişdir.Sonra o, qəsəbəarası yolda avtomobilini geri döndərib hərəkət edərkən tanıdığı, Füzuli RPŞ-nin yol patrul xidmətinin Paşa adlı əməkdaşı idarə etdiyi “Ford Ranger” markalı xidməti avtomobilini onun idarə etdiyi avtomobilin qabağına sürüb yolunu kəsmiş, o da avtomobilini saxlamışdır.Paşa avtomobildən yerə düşüb onun avtomobilinin qabaq sağ qapısını açmaq məqsədilə avtomobilin əl tutacağından yapışıb özünə tərəf çəksə də, avtomobilin qapısında texniki nasazlığa görə qapı açılmadığından qapının pəncərəsinin şüşəsinə yumruqla vurmuşdur.O, Paşanın bu hərəkətlərindən həyəcanlanmış və heç nə başa düşməmiş, qorxduğuna görə avtomobilini 2-3 metr arxaya sürüb sağ tərəfdəki qəsəbəarası yola girib sürətlə Hacıqabul-Mincivan yoluna çıxaraq avtomobilini yaşadığı Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində sürmüşdür.O, asfalt yola çıxandan sonra avtomobilin güzgüsündə Paşanın idarə etdiyi “Ford Ranger” markalı avtomobillə onu təqib etdiyini görüb avtomobili asfalt yolla 110 km/saat sürətlə idarə etməklə hərəkətini davam etdirmişdir. Təxminən 6-7 km irəlilədikdən sonra Füzuli RMX-na çatanda əks istiqamətdən Füzuli RPŞ-nin yol patrul xidmətinə məxsus “Mercedes” markalı avtomobilin polis sürücüsünün avtomobilin işıqlarını yandırıb-söndürməklə ona “saxla” işarəsi verməsinə baxmayaraq o, hərəkətinə davam etmiş, sonra həmin yol patrul xidmətinə məxsus “Mercedes” markalı avtomobilin sürücüsü də arxadan onun avtomobilini təqib etməyə başlamışdır.O, avtomobilinin yan güzgüsündə yol patrul xidmətinə məxsus hər iki avomobillərin onun arxasınca sürətlə hərəkətdə olmalarını görmüş, lakin bu avtomobillərin heç biri onu saxlatmaq üçün səsgücləndiricidən istifadə etməmişlər.Onun fikri həmin avtomobillərdə olduğundan asfalt yolun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisində olan “Dörd yol” ayrıcını keçəndən sonra yolu asta yerişlə sağdan sola keçən piyada, sonradan adının Rəfi olmasını bildiyi kişini vurmuş, sonra avtomobilin üzərində idarəetməni itirdiyinə görə avtomobil asfalt yolun sağ ehtiyat hissəsinə çıxmış və asfalt yolun sağ kənarında dayanmış uşağı, sonradan adının Asif olmasını bildiyi şəxsi avtomobilin sağ yan qapısı ilə vuraraq yerə yıxmışdır.Bir az irəli gedəndən sonra avtomobili saxlayıb yerə düşüb əvvəl vurduğu kişinin yolun kənarında ağzıüstə uzanılı vəziyyətdə olmasını görüb həmin şəxsə yaxınlaşmış və orada olan tanımadığı şəxslərdən yaralı şəxsin xəstəxanaya aparmalarını xahiş etsə də, ona kömək edən olmamışdır.O, bu şəxsin artıq öldüyünü görmüş, həmin vaxt rayonun Bala-Bəhmənli kəndi tərəfdən bir neçə nəfərin qışqıra-qışqıra onun üzərinə gəlmələrini görüb həmin adamların Rəfinin qohumları olmalarını başa düşüb qorxub oradan təxminən 100 metr uzaqlaşıb yolun kənarında dayanmış, sonra yaşadığı Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsünə əl edib saxladıb həmin avtomobillə Böyük Bəhmənli kəndinə yaşadığı evə getmişdir. Yaşadığı evin həyətində dayısı Şamilin avtomobilini görmüş, evə daxil olub ailə üzvlərinə və dayısı X31 kəndinin ərazisindən keçən asfalt yolda bir nəfər şəxsi avtomobillə vurduğunu bildirib, onlarla görüşüb polisə gedəcəyini demiş və paltarını dəyişmiş, elə həmin vaxt yeznəsi Nail atası Səfərlə birlikdə evə daxil olmuşlar.O, hadisəni onlara da danışmış, sonra yeznəsi Nailin dostu Hacı adlı şəxs idarə etdiyi “Mercedes” minik markalı avtomobillə onlara gəlmiş və o, Hacının avtomobilinə minib onu Füzuli RPŞ-nə aparmasını xahiş etmişdir.Dayısı Şamil öz avtomobili ilə, yeznəsi Nail də öz avtomobili ilə onların arxasınca gələrmişlər.Füzuli rayonunun Arayatılı kəndinin içərisində Hacı dayısı Şamilin göstərişi əsasında avtomobili orada dayanmış polislərə məxsus “Şhevrolet Niva” markalı avtomobilin yanında saxlamış və o, avtomobildən yerə düşüb, əvvəllərdən tanıdığı Füzuli RPŞ-nin əməkdaşları Azər, Seymur və Elşənə yaxınlaşıb həmin avtomobilə minmiş, Polis əməkdaşları onu Füzuli RPŞ-nə aparıb müvəqqəti saxlama otağına salmışlar.Bir neçə dəqiqə sonra Füzuli rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinin əməkdaşı Rahib adlı tibbi işçisi ora gəlib onun sərxoşluq vəziyyətinin yoxlanılması üçün 10 qram qan nümunəsi götürmüşdür. Təxminən 10 dəqiqə sonra Elşən adlı polis əməkdaşı iki nəfər başqa tanımadığı mülki geyimli polis əməkdaşları müvəqqəti saxlama yerinə daxil olmuş, həmin polis əməkdaşlarından biri cibindən bir büküm salfeti çıxarıb ona “bunu al boynuna” demiş, o, salfet bükülüdə olan maddəni görməsə də, narkotik maddə olmasından şübhələnib salfet bükülüdə olan maddənin, yəni narkotik maddənin ona aid olmamasını, nəyə görə boynuna götürməli olmasını soruşmuş, onların üçü də ona “Gör nətəhər boynuna qoyacayıq” demişlər. Həmin vaxt rəis müavini Vüsal da onlara qoşulmaqla onlar onun əl-qolunu bağlayıb bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla vuraraq döyərək ona xəsarətlər yetirmişlər.Sonra o, məcbur qalıb salfet bükülüdə olan maddənin ona məxsus olmasını deyəcəyinə razılaşmış, bundan sonra onlar onun əl və ayağını açmışlar. Sonra onlar ona demişlər ki, “salfet bükülünü cibinə qoy və kameranın qabağına çıxarılanda orada deyərsən ki, mənə məxsusdur, məhlədən tapmışam, qabağına qoyulan sənədlərə də imza et və ayrı söhbət etmə”, o da razılaşmış və salfet bükülüdə olan maddəni əynindəki şalvarın cibinə qoymuşdur. Həmin gün vəkilin (müdafiəçi Hikmət Heydərovun) iştirakı ilə və videoçəkilişlə polis əməkdaşları onun üzərində axtarış aparılarkən o, qorxduğuna görə cibindən həmin salfet bükümü çıxarıb stolun üstünə qoyub bükümdə olan maddənin, yəni metamfetaminin özünə məxsus olmasını, yaşadığı məhəllədən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən o, yol-nəqliyyat hadisəsi törətdiyi yerə aparılmış, orada maşınla iki nəfər şəxsi vurduğu yerləri göstərmiş, sonra özünün iştirakı ilə polis əməkdaşları tərəfindən viddeoçəkilişlə avtomobilinə baxış keçirilmişdir. Həmin vaxt o, avtomobilinin əvvəl saxladığı yerdən 10-15 metr irəli sürüldüyünü görmüşdür.Avtomobilinə baxış zamanı avtomobilinin salonundan özünə məxsus bir ədəd məişət bıçağı və sağ qabaq oturacağın rezin döşəkçəsinin altından polis əməkdaşı bir ədəd sellofan torbanı tapıb çıxarmış, həmin torbanın içərisində narkotik maddələr (4 ədəd bükümdə) olmuşdur.Həmin narkotik maddələr ona məxsus deyildir. Həmin vaxt o, aşkar olunmuş maddələrin ona məxsus olmadığını bildirmişdir. Onun idarə etdiyi avtomobilin qapılarının heç biri bağlanmır, avtomobilinə baxış keçirilən vaxtı da avtomobilin qapıları açıq olmuşdur.O, avtomobillə vurduğu şəxsləri tanımamış, sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Füzuli rayonunun Bala Bəhmənli kənd sakinləri Rəfi Aslanov və onun qardaşı oğlu Zərərçəkmiş şəxs olmuşdur. O, 01 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Hacıqabul-Mincivan yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində Şahid8la görüşərkən ona narkotik vasitə, yaxud psixotrop maddə satmamışdır.Həmçinin o, yol-nəqliyyat hadisəsi törətməmişdən əvvəl spirtli içki, narkotik və psixotrop maddə qəbul etməmiş, qanunında metamfetamin aşkar olunması ilə bağlı verilmiş ekspert rəyi ilə razılaşmır.Yol-nəqliyyat hadisəsindən bir az əvvəl polis əməkdaşları onu arxadan təqib etdikləri üçün o, avtomobili sürətlə sürmüş, “Dörd yol” adlanan yeri keçəndən sonra yolu sağdan sola keçən şəxsi görmüş, lakin maşını saxlaya bilməyib onu maşınla vurmuş, sonra idarəetməni itirdiyindən maşın asfalt yolun sağ ehtiyat hissəsinə çıxmış və maşının sol tərəfi yolun sağ kənarında dayanmış digər şəxsə dəymişdir. Buna görə o, özünü təqsirli bilir və əməlindən peşmandır. X29 hüzr mərasimində qohumları iştirak edib üzrxaqlıq etmiş və mərhumun ailəsinə maddi köməklik edilmişdir.Həmçinin qohumları tərəfindən xəsarət almış Zərərçəkmiş şəxs müalicəsi ilə bağlı maddi köməklik edilmişdir.Hadisədən sonra mərhumun ailəsi ilə, zərərçəkmiş şəxsin hüquqi varisi, həm də zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Bir daha o, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə üzrxaqlıq edib bu hadisənin ehtiyatsızlığı nəticəsində baş verdiyini və hazırda belə bir hadisinin baş verməsinə görə peşmançılıq çəkdiyini bildirir. Törətdiyi hadisəyə görə ona cəza verilərkən hazırda ailəli olmaqla, himayəsində bir azyaşlı xəstə uşağının olmağı, həmçinin əmisinin şəhid olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Baş vermiş hadisədən bir müddət sonra istintaq orqanı tərəfindən özünə məxsus VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Amil Kazımova qaytarılmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Füzuli rayonunun Bala Bəhmənli kəndində valideyinlərinin himayəsində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. X34 əmisidir.01 avqust 2021-ci il tarixdə, axşam saatlarında velisopedlə yaşadığı kəndin içərisindən keçən asfalt yolla (Hacıqabul- Mincivan magistral yolu) hərəkətdə olarkən ondan bir az irəlidə əmisi Rəfinin yolu soldan sağa keçmək istəməsini görmüş, elə həmin vaxt Hacıqabul istiqamətindən sürətlə gələn (hərəkətdə olan) ağ rəngli “07” (“VAZ-2107”) markalı avtomobilin əmisi Rəfini vurmasını görüb tez velisopeddən yerə düşmüş, bu anda həmin avtomobilin onun üzərinə gəlməsini görüb kənara qaçsa da, avtomobilin yan hissəsi (qabaq sağ qapısı) zərblə ona dəymiş və o, yerə yıxılaraq qollarından, çiyinindən və hər iki dizlərindən xəsarətlər alsa da, tez ayağa qalxıb yolun kənarında yerdə ağzıüstə uzanılı vəziyyətdə olan əmisi Rəfiyə yaxınlaşmış və onun qan içində huşsuz vəziyyətdə olmasını görmüşdür.Sonra orada olan şəxslər, həm də həmin yer gəlmiş əmisi Osman tərəfindən əmisi Rəfi və o, avtomobillə Füzuli rayon xəstəxanasına aparılmış, orada ona tibbi yardım göstərilmiş, həmin vaxt əmisi Rəfinin aldığı xəsarətlərdən vəfat etdiyi bilmişdir. Həmin gün əmisi Rəfi dəfn edilmiş, özü isə 03 avqust 2021-ci il tarixədək xəstəxanasında müayinə və müalicə olunub evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, əmisi Rəfini və onu avtomobillə vurub hadisə yerindən qaçmış şəxs Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Kamil adlı şəxsdir. Bu hadisəsini törətməkdə Təqsirləndirilən şəxs barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə birgə məhkəməyə ünvanladığı 21 dekabr 2021-ci il tarixli ərizə ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X20 ifadəsində göstərmişdir ki, o, X34 qardaşıdır, Zərərçəkmiş şəxs qardaşı oğludur. Qardaşı Rəfi evli olmuş, arvadı 2020-ci ildə xəstəlikdən vəfat etmiş və onların övladları olmamışdır.Rəfi onunla birlikdə eyni evdə yaşamış və Füzuli rayonunda yerləşən dost mərkəzində fəhlə işləmişdir. 01 avqust 2021-ci il tarixdə, axşam saat 18 radələrində yaşadığı kəndin ərazisində “Dörd yol” ayrıcında yerləşən çayxanada olarkən Hacıqabul istiqamətindən sürətlə hərəkətdə olan bir minik avtomobilinin nəyəsə çırpılması səsini eşidib çayxanada olan adamlarla birlikdə tez ayağa durub asfalt yola tərəf qaçmışdır. Həmin yer çatanda bir nəfərin asfalt yolun sağ tərəfində yerdə ağzıüstə uzanılı vəziyyətdə olduğunu görüb ona yaxınlaşmış və həmin şəxsin qardaşı Rəfi Aslanovun olmasını görmüşdür.Rəfi qanın içərisində huşsuz vəziyyətdə olmuşdur. Az sonra ona məlum olmuşdur ki, Hacıqabul istiqamətindən sürətlə gələn “07” (“VAZ-2107”) markalı avtomobil əvvəl qardaşı Rəfini, sonra isə qardaşı oğlu Asifi vurmuş, sonra sürücü avtomobili hadisəsi yerində qoyub oradan qaçıb getmişdir. Sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib qardaşı Rəfi və qardaşı oğlu Asif Füzuli rayon mərkəzi xəstəxanasına aparılmışdır.Orada həkimlər Rəfinin artıq öldüyünü bildirmiş, Asifə isə tibbi yardım göstərilmişdir.Sonra Rəfinin meyiti gətirilib kənd qəbirstanlığında dəfn edilmişdir.Sonradan ona məlum olmuşdur ki, qardaşı Rəfini və qardaşı oğlu Asifi avtomobillə vurub hadisə yerindən qaçmış şəxs Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Kamil adlı şəxsdir. Qardaşı Rəfinin hüzr mərasimində Kamilin qohumları iştirak edib üzrxaqlıq etmiş və hüzrla bağlı onlara maddi köməklik edilmişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxsla barışıq olmuş, hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik maddə olan marixuanadan istifadə etsə də, sonradan tərgitmiş və hazırda da istifadə etmir.Marixuananı tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs tanısa da, aralarında yaxın münasibətləri olmamışdır.O, əvvəllər, həmçinin 01 avqust 2021-ci il tarixdə Kamildən narkotik maddə, o cümlədən marixuana almamışdır. Həmin gün idarə etdiyi “VAZ-2107” markalı maşınla həmkəndliləri Samir və Rövşənlə Füzuli rayonunun Fin qəsəbəsinə getmiş, həmin vaxt təsadüfən yolda Kamillə rastlaşıb salamlaşmışdır. Həmin vaxt o, öz maşını ilə hərəkətdə olarkən qarşı tərəfdən Kamilin maşının gəlməsini görüb siqnal vermiş, sonra hər ikisi maşını saxlamışdır.Sonra o, maşından düşüb Kamilin maşınına yaxınlaşıb əl verib Kamillə görüşüb ondan nəşə (marixuana) olub-olmamasını soruşmuş, Kamil də nəşə (marixuana) olmadığını, lazım olsa təşkil etmək olar demişdir. Həmin vaxt o, Kamildən narkotik maddə almamışdır.Sonra Kamil maşını sürətlə sürüb oradan getmiş, özü isə qayıdıb maşınına minmiş, az sonra yol polisinin əməkdaşları maşınını saxlayıb onu, Samiri və Rövşəni polis şöbəsinə aparmışlar.Polis şöbəsində ona qarşı təzyiqlər olmuş, sonra arxa cibinə nəyə qoyulmasını hiss etmiş, başa düşmüşdür ki, cibinə narkotik maddə qoyulmuşdur. Bundan sonra üzərində axtarış zamanı cibindən bir ədəd kibrit qutusunda marixuana aşkar olunmuşdur.Həmin vaxt polis əməkdaşların ona təzyiqləri olduğu üçün o, aşkar olunmuş marixuananı Kamildən almasını demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində, həmçinin Kamillə üzləşdirilərkən üzərində aşkar olunmuş bir ədəd kibrit qutusunda olan marixuananı Kamildən 50 manata aldığını demişdir. Əslində isə o, Kamillə görüşərkən ondan nəşə (marixuana) istəsə də, ondan marixuna almamışdır. Daha sonra Şahid8 məhkəməyə ünvanladığı 07 mart 2022-ci il tarixli ərizəsində göstərmişdir ki, o, məhkəmədə verdiyi ifadəsini təsdiq etmir, həmin ifadəsini Təqsirləndirilən şəxs qohumlarının təzyiqi altında vermişdir. Belə ki, təqsirləndirilən şəxsin qohumları ona qarşı təzyiq etdikləri üçün o, məhkəmədə Təqsirləndirilən şəxs narkotik maddə almadığını bildirmiş, lakin həqiqətdə isə o, 01 avqust 2021-ci il tarixdə narkotik maddəni Təqsirləndirilən şəxs 50 manata almışdır. Eyni zamanda Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, aradabir qurudulmuş marixuanadan istifadə etmiş, istifadəsində 051/322-75-28 saylı mobil telefon nömrəsi vardır. Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitənin alverçisi kimi tanıyır. O, bir il əvvəl Kamildən 10 manata qurudulmuş marixuana alıb istifadə etmişdir. 01 avqust 2021-ci il tarixdə, saat 10 radələrində istifadəsi üçün narkotik maddə almaq məqsədilə mobil telefonla Kamilə zəng etmiş, lakin Kamil telefonu açmamışdır. Həmin gün saat 17 radələrində Kamil ona zəng edib hal-əhval tutmuş və Kamil ona bir neçə dəqiqə sonra Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən asfalt yolun kənarına gələcəyini və orada ondan mal götürə biləcəyini demiş, o da Kamilə bir ədəd kibrit qutusu marixuana almaq istədiyini demişdir. Həmin gün saat 18 radələrində idarə etdiyi avtomobillə yaşadığı Beyləqan rayonunun İ Şahsevən kəndindən Füzuli rayonu istiqamətində yola düşərkən kəndin içərisində həmkəndliləri Samir və Rövşəni görüb onları avtomobilə götürmüş, onlar da Fin qəsəbəsinə getdiklərini, yolda düşəcəklərini demişlər. O, idarə etdiyi avtomobillə Hacıqabul-Mincivan magistral yolu ilə Fin qəsəbəsinin ərazisinə çatanda əks istiqamətdən ağ rəngli “VAZ-2107” markalı avtomobilin sürücüsünün işıqlarını yandırıb-söndürməsini görüb, həmin avtomobilin Kamil olmasından əmin olub avtomobilini yolun sağ ehtiyat hissəsində saxlamış, Kamil də avtomobilini öz hərəkəti istiqamətində yolun kənarında saxlamışdır.O, avtomobilindən yerə düşüb asfalt yolu keçib Kamilin avtomobilinə yaxınlaşmış, avtomobildə kənar sərnişin olmamış, Kamil avtomobilin qapısının şüşəsindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuananı ona vermiş, o da ona 50 (əlli) manat pul verib kibrit qutusunu şalvarın cibinə qoyub qayıdıb gəlib avtomobilinə oturmuşdur. Kamil avtomobilini idarə edib oradan uzaqlaşmış, özü isə avtomobilin mühhəriki işə salmağa çalışsa da, mühərrik işə düşməmiş, sonra Samir və Rövşən avtomobili arxadan itələmiş və o, mühəriki işə salıb hərəkət etmək istəyərkən əks istiqamətdən yol polisinə məxsus “Ford Ranger” markalı avtomobili idarə edən polis əməkdaşı avtomobilin sayrışan işıqlarını yandırıb saxla işarəsi verməsinə görə avtomobili saxlamış, sonra polis əməkdaşları onları Füzuli RPŞ-nə gətirmişlər.Ondan bir saat sonra polis əməkdaşları Təqsirləndirilən şəxs da rayon polis şöbəsinə gətirilmişlər. Şöbədə olarkən eşitmişdir ki, Kamil ona narkotik maddə satdıqdan sonra idarə etdiyi avtomobillə yolda iki nəfər şəxsi vurmuş, həmin şəxslərdən biri ölmüş, digəri yaralanmış, Kamil isə hadisə yerindən qaçmış, sonra polis əməkdaşları onu tutub şöbəyə gətirmişlər. Şöbədə müdafiçənin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış zamanı özü şalvarının cibindən bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim edib şəxsi istifadəsi üçün tanışı Kamil adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş marixuana elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib edilmişdir. Habelə məhkəmədə elan olunmaqla tədqiq edilmiş üzləşdirmə protokolu ilə müəyyən edilir ki, ibtidai istintaq zamanı müdaəiçilərin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxsla üzləşdirilən Şahid8 üzərində aşkar olunmuş narkotik maddəni Kamildən pulla aldığını bildirmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonunun İ Şahsevən kəndində yaşayır. Şahid8 həmkənlisidir, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonradan polis şöbəində olarkən adını eşitmişdir.01 avqust 2021-ci il tarixdə, axşam saatlarında tanışı Rövşənlə birlikdə mobil telefonun üzlüyünü dəyişmək üçün Beyləqan rayonunun PMK-14 qəsəbəsindəki telefon təmiri ustasına gedərkən yolda həmkəndlisi Eynur “VAZ-2107” markalı maşını saxlayıb onları maşına götürmüşdür. Sonra maşında olarkən telefonu ilə mesaj yazdığına görə başı qarışmış və telefon təmiri mağazasını yanından ötəndən sonra o, Eynura mağazanın yanından ötüb keçdiklərini demiş, Eynur da avtomobilini sürətlə idarə etdiyindən tələsdiyini, Füzuli rayonunun Fin qəsəbəsinə dəyib qayıdarkən avtomobildən düşmələrini təklif etmiş, o da razılaşmışdır.Onlar Fin qəsəbəsinə çatanda Eynur avtomobili yolun sağında kənarda saxlamış, həmin vaxt əks istiqamətdən gələn “VAZ-2107” markalı avtomobilin sürücüsü də avtomobilini yolun sol tərəfindən saxlamışdır.Sonra Eynur avtomobildən düşüb həmin sürücüyə yaxınlaşmış və sürücü ilə nəsə söhbət etdikdən sonra qayıdıb avtomobilinə oturmuş, digər sürücü isə Hacıqabul istiqamətində avtomobilini sürüb getmişdir. Sonra Eynur avtomobilini işə salmaq istəsə də, mühərrik işə düşməmiş, özü və Rövşən maşından yerə düşüb arxadan itələmiş və Eynur avtomobili işə salıb yola düşən vaxt arxadan yol polisinin maşını onlara yaxınlaşıb Eynurun avtomobilini saxlamış, sonra polis əməkdaşları Eynuru, onu və Rövşəni polis şöbəsinə aparmışlar. Şöbədə olarkən Eynurun üzərindən narkotik maddə aşkar olunduğunu, həmçinin bir az əvvəl Eynurun yolda görüşdüyü şəxsin, yəni sonradan adının Kamil olduğu bildiyi şəxsin də yolda maşınla iki nəfər şəxsi vurmasına görə saxlanılıb polis şöbəsinə gətirilməsini eşitmişdir. Araşdırmadan sonra həmin gün o və Rövşən polis şöbəsindən buraxmışlar. Maşınla gələrkən Eynurun maşını yolda saxlayıb Kamil adlı şəxslə nəyə görə görüşmələri barədə məlumatı olmamış, Eynur da bu barədə heç nə deməmişdir. Həmin vaxt Eynurun Kamildən narkotik maddə almasını bilməmiş, həmçinin Eynurun hansı şəraitdə narkotik maddə əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid7 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs, Kamilin yeznəsi, yaxın münasibətlə olduğu Nail Bayandurovun vasitəsilə tanımışdır. 01 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Nail ona zəng edib qayını Kamilin yaşadığı evə gəlməsini xahiş etmiş, o da Kmailin evinə getmiş, orada Kamilin dayısı Şamil və yeznəsi Nailin Kamillə həyət qapılarının qarşısında söhbət etmələrini görmüşdür. Sonra Nail ona Kamili avtomobililə Horadiz şəhərinə aparmasını xahiş etmiş, sonra Kamil maşına oturmuş və onlar Horadiz şəhəri istiqamətində getmiş, arxadan isə Şamil və Nail öz maşınları ilə gəlmişlər. Kərimbəyli kəndinin ərazisinə çatanda Nail ona zəng edib avtomobili Babı kəndinin içərisi ilə sürməsini və Arayatılı kəndinin içərisində Füzuli RPŞ-nin əməkdaşlarının Kamili gözləmələrini, Kamili orada atomobilindən düşürməsini demişdir.Həmin vaxt Kamilin əhvalının yaxşı olmadığına görə ondan heç nə soruşmamış, Araytılı kəndinin çıxışında yolun sağ tərəfində “Şhevrolet Niva” markalı avtomobilin dayanmasını və bir neçə nəfər mülki geyimli polis əməkdaşlarını görüb avtomobilini onların yanında saxlamış, Kamil avtomobildən yerə düşmüş, həmin vaxt Şamil və Nail də ora çatmış, sonra Kamil polislərin avtomobilə minmişdir.O, Naildən nə baş verdiyini, Kamilin nəyə görə polis avtomobilinə minməsinin səbəbini soruşmuş, Nail də Kamilin idarə etdiyi avtomobillə Bala Bəhmənli kəndinin ərazisində iki nəfər şəxsi vurduğunu, bir nəfərin öldürdüyünü, buna görə Kamilin polisə təslim olmaq üçün gəldiyini demişdir. Sonradan həmin hadisəyə görə Kamilin həbs olundğunu eşitmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, Füzuli RPŞ-nin əməkdaşıdır.Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs Beyləqan və Füzuli rayon sakinlərinə narkotik vasitələr satacağı barədə əməliyyat məlumatı daxil olduqdan sonra 01 avqust 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş və özü də daxil olmaqla əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18 radələrində əməliyyat qrupu və digər xidmət sahələrin polis əməkdaşlarının iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsinə gedib orada Beyləqan rayonunun İ Şahsevən kənd sakini Şahid8 görüşüb narkotik vasitə satarkən polis əməkdaşlarının ona yaxınlaşmalarını görüb avtomobilini sürətlə idarə edib oradan qaçmış, Eynur isə uzaqlaşa bilməmiş avtomobilində olan sərnişinlərlə birlikdə saxlanılıb polis şöbəsinə aparılmışlar.O, polis şöbəsinə gedərkən Kamilin idarə etdiyi avtomobillə Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində, “Dörd yol” adlanan yerdə iki nəfər şəxsi vurmasını, həmin şəxslərdən birinin ölməsi, digərinin yaralanması, Kamilin isə avtomobilini hadisə yerində qoyub qaçması barədə məlumat almışdır. Bundan sonra o, verilmiş göstərişi əsasən yol-nəqliyyat hadisəsi yerinə getmiş, Kamilin avtomobilini yolun sağ ehtiyat hissəsində Təyyar adlı rayon sakininin tikinti materialları mağazasının qarşısında qabaq və sağ yan tərəfinin əzilmiş vəziyyətdə orada olduğunu görmüşdür.Sonra o, müstəntiq tərəfindən yol-nəqliyyat hadisəsi yerinə keçirilən baxışında iştirak etmiş, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmış Təqsirləndirilən şəxs tapılması istiqamətində tapşırıq almışdır. Bundan sonra Təqsirləndirilən şəxs tutulması istiqamətində əməliyyataxtarış tədbirləri keçirilmiş və həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs “Mercedes-190” markalı avtomobillə Füzuli rayonunun Araytılı kəndi ərazisində hərəkətdə olması müəyyən edilmişdir. Sonra o, şöbənin əməkdaşı Şahid4 idarə etdiyi “Şhevrolet Niva” markalı avtomobillə Araytılı kəndinə getmiş, orada Təqsirləndirilən şəxs onları görüb gəldiyi avtomobildən yerə düşüb onlara yaxınlaşıb təslim olmuş və onlar Təqsirləndirilən şəxs şöbəyə gətirib aidiyyəti üzrə təhvil vermiş, sonra o, bu barədə raport tərtib etmişdir.Bundan sonra şöbədə müstəntiq Bahadur Hüseynov tərəfindən onun və digər polis əməkdaşlarının, həmçinin Kamilin və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxi axtarışı aparılmış, axtarış zamanı Kamilin əynindəki şalvarın cibindən bir ədəd salfet bükümdə metamfetaminə oxşar kütlə aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Kamil həmin maddəni yaşadığı kənddə yoldan tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra onlar yol-nəqliyyat hadisəsi yerinə getmiş, orada müstəntiq Bahadur Hüseynov tərəfindən onun və digər polis əməkdaşlarının, həmçinin Kamilin və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi yerində qoyub qaçdığı VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ ayaqaltı rezin döşəkçənin altından bir ədəd torba götürülmüş, həmin torbanın içərisində bükümlər və bu bükümlərin içərisində narkotik maddələrə oxşar kütlələr aşkar edilmişdir.Şifahi sorğu zamanı Kamil avtomobilində aşkar olunmuş narkotik və psixotrop maddələrin ona məxsus olmadığını bildirmişdir. Aşkar edilmiş narkotik və psixotrop maddələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra bu barədə protokol tərtib edilmişdir. Həmçinin o, polis şöbəsində Şahid8 üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir.Şəxsi axtarış zamanı Şahid8 üzərindən bir ədəd kibrit qutusu və həmin kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Eynur kütlənin marixuana olduğunu, öz istifadəsi üçün tanışı Kamil adlı şəxsdən 50 manatla aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı heç bir təzyiq və zorakılıq hallarına yol verilməmiş, özünün iştirak etdiyi axtarış və baxış müstəntiq tərəfindən, müdafiəçinin iştirakı ilə keçirimişdir.Axtarış və baxış zamanı Kamil polis əməkdaşlarının ona qarşı hər hansı bir təzyiq və ya zorakıılıq etmələri barədə heç nə deməmiş, şikayəti olmamışdır.Məhkəmə iclasında şahidlər Şahid3, Şahid2 və Şahid4 şahid Elşən Şıxəliyevin ifadəsinə uyğun ifadələr vermişlər. Həmçinin məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, şahid X11 ibtidai istinaq zamanı şahid Elşən Şıxəliyevin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, Füzuli RPŞ-nin DYPB-nin yol patrul xidmətinin əməkdaşıdır.01 avqust 2021-ci il tarixdə axşam saatlarında xidmət yoldaşı Elnur Məmmədovla birlikdə X37nə məxsus “Ford Ranger” markalı avtomobildə xidmətdə olarkən efirdə radioqəbuledici vasitəsilə VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı əməliyyat-axtarış tədbiri keçiirilməsi barədə məlumatı eşitmiş, bu məlumatdan az sonra VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə onların dayandıqları yerdən ötüb keçərək Bala Bəhmənli kəndi istiqamətində getdiyini görmüş, həmin vaxt onlar da xidməti avtomobillə həmin istiqamətində hərəkət etsələr də, əməliyyat tədbirinə cəlb olunmadıqlarına görə qeyd olunan avtomobili təqib etməmişlər.01 avqust 2021-ci il tarixdə, Füzuli rayonunun Fin qəsəbəsinin ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən saxlanılmamış, həmçinin bu avtomobili saxladıb qapısını zorla açmağa çalışmamış, sonradan həmin avtomobili təqib etməsi halları olmamış, digər yol patrul xidmətinə aid avtomobilin də onu təqib etməsi barədə məlumatı olmamışdır. İşdə olan, Füzuli RPŞ-nin əməkdaşının 01 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qanunsuz olaraq əldə etdiyi narkotik və psixotrop maddələri üzərində və idarə etdiyi etdiyi VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıması və həmin maddələri 01 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Füzuli rayonu ərazisində Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini “Eynur” adlı şəxsə satacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, Füzuli RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Müşfiq Qarayevin 01 avqust 2021-ci il tarixli “Raprot”ları müəyyən olunur ki, 01 avqust 2021-ci il tarixdə, saat 18:50-də və saat 19:20-də Füzuli RMX-dan telefonla məlumat verilib bildirilmişdir ki, 01 avqust 2021-ci il tarixdə baş vermiş yol-nəqldiyyat hadisəsi nəticəsində xəsarətlər almış X24 vəfat etmiş və xəsarətlər almış Zərərçəkmiş şəxs xəstəxanaya daxil olmuşdur. İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 01 avqust 2021ci il tarixli, protokol, protokola əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yernin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisindən keçən 149-cu kilometrliyində baş vermişdir. Həmin yer asfalt örtüklü olmaqla düz, hamar və quru vəziyyətdədir. Asfalt yolun eni 7 metr, sağ və sol ehtiyat hissələrin eni 2 metrdir. Hadisə yerində müəyyən yerləri əzilmiş və zədələnmiş vəziyyətdə VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İşdə olan, Füzuli RPŞ-nin əməkdaşının 01 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunun “4 yol” adlanan ərazidə hərəkətdə olarkən Füzuli rayonunun Bala Bəhmənli kənd sakinləri X24 və Zərərçəkmiş şəxs vuraraq hadisə yerindən qaçmış və Füzuli RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixdə, saat 19:15-də Füzuli rayonunun Arayatılı kəndinin ərazisində tutulub Füzuli RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarışın aparılması, avtomobilə baxış keçirilməsi və götürmə barədə” 01 avqust 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Füzuli RPŞdə müstəntiq Bahadur Hüseynov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamə oxşar kütlə aşkar edilmişdir.Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisinə aparılmış və orada müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə yol-nəqliyyat hadisəsi yerində qalmış VAZ-2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir.Baxış zamanı avtomobilin qabaq sağ ayaqaltından bir ədəd polietilen torbanın içərisində iki ədəd bükümdə psixotrop maddə olan metamfetaminə, bir ədəd bükümdə narkotik vasitə olan heroinə və bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Habelə avtomobildə bir ədəd bıçaq aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr və bir ədəd bıçaq qablaşdırılıb götürülmüş və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 02 avqust 2021-ci il tarixli, 18/814-815 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı ” sözləri yazılmış kağız paketdə 01 ədəd salfet bükümdə təmiz çəkisi-2,879 qram olan ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs idarə etdiyi ” sözləri yazılmış kağız paketdə 01 ədəd salfet bükümdə təmiz çəkisi 43,443 qram, 01 ədəd şəffaf polietilen bükümdə-0,464 qram, ümumi təmiz çəkisi-43,907 qram olan ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 01 ədəd salfet bükümdə təmiz çəkisi- 2,124 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd salfet bükümdə təmiz çəkisi-6,28 qram olan yaşılılmtıl rəngli, bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 03 ədəd bükümdə olan metamfetamin eyni tərkiblidir. Tədqiqata sərf olunduqdan sonra qalıq marixuana 6,26 qram, qalıq heroin 2,074 qram, qalıq metamfetmin 46,636 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 qəpik təşkil edir. İşdə olan, Füzuli RPŞ-nin əməkdaşının 01 avqust 2021-ci il tarixli “Raport”un surəti ilə müəyyən olunur ki, Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Şahid8 idarə etdiyi VAZ-21051 markalı, H-000110 dövlət qeydiyyat nişanlı avtomobil Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonunun Fin qəsəbəsinin ərazisində saxlanılmış və Şahid8 avtomobillə birlikdə Füzuli RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarışın aparılması, avtomobilə baxışın keçirilməsi və götürmə haqqında” 01 avqust 2021-ci il tarixli protokolun surəti ilə müəyyən edilir ki, həmin tarixdə, Füzuli RPŞ-də müstəntiq Bahadur Hüseynov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Şahid8 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid8 əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şahid8 üzərində aşkar olunmuş kibrit qutusunun içərisində olan marixuananı bu gün (01 avqust 2021-ci il tarixdə) asfalt yolun (Hacıqabul-Mincivan magistral yolunun) Füzuli rayonunun Fin qəsəbəsinin ərazisindən keçən hissəsində tanığı Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Kamil adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş və şəxsi axtarışının keçirilməsi ilə bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 02 avqust 2021-ci il tarixli, 18/816 №-li rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində“ Şahid8 şəxsi axtarışı zamanı ” sözləri və imzalan olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-5,80 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şahid8 üzərindən aşkar edilmiş marixuana ilə Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş marixuana ilə eynilik təşkil edir. İşdə olan, “Nümunələrin götürülməsi haqqında” 01 avqust 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən tibb işçisinin iştirakı ilə Təqsirləndirilən şəxsn tədqiqat üçün 10 qram qan nümunəsi götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Metil,etil, propil,butil, amilspirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin,pirazalon,1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan, məcburi narkoloji tibbi yoxlamanın 26 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 avqust 2021-ci il tarixdə müayinə olunarkən bioloji mühitində psixotrop maddə metamfetamin aşkar olunduğundan onun psixotrop sərxoşluq vəziyyətində olması hesab edilir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 07 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserlərində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 21 avqust 2021-ci il tarixli rəyi il müəyyən olunur ki, X13 çanaq və hər iki bud sümüklərinin yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş, çoxsaylı qəlpələnmiş, xətti açıq sınıqları,ənsə, sol said, sol əl pəncəsi və bud-çanaq oynağı nahiyələrinin əzilmiş yaraları aşkar edilmişdir.Rəfi Aslanovun meyitində aşkar olunmuş xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 avqust 2021-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Rəfi Aslanovun ölümünə səbəb çanaq və hər iki bud sümüklərinin çoxsaylı sınıqları səbəbəindən törənmiş ağır travmatik şok olmuşdlur.Rəfi Aslanovun meyitində nəqliyat travmalarından savayı digər hər hansı xəsarət aşkar olunmamışdır. Rəfi Aslanovun meyitindən götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı zamanı etil spirti aşkar olunmamışdır. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Rəfi Aslanovun ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 31 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs sol təpə-gicgah nahiyəsində çapıq, sağ körpücük sümüyündə sınıq, sol dirsək oynağı nahiyəsində isə sıyrıqlar olmuşdur. Qeyd olanan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 30 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İşdə olan, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, VAZ-21070 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı), 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili narkotik vasitəsinin və psixatrop maddəsinin təsiri altında idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan,“Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 29 sentyabr 2021-ci il il tarixli protokolla müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara əsasən 050/391-11-16 saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs adınadır. 051/322-75-28 saylı mobil telefon nömrəsi Şahid8 adınadır. 31 iyul 2021-ci il tarixdə, saat 13:01-də Şahid8 istifadəsində olan 051/322-75-28 saylı nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi 050/391-11-16 saylı nömrəyə boş SMS göndərilmişdir. 01 avqust 2021-ci il tarixdə, saat 16:27-də Təqsirləndirilən şəxs istifadə etdiyi 050/391-11- 16 saylı nömrədən Şahid8 istifadə etdiyi 051/322-75-28 saylı nömrəyə zəng edilmiş və 25 saniyə danışıq olmuşdur. İşdə olan, AD 407192 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən edilir ki, 1993-cü il buraxılışlı VAZ-21070 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini X2 mülkiyyətindədir. İşdə olan, ƏN-Vİİ 811448 nömrəli etibarnamənin surəti ilə müəyyən edilir ki, X6 VAZ- 21070 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 1 il müddətinə etibar etmiş və 06 iyul 2022-ci il tarixədək qüvvədədir. Etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. İşdə olan, BD 801240 №-li sürücülük vəsiqəsinin surəti ilə müəyyən edilir ki, xx xxxxxxx 1990-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində doğulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsinin İmişli RQİTBŞ-dən 12 iyul 2021-ci il tarixdə 12 iyul 2031-ci ilədək qüvvədə olan B1, B, C1, C dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İşdə olan, Füzuli RPŞ-nin X37 Bölməsinin 04 sentyabr 2021-ci il tarixli, məlumatı ilə müəyyən edilir ki, Baş X37 İdarəsinin Mərkəzi İnformasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisindən keçən 149-cu kilometrliyndə yerləşir.Yol-nəqliyyat hadisəsi yerində videokamera quraşdırılmamışdır. Həmin yerdə maksimum sürət həddi 50 kilometr/saatdır. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 02, 04 avqust, 15 və 25 oktyabr 2021-ci il tarixli qərarlarla və 15 oktyabr 2021-ci il tarixli Qəbzlə, habelə, “Sübutların qiymətləndirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,879 qram, 43,443 qram və 0,464 qram metamfetamin (cəmi 43,907 qram metamfetamin), 2,124 qram heroin, 6,28 qram qurudulmuş marixuana, bir ədəd bıçaq və VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi subut kimi tanınmış, həmin maddi sübutlardan narkotik və psixotrop maddələr və bir ədəd bıçaq saxlanılması üçün Füzuli RPŞ-nin maddi sübutlar otağına, VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qardaşı Amil Kazımova təhvil verilmiş, habelə yol-nəqliyyat hadisəsinin baş vermə anı ilə bağlı 01 (bir) ədəd, şəxsi axtarış və avtomobilə baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk, həmçinin üzləşdirmə zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk, habelə telefon danışıqların yazıldığı 01 (bir) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, Füzuli rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 sentyabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsindən prokurorluğa məhkəmə iclasında Təqsirləndirilən şəxs Füzuli RPŞ-nə gətirildikdən sonra polis əməkdaşları tərəfindən zorakılağa məruz qalmasını, habelə Füzuli RPŞ-nin Yol Patrul Xidməti bölməsinin əməkdaşlarının xidməti avtomobillə onu təqib etmələri nəticəsində yol-nəqliyyat hadisəsi törətməsini bildirməsi barədə daxil olmuş məlumat prokurorluq tərəfindən araşdırılmışdır.Araşdırma zamanı həm də Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizadan keçirilmiş və həmin rəydə Təqsirləndirilən şəxs hər iki çiyin qurşağı nahiyələrində piqmentasiya sahələri (sıyrıq izləri) aşkar olunmuş və qeyd olunan xəsarətlərin bərk küt əşyanın təsiri nəticəsində, o cümlədən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilməsi, sağlamlığa zərər vurmayan xəsarət olduğunu üçün dərəcəsin təyin edilməməsi göstərilir.Araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş sıyrıq izlərinin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalarkən deyil, yolnəqliyyat hadisəsi törətməsi nəticəsində alması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətməzdən əvvəl idarə etdiyi avtomobillə hərəkətdə olarkən yol polisi əməkdaşı Paşa adlı şəxsin idarə etdiyi yol polisinə aid xidməti avtomobillə onun qarşısını kəsməsi, sonra onun avtomobilinin qapısını açmağa çalışması, bu zaman onun təşvişə düşüb avtomlobili sürüb oradan uzaqlaşması, arxadan Paşa adlı şəxsin idarə etdiyi yol polisinə aid avtomobilin, sonra digər bir yol polisinə aid avtomobilin onu arxadan təqib etmələri və bu təqibdən qurtarmaq üçün avtomobili sürətlə sürərək teztez güzgü ilə onu təqib edən avtomobillərə baxması və məhz bu səbəbdən yol-nəqliyyat hadisəsi törətməsi, eləcə də yol polis əməkdaşlarının xidməti avtomobilləri ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili təqib etmələri təsdiq olunmamışdır. Aparılmış araşdırma materialı üzrə Füzili RPŞ-nin əməkdaşları X11, X8, Şahid4, X14 və X4 əməlində CM-nin 309-cu maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən həmin şəxslərin barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 26 oktyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Şahid8 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan,“Sübutların qiymətləndirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən və avtomobilindən aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yol-nəqliyyat hadisəsi törədən vaxt hər hansı narkotik və psixotrop maddə qəbul etməməsi və nəqliyyat vasitəsini idarə edərkən narkotik və ya psixotrop maddələrin təsiri altında olmaması, yol-nəqliyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçmaması, polis şöbəsinə özünün könüllü getməsi və saxlanılarkən üzərində psixotrop maddənin olmaması, şəxsi axtarış zamanı üzərində aşkar olunmuş psixotrop maddəni cibinə polis əməkdaşının qoyması, tanışı Şahid8 narkotik vasitə satmaması, idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik və psixotrop maddələrin ona aidiyyətinin olmaması, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni yol-nəqliyyat hadisəsi törədən vaxt hər hansı narkotik və psixotrop maddə qəbul etməməsi və nəqliyyat vasitəsini idarə edərkən narkotik və ya psixotrop maddələrin təsiri altında olmaması, yol-nəqliyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçmaması, polis şöbəsinə özünün könüllü getməsi və saxlanılarkən üzərində psixotrop maddənin olmaması, şəxsi axtarış zamanı üzərində aşkar olunmuş psixotrop maddəni cibinə polis əməkdaşının qoyması, tanışı Şahid8 narkotik vasitə satmaması, idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik və psixotrop maddələrin ona aidiyyətinin olmaması, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid8, Elşən Şıxəliyev, Şahid4, Şahid3, Şahid2, Şahid1, Vüsal Mirzəyev və Paşa Muxtarovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, o cümlədən məhkəmə ktimyəvi və narkoloji ekspertizasının rəyləri (həmin rəylərə əsasən yol-nəqliyyat hadisəsi törədən vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətində olmuşdur), habelə müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi axtarışa dair protokollar (şəxsi axtarış zamanı Şahid8 üzərində aşkar olunmuş narkotik maddəni Kamil adlı şəxsdən 50 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs da üzərində aşkar olunmuş psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli qərarla (həmin qərara əsasən Füzuli rayon prokurorluğunda aparılmış yoxlama zamanı Füzuli RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs qarşı təzyiq və zorakılıq halların olması təsdiq olunmamışdır), eləcə də ibtidai istintaq zamanı Şahid8 verdiyi ifadələri və onun Təqsirləndirilən şəxsla üzləşdirilmə zamanı verdiyi ifadəsi ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi ittihamda göstərilən əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, həmin cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satma cinayəti ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Heroin” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələr,“Metamfetamin” olan maddə psixotrop maddədir.Heroinin və metamfetaminin 0,15 qramdan, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin və metamfetaminin 2 qramı və ya ondan artıq hissəsi, qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs aid olmaqla götürülmüş 46,786 qram psixotrop maddə olan metamfetamin 2,124 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə 12,08 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıqdır.Həmçinin məhkəmə Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdən ibarət narkotik maddələri və psixotrop maddəni üzərində və idarə etdiyi avtomobildə saxlayıb daşımasını, eləcə də həmin maddələrin bir hissənin tanışı Şahid8 pulla satması hallarını onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi, habelə yolnəqliyyat hadisəsi yerindən qaçma, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop və narkotik maddələr əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərin təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263-1.3, 264 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Füzuli Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-01 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Füzuli rayon İHB-nın Böyük Bəhmənli kəndi İƏD üzrə Nümayəndəliyindən verilmiş 25 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olub yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, AZ-İİİ 093917 №-li doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X25 23 may 2013-cü ildə doğulmuşdur. İşdə olan, Bakı Baş Səhiyyə İdarəsi Uşaq Nevroloji Xəstəxanasının 14 mart 2016-cı il tarixli 531 №-li arayışı ilə müəyyən edilir ki, 23 may 2013-cü il təvəllüdlü X25 “Ensefalit. Uşaq serebral iflici atonik-astatik forma” diaqnozu ilə xəstədir. İşdə olan, Böyük Bəhmənli kəndi İƏD üzrə Nümayəndəliyiniin 25 avqust 2021-ci il tarixli arayışı və İV-JQ № 281192 saylı ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X18 (Təqsirləndirilən şəxs əmisi) 16 mart 1992-ci ildə ermənilərin Füzuli şəhərini bombardman etdikləri vaxt aldığı zədədən vəfat etmiş, şəhid olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 263-1.3, 264 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Füzuli RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış, 43,443 qram psixotrop maddə olan psixotrop maddə metamfetamin, 2,879 qram psixotrop maddə olan metamfetamin, 0,464 qram psixotrop maddə olan metamfetamin, 2,124 qram narkotik vasitə olan heroin, 6,28 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X5 X9 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və Füzuli RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə istintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs məxsus VAZ-21070 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Amil Kazımova təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, yol-nəqliyyat hadisəsinin baş vermə anı ilə, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk, habelə telefon danışıqların yazıldığı bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-227 manat 90 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3, 264 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələri tətbiq edilərək təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan (toksikomaniyadan) məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Füzuli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış, 43,443 qram, 2,879 qram və 0,464 qram psixotrop maddə olan metamfetamin, 2,124 qram narkotik vasitə olan heroin, 6,28 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs məxsus VAZ-21070 markalı,**-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin X21 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, yol-nəqliyyat hadisəsinin baş vermə anı ilə, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 02 (iki) ədəd DVD disk, habelə telefon danışıqların yazıldığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-227 (iki yüz iyirmi yeddi) manat 90 (doxsan) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar