Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-813/2023 15.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədova Esmira Qərib qızı və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Saatlı rayonu Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Qırağlı kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, Rəşad Həsənli küçəsi ev 35-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayının ortalarında yaşadığı ünvan 1 ünvanındakı evin arxa tərəfindəki torpaq sahəsinə, həyətindəki yarımtikili evin arxa hissəsindəki torpaq sahəsinə və yarımtikili evin içərisindəki torpaq sahəsinə xüsusi hazırladığı yerlərdə qanunsuz olaraq torpağa əkmiş, 2023-cü ilin iyun ayının əvvəllərinədək yaşadığı evin arxa hissəsindəki torpaq sahəsində bitmiş 29 ədəd, yarımtikili evin arxa hissəsindəki torpaq sahəsində bitmiş 74 ədəd, yarımtikili evin içərisindəki torpaq sahəsində bitmiş 16 ədəd, ümumilikdə 119 ədəd külli miqdarda çətənə (kannabis) şitilini mütəmadi suvarıb və diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirib külli miqdarda kultivasiya etmiş, 2023-cü ilin iyun ayının əvvəllərində yarımtikili evin arxa hissəsindəki torpaq sahəsində bitmiş 74 ədəd çətənə (kannabis) bitkilərindən 7 ədədini torpaqdan çıxarıb qurudaraq satış məqsədilə qanunsuz olaraq 3890 qram ümumi təmiz çəkidə, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) hazırlayıb, əldə edərək, 1 ədəd sintetik çantaya yığıb yarımtikili evin arxa hissəsindəki torpaq sahəsində qanunsuz olaraq saxlamış, 12 iyun 2023-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin 112 ədəd külli miqdarda çətənə (kannabis) bitkiləri və 1 ədəd sintetik torbada ümumi təmiz çəkisi 3890 qram külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bir səhv etdiyini qeyd edib məhkəmə iclasında ifadə vermək istəmədiyini bildirmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 13 və 14 iyun 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə qismən yəni, Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmiş və göstərmişdir ki, külli miqdarda narkotik tərkibli bitkilər əkdiyinə görə özünü tam təqsirli bilsə də, külli miqdarda qurudulmuş marixuananı satış məqsədilə hazırlayıb, əldə edib və saxlamağına görə deyil, satış məqsədi olmadan külli miqdarda narkotik hazırlayıb, əldə edib və saxlamağına görə özünü təqsirli bilir. Belə ki, o, təxminən 8 ildir narkotik vasitə olan el arasında “nəşə” adlanan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 2016-cı ildə Saatlı rayonu ərazisindən keçən “Mil-Muğan” kollektorunun kənarında qarmaqla balıq tutmağa gedərkən kollektorun kənarında təsadüfən 1 ədəd yabanı halda bitmiş “nəşə” ağacı, yəni çətənə bitkisinin bitdiyini görüb, qeyd etdiyi kimi qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin bitkini kökündən torpaqdan çıxarıb orada qurudub lazımi hissələrini istifadə etmiş, bitkinin gövdə və digər lazımsız hissələrini isə kollektora atmışdır. Həmdə həmin bitkidən təxminən 150 ədəd toxum əldə edib, kibrit qutularına yığıb sonra əkib-yetişdirib özü istifadə etməsi üçün yaşadığı evdə gizlətmişdir. Təxminən 2023-cü ilin mart ayının ortalarında təxminən 150 ədəd toxumu əkmək qərarına gəlmiş və yaşadığı evin arxa tərəfindəki torpaq sahəsinə təxminən 40 ədəd, yaşadığı evin həyətindəki yarımtikili vəziyyətdə olan evin arxa tərəfindəki torpaq sahəsinə 90 ədəd və yaşadığı evin həyətindəki yarımtikili vəziyyətdə olan evin içərisindəki torpaq sahəsinə 20 ədəd çətənə bitkisinin toxumunu əkmiş, evin arxa tərəfinə əkdiyi toxumlardan 29 ədəd, yarımtikili vəziyyətdə olan evin arxa tərəfindəki torpaq sahəsinə əkdiyi toxumlardan 74 ədəd və yarımtikili vəziyyətdə olan evin içərisindəki torpaq sahəsinə əkdiyi toxumlardan 16 ədəd çətənə bitkisi bitmiş, həmin bitkilərə diblərini yumşaldıb və suvararaq qulluq etmişdir. 2023-cü ilin iyun ayının əvvəllərinədək əkdiyi çətənə bitkiləri 0,8-2 metr boy atmışlar. 2023-cü ilin iyun ayının əvvəllərində yarımtikili vəziyyətdə olan evin arxa tərəfindəki torpaq sahəsinə əkdiyi bitkilərdən 7 ədədini kökündən çıxarıb öz istifadəsi üçün qurudub saxlamaq qərarına gəlib yerə sərmişdir. Bundan sonra bitkilər quruduqca onların məhsulunu ayırıb çantaya yığmış, qurudulmuş marixuananı yığdığı çantanı yarımtikilinin arxa tərəfindəki narkotik tərkibli çətənə bitkilərinin yanında gizlətmişdir. 12 iyun 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evin həyətində olarkən küçədə kiminsə onu səslədiyini eşidib küçəyə çıxdıqda görmüşdür ki, polis əməkdaşları gəlmişlər və o, həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bununla bağlı ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları iki nəfər hal şahidləri və aqronomun iştirakı ilə baxış keçirməyə başlamışlar. Baxışa başlayarkən o, özü səmimi olaraq onlara çətənə bitkiləri əkib-yetişdirdiyini və həmin bitkilərdən çıxarıb qurutduğunu etiraf etmişdir və həmin bitkiləri və bitkilərdən topladığı narkotik vasitəni təqdim etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, öz istifadəsi üçün narkotik tərkibli bitkiləri əkibyetişdirmiş və onlardan qurudulmuş marixuana əldə etmişdir. O yalnız onu deyə bilər ki, öz istifadəsi üçün narkotik tərkibli bitkilər əkib-yetişdirmiş və narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb, saxlamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və əkdiyi çətənə bitkilərindən əldə edəcəyi narkotiki satmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs səhv etdiyini, azyaşlı uşaqlarının olmasını, həmçinin qardaşının uşaqlarına da baxmasının nəzərə alınıb barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında həyətyanı sahəsindəki yarımtikili evin arxa tərəfində aşkar edilmiş qurudulmuş marixuananı şəxsi istifadə məqsədi ilə saxladığını bildirməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədi ilə saxlaması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı rayon Polis Şöbəsinin CAB-ın rəisi Şahid4 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir. Belə ki, 12 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin əkib-becərilməsi və narkotik vasitələri əldə edərək saxlaması barədə Saatlı RPŞ-nin NMQnin əməliyyat müvəkkili Şahid3 əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında polis əməkdaşlarının daxil olduğu əməliyyat qrupu yaradılmış, daha sonra mütəxəssisaqranom və hal şahidləri də dəvət edilmişdr. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gedib evin həyətində olan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçiriəcəklərini bildirmiş, souncu da razı olduqdan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindəki torpaq sahəsinə, yarımtikili evin arxa hissəsindəki torpaq sahəsinə və yarımtikili evin içərisində əkdiyi ümumilikdə 112 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri, yarımtikili evin arxa hissəsində çətənə bitkilərinin yanında gizlətdiyi 1 ədəd çantada qurudulmuş marixuanaya oxşar kütləni aşkar etmişlər. Baxışda iştirak edən aqronom Azad Kazımov tərəfindən həmin ümumilikdə 112 ədəd bitkiyə baxış keçirilmiş və Azad Kazımov bildirmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Qurudulmuş marixunaya oxşar kütlə onun özünün yanında elektron tərəzidə olduğu çanta ilə birlikdə çəkilərkən çəkisinin 4,060 kiloqram olduğu müəyyən edilmiş, çətənə bitkilərinə oxşar bitkilər əkildiyi torpaqdan çıxarılaraq ayrı-ayrılıqda 3 ədəd sintetik torbalarda, narkotik vasitə olan qurudulmuş marixuana isə aşkar edildiyi çantada qablaşdırılıb möhürlənərək müvafiq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmuş, lakin realizə edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid6 Firudin oğlu da Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir. 12 iyun 2023-cü il tarixdə saat 13 radələrində şəxsi işi ilə əlaqədar Saatlı şəhərində olarkən Saatlı RPŞ-nin əməkdaşları onu çağıraraq onlar tərəfindən şəhər ərazisində keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O, razılıq verdikdən sonra polis əməkdaşları ilə əvvəldən tanımadığı, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçəyə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindəki torpaq sahəsində, yarımtikili evin arxa hissəsindəki torpaq sahəsində və yarımtikili evin içərisində ümumilikdə 112 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər və yarımtikili evin arxa hissəsində çətənə bitkilərinin yanında gizlətdiyi 1 ədəd çantada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs səmimi olaraq həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib yetişdirdiyini, 1 ədəd çantada aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni əkdiyi çətənə bitkisindən əldə etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik tərkibli bitkiləri əkib-becərməsi, narkotik vasitələri əldə etməsi və saxlaması ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 12 iyun 2023-cü il tarixli raport, “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı ərizə, onun ünvan 2 ünvanında yerləşən yarımtikiliyə video və fotoçəklişdən istifadə edilməklə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillər və videoçəkiliş iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbiri, yaşadığı evin həyətindəki yarımtikiliyə sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v 3-8; 12-20) -“baxış keçirilməsi” haqqında 12 iyun 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Saatlı şəhəri, şəhid Rəşad Həsənli küçəsi ev 35-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindəki torpaq sahəsinə əkdiyi 29 ədəd, yarımtikili evin arxa hissəsindəki torpaq sahəsinə əkdiyi 67 ədəd və yarımtikili evin içərisində əkdiyi 16 ədəd, ümumilikdə 112 ədəd narkotik tərkibli çətənə bitkiləri və 1 ədəd çantada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (i.v. 13-20) - 12 iyun 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş 112 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. (i.v. 21) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 41) -Məhkəmə bioloji ekspertizasının 13 iyun 2023-cü il tarixli, 18/623 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsində yarımtikili evin arxasından...” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik çantada təmiz çəkisi-3890,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs həyətində sahəsində yarımtikilinin içərisindən...” sözləri yazılmış ve imzalar olan 1 ədəd sintetik torbada 16 ədəd yaş vəziyyətdə ümumi çəkisi-2200,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsində yaşayış evinin arxasından...” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada 29 ədəd yaş vəziyyətdə ümumi çəkisi-4200,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs həyətində sahəsində yarımtikili evin arxasından...” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada 67 ədəd yaş vəziyyətdə ümumi çəkisi-17000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş cəmi 112 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidir. (i.v. 49-53). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 66-67) -Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 4(055)-64/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Saatlı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 12 iyun 2023cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v.95-96) - Saatlı rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 4(055)-32/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablanmışdır. (i.v.100-103) - Saatlı RPŞ-dən daxil olan 12 avqust 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yarımtikilidən aşkar olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını haradan, nə vaxt və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (i.v. 128) -Məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2023-cü il tarixli, 5636 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 141-142) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində aşkar edilmiş qurudulmuş marixuananı əkib-becərdiyi çətənə bitkilərindən şəxsi istifadəsi məqsədi toplaması və narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolu, protokola əlavə edilmiş videoçəkliş, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni bu hissədə inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni hazırlama, əldə etmə və saxlama, həmin Məcəllənin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (30 hissə) başlayır. Qurudulmuş marixuananın külli miqdarının (qramla) isə aşağı həddi 500,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3.890 qram olmaqla külli miqdar təşkil edən qurudulmuş marixuananı hazırlaması, əldə etməsi və həyətyanı sahəsində saxlaması Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsində, 112 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq hazırlaması, əldə edib, saxlaması onun məhz həmin kütləni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz əkilməsi qadağan edilən narkotik tərkibli çətənə bitkilərini 112 ədəd olmaqla külli miqdarın aşağı həddindən 7 dəfə çox əkilməsi və kultivasiya edilməsi də sonuncunun həmin bitkilərdən qazanc əldə etmək məqsədi ilə narkotik vasitə əldə etmək fikrinin olmasını təsdiq edir. Buna görə məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3890 qram olmaqla külli miqdar təşkil edən qurudulmuş marixuananı əldə etməsi və həyətyanı sahəsində saxlaması Azərbaycan Respublikası CMin 234.4.3-ci maddəsində, 112 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid4 , Şahid6 Firudun oğlu və Şahid2 Əliquşad oğlunun ifadələri, Təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə 12 iyun 2023-cü il tarixli protokol, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının 13 iyun 2023-cü il tarixli, 18/623 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana və çətənə bitkilərinin qalıqları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 129) -Saatlı rayon İcra Hakimiyyəti Başçısının Qıraqlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 12 sentyabr 2023-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı və iki azyaşlı uşağından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v. 138-139). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, atasının İ Qarabağ müharibəsini iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 12 iyun 2023-cü il tarixdən hesablanmalı və Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 5636 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3889,9 qram narkotik vasitə qurudulmuş marixuana və 112 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 ay (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3889,9 qram narkotik vasitə qurudulmuş marixuana və 112 ədəd çətənə (kannabis) kolu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-813/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-813/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver