Məhkəmə qərarları › İş №1(099)-82/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-82/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-82/2025 25.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Azərbaycan Respublikası Qazı-Məmməd (hazırkı Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Bolt” şirkətində sürücü işləyən, məhkum olunmamış, Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 126-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi döngə 7, ev 35-də yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Nəvahi kəndi ərazisinə daşımış, 24 aprel 2024-cü il tarixdə saat 15:30-da Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahi kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 5,070 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sol yan cibindən aşkar edilib götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o heç vaxt narkotik vasitələrlə məşğul olmamışdır. 24 aprel 2024-cü il tarixdə polis işçiləri onu faktiki olaraq narkotik vasitə ilə bağlı saxlamamışlar və polis tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. O, Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 126-da qeydiyyatda olmaqla Bakı şəhərində yaşayaraq etibarnamə əsasında idarə etdiyi «Ford Fusion» markalı, **-GF-*** qeydiyyat nişanlı avtomobil ilə «Bolt» şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. X8 və anası X4 isə Hacıqabul şəhərindəki evlərində yaşamışlar. O, taksi fəaliyyəti ilə məşğul olmaqla yanaşı, gizli kamera alıb-satmaqla da məşğul olmuş və bu barədə sosial şəbəkədə elan yerləşdirmişdir. 12 aprel 2024-cü il tarixdə onunla «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlayan Faxriyyə adlı qadın istifadəçi ona avtomaşına quraşdırmaq üçün gizli kamera almaq istədiyini bildirmişdir. O, həmin qadınla 100 manat pul müqabilində ona gizli kamera satmağa razılaşmışdır. O, özünün «Birkard» bank kartının nömrəsini həmin qadına göndərmiş və qadın 12 aprel 2024-cü il tarixdə onun kartına 100 manat pul köçürmüşdür. Lakin o saz vəziyyətdə olan kamera tapa bilmədiyinə görə qadına kameranın verilməsini gecikdirmişdir. Həmin qadın onunla mobil telefonda pis danışmağa başlamışdır. Qadın elə başa düşmüşdür ki, onu aldatmışdır. Qadın onu başına iş açacağı ilə hədələmişdir. O isə qadına gedib işi ilə məşğul olmasını demişdir. Bundan sonra bir nəfər ağsaçlı kişi ona «WhatsApp» proqramı vasitəsi ilə zəng edərək deputat olduğunu bildirmiş və 100 manat pulu aldığı halda nə üçün qadına kameranı vermədiyini soruşmuşdur. O, həmin şəxsin danışığından ondan kamera almaq istəyən qadını saxlayan şəxs olduğunu başa düşmüşdür. Həmin şəxs deputat olduğunu bildirməklə onu başına oyun açmaqla hədələmişdir. Bundan bir müddət sonra 19 aprel 2024-cü il tarixdə özü Bakı şəhərində olduğu zaman evdən valideynləri ona zəng edərək Hacıqabul Rayon Polis Şöbəsinin işçilərinin onu axtardıqlarını, rayon polis şöbəsinə gəlməsini tələb etdiklərini bildirmişlər. O isə heç bir cinayət xarakterli iş görmədiyinə görə polis işçilərinin onu axtarmalarına əhəmiyyət verməmişdir. Həmin gün ata-anası ona zəng edərək onları Hacıqabul Rayon Polis Şöbəsinə çağırmaqla orada saxladıqlarını, onun polis şöbəsinə gəlməsinədək orada saxlayacaqlarını bildirmişlər. Onu həmin gün rayon polis şöbəsinə getməyə məcbur etmək üçün ata-anasının polis şöbəsində saxlanılmaları barədə 19 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng etməklə şikayət etmişdir. Bundan sonra Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ataanasının polis şöbəsində saxlanılmalarına süni olaraq əsas yaratmaq üçün guya onların inzibati xətaya yol vermələri barədə protokol tərtib etmişlər. O, polis şöbəsinə getmədiyinə görə ata-anasını 2024-cü il aprel ayının 19-dan 20-nə keçən gecə və 20 aprel 2024-cü il tarixdə o, polis şöbəsinə gələnədək rayon polis şöbəsində saxlamışlar. O, 20 aprel 2024cü il tarixdə saat 10 radələrində Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə gəlmişdir. O, polis şöbəsinə gələndə ata-anası hələ də rayon polis şöbəsində saxlanılmışlar. Polis işçiləri ona deputatın tanışı olan bir nəfər qadına kamera satmaq üçün 100 manat pul aldığını, lakin kameranı vermədiyini, onu həmin məsələ ilə bağlı axtardıqlarını demişlər. Polis işçisi Cavid Misirxanov ondan bu barədə izahat almış, həm də ona pis yerə ilişməsini demişlər. Ondan izahat alınmasından sonra ata-anasını polis şöbəsindən evə buraxmışlar. Sonra polis işçisi Cavid Misirxanov ona kompüterinin xarab olduğunu, səhəri gün polis şöbəsinə gələrək kompüteri təmir etmək lazım olduğunu demişdir. O, səhəri gün, yəni 21 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinə getmiş və Cinayət axtarışı bölməsi rəisinin kompüterini düzətmişdir. Sonra isə Bakı şəhərinə getmişdir. Lakin bundan sonra polis işçiləri Cavid Misirrxanov, Samid Misirxanov və başqaları ona zəng edərək yenidən Hacıqabul Rayon Polis Şöbəsinə çağırmışlar. O isə işi olduğunu bildirmiş və polis şöbəsinə getməmişdir. Lakin polis işçiləri yenidən onun ataanasına və özünə tez-tez zəng edərək Hacıqabul Rayon Polis Şöbəsinə gəlməli olduğunu, polis rəisinin onu gözlədiyini bildirmişlər. O, məcburiyyət qarşısında qalaraq polis işçilərinə 24 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinə gələcəyini bildirmişdir. O, 24 aprel 2024-cü il tarixdə, günün ikinci yarısı idarə etdiyi «Ford Fusion» markalı, **-GF-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Hacıqabul rayonuna yola düşmüşdür ki, rayon polis şöbəsinə getsin. Yolda olduğu zaman polis işçiləri ona zəng etmişlər. Həmçinin anası və sevgilisi ilə «WhatsApp» vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Onun polisdə saxlanıla biləcəyindən narahat olmuşlar. Lakin polis şöbəsinə getməli olmuşdur. Bakı şəhərindən Hacıqabul rayonuna gələn zaman saat 15 radələrində Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən X29 postunda yol polisi əməkdaşları onun avtomaşınını saxlatmışlar. Bu zaman Hacıqabul Rayon Polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış, onu orada tutmuş, mobil telefonunu əlindən almışlar. Daha sonra qollarına qandal vurub onu rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis şöbəsində cibinə bir ədəd bükümdə narkotik vasitə qoymuşlar. Ondan həmin narkotik vasitənin özünə məxsus olması barədə ifadə verməsini tələb etmişlər. Lakin o razılaşmaq istəmədikdə polis işçiləri onun qarşısına bir kisədə narkotik gətirib qoymuşlar, boynuna almasını demişlər. Həmçinin avtomobilinə də çox miqdarda narkotik qoymaqla hədələmişlər. O da qorxduğü üçün məcbur olub polis işçilərinin şalvar cibinə bir ədəd bükümdə qoyduqları narkotik vasitə heroinin guya ona məxsus olmasına dair sənədlərə imza etmiş və videoçəkiliş zamanı etiraf etmişdir. Polis işçiləri ilə danışıqlar apardığı və tutulduğu zaman üzərində ***-***-**-** «WhatsApp» nömrəsi və ***-***-**-** işlək telefon nömrəsi olmuşdur. İstintaqda ifadəsini hədə-qorxu və polislərin təzyiqi altında vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində isə göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yaşadığı küçədə gəzən zaman yerdə 01 ədəd sellofan büküm görmüş və həmin büküm diqqətini cəlb etmişdir. Yerdən tapdığı 01 ədəd sellofan bükümü açıb baxanda görüb ki, içərisindəki narkotik vasitə heroindir. Ətrafa baxıb heç kimin olmadığını görüb və həmin bükümü şalvarının cibinə qoymuşdur. Əslində o heç vaxt narkotik vasitə heroindən istifadə etməmiş, lakin fikirləşib ki, həmin tapdığı heroindən istifadə edər. Bundan sonra öz şəxsi işləri ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində etibarnamə əsasında idarə etdiyi «Ford Fusion» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Hacıqabul rayonuna gələn zaman Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən X29 postunda polis işçiləri avtomobili saxlamaq işarəsi vermişlər. O avtomobili saxlamış və həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Polislər onun qanunsuz olaraq külli miqdarda narkotik vasitəni üzərində və avtomobilində daşımaqda şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə getməli olmasını bildirmişdirlər. Hacıqabul Rayon Polis Şöbəsinə gəldikdən sonra onu xidməti otağa aparmışlar. Təhqiqatçı tərəfindən qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuşdur. Təhqiqatçı onun üzərində şəxsi axtarış aparılması zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı əşya vardırsa, təqdim etməsini təklif etmişdir. O əynində olan qara rəngli şalvarının sol yan cibində gizlətdiyi 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxan zaman bükümün içərisindən narkotik vasitə heroinəbənzər kütlə aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və çəkisinin 5,22 qram olması müəyyən olunmuşdur. Həmin kütlə qablaşdırılıb götürülmüşdür. Bundan sonra üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra avtomobilinə baxış keçirilmiş, lakin qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 aprel 2024-cü il tarixdə Hacıqabul şəhəri, M.Müşviq küçəsi ev 126-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan məlumat əsasında onun rəhbərliyi ilə Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 aprel 2024-cü il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri istiqamətindən «Ford Fusion» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Hacıqabul rayonu istiqamətində gəldiyi zaman Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən X29 postuna çatmamış saxlatmış və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuşdur. Üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış aparılarkən o, əynində olan şalvarının sol yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmiş, bükümdə heroin olduğunu, heroini Bakı şəhərində yaşadığı küçədə yerdən tapmasını və özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüş, bu barədə təhqiqatçısı tərəfindən protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərməmişlər. O, narkotik vasitəni Bakı şəhərində tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs tutulmasından əvvəlki günlərdə polis şöbəsinə gəlməsini görməmişdir. Təqsirləndirilən şəxs tutulması zamanı istifadəsində ***-***-**-** telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs hansısa qadına gizli kamera satmaq üçün həmin qadından 100 manat pul alması, lakin kameranı satmaması, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə rayon polis şöbəsinə çağrılması, onun valideynlərinin həmin gün rayon polis şöbəsinə aparılmaqla orada saxlanılmaları, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsində olması, bundan sonrakı müddətdə polis işçiləri tərəfindən yenidən Hacıqabul Rayon Polis Şöbəsinə çağrılması barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında şahid kimi dindirilən, Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki, Təqsirləndirilən şəxs anasıdır. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşamış və işləmişdir. O isə Hacıqabul şəhərindəki evlərində əri Aqil Həsənovla birlikdə yaşamışdır. 19 aprel 2024-cü il tarixdə səhər saat 10 radələrində evində olduğu zaman Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşı Samid Misirxanov onların evlərinə gəlmişdir. Həmin vaxt əri Aqil Həsənov evdə olmamışdır. Samid Misirxanov ona oğlu Həbibin təcili olaraq rayon polis şöbəsinə getməli olduğunu, onu polis şöbəsinin rəisinin çağırdığını bildirmişdir. O isə X7 Bakı şəhərində olduğunu demişdir. Samid Misirxanovun yanında Həbibə zəng etmiş, evlərinə polis gəlməsini, onu axtardıqlarını demişdir. Həbib isə hal-hazırda Bakı şəhərində olduğunu, səhəri gün Hacıqabul rayonuna gələrək polis şöbəsinə gedəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı Samid Misirxanov özü də Həbib ilə danışmış, təcili olaraq rayon polis şöbəsinə gəlməli olduğunu demişdir. Həbib isə Hacıqabula səhəri gün gələ biləcəyini demişdir. Polis əməkdaşı Samid Misirxanov onlardan getdikdən bir az sonra yenə də ona mobil telefon vasitəsi ilə zəng etmiş və Təqsirləndirilən şəxs valideynlərindən heç olmasa birinin polis şöbəsinə gəlməli olduğunu demişdir. O isə polis şöbəsinə nə üçün getməli olduğunu soruşduqda Samid Misirxanov evinə gələrək onu polis maşını ilə polisə aparacağını, özlərinin polisə könüllü gəlmələrini demişdir. O, həyat yoldaşı Aqil Həsənova zəng etmiş və olanları ona danışmışdır. Həyat yoldaşı Aqil polis şöbəsinə gedəcəyini demişdir. Həyat yoldaşı Aqil Həsənov polis şöbəsinə getdikdən bir qədər sonra ona zəng edərək onu da polis şöbəsinə çağırmalarını demişdir. X20 yenə də ona 2-3 dəfə zəng etmiş, polisə gəlməsini tələb etmiş, əks halda onu polis avtomaşını ilə polisə aparacağını bildirmişdir. Bundan sonra məcbur olub həmin gün saat 17 radələrində o da polis şöbəsinə getmişdir. O, polis şöbəsinə gedəndə artıq əri Aqil Həsənov orada olmuşdur. Polis şöbəsində onu cinayət axtarış bölməsinin rəisi İntiqam müəllimin otağına aparmışlar. İntiqam müəllim ona demişdir ki, sənin oğlun deputatın saxladığı qadına ilişmişdir, onu təhqir etmişdir və bizə də böyük yerdən əmr gəlmişdir ki, Təqsirləndirilən şəxs ailəsini incidək. Oğlu Həbib onları polis şöbəsində ona görə haqsız yerə saxlanılmalarını biləndə DİN-nin «102» xidmətinə zəng etmiş və valideynlərinin haqsız yerə Hacıqabul Rayon Polis Şöbəsində saxlanılmaları barədə məlumat vermişdir. Cinayət axtarış bölməsinin rəisi İntiqam müəllim oğlunun «102» xidmətinə zəng etməklə ağılsız hərəkət etdiyini bildirmişdir. Bununla belə, polis işçiləri oğlunun onların qanunsuz olaraq polis şöbəsində saxlanmaları barədə məlumat verməsindən sonra guya onun və əri Aqilin inzibati xətaya yol vermələrinə dair protokol yazmışlar. Onlara polis şöbəsində deputatın adını deməmişlər. Onu və əri Aqili 2024-cü il aprelin 19-dən 20-nə keçən gecə polis şöbəsinədə saxlamışlar. Yalnız oğlu Həbibin polis şöbəsinə gəlməsindən sonra onları evə buraxacaqlarını demişlər. O, polis əməkdaşı Samid Misirxanova demişdir ki, bizi niyə saxlayırsız, nə etmişik. Samid Misirxanov ona bildirmişdirdi ki, deputatın əmri var, sizin ailəni incitməliyik, sizi buraxa bilmərik, bu mümkün deyildir. O, Samidə hətta qardaşının şəhid olduğunu, 20 apreldə onun itkin düşdüyü gün olduğunu bildirməklə qardaşının abidəsi üzərinə gül qoyması üçün onu buraxmalarını xahiş etmişdir. Lakin Samid ona demişdir ki, bu mümkün deyil, deputatın əmri var, oğlun polis şöbəsinə gəlməlidir, yoxsa sizi evə buraxa bilmərik. 20 aprel 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs Hacıqabul Rayon Polis Şöbəsinə gəlmişdir. Cinayət axtarış bölməsinin rəisi İntiqam oğlu ilə başqa otaqda danışmışdır. Oğlu Həbib izahat yazmışdır kı, deputatın saxladığı qadınla münaqişəsi olmuş, qadın onu söymüş, oğlu da onu söymüşdür. Lakin daha sonralar oğlunun o izahatı yoxa çıxmışdır. Həmin gün rəis İntiqam oğluna demişdir ki, şöbədə 5-6 işləməyən komputer vardır, gəlib onları düzəldə bilərsənmi? Oğlu Həbib isə sabah gəlib düzəldə biləcəyini demişdir. Bundan sonra 20 aprel 2024-cü il tarixdə onu və əri Aqili polisdən evlərinə buraxmışlar. 21 aprel 2024-cü il tarixdə oğlu Həbib rəis İntiqama söz verdiyini demiş və kompüterləri düzəltmək üçün polis şöbəsinə getmişdir. Həbib həmin gün Bakıya qayıtmışdır. Polis Samid sonrakı günlərdə ona tez-tez zəng etmiş, oğlu Həbibin harada olmasını soruşmuş, rəisin Həbibi axtarmasını, Həbibin yenidən polis şöbəsinə gəlməli olduğunu demişdir. Polis işçiləri onları dinc buraxmadıqlarına və oğlu Həbibin yenidən rayon polis şöbəsinə gəlməsini tələb etdiklərinə görə Həbib 24 aprel 2024-cü il tarixdə Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə gələcəyini bildirmişdir. Onlar və polis işçiləri Həbibin 24 aprel 2024-cü il tarixdə Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə gələcəyini bilmişlər. Həbib polis şöbəsinə gəlmək üçün 24 aprel 2024-cü il tarixdə Bakı şəhərindən idarə etdiyi avtomaşınla Hacıqabula yola düşmüşdür. O, yol boyu oğlu ilə telefonda videogörüntü ilə danışmışdır. Birdən oğlu Həbib ona «ana məni polislər posta saxlayırlar»-demişdir. O, dərhal polis Samidə zəng etməyə başlamışdır. Lakin oğlunun saxlanılmasından sonra Samid artıq onun zənglərinə cavab verməmişdir. Artıq oğlunun tutulduğunu və polis şöbəsinə gətiriləcəyini bilərək rayon polis şöbəsinə yollanmışdır. Bir qədər sonra əməliyyatçılar oğlunu qolları qandallı vəziyyətdə şöbəyə gətirmişlər. Polis şöbəsinədə oğlunun cibinə narkotik qoyub həbs etmişlər. Onun istifadəsində ***-***-**-**, əri Aqil Həsənovun isdifadəsində isə ***-***-**-** mobil telefon nömrələri olmuşdur. O, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ginekologiya şöbəsində kiçik tibb bacısı işləyir. 2024-cü il aprel ayının 19-dan 20-nə keçən gecə polis şöbəsində saxlanıldığı üçün gecə növbəsində işə gedə bilməmişdir. Lakin iş yerində polisdə saxlanıldığını bilməmələri üçün iş yoldaşı Narxanım xalaya onu əvəz etməsini, guya Bakı şəhərinə getməsini, oğlunun qəza törətməsini demişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X18 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 19 aprel 2024-cü il tarixdə o, işdə olduğu zaman arvadı Rəsmiyyə Həsənova ona zəng edərək Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşı Samir Misirxanovun evlərinə gəldiyini, oğlu Həbibi polisin axtardığını və Həbibin valideynlərindən birinin polis şöbəsinə getməli olmasını bildirmişdir. O, arvadına polisə getməməsini, özünün polisə gedəcəyini demişdir. O, 19 aprel 2024-cü il tarixdə saat 16-17 radələrində Hacıqabul Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində Samir Misirxanov ona demişdir ki, oğlu Həbibi rəis axtarır, Həbib təcili olaraq polis şöbəsinə gəlməlidir. Əks halda onu və arvadı Rəsmiyyəni polis şöbəsində saxlmalı olacaqlar. Polis işçiləri təxminən bir saatdan sonra arvadı Rəsmiyyə Həsənovanı da polis şöbəsinə çağırmışlar. Polis işçiləri oğlanları Həbib polis şöbəsinə gələnədək onları evə buraxmayacaqlarını bildirmişlər. Ona görə də 2024-cü il aprel ayının 19-dan 20-nə keçən gecə evə buraxmayaraq Hacıqabul Rayon Polis Şöbəsində saxlamışlar. Oğlu Həbibə o gələnə kimi onları polis şöbəsində saxlayacaqları barədə məlumat vermişlər. Bu səbəbdən də həmin gün oğlu Həbib Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək valideynlərinin qanunsuz olaraq Hacıqabul Rayon Polis Şöbəsində həbsdə saxlanılmaları barədə məlumat vermişdir. Lakin bundan sonra da onları evə buraxmamışlar. Əksinə onları polis şöbəsində saxlamağa əsas yaratmaq üçün guya onun və arvadı Rəsmiyyənin inzibati xəta törətmələrinə dair 19 aprel 2024-cü il tarixdə polis tərəfindən protokol tərtib olunmuşdur. Hansı ki, o və arvadı Rəsmiyyə heç bir inzibati xətaya yol verməmişlər. Nəhayət 20 aprel 2024-cü il tarixdə saat 10 radələrində oğlu Həbib Hacıqabul Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində oğlu Təqsirləndirilən şəxs deputatın saxladığı qadından gizli kamera satmaq üçün 100 manat pul alması, lakin ona kameranı verməməsi ilə bağlı izahat almışlar. Sonra onun və arvadı Rəsmiyyənin də izahatlarını alaraq onları evə buraxmışlar. Cinayət axtarış bölməsinin rəisi İntiqam oğluna demişdi ki, sabah yəni 21 apreldə gəl bizim şöbədəki komputerləri düzəlt. Oğlu Həbib həmin gün Bakı şəhərinə qayıtmayaraq Hacıqabulda qalmış və 21 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinə gedərək xarab olmuş komputerləri düzəltmişdir. Sonra isə oğlu Həbib 21 aprel 2024-cü il tarixdə yenidən Bakı şəhərinə qayıtmışdır. Lakin bundan sonra da polis işçiləri Samid Misirxanov və Cavid Misirxanov ona və arvadı Rəsmiyyəyə tez-tez zəng etməklə və evlərinə gəlməklə oğulları Təqsirləndirilən şəxs yenidən Hacıqabul Rayon Polis Şöbəsinə gəlməli olmasını, onu rəisin gözlədiyini demişlər. Polis işçiləri Həbibin özünə də tez-tez zəng edərək təcili rayon polis şöbəsinə gəlməsini tələb etmişlər. Ona görə də Təqsirləndirilən şəxs onlara və polis işçilərinə 24 aprel 2024-cü il tarixdə mütləq Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə gələcəyini vəd etmişdir. Bundan sonra Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları Nəvahi postuna gedərək orada oğlu Həbibin Bakı şəhərindən gəlməsini gözləmişlər. Həmin gün Həbib Bakı şəhərindən Hacıqabul rayonuna gələrkən postda yol polisləri Həbibin avtomobilini saxlatmışlar. Bundan sonra Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları onu tutaraq rayon polis şöbəsinə gətirmişlər. Həbibin Nəvahi postunda saxlanılmaqla tutulmasını və rayon polis şöbəsinə aparılmasını bilərək o və arvadı Rəsmiyyə Həsənova da rayon polis şöbəsinə getmişlər. Polis işçilərindən oğulları Həbibi hansı səbəbə görə tutmalarını soruşduqda polis işçiləri onlara yuxarıdan tapşırıq olduğunu, həbibi buraxa bilməyəcəklərini demişlər. Ona görə də Həbibin cibinə narkotik qoyaraq ona təzyiq etməklə narkotikin özünə məxsus olmasını etiraf etməyə məcbur etmişlər. Həbib məcburiyyət qarşısında qalaraq üzərinə polis tərəfindən qoyulmuş narkotik vasitənin guya özünə məxsus olmasını bildirmişdir. Hansı ki, oğlu Həbib heç vaxt narkotik vasitələrlə məşğul olmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X11 göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 24 aprel 2024-cü il tarixzdə Təqsirləndirilən şəxs saxlanılmasınadan əvvəlki günlərdə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan telefona zəng etməklə onunla danışıqlar aparmışdır. Təqsirləndirilən şəxsla danışıqlar aparması onunla bağlı olmuşdur ki, onun komputerində nasazlıq yaranmışdır. Ona komputeri bilən adam lazım olmuşdur. O, əmisi oğlu, onunla eyni polis şöbəsində işləyən X15 Həsənovun komputer işi ilə məşğul olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs telefon nömrəsini də Samid Misirxanovdan almış və Təqsirləndirilən şəxs zənglər etmiş və onunla kompüterin təmiri ilə bağlı danışmışdır. Təqsirləndirilən şəxs valideynlərinin 2024-cü il aprel ayının 19-dan 20-nə keçən gecə Hacıqabul Rayon Polis Şöbəsində saxlanılmaları barədə məlumatı olmamışdır. 21 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs hər hansı izahat almamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən X13 göstərdi ki, Şirvan Rayon Polis Şöbəsində təhqiqatçı işləyir. Həmin polis şöbəsində işləyən Cavid Misirxanov əmisi oğludur. Onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi əmisi oğlu Cavid Misirxanovun adınadır, lakin onun istifadəsindədir. O, 24 aprel 2024-cü il tarixdən əvvəlki günlərdə Təqsirləndirilən şəxs və anası Rəsmiyyə Həsənovaya zəng etməklə onlarla danışıqlar aparmışdır. Həbib Bakı şəhərində nəsə bir hadisə etmişdir. Onu Azərbaycan Respublikası DİN-nin Baş Cinayət Axtarış İdarəsindən axtarmışlar. O da Təqsirləndirilən şəxs evinə getmiş, anasından Təqsirləndirilən şəxs harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs anası və atasına Təqsirləndirilən şəxs axtarılmasını bildirmişdir. Cavid Misirxanov ondan kompüter ustası tanıyıb tanımamasını soruşmuş, o isə Təqsirləndirilən şəxs barədə ona məlumat vermişdir. Onun telefonu ilə Həbib və anası ilə Cavid Misirxanov əlaqə saxlamışdır. 24 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmasından əvvəlki günlərdə və 24 aprel 2024-cü il tarixdə onun mobil telefonu ilə Həbibin anası Rəsmiyyə ilə 34 dəfə danışıqları Cavid Misirxanov aparmışdır. Belə ki, Cavid Misirxanovla həmişə bir yerdə olduqlarına görə onun telefonundan Cavid istifadə etmişdir. 19 aprel 2024-cü ildə onun istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxsla Cavid Misirxanov danışmış, o danışmamışdır. Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən nə zaman tutulmasını bilmir. Təqsirləndirilən şəxs deputatın saxladığı qadına kamera satmaq üçün onldan pul alması, lakin kameranı verməməsi barədə hər hansı məlumatı olmamışdır. Cinayət işinin materiallarına əsasən: Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən polis şöbəsi rəisinə yazılmış xx.xx.2024-cü il tarixli təqrirdə Təqsirləndirilən şəxs idarə etdiyiavtomobildə külli miqdarda narkotik vasitələri saxlaması və daşıması barədə məlumat daxil olması göstərilmişdir. Şahid1 polis şöbəsi rəisinə yazdığı xx.xx.2024-cü il tarixli digər təqrirində isə Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Fusion» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin gün saat 15:30-da Hacıqabul rayonu Nəvahi kəndi ərazisində saxlanılması göstərilmişdir. Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə saat 15:55-də şübhəli şəxs kimi tutulmuşdur. 24 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində həmin gün saat 16:35-dən 16:45-dək şəxsi axtarış aparılması, şəxsi axtarış zamanı ona üzərində əgər qanunla qadağan olunmuş predmet vardırsa, təqdim etməsinin təklif olunması, Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etməsi, həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 5,22 qram olması, Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhərində yolun kənarından tapararaq üzərində saxlamasını bildirməsi göstərilmişdir. Materialların məhkəmə ekspertizasının 25 aprel 2024-ci il tarixli, 3-16-16/2-18/434 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülməsi sənədləşdirilmiş 01 ədəd bükümdə təmiz çəkisi 5,070 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 03 may 2024-cü il tarixli, 2921 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 may 2024-cü il tarixli, 1312 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Məhkəmə-tibb ekspertizasının 26 aprel 2024-cü il tarixli, 279 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı sağ mil-bilək oynağının arxa səthinin sıyrığı müəyyən edilmişdir. Həmin xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda əlinə vurulan qandalın sıxılması zamanı və kənar şəxs tərəfindən vurulması zamanı da əmələ gəlməsi inkar olunmur. Xəsarətin əmələ gəlmə müddət müayinədən 2-3 gün əvvələ uyğundur. Həmin xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Hacıqabul Rayon Mərkəzi X16 Şəxsindən daxil olan 06 may 2024-cü il tarixli, 18-1- 41/2-373/2023 saylı məktuba əsasən Təqsirləndirilən şəxs narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. 04 may 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı sənədlər və telefon məlumatları əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir: Həqiqətən də Hacıqabul Rayon Polis X6 Bölməsinin sahə rəisi tərəfindən 19 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs X8 və anası X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokollar tərtib olunmuşdur. Həmçinin onların həmin tarixdə izahatları alınmışdır. Aqil Həsənovun və Rəsmiyyə Həsənovanın adlarından tərtib olunmuş izahatlarda göstərilmişdir ki, 19 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinin iki nəfər əməkdaşları onların yaşadıqları evə gələrək oğlulları Təqsirləndirilən şəxs soruşmuşlar. Lakin Təqsirləndirilən şəxs evdə olmamışdır. Onlar əsəbi olduqları üçün həmin vaxt söyüş söyməyə başlamışlar. Ona görə də polis işçiləri onları polis şöbəsinə aparmaqla barələrində protokol yazmışlar. 19 aprel 2024-cü il tarixdə Aqil Həsənovun qeyd olunan inzibati xətanı törətməsinə görə barəsində 50 manat cərimə növündə inzibati tənbeh olunması, Rəsmiyyə Həsənovaya isə inzibati tənbeh olaraq xəbərdarlıq edilməsi barədə qərarlar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məxsus telefonun yaddaşında olan və məhkəməyə təqdim olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun ***-***-**-** nömrəsi üzərindən quraşdırılmış «WhatsApp» proqramına Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşı Cavid Misirxanovun istifadəsində olan ***-***-**-** telefon nömrəsindən «WhatsApp» proqrammı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 16:49-da, 17:42-də, 22:57-də, xx.xx.2024-cü il tarixdə saat 09:03-də, 09:30-da, 21:07-də 21:08-də, xx.xx.2024-cü ildə saat saat 09:22-də, 10:31-də, 10:32-də, 10:33-də, 10:46-da, 10:48-də, 10:50-də zənglər olmuşdur. Samid Misirxanovun istifadəsində olan +**********8 telefon nömrəsindən isə xx.xx.2024-cü il tarixdə saat 16:11-də zənglər olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə telefonunda «WhatsApp» proqramında «Sevgilim» kimi qeyd olunmuş şəxsə saat 12:40-da «rəisin yanına qaldıracaqldar», saat 21:58-də «izahat yazjım, sabah galib kompüterlərini düzəldəcəyəm», 21:57-də «səhər həll edim, qayıdacağam inşallah» məzmunlu mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:23-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında olarkən öz fotoşəklini çəkərək telefonunda «WhatsApp» proqramı ilə «Sevgilim» kimi qeyd olunmuş şəxsə göndərmişdir. Sevgilisi tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:11-də «çatarsan saxlaya bilərlər?» məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə ona «Bilmirəm» cavabını yazmışdır. Təqsirləndirilən şəxs saat 14:05-də sevgilisinə «Tama sevgilim» məzmunlu mesaj göndərmişdir. 14:43-də və 14:44-də sevgilisi ona zəng edir, lakin Təqsirləndirilən şəxs cavab vermir. 15:00-da sevgilisi Təqsirləndirilən şəxs «Postda saxlayıblar?» məzmunlu mesaj göndərir. Lakin Təqsirləndirilən şəxs cavab vermir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil telefonda olan və iş materillarına əlavə olunmuş məlumatlardan görünür ki, Faxriyyə adı ilə qeydiyyatdan keçən istifadəçi 12 aprel 2024-cü il tarixdə saat 12:58-də Təqsirləndirilən şəxs «WhatsApp» nömrəsinə «Salam Mənə maşina qoymaq üçün görünməyən gizli kamera lazımdır» məzmunlu mesaj göndərmişdir. Təqsirləndirilən şəxs isə ona cavabında «125 azn» yazmışdır. Sonra Fəxriyyə adlı istifadəçi Təqsirləndirilən şəxs «Ucuzu var?» məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs isə cavabında «100» yazmışdır. Sonra Fəxriyyə adlı istifadəçi «Nömrə verim» məzmunlu mesaj yazmışdır. Sonra isə həmin tarixdə Fəxriyyə adlı istifadəçi 12 aprel 2024-cü il tarixdə saat 13:27-də Təqsirləndirilən şəxs aid Birkarta 100 manat pul köçürməsi barədə qəbzin surətini Təqsirləndirilən şəxs telefonuna göndərmişdir. Bundan başqa məhkəmə baxışı zamanı əldə edilmiş telefon danışıqları barədə məlumatlardan görünür ki, Hacıqabul Rayon Polis şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Cavid Misirxanova məxsus ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 77-366-34-84 telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 17:42-də zəng olunmaqla danışıq aparılmış, 22:59-da isə Təqsirləndirilən şəxs məxsus nömrədən Cavid Misirxanova məxsus nömrəyə zəng olunmaqla danışıq aparlmış, sonra isə xx.xx.2024-cü ildə saat 21:08-də Cavid Misirxanova məxsus nömrədən Təqsirləndirilən şəxs məxsus nömrəyə zəng olunmuşdur. Polis əməkdaşı Cavid Misirxanova məxsus ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs anası Rəsmiyyə Həsənovaya məxsus ***-***-**-** telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 20:19-da zəng olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 12:47-də, 21:48-də, 21:49-da və 21:50-də isə X14 Misirxanova zənglər olunmaqda danışıqlar aparılmışdır. Polis əməkdaşı Samid Misirxanovun istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə Rəsmiyyə Həsənovaya məxsus ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat 15:59-da, 16:30-da, 16:33-də, 16:48-də, 17:06-da, saat 17:07-də, 17:20-də, 17:29-da, 17:38-də, 17:48-də, 17:49-da, 18:28-də, 18:29-da, 18:33-də, 18:34-də, 18:38-də qarşılıqlı olaraq çoxsaylı zənglər olunmaqla danışıqlar aparılmışdır. 24 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşı Şahid1 istifadəsində olan ***-***-**-** və digər polis əməkdaşı Şahid2 istifadələrində olmuş ***-***-**-** telefon nömrələrinin göstərilən tarixdə anten dairələri barədə məlumatların iş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınmaqla həmin məlumatların əldə edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul olunmaqla icra olunması üçün müvafiq təşkilatlara göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, polis işçisi Şahid2 istifadəsində olmuş ***-***-**-** telefon tömrəsi 24 aprel 2024-cü il tarixdə işlək vəziyyətdə olmamışdır. Polis işçisi Şahid1 adına qeydiyyatda olmaqla istifadəsində olan ***-***-**-** telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə anten dairəsi 13:00-dan 14:58-dək Nəvahi ərazisində, sonra isə Hacıqabul şəhərində olmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs valideynləri Hacıqabul şəhərində yaşamışlar. Özü isə Bakı şəhərində yaşamaqla həm taksi fəaliyyəti ilə məşğul olmuş, həm də internet şəbəkəsindən istifadə etməklə gizli kameraların satışı ilə məşğul olmuşdur. Fəxriyyə adlı istifadəçi 12 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs telefonuna «WhatsApp» proqramı vasitəsi ilə avtomaşına quraşdırmaq üçün gizli kamera almaq istəməsi barədə mesaj göndərmişdir. Təqsirləndirilən şəxs ona öz növbəsində avtomaşına quraşdırmaq üçün gizli kameranı 125 manat pula satması barədə cavab mesajı göndərmişdir. Lakin Fəxriyyə adlı istifadəçi ucuz qiymətə kamera almaq istəməsi baprədə mesaj göndərmiş və onlar 100 manat pula razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs «BirKart» plastik kartının nömrəsini «WhatsApp» proqramı vasitəsi ilə Fəxriyyə adlı istifadəçiyə göndərmişdir. Fəxriyyə adlı istifadəçi həmin gün Təqsirləndirilən şəxs plastik bank kartına 100 manat pul köçürmüş və bu barədə qəbzin surətini «WhatsApp» proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Lakin bundan bir neçə gün müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Fəxriyyə adlı istifadəçiyə avtomaşına yerləşdirmək üçün gizli kameranı göndərməmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs «WhatsApp» proqramı vasitəsi ilə zəng edən, özünü Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi təqdim edən şəxs (kişi) qadından pulu aldığı halda kameranı nə üçün vermədiyini soruşmuş və bununla bağlı aralarında mübahisə yaranmışdır. Həmin şəxs Təqsirləndirilən şəxs hədələmişdir. Bundan bir neçə gün sonra 19 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili X3 Həsənovun valideynlərinin yaşadığı, Hacıqabul şəhərində yerləşən evə gedərək Təqsirləndirilən şəxs anası X1 oğlu Təqsirləndirilən şəxs təcili olaraq Hacıqabul Rayon Polis Şöbəsinə gəlməli olmasını demişdir. Rəsmiyyə Həsənova isə oğlu Təqsirləndirilən şəxs Bakı şəhərində olduğunu bildirmişdir. Rəsmiyyə Həsənova və polis işçisi X22 Həsənovla mobil telefon vasitəsi ilə danışaraq rayon polis şöbəsinə gəlməli olduğunu bildirmişlər. Lakin Təqsirləndirilən şəxs heç bir cinayət xarakterli işi olmadığını deyərək Hacıqabul Rayon Polis Şöbəsinə gəlməkdən imtina etmişdir. Belə olduqda polis işçisi X22 Həsənovun valideynlərindən birinin polis şöbəsinə getməli olduğunuı demişdir. Rəsmiyyə Həsənova həmin vaxt evdə olmayan əri Aqil Həsənova zəng edərək Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşı Samid Misirxanovun evlərinə gəldiyini, oğlanları Təqsirləndirilən şəxs axtardıqlarını, Təqsirləndirilən şəxs Bakıda olduğundan valideynlərindən birinin polis şöbəsinə getməli olduğunu demişdir. Aqil Həsənov isə özünün polis şöbəsinə gedəcəyini demiş və Hacıqabul Rayon Polis Şöbəsinə getmişdir. X23 sonradan Rəsmiyyə Həsənovaya zəng edərək onun da polis şöbəsinə gəlməsini tələb etmiş, əgər özü gəlməsə, polis maşını ilə evlərinə gələrək onu polisə aparacabının bildirmişdir. Bundan sonra məcburiyyət qarşısında qalan Rəsmiyyə Həsənova da rayon polis şöbəsinə getmişdir. Bundan sonra Aqil Həsənov və Rəsmiyyə Həsənova hər ikisi polis şöbəsində saxlanılmış, oğulları Təqsirləndirilən şəxs Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə gələnədək evə buraxılmayacaqları bildirilmişdir. Təqsirləndirilən şəxs bu barədə bilərək Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək valideynlərinin qanunsuz olaraq Hacıqabul Rayon Polis Şöbəsində saxlanılmaları barədə məlumat vermişdir. Bundan sonra Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs valideynləri Aqil Həsənovun və Rəsmiyyə Həsənovanın polis şöbəsinə aparılmalarına əsas yaratmaq məqsədi ilə onların guya inzibati xəta törətmələri və barələrində inzibati tənbeh tədbirlərinin görülməsinə dair 19 aprel 2024-cü il tarixdə protokol və qərar tərtib etmişlər. Eyni zamanda Aqil Həsənovu və Rəsmiyyə Həsənovanı yalnız oğulları Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməsindən sonra evə buraxacaqları barədə xəbərdar etməklə 19 aprel 2024-cü ildən 20 aprel 2024-cü ilə keçən gecə qanunsuz olaraq rayon polis şöbəsinin inzibati binasında saxlamışlar. Eyni zamanda Təqsirləndirilən şəxsla mütəmadi olaraq telefon əlaqəsi saxlamaqla rayon polis şöbəsinə gəlməsini tələb etmişlər. Təqsirləndirilən şəxs ata-anası polis şöbəsində saxlanıldığına görə məcburiyyət qarşısında qalaraq 20 aprel 2024-cü il tarixdə Bakı şəhərindən Hacıqabul Rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olduğu müddətdə telefonunda sevgilisi kimi qeyd etdiyi istifadəçi ilə «WhatsApp» proqrammı ilə əlaqə saxlamaqla saat 12:40-da onu rəisin yanına qaldıracaqldarı barədə mesaj göndərmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs deputatın saxladığı deyilən qadından 100 manat pul aldığı halda ona gizli kameranı verməməsi ilə bağlı qeyri-rəsmi olaraq izahat almışlar (həmin izahat qeyri-rəsmi alındığından saxlanılmamışdır) və bundan sonra onun valideynlərini evə buraxmışlar. Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə saat 21:58-də sevgilisinə «izahat yazdım, sabah gəlib kompüterlərini düzəldəcəyəm», məzmunlu mesaj göndərmişdir. Telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu ərazisində olmuşdur. Lakin Polis işçiləri Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıtmamasını, səhəri gün polis şöbəsinə gələrək işləməyən kompüterləri təmir etməsini tapşırmışlar. Təqsirləndirilən şəxs 21 aprel 2024-cü il tarixdə yenidən Hacıqabul Rayon Polis Şöbəsinə gedərək orada işləməyən kompütərləri düzəltmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:23-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında olarkən öz fotoşəklini çəkərək telefonunda «WhatsApp» proqramı ilə «Sevgilim» kimi qeyd olunmuş şəxsə göndərmişdir. Həbib Həsnov 21 aprel 2024-cü il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları Samid və Cavid Misirxanovlar yenidən onun anası Rəsmiyyə Həsənova və özü ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamaqla Hacıqabul Rayon Polis Şöbəsinə gəlməsini tələb etmiş və rəisin onu gözlədiyini demişlər. Lakin Təqsirləndirilən şəxs yenidən Hacıqabula qayıtmaq istəməmişdir. Cavid Misirxanov istifadəsində olan 77-333-60-40 telefon nömrəsinin «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saat 16:49-da, 17:42-də, 22:57-də, 23 aprel 2024-cü il tarixdə saat 09:03-də, 09:30-da, 21:07-də, 21:08-də zənglər etməklə yenidən Hacıqabul Rayon Polis Şöbəsinə gəlməsini tələb etmişdir. Təqsirləndirilən şəxs məcburiyyət qarşısında qalaraq 24 aprel 2024-cü il tarixdə Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə gələcəyini bildirmişdir. Bununla belə Cavid Misirxanov yenə də istifadəsində olan 77-333-60-40 telefon nömrəsinin «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs mobil telefonuna 24 aprel 2024-cü il tarixdə saat 09:22-də, 10:31-də, 10:32-də, 10:33-də 120:46-da, 10:48-də, 10:50-də və 11:20-də mütəmadi zənglər etmişdir. Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə günün ikinci yarısı idarə etdiyi «Ford Fusion» markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə yola düşmüşdür. O, yolda olduğu zaman anası və sevgilisi ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Sevgilisi tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:11-də «çatarsan saxlaya bilərlər?» məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə ona «Bilmirəm» cavabını yazmışdır. Təqsirləndirilən şəxs saat 14:05-də sevgilisinə «Tamam sevgilim» məzmunlu mesaj göndərmişdir. 14:43-də və 14:44-də sevgilisi ona zəng edir, lakin Təqsirləndirilən şəxs cavab vermir. 15:00-da sevgilisi Təqsirləndirilən şəxs «Postda saxlayıblar?» məzmunlu mesaj göndərir. Lakin Təqsirləndirilən şəxs artıq polis tərəfindən saxlanıldığından cavab vermir. Təqsirləndirilən şəxs onu polis işçilərinin saxlaya biləcəklərini düşünərək, hətta bu barədə sevgilisi ilə telefonda yazışmaqla 24 aprel 2024-cü il tarixdə saat 15 radələrində idarə etdiyi avtomobil ilə X26 Nəvahi qəsəbəsi ərazisində yerləşən postuna çatdıqda yol polisi əməkdaşları tərəfindən avtomaşını saxlanılmış və postda onu gözləyən Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs tutaraq qollarına qandal vurub rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs polis şöbəsində təhqiqatçı tərəfindən üzərində və avtomobilində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuş, üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış aparılaraq cibindən bir ədəd bükümdə 5,070 qram narkotik vasitə heroin aşkar olunması sənədləşdirilmiş və bunun əsasında ona həmin çəkidə narkotik vasitəni satış məqsədi ilə qanunsuz əldə etməyə, saxlamağa və daşımağa görə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi - internet şəbəkəsindən istifadə etməklə gizli kameraların satışı ilə məşğul olması, 12 aprel 2024-cü il tarixdə bir qadının onunla «WhatsApp» proqramı ilə əlaqə saxlayaraq gizli kamera almaq istədiyini bildirməsi, bu barədə razılaşdıqdan sonra qadının onun bank kartına 100 manat pul köçürməsi, lakin qadına kameranın verilməsini gecikdirməsi, bu səbəbdən də qadınla aralarında mübahisə yaranması, sonra bir nəfər özünü Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi təqdim edən şəxsin onunla «WhatsApp» proqramı ilə danışaraq qadından pul aldığı halda kameranı nə üçün verməməsini soruşması, aralarında mübahisə olması, həmin şəxsin onu hədələməsi, bundan sonra 19 aprel 2024-cü il tarixdə polis işçisi X10 şəhərində valideynləri ilə görüşərək və onunla telefon əlaqəsi saxlayaraq təcili olaraq Hacıqabul Rayon Polis Şöbəsinə gəlməsini deməsi, onun isə polis şöbəsinə gəlməkdən imtina etməsi, belə olduqda polis işçilərinin ata-anasını rayon polis şöbəsinə aparmaqla qanunsuz olaraq saxlamaqla onun polis şöbəsinə gəlməsini tələb etmələri, əks halda valideynlərinin evə buraxılmayacağını bildirmələri, Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək ata-anasının qanunsuz olaraq Hacıqabul Rayon Polis Şöbəsində saxlanılmaları barədə məlumat verməsi, bundan sonra polis işçilərinin guya ata-anasının inzibati xətaya yol vermələri barədə sənədləşmə aparmaları, ata-anasını 2024-cü il aprel ayının 19-dan 20-nə keçən gecə polis şöbəsində saxlamaları, bu səbəbdən də məcbur olub 20 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinə gəlməsi, ondan bir qadından gizli kamera satmaq üçün 100 manat pul aldığı halda gizli kameranı verməməsi ilə bağlı izahat alınması, bundan sonra özünün və ata-anasının sərbəst buraxılmaları, polis işçilərinin tələbi ilə Hacıqabulda qalaraq 21 aprel 2024-cü il tarixdə polis şöbəsinə gedərək bəzi kompüterləri təmir etməsi, həmin gün Bakı şəhərinə qayıtması, lakin bundan sonra da Hacıqabul Rayon Polis Şöbəsinin işçilərinin ondan yenidən Hacıqabul Rayon Polis Şöbəsinə gəlməsini tələb etmələri, polis işçilərinə 24 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis şöbəsinə gələcəyini vəd etməklə həmin gün idarə etdiyi avtomaşınla Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə yola düşməsi, saat 15 radələrində Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən X29 postuna çatanda yol polisi əməkdaşlarının ondan idarə etdiyi avtomobili dayandırmağı tələb etmələri, o avtomaşını saxladıqdan sonra orada gözləyən Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının onu tutub saxlayaraq qollarına qandal vurub rayon polis şöbğəsinə aparmaları, orada təzyiq göstərməklə cibinə polis tərəfindən bir ədəd bükümdə qoyulmuş narkotik vasitə heroinin guya özünə məxsus olması barədə ifadə verməyə məcbur edilməsi məzmunlu ifadəsini işin yuxarıda göstərilən faktiki halları ilə tam üst-üstə düşməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Lakin onun ibtidai istintaqda verdiyi-24 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükümdə aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olması, həmin narkotik vasitəni Bakı şəhərində yerdən tapması barədə ifadəsini işin faktiki halları ilə ziddiyyət təşkil etməkə hədə-qorxu və zorakılıq təsiri altında verdiyindən qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, yuxarıda göstərildiyi kimi, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü ildə Bakı şəhərində olduğu halda Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaş Samid Misirxanov onun valideynlərinin yaşadıqları, Hacıqabul şəhərində yerləşən evlərinə gedərək valideynlərindən təcili olaraq Təqsirləndirilən şəxs Hacıqabul Rayon Polis Şöbəsinə gəlməli olmasını tələb etmişdir. Hətta Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə məcbur etmək üçün həmin gün onun atasını və anasını rayon polis şöbəsinə aparmaqla 20 aprel 2024-cü il tarixədək polis şöbəsində saxlamışlar. Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinə gəlmiş, ondan bir nəfər qadından 100 manat pul aldığı halda kameranı verməməsi ilə bağlı izahatı alınmış, bundan sonra onun ata-anası evə buraxılmışlar. Təqsirləndirilən şəxs 21 aprel 2024-cü il tarixdə Bakı şəhərinə getsə də, polis əməkdaşları onun özünə və valideynlərinə mütəmadi olaraq zəng etməklə yenidən Hacıqabul Rayon Polis Şöbəsinə gəlməsini tələb etmişlər. Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə gələcəyini bildirmişdir. O, 24 aprel 2024-cü il tarixdə günün ikinci yarısı idarə etdiyi «Ford Fusion» markalı, **-GF- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə getmək üçün yola düşmüşdür. Həmin gün polis əməkdaşı X24 Həsənova tez-tez zəng etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yolda olduğu zaman həmçinin anası və sevgilisi ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. Hətta sevgilisi ona xx.xx.2024-cü il tarixdə saat 13:11-də «çatarsan saxlaya bilərlər?» məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə ona «Bilmirəm» cavabını yazmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə gedərkən polisdə saxlanılacağından ehtiyyatlanmışdır. X25 Şöbəsinin əməkdaşları isə onun Bakı şəhərindən Hacıqabul rayonu istiqamətində gəldiyini bilməklə Nəvahi qəsəbəsi ərazisində yerləşən yol polisi postunda onu «qarşılamaq» üçün gözləmişlər. Təqsirləndirilən şəxs saat 15 radələrində posta çatdıqda yol polisi əməkdaşları onun idarə etdiyi avtomobili saxlatmışlar. Bundan sonra rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs saxlamış, qollarına qandal vurmuş, özünü və avtomobilini polis şöbəsinə aparmışlar. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə Bakı şəhərindən Hacıqabul Rayon Polis şöbəsinə polis işçilərinin tələbi ilə gəlmişdir. Eyni zamanda bu gəlişində polis işçiləri tərəfindən saxlanıla biləcəyindən ehtiyyatlanmışdır. Hətta o yolda olduğu zaman sevgilisi ona göndərdiyi mesajda polisdə saxlanıla biləcəyi barədə soruşmuşdur. O isə qeyri-müəyyənliklə bilmirəm-deyə sevgilisinə cavab vermişdir. Odur ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə Bakı şəhərindən birbaşa Hacıqabul Rayon Polis Şöbəsinə gəldiyi və polisdə həbsə alına biləcəyindən qorxduğu, eyhtiyyatlandığı halda cibində narkotik vasitə gətirməsi məntiqi və inandırıcı deyildir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərəkən Azərbaycan Respublikası CPM-nin 21.1, 124.1, 125.1, 125.2, 125.2.2-ci maddələrinin tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr vardırsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi möhtəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 125.2 və 125.2.2-ci maddələrinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani hərəkətlərin tədbiq edilməsi ilə əldə edilmiş məlumatların sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası cinayət-prossual qanunvericiliyinin qeyd olunan tələblərinə əsasən məhkəmə məhkəməyədək icraat mərhələsində toplanmış sübutları Təqsirləndirilən şəxs verilmiş ittihamın təsdiqi üçün əsas hesab etmir. Həmin sübutları qeyri-möhtəbər və şübhəli hesab edir. Eyni zamanda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittihamın əsassız olmasına yönəlmiş dəlilləri tam şəkildə təsdiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərildiyi kimi, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi ilə 5,070 qram külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etməsi, üzərində saxlamaqla Hacıqabul rayonu Nəvahi kəndi ərazisinə daşıması, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddəsinə əsasən şəxsin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut olan 4,970 qram narkotik vasitə heroin Hacıqabul Rayon Polis Şöbəsində, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 344-347, 349, 350, 352-353; 357 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan 4,970 qram narkotik vasitə heroin Hacıqabul Rayon Polis Şöbəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar