Məhkəmə qərarları › İş №1(099)-84/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-84/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-84/2025 28.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1979-cu il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Şirvan şəhəri, Vidadi küçəsi ev 16-da qeydiyyatda olmaqla Şirvan şəhəri, Vidadi küçəsi ev 14-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-66,154 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi ev 14 ünvanına aparıb həyətdə hasarın yanında gizlədib saxlamış, daxil olmuş əməliyyat məlumatına əsasən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 08 fevral 2024-cü il tarixdə, saat 19 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi ev 14 ünvanında olan evin həyətinə baxış keçirilərkən həyət hasarının yanında bir ədəd qabın içərisində külli miqdarda- 66,154 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq subay olsa da, qeyri-rəsmi evlidir və Şirvan şəhəri, Vidadi küçəsi ev 16-da qeydiyyatda olmaqla faktiki olaraq Şirvan şəhəri, Vidadi küçəsi ev 14-də yaşamış, heç bir yerdə işləməmişdir. Bir neçə illərdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Əvvəllər istifadəsi üçün narkotik maddə əldə edib saxladığı üçün məhkum olunmuş, sonuncu dəfə 2020-ci ildə narkotiklə bağlı azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2022-ci ilin iyun ayında cəzaçəkmə yerindən buraxılmışdır. 08 fevral 2024-cü il tarixdə, axşam saatlarında ailəsi ilə birlikdə yaşadıqları evdə olmuş, həmin vaxt qəza baş verdiyindən yaşadığı küçədə işıqlar sönmüş və hava qaranlıq olmuşdur. Həmin gün saat 18:30 radələrində o, həyətində olan “əl damı” adlanan tikilidə iş görərkən qəfildən 10-15 nəfər mülki geyimli polis əməkdaşları hasarın üstündən aşmaqla həyətə daxil olub onu tutub saxlamış, sonra ona qarşı fiziki qüvvə tətbiq edib onu döymüşlər. Həmin vaxt polislər evdə olan ailəsini, yəni arvadı və azyaşlı uşağını bir otağa salıb əllərindən mobil telefonları almışlar. Sonra polis əməkdaşları, əsasən də İsmayıl Babayev və Bakıdan gəldiyi bildirilən “Murad” adlı polis əməkdaşı (bu şəxsi “Hacımurad” deyə müraciət etmişlər) ondan narkotik vasitələrin yerini soruşub, onda olan narkotik maddələri onlara verməsini tələb etmişlər, o isə yaşadığı evdə və evin həyətində haradasa narkotik maddələr olmadığını bildirmişdir. Bu vaxt “Hacımurad” deyilən polis əməkdaşı arvadının qolundan tutub sürüyə-sürüyə onun qarşısına gətirib ona “əgər biz deyənlə razılaşmasan, evinizə yarım kilo narkotik qoyulacaq və yoldaşın külli miqdarda narkotik saxlamaqda, sən isə narkotik istifadəçisi kimi həbs olunacaqsız” demişdir. Polis əməkdaşı İsmayıl Babayev ona “Hacımurad” deyilən polis əməkdaşını göstərib “bu şəxs Bakıdan gəlib, bu əməliyyat yuxarı məruzə olunub, biz buradan əliboş çıxan deyilik, sən bizimlə razılaşmalısan” demiş, o da “biabırçılıq” olmasın deyə onların dedikləri ilə məcburən razılaşmışdır. Bundan sonra bir nəfər polis əməkdaşı öz maşınlarından qırmızı rəngli bir qab gətirib həmin qabı (içərisində narkotik maddə olan qabı) evə qoymaq istəmiş, lakin o, həmin qabın evə yox, həyətində hər haqsı bir yerə qoyulmasına razılaşmışdır. O, özünə aid olmayan narkotik maddəninin özünə aid olmasını boynuna ona görə götürmüşdür ki, ailəsi (arvadı) ağır ittihamla həbs olunmasın. Sonra müstəntiq Xəzər Eldarov mobil telefonla videoçəkiliş etmiş və içərisində narkotik maddə olan qırmızı rəngli qab həyət hasarının yanından götürülmüşdür. Videoçəkiliş vaxtı o, aşkar olunan heroinin özünə məxsus olmasını bir müddət əvvəl yerdən tapdığını və istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən Şirvan ŞPŞ-nə gətirilmiş, polis şöbəsində də videoçəkilişlə üzərində axtarış olmuş və üstündə qanunsuz hər hansı əşya və ya narkotik maddə aşkar olunmamışdır. İstintaq zamanı polis əməkdaşlarının təzyiqi ilə onların dediyi kimi ifadə vermiş, sonra məhkəməyə aparılmış və orada araşdırma aparılmadan barəsində həbs seçilmişdir. O, “Nevroz” xəstəliyindən əziyyət çəkir və polislərin ona qırşı etdikləri qanunsuz hərəkətləri ona daha pis təsir etmişdir. Yaşadığı evin həyətində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini aşkar olunan yerə polis əməkdaşları qoymuşdur. Ona görə də o, həyətində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, subaydır, narkotik vasitə olan heroindən iynənin damara inyeksiya vasitəsilə istifadə etmiş, başqa növ narkotiklərdən istifadə etməmişdir. Tutulmamışdan təxminən iki ay əvvəl Şirvan şəhəri, Vidadi küçəsində yerləşən “Şirvan Kanal” adlanan yerdə balıq tutarkən yerdən bir ədəd qırmızı qabda narkotik vasitə olan heroin tapmış, sonra həmin qabı götürüb yaşadığı Şirvan şəhəri, Vidadi küçəsi ev 14 ünvanına gətirib həyətdə olan hasarın yanında gizlətmişdir. İki ay müddətində hər gün həmin heroindən bir qədər götürüb istifadə etmiş, heroinin qalan hissəsini qırmızı qabda gizlətdiyi yerə qoymuşdur. 08 fevral 2024-cü il tarixdə, saat 19:25 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olarkən qapı döyülmüş, qapını açan zaman polis əməkdaşlarını görmüş, polis əməkdaşları ona narkotik vasitə istifadə etməkdə, saxlamaqda və satışında şübhəli olduğu izah edilib yaşadığı ünvanda baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Sonra polis əməkdaşlarını onun iştriakı ilə və videoçəklişlə yaşadığı ünvanda baxış keçirmişlər. Baxış zamanı yaşadığı fərdi yaşayış evinin həyətində hasarın yanından bir ədəd qırmızı rəngli qabda narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Şifahi sorğu zamanı o, aşkar olunmuş heroinin özünə məxsus olmasını və istifadəsi üçün saxladığını bildirmişdir. O, həmin heroindən heç kimə satmamış və verməmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, 08 fevral 2024-cü il tarixdə, saat 18 radələrində o, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olarkən küçədən səs gəldiyini eşidib küçəyə çıxıb baxdıqda küçədə işıq dirəyinin aşdığını və işıqların söndüyünü görmüş, sonra evə qayıdıb evin 1-ci mərtəbəsində fanar axtarmağa başlamış, elə həmin vaxt evin ikinci mərtəbəsindən səs eşidib nə baş verdiyyini uca səslə qışqırıb soruşan zaman mülki geyimli şəxslərin onun yanına gəldiyini görüb həmin şəxslərlə mübahisə etmiş və bu şəxslər onu döymüş, sonra onu evin ikinci mərtəbəsinə aparıb, orada təkrar döyüb ondan evdə gizlətdiyi narkotik vasitəni onlara verməyini bildirmişlər, o isə həmin şəxslərə evində narkotik olmadığını demişdir. Bundan sonra “Hacımurad” adlı polis əməkdaşı arvadının qolundan tutub sürüyüb onun yanına gətirib ona onlarla razılaşmasa evinə yarım kilo narkotik qoyub, arvadını külli miqdarda narkotiklə sənədləşdirəcəklərini demişdir. Sonra polislər onu ailəsi ilə hədələyib, əgər onların evinə qoyacaqları narkotik vasitəni etiraf etməsə, ailəsini narkotik vasitələrin külli miqdarda hissəsi ilə sənədləşdirəcəklərini demişlər. Bundan o onlara (polis əməkdaşlarına) ailəsi ilə işlərinin olmamasını, onların dedikləri ilə razı olduğunu demişdir. Sonra o, narkotik vasitəni evinə yox, həyətində harasa qoymalarını bildirmiş, bundan sonra bir nəfər polis əməkdaşı küçəyə gedib, avtomobildən nəsə qaba oxşar əşyanı götürüb həyətə qayıtmış və həmin qabı həyətdə çəpərin içəri tərəfdən arasına qoymuşdur. Sonra ona videoçəkiliş olacağı bildirilmiş, o da razılaşmış, bundan sonra müstəntiqi ora çağırmışlar. Ondan məcburi razılıq ərizəsi alınandan sonra bir neçə dəfə videoçəkiliş aparılmış, hər dəfə problem çıxdığı üçün təkrar çəkiliş olmuşdur. Çəkiliş zamanı o, narkotikin qoyulduğu yeri tapa bilmədiyinə görə arxadan polis əməkdaşları ona işarə edib narkotikin qoyulduğu yeri göstərmiş, o da həmin yerdən içərisində narkotik olan qırmızı rəngli kauçuk qabı götürüb polislərə təqdim etmişdir. Təqdim etdiyi qabın içərisində qara rəngli kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilib qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra protokol yazılmışdır. O, narkotik vasitədən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxışla bağlı aparılmış videoçəkiliş, eləcə digər sənədlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 08 və 09 fevral 2024-cü il tarixli ifadələrini təsdiq etməyib, 17 iyul 2024-cü il tarixli ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində və yaşadığı ünvanda narkotik maddələr olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, həyətində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi ifadə vermişdir. Əslində isə aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini polis əməkdaşları onun yaşadığı ünvana gətirib həyətdəki hasarın arasına qoymuş, sonra ona qarşı təzyiqlər edərək həyətində hasarın yanında, qabın içərisində heroin olmasını bildirməyə və həmin heroinin özünə məxsus olmasını deməyə məcbur etmişlər. Ona görə də o, həyətində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır. 08 fevral 2024-cü il tarixdə ona Şirvan şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələr əldə edib yaşadığı ünvanda saxlaması və Şirvan şəhəri ərazisində bu maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 19 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Əməliyyat-axtarış tədbirinə Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Xəzər Eldarov rəhbərlik etmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana (ünvan 4dən telefonları vasitəsilə işıqlandırma aparılmış, sonra evin həyət qapısının qarşısında dayanıb qapını döyüb ev sahibini çağırmışlar. Təqsirləndirilən şəxs qapını açıb onları görüb gəlmələrinin səbəbini soruşmuş, Xəzər Eldarov da ona narkotik maddələr əldə edib saxlaması barədə məlumat olduğunu və yaşadığı evə baxış keçiriləcəyini bildirilmiş, Təqsirləndirilən şəxs da etiraz etməmiş, həmçinin onda narkotik maddə olmasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə həmin ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyət hasarının yanına yaxınlaşıb hasarın dibində olan bir ədəd qabı götürüb müstəntiq Xəzər Eldarova təqdim edib qabın içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qırmızı rəngli kauçuk qabın içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qabı içərisində olan heroinlə bir yerdə bir müddət əvvəl yerdən tapdığını və istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Bundan sora Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş və şöbədə müstəntiq Xəzər Eldarov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin yaşadığı ünvana baxış və üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 08 fevral 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxsnın yaşadığı evdə narkotik vasitələr saxlamaqda, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında, həmin tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitələrlə birlikdə Şirvan Şəhər ŞPŞ-nə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 08 fevral 2024-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 08 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 10 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Baxış keçirilməsi və götürmə haqqında” 08 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi Xəzər Eldarov tərəfindən Təqsirləndirilən şəxs və Şirvan ŞPŞ-nin əməkdaşlarının iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin həyətinə baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr saxlaması barədə məlumat olduğu izah edilmiş, Təqsirləndirilən şəxs da yaşadığı ünvanda narkotik maddə saxladığını və narkotik vasitənin yerini göstərə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yerə baxış keçirilmiş və həyətin hasarının yanında bir ədəd qırmızı rəngli kauçuk qabda narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskinə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 fevral 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi Xəzər Eldarov tərəfindən müdafiəçi Ağabba Qədirovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitənin (heroinin) özünə məxsus olmasını, iki ay əvvəl Şirvan şəhəri ərazisində, Şirvan kanalının yanında yerdən tapdığını bildirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd “X8 7” markalı mobil telefon təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskinə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ...” sözləri yazılmış kağız paketdə 01 ədəd qırmızı rəngli plastik qabda təmiz çəkisi - 66,154 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 66,054 qram qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İşdə olan, məhkəmə-kompüter-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, “X8 7” markalı mobil telefon işlək vəziyyətdə olmaqla yaddaşda məlumatların (foto, video, audio fayllar, sənədlər və s.) olması müəyyən edilmiş, eyni zamanda mobil telefonun tam yaddaşının bütün sahələri üzrə hər hansı bir (telefon kitabçası, SMS mesajlar, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və vidio fayllar, “Vatsap”, “İnstagram”, “Tvitter”, “Facebook” proqram təminatlarında aparılmış müəyyən məlumat mübadiləsi və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 53 manat 65 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 10 fevral 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 66,054 qram heroin maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 aprel 2024-cü il tarixli, 931 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təsvir edilən hadisələri törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılıq hallarına məruz qalmasına dair şikayəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı təsdiq olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (08 fevral 2024-cü il tarixdə, axşam saatlarında ailəsi ilə birlikdə yaşadıqları evdə olarkən qəfildən 10-15 nəfər mülki geyimli polis əməkdaşları hasarın üstündə aşmaqla həyətə daxil olmaları, həyətdə polis əməkdaşların ona qarşı fiziki qüvvə tətbiq edib döymələri, polis əməkdaşı İsmayıl Babayevin ona “Hacımurad” deyilən polis əməkdaşını göstərib “bu şəxs Bakıdan gəlib, bu əməliyyat yuxarı məruzə olunub, biz buradan əliboş çıxan deyilik, sən bizimlə razılaşmalısan” deməsi, “Hacımurad” deyilən polis əməkdaşının arvadının qolundan tutub sürüyə-sürüyə onun qarşısına gətirməsi, sonra polis əməkdaşları İsmayıl Babayev və Bakıdan gəldiyi bildirilən “Murad” adlı polis əməkdaşının ona “əgər biz deyənlə razılaşmasan, evinizə yarım kilo narkotik qoyulacaq və yoldaşın külli miqdarda narkotik saxlamaqda, sən isə narkotik istifadəçisi kimi həbs olunacaqsız” demələri, o da “biabırçılıq” olmasın deyə onların dedikləri ilə məcburən razılaşması və bundan sonra bir nəfər polis əməkdaşının öz maşınlarından qırmızı rəngli bir qab gətirib həmin qabı (içərisində narkotik maddə olan qabı) evə qoymaq istəyərkən onun (Təqsirləndirilən şəxs) həmin qabın evə yox, həyətdə bir yerə qoyulmasına razılaşması, yaşadığı ünvanda aşkar olunmuş heroinin ona məxsus olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə aparılmış baxışla, həm də müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, habelə ibtidai istintaq zamanı verdiyi 17 iyul 2024-cü il tarixli ifadələrində göstərdiyi xüsusatlar, yəni 08 fevral 2024-cü il tarixdə, axşam saatlarında ailəsi ilə birlikdə yaşadıqları evdə olarkən qəfildən 10-15 nəfər mülki geyimli polis əməkdaşları hasarın üstündə aşmaqla həyətə daxil olmaları, həyətdə polis əməkdaşların ona qarşı fiziki qüvvə tətbiq edib döymələri, polis əməkdaşı İsmayıl Babayevin ona “Hacımurad” deyilən polis əməkdaşını göstərib “bu şəxs Bakıdan gəlib, bu əməliyyat yuxarı məruzə olunub, biz buradan əliboş çıxan deyilik, sən bizimlə razılaşmalısan” deməsi, “Hacımurad” deyilən polis əməkdaşının arvadının qolundan tutub sürüyə-sürüyə onun qarşısına gətirməsi, sonra polis əməkdaşları İsmayıl Babayev və Bakıdan gəldiyi bildirilən “Murad” adlı polis əməkdaşının ona “əgər biz deyənlə razılaşmasan, evinizə yarım kilo narkotik qoyulacaq və yoldaşın külli miqdarda narkotik saxlamaqda, sən isə narkotik istifadəçisi kimi həbs olunacaqsız” demələri, o da “biabırçılıq” olmasın deyə onların dedikləri ilə məcburən razılaşması və bundan sonra bir nəfər polis əməkdaşının öz maşınlarından qırmızı rəngli bir qab gətirib həmin qabı (içərisində narkotik maddə olan qabı) evə qoymaq istəyərkən onun (Təqsirləndirilən şəxs) həmin qabın evə yox, həyətdə bir yerə qoyulmasına razılaşması, yaşadığı ünvanda aşkar olunmuş heroinin ona məxsus olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri (o cümlədən məhkəmə-tibbi ekspertizasının 10 fevral 2024-cü il tarixli rəyinə əsasən məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə aparılmış baxışa, həm də müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokollarla və həmin protokollara əlavə edilmiş videoçəkilişlərlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 08 və 09 fevral 2024-cü il tarixli ifadələri ilə (həmin ifadələrində o, yaşadığı ünvanda aşkar olunmuş heroinin özünə məxsus olmasını, həmin heroini bir müddət əvvəl balıq tutmağa gedərkən kanalın qırağında yerdən tapdığını və istifadəsi üçün yaşadığı ünvanda hasarın yanında gizlədib saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Şirvan Şəhər Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, “o, narkotik vasitələrin satışı ilə məşğul olmur, polis əməkdaşları yaşadığı ünvanda axtarış keçirdikləri zaman özü narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitələrdən istifadə edir. Aşkar olunmuş narkotik vasitəni balıq tutmağa gedən zaman su kanalının qırağından tapmışdır. Şirvan ŞPŞ-də olarkən vəkillə təmin olunmuş, ona qarşı heç bir təsir olmamışdır”. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddər narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 800 qramadək hissəsi külli miqdir və 800 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 66,154 qram narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə edib yaşadığı ünvanda gizldib saxladığı heroinin külli miqdarda olmasını və işdə olan digər hallar onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən edilir ki, Nəsimi Rayon Xalq Məhkəməsinin 04 iyun 1996-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qüvvədə olmuş CM-nin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Suraxanı Rayon Xalq Məhkəməsinin 08 may 1997-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Şirvan Şəhər Xalq Məhkəməsinin 27 noyabr 1997ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qüvvədə olmuş CM-nin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 07 fevral 2001-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 yanvar 2003cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 133.2.1, 133.2.3 və 181.3.2-ci maddələri ilə təqsirli bilinib 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 28 dekabr 2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qərarı ilə əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunub 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 12 iyun 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 01 iyul 2022-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il və ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilirlər) məhkəmə hesab edir ki, əvvəlki hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 07 sentyabr 2020-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməlində cinayətlərin residivini vardır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Şirvan ŞİHB-nın 1 nömrəli İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Vidadi küçəsi, ev 16-da qeydiyyatda olmaqla (faktiki olaraq Şirvan şəhəri, Vidadi küçəsi ev 14-də) yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, o cümlədən əvvəllər narkotiklə bağlı dəfələrlə məhkum olunmasına baxmayaraq islah olunmamasını, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin (on iki ilin) yarısından (altı ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 66,054 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-85 manat 60 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 66,054 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-85 (səksən beş) manat 60 (altmış) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar