Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-814/2023 15.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X2 Ədalət Qəzənfər oğlunun iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 23-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, 12,837 qram çəkidə psixotrop maddə olan metamfetamini bir ədəd bükümdə əldə edib, daşımaqla üzərində saxlamış, 21 iyun 2023-cü il tarixdə saat 13:20 radələrində Lənkəran rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri “Ləvəngi dairəsi” yaxınlağın saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Lənkəran şəhərində «Ləvəngi dairəsi» nin yaxınlığında yerləşən avtomobil təmiri sexində usta işləyir. 21 iyun 2023-cü il tarixdə saat 12 radələrində təmir sexində işdə olduğu zaman Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları iş yerinə gələrək onu rayon polis şöbəsinə aparmışlar. Orada ondan nə üçün narkotik satmasını soruşmuşlar. O isə narkotik vasitə satmadığını bildirmişdir. Polis işçiləri onun cibinə narkotik qoymuşlar. Polis işçiləri onu döymüşlər, ondan cibinə qoyulan narkotik maddənin özünə məxsus olmasını boynuna götürməsini tələb etmişlər. Əks halda evinə də narkotik qoymaqla hədələmişlər. Polis işçiləri ondan tələb etmişlər ki, videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını, yoldan taparaq üzərində saxlamasını desin. Həm də onu beş-on gün həbsdə saxlayıb buraxacaqlarını vəd etmişlər. O da məcburiyyət qarşısında qalaraq videoçəkilişdən istifadə olunaraq üzərində şəxsi axtarış aparılan zaman guya üzərində aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını, yoldan taparaq üzərində saxlamasını demişdir. İstintaq zamanı da müstəntiq onu buraxacaqlarını vəd etdiyinə görə sənədlərə imza etmişdir. Polis işçiləri onu döysələr də xəsarət almamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşamışdır. Lənkəran şəhəri «Ləvəngi dairəsi» yaxınlığında yerlşən sexdə qaynaq ustası işləmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. 21 iyun 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb piyada Lənkəran şəhəri, «Ləvəngi dairəsi»ndə yerləşən, işlədiyi sexə doğru hərəkət edərkən yolun kənarında, yerdən bir ədəd sellofan büküm tapmışdır. Bükümün içərisinə baxıdıqda içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Onda həmin maddə maraq yaratdığına görə şalvarının sol yan cibinə qoymuşdur. Lakin həmin maddədən heç kimə verməmiş və ya göstərməmişdir. Əvvəllər də heç vaxt istifadə etmədiyi üçün bəlkə bir dəfə dadına baxıb istifadə edər deyə düşünmüşdür. Həmin günü saat 13 radələrində işlədiyi Lənkəran şəhəri, “Ləvəngi” dairəsində olan zaman polis işçiləri tərəfindən saxlanılmışdır. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu Lənkəran şəhər-rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan otaqların birində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil X3 dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin, polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Sonra ona üzərində qanunla qadağan olan hər hansı əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli bükümdə ağ rəngli, kristal formalı maddəni təqdim edib içərisində metamfetamin olduğunu bildirib, saxlanıldığı gün onu həmin ərazidən, küçədə piyada gedərkən tapdığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz əşya aşkar olunmamışdır. Üzərində aşkar orlunan maddə elekton tərəzidə çəkilərək götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Polis tərəfindən saxlanılan zaman ona qarşı fiziki və ya psixi təsir olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materillarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Lakin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə saat 13:20 dəqiqədə Lənkəran şəhəri “Ləvəngi” dairəsində piyada hərəkət etdiyi zaman saxlamış, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli, sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması məlum olmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir tsir-təzyiq göstərməmişlər, onu döyməmişlər, cibinə narkotik qoymamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. 21 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-ci il tarixdə saat 13:20-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, “Ləvəngi” dairəsi yaxınlığında hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin maddə elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Materialların məhkəmə ekspertizasının 21 iyun 2023-ci il tarixli, 19/669 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 12,837 qram olan, ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2023-ci il tarixli, 663 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmur. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji xəstəxanasında profilaktiki qeydiyyata alınması məsləhət görülür. Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən tibbi müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Məhkəmə tibb ekspertinin 22 iyun 2023-cü il tarixli rəyindən görünür ki, həmin gün müayinə olunarkən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İşdə olan 10 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının 07 sentyabr 2023-cü il tarixli, 10429 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs həmin xəstəxanasında qeydiyyatda deyildir. Ailə tərkibi haqqında arayışdın görünür ki, Ramimn Rüstəmov ailəlidir, himayəsində 2012, 20214 və 2020-ci il tarixlərdə doğulmuş üç azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 12,837 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi, yəni polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmaması, psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis işçilərinin ona təzyiq göstərmələri səbəbindən psixotrop maddənin özünə məxsus olmasına etiraf etməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ilkin ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən məhkəmə həmin ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 12,837 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla psixotrop maddə metamfetaminin aşkar olunduğu ilk anda verdiyi izahatında və ifadələrində metamfetamini satmaq məqsədinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddə metamfetamini və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını-Təqsirləndirilən şəxs özünün narkotik vasitələrdən istifadə etməsinin istisna edilməməməsini, üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminin miqdlarını, bir bükümdə olmasını, həmin maddəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun psixotrop maddəni satmaq məqsədinin olmaması barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını CMnin 59.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materallarında saxlanılmalı, Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 12,737 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materallarında saxlanılsın, Lənkəran Rayon Şəhər Polis Şöbəsində saxlanılan 12,737 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-814/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-814/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver