Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-83/2023 06.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədirliyi ilə, hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X25, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1988-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç uşaq atası, ali təhsilli, Cəlilabad rayon Dövlət Arxivinin müdiri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1, 32.4, 312.2 və 32.3, 320.1-ci maddələri ilə xx.xx.1979-cu ildə Cəlilabad rayonu, Adnalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, üç uşaq atası, Cəlilabad rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2.500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Cəlilabad şəhəri, Şahid1 prospekti, ev 118, mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.1 və 32.4, 312.2-ci xx.xx.1939-cu ildə Cəlilabad rayonu, Yusifli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Cəlilabad rayon 35 saylı X5 direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Cəlilabad rayon Dövlət Arxivinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib atası X12 1995-2005-ci illərdə rəsmi olaraq işləməsinə dair arayış və bu barədə qeydiyyatın aparıldığı əmək kitabçasının verilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs1 guya özlərinin ayrıayrı qurumların rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəklərini yalandan bildirib, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Feyruz Məmiyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun Cəlilabad rayon 35 saylı X2 1995-2005-ci illərdə işləməməsinə baxmayaraq, onun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair arayış verilməsinə görə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə birbaşa yolla maddi nemət olan 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin avqust ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Basqal” kafesində bildirərək, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşib, həmin niyyətlə 18 avqust 2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində yerləşən “Basqal” kafesində həmin məbləğdən ilkin olaraq 3.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb törətdiyi əməlləri gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirməklə yenidən eyni xarakterli əməllər törətmək məqsədilə hüquq verən rəsmi sənədin qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırılmaqla hazırlanması cinayət əməlinin törədilməsini təşkil və həmin cinayətin törədilməsinə rəhbərlik edərək, yəni əvvəllər Cəlilabad rayon 35 saylı X11 İdarəsinin direktoru işləmiş, cinayət törədilən vaxt vəzifəli şəxs olmayan Təqsirləndirilən şəxs3 2022-ci ilin avqust ayında müraciət edib X19 rayon 35 saylı X11 İdarəsində 1995-2005-ci illərdə işləməməsinə baxmayaraq, sonuncunun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair saxta arayış və əmək kitabçasının verilməsinə görə 100 manat məbləğində pul təklif edib Təqsirləndirilən şəxs3 hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamağa razılığını alıb, bundan sonra, cinayətkar niyyətinə uyğun olaraq, 2022-ci ilin avqust ayında yaşadığı ünvan 4 ünvanında yerləşən evində məzmununa X12 guya xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X11 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunması barədə bilə-bilə yalan məlumatlar daxil edərək arayış nümunəsini hazırlayıb həmin sənədi və razılaşmalarına əsasən 100 manat pul vəsaitini həmin müddətdə Cəlilabad şəhəri ərazisində Təqsirləndirilən şəxs3 təqdim edərək sonuncu tərəfindən həmin arayışın və əlavə olaraq özündə olan əmək kitabçasına X12 xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X11 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunması barədə biləbilə yalan məlumatların daxil edilərək imzalanıb, Təqsirləndirilən şəxs3 özündə əvvəlcədən saxlamış olduğu Cəlilabad rayon 35 saylı X11 İdarəsinin möhürü ilə təsdiq edilməsinə nail olub, hüquq verən rəsmi sənəd hesab olunan həmin saxta arayış və əmək kitabçasını sonuncudan alıb 22 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 həmin saxta rəsmi sənədləri təqdim edib, aralarındakı razılaşmaya əsasən sonuncudan həmin vaxt qeyd edilən kafedə qalan 2.000 manat pul vəsaitini nağd qaydada almaqla, həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 cinayətdən xəbərsiz olan qohumu X3 adına olan "xxxx" ASC-yə məxsus 4127********7746 nömrəli plastik karta köçürmüş olduğu 500 manat pul vəsaitinin Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə Cəlilabad şəhəri Şahid1 prospektində yerləşən bankomatdan nağdlaşdırmasından sonra əldə edib, həmin pul vəsaitlərini sonuncu ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Feyruz Məmiyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmiş, Təqsirləndirilən şəxs3 hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamasını təşkil etməklə həmin cinayətin törədilməsinə rəhbərlik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib qohumu Şahid2 1995-2005-ci illərdə rəsmi olaraq işləməsinə dair arayış və bu barədə qeydiyyatın aparıldığı əmək kitabçasının verilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2lə birlikdə guya özlərinin ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəklərini yalandan bildirib, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun Cəlilabad rayon 35 saylı X11 İdarəsində 1995-2005-ci illərdə işləməməsinə baxmayaraq, sonuncunun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair arayış verilməsindən ötrü qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə birbaşa yolla maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin avqust ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Basqal” kafesində bildirərək, Zərərçəkmiş şəxs2 razılığını almaqla sövdələşib, həmin niyyətlə Təqsirləndirilən şəxs2lə birlikdə qeyd edilən kafedə Zərərçəkmiş şəxs2 22 avqust 2022-ci il tarixdə 2.000 manat və 2022-ci ilin avqust ayının sonlarında 2.000 manat pul vəsaitini nağd qaydada alıb, Zərərçəkmiş şəxs2 özünün rekvizitlərini verdiyi "xxxx" ASC-yə məxsus 4169********0639 nömrəli plastik karta köçürmüş olduğu 1.000 manat məbləğində pul vəsaitini 2022-ci ilin avqust ayının sonlarında Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən bankomatdan nağdlaşdıraraq əldə etməklə, həmçinin 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs2 vasitəsilə Cəlilabad şəhəri, Qurtuluş prospektində “Okean” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs2 1.000 manat məbləğində pul vəsaitini almaqla, həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs2lə aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 12 may 2016-cı il tarixli ə/f 07 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatına əsasən, arxivdə olan sənədlərin mühafizəsini, uçotunu təşkil etmək, arxivin profilinə uyğun komplektləşdirmə mənbələrinin müəyyən edilməsi, milli arxiv fonduna məxsus sənədlərin tərkibinin öyrənilməsi, qanunla müəyyən olunan müddət başa çatdıqdan sonra həmin sənədlərin dövlət mühafizəsinə qəbulu işini təşkil etmək, vətəndaşları qəbul etmək və vermiş olduğu sorğuları cavablandırmaq, idarə, müəssisə və təşkilatlardan daxil olmuş müraciətləri cavablandırmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi tanışı Təqsirləndirilən şəxs2 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni tanışı Şahid1 babası Sədulla Əliyevin adına “R.Axundov” adına sovxozun 1969-1971ci illərin qaytanlanmış torpaq kitabında 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmasına dair müdiri olduğu arxivdə saxlanılan zəruri sənədlərin təqdim edilməsi ilə əlaqədar özünə xx.xx.2022-ci il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 həmin görüş zamanı Zərərçəkmiş şəxs2 qeyd edilən məsələnin həllinin maddi nemət qarşılığında tez bir zamanda asanlıqla həll oluna bilməsi, veriləcək sənədlərdə heç bir yalnışlıq olmamasına dair bildirməklə onda əminlik yaratmasından sonra qeyd edilən sənədin təsdiq olunub Zərərçəkmiş şəxs2 təqdim edilməsinə görə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Basqal” kafesində özü və Təqsirləndirilən şəxs2 üçün şəxsən birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini ondan rüşvət qismində istəyib, həmin niyyətlə 2022-ci ilin avqust ayının sonlarında maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən Zərərçəkmiş şəxs2 qeyd edilən kafedə rüşvət qismində Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə almaqla, həmçinin, eyni niyyətlə 2022-ci ilin avqust ayının sonlarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Okean” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus 100 (bir yüz) manat məbləğində pul vəsaitini sonuncudan özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə almaqla, ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə rüşvət qismində alıb sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə əməl edərək 2022-ci ilin avqust ayının sonlarında xx.xx.2022-ci il tarixli 298 nömrəli arayışa “R.Axundov” adına sovxozun 1969-1971-ci illərin qaytanlanmış torpaq kitabında Sədulla Əliyevin adına 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair məlumatlar daxil etməklə öz imzası və möhürü ilə təsdiq edərək həmin arayışı Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Təqsirləndirilən şəxs Yaqubov X8 Toğrul Çapar oğlunun və Təqsirləndirilən şəxs2 dələduzluq və vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə cinayətlərindən xəbərsiz olmaqla, Təqsirləndirilən şəxs1 təşkilatçılığı ilə, yəni sonuncunun hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlama cinayət əməlinin törədilməsini təşkil və həmin cinayətin törədilməsinə rəhbərlik edərək 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 müraciət etmiş X12 Cəlilabad rayon 35 saylı X11 İdarəsində 1995-2005-ci illərdə işləməməsinə baxmayaraq, sonuncunun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair saxta arayış və əmək kitabçasının verilməsinə görə 100 manata razılaşmışlar. 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanında yerləşən evində məzmununa X12 guya xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X11 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunması barədə bilə-bilə yalan məlumatlar daxil edərək arayış nümunəsini hazırlayıb həmin sənədi və razılaşmalarına əsasən 100 manat pul vəsaitini həmin müddətdə Cəlilabad şəhəri ərazisində Təqsirləndirilən şəxs1 aldıqdan sonra 2022-ci ilin avqust ayında Cəlilabad şəhəri ərazisində həmin arayışı və əlavə olaraq özündə olan əmək kitabçasına X12 xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X11 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunması barədə bilə-bilə yalan məlumatları şəxsən daxil edərək həmin kitabçanı, yəni hər iki saxta sənədi imzalayıb, özündə əvvəlcədən saxlamış olduğu Cəlilabad rayon 35 saylı X11 İdarəsinin möhürü ilə təsdiq edib, hüquq verən rəsmi sənəd hesab olunan həmin saxta arayış və əmək kitabçasını Toğul İskəndərova təqdim etməklə sonuncunun təşkilatçılığı və rəhbərliyi ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi hüquq verən rəsmi sənəd olan arayışı və əmək kitabçasını qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayaraq satmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünün CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə özünü təqsirli bilmiş, digər maddələr üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən tutulanadək Cəlilabad Rayon Dövlət Arxivinin müdiri vəzifəsində işləmişdir. 2022-ci ilin iyul ayında məzuniyyətdə olarkən Cəlilabad rayon sakini olan tanışı Bağır ona zəng edərək Bəhruz adlı şəxsin atasına pensiya ilə bağlı staj düzəltdirmək istədiyini bildirmişdir. Bir neçə gün sonra köhnə Bakı-Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisində keçən hissəsində yerləşən «Basqal» kafesində Bağır və Bəhruz ilə görüşmüş, Bəhruz ona atası Feyruz Məmiyev üçün pensiya ilə bağlı staj düzəltməkdə köməklik etməsini xahiş etmişdir. Bəhruza vəzifədə işləyən çoxlu tanışlarının olduğunu bildirmiş və bu işi həll edə biləcəyinə söz vermişdir. X21 1995-2005-ci illəri əhatə edən dövr ərzində təsərrüfat müəssisələrindən birində işləməsinə dair sənəd verəcəyini bildirmiş, Bəhruz da bununla razılaşmışdır. Bəhruz bu məsələni hansı vəzifəli şəxs vasitəsilə həll edəcəyini soruşmuş, cavabında bunun ona aidiyyəti olmadığını demişdir. Bundan sonra nədənsə Bəhruzdan şübhələnmişdir. Bəhruzdan bunun müqabilində əvvəlcə 3800 manat istəsə də, sonradan isə 1000 manat da əlavə olaraq Bağır vasitəsilə istəmiş, ümumilikdə bu məsələnin həlli üçün Bəhruzdan 5000 manat pul istənilmiş, sonuncu da bu məbləğlə razılaşmışdır. 2022ci ilin avqust ayının 15-də «ACER» markalı noutbukunda Bəhruzun atası Feyruzun adına arayış hazırlamış, həmin arayışda onun guya 30 yanvar 1995-ci il tarixli 25 saylı əmrlə Cəlilabad SMD idarəsinə ikinci dərəcəli fəhlə kimi işə qəbul edildiyi, 25 iyul 2005-ci il tarixli 350 saylı əmrlə Cəlilabad SMD idarəsində ikinci dərəcəli fəhlə kimi işdən azad edildiyi, arayışın idarənin müdiri “Piriyev.G tərəfindən verildiyi qeyd edilmişdir. Həmçinin illərə uyğun əmək haqqı cədvəlini də hazırlamışdır. Həmin məlumatları ona vaxtı ilə Cəlilabad SMD idarəsinin müdiri işləmiş Təqsirləndirilən şəxs3 vermişdir. 2022-ci ilin avqust ayının təxminin 17-də həmin arayışı Mikayıla vermişdir ki, o, sənədi imzalasın, möhür və ştapm vursun. Səhərisi gün Mikayıl ona həmin arayışı imzanmış, möhürlənmiş və ştamplanmış formada vermiş, eyni zamanda Mikayılın özü düzəltdiyi Feyruz Məmiyevin adına əmək kitabçasını da təqdim etmişdir. 18 avqust 2022-ci il tarixdə günorta vaxtı o və Bağır Bəhruzla «Basqal» kafesində görüşmüş, Bəhruzun atası Feyruz Məmiyevin adına hazırladığı arayışı və əmək kitabçasını ona təqdim etmiş, Bəhruz 2000 manat verərək pulun qalan hissəsini bir neçə günə verəcəyini demişdir. Həmin vaxt orada Bəhruzun tanışı Səbuhi də olmuşdur. Səbuhi də onlara müraciət edərək tanışı Məlahət adlı xanıma da həmin arayışdan lazım olduğunu demişdir. Bu məsələnin həlli üçün Səbuhidən 5000 manat istənilmiş, Səbuhi də onlarla razılaşmışdır. Təxminən 3 gündən sonra «Basqal» kafesində Bəhruz qalan 3000 manatı ona, o, da həmin puldan 1000 manatını Bağıra vermişdir. Bağıra bank kartı vastəsilə göndərilən qalan 500 manatdan məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 ifadəsinin davamı olaraq göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə «Basqal» kafesində Səbuhi ilə görüşüb Məlahət adlı qadına eyni məzmunlu arayış düzəltmək üçün ondan 2000 manat almışdır. Söhbət əsnasında Səbuhi ona tanışı Şahid1 0,12 ha torpaq sahəsinə çıxarış almaq üçün həmin torpaq sahəsinin sonuncunun babası Sədulla Əliyevə məxsus olması barədə arxivdən arayış verə biləcəyini soruşmuş, bu məsələnin həlli üçün ondan əvvəlcə 500 manat istəmiş, sonda 400 manata razılaşmışlar. Sonra Səbuhi ilə əlaqə saxlamış və ondan əlavə olaraq 1000 manat da istəmişdir. Səbuhi 1000 manatı onun kartına atmışdır. Məlahətin sənədləri ilə bağlı qalan 2000 manatı və Şahid1 0,12 ha torpaq sahəsinə çıxarış almaq üçün verəcəyi arayışa görə 400 manat pulu növbəti görüş vaxtı ona vermiş, o, həmin pulu Bağıra vermiş, özü üçün almamışdır. Məlahətin işinə görə həmin 5000 manat puldan 1000 manatını Bağıra vermişdir. Ümumilikdə Bəhruz və Səbuhidən 10000 (on min) manat pul almış, 2000 (iki min) manatını Bağıra vermiş, özünə 8000 (səkkiz min) manat çatmışdır. Feyruz Məmiyevin və Şahid2 adına olan arayışları evində öz komputeri ilə hazırlamışdır. Sənədə möhürü Təqsirləndirilən şəxs3 vurmuş, bunun müqabilində Mikayıla 100 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında evində Şahid2 da Feyruz Məmiyevə hazırladığı həmin qaydada eyni məzmunlu arayış hazırlamış, möhür və ştamp vurmaq üçün arayışı Mikayıla vermək istədikdə sonuncu arayışı götürməmişdir. Arayış hazır olmadığı üçün onu Səbuhiyə təqdim edə bilməmişdir. Hazırda himayəsində 3 azyaşlı uşağı var, 6 yaşında oğlu Rəsul talassemiya xəstəliyindən əziyyət çəkir, 10 yaşında qızı Nəsibə isə anadangəlmə sağlamlıq imkanı məhdud olan uşaqdır, həyat yoldaşı isə heç yerdə işləmir. Zərərçəkmiş şəxslərlə barışmış, dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü törətdiyi CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə özünü təqsirli bilməmiş, 32.5, 311.1 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 göstərişlərini icra etmişdir. Belə ki, qohumu Nizami adında şəxsin vasitəsilə tanıdığı Bəhruz adlı şəxs 2022-ci ilin iyul ayında ona zəng edərək atası Feyruz Məmiyevə pensiya təyin etmək üçün 1995-2005-ci illəri əhatə edən dövr ərzində işləməsinə dair arayış lazım olduğunu bildirmişdir. O, tanışı olan Cəlilabad rayon Dövlət Arxivinin müdiri Təqsirləndirilən şəxs1la bu məsələ barədə danışmış, Toğrul da bu məsələni müsbət həll edə biləcəyinə söz vermişdir. Bir neçə gün sonra Cəlilabad rayonunda “Basqal” kafesində Zərərçəkmiş şəxs1 və Toğrul İsgəndərovu görüşdürmüşdür. Toğrul Bəhruza bunun üçün əvvəlcə 3800 manat, sonradan isə 1000 manat da lazım olduğunu bildirmişdir. Toğrul ona Feyruz Məmiyevin 1995-2005-ci illəri əhatə edən dövr ərzində təsərrüfat müəssisələrindən birində işləməsinə dair sənəd verəcəyini bildirmiş, Bəhruz da Toğrulla razılaşmışdır. X26 bu məsələni hansı vəzifəli şəxslə həll edəcəyini soruşmuş, Toğrul isə cavadında bunun ona aidiyyəti olmadığını demişdir. Toğrul Bəhruzdan sonuncunun atası Feyruzun şəxsiyyət vəsiqəsinin əslini almışdır. Ümumilikdə bu məsələnin həlli üçün Bəhruzdan 5000 manat pul istənilmiş, sonuncu da bu məbləğlə razılaşmışdır. Qeyd olunan məsələ ilə bağlı 2022-ci ilin avqust ayında xatırlamadığı tarixdə “Basqal” kafesində Bəhruz ona 3000 manat pul vermiş, o, da həmin pulları sayıb Toğrula vermiş, pulun qalan hissəsini isə arayışı və əmək kitabçasını götürdükdən sonra verəcəyini demişdir. Həmin vaxt Bəhruzun yanında olan tanışı Səbuhi də qeyd olunan arayışdan və əmək kitabçasından Məlahət adında tanışına lazım olduğunu demiş, Toğrul da cavabında bunun üçün eyni məbğlədə pul lazım olacağını bildirmişdir. Bundan sonra Səbuhi və Bəhruz çıxıb getmişlər. Təxminən 2-3 gün sonra Toğrul ona Feyruzun arayışının və əmək kitabçasının hazır olduğunu demişdir. “Basqal” kafesində görüşüb Toğrul X21 adına olan əmək kitabçasını və arayışı təqdim etmiş, Bəhruz qalan 2000 manatı ona vermiş, pulu sayıb Toğrula vermişdir. Toğrul da pulu sürücüsü Tərlana vermişdir. Sonra Bəhruzla gələn Səbuhi də Məlahətin iş stajı ilə bağlı danışdıqları arayış üçün 2000 manat pulu ona vermiş, pulu sayıb Toğrula vermiş, Toğrul qısa zamanda həmin arayışı təşkil edəcəyini söz vermişdir. İki gün sonra Bəhruz ona zəng edərək 1000 manat da istədiyini demiş, Bəhruz ona atdığı Toğrulun bank kartına 1000 manat göndərimişdir. Bundan sonra “Basqal” kafesində görüşdükləri zaman Səbuhi onun və Bəhruzun yanında Toğrula Şahid2 işi ilə bağlı 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamı olaraq göstərmişdir ki, Səbuhi tanışı Şahid1 babası Sədulla Əliyevin adına Cəlilabad rayonu R.Axundov adına Sovxozun 1967- 1971-ci illərin torpaq kitabında 0,12 ha həyətyanı torpaq sahəsinin qeyd edilməsinə dair arxiv arayışı almaq üçün Toğrula 400 manat vermiş, Toğrul həmin puldan ona 200 manat vermişdir. Arayışı verdikdən sonra Səbuhi onun özünə 100 manat pul vermiş və o, həmin pulu yenə Toğrula vermişdir. Səbuhi qabaqcadan Şahid2 iş stajının arayışının həll ediləcəyi təqdirdə ona 1.000 manat məbləğdə pul verəcəyini vəd etdiyindən köhnə Bakı- Ələt-Astara şosesinin Cəlilabad rayonundan keçən hissəsində yerləşən “Okean” adlı kafedə Səbuhi ilə görüşmüş, həmin görüş vaxtı Zərərçəkmiş şəxs2 ona 1.000 manat vermişdir. 2200 manat Toğruldan, 1000 manat Səbuhidən və 500 manat Bəhruzdan almaqla, ümumilikdə göstərilən məsələlərin həlli ilə bağlı ona 3700 manat pul çatmışdır. Toğrulun həmin sənədələri necə və harada hazırlamasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 əlavə olaraq göstərmişdir ki, arvadı Xuraman Şirəliyeva 2019-cu ildə ölmüşdür. Ailə vəziyyəti ağırdı, hazırda subaydır, 15 yaşında İdrak adında oğlunu, 11 yaşında İntizam adında oğlunu və 7 yaşında qızı İncini təkbaşına böyüdür. Özü hazırda heç yerdə işləmir. Zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş CM-nin 320.1-ci maddəsilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1994-cü ildən 2006-cı ilədək Cəlilabad rayonunda 35 saylı X5 müdiri, 2006-cı ildən 2007-ci ilədək 31 saylı X5 müdiri, 2007-ci ildən 2012-ci ilədək 5 saylı "xxxx" MMC-nin müdiri vəzifəsində işləmiş və hazırda təqaüddədir. 2022-ci ilin avqust ayının ortalarında Milli Arxiv İdarəsinin Cəlilabad rayon filialının müdiri Təqsirləndirilən şəxs1 ona X12 adına köhnə tarixə yəni, 1995-ci il 2005-ci illərdə, əvvəllər rəhbəri olduğu 35 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə işində işləməsinə dair arayış və əmək kitabçası verməyini xahiş etmişdir. Görəcəyi işin müqabilində Toğrul ona 100 manat pul verəcəyini demiş, onunla razılaşmışdır. Toğrul ona Feyruz Məmiyevin adına 10 il ərzində staj yazılmasına dair arayışı təqdim etmiş, Toğrulun ona verdiyi arayışın sol yuxarı hissəsinə ştamp, dəstənin müdiri “Piriyev.G” yazısının qarşısından imza çəkmiş və imzanın üzərindən möhür vurmuşdur. Həmçinin o, dəstə müdiri işlədiyi dövrdən 01 ədəd əmək kitabçası qalmışdır ki, həmin kitabçaya da X12 adına 1995-ci il 2005-ci illərdə 35 saylı Səyyar Mexanikiləşdirilmiş dəstədə fəhlə işində işləməsinə dair məlumat daxil etmişdir. Arayışa və əmək kitabçasına 35 saylı X5 ştamp və möhürünü vurmuşdur. Həmin möhür və ştamp uzun müdətdir ki, onda olmuşdur. Toğrul bu işin müqabilində ona 100 manat vermişdir. Toğrul ona yenidən başqa şəxsə əmək kitabçası və arayış verməli olduğunu desə də o, razılaşmamışdır. Hazırda 83 yaşı var, əməlindən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş digər istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının ortalarında tanışı Cəlilabad rayon sakini Bağır adlı şəxsə zəng edərək atası Feyruz Məmiyevə pensiya düzəltmək üçün iş stajını artırması ilə bağlı arayış lazım olduğunu demişdir. Bağır da rayonun arxiv müdiri Toğrul müəllimlə danışıb ona məlumat verəcəyini demişdir. Bir gündən sonra Bağır onu Toğrulla görüşmək üçün rayona çağırmış, onlar Cəlilabad rayonununun ərazisində olan “Basqal” kafesində görüşmüşlər. Toğrul həmin məsələni tanışı olan vəzifəli şəxsin vasitəsilə həll edəcəyini bildirib ondan qeyd olunan məsələnin həlli ilə bağlı əvvəlcə 3800 manat pul istəmiş, Toğrulla razılaşmış və Şirvan şəhərinə qayıtmışdır. Bundan sonra Toğrul “Vatsap”la ona zəng edib arayışı yazan və əmək kitabçasını hazırlayan vəzifəli şəxslə danışdığını, bu məsələnin həlli üçün 3800 manat deyil, 5000 manat lazım olduğunu, 4000 manatın həmin vəzifəli şəxsə çatacağını, 1000 manatın isə ona verəcəyini demişdir. Pulun 3000 manatını düzəltmiş və dostu Səbuhi ilə Cəlilabad rayonuna getmişlər. 3000 manatı “Basqal” kafesində Toğrula vermiş, pulun qalan hissəsini isə sənədi götürəndən sonra verəcəyini demişdir. Söhbət əsnasında Səbuhi öz tanışına da iş stajına dair həmin arayışdan lazım olduğunu bildirmiş, Toğrul bu məsələni eynilə 5000 manata düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Səbuhi ilə birlikdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə ərizə ilə müraciət edib baş verənləri ətraflı danışmışlar. Həmin İdarənin əməkdaşları tərəfindən üzərlərinə kamera quraşdırılmış, Toğrula çatası olan 2000 manat pulu ona, 2000 manatı isə Səbuhiyə vermişlər. Bir neçə gündən sonra yenidən Cəlilabadda “Basqal” kafesində Toğrulla görüşmüş, 2000 manatı ona verib atasının 10 il iş stajının olmasına dair arayışı və əmək kitabçasını almışdır. Toğrul həmin pulu yanında olan sürücüsünə vermişdir. Sonra Səbuhi də tanışı Məlahətin iş stajının artırılmasına dair 2000 manat pulu Bağıra, sonuncu pulu sayıb Toğrula vermişdir. Təxminən iki gün sonra Toğrul ona pul kartının nömrəsini göndərərək həmin karta Səbuhinin əlavə olaraq 1000 manat göndərməyini demiş, Səbuhi də əməliyyatçılardan 1000 manat götürüb Toğrulun "xxxx" pul kartına həmin pulu göndərmişdir. Bundan başqa, o, Bağıra atasının məsələsini həll etdiyi üçün pul kartına əlavə olaraq 500 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamı olaraq göstərmişdir ki, Səbuhinin tanışı Şahid1 0,12 ha torpaq sahəsinə çıxarış almaq üçün həmin torpaq sahəsinin sonuncunun babası Sədulla Əliyevə məxsus olmasına dair arxivdən arayış verməsindən ötrü Toğrul 500 manat pul istəmiş, sonradan 400 manata razılaşmışlar. Bu barədə Səbuhi prokurorluğun əməliyyatçılarına məlumat vermiş, üzərlərinə kamera quraşdırılmışdır. 2022-ci ilin avqust ayının sonlarında “Basqal” kafesində Bağır və Toğrulla görüşmüş, Məlahətin iş stajı ilə bağlı Səbuhi 2000 manatı və Şahid1 torpaq məsələsi ilə bağlı 400 manatı Toğrula vermişdir. Toğrul 2400 manatı götürdükdən sonra Məlahətin arayışı hazır olmadığını və hər iki sənədi birlikdə verəcəyini demişdir. Toğrul həbs olunanadək Məlahətin iş stajına dair arayışı Səbuhiyə verməmişdir. Şahid2 iş stajına dair arayışa görə Səbuhi Bağıra əlavə 1000 manat, Şahid1 torpaq sahəsinə görə 100 manat, cəmi ona 1100 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq ifadəsində göstərmişdir ki, Toğrula və Bağıra verdiyi 5500 manat pulun 3000 manatı öz puludur, digər 2500 manat isə əməliyyatçılar tərəfindən ona verilmişdir. Hazırda 3000 manat ona qaytarılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və iddiası yoxdur, onlarla barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətinin və tələbinin olmadığını, onlarla barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının ortalarında tanışı Zərərçəkmiş şəxs1lə birlikdə sonuncunun atası Feyruz Məmiyevin iş stajının artırılmasına dair arayış məsələsini həll etmək üçün Cəlilabad rayonuna gəlib «Basqal» kafesində Bağır və Toğrulla görüşmüşlər. Bəhruz atasının məsələsini həll etmək üçün 3000 manat pulu Bağıra, Bağır da pulu sayıb Toğrula vermiş və demişdir ki, pulun qalan 2000 manatını isə sənədi götürəndə verəcəkdir. Orada söhbət əsnasında öz tanışı olan Şahid2 da həmin məzmunlu arayışın lazım olduğunu demişdir. Toğrul da onunla razılaşaraq həmin məsələni də 5000 manata həll edə biləcəyini bildirmişdir. Toğrul iş sajının artırılmasına dair arayışların hansısa vəzifəli şəxs tərəfindən hazırlanıdığını bildirmişdir. Bundan sonra hər ikisi də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə ərizə ilə müraciət etmişlər. Müraciətlə bağlı araşdırma aparılmış, onların üzərlərinə kamera yerləşdirilmiş, hər birinə 2000 manat məbləğində pul verilmişdir ki, Toğrula çatdırılsın. Bəhruzla birlikdə «Basqal» kafesinə gəlib Bağır və Toğrulla görüşmüşlər. Əvvəlcə Bəhruz qalan 2000 manatı Toğrula, Toğrul isə pulu yanında gələn sürücüyə vermişdir. Pulu aldıqdan sonra X24 10 il iş stajının olmasına dair arayışı və əmək kitabçasını Bəhruzə vermişdir. Bundan sonra, özü də Şahid2 iş stajının artılırlması üçün 2000 manat pulu Bağıra, Bağır da pulu sayıb Toğrula vermişdir. Təxminən iki gündən sonra Toğrul ondan əlavə olaraq 1000 manat istəmiş, həmin pulu əməliyyatçılardan götürmüş və Toğrulun pul kartına göndərmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin davamı olaraq göstərmişdir ki, Toğruldan tanışı Şahid1 torpaq sahəsinə çıxarış almaq üçün həmin torpaq sahəsinin sonuncunun babası Sədulla Əliyevə məxsus olmasına dair arxivdən arayış verilməsi üçün rayonun arxiv müdiri Toğrulla söhbətləşmişlər. Toğrul bu məsələnin həlli üçün ondan əvvəlcə 500 manat, sonra isə 400 manat istəmiş, sonda onunla razılaşmışdır. Bağır və Toğrul onlarla əlaqə saxlayıb Şahid2 arayışının hazır olduğunu, arayış üçün verilməli olan 5000 manatdan qalan 2000 manatı və Şahid1 torpaq məsələsi lə bağlı razılaşdıqları 400 manatıda gətirmələrini demişlər. Bu haqda əməliyyatçılara məlumat vermiş, üzərlərinə kamera quraşdırılmış və onlardan cəmi 2400 manat götürüb Cəlilabad rayonuna «Basqal» kafesinə gəlmişlər. Əməliyyatçılar tərəfindən ona verilmiş 2400 manatı Toğrula təqdim etmiş, torpağa aid arayışı götürmüş, Şahid2 arayışı isə hazır olmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində əlavə olaraq göstərmişdir ki, Bağıra Cəlilabad rayonunun ərazisində Məlahətin iş stajının həlli üçün əlavə olaraq 1000 manat, Şahid1 torpaq məsələsinin həlli ilə bağlı isə 100 manat, ona cəmi 1100 manat pul vermişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2lə barışmış, onlara qarşı heç bir şikayəti və iddiası yoxdur. Təqsirləndirilən şəxs3 adlı və soyadlı şəxsi tanımır. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətinin və tələbinin olmadığını, onlarla barışdığını, dəymiş ziyanın tam ödənildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Toğrulu və Bağırı rayon sakinləri kimi tanıyır. 22 avqust 2022-ci il tarixdə günorta satlarında Bağırı və Toğrulu rayonun ərazisindən götürüb «Basqal» kafesinə aparmışdır. Toğrul orada tanımadığı iki nəfər şəxslərlə söhbət etməyə başlamış, orada olanlardan biri və adını sonradan bildiyi Bəhruz 2000 manat pulu Toğrula, sonuncu da pulu ona vermişdir. Toğrul bunun əvəzində bir ədəd arayışı və əmək kitabçasını Bağıra vermişdir. Habelə, adını sonradan bildiyi ikinci şəxs Səbuhi də 2000 manat pulu Toğrula, sonuncu da pulu sayıb ona vermişdir. Gedən söhbətlərdən başa düşmüşdür ki, Toğrul və Bağır həmin iki nəfərə iş stajlarının artırılması ilə bağlı arayışlar düzəldib vermişlər. Sonra isə özündə saxladığı 4000 manatı Toğrula qaytarmış, pulu Bağırla orada aralarında bölmüşlər.Həmin puldan ona heçnə verilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımır. 2022-ci ilin avqust ayında pensiya almaq üçün iş stajı çatmadığına görə tanışı Səbuhiyə müraciət etmişdir ki, ona köməklik etsin. Səbuhi isə maraqlanıb ona məlumat verəcəyini demişdir. Səbuhiyə şəxsiyyət vəsiqəsini vermişdir. Bundan sonra Səbuhi ilə aralarında heç bir söhbət olmamış, Səbuhi ona iş stajı ilə bağlı heç bir arayış və ya əmək kitabçası verməmişdir. Həmçinin, bu məsələ ilə bağlı heç kimə pul verməmişdir. Məhkəmə istintaqında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi tədqiq olunaraq elan olunmuş, həmin ifadədə göstərmişdir ki, yaşadığı ünvan 5 ünvanda olan evini sənədləşdirmək və torpaq sahəsi babası Sədulla Əliyevin adına olduğu üçün bu barədə arxivdən torpaq sahəsinə aid olan qərardan çıxarış almaq lazım olduğundan tanışı Səbuhiyə müraciət etmişdir. Səbuhi onun xahişinə görə Arxiv idarəsinə gedəcəyini bildirmiş və öz şəxsiyyət vəsiqəsinin surətini ona verərək babasının adını da ona demişdir. Lakin, Cəlilabad rayon Arxiv idarəsindən çıxarış almamışdır. Sonradan ona məlum olmuşdur ki, arxiv idarəsinin müdiri həbs edilmişdir. Bu məsələ ilə bağlı nə Səbuhiyə, nə də ki, Arxiv idarəsinə pul verməmişdir. Ümumiyyətlə, bu barədə heç kimlə söhbəti olmamışdır. O, yalnız Səbuhidən çıxarışı almaq üçün kömək istəmişdir. O, 29 iyul 2022-ci il tarixli 298 nömrəli qərardan çıxarışla tanış olaraq həmin sənədi ilk dəfə gördüyünü, həmin sənədin ona təqdim edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, müəssisənin inzibati binasına daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 22 avqust 2022-ci il tarixli pul əskinazlarının təqdim edilməsi haqqında protokollardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinə 2.000 manat (ümumilikdə 4.000 manat) pul vəsaiti verilmiş və Zərərçəkmiş şəxs1 üzərinə texniki vasitə olan videokamera quraşdırılmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 24 avqust 2022-ci il tarixli pul əskinazlarının təqdim edilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 1.000 manat pul vəsaiti verilmişdir. Məhkəmədə tədqiq edil miş və iş materiallarında olan 26 avqust 2022-ci il tarixli pul əskinazlarının təqdim edilməsi haqqında protokollardan görünür ki, həmin tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 500 manat və Zərərçəkmiş şəxs2 2.400 manat (ümumilikdə 2.900 manat) pul vəsaiti verilmiş və Zərərçəkmiş şəxs1 üzərinə texniki vasitə olan videokamera quraşdırılmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 29 avqust 2022-ci il tarixli pul əskinazlarının təqdim edilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 1.100 manat pul vəsaiti verilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan X13 ünvanlanmış saxta arayışdan görünür ki, X17 xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X11 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ******* nömrəli saxta əmək kitabçasından görünür ki, X17 xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X11 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunmuşdur. Məhkəmədə tədqiq edilmiş Cəlilabad rayon Dövlət Arxiv idarəsinin 29 iyul 2022-ci il tarixli 298 nömrəli arayışından görünür ki, Şahid1 babası Sədulla Əliyevin adına “R.Axundov” adına Sovxozun 1969-1971-ci illərin qaytanlanmış torpaq kitabında 0,12 ha torpaq sahəsinin olması barədə qeyd vardır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 07 sentyabr 2022-ci il tarixli 2 ədəd jurnala baxış keçirilməsi haqqında protokoldan görünür ki, -“İdarə, təşkilat və vətəndaşlardan daxil olan ərizələrin qeydiyyat” jurnalın 18-ci vərəqəsində 298 nömrəli sırada Şahid1 xx.xx.2022-ci il tarixdə müraciət etməsi görünür. Lakin, imza yeri boşdur. -“Təşkilatlara və vətəndaşlara verilən sosial-hüquq xarakterli qeydiyyat” jurnalın 18ci vərəqəsində 298 nömrəli sırada Şahid1 xx.xx.2022-ci il tarixdə arayışla bağlı müraciət etməsi görünür və həmin tarixdə vətəndaşa arayış verilməsi qeyd edilir. Lakin, bu jurnalda da imza yeri boşdur. 29 sentyabr 2022-ci il tarixli kitaba baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Cəlilabad rayon Rufulla Axundov adına sovxoz qaytanlanmış torpaq kitabı”n 24-cü vərəqəsində 158-ci nömrəsində Əliyev Sədullanın adına 0,12 ha həyətyanı torpaq sahəsinin qeyd edilməsi görünür. İş materiallarında olan 7 sentyabr 2022-ci il tarixli Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında 7 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskin içərisində 5 ədəd fayl müəyyən edildi. Həmin fayllardan 2-i video çəkilişlər, 3-ü isə audio səslərdir. -“2022-08-22_15-17-13_part01” adlı faylla müəyyən olunur ki, video görüntünün müddəti 1:08:38 saniyədir. Görüntüdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilkin olaraq kafenin içərisində Təqsirləndirilən şəxs2lə oturub çay içib söhbət edirlər. Aralarındakı söhbətin məzmunu müəyyən şəxslərə iş stajlarının yazılmasına köməklik göstərilməsindən ibarətdir. Videogörüntünün 56:32-ci saniyəsində Təqsirləndirilən şəxs1 yaxınlaşaraq stula əyləşir və həmin vaxt yanında bir nəfər şəxs olur. Həmin vaxt Zərərçəkmiş şəxs1 2.000 manat pul vəsaitini Toğrula verir, Toğrul da öz növbəsində həmin pulu götürüb saxlaması üçün yanındakı şəxsə verir. Toğrul isə bir ədəd arayışı və əmək kitabçasını Bəhruza təqdim edir. Bundan sonra Zərərçəkmiş şəxs2 da 2.000 manat pul vəsaitini Bağıra verir. Bağır da həmin pulu götürüb saydıqdan sonra yenidən Toğrula verir. Videogörüntünün 1:08:00-saniyəsində isə Bəhruzla Səbuhi onlarla sağollaşaraq oradan çıxıb gedirlər. -“Rec1_20220826_1401144” adlı faylla müəyyən olunur ki, video görüntünün müddəti 20:32 saniyədir. Görüntüdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilkin olaraq kafeyə daxil olub stullarda əyləşirlər. Videonun 9-cu saniyəsində Bağır onlara yaxınlaşır və gəlib onlarla birlikdə stulda əyləşir. 05:10-cu saniyədə isə Toğrul gəlir və hər kəslə salamlaşıb stulda oturur. Bundan sonra aralarında yenə staj məsələsinin həll edilməsi barədə söhbətlər gedir. Videonun 10:43-cü saniyəsində Səbuhi cibindən 2.000 manat pul çıxararaq Toğrula təqdim edir. O, həmin pulu staj məsələsinin həll edilməsinə görə verir. Həmçinin, 11:52-ci saniyədə Səbuhi əvvəlcədən danışılmış Arxiv arayışının verilməsinə görə Toğrula 400 manat pul verir və Toğrul həmin pulu da birbaşa əlbəəl Səbuhidən götürür. -“AUD-20220815-WA0022” adlı faylla müəyyən olunur ki, audio səs yazısının müddəti 15:39-saniyədir, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında Bəhruzun atasının iş stajı söhbəti gedir. Daha sonra Toğrulla görüşürlər. Toğrul isə arayışı verdikdən sonra həmin arayışa görə pensiya alıb-almayacağına zəmanət vermədiyini, həmçinin, əmək kitabçasının da veriləcəyini bildirir. Həmçinin, həmin vaxt arayışın və əmək kitabçasının verilməsi müqabilində veriləcək pulun məbləği müzakirə edilir. -“AUD-20220815-WA0030” adlı faylla müəyyən olunur ki, audio səs yazısının müddəti 03:45-saniyədir, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında telefon danışığı olur. Danışıq zamanı Toğrul arayışı və əmək kitabçasını verəcək vəzifəli şəxslə danışdığını, həmin adamın 4.000 manat pul istədiyini, özü üçün isə 1.000 manat pul istədiyini bildirir. Bəhruz da Toğrula məsləhətləşib cavab verəcəyini bildirir. -“AUD-20220815-WA0033” adlı faylla müəyyən olunur ki, audio səs yazısının müddəti 01:58-saniyədir, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında telefon danışığı olur. Bəhruz Toğrula 1.000 manat, Toğrulun dediyi vəzifəli şəxsə isə 4.000 manat pulu verəcəyini öz öhdəsinə götürür. Toğrul pulun tez bir zamanda verilməsini və pul verildikdən sonra arayışla əmək kitabçasını verəcəyini bildirir. İş materiallarında olan hesabdan çıxarışa baxış keçirilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X3 adına olan "xxxx" ASC-yə məxsus 4127********7746 nömrəli plastik karta xx.xx.2022-ci il tarixdə “emanat kart medaxil 1581 Card MODENİS: **********” təyinatı ilə 500 manat məbləğində pul vəsaiti köçürülmüş, xx.xx.2022-ci tarixdə isə 500 manat məbləğində pul vəsaiti “ATM RİM SHR CALİLABAD BR” bankomatından çıxarılmışdır. 14 avqust 2013-cü il tarixli 112 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 14 avqust 2013-cü il tarixdən Cəlilabad rayon dövlət arxivinin müdiri vəzifəsinə təyin olunmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlarla aşağıdakı hallar öz təsdiqini tapmışdır: - Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Feyruz Məmiyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmiş, Təqsirləndirilən şəxs3 hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamasını təşkil etməklə həmin cinayətin törədilməsinə rəhbərlik etmişdir. - Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 vahid niyyətlə təkrarən təhrik etmişdir. - Təqsirləndirilən şəxs1 2022-ci ilin avqust ayının sonlarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Okean” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə rüşvət qismində alıb sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişlər. - Təqsirləndirilən şəxs3 hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb satmışdır. Təqsirləndirilən şəxslər özlərinin müdafiəçisi üçün hər hansı bir dəlil gətirməmişlər. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər –Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışdıqlarına, onlara dəymiş ziyanı tamamilə və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödədiklərinə görə Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2., 178.2.3, 178.2.4 –cü maddələri ilə, Təqsirləndirilən şəxs2 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə məhkəmənin 6 mart 2022-ci il tarixli qərarı ilə CM-nin 73-1.2 və CPM-nin 43.1.2-ci maddələrinə əsasən xitam verilərək onlar cinayət məsuliyyətindən azad edilmişlər. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 işlədiyi müddət ərzində özünü bacarıqlı bir kadr kimi göstərmiş, barəsində inzibati tənbeh tətbiq edilməmiş və şikayət daxil olmamışdır. Məhkəməyə təqdim şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü Nəsibə adında qız övladı, xx.xx.2017-ci il təvəllüdlü Rəsul adında oğul övladı, xx.xx.2012-ci il təvəllüdlü Zəhra adında qız övladı vardır. Məhkəməyə tədqim olunmuş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 6 yaşında azyaşlı oğlu Rəsul İskəndərli “Beta Talassemiya” xəstəliyindən əziyyət çəkir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 10 yaşında olan azyaşlı qızı Nəsibə İskəndərli “sinir kökləri və kələflərinin zədələnmələri, anadan gəlmə xəstə, bazu kələfinin zədələnməsi, sol bazı kələfinin doğuş travma səbəbli pleksiti, sol qolun kobud parezi” diaqnozu ilə anadangəlmə sağlamlıq imkanı məhdud olan uşaqdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən və məhkəməyə arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2008-ci il təvəllüdlü (15 yaş) İdrak adında oğul, xx.xx.2012-ci il təvəllüdlü (11 yaş) İntizam adında oğul və xx.xx.2016-cı il təvəllüdlü (7 yaş) İnci adında qız övladları vardır. X4 7 dekabr 2019-cu ildə vəfat etmişdir. Məhkəməyə təqdim olunmuş ƏƏSMN-nin X1 sistemindən alınmış arayışdan görünür ki, 1939-cu il təvəllüdlü (84 yaş) Təqsirləndirilən şəxs3 yaşa görə aylıq 429 manat pensiya alır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Şirəliyev X9 rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2.500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mili Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli qərarla 1(bir) ədəd DVD disk, 29 iyul 2022-ci il tarixli Cəlilabad rayon Arxiv idarəsinin arayışı, Cəlilabad rayon 35 saylı X6 məxsus saxta arayış, ******* nömrəli saxta əmək kitabçası, X3 adına olan hesabdan çıxarış, “İdarə, təşkilat və vətəndaşlardan daxil olan ərizələrin qeydiyyat” jurnalı və “Təşkilatlara və vətəndaşlara verilən sosial-hüquq xarakterli qeydiyyat” jurnalı, 1(bir) ədəd Cəlilabad rayon 35 saylı X6 məxsus ştamp və 1 (bir) ədəd möhür maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 CM-nin 311.1, 32.4, 312.2 və 32.3, 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 311.1, 32.4, 312.2-ci maddələri, Təqsirləndirilən şəxs3 CM-nin 320.1-ci maddəsilə ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş, onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 311.1, 32.4, 312.2 və 32.3, 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 32.5,311.1, 32.4,312.2-ci maddələri və Təqsirləndirilən şəxs3 CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə göstərilənlərə əsasən: - Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, 6 yaşında azyaşlı oğlu Rəsul İskəndərlinin “Beta Talassesmiya” xəstəliyindən əziyyət çəkməsini, 10 yaşında olan azyaşlı qızı Nəsibə İskəndərlinin “sinir kökləri və kələflərinin zədələnmələri, anadan gəlmə xəstə, bazu kələfinin zədələnməsi, sol bazı kələfinin doğuş travma səbəbli pleksiti, sol qolun kobud parezi” diaqnozu ilə anadangəlmə sağlamlıq imkanının məhdud olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını, ali təhsilli olmasını Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. - Təqsirləndirilən şəxs1 CM-in 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. - Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, X4nın 7 dekabr 2019-cu ildə vəfat etməsini, hazırda uşaqlarını təkbaşına böyütməsini və ailəyə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. - Təqsirləndirilən şəxs2 CM-in 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. - Təqsirləndirilən şəxs3 ahıl yaşında (84 yaş) olmasını və yaşa görə hazırda təqaüd almasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. - Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə göstərilənlərə əsasən: - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əməlində iş üzrə himayəsində üç azyaşlı uşağının olması, əməlindən peşman olması, 6 yaşında azyaşlı oğlu Rəsul İskəndərlinin “Beta Talassesmiya” xəstəliyindən əziyyət çəkməsi, 10 yaşında olan azyaşlı qızı Nəsibə İskəndərlinin anadangəlmə sağlamlıq imkanının məhdud olması, iş yeri üzrə müsbət xarakterizə olunması, ali təhsilli olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, Azərbaycan Respublikası CM-nin 32.4, 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əməlində iş üzrə himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olması, əməlini səmimi etiraf etməsi və peşman olması, X4nın 7 dekabr 2019-cu ildə vəfat etməsi, hazırda uşaqlarını təkbaşına böyütməsi və ailəyə yeganə qazanc gətirən şəxs olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, Azərbaycan Respublikası CM-nin 32.4, 314.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, ahıl yaşında olması və yaşa görə təqaüd almasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəalarını və iş üzrə təqsirləndirilən şəxslərin hər birinə cəza təyin edərkən nəzərə aldığı halları məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 311.1, 32.4, 312.2 və 32.3, 320.1-ci maddələrində və Təqsirləndirilən şəxs2 CMnin 32.5, 311.1 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də, iş üzrə təqsirləndirilən şəxslərin hər birinə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 46.1 və 46.2-ci maddələrinə əsasən “Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir, “Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər”. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını, Azərbaycan Respublikası CMin 32.4, 312.2-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin xarakterini və ictimai təhlükəliliyini, onların şəxsiyyətini nəzərə alaraq həmin əmələ münasibətdə də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq əsas və əlavə cəzaları qismən toplamaq yolu CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən onlara cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən məhkəmə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşağ on dörd yaşıan çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixli Qanunla ratifikasiya etdiyi BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 2.1-ci maddəsinə əsasən iştirakçı dövlətlərin məhkəmələri uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələrinə əsasən uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq, azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən, humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət qanununda cəzanın çəkilməsinin təxirə salınmasının şərtləndirildiyi əsaslardan biri də şəxsin uşağının tərbiyəsi ilə məşğul olmasıdır. Bu zaman məhkumun şəxsiyyəti, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. hallar da nəzərə alınmalıdır. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 mərhum arvadı Xuraman Şirəliyevadan birgə nigahdan doğulmuş və hazırda himayəsində olan övladları - 15 yaşlı İdrak Şirəliyevin, 11 yaşlı (azyaşlı) İntizam Şirəliyevin və 7 yaşlı (azyaşlı) İnci Şirəliyevanın ata qayğısına ehtiyaclarının olmasını, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkəcəyi halda, bu halın uşaqlarının, xüsusilə də azyaşlı övladları - İntizam Şirəliyevin və İnci Şirəliyevanın müəyyən müddətə valideyn himayəsi və qayğısından kənarda qalmaları nəticəsində gələcəkdə onların psixoloji vəziyyəti, tərbiyə və təhsil almaq imkanlarına mənfi təsir göstərəcəyini, beləliklə də uşaqlarının üstün mənafeyi və hüquqlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi himayəsindəki xx.xx.2016-cı il təvəllüdlü (7 yaş) azyaşlı uşağı olan İnci Şirəliyevanın 14 yaşına çatanadək, yəni 22.11. 2030-cu il tarixə kimi təxirə salınmalı, Təqsirləndirilən şəxs2 üzərinə azyaşlı və digər yetkinlik yaşına çatmayan uşağına qayğı göstərmək, onların tərbiyəsi ilə məşğul olmaq vəzifələri qoyulmalı, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 172.6cı maddəsinə əsasən müvafiq davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı və qeydiyyatda olduğu yer üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmmdhüseyn oğlu barəsində cəzaçəkmə yeri - ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. 7 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 9 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2, 311.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə barəsində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 7 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 9 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2, 32.5, 311.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki: - Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 7 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. - Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi himayəsindəki xx.xx.2016-cı il təvəllüdlü 7 yaşında azyaşlı uşağı olan İnci Şirəliyevanın 14 yaşına çatanadək, yəni xx.xx.2030-cu il tarixə kimi təxirə salınmaqla barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunmalı, sonuncu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. - Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1(bir) ədəd DVD disk, 29 iyul 2022-ci il tarixli Cəlilabad rayon Arxiv idarəsinin arayışı, Cəlilabad rayon 35 saylı X6 məxsus saxta arayış, ******* nömrəli saxta əmək kitabçası, X3 adına olan hesabdan çıxarış, “İdarə, təşkilat və vətəndaşlardan daxil olan ərizələrin qeydiyyat” jurnalı və “Təşkilatlara və vətəndaşlara verilən sosial-hüquq xarakterli qeydiyyat” jurnalı, 1(bir) ədəd Cəlilabad rayon 35 saylı X6 məxsus ştamp və 1 (bir) ədəd möhür cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 311.1, 32.4, 312.2, və 32.3, 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 311.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.3, 320.1-ci maddəsilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 7 sentyabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 311.1 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 32.5, 311.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd ) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində qəti olaraq təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi himayəsindəki 22 noyabr 2016-cı il təvəllüdlü 7 (yeddi) yaşlı azyaşlı uşağı olan X15 14 yaşına çatmasınadək, yəni 22 noyabr 2030-cu il tarixə kimi təxirə salınsın. Təqsirləndirilən şəxs2 üzərinə azyaşlı və digər uşaqlarına qayğı göstərmək və onların tərbiyəsi ilə məşğul olmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 göstərilən davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı və qeydiyyatda olduğu yer üzrə Cililabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3000 (üç min) manat miqdarında cərimə cəzsa təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış video və səs yazıları əks olunan 1(bir) ədəd DVD disk, 29 iyul 2022-ci il tarixli Cəlilabad rayon Arxiv idarəsinin arayışı, Cəlilabad rayon 35 saylı X6 məxsus arayış, ******* nömrəli əmək kitabçası, X3 adına olan hesabdan çıxarış, “İdarə, təşkilat və vətəndaşlardan daxil olan ərizələrin qeydiyyat” jurnalı və “Təşkilatlara və vətəndaşlara verilən sosial-hüquq xarakterli qeydiyyat” jurnalı, 1(bir) ədəd Cəlilabad rayon 35 saylı X6 məxsus ştamp və 1 (bir) ədəd möhür cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən- Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-83/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-83/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver