Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-812/2023 20.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər – Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Balabəy oğlu, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci ildə Kürdəmir rayonu, Şilyan kəndində doğulmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan vaxtda və mənbədən külli miqdarda, ümumi təmiz çəkisi- 1193,61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıyaraq üzərində və Kürdəmir rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Kürdəmir rayonu Qarasu kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ ön kiçik cibindən 01 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi - 0,31 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 03:00 radələrində yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləyə keçirilən baxış zamanı, tövlənin içərisində yerdə olan 01 ədəd kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi – 22,98 qram, 01 ədəd polietilen torbanın içərisindəki 01 ədəd şüşə balon içərisində - 250,0 qram, 01 ədəd polietilen torbadakı 01 ədəd sintetik torbada təmiz çəkisi – 560,0 qram, 01 ədəd polietilen torbadakı 03 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri – 19,46 qram, 45,86 qram, 295,0 qram, ümumi çəkisi – 360,32 qram olan xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Qarasu kəndində yaşadığı evdə aşkar olunmuş çətənə kollarını xatırlamadığı vaxtda Zərdab rayonu ərazisində tapmış, həmin kolları öz istifadəsi üçün kökündən çıxarıb yaşadığı evə gətirib tövlədə gizlətmiş, sonra isə onları gizli olaraq tövlədə qurutmuşdur. Qurutduğu marixuanadan kibrit qutusuna yığıb öz istifadəsi üçün üzərində gəzdirmiş, qalan hissəsini isə bankaya və torbaya yığıb tövlədə gizlətmişdir. 9 iyun 2023-cü ildə saat 1 radələrində yaşadığı Kürdəmir rayonu, Qarasu kəndində polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmışdır. Orada üzərinə axtarış keçirilən zaman şalvarının sol cibində saxladığı bir büküm marixuananı çıxarıb təqdim etmişdir. Sonra evinə baxış keçirilmiş, tövlədə balonda və torbalarda saxladığı marixuananı çıxarıb təqdim etmişdir. Heç kimə narkotik satmamış və belə bir niyyəti də olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən bir siqaretlik qurudulmuş marixuana da aşkar olunmuşdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməlindən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Qarasu kəndind sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat axtarış tədbirləri keçirilmiş və 9 iyun 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində saxlanılıb rayon polis şöbəsinə aparılmışdır. Vəkilin iştirakı ilə üzərinə axtarış keçirilmiş və Nahid göy rəngli cins şalvarının ön sağ kiçik cibindən 01 ədəd qara rəngli kağız bükümdə olan az çəkidə marixuananı təqdim etmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş, Nahid tövlədə gizlətdiyi 3 ədəd torbada və bir ədəd şüşə balonda olan qurudulmuş marixuananı çıxarıb onlara təqdim etmişdir. Narkotik tərəzidə çəkilmiş və ümumi çəkisi 1 kq 193 qram olmuşdur. Narkotik qablaşdırılmış və ekspertizaya təqdim edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Zərdab rayonu ərazisində “küdrüdə”, yəni çöl sahədə 2022-ci ilin avqust sentyabr ayında tapmış olduğu 04 ədəd çətənə kolundan dərdiyini, üzərində saxlamaqda məqsədinin istifadə etmək olduğunu, çətənə kollarını kökündən çıxararaq götürdüyünü və yaşadığı evdə qurudub istifadə etdiyini, hazırda həmin narkotik vasitənin bir hissəsini yaşadığı evdə saxladığını, təqdim edə biləcəyini, narkotik vasitəni qurudub torbaya yığaraq tövlədə saxladığını, ona qarşı hər hansı zor və təsir olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/613 №-li rəyində qeyd olunmuşdur ki, -Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs tövləsindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi – 22,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs tövləsindən...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 01 ədəd şüşə balonda təmiz çəkisi – 250,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs tövləsindən...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 01 ədəd sintetik torbada təmiz çəkisi – 560,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs evinin tövləsindən...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 03 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri – 19,46 qram, 45,86 qram, 295,0 qram, ümumi çəkisi – 360,32 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və tövləsindən götürülmüş, ümumi çəkisi – 1193,61 qram olan marixuanalar eyni tərkiblidir. Məhkəmə istintaqında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1357 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ön sağ kiçik cibindən 01 ədəd qara rəngli kağız büküm və həmin şalvarın ön sol cibindən isə 01 ədəd “LD” markalı siqaret paketi çıxarıb təqdim edərək içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş və iş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin tövləsinin yanına yığılmış 02 ədəd polietilen torbanı təqdim edərək içərisində 03 ədəd polietilen torba içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin içərisində 03 ədəd polietilen büküm olan 01 ədəd polietilen torba elektron tərəzidə çəkilərkən təxmini çəkisinin 0.585 qram olduğu müəyyən edilmişdir. 2-ci polietilen torba açıldıqda içərisində olan 01 ədəd şüşə balon içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. 01 ədəd polietilen torba içərisində olan 01 ədəd şüşə balon elektron tərəzidə çəkilərkən təxmini çəkisi 1.343 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs divarın künc hissəsində olan 01 ədəd kisə və 01 ədəd polietilen torba göstərərək içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. 01 ədəd kisə elektron tərəzidə çəkilərkən 0,670 qram, 01 ədəd polietilen torba çəkilərkən isə 0,100 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş və yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi dəqiq mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində mobil telefon olmamış və narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Kürdəmir rayon Məhkəməsinin qərarına əsasən, Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında Kürdəmir RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Teyubov X1 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibi xx.xx.2017-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən CPM-in 40.2.2-ci maddəsinə əsasən xitam edilmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 683 №-li məktubundan görünür ki, Teyubov X1 Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən təyin edilmiş 200 manat məbləğində cərimə cəzası tam icra edildiyi üçün xx.xx.2013-cü il tarixdə o, qeydiyyatdan çıxarılmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ ön kiçik cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,31 qram, habelə yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləyə keçirilən baxış zamanı, tövlənin içərisində yerdə olan 01 ədəd kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi – 22,98 qram, 01 ədəd polietilen torbanın içərisindəki 01 ədəd şüşə balon içərisində - 250,0 qram, 01 ədəd polietilen torbadakı 01 ədəd sintetik torbada təmiz çəkisi – 560,0 qram, 01 ədəd polietilen torbadakı 03 ədəd polietilen torbada olan ayrı-ayrılıqda təmiz çəkiləri – 19,46 qram, 45,86 qram, 295,0 qram, ümumi çəkisi – 360,32 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra ümumi - 1193,26 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs evində aşkar olunmuş və qanunsuz saxladığı külli miqdarda qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan 9 iyun 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 9 iyun 2023-cü il tarixdə CMnin 234.1-1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 9 iyun 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Kürdəmir rayonu, Qarasu kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Vəfa Teyubovadan və hazırda hərbi xidmətdə olan xx.xx.2004-cü il təvəllüdlü oğlu Vahid Teyubovdan, xx.xx.2007-ci il təvəllüdlü oğlu Ruhid Teyubovdan, xx.xx.2015-ci il təvəllüdlü qızı Elmira Teyubovadan ibarətdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutlmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 9 iyun 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Kürdəmir RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq ümumi çəkisi olan 1193,26 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılması, habelə evinə baxış keçirilməsi haqqında 2 ədəd disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 9 iyun 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi olan 1193,26 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov (Hakimlər) Cəlil Nəbiyev Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-812/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-812/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver