Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-81/2024 07.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), X21 oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 177.2.2, 29, 177.2.2, 177.2.3, 29,177.2.3, 29, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfran əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 23 fevral 2022-ci il tarixdə saat 22 radələrində Salyan rayonu Şəkərli kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçməklə qanunsuz olaraq daxil olub yataq otağında saxlanc yeri hesab olunan qarderobdan içərisində 1700 manat pul və 50 manat dəyərində 1 ədəd “Samsung A01” markalı mobil telefon olan pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 1750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda, yəni 9.000 manat pulunu gizli olaraq talamaq məqsədilə 05 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Salyan rayonu Yenikənd kəndində yaşayan, həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub qonaq otağındakı masanın üzərindən 85 manat dəyərində 16 GB yaddaş tutumlu, ağ rəngli, “Samsung Galaxy J7” markalı, “SM-J710FN/DS” modelli 01 ədəd mobil telefonu və mebel olan otaqdakı şkafdan 907 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 992 manat maddi ziyan vurmaqla oğurluq etmiş və evdə başqa pul vəsaiti, eyni zamanda qiymətli əşya tapa bilmədiyindən 9.000 manat əmlakı ələ keçirməsindən ibarət olan kriminal niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda, yəni, 9000 manat pulunu gizli olaraq talamaq məqsədilə 15 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Salyan rayonu Yenikənd kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub yataq otağındakı asılqanda olan köynəyin cibindən 150 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmiş və evdə başqa pul vəsaiti, eyni zamanda qiymətli əşya tapa bilmədiyindən 9.000 manat əmlakı ələ keçirməsindən ibarət olan kriminal niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda, yəni, 9000 manat pulunu gizli olaraq talamaq məqsədilə 17 avqust 2022-ci il tarixdə, saat 01:30-da Salyan rayonu Yenikənd kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs3 onu görməsinə baxmayaraq öz cinayətkar davranışlarını davam etdirərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib xeyli miqdarda əmlak əldə etmək məqsədilə əvvəlcədən özü ilə götürdüyü, dəmir lingdən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs3 baş, sol qulaq və döş qəfəsinin arxa nahiyələrinə ardıcıl zərbələr vurub sonuncuya başın təpə nahiyyəsinin yarası, sol qulaq seyvanının, döş qəfəsinin arxa səthinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, yüngül dərəcəli xəsarətlər yetirsə də, zərərçəkənin ona qarşı aktiv müqavimət göstərməsi və qışqıraraq kömək çağırmasından sonra ifşa olunmasından qorxub evdən qaçaraq quldurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda, yəni, 9000 manat pulunu gizli olaraq talamaq məqsədilə 21 avqust 2022-ci il tarixdə, saat 02:50-də Salyan rayonu Şəkərli kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs4 onu görməsinə baxmayaraq öz cinayətkar davranışlarını davam etdirərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib xeyli miqdarda əmlak əldə etmək məqsədilə mətbəxdən götürdüyü dəmir tavadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs4 alın nahiyyəsinin, burunun yumşaq toxumalarının yarası, burun sümüyünün açıq sınığı, sağ gözaltı nahiyyənin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, az ağır dərəcəli xəsarətlər yetirsə də, zərərçəkənin ona qarşı aktiv müqavimət göstərməsindən sonra ifşa olunmasından qorxub evdən qaçaraq quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona ittiham edilən maddəllərlə əsla özünü təqsirli bilmir, həmin əməlləri törətməmişdir. Zərərçəkmiş şəxs1 ümumiyyətlə tanımır, polis şöbəsində onun qarşısına şəkillər qoyulub və həmin vaxt Məleykəni tanımışdır. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Cəmilə adlı xanımın evinə girməmişdir. Cəmilə faizə pul verən adamdır, onun düşmənləri çoxdur. Onun isə Cəmilə ilə heç bir alış-verişi, düşmənçiliyi olmamışdır. O, evin tək oğludur, gözünün biri görmür, İİİ qrup əlildir, musiqiçidir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elşənin evindən oğurlanan “Samsung J7” markalı mobil telefonu tutulmamışdan əvvəl təzyiq altında tanımadığı şəxslər ona vermiş, həmin telefonu Zeynal adlı şəxsə 55 manata satmış pulunu da həmin şəxslərə vermişdir. Belə ki, Bakıdan evinə gələndə, polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl tanımadığı şəxslər ona iki telefon vermişlər. Həmin telefonlardan biri “Samsung” markalı, digəri isə “Nokia” markalı telefon olmuşdur. Nokia markalı telefonu da Salyan rayonunda mağazalardan birinə 10 manata satmışdır ki, adı düşsün ora. Ona qeyd edilənləri etmədiyi halda ailəsini öldürəcəkləri ilə hədələmişlər. Həmçinin dəmir lingi də ona vermişlər ki, əl izi həmin lingdə qalsın. Həmin şəxslər bütün sübutları onun üstünə yıxmaq üçün belə etmişlər. Barəsində olan cinayət işinə hakim İslam Neymanovun sədrliyi ilə baxılarkən dörd nəfər tanımadığı şəxsin ona təzyiqlər etməsi barədə bildirməməsi, lakin hazırkı mərhələdə bu cür ifadə verməsinin səbəbini bilmir. İfadəsinin yerində yoxlanılması zamanı hər şeyi göstərməsinin səbəbini onunla izah edir ki, Salyan RPŞ-də polis əməkdaşları ona dərs keçmişlər, şəkillərlə onu başa salmışlar ki, nəyi hardan götürdüyünü desin, buna görə də ifadəsi yerində yoxlanılarkən sərbəst olaraq oğurlanan predmetlərin yerlərini göstərmişdir. Zərərçəkmiş şəxs3 evində aşkar edilmiş papaqla bağlı bildirir ki, həmin papaq onun deyildir, ola bilər ki, onun başında olan digər papaqdan nümunələr götürüb həmin papağın içinə yerləşdirmişlər. O, heç nə etməmiş, bir oyunun qurbanı olmuşdur. Əbülfəz Allahverdiyevin işlədiyi sexdə şalvarının aşkar edilməsi ilə bağlı bildirir ki, təzyiq altında olduğu üçün polis əməkdaşlarına bu barədə demişdir. Əbülfəz Allahverdiyevin təqdim etdiyi kağız parçasında yazılanlar ona məxsusdur. Xalid onun əmisi oğludur, onunla axırda düşmənçiliyi olmuşdur. Xalidlə birlikdə sələmə pul götürmüşdür. Həmin pulun yarsın ödəməli olmuşdur, lakin həmin pulu Xalid ödəməkdən imtina etmişdir. Sonradan eşitmişdir ki, Cəmilənin, Elşənin evinə giriblər. Xalidin tanışları “banditlər” olmuş, Xalid də onu həmin şəxslərlə hədələmişdir. Həmin kağızı yazmaqda da məqsədi o, olmuşdur ki, başına nəsə gəlsə Xalidin günahkar olmasını bilsinlər. Onda Seymuru vurmaq üçün ürək yoxdur. Əynində olan paltarları “Balaçala” deyilən yerdə yandırması barədə dediklərini məcbur olub demişdir. Uşaq vaxtı gözünə daş dəydiyindən gözünün biri görmür. Zərərçəkmiş şəxs4 mərhum oğlu ilə paralel siniflərdə oxumuşdur, onun rəhmətə getməsini bilmişdir. Onun 9 min qumar borcu olmamışdır. Şöbədə təzyiq olunduğu üçün bu formada yazılan ifadələrə imza etmişdir. Şahverdi adlı polis əməkdaşı onun atasının adından Məleykəyə 700 manat pul vermişdir, halbu ki, həmin pulu onun atası verməmişdir. Fiziki təzyiqlərə məruz qalması barədə bildirdikləri ilə bağlı Salyan rayon prokurorluğunda araşdırılma aparılmasından və həmin fakt üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunduğundan məlumatı olmuş, həmin qərardan nə özü, nə də müdafiəçisi şikayət etməmişdir. Özünün müdafiə üçün gətirdiyi həmin dəlilləri təsdiq edə biləcək hər hansı sübutu yoxdur, lakin dedikləri həqiqətdir. Ona elan olunmuş ittihamda 8 ildən 12 ilədək cəza nəzərdə tutulmasını ittiham aktı ona verildikdən sonra məlumatı olmuşdur. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur, istifadəsində ollan digər nömrəni isə xatırlamır. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə göstərmişdir ki, ona istinad əməllərin heç birini törətməmişdir, bu əməllərə görə özünü günahkar bilmir. Həmin cinayətlərin onun tərəfindən törədilməsinə heç bir sübut yoxdur. Ona təzyiq edib həmin cinayəti onu boynuna qoymuşlar. Onun günahsız olmasına inanılmasını, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, ailəsində maddi sıxıntılar var, maddi cəhətdən problemləri olduğu üçün oğurluq etmək qərarına gəlmiş, lakin həmin vaxt haradan və nə oğurlayacağını bilməmiş, Salyan rayonu Şəkərli kəndi yaşadığı Yenikənd kəndinə yaxın ərazidə yerləşir, 2022-ci il fevralın 23-də saat 21 radələrində o, yaşadığı evdən çıxaraq Şəkərli kəndi istiqamətində piyada hərəkət etməyə başlamış, təxminən saat 22 radələrində Şəkərli kəndində küçə ilə piyada hərəkət edən zaman ətrafına məftil hasarı çəkilən ev olduğunu və işıqlarının yanmadığını görmüş, həmin vaxt o, ətrafa baxmış və ətrafda heç kimin olmadığına əmin olmuş, sonra məftil hasarın üzərindən həyətə daxil olmuş, o, həyətə daxil olduqdan sonra həmin evin qapısına yaxınlaşmış və evdən səs gəlib-gəlmədiyini dəqiqləşdirmiş, bu zaman evdən heç bir səs gəlmədiyini və evdə heç kimin olmadığına əmin olmuş, lakin evin giriş qapısı bağlı olduğu üçün pəncərəyə tərəf getmiş, pəncəyə baxdıqda, pəncərə şüşəsinin çöl tərəfdən vurulduğunu və çıxartmağın rahat olduğunu görmüş, o, cibində olan açar ilə pəncərənin şüşəsini çıxartmış və evə daxil olmuş, evə daxil olan zaman üzərində olan mobil telefonunun işığı ilə ətrafa baxmış, qonaq otağında qiymətli bir şey olmadığını görüb yataq otağına getmiş, o, yataq otağına girərək otaqda olan paltarların arasına, otaqda olan qarderobların içərisinə baxmış, bu zaman otaqda olan qarderobun içərisində pul kisəsi olduğunu görmüş və həmin pul kisəsini götürmüş, o, pul kisəsinə baxmış və içərisində pul olduğunu görmüş, dərhal o, pəncərədən həyətə keçərək yenidən ətrafa baxmış və ətrafda heç kimin olmadığına əmin olduğu üçün məftil hasardan küçəyə çıxıb piyada hərəkət etməyə başlamış, evdən aralaşdıqdan sonra evdən oğurladığı pul kisəsinin içərisinə baxmış, pul kisəsinin içərisində 1700 manat pul, 02 ədəd “Kapital bank”a məxsus plastik kartı, 01 ədəd Samsung markalı mobil telefon olduğunu görmüş, o, Şəkərli kəndində piyada hərəkət edən zaman həmin 02 ədəd “Kapital bank”a məxsus plastik kartı yerini xatırlamadığı şor kanalına atmış, sonra mobil telefona baxmış və ekranının qırıq olduğunu görmüş, buna görə də həmin mobil telefonun xarab olduğunu fikirləşdiyi üçün yerini xatırlamadığı Şor kanalına atmış, sonra o, yaşadığı evə getmiş, etdiyi oğurluq barədə heç kimə məlumat verməmiş, Salyan rayonu Şəkərli kəndində yerləşən fərdi yaşayış evindən oğurladığı 1700 manat pulu öz şəxsi məsrəflərinə xərclədiyini bildirmişdir. Qumar borcu, eləcə də faizlə pul götürüb borclu olduğu üçün ona vacib pul lazım olmuş, heç bir çıxış yolunun olmadığını görüb yalnız oğurluq edib pul tapmaq və borclarını qaytarmaq barədə düşünmüş, həmin pulu da ona heç kəsin verə bilməyəcəyini və başqa bir yerdən pul tapa bilməyəcəyini başa düşmüş, maddi vəziyyətinin çox aşağı olması səbəbindən heç kəsin ona pul verməyəcəyi dəqiq ona məlum imiş, bunun üçün o, yaşadığı kənddə maddi vəziyyəti yaxşı olan şəxsləri özlüyündə götür-qoy etmiş, həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı evdən qumar borcu üçün ona lazm olan 9000 manat pulu oğurluq yolu ilə əldə etmək istəmiş, Elşənin maddi vəziyyətinin yaxşı olması, özünün yaxşı yerdə işləməsi, oğlunun isə maşın ustası olması barədə məlumatlar onda Elşənin maddi vəziyyətinin yaxşı olması barədə kifayət qədər təəsürat yaratmış, lazım olan məbləğdə pul vəsaitinin-9000 manatın Elşənin yaşadığı evdən əldə edə biləcəyini düşünmüş, 05 avqust 2022-ci il tarixdə saat təqribən 01 radələrində o, yaşadığı evdən çıxıb piyada Elşənin yaşadığı ev istiqamətində gəlməyə başlamış, Elşənin yaşadığı evlə onun yaşadığı ev arasında təqribən piyada 30-35 dəqiqəlik məsafə var imiş, Elşənin evinə gəlməzdən öncə o, özü ilə 1 ədəd dəmir ling də götürmüş, həmin alətdən istifadə edərək o, evin qapı və ya pəncərələri bağlı olduğu təqdirdə onu açmaq fikrində imiş, evə girişdən deyil, ona bitişik olan açıq həyətyanı sahədən daxil olmaq qərarına gəlmiş, bunu təhlükəsizliyi, rahat və gizli hərəkət etməyi üçün etmiş, Elşənin həyətyanı sahəsində olan üzüm bağından keçib onun evinə yaxınlaşmış, evin arxa pəncərələrini müşayiət etməyə başlamış, pəncərələrdən birinin açıq olduğunu, lakin, pəncərənin örtüyünün olduğunu görmüş, pəncərənin örtüyünü əli ilə çıxarıb kənara, yerə qoymuş, bu zaman evə daxil olmaq üçün o, əlində olan dəmir alətdən istifadə etməmiş, örtüyü çıxartdıqdan sonra o, evə birinci mərtəbənin pəncərəsindən daxil olmuş, daha sonra evi axtarmağa başlamış, evin səhv etmirəmsə qonaq otağında olan stolun üstündə 1 ədəd ağ rəngli, samsung markalı mobil telefonu görüb telefonu cibinə qoymuş, həmin vaxtı saat təqribən 02 radələri olarmış, evdə kiminsə olmasından xəbərdar deyilmiş, o, oğurluq etdiyi zaman evdə heç kimlə rastlaşmamış, daha sonra evi axtarmağa başlamış, bu zaman o, evdə olan otaqlardan birinin qapısını açıb içəridə kimsənin olub-olmamasını yoxlamış, otaqda heç kəsin olmadığını görüb içəridə şkafların olduğunu görmüş və həmin şkafları açıb baxmış, bu zaman şkafda bir rəfdə 700 AZN, bir rəfdə 200 AZN, bir rəfdə isə 7 manat pulun olduğunu görmüş və həmin pulları götürüb cibinə qoymuş, ümumilikdə oradan 907 manat pul götürsə də istədiyi məbləği axtarıb tapa və götürə bilməmiş, bir qədər də evi axtarsa ifşa ediləcəyindən ehtiyatlanmış və bunun üçün də gəldiyi yolla pəncərədən çıxıb oradan uzaqlaşaraq öz yaşadığı evə gəlmiş, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, oğurladığı ağ rəngli “samsung” markalı mobil telefonu isə bir neçə gün sonra həmkəndlisi Şahid3 55 manata satmış və həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı həmin pullar onun maddi xərclərinin yalnız bir hissəsini ödəmiş, ilk cinayəti etdikdən bir neçə gün sonra o, maddi sıxıntılarını, qumar borcunu ödəmək üçün yenidən oğurluq edib gəlir əldə etmək fikrinə düşmüş, özlüyündə düşünmüş və yenidən Elşənin yaşadığı evə girib oradan pul götürməyin daha məqsədəümavfiq olduğunu yəqin etmiş, çünki, əvvəla Elşənin maddi vəziyyəti yaxşı imiş və ona lazım olan 9 min(doqquz min) manat məbləğin Elşənin evində olmasını güman edirmiş, bundan da başqa o, Elşənin evinə ilk girdiyində heç bir maneə ilə rastlaşmamış, bu səbəbdən də yenidən Elşənin evinə girməyin daha uyğun olmasını düşünmüş, həmçinin, Elşənin evində olan digər otaqları da axtarmaq fürsəti onun üçün yaranırmış, 15 avqust 2022-ci il tarixdə saat 02 radələrində Salyan rayonu, Yenikənd kəndində həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı evə pəncərədən keçmə üsulu ilə daxil olmuş, məqsədi qeyd etdiyi kimi 9000(doqquz min) manat məbləğində pul əldə etmək və borcunu qaytarmaq imiş, evə daxil olduqdan sonra evin qonaq otağında olan stolun üstündə olan könəyin olduğunu görmüş, köynəyin cibini axtarmış, köynəyin cibində 150 manat pul olduğunu görmüş və dərhal pulu cibinə qoymuş, bu zaman evdən səs gəldiyini eşitmiş və ev sakinlərindən kiminsə onu ifşa edəcəyindən ehtiyatlanmış, lakin, onu heç kəs görməmiş, dərhal pəncərədən aşağı düşüb qaçıb getmiş, istədiyim məbləğdə pulu ələ keçirə bilməmiş və oğurladığı həmin 150 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı həmin pullar onun maddi xərcləri yalnız bir hissəsini ödəmiş, ilk iki cinayəti etdikdən sonra o, maddi sıxıntılarını, 9 min manat qumar borcunu ödəmək üçün yenidən oğurluq edib gəlir əldə etmək fikrinə düşmüş, özlüyündə düşünmüş və həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı evə girib oradan pul götürməyin daha məqsədəümavfiq olduğunu yəqin etmiş, çünki, Cəmilənin maddi vəziyyətinin yaxşı olmasını, onun faizlə pul verməsindən, ərinin təsərrüfat sahələrinin olmasından və oğlanlarının maddi vəziyyətinin yaxşı olmasından bilirmiş, ona lazım olan 9 min manat pulun Cəmilənin evində olmasını güman edirmiş, məqsədi 9000(doqquz min) manat məbləğində pul əldə etmək və borcunu qaytarmaq imiş, 17 avqust 2022-ci il tarixdə saat 01 radələrində o, evdən çıxıb Cəmilənin yaşadığı evə tərəf piyada gəlməyə başlamış, Cəmilənin yaşadığı evin ətrafında və həyətində heç kəsin olmadığını görüb həyətə daxil olmuş, daha sonra evə yaxınlaşmış, evin ikimərtəbəli olduğunu görmüş, bu zaman evin pəncərələrinə diqqət etməyə başlamış, açıq pəncərə olduğu təqdirdə həmin pəncərədən evə daxil olacaqmış, evin ikinci mərtəbəsində olan otaqlardan birinin pəncərəsinin açıq olduğunu, lakin, pəncərənin örtüyü olduğunu görmüş, yerdə olan taxta parçasını ayağının altına qoyub ikinci mərtəbəyə qalxmış və pəncərənin örtüyünü əli ilə çıxarıb yerə atmış və evə daxil olmuş, daha sonra evi axtarmağa başlamış, evi axtarmaqda məqsədi pul götürmək imiş, otaqlardan birinə daxil olmaq istəyərkən evdə bir nəfər qadının səs-küy salmağa başladığını və “Abil” deyə çağırdığını görmüş, həmin anda qapı açılmış və bir nəfər qadın otaqdan çölə çıxmış, həmin qadın həmkəndlisi Zərərçəkmiş şəxs3 imiş, onun sifətində 1 ədəd qara rəngli maska, başında 1 ədəd qara rəngli kepka papaq və əlində qara rəngli əlcək var imiş, bu zaman Cəmilənin yatdığı otağın yanında olan digər otağın da qapısı açılmış və bir nəfər kişi cinsindən olan şəxs qapını açıb onu görmüş və dərhal onu görən kimi qapını bağlamış və qıfıllamış, həmin şəxs isə həmkəndlisi Abil imiş, Cəmilə qapını açdığı zaman o, əlində olan özü ilə əvvəlcədən gətirdiyi dəmir linglə onun baş nahiyyəsinə bir neçə dəfə zərbə vurmuş, Cəmilənin başından qan gəlməyə başlamış, Cəmiləyə sakitcə “səsini çıxartma, sakit ol” demiş, Abil qapını bağladıqdan sonra o, Abilin polisə bu barədə məlumat verməsi barədə düşünmüş, Cəmilə əl qol atmaqda davam etdiyi üçün o, Cəmilənin baş nahiyyəsinə daha 2 dəfə əlindəki linglə zərbə endirmiş, zərbə vurmaqda məqsədi Cəmiləyə xəsarət yetirib onu sakitləşdirmək və evdən özünə lazım olan 9 min manat pulu axtarıb tapmaq və götürüb aparmaq imiş, sonra Cəmilənin yanından Abilin olduğu otağın qarşısına getmiş, onun başı Cəmiləyə qarışdığı üçün Abil otaqdan çıxa və ona xəsarət yetirə bilərmiş, həm də Cəmiləyə bir neçə dəfə zərbə vurduğu üçün onu demək olar ki, zərərsizləşdirmiş, Abilin otağının qarşısına keçib onun çıxmasını gözlədiyi vaxt Cəmilənin oradan uzaqlaşıb getmək istədiyini görmüş və arxadan Cəmilənin kürək nahiyyəsinə 1 dəfə və 1 dəfə isə sol qulaq nahiyyəsinə əlindəki dəmir linglə zərbə vurmuş, Cəmilə yerə yıxılmış, o, artıq heç bir şey əldə edə bilməyəcəyini və Abilin telefonla kiməsə məlumat verə biləcəyindən ehtiyatlanıb oradan qaçıb getmiş, Cəmilənin evindən nəinki ona lazım olan məbləğdə pulu, ümumiyyətlə heç bir şey apara bilməmiş, bunun üçün ona uyğun fürsət olmamışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı evdə müqavimətlə rastlaşdığı və oradan heç bir şey əldə edə bilmədiyi üçün o, yenidən hansısa evə girib oğurluq etmək barədə düşünmüş, artıq öz kəndlərindən oğurluq etməyin uyğun olmadığını düşünmüş, çünki, 3 dəfə evə girmiş və nəticədə ona lazım olan pulu əldə edə bilməmiş, həm də etdiyi cinayətlər artıq yaşadığı kəntdə böyük söz-söhbət yaratmış, hər kəs evində ehtiyatlı və tədbirli imiş, bununla da o, nəvbəti cəhdlərdə ifşa edilə bilərmiş, ona görə də o, başqa bir ünvan barədə düşünmüş, qonşuluqda yerləşən Şəkərli kənd sakini Zərərçəkmiş şəxs4 yaşadığı evə girib oradan ona lazım olan 9 min manat pulu əldə etmək barədə düşünmüş, Seymuru o, tanıyırmış, onun özünə məxsus ərzaq mağazası olmasını bilirmiş, həm də Seymurun mərhum oğlu ilə yaxın münasibəti olmuş, bu səbəbdən də Seymurun özü və maddi vəziyyəti haqqında kifayət qədər məlumatlı imiş, 21 avqust 2022-ci il tarixdə saat 02 radələrində evdən çıxıb Seymurun yaşadığı evə tərəf piyada gəlməyə başlamış, məqsədi 9000(doqquz min) manat məbləğində pul əldə etmək və borcunu qaytarmaq imiş, Seymurun yaşadığı evi tanıyırmış, təqribən 40 dəqiqə piyada yol getmiş, Seymurun yaşadığı evə çatıb evin ətrafında və həyətində heç kəsin olmadığını görüb həyətə daxil olmuş, saat təqribən 02:30 radələri imiş, evin daş hasarından aşıb həyətə daxil olmuş, daha sonra evə yaxınlaşmış, Seymurun evi birmərtəbəli imiş, o, evin pəncərələrinə diqqət etməyə başlamış, açıq pəncərə olduğu təqdirdə həmin pəncərədən evə daxil olacaqmış, evin otaqlarından birinin pəncərəsinin açıq olduğunu, lakin, pəncərənin örtüyü olduğunu görmüş, pəncərənin örtüyünü əlində olan alşıqanla yandırıb açmış və evə daxil olmuş, daha sonra evi axtarmağa başlamış, evi axtarmaqda məqsədi pul götürmək imiş, evi axtaran zaman ayaq səslərinin gəldiyini eşitmiş və tez qaçıb evin mətbəxinə daxil olmuş, bir-iki dəqiqə mətbəxdə gözlədikdən sonra kiminsə mətbəxə tərəf gəldiyini görmüş, həmin vaxtı mətbəxin qapısı açıq imiş, bu zaman digər evlərə də girən zaman istifadə etdiyi özü ilə əvvəlcədən götürdüyü dəmir ling əlində olsa da onu mətbəxdə yerə atmış və mətbəxdən 1 ədəd dəmir tava götürmüş, həmin dəmir tava ilə Seymura 1 dəfə tutarlı zərbə vurmaq və onu tam olaraq zərərsizləşdirib öz məqsədini həyata keçirmək istəmiş, gələn şəxsin Seymur olduğunu onun üzündən tanımış, həmin vaxtı onun üzündə qara maska var imiş, Seymur mətbəxə daxil olan kimi dərhal tava ilə onun baş nahiyyəsinə 1 dəfə zərbə endirmiş, daha sonra Seymur ona müqavimət göstərməyə başlamış və onlar əlbəyaxa olmuş, Seymur əlini atıb üzündəki maskanı cırmış, sonra bir qədər də əlbəyaxa olmuş, daha sonra o, Seymura müqavimət gösətərə bilməyəcəyini görüb dayanmış və ona yalvarmağa başlamış, o, Seymura “ehtiyacım ucbatından məcbur qalıb sənin evinə girmişəm, səni and verirəm oğlunun ruhuna məni bağışla, heç kəsə bu barədə heç nə demə” demiş, o, Seymurun oğlunun xəstəlik ucbatından vəfat etdiyini bilirmiş, bu sözlərdən sonra Seymur ona “yaxşı, buraxıram, heç kəsə deməyəcəm, çıx get” demiş, o da sakitcə evdən çıxıb getmiş və evdən heç bir şey apara bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu 28 avqustda tutublar, noyabr ayında isə onu polis əməkdaşları hər hansı təzyiq göstərməmişlər. Belə olan halda hansı səbəbdən 15 noyabr 2022-ci il tarixdə adları qeyd edilən zərərçəkmiş şəxslərin evinə girməsi ilə bağlı ifadə verməsinin səbəbini izah edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, hər hansı oğurluq etməməsi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus evə girmədiyi, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hər hansı xəsarət yetirməməsi, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 177.2.2, 177.2.3, 29, 177.2.3,
29. 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxsin öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında və ibtidai istintaq zamanı belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüş, habelə qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 05 avqust 2022-ci il tarixdə səhər satlarında arvadı Rəna mebel otağında qab-qacaq yığan zaman ona evə oğru girdiyini, otaqda olan mebel şkafının qapısının açıq olduğunu, şkafda olan 907 manat pulun oğurlanmasını bidirmiş o, dərhal telefonu götürüb polisə məlumat vermək istəmiş və lakin telefonun da olmadığını və oğurlandığını bilmişdir. Bundan sonra digər telefonla DİN-in 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları onların evinə gəlib baxış keçirimişlər. Müəyyən olunmuşdur ki, evinə oğru pəncərədən daxil olmuşdur. Belə ki, pəncərənin torunu çıxararaq evə daxil olmuşdur. Bundan başqa 15 avqust 2022-ci il tarixdə saat təqribən 02 radələrində o, gecə yatdığı zaman evdən səs-küy gəldiyini eşidib ayağa qalxmış və otaqdan bayıra çıxmış, həmin anda evin pəncərəsindən kiminsə qaçıb getdiyini eşitmiş, lakin, özünü çatdırıb həmin şəxsi görə bilməmiş, bundan sonra o, evə girən naməlum şəxsin evə oğurluq məqsədilə girməsini anlamış, evi axtaran zaman yataq otağındakı asılqanda olan köynəyinin cibini yoxlamış və köynəyin cibində 150 manat pulunun oğurlanmasını aşkar edərək dərhal bu barədə polisə məlumat verdiyini bildirmişdir. Həm birinci dəfə oğurluq edilən zaman, həm də ikinci dəfə oğurluq edilən zaman evində şəxsi avtomobilini satdığı üçün əlavə olaraq 10 min manat məbləğində nəğd pul olmuş, ola bilsin ki, evinə oğurluq məqsədilə daxil olan şəxs həmin məbləğdə pulun evində olmasından xəbərdar olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun evinə gətirilərkən evindən oğurluq etdiyini etiraf etmiş, oğurladığı pulun yerini tam göstərmişdir. Evindən oğurluq edilən günlərdə evində arvadı ilə birgə olmuşdur. Onun evi Şəkərli kəndindədir. Evdə həyat yoldaşı ilə ikinci mərtəbədə yatmış, Vüsal isə evin birinci mərtəbəsinə daxil olmuşdur. Evindən oğurlanan telefon ona təqdim olunmuş, öz telefonunu tanımış, həmçinin telefonun email kodunu da bilmişdir. Onun evindən başqa digər evlərdə oğurluq olmasından xəbəri olmamışdır. Birinici dəfə evindən telefon və pul, ikinci dəfə isə 150 manat pul oğurlanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq edildiyini görməmiş, onun evinə gətirilərkən Təqsirləndirilən şəxs normal vəziyyətdə olmuş, təzyiq göstərilən adama oxşamırdı. Vüsal səmimi olaraq oğurluq etdiyi yerləri göstərmişdir. Təqsirləndirilən şəxsla barışmış, evindən oğurlanmış pulu Vüslaın atası Vüqar ona qaytarrmışdır. Buna görə Vüsaldan hər hansı şikayəti və tələbi yoxdur. Vüsaldan başqa evinə kiminsə girməsindən şübhələnmir. Pul olan şkafda qızıl zinət əşyaları olmuş, lakin onlar oğurlanmamışdır. Vüsalın atası ona pulu qaytararkən ona hər hansı söz deməmişdir. Onun evindən oğurluq edilən vaxt maşın satmış, həmin pul da evində olmuşdur. Həmçinin kənd sakinləri də onun maşın satdığı barədə bilmişlər. Zərərçəkmiş şəxs2 həmçinin Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayəti olmadığını bildirib, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmiş və bu barədə olan ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, Vüsal onun rəhmətlik oğlu ilə sinif yoldaşı olmuşdur. Bundan əlavə icarəyə götürdüyü marketə Vüsal tez-tez gəlib siqaret almış, həm də ona “əmi” deyə müraciət etmişdir. Marekt işlətdiyinə görə dükana çörək gəldiyindən hər gün saat 02 radələrində oyanıb marketə gedir. 21 avqsut 2022-ci il tarixdə də evdə tək olmuş və yatmışdır. Gecə saat 02 radələrində telefonu zəng çalmış, birinci zəngə oyanmamış, ikinci zəngə oyanıb marketə çörək qəbul etməyə getmək üçün hazırlaşmışdır. Təqsirləndirilən şəxs da ifadəsində onun birinci zəngə oyanmadığını, ikinci zəngə oyandığını bildirmişdir. Həmin vaxt yatdığı orta otaqdan çölə çıxmış, sol tərəfdəki otağın qapısının açıq olduğunu görmüş, həmin otağa keçdikdə pəncərənin torunun cırıldığını görmüş, həmin ərəfədə kənddə oğurluqlar olduğunu eşitdiyindən fikirləşmişdir ki, kimsə evə girib , nəsə axtarıb və tapa bilmədiyindən çıxıb gedib. Buna görə də otağın pəncərələrini bağlayıb oradan çıxmışdır. Sonra mətəbəxə girib su içmək istəmiş, mətbəxə keçmək üçün qapını açmaq istəyəndə qara maskada olan bir şəxs onu nə iləsə vurmuşdur. Həmin vaxt möhkəm qışqırmış, qardaşı da qonuşuluqda olan evdə onu eşitmişdir. Həmin şəxslə əlbəyaxa olmuş, onu yerə yıxıb sinəsi üzərində oturmuş, maskasını çıxarmaq istədikdə həmin şəxs onu vurmağa davam etmişdir. Sonra onda tənginəfəslik yaranmış, həmin şəxsə bildirmişdir ki, “səni buraxıram, amma çıx get”. O, durub getdikdə pilləkənlərlə düşərkən ona nəsə demiş, lakin pis vəziyyətdə olduğundan onun dediklərini başa düşə bilməmişdir. Sonra dəsmalla başını bağalmışdır. Bundan sonra bu barədə polisə şikayət etmişdir. Sonra Vüsal tutulandan sonra bildirmişdir ki, mənə demişdir ki, “sənə and verirəm oğlunun ruhuna heç kimə demə”. Həmin vaxt Vüsalın üzünü görməsə də həmin maskalı şəxsin arıq, cansız biri olduğunu, Vüsala bənzədiyini hazırda da xatrlayır. Həmin vaxt onun maşınına da kimsə girmiş, maşını axtarmışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, evinə həmin şəxsin girməsindən təxminən 1 həftə sonra bilmişdir ki, onun evinə girən Vüsal imiş. Həmin vaxt maskada olan şəxslə əlbəyaxa olmuş, üzünü görməsə də həmin şəxsin bədən qurluşu, yerişi Təqsirləndirilən şəxs uyğun gəlmişdir. Vüsalı evinə girməmişdən təxminən 40 gün qabaq görmüşdür. Vüsal evindən heç bir şey götürməmişdir. Zərərçəkmiş şəxs2 evi ilə onun evin arasında kəsə yolla 2 km məsafə vardır. Həmin ərəfədə kənddə oğurluq hadisələrinin olmasını eşitmişdir. Vüsalın gözünün birində problem olması ona baxanda da bilnmiş, lakin Vüsalın gözünün görüb-görmədiyini bilməmişdir. Onda çəpgözlük olmasını bilir, lakin Vüsal görmüşdür. Həmin şəxsin üzündəki maska yun materialdan olmuşdur. Həmin şəxs ona tava və dəmir linglə vurmuş, həmin əşyaları polisə təqdim etmişdir. Həmin şəxs evdən heç nə oğurlamamışdır. Vüsal mətbəxdə girib gizlənmişdir. Onu vuran vaxt Vüsal ondan heç nə tələb etməmişdir. Zərərçəkmiş şəxs4 həmçinin Təqsirləndirilən şəxsla barışmadığını, ona qarşı şikayəti olduğunu bildirib, Təqsirləndirilən şəxsə qanunauyğun cəza təyin edilməsini xahiş etmiş və bu barədə olan ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, 17 avqust 2022-ci il tarixdə saat təqribən 01 radələrində evdə işlərini görüb qurtardıqdan sonra yatmağa hazırlaşmış, evdə özü və əri Şahid4 olmuşdur. Qaranlıqda yata bilmədiyi üçün evin ayrı otağında, əri Abil isə digər otağında yatmış, Abillə sağollaşıb yatacağı otağa getmiş, yatmağa hazırlaşan zaman otağın qapısının açılıb bağlandığını görüb qapının oğlu Vurğun tərəfindən açılıb bağlandığını zənn edərək “Vurğun sənsən!?” deyə həmin şəxsə səslənmiş, Vurğun deyə çağırsa da səs gəlmədiyini və çağırışına heç bir reaksiya göstərilmədiyini, lakin, həmin şəxsin qapının qarşısında dayanıb gözlədiyini görmüş, bu zaman çarpayıdan ayağa qalxıb qapıya tərəf getmiş, qapını özünə tərəf çəkib açdıqda qapının qarşısında bir nəfər kişi cinsindən olan və üzündə qara rəngli papaqdan örtük kimi istifadə edən şəxsin olduğunu görmüş, qapını açar-açmaz həmin şəxs əlində olan dəmir alətlə bir dəfə baş nahiyyəsindən zərbə endirmiş, buna görə müvazinətini itirib yerə oturmuş, həmin şəxs yenidən əlindəki alətlə zərbələr endirməyə başlamış, özünü müdafiə etmək istəsə də həmin şəxsin əlindəki alətlə ona xəsarət yetirməsini əngəlləyə bilməmişdir. Həmin şəxsin vurduğu zərbələrdən ümumilikdə 5-6 zərbə baş nahiyyəsinə dəyərək xəsarət yetirmiş, başından qan gəlməyə başlamış, özünü müdafiə etmək üçün əri Abili köməyə çağırdığı zaman həmin şəxs əli ilə ağzını qapatmağa çalışmış, həmin şəxsin əlinin üstünü sıxaraq əlini ağzından çəkməsi üçün çalışmış, həmin şəxsin əlini ağzından çəksə də otaqda yerdə olan döşəkçəni götürüb ağzına sıxıb kömək çağırmasını əngəlləmiş, həmin şəxsin əlində qara əlcək də olmuşdur. Həmin şəxslə mübarizə aparan zaman əri Abilin də digər otaqda səsini eşitmiş, Abilin həmin vaxtı bir neçə dəfə onu çağıraraq “dayan indi gəlirəm” sözlərini dediyini eşitmiş, lakin, Abilin yatdığı otağın qapısı bağlı olduğu üçün Abil otaqdan çölə çıxa bilməmiş, bu zaman zərbələrdən yayınıb qaçmaq üçün otaqdan çıxıb dəhlizə çıxıb həyətə düşmüş, həyətə düşə-düşə Abilə “özünü pəncərədən at gəl” deyə səslənmiş, çünki, eyni təhlükənin də Abil üçün olacağını yəqin etmiş və həm də həyətə işıqlığa çıxıb ən azından kömək çağırmaq və həmin şəxsin kimliyini müəyyən etmək istəmişdir. Həyətə düşdükdən sonra Abilin də gəldiyini görmüş, lakin, Abil otağın qapısından deyil pəncərədən özünü bayıra atmışdır. Abil gəldikdən sonra maşına əyləşərək avtomobillə oğlu Vurğunun yaşadığı evə gələrək bu barədə ona danışmış, Vurğun da dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onu «mantrovka» ilə vuran zaman danışmamış, onun üzündə maska olmuşdur. Yoldaşı qapını açmağa çalışmış, amma qapı açılmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaqla qapının arxasında yoldaşı içəri girəndə onu vurmaq üçün dayanmışdır. Həmin vaxt evdə pul olmuş, amma Təqsirləndirilən şəxs evdən heç bir şey apara bilmədən qaçaraq evdən getmişdir. Təqsirləndirilən şəxs kənd sakini kimi tanımış, onun məhkəmə iclasında verdiyi ifadələr hamısı yalandır, onun evinə girərək xəsarət yetirən Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs onu «mantirovka» ilə vurub, onun əlində bir ədəd alət görmüş, qapının dalında gizlənəndə əlindəkini bıçağa oxşatmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs onu vuran şəxsin kim olmasını deyəcəyi təqdirdə ondan şikayətçi olmayacağını deməmiş, onu vuran Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 23 fevral 2022-ci il tarixdə onun evində oğurluq olmuş, buna görə də polisə şikayət etmişdir. Həmin oğurluq faktı üzrə polis əməkdaşları onun əmisi uşaqlarını döyümüşlər ki, oğurluğu onlar etmişlər. Daha sonra bu hadisədən 7 ay keçdikdən sonra polis əməkdaşları Vüsalı onun evinə gətirmişlər və evindən oğurluq edən şəxsin Vüsal olduğunu bildirmişlər. Onun evindən 1700 manat pul, telefon və içində kartlar olan pul qabı oğurlanmışdır. Vüsaldan bir gün qabaq əməliyyatçı gəlib evində çəkiliş aparmışlar. Vüsal evinə gətirilərkən onun Vüsalla danışmasının qarşısını almışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vüsal onun evinə qandal vurub gətirmişlər. Polis əməkdaşları atasına 700 manat pul vermişdir. Hazırda Vüsaldan hər hansı şikayəti yoxdur. Onun 1700 manat pulu ödənməsə də ona pulun ödənilməsi barədə ərizə yazılması polis əməkdaşları tərəfindən tələb edilmiş və o, da ərizə yazmışdır. Atasına polis əməkdaşı tərəfindən 700 manat pul verilərkən deyilmişdir ki, həmin pulu Vüsalın atası vermişdir. Vüsal tutulduqdan sonra atası onun evinə gəlib Vüsaldan şikayətçi olmadığına görə təşəkkür etmişdir. 23 fevralda DİN-in 102 xidmətinə zəng etdikdən sonra polis əməkdaşları onun evinə gəlib fotoşəkillər çəkmişlər. Pul qabısında qaynanası və yoldaşının maaş kartları və telefon olmuşdur. Həmin pul qabı da ona qaytarılmamışdır. Onun evindən kim tərəfindən oğurluq edildiyini bilmir. Onun pul qabısı boz rəngdə olmuşdur. Həmin vaxt evdə olmamış, evin işıqlarını yandırıb ad gününə getmişdir. Polis əməkdaşları onun evinə oğurluq olan günün səhəri gün gəlib izləri götürmüşlər. Onun evindən konkret kim tərəfindən oğurluq edilməsini bilmir, polisə də konkret şəxs barəsində şikayət etməmişdir. Vüsalın ifadəsi yerində yoxlanılarkən həmin istintaq hərəkətində iştirak etməmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı şahid və zərərçəkmiş şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, hazırda ögey atası X15 ilə bir evdə yaşayır, Salyan rayonu Şəkərli kəndində bir mərtəbəli yaşayış evi tikdirir, buna görə də Əliyusif Nəcəfov 2022-ci il fevralın 11-də X23 rayon filialından 2900 manat kredit götürmüş, həmin puldan tikinti materialları alaraq evini təmir etdirir, təmir üçün götürülmüş vəsaitdən 1700 manat qalmış, o, həmin pulu özünə məxsus olan pul kisəsində saxlayırmış, bundan başqa o, özünə məxsus ekranı yararsız vəziyyətdə olan “Samsung A01” markalı mobil telefonunuda pul kisəsinin içərisində saxlayırmış, həmin pul kisəsini isə yaşadığı evdə yataq otağında qarderobun içərisində saxlayırmış, X6 və qaynanası Şahid1 adına “Kapital Bank” tərəfindən verilmiş əmək haqqı kartlarını da saxlaması üçün ona vermişlər, 2022-ci il fevralın 23-də saat 19 radələrində o, Taleh Səmədov ilə birlikdə qohumu Fizulinin yaşadığı evinə getmiş, o, evdən çıxmamış pul kisəsindən 60 manat pul götürmüş və pul kisəsini yataq otağında olan qarderobun içərisinə qoymuş, həmin pul kisəsinin içərisində 1700 manat pul, X3 adına “Kapital Bank” tərəfindən verilmiş əmək haqqı kartı, Şahid1 adına “Kapital Bank” tərəfindən verilmiş əmək haqqı kartı və ekranı yararsız vəziyyətdə “Samsung A01” markalı mobil telefonu var imiş, həmin tarixdə saat 23 radələrində o, Taleh Səmədov ilə birlikdə yaşadığı evə gəlmiş, evə daxil olan zaman yataq otağında olan əşyaların dağıdılmış vəziyyətdə olduğunu, qarderobun içərisinə qoyduğu pul kisəsinin olmadığını və oğurlandığını aşkar etmiş, o, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat verməklə və Salyan RPŞ-nə ərizə ilə müraciət edərək içərisində 1700 manat pul, X3 adına “Kapital Bank” tərəfindən verilmiş əmək haqqı kartı, Şahid1 adına “Kapital Bank” tərəfindən verilmiş əmək haqqı kartı və ekranı yararsız vəziyyətdə “Samsung A01” markalı mobil telefonu olan pul kisəsinin oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, kənddə öz arvadı Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşayır, yay ayları olduğundan havalar isti keçdiyi üçün o, adətən bir qədər gec yatır, arvadı işıq olmadan yata bilmədiyi üçün evdə ayrı otaqda o isə Cəmilənin yatdığı otağın yanında olan digər otaqda yatır, 2022-ci ilin avqust ayının 16-dan 17-nə keçən gecə saat təqribən 01 :15 radələrində o, Cəmilə ilə söhbət etdikdən sonra sağollaşıb yatmaq üçün yataq otağına getmiş və otağın qapısını bağlamış, Cəmilə də öz otağına yatmağa getmiş, təqribən 20 dəqiqə sonra o, evdən səs gəldiyini eşitmiş, Cəmilənin yatdığı otaqdan Cəmilənin boğunuq halda səsinin gəldiyini eşitmiş, o, Cəmiləni səsləyib nə baş verdiyini ondan soruşduqda heç bir cavab gəlmədiyini görüb çarpayıdan ayağa qalxmış, elə bu zaman yataq otağının qarşısında bir nəfər şəxsin əlində bıçaqla kölgəsinin olduğunu görmüş, evə kiminsə hücum etdiyini və həmin şəxsin hazırda otağının qapısının önündə olduğunu görmüş, bu zaman o, otaqda olan balaca şkafın ayağını qoparıb özünü müdafiə etmək üçün götürmüş və Cəmiləyə səslənərək “bu dəqiqə onu vuracam” demiş, həmin şəxs də əlində bıçaqla hazır vəziyyətdə onun otağının qarşısında daynmış, daha sonra o, qapını açıb həmin şəxsi zərərsizləşdirmək istəmiş, lakin, qapının bağlandığını və açılmadığını görmüş, nə qədər çalısa da qapı açılmamış, Cəmiləyə səslənərək qapının açılmadığını bildirmiş, Cəmilə də ona “özünü pəncərədən at gəl” demiş, daha sonra o, otağın pəncərəsindən özünü aşağı atıb həyətə düşmüş, həmin zaman Cəmilə də həyətdə imiş, o, avtomobilini işə salıb işıqlarını yandırmış, lakin, həmin şəxsi görə bilməmiş, bundan sonra o, Cəmilə ilə birlikdə oğlu Vurğungilə gəlmiş və bu barədə ona demiş, Vurğun da dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, bundan sonra o, Vurğunla birlikdə öz evinə qayıtmış, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları evə baxış keçirərək əl izləri götürmüşlər. Təqsirləndirilən şəxs qaçanda onun papağı həyətinə düşüb qalmışdır. Evinə daxil olan şəxsin başında maska olmuş, həmin şəxs səsini çıxartmamış, amma boyu buxunu eynən Vüsala oxşamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 17 avqust 2022-ci il tarixdə saat təqribən 02 radələrində evdə yatmağa hazırlaşdığı zaman həyətə avtomobillə kiminsə gəldiyini görmüş, avtomobilin səsinə evdən çölə çıxmış, həyətə çıxdığı zaman atası Abilin və anası Cəmilənin həyətdə olduğunu və evə tərəf gəldiklərini görmüş, anası təlaş içində imiş, anası Cəmilə başını əli ilə tutmuş, anasının başından qan gəlirmiş, paltarları və eyni zamanda üst-başı qan içində imiş, o, nə baş verdiyini soruşduqda anası ona başına gələnləri danışaraq bir neçə dəqiqə bundan öncə yaşadıqları evdə yatmağa hazırlaşan zaman bir nəfər kişi cinsindən əynində qara köynək, qara şalvar, əlində qara əlcək və sifətində qara maska, eyni zamanda əlində dəmir alət olan şəxsin evə hücum edərək heç bir əsas və səbəb olmadan əlindəki dəmir alətlə onun baş və kürək nahiyyələrinə bir nəçə dəfə zərbə endirdiyini bildirmiş, anası ona həmin şəxsin arıq bədən quruluşlu olduğunu bildirmiş, o, həmin şəxsin atasının səsə oyanmasını hiss edib onu buraxaraq atasının yatdığı otağın qarşısına getdiyini, bu zaman çölə qaçıb getmək istədiyini, lakin, həmin şəxsin bunu görərək əlindəki dəmir alətlə onun baş nahiyyəsindən və döş qəfəsinin arxa nahiyyəsindən zərbə vurduğunu bildirmiş, daha sonra anası ona zərəblərin təsirindən yerə yıxıldığını və bir qədər sonra çölə qaçıb getdiyini bildirmiş, bir neçə dəqiqə sonra atasının da evdən çıxıb təlaşlı halda həyətə gəldiyini, daha sonra isə birlikdə avtomobillə onun yaşadığı evə gəldiklərini bildirmiş, o da valideynləri ilə birlikdə avtomobillə onların yaşadığı evə getmiş, evin qan içərisində olduğunu görmüş və dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs evə gətirən zaman özü də evdə olmuş, həmin vaxt Vüsal evə necə daxil olduğunu, harada dayandığını, bütün olanları sərbəst şəkildə polislərə izah etmiş, həmin vaxt ona təsir və ya təzyiq edən olmamışdır. Hadisə baş verəndən sonra həyətlərindən başlayan ayaq izləri ilə təxminən bir kilometrə yaxın getdikdən sonra izlərin yulğunluq olan yerdə itməsini görmüş, polis şöbəsində Vüsalla söhbət edən zaman o, evdən çıxıb gedəndən sonra yulğun kollarının arasına girdiyini ona demişdir. Həmçinin polis şöbəsində Vüsalla söhbət edən zaman o, həyətdə olan köhnə qapını evin divarına söykəyərək pəncərədən evə daxil olduğunu da ona demiş, Vüsaldan həmin köhnə qapını evin pəncərəsinin yanına necə apardığını soruşduqda, o, qapının yüngül olduğunu və çox asanlıqla qapını götürərək evin divarına söykəyib pəncərədən evə daxil olduğunu demişdir. Bundan sonra evə gələrək yoxladıqda qapının doğrudan da yüngül olduğunu görmüşdür. Polis əməkdaşları hadisənin səhərisi günü həyətdən papaq taparaq aparmışlar və həmin papağın Təqsirləndirilən şəxs aid olduğunu bildirmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur, onunla heç bir düşmənçilik və ədavəti yoxdur, lakin, münasibətləri o qədər də isti deyil, buna baxmayaraq salam-sağolu var, Vüsal bu ilin iyun ayında onun iş yerinə gələrək ona pul lazım olduğunu və faizlə pul götürmək istədiyini demiş, Vüsal ondan faizlə pul verən şəxs tanıyıb-tanımadığını soruşmuş, o da Vüsala onunla birlikdə işləyən Gülzar adlı bir nəfər yaşlı qadının faizə pul verdiyini və ondan pul götürə biləcəyini, lakin, bunun üçün şəxsiyyəti müəyyən edən sənəd və bank kartının girov qoyulmasının vacibliyini demiş, o, özü əvvəllər həmin qadından faizə pul götürdüyü üçün girov kimi həmin sənədləri tələb etdiyini bilirmiş və bu səbəbdən də əvvəlcədən bu barədə Vüsala demiş, Vüsal da razılaşmış, bu söhbətdən təqribən iki gün sonra Vüsal yenə də onun iş yerinə gəlib öz hərbi biletini və maaş kartını ona verərək 300 manat pul götürməyini xahiş etmiş, o da Vüsalın maaş kartı və hərbi biletini Gülzarın bələdçisi Ramil adlı iş yoldaşına vermiş, təqribən iki saat sonra Ramil 300 manat pulu gətirib ona vermiş, razılaşmaya görə Vüsal aylıq 60 manat faiz ödəməli imiş, o, pulu Ramildən götürdükdən sonra Vüsal özü onunla telefonda əlaqə saxlayaraq pulu götürübgötürmədiyini soruşmuş, o da Vüsala pulu götürdüyünü demiş, bir qədər sonra Vüsal onun yanına gələrək pulu ondan götürmüş, o da Vüsala aylıq 60 manat faiz ödəməli olduğunu demiş, bu barədə o, Vüsala əvvəlcədən də demiş, Vüsal da ona heç bir etiraz etməmiş, təqribən 2 ay ərzində Vüsal onun vasitəsilə götürdüyü 300 manat pulu ödəyib qutarmış, bu ilin iyul ayının 25-də Vüsal yenidən onun iş yerinə gələrək yenidən 500 manat pul lazım olduğunu bildirmiş, o, həmin pula musiqi aləti almaq istədiyini demiş, o, Vüsalın müğənnilik etdiyini də bildiyindən, Vüsalın ilkin məbləği ödədiyini və özünün də pula ehtiyacı olmasını görüb yenidən ona Gülzar adlı qadından onun bələdçisi Ramil adlı iş yoldaşının vasitəsilə 500 manat pul götürüb vermiş və Vüsalın sənədləri yenə də həmin qadında girov olaraq qalmış, bu məbləğə görə isə Vüsal aylıq 100 manat faiz ödəməli imiş, Vüsala pulu iyul ayının 27-də vermiş, avqust ayının 27-də Vüsal götürdüyü pulun ilkin faizini ödəməli imiş, lakin, təqribən iki-üç gün bundan əvvəl o, Vüsalın həbs edilməsi xəbərini eşitmiş, bundan başqa onun Vüsalla heç bir alış verişi olmamışdır. O, Vüsalla birlikdə hər hansı bir cinayətin törədilməsində iştirak etmədiyini bildirmişdir. Şahid6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vüsalın oğurluq cinayəti törətməsini Vüsal həbs olunandan sonra bilmiş, faizə götürərək Vüsala verdiyi pulları Vüsalın haradan ödədiyini bilməmişdir. Yaşadığı kənddə oğurluq hadisəsi baş verməsini eşitmiş, sonradan həmin oğurluğu Vüsalın törətdiyi ona məlum olmuşdur. Vüsalın etdiyi oğurluq cinayətlərində onu günahlandırması və bununla əlaqədar kağız yazması barədə məlumatı olmamış, Vüsalın qumar oynaması və qumarda 9000 manat məbləğində pul uduzması barədə bilməmişdir. Vüsalın narkotik vasitələrdən nəşə çəkməsi barədə məlumatı olmuşdur. istintaq zamanı Vüsalla üzləşdirilmiş, həmin zaman Vüsal etdiyi oğurluqlarla onun heç bir əlaqəsi olmadığını bildirmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, qardaşına məxsus ət dükanında olan zaman Vüsal həmin dükana gəlmiş, uşağının xəstəliyi ilə bağlı telefon satdığını demiş, həmçinin xəstəxanaya getdiyini demişdir. O, Vüsala bildirmişdir ki, telefonu satmasın və ona pul versin və gələcəkdə həmin pulu qaytarar. Lakin Vüsal razı olmamış, buna görə də Vüsaldan telefonu 55 manata almışdır. Sonradan həmin telefonu polisə vermişdir. Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vüsalla həmkəndlidir, aralarında münasibət normal olmuşdur. Telefonu aldıqdan bir həftə sonra telefonu satmaq üçün mağazaya qoymuşdur. Vüsal uşağının xəstə olduğunu deyib telefonu satmaq istədiyini demişdir. Həmin telefon “Samsung J7” markalı telefon olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kapital Bankdan kredit götürüb qzına vermişdir. Qızının evindən həmin pul, ona aid pensiya kartı, qızının yoldaşının maaş kartı, telefonu oğurlanmışdır. Həmin pulları və əşyaları kim tərəfindən oğurlandığını bilmir. O, qızından ayrı yaşadığı üçün oğurluq hadisəsi vaxtı həmin evdə olmayıb, sadəcə qızından eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, hazırda Qobustan qəsəbəsində “yol evi” adlanan ərazidə icarə əsasında götürdüyü sexdə qaynaqçı işləyir, Təqsirləndirilən şəxs onun yeznəsi, yəni, bacısı Mədinənin əridir. 2022-ci ilin avqustun 24-dən Vüsal onun yanında işləmiş, lakin 4 gündən sonra tutulmuşdur. Vüsal onun yanında işləməmişdən əvvəl hansı əməlləri etməsindən xəbəri yoxdur. Vüsal tutulandan sonra onu da Salyan RPŞ-yə gətirmişlər, ifadə verdikdən sonra geri qayıtmışdır. Sexinə gəldikdən sonra sexi təmizləyərkən Vüsalın yazıdığı kağızı tapmışdır. Həmin kağızda təxminən belə yazılmışdır ki, “başıma nəsə iş gəlsə hamsının günahı Xaliddədir”. Həmin kağızı da polisə təqdim etmişdir. Şahid Əbülfəz Abdullayev ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vüsalın hansı əməllər törətməsindən məlumatı yoxdur.Həmin kağız adi kartona yazılmışdı, otağa girəndə ayaqaltının altına qoymuşdur. Həmin kağızda “ əgər mənə bir şey olsa əbi bilin ki ölümümə Xalid səbəb oldu, atama da de həyatımı o, məhv elədi. Bütün oğurluğumu o, düzüb-qoşdu, hər şeyin səbəbi Xalid oldu. Cəmilə, Seymur hamısına o Xalid...” sözləri yazılmışdır. Lakin Vüsal kağıza yazdıqları barədə əvvəlcədən ona heç nə deməmişdir. Həmin sexdə ondan və Vüsaldan başqa heç kim qalmır, hesab edir ki, həmin yazını Vüsal yaza bilər. Həmin kağızı sexə gedərkən tapmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayında yaşadığı Yenikənd kəndində bir çox adamın evinə girmişlər, daş atmışlar, buna görə də hamı narahat olmuşdur. Bu işlərə görə onun oğlunu 27 avqust 2022-ci il tarixdə polis əməkdaşları onu tutub aparmışlar. Buna baxmayaraq kəndlərində həmin hadisələr avqust ayının sonrakı günlərində də olmuşdur. Vüsal bunu etsəydi heç olmasa bədənində xəsarətlər olardı, lakin bədənində hər hansı xəsarətlər olmamışdır. Şahid12 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vüsalın 23 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 evinə girməsi ilə bağlı qeyd edir ki, həmin vaxt məhərrəmlik mərasimi olub kənddən heç hara getməyib. Vüsalın 05 avqust, 15 avqust, 17 avqust və 21 avqsut gecə saatlarında Vüsal evdə olub. Vüsalın gözü görmür, gecə hər hansı yerə çıxa bilməz. Zərərçəkmiş şəxslərdən heç kimə pul verməyib, lakin eşitmişdir ki, Şahverddi adlı polis əməkdaşı onun adından Məleykə adlı xanıma 700 manat pul vermişdir. Lakin o, həmin polis əməkdaşına hər hansı məbləğdə pul verməmişdir. Vüsalın heç kimə borcu olmamışdır. Şahid3 kənd sakini kimi tanımış, sonradan eşitmişdir ki, Vüsal ona telefon satıb. Lakin Vüsalla sonradan görüşəndə demişdir ki, onu ailəsi ilə hədələyib telefonu ona vermişlər və satmasını tələb etmişlər, buna görə də Vüsal telefonu Zeynala satmışdır. Vüsal qorxduğu üçün bu barədə şikayət etməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Vüsal gözdən əlildir. İddia edirlər ki, gecə vaxtı Vüsal evlərdən oğurluq etmişdir. Lakin Vüsal gecə vaxtı harasa getmişdirsə onunla getmişdir. Buna görə də Vüsal onsuz gecə çölə çıxa bilmədiyi halda oğurluqları edə bilməzdi. Vüsal saxlanılarkən onda “Samsung J2 prime” marklı telefon olub. Vüsal Salyan polisində saxlanılarkən onun yanına yemək göndərmişlər. Bir dəfə Vüsal ona göndərilənləri geri qaytarmış, həmin əşyaların içində diş məcunu da olmuşdur. Diş məcununa sıxıb baxdıqda içindən kağızlar çıxmış, həmin kağızdakıları oxuduqda orda yazılmışdır ki, “ata mənə kömək elə, Şahverdi məni tutmuş, bu işləri mənim etdiyimi bildirmişdir” kimi sözlər yazmışdır. Məleykə adlı qadının yoldaşı onların evinə gəlib qaynatasından ona pul göndərib-göndərmədiyini soruşmuş, qaynatası isə pul vermədiyini bildirmişdir. Həmin şəxs Şahverdi adlı polisin ona 700 manat pul verdiyini bildirmişdir. Vüsal tutulmamışdan əvvəl kiminsə ona hədə-qorxu gəldiyini deməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 12 ildir ki, Təqsirləndirilən şəxs ailəsi ilə qonşudur. Harasa gedərkən evini Vüsala tapşırmışdır. Vüsal gözdən əlil olduğu üçün gecə vaxtı hər hansı yerə gedə bilməmişdir. Kənddə kimlərinsə evinin oğurlanması xəbərini eşidəndə Vüsal da həmişə onların yanında olmuşdur. Vüsalın kiminsə evindən oğurluq etməsinə inanmır. Vüsalın kiməsə borcu olmasından xəbəri olmamışdır. Vüsal gecə evdən çıxan uşaq olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Vüsal gözdən əlildir. Vüsalın bu oğurluqları etməsinə inanmır. Vüsal gecə çölə çıxa bilmir, buna görə gecə saatlarında oğurluq edə bilməz. Zərərçəkmiş şəxsə eşitdiyinə görə adını bilmədiyi polis əməkdaşı pul vermişdir. Vüqar yalnız bir nəfərə - Elşən adlı şəxsə pul vermişdir. Başqa şəxsə Vüqar kişi pul verməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən sonra tanımışdır. 2022-ci ilin avqust ayında məzuniyyətdə olduğu vaxtda onun nəzarət etdiyi inzibati ərazi vahidi olan Yenikənd ərazisində oğurluqlar olması barədə məlumatlar olmuşdur. 15 avqust 2022-ci il tarixdə məzuniyyəti bitmiş və işə qayıtmışdır. Bundan təxminən 10-12 gün sonra həmin hadisələrin törədilməsində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Qaradağ rayonunda saxlamış və İstintaq Bölməsinə təhvil vermişdir. Digər məsələlərdən məlumatı olmamışdır. Şahid8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vüsalı Qaradağ rayonunda avtomobil təmir sexində saxlayıb Salyan RPŞ-yə gətirmiş, lakin üzərinə baxış keçirməmişdir. Təqsirləndirilən şəxs qarşı qəti olaraq təzyiq göstərməmişdir. Onun üzərində telefon olub-olmamasını bilmir. Vüsalın olduğu yeri müəyyən etməmişdən əvvəl onun evinə getmişlər, Vüsalın atasından oğluna zəng edib yerini öyrənməyi istəmişlər, lakin Vüsalın atası bildirmişdir ki, oğlunun telefonu yoxdur. Vüsal hər hansı cinayəti boynuna götürməsini, ona kömək edəcəyini deməmişdir. Onun kiməsə kömək etmək səlahiyyəti yoxdur. Vüsal özünü müdafiə etmək üçün belə ifadə verir. Məleykə adlı xanıma 700 manat pul verməmişdir. Həmin şəxsə pul verməyə nə səlahiyyəti, nə də maddi imkanı vardır. Vüsalın atasın Elşən adlı şəxsə də pul ödəmişdir. Yenikənd kəndi ərazisində baş vermiş hadisədə onun adını hallandırırlar, bu da onun vəzifəsi ilə bağlıdır. Onun hər hansı zərərçəkmiş şəxsə pul verməsi heç də məntiqli deyildir. Vüsal öz xətti ilə elədiyi şeyləri də yazmışdır. Əgər ona hər hansı təzyiq göstərsəydi vaxtında onun barəsində şikayət edərdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək yaşadığı fərdi yaşayış evindən oğurluq edilməsini bildirməsi faktı üzrə cinayət işi başlanmış, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cild, 1-2) - 05 avqust 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 11:35-də Zərərçəkmiş şəxs2ı oğlu DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək evindən açıq qapıdan keçmə yolu ilə naməlum şəxs tərəfindən 900 manat pul və Samsung markalı mobil telefonun oğurlanması barədə məlumat vermişdir. (İ cild, i.v. 05) - 05 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Salyan RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə naməlum şəxsin yaşadığı evdən 900 manat pul və Samsung markalı mobil telefon barəsində məlumat vermişdir. Lakin bildirmişdir ki, həmin pulu və mobil telefonu şkafdan tapmışdır. (İ cild, i.v. 06) - “baxış keçirilməsi” haqqında 05 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilmiş, həmin evin İ mərtəbəsində qəhvəyi rəngli şkafdan pulun oğurlandığını göstərmiş, iş üzrə əhəmiyyət kəsb edən bir hal aşkar edilmişdir. (İ cild, 07-10) - 11 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Salyan RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 18 radələrində 907 manat pulunun və Samsung J7 markalı mobil telefonun oğurlandığını bildirib, həmin əşyaların tapılmasında köməklik göstərilməsini xahiş etmişdir. (İ cild, i.v. 12) - xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti üzrə aparılmış araşdırma zamanı sonuncunun evindən oğurluq etmiş şəxs və ya şəxslərin, eləcə də digər halların müəyyən edilməsi məqsədi ilə CPM-nin 85.4.5-ci maddəsinə əsasən Salyan RPŞ-yə əməliyyat tapşırığı verilmişdir. (İ cild, i.v. 20) - 28 avqust 2022-ci il tarixli raportdan görünür ki, Salyan RPŞ-nin əməliyyat müvəkkili Şahid8 Salyan RPŞ-nin rəhbərliyinə müraciət edərək tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə Salyan rayonu Yenikənd kəndində yaşayan X16 məxsus evə qanunsuz olaraq daxil olub “Nokia” markalı mobil telefon və 60 manat pul oğurlayan şəxsin xx.xx.1992-ci il təvəllüldlü rayonun Yenikənd kənd sakini Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmiş, sonuncu saxlanılaraq RPŞ-yə gətirilmiş, onunla şifahi söhbət apararkən Zərərçəkmiş şəxs2 evinə qanunsuz daxil olub oğurluq etməsi,Zərərçəkmiş şəxs3 və Seymur Asalmanovun da evinə oğurluq məqsədi ilə daxil olmasını etiraf etmişdir. (İ cild, i.v. 35) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 28 avqust 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Vüsla Cəfərov həmin gün saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 42; 55 ) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v.61-62) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 evindən 907 manat pul və mobil telefonun oğurlanması faktı üzrə CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən cinayət işinə Zərərçəkmiş şəxs2 evindən 150 manat pul oğurlanması faktı üzrə aparılan HK-1/1650 nömrəli material birləşdirilmişdir. (İ cild, i.v.73-74) - 11 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Salyan RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 04 radələrində naməlum şəxs və ya şəxslərin evinə daxil olaraq 150 manat pulunu oğurladığını bildirmişdir. (İ cild, i.v. 78) - “baxış keçirilməsi” haqqında 20 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilmiş, sonuncu yataq otağında olan köynəyin cibindən pulun oğurlandığını göstərmiş, iş üzrə əhəmiyyət kəsb edən bir hal aşkar edilmişdir. (İ cild, 79-84) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 evindən 907 manat pul və mobil telefonun oğurlanması faktı üzrə CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən cinayət işinə Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə xəsarət yetirilməsi faktı üzrə xx.xx.2022-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə başlanılan ********* nömrəli cinayət işi birləşdirilmişdir. (İ cild, i.v.92-93) - 17 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Salyan RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində evdə yatan zaman evinə daxil olan naməlum şəxsin onun oyandığını grüb əlindəki dəmir alətlə başına vuraraq onu itələyib qaçdığını bildirib həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. (İ cild, i.v. 100) - “baxış keçirilməsi” haqqında 17 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Salyan rayonu Yenikənd kəndində yerləşən Zərərçəkmiş şəxs3 aid evə baxış keçirilmiş, evin otaqlarının birində, dəhliz, qonaq otağı və həyətdə, həmçinin pilləkənlərdəqan ləkləri aşkar edilmiş, eləcə də 1 ədəd qara rəngli papaq hadisə yerinə baxış keçirilərkən götürülmüşdür. (İ cild, i.v. 101-109) - məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 461 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın təpə nahiyyəsinin yarası, sol qulaq seyvanının, döş qəfəsinin arxa səthinin qançırları küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni, xx.xx.2022ci il tarixdə dəmir parçası ilə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. (İ cild, i.v. 121-122) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v.138-139) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 evindən 907 manat pul və mobil telefonun oğurlanması və Zərərçəkmiş şəxs3 yüngül dərəcəli xəsarət yetirlməsi faktı üzrə CM-nin 128 və 177.2.3-cü maddələri ilə istintaq edilən cinayət işinə Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə xəsarət yetirilməsi faktı üzrə xx.xx.2022-ci il tarixdə CM-nin 127.1-ci maddəsi ilə başlanılan ********* nömrəli cinayət işi birləşdirilmişdir. (İ cild, i.v.154-155) - 21 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Salyan RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 02:47 radələrində evinə oğurluq məqsədi ilə daxil olmuş naməlum şəxsin baş nahiyəsinə dəmir parçası ilə vuraraq ona xəsarət yetirdiyini bildirib həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. (İ cild, i.v. 164) - “baxış keçirilməsi” haqqında 21 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Salyan rayonu Şəkərli kəndində yerləşən Zərərçəkmiş şəxs4 aid evə baxış keçirilmiş, sonuncunun təqdim etdiyi bir ədəd dəmir tava və bir ədəd dəmir ling hadisə yerinə baxış keçirilərkən götürülmüşdür. (İ cild, i.v. 165-168) - məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 467 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alın nahiyyəsinin, burnun yumşaq toxumalarının yarası, burun sümüyünün açıq sınığı, sağ gözaltı nahiyyənin qançırı, küt əşya(əşyalar)təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixdə dəmir tava ilə başına vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. (İ cild, i.v. 177-178) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v.198-199) - “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 128, 127.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1, 128, 29. 177.2.2, 29. 177.2.3, 29.177.2.4-cü maddələrinə tövsif edilmişdir. (İ cild, i.v.209-212) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1, 128, 29. 177.2.2, 29. 177.2.3, 29.177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v.214-215) - “ifadənin yerinə yoxlanıması haqqında” 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 barəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (İ cild, i.v.231- 236) - “baxış keçirilməsi” haqqında 21 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid7işlədiyi sexdə təmizlik işləri görərkən tapdığı 1 ədəd karton parçasında olan əlyazmanı təqdim etmişdir. (İİ cild, i.v. 01-04) - “baxış keçirilməsi” haqqında 31 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman əynində olan 1 ədəd qara rəngli cins şalvar Şahid7 icarə əsasında işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən sexə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və götürülmüşdür. (İİ cild, i.v. 10-17) - xx.xx.2022-ci il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” qərar əsasında Təqsirləndirilən şəxs tədqiqat üçün bioloji nümunələr-“yanaq epiteli qaşıntısı” protokol tərtib edilməklə götürülmüşdür. (İİ cild, i.v. 18-21) - “baxış keçirilməsi” haqqında 31 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 1 ədəd 16 GB yaddaş tutumlu, ağ rəngli, “Samsung Galaxy J7” markalı, “SM-J7 10FN/DS” model mobil telefon şahid X9 xx.xx.2022ci il tarixdə protokol tərtib edilməklə götürülmüşdür. (İİ cild, i.v. 31-32) - Salyan Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 4(057)-48/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v.62-64) - “əşyanı tanımaya təqdim etmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ağ rəngli Samsung J7 markalı mobil telefonu tanımış, həmin telefonun Zərərçəkmiş şəxs2 evindən oğurladığı və 55 manat pul müqabilində Şahid3 satdığı telefon olduğunu bildirmişdir. (İİ cild, i.v.115-117) - “əşyanı tanımaya təqdim etmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd dəmir tavanı tanımış, həmin tavanı Zərərçəkmiş şəxs4 evini mətbəxindən götürüb sonuncunun baş nahiyəsinə vurduğunu bildirmişdir. (İİ cild, i.v.118-120) - “əşyanı tanımaya təqdim etmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd dəmir lingi tanımış, həmin lingi Zərərçəkmiş şəxs4 evində unutduğunu bildirmişdir. (İİ cild, i.v.121-123) - “əşyanı tanımaya təqdim etmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli papağı tanımış, Zərərçəkmiş şəxs3 yaşaığı evə daxil olub sonuncuy axəsarət yetirərkən həmin papaq başında olmuşdur. (İİ cild, i.v.124-126) - məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6326 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd 16 GB yaddaş tutumlu, ağ rəngli, “Samsung Galaxy J7” markalı, “SM-J7 10FN/DS” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 85,00 manat müəyyən olunur. (İİ cild, i.v.140-142) - məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/641R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, Salyan rayonu, Yenikənd kəndində, Zərərçəkmiş şəxs3 yaşadığı evdə naməlum şəxs tərəfindən hücuma məruz qalması faktı üzrə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01(bir) ədəd qara rəngli papağın içəri səthində Təqsirləndirilən şəxs (xx/xx/1992 Salyan r.) məxsus bioloji mənşəli materiallar mövcuddur (eyni yumurta əkizləri istisna olmaqla). (İİ cild, i.v.143-147) - məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1303 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin materiallarında olan 1 ədəd karton parçası üzərində “Bütün oğurluğumu o, Düzüb Qoşdu.....” sözləri ilə başlayıb, arxa hissəsində “Ölümə Xalid səbəb oldu atama de” sözləri ilə bitən yazılar-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (İİ cild, i.v.148-151) - “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 127.1, 128, 29. 177.2.2,
29. 177.2.3, 29.177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 29.177.2.4, 181.2.2. 181.2.3, 181.2.4 və181.2.5-ci maddələrinə tövsif edilmişdir. (İİ cild, i.v. 152-156) - Salyan Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 4(057)-73/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həbs müddəti 01 ay xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 168-170) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 evindən 907 manat pul və mobil telefonun oğurlanması və Zərərçəkmiş şəxs3 yüngül dərəcəli, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə xəsarət yetirilməsi faktı üzrə CM-nin 177.2.2, 177.2.3, 29.177.2.4, 181.2.2. 181.2.3, 181.2.4 və181.2.5-ci maddələri ilə istintaq edilən cinayət işinə üzrə xx.xx.2022-ci il tarixdə CM-nin 177.2.3-ci maddəsi ilə başlanılan ********* nömrəli cinayət işi birləşdirilmişdir. (İİ cild, i.v.171-174) - 24 fevral 2022-ci il tarixli ərizədən görünür ki, X1 RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evə gəldikdə naməlum şəxsin yaşadığı evə daxil olmaqla evdə olan 1700 manat pulu, həyat yoldaşı və qaynanasına məxsus maaş kartını, özünə məxsu poul kisəsəsinin oğurlandığını bildirib həmin şəxsin müəyyən edilib barəsində tədbir görülməsini xahiş etmişdir. (İİ cild, i.v. 181) - “baxış keçirilməsi” haqqında 23 fevral 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Salyan rayonu Şəkərli kəndində yerləşən Zərərçəkmiş şəxs1 aid evə baxış keçirilmiş, sonuncu həmin evdən oğurluq olunan yerləri göstərmişdir. (İİ cild, i.v. 101-186) - məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1993 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd istifadə olmuş “Samsung A01” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və ekranı yararsız vəziyyətdə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 50.00 manat müəyyən olunur. (İİ cild, i.v. 242-244) - “ifadənin yerinə yoxlanıması haqqında” 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 evindən oğurluq etməsi barədə göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (İİ cild, i.v.272-273) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29.177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İİİ cild, i.v. 09-11) - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evdə baş vermiş oğurluq hadiəsləri zamanı Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. (İİİ cild, i.v. 69) - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı evdə baş vermiş oğurluq hadiəsləri zamanı Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. (İİİ cild, i.v. 79) - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29.177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair tərtib edilmiş ittiham aktı xx.xx.2022-ci il tarixdə Salyan rayon prokuroru tərəfindən təsdiq edilərk cinayət işi materialları ilə birlikdə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. (İİİ cild, i.v. 81-103) - 12 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclası zamanı dövlət ittihamçısı qismində məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Emin Musayev məhkəmə iclasında təqsirləndirilən şəxsə əlavə olaraq Azərbaycan Respublikası CM-in 29. 177.2.2 və 29. 177.2.3-cü maddələri ilə də ittiham irəli sürülməsi ilə bağlı vəsatət verərək Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İslam Neymanov tərəfindən 12 aprel 2023-cü il tarixdə qəbul edilmiş qərarla dövlət ittihamçısının vəsatəti təmin edilərək cinayət işinin baxılmasına xitam verilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. (İİİ cild, i.v. 198-208) - 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizov tərəfindən icraata qəbul edilərək yenidən istintaq aparılmışdır. (İİİ cild, i.v. 226-228) - Salyan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 4(057)-34/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həbs müddəti 02 ay xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İV cild, i.v. 08-12) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Salyan RPŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29.177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə istintaqı aparılan cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla 06 ayadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzaadılmışdır. (İV cild, i.v. 26-28) - Salyan RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, Təqsirləndirilən şəxs həmin cinayət əməllərini tək halda törətmiş, cinayətin törədilməsində onunla birlikdə bu və ya digər formada hər hansı bir şəxs iştirak etməmişdir. Şahid6 Təqsirləndirilən şəxsla birlikdə cinayət əməllərinin törədilməsində iştirakı, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının 13-14-ü aralığında Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən “Xalac körpüsü” adlanan ərazinin yaxınlığında tanımadığı 4 nəfər şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalması və təhdid edilməsi, eyni zamanda bunun nəticəsi olaraq onun hazırda ittiham edildiyi bütün cinayət əməllərini öz üzərinə götürərək səmimi etiraf etməsi və eyni zamanda məhz həmin şəxslərin təhriki nəticəsində Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli, “Samsung Galaxy J7” markalı, “SM-J710FN/DS” modelli 1 ədəd mobil telefonu Zeynal adlı şəxsə satması, ibtidai istintaq zamanı maddi sübut kimi götürülmüş dəmir lingi əvvəllər Şahid6 yaşadığı evdə görməsi barədə çoxsaylı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq heç bir müsbət əməliyyat məlumatı əldə edilməmiş və əldə edilmiş həmin məlumatlarla göstərilən həmin hallar təkzib edilmişdir. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən “Xalac körpüsü” adlanan ərazinin əhatə dairəsi geniş olmaqla həmin yerin yaxınlığında nəzarət-müşahidə kameraları yoxdur. Kənd ərazisində olan ümumi nəzarət-müşahidə kameralarının yaddaş tutumu isə göstərilən tarixdə qeydə alınmış videolentləri özündə saxlamağa imkan vermir(maksimal yaddaş tutumu 3 ay). Bundan başqa keçirilmiş əməliyyat tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla müəyən edilmişdir ki, Şahid6 Zərərçəkmiş şəxs3 ilə aralarında pulla bağlı düşmənçilik olması, Zərərçəkmiş şəxs3 ona qarşı cinayət törətməkdə Şahid6 şübhələnməsi barədə olan fikirlər həqiqəti əks etdirmir. (İV cild, i.v. 37) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-də ifadə verərkən fiziki zorakılığa məruz qalması ilə bağlı polis şöbəsindən Salyan rayon Prokurorluğuna material adaxil olmuş, həmin material üzrə ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması faktı təsdiq eddilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. (İV cild, i.v. 38-40) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İV cild, i.v. 59-61) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 6346 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 19:14-də ***-***-**-** saylı nömrəyə “Nail sene zeng vuracam acarsan evdekileri dunen alladmi$am demiwemki dunen yox isren nailnen aparat satdug adama 50 manat qaldi yaxwi zeng vursam de sag olsun vusalnan adama 50 tutdug yaxsi nail bele de” sms yazılmışdır. Həmin mobil nömrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə gecə saatlarında “Salyan r-nu,Yenikend” adlı antenin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrənin xx.xx.2022-ci il tarixdə anten dairəsi görünsə də, avqust ayı ərzində bir dəfə də xx.xx.2022-ci il tarixdə 16:57-də “Salyan r-nu,Yenikend” adlı antenin əhatə dairəsində olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 10535 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrənin xx.xx.2022-ci il tarixdə saat 21:02-də “Salyan r-nu,Yenikend” adlı antenin əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs Salyan rayonu Şəkərli kəndinin rayonun Yenikənd kəndinə yaxın olduğunu bildirmişdir. - Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 7722/2022 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İstintaq Təcridxanasına daxil olmuş, sol bazu, sol çiyin və sol altı nahiyədə qançır xəsarətləri aşkar olunmuş, Təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl xəsarət aldığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hər hansı oğurluq etməməsi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus evə girmədiyi, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hər hansı xəsarət yetirməməsi, tanımadığı 4 nəfər şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalması və təhdid edilməsini, həmin şəxslərin ona ittiham edildiyi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş bütün cinayət əməllərini öz üzərinə götürməsini, eyni zamanda həmin şəxslərin təhriki nəticəsində Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli, “Samsung Galaxy J7” markalı mobil telefonu Zeynal adlı şəxsə satmasını, polis əməkdaşları tərəfindən polis şöbəsinin inzibati binasında fiziki zorakılığa məruz qalmasını, əvvəllər verdiyi bütün ifadələri fiziki və psixi təsir altında verməsini bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus evə oğurluq etmək məqsədi ilə daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi bütün xüsusatları videoçəkiliş vasitəsi ilə aparılan ifadənin yerində yoxlanılması istintaq hərəkətlərində də eynilə bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində (cinayət işinin baxışına xitam verilməsi və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasınadək olan ibtidai istintaq zamanı) cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərdən Zərərçəkmiş şəxs1 evinə oğurluq məqsəd ilə, digər şəxslərin evinə isə xeyli miqdarda əmlak əldə etmək niyyəti ilə oğurluq məqsədi ilə daxil olduğunu göstərmiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisələrin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada təhrif etdiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. 31 avqust 2022-ci il tarixdə Şahid7 1 ədəd karton parçasında özünün deməsinə görə icarə əsasında işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən sexdə olan xalçanın altından tapdığı, üzəri markerlə icra edilmiş əlyazmanı təqdim edərək həmin əlyazmada olan yazıların yeznəsi Təqsirləndirilən şəxs tərəfindən icra edildiməsini güman etdiyini bildirmişdir. Həmin əlyazmada olan yazılardan belə nəticə hasil olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı cinayət əməllərini törətməsinin səbəbkarı və təhrikçisi həmin əlyazmada Xalid kimi göstərdiyi, əmisioğlu Şahid6dur. Təqsirləndirilən şəxsla Şahid6 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmin əlyazmada olan yazıları özünün icra etdiyini, Şahid6 ona xahişi əsasında faizlə pul götürüb verdiyini, həmin borcu qaytara bilmədiyi üçün də cinayət məsuliyyətindən yaxa qurtarmaq və sonuncunun onu cinayət törətməyə təhrik etməsini həmin əlyazmada göstərdiyini bildirmişdir. Həmin əlyazmada olan yazıların müəllifinin müəyyən edilməsi məqəsdilə ibtidai istintaq orqanı tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizsı təyin edilmiş və ekspertizanın xx.xx.2022-ci il tarixli, 4/1303 nömrəli rəyindən görünür ki, 1 ədəd karton parçası üzərində “Bütün oğurluğumu o, Düzüb Qoşdu.....” sözləri ilə başlayıb, arxa hissəsində “Ölümə Xalid səbəb oldu atama de” sözləri ilə bitən yazılar-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi həmin əlyazmada yazılmış yazıların müəllifinin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və buna görə də məhkəmə tərkibi belə nəticəyə gəlmişdir ki, iş üzrə maddi sübut olan həmin əlyazmada əvvəlcədən yazdığı yazılar vasitəsilə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini əks etdirmişdir. Bundan əlavə cinayət işi materialları ilə, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs2 evindən oğurladığı 1 ədəd 16 GB yaddaş tutumlu, ağ rəngli, “Samsung Galaxy J7” markalı mobil telefonu 55 manat pul müqabilində 2022-ci ilin avqust ayında tanışı Salyan rayonu Şəkərli kənd sakini Şahid3 satmışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin mobil telefonu Təqsirləndirilən şəxs alarkən Təqsirləndirilən şəxs ona telefonun özünə məxsus olması və uşaqlarının səhhətində yaranmış problemlərlə əlaqədar olaraq təcili pul lazım olduğu üçün satmaq istədiyini deməsini bildirmişdir. Göstərilən xüsusatlar Təqsirləndirilən şəxs tərəfindən də məhkəmə istintaq zamanı təsdiq edilmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, həmin vaxt evinə girən və maskada olan şəxslə əlbəyaxa olmuş, üzünü görməsə də həmin şəxsin bədən qurluşu, yerişi Təqsirləndirilən şəxs uyğun gəlmişdir. Bundan əlavə həmin şəxslə əlbəyaxa olarkən zəiflədiyini hiss edib həmin şəxsə “səni buraxıram, amma çıx get” demiş, həmin şəxs durub getdikdə pilləkənlərlə düşərkən ona nəsə demiş, lakin pis vəziyyətdə olduğundan onun dediklərini başa düşə bilməmişdir. Sonra Vüsal tutulandan sonra bildirmişdir ki, Vüsal həmin vaxt ona demişdir ki, “sənə and verirəm oğlunun ruhuna heç kimə demə”. Bu sözləri Vüsal özü ona polis şöbəsində demişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanımış, Vüsalın məhkəmə iclasında verdiyi ifadələr hamısı yalandır, onun evinə girərək xəsarət yetirən Təqsirləndirilən şəxs olmuşdur. Bundan əlavə məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs Şahid5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs evə gətirən zaman özü də evdə olmuş, həmin vaxt Vüsal evə necə daxil olduğunu, harada dayandığını, bütün olanları sərbəst şəkildə polislərə izah etmiş, həmin vaxt ona təsir və ya təzyiq edən olmamışdır. Hadisə baş verəndən sonra həyətlərindən başlayan ayaq izləri ilə təxminən bir kilometrə yaxın getdikdən sonra izlərin yulğunluq olan yerdə itməsini görmüş, polis şöbəsində Vüsalla söhbət edən zaman o, evdən çıxıb gedəndən sonra yulğun kollarının arasına girdiyini ona demişdir. Həmçinin polis şöbəsində Vüsalla söhbət edən zaman o, həyətdə olan köhnə qapını evin divarına söykəyərək pəncərədən evə daxil olduğunu da ona demiş, Vüsaldan həmin köhnə qapını evin pəncərəsinin yanına necə apardığını soruşduqda, o, qapının yüngül olduğunu və çox asanlıqla qapını götürərək evin divarına söykəyib pəncərədən evə daxil olduğunu demişdir. Bundan sonra evə gələrək yoxladıqda qapının doğrudan da yüngül olduğunu görmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şahid5 dediklərini təsdiq etmiş, lakin polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün belə dediyini bildirmişdir. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 aid evə 17 avqust 2022ci il tarixdə baxış keçirililərkən 1 ədəd qara rəngli papaq aşkar edilərək götürülmüşdür. Məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/641R nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə, Salyan rayonu, Yenikənd kəndində, Zərərçəkmiş şəxs3 yaşadığı evdən götürülmüş 01(bir) ədəd qara rəngli papağın içəri səthində Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallar mövcuddur Salyan Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 4(057)-48/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, ümumilkdə 9000 manat qumar və faiz borcu olduğu üçün yaşadığı kənddə oğurluq etmək qərarına gəlmişdir. Oğurluqları üzünə taxdığı maska ilə etmişdir ki, kəndçiləri onu üzdən tanımasınlar. İki evdən oğurluq etdiyi zaman ev sahibləri onun qarşısına çıxdıqlarından özünü itirərək onları vuraraq xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tanımadığı 4 nəfər şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalması və təhdid edilməsini, həmin şəxslərin ona Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş bütün cinayət əməllərini öz üzərinə götürməsini, eyni zamanda həmin şəxslərin təhriki nəticəsində Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli, “Samsung Galaxy J7” markalı mobil telefonu Zeynal adlı şəxsə satmasını bildriməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən dəlili ilə bağlı ibtidai istintaq zamanı müvafiq əməliyyat tapşırığı verilmiş və həmin fakt üzrə çoxsaylı əməliyyat-axtarış tədbirləri keçirilmiş və nəticədə məlum olmuşdur ki, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, Təqsirləndirilən şəxs həmin cinayət əməllərini tək halda törətmiş, cinayətin törədilməsində onunla birlikdə bu və ya digər formada hər hansı bir şəxs iştirak etməmişdir. Şahid6 Təqsirləndirilən şəxsla birlikdə cinayət əməllərinin törədilməsində iştirakı, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının 13-14-ü aralığında Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən “Xalac körpüsü” adlanan ərazinin yaxınlığında tanımadığı 4 nəfər şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalması və təhdid edilməsi, eyni zamanda bunun nəticəsi olaraq onun hazırda ittiham edildiyi bütün cinayət əməllərini öz üzərinə götürərək səmimi etiraf etməsi və eyni zamanda məhz həmin şəxslərin təhriki nəticəsində Zərərçəkmiş şəxs2 məxsus ağ rəngli, “Samsung Galaxy J7” markalı mobil telefonu Zeynal adlı şəxsə satması, ibtidai istintaq zamanı maddi sübut kimi götürülmüş dəmir lingi əvvəllər Şahid6 yaşadığı evdə görməsi barədə çoxsaylı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq heç bir müsbət əməliyyat məlumatı əldə edilməmiş və əldə edilmiş həmin məlumatlarla göstərilən həmin hallar təkzib edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs təhdid və fiziki zorakılığa məruz qalması ilə bağlı polis və ya hər hansı başqa hüquq-mühafizə orqanına məlumat verməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin dediyi kimi tanımadığı 4 nəfər şəxsin nə üçün ona qarşı təhdid və fiziki zorakılıq göstərməsinin heç bir əsası olmadığını, ciddi maddi dəyəri olmayan mobl telefonun nəyə görə satılması üçün Təqsirləndirilən şəxs həvalə edilməsi məntiqsizdir. Bundan başqa təqsirləndirilən şəxs əlavə ifadəsində həmin 4 nəfər şəxs tərəfindən 2022-ci ilin avqust ayının 13-14-ü aralığında ilk dəfə görüşməsini və həmin şəxslərin onu təhdid və fiziki zorakılığa məruz qoyaraq gələcəkdə ittiham ediləcəyi 5 cinayət əməli üzrə özünü təqsirli bilməsi və etirafedici ifadələr verməsi barədə təhdid olunmasını bildirmişdir. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 qarşı cinayət əməli 15 avqust 2022-ci il (ikinci epizod), Zərərçəkmiş şəxs3 qarşı cinayət əməli 17 avqust 2022-ci il, Zərərçəkmiş şəxs4 qarşı cinayət əməli isə 21 avqust 2022-ci il tarixdə törədilmişdir. Buradan da təqsirləndirilən şəxs tərəfindən verilən həmin ifadənin yalan olması, işi faktiki halları ilə uyğunluq təşkil etməməsi və özünü müdafiə xarakterli ifadə kimi qəbul edilməsi qənaətinə gəlinir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 noyabr 2022-ci il tarxdə daxil olmaqla həmin tarixədək verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı, eləcə də barəsində olan cinayət işinin baxışına xitam verilməsi və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından sonrakı dövrdə aparılan ibtidai istintaq zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan əlavə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilimiş şahidlər – Şahid12, Şahid11, Şahid9 və Şahid10, eləcə də Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında verdiyi ifadələrində hadisənin mexanizmi və inkişafı barədə yanlış məlumatlar verməklə məhkəmə istintaqını səhv yönə yönləndirməyə çalışmış, buna görə də məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı göstərdiklərini cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə həmin şahidlərin məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, əlavə şahid qismində dindirilimiş şahidlər – Şahid12, Şahid11, Şahid9 və Şahid10, eləcə də Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - polis əməkdaşları tərəfindən polis şöbəsinin inzibati binasında fiziki zorakılığa məruz qalmasını, əvvəllər verdiyi bütün ifadələri fiziki və psixi təsir altında verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs nə ifadələrində, nə də videoçəkiliş vasitəsi ilə keçirilən ifadələrinin yerində yoxlanılması istintaq hərəkətində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir hədə və fiziki təsirlərin edildiyini bildirməmiş, bu barədə heç bir şikayəti olmamış, eləcə də onun saxlanılmasında iştirak etmiş polis əməkdaşı Şahid8 da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, onun hər hansı üsulla aldadılmadığını bildirmişlər. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə saxlanılmış, həmin vaxt etirafedici ifadələr vermiş, həmin ifadələrini həmin ərəfədə polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da bildirmişdir ki, istintaq təcridxanasına daxil olduqdan sonra ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə müdafiəçinin işitirakı ilə ona istindan edilən cinayət əməlləri barədə tam etirafedci ifadə vermişdir ki, həmin tarixdə fiziki təsirə məruz qalmdığını Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da etiraf etmiş, lakin hansı səbəbdən etirafedci ifadə verməsinin səbəbini izah edə bilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs saxlanılarkən Salyan RPŞ-nin polis əməkdaşları tərəfindən fizki zorakılığa məruz qalması barədə dəlilinin yoxlanılması ilə bağlı məhkəmə tərəfindən sonuncunun saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu vermiş və həmin sorğuya cavab olaraq məhkəməyə daxil olmuş 7722/2022 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İstintaq Təcridxanasına daxil olmuş, sol bazu, sol çiyin və sol altı nahiyədə qançır xəsarətləri aşkar olunmuş, lakin Təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl xəsarət aldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən 09 ay sonrakı dövrdə xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsində göstərilənlərlə bağlı Salyan rayon prokurorluğunda qeyd edilən fakt üzrə araşdırma aparılarkən Təqsirləndirilən şəxs verdiyi izahatında polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyi, hədələndiyi üçün etirafedci ifadələr verdiyini bildirmişdir. Həmin fakt üzrə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət olmadığı üçün məhkəmə tibbi müayinədən keçməkdən imtina etmiş, izahatı alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs qarşə hər hansı fiziki və psixi təzyiq edilmədiyini bildirmişlər. Bu hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs Salyan RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından 05 iyun 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan isə nə təqsirləndirlən şəxs , nə də onun müdafiəçisi hazırkı dövrədək nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etməmişlər. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmasını bildirməsi faktı üzrə Salyan rayon Prokurorluğunda araşdırılmış ilkin yoxlama materialı üzrə 05 iyun 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq fiziki təzyiqlər edilməsinə, döyülməsinə görə etirafedici ifadələri verdiyini göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki zorakılıq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama hesab edilir. Azərbaycan Respublikası CM-in 180-cı maddəsinə əsasən soyunçuluq özgənin əmlakını açıq talamada ifadə edilir. Bundan başqa “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Oğurluq və soyğunçuluq cinayəti başa çatdıqdan sonra təqsirkar şəxs tərəfindən zərərçəkmişə, yaxud onun yaxalanması üçün tədbir görən şəxsə, o cümlədən hakimiyyət nümayəndəsinə qarşı yaxalanmaqdan xilas olmaq məqsədilə onların sağlamlığı və ya həyatları üçün təhlükəli zorakılıq tətbiq edildiyi hallarda bu əməllər müvafiq olaraq oğurluq və ya soyğunçuluq, habelə şəxsiyyət əleyhinə və ya hakimiyyət nümayəndəsinə müqavimət göstərmə cinayətlərinin məcmusu üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, xeyli miqdarda soyğunçuluğa cəhd kimi Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə və başa çatmış quldurluq kimi Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı edilmiş hərəkətlərlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-in 177.2.2, 29, 177.2.2, 177.2.3, 29,177.2.3, 29, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 29, 177.2.2, 177.2.3, 29,177.2.3, 29,177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, şahidlər - Şahid3, Şahid1, Şahid4, Şahid5, Şahid7 və Şahid6 ifadələri ilə, cinayət işi materiallarında olan “baxış və götürmə aparılması”, “tədqiqat üçün nümunələrin götürülməsi” haqqında, “təqsirləndirilən şəxsi ifadəsinin yerində yoxlanılması haqqında”, “tanımaya təqdim etmə haqqınd” protokollar, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 461, xx.xx.2022-ci il tarixli, 467 nömrəli , məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6326 nömrəli, məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/641R nömrəli, məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1303 nömrəli rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 177.2.2, 177.2.3, 29,177.2.3, 29,177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməlilərindən bir hissəsi başa çatmamış, bir hissəsi isə başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.2.2, 29, 177.2.2, 177.2.3, 29, 177.2.3, 29, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İİ cild, i.v. 94) - Salyan rayon İHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 oktyabnr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Yenikənd kəndinə yaşamış, ailə tərkibi həyat yoldaşı və 2013 və 2015-ci il təvəllüdlü iki azyaşlı uşaqlarından ibarətdir. İİİ qrup əlildir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (İİ cild,i.v. 91-92) Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə qəsdən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı əməlində cinayəti aşkar surətdə qoca şəxsə qarşı törətməsini Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər kateqoriyasına aid olmasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həmin əməli törədərkən, bundan əvvəl və sonrakı davranışları ilə bağlı halları, eləcə də Təqsirləndirilən şəxs Salyan rayonu Yenikənd və Şəkərli kəndindəki evlər daxil olmaqla kənd sakinləri arasında qorxu yaradan hərəkətlərə yol verdiyini törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini artıran hal kimi qəbul edib, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halın mövcudluğunu, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 29, 177.2.2, 177.2.3, 29,177.2.3, 29, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 28 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 210 (iki yüz on) manat manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 210 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “maddi sübut kimi tanıma haqqında” qərar əsasında Salyan RPŞ-nin saxlanc yerində saxlanılan 1 ədəd dəmir ling, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli papaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd karton parçasında olan əlyazma cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 29,177.2.2, 177.2.3, 29,177.2.3, 29, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 28 avqust 2022-ci il tarixdən tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Salyan RPŞ-nin saxlanc yerində saxlanılan 1 ədəd dəmir ling, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli papaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd karton parçasında olan əlyazma cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.