Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-83/2024 15.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada ticarətlə məşğul olan, Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda psixatrop maddə olan metamfetamini (bundan sonra – metamfetamin) satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Beyləqan Rayon Polis Şöbəsinin (bundan sonra – Beyləqan RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, 02 fevral 2023-cü il tarixdə saat 09:50-də Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində saxlanılaraq Beyləqan RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 11:00-da üzərində şəxsi axtarış aparılarkən onun əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 7 ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,955 qram, 1,019 qram, 1,016 qram, 1,061 qram, 0,959 qram, 0,976 qram, 1,094 qram, ümumi çəkisi 7,08 qram külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə səhər saatlarında işlədiyi mağazaya gedərkən polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə getməli olduğunu demiş, o, da razılaşmış və onu avtomobilə əyləşdirmişlər. O, avtomobildə arxa orta oturacaqda əyləşdirilmiş, qoluna da qandal vurulmuşdur. Sağında və solunda isə polis əməkdaşları əyləşmişlər və onu polis şöbəsinə aparmışlar. Polisin binasında maşından yerə düşəndə əməliyyatçılar bir-birilərinə işarə etmişlər ki, gözüylə görməməsi üçün onun başına papaq salsınlar. Başına papaq salındıqdan sonra onu binanın axırıncı mərtəbəsinə çıxarmışlar. Pilləkənləri qalxarkən gözü görmədiyi üçün polislər ona köməklik də etmişlər və həmin vaxt da əlləri bağlı olmuşdur. İki üç saat polis şöbəsində saxlanılmış, ona nəzarət etmək üçün yanında polislər də olmuşdur. Daha sonra başqa bir otağa aparılmış, otaqda elektron tərəzi olmuş, həmçinin hal şahidlərinin olduğu ona bildirilmiş, polis əməkdaşı da ona yaxınlaşıb üzərinə baxış keçirəcəyini bildirmiş, o, isə razılaşmışdır. Polis əməkdaşı üzərinə baxış keçirərkən sol cibindən bir-bir bükümlər çıxarmağa başlamış və ondan həmin bükümləri kimdən aldığını soruşduqda “sizdən almışam” demişdir. Dindar adam olduğunu, belə bir işlərlə məşğul olmadığını da polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onu məhkəməyə çıxarmışlar, hakimə də narkotiklə əlaqəli olmadığını, xalqın onu tanıdığını, ölkəyə zərərli olmadığını, 44 günlük müharibədə şəhidlərin dəfnində, tabutların düzəlməsində əlindən gələn köməkliyi etdiyini qeyd etmişdir. Kərbəla ziyarətində olarkən əlində şəhidlərdən birinin şəkli olmuşdur. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu narkoloji ekspertizadan keçirmişlər və ekspertiza da narkotik istifadə etmədiyini təsdiqləmişdir. Psixotrop maddə onun gödəkcəsinin sol yan cibindən çıxsa da həmin kütlə ona aid olmamış, əli bağlı və başına da papaq keçirildiyindən gözləri görməmiş, həmin bükümlər də həmin ərəfədə onun cibinə qoyulmuş, lakin bükümlərin cibinə qoyulmasını görməmişdir. Polis əməkdaşları onu konkret olaraq Beyləqan rayonu “köhnə xəstəxana” küçəsində mağazanın içində satıcıya satmaq üçün quru meyvələr verərkən saxlanılmışdır. O, quru meyvələri mağazalara satmaqla məşğul olmuşdur.Polis şöbəsində ona qarşı hər hansı fiziki zor və ya psixoloji təzyiq edilməmişdir. Əvvəllər məhkum olunmamış, lakin guya küçədə söyüş söydüyü bildirilib 30 gün müddətinə inzibati qadada həbs edilmişdir. Üzərində şəxsi axtarış keçirilərkən cibindən həmin bükümlər aşkarlanmamışdan əvvəl üzərində həmin bükümlərin olmasını bilməmişdir. Bükümlər cibindən çıxarkən polislərə də bildirmişdir ki, “həmin bükümləri cibimə siz qoymusuz”. Belə ki, hazırda əynində olan gödəkcə də şəxsi axtarış zamanı əynində olan gödəkçədir və cibi çox böyükdür. Gödəkcənin cibinə də həmin bükümləri polislər qoymuş, lakin bunu görməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı miqdarda psixotrop maddə olmadığını, narkotiklərlə hər hansı əlaqəsinin olmadığını bildirərək ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 02 və 03 fevral 2023-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, eyni ifadə versə də saxlanılarkən hər hansı polis əməkdaşı tərəfindən başına papaq keçirilməsi ilə bağlı hər hansı qeydlər etməmiş, fikirlər bildirməmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ilkin ifadəsində də, sonrakı ifadəsində də başına papaq keçirilməsini bildirmiş, lakin hansı səbəbdən birinci ifadəsində bunun qeyd edilmədiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin CAB-ın rəisi Şahid1 ifadəsində göstərdi ki, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, 02 fevral 2023-cü il tarixdə saat 09:50 radələrində Təqsirləndirilən şəxs Beyləqan rayonu, Sevil Qazıyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılmış, özlərini təqdim edib onu Beyləqan RPŞyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, müdafiəçi dəvət edildikdən sonra üzərində fotçəkilişdən istifadə edilməklə və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmiş, üzərinə axtarış zamanı onun əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yan cibinə baxış keçirilmiş və həmin cibdən yeddi ədəd sellofan büküm aşkar edilmiş və həmin bükümlərin içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu məlum olmuşdur. Daha sonra müvafiq sənədləşmə işləri aparılmışdır. Bir neçə saat sonra Beyləqan Rayon Məhkəməsinin müvafiq qərarı əsasında şəxsi axtarışda iştirak etmiş polis əməkdaşlarının, X4, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən dini məzmunlu müxtəlif kitablar, ədəbiyyatlar, əlyazmalar və fotoşəkillər aşkar edilmişdir. Həmin əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində heç bir psixotrop maddə olmaması barədə göstərdikləri yalandır, özünü müdafiə etmək üçün belə bir ifadə verir. Şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs üzərində olan bükümlərin ona məxsus olmaması barədə bildirmişdir. Təqsirləndirilən şəxs Sevil Qazıyeva küçəsində xəstəxananın yanıda, mağazaların yaxınlığında saxlanılmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs mağazanın qarşısına yaxınlaşarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində məlumat əvvəllər də olsa da, lakin saxlanıldığı gün daxil olan məlumatda üzərində psixotrop maddə olması göstərilirdi. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet olduğu halda təqdim etməsi təklif edilmiş, lakin o, üzərində qanunsuz hər hansı predmet olmadığını bildirmişdir. Saxlanılan vaxt Təqsirləndirilən şəxs hər hansı müqavimət göstərməmiş, ona qandal vurulmamışdır. Təqsirləndirilən şəxs başına heç kim papaq keçirməmiş, onun cibinə hər hansı polis əməkdaşı psixotrop maddə qoymamışdır. Təqsirləndirilən şəxs konkret olaraq kiməsə narkotik vasitə və ya psixotrop maddə satması barədə hər hansı məlumat yoxdur. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin əməkdaşları Şahid4, Şahid5, Şahid3 və Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər və verilmiş suallara cavab olaraq bildirmişlər ki, Beyləqan RPŞ-də Təqsirləndirilən şəxs başına hər hansı papaq və ya görüntünü məhdudlaşdıran əşya keçirilməmiş, onun üzərinə hər hansı psixotrop maddə qoyulmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı onlara hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs ərzaq mağazasının yanında saxlamışlar, onun qollarına qandal vurulmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 02 fevral 2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan RPŞ-nin inzibati binasının yaxınlığında çayxanada çay içən zaman mülki geyimdə olan bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb özünü təqdim edərək Beyləqan RPŞ-nin əməkdaşı olduğunu, bir nəfər şəxsin tutulduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün hal şahidi lazım olduğunu ona bildirmiş, o, da razılaşıb polis şöbəsinə getmiş, orada adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yan cibindən yeddi ədəd sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən xəbəri olmadığını və bükümlərin ona məxsus olmadığını bildirmişdir. Sonra sənədləşmə aparılmış və o, da sənədlərə qol çəkmişdir. Şahid6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin ona aid olmadığını demiş, lakin həmin bükümlərin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması barədə hər hansı söz deməmişdir. Həmin vaxt otaqda ondan başqa da hal şahidi olmuşdur. Hal şahidi kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 da Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində saxlamasına dair əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 3-8; 28-44) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 02 feral 2023-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19-20) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrılıqda bükümlərlə birlikdə çəkiləri 1,03 qram, 1,04 qram, 1,13 qram, 1,16 qram, 1,04 qram, 1,15 qram və 1,10 qram, cəmi 7,65 qram olan 07 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 02 fevral 2023-cü il tarixdə saat 11:00-da başlamış və həmin tarixdə saat 11:28-də bitmişdir. (i.v. 28-44) -materialların məhkəmə ekspertizasının 02 fevral 2023-cü il tarixli, 18/125 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 7 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,955 qram, 1,019 qram, 1,016 qram, 1,061 qram, 0,959 qram, 0,976 qram, 1,094 qram, ümumi çəkisi 7,08 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynitərkibli psixotrop maddə metamfetamindir. Ümumi təmiz çəkisi – 7,080 qram, tədqiqata sərf edildi – 0,35 qram, qalıq – 6,73 qram. ( i.v. 51-54) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 93) -Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(020)-07/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 111- 114) -Beyləqan Rayon Prokurorunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair Beyləqan RPŞ-nin CAB-ın rəisi Şahid1 02 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (i.v. 131-132) -06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 6,73 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, Beyləqan RPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 133) -Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(020)-05/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair Beyləqan RPŞ-nin CAB-ın rəisi Şahid1 02 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (i.v. 141-144) - Beyləqan RPŞ-nin vəzifəli şəxsi tərəfindən imzalanmış 18 fevral 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda metamfetamini Təqsirləndirilən şəxs hardan əldə etməsi və həmin psixotrop maddəni kiməsə satmaq barədə kiminləsə aralarında razılaşmanın olub-olmamasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. (i.v. 149) - “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. (i.v. 187) - “mobil telefona baxış keçirilməsi” haqqında 17.02.23-cü il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs götürülümüş “Redmi Note 10” markalı mobil telefona baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (i.v. 188) - Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavininin 20 may 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətə, yəni 02 iyun 2023cü il tarixdən 02 avqust 2023-cü il tarixdədək uzadılmışdır. (i.v. 215-216) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 aprel 2023-cü il tarixli, 2501 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 221-222) -Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(020)-31/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 avqust 2024-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 02-06) - 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminin əldə edildiyi mənbəni müəyyən etmək məqsədilə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (İİ cild, i.v. 47- 48) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə olmaması, polis əməkdaşlarının başına papaq keçirilib görməsi məhdudlaşdırıldıqdan sonra cibinə metamfetamin qoyulması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində üzərində aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını bildirsə də, başına papaq keçirilməklə görməsi məhdudlaşdırıldıqdan sonra polis əməkdaşları tərəfindən həmin kütlənin cibinə qoyulması barədə hər hansı fikir bildirməmiş, həmçinin konkret olaraq kim tərəfindən onun cibinə psixotrop maddə qoyulmasını deyə bilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşları da ifadəsində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncunun cibindən metamfetamin aşkar edilmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmiş, onun üzərinə hər hansı polis əməkdaşı tərəfindən hər hansı narkotik vasitə və psixotrop maddə qoyulmamışdır. Həmçinin “Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə kimyəvi ekpertizanın 02 fevral 2023-cü il tarixli 18/128 nömrəli rəyi ilə tanış olarkən üzərindən çıxan narkotik vasitə ilə bağlı hər hansı etiraz etməmişdir. Hazırkı iclasda isə ümumiyyətlə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması üçün hakim qarşısına çıxarılan Təqsirləndirilən şəxs hər hansı hala etiraz etməmiş, üzərində aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını bildirməmiş, hər hansı şikayət etməmişdir. Hazırkı halda məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrini eləcə də, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı tamamilə mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi və bununla bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetamin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni onun satış məqsədilə əldə etməsini təstiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 7,08 qram metamfetamin əldə etmiş, saxlamışdır. İş materiallarında Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. 7,08 qram metamfetamini isə onun satış məqsədi ilə saxlamasını təsdiq edə biləcək digər hər hansı sübutun olmadığı vəziyətdə həmin psixotrop maddənin satış məqsədi üçün saxlanması ehtimalı yarana bilər. Lakin ehtimala sübut kimi yanaşılmasının mümkünlüyü isə Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda metamfetamini əldə edərkən və üzərində saxlayarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş metamfetamini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin psixotrop maddəni ona satacağı barədə cinayət işində hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - onun üzərindən aşkar edilmiş metamfetaminin yeddi ədəd bükümdə, təmiz çəkisi 7,08 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 3,5 dəfə çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş metamfetaminin ona məxsus olmaması və satışı ilə məşğul olmaması, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutları əldə etmək üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefonlara da baxış keçirilsə də nəticəsində hər hansı sübut əldə edilə bilməməsi, - Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatı daxil olsa da həmin məlumatın sonradan təsdiqini tapmaması barədə Beyləqan RPŞ-nin polis əməkdaşlarının məhkəmə istintaqı zamanı verdikləri ifadəsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş metamfetaminin satış məqsədi ilə saxlamaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı şahidlər - Şahid1, Şahid2, Şahid3, Şahid4 , Şahid5, Şahid6 və Şahid7 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillər, materialların məhkəmə ekspertizasının 02 fevral 2023-cü il tarixli 18/125 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 189-191) - Beyləqan RİHB-nın Əlinəzərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, evlidir, nümayəndəlikdə yaşadığı müddətdə özünü sabit təbiətli,qonşularla xoş ünsiyyətdə olan bir şəxs kimi göstərmişdir. İki oğlu və bir qızı vardır. xx.xx.2010-cu il təvəllüdlü oğlu – X5 azyaşlıdır. (i.v. 202-203) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından müayinə məqsədi ilə Müalicə Müəssisəsinə köçürülmüş, sonuncunun vəziyyəti orta ağır qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixdən vəziyyəti tədricən ağırlaşmağa başlamış, xx.xx.2023-cü il tarixdə vəziyyəti kəskin pisləşdiyi üçün ixtisaslı yardım göstərilməsi məqsədi ilə xəstə saat 21:08-də “Leyla Medical” klinikasına aparılmış, 1 gün müddətinə sünü tənəffüs aparatına qoşulmuş, aparılmış intensiv müalicə tədbirlərindən sonra vəziyyəti nisbətən sabitləşmiş və xx.xx.2023-cü il tarixdə təkrar Müalicə Müəssisəsinə köçürülmüşdür. Hazırda xəstənin ümumi vəziyyəti ağır stabildir. Aparılan müayinələr nəticəsində “maddələr mübadiləsinin pozulması. Hipovolemik şok. Asidoz uyğunluq pnevmaniyası pollorqan çatışmazlığı” diaqnozu müəyyən edilmişdir. Xəstəyə intensiv müalicə tədbirləri davam etdirilir, həyati təhlükəli risklər mövcuddur. Aparılan reanimasion tədbirlərə baxmayaraq səhhətində mənfi dinamika müşahidə edildiyi üçün xəstə xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə köçürülmüşdür. -Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023cü il tarixli tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs ağciyərlərin kompyüter tomoqrafiyası (KT) nəticəsində ona “xroniki bronxit əlaməti,. Sağ ağ ciyəri yuxarı payda izlənən dəyişikliklər keçirilmiş iltihab “spesifik?” prosesin qalıq əlamətinə xarakterikdir. Sağ ağciyərin aşağı payda kostal plevraya intakt olan, daxilində mikrokalsinat izlənən bərkimə sahəsi – məhdud fibroz sahə. Dinamik müşahidə məsləhətdir. Döş fəqərələrinin osteoxondrozu” diaqnozu qoyulmuşdur. - xx.xx.2024-cü il tarixli tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə beyin MRT müayinəsindən keçirilmiş və nəticədə ona “hər iki beyin yarımkürəsində parenximada periventrikulyar sahələrdə dərin ağ maddədə və sentrum semioval mərkəzlərdə, xüsusən təpə paylarda daha böyük və daha çoxsaylı olmaqla, çoxu subkortikal yerləşməli, subsan timetrik ölçülərdə, T2, FLAİR rejimlərdə hiperintens, dəyişik ölçülü, çox sayda angiopatik qlioz ocaqlar” diaqnozu qoyulmuşdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 7,08 qram olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal olduğunu və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Habelə həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, satış məqsədi olmadan psixotrop maddə əldə etməsi, himayəsində bir azyaşlı uşağın olması, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi həmin uşağın mənafeyinə ciddi təsir etməsi, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ağır xəstəlikdən əziyyət çəkməsi və dinamik müşahidə altında olmasının məsləhət görülməsi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qəbul edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan halları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq, nəzərə alaraq Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirici halların məcmusunu cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hal kimi qəbul edib, hesab edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-1-ci maddəsində müəyyən ediləndən də daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu cəza ilə onun islah olunmasına və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası müddəti ərzində təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Ona təyin edilən cəzanın icrası Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı, barəsində “həbs” qətimkan tədbirinin təsiri altında olduğu 06 (altı) ay, 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 01 ay 12 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. İttiham aktında yazılmış istintaq zamanı məhkəmə-linqvistik və dinşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs həmin halla bağlı ittiham elan edilmədiyindən ona aid edilməməlidir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,73 qram təşkil edən metamfetamin məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, barəsində həbs qətimkan tədbirinin təsiri altında olduğu 06 (altı) ay, 21 (iyirmi bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 01 ay 12 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 10 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-nin maddi sübutların saxlanılması yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6,73 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-83/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-83/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver