Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-81/2025 08.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərarı ilə cəzadan 01 il 04 ay 14 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1981-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə etməklə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə şəxsiyyəti istintaqa məlum olmayan “Məlahət” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra külli miqdarda narkotik vasitələri sonuncunun gizlətdiyi yerdən götürərək onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində Təqsirləndirilən şəxs1 3000 (üç min) manat, Təqsirləndirilən şəxs2 200 manat qazanc alacağı vədi ilə razılaşaraq 11 may 2024-cü il tarixdə saat 14 radələrində Yardımlı rayonu Arus kəndi ərazisində gizlədilmiş içərisində 14495 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan 1(bir) ədəd kisəni qanunsuz əldə edib Lənkəran şəhəri, Kələntərlilər küçəsi, ev 38-də qeydiyyatda olmaqla yaşayan Şahid6 etibarnamə əsasında idarə etdiyi “OPEL ASTRA H minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, 11 may 2024-cü il tarixdə saat 15 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 26-cı kilometrliyində Yardımlı rayonu ərazisində həmin avtomobildə saxlanılmış, həmin tarixdə saat 16:53 radələrində saxlanıldığı yerdə avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərində olan 1(bir) ədəd kisədən 14 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qr, 975,0 qr, 1025,0 qr, 1025,0 qr, 1055,0 qr, 905,0 qr, 1025,0 qr, 1040,0 qr, 1065,0 qr, 1105,0 qr, 1110,0 qr, 1110,0 qr, 1000,0 qr; 1065,0 qram olmaqla ümumilikdə 14495 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl Bakı şəhəri, Yasamal rayonunda yaşamaqla taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 may 2024-cü il tarixdə Samid Yardımlıda verəcəyi olduğuna görə ora getmək istədiyini ona bildirmiş, Samidlə Yardımlıya taksi kimi getmişdir. Samid Yardımlı rayonu Aruz kəndi ərazisində kisə götürüb maşına qoymuşdur. Yolda olarkən polis əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışlar. Samidin narkotik götürmək üçün getdiyindən məlumatı olmamışdır. Şöbədə olarkən polis əməkdaşları tərəfindən onlara qarşı zor tətbiq olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Yardımlı rayonuna Samidin Mirzə adlı şəxsə nəsə verməsi üçün taksi kimi getmişdir, Samidin 5 qram qurudulmuş marixuana götürmək istəməsindən xəbəri olmamışdır, Samidin kisə götürdüyünü görmüşdür, Samiddən kisədəkinin nə olduğunu soruşduqda 5 qram qurudulmuş marixuana götürmək üçün gəldiyini, kisədəkinin çox olduğunu bildirmişdir, kisəni maşına qoyduqdan sonra polis əməkdaşları tərəfindən yaxalanmışlar, Samid yolda kiminləsə danışırımış, Samidin telefonu sadə olduğu üçün danışdığı adama onun telefonu ilə məkanı göndərmişdir, Samidin kisəni maşına qoymasını görməmişdir, həmin vaxt, təxminən 11:30-da maşının motoruna baxmışdır, videoçəkilişə təxminən 17 radələrində başlamışlar, onları şöbəyə axşam aparmışlar, üzərilərinə baxış zamanı vəkil olmuşdur, kisənin ona aid olmadığını bildirəndə onu vurmuşlar, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata məhkəmədə baxılarkən və təcridxanaya daxil olarkən döyüldüyünü bildirmişdir, müvəqqəti saxlama yerində saxlanılarkən onun üçün təcili yardım çağırılmışdır, Yardımlıya getmək təklifi Samid tərəfindən edilmişdir, o, iranlı deyilən şəxslə mesajlaşmamışdır, ümumiyyətlə onlar heç biri iranlı şəxslə əlaqə saxlamamışlar. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, həbsdə olduğu vaxt kimlərinsə vasitəsi ilə “Məlahət” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, Həbsdən azad olunduqdan sonra onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Təxminən 1-2 ay bundan əvvəl İran vətəndaşı ona Yardımlı rayonu ərazisinə narkotik maddələr göndərəcəyini, həmin narkotik maddələri o deyən yerə çatdıracağı təqdirdə pul verəcəyini bildirmişdir. Maddi imkanı aşağı olduğu üçün məcbur qalıb onunla razılaşmışdır. İran vətəndaşı ona narkotik maddələri Yardımlı rayonu ərazisində gizlətdikdən sonra məlumat verəcəyini demişdir. 10 may 2024-cü il tarixdə axşam saatlarında İran İslam Respublikası vətəndaşı 051 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramına zəng vuraraq narkotik maddələri Yardımlı rayon ərazisində gizlətdiyini, həmin narkotik maddələri o dediyi yerə çatdıracağı təqdirdə 3000 (üç min) manat pul verəcəyini bildirmişdir. O da İran vətəndaşı ilə razılaşmışdır. 11 may 2024-cü il tarixdə səhər saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs2 onun yaşadığı evin yanına gəlmişdir. O Təqsirləndirilən şəxs2 Yardımlı rayonuna narkotik maddə götürmək üçün gedəcəyini, onunla gedib kömək edəcəyi təqdirdə 200 (iki yüz) manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da onunla razılaşmışdır. Yardımlı rayonuna gələrkən İran vətəndaşı ilə əlaqə saxlamış, İran vətəndaşı narkotik maddəni gizlətdiyi yerin konumunu göndərmişdir.11 may 2024-cü il tarixdə saat 14 radələrində Yardımlı rayonu Arus kəndi ərazisinə gəldikdə sürücü Şahid6 avtomobili saxlamasını xahiş etmiş, o avtomobili saxlamış, Samidlə birlikdə avtomobildən yerə düşmüşdür. Sonra Samidlə birlikdə narkotik maddələrin gizlədildiyi yeri tapmışdır. Həmin yerdən Samidlə birlikdə 1(bir) ədəd içərisində narkotik maddə marixuana olan kisəni götürərək avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. Şahid6 ondan kisədə nə olmasını soruşmuş, o, əvvəlcə kisədə nə olmasını deməmişdir. Lakin Şahid6 ondan təkidlə kisədə nə olmasını soruşmuş, o da məcbur qalıb kisədə narkotik maddə olmasını demişdir. Şahid6 ona kisəni avtomobildən yerə atmasını demiş, lakin o Nurlanla razılaşmamış, Nurlana sənə nə aidiyyəti var demişdir. Nurlan onu çox təkid etdikdən sonra Nurlana yalandan kisəni meşəlik yolda sakitçilik yerdə atacağını demişdir. Bundan sonra Masallı rayonu istiqamətində hərəkət etmişlər. 11 may 2024-cü il tarixdə saat 15 radələrində Yardımlı- Masallı yolunun 26-cı kilometrliyində polislər onları saxlamış, onlara qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməkdə şübhəli olduqlarını bildirmişlər. O, məcbur qalıb avtomobildə narkotik maddə apardığını demişdir. Bundan sonra vəkillərin iştirkı ilə videoçəkilişlə şəxsi axtarış və baxış keçirilmiş, kisənin içərisindən qurudulmuş marixuana növündə narkotik vasitələr aşkar edilərək götürülmüşdür. (İ cild , i.v. 101-104, 129-132, İİ cild, i.v. 27-30, 113-116). Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının tutularkən onlara qarşı fiziki zorakılıq tətbiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır, qonşu küçədə yaşayır. 11 may 2024-cü il tarixdə səhər saat 10 radələrində onun yaşadığı evin yanına getmişdir. Təqsirləndirilən şəxs1 ona Yardımlı rayonuna narkotik maddə götürmək üçün gedəcəyini, ona kömək edəcəyi təqdirdə 200 (iki yüz) manat pul verəcəyini bildirmişdir. O da maddi imkanı aşağı olduğu üçün məcbur qalıb Nurəli ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanıdığı qonşu küçədə yaşayan Şahid6 zəng vuraraq onları Masallı rayonuna aparmasını xahiş etmişdir. Şahid6 idarə etdiyi “OPEL ASTRA H minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1 avtomobilin ön oturacağında, o isə arxa oturacaqda əyləşmişdir. Bundan sonra Masallı rayonuna gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 sürücü Şahid6 Yardımlı rayonunda tanışı ilə görüşəcəyini bildirmiş və onları Yardımlı rayonuna aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 sürücü Şahid6 50 manat pul verəcəyini bildirmişdir. Şahid6 də onunla razılaşmışdır. Yardımlı rayonuna doğru hərəkət etməyə başlamışlar. 11 may 2024-cü il tarixdə saat 14 radələrində Yardımlı rayonu Arus kəndi ərazisinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 sürücü Şahid6 avtomobili saxlamasını xahiş etmişdir. Şahid6 avtomobili saxlamış, o, Nurəli ilə birlikdə avtomobildən yerə düşmüşdür. Sonra Nurəli ilə birlikdə narkotik maddələrin gizlədildiyi yeri tapmışdır. Həmin yerdən Nurəli ilə birlikdə 1(bir) ədəd içərisində narkotik maddə marixuana olan kisəni götürərək avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. Şahid6 Nurəlidən kisədə nə olmasını soruşmuş, Nurəli əvvəlcə kisədə nə olmasını deməmişdir. Lakin Şahid6 ondan təkidlə kisədə nə olmasını soruşmuş, Nurəlidə kisədə narkotik maddə olmasını demişdir. Şahid6 Nurəliyə kisəni avtomobildən yerə atmasını demiş, lakin Nurəli onunla razılaşmamış, ona kisənin sənə aidiyyəti yoxdur demişdir. Sürücü Şahid6 Nurəlini çox təkid etdikdən sonra Nurəli ona kisəni meşəlik yolda sakitçilik yerdə atacağını demişdir. Bundan sonra Masallı rayonu istiqamətində hərəkət etmişlər. 11 may 2024-cü il tarixdə saat 15 radələrində Yardımlı-Masallı yolunun 26-cı kilometrliyində polislər onları saxlamışdır. Onlara qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməkdə şübhəli olduqlarını bildirmişlər. Nurəli məcbur qalıb avtomobildə narkotik maddə apardıqlarını demişdir. Bundan sonra həmin yerə vəkillər gəlmişdir. Onun, Təqsirləndirilən şəxs1, sürücü Şahid6, vəkillər və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış və avtomobilə baxış keçirilmişdir. Onlara Azərbaycan Respublikası CPM-nin 90cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bildirişlər təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşyalar varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd “Redmi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Nurəlinin üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa əşyalar aşkar olunmamışdır. Sonra ona üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşyalar varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd “Nokia” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Onun üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa əşyalar aşkar olunmamışdır. Bundan sonra sürücü Şahid6 üzərində şəxsi axtarış aparılmış, onun əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 13 manat pul aşkar olunmuşdur. Bundan sonra Nurəlidən Yardımlı rayonuna hansı məqsədlə gəlməsi soruşulmuş, o da İran vətəndaşı ilə əlaqə saxlayaraq Yardımlı rayonuna narkotik maddələr götürmək üçün gəldiyini və narkotik maddələri götürdüyünü bildirmişdir. Nurəli taksi sürücüsü Şahid6 narkotik maddə götürmək üçün gəlmələrindən məlumatının olmadığını bildirmişdir. Nurəliyə məxsus mobil telefona baxış keçirilmiş, mobil telefonun “WhatsApp” proqramında İran vətəndaşının nömrəsi aşkar olunmuşdur. Ondan Yardımlı rayonuna narkotik maddə götürmək üçün gəlmələrindən məlumatının olub-olmaması soruşulmuş, o da məlumatının olduğunu bildirmişdir. Taksi sürücüsü Şahid6 onların narkotik maddə əldə edəcəklərindən məlumatının olub-olmaması soruşulmuş, o da məlumatının olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonundan 1(bir) ədəd kisə aşkar olunmuşdur. Həmin kisə açılmış, içərisindən 14 ədəd sellofan bükümlər aşkar olunmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1095 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1065 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1120 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1095 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1140 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1090 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1090 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1110 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1170 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1170 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 985 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1135 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1070 qram olmuşdur. 1 ədəd sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1165 qram olmuşdur. Şəxsi axtarış və baxış zamanı aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd mobil telefonlar onların iştirakları ilə qablaşdırılıb-möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. (İ cild, i.v. 100-114, 142-145, İİ cild, i.v. 31-34, 124-127). Sonda təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını bildirərək, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, İş üzrə şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 11 may 2024-cü il tarixdə Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla baglı əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupunun tərkibinə daxil olmuşdur. Həmin gün saat 15:00 radələrində Yardımlı Masallı yolunun 26-cı kilometrliyində Şahid6 idarə etdiyi opel markalı avtomobili saxlamışlar. Avtomobildə Nurlandan başqa Samid və Nurəli də olmuşdur. Həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirikdən sonra təqhqiqatçı və vəkillərin iştirakı ilə şəxsi axtarış və avtomobilə baxış keçirilmiş, avtomobilin salonunun arxa hissəsində kisənin içində narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 telefonuna baxış keçirilən zaman onun iranlı şəxslə danışığının olduğunu və həmin şəxsin ona narkotik vasitəninin konumunu atdığını görmüşlər. Samidlə Nurəli narkotik vasitə götürməyə gəldiklərini etiraf etsələr də, Şahid6 narkotikdən xəbərinin olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxslər ilkin izahat zamanı əməllərini etiraf etmişlər, avtomobilə baxış videoçəkilişlə olmuşdur, maşına onlar tərəfindən narkotik vasitə qoyulmamışdır, vəkillər gələnə qədər şübhəli şəxslər avtomobildə gözləmiş, polis əməkdaşları da avtomobilin yanında gözləmişlər, onları günorta saat 3 radələrində saxlamış, vəkillə təmin olunmuş, vəkillə ünsiyyət üçün şərait yaradılmış, şəxslərə zor tətbiq etməmiş, hədə-qorxu gəlməmişlər, hər iki şəxsin telefonuna baxış keçirilmiş, Nurəlinin iranlı ilə danışdığı aşkar edilmiş, şəxslərin narkotik vasitəni Yardımlı rayonunun Aruz kəndindən götürdüyü müəyyən olunmuşdur, avtomobili çəkilişlə saxlamamışlar, onlara zor tətbiq etməmişlər, əməliyyatda Şahid1, Şahid3, Şahid4 və Şahid5 iştirak etmişlər, təqsirləndirilən şəxslərə zor tətbiq edilməsinin şahidi olmamışdır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyniməzmunlu ifadə verərək verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsləri Yardımlı rayonunun 26-cı kilometrliyində saxlamış və saxladıqları yerdə də baxış keçirmişlər, şəxslər narkotik vasitəni Yardımlı yolunda dərə kimi yerdən götürdüklərini demişlər, həmin yer sərhədə yaxın yer deyil, sürücü Şahid6 bağlamanı maşına qoyanda şəxslərdən kisənin nə olduğunu soruşmuş, onlar bağlamada nə olduğunu deməmişlər. Şübhəli şəxslər saxlanılarkən əvvəl yasa gəldiklərini demiş, sonra narkotik vasitəni etiraf etmişlər, əməliyyat məlumatı həmin gün ona daxil olmuşdur, şəxslərin narkotik vasitəni götürdüyünü görməmişdir, əməliyyat məlumatını yoxlamaq üçün həmin maşından əvvəl digər maşınları da saxlayıb yoxlamışlar, təhqiqatçı gələnə qədər şəxsləri maşında gözlətmişlər, nə qədər gözlədiklərini xatırlamır, Aruz kəndi ilə sərhəd arasında məsafə çoxdur, şəxsləri döyməmişlər, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin polis nəfəri Şahid4 polis əməkdaşları Şahid2 və Şahid1 ilə eyniməzmunlu ifadə verərək suallara cavab olaraq bildirmişdir ki, şəxsləri Şahid1 saxlamışdır, saxlanılarkən şübhəli şəxslər narkotik götürmək üçün gəldiklərini etiraf etmişlər, şəxslərin avtomobilinə saxlanıldıqları yerdə baxış keçirilmişdir, onlara qarşı polislər tərəfindən zor tətbiq edilməmişdir, narkotik vasitəni Yardımlı rayonu, Aruz kəndindən götürdüklərini bildirmişdilər, həmin kənd sərhədə elə də uza məsafədə yerləşmir, narkotik vasitə avtomobilinin salonunun arxa oturacağında aşkar edilmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində qeyd etmişdir ki, taksi sürücüsü işləyir, 2024-cü il 11 may tarixində Nurəli ona zəng edərək Masallıya gedəcəyini və onu aparmağımı xahiş etmiş, Masallıya çatdıqdan sonra ona Yardımlı rayonuna sürməyini bildirmişdir. Yardımlı rayonunda Aruz kəndinə çatdıqdan sonra Samidlə Nurəli maşını saxlamağını, görüşəcəyi şəxslərin gələcəyini bildirmişlər. Samidlə Nurəli maşından düşdükdən sonra o, qarşıdan dönüb həmin yerə qayıtmışdır. Samid arxa oturacaqda, Nurəli ön oturacaqda əyləşmiş, maşına bağlama qoymuşlar. Yolda həmin bağlamanın nə olduğunu soruşduqda, onluq olmadığını bildirmişlər. Qarşıda polis əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı maşından narkotik aşkarlanmışdır. Samidlə Nurəli ilkin dindirmə zamanı onun narkotikdən xəbərinin olmadığını bildirmişlər. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Aruz kəndinə çatdıqda magistral yoldan içəri təxminən 50 metr getmişlər, narkotik vasitə dolu bağlama maşının arxa hissəsində aşkar olunmuşdur, bağlamanı maşına Samid qoymuşdur, Nurəlinin narkotikdən xəbərinin olub-olmadığını bilmir, maşına Yardımlı rayonunun 26-cı kilometrliyində baxış keçirilmişdir, Yardımlıya sürməli olduğunu ona Nurəli demiş, nəyə görə getməli olduqlarını deməmişdir, bağlama maşına qoyulanda görmüşdür, Samiddən nə olduğunu soruşmuş, o da cavabında ona aidiyyatı olmadığını bildirmişdir. O, əgər maşına qoyduqları bağlamanın içində qanunsuz nəsə varsa düşüb getmələrini bildirmişdir. Məhkəmə tərkibi CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. (İ cild, i.v. 05) - «Şübhəli şəxsin tutulması haqqında» 11 may 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. (C-İ, i.v. 22, 39) - «Şəxsi-axtarış, baxış və götürmə aparılması haqqında» 11 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd üzərindən “Redmi” markalı və Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd “Nokia” markalı mobil telefonlar, avtomobilin arxa oturacağından aşkar edilmiş kisənin içərisindən 14 ədəd bükümdə, ümumi çəkisi 14495 qram çəkidə qurudulmuş marixuanaya oxşar kütlələr iş üzrə əhəmiyyət kəsb etdiyindən aşkar edilərək götürülmüşdür, (C-İ, i.v. 68-72, 210-211) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 13 may 2024-cü il tarixli, 212 və 213 saylı müvafiq qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ARCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddələrlə ittiham elan edilmişdir. (C-İ, i.v. 122-123, 135-136) - “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 051 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında “Məlahət” adı ilə qeyd etdiyi İran İslam Respublikası mobil operatoruna məxsus +98 912 *** **** saylı mobil nömrə ilə 11 may 2024-cü il tarixdə danışıqlar aparması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 051 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında “Xosi” adı ilə qeyd etdiyi İran İslam Respublikası mobil operatoruna məxsus +98 905 *** **** saylı mobil nömrə ilə də 11 may 2024-cü il tarixdə danışıqlar aparması, həmçinin narkotik vasitələri əldə etdiyi yerin konumunun göndərilməsi aşkar olunmuşdur. Həmin konumun şəkli protokola əlavə edilmişdir. (İ cild, i.v. 115-117) - Yardımlı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 4(038)-14/2024 və 4(038)- 15/2024 nömrəli müvafiq qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 may 2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v 166-177) - Yardımlı rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, Yardımlı Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (İİ cild, i.v. 45) - Məhkəmə bioloji ekspertizasının 12 may 2024-cü il tarixli 19/411 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Opel astra H minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr....” sözlər və imzalar olan bir ədəd kisədəki, 14 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -990,0 qr; -975,0 qr; -1025,0 qr; -1025,0 qr; -1055,0 qr; -905,0 qr; -1025,0 qr; -1040,0 qr; -1065,0 qr; -1105,0 qr; -1110,0 qr; -1110,0 qr; -1000,0 qr; - 1065,0 qr; olmaqla ümumi təmiz çəkisi: -14495,0 qram olan bitki mənşəlli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi- 14495,0 qr., cəmi tədqiqata sərf edildi-1,4qr (hər.ob 0,1qr), qalıq-14493,6 qr., (İ cild, i.v. 88-92) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyun 2024-ci il tarixli 1613 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (İİ cild, i.v. 59-60) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyun 2024-ci il tarixli 1612 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (İİ cild, i.v. 61-62) - Məhkəmə narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli 516 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 63) - Məhkəmə narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli 517 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v 64) - Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə olunarkən həbs olunmazdan əvvəl zədə almadığını bildirmiş, tibbi müayinə zamanı sol saidin və diz oynağının ön səthində köhnə çapıqlar aşkar edildiyi qeyd edilmişdir. - «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 13 may 2024-cü il tarixli, 215 saylı qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14493,6 qram narkotik vasitə qurudulmuş marixuana növündə narkotik vasitə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. (İ cild, i.v. 179-180) - «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 15 may 2024-cü il tarixli, 220 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. (İ cild, i.v. 179-180) - “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli, 769 nömrəli qərardan görünür ki, şəxsi axtarış, baxış və götürmənin çəkilmiş görüntülərini əks etdirən 01 ədəd, anten məlumatlarını əks etdirən 02 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild, i.v. 79-96) Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi :
1. Təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən saxlanılarkən onlara zor tətbiq olunması barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxslər nə də onların müdafiəçiləri polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqana şikayət verməmişlər. Əksinə, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə təqdimata baxılarkən hər iki təqsirləndirilən şəxs özlərini elan olunmuş ittiham üzrə təqsirli bilərək, ibtidai istintaqdakı ifadələrinə uyğun izahat vermiş, əlavə olaraq polis əməkdaşları tərəfindən işgəncə və təzyiqə məruz qalmadıqlarını bildirmişlər.(i.v. 166-171, 173-177)
2. Həmçinin, müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə tərəfindən əldə edilmiş Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə olunarkən həbs olunmazdan əvvəl zədə almadığını bildirmiş, tibbi müayinə zamanı sol saidin və diz oynağının ön səthində köhnə çapıqlar aşkar edildiyi qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 11 may 2024-cü il tarixdə tutulduğu, tibbi kitabçaya əsasən 15 may 2024-cü il tarixdə təcridxanaya daxil olduğu və dərhal müayinə olunduğu nəzərə alındıqda məhkəmə tibbi kitabçada qeyd edilən “köhnə” çapığın onun polisin nəzarəti altına keçməzdən çox əvvəl yaranması qənaətinə gəlir.
3. Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirməklə yanaşı, təqsirləndirilən şəxslərin üzərinə videoçəkilişlə şəxsi axtarış və avtomobilə baxış keçirilərkən verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 iran vətəndaşının Yardımlı rayonunda qoyduracağı narkotik vasitəni götürüb onun deyəcəyi yerə qoymaq məqsədilə gəldiklərini, hər iki təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmişlər.
4. Həmçinin, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 narkotik vasitədən məlumatı olmadığını, Təqsirləndirilən şəxs2 Yardımlı rayonunda verəcəyi olduğunu, bu məqsədlə sürücü kimi onunla getdiyi ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 051 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında “Məlahət” adı ilə qeyd etdiyi İran İslam Respublikası mobil operatoruna məxsus +98 912 *** **** saylı mobil nömrə ilə 11 may 2024-cü il tarixdə danışıqlar aparması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 051 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında “Xosi” adı ilə qeyd etdiyi İran İslam Respublikası mobil operatoruna məxsus +98 905 *** **** saylı mobil nömrə ilə də 11 may 2024-cü il tarixdə danışıqlar aparması, həmçinin narkotik vasitələri əldə etdiyi yerin konumunun göndərilməsi aşkar olunmuşdur. Qeyd olunan sübutlar təqsirləndirilən şəxlərin Təqsirləndirilən şəxs1 narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan şəxsin qoyduğu yerdən götürüb sonuncunun deyəcəyi yerə qoyması müqabilində ona 3000 manat, Təqsirləndirilən şəxs2 isə 200 manat veriləcəyi ilə bağlı razılığa gəlmələri barədə ibtidai istintaq zamanı, həmçinin ifadələrinin yerində yoxlanılması zamanı verdikləri ifadələrlə birlikdə təhlil olunduqda məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələrin qeyri-mötəbər və cinayət məsuliyyətindən yayınmağa hesablanması qənaətinə gəlir.
5. Bundan əlavə, aşkar olunmuş narkotik vasitənin çəkisi ilə birlikdə təqsirləndirilən şəxslərin yaşadıqları ərazidən çox uzaqda yaxalanmaları da nəzərə alındıqda məhkəmə onların narkotik vasitələri məhz satış məqsədilə əldə edib daşımaları barədə ittiham sübutlarını inandırıcı hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işin məhkəmə baxışı zamanı tutulduqdan sonra polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmaqla onlardan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu hissədə bildirdikləri işdə olan digər sübutlarla uzlaşmamaqla, həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra birlikdə istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edib Şahid6 idarə etdiyi “OPEL ASTRA H minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, 11 may 2024-cü il tarixdə saat 15 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 26-cı kilometrliyində Yardımlı rayonu ərazisində həmin avtomobildə saxlanılmış, həmin tarixdə saat 16:53 radələrində saxlanıldığı yerdə avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərində olan 1(bir) ədəd kisədən 14 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qr, 975,0 qr, 1025,0 qr, 1025,0 qr, 1055,0 qr, 905,0 qr, 1025,0 qr, 1040,0 qr, 1065,0 qr, 1105,0 qr, 1110,0 qr, 1110,0 qr, 1000,0 qr; 1065,0 qram olmaqla ümumilikdə 14495 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, şəxsiaxtarış və götürmə aparılması barədə protokol və ona əlavə edilmiş videoçəkiliş, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməli ARCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (ARCM-in 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halın olmasını, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ARCM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməlidir. - İşə əlavə edilmiş 24 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 27 iyul 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 240.3.2-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 30 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 yanvar 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Müvafiq hökmün surətindən görünür ki, Məmmədov X2 Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 28 iyun 2023-cü il tarixli qərarı ilə 01 il 04 ay 14 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmişdir. ( İİ cild, i.v. 2- 4, 47-57) - İşə əlavə edilmiş 21 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (İİ cild, i.v. 01) - Lənkəran şəhər 1 nömrəli sahə İƏD tərəfindən verilmiş 24 may 2024-cü il tarixli müvafiq xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar. Məhkəmə ARCM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. ARCM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. ARCM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə təyin ediləcək cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə iki hissəsindən az ola bilməz. ARCM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli residiv sayılır. Cinayət Məcəlləsinin sadalanmış normalarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayətlərin təhlükəli residivinə görə 8 ildən aşağı həddə cəza təyin edilə bilməz. Bundan əlavə, iş materiallarından görünür ki, Məmmədov X2 Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 28 iyun 2023-cü il tarixli qərarı ilə cəzadan 01 il 04 ay 14 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cəzanın çəkilməmiş hissəsi ərzində yenidən qəsdən ağır cinayət törətdiyindən ARCM-in 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməmiş 01 il 04 ay 14 gün hissəsi hazırki hökmlə təyin ediləcək cəzaya ARCM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. ARCM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində, ARCM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlıqlarının faktiki məhdudlaşdırıldığı 11 may 2024-cü il tarixdən hesablanmalı və Yardımlı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 4(038)-14/2024 və 4(038)-15/2024 nömrəli müvafiq qərarları ilə barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-də saxlanılan 14493,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “Redmi”, 1 ədəd “Nokia” markalı mobil telefonlar N.M.Məmmədov və Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılmalı və 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 120 ( yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 60 manat) tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin heabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarları, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan 01 il 04 ay 14 gün şərti olaraq azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2015ci il tarixli, 1(089)-221/2015 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 04 ay 14 gün hissəsi qismən birləşdirilməklə, barəsində qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. ARCM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-də saxlanılan 14493,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “Redmi”, 1 ədəd “Nokia” markalı mobil telefonlar N.M.Məmmədov və Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılsın, 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 120 ( yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 60 manat) tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin heabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov