Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-839/2023 28.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X19 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Müdafiəçi2 və Müdafiəçi1 Ələsgər oğlunun iştirakları ilə xx xxxxxxx 1998-ci ildə İran İslam Respublikası Mərkəzi Muğan vilayəti Germi rayonunda doğulmuş, ali təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, İran İslam Respublikası Mərkəzi Muğan vilayəti Germi rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Əzimi X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə; 14 sentyabr 1996-cı ildə İran İslam Respublikası Mərkəzi Muğan vilayəti Germi rayonunda doğulmuş, İran İslam Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, İran İslam Respublikası Mərkəzi Muğan vilayəti Germi rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İran İslam Respublikasının vətəndaşları Əzimi X18 və Təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxslərlə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və hər birinə 30 milyon İran İslam Respublikası rialı məbləğində pul ödəniləcəyi müqabilində daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə öz aralarında və digər şəxslərlə qabaqcadan razılaşaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onlar 25 mart 2023-cü il tarixdə İran İslam Respublikasında külli miqdarda-37550,5 qram qurudulmuş marixuananı və külli miqdarda- 1985,2 qram psixotrop maddə metamfetamini birlikdə əldə etmiş, saxlamış və daşıyaraq həmin gün saat 23 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Cəlilabad rayonu Şatırlı kəndində yerləşən 14-cü sərhəd zastavasının 22-ci sahəsindən mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçməklə həmin maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və həmin külli miqdarda narkotik vasitə və psixotrop maddə onlardan aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən bir həftə hadisədən öncə əvvəllər tanıdığı İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxs onunla görüşərək 40 kiloqram narkotik vasitə olduğunu, onu Azərbaycan Respublikası ərazisinə keçirmək lazım olduğunu bildirmişdir. Bunun üçün İran İslam Respublikası vətəndaşı Əli adlı şəxslə danışmasını, sonuncunu razı saldıqdan sonra narkotik vasitələri ona verəcəyini bildirmişdir. O, İran İslam Respublikası vətəndaşı Əli adlı şəxslə danışdıqdan sonra razılığını almış və Əli adlı şəxs ona Miladı da özü ilə birlikdə götürmək lazım olduğunu demişdir. Həmçinin narkotik vasitələri daşımaqla Azərbaycan Respublikasına keçirmələri müqabilində ona və Milada, hər birinə 30 milyon İran rialı məbləğində pul veriləcəyini bildirmişdir. O, dostu İran İslam Respublikası vətəndaşı Əzimi Milad ilə razılaşdıqdan sonra 25 mart 2023-cü il tarixdə Əli ilə birlikdə Əzimi Miladın yaşadığı evə gedib onu evdən götürərək İran İslam Respublikası ilə Azərbayca Respublikası sərhədinə yaxınlaşmışlar. Onlar həmin əraziyə çatdıqda avtomobildən düşmüş və avtomobilin yük yerindən üç ədəd bağlama götürmüşlər. Əzimi Milad, Əli və o İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçmişlər. Bir qədər hərəkət etdikdən sonra tikanlı məftillərə çatmış və narkotik vasitələri yerə qoyduqdan sonra məftillərə toxunmuşlar. Əli adlı şəxs onlara tikanlı məftillərdə siqnal olduğunu bildirmişdir. Daha sonra onlar narkotik vasitələri götürüb geri istiqamətə qaçan zaman sərhədçilər Əzimi Miladı və onu saxlayaraq sərhəd zastavasına gətirmiş, Əli isə qaçaraq İran İslam Respublikası ərazisinə keçmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Əzimi X18 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, İranın Tehran şəhərində işləmişdir. 2023-cü ilin mart ayının ortalarında «Novruz» baramı münasibəti ilə valideynlərinə baş çəkmək üçün yaşadıqları Germi rayonuna gəlmişdir. 24 mart 2023-cü il tarixdə dostu, İran İslam Respublikası vətəndaşı, Fəllah Muhamməd ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. O, Fəllah ilə görüşmüş, daha sonra sonuncu ona heç yerə getməməyini, birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə narkotik vasitələr aparacaqlarını, bunun müqabilində ona 30 milyon İran rialı məbləğində pul verəcəyini bildirmişdir. İlk öncə o, Fəllah ilə razılaşmamış, daha sonra sonuncu ona Tehrana qayıdarsa, ondan inciyəcəyini və dostluqlarını pozacağını bildirmişdir. Bundan sonra o razılaşmışdır. 25 mart 2023-cü il tarixdə Fəllah Muhamməd onun yaşadığı evə gəlmiş, əvvəllər tanımadığı Əli adlı şəxslə birlikdə avtomobilə əyləşmiş və İran İslam Respublikası ilə Azərbayca Respublikası sərhədinə getmişlər. Onlar həmin əraziyə çatdıqda avtomobildən düşmüş və avtomobilin yük yerindən üç ədəd bağlama götürərək Fəllah Muhamməd, Əli və o İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçmişlər. Bir qədər hərəkət etdikdən sonra tikanlı məftillərə çatmış, narkotik vasitələri yerə qoyduqdan sonra Əli adlı şəxs onlara tikanlı məftillərdə siqnal olduğunu bildirmiş və daha sonra onlar narkotik vasitələri götürüb geriyə istiqamətə qaçan zaman sərhədçilər onları saxlayaraq sərhəd zastavasına gətirmişlər. Həmin vaxt Əli qaçaraq İran İslam Respublikası ərazisinə keçmişdir. Təqsirləndirilən şəxslər X15 və X13 cinayət əməlləri özlərinin etirafedici ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübüta yetirilmişdir. Belə ki, şahid qismində dindirilən Şahid1 məhkəmədə göstərdi ki, «N» saylı hərbi hisənin hərbi qulluqçusudur. 25 mart 2023-cü il tarixdə saat 23:12 radələrində 14-cü sərhəd zastavasının 22-ci sahəsində “KS-205k” işarəverici qurğusundan siqnal daxil olması, ərazidə ayaq izlərinin olması barədə sərhəd zastavasına məlumat daxil olmuşdur. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qalxaraq həmin əraziyə doğru hərəkət etmişdir. Onlar ərazidə axtarış tədbirləri həyata keçirən zaman ərazidə ayaq izlərinin olmasını görmüşlər. Bir müddət axtarış apardıqda 14-cü sərhəd zastavasının 22-ci sahəsində dövlət sərhəd xəttindən 100 metr aralıqda iki nəfər şəxsin gizlənməsini və onların yanında üç ədəd bağlamanın olmasını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq şübhəli şəxsləri saxlamışlar. Daha sonra əraziyə gələn heyət tərəfindən həmin şəxslər və torbalar 14-cü sərhəd zastavasına aparılmışdır. Daha sonra onlara həmin torbaların daxilində narkotik vasitələrin olması məlum olmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, 25 mart 2023-cü il tarixdə saat 18:00-dan 26 mart 2023-cü il tarixə saat 06:00-dək 14-cü sərhəd zastavasında “rabitə və işarəverici qurğular növbətçisi” xidmətinə təyin olunmuşdu. Xidmətin təşkili zamanı saat 23:12-də 22-ci sahədə “KS-205K” işarəverici qurğusundan siqnal daxil olmuş, o, bu haqda sərhəd zastavasına məlumat vermiş və sərhəd zastavasının heyəti “Silaha” komandasına qaldırılaraq həmin əraziyə doğru hərəkət etmişdir. Ərazidə axtarış aparılan zaman 26 mart 2023- cü il tarixdə saat 01:06-da rabitə vasitəsi ilə iki nəfərin saxlanılması və onların üzərində narkotik vasitələr olan torbaların olması barədə sərhəd zastavasına məlumat daxil olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 26 mart 2023-cü il tarixdə «N» saylı hərbi hissənin hərbi qulluqçuları ona Cəlilabad rayonu Əsədli kəndində şübhəli bağlama olduğunu bildirmiş və təklif etmişdir ki, həmin bağlamanı ərazidən götürmədə və bağlamaya baxışın keçirilməsində hal şahidi qismində iştirak etsin. O, razılıq verdikdən sonra Cəlilabad rayonu Əsədli kəndində yerləşən 14-cü sərhəd zastavasının 22-ci sahəsinə gedərək əraziyə baxış keçirmişlər. Ərazidən onların iştirakları ilə üç ədəd bağlama aşkar olunaraq götürülmüş və zastavaya gətirilmişdir. Zastavada bağlamaya baxış keçirilməyə başlanılmışdır. Qeyd olunan bağlamalar açıldıqda içərisindən bükümlərlə birlikdə ümumi çəkisi 39300 qram olan narkotik vasitə marixuanaya və 2070 qram narkotik vasitə olan metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Aşkar olunaraq götürülmüş narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. 26 mart 2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, «N» saylı hərbi hissənin 14-cü sərhəd zastavasının 22-ci sahəsində, yəni Təqsirləndirilən şəxs1 və Əzimi X1 yerdə üç ədəd, bir ədəd narıncı rəngli, iki ədəd qara rəngli torbalar aşkar edilərək götürülmüşdür. Eyni zamanda dövlət sərhəd xəttində, sərhədboyu zolaqda və mühəndis texniki çəpərində bir neçə nəfərə məxsus ayaq izlərinin olması müəyyən edilmişdir. 26 mart 2023-cü il tarixli baxış protokolundan görünür ki, «N» saylı hərbi hissənin 14-cü sərhəd zastavasının 22-ci sahəsində, yəni Təqsirləndirilən şəxs1 və Əzimi X1 yerdən aşkar edilərək götürülmüş üç ədəd bağlamaların içərisindən 39300 qram narkotia vasitə olan marixuanaya və 2070 qram narkotik vasitə olan metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizalarının 26 mart 2023-cü il tarixli rəylərdən görünür ki, tədqiqata təqdim edilmiş torbaları açdıqda içərilərində ümumi təmiz halda çəkiləri 37550,5 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1985,2 qram psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Məhkəmə narkoloji ekspertinin xx.xx.2023-cü il tarixli, 4068 və 4071 saylı rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Əzimi X14 narkomaniya xəstəliyi aşkar olunmamışdır. İş materiallarında olan tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Əzimi X18 əvvəllər məhkum olunmamışlar. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İran İslam Respublikasının vətəndaşları Əzimi X18 və X9 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini əldə etmələri, saxlamaları və özləri ilə daşıyaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələridən kənarda qanunsuz olaraq keçməklə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Əzimi X18 və X9 əməlləri CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 26 mart 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxslərin hər ikisinə CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluqları ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 37549,76 qram narkotik vasitə qurudulmuş marixuana və 1985 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 201 manat təqsirləndirilən şəxslərin hər birindən 100 manat 50 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Əzimi X18 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Əzimi X16 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əzimi X18 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2023-cü il tarixdən hesablansın. Əzimi X12 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Əzimi X18 cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkümlüğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüqu məhdudlaşdırılsın. X5 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X3 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2023-cü il tarixdənhesablansın. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X5 cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkümlüğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüqu məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 37549,76 qram narkotik vasitə qurudulmuş marixuana və 1985 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 201 manat təqsirləndirilən şəxslər X5 və Əzimi X12 hər birindən 100 manat 50 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan X5 və Əzimi X16 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-839/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-839/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver