Məhkəmə qərarları › İş №1(099)-82/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-82/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-82/2023 17.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 və müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri- Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1979-cu il Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla qeydiyyatda olmaqla və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 234.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 228.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,340 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 13 aprel 2022-ci il tarixdə saat 09:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində 8 saylı binanın qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən adı çəkilən Polis Bölməsinə gətirilmiş və orada həmin tarixdə üzərinə keçirilən şəxsi axtarış zamanı onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,340 qram olan narkotik vasitə heroin əynindəki açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Vegas” markalı siqaret qutusunun içərisindəki 01 ədəd ağ rəngli kağız bükümdə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən «Baba» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 «Baba» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda 476,893 qram olan psixotrop maddə metamfetamini və 0,907 qram çəkidə narkotik vasitə heroini məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncu həmin kütləni Təqsirləndirilən şəxs2la birlikdə əldə edib, qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin 1,893 qramını ayrı-ayrılıqda gümüşü-ağ rəngli bükümə qablaşdıraraq Təqsirləndirilən şəxs2 üzərində, psixotrop maddə metamfetaminin qalan 475 qramını isə satış məqsədi ilə hər ikisinin idarə etdiyi “Opel” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının alt hissəsində saxlamaqla daşımış, bundan sonra təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 «Baba» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri 3725 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 21835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 1590 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 63,6 qram olan narkotik vasitə metadon dərman preparatlarını və külli miqdarda 5848,872 qram çəkidə psixotrop maddə metamfetamini Beyləqan rayonunun Eyvazlıla kəndinin ərazisində yerləşdirib bu barədə Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi Opel markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedərək avtomobili yolun kənarında saxlamış, Təqsirləndirilən şəxs1 avtomobildən düşüb 3 ədəd polietilen torbaya qablaşdırılmış həmin maddələri bir-bir avtomobilin yanına gətirib avtomobilə yerləşdirmək istəyərkən bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 02 may 2022-ci il tarixdə saat 00:05-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən ünvanda saxlanılmış, Təqsirləndirilən şəxs2 isə polisin qanuni tələbinə məhəl qoymayaraq idarə etdiyi “Opel” markalı, ** OH *** qeydiyyat nişanlı avtomobillə oradan uzaqlaşıb Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 111-ci kilometrliyində idarə etməni itirərək Ağcabədi rayonu istiqamətində yolun sağ tərəfində dayanmış, daha sonra avtomobildən düşüb qaçmağa cəhd göstərərək xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına zor tətbiq etməklə onlara qarşı 2 dəfə silahdan atəş açaraq onların həyat və sağlamlığı üçün real təhlükə yaratdığından polis əməkdaşlarının açdığı atəş nəticəsində xəsarət alıb Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, Təqsirləndirilən şəxs1 isə Beyləqan Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərinə 02 may 2022-i il tarixdə saat 02:00-dan keçirilən şəxsi axtarış və götürmə zamanı əlində saxladığı üç ədəd polietilen torbadan 23 ədəd sellofan bağlamada ayrılıqda çəkiləri 535 qram, 1055 qram, 1045 qram, 1100 qram, 560 qram, 585 qram, 645 qram, 1050 qram, 294 qram, 1,0 qram, 2670 qram, 1035 qram, 2240 qram, 1103 qram, 2580 qram, 2,0 qram, 2570 qram, 655 qram, 470 qram, 270 qram, 375 qram, 580 qram, 415 qram olmaqla ümumilikdə külli miqdarda 21835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 05 ədəd sellofan bağlamada ayrılıqda çəkiləri 2115 qram, 2195 qram, 1510 qram, 14,375 qram və 14,497 qram olmaqla ümumilikdə külli miqdarda 5848,872 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamada külli miqdarda 3725 qram çəkidə narkotik vasitə heroin və 1590 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda – 63,6 qram olan narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür, 02 may 2022-ci il tarixdə saat 04:10-da Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 111-ci kilometrliyində Təqsirləndirilən şəxs1 iştirakı və razılığı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel” markalı, ** OH *** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin sol ön hissəsində, sürücünün əyləşdiyi oturacağın altından bir ədəd sellofan bağlamada külli miqdrda – 475 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, Təqsirləndirilən şəxs2 polisə silahlı müqavimət göstərdiyi üçün polis əməkdaşlarının açdığı cavab atəşi nəticəsində xəsarət alaraq dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, 02 may 2022-ci il tarixdə saat 10:30-da keçirilən baxış zamanı xəstəxanının həkimi Şahid7 tərəfindən müayinə olunarkən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə 1,893 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,907 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq bir ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli PM modelli OH-7002 N-li Makarov konstruksiyalı yivli odlu silah hesab olunan, texniki cəhətdən saz və atəş üçün yararlı tapança, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd darağ, zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı 04 ədəd ştat patronlar əldə edərək üzərində gəzdirməklə saxlamış, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən «Baba» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 «Baba» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri 476,893 qram olan psixotrop maddə metamfetamini və 0,907 qram çəkidə narkotik vasitə heroini məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncu həmin kütləni Təqsirləndirilən şəxs1la birlikdə əldə edib, qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin 1,893 qramını ayrı-ayrılıqda gümüşü-ağ rəngli bükümə qablaşdırıb üzərində, psixotrop maddə metamfetaminin qalan 475 qramını isə satış məqsədi ilə idarə etdiyi “Opel” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının alt hissəsində saxlamaqla daşımış, bundan sonra təkrarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 «Baba» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda 3725 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 21835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 1590 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 63,6 qram olan narkotik vasitə metadon dərman preparatlarını və külli miqdarda 5848,872 qram çəkidə psixotrop maddə metamfetamini Beyləqan rayonunun Eyvazlıla kəndinin ərazisində yerləşdirib bu barədə Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi Opel markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedərək avtomobili yolun kənarında saxlamış, Təqsirləndirilən şəxs1 avtomobildən düşüb 3 ədəd polietilen torbaya qablaşdırılmış həmin maddələri bir-bir avtomobilin yanına gətirib avtomobilə yerləşdirmək istəyərkən bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 02 may 2022-ci il tarixdə saat 00:05-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən ünvanda saxlanılmış, Təqsirləndirilən şəxs2 isə polisin qanuni tələbinə məhəl qoymayaraq idarə etdiyi “Opel” markalı, ** OH *** qeydiyyat nişanlı avtomobillə oradan uzaqlaşıb Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 111-ci kilometrliyində idarə etməni itirərək Ağcabədi rayonu istiqamətində yolun sağ tərəfində dayanmış, daha sonra avtomobildən düşüb qaçmağa cəhd göstərərək xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına zor tətbiq etməklə onlara qarşı 2 dəfə silahdan atəş açaraq onların həyat və sağlamlığı üçün real təhlükə yaratdığından polis əməkdaşlarının açdığı atəş nəticəsində xəsarət alıb Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, Təqsirləndirilən şəxs1 isə Beyləqan Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərinə 02 may 2022-i il tarixdə saat 02:00-dan keçirilən şəxsi axtarış və götürmə zamanı əlində saxladığı üç ədəd polietilen torbadan 23 ədəd sellofan bağlamada ayrılıqda çəkiləri 535 qram, 1055 qram, 1045 qram, 1100 qram, 560 qram, 585 qram, 645 qram, 1050 qram, 294 qram, 1,0 qram, 2670 qram, 1035 qram, 2240 qram, 1103 qram, 2580 qram, 2,0 qram, 2570 qram, 655 qram, 470 qram, 270 qram, 375 qram, 580 qram, 415 qram olmaqla ümumilikdə külli miqdarda 21835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 05 ədəd sellofan bağlamada ayrılıqda çəkiləri 2115 qram, 2195 qram, 1510 qram, 14,375 qram və 14,497 qram olmaqla ümumilikdə külli miqdarda 5848,872 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamada külli miqdarda 3725 qram çəkidə narkotik vasitə heroin və 1590 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 63,6 qram olan narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür, 02 may 2022-ci il tarixdə saat 04:10-da Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 111-ci kilometrliyində Təqsirləndirilən şəxs1 iştirakı və razılığı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel” markalı, ** OH *** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin sol ön hissəsində, sürücünün əyləşdiyi oturacağın altından bir ədəd sellofan bağlamada külli miqdrda 475 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin baxışın davamı olaraq Təqsirləndirilən şəxs2 saxlanıldığı yerə baxış keçirilən zaman oradan sonuncunun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kaliblri PM modelli OH-7002 N-li Makarov konstruksiyalı yivli odlu silahı hesab olunan, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd tapança, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd darağ, zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 01 ədədi 1989cu, 01 ədədi 1991-ci illərdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı 02 ədəd ştat patronlar və 02 ədəd Təqsirləndirilən şəxs2 polis əməkdaşlarına atəş açdığı patronların gilizi aşkar edilərək götürülmüşdür, Təqsirləndirilən şəxs2 polisə silahlı müqavimət göstərdiyi üçün polis əməkdaşlarının açdığı cavab atəşi nəticəsində xəsarət alaraq dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, 02 may 2022-ci il tarixdə saat 10:30-da keçirilən baxış zamanı xəstəxanının həkimi Şahid7 tərəfindən müayinə olunarkən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə 1,893 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,907 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-in 234.1, 32.5, 206.3.1, 32.5 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərimişdir ki, narkotik vasitədən və psixotrop maddədən istifadə edir, xx.xx.2022-ci il tarixdə axşam saatlarında, Nəsimi rayonu «Papanin» adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə hesab edilən heroini alıb istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 09:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində 8 saylı binanın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə şəxsi axtarış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd VEGAS markalı siqaret qutusunun içərisində olan ağ rəngli kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş narkotik maddə heroin hesab edilən bükülü zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzaları ilə təsdiq etmişdir. 30 aprel 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ona zəng vuraraq təklif etdi ki, həm gəzinti, həm də qoyun-quzu almaq üçün Şəmkirə onunla getsin, o, da təkliflə razılaşmışdır. Birlikdə Şəmkir rayonuna getmişlər, lakin heyvan ala bilməmişlər, buna görə də heyvan almaq üçün Ağcabədi rayonuna getmişlər. Yolda olanda maşının arxa hissəsində yatmışdır. Rayona çatdıqda, ayaqyoluna getmək üçün maşından düşmüşdür. Bu zaman polis əməkdaşları onu tutmuşlar. Özü narkotik istifadəçisidir, lakin həmin vaxt narkotik götürməmişlər. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 5-6 ay olar ki, Rövşəndən bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana almışdır. Bundan sonra onların normal münasibətləri yaranmağa başlamışdır. Rövşən ona narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsdən əldə etdiyini bildirmişdir. O bir neçə dəfə Rövşənlə birlikdə Baba adlı şəxsin göndərdiyi narkotik vasitələri sonradan dediyi ünvanlara yerləşdirmişdir. Əsasən Rövşənin “Opel” markalı, **-OH-*** qeydiyyat nişanlı avtomobilini idarə etmişdir. Rövşən onun xidmətinin müqabilində ona istifadə etmək üçün narkotik vasitə vermişdir. Sonuncu dəfə 30 aprel 2022-ci il tarixdə Rövşənlə birlikdə Şəmkir rayonuna yola düşmüşlər. Rövşən Şəmkirdə bir nəfərlə görüşəcəyini, ondan narkotik vastəsinin satışından əldə edilən 500 manat pul almalı olduğunu demişdir. Onlar həmin gün Şəmkirə çatmışlar. Orada Rövşən bir nəfər tanımadığı şəxsdən 500 manat pul almış və onlar birlikdə Şəmkirdə yerləşən Qaqalar otelinə getmişlər. Növbəti gün Rövşən və tanışı ilə birlikdə Şəmkirdə yerləşən Şır-şır adlı restorana getmişlər. Orada yemək yeyərkən Rövşənə zəng gəlmişdir. Rövşən zəng edənin Baba olduğunu və Beyləqana narkotik vasitə yerləşdirdiyini bildirmişdir. Bundan sonra o Rövşənlə birlikdə Beyləqana getmişdir. Maşını Rövşən idarə etmişdir. Baba adlı şəxsin dediyi ünvana çatdıqda Rövşən maşını saxlamışdır. Rövşən ona həmin yeri izah edərək orada narkotik vasitələrin olduğunu və gedib götürməsini bildirmişdir. O Rövşənin dediyi kimi etmiş və deyilən yerdən torbaları götürüb maşına tərəf gətirmişdir. Maşına çatdıqda bir neçə nəfər mülki geyimli şəxslərin onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin zaman Rövşən dərhal avtomobili sürərək oradan uzaqlaşmışdır. Bu zaman polis əməkdaşlarının bəzilərinin onun arxasınca Ağcabədi rayonu istiqamətində getdiyini görmüşdür. Daha sonra onun narkotik vasitələrin və psixotrop maddələri Təqsirləndirilən şəxs2 ilə birlikdə dövriyyəsində şübhəli olduğumu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Beyləqan Rayon Polis Şöbəsinə gəldikdən sonra hüquqularının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o üç ədəd ağ rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbaların içindən ümumilikdə 23 bükümdə narkotik vasitə qurudulmuş marixuana, beş bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə heroin, 1590 ədəd metadon həbi, 27 ədəd həb, bir ədəd gözyaşardıcı qaz balonu aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Xiaomi” markalı mobil telefon, sol yan cibindən 200 manat pul aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 21 kq 835 qram olması müəyyən edilmişdir. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 5 kq 865 qram olması müəyyən edilmişdir. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 3 kq 735 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş kütlələr qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon da götürülmüş, lakin 200 manat pul ona geri qaytarılmışdır. O verilən suallara cavab olaraq, ondan aşkar olumuş narkotik vasitələri dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin göstərişi ilə Beyləqan rayonu ərazisindən ilə əldə etdiyini, həmin narkotik vasitələri sonradan Baba adlı şəxsin söylədiyi ünvanlara çatdırıb əvəzində pul alacaqlarını, Rövşənlə qabaqcadan razılaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiklərini, narkotik vasitələrdən istifadə etdiyini, Rövşənin boz rəngli, “Opel” markalı, **-OH-*** qeydiyyat nişanlı avtomobili idarə etdiyini, həmin avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Beyləqan rayonuna narkotik vasitə əldə etmək üçün gəldiklərini, narkotik vasitələri gecə saatlarında götürüb həmin avtomobilin yanına gətirdiyini, daha sonra avtomobilə narkotikləri yerləşdirməyə cəhd edən zaman polis əməkdaşlarının onu saxladığını, yaranmış qarışıqlıqdan istifadə edən Rövşənin hadisə yerindən yayındığını, Rövşənin idarə etdiyi avtomobili o da idarə etdiyini, həmin avtomobildə Rövşənin narkotik vasitə saxladığını, orada saxlanılan narkotik vasitələri təqdim edə biləcəyini və həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Bundan sonra o müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə 02 may 2022-ci il tarixdə 04 radələrində sərnişin qismində əyləşdiyi, boz rəngli “Opel” markalı, **-OH-*** qeydiyyat nişanlı avtomobilin olduğu yerə çatmışlar. Həmin avtomobilin salonunun sol ön hissəsində, sürücünün əyləşdiyi oturacağın altında gizlədilən bir ədəd bükümdə psixotrop maddə metamfetami təqdim etmişdir. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 478 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Rövşənin polis əməkdaşlarından qaçdığını, qaçarkən üzərində olan silahla polis əməkdaşlarına atəş açdığını, polisin qanuni tələbinə məhəl qoymadığı üçün və onlara atəş açdığı üçün polis əməkdaşları tərəfindən silahla zərərsizləşdirildiyini və xəstəxanaya yerləşdirildiyini öyrənmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CM-in 228.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 315-ci maddələri ilə ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə qoyun-quzu almaq üçün Şəmkirə getmişdir, tək getməməsi üçün Vüqardan xahiş edərək özü ilə aparmışdır. Şəmkirdə olan zaman Baba adılı bir şəxs zəng edərək Ağcabədi ərazisində 4 kg. Marixuana olduğunu, marixuananı götürməsini təklif etmişdir. O, da razılaşaraq Vüqarla birlikdə Ağcabədiyə getmişlər, lakin narkotik barədə Vüqara bir söz deməmişdir. Baba dediyi yerə çatandan sonra Vüqarı polis əməkdaşları tumuşlar, o, da qorxduğu üçün avtomaşını idarə edərək qaçmışdır. Polis əməkdaşları ona güllə ataraq yaralamışlar, o, polis əməkdaşlarına güllə atmamışdır, onda silah olmamışdır. Əməlindən peşimandır. Ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilərkən verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, əsasən narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Həmin narkotik vasitəni əsasən İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsdən əldə etmişdir. Babanı təxminən bir neçə ay olar ki, tanıyır. Babanın nömrəsini ətrafında olan şəxslərdən almışdır. Baba adlı şəxsdən bir neçə dəfə istifadə etmək üçün narkotik vasitə aldıqdan sonra normal münasibətləri yaranmağa başlamışdır. Bundan sonra Baba ona ölkə ərazisinə narkotik vasitə göndərəcəyi və həmin narkotik vasitənin yerini bildirəcəyini, o da deyilən yerdən narkotik vasitəni götürüb sonradan deyiləcək ünvanlara yerləşdirib əvəzində pul alacağını təklif etmişdir. O daha sonra bu barədə tanışı Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Vüqar onunla razılaşdıqdan sonra bu qayda ilə bir neçə dəfə Baba adlı şəxsin göndərdiyi narkotik vasitələri sonradan onun dediyi ünvanlara yerləşdimişlər. Əsasən bu işləri narkotik vasitələrin əvəzində etmişlər. 30 aprel 2022-ci il tarixdə onu və Vüqarı Şəmkir rayonuna qonaq çağırmışlar. Həmin gün orada qalmışlar. Növbəti gün orada olarkən Baba ona zəng edərək Beyləqana narkotik vasitə yerləşdirdiyini bildirmişdir. Bundan sonra o Vüqarla birlikdə Beyləqana yola düşmüşdür. Maşını o idarə etmişdir. Onlar Baba adlı şəxsin dediyi ünvana çatdıqda o maşını saxlamışdır. O Babanın ona göndərdiyi yeri Vüqara izah edərək orada narkotik vasitələrin olduğunu və gedib götürməsini bildirmişdir. Vüqar onun dediyi kimi etmiş və deyilən yerdən torbaları götürüb maşına tərəf gəlmək istədikdə bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin zaman o təşvişə düşmüş dərhal avtomobili sürərək oradan uzaqlaşmışdır. O avtomobili Ağcəbədi rayonu istiqamətində sürməyə başlamışdır. Bu zaman polis əməkdaşlarının bəziləri onun arxası ilə gəlmişlər. O Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 111-ci kilometrliyinə çatdıqda avtomobil ilə qaçsa tutulacağını başa düşüb avtomobili yolun kənarında saxlamış və avtomobildən düşərək ağaclıq tərəfə qaçmağa başlamışdır. O qaçarkən üzərində olan odlu silahla polis əməkdaşları olan tərəfə atəş açmışdır. Polis əməkdaşları havaya atəş açaraq dayanmasını tələb etsələr də o polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq qaçmağa davam etmişdir. O yenidən atəş açdıqdan sonra polis əməkdaşlarının açdığı atəş nəticəsində xəsarət almış və yerə yıxılmışdır. Bundan sonra onu xəstəxanaya yerləşdirmişlər. Daha sonra olanlar barədə məlumatı olmamışdır. Polis əməkdaşlarına atəş açdığı odlu silahı Sumqayıt şəhərində Əli adlı şəxsdən əldə etmişdir. Silahın müqabilində həmin şəxsə 270 manat pul vermişdir. Həmin silahın üzərində 04 ədəd güllə olmuşdur. İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsin göndərdiyi narkotik vasitələri götürərkən təhlükəli olduğu üçün və tutulmamaq üçün həmin silahı alaraq üzərində saxlamışdır. Əlinin anket məlumatlarını bilmir, həmin şəxsin Sumqayıt şəhərində yaşadığını bilir. əvvəllər tutulmadığı üçün təşvişə düşüb polis əməkdaşları tərəfə atəş açmışdır. Polis əməkdaşları tərəfə atəş açmaqda məqsədi onları qorxutmaq olmuşdur, düşünmüşdür ki, onlar tərəfə atəş açsa onun arxası ilə gəlməzlər. Üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni tutulmamışdan 3-4 gün qabaq Baba adlı şxəsdən əldə etmiş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Avtomobildən də aşkar edilmiş psixotrop maddə metamfetamini tutulmamışdan 3-4 gün qabaq Baba adlı şəxsdən əldə etmiş və şəxsi istifadəsi üçün avtomobilinə qoymuşdur. Bir dəfə təsadüf nəticəsində Vüqar onda silahın olmasını görmüş və nə üçün saxladığını bildirdikdə o İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsin göndərdiyi narkotik vasitələri götürərkən təhlükəli olduğu üçün və tutulmamaq üçün həmin silahı üzərində saxladığını bildirmişdir. Həmin silahdan istifadə etməkdə məqsədi sadəcə polis əməkdaşlarını qorxudaraq qaçmamağına mane yaratmalarının qarşısını almaq olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verdikləri ifadələrinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, ifadələrində bildirdikləri bu xüsusatları onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 01 may 2022-ci il Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qabaqcadan əlbir olaraq qaçaqmalçılıq yolu ilə əldə edib Beyləqan rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs2 üzərində odlu silah gəzdirməsi və istifadə etməsi bərədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 01 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Aruf oğlunun Beyləqan rayonunun Eyvazlılar kəndinin ərazisində narkotik vasitə əldə edəcəkləri müəyyən edilmişdir. Əməliyyat məlumatına uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitəni qəbul edəcəkləri ərazi müşahidəyə götürülmüşdür. 02 may 2022-ci il tarixə keçən gecə Eyvazlılar kəndindən Ağcəbədi şəhərinə gedən magistral yola “Opel Astra” markalı ** OH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin daxil olub Ağcəbədi şəhəri istiqamətində yolun sağ tərəfində dayandığını görmüşlər. Həmin avtomobildə iki şəxs olmuşdur. Qarşı tərəfdə əyləşmiş bir şəxs avtomobildən düşüb yolun kənarında olan sahəyə enmiş və bir müddət sonra həmin yerdən bir-bir olmaqla üç ədə kisə gətirib avtomobilin yanına qoymuşdur. Sürücü isə avtomobildən düşməmiş və avtomobildə gözləmişdir. Onlar artıq həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bilmişlər. Avtomobillərdən düşüb həmin avtomobilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 saxlayıb onlara polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin zaman “Opel Astra” markalı avtomobili idarə edən Təqsirləndirilən şəxs2 avtomobillə həmin yerdən uzaqlaşmışdır. O dərhal radiostansiya ilə yol patrul xidmətinə məlumat verib, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını verib, avtomobilin saxlanılması əmrini vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib yanında olan torbalarla bilrikdə polis əməkdaşı Şahid6 idarə etdiyi “VAZ2115” markalı avtomobillə Beyləqan Rayon Polis Şöbəsinə yola salmışdır. O, Şahid5 və Şahid4 adlı əməkdaşlarla birlikdə xidməti “Mercedes Citran” markalı avtomobillə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxası ilə yola düşmüşlər. Ağcəbədi şəhəri ərazisində bir avtomobilin surətlə irəlilədiyi üçün idarəetməni itirdiyini və yolun hərəkət hissəsində ziqzaqvari hərəkətlər etməyə başladığını görmüşlər. Həmin avtomobil qəfil yolun sağ hissəsinə istiqamətlənmiş və torpaq sahəyə keçərək orada dayanmışdır. Həmin avtomobilə çatdıqda avtomobilin rəngindən və markasından Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin olduğunu bilmişlər. Onlar avtomobili saxlayaraq düşmüşlər. Təqsirləndirilən şəxs2 da avtomobildən düşüb saxladığı torpaq yolla qaçmağa başlamışdır. Təxminən 1-2 addım atdıqdan sonra isə arxaya çönüb onlar istiqamətdə odlu silahdan bir dəfə atəş açmış və yenə də Ağcəbədi şəhəri istiqamətində qaçmağa davam etmişdir. Sonradan yolun kənarında olan dəmir məhəccərləri keçib torpaq sahəsinə daxil olmuşdur. O isə Rövşənin əlində odlu silah olduğunu, bir dəfə onlara tərəf atəş açdığını, həmçinin odlu silahla uzaqlaşsa başqa daha ağır bir cinayət törədəcəyindən ehtiyyatlanaraq xidməti silahından havaya xəbərdarlıq atəşi açmışdır. Həmçinin ona qışqıraraq səslənib polis əməkdaşları olduqlarını bildirmiş və qaçmamasını tələb etmişdir. Təqsirləndirilən şəxs2 isə onun dediklərinə məhəl qoymadan “gəlməyin, yoxsa atəş açacam” deyib qaçmağa davam etmişdir. Təxminən 20-30 metr aralaşdıqda Təqsirləndirilən şəxs2 yenidən arxaya çönüb onlar tərəfə atəş açmışdır. Bundan sonra artıq Təqsirləndirilən şəxs2 onlara qarşı atəş açdığını və həyat sağlamlıqları üçün real təhlükə yaratdığını görmüşlər. Buna görə də polis əməkdaşı Şahid5 xidməti silahından bir dəfə Təqsirləndirilən şəxs2 istiqamətində atəş açmışdır. Həmin zaman Təqsirləndirilən şəxs2 yıxılmadan yerində dayanmışdır. Onlar Təqsirləndirilən şəxs2 tərəf yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 tutub onun idarə etdiyi avtomobil tərəfə gətirmişlər. Təqsirləndirilən şəxs2 silahı onu saxladıqları yerə düşmüşdür. Lakin silaha toxunmamışlar, silah həmin yerdə qalmışdır. Avtomobilin yanında Təqsirləndirilən şəxs2 halının pisləşdiyini, çiynindən isə qan axdığını görmüşlər və onu yerə uzatmışlar. Bundan sonra hadisə yerinə yol-patrul xidməti avtomobili gəlmişdir. Təqsirləndirilən şəxs2 həmin avtomobillə ən yaxın olan xəstəxanaya göndərmişdir. Həmin yer Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 111-ci kilometrliyi olduğunu müəyyən etmişlər. Əməliyyat qrupuna daxil olmuş təhqiqatçıya və qrup ilə birlikdə hadisə yerinə gəlmələrini tapşırmışdır. Onlar Beyləqan Rayon X7 Cəfərovun üzərində şəxsi axtarış keçirdikdən sonra elə Təqsirləndirilən şəxs1la və müdafiçisi ilə bilrkdə hadisə yerinə gəlmişlər. İlk öncə Rövşən Cəfərovun iştirakı ilə “Opel Astra” markalı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış videoçəkilişdən istifadə olunmaqla aparılmışdır. Təqsirləndirilən şəxs1 sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin salonunun sol ön hissəsində, sürücünün əyləşdiyi oturacağın altında gizlədilən bir ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra ətraf əraziyə baxış keçirilmişdir. Avtomobil yolunun sağ tərəf kənarında yol ayrıcının üzərində sözügedən avtomobillə təxminən 12 metr məsafədə onun “Makarov” markalı xidməti silahdan istifadə edərək atəşi açıldığı patron gilizləri aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 avtomobildən təxminən 7 metr məsadəfə 1-ci atəş açdığı giliz, 1-ci gilizdən isə bir qədər aralıda 2-ci giliz, sonuncu gilizdən bir qədər aralıda isə “Makarov” markalı tapança, həmin tapançaya aid 1 ədəd daraq və 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olumuş psixotrop maddəni Təqsirləndirilən şəxs2la birlikdə İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində yol kənarından deyiləcək yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini və həmin bükümü Rövşənin sürücü oturacağının altında gizlətdiyini, Rövşənlə əlbir olub narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etdiyini, Rövşənin arada onu həç kimin tuta bilməyəcəyini, özünü məxsus silahının olduğunu lazım gəldikdə tədbiq edəcəyini dəfələrdə dediyini bildirmişdir. Səhəri gün, Ağcəbədi Mərkəzi xəstəxanasının həkimi Şahid7 məlumat verərək bildirmişdir ki, xəstəxanaya daxil olmuş Təqsirləndirilən şəxs2 tibbi yardım göstərilərkən paltarları çıxarılan zaman üzərində olan əşyalara baxış keçirilmiş və iki ədəd şübhəli büküm aşkar edilmiş, həmin bükümü könüllü təqdim etmək istəyir. Bundan sonra məlumat əsasında təhqiqatçı tərəfindən baxış və götürmə qərarı qəbul edilmiş və polis əməkdaşları ilə birlikdə xəstəxanaya getmişlər. Orada videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmiş, həkim Şahid7 aşkar etdiyi iki ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış zamanı birinin içərisində ağ rəngli kristalvari psixotrop maddə metamfetamin, digər bükümdə isə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddələrin olması müəyyən edilmişdir. Həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşları Şahid5 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermiş. İşi üzrə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşı Şahid2 Xəqani oğlu ifadəsində bildirmişdir ki, 01 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satışı məqsədi ilə qabaqcadan əlbir olaraq qaçaqmalçılıq yolu ilə əldə edib Beyləqan rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs2 üzərində odlu silah gəzdirməsi və istifadə etməsi bərədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 01 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Beyləqan rayonunun Eyvazlılar kəndinin ərazisində narkotik vasitə əldə edəcəkləri müəyyən edilmişdir. Əməliyyat məlumatına uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitəni qəbul edəcəkləri ərazi müşahidəyə götürülmüşdür. 02 may 2022-ci il tarixə keçən gecə Eyvazlılar kəndindən Ağcəbədi şəhərinə gedən magistral yola “Opel Astra” markalı ** OH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin daxil olub Ağcəbədi şəhəri istiqamətində yolun sağ tərəfində dayandığını görmüşlər. Həmin avtomobildə iki şəxs olmuşdur. Qarşı tərəfdə əyləşmiş bir şəxs avtomobildən düşüb yolun kənarında olan sahəyə enmiş və bir müddət sonra həmin yerdən bir-bir olmaqla üç ədəd kisə gətirib avtomobilin yanına qoymuşlar. Sürücü isə avtomobildən düşməmiş və avtomobildə gözləmişdir. Onlar artıq həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bilmişlər. Avtomobillərdən düşüb həmin avtomobilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 saxlayıb onlara polis əməkdaşı olduqlarını qeyd etmişlər. Həmin zaman “Opel Astra” markalı avtomobili idarə edən Təqsirləndirilən şəxs2 avtomobillə həmin yerdən uzaqlaşmışdır. Polis əməkdaşı Şahid1 dərhal radiostansiya ilə yol patrul xidmətinə məlumat verib, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını verib, avtomobilin saxlanılması göstərişini vermişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib yanında olan torbalarla bilrikdə polis əməkdaşı Şahid6 idarə etdiyi “VAZ-2115” markalı avtomobillə Beyləqan Rayon Polis Şöbəsinə yola salınmışdır. Bəzi polis əməkdaşıları Rövşənin dalınca yollanməşlar, və digər polis əməkdaşları isə Beyləqan Rayon Polis Şöbəsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunub hüquq və vəzifələri izah olunmuş və üzərində şəxsi axtarış keçirilməsi üçün şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuş və barəsində təyin edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 saxlanılan zaman yanında olan üç ədəd ağ rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbaların içindən ümumilikdə iyirmi üç bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, beş bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, bir bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, min beş yüz doğsan ədəd həb, iyirmi yeddi ədəd başqa formalı həb, bir ədəd gözyaşardıcı qaz aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar olumuş narkotik maddələri dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin göstərişi ilə Beyləqan rayonu ərazisindən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, Rövşənlə qabaqcadan razılaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiklərini, narkotik vasitələrdən istifadə etdiyini, Rövşənin boz rəngli, “Opel” markalı, ** OH *** nömrəli avtomobili idarə etdiyini, həmin avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Beyləqan rayonuna narkotik maddə əldə etmək üçün gəldiklərini, narkotik maddəni gecə saatlarında götürüb həmin avtomobilin yanına gətirdiyini daha sonra avtomobillə narkotikləri yerləşdirməyə cəhd edən zaman polis əməkdaşlarının onu saxladığını bildirmişdir.Bir qədər sonra qrup rəhbəri Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili Mingəçevir-Bəhrəmtəpə yolunun 111-ci kilometrliyində saxlamışlar. Həmin avtomobilə baxış keçirilməsi üçün onları dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1, müdafiəçi və qrup üzvləri ilə avtomobil olan yerə getmişlər. Orada Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 avtomobili yolun kənarında saxlayıb qaçmağa başlamış və qaçarkən onlara silahla atəş açmışdır. Onların həyat və sağlamlığı üçün real təhlükə olduğu üçün xidməti silahdan istifadə etməklə Təqsirləndirilən şəxs2 saxlamışlar və xəsarət aldığı üçün tibbi yardım göstərilməsi üçün tibb müəsissəsinə göndərmişlər. Özləri isə qalıb hadisə yerini mühafizə etmişlər. Orada ilk öncə Rövşən Cəfərovun iştirakı ilə “Opel Astra” markalı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin salonunun sürücünün əyləşdiyi oturacağın altında gizlədilən bir ədəd sellofan büküm təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra metamfetaminə bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşı Şahid6 Şahid2 Xəqani oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermiş. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin əməkdaşı Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər ərazisində qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 13 aprel 2022- ci il tarixdə saat 09:30-da Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 8 saylı binanın qarşısında saxlayaraq Binəqdi RPİ-nin 6-cı Polis bölməsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərində axtarış keçirilmiş, axtarışdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxt o, əynindəki acıq qəhvəyi rəngində olan şalvarın sağ yan cibindən bir ədəd VEGAS markalı siqaret qutusunu və içərisində olan bir ədəd ağ rəngli kağız bükülünü təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində olan bükülü açıldıqda içərisində heroinə bənzər narkotik maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin bükülünün içində narkotik vasitə olan heroindir, bir gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Papanin” adlı yerdən taqnmadığı şəxsdən 20 manata almışdır. Bundan sonra həmin maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 Qəhbər oğlu Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermiş. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə bioloji ekspertizasının 02 may 2022-ci il tarixli 17/372 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 əlində saxladığı torbadan aşkar olunan kütlələr.....” sözləri yazılmış sintetik kisənin içərisindəki; - 10 (on) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 535 qram, 1055 qram, 1045 qram, 1100 qram, 560 qram, 585 qram, 645 qram, 1050 qram, 294 qram, 1,0 qram, ümumi təmiz çəkisi - 6 kq 870 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, - 03 (üç) ədəd sellofan bağlamalarda və 02 (iki) ədəd kiçik sellofan paketdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 2115 qram, 2195 qram, 1510 qram, 14,375 qram, 14,497 qram, ümumi təmiz çəkisi - 5 kq 848,872 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlərdir, - 01(bir) ədəd sellofan bağlamada, təmiz çəkisi – 3 kq 725 qram olan maddə kustar üsulla hazırlanmmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, digər 01 (bir) ədəd sintetik kisənin içərisindəki; - 06 (altı) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 2670 qram, 1035 qram, 2240 qram, 1103 qram, 2580 qram, 2,0 qram, ümumi təmiz çəkisi - 9 kq 630 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, digər 01 (bir) ədəd sintetik kisənin içərisindəki; - 07 (yeddi) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 2570 qram, 655 qram, 470 qram, 270 qram, 375 qram, 580 qram, 415 qram, ümumi təmiz çəkisi - 5 kq 335 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır, - 159 (bir yüz əlli doqquz) ədəd üzərlərində "Methadone 40" yazısı olan blisterlərdə, ümumilikdə 1590 (bir min beş yüz doxsan) ədəd həblər metadon dərman preparatlarıdır. Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. 1590 (bir min beş yüz doxsan) ədəd həblərin təsiredici maddəsinin ümumi miqdarı - 63,60 qram təşkil edir, - 01 (bir) ədəd kiçik metal qutuda 27 (iyirmi yeddi) ədəd həblər narkotik vasitələrə və ya psixotrop maddələrə aid deyil. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 sərnişin qismində əyləşdiyi, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunmuş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bağlamada, təmiz çəkisi - 475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq həkimin təqdim etdiyi....” sözləri yazılmış zərfin içərisindəki; - 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 1,893 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, - digər 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,907 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan bağlamada və 01 (bir) ədəd gümüşüağ rəngli kağız bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim edilmiş, ümumilikdə 04 (dörd) ədəd sellofan bağlamalarda, 02 (iki) ədəd kiçik sellofan paketlərdə və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, ümumilikdə 23 (iyirmi üç) ədəd sellofan bağlamalarda qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim edilmiş, 1590 (bir min beş yüz doxsan) ədəd metadon həbləri tərkiblərinə görə eynidirlər. 1) Heroinlərin ümumi təmiz çəkisi - 3725,907 qram, tədqiqata sərf edildi - 0,100 qram (hər ob,- 0,050 qram)., qalıq - 3725,807 qram; 2) Metamfetaminlərin ümumi təmiz çəkisi - 6323,765 qram, tədqiqata sərf edildi - 0,350 qram (hər ob.-0,050 qram)., qalıq - 6323,415 qram; 3) Marixuanaların ümumi təmiz çəkisi - 21835 qram, tədqiqata sərf edildi - 1,05 qram (hər ob,- 0,05 qram), qalıq- 21833,95 qram; 4) 1590 (bir min beş yüz doxsan) ədəd metadon həbləri, tədqiqata sərf edildi - 10 (on) ədəd həb; qalıq – 1580 (bir min beş yüz səksən) ədəd həblər; 5) 27 (iyirmi yeddi) ədəd həblər, tədqiqata sərf edildi- 05 (beş) ədəd həb; qalıq – 22 (iyirmi iki) ədəd həb. Ekspertiza tədqiqatının dəyəri 107 (yüz yeddi) manat 91 (doxsan bir) qəpik təşkil edir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 13 aprel 2022-ci il tarixli 6/2096 nömrəli rəyindən görünür ki Tədqiqata təqdim edilmiş üzərində”Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N175” dairəvi möhür əksi “İştirakçılar Təqsirləndirilən şəxs1 o.imza...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,340 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,340 qram, tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq 0,290 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 02 may 2022-ci il tarixli 22/345R nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd OH-7002 N-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kaliblri PM modelli, Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 01 ədədi 1989-cu, 01 ədədi 1991-ci illərdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 04 ədəd gilizlər zavod üsulu ilə 02 ədədi 2008-ci, 01 ədədi 2010-cu illərdə Azərbaycan Respublikasında, 01 ədədi 1968-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronların bir hissəsidir-atılmış gilizləridir və döyüş sursatı hesab olunmur. Həmin gilizlərdən 02 ədədi tədqiqata təqdim edilmiş 9 mm kalibrli OH-7002 N-li PM modelli, Makarov konstruksiyalı tapançadan, digər 02 ədəd gilizlər isə ayrı-ayrı PM modelli, Makarov konstruksiyalı tapançalardan atılmışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd silindrik əşya, zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş, özünü müdafiə müdafiə etmək üçün nəzərdə tutulmuşxüsusi təyinatlı göz yaşardıcı qaz püskürən balondur və döyüş sursatı hesab edilmir. Sınma, qopma, deformasiyaya uğrama izləri olmamasına və tam şəkildə olmasına görə həmin göz yaşardıcı qaz püskürən balon təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən gülləgiliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə, ABİS sistemin vasitəsilə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Təqdim edilmiş 02 ədəd 9x18 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olundu. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 02 may 2022-ci il tarixli 22/346R nömrəli rəyindən görünür ki, 1. xx.xx.2022-ci il tarixdə BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən Beyləqan rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vət. Təqsirləndirilən şəxs2 Ağcəbədi rayonu ərazisində polis əməkdaşlarına silahlı qarşı müqavimət göstərməsi faktı ilə əlaqədar tədqiqata təqdim edilmiş 01 ədəd tapançanın üzərindən yapışqan lent kəsiyi vasitəsi ilə götürülmüş 01 ədəd əl barmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Müqayisəli tədqiqata təqdim edilmiş vət. Təqsirləndirilən şəxs2 adına olan əl əksləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 3. şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq və 01 ədəd ovuc izləri(tədqiqata təqdim edilmiş) xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş vət. Təqsirləndirilən şəxs2 sol əlinin böyük barmağının və ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3890 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3889 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən 13 aprel 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 13 aprel 2022-ci il tarixdə 09:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 8 saylı binanın qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar olumuş narkotik maddəni tutulmamışdan bir gün qabaq “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat əvəzində aldığını, narkotik vasitə istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 02 may 2022-ci il tarixli videoçəkilişlə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 may 2022-ci il tarixdə saat 00:05-də Beyləqan rayonu Eyvazlılar kəndində “Opel” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında 3 ədəd polietilen torba ilə birlikdə saxlanılaraq Beyləqan Rayon polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman 3 ədəd polietilen torbadan 23 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 5 bükümdə psixotrop maddə metamfetamin,1 bükümdə narkotik vasitə heroin, 1590 ədəd narkotik vasitə heroin tərkibli həb, 27 ədəd narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan həb, bir ədəd göz yaşardıcı balon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 1 ədəd «XİOMİ» markalı mobil telefon və 200 (iki yüz) manat pul aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar olumuş narkotik maddələri dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin göstərişi ilə Beyləqan rayonu ərazisindən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, Rövşənlə qabaqcadan razılaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiklərini, narkotik vasitələrdən istifadə etdiyini, Rövşənin boz rəngli, “Opel” markalı, ** OH *** nömrəli avtomobili idarə etdiyini, həmin avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Beyləqan rayonuna narkotik maddə əldə etmək üçün gəldiklərini, narkotik maddəni gecə saatlarında götürüb həmin avtomobilin yanına gətirdiyini daha sonra avtomobillə narkotikləri yerləşdirməyə cəhd edən zaman polis əməkdaşlarının onu saxladığını, yaranmış qarışıqlıqdan istifadə edən Rövşənin hadisə yerindən yayındığını, Rövşənin idarə etdiyi, özünün sərnişin qismində əyləşdiyi, vaxt aşırı olaraq özünün də idarə etdiyi boz rəngli, “Opel” markalı, ** OH *** nömrəli avtomobildə Rövşənin narkotik maddə saxladığını, orada saxlanılan narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 200 manat pul özünə qaytarılmış, bir ədəd «XİOMİ» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edildiyi üçün götürülmüşdür. İş materiallarında olan 02 may 2022-ci il tarixli videoçəkilişlə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Qasımov X3 Mərkəzi Rayon Xəstəxanasında həkim cərrahı Şahid7 Arif oğlu tərəfindən müayəinə edən zaman əynində olan şalvarın sağ yan cibindən narkotik maddəyə bənzər bükümlər aşkar edildiyi barədə aidiyyət üzrə məlumat verilmiş. Həmin tarixdə baxış keçirilmiş, baxış zamanı həkim Şahid7 ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif olunmuş. Bu təklifdən sonra Şahid7 sağ əlində saxladığı 1 (bir) ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 bükümdə açıq qəhvəyəi rəngli heroinə bənzər kütlələri təqdim etdi. Aşkar olunmuş predmetlər qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Opel” markalı, ** OH *** nömrəli avtomobilin salonunun sürücünün əyləşdiyi oturacağın altında gizlədilən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin avtomobilin digər hissələrinə baxış keçirilmiş və avtomobildən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs2 məxsus iki ədəd bank kartı, “Nokia” markalı mobil telefon, “HP" markalı komputer aşkar olunaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha avtomobil saxlanıldığı yeridə ətraf əraziyə baxış keçirilmişdir. Avtomobil yolunun sağ tərəf kənarında yol ayrıcının üzərində sözügedən avtomobillə təxminən 12 metr məsafədə Şahid1 “Makarov” markalı xidməti silahdan istifadə edərək xəbərdarlıq atəşi açdığı patronun gilizi aşkar olunaraq ağ rəngli zərfə qoyulmuşdur. Həmin gilizin yanından təxminən 10 metr məsafədə Şahid5 “Makarov” markalı xidməti silahdan istifadə edərək atəş açdığı patronun gilizi aşkar olunaraq həmin zərfə qoyulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən təxminən 7 metr məsadəfə 1-ci atəş açdığı giliz, 1-ci gilizdən isə bir qədər aralıda 2-ci giliz, sonuncu gilizdən bir qədər aralıda isə “Makarov” markalı tapança, həmin tapançaya aid 1 ədəd daraq və 2 ədəd patron aşkar edilərək 2 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olumuş psixotrop maddəni Təqsirləndirilən şəxs2la birlikdə İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində yol kənarından deyiləcək yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini və həmin bükümü Rövşənin sürücü oturacağının altında gizlətdiyini, Rövşənlə əlbir olub narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etdiyini, Rövşənin arada onu heç kimin tuta bilməyəcəyini, özünü məxsus silahının olduğunu lazım gəldikdə tədbiq edəcəyini dəfələrdə dediyini bildirmişdir. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (070) ***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən siyahıya baxış keçirilmişdir. Həmin siyahıya baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS mətnlərin daxil olması müəyyən olundu: 1) xx-xx-2021–ci il tarixdə saat 19:34-də **********35 nömrəli abunəçidən göndərilmişdir: “Dünenki.zirzibildi.senallah.yaxşi varsa.yaxşisın.ver”. 2) xx-xx-2021-ci il tarixdə saat 01:37-də **********27 nömrəli abunəçidən göndərilmişdir: “Ay rowen menem xanbala teli aç mene meti lazimdi alinar teli acda”. 3) xx-xx-2021-ci il tarixdə saat 00:54-də **********75 nömrəli abunəçidən göndərilmişdir: “Rowen bir soz dinen axriyram yata bilmirem lomkadayam”. 4) xx-xx-2021-ci il tarixdə saat 01:51-də **********21 nömrəli abunəçidən göndərilmişdir: “Emi mahrdi gellim gotrim dermani allaha at ollsun sabah vercyem pullvi lomkadyam”. 5) xx-xx-2021-ci il tarixdə saat 21:21-də **********12 nömrəli abunəçidən göndərilmişdir: “Qardaş menim 90 manat pulum var mene 3 kofe yarım pencere vere blersen”. 6) xx-xx-2021-ci il tarixdə saat 20:00-da **********83 nömrəli abunəçidən göndərilmişdir: “qaqaş 50 ver 1 kola yarı da patı”. 7) xx-xx-2021-ci il tarixdə saat 20:55-də **********92 nömrəli abunəçidən göndərilmişdir: “ay ami pati gotumedinmi vallah menim pulum yoxdu orxanda var 10 manat oda deyir pati alax beyax ona gore ata bilmedim kartina mene gece gelecek pul”. 8) xx-xx-2022-ci il tarixdə saat 15:23-də **********92 nömrəli abunəçidən göndərilmişdir: “Emi mene birdene derman birde pati geti tez ne olar”. 9) xx-xx-2022-ci il tarixdə saat 04:54-də **********84 nömrəli abunəçidən göndərilmişdir: “əmi sən canın imkan varsa mənə birdene yarı pati getiresen”. 10) xx-xx-2022-ci il tarixdə saat saat 13:08-də **********50 nömrəli abunəçidən göndərilmişdir: “dayı 20 kola lazımdır var neqdı götürürem tecılı de dayı”. 11) xx-xx-2022-ci il tarixdə saat 13:28-də **********50 nömrəli abunəçidən göndərilmişdir: “dayı ınan allaha özüm ücün götürürem 20 qram götürecem neqd pula düz”. 12) xx-xx-2022-ci il tarixdə saat 02:01-də **********42 nömrəli abunəçidən göndərilmişdir: “Röşən laqonda lobzik sapaşqi 3 nə 1 .05 kola vermirsən bir söz de”. 13) xx-xx-2021-ci il tarixdə saat 17:12-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsindən ********** nömrəsinə göndərmişdir: “Patim yoxdur 3--4 q kola saxlamisam sene emanetler axsam atilacaq”. 14) xx-xx-2022-ci il tarixdə saat 22:26-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsindən **********42 nömrəsinə göndərmişdir: “Mahir salam menem rovsen 25manat vurum karta srocnu 1dene qr pati lazimdi”. 15) xx-xx-2022-ci il tarixdə saat 00:42-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsindən **********38 nömrəsinə göndərmişdir: “Orxan menem emioqlu rovwen 10m daw lazimdi”. 16) xx-xx-2022-ci il tarixdə saat 16:13-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsindən **********42 nömrəsinə göndərmişdir: “Mahir 15 toz 2 daw 15deq catiram 17diye toz duwur 25ede daw”. 17) xx-xx-2022-ci il tarixdə saat 00:29-da **********41 nömrəli abunəçidən göndərilmişdir: “Axwamin xeyir daw lazimdi puluynan”. 18) xx-xx-2022-ci il tarixdə saat 06:43-də **********35 nömrəli abunəçidən göndərilmişdir: Sabahın xeyir. Ay dayi düz doqquzun yarısı burda olda. Ne gec, ne tez. Gelende gör imkanlaşdır bir qram kola, 10 manatlıq da daş götür. Men pulun verecem”. 19) xx-xx-2022-ci il tarixdə saat 23:43-də **********39 nömrəli abunəçidən göndərilmişdir: “Məndə gəlirəm ora tez verim pulu gedim nəsə varundusa 3 kola 1 pati”. 20) xx-xx-2022-ci il tarixdə saat 20:16-da **********16 nömrəli abunəçidən göndərilmişdir: “Rovwen menem Qemer, gelirsende sen?Gonderirdim uwagi almaga ona gore deyirem,agridan dayana bilmirem allah haqqi, mawtagadaydin bayaq indi uje hardasan. Mene bidenede siqaret alda evden cixib alanmiram kent 4 otelin yaninda arazdan ele alda qurban sene, bide mali az eleme”. 21) xx-xx-2022-ci il tarixdə saat 22:37-də **********26 nömrəsindən göndərilmişdir: “Rovwen 1qr bide yari getirde,gec olmasinda qadan alim”. 22) xx-xx-2022-ci il tarixdə saat 01:26-da **********26 nömrəli abunəçidən göndərilmişdir: Rovwen olurem e allah haqqi mene 1qr getirde qurban olum gec eleme Dunen geceden yigiram uwaq gelendenki mali getir saat 4e kimi gozledi 5 qram gotururdu ozde”. 23) xx-xx-2022-ci il tarixdə saat 00:11-də **********16 nömrəli abunəçidən: Menem Qemer ozumde kontur yoxdu mene mal vermemiw getme.Yarinin pulu var ama bir ver nolar tezden iw dalinca gedecem agrim olmasin pulu gunortaya ele vuracam”. 24) xx-xx-2022-ci il tarixdə saat 23:08-də **********26 nömrəli abunəçidən göndərilmişdir: “rovwen 1 qramin pulu varda axwan ustunden yaziramki mene mal getir olurem,eger gelmiyessense bawqasidan alim onda cunki qala bilmirem da bele”. Anten məlumatlara baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş **********78 nömrəsi sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 23:59-da Beyləqan rayonunun Eyvazlılar kəndində istifadə edilmişdir. Həmçinin danışıqların siyahısına baxış keçirilərkən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş **********78 nömrəsi ilə dəfələrlə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş **********35 nömrəsi arasında danışıqlar olmuş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 02:16-da 14 saniyə müddətində danışıq olmuşdur. İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən siyahıya baxış keçirilmişdir. Həmin siyahıya baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS mətnlərin daxil olması müəyyən olundu: 1) xx-xx-2021–ci il tarixdə saat 01:38-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********34 nömrəli abunəçiyə göndərmişdir: “Brat sancan kola varındı bir tika, 25diy”. 2) xx-xx-2021-ci il tarixdə saat 22:58-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********38 nömrəli abunəçiyə göndərmişdir: “Brat 2 dana 5 diy cola”. 3) xx-xx-2021-ci il tarixdə saat 15:13-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********11 nömrəli abunəçiyə göndərmişdir: “sene k lazim olacaq?”. 4) xx-xx-2021-ci il tarixdə saat 01:33-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********07 nömrəli abunəçiyə göndərmişdir: “Pati var?”. 5) xx-xx-2021-ci il tarixdə saat 06:41-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********11 nömrəli abunəçiyə göndərmişdir: “Super p var isteyirsen”. 6) xx-xx-2021-ci il tarixdə saat 04:27-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********92 nömrəli abunəçiyə göndərmişdir: “Ay brat tema lazımdır varindi”. 7) xx-xx-2021-ci il tarixdə saat 04:34-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********24 nömrəli abunəçiyə göndərmişdir: “Brat mani kim soruşsa yani arvad tayfasi denan getdi daw almaga getdi”. 8) xx-xx-2022-ci il tarixdə saat 18:44-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********02 nömrəli abunəçiyə göndərmişdir: “Gardew sancan 30 va 5 PT”. 9) xx-xx-2021-ci il tarixdə saat 23:42-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********92 nömrəli abunəçiyə göndərmişdir: “Brat temaynan tema dayiwmak istiyrm”. 10) xx-xx-2021-ci il tarixdə saat saat 13:43-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan nömrəsindən **********10 nömrəli abunəçiyə göndərmişdir: “3 karopk ot lazimdi”. 11) xx-xx-2022-ci il tarixdə saat 02:01-də **********22 nömrəli abunəçidən göndərilmişdir: “patı yoxundı”. 12) xx-xx-2021-ci il tarixdə saat 06:41-də **********11 nömrəli abunəçidən göndərilmişdir: “super p var istiyisense gel tez biryerde edey”. 13) xx-xx-2022-ci il tarixdə saat 23:45-də **********07 nömrəli abunəçidən göndərilmişdir: “Vüqar 10manatlıq patı tapmaq olar”. 14) xx-xx-2022-ci il tarixdə saat 16:05-də **********00 nömrəli abunəçidən göndərilmişdir: “Vuqar kola goturmey isdiyirem sende alinmirsa bawqa yerden goturum”. 15) xx-xx-2022-ci il tarixdə saat 20:28-də **********00 nömrəli abunəçidən göndərilmişdir: “Puluynan nese var ? Tez xeber elede yoxdusa bawqa yerden goturum gozduyen var meni”. 16) xx-xx-2022-ci il tarixdə saat 16:02-də **********07 nömrəli abunəçidən göndərilmişdir: “1 qram kola lazımdı qaqaş imkan varsa cavab ver”. 17) xx-xx-2022-ci il tarixdə saat 16:53-də **********26 nömrəli abunəçidən göndərilmişdir: “Salam qaqa 2 qiram tema lazmdi tapmag olar xeber ver”. 18) xxxx-2022-ci il tarixdə saat 23:15-də **********39 nömrəli abunəçidən göndərilmişdir: “Salam qaqas necəsən TT di otun var”. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Nokia” markalı mobil telefona keçirilmiş baxış zamanı mobil telefonda aşağıdaki məlumatlar aşkar edildi. -Mobil telefonun foto bölümündə xəritə üzərində Mingəçevir Bəhrəmtəpə yolu və həmin yolun kənarında ağaclıq hissədə işarələnmiş yerin fotoşəkili vardır. Bundan başqa yapışqan lentlə bağlanmış bağlamaların fotoşəkilləri vardır. Həmin bağlamalar ox işarəsi ilə işarələnmişdir. -Bundan başqa mobil telefonun “Whatsapp” mobil tətbiqində +**********74 nömrəsindən 01 may və 02 may tarixlərində dəfələrlə zəng gəlməsi, eləcə də həmin nömrə sahibi terefindən “**********493974” bank hesab kartı mesajı göndərilmişdir. -Bundan başqa +**********00 nömrəsindən 01 may 2022-ci il tarixdə saat 18:49-da “salam qaqa niyə açmırsan rizadı iranan” smsi göndərilmişdir. -Bundan başqa +**********39 nömrəsindən 02 may 2022-ci il tarixdə dəfələrlə zənglər gəlmişdir. -Bundan başqa +**********26 nömrəsindən 02 may 2022-ci il tarixdə 02 may 2022-ci il tarixdə saat 18:00-da “Mənim 20 manat borcum var deyə nəsə verə bilmirsən?” yazılı SMS daxil olmuşdur. Bundan başqa “+98 901 093 8735” nömrəsindən “Yaxşı neyniyəkonda sənin kartına pul topalatdıracam, ama axşam malı götürməmişdən qabaq onun kartına pul vurarsan” deyə səsli mesaj daxil olmuşdur. Təqsirləndirilən şəxs2 isə cavabında “Yaxşı arxayın ol deyə” mesaj yazmışdır. Həmin nömrədən 01 may 2022-ci il tarixdə 16:22-də iki ədəd yapışqan lentlə bağlanmış bağlamaların fotoşəkili göndərilmiş, həmin fotoşəkillərə qeyd olaraq isə “amanatdı”, “özümündü” yazılmışdır. Saat 19:31-də Təqsirləndirilən şəxs2 cavab olaraq “baba mən elə bil ki, dönürəm Bəhrəmtəpə yoluna, dönəndə yerimizi dəyişirik, mən keçirəm rula, o keçir yanıma. Yəni onun nömrəsini atacam sənə lazım olanda, ürəyin istəyən onunla əlaqə saxlayacaqsan. Mən rolda olacam, naviqatoru qoşmuşam” səsi göndərmişdir. Həmin nömrədən isə “Nə edək ürəyim sənə qurban onun nömrəsini at mənə” deyə səsli mesaj daxil olmuşdur. Saat 19:54-də Təqsirləndirilən şəxs2 “baba konumu atda sən mənə, yaxınlaşmışam” deyə səsli ismarıc göndərmişdir. Həmin şəxs isə cavabında “biraz yavaş yavaş ged” deyə səsli sms göndərmişdir. Saat 20:11-də həmin şəxsdən “O yerə getmə, oralıqda çayxanada otur çay içkinən, konumu atsın ged götürgünən, gedib oralarda furlanma” deyə səs göndərmişdir. Saat 20:39-da “ay dayı nömrəni at”, 20:45-də isə “onun telefonundan zəng elə” deyə SMS-lər yazmışdır. Saat 20:47-də isə Təqsirləndirilən şəxs2 ona “Vüqar” kimi qeyd edilmiş şəxsin “*** *** ** **” nömrəsini ona göndərmişdir. Saat 21:24-də Təqsirləndirilən şəxs2 “Baba nə oldu konum alınmır hələm” deyə ismarıc göndərmiş, həmin şəxs isə “Mənə bir dənə səs at , denən alınmasa mən qayıdırma gedəm, qoy tez atsınlar” kimi səs atmışdır. Təqsirləndirilən şəxs2 isə cavabında saat 21:27-də “baba nə oldu konum alınmır7 alınmırsa mən qayıdım gedim evə” deyə yazılı ismarıc göndərmişdir. Həmin şəxs isə cavabında “3-4 dəqiqəyə atar” deyə səs göndərmişdir. Saat 22:01-də Təqsirləndirilən şəxs2 “Baba bir xəbər yoxdu deyə” səs göndərmişdir. Həmin şəxs yenə də cavab olaraq “3-4 dəqiqəyə atar” deyə cavab vermişdir. Saat 23:19-da həmin şxəsdən xəritə üzərinə məkan göndərilmişdir. Səsli ismarıcda “Mən deyən kimi gedib orada dayanma, yavaşıtmada heç, nə cür surətlə gedirsən, o surətlə də keç” deyə səsli mesaj göndərmişdir. Saat 23:36-da Təqsirləndirilən şəxs2 “Baba səs at görüm nə deyirdin” deyə səs göndərmişdir. Həmin şəxs isə cavabında “o ətrafa getdin, düşüb baxma hələ, haçan mən dedim onda düşərsən. Dostuna zəng elədim. Ona da zəng çatmır”. Saat 23:50-də həmin nömrədən xəritə üzərində məkanın fotoşəkili göndərilmişdir. Şəkildə Mingəçevir-Bəhrəmtəpə yolu göstərilmiş, həmin yolun yaxınlığında ağaclıq hissə işarələnmişdir. Həmin fotoşəkildən sonra “Qardaş Bakıdan ki, gəlir getmək üçün, həmin tərəfdədi, orada ağac var, bağın içərisindədir”. “Görürsən körpü vardır, körpünün üzbəüzündədir, ağacın içərisində” deyə səslər daxil olmuşdur. İş materiallarında olan istintaq orqanının 14 aprel 2022-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,340 qram olan narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və qalıq qalmış 0,290 qram narkotik vasitə olan heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan istintaq orqanının 04 iyul 2022-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş qalıq çəkisi 3725,807 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi 6323,415 qram qalmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 21833,95 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 1580 ədəd metadon həblərin maddi sübut kimi tanınmış saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan istintaq orqanının 28 oktyabr 2022-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd OH- 7002 N-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kaliblri PM modelli, Makarov konstruksiyalı tapança, ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd 9x18 mm kalibrli patron, 01 ədəd daraq və 04 ədəd giliz, bundan başqa Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq və ovuc izləri olan daktilokartanın maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı götürülmüş bir ədəd «Xiaomi» markalı mobil telefon ailə üzvlərinə təqdim edilməsi üçün müdafiəçisi X2 qaytarılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «HP» markalı kompüter ailə üzvlərinə qaytarılmışdır. İş materiallarında olan 03 noyabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsit əməlinin tövsifi edilməsi haqqında» qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 2 ədəd DVD-disk, avtombilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD-disk, baxış keçirilməsi zamanı videoçəkilişləri özündə əks etdirən 1 ədəd DVD-disk, Azərfon MMC və Bakcell MMC-dən götürülmüş 2 ədəd CD və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Nokai” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin tarixli qərarla şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd qaz balonu və 27 ədəd həb iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün məhv edilmişdir. İş materiallarında olan 03 noyabr 2022-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ari oğlundan aşkar edilmiş külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni, eləcə də odlu silah əldə edilmə mənbəyinə görə və qrupun üzvü olan İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin, habelə qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası CM-in 228.1, 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Binəqədi RPİ-nin 6-cı PB-si tərəfindən şübhəli şəxs qismində tutulmuş, 14 aprel 2022-ci il tarixli qərarla barəsində “Başqa yerə getməmək hşaqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2022ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olmanın əvvəli 02 may 2022ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 barəsində həbs olmanın əvvəli 04 may 2022ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə 3 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, 25 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan 27 may 2022-ci il tarixli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxanada müalicə olunmamışlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən görünür ki, Cəfərov X4 qəsəbəsi, Y.Hüseynov küçəsi döngə 4, 3A ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından, 2005-ci il təvəllüdlü Nərmin Cəfərzadə və 2007-ci il təvəllüdlü Arif Cəfərzadə adlı yetkinlik yaşına çatmayan uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 315-ci maddələri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in CM-in 234.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 315-ci maddələri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in CM-in 234.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini qismən etiraf etməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əməlində yüngülləşdiriən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 315-ci maddələri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in CM-in 234.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməli təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı bir gün təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Binəqədi rayon polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqtından sonrakı qalıq 0,290 qram narkotik vasitə olan heroin, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 3725,807 qram narkotik vasitə heroin, 6323,415 qram psixotrop maddə metamfetamin, 21833,95 qram narkotik vasitə qurudulmuş marixuana və 1580 ədəd metadon həbləri, 04 ədəd giliz məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd OH-7002 N-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kaliblri PM modelli, Makarov konstruksiyalı tapança, ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd 9x18 mm kalibrli patron, 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd Nokai markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 2 ədəd DVD-disk, avtombilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD-disk, baxış keçirilməsi zamanı videoçəkilişləri özündə əks etdirən 1 ədəd DVD-disk, Azərfon MMC və Bakcell MMC-dən götürülmüş 2 ədəd CD disklər və Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq və ovuc izləri olan daktilokarta cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 13 aprel 2022-ci il tarixli 6/2096 nömrəli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs1 88 (səksən səkkiz) manat tutularaq dövlət nəfinə keçirilməlidir. Eyni zamanda 02 may 2022-ci il tarixli 17/372 nömrəli rəy üzrə 107 manat 91 qəpik məbləğində ekspertiza xərci müştərək qaydada olmaqla təqsirləndirilən şəxslərin hər birindən 53 (əlli üç) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza tutularaq dövlət nəfinə keçirilməlidir. Beləliklə təqsirləndirilən şəxslər Vuqar Cəfərovdan ümumilikdə 141 (yüz qırx bir) manat 95 (doxsan beş) qəpik və Təqsirləndirilən şəxs2 53 (əlli üç) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 02 may 2022-ci il tarixdən və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin 04 may 2022-ci il tarixdə başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 32.5, 206.3.1, 32.5, 206.3.2-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 23 aprel 2022-ci ildən 14 aprel 2022-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 12 (oniki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 02 may 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 141 (yüz qırx bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.1, 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 53 (əlli üç) 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Binəqədi rayon polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqtından sonrakı qalıq 0,290 qram narkotik vasitə olan heroin məhv edilsin. - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 3725,807 qram narkotik vasitə heroin, 6323,415 qram psixotrop maddə metamfetamin, 21833,95 qram narkotik vasitə qurudulmuş marixuana və 1580 ədəd metadon həbləri, 04 ədəd giliz məhv edilsin. - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd OH-7002 N-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kaliblri PM modelli, Makarov konstruksiyalı tapança, ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd 9x18 mm kalibrli patron, 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. - Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Nokai” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. - şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 2 ədəd DVD-disk, avtombilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD-disk, baxış keçirilməsi zamanı videoçəkilişləri özündə əks etdirən 1 ədəd DVD-disk, Azərfon MMC və Bakcell MMC-dən götürülmüş 2 ədəd CD disklər və Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq və ovuc izləri olan daktilokarta cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Hökmdən elan olunduğu (həbsdə olan Rövşə Qasımov və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar